Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-965/2020 09.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X2 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X3 iştirakı ilə, Təqsirləndirilən şəxs – x xxxxxx 1991-ci ildə Qubadlı rayonu, Muradxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Muradxanlı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 2020-ci il aprel ayının əvvəlində Nizami rayonu, 8-ci kilometr qəsəbəsində şəxsiyyəti müəyyən edilməmiş “Əli” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 3(üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,601 qr, 10,518 qr və 5,456 qr, ümumi təmiz çəkisi 18,575 qr tünd qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 2,374 qr ağ rəngli kristall şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, idarə etdiyi “Daewoo Gentra” makalı, ** AE *** dövlət nömrə nişanlı avtomaşında saxlamaqla daşımış, xx xxxxx 2020ci il tarixdə saat 03:40-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin girişində ölkədə tətbiq edilən karantin rejimi ilə bağlı təşkil olunmuş postda polis əməkdaşlarının saxla əmrinə tabe olmadıqları üçün təqib olunaraq tanışı və həmin vaxt avtomaşını idarə edən Şahid1 ilə birlikdə Zığ-Hövsan yolunda saxlanılaraq Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə aparılmış, orada həmin tarixdə saat 04:05-dən 04:11-dək “Daewoo Gentra” makalı, ** AE *** dövlət nömrə nişanlı avtomaşına özünün iştirakı ilə baxış keçirilən zaman avtomaşının sürətlər qutusunun yanından ona məxsus həmin 3(üç) ədəd şəffaf polietilen bükümdə, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən, ayrı-ayrılıqda təmiz çəkiləri 2,601 qr, 10,518 qr və 5,456 qr, ümumi təmiz çəkisi 18,575 qr tünd qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1 (bir) ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 2,374 qr ağ rəngli kristall şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd üzərində heroinin izləri olan “QC Pass 500g/01g” markalı elektron tərəzi ağ sellofan torbada aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə gecə saat 04 radələrində tanışı Şahid1 xahişi ilə sonuncunu qardaşı Eşqin Cabbarova məxsus “Daewoo Gentra” markalı avtomobillə Hövsan qəsəbəsinə aparmaq istəmişdir. Özü narkotik vasitənin təsiri altında olduğu üçün avtomobili Şamil idarə etmişdir. Onlar Hövsan qəsəbəsinin girişində ölkədə tətbiq edilən karantin rejimi ilə bağlı təşkil olunmuş postdan yayınaraq keçdikləri üçün polis əməkdaşları onları təqib etməyə başlamışlar. Onlar Zığ qəsəbəsinə tərəf dönmək istəyəndə Şamil avtomobil ilə döngəni düzgün dönə bilmədiyinə görə idarəetməni itirmiş və avtomobil maneəyə çırpılaraq dayanmışdır. Polis əməkdaşları onları saxlamış və Suraxanı rayon 30-cu polis şöbəsinə aparmışlar. Polis şöbəsində onun üzərində şəxsi istifadəsi üçün saxladığı az miqlarda narkotik vasitə aşkar olunmuşdur. Daha sonra polis əməkdaşları onu döymüşlər və avtomaşına baxış keçiriləcəyini demişlər. Sonra avtomaşına baxış keçirilmiş, avtomaşından ona məxsus olmayan narkotik vasitələr və elektron tərəzi aşkar olunmuşdur. O, polis əməkdaşlarına bildirmişdir ki, aşkar olunan narkotik vasitələr və tərəzi ona məxsus deyil. Lakin polislər ona bildirmişlər ki, əgər avtomaşın onundursa, deməli narkotik vasitələr və elektron tərəzi də ona məxsusdur. Avtomobildən aşkar olunan külli miqdar olan narkotik vasitələr və elektron tərəzi ona məxsus olmamış, yalnız polis şöbəsində üzərindən aşkar olunan az miqdarda olan narkotik vasitə ona məxsus olmuşdur. O, heç vaxt mobil telefon işlətməmiş və narkotik vasitələrin satışı ilə də məşğul olmamışdır. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadələri məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2013-cü ildən narkotik vasitə olan heroindən və “şüşə” kimi tanınan narkotik vasitələrdən mütəmadi olaraq istifadə etmişdir. Narkotik vasitələri Bakı şəhərinin müxtəlif ərazilərindən tanımadığı şəxslərdən almışdır. Həbs olunmamışdan 20 gün əvvəl, yəni aprel ayının əvvəlləri günorta saatlarında Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsində “Əli” kimi tanıdığı İran İslam Respublikasının vətəndaşından öz şəxsi istifadəsi üçün narkotik vasitə almaq üçün görüşmüşdür. Əli adlı şəxsdən 3 bükümdə heroin və bir bükümdə şüşə kimi tanınan narkotik vasitələri almış və ona bildirmişdir ki, pulu avtomaşından götürüb gəlir. O, narkotik vasitələri özü ilə götürüb avtomaşına oturub oradan qaçıb getmiş və Əli adlı şəxsi aldadaraq pulunu verməmişdir. Həmin vaxtlar qardaşı Eşqin Babayevin etibarnamə ilə idarə etdiyi “Daewoo Gentra” markalı ** AE *** dövlət nömrə nişanlı avtomaşını ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx xxxxx 2020-ci il tarixdə gecə saatlarında avtomaşında narkotik vasitə olan heroindən və şüşədən istifadə etmişdir, sonra isə onunla qonşuluqda yaşayan Şahid1la görüşmüşdür. Şamil onu Hövsan qəsəbəsinə aparmağı xahiş etmiş, həmin vaxt o, narkotik vasitənin təsiri altında olduğu üçün avtomaşını Şamili darə etmişdir. Onlar Hövsan qəsəbəsinə gedəndə qəsəbənin giriş hissəsində polis əməkdaşlarının karantinlə bağlı qurduğu posta çatanda Şamil posta yaxınlaşanda avtomobili saxlamışdır. O, Şamilə avtomaşının cəriməsi olduğunu və saxlamamasını bildirmişdir. Həmçinin Şamilə bildirməsə də avtomaşında ona məxsus narkotik vasitələr olmuşdur. Polis əməkdaşı avtomaşına yaxınlaşanda Şamil avtomaşını sürərək oradan getmiş və bu zaman polis əməkdaşları onları təqib etməyə başlamışlar. Polislər bir müddət onları təqib etmişlər və Zığ-Hövsan yolunda sərt döngədə avtomaşının qabaq sol təkəri partladığı üçün Şamil idarəetməni itirmiş və avtomaşın maneəyə çırpılmışdır. Nəticədə avtomaşının qabaq yan şüşəsi sınmışdır. Onlar oradan qaçmaq istəsələr də polis əməkdaşları onları saxlamışlar və avtomaşınla birlikdə Suraxanı rayon Pİ-nin 30-cu polis şöbəsinə aparmışlar. Polis şöbəsində onun narkotik vasitənin təsiri altında olduğunu bilmişlər və ona görə də avtomaşında və sonra da onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı avtomaşında sürətlər qutusunun yanında saxladığı sellofan torbanın içində olan 3 büküm heroin, bir büküm şüşə və eletron tərəzi aşkar olunaraq onun özünün iştirakı ilə götürülmüşdür. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsinin düzgün olmadığını, polis əməkdaşları tərəfindən döyüldüyünə görə məcbur olub, avtomobildən aşkar olunan narkotik vasitələrin və elektron tərəzinin ona məxsus olması barədə yalan ifadələr vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin PPXB-nün polis nəfəri vəzifəsində xidmət edir. xx xxxxx 2020-ci il tarixdə saat 02:45 radələrində Bakı şəhəri Suraxanı rayon ərazisində Hövsan qəsəbəsində, Hövsan yolunda digər həmkarları ilə birlikdə karantin postunda 5662 saylı avto patrulda xidmətdə olan vaxt 289 saylı avtopatrulda xidmət edən əməkdaş məlumat verib bildirmişdir ki, “Daewoo Gentra” markalı 99AE851 dövlət nömrə nişanlı avtomaşın posta yaxınlaşarkən tabesizlik göstərmiş və hazırda həmin avtomobili müşahidə edir. Həmin avtomobilin saxlanılması üçün onlardan kömək istəmiş və onlara FHN-nin Akademiyasının qarşısında süni tıxac yaratmaqlarını bildirmişdir. Onlar süni tıxac yaratmışlar, lakin həmin avtomaşın süni tıxacdan da yayınmış və yenə də avtoxuliqanlığını davam etdirmişdir. Onlar da yol patrul xidməti ilə birlikdə həmin avtomobili müşahidə etmişlər. Yol boyu avtomobilin sürücüsü avtomobili dəfələrlə kobud şəkildə xidməti avtomobillərin üzərinə çəkərək xuliqanlıq hərəkətlərini davam etdirmişdir. Həmin avtomobil Zığ-Hövsan yolunda sağa sərt döngəni sürətlə dönmüş və dönmə əməliyyatını düzgün apara bilmədiyi üçün qabaq sol təkəri partlamış və avtomobil torpaq maniyəyə dəyib dayanmışdır. Onlar və DYPX əməkdaşı həmin avtomobilə yaxınlaşmışlar, avtomobildə iki nəfər, yəni sürücü və qabaq sağ oturacaqda bir nəfər sərnişin olmuşdur. Həmin şəxslər onları görən anda avtomaşında düşüb qacmağa cəhd etmişlər, lakin onlar həmin şəxsləri qaçmağa imkan verməmişlər və tutub saxlamışlar. Sürücünü və sərnişinin özlərini qeyri səmimi və şübhəli apardığı üçün həmin şəxsləri xidməti 5662 saylı avto patrulla Surxanı RPİ-nin 30-cu PŞ-nə aparmışlar. Eyni zamanda avtomobili də evakuator vasitəsilə 30-cu PŞ-nin həyətinə aparmışlar və sürücü, sərnişin və avtomobili aidiyyəti üzrə raportla 30-cu PŞ-nə təhfil vermişlər. Şöbədə məlum olmuşdur ki, həmin nəqliyyat vasitəsini idarə edən şəxs Şahid1, sərnişin isə Təqsirləndirilən şəxsdur. Bundan sonra PŞ-nin əməkdaşları tərəfindən onların iştirakları ilə avtomobilə baxış keçirilərkən avtomobilin salonunda, sürətlər qutusunun yanında dörd büküm narkotik maddəyə oxşar vasitə və bir ədəd kiçik elektron tərəzi aşkar edilmişdir. Avtomobildə olan sərnişin Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin avtomobil ona məxsusdur, avtomobildə salonda tapılan həmin bükümlər narkotik vasitədir, həmin bükümlər və tərəzi ona məxsusdur. Ona görə də Təqsirləndirilən şəxs barəsində 30-cu PŞ-də arşdırma aparılmışdır. Sürücü Şahid1 avto xuliqanlıq hərəkətləri törətdiyinə görə isə DYPX-nin əməkdaşı sənədləşdirmə aparmışdır. Təqsirləndirilən şəxs üzərində də axtarış keçirilmiş, lakin onun üzərindən qanunsuz hər hansı bir əşya, maddə aşkar edilməmişdir. Bundan sonra onlar öz xidməti işlərinin ardınca getmişlər və xidmətlərini davam etdirmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş şahidlər Şahid4, Şahid5, Şahid6, ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuş Şahid2 ifadələrində Şahid3 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid7 ifadəsində bildirmişdir ki, o, Qubadlı rayonu Muradxanlı kəndində daimi qeydiyyatdadır və ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. Onun “Daewoo Gentra” markalı 99AE851 dövlət nömrə nişanlı avtomaşını vardır. Həmin avtomaşını adətən özü idarə edir və sərnişin daşımaqla məşğul olur. Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Cabbarın sürücülük vəsiqəsi olduğu üçün avtomaşını qardaşı Cabbara idarə etmək üçün vermişdir. xx xxxxx 2020-ci il tarixdə də avtomobili qardaşı Cabbara idarə etmək üçün vermişdir. xx xxxxx 2020-ci il tarixdə gecə saat 04 radələrində onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə avtomobilin Şahid1 idarə edərək avtoxuliqanlıq etməsi ilə əlaqədar inzibati protokol tərtib edilməsi barədə «sms» gəlmişdir. Sonra bilmişdir ki, qardaşı Cabbar avtomobili idarə etmək üçün tanışı Şamilə vermişdir. Şamil də avtomaşını idarə edən zaman avto xuliqanlıq etdiyinə görə saxlanılmışdır. Daha sonra Suraxanı RPİ-nin 30-cu PŞ-dən məlumat vermişlər ki, Cabbarın idarə etdiyi avtomobildə narkotik vasitə aşkar edilmişdir. Qardaşı Cabbar narkotik vasitələrin aludəçisi olduğu üçün o, polisə getməmişdir. Lakin qardaşı Cabbarın onun avtomobilində narkotik vasitə istifadə etməsini və ya onun avtomobilində narkotik vasitə saxlamasını bilməmişdir və əvvəllər belə bir hal olmamışdır. Cabbar heç vaxt mobil telefon işlətməmişdir. ***-***-**-** mobil nömrə ona məxsusdur və həmişə də onun istifadəsində olmuşdur. Sonradan ona məlum olmuşdur ki, avtomobildən aşkar olunan narkotik vasitələr Şamilə məxsusdur. Belə ki, Şamil Bakı şəhəri, Keşlə qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olur. O, güman edir ki, avtomaşından aşkar olunan narkotik vasitə Şamilə məxsus olmuşdur. Məhkəmədə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşamışdır və Cabbarı 2011-ci ildən tanıyır. Cabbar özünə məxsus avtomaşınla taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx xxxxx 2020-ci il tarixdə gecə saatlarında yaşadığı məhəllədə olarkən Cabbarın oradan avtomobil ilə keçdiyini görüb onu onu saxlatmışdır. Hövsan qəsəbəsinə getməli olduğu üçün Cabbardan onu Hövsana aparmasını xahiş etmiş, Cabbar onu 10 manat məbləğində pul qarşılığında aparmağa razılaşmışdır. O, Cabbarın narkotik vasitədən istifadə etdiyini bilmişdir. Günəşli qəsəbəsinə çatanda Cabbarın narkotik vasitənin təsiri altında olduğunu və sükan arxasında yuxuladığını görüb avtomaşını saxlamasını tələb etmiş və sürücülük hüququ olduğu üçün özü avtomaşını idarə etmişdir. Hövsan qəsəbəsinin girişində karantin rejimi ilə əlaqədar posta çatanda avtomaşını saxlamış, lakin Cabbar ona avtomaşının cəriməsi olduğunu və saxlamamağı bildirmişdir. Həmçinin icazələri olmadığı və cərimələnməmək üçün polis əməkdaşları onlara yaxınlaşanda tez avtomobili sürüb getmişlər. Bu zaman yol patrul xidməti avtomaşını onların arxası ilə gəlmişdir. O, avtomobili saxlamamış və idarə etməkdə davam etmiş, Zığ-Hövsan yolunda sərt döngədə avtomaşının qabaq sol təkəri partladığı üçün idarə etməni itirmiş və avtomaşın maneəyə dəyərək dayanmışdır. Bu zaman polis əməkdaşlarının onlara yaxınlaşdıqlarını görüb qaçmaq istədikdə polislər tez onlara çatıb saxlamışlar və onları avtomaşınla birlikdə 30-cu polis şöbəsinə aparmışlar. Polis şöbəsində Cabbarın narkotik vasitənin təsiri altında olduğunu bilmişlər və Cabbarın avtomaşınında və üzərində axtarış keçirmişlər. Sonradan bilmişdir ki, Cabbarın avtomaşınında narkotik vasitə aşkar olunmuşdur. Cabbarın avtomaşınında narkotik vasitə olmasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, “Daewoo Gentra” markalı **-AE-*** dövlət nömrə nişanlı avtomaşında axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş, bu zaman həmin avtomobilin sürətlər qutusunun yanından 4 ədəd büküm və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin 4 ədəd bükümün üç ədədinin içərisində heroin və bir ədəd bükümün içərisində isə şüşə kimi tanıdığı narkotik maddələr olmasını bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və iş materiallarına əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2020-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Cabbar Calal oğlunun üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü köçürülmüş 01 ədəd DVD formatlı diskə baxış keçrilmiş və baxış zamanı “Daewoo Gentra” markalı **-AE-*** dövlət nömrə nişanlı avtomaşında axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş, bu zaman həmin avtomobilin sürətlər qutusunun yanından 4 ədəd büküm və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin 4 ədəd bükümün üç ədədinin içərisində heroin və bir ədəd bükümün içərisində isə şüşə kimi tanıdığı narkotik maddələr olmasını bildirmişdir. Cinayət işinin materiallarından məlum olur ki, “Daewoo Gentra” markalı 99AE851 dövlət nömrə nişanlı avtomaşında axtarış və götürmə istintaq hərəkəti aparılan zaman çəkilmiş videogörüntü, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə istintaq hərəkəti aparılan zaman çəkilmiş iki ədəd videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş və bununla bağlı protokol tərtib edilərək cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxxx 2020-ci il tarixli 6/496 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs avtomaşınından aşkar edilərək götürülmüş...” yazısı olan zərfdə, 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,601 qr., 10,518 qr. və 5,456 qr., ümumi təmiz çəkisi 18,575 qr. tünd qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,374 qr. ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in, Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in İ siyahısına daxildir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx xxx 2020-ci il tarixli 6/645 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs avtomaşınından götürülmüş tərəzi” yazısı olan zərfdəki, bir ədəd “QC Pass 500g/0.1g” markalı elektron tərəzinin üzərində naktokik vasitə olan - heroinin izləri vardır. Tərəzinin üzərində heroin iz şəklində olduğu üçün Təqsirləndirilən şəxs götürülmüş heroinlə (xx xxxxx 2020-ci il tarixli 6/496 nömrəli rəyi) eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyil. Cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji ekspertizasının xx xxx 2020ci il tarixli 1260 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən suiistifadə ediməsi nəticəsində Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 6/1472 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs...” yazısı və AR ƏN MEM-nin “Tədqiqat Obykti № 59”-li ştamp əksi olan paketdəki, 3 (üç) ədəd bükümdə olan heroinlərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. İlkin tədqiqat zamanı Təqsirləndirilən şəxs götürülmüş heroinlərin ayrı-ayrılıqda və ümumi təmiz çəkisi xx xxxxx 2020-ci il tarixli 6/496 saylı ekspert rəyində göstərilib. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi barədə qərardan məlum olur ki, Daewoo Gentra” markalı 99AE851 dövlət nömrə nişanlı avtomaşından aşkar edilərək götürülmüş Təqsirləndirilən şəxs məxsus olan 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,601 qr., 10,518 qr. və 5,456 qr., ümumi təmiz çəkisi 18,575 qr. (təhqiqata sərf edilmişdir ümumi - 0,15 qr.) qalıq 18,424 qr. heroin:, - 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,374 qr. (təhqiqata sərf edilmişdir - 0,1 qr.) qalıq 2,274 qr metamfetamin; - üzərində naktokik vasitə olan heroinin izləri olan bir ədəd “QC Pass 500g/01g” markalı elektron tərəzi - cinayətin predmeti və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən vasitə olduqları üçün maddi sübut qismində tanınmış və saxlanılması üçün Suraxanı rayon Polis İdarəsində saxlanc anbarına təhvil verilmişdir. «Daewoo Gentra» markalı 99AE851 dövlət nömrə nişanlı avtomaşında axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntünü və Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə istintaq hərəkəti aparılan zaman çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diski cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməməsi, avtomobildən aşkar olunan narkotik vasitələrin və elektron tərəzinin ona məxsus olmaması barədə ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəza-çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.ci maddəsində nəzərdə tutulmuş əm-lakı müəy-yən edilmədi-yin-dən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra hazırki cinayət işi üzrə maddi sübut kimi tanınaraq Suraxanı rayon Polis İdarəsində saxlanc yerinə təhvil verilmiş iş üzrə maddi sübut 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,601 qr., 10,518 qr. və 5,456 qr., ümumi təmiz çəkisi 18,424 qr. heroin, - 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,274 qr metamfetamin; - üzərində naktokik vasitə olan heroinin izləri olan bir ədəd “QC Pass 500g/01g” markalı elektron tərəzi məhv edilməli, “Daewoo Gentra” markalı 99AE851 dövlət nömrə nişanlı avtomaşında axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntü və Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə istintaq hərəkəti aparılan zaman çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diski cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – xx xxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 342 (üç yüz qırx iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X4 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut - 3 (üç) ədəd bükümdə olan ümumi təmiz çəkisi 18,424 qr. heroin, - 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,274 qr metamfetamin, - üzərində naktokik vasitə olan heroinin izləri olan bir ədəd “QC Pass 500g/01g” markalı elektron tərəzi məhv edilsin, “Daewoo Gentra” markalı 99AE851 dövlət nömrə nişanlı avtomaşında axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntünü və Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə istintaq hərəkəti aparılan zaman çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diski cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 342 (üç yüz qırx iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X4 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-965/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-965/2020
09.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver