Məhkəmə qərarları › İş №1(101)-966/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-966/2021

30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-966/2021 30.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən),Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Fides Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxxxxxx 1997-ci ildə Biləsuvar rayonu, Amankənd kədində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Amankəd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 75, mənzil 46-da kirayişin yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxx 1992-ci ildə Biləsuvar rayonu, Amankənd kədində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Amankəd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 75, mənzil 46-da kirayişin yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 tanışı tanışı Təqsirləndirilən şəxs1, istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı "Əli” adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni 1092,637 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə - heroini və külli miqdarda, yəni 47,022 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini əldə etmiş, saxlamış və daşımış, qabaqcadan aralarında olan razılaşmaya əsasən o, satış məqsədilə həmin heroinin 26,168 qram çəkidə, külli miqdarda hissəsini tanışı Təqsirləndirilən şəxs1 vermiş, 09.01,2021-ci il tarixdə saat 17 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində onlar ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq həmin idarənin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilmiş, idarədə üzərlərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd polietilen bükümdə həmin heroinin 30,969 qram çəkidə, külli miqdarda hissəsi, Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən polietilen bükümdə həmin heroinin 26,168 qram çəkidə, külli miqdarda hissəsi aşkar edilərək götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs2 icarə əsasında idarə etdiyi “Hyundai Elantra” minik markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı arxa yük hissəsinin ehtiyat təkərinin yanından 1 ədəd polietilen bükümdə 47,022 qram külli miqdarda, həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, daha sonra kirayə yaşadığı Nərimanov rayonu, Xətai prospekti ev 75, mənzil 46-ya keçirilən baxış zamanı yataq otağında yerləşən qəhvəyi rəngli taxta şkafın üzərindən polietilen bağlamada həmin heroinin 1035,5 qram çəkidə, külli miqdarda hissəsi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2, istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olan “Əli” adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni 1092,637 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə - heroini və külli miqdarda, yəni 47,022 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini əldə etmiş, saxlamış və daşımış, qabaqcadan aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 satış məqsədilə həmin heroinin 26,168 qram çəkidə, külli miqdarda hissəsini ona vermiş, 09.01.2021-ci il tarixdə saat 17 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində onlar ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq həmin idarənin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilmiş, idarədə üzərlərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən polietilen bükümdə həmin heroinin 26,168 qram çəkidə, külli miqdarda hissəsi, Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd polietilen bükümdə həmin heroinin 30,969 qram çəkidə, külli miqdarda hissəsi aşkar edilərək götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs2 icarə əsasında idarə etdiyi “Hyundai Elantra” minik markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı arxa yük hissəsinin ehtiyat təkərinin yanından 1 ədəd polietilen bükümdə 47,022 qram külli miqdarda, həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, daha sonra kirayə yaşadığı Nərimanov rayonu, Xətai prospekti ev 75, mənzil 46-ya keçirilən baxış zamanı yataq otağında yerləşən qəhvəyi rəngli taxta şkafın üzərindən polietilen bağlamada həmin heroinin 1035,5 qram çəkidə, külli miqdarda hissəsi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli qismən bilərək, ifadəsində göstərmişdir ki, o İraq Respublikasında tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan “Əli” adlı şəxs Xətai rayonu ərazisində olan “”Luna Park” yanında bağlama olduğunu demişdi. Onun vasitəsilə 47 qrama yaxın psixotrop maddə olan metamfetamin əldə etdi. Həmin gün, yəni 09 yanvar 2021-ci il tarixdə saat təxminən 17:00 radələrində ünvan 1 ünvanının yaxınlığında dostu, həmkəndlisi olan və bir evdə kirayədə yaşadığı Təqsirləndirilən şəxs1la birgə icarəyə götürdüyü **-XY-*** dövlət qeydiyyat nişanlı, qara rəngli, "Hyundai Elantra” markalı avtomobilin yaxınlığında dayanan zaman 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etdilər. Onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirdilər və barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu, Təqsirləndirilən şəxs1 və icarə əsasında idarə etdiyi avtomobil ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etdilər. Onlarda heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə baş idarəyə getməyə razılıq verdilər. Orada xidməti otaqların birinə apardılar. Daha sonra avtomobilində olan narkotiki gətirdilər və ona aid olmağı soruşduqda o ona aid olduğunu bildirdi və başqa yerdə heçnə olmadığını bildirdi. Orada polis əməkdaşları tərəfindən təzyiqlər olundu və Muradla onu ayırdılar. Sonra məlum oldu ki, Muradı kirayə yaşadıqları evə aparmışdırlar və onsuz baxış keçirilmişdir. Sonra ona təzyiqlər olundu ki, etiraf etməlidir ki, onun üzərində və yaşadığı mənzildə də narkotik vasitə vardır. Əgər etiraf etməsə daha çox miqdarda narkotik vasitə ilə protokol rəsmiləşdiriləcəkdir. O da həmin təzyiqlərdən sonra polis əməkdaşlarının iştirakı ilə aparılan videoçəkiliş zamanı ona verilmiş olan narkotik vasitəni masa üzərinə qoydu. Daha sonra isə avtomobilinə baxış keçirildi və oradan yük hissəsinin təkərin yanında olan psixotrop maddə metamfetamini göstərdi. Həmçinin bundan başqa yaşadıqları ünvana gedərək, orada yataq otağında olan narkotik vasitəni təqdim etdi. Təzyiqlərə görə o polis əməkdaşlarının dediyi kimi göstərmişdir, onun avtomobilimin yük yerində yalnız təxminən 47 qrama yaxın psixotrop maddə olan metamfetamin olmuşdur. Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olmamışdır. Ona da təzyiqlər edilərək, üzərində narkotik vasitə olması etiraf etdirilmişdir. Dəvət edilmiş vəkilin iştirakı ilə təzyiqdən sonra Murad üzərində olan narkotik vasitə olan heroini təqdim etdi. avtomobiln saxlanc yerində olan 10000 manat, üzərində isə 1600 manata yaxın pul olmuşdur. Həmin pullar vəkil dəvət edilmədən və çəkiliş olunmamışdan əvvəl polis əməkdaşları tərəfindən götürülmüşdür, onlardan həmin pulların da götürülməsinin rəsmiləşdirilməsini tələb etdikdə, polis əməkdaşı rəsmiləşdirməyə ehtiyac olmadığını, otaqların birində seyfə qoyulduğunu bildirdi. Daha sonra o bu barədə bildirmədi və qohumları tərəfindən müqavilə əsasında tutulmuş vəkilə bu barədə bildirdi, avtomobilin yük hissəsində olan təxminən 47 qrama yaxın psixotrop maddə olan metamfetamini öz istifadəsi üçün əldə etmişdi və müxtəlif vaxtlarda istifadə edəcəkdi. Baxışın keçirildiyi evdə Muradla birgə yaşayırdılar, həmin evə iki dəfə baxış keçirilib,birinci baxış onun iştirakı olmadan Muradın iştirakı ilə keçirilib, ikinci baxış isə onun iştirakı ilə aparılıb. Məcidov törətdiyi əməldə iştirakçı olmayıb, o, sadəcə o saxlanılarkən yanında olub. Yaşadığı evdə narkotik vasitə olmayıb, iştirakı olmadan, Muradla birlikdə evə baxış keçirilib. Əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 09 yanvar 2021-ci il tarixdə saat təxminən 17 radələrində uşaqlıqdan tnıdığı Araz ilə ona məxsus mobil nömrənin 099 ilə olan nömrəni almaq məqsədilə ünvan 3 ünvana idarə etdiyi avtomobillə gəldilər. Həmin ünvanda olarkən 4 nəfər polis əməkdaşı onlara yaxınlaşıb özlərini təqdim etdilər və onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etdilər. Onlar da etiraz etməyib polislərlə birlikdə həmin idarəyə getdilər. Orada xidməti otaqların birinə apardılar. Orada onu Arazdan ayırıb digər otağa apardılar və ona birgə kirayə yaşadıqları evi göstərməyi bildirdilər. O da polislərə evi göstərdi. Sonra Arazdan aldıqları açarla həmin evə getdilər. Evdə polis əməkdaşları tərəfindən sellofan bükümdə nə isə yerləşdirildi. Sonra isə yenidən idarəyə qayıtdılar. İdarədə üzərində guya narkotik vasitənin olmasını videoçəkiliş zamanı etiraf etməyi və həmin narkotik vasitəni Arazdan aldığını deməyi üçün təzyiqlər edildi, onlara heç vaxt narkotik vasitə görmədiyini dedikdə isə, onlar onu buraxacaqlarını dedilər. Həmin təzyiqlərdən sonra razılaşıb dəvət olunmuş vəkilin və polis əməkdaşlarının iştirakı ilə aparılan videoçəkiliş zamanı ona verilmiş olan narkotik vasitəni çıxarıb masa üzərinə qoydu və polis əməkdaşları onu Arazın verdiyini deməyini bildirdilər. Həmin vaxt Araz da üzərindən bükülü çıxararaq masa üzərinə qoydu. Bundan sonra Arazın idarə etdiyi avtomobilə baxış keçirildi və yük hissəsindən bükülü aşkar olundu. Sonra isə Araz və onun iştirakıyla yenidən yaşadıqları evə polis əməkdaşları tərəfindən baxış keçirildi. Evə girərkən Araza polis əməkdaşları tərəfindən təzyiq olunaraq ona dedilər ki, “göstərdiyimiz yerdə olan predmeti götür”. Orada videoçəkilişlə baxış keçirildikdən sonra yenidən idarəyə qayıtdılar. Məhkəmə iş materiallarını araşdıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda o DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir ona daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs2 Aqşin oğlunun oğlunun satış məqsədilə külli miqdarda narkotik vasitə və güclü təsir edən dərman preparatlarını əldə edib Bakı şəhəri Nərimanov rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması müəyyən edilmişdi. Bununla bağlı əmrə əsasən rəhbərliyi ilə əməliyyat qrupu yaradıldı və BNMİ-nin baş əməlliyat müvəkkilləri Şahid2 və Şahid3 həmin qrupun üzvü olmuşdur. 09 yanvar 2021 -ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi 102 saylı ünvanda Təqsirləndirilən şəxs2 həmin ünvana gələcəyindən qeyd olunan ünvana gedərək orada gözləyirdilər. Həmin gün, saat 17.00 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Hyundai Elantra” minik markalı ** XY *** nömrə nişanlı avtomobillə gəldikdə, ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etdilər. Təqsirləndirilən şəxs2 ilə birlikdə isə sonradan adı və soyadı məlum olan Təqsirləndirilən şəxs1 da onunla birlikdə idi. Onların üzərinə şəxsi axtarış aparılması məqsədilə onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etdi. Onlar da etiraz bildirmədən onlarla birlikdə Baş İdarənin yerləşdiyi inzibati binaya gəldilər. Həmin vaxt müvafiq raport yazdıqdan sonra, araşdırmanın aparılması Baş İdarənin Təhqiqat Qrupunun təhqiqatçısı, V.Həsənquliyevə həvalə olunduğundan, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təhqiqatçı üçün ayrılmış xidməti otağa apardılar. X2 müdafiəçiləri dəvət edib onlara təqdim edəndən sonra, sonuncuların üzərində şəxsi axtarış aparacağını nəzərlərinə çatdırdı. Sonra, təhqiqatçı V.Həsənquliyev A. Əlizadəyə və Təqsirləndirilən şəxs1 hüquq və vəzifələrini bir daha xatırladıb üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymasını təklif edəndə, Təqsirləndirilən şəxs2 ilk əvvəl əynində olan gödəkcəsinin cibindən mobil telefonunu və şəxsiyyət vəsiqəsini çıxardaraq masanın üzərinə qoydu. Bundan sonra əynində olan şalvarının cibindən yaşadığı mənzilin açarını və saxlanılan zamanı icarə əsasında idarə etdiyi avtomobilə məxsus açarı çıxardaraq təqdim etdi. Təqsirləndirilən şəxs2 sonra əynində olan gödəkcəsinin cibindən 01 ədəd bükümü çıxardaraq təqdim etdi və üzərində başqa heç bir əşya və ya predmet olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman ona paltarlarında olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan şalvarın cibindən 01 ədəd sellofan bükümü və digər əşyalarını masanın üzərinə qoydu. Bundan sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan bükümə baxış zamanı içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edildi. Həmin kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elekron tərəzi ilə çəkildi və təxmini çəkisinin 32 qram (otuz iki qram) olması müəyyən olundu. Həmin sellofan bükümdə aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırıldı və möhürləndi, üzəri imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürüldü. Həmçinin Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bükümə baxış zamanı təxmini çəkisi 27.1 qram olan heroinə bənzər kütlə aşkar edildi. Həmin maddə də eyni qaydada qablaşdırılıb möhürlənərək götürüldü. Şifahi sorğu zamanı Araz təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik tərkibli maddə heroin olduğunu, həmin maddəni İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Əli” adlı şəxsin göndərdiyini bildirdi. Təqsirləndirilən şəxs1 isə üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər kütləni isə Arazın verdiyini bildirdi. Murad və Araz saxlanılarkən və polis idarəsində olarkən ona qarşı heç bir fiziki və psixi zor tətbiq edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə olundu. Həmin vaxt tərtib olunmuş protokol iştirakçılara təhqiqaçı tərəfindən oxundu və imzalarla təsdiq edildi. Həmçinin Araz idarə etdiyi avtomobilində və yaşadığı evdə də narkotik tərkibli maddə olduğunu və həmin avtomobil və evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdi. Buna dair Təqsirləndirilən şəxs2 özünün razılıq ərizəsini təqdim etdi. Bundan sonra BNMİ-nin əməkdaşları, müdafiəçilər və şübhəli şəxslərin iştirakı ilə BNMİ-nin həyətindəki avtomobil dayanacağında saxlanılmış Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə baxış keçirilməyə başlanıldı. Bundan sonra Təqsirləndirilən şəxs2 avtomobilində saxladığı maddəni təqdim etməsi təklifinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 özündə olan açarla avtomobilin kilidini açdıqdan sonra arxa yük hissəni açaraq ehtiyat təkərinin yanında 01 ədəd bükümü təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu bildirdi. Həmin bükümə baxış zamanı təxmini çəkisi 44 qram olan “metamfetamin”ə bənzər kütlə aşkar edildi. Həmin maddə də eyni qaydada qablaşdırılıb möhürlənərək götürüldü. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilsədə qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmadı. Təqsirləndirilən şəxs1 isə şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 dediyini təsdiq edərək həmin avtomobildə bu maddənin qoyulmasından xəbərdar olduğunu bildirdi. Daha sonra isə BNMİ-nin əməkdaşları, müdafiəçilər və şübhəli şəxslərin iştirakı ilə şübhəli şəxslərin birlikdə kirayədə yaşadığı ünvan 5 ünvanında olan evə gəldik və həmin evə baxış keçirilməyə başlanıldı. Bundan sonra iştirakçılar ilə birlikdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı mənzilin dəhlizində olarkən saxladığı maddəni təqdim etməsi təklif olundu. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 yataq otağına keçərək, otaqda yerləşən şkafın üzərindən 01 ədəd sellofan torbanı və 01 ədəd elektron tərəzini təqdim edərək sellofan torbanın içərisində narkotik vasitə “heroin'' olduğunu qeyd etdi. Həmin sellofan torbaya baxış zamanı təxmini çəkisi 1 kq 69 qram olması müəyyən edildi. Həmin maddə də eyni qaydada qablaşdırılıb möhürlənərək götürüldü. Təqsirləndirilən şəxs2 nədə Təqsirləndirilən şəxs1 qarşı heç bir fiziki və ya təziqlər olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Babayev X3 Azər Əli oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları sübüta yetirilir və onların törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının 10 yanvar 2021 -ci ii tarixli 6\108 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 avtomobilindən aşkar edilmiş...”və.s yazıları olan kağız paketdəki 01 ədəd polietlin bükümdə təmiz çəkisi 47.022 qram ağ rəngli kristalşəkilli kütlə(1 Ne-li oby) kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş...”və.s yazıları olan kağız paketdəki 01 ədəd polietlin bükümdə təmiz çəkisi 30.969 qram qəhvəyi rəngli maddə kütləsi (2Ns-li oby) kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. üzərində “Təqsirləndirilən şəxs2 yaşadığı ünvandan aşkar edilmiş..,’Və.s yazıları olan kağız paketdəki 01 ədəd yapışqan lentlə bərkidilmiş polietlin bağlamada təmiz çəkisi 1035.5 qram qəhvəyi rəngli maddə kütləsi (3Ne-li oby) kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, aşkar olunmuş 01 ədəd elektron tərəzinin səthində heroin izləri aşkar edilmiş, tərəzinin səthində aşkar edilmiş heroin iz miqdarda olduğindan eyniləşmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş..."və.s yazıları olan kağız paketdəki 01 ədəd polietlin bükümdə təmiz çəkisi 26.168 qram qəhvəyi rəngli maddə kütləsi (4Ne-li oby) kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Təqsirləndirilən şəxs2 üzərindən, yaşadığı ünvandan və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetaminin təmiz çəkisi 47,002qr. sərf edildi: 0,05 qr., qalıq 46,972 qr. heroinin təmiz çəkisi 30,969 qr. sərf edildi: 0,05 qr., qalıq 30,919 qr. heroinin təmiz çəkisi 1035,5qr. sərf edildi: 0,05 qr., qalıq 1035,45 qr. heroinin təmiz çəkisi 26,168 qr. sərf edildi: 0,05 qr., qalıq 26,118 qr. Cinayət işində olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 15 yanvar 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işləer üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" 09 yanvar 2021-ci il tarixli qərar qanuna uyğun hesab edilmişdir. Cinayət işində olan 09 yanvar 2021-ci il tarixli tutma haqqında olan protokollardan görünür ki, təqsirləndirilən şəxslər, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin tarixdə tutulmuşdular. Cinayət işi materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 21 yanvar 2021-ci il tarixli 155 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarında olan məhkəmə ambulator məhkəmə-narkoloji ekspertizasının 21 yanvar 2021-ci il tarixli 165 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkotik vasitələrdən və psixotrop maddələrdən periodik istifadə etmə halları olmuşdur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal- hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarından müəyyən olur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı diskə baxış keçirilərək protokol tərtib edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə əynində olan boz rəngli gödəkcəsinin sol yan cibindən 01 (bir) ədəd “Kapital Bank” plastik kartını, özünə məxsus şəxsiyyət vəsiqəsini və 01 ədəd “Red Mi” markalı mobil telefonunu çıxardaraq masanın üzərinə qoyur. Bundan sonra əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən yaşadığı mənzilin açarını və saxlanılan zamanı icarə əsasında idarə etdiyi **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus açarı çıxardaraq təqdim edir. Təqsirləndirilən şəxs2 sonra əynində olan boz rəngli görəkcəsinin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxardaraq təqdim edir və üzərində başqa heç bir əşya və ya predmet olmur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılır və üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmur. Daha sonra iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs2 yaşadığı mənzilinin və avtomobilinin açarları özünə qaytarılır, lakin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün bu barədə sonuncuya izah verilməklə 1 (bir) ədəd, “Red Mi” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və Kapital Banka məxsus plastik kart götürülür. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və ya sənədləri təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonunu, arxa sol yan cibindən 44 manat (qırx dörd) pulu, 01 ədəd sürücülük vəsiqəsini və həmin şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs1 təqdim etdiklərindən başqa üzərində heç bir əşya və ya predmet aşkar olunmur. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılır və üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmur. Daha sonra iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs1 məxsus 44(qırx dörd) manat pul özünə qaytarılır, lakin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün bu barədə Təqsirləndirilən şəxs1 izah verilməklə 1 (bir) ədəd, “Samsung” markalı mobil telefon və sürücülük vəsiqəsi təhqiqatçı tərəfindən götürülür. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan bükümə baxış zamanı içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə olan “heroin”ə bənzər kütlə aşkar edilir. Həmin kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elekron tərəzi ilə çəkilir, təxmini çəkisinin 32 qram (otuz iki qram) olması müəyyən olur. Həmin sellofan bükümdə aşkar edilmiş maddə içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılıb, üzəri “DİN-nin zərflər üçün 7 saylı” möhürü ilə möhürlənir, üzəri imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülür. Həmçinin Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bükümə baxış zamanı içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə olan “heroin”ə bənzər kütlə aşkar edilir, həmin kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elekron tərəzi ilə çəkilir, təxmini çəkisinin 27,1 qram olması müəyyən edilir. Həmin sellofan bükümdə aşkar edilmiş maddə içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılır, üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənərək, üzəri imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik tərkibli maddə heroin olduğunu, həmin maddəni İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Əli” adlı şəxsin göndərdiyini bildirərək, “Əli” adlı şəxslə 2017-ci ildən İraq Respublikasına gedərkən tanış olduğunu, “Əli” adlı şəxs 1 ay bundan öncə onunla əlaqə yaradaraq onun bank hesabına pul göndərəcəyini, həmin pulu deyilən şəxslərə hər 10000 manat(on min manat) pulu çatdırması müqabilində 300 manat(üç yüz manat) pul verəcəyini və həmin pulu üzərindən aşkar edilmiş plastik karta göndərildiyini bildirir. Təqsirləndirilən şəxs2 həmçinin qeyd edir ki, 1 həftə bundan öncə Xətai rayonu ərazisində yerləşən “Luna park” deyilən yerin yaxınlığında narkotik vasitəni götürdüyünü, saxlanılan zaman yanında dayandığı və icarə əsasında idarə etdiyi **-XY-*** nömrəli avtomobilində və kirayədə yaşadığı evdə də narotik tərkibli maddə saxladığını bildirir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər kütləni isə Arazın verdiyini və Muradın “Əli” adlı şəxslə əlaqə yaradaraq ona deyilən yerə qoymasını bildirir. Təqsirləndirilən şəxs2 yaşadığı ünvana və avtomobilinə baxış keçirilməsinə heç bir etirazının olmadığını buna dair könüllü razılığının olduğunu qeyd edir. Həmçinin sorğu zamanı Murad Məcidiov üzərindən aşkar edilmiş maddənin narkotik vasitə olan heroin olduğunu, həmin maddəni ona Təqsirləndirilən şəxs2 verdiyini və İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Əli” adlı şəxsin ona deyəcəyi yerə atacağını, özünün narkotik vasitə istifadəçisi olmadığını, bu fəaliyyətə görə ona “Əli” adlı şəxsin pul verməli olduğunu bildirir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən və polis idarəsində olarkən ona qarşı heç bir fiziki və psixi zor tətbiq edilmədiyini bildirirlər. Həmin vaxt tərtib olunmuş protokol iştirakçılara təhqiqaçı tərəfindən ucadan oxunur imzalarla təsdiq edilir. Cinayət işi materiallarından müəyyən olur ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə baxış keçirilən zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı diskə baxış keçirilərək protokol tərtib edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, BNMİ-nin əməkdaşları, müdafiəçilər və şübhəli şəxslərin iştirakı ilə həmin idarənin həyətindəki avtomobil dayanacağında saxlanılmış “Hyundai Elantra minik” markalı **-XY- *** dövlət qeydiyyat nişanlı, qara rəngli, avtomobilə baxış keçirilməyə başlanılır. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 avtomobilində saxladığı maddəni təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 özündə olan açarla avtomobilin kilidini açdıqdan sonra arxa yük hissəni açaraq ehtiyat təkərinin yanında 01 ədəd şəffaf sellofan bükümü təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu bildirir. Təhqiqatçı tərəfindən həmin sellofan torbaya baxış keçirilən içərisində ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunur. Bundan sonra həmin sellofan torbada olan maddənin təxmini çəkisinin müəyyən edilməsi məqsədi ilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və təxmini çəksinin 44 qram(qırx dörd qram) olması müəyyən edilir. Həmin sellofan bükümdə aşkar edilmiş ağ rəngli maddə zərfə qoyularaq qablaşdırılıb zərfin üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənərək üzəri imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülür. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilsədə qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 avtomobilindən aşkar olunmuş sellofan bükümdə olan maddəni İran İslam Respublikası vətəndaşı olan “Əli” adlı şəxsin vasitəsi ilə əldə etdiyini qeyd edir. Baxış vaxtı tərtib olunmuş protokol iştirakçılara təhqiqatçı tərəfindən ucadan oxunur və imzalarla təsdiq edilir. Cinayət işi materiallarından müəyyən olur ki, Təqsirləndirilən şəxs2 kirayə yaşadığı evə baxış keçirilən zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı diskə baxış keçirilərək protokol tərtib edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, BNMİ-nin əməkdaşları, müdafiəçilər və şübhəli şəxslərin iştirakı ilə şübhəli şəxslərin birlikdə kirayədə yaşadığı ünvan 5 ünvanında olan evə gəlinmiş və həmin evə baxış keçirilməyə başlanılır. Evə baxış keçirilən zaman video çəkiliş aparılacağı da elan edilir. Bundan sonra iştirakçılar ilə birlikdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı mənzilin dəhlizində olarkən saxladığı maddəni təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 evin dəhlizindən sol tərəfdə yerləşən özünün qeyd etdiyi kimi yataq otağına keçərək, otaqda yerləşən taxta şkafın üzərindən 01 ədəd sellofan torbanı və 01 ədəd göy rəngli elektron tərəzini təqdim edərək, sellofan torbanın içərisində narkotik vasitə “heroin” olduğunu bildirir. Təhqiqatçı tərəflərindən həmin sellofan torbaya baxış keçirilən zaman içərsindən 1 (bir) ədəd şəffaf paketdə narkotik vasitə heorinə bənzər kütlə aşkar olunur. Bundan sonra həmin sellofan torbada olan maddənin təxmini çəkisinin müəyyən edilməsi məqsədi iiə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilir. Həmin sellofan torbada olan kütlənin təxmini çəksinin 1 kq 69 qram( bir kiloqram altmış doqquz qram) olması müəyyən edilir. Bundan sonra Təqsirləndirilən şəxs2 yataq otağından çıxardaraq təqdim etdiyi sellofan paketdəki maddə və elektron tərəzi zərfə qoyulub edilərək qablaşdırılıb, zərfin üzəri möhürlənərək üzəri iştriakçılar imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülür. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onların hər birinin şəxsiyyətini, törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 avtomobilin yük hissəsində olan təxminən 47 qrama yaxın psixotrop maddə olan metamfetamindən başqa üzərində və evində heç bir narkotik vasitə olmamağı barədə və Təqsirləndirilən şəxs1 məhkəmə prosesində guya narkotik vasitənin ona məxsus olmaması barədə verdikləri ifadələrini inandırıcı saymır və hesab edir ki, onlar cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər biri ayrı ayrılıqda ibtidai istintaqda narkotik vasitələrin onlara məxsus omaları barədə etiraf edici ifadələr vermişdirlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarların cinayətin törədilməsində rolunu nəzərə alıb hər birinin barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzalarını tutulduqları vaxtdan, yəni 09 yanvar 2021-ci il tarixdən hesablanmaqla, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Onun törətdiyi əməldə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Nərimanov RPİ-nin maddi sübutların saxlama anbarında saxlanılan Təqsirləndirilən şəxs2 məxsus “Redmi” markalı mobil telefon və “Kapital Bank”ın plastik bank kartı onun yaxın qohumuna qaytarılmalı, Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı mobil telefon onun yaxın qohumuna qaytarılmalı, Təqsirləndirilən şəxs2 oğlunun üzərindən aşkar edilmiş təmiz çəkisi qalıq 30,919 qram çəkidə-heroin, idarə etdiyi avtomobildən qalıq 47,972 qram çəkidəmetamfetamin, yaşadığı ünvandan qalıq 1035,45 qram çəkidə heroin, 1 ədəd elektron tərəzi və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş qalıq 26,118 qram çəkidə olan narkotik vasitə-heroin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, baxış keçirilmələrə dair olan səs yazılarını əks etdirən 2 ədəd CD-R disk, 3 ədəd mobil operatorlardan göndərilmiş disklər cinayət işi materiallarında saxlanılması nəzərə alınmalı, iş üzrə ekspertiza xərci təşkil edən 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınaraq dövlət büdcəsinə verilməli və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 09 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 09 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci təşkil edən 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar olan və Nərimanov RPİ-nin maddi sübutların saxlama anbarında saxlanılan Təqsirləndirilən şəxs2 məxsus “Redmi” markalı mobil telefon və “Kapital Bank”ın plastik bank kartı onun yaxın qohumuna qaytarılsın, Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı mobil telefon onun yaxın qohumuna qaytarılsın, təmiz çəkisi qalıq 30,919 qram çəkidə-heroin, qalıq 47,972 qram çəkidə-metamfetamin, qalıq 1035,45 qram çəkidə heroin, 1 ədəd elektron tərəzi, qalıq 26,118 qram çəkidə olan narkotik vasitə-heroin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, baxış keçirilmələrə dair olan səs yazılarını əks etdirən 2 ədəd CD-R disk, 3 ədəd mobil operatorlardan göndərilmiş disklər cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar