Məhkəmə qərarları › İş №1(101)-967/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-967/2021

17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-967/2021 17.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi- X1, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 və 04 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1989-cu ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış və hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı X8 və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin müəyyən edilməmiş vaxtda və şəraitdə ünvan 2 ünvanının yaxınlığına satış məqsədi ilə qanunsuz olaraq daşıyıb orada gizlətməklə saxladığı külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 6024 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini cinayətkar qrupun digər üzvü X3 göstərişi ilə 02 yanvar 2021-ci il tarixdə saat 19:10 radələrində qoyulduğu yerdən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşıyarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 19.10-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq Baş İdarədə saat 20.15-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun tanışı X8 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 6 ədəd yapışqan lentlə bərkidilmiş bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1004 qram, 1006 qram, 1005 qram, 1009 qram, 1015 qram və 985 qram, ümumi təmiz çəkisi külli miqdar 6024 qram narkotik vasitə heroin sağ əlində tutduğu 01 ədəd qara rəngli polietilen bağlamanın içərisindən aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək 03.01.2021-ci il tarixli şübhəli şəxs qismində, 04.01.2021-ci il tarixli və 12.03.2021-ci il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, o arada düşəndə narkotik vasitə olanda marixuanadan siqaretə doldurub tüstüsünü çəkmək yolu ilə istifadə etmişdir. X5 uşaqlıqdan etibarən tanımışdır. Belə ki, o Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydiyyatda olsa da, Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayırmış. Teymurov Zaur da Çinarlı qəsəbəsində bərbər işləmişdir. Tanışlıqları da həmin dövrdə olmuşdur. Təqribən 4 il öncə o işləmək üçün Bakı şəhərinə gəlmişdir. Bundan sonra onun Zaurla olan əlaqəsi kəsilmişdir. Ancaq 2020-ci ilin yay aylarında NZS qəsəbəsində kafelərin birində olarkən Zauru görmüşdür. Zaurla görüşüb bir-biri ilə əlaqə saxlamaq üçün mobil nömrələrini götürmüşlər. Ancaq yenə də əlaqə saxlamamışlar. Təqribən 1-2 ay sonra Neftçilər metrostansiyasının yaxınlığında yenidən Zauru görmüşdür. Oradan Zaurun kirayə yaşadığı “Xalqlar Dostluğu” Metrostansiyanın yaxınlığında yerləşən mənzilə getmişlər. Mənzildə Zaur narkotik vasitə olan heroin istifadə etdiyini və heroinin satışı ilə məşğul olduğunu bildirmişdir. Bundan sonra Zaur ona aldığı narkotik vasitələri götürüb Zaura verməsi müqabilində ona pul verə biləcəyini demişdir. Ancaq pulların məbləğləri ilə bağlı danışmamışlar. Bundan sonra 2 dəfə o Zaurla gedib Zaurun dediyi yerlərdən narkotik vasitəni götürüb Zaura vermişdir. Belə ki, Zaur da onunla birlikdə narkotik vasitənin qoyulduğu yerə gedirmiş. Həmin yerdə Zaur ona telefonda narkotik vasitənin qoyulduğu yerin fotoşəklini göstərirmiş və Zaur özü bir qədər kənarda dayanırmış. O şəkildəki yerdən narkotik vasitəni götürüb bir qədər kənarda dayanmış Zaura verirmiş. Bundan sonra Zaur ona getməsini deyirmiş, özü də narkotik vasitəni götürüb gedirmiş. Zaurun hara getdiyini, həmin narkotik vasitəni kimə verdiyini o bilmirmiş. Beləcə iki dəfə Zaurun dediyi narkotik vasitəni götürüb Zaura vermişdir. Bunun müqabilində Zaur ona bir dəfə 60 manat, bir dəfə də 80 manat pul vermişdir. O maddi imkansızlıq ucbatından bu işlə məşğul olurmuş. Sonuncu dəfə tutulmamışdan 2 gün qabaq o Zaura evinin kirayəsi üçün ona 100 manat pul lazım olduğunu demişdir. Zaur da ona gedib Zaurun dediyi yerdən narkotik vasitəni götürməsini və bunun müqabilində ona 100 manat verəcəyini demişdir. O da Zaurla razılaşmışdır. 02 yanvar 2021-ci il tarixdə Zaurla o Neftçilər metrostansiyasının yaxınlığında görüşmüşlər. Zaur ona 2 manat pul verib həmin pulu Zaura məxsus olan ********** saylı mobil nömrəyə köçürməsini istəmişdir. O da yaxınlıqda olan “E-manat” aparatı vasitəsilə pulu həmin nömrəyə köçürmüş və qəbzi də üzərində saxlamışdır. Zaurun yanına qayıdarkən orada onları taksinin gözlədiyini görmüşdür. Zaurdan narkotik vasitənin miqdarını soruşduqda Zaur təqribən 2 kq olduğunu demişdir. Bundan qabaq iki dəfə o narkotik vasitəni götürərkən narkotik vasitənin miqdarı az olmuşdur. O Zaurla gedib narkotik vasitənin qoyulduğu yerə çatmışdır. Həmin yerdə taksidən düşmüş və Zaur ona narkotik vasitənin qoyulduğu yerin şəklini göstərib onu narkotik vasitənin qoyulduğu yerə göndərmişdir. Zaur özü isə ondan bir qədər aralıda dayanaraq onun narkotik vasitəni götürüb Zaura verməsini gözləyirmiş. O Zaurun ona dediyi yerdən narkotik vasitəni götürmüşdür. Qara rəngdə olan bağlamanı əlinə alarkən bağlamanın içərisində olan narkotik vasitənin çox olduğunu bilmişdir. 02 yanvar 2021-ci il tarixdə saat 19:10 radələrində ünvan 2 ünvanının yaxınlığında narkotik vasitəni aparıb Zaur Teymurova vermək istəyərkən iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini ona təqdim etmişlər. Ondan öz anket məlumatlarını bildirməsini istəmişlər. O özünü təqdim etdikdən sonra ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər, onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib və üzərində keçiriləcək prosessual hərəkətlərdə iştirak etməsi üçün Baş İdarəyə dəvət etmişlər. Baş Narkotiklərlə Mübarizə İdarəsində müdafiəçi ilə təmin olunmuş və daha sonra videoçəkilişlə üzərində şəxsi axtarış keçirməyə başlanılmışdır. Şəxsi axtarış başlamazdan öncə ona üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra sağ əlində tutduğu qara rəngli sellofan torbanı təqdim edib içərisində “kokos” adlanan narkotik vasitə heroin olduğunu demişdir. Torbaya baxış keçirildikdə içərisində altı ədəd büküm olduğu məlum olmuşdur. Bükümlərə baxış keçirilərkən bükümlərin də içərisində narkotik vasitə heroinə bənzər maddələr olması müəyyən edilmişdir. Daha sonra əynindəki gödəkçənin sol yan cibindən bir ədəd “Huawei” markalı mobil telefon və 20 manat pul, içərisində siqaret dənələri olan siqaret qutusu, bir ədəd alışqan, bir ədəd “E-manat” sisteminə məxsus ödəniş qəbzi və şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Aşkar edilmiş altı ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddələr qablaşdırılmış, qablaşmanın üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. “Huawei” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və “E-manat” sisteminə məxsus ödəniş qəbzi sübut əhəmiyyəti kəsb edə biləcəyindən saxlanılmış, siqaret qutusu, bir ədəd alışqan və 20 manat pul onun özünə qaytarılmışdır. Sifahi sorğu zamanı o aşkar edilmiş heroinin özünə məxsus olduğunu, həmin heroini deyilən yerdən götürüb tanışı X6 çatdıracağını, heroini deyilən yerdən götürən zaman Zaur Teymurovun yaxınlıqda olduğunu, pul qazanmaq məqsədi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, polis əməkdaşalrı tərəfindən ona qarşı hər-hansı bir zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış keçirilməsinin nəticələrinə dair protokol tərtib edilmiş, o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O polis əməkdaşları tərəfindən saxlanılan zaman, şəxsi axtarış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. O aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etmişdir. Düzdür, narkotik vasitənin həmin yerdə olduğunu ona Zaur Teymurov demişdir. O da Zaurun göstərişi ilə gedib həmin narkotik vasitəni deyilən yerdən götürüb Zaura verməli və bunun müqabilində 100 manat pul almalı olmuşdur. Ancaq narkotik vasitəni götürdükdən sonra narkotik vasitəni Zaura verə bilmədən polis əməkdaşları tərəfindən saxlanılmışdır. O tutulmamışdan qabaq son dövrlərdə narkotik vasitə olan marixuanadan siqaretə doldurub tüstüsünü çəkmək yolu ilə istifadə etmişdir. Ancaq o başqa narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməmişdir. Ona narkotik vasitəni götürməyi tapşırmış şəxs 14.06.1980-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş X7r. Zaur Teymurov ********** saylı mobil nömrədən istifadə etmişdir. Onun öz istifadəsində “xxxx” mobil operatoruna məxsus olan ***-***-**-** saylı mobil nömrə olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, arada düşəndə marixuanadan siqaretə doldurub tüstüsünü çəkirmiş, Teymurov Zauru uşaqlıqdan tanıyır. O, Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayırmış, Zaur da Çinarlı qəsəbəsində bərbər işləyirmiş. Zauru ordan tanıyır. O, 4 il öncə işləmək üçün Bakıya gəlmişdir. Bundan sonra Zaurla əlaqəsi kəsilmişdir. 2020-ci ilin yay aylarında NZS qəsəbəsində kafelərin birində Zauru görmüş, Zaurla görüşüb bir-birlərinə nömrələr vermişlər. Təqribən 1-2 ay sonra Neftçilər metrostansiyasının yaxınlığında yenidən Zauru görmüşdür. Zaurla kirayə yaşadığı “Xalqlar Dostluğu” Metrostansiyanın yaxınlığında yerləşən mənzilə getmişlər. Mənzildə Zaur ona heroin istifadə etdiyini və heroinin satışı ilə məşğul olduğunu bildirmişdir. Zaur ona aldığı narkotik vasitələri götürüb müqabilində ona pul təklif etmişdir. Ancaq pulların məbləğləri ilə bağlı danışmamışlar. Bundan sonra 2 dəfə Zaurla gedib Zaurun dediyi yerlərdən narkotiki götürüb Zaura vermişdir. Zaur da onunla birlikdə narkotikin qoyulduğu yerə getmişdir. Həmin yerdə Zaur ona narkotikin qoyulduğu yerin fotoşəklini göstərmiş və Zaur özü bir qədər kənarda dayanmışdır. O, da şəkildəki yerdən narkotiki götürüb bir qədər kənarda dayanmış Zaura verib çıxıb gedirmiş. Zaurun hara getdiyini, həmin narkotiki kimə verdiyini o bilmir. Beləcə iki dəfə Zaurun dediyi narkotik vasitəni götürüb ona vermişdir. Bunun müqabilində Zaur ona bir dəfə 60 manat, bir dəfə də 80 manat pul vermişdir. O, maddi imkansızlıq ucbatından bu işlə məşğul olurmuş. Tutulmamışdan 2 gün qabaq Zaura evinin kirayəsi üçün ona 100 manat lazım olduğunu bildirmişdir. Zaur da ona gedib dediyi yerdən narkotiki götürməyinə görə mənə 100 manat verəcəyini demişdir. O, da Zaurla razılaşmışdır. 02 yanvar 2021-ci il tarixdə Zaurla Neftçilər metrostansiyasının yaxınlığında görüşmüşlər. Zaur ona 2 manat pul vermişdir ki, nömrəsinə yükləsin. O, da “E-manat” aparatı vasitəsilə pulu həmin nömrəyə köçürmüşdür. Zaurun yanına qayıdanda görmüşdür ki, taksi gözləyir. 02 yanvar 2021-ci il tarixdə saat 19:10 radələrində təksi ilə Badamdar qəsəbəsi, R.İskəndərov küçəsi 2 ünvana getmişlər. Zaurla gedib narkotikin qoyulduğu yerə çatmışdır. Həmin yerdə taksidən düşmüş və Zaur ona narkotikin qoyulduğu yerin şəklini göstərib onu götürməyə göndərmişdir. Zaur özü ondan bir qədər aralıda dayanmışdır. O, Zaurun dediyi yerdən narkotiki götürmüşdür. Narkotiki Zaura vermək istəyəndə iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər. Polislər bildirmişlər ki, əməliyyat keçirdirlər, onda narkotik olması barədə şübhələr var. Polislər onu Baş İdarəyə aparmışlar. Orda ona təklif etmişlər ki, üstündə narkotik varsa özü könüllü təqdim etsin. O, da əlində tutduğu qara rəngli sellofan torbanı təqdim edib demişdir ki, içərisində heroin var. Torbaya baxış keçirildikdə içərisində altı ədəd büküm olduğu məlum oldu. Bükümlərin də içərisindən heroin çıxdı. Ondan narkotiki hardan əldə etdiyini soruşmuşlar. O, da bildirmişdir ki, narkotik onun deyil, tanışı Zaurundur, onu Zaur narkotiki qoyulduğu yerdən götürməyə göndərib. Polislər onu tutan kimi Zaur qaçmışdır. Zaur dediyi yerdən narkotiki götürüb ona verməsinə görə mənə 100 manat verəcəkmiş. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, 02 yanvar 2021-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1989-cu il tarixdə Şəmkir rayonu, Aşağı Seyfəli kəndində anadan olmuş, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BNMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs Məhmməd oğlunun müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 02 yanvar 2021-ci il tarixli qərar çıxarılmış və BNMİ-nin əməkdaşı - baş əməliyyat müvəkkili Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Əməliyyat qrupunun üzvləri olaraq bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, R.İskəndərov küçəsinə yollanmışlar. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 19:10 radələrində ünvan 2 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs bənzər şəxs saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxsə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması ona bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs siyahı ilə tanış olduqdan sonra siyahı üzrə vəkilin Pərvinin hüquqlarını müdafiə etməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X9 dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və Təqsirləndirilən şəxslə müdafiəçisinə konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs və müdafiəçisi konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin Pərvinə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, həmçinin bir neçə müdafiəçinin yardımından istifadə etmək, ailə üzvləri və yaxın qohumları haqqında məlumat verməmək, azərbaycan dilini sərbəst bilmədiyi halda tərcüməçinin yardımından istifadə etmək kimi hüquqları izah edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının aydın olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə 02.01.2021-ci il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək sonuncuya paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində tutduğu qara rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Sonra əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd “Huawei” markalı mobil telefon, 20 manatlıq pul əskinası, içərisində siqaret dənələri olan siqaret qutusu, 1 ədəd “E-manat” ödəniş sisteminə aid qəbz və bir ədəd özünə məxsus olan şəxsiyyət vəsiqəsini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan olunmuş hər-hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanın içərisindən baxış zamanı altı ədəd büküm aşkar edilmişdir. Altı ədəd büküm iştirakçıların şahidliyi ilə açıldıqda içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlələr olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər qara rəngli sellofan torbanın içərisinə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bir ədəd “Huawei” markalı mobil telefon, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi və “E-manat” ödəniş sisteminə aid olan qəbz əhəmiyyət kəsb etdiyindən götürülmüş, bir ədəd 20 manatlıq pul əskinası və içərisində siqaret dənələri olan siqaret qutusu Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələrin özünə məxsus olduğunu, həmin narkotik vasitə heroini deyilən yerdən götürüb dostu X6 çatdıracağını, heroini götürən zaman Zaur Teymurovun yaxınlıqda olduğunu, pul qazanmaq məqsədi ilə narkotik vasitələrin satışını təşkil etdiyini bildirmişdir. Şəxsi axtarış başa çatdırıldıqdan sonra şəxsi axtarışın gedişinə və nəticələrinə dair protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşı Şahid2 da analoji ifadə verərək Şahid1 yuxarıda göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş şəxsi axtarışın aparılması və götürmə haqqında protokolun məzmunundan görünür ki, 02 yanvar 2021-ci-cu il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə video kamera vasitəsi ilə video cəkliş aparılmaqla şəxsi axtarış aparılmış, o, könüllü olaraq sağ əlində saxladığı qara rəngli torbanı təqdim etmişdir. Həmin torbanın içində 06 ədəd bükümdə, tünd qəhvəyi rəngli, spesifik iyə malik, qablaşdırma ilə birlikdə ümumi çəkisi 6,145 qram narkotik vasitə heroinə bənzər kütlələr aşkar olundu. Təqsirləndirilən şəxs üzərinə video kamera vasitəsi ilə video çəkliş aparılmaqla şəxsi axtarış aparılmasına dair video görüntüləri özündə əks etdirən CD diski iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 03 yanvar 2021-ci il tarixli 6/10 №-li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs ...” və s. yazılar, imzalar olan 01 ədəd qara rəngli polietilen bağlamadakı 06 ədəd yapışqan lentlə bərkidilmiş bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1004 qram, 1006 qram, 1005 qram, 1009 qram, 1015 qram, 985 qram, ümumi təmiz çəkiləri 6024 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 06 ədəd bağlamadakı heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına daxildir. İş materiallarına əlavə edilmiş Cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburinarkoloji tibbi yoxlamanın 25 yanvar 2021-ci il tarixli 196 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 6-7 aydır arabir düşəndə narkotik vasitə marixuanadan siqaretə doldurub çəkməklə istifadə etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.01.2021-ci il tarixli qərarı əsasında “xxxx” MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə X3 istifadəsində olan ***-***- **-** saylı mobil nömrə arasında 21.03.2020-ci il tarixdə “Axwamin xeyir.Bayraminiz mubarek.ay qa zeng elemeye utandim varsa gelim mene bir çimdikde ver smendeyem cekdim verdiyini. Sehere kimi burdayam” məzmunlu, 29.04.2020-ci il tarixdə “SABAHKİNİ GOTUMUSEM İSDİYİREM YANDİRAM İKİ TUSDU QOYAM NE DEYSEN” məzmunlu, 09.08.2020-ci il tarixdə “Bunun aqzini sikim deyir gelin gelmisik deyir mal atan adamim teli gotumur nese diyen problemi var gozduyun” məzmunlu, 25.08.2020-ci il tarixdə “Sen Allah 5-6 tustuluk pati gedir qurban olaram” məzmunlu, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə ***-***-**-** saylı mobil nömrə istifadəçisi arasında 15.09.2020-ci il tarixdə “Qaqulya neynirsen brat olurem bir manata pulum yoxtu mene biraz pati vere bilersiz zaurada de evezini cixaram gunuzu yatmisam indi durmusam ureyim partli yir senol qardas yani alindra bilersen brat 10manatig saba 15man vererem?” məzmunlu, “Ay qa Allaha and ola pati yoxdu” məzmunlu, “Bildim brat canin sag olsun pervin sen qardasan senol optum qa zaurada salam de saba gelende 5manati getirecem de uzurlu saysin ona bugune demistim alinmadi” məzmunlu, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə ***-***-**-** saylı mobil nömrə istifadəçisi arasında 15.09.2020-ci il tarixdə “Gardawim men gelirem o terefe cixdim burdan. 2 dene kola olacag. gardawimsan imkan varsa 0.5 ayri 1.5 ayri qoy” məzmunlu, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə ***-***-**-** saylı mobil nömrə istifadəçisi arasında “qaqa qoydugun yeri yazda mene” məzmunlu, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə ***-***-**-** saylı mobil nömrə istifadəçisi arasında “Qaqa pati olsa 1 dene das” məzmunlu, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 25.12.2020-ci il tarixli “Gelim Zaur saat 2di deyim qayidim 1 cimdik pati ver” məzmunlu sms yazışmaları olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə X6 məxsus ***-***-**-** saylı mobil nömrə və ***-***-**-** saylı mobil nömrə arasında dəfələrlə, həmçinin ***-***-**-** saylı mobil nömrə ilə 02.01.2021-ci il tarixdə də danışıqlar olmuşdur. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs götürülmüş bir ədəd kağız paketdə qablaşdırılan 06 ədəd bükümdə tədqiqata istifadə olunduqdan sonra qalıq qalan 6023,7 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmışdır və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd kağız paketdə qablaşdırılan 06 ədəd bükümdə tədqiqata istifadə olunduqdan sonra qalıq qalan 6023,7 qram narkotik vasitə heroin məhkəmə baxışına qədər saxlanması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd “CD” cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində satış məqsədinin olmaması və üzərinnən cəmi bir büküm narkotik vasitənin çıxması barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir, digər mötəbər sübutlarla təkzib olunur və məhkəmə onların bu ifadələrini özlərini müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş yalan ifadələr kimi qiymətləndirir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 4(005)-2/2021 nömrəli 04 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 02 yanvar 2021-ci il tarixdən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03.02.2021-ci il tarixdə tərtib etdiyi tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə özünün ilkin ifadələri, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onun əməlləri Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, məhkəmədə elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmada verdiyi etirafedici izahatı, şahid ifadələri, baxış, götürmə və sair kimi istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri, maddi sübutların mövcudluğu, iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 41.2 və 58.3-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmədə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməllərində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2 -ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə verilmiş ekspertiza rəyinə əsasən Azərbaycan Respublikası CMnin 93.1.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülmədir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış saxlanılmaq üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd kağız paketdə qablaşdırılan 06 ədəd bükümdə tədqiqata istifadə olunduqdan sonra qalıq qalan 6023,7 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; Şəxsi axtarış, götürmə, eləcə də baxış keçirilməsi və götürmə zamanı çəkilmiş video görüntülər olan iki ədəd diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri- 109,90 » ( yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsindən məhkəmədəki müdafiəçisi X2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 78 (yetmiş səkkiz) manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmətibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında qauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 02 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilisin, ona 12 ( on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 02 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. iş üzrə maddi sübut kimi tanınmış saxlanılmaq üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd kağız paketdə qablaşdırılan 06 ədəd bükümdə tədqiqata istifadə olunduqdan sonra qalıq qalan 6023,7 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; Şəxsi axtarış, götürmə, eləcə də baxış keçirilməsi və götürmə zamanı çəkilmiş video görüntülər olan iki ədəd diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından məhkəmədəki müdafiəçisi X2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 78 (yetmiş səkkiz) manat köçürülsün. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri- 109,90 » ( yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar