Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-966/2022 20.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X11 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi- X7, Dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, 15 dekabr 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 dekabr 2021-ci il tarixdə saat 12:30 radələrində ünvan 2 ünvanda yerləşən 1 saylı X16 həyətində tanışı Zərərçəkmiş şəxs ilə aralarında pul məsələsi ilə bağlı yaranmış sözlü mübahisə zamanı Zərərçəkmiş şəxs ona qaytarmalı olduğu 20 manat pulu verməyəcəyini bildirməsini cüzi səbəb kimi bəhanə gətirərək xuliqanlıq niyyətilə üzərində olan soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan cib bıçağı ilə sonuncunun qarın nahiyəsindən qəsdən bir dəfə vuraraq ona qarının sol yan divarının daxilinə nüfuz edərək S-vari bağırsağı zədələyən və daxili qanaxma törədən 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi yetirildiyi anda həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləməmiş, əvvəllər taksi fəaliyyəti göstərməklə qazanc əldə etmişdir. Zərərçəkmiş şəxsla təxminən 3- 4 il əvvəl tanış olmuşlar. 2021-ci ilin dekabr ayında taksi fəaliyyəti ilə məşğul olması məqsədilə Romalın mülkiyyətində olan “Hyundai” markalı maşınını icarəyə götürməsi barədə razılaşdıqdan sonra, Romal ona notarial qaydada təsdiq olunmuş etibarnamə vermişdir. Həmin vaxt o, etibarnamənin verilməsinə dair dövlət rüsumu olaraq 20 manat ödəmişdir. Zərərçəkmiş şəxsla aralarında olan razılaşmaya görə, o, taksi fəaliyyəti göstərməklə əldə etdiyi qazancının 80 faizini Romala, 20 faizini özünə götürəcəkdi. Romalın avtomobili ilə 4 gün ərzində taksi fəaliyyəti ilə məşğul olması nəticəsində o, işlədiyi günlərdə hər günə görə Romala 35 manat, 30 manat və 25 manat, ümumilikdə isə 90 manat pul vermişdir. Baş vermiş hadisədən bir gün əvvəl Romal ödədiyi gündəlik pulun ona sərf etmədiyini və maşını geri verməsini ondan tələb etdikdə o, Romala etibarnaməyə görə verdiyi 20 manat pulu geri qaytarmasını xahiş etmiş, Romal isə cavab olaraq sabah “Semaşko” xəstəxanasında metadon içməyə gələcəyini və orada görüşüb söhbət edəcəklərini bildirmişdir. 23 dekabr 2021-ci il tarixdə saat təxminən 12:30 radələrində Romal ilə “Semoşko” xəstəxanasının həyətində olan avtodayanacaqda Romala məxsus avtomobildə oturub söhbət etdikləri zaman o, Romaldan etibarnaməyə görə ödədiyi 20 manat pulu qaytarmasını tələb etmiş, Romal isə pul verməyəcəyini ona demişdi. Həmin vaxt avtomobildə Romalın dostu kimi tanıdığı Şahid1 da olmuşdur. Romal etibarnaməyə görə ödədiyi 20 manat pulu verməyəcəyini dedikdə aralarında mübahisə yarandığı zaman o, Eminə Romalla aralarında olan söhbətə müdaxilə etməməsini bildirmiş, lakin Emin onun dediyinə məhəl qoymayaraq mübahisə etməyə davam etmişdir. Bu zaman o, əsəbləşib Eminə “ördək” demiş və onlar, mübahisələrini “Semaşko” xəstəxanasının həyətində davam etdikləri zaman, Emin ona yumruq ataraq başından zərbə yetirmişdir. Həmin vaxt onlardan biraz aralıda olan Romalın dostu kimi tanıdığı Elnur da onların olduqları yerə gəlmiş və ona yumruqla zərbələr yetirdiyi zaman, o özünü müdafiə etmək üçün Elnuru vurmaq istədikdə Romal müdaxilə edib ona hücum çəkmışdi. Həmin vaxt o, Romalı yumruqla vurduqdan sonra sonuncu yerə yıxılaraq “sən bıçaqla məni vurdun” demiş və o, Romalın üzərində qan izlərinin olduğunu görmüşdü. Romalın dediklərindən dərhal sonra o, əllərini yuxarı qaldıraraq əlində heçnə olmadığını demişdi. Belə ki, hadisə vaxtı onun üzərində həqiqətən də bıçaq olmamış, Romalın hadisə zamanı aldığı bıçaq yarasının necə əmələ gəldiyini bilmir. Hadisədən sonra o, oradan uzaqlaşaraq öz evinə getmişdir. Bir neçə gün sonra polis əməkdaşları zəng edərək, onu polis bölməsinə çağırmışlar. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 1-ci cildinin 171-172-ci vərəqlərində olmaqla məhkəmə-tibbi ekspertizasının 28.12.2021-ci il tarixli, 1297 nömrəli ekspert rəyi ilə ibtidai istintaq tamamlanarkən cinayət işinin materialları ilə müdafiəçisinin iştirakı ilə tanış olmuşdur, həmin ekspertiza rəyinə əsasən Zərərçəkmiş şəxs almış olduğu qarınm sol yan divarının daxilinə nüfuz edərək S-vari bağırsağı zədələyən və daxili qanaxma törədən 1 (bir) ədəd deşilmiş- kəsilmiş yarasısının dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olması ona aydındır Hadisədən sonra Zərərçəkmiş şəxsla barışmışlar. Baş vermiş hadisədən peşmançılıq çəkir, bir daha bildirir ki, o ittihamda qeyd olunduğu kimi, Zərərçəkmiş şəxs qəsdən bıçaqla xəsarət yetirməmişdir. Təqsirləndirildiyi cinayət işinə düzgün baxılmaqla, əməlinə düzgün hüquqi qiymət verilməsini və barəsində ədalətli olan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən bir neçə ildir ki, Təqsirləndirilən şəxs tanımış, aralarında normal münasibət olmaqla, heç bir ədavət və düşmənçilik olmamışdır. 2021-ci ilin dekabr ayında mülkiyyətində olan “Hyundai Accent” markalı **-VY-*** dövlət qeydiyyat nişanlı maşınını Rüstəmə taksi fəaliyyəti göstərərək həm özünə həm də ona qazanc vermək məqsədilə gündəlik icarəyə vermiş və buna görə Rüstəmə notarial qaydada təsdiq olunmuş etibarnamə vermişdir. Aralarında olan razılığa əsasən etibarnaməyə görə dövlət rüsumu Rüstəm tərəfindən ödənilməli idi. Rüstəm bir neçə gün müddətində taksi fəaliyyəti ilə məşğul olmuş və nəticədə ona cəmi 15-16 manat pul vermişdir. Bu gedişat ona sərf etmədiyinə görə o, 22 dekabr 2021-ci il tarixdə maşını Rüstəmdən geri aldıqda, Rüstəm ona bir neçə dəfə zəng vuraraq narahat etmiş və maşını nəyə görə ondan geri aldığını soruşmuş, o da Rüstəmə sabah “Semaşko” xəstəxanasına gedəcəyini və metadon içəcəyini, orada görüşüb söhbət eləyəcəklərini bildirmişdi. 23 dekabr 2021-ci il tarixdə “Semaşko” xəstəxanasının qarşısında Rüstəmlə görüşmüşlər. Həmin vaxt dostları Emin və Elnurla birlikdə metadon suyu içilən yerə gedərək orada metadon suyu içdikdən sonra, onlar Eminlə birlikdə Rüstəmin olduğu yerə qayıtmışlar və Rüstəmlə söhbət etmək üçün ona məxsus avtomobilə əyləşmişlər, Elnur isə metadon suyu içilən yerdə qalmışdır. Maşında söhbət edərkən Rüstəm ondan etibarnamə üçün verdiyi 20 manat pulu ona qaytarmağını tələb etdikdə o, Rüstəmə pul verməyəcəyini bildirmişdir. Bu zaman Eminin onların söhbətinə müdaxilə edərək Rüstəmə “ala etibarnaməni geri götür, Romal sənə 20 manat verməyəcək” deməsi zamanı Rüstəmlə aralarında mübahisə yaranmış və Rüstəm onlara “ördək” və başqa sözlər deyərək onları təhqir etmişdir. Həmin vaxt Emin Rüstəmin onları təhqi etməsindən əsəbləşərək Rüstəmi yumruqla vurmuş və onların hər üçü maşından düşdükdən sonra aralarında yaranmış münaqişə zamanı Rüstəm ona yumruq atdığı zaman o, da Rüstəmə yumruq atmış və onlar Rüstəmlə birlikdə yerə yıxılmışlar. Bu zaman o, qarın nahiyyəsində ağrı hiss etmiş və geri çəkilərək, qarın nahiyəsindən qan axdığını görmüşdü. Həmin vaxt Rüstəmin əlində dəstəyi metal rəngdə olan bıçaq görmüşdü. Bundan sonra o, əsəbləşib Rüstəmə söyərək onu bıçaqla vurduğunu demiş, Rüstəm isə əllərini göyə qaldıraraq əlində bıçaq olmadığını və bıçaqla onu vurmadığını bildirmişdi. Daha sonra Emin və həmin vaxt orada olan Əmiraslan adlı şəxs onları aralamışlar və orada olan şəxslərdən bir nəfər polisə zəng edib hadisə barədə məlumat vermiş, bunu görən Rüstəm isə dərhal hadisə yerindən uzaqlaşmışdır. Bu zaman metadon suyu içən Elnur adlı dostu qaçaraq hadisə yerinə gəlmış, və Eminlə bilikdə onu maşına oturdaraq 1 saylı X12 təcili yardım bölməsinin qarşısına aparmışlar. Rüstəmlə aralarında baş vermiş münaqişə zamanı Emin və Elnur Rüstəmə xəsarət yetirməmişlər, onları ayırmaq istəmişlər. Hadisə zamanı onun üzərində bıçaq olmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun yaxın dostudur. Təqsirləndirilən şəxs 1 saylı X8 metadon suyunun qəbulu üçün əzərdə tutulmuş yerdən tanıyır. 2021-ci ilin dekabr ayında Romalın mülkiyyətində olduğu avtomobili Rüstəmə gündəlik, taksi fəaliyyəti ilə məşğul olması üçün icarəyə verdiyi, lakin daha sonra Romalın Rüstəmdən narazı qaldığı üçün maşını geri aldığını öyrənmişdir. 23.12.2021-ci il tarixdə səhər saatlarında “Semaşko”-nun həyətində Rüstəmlə uzaqdan salamlaşaraq görüşmüş, Elnur və Romal birlikdə xəstəxananın metadon suyu içilən yerinə gedərək hər üçü metadon suyu içmişlər, bundan sonra isə Romal Rüstəmin olduğu yerə qayıtmış, Elnur isə su içilən yerdə qalmışdır. Həmin vaxt o, Rüstəm və Romal maşında oturaraq söhbət etdikləri zaman, Rüstəm Romala etibarnaməyə görə 20 manat dövlət rüsumu ödədiyini və o pulu geri verməsini bildirmiş, bu zaman o, Rüstəmə həmin etibarnaməni verərək “götür Romal sənə pul verməyəcək” demişdir. Bu zaman Romal da Rüstəmə pul verməyəcəyini bildirdikdə, Rüstəm onlara qarşı “ördək” və başqa təhqiramiz ifadələr işlətmiş və aralarında münaqişə yaranmışdır. Bundan sonra onların hər üçü avtomobildən enmişlər və aralarında yaranmış mübahisə zamanı Rüstəm Romala yumruq atdıqdan sonra Romal da Rüstəmə yumruq atmışdır. Həmin vaxt o, Romalla Rüstəmi ayırmağa çalışdığı zaman və Romalın qarın nahiyəsindən bıçaqla vurulduğunu, Romalın arxaya çəkilərək qarnını tutduğunu və qarnından qan axdığını görmüşdür. Bu zaman hadisə yerinə həmin vaxt yaxınlıqda olmuş Əmiraslan adlı şəxs də gəlmişdir. Bundan sonra Romal onlara Rüstəmin əlindən bıçağı almalarını demiş, onlar da Rüstəmin əlindən bıçağı almağa çalışdıqları zaman o, Rüstəmin əllərində tutmuş, Romal isə bıçağı Rüstəmin əlindən alıb yerə tullamışdır. Bundan sonra Romal əsəbləşərək, Rüstəmə söymüş və “məni bıçaqla vurdun” demiş, Rüstəm isə əllərini yuxarı qaldıraraq Romalı vurmadığını bildirmişdir. Həmin vaxt Elnur onların olduqları yerə gəlmış və o, X13 bıçaqla vurduğunu dedikdən sonra, o, Elnurla birlikdə Romalı 1 saylı Klinik Xəstəxanasının təcili yardım şöbəsinə aparmışlar. Hadisə zamanı Rüstəmin Romalı bıçaqla vurmasını görməsə də, Rüstəmin arxa cibindən bıçaq çıxardığını görmüşdü. Rüstəmlə Romal arasında olan münaqişə zamanı onun və Elnur tərəfdən Rüstəmə heç bir xəsarət yetirilməmiş, o yalnız onları ayırmaq istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun yaxın dostudur. Təqsirləndirilən şəxs 1 saylı X8 metadon suyunun qəbulu üçün nəzərdə tutulmuş yerdən tanıyır. 2021-ci ilin dekabr ayında Romalın mülkiyyətində olduğu avtomobili Rüstəmə gündəlik, taksi fəaliyyəti ilə məşğul olması üçün icarəyə verdiyi, lakin daha sonra Romalın Rüstəmdən narazı qaldığı üçün maşını geri aldığını öyrənmişdir. 23.12.2021-ci il tarixdə səhər saatlarında “Semaşko” xəstəxanasına metadon suyu içilən yerinə gedərək Emin və Romalla birlikdə metadon suyu içmişlər, bundan sonra isə Emin və Romal Rüstəmin olduğu yerə qayıtmışlar, o isə su içilən yerdə qalmışdır. Bir müddət keçdikdən sonra o səs-küy eşitmiş və hadisə yerinə qaçaraq Romalın bıçaqla vurulduğunu görmüşdü. Həmin vaxt orada olan dostu X9 bıçaqla vurduğunu öyrənmişdir. Bundan sonra o, Eminlə birlikdə Romalı 1 saylı Klinik Xəstəxanasının təcili yardım şöbəsinə aparmışlar. Hadisənin birbaşa şahidi olmamışdır. Rüstəmlə Romal arasında olan münaqişə zamanı onun və Emin tərəfdən Rüstəmə heç bir xəsarət yetirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, fərdi qaydada taksi fəaliyyəti göstərməklə qazanc əldə edir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs təxminən 1 ildir ki, tanıyır. Belə ki, o, adətən 1 saylı X14 yanında olur və onları oraya metadon suyunu qəbul etmək üçün gələn şəxslə kimi tanıyır. 23 dekabr 2021ci il tarixdə saat təxminən 11:30 radələrində o, 1 saylı X17 arxa həyətində olarkən təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs görərək ondan işləyib-işləmədiyini və oraya nə üçün gəldiyini soruşduqda, Rüstəm Romalın ona taksi fəaliyyəti göstərməsi üçün verdiyi avtomobili geri aldığını və etibarnaməyə görə 20 manat pul verməli olduğunu demış o, isə Rüstəmə cavab olaraq “başını burax” demişdir. Təxminən 10 dəqiqə sonra Romal, Emin və Elnurun oraya gəldiklərini görmüş və oradan uzaqlaşmışdır. Bir müddət keçdikdən sonra Rüstəmin Romalın maşınına əyləşdiyini, bir qədər sonra isə kiminsə qışqıraraq çağırdığını eşitmiş və tez qaçaraq Romalgilin olduğu yerə gəlmişdir. Həmin vaxt Rüstəmlə Romalı ayırdıqdan sonra, Romalın ayaqüstə durub qarnından xəsarət aldığını, köynəyinin qana bulaşdığını görmüş və Romalın “Rüstəm məni bıçaqla vurdu” dediyini eşitmişdir. Bu zaman Emin və Elnur da Romalın yanında durmuşlar. Bundan sonra orada olan bir nəfər vətəndaş polisə zəng vurub məlumat vermiş, Romal, Emin, Elnur maşına oturaraq oradan uzaqlaşmışlar, Rüstəm də hadisə yerindən çıxıb getmişdir. Hadisənin birbaşa şahidi olmadığına görə, baş vermiş münaqişənin səbəbi və gedişatı barədə ətraflı məlumatı yoxdur. Hadisə zamanı nə Romalın, nə də Rüstəmin əlində bıçaq görəməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində yoldaşı Romalın “Hyundai” markalı maşını olduğunu, Romal pul qazanmaq məqsədi ilə maşınını təxminən 10 gün qabaq Təqsirləndirilən şəxs Rafık oğluna taksi fəaliyyəti ilə məşğul olması üçün verdiyini,bunun müqabilində Rüstəm Romala günlük pul ödəməli olduğunu, bununla bağlı Romal notarius qaydasında Rüstəmə maşını idarə etməsi üçün etibarnamədə verdiyini, Rüstəm 10 gün maşını sürməsi müqabilində Romala cəmi 20 manat pul verdiyini, buna görə Romal Rüstəmə narazılığını bildirdiyini, 22.12.2021-ci il tarixdə Romal Rüstəmdən maşının açarlarını alıb maşında götürdüyünü, bu səbəbdən Rüstəm dünən bir neçə dəfə Romala zəng vurub təhqir etdiyini, 23* 12.2021-ci il tarixdə Romal saat təxminən 09:30 radələrində evdən çıxaraql saylı KTM-ə getdiyini,Romal hər gün 1 saylı KTM-də müalicə məqsədilə metadon içdiyini, 23.12.2021-ci il tarixdə saat 11:30 radələrində Romalın xalası oğlu Emininzəng vuraraq Romalın bıçaqlandığmı və hal-hazırda 1 saylı KTM-də əməliyyat olduğunu bildirdiyini, aldığı məlumatı zəng edib Romalın anası Məmmədova Həqiqətə bildirdiyini, bir qədər sonra Eminin yaşadığı evə gəldiyini onu götürdüyünü və 1 saylı KTMa apardığını, 1 saylı KTM- də olarkən həmin yerin həkimləri Romalın vəziyyətinin kafi olduğunu bildirdiklərini, həmçinin 1 saylı KTM-də metadon içilən yerdə olarkən orada olan şəxslərin Romalın Rüstəm tərəfindən bıçaqlandığmı bildirdiklərini, hadisənin baş verdiyi zaman Romalın yanında kim olduğunu bilmədiyini,Romalın Rüstəm tərəfindən bıçaqlanmasmı 1 saylı KTM-də metadon içməyə gələn şəxslərin dediyini, çünki onların daRüstəmin də daimi olaraq həmin yerə metadon içməyə gəldiyini və Rüstəmi tanıdıqlarını bildirdiklərini bildirmişdir. İş üzrə şahid qismində əlavə dindirilmiş X4 ifadəsində həyat yoldaşı Zərərçəkmiş şəxs Səxvət oğlunun 23.12.2021 -ci il tarixdə Nəsimi rayonu, Semaşko xəstəxanasının həyətində bıçaqlanması zamanı ona xəsarət yetirilən bıçağın özündə olduğunu və həmin bıçağı istintaqa təqdim etmək istədiyini, hadisənin baş verdiyi gün axşam yoldaşı Zərərçəkmiş şəxs yanma Semoşko xəstəxanasına getdiyini, həmin vaxt hadisənin olduğu yerə getdiyini və orada yerdə bıçaq tapdığım, bıçağa baxdığını və üzərində qan ləkələri olduğunu aşkar etdiyini, bu bıçaqla yoldaşı Romala xəsarət yetirildiyini fikirləşdiyini, ona görədə bıçağı götürüb özündə saxladığını, yoldaşı Romaldan çəkindiyinə görə və qorxduğuna görə istintaqa ilk dəfə ifadə verən zaman bu barədə heç bir məlumat vermədiyini göstərmişdir. (cild 01, iş vər. 19-21) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində 23 dekabr 2021-ci il tarixdə saat təxminən 11:30 radələrində 1 saylı KTM-ın arxa həyətində maşınını saxladığımı və bir qədər getdiyini, 1 Saylı KTM- nın həyətindən çıxan zaman təxminən 30 metr aralıdan dava dalaş olduğunu gördüyünü, dərhal həmin yerə qayıtdığını və bir nəfər şəxsin orada halsız vəziyyətdə olduğunu və ətrafdakı insanların həmin dalaşan şəxsləri araladıqlarını gördüyünü, baş verənlər barəsində DİN-nin 102 xidmətinə məlumat verəcəyini bildirdiyini, bundan sonra 3 nəfər şəxs, onlardan biri qarın nahiyəsindən xəsarət almış olduğunu, “Hyundai Accent” markalı maşına minərək hadisə yerindən uzaqlaşdıqlarını və baş verən hadisə barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat verdiyini, həmin dalaşan şəxslərdən kiminsə başqasına bıçaqla xəsarət yetirməsini görmədiyini, dava-dalaş yerinə gəldikdə dalaşanları artıq ayırdıqlarını və onlardan biri halsız vəziyyətdə dayandığını, konkret kimin kimi vurduğunu və kimlərin dalaşdığını bilmədiyini,həmin vaxtı kiminsə əlində bıçaq olmasına fikir vermədiyini, mübahisə edənlərin təxminən 3 nəfər şəxs olduğunu, sonradan ətrafdakı insanların onları ayırmağa çalışdıqlarını göstərmişdir. (cild 01, iş vər. 62-64) Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tərəflərə elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin məsul növbətçisinin həmin şöbənin rəisinə olan raportdan görünür ki, təhqiqatçı yazılı raportla məruzə edərək həmin tarixdə saat 11:23 radələrində Daxili İşlər Nazirliyinin 102 qaynar xətt xidmətinə gələn ********* saylı məlumatda vətəndaş Şahid2 1 saylı X12 arxasındaki dayanacaqda Hyundai markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan iki nəfər şəxsin mübahisə etdikləri, onlardan birinin əlində bıçaq olmasını və qan izlərinin olması barədə məlumat verməsini bildirmişdir (cild 01, iş vər. 04). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 23 dekabr 2021-ci il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, 23.12.2021-ci il tarixdə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Cavad Həsənov tərəfindən hadisə yerinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, baş vermiş hadisə yerinin ünvanı Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1 ünvanında yerləşən 1 saylı X12 həyətində olan avtodayanacaqdır. Baxış zamanı həmin ərazidən istintaq üçün sübut əhəmiyyəti kəsb edən hər hansı bir maddi sübut aşkar olunmamışdır. Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Cavad Həsənov tərəfindən baxış keçirilərkən fotoşəkillər çəkilərək fotocədvəl tərtib olunmuş və həmin cədvəl protokola əlavə edilmişdir. Protokol ucadan oxunmuş ərizə və şikayət daxil olmamışdır (cild 01, iş vər. 5-7). İşdə olan Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin məsul növbətçisinin həmin şöbənin rəisinə olan raportdan görünür ki, təhqiqatçı yazılı raportla məruzə edərək həmin tarixdə saat 16:00 radələrində 1 saylı KTM-dən tibb bacısı məlumat verərək Zərərçəkmiş şəxs qarının kəsilmiş deşilmiş yarası diaqnozu ilə müraciət edilməsi barədə məlumat verməsini bildirmişdir (cild 01, iş vər. 08). “Əşyanın götürülməsi və baxış keçirilməsi barədə” 23 dekabr 2021-ci il tarixli protokol və ona əlavə olunmuş fotocədvəldən görünür ki, 23.12.2021-ci il tarixdə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Cavad Həsənov tərəfindən həmin tarixdə Nəsimi rayonu 1 saylı X12 həyətində bıçaqlanaraq xəsarət alan zaman Zərərçəkmiş şəxs bıçaqlandığı zaman əynində olan 01 ədəd mayka, 01 ədəd qara rəngli alt köynəyi və 01 ədəd tünd göy naxışlarla olan jaket sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür (cil d01, iş vər 14-18). İşdə olan ƏN-V № 933564 saylı etibarnamədən görünür ki, 17 dekabr 2021-ci il tarixdə xx.xx.1982-ci il təvəllüdlü, ünvan 4 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs mülkiyyətində olan Hyundai Accent markalı 10VV463 qeydiyyat nişanlı avtomobilinə dair xx.xx.1985-ci il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etməyə dair etibarnamə vermişdir (cild 01, iş vər. 26). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 27.12.2021-ci il tarixli tələbnamə və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-347/2011 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 21.12.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 127.1 və 127.2.1-ci maddələri ilə təqsirli bilinərək 02 il islah işləri cəzasına məhkum edilmiş, 15.05.2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisin 07.05.2013-cü il tarixli “Amnistiya” haqqında qərarn 1.4-cü bəndinə əsasən təyin edilmiş cəzadan azad edilmişdir (cild 01, ış vər. 43-44, 200- 210). “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 30 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 01, iş vər. 52-53). İşdə olan “Şübhəli şəxsin tutulması” haqqında 06 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 yanvar 2022-ci il tarixdə saat Bakı şəhəri, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Cavad Həsənov tərəfindən müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 83) İşdə olan “üzləşdirmə və dindirmə” haqqında 07.01.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs Rafık oğlu üzləşdirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq edərək bıçaqla onu vurduğunu bildirmişdir (cild 01, iş vər. 106-108). İşdə olan “üzləşdirmə və dindirmə” haqqında 07.01.2022-ci il tarixli protokol və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə Şahid1 ilə təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs Rafık oğlu arasında üzləşdirilmə keçirilmiş, üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq edərək onun bıçaqla Zərərçəkmiş şəxs vurduğunu bildirmişdir (cild 01, iş vər. 109-112). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 yanvar 2022-ci il tarixli 4(006)-11/2022 saylı qərarı ilə Nəsimi rayon Polis İdarəsinin müstəntiqi X3 ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsinə dair vəsatəti təmin edilməmişdir (cilld 01, iş vər. 141-145). İşdə olan “qətimkan tədbiri seçmək haqqında” 08 yanvar 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 151-152). “Maddi sübutun götürülməsi və həmin əşyalara baxış keçirilməsi haqqında” 08 yanvar 2022-ci il tarixli protokol və on aəlavə olunmuş fotocədvəldən görünür ki, ********* saylı cinayət işi üzrə Şahid3 araşdırmaya təqdim etmək istədiyi 01 ədəd bıçaq götürülmüşdür (cild 01, iş vər. 162-163). Məhkəmə-tibbi ekspertizasının 28.12.2021-ci il tarixli, 1297 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət-qarınm sol yan divarının daxilinə nüfuz edərək S-vari bağırsağı zədələyən və daxili qanaxma törədən 1 (bir) ədəd deşilmiş- kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) ola bilsin ki, bıçağın tiyəsinin deşici- kəsici təsirindən, onun tibbi yardım üçün Bakı şəhər Baş Sİ-nin X10 gətirildiyi və qərarın təsviri hissəsində göstərilən 23.12.2021-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir (cild 01, iş vər. 171-172). Bakı Apellyasiya Məhkəməsinin 4(103)-18/2022 saylı 14 yanvar 2022-ci il tarixli qərarından görünür ki, 14.01.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanma müddətinin əvvəli 14.01.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 181-185). İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş SER TSE-01 № 412339 saylı arayıdan görünür ki, 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ümumi xəstəlik diaqnozu ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin olunmuşdur (cild 01, iş vər. 231) İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 3 nömrəli şəhər poliklinikasının 27.01.2022-ci il tarixli 133 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız tipli şəxsiyyət pozuntusu diaqnozu ilə Yasamal rayon 3 saylı poliklinikasının ruhi-əsəb xəstəlikləri kabinetinin qeydiyyatındadır (cild 01, iş vər 237). Məhkəmə-tibbi ekspertizasının 07.01.2022-cı il tarixli, 31 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, vət. Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi (cild 01, iş vər 246-247). Məhkəmə tibbi-bioloji ekspertizasının 26.01.2022-ci il tarixli, 959/2021-MTBŞ nömrəli rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu 0\İ\-dir. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus polverin,cemperin və maykanın üzərində insan qanı ləkələri aşkar olundu. Ləklərdə qanın qrupu ABO sistemi üzrə təyin edildikdə yalnız H antigenti alındı. Bu qan ləkəri ABO sistemi üzrə O-(İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 01, iş vər. 249-252). Məhkəmə-kriminalistik ekspertizasının 11 fevral 2022-ci il tarixli, 23/2022YMTKŞ nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində olan deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab olunmur. Təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir (cild 01, iş vər. 253-256). Məhkəmə-kriminalistik ekpertizasının 10.02.2022-ci il tarixli, 818/2021VMTKŞ nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs məxsus jaketin ön səthində bir ədəd, alt köynəyin ön səthində bir ədəd, maykanın ön səthində bir ədəd dəlibkeçən zədə aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələr olub, küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tipli deşici kəsıci alətin təsirindən törənmişdir (cild 01, iş vər. 258-259). Məhkəmə tibbi-bioloji 04.02.2022-ci il tarixli, 26/2022-MTBŞ nömrəli rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: 0(İ)\ axtarış vəsiqəsinin kserosurətinə əsasən Ekspertizaya təqdim edilmiş bir ədəd qatlanan bıçaq üzərində qan aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi tiyəsi üzrə tədqiq eildikdə yalnız “H” antigeni alındı. “H” antigeni O (İ) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkləri ABO sistemi üzrə Oalfa, betta (İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 01, iş vər. 261-264). Kompleks məhkəmə-psixiatrik və psixioloji ekspertizasının 31.01.2022-ci il tarixli 235 saylı rəyin nəticə hissəsindən görünürki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs Rafık oğlunda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik müəyyən edilmir, xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, Təqsirləndirilən şəxs Rafık oğlu əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Rafık oğlunun əməli Azərbaycan Respublikasının CM-nm 21-ci və 22-i maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs Rafık oğlunda hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs Rafık oğlunun əqliintellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs Rafık oğlu əqli-intellektual imkanlarına görə hadisə vaxtı etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur (cild 01, iş vər. 266-268). İşdə olan “üzləşdirmə və dindirmə” haqqında 17.03.2022-ci il tarixli protokol və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə Şahid5 ilə təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs Rafık oğlu üzləşdirilmiş, üzləşdirmə zamanı Şahid5 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (cild 01, iş vər. 296-299). Zərərçəkmiş şəxs X1 27 aprel 2022-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir tələbinin olmadığını, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etdiyini bildirmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutları müqayisəli qaydada tədqiq edərək, sübutlara hərtərəfli və obyektiv qiymət verməklə belə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməkdə təqsirli olması özünün qismən etirafedici ifadələri, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxs və şahidlərin məhkəmə iclasında verdikləri ifadələr və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək hesab edərək, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa xəsarət yetirmədiyi və heç bir xuliqanlıq əməli törətmədiyi və ibtidai istintaq orqanının gəldiyi qənaətin həqiqəti əks etdirməməsi ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla bağlı iş üzrə zərərçəkmiş şəxsə bədən xəsarətlərini bıçaqla deyil, yumruqla yetirdiyini, hadisə vaxtı Zərərçəkmiş şəxsla sonuncuya məxsus avtonəqliyyat vasitəsini idarəetməyə dair verdiyi etibarnaməyə görə ödədiyi 20 manat pulu qaytarmasını tələb etməklə, həmin vaxt orada olmuş onunla Zərərçəkmiş şəxs qohumları kimi tanıdığı Şahid1 və Şahid5la aralarında baş vermiş mübahisə zamanı sonuncuların və Zərərçəkmiş şəxs ona hücum çəkdikdən sonra məhz özünü müdafiə etmək məqsədi ilə yumruqla Zərərçəkmiş şəxs bir dəfə zərbə vurduğu barədə olan hissədəki ibtidai istintaq və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri məsuliyyətdən yaxa qurtarmaq və öz məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır və onun yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması iş üzrə şahid və zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə maddi sübut və həmçinin məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən digər sübutlarla tam təsdiq olunmuşdur. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 6-cı bəndinə əsasən, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürməkdən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, iş üzrə keçirilmiş ekspertiza rəyləri və digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən yuxarıda qeyd olunan cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxs zəzərçəkmiş şəxsə qarşı qəsdən sağlamlığa xəsarət yetirmədiyini bildirsə də, verilmiş ittihamı təkzib edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə əsasənqəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla barışıq əldə etməsini, vurulmuş ziyanın tam olaraq ödənilmiş olmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirməklə ona cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10, 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirici hallar Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 126.2.4-ci maddəsi ilə həmin Məcəllənin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. İşdə olan “Şübhəli şəxsin tutulması haqqında” 06 yanvar 2021-ci il tarixli protokol, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 yanvar 2022-ci il tarixli 4(006)-11/2020 saylı qərarı, “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 08 yanvar 2021-ci il tarixli qərar və Bakı Apellyasiya Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli tarixli 4(103)-18/2022 saylı qərarından göründüyü kimi, Təqsirləndirilən şəxs 06 yanvar 2021-ci il tarixdə saat 19.40-da Bakı şəhəri Nəsimi RPİ-nin müstəntiqi tərəfindən cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 yanvar 2022-ci il tarixli 4(006)-11/2022 saylı qərarı ilə Nəsimi rayon Polis İdarəsinin müstəntiqi X3 ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsinə dair vəsatəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Bakı Apellyasiya Məhkəməsinin 4(103)-18/2022 saylı 14 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli 14.01.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, onun iş üzrə ibtidai istintaq zamanı tutularaq Bakı şəhəri Nəsimi RPİ-nin MSY-də saxlandığı 06 yanvar 2022-ci il tarixdən, 08 yanvar 2022-ci il tarixədək olan müddət, cəmi - 02 (iki) gün yekun cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs ilk dəfə ağır və az ağır cinayət əməlləri törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cəzaçəkmə müddətinin əvvəli 14 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar: Bakı şəhəri Nəsimi RPİ-də saxlanılmaqla hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan 01 ədəd mayka, 01 ədəd alt köynəyi, 01 ədəd jaket və 01 ədəd bıçaq maddi dəyərini itirdiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən, məhkəmə mərhələsində isə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, ibtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi 18 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi lə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı tutularaq Bakı şəhəri Nəsimi RPİ-nin MSY-də saxlandığı 06 yanvar 2022-ci il tarixdən, 08 yanvar 2022-ci il tarixədək olan müddət, cəmi - 02 (iki) gün bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: Bakı şəhəri Nəsimi RPİ-də saxlanılmaqla hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan 01 ədəd mayka, 01 ədəd alt köynəyi, 01 ədəd jaket və 01 ədəd bıçaq maddi dəyərini itirdiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X5 üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkumlara isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Məhəmməd Əkbərov Hakimlər: Faiq Qəniyev İlham Mahmudov
Məhkəmə qərarları › İş №1(101)-966/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-966/2022
20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver