Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-966/2023 26.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X6, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kondisioner bağları 14/70 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 11:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satmaq məqsədi ilə istintaqa məlum olmayan mənbədən 5,771 qram çəkidə narkotik vasitə olan heroini əldə etdikdən sonra həmin narkotik vasitəni bükümlərə ayıraraq üzərində satış məqsədilə saxlayaraq daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respubliaksı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 sentyabr 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 17:30-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sol yan cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 3,030 qram və 2,741 qram olmaqla ümumi təmiz çəkisi 5,771 qram çəkidə narkotik vasitə heroin iki bükümdə aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirili bilməyərək ifadəsində qeyd etmişdir ki, Suraxanıda, Bülbülə də olur. Onu günorta vaxtı Bülbülə qəsəbəsində, bibisigilin qapısından aşağıda 3-4 nəfər saxlayaraq aparmışlar. Saxlayan zaman maşına mindirmək üçün onu vurublar. Həmin gün narkotik istifadə etmiş, lakin üzərində nə narkotik vasitə, nə də tərəzi olmamışdır. Narkotiki onun boynuna qoymuşlar. Təzyiq etdiklərinə görə boynuna almışdır. Saxlanılan zaman üzərində “Huawei” markalı mobil telefon olmuşdur. Çəkilişdə təzyiq altında olduğuna görə o şəkildə bildirmişdir. Polis bölməsində onu döyən olmamışdır. Suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, məhəllədə 3-4 nəfər pul qoyub Balaxanıda onun tanıdığı şəxsdən narkotik almış, həmin narkotikləri hasarın dibinə, qapısının yanına qoymuş, həmin şəxslər də gəlib götürürmüşlər. Hər dəfə narkotiki o almış, məhəllədəki uşaqlar da gəlib götürmüşlər. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 08 sentyabr 2022-ci il tarixdə günorta vaxtı Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsində adının “Mətləb” olduğunu bildiyi şəxsdən 100 manat pul müqabilində 03 ədəd sellofan bükümdə narkotik vasitə heroin alıb satış və istifadəsi üçün üzərində gəzdirməyə başlamış, daha sonra 08 sentyabr 2022-ci il tarixdə, saat 17:30-da ünvan 3 ünvanının yaxınlığında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşduqlarını qeyd edərək, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etdiklərini bildirmişdir. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, üzərində narkotik vasitə vardır. Bundan sonra polis əməkdaşlarının onu DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etdiklərini qeyd edərək, polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edildiyini və şübhəli şəxs qismində tutulduğunu bildirmişdir. Daha sonra ona hüquq və vəzifələrinin izah olunduğunu, sonra video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirildiyini qeyd edərək, şəxsi axtarış zamanı o, üzərində “kola” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan ağ rəngli cins şalvarının sağ yan cibində olan 01 ədəd “Honor” markalı mobil telefonu, əynində olan cins şalvarının sol arxa cibində olan azadlığı məhdudlaşdırılmış şəxslərə tətbiq olunan elektron qolbağa aid 01 ədəd “Attenti” markalı cihazı və əynində olan cins şalvarının sol yan cibində olan 02 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etdiyini və təqdim etdiyi 02 ədəd sellofan bükümün içərisində “kola” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqdim etdiyi 02 ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda hər iki bükümün içərisindən narkotik vasitə heroin aşkar olunmuş, şəxsi axtanş davam etdirilərkən əynində olan cins şalvarının sağ yan cibindən 1 manat pul aşkar edilmiş, sorğu zamanı o, üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə günorta vaxtı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “Mətləb” adlı şəxsdən 100 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitə heroini şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalandığını, eyni zamanda şəxsi axtarış zamanı aşkar edilmiş 1 manat pul və azadlığı məhdudlaşdırılmış şəxslərə tətbiq olunan elektron qolbağa aid 01 ədəd “Attenti” markalı cihazın özünə qaytarıldığını qeyd edərək, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “Honor” markalı mobil telefonun polis əməkdaşları tərəfindən götürüldüyünü bildirmişdir. Əlavə olaraq üzərindən aşkar olunmuş narkotik vasitənin hansı məqsədlə əldə edilməsi və polis idarəsinə gətirilən zaman ona qarşı hər hansı fiziki və psixi zor tətbiq edilib-edilməməsi barədə verilən suallara cavab olaraq narkotik vasitəni satmaq və istifadə etmək məqsədilə əldə etdiyini, həmçinin polis idarəsinə gətirilən zaman ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilmədiyini bildirərək törətdiyi cinayət əməlindən çox peşman olduğunu bildirmişdir (İ cild, səh. 66-68). 5.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, şəxslə bağlı əməliyyat məlumatı 8 sentyabrda daxil olmuş, şəxsin ifşa edilib cinayət məsuliyyətinə cəlb olunması üçün qrup yaradılmış, qrupun üzvləri o, Şahid1 və Şahid2 olmuşdur. Şəxsin Suraxanı rayonu, Bülbülə qəsəbəsində olması ilə bağlı məlumat daxil olmuş, onda şəxsin adı və şəkli olduğu üçün uzaqdan tanımış, yaxınlaşaraq özlərini təqdim etmişlər, narkotik vasitələrin istifadəsi və dövriyyəsi ilə məşğul olduğunu bildirərək şəxsi idarəyə dəvət etmişlər. Əməliyyat tədbirində 4 nəfər yox, 3 əməkdaş iştirak etmişdir. Axtarış zamanı şəxsin üstündən iki büküm, telefon və pul aşkar olunmuşdur. Sorğuya cavab olaraq Mətləb adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirib.Təqsirləndirilən şəxsə qarşı hər hansı zor tətbiq edilməmiş və təzyiq olmamışdır. 6.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 08 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib Bakı şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əlavə olaraq əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdə, saat 17:30-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, Baş İdarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək o vəkil ilə təmin edildikdən sonra şəxsi axtanş və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs üzərində “kola” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan ağ rəngli cins şalvarının sağ yan cibində olan 01 ədəd “Honor” markalı mobil telefonu, əynində olan cins şalvarının sol arxa cibində olan azadlığı məhdudlaşdırılmış şəxslərə tətbiq olunan elektron qolbağa aid 01 ədəd “Attenti” markalı mobil cihazı və əynində olan cins şalvarının sol yan cibində olan 02 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümün içərisində “kola” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirməsini qeyd edərək, Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün iştirakçıların şahidliyi ilə açıldıqda hər iki bükümün içərisində tünd qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddələr olmasının müşahidə edildiyini bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələri xx.xx.2022-ci il tarixdə günorta vaxtı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “Mətləb” adlı şəxsdən 100 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitə heroini şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, eyni zamanda şəxsi axtarış zamanı aşkar edilmiş 1 manat pul və azadlığı məhdudlaşdırılmış şəxslərə tətbiq olunan elektron qolbağa aid 01 ədəd "Attenti” markalı cihaz iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Honor” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış və götürmə aparılması barədə müvafiq protokol tərtib edilərərk iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir (İ cild, səh. 105-107). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 08 sentyabr 2022-ci il tarixdə X3 narkotik vasitələrin istifadəsi və dövriyyəsi ilə bağlı baş idarəyə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupuna rəhbərliyi o həyata keçirmişdir. Suraxanı rayonu, Bülbülə qəsəbəsində şəxsə yaxınlaşaraq özlərini təqdim edib baş idarəyə dəvət etmişlər. Əməliyyat tədbirində ondan başqa Şahid2 və Şahid3 iştirak etmişlər. Müdafiəçinin iştirakı ilə təhqiqatçının otağında video çəkiliş aparılmaqla şəxsin üzərinə axtarış aparılmışdır. Üzərinə baxış keçirilərkən 2 büküm narkotik vasitə olan heroin adlı maddə aşkar olunmuşdur, Mətləb adlı şəxsdən 100 manata aldığını bildirmişdir. 8.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 08 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib Bakı şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əlavə olaraq əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdə, saat 17:30-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, Baş İdarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək o vəkil ilə təmin edildikdən sonra şəxsi axtanş və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs üzərində “kola” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan ağ rəngli cins şalvarının sağ yan cibində olan 01 ədəd “Honor” markalı mobil telefonu, əynində olan cins şalvarının sol arxa cibində olan azadlığı məhdudlaşdırılmış şəxslərə tətbiq olunan elektron qolbağa aid 01 ədəd “Attenti” markalı mobil cihazı və əynində olan cins şalvarının sol yan cibində olan 02 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümün içərisində “kola” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirməsini qeyd edərək, Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün iştirakçıların şahidliyi ilə açıldıqda hər iki bükümün içərisində tünd qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddələr olmasının müşahidə edildiyini bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələri xx.xx.2022-ci il tarixdə günorta vaxtı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “Mətləb” adlı şəxsdən 100 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitə heroini şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, eyni zamanda şəxsi axtarış zamanı aşkar edilmiş 1 manat pul və azadlığı məhdudlaşdırılmış şəxslərə tətbiq olunan elektron qolbağa aid 01 ədəd "Attenti” markalı cihaz iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Honor” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış və götürmə aparılması barədə müvafiq protokol tərtib edilərərk iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir (İ cild, səh. 99-101). 9.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 08 sentyabr 2022-ci 2022-ci il tarixdə baş idarəyə daxil olmuş məlumata əsasən təşkil edilən əməliyyat qrupunun üzvü olmuşdur. Bülbülə qəsəbəsində Orxan Dardailovu saxlayıb baş idarəyə gətirmişlər və şəxsin üzərindən iki büküm narkotik vasitə heroin aşkar olunmuşdur. Mətləb adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsə qarşı hər hansı fiziki zorakılıq tətbiq olunmamışdır. 10.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 08 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib Bakı şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əlavə olaraq əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdə, saat 17:30-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, Baş İdarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək o vəkil ilə təmin edildikdən sonra şəxsi axtanş və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs üzərində “kola” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan ağ rəngli cins şalvarının sağ yan cibində olan 01 ədəd “Honor” markalı mobil telefonu, əynində olan cins şalvarının sol arxa cibində olan azadlığı məhdudlaşdırılmış şəxslərə tətbiq olunan elektron qolbağa aid 01 ədəd “Attenti” markalı mobil cihazı və əynində olan cins şalvarının sol yan cibində olan 02 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümün içərisində “kola” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirməsini qeyd edərək, Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün iştirakçıların şahidliyi ilə açıldıqda hər iki bükümün içərisində tünd qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddələr olmasının müşahidə edildiyini bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələri xx.xx.2022-ci il tarixdə günorta vaxtı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “Mətləb” adlı şəxsdən 100 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitə heroini şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, eyni zamanda şəxsi axtarış zamanı aşkar edilmiş 1 manat pul və azadlığı məhdudlaşdırılmış şəxslərə tətbiq olunan elektron qolbağa aid 01 ədəd "Attenti” markalı cihaz iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Honor” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış və götürmə aparılması barədə müvafiq protokol tərtib edilərərk iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir (İ cild, səh. 102-104). 11.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 sentyabr 2022-ci il tarixli 6/4952 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 6 dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,030 qram, 2,741 qram ümumi təmiz çəkisi 5,771 qram olan qəhvəyi rəngli maddə xarici çörünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in (Siyahı 1) siyahısına daxildir (İ cild, səh. 45-50). 12.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 13 oktyabr 2022-ci il tarixli, 6005 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 168-169). 13.Məhkəmə-psixiatrik ekspertizasının 14 oktyabr 2022-ci il tarixli, 2732 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 166-167). 14.«Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında» 08 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, 08 sentyabr 2022-ci il tarixdə saat 19:40-dan saat 20.02-dək X4 üzərində Bakı şəhəri 24 saylı vəkil bürosunun vəkili X10, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Şahid1 iştirakı ilə videoçəkiiş vasitəsilə şəxsi axtarış və götürmə aparılmışdır. Şübhəli şəxs X4 üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində olan əşyaları könüllü təqdim etsin. Bu təklifdən sonra X7 üzərində “kola” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan ağ rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Honor” markalı mobil telefonu, əynində olan ağ rəngli cins şalvarın sol arxa cibindən azadlığı məhdudlaşdırılmış şəxslərə tətbiq olunan elektron qolbağa aid 01 ədəd “Attenti” markalı cihazı və əynində olan cins şalvarın sol yan cibində olan 02 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümün içərisində “kola” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmiş və təqdim etdiyi həmin 02 ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldlqda hər iki bükümün içərisində tünd qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs sağ yan cibindən 1 manat pul aşkar edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələri xx.xx.2022ci il tarixdə günorta vaxtı Bakı şəhəri, Suraxanı rayonu,Bülbülə qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “Mətləb” adlı şəxsdən 100 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitə heroini şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitəyə bənzər büküm özünün və polis əməkdaşlarının iştirakı ilə zərfə qoyaraq 6 №-li möhürlə möhürlənmişdir (İ cild, səh. 31-33). 15.«Diskə baxış keçirilməsi haqqında» 14 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd ağ rəngli DVD diskə Nərimanov RPİnin MSY-nin inzibati binasında xidməti otaqda şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 24 saylı vəkil bürosunun vəkili X5 iştirakı ilə kompüter vasitəsi ilə baxış keçirilmişdir. Həmin 01 ədəd ağ rəngli DVD diskdə olan görüntülərə baxış keçirilməsi üçün kompüterin prosessoruna qoyulmuş və 2022_09_08_21_10_İMG_9485.MOV yazılı fayla baxış keçirilən zaman müəyyən olunmuşdur ki, fayldakı görüntülər 20 dəqiqə 38 saniyə davam edir. Görüntüdə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs görüntünün 07-ci dəqiqə, 41-ci saniyəsindən etibarən əynində olan ağ rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Honor" markalı mobil telefonu, əynində olan ağ rəngli cins şalvarın sol arxa cibindən azadlığı məhdudlaşdırılmış şəxslərə tətbiq olunan elektron qolbağa aid 01 ədəd “Attenti” markalı cihazı və əynində olan cins şalvarın sol yan cibində olan 02 ədəd içərisində narkotik vasitə heroinə bənzər maddə olan sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etməsi, aşkar edilmiş kütlənin axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılacaq imzalanması və bundan sonra Orxan Dədailovun üzərindən iş üçün əhəmiyyət kəsb edən əşya və ya maddə aşkar edilməmişdir. DVD diskə baxış zaman Təqsirləndirilən şəxs görüntüdə üzərində bükümlər aşkar edilən edilən şəxsin özü olduğunu qeyd etmişdir. DVD disklə bağlı protokol tərtib edilərək disklə birlikdə iş materiallarına əlavə edilmişdir (İ cild, səh. 129). 16.«Diskə baxış keçirilməsi haqqında» 14 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, «Azercell Telecom» LLC-dən xx.xx.2022-ci il tarixli 19218 nömrəli məktubla daxil olmuş ***-***-**-** saylı və ***-***-**-** saylı telefon nömrələri ilə bağlı telefon danışıqları, SMS yazışmaları, anten və digər məlumatları özündə əks etdirən 01 ədəd CD diskə Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 iştirakı ilə Nərimanov RPİ-nin MSY-də olan «HP» markalı kompyuter vasitəsinin DVD oxuyucusuna daxil etməklə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, diskdə 07 ədəd fayl vardır. “**********07_SMS.txt” adlı fayla baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən məlumatlar əldə edilmiş, həmin qovluqda olan sms yazılarından əhəmiyyət kəsb edən çıxarış tərtib edilmiş protokola əlavə edilmiş və həmin smslər çıxarışlarda işarə edilmişdir. xx.xx.2022-ci il tarixdə saat 19:01:42də **********07 saylı nömrədən **********41 saylı nömrəyə “senen neyse isdiyen yoxduye qaqaw demeyim oduki neyse lazim olsa denen var kolada dawda ozve lazim olsa” və xx.xx.2022-ci il tarixdə saat 02:46:20-də **********07 saylı nömrədən **********73 saylı nömrəyə “qedew sen kola isdedin yoxsa daw bilem 2 sinde isdedin purosda qaqaw 15 diy kola dedin daw bratvə **********07 nömrəsindən **********61 nömrəsinə yazılmış “ged getur hasarın dibinde” mətində smslər daxil olmuşdur. «Azercell Telecom» LLC-dən xx.xx.2022ci il tarixli 19218 nömrəli məktubla daxil olmuş ***-***-**-** saylı və ***-***-**-** saylı telefon nömrələri ilə bağlı telefon danışıqları, SMS yazışmaları, anten və digər məlumatları özündə əks etdirən 01 ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin istintaq materiallarına əlavə olunması nəzərə alınmışdır (İ cild, səh. 131-134). 17.«Maddi sübut hesab edilməsi haqqında» 09 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 5,671 qram heroin maddi sübut hesab edilmiş və xx.xx.2022-ci il tarixli 078-34951-1222 saylı məktubla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən götürüldükdən sonra məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanmasından ötrü Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (İ cild, səh. 92-93). 18.«Sübutların qiymətləndirilməsi, cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında» 15 fevral 2023-cü il tarixli qərardan görünür ki, “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması” haqqında 08 sentyabr 2022- ci il tarixli istintaq hərkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin istintaq materiallarına əlavə olunması nəzərə alınmışdır (İ cild, səh. 211- 222). 19.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 23). 20.Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 4(005)- 979/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 08 sentyabr 2022-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 78-82). 21.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-333/2021 saylı, 09 dekabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 dekabr 2021ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 04 ay 12 gün müddəti azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 08 ay 24 gün ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 2 il 03 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (İ cild, səh. 128, 142-148). 22.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsindən alınmış 05 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixədək Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 03 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzasının 03 ay 13 gününü çəkmiş, çəkilməmiş hissəsi 1 il 11 ay 23 gün təşkil edir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 23.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 24.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 25.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 26.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 27.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 28.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11 -ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 29.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 30.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 31.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 32.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. 33.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 5-ci bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. 34.Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ümumilikdə təmiz çəkisi 5,771 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»ya əsasən külli miqdardır. 35.Məhkəmə təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar edilməməsi, narkotik vasitənin onun boynuna qoyulması, ona təzyiq etdiklərinə görə boynuna alması məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, «şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 36.Məhkəmə iclasında təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilməməsini və ona təzyiq edildiyinə görə boynuna almasını bildirsə də məhkəmə bununla bağlı qeyd edir ki, göstərilən dəlillər sadəcə ümumi sözlərdən və formal xarakterli mülahizələrdən ibarət olmaqla məsuliyyətdən yayınma cəhdi daşıyır. 37.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X8rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 38.Məhkəmə təkrar edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsi dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 39.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 40.Təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 41.Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmaması ilə əlaqədar ifadəsinə münasibətdə isə onu qeyd edir ki, təqsirləndirilən şəxsin istifadəsində olmuş ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrinə daxil olan və çıxan zənglərə, sms mətnlərinə dair «Azercell Telecom» LLC-dən daxil olmuş diskə keçirilmiş baxış zamanı narkotik vasitə və psixotrop maddə satışı ilə bağlı kifayət qədər aydın sms yazışmalarının olması, təqsirləndirilən şəxsin həmin narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirir. 42.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 43.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, ifadəsində qeyd etdiyi hallar məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunmuşdur. 44.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. 45.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 46.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin təqsirli olması ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 47.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 48.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 49.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 50.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 51.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 52.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 53.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 54.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 55.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 56.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 57.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. 58.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 59.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 60.Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir, lakin ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza - azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivini yaratmır. 61.Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. 62.Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirləndirildiyi ictimai təhlükəli əməli Suraxanı Rayon Məhkəməsinin 1(010)-333/2021 saylı, 09 dekabr 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi vaxt yəni, cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir. 63.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 64.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-333/2021 saylı, 09 dekabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 11 (on bir) ay 23 (iyirmi üç) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla, yəni 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki iş üzrə təyin ediləcək cəzaya qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. 65.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 66.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 67.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 68.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 69.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 08 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. 70.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 71.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 72.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 73.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Yerinədə saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,671 qram çəkidə narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diskin, «Azercell Telecom» LLC-dən daxil olmuş 01 ədəd CD diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 74.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 75.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 76.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 77.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 78.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 35 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 210 manat təşkil edir. 79.Beləliklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 210 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Xəzər Konsaltinq» Vəkil Bürosunun hesabına ödənilməlidir. 80.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-333/2021 saylı, 09 dekabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 11 (on bir) ay 23 (iyirmi üç) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzasının bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 08 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 210 (iki yüz on) manat Bakı şəhəri «Xəzər Konsaltinq» Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübutlar - Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Yerinədə saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 5,671 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Siyavuş Hacıyev
3. Vüqar Quliyev