Məhkəmə qərarları › İş №1(101)-965/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-965/2021

04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-965/2021 04.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında) Mikayılov Eldar Əli oğlunun sədrliyi, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5 qızı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi fəaliyyət göstərən vəkili Müdafiəçi və mütəxəssis X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək müəyyən etdi: İbtidai araşdırma orqanının ittiham aktı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunmuşdur. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı yazılı vəsatətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı bir sıra kobud qanun pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və eləcə də Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X6 barəsində xüsusi qərar çıxarılması barədə qərar qəbul edilməlidir. Məhkəmə cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, cinayət işi mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verilməklə aparıldığından dövlət ittihamçısının vəsatəti təmin edilməli, cinayət işinin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1-ci maddəsinə görə, Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin təyinatı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən etməklə, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək mümkün olmasına, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etməyin mümkün olmamasına, heç kəsin qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmamasına yönəlmiş və qanunvericilik qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Cinayət işinin 1-ci cildinin 30-32-ci vərəqlərində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 dekabr 2020-ci il tarixli protokoldan və həmin protokolun əks olunduğu video görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1(bir) büküm, əynində olan qış gödəkçənin sağ yan cibindən isə 20(iyirmi) manat pul, 1(bir) ədəd özünə məxsus xarici pasport və Rabitəbanka məxsus plastik kartı təqdim edərək masanın üzərinə qoymuş, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı içərisindən açıq qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə bənzər kütlə, “Maqna” markalı siqaret qutusunun içərisinə baxış zamanı isə içərisindən 16 ədəd siqaret aşkar edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 20,94 qram olmsı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs və müdafiəçisi tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus xarici pasport və “Rabitəbank” –a məxsus plastik kart sonuncuya izah edildikdən sonra götürülmüş, 20 (iyirmi) manat pul əskinası və “Maqna” markalı siqaret Təqsirləndirilən şəxs qaytarılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi 236.5-ci maddəsinə əsasən baxış zamanı müstəntiq müstəqil və ya mütəxəssisin köməyi ilə izləri, əşyaları, sənədləri, habelə gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək digər əşyaları götürür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi 247.1.9-cu maddəsinə əsasən axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair, axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsviri əks etdirən protokol tərtib edir. Yuxarıda qeyd olunan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 dekabr 2020-ci il tarixli protokoldan göründüyü kimi Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əhəmiyyət kəsb etdiyinə görə 1 (bir) ədəd “Samsung” markalı mobil telefon və “Rabitəbank”–a məxsus plastik kart müvafiq qaydada götürülmüşdür. Bundan sonra Azərbaycan Respublikası DİN BNMİ-nin rəisinin Sumqayıt ŞPİ-nin rəisinə olan 15.12.2020-ci il tarixli, 008-6182-1220 nömrəli məktubdan göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində toplanmış material aidiyəti üzrə baxılıb prosessual qərar qəbul edilməsi üçün Sizə göndərilmiş, bu zaman material ilə birlikdə 01 ədəd mobil telefon, 01 ədəd pasport, 01 ədəd plastik kart və 02 ədəd DVD disk qoşma olaraq Sumqayıt ŞPİ-yə göndərilmişdir. Lakin cinayət işinin materiallarından göründüyü kimi, ibtidai istintaqın sonrakı dövründə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “Rabitəbank”–a məxsus plastik kart və 1 (bir) ədəd “Samsung” markalı mobil telefon barədə sonradan heç bir istintaq hərəkəti aparılmamış, cinayət işinin birinci cildinin 176-cı vərəqində olan qəbzdən “Samsung” markalı mobil telefonun Təqsirləndirilən şəxs qardaşı X4 təhvil verildiyi görünsə də, “Rabitəbank”–a məxsus plastik kart ilə hər hansı hərəkətlərin həyata keçirilməsi ilə bağlı isə iş materiallarında heç bir məlumat yoxdur. Belə ki, “Maddi sübut kimi tanıma haqqında” 17 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş heroinin təmiz çəkisi isə 114,140 qram olmuş, lakin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 114,040 qram olan heroin maddi sübut kimi tanınması və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın və yaşadığı mənzilə baxış keçirlməsinin aparıldığı video görüntüləri əks etdirən video görüntüləri özündə əks etdirən iki ədəd disk maddi sübut kimi tanıması və cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı və hadisənin cinayət hadisəsi olubolmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən, öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər.Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. Həmin Məcəllənin 129.4-cü maddəsinə əsasən maddi sübutların və iş üzrə götürülmüş digər əşyaların təyinatı məsələsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı ilə həll edilənədək bu əşyalar cinayət prosesini həyata keçirən orqanda saxlanılır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda maddi sübutlar haqqında qərar cinayət təqibi üzrə icraat qurtaranadək də qəbul edilə bilər. Həmin Məcəllənin 130-cu maddəsinə əsasən, maddi sübutların və digər əşyaların saxlanılması zamanı, habelə onların ekspertizadan keçirilməsi, cinayət işinin digər ibtidai araşdırma orqanına, prokurora və ya məhkəməyə göndərilməsi ilə əlaqədar bu əşyaların itirilməsi, zədələnməsi, xarab olması, bir-birinə toxunması və ya qarışmasının qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 236.1-ci maddəsinə əsasən, cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. Hazırki cinayət işi üzrə verilmiş ittihamın məzmunundan, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini xarakterizə edən hallardan və eləcə də təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi dəlillərdən (narkotik vasitəni əldə etdiyi mənbə olaraq göstərdiyi şəxslə mobil telefonu üzərindən əlaqə saxladığını göstərmişdir) göründüyü kimi, iş üzrə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd Samsung markalı mobil telefona müstəntiq tərəfindən 15.12.2020-ci il tarixdən, təqsirləndirilən şəxsin qardaşına təhvil verildiyi 01.03.2021-ci il tarixədək olan kifayət qədər uzun müddət ərzində ümumiyyətlə baxış keçirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 85.3-cü maddəsinə əsasən, cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. Göründüyü kimi, müstəntiqin yuxarıda sadalanan uzun müddət ərzində hərəkətsizliyi, daha sonra isə həmin mobil telefonun təqsirləndirilən şəxsin qardaşına qaytarılmaqda ifadə olunan hərəkəti, iş üzrə əhəmiyyət kəsb edən (həm təqsirləndirilən şəxsin müdafiəsi, həm də ittihamın təsdiq olunması baxımından) halların müəyyən edilməsini mümkünsüz etmişdir ki, bu hal cinayət təqibinin qayda və prinsiplərinə zidd olmaqla, özlüyündə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmuş və cinayət işinin tam, hərtərəfli və obyektiv araşdırılmasına maneə yaratmışdır. Bundan başqa məhkəmə şəxsi axtarış zamanı götürülmüş Təqsirləndirilən şəxs “Rabitəbank”-a məxsus plastik kartı ilə bağlı xüsusilə vurğulayır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, “Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Təqsirləndirilən şəxsə verilmiş ittiham üzrə cinayətin törədilməsi və həmin əməllərin sübuta yetirilməsi baxımından yuxarıda sadalanan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında sərgilənən mövqedən də göründüyü kimi, narkotik vasitələrin satışı (satışı məqsədi ilə hərəkətlərin edilməsi), özlüyündə digər şəxslərlə əlaqələrin qurulması, razılıqların əldə olunması kimi hərəkətlərin edilməsini və həmçinin satış həyata keçirildiyi halda əvəzli olaraq satan şəxsin xeyrinə müəyyən maddi nemətlərin (pul məbləğlərinin) verilməsini şərtləndirir ki, bu kimi hərəkətlərin hazırda bank hesab kartlarına pulların köçürülməsi ilə də həyata keçirilməsinin (müştərilərin həmin hesaba pullar köçürməsi və s. kimi hərəkətlər) mümkünlüyü məhkəmədə obyektiv olaraq heç bir şübhə doğurmur. “Rabitəbank”–a məxsus plastik kartla bağlı heç bir istintaq hərəkəti edilmədiyindən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.5.19-cu maddəsinə əsasən, təqsirləndirilən şəxsin iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək; istintaq və ya digər prosessual hərəkətlərdə və məhkəmə baxışında iştirak edərkən, qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək hüququ pozulmuşdur. Göründüyü kimi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və iş üzrə əhəmiyyət kəsb edən (həm təqsirləndirilən şəxsin müdafiəsi, həm də ittihamın təsdiq olunması baxımından) halların müəyyən edilməsində mühüm əhəmiyyət kəsb edə biləcək məlumatları özündə daşıması ehtimal olunan Təqsirləndirilən şəxs məxsus “Rabitəbank”–a məxsus plastik kart barəsində müstəntiq tərəfindən hər hansı hərəkət aparılmamış, həmin kartın hazırda harada olması, bu müddət ərzində cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət edilməklə tamlığının qorunub saxlanıb-saxlanmadığının müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi 18-ci maddəsinə əsasən cinayət təqibi gedişində bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa, heç kəsin mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Prosessual hərəkətlərin həyata keçirilməsi zamanı götürülmüş əmlak müvafiq prosessual hərəkətə dair protokolda göstərilməli, ətraflı siyahıya alınmalı və əmlakın məsuliyyətlə saxlanılması üçün götürülməsinə dair əmlak sahibinə qəbz verilməlidir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, göstərilən hallar da cinayət təqibinin qayda və prinsiplərinə zidd olmaqla, özlüyündə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmuşdur. Eləcə də məhkəmə hesab edir ki, göstərilənlərin Təqsirləndirilən şəxs “Rabitəbank”–a məxsus plastik kartına münasibətdə yol verilmiş qanun pozuntuları əsasında Azərbaycan Respublikası Konstitusiyasında öz təsbitini tapmış mülkiyyət hüququnun və mülkiyyətinin toxunulmazlığının pozulub-pozulmadığının araşdırılması ibtidai araşdırmaya prosessual rəhbərliyi həyatat keçirən prokurorun diqqətinə çatdırılmalıdır. Bundan başqa qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi 289.3.3-cü maddəsi ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar əks olunmadlıdır. İşdə olan ittiham aktından göründüyü kimi, müstəntiq tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddəsinin tələblərinə riayət olunmadan, yalnızca “Təqsirləndirilən şəxs gətirdiyi dəlillər özünü müdafiə xarakteri daşımaqla şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi, məhkəmə- narkoloji ekspertizasının rəyi, maddi sübut və digər istintaq materialları ilə tam təkzib olunaraq törətmiş olduğu cinayət əməli sübuta yetirilmişdir.” İfadələrinin işlədilməsi ilə kifayətlənilmiş, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillərin nələrdən ibarət olması, onların yoxlanması zamanı hansı formada sübutların toplandığı və həmin sübutlarla müəyyən edilmiş nə kimi dəlillərin təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlilləri təkzib etməsi öz əksini tapmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən, müdafiə - cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Məhkəmə qeyd olunan mövqeyi əsaslandırarkən ilk növbədə qeyd edir ki, iş materiallarında olan 16.12.2020-ci il tarixli “Şübhəli şəxsin dindirilməsi” protokolu (cild 01, iş vər. 66-68), 16.12.2020-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi protokolu” (cild 01, iş vər. 81-83), 10 fevral 2021-ci il tarixli “Təqsirləndirilən şəxsin əlavə dindirilməsi protokolu” (cild 01, iş vər. 163-166), 26.03.2021-ci il tarixli “Üzləşdirmə protokolları”(cild 01, iş vər. 226-232), 26.03.2021-ci il tarixli “Təqsirləndirilən şəxsin əlavə dindirilməsi protokolu” (cild 01, iş vər. 233-234) bu kimi protokolların məzmunundan göründüyü kimi, Təqsirləndirilən şəxs özünü ona verilmiş ittihamlar üzrə təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, o, «online» yəni internet üzərindən parfümeriya məhsullarının satışı ilə məşğul olmuşdur. Eyni zamanda o, icarəyə götürdüyü «Nexia» markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Təxminən iki ay əvvəl o, Sumqayıt şəhəri ərazisində bir müştərini Bakı şəhəri, Neftçilər metrosunun arxa tərəfinə yəni icra hakimiyyəti tərəfə aparmışdır. Orada müştəri ondan avtomobili ara məhəllələrə sürməyini xahiş etmişdir. O, onun dediyi yerə sürmüşdür. Orada müştəri maşından düşüb uzaqlaşmış və tanımadığı bir neçə nələr ona yaxınlaşıb onu döymüşlər və ona məxsus şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, idarə etdiyi «Nexia» markalı avtomobilin qeydiyyat şəhadətnaməsini, ona məxsus 02 ədəd mobil telefon aparatını və bir ədəd notebooku oğurlamışlar. O, isə DİN-nin 102 xidmətinə məlumat verib qeyd etdiyi əşyaların oğurlandığını yox itdiyini bildirmişdir. Həmin vaxt telefonlardan birində 070 ***-**-** mobil nömrəsi olmuşdur. Həmin nömrə onun öz adına olduğu üçün o, həmin nömrənin dublikatını çıxartdırıb yenidən istifadə etməyə başlamışdır. Həmin ərəfədə onunla bir nəfər Whatsapp-la əlaqə saxlayıb onun əşyalarının onun əmisi oğlunda olduğunu bildirmişdir. Bundan sonra həmin şəxs onunla əlaqə saxlayıb İran vətəndaşı olduğunu və adının və ya ləqəbinin «Səid» olduğunu bildirmişdir. Sonra həmin şəxs onun telefonuna onun sənədlərinin şəklini və narkotik vasitə şəkilləri çəkib atmağa başlamışdır. Lakin o, həmin şəxsin bu hərəkətlərinə fikir verməmişdir. Lakin sonra həmin şəxs onunla normal danışmamış və onunla şantaj formasında danışmağa başlamışdır. O, ona demişdir ki, əgər onun dediklərini elməsə onu tutduracaq. 14.12.2020-ci il tarixdə saat 20 radələrində həmin şəxs onunla «Whatsapp»la əlaqə saxlayıb ona məxsus sənədləri və notebooku çantasında Bakı şəhəri, neftçilər prospektində, icra hakimiyyətinin arxa tərəfində yerə qoyacağını, həmin çantada əlavə telefon qulusunun içərisində bir bükülü olduğunu və həmin qutunun içərisindəki bükülünü Sumqayıt şəhərində onun dediyi yerdə maşından atmasını istəmişdir. O, həmin yerə gəlib çantanı götürmüş və həqiqətən də içərisində ona məxsus notebook və bir telefon qutusunun olduğunu görmüşdür, həmin yerdə o, əvvəllər döyüldüyü üçün orada çox qalmaq istəməmişdir. O. çantada sənədlərinin olub-olmadığını yoxlamamış və qutunun içərisində nə olduğuna baxmayaraq maşına əyləşib oradan uzaqlaşmışdır. O, Sumqayıt şəhərinə çatana yaxın həmin şəxs «Whatsapp»la əlaqə saxlayıb ona bildirmişdir ki, qutunun içərisində olan bükümü şəhərin girişindəki dayanacağı keçən kimi yolun kənarına atsın. O, şübhələnmişdir ki, ola bilsin ki bu bükülünün içərisində narkotik vasitə var, ancaq o, qutunun içərisinə baxmamışdır. Eyni zamanda o, həmin qutunu maşından atmağa da qorxmuşdur. Buna görə də o, həmin bükümü deyilən yerdə atmamış və bir başa yaşadığı evə gəlmişdir. O, evə gəlib həmin qutunu açıb baxmış və içərisində bir bükümdə toz formasında kütlə olduğunu görmüşdür. O, başa düşmüşdür ki. bu narkotik vasitədir. Sonra ailə üzvləri şirniyyat istədiklərinə görə şirniyyat almaq üçün o. küçəyə çıxmışdır. O, şirniyyat alıb qayıdanda idarə etdiyi avtomobili binanın qarşısında saxlayıb düşmək istəyəndə dörd-beş nəfər mülki geyimli şəxs ona yaxınlaşıb onu tutmuşlar və öz maşınlarına əyləşdirmişlər. O, maşına əyləşən kimi qoluna qandal vurmuşlar və ciblərində olan əşyaları maşına oturacağın üzərinə qoymuşlar. Həmin vaxt üzərində özünə məxsus xarici pasport, rabitə banka məxsus bank kartı və 1170 manat pul olmuşdur. Ona məxsus 01 ədəd «Samsung J5» markalı mobil telefon aparatı və 01 qutu maqna siqareti isə maşınında qalmışdır. Onları da götürüb gəlmişlər və sərnişin tərəfdəki oturacağın üzərinə qoymuşlar. Şəxslərdən biri onun yaşadığı evi soruşmuşdur. O. həmin şəxsə yaşadığı ünvanı göstərmişdir. İki nəfər maşında onun yatımda oturmuşlar, digər iki nələr isə onun yaşadığı evə tərəf getmişlər. Maşında isə ona özünü «Həci» kimi təqdim edən şəxslə söhbət edən zaman bildirmişlər ki, onun yaşadığı evə baxış keçiriləcək. Bu vaxt o, onlara bildirmişdir ki. ona telefon qutusunda 01 büküm və 02 ədəd sadə telefon veriblər, o. həmin qulunu onlara təqdim edə bilər. O, həmin şəxslərlə birlikdə maşından düşüb bloka yaxınlaşmış və onlardan qabaq gələn şəxslərin evin qapısını döydüklərini görmüşdür. Ailə üzvləri qapını açmışlar və həmin şəxslər və o, evə daxil olmuşlar. Onlar ailə üzvlərini bir otağa salıb qapını bağlamışlar. O, isə onlara bildirmişdir ki, həmin qutu mətbəxdə dolabdadır və onlara təqdim edə bilər. Bundan sonra o, həmin qutunu dolabdan götürüb təqdim etmiş və bildirmişdir ki, içərisində 02 ədəd sadə telefon və 01 büküm maddə var. O. orada onlara qutunu hansı şəraitdə götürdüyünü bildirmişdir. Orada onun üzərindən heç bir narkotik vasitə aşkar olunmamışdır. Bundan sonra onlar onu Bakı şəhərinə BNMİ-nə aparmışlar. Orada yaşadığı evdə onlara təqdim etdiyi qutunun içərisində olan bükümü, telefonu, bank kartını, 01 qutu siqareti və 20 manat pulu ona vermişlər ki, cibinə qoysun. Ona demişlər ki. video çəkilişlə üzərinə vəkilin iştirakı ilə baxış keçiriləcək. O, orada ona verilən əşyaları təqdim etmiş və bununla bağlı video çəkiliş aparılmışdır. O, gecə orada qalmışdır. Səhər təxminən saat 10 radələrində onlar onun yaşadığı evə gəlmişlər. Evdə pəncərəni və pərdəni bağlayıb qaranlıq şərait yaratmışlar ki, guya çəkiliş gecə aparılır. Bundan sonra qonaq otağında çəkilişi aparan şəxs bir büküm maddəni divanın sağ küncünə qoymuş və çəkiliş zamanı onlara təqdim etməsini istəmişdir. Əlavə olaraq bildirmişlər ki, onların ona dediyi sözləri çəkilişdə təkrar etsin və itən sənədləri ilə bağlı heç bir söz deməsin. Ona demişlər ki. narahat olmasın ona heç bir şey olmayacaq. O. isə onlara heç bir etiraz etməmiş və onların dediklərini etmişdir. Onun təqdim etdiyi bükülü tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Bütün bunlar videoçəkiliş aparılaraq həyata keçirilmişdir. Onun ifadəsində göstərdiyi xüsusatlar həqiqətdir. Onun evində narkotik vasitə yəni 14.10.2020-ci il tarixdə saat 20 radələrində yaşadığı evin həyətində saxlanılarkən yaşadığı evdə olan təxminən 20 qram narkotik vasitə olan heroin olmuşdur. Lakin bir gün sonra yaşadığı evə baxış keçirilərkən aşkar olunmuş 114 qram narkotik vasitə olan heroin ona məxsus olmamışdır, O. narkotik vasitə olan heroini tanımadığı şəxsdən əldə etmişdir. Belə ki. həmin şəxs onun sənədlərini qaytaracağım bildirdiyi üçün onun dediyi yerə getmiş və notebook çantasının içərisində olan telelon qutusunu notebookla birlikdə götürüb oradan uzaqlaşmışdır. Həmin şəxs ona qutunun içərisində olan bükümü atacağı yeri bildirəndə o, qorxmuş və həmin bükümü atmamışdır. Evdə həmin bükümə baxıb narkotik vasitə olduğunu anlamışdır. O, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş və alqı satqısı ilə məşğul olmamışdır. Onun ifadəsində göstərdiyi yer, yəni narkotik vasitəni götürdüyü yer Bakı şəhəri, Neftçilər metrosunun yaxınlığında yerləşən İcra Hakimiyyətinin arxa tərəfidir. Göründüyü kimi öz ifadələrində Təqsirləndirilən şəxs özünün narkotik vasitəni əldə etmə şəraiti, səbəbi, saxlama şəraiti, yaşadığı mənzilə baxış keçirilməsi vaxtı və forması, aşkar edilən narkotik vasitənin miqdarı və s. hallarla bağlı digər şahidlərin ifadələrində göstərdikləri və əməliyyat-axtarış, istintaq hərəkətlərinin protokollarında qeyd olunan hallardan fərqli xüsusatları göstərən ifadələr verməklə müdafiəsi üçün çoxsaylı dəlillər gətirmişdir. Eləcə də cinayət işinin birinci cildinin 191-ci vərəqində olan “Vəsatətin təmin edilməsi haqqında” 05 mart 2021-ci il tarixli qərarla, təqsirləndirilən şəxs Şahin Verdyevin vəkili Müdafiəçi 25.02.2021-ci il tarixli vəsatəti təmin edilməklə, əlavə şahidlərin yəni Təqsirləndirilən şəxs həyat yoldaşı X2 və qardaşı X3 şahid qismində dəvət edilərək dindirilmələri qərara alınmışdır. İstintaq zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, onun həyat yoldaşıdır. Onlar 2001-ci ildə ailə həyatı qurmuşlar. Onalrın birgə nikahdan üç övladı vardır. 14.12.2020-ci il tarixdə saat 22 radələrində o yaşadıqları evdə olmuşur. Şahin yaşadığı evə gəlmiş. Oğlu Yusif şirniyyat istədiyi üçün Şahin evdən çıxıb şirniyyat almağa getmişdir. Təxminən yarım saatdan sonra Şahin evə qayıtmış. Bu vaxt Şahinin yanında dörd-beş nəfər olmuşdur. Onlar polis əməkdaşları olduqlarını bildirmişlər və onları qonaq otağına salıb çölə çıxmağa icazə veməmişlər. Şahin isə polis əməkdaşları ilə yataq otağında oturub söhbət etmişdir. Təxminən yarım saatdan sonra polis əməkdaşları Şahinlə birlikdə çıxıb getmiş, getdikdən təxminən bir saat sonra həmin şəxslər Şahinlə birlikdə yenidən evə gəlmiş, yenə də Şahinlə söhbət edib evi axtarmağa başlamışlar. Polis əməkdaşları evdən nəsə tapıb-tapmadıqları barədə onlara bir söz deməmişlər. Lakin qapıdan çıxanda bir nəfər demişdir ki, narahat olmayın Şahin birazdan gələcək. Polis əməkdaşları Şahini götürüb aparmışlar. Onalr qonaq otağında olduğu üçün polis əməkdaşlarının Şahinlə nə barədə söhbət etdiklərini eşitməmişdir. Şahingil getdikdən sonra o, uşaqları da götürüb qaynı Ceyhunun yaşadığı evə getmişdir. Bir müddətdən sonra onlar Şahinin telefonuna zəng edib onunla əlaqə saxlamış, lakin Şahin, olduğu yeri onlara bildirməmişdir. 15.12.2020-ci il tarixdə saat 09 radələrində Şahin ona zəng edib yaşadıqları evin açarının lazım olduğunu və evdə çəkiliş aparılacağını bildirmişdir. Buna görə də o yaşadaqları evin açarlarını qaynı Ceyhuna vermişdir. Ceyhun isə yaşadıqları evə gedib və polis əməkdaşlarının Şahini gətirdiklərini görmüşdür. Sonradan onlara məlum olmuşdur ki, Şahinin üzərindən və yaşadıqları evdən narkotik vasitə olan heroin aşkar olunduğu üçün onu tutmuşlar. (cild 01, iş vər. 202-203) İstintaq zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. 14.12.2020-ci il tarixdə saat 22 radələrində o yaşadığı evdə olmuşdur. Bu vaxt Şahinin həyat yoldaşı Sevinc və qardaşı uşaqları onlara gəlmişlər. Sevinc ona bildirmişdir ki, Şahini polis işçiləri aparmışlar. Sonra o Şahinlə telefon əlaqəsi saxlasa da o, nə üçün aparıldığını bildirməmişdir və Bakıda olduğunu demişdir. Qardaşı uşaqları gecə onların evində qalmışlar. 15.12.2020-ci il tarixdə saat 09 radələrində Şahin Sevincə zəng edib evin açarlarını istəmişdir. Buna görə də Sevinc evin açarlarını ona vermiş, O isə Şahinin Şahingilin yaşadığı evə getmişdir. O, həyətə çatanda görmüşdür ki. polis əməkdaşları maşında əyləşmişlər və Şahin də onların yanındadır. O evin açarını Şahinə vermişdir. Bundan sonra Şahin və polis əməkdaşları evə girmişlər. O isə həyətdə gözləmişdir. Təxminən bir saatdan sonra onu evə dəvət etmişlər. O evə girib otaqda onları gözləmişdir. Sonra polis əməkdaşlarından biri onu yanına çağırıb Şahinin narkotiklə tutulduğunu bildirmişdir. Bundan sonra Şahin və polis əməkdaşları evdən çıxıb,getmişlər. 14.12.2020-ci il tarixdə saat 22 radəldərində o yaşadığı evdə olmuşdur. Həmin vaxt Şahinin evində video çəkiliş olub-olmamasından xəbəri yoxdur. Lakin 15.12.2020-ci il tarixdə saat 09 radələrində o Şahinin evinin açarlarını Şahingilin həyətlərində Şahinə vermiş və polis əməkdaşları Şahinlə birlikdə evə girmişlər. O isə qapının arxasında dayanıb qulaq asanda evdən axtarış səslərini, əşyaların yerə düşməsi səslərini eşitmişdir. Sonradan o içəri girəndə görmüşdür ki, polis əməkdaşları öz əşyalarını yığışdırır. O onlardan çəkiliş aparıb aparmadıqlarını soruşmuş. Ona demişlər kı, narahat olmayın özümüz üçün çəkirik. (cild 01, iş vər. 204-206) Göründüyü kimi müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahidlər olan Sevinc Verdiyeva və Ceyhun Verdiyev öz ifadələri ilə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bəzi məqamları təsdiq etmişlər. Bu göstərilən xüsusat, yəni qeyd olunan şahidlərin verdikləri ifadələrinin məzmunu müstəntiq tərəfindən qəbul edilmiş 26.03.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarda öz əksini tapsa da, qərarın məzmunundan görünür ki, müstəntiq istintaq zamanı X9 ilə BNMİ-nin əməkdaşları Şahid1 və Şahid2 arasında üzləşdirmə istintaq hərəkətlərinin aparıldığını qeyd etsıə də, cinayət işinin materiallarında belə bir istintaq hərəkətlərini həyata keçirilməsinə dair hər hansı protokola rast gəlinməmiş, 26.03.2021-ci il tarixdə üzləşdirmə hərəkətləri Təqsirləndirilən şəxslə BNMİ-nin əməkdaşları Şahid1 və Şahid2 arasında keçirilmişdir. Göründüyü kimi müstəntiq tərəfindən şahidlər Sevinc Verdiyeva və Ceyhun Verdiyevin ifadələrində göstərdikləri halların sübut kimi qiymətləndirilibqiymətləndirilməməsinə dair heç bir qiymət verilməmiş, nə 26.03.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarda, nə də ki, ittiham aktında həmin hallara dair qiymət verilməməklə, müstəntiq tərəfindən qeyd olunan şəxslərin ifadələri ittiham aktının məzmununda əksini tapmmamaqla, sonuncu şəxslər heç müstəntiq tərəfindən ittiham aktına məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısına əlavə belə edilməmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, ibtdai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokurorunun 22.03.2021-ci il tarixli göstərişindən (cild 01, iş vər. 212-213) göründüyü kimi, prokuror tərəfindən cinayət işi tərəfindən öyrənilərkən iş üzrə bütün istintaq hərəkətlərinin aparılmadığı, ziddiyyətli məqamlar aradan qaldırılmadan vaxtından əvvəl istintaqın qurtarmasının elan olunmasının müəyyən edildiyi qeyd olunmuş, bu mövqe Təqsirləndirilən şəxs ifadəsi ilə əməliyyat tədbirləri keçirmiş DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları Şahid1 və Şahid2 ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu halda aralarında üzləşdirmələrin keçirilməsinin təmin olunmadığı, əməliyyat tədbirləri həyata keçirilərkən Şahid1 və Şahid2 şəxsi istifadələrində olmuş mobil telefon aparatlarının üzərlərində olub-olmamasının araşdırılmadığı və s. hallar göstərilmi, müstəntiqə bu halların aradan qaldırılması göstəriş verilməklə yanaşı, göstərişin icrası ilə kifayətlənməmək, göstəriş və onun icrasından irəli gələn ortaya çıxan digər xüsusatların da tam, hərətərəfli və obyektiv araşdırılması da mütləq şəkildə qeyd olunmuşdur. Müvafiq göstərişin verilməsindən sonra müstəntiq tərəfindən qeyd olunan əməliyyat müvəkkilləri təkrar dindirilməklə şəxsi istifadələrində olmuş mobil telefon aparatlarının üzərlərində olub-olmamasının araşdırılması məzmununda yalnız bu barədə sonunculara suallar verilməklə kifayətlənilmiş (şahidlər mobil telefonlarının əməliyyat vaxtı xidmət etdikləri idarədə qoydularını bildirmişlər), sonuncuların mobil telefon nömrələri barədə müstəntiqdə məlumat olmasına baxmayaraq (şahidləri müvafiq olaraq dindirərkən anket məlumatlarında əks etdirilmişdir), müstəntiq tərəfindən şahidlərin ifadələri ilə kifayətlənilməklə, faktiki olaraq subyektiv meyarlardan işə yanaşılmaqla, işin obyektiv araşdırılması təmin edilməmiş, həmin telefon nömrələrinin müvafiq olaraq əməliyyataxtarış və istintaq hərəkətlərinin keçirildiyi zaman anten məlumaltarının əldə olunması üçün prokuror qarşısında vəsatət qaldırılmamış, işdə olan ziddiyyətlərin aradan qaldırılması üçün müstəntiq tərəfindən hüquqlarında əksini tapan hərəkətlərin edilməsinə cəhd belə olunmamışdır. Məhkəmə qeyd olunan halların məcmusunu da Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntusu və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması olaraq qiymətləndirir. Bununla yanaşı yuxarıda qeyd olunan prokurorun göstərişinin məzmunundan göründüyü kimi, prokuror tərəfindən 22.03.2021-ci il tarixdə göstəriş verilərkən cinayət işi üzrə 15.03.2021-ci il tarixdə istintaqın tamamlandığı, 17.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduğu və 20.03.2021-ci il tarixdə işin ittiham aktı tərtib olunmamışdan əvvəl öyrənilməsi üçün şəhər prokurorluğuna göndərilmiş olduğu qeyd olunmuşdur ki, yuxarıda sadalanan hallara dair protokollar isə iş materiallarında olmamaqla, müstəntiq tərəfindən kobud prosessual pozuntulara yol verilməsinə dəlalət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə hər bir sənəd müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialına əlavə olunan kimi dərhal vərəqlər üzrə nömrələnməlidir. Cinayət prosesini həyata keçirən orqan həmin vərəqlərin ardıcıl nömrələnməsini və xronoloji qaydada müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarına tikilməsini təmin etməlidir. Həmin Məcəllənin 52.3-ci maddəsinə əsasən bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Baş Prokurorluğu ilə birgə müəyyən etdiyi qaydada qeydə alınmalıdır. Bütün prosessual qərarlar ciddi hesabat sənədləri olmaqla xüsusi formalı, nömrələnmiş blanklarda tərtib olunur. Həmin blankların formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən birgə müəyyən olunur. Cinayət işinin materiallarından görünür ki, 10.03.2021-ci il tarixdə Sumqayıt şəhər prokuroru tərəfindən Təqsirləndirilən şəxs 11.03.2021-ci iltarixdən Azərbaycan Respublikası ƏN PX-nin 3 nömrəli İstintaq Təcridxanasından Sumqayıt şəhər Pİ-nin MSYnə etap olunması və 16.03.2021-ci il tarixədək orada saxlanması məzmunda qərar qəbul olunmuş, 10.03.2021-ci il tarixdə X8, eləcə də X3 dindirilməsinə dair protokollar tərtib olunmuş, bütün bu prosessual hərəkətlər cinayət işinin birinci cildinin 199-206-cı vərəqlərində öz əksini tapmışdır. Daha sonra cinayət işinin birinci cildinin 207-ci vərəqində 17 saylı MKİS tərəfindən verilmiş 12.03.2021-ci il tarixli arayış, sonrakı vərəqdə, yəni 208-ci nömrə ilə qeyd olunmuşvərəqdə 17 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamə öz əksini tapmış, bundan sonra gələn vərəqdə isə müvafiq olaraq 209-cu vərəq olmalı olmasına baxmayaraq, müstəntitq tərəfindən 211 nömrəsi ilə nömrələnmiş, Sumqayıt ŞPİ-nin 15.03.2021-ci il tarixli, 123-10499-1221 nömrəli məktubu əks olunmuş, sonrakı vərəq isə 210 nömrəsi ilə nömrələnməklə, müstəntiq tərəfindən 15.03.2021-ci il tarixli, saat 15.30 kimi qeyd olunmuş DİN-in BNMİ-nin əməkdaşlarının üzləşdirmə hərəkəti üçün çağırılmalarına baxmayaraq gəlməmələri məzmunda protokol tərtib edilmiş, növbəti vərəqdə isə yenidən 211 nömrəsi ilə nömrələnməklə tarixi və nömrəsi qeyd olunmayan məktubla müstəntiq tərəfindən cinayət işinin şifahi sorğuya əsasən Sumqayıt ŞPİ-nin İŞ-də istintaqı tamamlanmaq üzrə olan 20070386 saylı cinayət işinin öyrənilməsi üçün Sumqayıt şəhər prokuroruna göndərilməsi qeyd olunmuşdur. Göründüyü kimi, prokurorun göstərişində cinayət işi üzrə istintaq hərəkətlərinin baş tutma ardıcıllığı və istintaqın mərhələsi ilə bağlı xülasə halında 15.03.2021-ci il tarixdə istintaqın tamamlandığı, 17.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduğu və 20.03.2021-ci il tarixdə işin ittiham aktı tərtib olunmamışdan əvvəl öyrənilməsi üçün şəhər prokurorluğuna göndərilmiş olduğu qeyd olunsa da, sadalanan, eləcə də cinayət prosessual qanunvericiliyin tələbləri baxımından mühüm əhəmiyyət kəsb edən istintaq hərəkətlərinin protokolları ümumiyyətlə cinayət işində olmamaqla, göstərilən zaman kəsiyində həqiqətdə hansı istintaq hərəkətlərinin keçirilmiş olması məhkəmə üçün qeyri-müəyyən qalmaqla, yuxarıda qeyd olunduğu kimi cinayət işinin vərəqlərinin nömrələnməsində də pozuntuların olması məhkəmədə müstəntiq tərəfindən cinayət işinin həmin hissəsi ilə bağlı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələbləri ilə bir araya sığmayan hərəkətlərə yol verildiyinə qiymət verilməsi üçün əsas yaradır. Məhkəmənin bu mövqeyd eyni zamanda iş materiallarında dəfələrlə əksini tapan və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 52.3cü maddəsinin tələblərinin pozulması ilə də öz təsdiqini tapır. Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Nizami Omarov tərəfindən tərtib edilmiş cinayət işinin müvafiq olaraq 13-cü vərəqində olan 14.12.2020-ci il tarixli “şübhəli şəxsə vəkillərin siyahısının təqdim edilməsi haqqında”, cinayət işinin 19-cu vərəqində olan 14.12.2020-ci il tarixli “Vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında”, cinayət işinin 21-ci vərəqində olan 14.12.2020-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında”, cinayət işinin 27-ci vərəqində olan 14.12.2020-ci il tarixli “Şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında”, cinayət işinbin 30-32ci vərəqlərində olan “Şəxi axtarış və götürmə aparılması haqqında” cinayət işinin 35-36-cı vərəqlərində olan “mənzilə baxış keçirilməsi və götürmə haqqında”, cinayət işinin 38-ci vərəqində olan 15.12.2020-ci il tarixli “Şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında”, cinayət işinin 49-cu vərəqində olan 15.12.2020-ci il tarixli “Şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” protokollarından görünür ki, təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-in 52.3-cü maddəsinin tələblərinə riayət olunmamış və qeyd olunan protokolların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Baş Prokurorluğu ilə birgə müəyyən etdiyi qaydada qeydə alınması barədə qeydiyyat nömrələri protokolda əks etdirilməmişdir. Məhkəmə cinayət işinin materiallarında əks olunan və hazırlıq iclasınadək öyrənilən yuxarıdakı halları sadalayaraq belə hesab edir ki, cinayət işi üzrə təhqiqat hərəkətlərini həyata keçirmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Nizami Omarov tərəfindən Azərbaycan Respublikası CPM-in 52-ci maddəsində qeyd olunmuş göstərişlərə də, səhlənkar yanaşılmaqla, cinayət işi üzrə bir sıra prosessual qaydalara əməl edilməmişdir. Daha sonra qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 285-ci maddəsinin tələbinə görə müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. Həmin Məcəllənin 286-cı maddəsinin tələbinə görə müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. Cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X11 tərəfindən tərtib edilmiş və müvafiq olaraq cinayət işinin 250-ci nömrəsi ilə nömrələnmiş vərəqində olan 27.03.2021-ci il tarixli “Təqsirləndirilən şəxs və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmək haqqında” protokoldan görünür ki, müstəntiq tərəfindən təqsirləndirilən şəxs və müdafiəçisinə birlikdə təqdim olunmuş ********* nömrəli cinayət işinin tikilərək səhifələnmiş 01 cild 259 vərəqdən ibarət bütün materialları ilə 27.03.2021-ci ildə saat 16.20 dəqiqədən 18.10 dəqiqəyədək tanış olduqları qeyd olunmuşdur. Halbuki, qeyd olunan protokol cinayət işinin elə müstəntiq tərəfindən nömrələnmiş vərəqlərinə əsasən 250-ci vərəqdə olmuşdur ki, təqsirləndirilən şəxs və müdafiəçinə 259 vərəqdə cinayət işinin necə təqdim edildiyi, müvafiq olaraq müstəntiqin hesabladığı 10 əlavə vərəqdə nə kimi materialların olduğu məhkəmə üçün qeyri-aşkar olmaqla, bu hal müstəntiq tərəfindən təqsirləndirilən şəxslər və müdafiəçiyə iş materiallarının tanış olması üçün hansı həcmdə (neçə cild, neçə vərəqə, hansı maddi sübutun təqdim edilməsi və sair) onlara təqdim edilməsinin qeyri-müəyyən olmasını, bununla da, onların iş materialları ilə tam həcmdə tanış olmaları hüququnun pozulmasını göstərir. Azərbaycan Respublikası CPM-nin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulmasından ibarət kobud pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Bundan başqa qeyd olunmalıdır ki, 29.03.2021-ci il tarixdə təsdiq edilmiş ittiham aktı cinayət işinin 251 nömrəsi ilə nömrələnmiş vərəqindən başlasa da, cinayət işinin sonrakı vərəqləri ümumiyyətlə nömrələnməmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu və 290.3.2-ci maddələrinin tələblərinə uyğun olmaması kobud qanun pozuntusudır və belə pozuntuya yol verildikdə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. CPM-nin 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284-288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. Həmin Məcəllənin 289.4-cü maddəsində isə qeyd olunur ki, ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Hazırkı cinayət işi üzrə Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X11 tərəfindən qəbul edilmiş 16 dekabr 2020-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərarının (cild 01, iş vər. 71-72) təsviri-əsaslandırıcı hisəsində və 29 mart 2021-ci il tarixdə Sumqayıt şəhər prokuroru tərəfindən təsdiqlənmiş həmin tarixli ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, “Təqsirləndirilən şəxs 14.12.2020-ci il tarixdə şəxsiyyəti istintaq orqanına məlum olmayan İran İslam Respublikası vətəndaşından Bakı şəhəri, Neftçilər metrosunun yaxınlığında yerləşən İcra hakimiyyətinin inzibati binasının arxasında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni 19,020 qram çəkidə narkotik vasitə əlan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 14 dekabr 2020-ci il tarixdə saat 22:30 dəqiqədə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq BNMİ-nə aparılıb orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə 19,020 qram heroin, 15 dekabr 2020-ci il tarixdə saat 01:30 dəqiqədə yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən mənzilin giriş qapısından sağ tərəfdə yerləşən qonaq otağında olan divanın sağ tərəfində küncdən bir ədəd bükümdə 95,120 qram kustar üsulla hazırlanmış heroin, ümumilikdə 114,140 qram eyni tərkibli narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür”. Göründüyü kimi yuxarıda qeyd edilən ittihamın məzmununda Təqsirləndirilən şəxs 14.12.2020-ci il tarixdə şəxsiyyəti istintaq orqanına məlum olmayan İran İslam Respublikası vətəndaşından satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni 19,020 qram çəkidə narkotik vasitə əlan heroini əldə etməsi ilə bağlı ittiham verilsə də, sonradan 15 dekabr 2020-ci il tarixdə yaşadığı ünvanda aşkar edilmiş 95,120 qram çəkidə narkotik vasitə heroinin nə vaxt əldə edilmiş olması, əldə edilmə mənbəyi, yəni kimdən və haradan əldə edilməsi ümumiyyətlə qeyd edilməmiş, bu istiqamətdə heç bir istintaq hərəkəti aparılmamış, Təqsirləndirilən şəxs 95,120 qram çəkidə narkotik vasitəyə münasibətdə törətdiyi cinayət əməllərinin nədən ibarət olması müəmmalı olaraq qalmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasından göründüyü kimi, qanunverici tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma kimi hərəkətlər, müvafiq olaraq həmin Məcəllənin 234.2-ci maddəsinin dispozisiyası ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma kimi hərəkətlərin törədilməsi cinayət əməllərii olaraq qiymətləndirilmiş və qanunla qadağan edilmiş, həmin Məcəllənin 234.4.3-cü maddəsinə əsasən isə Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsi də qanunla qadağan olunmuş əməl olaraq qiymətləndirilməklə cəza təhdidi altında qanunla qadağan edilmişdir. “200730386 nömrəli cinayət işindən ********* nömrəli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X11 tərəfindən qəbul edilmiş 26.03.2021-ci il tarixli qərardan da göründüyü kimi müstəntiq tərəfindən istintaq zamanı aparılmış bir sıra təxirəsalınmaz istintaq və əməliyyat tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini (istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitə heroinin miqdarı yalnız 19,020 qram çəki olaraq göstərilmişdir) satmış olan şəxsi müəyyən etmək mümkün olmadığından fakta görə ********* nömrəli cinayət işindən ********* nömrəli cinayət işinin ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 211.2.1-ci maddəsinə əsasən müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsin ittiham edildiyi cinayətlə bərabər onunla bağlı olmayan, təqsirləndirilən şəxs tərəfindən deyil, digər məlum və ya naməlum şəxslər tərəfindən təqsirləndirilən şəxsin iştirakı olmadan törədilmiş başqa cinayət müəyyən edildikdə öz icraatında olan cinayət işinin materiallarından başqa cinayət işini ayrıca icraata ayırır. Göründüyü kimi, istintaq orqanı tərəfindən yalnız 19,020 qram çəkidə narkotik vasitə heroinə münasibətdə Təqsirləndirilən şəxs qanunla qadağan olunmuş hərəkətləri törətməsi, yəni müvafiq olaraq qanunsuz olaraq əldə etməsi (bununla da həmin narkotik vasitəni ona satmış şəxsin barəsində cinayət işinin ayrılması) qeyd olunduğu halda, iş üzrə aşkar edilmiş 95,120 qram çəkidə narkotik vasitə heroinin əldə edilmə mənbəyi və s. halların araşdırmasız qalmasına gətirib çıxarmışdır. Eləcə də qeyd olunmalıdır ki, cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. Azərbaycan Respublikası CPM-in 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur ki, yuxarıda qeyd olunan müəmmalı hallar məcmu halında təqsirləndirilən şəxsin məhz bu hüququnun pozulmasına dəlalət edir. Bununla bağlı əlavə olaraq qeyd edilməlidir ki, ittiham aktında qeyd edilən ittihamın mahiyyəti, təqsirləndirilən şəxsə, habelə ittihamı müdafiə etməsi və cinayət təqibini davam etdirə bilməsi üçün işdə iştirak edən dövlət ittihamçısına aydın olmalıdır. Qanunla həmin hallar məhkəmə iclasına qədər aradan qaldırılmadığı təqdirdə, məhkəmə iclasında dövlət ittihamçısına cinayətin törədilmə üsulları, ittihamın mahiyyətini əks etdirən zəruri tərkib elementləri ilə bağlı halları araşdırıb müəyyən edərək ittihama daxil etmək, ona düzəlişlər etmək, eləcə də ittiham aktında təsbit edilmiş ittihamın təsvirini ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxsə elan edilmiş ittiham üzrə cinayət qanununun maddəsinə uyğunlaşdırmaq, təqsirləndirilən şəxsə qarşı daha ağır ittiham irəli sürmək səlahiyyəti verilməmişdir. Məhz bu səbəbdən, ittiham aktı göstərilənlərlə əlaqədar CPM-in 289-cu maddəsinə uyğun tərtib edilmədikdə, qanun yalnız bir qərar - Azərbaycan Respublikası CPM-nin 303-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməli olmasını müəyyən etmişdir. Bununla da, müstəntiq tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 223-cü maddəsinin tələbləri və ittiham aktının tərtibinə dair Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsində nəzərdə tutulan tələbləri pozulmuşdur. Bütövlükdə qeyd olunanlar, CPM-in 289-cu maddəsində nəzərdə tutulan qaydada ittiham aktının tərtibi ilə əlaqədar müvafiq tələblərin pozulduğunu, ittiham aktında təsbit edilməli olan xüsusatların göstərilmədiyini və ittiham aktının prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyini göstərir. İttihamın mahiyyətini əks etdirən həmin zəruri tərkib elementlərinin ittiham aktında göstərilməməsi Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinin ifadə etdiyi mənada “məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulardır” və bu qanun pozuntusuna yol verildikdə, cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır; 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir; 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasından (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) ibarət kobud pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır; 303.3.6-ci maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmamasından ibarət kobud pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır; 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulmasından ibarət kobud pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır; Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı ibtidai araşdırma orqanı tərəfindən yol verilmiş pozuntular əhəmiyyətli və kobud olduğundan və aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından hazırkı cinayət işinin baxılmasına xitam verilməli və qeyd olunan pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarırmalıdır. Odur ki, məhkəmə hesab edir, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilərək, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən cinayət işi üzrə CPM-nin yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Bununla yanaşı CPM-nin 306.1-ci maddələrinin müddəaları baxımından cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etmiş məhkəmə, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi, uzadılması və ya ləğv edilməsi ilə bağlı məsələyə münasibət bildirməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2-ci maddəsinə əsasən qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. 306.2.1-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 gün müddətində qurtardıqda, məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətini uzadılması barədə məsələyə baxmalıdır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs 14 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 16 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə qeyd edilən maddə ilə ittiham elan olunmuş, həmin tarixdə Sumqayıt şəhər məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs oğlu barəsində həbs etmə müddətinin əvvəli 14 dekabr 2020-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 aprel 2021-cı il tarixli «Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanmasına dair» qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclası keçirilməsi nəticəsində qərar qəbul olunanadək dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi, məhkəmənin hazırki qərarı ilə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qərara alındığından, eyni zamanda Təqsirləndirilən şəxs ağır cinayət əməlini törətməkdə təqsirləndirilməklə, barəsində seçilmiş seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilməsi üçün heç bir əsas olmadığından, eləcə də hazırki mərhələdə cinayət işi üzrə ibtidai istintaqın həyata keçirilməsi zərurəti olduğundan təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 02 ay müddətinə, yəni 04 avqust 2021-ci il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 300.1.5, 303 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Dövlət ittihamçısı vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin və həbsdə saxlama müddəti 02 ay müddətinə, yəni 04 avqust 2021-ci il tarixədək uzadılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Sədrlik edən Eldar Mikayılov Hakimlər: Mahmud Ağalarov Siyavuş Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar