Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-965/2025 08.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun üzvü Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 2004-cü il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaqla Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs 28 avqust 2024-cü il tarixdə, saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən Heydər Əliyev adına istirahət parkında yerləşən çayxanada birlikdə əyləşdiyi tanışı Zərərçəkmiş şəxs onunla nalayiq formada zarafat edərək əlində saxladığı stəkanda olan çayı onun üzərinə tullaması səbəbindən aralarında yaranmış mübahisəni aydınlaşdırmaq üçün Zərərçəkmiş şəxs Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 179 ünvanında yerləşən Binəqədi rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında yerləşən Heydər Əliyev adına istirahət parkının kənarına dəvət etmiş, həmin tarixdə saat 23 radələrində qeyd olunan ünvanda görüşüb söhbət edən zaman üzərində gəzdirdiyi istintaqla müəyyən olunmayan bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə vuraraq, ona qarnın sol yarısının daxilə nüfuz edərək enən çənbər bağırsağı və enən çənbər bağırsağın müsariqəsinin yaralanması, daxili qanaxma ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə, qəsdən zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin “Cinayətlər haqqında ərizələr və məlumatların uçotu kitabında” qeydə alınmış xx.xx.2024-cü il tarixli, HK-1-1629 nömrəli raportdan görünür ki, həmin tarixdə, saat 16:39-da DİN-in 102 xidmətindən vətəndaş Elşad Şirinlinin xx.xx.2024-cü il tarixdə Binəqədi rayon İcra Hakimiyyətinin arxasında adını bilmədiyi şəxsin qardaşı Zərərçəkmiş şəxs qarın boşluğu nahiyəsindən bıçaqlaması və hazırda qardaşının 3 saylı xəstəxanada olması barədə məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqi 3)
4. xx.xx.2024-cü il tarixli Ərizədən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında tanıdığı Vüsal adlı şəxsin bıçaqla ona xəsarət yetirməsi barədə məlumat vermişdir. (Cild 1, iş vərəqi 4)
5. xx.xx.2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, həmin tarixdə, saat 14:15-də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqi 23-24)
6. 03.09.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqi 50)
7. 10.09.2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild iş vərəqi 85)
8. Zərərçəkmiş şəxs tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş və reyestrdə 8i-3737 nömrəsi ilə qeyd edilmiş, **********737 nömrəli ərizədən görünür ki, Şirinli X3 Vüsal Çingiz oğlu ilə barışmış və hər hansı şikayəti yoxdur. (Cild 1, iş vərəqi 93)
9. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2831 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli CM-in 21-ci və ya 22-ci maddəsinin təsiri altına düşmür. (Cild 1, iş vərəqi 104-107)
10. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə -Tibbi Ekspertiza və X4” X5 xx.xx.2024-cü il tarixli, 2216 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər- qarnın sol yarısının daxilə nüfuz edərək enən çənbər bağırsağı və enən çənbər bağırsağının müsariqəsinin yaralanması, daxili qanaxma ilə müşayiət olunmuş deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə, yəni 28 avqust 2024-cü il tarixdə bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdi və nəticəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. (Cild 1, iş vərəqi 108-111)
11. 09.12.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmiş, ifadənin yerində yoxlanılması protokolu, təqsirləndirilən şəxsin ifadələri, zərərçəkmiş şəxsin ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqi 127-136)
12. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımaqla aralarında ədavət və düşmənçilik olmamışdır. 28 avqust 2024-cü il tarixdə Xırdalan şəhəri ərazisində kafelərin birində Təqsirləndirilən şəxsla birlikdə çay içmiş, aralarında yaranan mübahisə nəticəsində o, içi çay ilə dolu olan fincanı Təqsirləndirilən şəxs üzərinə tökmüş, həmin mübahisə böyüdükdən sonra Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Varovski” adlanan əraziyə getmiş və orada olan zaman Təqsirləndirilən şəxs soyuq alətlə, yəni bıçaqla ona 1 dəfə zərbə vurmuşdur. Çayxanada o və Təqsirləndirilən şəxs başqa Həmzə, Qadir və Fərid adlı tanışları olmuş, Vüsalın üzərində üzərində gəzdirdiyi bıçağı görmüş və Vüsal ona sol nahiyəsindən zərbə yetirmiş, o, yerə yıxılmamış, lakin huşu getmiş, Vüsal bıçaqla zərbə yetirdikdən sonra peşman olaraq aptekə dərman axtarmaq üçün getmiş, Vüsalın ikinci dəfə ona bıçaqla zərbə yetirmək kimi bir niyyəti olmamışdır.
13. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun tanışlarıdır, aralarında ədavət və düşmənçilik olmamışdır. Xırdalan şəhərində yerləşən kafelərin birində çay içmək məqsədilə əyləşmiş, bu zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı söyüşlə zarafatlar etməyə başlamış, Təqsirləndirilən şəxs dəfələrlə Zərərçəkmiş şəxs ona qarşı söyüşlə zarafat etməməyə dair xəbərdarlıq etməsinə baxmayaraq Zərərçəkmiş şəxs dinləməmiş, hətta o və orada olan digər tanışları da dəfələrlə Zərərçəkmiş şəxs xəbərdarlıq etmişdir ki, Təqsirləndirilən şəxsla söyüşlə zarafat etməsin. Artıq onlar kafedə olan zaman Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında mübahisə başlamış, bu səbəbdən Təqsirləndirilən şəxs kafedən duraraq evinə getmiş, lakin yolda Zərərçəkmiş şəxs zəng edərək onu Binəqədi Rayon İcra Hakimiyyətinin arxasına, yəni “Varovski” adlanan əraziyə dəvət etmiş və cinayət hadisəsi baş vermişdir. O, hadisə yerinə gələn zaman Zərərçəkmiş şəxs yerdə oturduğunu görmüş, Təqsirləndirilən şəxs əlində heç bir bıçaq görməmiş, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zərbə yetirdiyi anı da görməmişdir. Hadisə yerinə təcili tibbi yardım çağırmamışdır. O, Təqsirləndirilən şəxs və Şahid1 Zərərçəkmiş şəxs yaralı olduğundan xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla zərbə yetirdiyini demiş, Zərərçəkmiş şəxs hal-vəziyyəti normal olduğundan xəstəxanaya getmək istəməmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xəstəxanaya məcburi aparmış, Zərərçəkmiş şəxs qan gəldiyini görməmiş, Zərərçəkmiş şəxs qarın boşluğundan yaralanmış, Zərərçəkmiş şəxs dərman preparatları almaq üçün aptekə Təqsirləndirilən şəxsla birlikdə getmişdir.
14. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıdığını bildirərək Şahid3 ifadəsinə uyğun ifadə vermişdir.
15. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun tanışlarıdır, aralarında ədavət və düşmənçilik olmamışdır. O, tək yaşayır. 28 avqust 2024-cü il tarixdə tanışları ona zəng edərək harada olduğunu soruşan zaman evdə olduğunu söyləmiş, tanışları ona yaşadığı evə gəlmək istədiklərini söylədikdə tanışlarını evə dəvət etmişdir. Evə gələn zaman Zərərçəkmiş şəxs qarın boşluğunda yara olduğunu görərək bunun necə olduğunu soruşmuş, Zərərçəkmiş şəxs ona həmin yaranın şüşə kəsiyi nəticəsində yarandığını söyləmiş, o, Zərərçəkmiş şəxs xəstəxanaya getməli olduğunu söyləsə də, Zərərçəkmiş şəxs razılaşmayaraq vaxtın gec olduğunu, səhər xəstəxanaya gedəcəklərini söyləmişdir. Səhər saatlarında Zərərçəkmiş şəxs 3 saylı Sabunçu Xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 1 bıçaq zərbəsi yetirdiyindən Təqsirləndirilən şəxs polis əməkdaşları polis idarəsinə dəvət etmişlər.
16. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs təxminən 5 ildir, Şahid3 isə təxminən 2 ildir ki, tanıyır, hər ikisi ilə normal münasibəti olmuşdur. Həmzə, Vüsal və Azad adlı şəxsləri tanımamışdır. 29 avqust 2024-cü ildə Həsən ona zəng edərək, dənizdə çimərkən sınmış şüşə parçasının qarın nahiyəsinə batdığını və xəsarət aldığını bildirmişdir. O, Həsənə onu aldatmamasını, əgər başqa problem varsa, ona deməsini izah etmiş, lakin Həsən başqa heç bir problem olmamasını bildirmişdir. O, Həsənə Babək prospektində ustada olduğunu bildirmiş və yanına gəlmələrini bildirmiş, təxminən 30 dəqiqə sonra həmin şəxslər Həsənə məxsus “Lexus” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun yanına gəlmiş, həmin avtomobili Qadir idarə etmiş, Həsən isə qabaq sərnişin yerində, arxada isə sonradan tanıdığı, Azad, Həmzə və Vüsal adlı şəxslər əyləşmişlər. Orada olan zaman ona məlum olmuşdur ki, Vüsal və Həsən arasında mübahisə olmuş, həmin mübahisənin nəticəsində Vüsal bıçaqla Həsənə xəsarət yetirmişdir. O, həmin vaxt orada hər ikisini danlamışdır. Daha sonra Babək prospektində yerləşən 7 saylı poliklinikaya getmişlər. Poliklinikada olan zaman tanımadığı həkim onlara həmin yaranın dərin olmasını, cərrahın müdaxilə etməli olmasını izah etmişdir. Bundan sonra Sabunçu rayonu ərazisində yerləşən 3 saylı şəhər klinik xəstəxanasına getmişlər. Orada olan zaman Həsəni əməliyyat otağına aparmışlar. Həsən xəstəxanaya daxil olduqda dənizdə çimərkən sınmış şüşə parçasının qarın nahiyəsini kəsməsini bildirmişdir. Bundan başqa o, Həsənə əgər şikayəti varsa, polisə müraciət etməsini də bildirmişdir.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
17. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 28 avqust 2024-cü il tarixdə Xırdalan şəhəri ərazisində yerləşən Heydər Əliyev adına olan parkda o, Zərərçəkmiş şəxs, Şahid1 və Şahid3 çay içmək üçün əyləşmiş, Zərərçəkmiş şəxs ona qarşı söyüşlə zarafatlar etməyə başlamış, o, dəfələrlə Zərərçəkmiş şəxs xəbərdarlıq etmiş, Zərərçəkmiş şəxs isə onu dinləməmişdir. Bu səbəbdən o, Bakı şəhərinə qayıdaraq evdən bıçaq götürüb “Varovski” adlanan əraziyə gedib Zərərçəkmiş şəxs çağırmış, Zərərçəkmiş şəxs Binəqədi Rayon İcra Hakimiyyətinin arxasına gəldikdən sonra bıçaqla 1 dəfə sonuncunun qarın boşluğundan zərbə yetirmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, bıçağı evdən götürmüş, həmin bıçaq mətbəx bıçağı olmuş, Zərərçəkmiş şəxs 1 dəfə qarın boşluğundan zərbə yetirmiş, bıçağı götürmək üçün evə getmiş, gələn kimi Zərərçəkmiş şəxs vurmuş, bıçaqla zərbə yetirdikdən sonra Zərərçəkmiş şəxs tibbi yardım göstərmiş, sonuncunu 3 saylı Sabunçu xəstəxanasına aparmış, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, həmin ifadədə olan imzalar ona məxsus olmuşdur.
18. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini, sonuncuya qarşı tələbi və şikayətinin olmadığını bildirmişdir.
19. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs 19-20 sentyabr 2023-cü il tarixdə Ağdam-Xocalı istiqamətində gedən lokal anti-terror əməliyyatında iştirak etmişdir.
20. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 276 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həmin müəssisədə işlədiyi dövr ərzində öz işini kollektiv və rəhbərliklə qarşılıqlı hörmət çərçivəsində həyata keçirmişdir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:
21. CM-in 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
22. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
23. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
24. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
25. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
26. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
27. Maddə 70.1, 70.2, 70.3, 70.4, 70.5, 70.6, 70.7. İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək kimi vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Sınaq müddəti ərzində şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında məhkəmə, məhkumun üzərinə əvvəllər qoyulmuş vəzifələri tamamilə və ya qismən ləğv edə bilər, yaxud onun üzərinə yeni vəzifələr qoya bilər.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:
28. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
29. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
30. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
31. Maddə 125.8. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
32. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
33. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
34. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
35. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, №269 Qərarı ilə təsdiq edilmiş Ağır, az ağır və yüngül xəsarət növlərinin siyahısı:
36. Həmin siyahının 1.2.14-cü bəndinə əsasən “qarnın periton boşluğuna keçən yaraları, o cümlədən peritonarxası üzvlərin (böyrəklərin, böyrəküstü və mədəaltı vəzilərin və s.) açıq yaraları, sidik kisəsinin, düz bağırsağın yuxarı və orta şöbələrinin həmin üzvlərin boşluğuna keçən yaraları (daxili üzvlərin zədələnib-zədələnməməsindən asılı olmayaraq) ağır xəsarətlərə aid edilir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli 3 saylı Qərarı
37. Qərarın 4-cü bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-in 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə analoji dəyərləndirmədən çıxış edərək qəsdən sağlamlığa ağır zərərvurma cinayətinə də göstərilən halları şamil etməyi məqsədəmüvafiq hesab edir.
Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarı (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarı ilə edilmiş dəyişikliyə əsasən)
38. Qərarın 25-ci bəndi. Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
39. Məhkəmə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrə, şahid ifadələrinə, cinayət işinin materiallarına və işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur.
40. Məhkəmə qeyd edir ki, Şahid4 məhkəmə iclasında iştirakının təmin olunması məqsədilə kifayət qədər səy göstərməsinə baxmayaq həmin şəxs məhkəmə iclasında iştirak etməmişdir.
41. İttihamın yalnız və həlledici şəkildə məhkəmədə dindirilməyən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanmamaqla, məhkəmənin yekun qərar verməsi üçün kifayət edən sübutların mövcudluğu nəzərə alınmışdır.
42. Məhkəmə təqsirləndirilən şəxsin şahidi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün məhkəmə tarazlaşdırıcı tədbirlər görmüş və Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə məhkəmə iclasında sərbəst şəkildə müraciət edib Şahid4 məhkəmə iclasına gəlməsinə zərurət olmadığını, həmin şəxsin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini və gələcəkdə də gəlməsini zəruri hesab etmədiyini bildirmişdir.
43. Cinayət-Prosessual Məcəlləsinin 337.2-ci maddəsinə əsasən, müdafiə tərəfi cinayət işini başlamış şəxs tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş və ya təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, qanuni nümayəndəsinin, habelə mülki cavabdehin və ya onun nümayəndəsinin vəsatəti əsasında məhkəməyə təqdim edilmiş, lakin məhkəmədə hələ ki baxılmamış sübutların tədqiq edilməsindən imtina etmək hüququndan istifadə etdiyindən və belə imtina hər bir halda məhkəmə tərəfindən qəbul olunmalı olduğundan, Şahid4 məhkəmə iclasında dindirilməsindən imtina məhkəmə tərəfindən qəbul edilmişdir.
44. Odur ki, məhkəmə Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini məhkəmə iclasında elan etmiş və digər sübutlarla birgə tədqiq etmişdir.
45. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə dair ittiham əsaslıdır, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilmişdir.
46. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir.
47. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur.
48. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır.
49. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.
50. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
51. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (hökmün 22-24-cü bəndləri).
52. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır.
53. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, lokal anti-terror əməliyyatının iştirakçısı olmasını, əməlindən peşman olub zərərçəkmiş şəxsə vurulmuş ziyanın aradan qaldırılması üçün tədbirlər görməsini, iş yerindən müsbət xarakterizə edilməsini, ilk dəfə cinayət törətməsini, səmimi peşmanlığını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır.
54. Məhkəmədə CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
55. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah edilməsi mümkün olduğundan, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə onun barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli və ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə üzərində sınaq müddəti müəyyən olunmalıdır. (hökmün 27-ci bəndi)
56. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerlərini dəyişməmək vəzifəsi qoyulmalıdır.
57. Təqsirləndirilən şəxs barəsində sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır.
58. Təqsirləndirilən şəxs barəsində hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır.
59. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 03 sentyabr 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. (Cild 1, iş vərəqi 24, 69-72, 99-103, 172-176)
60. Barəsində təyin edilmiş cəza şərti olaraq tətbiq edildiyindən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəza müddətinə hesablanmamalıdır. (hökmün 38-ci bəndi)
61. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə iclas zalından dərhal azad olunmalı, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
62. İş üzrə mülki iddia, məhkəmə məsrəfi, həbs qoyulmuş və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
63. İş üzrə maddi sübut yoxdur. (hökmün 34-cü bəndi)
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinsin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfi, maddi sübut, həbs qoyulmuş və xüsusi müsadirə edilməli digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova