Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-967/2023 07.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 12.45 Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Ermənistan Respublikası, Quqark şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, o, naməlum vaxtda və yerdə, naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 9,359 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 05 oktyabr 2022-ci il tarixdə saat 10:30-da ünvan 2 ünvanın qarşısında özünü şübhəli apardığından Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ cibindən 04 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,677 qram, 0,526 qram, 0,101 qram, 0,055 qram olmaqla ümumi təmiz çəkisi 9,359 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və əynində olan şalvarın sol cibindən narkotik vasitələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. O, əvvəllər məhkum olunmamışdır. 05 oktyabr 2022-ci il tarixdə polis əməkdaşları yaşadığı evə daxil olaraq paltarlarını geyinməyə imkan vermədən onu Nəsimi RPİ-nin 20-ci PB-nə aparmışlar. Polis Bölməsində polis əməkdaşları onu döyərək təqsiri boynuna qoymuşlar. Onu döyənlərdən biri şahid qismində məhkəməyə çağırılan polis əməkdaşı Şahid2dur. Polis əməkdaşları onu Nəsimi RPİ-nin 20-ci Polis Bölməsində ağacla döymüşlər. Onu döyən polis əməkdaşlarının onla əvvəllər ədavətinin olduğunu bilmir. O, istintaq zamanı ifadə verməmişdir. O, ifadəni yazmamış, polis əməkdaşları tərəfindən döyüldüyündən təzyiq altında ifadəyə imza çəkmişdir. Onu polis əməkdaşları 5 oktyabr 2022-ci ildə səhər saat 09:00-da yaşadığı mənzildən Nəsimi RPİ-nin 20-ci PB-nə aparmışlar. O, həyət evində yaşayır. Polis əməkdaşları evə daxil olarkən kimliyini soruşub, əynində şortikdə aparmışlar. Əynində şortik və mayka, jilet var imiş. Tərəzi onda olmamışdır. Nəsimi RPİ-nin 20-ci PB-də onu döydülər və 1-2 saat sonra atası şalvarını PB-nə gətirmişdir. ünvan 4 ünvandır. Polis əməkdaşları evinə daxil olduqda həyətdə atası, həyat yoldaşı, qonşular var imiş. O, döyüldüyündən, özündə deyilmiş, ifadəni o formada yazmışdır. O, kimə şikayət edəcəyini bilmirmiş, şikayət etməmişdir. O, heç vaxt heç kimə pulla ya pulsuz narkotik vasitə verməmişdir. O, ***-***-**-** mobil nömrəsindən istifadə edir. O, yalan demir, o sadəcə “ot”-dan, yəni marixuanadan istifadə edir. Elan olunmuş cinayət işinin 116-cı vərəqəsində olan baxış keçirilməsi haqqında protokolda olan telefon danışıqlarına dair məlumatlarda -Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsindən:-…«Qaqa 25 X32 X28 X22, Siqaret İstemesende 30 X19 X23 Xeber Dide», “Aldim Yalanan O X9 X5 Ortaliga Ki 04 X33 02 Mal ***** X11 X38 And » , “X39 X14 X15 X24 X12 ******** X20 02 Mala 20 Man“, “X34, X16 Sene ***** X13, X30 Ha ***** Ac Teli“, “X17 Gelir Eve, 20 X35 04 X29 X25 X7 X6 X40…“ məzmununda olan SMS mətnlərinə əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, onun kimlə danışmağı yadında deyil. Elan olunmuş cinayət işinin 38-44-cü vərəqələrində olan şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, protokolu təzyiq altında imza etmiş, onda narkotik vasitə olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadə ilə izahat arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri elan olunmuş, izahatın və ifadələrin sonunda olan imza təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 50-51-ci vərəqələrində olan izahatında, 49-52 və 68-70-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «...5-6 aydır ki, narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitə heroini hər dəfə tanımadığı şəxslərdən alır. xx.xx.2022-ci il tarixdə saat təxminən 10:30 radələrində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi ev 164 saylı ünvanın yaxınlığında piyada gedərkən ona biri mülki geyimdə, digəri isə polis formasında olan 2 nəfər polis əməkdaşı yaxınlaşıb özlərini təqdim edib onun səndələyə-səndələyə yeriməyinin səbəbini soruşduqda, onlara bildirmişdir ki, narkotik vasitə olan “kakos”, yəni heroin istifadə etdiyinə görə belə yeriyir. Onlar onun üzərində narkotik maddə olmasını soruşarkən, o, səmimi etiraf etmişdir ki, narkotik vasitələrdən istifadə edir və alüdəçisidir, hal-hazırda üzərində “kakos” deyilən narkotik vasitə heroin vardır. Bundan sonra, polis əməkdaşları onu PB-nə dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə PB-yə gəlmişdir. PB-də olan zaman o, baş təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Daha sonra onun üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. İlk öncə ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın və ya maddənin olub-olmadığı soruşulmuşdur. Bu zaman həmin proses mütəxəssis tərəfindən video kamera ilə qeydə alınmışdır. O da həmin suala cavab olaraq üzərində narkotik maddə hesab olunan “kakos”, yəni heroin olmasını bildirmişdir. Daha sonra o, masaya yaxınlaşaraq əynində olan mavi rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd üzərində ***-***-**-** GSM nömrəsi olan arxa korpusu göy rəngli VİVO yazısı olan mobil telefonu, ön sol cibindən bir ədəd xüsusi çexolu olan elektron tərəzini, sağ yan ön cibindən isə 02 ədəd siqaretin qızılı kağız kəsiyinə, 01 ədəd kiçik həcmdə və 01 ədəd böyük həcmdə şəffaf sellofan kəsiyinə bükülmüş qəhvəyi rəngli narkotik vasitə heroinləri təqdim etmişdir. Narkotik vasitəni haradan əldə etməyi ilə bağlı verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi narkotik vasitələri şəxsi istifadəsi üçün tanımadığı şəxsdən “Papanin” kimi tanınan ərazidə xx.xx.2022-ci il tarixdə səhər saatlarında 200 manata almışdır. ...Nəsimi RPİ-nin 20-ci PB-nə gətirilərkən və PB-də olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imzalar onun imzasıdır, elan olumuş izahatı və protokolları təsdiq etmir. İzahatı və ifadələri döyülərək təzyiq altında imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nəsimi RPİ-nin 20-ci PB-də sahə inspektoru işləyir. 5 oktyabr 2022-ci il tarixdə bölmənin sahə rəisi Şahid2 ilə xidməti ərazi olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində olarkən saat 10:30 radələrində həmin küçədə 164 saylı ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli aparmaqla səndələyərək yeridiyini görüb, həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxs narkotik vasitə istifadə etdiyi üçün səndələdiyini və üzərində narkotik vasitə olduğunu bildirdiyi üçün həmin şəxsi polis bölməsinə dəvət etmişlər. Həmin şəxs də etiraz etməyib onlarla birlikdə 20-ci polis bölməsinə gəlmişdir. Polis bölməsində olarkən həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Sonra baş təhqiqatçı Nazim Qədirov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan cins şalvarının cibindən 2 ədəd siqaretin qızılı rəngli kağız bükümlərini, 1 ədəd böyük və 1 ədəd kiçik şəffaf sellofan bükümləri çıxarıb masanın üzərinə qoymuş və həmin bükümlərdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmçinin şalvarının arxa cibindən mobil telefonu və şalvarın cibindən 1 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini 200 manat müqabilində Papanin adlı ərazidə tanımadığı şəxsdən aldığını, 5-6 ay əvvəldən narkotik vasitə istifadə etməyə başladığını, tərəzini narkotik vasitələri çəkmək üçün istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 4 ədəd büküm, 1 ədəd elektron tərəzi və 1 ədəd mobil telefon baş təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Təqsirləndirilən şəxs o və digər polis əməkdaşları tərəfindən heç bir təzyiq göstərilməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, onlar əməliyyat tədbiri keçirərək şəxsi saxlamışlar. Nəsimi RPİ-nin 20-ci PB-də təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs PB-də narkotik vasitələrdən istifadə etməsini səmimi etiraf etmişdir. Şəxsin üzərinə baxış onun yox, təhqiqatçı tərəfindən aparılır. Şəxsin Nəsimi RPİ-nin 20-ci PB-nə saat neçə gətirilməsi yadında deyil. Təxminən oktyabr ayı imiş. Şəxsin narkotik vasiələrin istifadə və satışı ilə məşğul olması barədə məlumat ona daxil olmuş, lakin məlumatın kim tərəfindən daxil olmasını açıqlaya bilməz. Şəxs narkotik vasitədən istifadə etdiyi üçün hərəkətləri qeyriadekvat formada imiş, bu da onlarda şübhə yaratmışdır. O, baxış protokolunu imza etmiş, saat neçədə protokolun tərtib olunmasını xatırlamır. Onlar şəxsin evinə daxil olmamışlar, şəxsi həyətin qarşısından götürmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi RPİ-nin 20-ci PB-nin sahə inspektoru, polis leytenantı Şahid1 və sahə rəisi, polis mayoru Şahid2 05 oktyabr 2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022ci ildə saat 10:30 radələrində inzibati ərazidə xidmətdə olan zaman Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi ev 164 saylı ünvanın qarşısında bir nəfər şəxsin səndələyərək getdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdə, həmin şəxs narkotik maddənin təsiri altında olduğu üçün elə hərəkət etdiyini, üzərində kokos kimi tanınan narkotik maddə olduğunu bildirdiyindən, həmin şəxsi bölməyə dəvət etmişlər. Bölmədə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Cinayət işinin 36-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 05 oktyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Cinayət işinin 38-44-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 oktyabr 2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd siqaretin qızılı rəngli kağız bükümlərində, 1 ədəd böyük və 1 ədəd kiçik şəffaf sellofan bükümləri, şalvarının arxa sağ cibindən 1 ədəd “Vivo” markalı mobil telefon və şalvarın ön sol cibindən 1 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Həmin bükümlərə baxış keçirdikdə içərisində qəhvəyi rəngli, spesifik iyə malik maddə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni saxlaması ilə yanaşı, satışı ilə də məşğul olduğunu, həmin maddənin heroin olmasını, onu Papanin adlanan ərazidən tanımadığı şəxsdən 200 manata aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş bükümlər, mobil telefon və tərəzi qablaşdırılaraq götürülmüşdür.Şəxsi axtarış aparılması zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 53-56-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2022-ci il tarixli, 6\5719 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №188» dairəvi möhür əksi olan, «Təqsirləndirilən şəxs aşkar olunmuş...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 8,677 qram, 0,526 qram, 0,101 qram, 0,055 qram ümumi təmiz çəkisi 9,359 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitlərin» siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 124-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2022-ci il tarixli, 6/7143 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №188» dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində üzərində «KORKMAZ» yazısı olan göy rəngli kisədə qara rəngli elektron tərəzinin üzərində heroinə məxsus izlər aşkar edilmişdir. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş dörd ədəd bükümdə heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Cinayət işinin 87-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 oktyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Vivo” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 167-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 yanvar 2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus 01 ədəd “Vivo” markalı mobil telefonu təhvil almışdır. Cinayət işinin 116-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 dekabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, telefon danışıqlarına dair məlumatlar təhlil olunarkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə bir sıra narkotik vasitələrin satışının həyata keçirilməsi ilə bağlı SMS mübadilələri aparılmışdır. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsindən «Qaqa 25 X32 X28 X22, Siqaret istemesende 30 X19 X23 Xeber Dide», «Aldim Yalanan O X10 X5 Ortaliga Ki 04 X33 02 X36 X41», «X39 X14 X15 X24 X12 X21 02 Mala 20 Man», «X34, X16 Sene X13, X30 X42», «X18 Gelir Eve, 20 X35 04 X29 X25 X7 X6 X40» məzmunda və bir çox bu kimi məzmunda SMS-lər daxil olmuşdur. Məhkəmə istintaqı zamanı cinayət işi materiallarına əlavə edilmiş, 05 oktyabr 2022ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 01 ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd siqaretin qızılı rəngli kağız bükümlərində, 1 ədəd böyük və 1 ədəd kiçik şəffaf sellofan bükümləri, şalvarının arxa sağ cibindən 1 ədəd mobil telefon və şalvarın ön sol cibindən 1 ədəd elektron tərəzini çıxarıb təqdim edir. Həmin bükümlərə baxış keçirdikdə içərisində qəhvəyi rəngli, maddə olması müəyyən edilir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni saxlaması ilə yanaşı, satışı ilə də məşğul olduğunu, həmin maddənin heroin olmasını, onu Papanin adlanan ərazidən tanımadığı şəxsdən 200 manata aldığını bildirdir. Şəxsi axtrış zamanı Təqsirləndirilən şəxs üzərindən digər qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş bükümlər, mobil telefon və tərəzi qablaşdırılaraq götürülür. Cinayət işinin 138-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsindən daxil olmuş 24 yanvar 2023-cü il tarixli, 087-4951-1223 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işinin 148-149-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X3 27 yanvar 2023-cü il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, cinayət işi materiallarından Təqsirləndirilən şəxs əldə etdiyi narkotik maddənin mənbəyinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, yalnız narkotik vasitə narkotik vasitə marixuanadan istifadə edir, heroindən istifadə etmir, onda narkotik vasitə olmamış, polis şöbəsində ona təzyiq göstərildiyi üçün, narkotik vasitənin ona məxsus olmasını demişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin Nəsimi RPİ-nin 20-ci PB-nin polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalıbqalmamasını müəyyən etməkdən ötrü cinayət işi üzrə müvafiq qərar çıxarılaraq icra olunması üçün Bakı şəhəri, Nəsimi rayon prokurorluğuna göndərilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Prokurorluğundan 25 aprel 2023-cü il tarixli, 167-C-23 nömrəli məktubla daxil olmuş, Nəsimi rayon prokurorunun böyük köməkçisi vəzifəsi üzrə stajoru X4 25 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 20-ci PB-nin polis əməkdaşları tərəfindən döyülərək, işgəncəyə məruz qalması barədə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, hazırki halda satış məqsədi ilə əldə edilməsi sübuta yetirilmiş narkotik vasitənin təqsirləndirilən şəxsin konkret kimə, nə vaxt narkotik vasitəni satmasının müəyyən edilməməsi onun həmin narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, maddənin dispozitiv şərtlərindən görünür ki, AR CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması üçün əsas şərt narkotik vasitənin satılması yox, məhz satış məqsədi ilə əldə edilməsi, saxlanılması və ya daşınmasıdır ki, həmin narkotik vasitənin kimə satılması, ümumiyyətlə satışın həyata keçirilib-keçirilməməsi əməlin tövsifi üçün əhəmiyyət kəsb etməyən hallardandır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 9,359 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından 62,39 dəfə çox olmuşdur ki, qeyd olunan hal da onun narkotik maddəni məhz satış məqsədi ilə əldə etdiyinə dəlalət edən hallardan biridir. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs külli miqdarda, yəni təmiz çəkisi 9,359 qram olan narkotik vasitə heroini satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımışdır. Həmçinin, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verən zaman narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Lakin, cinayət işinin 97-98-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 28 oktyabr 2022-ci il tarixli 6406 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qərarların tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 100-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 03 noyaabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 121-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 daxil olmuş 05 yanvar 2023-cü il tarixli, 1/24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə Bakı şəhəri 2 nömrəli X2 stasionar müalicə üçün müraciət etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Bundan başqa, cinayət işinin 18-19-cu vərəqələrində olan 05 oktyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin79-81-ci vərəqələrində olan Bakı şəhəri Nəsimi rayon prokuroru, baş ədliyyə müşaviri Həsən Hənifəyevin 07 oktyabr 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. Cinayət işinin 82-83-cü vərəqələrində olan Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X3 07 oktyabr 2022-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimakn tədbirinin seçilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimakn tədbiri seçilmişdir. Cinayət işinin 125-126-cı vərəqələrində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X3 05 yanvar 2023-cü il tarixli qətimakn tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanının çağırışlarına üzrlü səbəb olmadan gəlmədiyindən, olduğu yeri müəyyən etmək mümkün olmadığından, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 135-ci vərəqəsində olan 22 yanvar 2023-cü il tarixli axtarışda olan şəxsin könüllü istintaqa gəlməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə könüllü olaraq istintaq orqanına gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs 05 oktyabr 2022-ci il tarixdən 07 oktyabr 2022-ci il tarixədək olan 02 (iki) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2023-cü il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı 01 mart 2023-cü il tarixindən hesablanmalıdır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,239 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına təyin edilsin. Təqsirləndirilən şəxs 05 oktyabr 2022-ci il tarixdən 07oktyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. P.M.Cavadovun cəzaçəkmə müddətinin əvvəli 01 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,239 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə ekspertiza xərci olan 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-967/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-967/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver