Məhkəmə qərarları › İş №1(101)-967/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-967/2022

10.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-967/2022 10.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakları ilə, 01 avqust 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış , Bakı şəhəri, Xətai rayonu, N.Mahmudov küçəsi, ev 20 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda 2,025 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini və 3,378 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, 16 avqust 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, «Əhmədli» metrostansiyasının yaxınlığında həmin narkotik vasitə olan heroini və psixotrop maddə metafetamini tanışı Şahid1 20 manat pulun qarşlığında satmışdır. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla hazırlanmış 12.392 qram çəkidə külli miqdarda narkotik vasitə heroini və kustar üsulla hazırlanmış 0,267 qram çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib, daşımaqla üzərində saxlamış, 05 yanvar 2022-ci il tarixdə saat 14 radələrində Xətai RPİ-nin 34-cü PŞ- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq, ünvan 2əşən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilmiş və orada müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərində keçirilən şəxsi axtarış zaman əynində olan tünd qara rəngli cins şalvarın sağ yan cibində saxladığı “Agro” markalı siqaret qutusunun içərisindən ümumilikdə 15 ədəd bükümdə olmaqla, 05 ədəd şəffaf bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 1,857 qram, 1,564 qram, 1,122 qram, 0,554 qram, 2,531 qram, ümumi çəkisi-7,628 qram olan külli miqdarda tünd qəhvəyi rəngli bərkimiş konsistensiyalı maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 10 ədəd şəffaf bükümdə, ayrıayrılıqda təmiz çəkiləri- 0,385 qram, 0,435 qram, 0,787 qram, 0,375 qram, 0,454 qram, 0,364 qram, 0,372 qram, 0,358 qram, 0.372 qram, 0,862 qram, ümumi çəkisi-4,764 qram olan külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 04 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,132 qram, 0,060 qram, 0,026 qram, 0,058qram, ümumi çəkisi 0,276 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və əynindəki qırmızı rəngli gödəkcənin sol yan cibindən üzərində heroin izləri olan arxa hissəsində 50g/0,lg yazısı olan 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 05 yanvar 2022-ci il tarixdə saat 8-9 radələrində 19-20 nəfər polis əməkdaşı yaşadığı evə basqın edib evinin pəncərisini qıraraq evinə daxil olmuşlar. Həmin vaxt o yatmışdır. Evdə həyat yoldaşı və oğlu da var imiş. Polis əməkdaşları onu evdən çıxarıb polis bölməsinə aparmışlar. Orada polis əməkdaşları ona təzyiq göstərmişlər. O narkotik vasitə satışı ilə məşğul olmamışdır. Şahid1 onun bibisi oğludur, onun ağrıları olduğu üçün dərman kimi ona narkotik vasitə vermişdir. 05 yanvar 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə və psixotrop maddə olmayıb. Şahid1 pay verdiyi narkotik vasitəni uzun müddət əvvəl Neftçilər metrostansiyasının yanında tanımadığı şəxsdən əldə etmişdir. İbtidai istintaqda Sədirxanla üzləşmiş və o ona narkotik satmadığını bildirmişdir. Özü gün ərzində 2-3 qram kakos çəkirmiş, narkotik vasitəni tanımadığı şəxsdən almışdır. Həmin şəxsin harada yaşamasını bilmir. Tanışlarıyla birgə pul atışıb şəxsi istifadələri üçün narkotik vasitə alırmışlar, iş materiallarında olan yazışmalar bununla əlaqədardır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, ondan və digər əməkdaş Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Təqsirləndirilən şəxsı ünvan 4 ünvanın yaxınlığında, küçədə, “K” TV-dən aşağıda saxlalar. Vüqara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinə aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. O özü üzərində olan xatırlamadığı miqdarda narkotik vasitəni təqdim etmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Vüqar tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Vüqara heç bir təzyiq olmamışdır, o özü könüllü olaraq üzərində olan qeyri-qanuni predmetləri təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, hazırda o narkotik vasitələrin istifadə etdiyinə görə həbs olunmuşdur, Vüqar onun dayısı oğludur. Vüqar ona narkotik vasitə satmamış, narkotik vasitələri tanımadığı şəxslərdən alırmış, o Vüqardan kakos istəməmiş, ibtidai istintaqda o Vüqarın ona narkotik vasitə satdığını deməmişdir. O narkotik vasitəni axırıncı dəfə Vüsal adlı şəxsdən aldığını demişdir. Vüsal adlı şəxsi tanımır, sadəcə adının Vüsal olduğunu bilir. Vüqarla istintaqda üzləşdirilməyini xatırlamır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar olmamasına və polis idarəsində ona təzyiq olmasına dair verdiyi ifadəsinə tənqidi yanaşaraq, özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Belə ki, o ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, heç bir yerdə işləməmişdir. Bir neçə müddətdir ki, narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olmuşdur. Şahid1 onun qohumudur və onlar hər ikisi Kənd Əhmədli qəsəbəsində qonşuluqda yaşamışlar. Uzun illərdir ki, o, Sədirxam tanımışdır. Sədirxanın onunla və ya onun Sədirxanla arasında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. O və Sədirxan hər ikisi narkotik aludəçisi olduqlarına görə mütəmadi olaraq narkotik vasitələrdən istifadə etmişlər. Elətta birlikdə də istifadə etmişlər. Eyni zamanda bir neçə dəfə təxminən 3-4 dəfə olar ki, narkotik aludəçisinin bədənində ağrılar olduğuna görə Sədirxan ağrıdığı vaxtlarda sonuncuya pul müqabilində yox, məhz pay niyyəti ilə narkotik vasitə vermişdir. 16 avqust 2021-ci il tarixdə Sədirxan ona ağrıdığını demiş və ondan narkotik istəmişdir. O da həmişə olduğu kimi Sədirxana yazığı gələrək təxminən 1.5 qram narkotik vasitə herini pay vermişdir. O, Sədirxana ancaq heroin vermiş, metamfetamin heç vaxt verməmişdir. Özü də narkotik aludəçisi olduğuna görə anket məlumatlarını bilmədiyi şəxslərdən hər dəfə şəxsi istifadəsi üçün almışdır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə, saat 14:00 radələrində yaşadığı ünvan 5 ünvanın qarşısında məhəllədə olan zaman, iki nəfər şəxsin onun istiqamətinə gəldiklərini görmüşdür. O, həmin şəxslərin polis əməkdaşı olmasından şübhələnərək iki gün öncə yəni, xx.xx.2022-ci il tarixdə saat 18.00 radələrində Bakı şəhəri Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlığından anket məlumatlarını bilmədiyi, lakin əvvəllər bir neçə dəfə şəxsi istifadəsi üçün və satış məqsədi ilə narkotik vasitə heroin aldığı şəxslə görüşərək, 100 manat pulun müqabilində 19 ədəd şəffaf və rəngli sellofanlarda olan təxminən 14 qram, onlardan 15 büküm heroin və 04 büküm psixatrop maddə metamfetamini alaraq “Argo” markalı siqaret qutusunun içərisinə yerləşdirərək cibində gəzdirdiyi narkotik vasitə heroinlər cibində olduğuna görə qorxaraq, həmin şəxslərdən qaçmış və həmin mülki geyimli şəxslər onun arxasınca qaçaraq onu evlərinin yaxınlığında saxlayaraq özlərinin polis əməkdaşı olduğunu bildirmişlər, həmin vaxt polis əməkdaşları onu 34-cü PŞ-nə dəvət etdikləri üçün birlikdə polis şöbəsinə getmişlər. Polis Şöbəsində dəvət edilmiş müdafiəçinin iştirakı ilə və video çəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman o, əynində olan tünd qara rəngli cins şalvarın sağ yan cibində “Argo” markalı siqaret qutusunun içərisində satış məqsədi ilə üzərində gəzdirdiyi 19 ədəd şəffaf və rəngli sellofana bükülmüş içərisində narkotik vasitə heroinlər olan bükülüləri və əynində olan qırmızı rəngli gödəkcənin sol yan cibindən üzərində satış məqsədi ilə gəzdirdiyi narkotik vasitələri satan zaman ölçüsünü çəkmək məqsədi ilə istifadə etdiyi elektron tərəzini polis əməkşadlarına təqdim etmişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitələr və elektron tərəzi polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənmişdir. Möhürlənmiş zərflər onun, müdafiəçinin və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə cinayət işi üzrə şahid qismində dindirilmiş X3 təqsirləndirilən şəxsin qohumu və yaxın münasibətdə olan tanışı olmaqla maraqlı şəxs sayıldığından, məhkəmə onun ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq üçün digər sübutlarla öz təsdiqini tapan ibtidai istintaqda verdiyi ilkin ifadəsindən imtina edir. Belə ki, o ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin alüdəçisidir. 16 avqust 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, «Əhmədli» metrostansiyasınm yaxınlığında olan zaman əvvəllər də bir neçə dəfə «şüşə» adlandırılan psixotrop maddə metafetamin və «kakos» adlandırılan narkotik vasitə heroin aldığı, uzaq qohumu Vüqarı görmüşdür. Həmin vaxt Vüqardan «şüşə» adlandırılan psixotrop maddə metafetamin və «kakos» adlandırılan narkotik vasitə heroin istəmişdir. Razılaşdıqdan sonra Vüqar onun uzaq qohumu olduğu üçün ondan 20 (iyirmi) manat müqabilində iki büküm psixotrop maddə metafetamin və dörd büküm narkotik vasitə heroin almışdır. Sonra istifadə edər deyə həmin psixotrop maddə metafetamin və narkotik vasitə heroini özündə olan üzərində «Coffee» sözləri yazılmış qəhvəyi rəngli plasmas qutunun içərisinə yerləşdirib, əynindəki qırmızı rəngli, qısa idman şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra həmin şəxsdən aralaşmışdır. 16 avqust 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, ünvan 6 ünvanına gedən zaman, həmin ünvanda, yəni 5-ci Rezervuar küçəsinin yaxınlığında olan iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirməklə ondan özünü təqdim etməsini tələb etmişlər. O, özünü təqdim edən zaman cibində narkotik vasitə olduğundan özünü şübhəli apardığı üçün, polis əməkdaşları ondan narkotik maddə və ya hər hansı psixotrop maddə qəbul etməkdə şübhələnib onu 34-cü Polis Şöbəsinə dəvət etmişlər. 34-cü PŞ-də olan zaman dəvət edilmiş vəkillə tanış olduqdan sonra şübhəli şəxs qismində tutulmuş və ona tutulmanın mahiyyəti izah olunmuşdur. Bundan sonra ondan narkotik maddə istifadə edib- etməməyini soruşduqda, səmimi olaraq narkotik maddə istifadə etdiyini bildirmişdir. Sonra ona üzərində nə varsa təqdim etməyi bildirdikdə, o, əynindəki qırmızı rəngli, qısa idman şalvarının sağ yan cibindən içərisində bir ədəd şəffaf sellofana bükülmüş və bir ədəd siqaretin gümüşü kağızma bükülmüş psixotrop maddə metafetamin, həmçinin dörd ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroin olan bir ədəd üzərində «Coffee» sözləri yazılmış qəhvəyi rəngli plasmas qutunu çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra üzərindən aşkar olunaraq götürülmüş içərisində bir ədəd şəffaf sellofana bükülmüş və bir ədəd siqaretin gümüşü kağızma bükülmüş psixotrop maddə metafetamin, həmçinin dörd ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroin olan bir ədəd üzərində «Coffee» sözləri yazılmış qəhvəyi rəngli plasmas qutu zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Cinayət işindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilə X3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı da Şahid1 bir daha istintaqa verdiyi ifadəsini təsdiqləyərək, Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs da Sərdirxan Kərimovun dediklərini qismən təsdiqləyərək, Sərdirxan Kərimova pay olaraq narkotik vasitə olan heroin versə də, heç vaxt psixotrop maddə olan metamfetamin satmadığını bildirmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid1 barəsində narkotik maddələrin qəbulu və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 16 avqust 2021-ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞnin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2lə birlikdə əməliyyat qrupu yaradılaraq, həmin tarixdə əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin gün saat 19.00-da Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi yaxınlığında xx.xx.1991-ci il təvəllüdlü Şahid1 müəyyən olunmuşdur. Sədirxana yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirdikib sonuncunu Xətai RPİ-nin 34-cü PB-yə dəvət etmişlər. Polis Şölməsində olan zaman dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş və sonuncuya üzərində hər hansı qeyri- qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Şahid1 əynindəki qırmızı rəngli qısa idman şalvarının sağ yan cibindən bir ədəd üzərində “Coffe” yazılmış, qəhvəyi rəngli, plastik materially kiçik ölçülü qabın içərisində olan biri nisbətən böyük olmaqla 04 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik ’’kakos” adlanan narkotik vasitəyə bənzər maddə, 01 ədəd şəffaf rəngli sellofan torba və 01 ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş ağ rəngli, kristal şəkilli spesifik iyə malik “şüşə” adlanan narkotik vasitəyə bənzər maddə olan bükümü təqdim etmişdir. Sorğu zamanı X3 təqdim etdiyi bükümlərin içərisində olan narkotik maddələri 16 avqust 2021-ci il tarixdə günorta saatlarında uzaq qohumu olan Vüqardan 20 (iyirmi) manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Şahid1 aşkar edilərək götürülmüş kütlə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Cinayət işində olan 05 yanvar 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/34 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs (imza) “ yazısı olan zərflərdəki,- 5(beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,857qr, 1,564qr, 1,122qr, 0,554qr, 2,531 qr, ümumi təmiz çəkisi 7,628 qram tünd qəhvəyi rəngli bərkimiş konsistensiyalı maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasltə- heroindir.10(on) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,385qr, 0,435qr, 0,787qtr, 0,375qr, 0,454qr, 0,364qr, 0,372qr, 0,358qr, 0.3732qr, 0,862qr, ümumi təmiz çəkisi 4,764 qram qəhvəyi rəngli tozşkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir,10 ədəd bükümdəki heroinlər 5 ədəd bükümdə olan heroinlərlə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə fərqlidirlər; 4(dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,132qr, 0,060qr, 0,026qr, 0,058qr, ümumi təmiz çəkisi 0,276qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir,bir ədəd arxasında “ 500g/0,lg” yazısı olan “ gümüşü“ rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 12,392qram təşkil edir. Heroin Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in və metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildirlər. Metamfetaminin ümumi təmiz çəkisi 0,276 qram, tədqiqata sərf edildi 0,08 qram, qalıq 0,196 qram, heroinin ümumi təmiz çəkisi 12,392 qram, tədqiqata sərf edildi 0,3 qram(hər maddədən 0,02 qram), qalıq 12,092 qram. (ekpertiza tədqiqatın dəyəri 114 (yüz on dörd) manat. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3543 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şahid1” yazısı olan zərfdəki 2(iki) ədəd bükümdə ümumi təmiz çəkisi 2,025 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir və 4(dörd) ədəd bükümdə ümumi təmiz çəkisi 3,378 qram qəhvəyi rəngli tozşəkili maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Arəzbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in və metamfetaminin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Metamfetaminin ümumi təmiz çəkisi 2,025 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 1,925 qram, heroinin ümumi təmiz çəkisi 3,378 qram, tədqiqata sərf edildi 0,12 qram qalıq 3,258 qram. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əlavə məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3654 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin “Tədqiqat Obyekti № 59”-li ştamp əksi olan paketdəki, üzərində : “Kəromov Sədirxan” yazısı və imzalar olan zərfdə olan 2(iki) ədəd bükümdə ilkin tədqiqat zamanı ümumi təmiz çəkisi 2,025qram ( ayrı-ayrılıqda 0,019qr və 2,006qr) olan psixotrop maddə metamfetamin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə eynidir, 4(dörd) ədəd bükümdə ilkin tədqiqat zamanı ümumi təmiz çəkisi 3,378qram( ayrı- ayrılıqda 2,528qr, 0,343qr, 0,250qr, 0,257qr) narkotik vasitə heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə eynidirlər. (“17” avqust 2021ci il tarixli 6/3543 saylı ekspert rəyi). Metamfetaminin ümumi təmiz çəkisi 1,916 qram, tədqiqata sərf edildi 0,12 qram, qalıq 1,904 qram, heroinin ümumi təmiz çəkisi 3,258 qram, tədqiqata sərf edildi 0,04 qram qalıq 3,218 qram. Cinayət işi materiallarından müəyyən olunur ki, Baki Ağir cinayətlər Məhkəməsinin 1(101)-448/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə X3 07(yeddi)il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, iş üzrə maddi sübut kimi tanınmış və Xətai Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Şahid1 üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,904 qram psixotrop maddə metamfetamin və 3,218 qram narkotik vasitə olan heroin məhv edilməsi qərara alınmışdır. Həmin hökmdən müəyyən olunur ki, məhkəmə iclasında X3 ifadə verərək bildirmişdir ki, o, bir neçə müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. 16 avqust 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, «Əhmədli» metrostansiyasının yaxınlığında olan zaman, əvvəllər də bir neçə dəfə «kakos» adlandırılan narkotik vasitə olan heroin aldığı, uzaq qohumu Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Həmin vaxt Vüqardan «kakos» adlandırılan narkotik vasitə olan heroin istəmişdir. Razılaşdıqdan sonra Vüqardan 23 manat məbləğində bir büküm ümumi çəkisi 1,4 qram heroin almışdır. Bundan sonra Vüqardan aldığı heroinin 0,2 qramını istifadə edərək qalan hissəsini, yəni, 1,2 qramını hər birini 0,4 qram olmaqla 3 hissəyə bölərək idarə etdiyi “Tofaş” markalı, **-NY-*** dövlət nömrə nişanlı avtomaşının sürücü tərəfdə olan “qol altı” adlandırılan saxlanc yerinə qoymuşdur. xx.xx.2021-ci il tarixdə günorta radələrində 5-ci Rezervuar küçəsinin yaxınlığında olan zaman mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, onu Xətai RPİ-nin 34-cü PB-nə dəvət etmişlər. O, həmin şəxslərlə razılaşaraq polis şöbəsinə getmişdir. Polis Şöbəsinə gedərkən o, həmin şəxslərə məxsus olan avtomaşına əyləşmiş, onun idarə etdiyi avtomobilini isə başqa bir poliis əməkdaşı polis şöbəsinə sürərək aparmışdır. Həmin vaxt onun üzərində nakrotik vasitə olmamışdır. Narkotik vasitə atomobildə olmuşdur. Bundan sonra onu şöbənin birinci mərtəbəsinə apararaq xidməti otaqların birinə salmamışdan əvvəl kofe qabı verərək cibinə qoymağını demişlər. O da həmin kofe qabını cibinə qoyandan sonra otağa daxil olmuşdur. Otağa daxil olandan sonra çəkiliş getdiyini görüb məcburiyyətdən polis əməkdaşlarının cibinə qoyduğu kofe qabını əynində olan qırmızı rəngli idman şalvarının cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmiş və həmin kofe qabı polis əməkdaşları tərəfindən açıldıqdan sonra, həmin qabın içərisindən ona məxsus olmayan digər narkotik vasitələr də çıxarılmışdır. Həmin narkotik vasitələrin içərisində ona məxsus olan üç balaca büküm narkotik vasitə heroin də var imiş. Lakin digər bükümdə olan narkotik vasitələr ona məxsus olmamış və onların heç biri onun tərəfindən əldə olunmamışdır. O, etiraz bildirdikdən sonra, onu həmin otaqdan çölə çıxararaq başqa otağa aparmışlar. Əməliyyatçılar onunla söhbət edərək bildirmişlər ki, narahat olmasın, 234.1-ci maddə ilə onu sənədləşdirəcəklər. O, inanaraq 234.1-ci maddə ilə məsuliyyət yaradan bəzi sənədlərə imza etmişdir. Lakin, 234.4.3-cü maddə ilə məsuliyyət nəzərdə tutan hər hansı bir sənədə imza etməmişdir. Həmin narkotik vasitələrdən yalnız üç balaca sellofana bükülmüş hər biri 0,4 qram olmaqla ümumi çəkisi 1,2 qram olan “kakos” adlandırılan heroin ona məxsus olmuşdur. Onu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdirəcəklərini demişlər. Aşkar olunmuş üç balaca büküm ümumi çəkisi 1,2 qram olan narkotik vasitə heroin ona məxsusdur, qalanları ona məxsus deyil. 1,2 qram heroini yalnız şəxsi istifadəsi üçün əldə etmiş və heç kimə narkotik vasitə satmamışdır. Cinayət işində olan xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 00:43:31-də ***-***-**-** saylı mobili nömrəyə “Qaqaş daşi ücdana elada”, 055-497- 87-39 saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə saat 12:45:05-də “Qaqaş yaş deyilki allah haqqi dünankindan düz iki qram yarim ifdi girdi icma mayani gücnan cixardmişam yaş verma”, saat 13:15:08-də “Qaqaş vururam pulu 7 di ela onu İkloda qand”, xx.xx.2021-ci il tarixdə saat 00:51:35-də “Kinotiyatirin yanindayam gelim 5 deyqye deyim sene 6kq cay 1 kq qend bidene tez mene cvb di”, xx.xx.2021 -ci il tarixdə saat 20:03:11-də 25 manat na, Çay 25 manatdır, niya, 5 dana cay 1 dana qand, get vur pulu sonra de, 23 dan cayi vururam”, saat 20:12:58-də “Hardan götürüm vurmuşam 23ə çay yoxdu”, saat 20:18:01-də “Qaqaş 35 qanda vurmuşam 23dan caya ha tarafa gedim man” sözləri yazılmış mesajların göndərilməsi aşkar olunmuşdur. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 070-974-77- 75 saylı mobil nömrəyə ***-***-**-** saylı obil nömrədən xx.xx.2021-ci il tarixdə saat 00:01:34- də “dədə pul yoxidi məndəki 10 manati verdim, indi pulum yoxdur ağrıdayam qardaşımsan mənə 5 manatlıq kola verdə çıxım vəziyyətdən, sabah işdən gələndə, borcdanda verəcəm,sənə bunnan opsi 24 borc var, qardaşım belə sim kontur ata bilərəm 5 manatlıq, nolar mənə 5 manatlıq kola verdə, sabah and olsun anamın anavın canına borcdan 10 manat verəcəm..gəlimdə qardaşım,çox yox 5manatliq verdə sən Cavidanın ölmüşü”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 16:29:32-də “Ruslandi evden cixdim 5 5 duzelt!!!”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 23:39:50-də “Vüqar mənəm Ruslan, Neptunun qabağındayam., birdə yarıbala lazım idi 5 manatdığda pencərə”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021 -ci il tarixdə saat 13:08:19-da “X6 Rafiq.15 m pul var.mənə 04 kola verə bilərsən ?z edrm”, ***-***-**-** saylı mobili nömrədən xx.xx.2021-ci il tarixdə saat 01:25:29-da “axwamin xeyir bro xeyaldi bro biyaq sen tern goturdum e 15m bide duxu kamera sagol normal idi sene qaqaw zeng eleyib e meni soruwub brt onan atiwmiwdiq isadan onun payni gondermiwdim isada tapa bilmeyim bele men ozum tapdim neyise bawqasinan sef salib meni biyaq gedirik onan bro pospatrul saxladi mendede tema var buda bilir i qaqaw meni qoyub qacdi itlerde menim ustume duwdu kimdi o adni evni de i karoci meni pis veziyetde qoydu qaqawim ona gore el qol atdilar meneki harda qalir bele azdan çoxdan taniyiriq bir birmizi yani o qaqawa tern verme qaqa sene gore deyirem birde ki iterden biri sedini soruwdu, atdilar meneki harda qalir bele azdan çoxdan taniyiriq bir birmizi yani o qaqaw”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 02:39:03-də “Qaqs rovsandi bark lomkadayam 12 manat var birdana cet”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 20:13:15-də “Gagaas isdiyen var tema o gun gelen usag ozunu isdiyur heresinden 5deene kola 4dene pati hell etmek olar bidene denen gardasimsan deyim buna”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 20:13:17-də “Qaqas salam mehle terefdeyem atam bayaqdan gzleyirem acasan qaqasim 25 verecem borcumdan qaqasimsan gozleyirem imkan ele cix”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 06:46:14-də “Yetim qelim 5 pati vere bilarsan?!?!?”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 18:06:33-də “Qaqaw bidene 10 nug isteyireme”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 20:07:07-də “Ata market terefdeyem Allaha and olsun tekem sencani gonder biriyle yari к 5p gzleyirem bir cvb dede ata canivi yeyerem senol ollem bir cvb de”, xx.xx-2021-ci il tarixdə saat 23:59:14-də “Lego vallah ayibdiree qaqas men sururam bilem osmani amaki qaqas bilesenaa 23 manat pul vermisem к geturb mene hec 02 yoxdu ayibdire vallah senden alir ama qaqas getirdiyi budur yiqramda teli baqlayib sene dedim leqo bes blaa bu nediee qaqas seçdiyin adam budur he ayubdire vallh”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 09:19:57-də “GAGAW MENEM RUSLAN NEYNİRSEN 35 MANAT VAR VEZİYYET LAP PİSTİ 1 KL. DUZELER. OLMASA YARİM HEC OLMASA DUZELER.GARDAWİMSAN CAVAB DE.”, xx.xx.2021-ci il tarixdə saat 19:40:40-da “Gagas astanovkadayam marketin yaninda çatanda viziv at.bildin d? 2-05 stirsen mene yaz 30 manatliq götür men verim patini 30 manatlig”, ***-***- **-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 03:17:07-də “qaqas menem osman evdeyem yata bilmrem bir tke kola duz qos elde sabah emsya vermde sene imkan varsa hlsden 5 manadlq verde pul verib alma emsya vermiremde sene pisem biyaxki elcinen eldim key kimyem yatardlm rahat bac gor imkan varsa di evideyem”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 08:12:50-də “Tortdan..1.5qram.yoxdu”, ***- ***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 03:14:45-də “ay brat Taryelqi telefonu galqir 35 manat var srocno birqene lazimqi garqasimsan quz gos”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə 16:04:20-də “Salam Aleykum,çay gəldi,yanı var çay.Məndə yalan olmur Ləqo,hər şey yazılıdı mənə.7kilo çay istədin amma,mən 10 kilo verdim və dedim ki birdə ağzını açmıyım hamısını verim sabah 3 dənənin pulun verərsən, səndə dedin yaxşı.”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 03:29:07-də “GAGAW SABAH GORUWEK İWİM VAR SENNEN TEZE DÜKAN TAMİWAM 15 MAN KOL 20 MAN PAT”, xx.xx.2021-ci il tarixdə saat 16:34:02-də “Laqo salam aleykum qerdew necesen can baw.. brat. Şoşu idi kend uwagi taniysan brat xeylaq goruwmuwuy . Qardawim yy ari kola.”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 20:01:27-də “Ləqo nəsə istiyirsənsə,çay 25man.qənd 35manatdan vur karta pulu sonra nə neçə dənə, bir manat çatmasa alınmıyacaq LƏQO bil.zəng vurma adam var yanımda”, saat 20:16:28-də “150 manat vurubsan.nə istirsəm ona?5 çay 25manata da qənd verəcəm”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 22:18:41-də “Salam qaqa 0.5qr 20man İqr 35man sgng lazım olsa mgndg var çavab əz”, 051-311- 25- 25 saylı mobil nömrədən saat 17:48:11-də “Gagas menem ceyhun gelim zibilxananin yanina?10 lug dene lazimdi”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 18:48:51-də “Qardasim ne xeber 05 bidene hec olmasa”, saat 20:10:46-da “Qardasim gelmedi 3 kaset kola lazimdi”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 19:18:00-da “Qaqas menem ceyhun seyid 20manat var alinar karta atim pulu”, ***- ***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 15:32:12-də “Qaqa 45 manat vurdum. Brat dasi 10 manatlig qoyarsan qardasimsan. Men uje mektebin yanindayam. #Rza#”, ***-***-**-** saylı mobil nömrədən xx.xx-2021-ci il tarixdə saat 05:16:45-də “Ay xalam oqlu metronun ustundeyem dinen karta pul atim mene İpacqa lazimdi” sözləri yazılmış mesajların göndərilməsi aşkar olunmuşdur. Cinayət işində olan xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə saat 21:07:53-də “2 danada daş gatirarsan”, xx.xx.2021-ci il tarixdə saat 14:03:39-da ***-***-**-** saylı mobil nömrəyə “Qaqaş na daşim variydi hamsini verdim az qalmişdi. Obirsi narmalnidi. 05” sözləri yazılmış mesajların göndərilməsi aşkar olunmuşdur. Eyni zamanda baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 055- ***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 23:02:14-də “Qaqa bibi oglu gelmek isteyir mene 15 lik pati lazimdi onu nagdiya duzelir?”, 050- ***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 03:49:52-də “lOluq at kvantirantlarin heyetindeyem . Siqaretde at burdayam heyetde”,***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 19:20:49-da “brat men cixdim gelirem lOluq kola 5dik pati”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 1 l:57:58-də “GAGAŞ 5.6.MANAT VARİMDİ GELİM MENİ YOLASALDA.”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 18:48:12-də “Qardasim 34 manatim var bidene putoy agriram gelim götürüm”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 23:12:40-da “SALAM gozel insan bizim 2qerdew, cemi20m.pulmz.var seherden axwama kimi manat,manat,gucnen duzetdik indiye veziyetimizde pisdi yari/ko. birazda,ptpress, istiyirduy bawiva donerem qaqa qadasin alaram kartada ata bilerem kod var yada nece meslehetdi, ele eliyim meslehetive,Wukur!"ALLAH"ureyive gore versin,qaqa”, xx.xx.2021-ci il tarixdə saat 21:20:43-də “axwamin, xeyir ayqa karta atim pulu? yoxsa nece? men 20m. duzeltmiwem! qadan alaram ayqa yar.ko.birazda,press okey? gelirem yoldayam” ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 21:45:08-də “Qardasim das isdisen 25 manatdir gedim ozum goturub gelem”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 00:13:59-da “Qaqa sen ol ozum olun ogun kamran alllah şahidi mamam pis oldu getdim isden gelmisem seherdende agriday 35m var gelim İverde berk agridayan zartatjada yoxdu”, ***-***-**-** sayh mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 00:29:ll-də “ay vüqar rovnu 20m, pulum var pati kol.lazimdi qaqa agridayiq siracnan berk sen cani teli ac umudum senedi sen balavin cani agrida qoyma bizi xaiw edirem”, xx.xx.2021-ci il tarixdə saat 21:13:04-də “ayqa SALAM qadan alaram yarimciq İde pat.alinar? qerdewimsen! gelim menem Nicat atim karta pulu ya nece diyirsen ele edim! 19m.pulumuz var ayqa qadasin alaram”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021- ci il tarixdə saat 22:26:57də “Salam ayqa menem nicat qaqa 19m.kerve var.qadan alaram yari,ko.birde bidee daw alinar?Qerdewimsen mene”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 15:02:53-də “SALAM ayqa necesen?Menem Nicat bu menim teze nomremdi ayqa qadan alaram ko.birde pat.lazimdi alinar?”, xx.xx.2021-ci il tarixdə saat 16:05:53-də “ayqa yari kol.birde pat.var?qaqa 20m.pul varimdi bide zehmet olmasa xeber dide qerdewimsen!”, xx.xx.2021-ci i tarixdə saat 00:43:41-də “Sen etaga yadundan cixmasin sabah axsham 5-6 arasi gelecem İdene 10 saxla menimcu” sözləri yazılmış mesajların göndərilməsi aşkar olunmuşdur. Cinayət işindən müəyyən olunur ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd qara rəngli cins şalvarın sağ yan cibindən “Agro” markalı siqaret qutusunun içərisindən 15 ədəd bükümü ümumi təmiz çəkisi 12.392 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və 04 bükümdə ümumi təmiz çəkisi 0,276 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixatrop maddə olan metamfetamin və əynindəki qırmızı rəngli gödəkcənin sol yan cibindən 01 ədəd gümüşü rəngli elektron tərəzinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Cinayət işində olan Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Bakı şəhər Nizami Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi hökmdən xaric edilərək cəzası 04 ilə endirilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının vaxtından əvvəl şərti ilə azad edilmişdir, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətdikdə cinayətin residivini yaradır. Həmin məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəza ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Həmin məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaradır. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X5 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 580 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixatrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Xətai rayon prokurorluğundan tələb olunan 20-C-22 saylı materialdan görünür ki, Təqsirləndirilən şəxs prokurorluqda izahat verərək, ekspertizadan keçirilməsindən imtina etmişdir, prokurorluğun müstəntiqi Araz Tağıyevin xx.xx.2022-ci il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməsi faktı üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi öz təstiqinin tapmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 05 yanvar 2022-ci tarixdən hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hal müəyyən etməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc ambarında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 12,092 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 0,196 qram olan narkotik vasitə metamfetamin, 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli,1 ədəd “DVD” disk və 2 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılması və eyni zamanda Baki Ağir cinayətlər Məhkəməsinin 1(101)-448/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə X2 üzərindən aşkar edilərək götürülmüş, Xətai Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,904 qram psixotrop maddə metamfetamin və 3,218 qram narkotik vasitə olan heroin məhv edilməsinin qərara alınması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 05 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc ambarında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 12,092 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 0,196 qram olan narkotik vasitə metamfetamin, 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin,1 ədəd “DVD” və 2 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılması və eyni zamanda Baki Ağir cinayətlər Məhkəməsinin 1(101)-448/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə X2 üzərindən aşkar edilərək götürülmüş, Xətai Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,904 qram psixotrop maddə metamfetamin və 3,218 qram narkotik vasitə olan heroin məhv edilməsinin qərara alınması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar