Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-967/2025 11.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X15 və X ibarət tərkibdə, məhkəmə iclasının katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs və onun etibarnamə üzrə nümayəndəsi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron rayon Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, 2 iyul 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, ali təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 1(101)-1140/2024 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 29,178.3.2-ci maddələri ilə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 mart 2025-ci il tarixli, 1(103)-531/2025 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 1(101)- 1140/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmış, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, hazırkı iş üzrə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 (Fin:xxxxxxx) və xx xxxxxx 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Vayxır kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2(iki) azyaşlı uşağı olan, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 1(101)-124/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 may 2024-cü il tarixli, 1(103)-28/2024 nömrəli qərarı ilə cəzası artırılaraq 10 (on) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəza Çəkmə müəssisəsində cəza çəkən, işləməyən, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Vayxır kəndində qeydiyyatda olmaqla sonuncu dəfə ünvan 3 ünvanında yaşamış, barəsində hazırkı iş üzrə həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə 11 aprel 2025-ci il tarixdə, saat 16:55-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs atası Şahid2 həbsdən azad olunmasına köməklik göstərilməsi ilə əlaqədar yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 1 avqust 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu Albert Aqarunov küçəsində cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə 20.000 manat və 22 dekabr 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “X21 adına” Milli Oftalmologiya Mərkəzinin qarşısında Zərərçəkmiş şəxs həmin dövrün məzənnəsi ilə 81.600 manat təşkil edən 48.000 ABŞ dolları və 18.400 manat pul vəsaitini ələ keçirərək qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, Zərərçəkmiş şəxs ümumilikdə 120.000 (bir yüz iyirmi min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.
2. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs atası Şahid2 həbsdən azad olunmasına köməklik göstərilməsi ilə əlaqədar yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 1 avqust 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu Albert Aqarunov küçəsində cinayətdən xəbərsiz qaynı Şahid1 vasitəsi ilə 20.000 manat və 22 dekabr 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “X21 adına” Milli Oftalmologiya Mərkəzinin qarşısında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 vasitəsi ilə Zərərçəkmiş şəxs həmin dövrün məzənnəsi ilə 81.600 manat təşkil edən 48.000 ABŞ dolları və 18.400 manat pul vəsaitini ələ keçirərək qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, Zərərçəkmiş şəxs ümumilikdə 120.000 (bir yüz iyirmi min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və tərəflərin dəlilləri:
3. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun dostu olduğundan sonuncunun cəza çəkdiyi cəzaçəkmə müəssisəsinə tez-tez baş çəkməyə gedib-gəlmiş, orada Etiram vasitəsilə Füzuli ilə tanış olmuşdur. O, görüş zamanı Etiramla müəyyən şəxslər barəsində söhbət edərkən Füzuli söhbət zamanı adını çəkdiyini həmin şəxslərin ona da kömək edə biləcəyini, onun "xxxx" MMC-də olan mənimsəmə faktları ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179-cu və başqa bir neçə maddələri ilə təqsirli bilinib doqquz il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, habelə barəsində olan həmin cinayət işinə hazırda apellyasiya instansiya məhkəməsində baxıldığını bildirərək həmin iş üzrə problem yaşadığı şəxslə aralarında barışığın əldə edilməsində ona köməklik edə bilib-bilməyəcəyini soruşmuş, o da həmin iş üzrə şikayətçi tərəflə münasibəti olduğundan, eləcə də bu işdən qazanc əldə etmək məqsədi ilə ona kömək edə biləcəyini bildirmişdir. Bundan sonra aralarında müəyyən məbləğ üçün danışıqlar aparılmış, ilkin olaraq ondan 120.000 manat məbləğində pul alıb işini həll edərək tanışı vasitəsilə cinayət işi üzrə bəraət alıb onun azadlığa çıxmasını təmin etmiş, lakin Füzuli azadlığa çıxdıqdan sonra pulunu geri tələb etməyə başlamışdır. O həmin işdə olan şikayətçiləri tanışı vasitəsilə razılığa gətirmişdir. O, pulu bəraət hökmünə görə deyil, şikayətçi tərəfi razı salmaq üçün almışdır. Füzuli ona ümumilikdə 200.000 manat məbləğində pul verməli olmuş, lakin razılaşdırılmış həmin puldan 20.000 manat və 100.000 manat olmaqla iki dəfəyə ümumilikdə 120.000 manat pul vermişdir. O, əldə etdiyi 120.000 manat pulu müxtəlif şəxslərə (hazırda adını məhkəmə iclasında çəkə bilmədiyi şəxslərə) vermiş, lakin Etirama və ya ailəsinə hər hansı məbləğdə pul verməmiş, bütün pulu özü götürmüşdür.
4. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 ifadəsinə əlavə edərək göstərdi ki, əldə etdiyi pulu Füzulinin işinə köməklik edən şəxsə vermiş, lakin sonuncunun Füzulinin işi necə və hansı yolla həll etdiyini bilməmiş, razılıqlarına əsasən onlar Füzulinin işini həll etdikdən sonra ona da müəyyən məbləğdə pul verməli olmuşdur. Füzulinin təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxsin adını xatırlamır, lakin bildiyinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həmin iş üzrə zərərçəkmiş şəxs olmamışdır. O, hazırkı iş üzrə zərərçəkmiş şəxsə vurulmuş ümumi ziyandan 45.000 manat hissəsini ödəmişdir. O, Füzuli ilə telefonla əlaqə saxlayarkən sonuncunun oğlu ilə danışıb pulu ondan götürməsini bildirmişdir. Etiramın qaynı həmin işlə bağlı zərərçəkmiş şəxsdən 20.000 manat pul götürmüş, lakin həmin pul Etirama çatmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 hər hansı cinayət əməli törətmədiyindən məhkəmədən ona bəraət verilməsini xahiş etdi.
5. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı 7 sentyabr 2023-cü il tarixli izahatı, 20 aprel 2024 və 29 noyabr 2024-cü il tarixli şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin izahat və ifadələr elan edilərək tədqiq edilmiş və o həmin izahat və ifadələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs bir ildir tanıyır. Belə ki, 2023-cü ilin əvvəllərində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilmiş Təqsirləndirilən şəxs2 yanına gedib gələrkən orada Ələkbərin atası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə həbsdə olan Füzuli ilə tanış olmuşdur. Aralarında olan söhbət əsnasında Etiram ona Füzulinin həbsdən azad olunması üçün köməklik olunmasını bildirdikdə o, köməklik edə biləcəyini demişdir. Etiram isə bu məsələni Füzuli ilə danışıb ona deyəcəyini bildirmişdir. Sonradan Etiram onunla əlaqə saxlayaraq Füzulinin oğlu Ələkbərin ona zəng edəcəyini, onunla görüşüb işin həlli üçün 100.000 manat lazım olduğunu deməyi bildirmişdir. Beləliklə, 2022-ci ilin qış aylarında dəqiq xatırlamadığı tarixdə o, Ələkbərlə ilk dəfə Bakı şəhəri Nərimanov rayonu Ağa Nemətulla küçəsində yerləşən “Metropark” ticarət mərkəzinin yaxınlığında görüşmüş və görüş zamanı o, Ələkbərə atası Füzulinin həbsdən buraxılması üçün 100.000 manat pul lazım olduğunu bildirmişdir. Ələkbər onunla razılaşmış və 22 dekabr 2022-ci il tarixdə, saat 16 radələrində o, Ələkbərlə ünvan 5 ünvanında yerləşən “X21 adına” Milli Oftalmologiya Mərkəzinin qarşısında görüşmüşlər. Görüş zamanı Ələkbər onun idarə etdiyi “X26” markalı **-SN-*** dövlət nömrə nişanlı avtomobilində ona 48.000 ABŞ dolları və 18.400 manat məbləğində pul olmaqla ümumilikdə 100.000 manat məbləğində pul vermişdir. O, pulu aldıqdan sonra Ələkbərə atasının yeni il bayramına qədər həbsdən buraxılacağını bildirmişdir. O, Ələkbərdən pulu aldıqdan sonra Etiramın dediyi kimi pulun 55.000 manatını aparıb sonuncunun arvadı Lalənin yaşadığı Binəqədi rayonu Baksol yolundakı fərdi evində ona verib Etiramın 55.000 manatı ona verməyini tapşırdığını bildirmişdir. Lalə pulu ondan aldıqdan sonra o çıxıb getmişdir. Növbəti gün Etiram ona zəng edəndə bu barədə ona məlumat verərək pulu arvadına verdiyini demişdir. Qalan 45.000 manat məbləğində pulu isə özünün şəxsi problemləri üçün xərcləmişdir. Sonradan Ələkbər işin nəticəsi barədə ondan maraqlandıqda o, müxtəlif bəhanələr gətirsə də, Ələkbərin ondan şikayət edəcəyindən ehtiyat edərək 2023-cü ilin mart ayında dəqiq xatırlamadığı gündə Ələkbərlə Yasamal rayonunda ”Günaydın” restoranının yanında görüşmüş və 45.000 manat pulu Ələkbərə qaytararaq yerdə qalan 55.000 manatın onda olmadığını, Etiramda olduğunu bildirmişdir. Sonradan eşitmişdir ki, onun aldığı 100.000 manat puldan əlavə əvvəl də Etiramın zəngi ilə sonuncunun qaynı Füzulinin oğlu Ələkbərdən 20.000 manat pul almışdır (Cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v.) 4- 5; 172-174; 183-185; Cild 2, i.v.126-128;).
6. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, cəzaçəkmə müəssisəsində Şahid2la birlikdə cəza çəkmiş, həmin dövrdə sonuncu ilə münasibəti yaxşı olmuşdur. Elnurun da barəsində başqa cinayət işi olmuş, həmin iş üzrə zərərçəkmiş şəxsin pulunu geri qaytarsa da, ona 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Elnur onunla danışarkən Füzulinin ona verdiyi pulu geri tələb etdiyini, habelə barəsində polisə şikayət etdiyini bildirdikdə o, çıxış yolu kimi Elnura Füzuliyə pulu Etirama verdiyini deməsini təklif edərək özünün Füzuli ilə sonra danışıb məsələni həll edəcəyini demişdir. Həqiqətdə isə ona ümumiyyətlə hər hansı məbləğdə pul verilməmişdir. Müstəntiq onun yanına gəlib izahatını alarkən Füzulinin Elnurdan da şikayət etməməsi üçün yalandan pulun hamısının özündə olmasını bildirib sonuncunu 5-6 ay da gözləməyə razı salacağını düşünmüş, buna baxmayaraq Füzuli Elnurdan şikayətçi olmuşdur. Bundan sonra müstəntiq ona izahatını dəyişməyə icazə verməyib işi məhkəməyə göndərmiş, hətta ondan pul da tələb etmiş, lakin müstəntiqə hər hansı məbləğdə pul verməmişdir. O, ibtidai istintaq dövründə törətmədiyi əməli boynuna almışdır. Şahid2la Elnur arasındakı söhbət onun yanında olmuş, həmin vaxt Elnur Füzuliyə “sənin işinə kömək edəcəm, çıxacaqsan” demişdir. Füzuli barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində hökm çıxmış, hökmdən apellyasiya və kassasiya instansiya məhkəmələrinə şikayət verilmişdir. Elnurla Füzuli arasında onun yanında həmçinin pul söhbəti də olmuş, Füzuli Elnura görəcəyi iş müqabilində 200.000 manat məbləğində pul vəd etmişdir. Şahid1 onun qohumudur. Elnur Ələkbərlə danışdığını deyib Təhməzin həmin pulu götürməyini xahiş etmiş, Təhməz də pulu götürdükdən sonra aparıb kiməsə vermişdir. İlk dəfə Təhməz gedib Ələkbərdən pul götürərkən Elnur Kürdəmirdə yasda olduğundan Ələkbərlə danışıb pulu əvvəlcə əmisi oğluna verməsini desə də, sonuncunun işi çıxdığına görə pulu götürməyini qaynına tapşırmışdır. Təhməz götürdüyü pulu onun qohumlarından kiməsə verməmişdir. Füzuli ilə o, xəstəxanada birlikdə qalmış, daha sonra o, başqa yerə köçürüldüyündən onunla əlaqə saxlaya bilməmişdir. Onun ailə üzvlərinə ümumiyyətlə hər hansı məbləğdə pul verilməmişdir. Elnur müstəntiqin ondan pulu kimə verdiyini soruşduğunu dedikdə o, sonuncuya pulu özünün (Etiramın) evinə verdiyini bildirməyini, özünün isə Füzuli ilə danışıb 5-6 ay da gözləməyini xahiş edəcəyini demişdir. Həyat yoldaşı ibtidai istintaq zamanı ifadəsində pulun ona verildiyini demiş, lakin həmin pul torpaq işi ilə bağlı verilən pul olmuşdur. Hazırkı məsələ yaranmamışdan əvvəl Elnurla aralarında torpaq satışı ilə bağlı məsələ olmuş, həmin torpaq satışından ona 32.000 manat pul qalmış, Elnur da həmin pulu aparıb onun yoldaşına vermişdir. Lakin həmin torpaq satışı ilə bağlı hər hansı sübutu təqdim edə bilmir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə ona hər hansı məbləğdə pul çatmadığını, ümumiyyətlə həmin iş üzrə pul qazanmaq niyyətinin olmadığını, bu səbəbdən məhkəmədən ona bəraət verilməsini xahiş etdi.
7. Təqsirləndirilən şəxs2 məhkəmədə ilə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı 17 sentyabr 2024 və 8 noyabr 2024-cü il tarixli şahid, 20 noyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmiş və o həmin ifadələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2022-ci ilin fevral ayının 8-də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə həbs edilmiş və 2023-cü ilin dəqiq xatırlamadığı tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsi isə həmin məhkəmənin hökmünü dəyişərək cəzanı 10 il 06 ay müddətinə qədər artırmışdır. Təqsirləndirilən şəxs1 təxminən 2014-cü il tarixdən tanımış, onunla münasibəti həmişə yaxşı olmuşdur. Zərərçəkmiş şəxs isə atası Füzuliyə görə tanımışdır. Belə ki, o, Füzuli ilə birlikdə məhkumluq həyatı yaşamış, Ələkbəri də atasının yanına gəlib-gedən zaman tanımışdır. O, Füzuli ilə cəzaçəkmə müəsissəsində birlikdə olan zaman sonuncu həbsdən azad olunmaq istədiyi üçün ona tanışlarının vasitəsi ilə həbsdən çıxara biləcəyini deyib Füzulini inandırmışdır, O, ilk olaraq Füzuliyə konkret olaraq məbləğ deməsə də ilk olaraq qaynı Təhməzin vasitəsi ilə Füzulinin oğlu Ələkbərdən 20.000 manat pul almışdır. Belə ki, o, qaynı Təhməzə Füzulinin oğlunun nömrəsini verib zəng edərək onunla görüşüb ondan pul götürməyini, sonra həmin pulu onun dediyi şəxsə verməyini bildirmişdir. Lakin həmin vaxt Təhməz pulun nə ilə bağlı götürüb verilməsindən xəbəri olmamışdır. Beləliklə, 2022-ci ilin iyul ayının sonları avqust ayının əvvəllərində qaynı X9 ilə Nərimanov rayonu ərazisində görüşüb ondan 20.000 manat pul almışdır. Elə həmin günü də Təhməz pulu onun borclu olduğu yalnız adını bildiyi Əli adlı şəxsə vermişdir. Sonradan Təqsirləndirilən şəxs1 yanına gəlib-gedən zaman Füzulini də yanında görmüşdür. Onlar bir-birlərini görən zaman bir-birlərini tanımışdır. Füzulinin deməsinə görə, Elnur hansısa dostu ilə atasının yas mərasiminə gəlmişdir. Aralarında olan söhbət əsnasında Füzulinin həbsdən azad olunması üçün ona köməklik olunmasını Elnura bildirdikdə sonuncu köməklik edə biləcəyini demişdir. Bundan sonra o bu məsələni Füzuli ilə danışıb Elnura deyəcəyini bildirmişdir. O, Füzuli ilə danışdıqdan sonra sonuncu verdiyi 20.000 manatdan əlavə hazırda 100.000 manat verəcəyini, azadlığa çıxdıqdan sonra da 400.000 manat da verəcəyini bildirmişdir. Sonradan o, Elnurla əlaqə saxlayaraq Füzulinin oğlu Ələkbərin ona zəng edəcəyini, onunla görüşüb işin həlli üçün 100.000 manat pul verəcəyini bildirmişdir. Beləliklə, 2022-ci ilin qış ayında dəqiq xatırlamadığı tarixdə X6 Bakı şəhəri Binəqədi rayonu ərazisində görüşmüş, görüş zamanı Ələkbər Elnura 100.000 manat pul vermişdir. Elnur bu barədə bildirdikdən sonra o, pulun 50.000 manatını arvadı Laləyə verməsini bildirmişdir. O, arvadı Laləyə Elnurun pul verəcəyini bildirsə də, pulun haradan əldə olunması barədə konkret olaraq bir söz deməmişdir. Sonradan Füzulinin həbsdən buraxılma məsələsi olmadığı üçün sonuncu pulunu tələb etməyə başlamış, lakin o, pulu ödəyə bilməmişdir. Təqsirləndirilən şəxs1 da öz payına düşən 50.000 manat pulu Ələkbərə qaytarmışdır. Lakin pul tam qaytarılmadığı üçün Ələkbər sonradan şikayət etmişdir (Cild 1, i.v. 205-208; Cild 2, i.v. 28-30; 51-53;).
8. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
9. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
10. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Şahid2 onun doğma atası olmaqla münasibətləri həmişə yaxşı olmuşdur. Atası Şahid2 9 sentyabr 2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 213.2.2-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər məhkəməsinin qərarı qüvvədə saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılmış, 12 aprel 2023cü il tarixdə isə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə atası Şahid2 cinayət əməlləri törətməsi sübuta yetirilmədiyinə görə barəsində bəraət hökmü çıxarılmış və o, azadlığa çıxmışdır. Atası Şahid2 həbsdə saxlanıldığı vaxt Penitensiar Xidmətin Müalicə Müəsissəsinə köçürülmüşdür. Həmin vaxt o, atasının vasitəsi ilə Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 də Müalicə Müəsissəsində məhkumluq həyatı yaşamış və atası Füzuli ilə yaxın münasibət saxlayıb onun etibarını qazanmışdır. Belə ki, o, hər həftə ərzində açıq görüşlər zamanı atasına baş çəkməyə gedən vaxtı Təqsirləndirilən şəxs2 də atasının yanında olmuş və onunla söhbət edərək, guya Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olduğunu dediyi bir nəfər şəxsin atasından şikayət olmaması əsası ilə atasını həbsdən azad etməyə hazır olduğunu demişdir. X12 inanmasa da, atası ona inandığı üçün onun dediyi adamla görüşmək qərarına gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 “Elnur” adlı şəxsin DTX-da işlədiyinə görə yüksək vəzifəli tanışları vasitəsi ilə 120.000 manat məbləğdə pulun qarşılığında atasını həbsdən azad edəcəyinə söz vermişdir. O və atası Etiramla razılaşdıqdan sonra sonuncu Müalicə Müəsissəsində olarkən, onun mobil telefon nömrəsinə zəng edərək, sonu “88-88” nömrə ilə bitən mobil telefondan ona zəng olunacağını, zəng edən şəxsin onun qaynı olacağını və qaynı ilə görüşüb 120.000 manat məbləğdə pulun ilk 20.000 manat hissəsini qaynına verməyini bildirmişdir. O, Etirama inanmayıb atasını telefona çağırmasını istəmiş və atası da onunla telefonla danışıb Etiramın qaynına istədiyi pulu verməyini xahiş etmişdir. Bu vaxtı onun özündə 20.000 manat məbləğdə pul olduğu üçün ilk dəfə 2022-ci ilin iyul ayının sonlarında, tarixini dəqiq xatırlamadığı gündə ona sonu 88-88 nömrə ilə bitən mobil telefon nömrəsindən zəng gəlmiş, zəng edən şəxs özünü Təqsirləndirilən şəxs2 qaynı kimi təqdim etsə də, adını deməmiş və onu ünvan 6 ünvanda yerləşən “Collezioneİtalia” mağazasının qarşısında olan dairəyə çağırmış, orada markasına və dövlət nömrə nişanına diqqət yetirmədiyi bir “furqon” tipli avtomobillə, yanında bir nəfər tanımadığı şəxslə görüşə gəlmiş, Təqsirləndirilən şəxs2 qaynı kimi özünü qələmə vermiş şəxsin avtomobilinə əyləşib orada ona 20.000 manat məbləğdə pul vermiş və həmin şəxs avtomobilin salonunda həmin pulları sayaraq, 20000 manat məbləğdə olduğunu bildirmişdir. Sonra həmin şəxs Təqsirləndirilən şəxs2 mobil telefonla zəng edib 20.000 manat məbləğdə pulu götürdüyünü bildirmiş və sonra o, oradan ayrılıb getmişdir. Bundan bir neçə müddət sonra Etiram ona guya DTX-da işlədiyini bildirdiyi “Elnur” adlı şəxsin mobil telefon nömrəsini vermiş, həmin ərəfədə “Elnur” adlı şəxs özü ona mobil telefon nömrəsi ilə zəng edib atasının barəsində yaxın dostu olan Etiramdan öyrəndiyini və atasına kömək etmək istədiyini bildirmiş, onu bir dəfə 2021-ci ilin qış aylarında, dəqiq xatırlamadığı tarixdə Bakı şəhəri Nərimanov rayonu A.Nemətulla küçəsində yerləşən “Metropark” ticarət və əyləncə mərkəzinin yaxınlığında görüşə çağırmış, o da ora getdikdə, adını sonra öyrəndiyi Təqsirləndirilən şəxs1 görüşə özünün idarə etdiyi “X26” markalı, ** SN *** dövlət nömrə nişanlı avtomobili ilə gəlmiş və söhbət zamanı ondan 100.000 manat məbləğdə pul istəmişdir. Onlar bir qədər söhbət etdikdən sonra onunla razılaşıb həmin ərəfədə atasının dostu olan Həsən Rəcəbov adlı şəxslə görüşmüş və ondan ona borca pul verməsini xahiş etmişdir. Həsən Rəcəbov etiraz etməyərək ona həmin tarixə olan milli məzənnə ilə 42.500 manat təşkil edən 25.000 ABŞ dolları məbləğdə borc pul vermişdir. 22 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək təcili 100.000 manat məbləğdə pulu çatdırmağını bildirdikdə o, atasının dostu Həsən Rəcəbovdan aldığı 42.000 manat məbləğdə pulun üstünə özündə olan 57.500 manat məbləğdə pulu da qoyub tam şəkildə düzəltmiş və Təqsirləndirilən şəxs1 pulu hazır etdiyini bildirmişdir. Elnur həmin gün onu ünvan 4 ünvanda yerləşən “X21” adına Milli Oftalmologiya Mərkəzinin qarşısına çağırmışdır. O, həmin yerə getdikdən bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi qəhvəyi rəngli “X26” markalı, ** SN *** dövlət nömrə nişanlı avtomobil ilə görüşə gəlmiş və avtomobilindən düşmədiyi üçün o, avtomobilindən düşüb Təqsirləndirilən şəxs1 yaxınlaşmış, qara rəngli sellofan paketin içərisində olan ABŞ dolları və milli manatlardan ibarət olan ümumilikdə 100.000 manat məbləğdə pulu orada Elnura vermişdir. Elnur pulu sayıb 100.000 manat məbləğdə olduğunu dəqiqləşdirmiş və atasının yeni il bayramına qədər həbsdən azad olunacağını, hətta “qurban kəsməyini” deyib inandıraraq, oradan çıxıb getmişdir. Bundan sonra uzun müddət keçməsinə baxmayaraq, atası həbsdən azad olunmamışdır. O, dəfələrlə həm Etiram Baxışəliyev, həm də Təqsirləndirilən şəxs1 pullarını geri qaytarmalarını tələb etsə də, onlar uzun müddət müxtəlif bəhanələrlə vaxtı uzatmağa davam etmişlər. Sonuncu dəfə o, Təqsirləndirilən şəxs1 DTX-da işləmədiyini, onu araşdırdığını və dəfələrlə məhkum olunmuş şəxs olduğunu öyrəndiyini, barəsində şikayət edəcəyini Etirama deyəndən bir müddət sonra, yəni 2023-cü ilin mart ayının ortalarında Təqsirləndirilən şəxs1 onunla görüşüb 45.000 manat məbləğdə pulu ona qaytarmış, qalan pulun isə onda olmadığını və Etiram Baxışəliyevin tapşırığı ilə sonuncunun arvadının yaşadığı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən evində Etiramın arvadına verdiyini və qalan pullarını ondan tələb etməyini bildirmişdir. Təqsirləndirilən şəxs1 qaytardığı 45.000 manat məbləğdə puldan həmin ərəfədə o, atasının dostu Həsən Rəcəbovdan borc pulun əvəzinə 42.500 manat qaytarmışdır. Bundan sonra o, dəfələrlə pulunu tələb etməyinə baxmayaraq, nə Təqsirləndirilən şəxs1, nə də Təqsirləndirilən şəxs2 tərəfindən ona heç bir məbləğdə pul qaytarılmamışdır.
11. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs ifadəsinə əlavə edərək göstərdi ki, Etiramı atasının yanında olarkən tanımışdır. Belə ki, ona Dövlət Təhlükəsizlik Xidmətində çalışan şəxslə görüşməsi təklif edilmişdir. Elnur onu Prezidentin Təhlükəsizlik Xidmətinin rəis müavini İdrislə görüşdürəcəyini, sonuncunun onlara köməklik edib tərəflər arasında barışıq əldə olunmasında köməklik göstərəcəyini bildirmişdir. O, Elnurun sözlərinə əsasən gözləmiş, lakin Etiramla Elnur hər dəfə müxtəlif bəhanələrlə onu aldatmışlar. Yeni il ərəfəsində Elnur işin artıq həll olunduğunu, həmin adamla əlaqə yaradıldığını deyib hətta “get qurban kəsdir” də demişdir. Lakin Elnur vəd edilən şəxslə onu görüşdürmədiyindən aldıdıldığını başa düşüb sonuncudan pulunu tələb etməyə başlamışdır. Elnur restoranda onunla görüşərkən 45.000 manat pul verib ona “bu iş mənlik deyil, Etiramın oyununa düşdüm, mənim bacaracağım iş deyil” demişdir. Təxminən 2-3 gün sonra Elnura zəng edib qalıq pulu nə zaman verməsini soruşduqda o, “pul məndə deyil, Füzuli də, Etiram da yaxşı bilir ki, pul kimdədir” demişdir. O, Etirama Elnurun pulu vermək istəmədiyini dedikdə Etiram Elnurun “qələt etdiyini”, özünün onunla danışıb məsələni həll edəcəyini bildirmişdir. Etiramın arvadı Binəqədi RPİ-də olarkən 55.000 manat pulun Füzulinin pulu olduğunu dedikdə Etiram da həmin faktı qəbul etmişdir. Üzləşmə istintaq hərəkəti zamanı Elnurla Etiramın hər ikisi törətdikləri əməli etiraf etmiş, Etiram ifadəsində arvadına verilən pulun Füzulinin pulu olduğunu bir daha təsdiq etmişdir. O, pulu kiminləsə görüşün təşkil edilməsi üçün vermiş, həmin şəxs isə öz növbəsində atasının işi ilə bağlı şikayətçi tərəflə danışıqlar aparıb şikayətin geri götürülməsini təmin etməli olmuşdur. Elnurla Etiram danışıqları atası ilə aparıb pulu da öz aralarında razılaşmışdır. Elnur atasının şəriklərindən birini tanıdığını, həmin şəxsin atasının azad olunmasında köməklik göstərəcəyini bildirmiş, o da bunun müqabilində atasının tapşırığı ilə 20.000 və 100.000 manat olmaqla ümumilikdə 120.000 manat məbləğində pul vermişdir. Belə ki, o, ilk dəfə 20.000 manatı Etiramın qaynına vermiş, Etiramın deməsinə görə qaynı həmin pulu götürüb kiməsə verməli olmuş, Elnur da həmin məbləğdə pulun Etiramın qaynına verilməsindən xəbəri olmuşdur. Bir müddət sonra Elnurla Nərimanov rayonu ərazisində görüşüb danışmış, sonuncu pul istədikdə atası ilə məsləhətləşib özündə olan pulun üzərinə borc aldığı pulları da əlavə edib ona vermişdir. Elnurla Etiram 1-2 ay sonra işin yekunlaşacağını bildirmişdir. Atasının barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxslərə pul ödənilməsi ilə bağlı aralarında söhbət olmamışdır. Elnurla telefonla danışarkən sonuncu tədbirlərin olması ilə əlaqədar görüşə bilmədiyini bildirmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın tam ödənilmədiyini və təqsirləndirilən şəxslərlə aralarında barışıq olmadığını bildirərək qanunvericiliyə uyğun olaraq təqsirləndirilən şəxslərə cəza təyin edilməsini xahiş etdi
12. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs2 onun yeznəsidir və sonuncu 2022-ci ilin fevral ayın 8-də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün tutulmuşdur. O, Ələkbəri şəxsən tanımasa da, onunla Etiramın sözü ilə zəngləşib danışıb görüşmüş və Etiramın sözü ilə Ələkbərdən 20.000 manat pul götürmüşdür. Etiram yalnız Ələkbər ilə görüşüb ondan 20.000 manat pulu götürməyini, daha sonra isə onun dediyi şəxsə verməyini bildirmişdir. Lakin pulun Ələkbərdən hansı məqsədlə götürüldüyünü, həmin pulla nə iş görülməli olduğundan xəbəri olmamışdır. O, Ələkbərdən pulu götürdükdən sonra həmin gün Nərimanov rayonu ərazisində dəqiq xatırlamadığı ərazidə pulu Etiramın dediyi şəxsə vermişdir. O, pul verdiyi şəxsi tanımır, həmin şəxs vatsap vasitəsi ilə zəng etmiş, Etiramın sözü ilə Ələkbərdən götürdüyü 20.000 manat pulu həmin şəxsə vermişdir.
13. Məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olan nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş X8 ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmiş və L.A.Baxşəliyeva həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun əridir. 2010-cu ildə ailə həyatı qurmuş və birgə nikahdan iki övladları vardır. Təqsirləndirilən şəxs2 2022-ci ilin fevral ayın 8-də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tutulmuş və 2023-cü ilin dəqiq xatırlamadığı tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apelyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü dəyişərək cəzasını 10 il 06 ay müddətinə qədər artırmışdır. 2023-cü ilin yanvar ayının əvvəlində dəqiq xatırlamadığı tarixdə Etiram ona zəng edərək əvvəllər tanıdığı ailəvi münasibəti olan Təqsirləndirilən şəxs1 pul gətirəcəyini və həmin pulu qəbul etməyini bildirmişdir. O, Etiramdan həmin pulun nə üçün gətirildiyini soruşanda Etiram torpaqla bağlı pul olduğunu bildirmişdir. Elnur təxminən 3-4 dəfəyə ona 45.000-50.000 manat aralığında pul vermişdir. Etiram hər dəfəsində də həmin pulun torpağın pulu olduğunu söyləmişdir. Etiramın tapşırığı ilə Elnurun ona vermiş olduğu puldan bir qismini “Bank Respublika” və "xxxx" ASC-yə olan kredit borcunu hissə-hissə ödəmişdir. Yerdə qalan puldan 2-3 dəfə qardaşı Rufin gəlib götürmüş və Etirama lazım olduğunu bildirmişdir. Qalan pul isə istintaq təcridxanasında Etiramın saxlanılması üçün yemək, geyim əşyaları, saxlanma xərcləri, evin gündəlik xərcləri və sair üçün istifadə edilmişdir. 2023-cü ilin sentyabr ayında o, polis idarəsinə dəvət edildikdə Elnur, qardaşı Rufin və Ələkbər adlı şəxsin idarədə olduğunu görmüşdür. Həmin vaxt gedən söhbətlər zamanı Elnurun evinə gətirib verdiyi 50.000 manata yaxın pulun torpaq satışından əldə edilmiş pul olmadığı ona məlum olmuşdur. Binəqədi rayon polis idarəsində öyrənmişdir ki, Elnur penitensiar müəssisədə tanışı Etiramla birlikdə saxlanılan Füzuli adlı şəxsin oğlundan 100.000 manat pul almış və həmin pulun təxminən 50.000 manatını da Elnur Etiramın sözü ilə ona vermişdir (Cild 1, i.v. 13-14; 234-236;).
14. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X10 ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmiş və H.B.Rəcəbov göstərmişdir ki, Şahid2 onun dostudur. Onunla uzun illərdir dostluq edir. Füzuli 9 sentyabr 2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 213.2.2-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 2022-ci ilin dekabr ayında dəqiq xatırlamadığı gündə Füzulinin oğlu Ələkbər atasının həbsdən çıxarılması ilə bağlı adam tapdığını və həmin şəxsə pul verilməli olduğunu deyərək ondan borc pul istəmişdir. Füzuli onun dostu olduğu üçün oğlu Ələkbərə etiraz etməyərək ona 25.000 ABŞ dolları pul vermişdir. Sonra 22 dekabr 2022-ci il tarixdə Ələkbər onunla əlaqə saxlayaraq onunla birlikdə pulu Elnur adlı şəxsə verməyə getməyi xahiş etdikdə o razılaşmışdır. Bundan sonra o, Ələkbərlə birlikdə ünvan 7 ünvanda yerləşən X21 adına Milli Oftalmologiya Mərkəzinin qarşısına gəlmişdir. Onlar orada bir neçə dəqiqə gözlədikdən sonra Elnur qəhvəyi rəngli, “X28” markalı 10-SN 440 dövlət nömrə nişanlı avtomaşınla gəlmiş, həmin vaxt o, avtomaşında gözləmiş, Ələkbər avtomaşından düşərək aparıb Elnura 100.000 manat pul vermişdir. Lakin sonradan o, eşitmişdir ki, Elnur Etiram adlı şəxslə birlikdə Ələkbəri aldatmışdır. Ələkbər özü də bu barədə ona bildirmiş və bir müddət keçdikdən sonra ondan aldığı borc pulun hamısını Ələkbər ona qaytarmışdır (Cild 1, i.v. 193-195;).
15. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X4 ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmiş və R.A.Allahverdiyev göstərmişdir ki, o, Zərərçəkmiş şəxs tanımır, onu ümumiyyətlə görməmiş, adını Etiram tutulduqdan sonra eşitmiş, Füzuli Ələkbərovu da tanımır. Təqsirləndirilən şəxs1 Etiramın dostu kimi əvvəllər də tanımışdır. Belə ki, sonu 88-88 olan mobil nömrə qardaşı Təhməzə məxsusdur. Etiram tutulduqdan sonra konkret xatırlamadığı vaxtda o, Təhməzlə telefon vasitəsilə əlaqə saxlayaraq mobil nömrə verib həmin şəxslə görüşərək ondan 20000 manat pul götürməyini bildirmişdir. Təhməz də bu barədə ona dedikdən sonra o, Təhməzlə Yasamal rayonu ərazisində İnşaatçılar metrosuna çatmamış əraziyə getmiş, orada Zaur adlı şəxslə təxminən saat 14 radələrində görüşmüşdür. Təhməz Zaur adlı şəxsə Etiramın göndərdiyini, ondan pul götürməyini dedikdə həmin şəxs onları tanımadığını deyib pul verə bilməyəcəyini bildirmişdir. Bundan sonra Təhməz Etiramla danışıb deyilən adamın pul vermədiyini bildirmişdir. Bundan sonra oradan çıxıb getmişlər. Zaur adlı şəxs təxminən 40- 45 yaşında, orta boylu arıq bədənli olmuşdur. Etiram tutulduqdan sonra ona məxus tır avtomaşınını özü işlətdiyindən Etiram ona zəng edərək göndərdiyi kart nömrəsinə 2500 manat pul göndərməsini bildirdikdə o, Etiramın avtomaşınını işlətdiyi üçün etiraz etməmiş və 5 ay hər ayı 2500 manat olmaqla Etiramın dediyi kartlara pul göndərmişdir. Sonradan o, Etiramın avtomaşınını atasına təhvil verdiyi üçün daha pul ödəməmişdir. Lakin Etiram ona ödədiyi pulun Füzuliyə aid pul olduğunu ona bildirməmişdir. O, Etirama 8 ay deyil, 5 ay pul ödəmiş, ödədiyi pulu da yalnız kartlara ödəmiş, həmin kartın sahibi qadın olmuş, lakin hazırda adını xatırlamır. O, pulu ödəmə terminalı vasitəsi ilə ödəmiş, hazırda kartın nömrəsini xatırlamır, ödəniş qəbzləri də onda qalmamışdır. O, Etirama görə bir neçə nəfərə pul ödədiyindən sonuncudan ödədiyi 2500 manat pulun kimin borcundan silindiyini soruşmamış, Etiram da ona Füzulinin adını bildirməmişdir. Onun bacısı Lalə Baxşəliyevaya 50000 manat məbləğində pulun verilməsindən məlumatı olmamışdır (Cild 1, i.v. 241-244;).
16. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmiş və Şahid2 göstərmişdir ki, 9 sentyabr 2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 213.2.2-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı qüvvədə qalmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılmış, 12 aprel 2023-cü il tarixdə isə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə onun cinayət əməli törətməyi sübuta yetirilmədiyinə görə barəsində bəraət hökmü çıxarılmış və o, azadlığa çıxmışdır. Bakı Apellyasiya Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 2 il 4 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, hazırda 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. O, həbsdə saxlanıldığı vaxt Penitensiar Xidmətin Müalicə Müəsissəsinə köçürülmüş, həmin vaxtı Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Belə ki, Etiram da Müalicə Müəsissəsində məhkumluq həyatı yaşamış və onunla münasibəti yaxşı olmuşdur. O, Etiramla birlikdə cəza çəkən zaman sonuncunun yanına Təqsirləndirilən şəxs1 gedib gəlmiş və Etiram Elnuru ona Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etmişdir. Etiram söhbət əsnasında Elnurun vasitəsi ilə həbsdən azad oluna biləcəyini bildirmişdir. Hətta Elnurla söhbət zamanı sonuncu özü də onu həbsdən azad edə biləcəyini demişdir. Danışıq əsnasında Etiram ona bu işin 500.000 manata həll oluna biləcəyini dedikdə o, pulun 100.000 manatını indi, yerdə qalan pulu isə həbsdən azad olunduqdan sonra verə biləcəyini bildirdikdə Elnur və Etiram onunla razılaşmışlar. Bundan sonra o, bu barədə oğlu Ələkbərə bildirərək onunla Elnurun əlaqə saxlayacağını demişdir. Ələkbər 2022-ci ilin iyul ayının sonlarında Etiramın sözü ilə sonuncunun qaynı kimi təqdim edən şəxsə 20.000 manat, 2022-ci ilin qış ayında dəqiq xatırlamadığı tarixdə isə Elnurla görüşərək ona 100.000 manat pul vermişdir. Danışığa əsasən guya onlar onu yeni il bayramına qədər həbsdən azad etdirməli idilər. Lakin Elnur və Etiramın verdikləri vəd düzgün olmadığına və onların onu və oğlunu aldatdığını başa düşdükdən sonra Ələkbər Elnurdan pulu istədikdə sonuncu oğlu Ələkbərə 45.000 manat pul qaytarmışdır. (Cild 2, i.v. 16-18;).
17. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidin, eləcədə ifadələri elan edilməklə tədqiq edilmiş çoxsaylı şahidlərin ifadələri, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
18. “Cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında” 28 dekabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin (bundan sonra mətndə - Binəqədi RPİ-nin İŞ) müstəntiqi polis mayoru X23 tərəfindən Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib sonuncunun atası Şahid2 həbsdən azad edilməsinə dair yalan vəd verib aldadaraq 2022-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Cavadxan küçəsi 3 ünvanında yerləşən “X21” adına istirahət parkında 120.000 (bir yüz iyirmi min) manat məbləğdə pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməməklə Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurub dələduzluq etməsi faktına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanıb icraata götürülərək istintaqı aparılmışdır (Cild 1, i.v 1;).
19. Zərərçəkmiş şəxs Binəqədi RPİ-yə ünvanlanmış 6 sentyabr 2023-cü il tarixli ərizəsində Elnur adlı şəxsin cəza çəkən atası Şahid2 həbsdən azad etdirilməsi üçün onu yüksək vəzifəli şəxslərlə görüşdürəcəyi vədini verərək hissə-hissə olmaqla sonuncu dəfə Zərifə Əliyeva parkının yanında olmaqla ümumilikdə 120.000 (bir yüz iyirmi min) manat pulunu alıb ələ keçirməklə ona qarşı dələduzluq etdiyini qeyd edərək Elnur adlı şəxsin cinayət məsuliyyətinə cəlb edilərək ona dəymiş maddi ziyanın geri qaytarılmasını xahiş etmişdir (Cild 1, i.v. 3;).
20. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən verilmiş 19 sentyabr 2023-cü il tarixli məhkumluq haqqında arayışdan və müvafiq hökm və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər bir neçə dəfə məhkum olunmaqla sonuncu dəfə Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2018-ci il tarixli, 1(091)-13/18 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə 1 (bir) il sınaq müddəti olmaqla 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 1(101)-1140/2024 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və 29,178.3.2-ci maddələri il təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 4 mart 2025-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 1(101)-1140/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v. 15-16; Cild 2, i.v. 58-76; Cild 3;).
21. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 5 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmaqla ona hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir (Cild 1, i.v. 17;).
22. “Götürmə barədə” 5 yanvar 2024-cü il tarixli qərar və “Könüllü təqdim etmə haqqında” həmin tarixli protokoldan, həmçinin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, ********* nömrəli cinayət işi üzrə zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 ilə aralarında olan vatsap mobil tətbiqindəki yazışmaları ibtidai istintaq orqanına könüllü təqdim etmiş, həmin yazışmalar iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən baxış keçirilməklə iş materiallarına əlavə edilmişdir. 17 dekabr 2022-18 yanvar 2023-cü il tarixləri aralığında aparılmış həmin yazışmaların məzmunundan aydın olur ki, Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs arasında məhkəmə prosesləri ilə bağlı danışıqlar aparılmış, həmçinin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 həmin proseslərin həlli üçün 100.000 manat pulu ona əlbəəl vermiş, lakin sonradan Təqsirləndirilən şəxs1 həmin pulun onda olan 45.000 manat hissəsini qaytarıb qalıq 55.000 manatı bir neçə günə qaytaracağını vəd etməsinə baxmayaraq, sonradan həmin pulun onda olmadığını bildirmişdir (Cild 1, i.v. 27-33;).
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 oktyabr 2022ci il tarixli, 1(102)-1117/2022 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2022-ci il tarixli, 1(103)-265/2022 saylı qərarı ləğv edilərək cinayət işi apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 noyabr 2021-ci il tarixli, 1(103)-406/2021 saylı hökmü ilə Şahid2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 213.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib həmin məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən ona qəti olaraq 2 il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkməsinin əvvəlinin 9 sentyabr 2020-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2022-ci il tarixli, 1(103)-265/2022 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 noyabr 2021-ci il tarixli, 1(103)-406/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v. 118-143;).
24. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 aprel 2023-cü il tarixli, 1(103)-150/2023 saylı hökmündən görünür ki, Şahid2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 213.2.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 noyabr 2021-ci il tarixli, 1(103)-406/2021 saylı hökmü ləğv edilmiş, Şahid2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 213.2.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur (Cild 1, i.v. 34-117;).
25. “İttiham elan etmək üçün şəxsin tutulması haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 5 yanvar 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində ittiham elan edilməsi üçün axtarış elan edilməklə cinayət işi üzrə icraat dayandırılmışdır (Cild 1, i.v.144-148;).
26. “Cinayət işinin icraatının təzələnməsi haqqında”, “Cinayət işinin icraata qəbul edilməsi haqqında” və “Cinayət işinin icraatının dayandırılması haqqında” 8 aprel 2024-cü il tarixli qərarlardan görünür ki, cinayət işi üzrə icraat Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi polis polkovnik-leytenantı X13 tərəfindən təzələnərək icraata qəbul edilmiş və elə həmin tarixdə təkrarən eyni əsasla dayandırılmışdır (Cild 1, i.v. 152-154;).
27. “Axtarışda olan şəxsin tutulması barədə” 19 aprel 2024-cü il tarixli protokoldan və həmin tarixli “Cinayət işinin icraatının təzələnməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 19 aprel 2024-cü il tarixdə, saat 16:00-da saxlanılaraq Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə təhvil verilmiş və ********* nömrəli cinayət işi üzrə icraat müstəntiq Elzadə Cəfərov tərəfindən təzələnməklə istintaqı davam etdirilmişdir (Cild 1, i.v.156-158;).
28. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 20 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (Cild i.v. 176-177;).
29. “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 20 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş və o, dərhal Binəqədi RPİ-nin X17 azad edilmişdir (Cild 1, i.v. 190-191;).
30. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş 26 sentyabr 2024-cü il tarixli məktubdan və müvafiq çıxarışdan görünür ki, həmin baş idarənin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs1 adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. X1 məxsus “X28” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin etibarnamə ilə 24 noyabr 2020-ci il tarixdən 14 dekabr 2026-cı il tarixədək Təqsirləndirilən şəxs1 istifadəsinə verilməsi barədə həmin baş idarənin mərkəzi informasiya sistemində məlumat mövcuddur (Cild 1, i.v. 230-231;).
31. “Üzləşdirmə haqqında” 7 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs2 üzünə qarşı deməklə bir daha təsdiq edərək 2022-ci ilin iyul ayının sonlarında sonuncunun sözü ilə özünü onun qaynı kimi təqdim edən şəxsə 20.000 manat, 2022ci ilin qış ayında dəqiq xatırlamadığı tarixdə isə Elnurla görüşərək ona 100.000 manat pul verildiyini, aralarındakı danışığa əsasən guya onların yeni il bayramına qədər onu həbsdən azad etdirməli olduqlarını bildirmiş, Təqsirləndirilən şəxs2 isə Şahid2 ifadəsində göstərdiyi xüsusatların hamısının doğru olduğunu, sonuncuya dəymiş ziyandan özünün heç bir pul ödəmədiyini qeyd etmişdir (Cild 2, i.v. 20-22;).
32. “Diskə baxış keçirilməsi haqqında” 8 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş bir ədəd diskə keçirilmiş baxış zamanı 1 avqust 2022-ci il tarixdə, saat 16:06-da Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək onunla danışması, daha sonra həmin gün saat 16:13-də X14 Allahverdiyevə zəng edərək danışması müəyyən olunmuşdur (Cild 2, i.v. 23-24;).
33. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən verilmiş 13 noyabr 2023-cü il tarixli məhkumluq haqqında arayışdan, müvaviq hökm və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 1(101)-124/2023 saylı hökmü ilə Azərbaycan Republikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib əvvəli 8 fevral 2022-ci il tarixdən hesablanmaqla 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-28/2024 saylı, 30 may 2024-cü il tarixli (12 mart 2025-ci il tarixli yanlışlıq qərarı nəzərə alınmaqla) qərarı ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq ona 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir (Cild 2, i.v. 31-32; 78-108; Cild 3;).
34. Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs1 mülkiyyətində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir (Cild 2, i.v. 32-33;).
35. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” və “Qətimkan tədbiri seçilməsi haqqında” 20 noyabr 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və onun Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmışdır (Cild 2, i.v. 44-45; 54-55;).
36. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 29 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan edilərək hüquq və vəzifələri ətraflı izah edilmişdir (Cild 2, i.v. 119-120;).
37. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq E.F.Cəfərov tərəfindən 28 dekabr 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 29 dekabr 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 2, i.v.138-147;).
38. “Azemis” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2010 və xx.xx.2015-ci il təvəllüdlü Həsən və Banu adlı iki uşağı vardır. Həmçinin Təqsirləndirilən şəxs1 barəsində Abşeron Rayon Məhkəməsinin icraatında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 1(012)/508/2025 saylı başqa bir cinayət işi də icraatdadır (Cild 3;).
39. “Azemis” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2011 və xx.xx.2013-cü il təvəllüdlü Yağmur və Fatimə adlı iki azyaşlı uşağı vardır (Cild 3;). Əməlin tövsifi və digər hüquqi məsələlər:
40. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
42. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
43. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
44. CM-in 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin məcəllənin 178.3.2-ci maddəsinə görə CM-in 178.1 və 178.2-ci maddələrində nəzərdə tutulmuş dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
45. CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.
46. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
47. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.
48. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi CM-in 178.3.2-ci maddəsi ilə olan cinayət əməllərinin tövsifi ilə əlaqədar qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd və əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsddən ibarətdir. Cinayət qanunvericiliyi cinayətin törədilmə üsullarından asılı olaraq, talamanın oğurluq (CM-in 177-ci maddəsi), dələduzluq (CM-in 178-ci maddəsi), soyğunçuluq (CM-in 180-ci maddəsi) və quldurluq (CM-in 181-ci maddəsi) formalarını fərqləndirir. Qanunverici talamanın ayrı-ayrı formalarına görə cinayət məsuliyyətini məhz talamanın üsullarını nəzərə alaraq fərqləndirmişdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakının götürülməsindən və (və ya) özünün, yaxud başqa şəxsin xeyrinə keçirilməsindən ibarətdir. Özgənin əmlakını talama cinayətlərinin əksəriyyəti (yalnız kəsik tərkibli cinayət hesab edilən quldurluq istisna olmaqla) maddi tərkibli cinayət olduğundan, belə cinayətlərin daha bir obyektiv əlaməti ictimai təhlükəli nəticənin-əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Bu tərkiblərdə ziyanın miqdarı əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Talama cinayətləri törədildikdə zərərçəkmiş şəxsə dəymiş başqa ziyan (məsələn, əldən çıxmış fayda) təqsirkarın vurduğu real maddi ziyanın miqdarı müəyyən edilərkən nəzərə alınmır (lakin zərərçəkmiş talama cinayətləri nəticəsində əldən çıxmış fayda formasında maddi ziyanın da əvəzinin ödənilməsi ilə əlaqədar mülki iddia qaydasında tələb irəli sürə bilər).
49. Məhkəmə ilk növbədə vurğulayır ki, dələduzluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir və subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında tamah məqsədilə törədilir. Dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur.
50. Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (qərarın 1-ci bəndi). Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (qərarın 2-ci bəndi). Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər (qərarın 3-cü bəndi). Dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (qərarın 4-cü bəndi). Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir (qərarın 31-ci bəndi). CM-in 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-nin 178.2.1-ci maddəsi) hesab edilir (qərarın 34-cü bəndi). Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir (qərarın 36-cı bəndi).
51. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdikləri CM-in 178.3.2-ci maddəsi ilə olan cinayət əməllərinin tövsifi ilə əlaqədar qeyd edir ki, məhkəmə istintaqı ilə müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə sonuncunun cəzaçəkmə müəssisəsində tanış olub yoldaşlıq münasibəti yaratdığı Şahid2 övladı Zərərçəkmiş şəxs onlara olan inamından suiistifadə etməklə guya sonuncunun atası Şahid2 azadlığa çıxarılmasına nail olacaqlarına dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs ümumilikdə 120000 manat, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, habelə ələ keçirdiyi pulları öz aralarında bölərək öz şəxsi ehtiyaclarına xərcləmişlər.
52. Belə ki, məhkəmə istintaqı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə cinayətkar qrupun digər üzvü olan Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə sonuncu vasitəsilə tanıdığı cəza çəkən Şahid2 özünün guya vəzifəli şəxslərlə geniş əlaqələrinin olmasına inandırıb qısa müddətə azadlığa buraxılmasına nail olacağını yalandan vəd edərək həmin məsələnin müsbət həlli üçün Şahid2 oğlu Zərərçəkmiş şəxs ilə əlaqə saxlayıb onun ümumilikdə 120.000 manat məbləğində pulunu ələ keçirmiş, dələduzluq yolu ilə əldə etdikləri pulu Təqsirləndirilən şəxs2 ilə öz aralarında bölüb sonuncunun “payını” onun təlimatı ilə Təqsirləndirilən şəxs2 həyat yoldaşına təqdim etmiş, özünə düşən “payı” isə öz şəxsi ehtiyaclarına xərcləmiş, Zərərçəkmiş şəxs müxtəlif bəhanələr gətirərək onu yubatmış, lakin sonuncunun hüquq-mühafizə orqanlarına şikayət etməsindən ehtiyat edib ələ keçirilmiş pulun bir hissəsini ona geri qaytarıb həll olunmasını vəd etdiyi işi görə bilməyəcəyini bildirmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi və müdafiə tərəfinin qeyd etdiyi (zərərçəkmiş şəxsdən aldığı 120000 manat pulu həqiqətən də Şahid2 azadlığa çıxmasının təmin edilməsi üçün “məhkəmə iclasında adını çəkmədiyi” şəxslərə verməsi, həmin əlaqələri sayəsində Şahid2 azadlığa buraxılması, lakin sonuncunun vədinə əməl etməyib pulu geri tələb etməsi, zərərçəkmiş şəxsdən aldığı puldan Təqsirləndirilən şəxs2, o cümlədən onun ailə üzvlərinə verməməsi, bütün pulu özünə götürməsi) işin faktiki hallarına uyğun olmayan sair xüsusatlar onun özünün ziddiyyətli ifadəsindən başqa hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından, əksinə cinayət təqibi üzrə toplanmış mötəbər sübutlarla tam inkar olunduğundan (iş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs arasındakı danışıqları özündə əks etdirən vatsap yazışmalarından görünür ki, Şahid2 barəsində Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2023-cü il tarixli bəraət hökmündən əvvəl, yəni 17 yanvar 2023-cü il tarixdən etibarən X20 Cəbrayılovdan ona dəymiş maddi ziyanın 45000 manat hissəsini geri tələb edərək almış və pulun qalan hissəsini isə tələb etməyə davam etmişdir) məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq onları Təqsirləndirilən şəxs1 özünün, eləcə də yaxın dostluq münasibətində olduğu cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir.
53. Həmçinin məhkəmə istintaqı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə cinayətkar qrupun digər üzvü olan Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə cəza çəkdiyi müəssisədə tanış olaraq özünə qarşı inam formalaşdırdığı Şahid2 guya yüksək vəzifədə (DTX) işləməklə geniş əlaqələrə malik Təqsirləndirilən şəxs1 ilə tanış edib sonuncunun öz əlaqələrindən istifadə etməklə onun azadlığa buraxılacağına dair yalan vəd verib aldadaraq əvvəlcə törədilən cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs ilə əlaqə saxlayıb 20.000 manat pulunu ələ keçirmiş, daha sonra isə Təqsirləndirilən şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs 100.000 manat pulunu ələ keçirərək Təqsirləndirilən şəxs1la aralarında bölmüş, özünün payına düşən hissədən 55.000 manat hissəni isə guya torpaq satışından əldə etdiyi qazanc adı ilə arvadı Lalə Baxşəliyevaya çatdırmış, Lalə Baxşəliyeva həmin pulun bir qismini əri Təqsirləndirilən şəxs2 tapşırığı ilə banklara olan borclarını bağlamış, bir qismini isə özlərinin, həmçinin onun cəzaçəkmə müəssisəsindəki gündəlik ehtiyaclarına xərcləmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi və müdafiə tərəfinin qeyd etdiyi (zərərçəkmiş şəxsə qarşı hər hansı dələduzluq əməlini törətməməsi, hazırkı iş üzrə ona və ya digər qohumlarına ümumiyyətlə hər hansı məbləğdə pul verilməməsi, Şahid1 Təqsirləndirilən şəxs1 sözü ilə zərərçəkmiş şəxsdən 20.000 manat pul götürməyə getməsi, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 vaxt qazandırmaq pulun guya onun ailə üzvlərinə verilməsi ilə bağlı ifadə verməsi və sair) işin faktiki hallarına uyğun olmayan xüsusatlar onun özünün ziddiyyətli ifadəsindən başqa hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından, əksinə cinayət təqibi üzrə toplanmış mötəbər sübutlarla tam inkar olunduğundan məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq onları Təqsirləndirilən şəxs2 ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir.
54. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
55. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
56. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
57. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri nəticəsinə gələrkən ilk növbədə ona istinad etmişdir ki, onlar məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində özlərini onlara ittiham elan edilmiş əməllər üzrə təqsirli bilməsələr də, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində faktiki olaraq törətmiş olduqları cinayət əməllərinin törədilmə üsulunu və mexanizmini açıqlamışlar.
58. Belə ki, işin faktiki halları ilə müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinə qarşı inam formalaşdırdıqları cəza çəkən Şahid2 guya özlərinin yüksək vəzifədə çalışan şəxslərlə geniş əlaqələrinin olmasından istifadə etməklə onun azadlığa çıxarılmasına nail olacaqlarına dair yalan vəd verib sonuncu vasitəsilə Zərərçəkmiş şəxs ilə əlaqə yaradıb aldadaraq ona 120.000 (bir yüz iyirmi min) manat külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişlər.
59. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri özlərinin istər məhkəmədə, istərsə də məhkəməyədək icraat zamanı verdikləri ifadələri ilə yanaşı zərərçəkmiş şəxs və şahid ifadələri, həmçinin ifadələri elan edilməklə tədqiq edilmiş çoxsaylı şahid ifadələri, habelə üzləşmə protokolları, baxış protokolları, eləcə də digər sənədlərlə kifayət qədər sübuta yetirilir.
60. Belə ki, “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət-Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
61. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
62. Məhkəmədə tədqiq edilən mötəbər və mümkün sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişlər.
63. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmələri tam sübuta yetirildiyindən onların əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 178.3.2-ci maddəsi ilə tövsif edilmiş və onlar həmin maddə ilə təqsirli bilinməklə onlara cəza təyin edilməlidir.
64. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onlar tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
65. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.
66. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
67. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.
68. Məhkəmə CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını, habelə Təqsirləndirilən şəxs2 himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, CM-in 59.1.14-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər tərəfindən Zərərçəkmiş şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi nəticəsində vurulmuş ümumi ziyandan 45000 (qırx beş min) manat hissəsinin aradan qaldırılması, habelə CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır.
69. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.
70. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərə cəza təyini zamanı CM-in 66-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət işi üzrə təqsirli bilindiyi cinayət əməlinə görə cəza təyin edilməli, daha sonra isə CM-in 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 1(101)-1140/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə hazırkı iş üzrə təyin ediləcək cəza qismən toplanılmaqla ona yekun cəza təyin edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs2 hazırkı cinayət işi üzrə təqsirli bilindiyi cinayət əməlinə görə cəza təyin edilməli, daha sonra isə CM-in 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 may 2024-cü il tarixli, 1(103)-28/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 10(on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə hazırkı iş üzrə təyin ediləcək cəza qismən toplanılmaqla ona yekun cəza təyin edilməlidir.
71. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri CM-in 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
72. CM-in 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir.
73. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onlar barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
74. CPM-in 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
75. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 19 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 1(101)-1140/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və 29,178.3.2-ci maddələri il təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və o, dərhal məhkəmə iclas zalından həbs olunmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 1(101)-124/2023 saylı hökmü ilə Azərbaycan Republikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib əvvəli 8 fevral 2022-ci il tarixdən hesablanmaqla 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 28/2024 saylı, 30 may 2024 və 12 mart 2025-ci il (anlaşılmazlıq) tarixli qərarları ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq, ona 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Eyni zamanda, Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 fevral 2025-ci il tarixli, 1(101)-967/2025 saylı qərarı ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində hazırkı iş üzrə həbs qətimkan tədbiri seçilmişdir.
76. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 19 aprel 2024-cü il tarixdən 20 aprel 2024-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və təqsirləndirilən şəxsə təyin ediləcək qəti azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 dekabr 2024-cü il tarixdən hesablanmalıdır.
77. Eyni zamanda, məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə (həmçinin CPM-in 158.2-ci maddəsinə əsasən ev dustaqlığında saxlama müddətinə) bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək qəti azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 8 fevral 2022-ci il tarixdən hesablanmalıdır.
78. Zərərçəkmiş şəxs vurulan maddi ziyan tam ödənilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması ona izah edilməlidir.
79. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
80. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
81. İş üzrə üzərinə həbs qoyulmuş əmlak, mülki iddia və məhkəmə məsrəfinin olmaması nəzərə alınmalıdır.
82. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
83. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
84. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6(altı) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 1(101)-1140/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 5(beş) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 6 (altı) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 8(səkkiz) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə məhkəməyədək icraat zamanı 19 aprel 2024-cü il tarixdən 20 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs1 üzərində 8 (səkkiz) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 19 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində hazırkı iş üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 may 2024-cü il tarixli, 1(103)-28/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 10(on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 8 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində hazırkı iş üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Maddi sübut olan "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli olan əmlak, mülki iddia və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxsə cinayət əməli nəticəsində ona vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.