Məhkəmə qərarları › İş №1(101)-968/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-968/2021

12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-968/2021 12.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, Hüseynov Telman Qulaməli oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X3, müdafiəçilər - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxx 1987-ci ildə Ermənistan Respublikasının Kirovakan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 1/4, mənzil 16-da qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə, 10 avqust 1988-ci ildə Qubadlı rayonu, Başarat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 20/47A, mənzil 34-da qeydiyyatda olan, həbs olunanadək həmin ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qəsdən tamah məqsədilə İran İslam Respublikasının ərazisində yaşayan Rəsul adlı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələr sayılan heroini, tiryəki, qurudulmuş marixuananı və metadonu, eləcə də külli miqdarda psixotrop maddə sayılan metamfetamini və külli miqdarda güclü təsir edən maddə sayılan preqabalini İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək Azərbaycan Respublikasına gətirmiş, eləcə də Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarında olan razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq qəsdən tamah niyyəti ilə həmin külli miqdarda narkotik vasitələr, psixotrop maddələr və güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Bundan başqa, ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qəsdən tamah məqsədilə Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələr sayılan heroini, tiryəki, qurudulmuş marixuananı və metadonu, eləcə də külli miqdarda psixotrop maddə sayılan metamfetamini və külli miqdarda güclü təsir edən maddə sayılan preqabalini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə, o, 2020-ci ilin sentyabr ayının əvvəllərində Rəsul adlı İran İslam Respublikasının ərazisində yaşayan şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qəsdən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələr sayılan heroini, metadonu, tiryəki, qurudulmuş marixuananı, külli miqdarda psixotrop maddə olan metamfetamini və külli miqdarda güclü təsir edən maddə olan preqabalini İran İslam Respublikasından qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasına gətirilməsi və sonradan satılması barədə razılığa gəlmişlər. Rəsul adı ilə məlum olan İran İslam Respublikasının ərazisində yaşayan şəxs 2020-ci ilin sentyabr ayında külli miqdarda 19736,04 qram çəkidə narkotik vasitə sayılan heroini, külli miqdarda 104,44 qram çəkidə narkotik vasitə sayılan metadonu, külli miqdarda 3788,18 qram çəkidə narkotik vasitə sayılan qurudulmuş marixuananı, külli miqdarda 10149,75 qram çəkidə narkotik vasitə sayılan tiryəki, külli miqdarda 19786,10 qram çəkidə psixotrop maddə olan metamfetamini və külli miqdarda 75 qram çəkidə güclü təsir edən maddə olan preqabalini qanunsuz olaraq əldə edib İran İslam Respublikasından qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar şəxsiyyətləri istintaqa məlum olmayan şəxslər vasitəsi ilə daşınıb keçirilməsini və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində gizlədilməsini təşkil etdikdən sonra 17 sentyabr 2020-ci il tarixdə bir neçə dəfə Təqsirləndirilən şəxs1la “Whatsapp” mobil proqram təminatı vasitəsi ilə əlaqə saxlayaraq narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri götürməyi bildirib onların gizlədildiyi yerin fotoşəkillərini sonuncuya göndərmişdir. Təqsirləndirilən şəxs1 Rəsul adlı şəxslə aralarında olan ümumi cinayətkar niyyətin reallaşdırılması məqsədi ilə həmin gün tanışı Təqsirləndirilən şəxs2 ilə görüşərək 100 manat müqabilində narkotik vasitələri, psixotorop və güclü təsir edən maddələri birlikdə əldə etmək və yaşadığı ünvana daşımaq barədə sonuncu ilə razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 18 sentyabr 2020-ci il tarixdə, təxminən saat 00:30-da Təqsirləndirilən şəxs2 idarə etdiyi «Mersedes Benz» markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində Bakı-Pirşağı dəmir yolu xəttinə gələrək sonuncu ilə əvvəlcədən əldə edilmiş ümumi razılığa uyğun olaraq Rəsul adlı şəxsin bildirdiyi yerdən içərisində narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələr olan 3 (üç) ədəd sintetik materialdan hazırlanmış kisələri əldə edib Təqsirləndirilən şəxs2 onu gözlədiyi avtomobil istiqamətində daşıyarkən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanılmışdır. Aşkar olunmuş 3 (üç) ədəd kisələrə keçirilmiş baxış zamanı müxtəlif bağlamalarda qrupa məxsus külli miqdarda 19736,04 qram çəkidə narkotik vasitə sayılan heroin, külli miqdarda 104,44 qram çəkidə narkotik vasitə sayılan metadon, külli miqdarda 3788,18 qram çəkidə narkotik vasitə sayılan qurudulmuş marixuana, külli miqdarda 10149,75 qram çəkidə narkotik vasitə sayılan tiryək, külli miqdarda 19786,10 qram çəkidə psixotrop maddə olan metamfetamin və külli miqdarda 75 qram çəkidə güclü təsir edən maddə olan preqabalin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 2020-ci ilin sentyabr ayının əvvəllərində Rəsul adlı İran İslam Respublikasının ərazisində yaşayan şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qəsdən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələr sayılan heroini, metadonu, tiryəki, qurudulmuş marixuananı, külli miqdarda psixotrop maddə olan metamfetamini və külli miqdarda güclü təsir edən maddə olan preqabalini İran İslam Respublikasından qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasına gətirilməsi və sonradan satılması barədə razılığa gəlmişlər. Rəsul adı ilə məlum olan İran İslam Respublikasının ərazisində yaşayan şəxs 2020-ci ilin sentyabr ayında külli miqdarda 19736,04 qram çəkidə narkotik vasitə sayılan heroini, külli miqdarda 104,44 qram çəkidə narkotik vasitə sayılan metadonu, külli miqdarda 3788,18 qram çəkidə narkotik vasitə sayılan qurudulmuş marixuananı, külli miqdarda 10149,75 qram çəkidə narkotik vasitə sayılan tiryəki, külli miqdarda 19786,10 qram çəkidə psixotrop maddə olan metamfetamini və külli miqdarda 75 qram çəkidə güclü təsir edən maddə olan preqabalini qanunsuz olaraq əldə edib İran İslam Respublikasından qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar şəxsiyyətləri istintaqa məlum olmayan şəxslər vasitəsi ilə daşınıb keçirilməsini və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində gizlədilməsini təşkil etdikdən sonra 17 sentyabr 2020-ci il tarixdə bir neçə dəfə Təqsirləndirilən şəxs1la “Whatsapp” mobil proqram təminatı vasitəsi ilə əlaqə saxlayaraq narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələri götürməyi bildirib onların gizlədildiyi yerin fotoşəkillərini sonuncuya göndərmişdir. Təqsirləndirilən şəxs1 Rəsul adlı şəxslə aralarında olan ümumi cinayətkar niyyətin reallaşdırılması məqsədi ilə həmin gün tanışı Təqsirləndirilən şəxs2 ilə görüşərək 100 manat müqabilində narkotik vasitələr, psixotorop və güclü təsir edən maddələri birlikdə əldə etmək və yaşadığı ünvana daşımaq barədə sonuncu ilə razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 18 sentyabr 2020-ci il tarixdə, təxminən saat 00:30-da Təqsirləndirilən şəxs2 idarə etdiyi «Mersedes Benz» markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində Bakı-Pirşağı dəmir yolu xəttinə gələrək sonuncu ilə əvvəlcədən əldə edilmiş ümumi razılığa uyğun olaraq Rəsul adlı şəxsin bildirdiyi yerdən içərisində narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələr olan üç ədəd sintetik materialdan hazırlanmış kisələri əldə edib Təqsirləndirilən şəxs2 onu gözlədiyi avtomobil istiqamətində daşıyarkən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı saxlanılmışdır. Aşkar olunmuş 3 (üç) ədəd kisələrə keçirilmiş baxış zamanı müxtəlif bağlamalarda qrupa məxsus külli miqdarda 19736,04 qram çəkidə narkotik vasitə sayılan heroin, külli miqdarda 104,44 qram çəkidə narkotik vasitə sayılan metadon, külli miqdarda 3788,18 qram çəkidə narkotik vasitə sayılan qurudulmuş marixuana, külli miqdarda 10149,75 qram çəkidə narkotik vasitə sayılan tiryək, külli miqdarda 19786,10 qram çəkidə psixotrop maddə olan metamfetamin və külli miqdarda 75 qram çəkidə güclü təsir edən maddə olan preqabalin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, X7 iki ildir ki, tanımışdır. O, Tofiqin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bilmişdir. Tofiq bir dəfə Rəsul adlı İran İslam Respublikasının vətəndaşı olan tanışının olduğunu və Rəsulun narkotik vasitələrin satışı ilə məşğul olduğunu ona bildirmişdir. Tofiq bunu dedikdən sonra ona təklif etmişdir ki, Rəsulun tanıdığı adamlar Bakı şəhərinin müxtəlif yerlərində narkotik vasitələri müəyyən yerlərə yerləşdirəcək, həmin ərazinin fotoşəkillərini “Whatsapp” vasitəsi ilə Tofiqə bildirəcək, sonuncu da bu barədə ona məlumat verəcək, bundan sonra o, həmin narkotik vasitələri götürüb Rəsulun dediyi yerlərə aparacaq və bunun müqabilində də ona müəyyən məbləğdə ödəniş ediləcəkdir. O, Tofiqin təklifi ilə razılaşmışdır. O, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əvvəllər o, ancaq bir dəfə tanışı Tofiqdən az miqdarda narkotik vasitə əldə etmişdir. İran vətəndaşı olan Rəsul adlı şəxslə əvvəllər Tofiq özü əlaqə saxlamışdır. Lakin sonra Tofiq narkotik vasitələrin satışı ilə məşğul olduğundan tutulmuşdur. Tofiq tutulduqdan sonra bir müddət onun Tofiqlə əlaqəsi kəsilmişdir. Tofiq tutulmamışdan əvvəl bir dəfə onun telefonu vasitəsi ilə Rəsulla “Whatsapp” vasitəsi ilə danışmışdır. Ona görə də Rəsul adlı şəxs onun nömrəsini bilmişdir. Tofiq həbs olunduqdan bir neçə ay sonra Rəsul ona zəng edərək yaxın vaxtlarda narkotik vasitələri Bakı şəhərində yerləşdirəcəyini və bundan sonra həmin ərazinin yerini ona bildirəcəyini, onun da Rəsulun dediyi yerdən gedib həmin narkotik vasitələri götürüb Rəsulun dediyi yerlərə yerləşdirməli olduğunu demişdir. O, Rəsulun bu təklifi ilə razılaşmışdır. Rəsul ona narkotik vasitə “kakos” və “şüşə” göndərməli imiş. Rəsul, həmçinin bu dəfə böyük miqdarda narkotik vasitələrin göndərilməsini təşkil edəcəyini bildirmişdir. Rəsulun göndərdiyi narkotik vasitələrin çəkisi təxminən 70 kiloqrama yaxın olmuşdur. Təqsirləndirilən şəxs2 taksi xidməti ilə məşğul olmuşdur. Rəsul birinci dəfə ona narkotik vasitə göndərdiyi vaxt o, Rəsulun dediyi yerə Elnurla getmişdir. Lakin Elnur həmin vaxt Rəsulun ona narkotik vasitə göndərdiyini və onun narkotik vasitələri götürmək üçün həmin yerə getdiyini bilməmişdir. Rəsul 70 kiloqram çəkidə narkotik vasitəni yerləşdirdikdən və həmin yeri ona bildirdikdən sonra o, yenidən Elnurdan onu həmin yerə aparmasını xahiş etmişdir. Eyni zamanda o, Elnurla birlikdə Rəsulun dediyi yerə getdikdə onun bacısı oğlu Şahid da onlarla birlikdə olmuşdur. Belə ki, həmin gün o, Elnurla əvvəl “Şamaxinka” ərazisində görüşmüşlər. Sonra onlar birlikdə “Razin” qəsəbəsinə bazardan paltar almağa getmişlər. Daha sonra isə onlar birlikdə nahar etmişlər. Sonra onlar birlikdə “Razindən” Binəqədi rayonu istiqamətinə, oradan isə Sumqayıta evə getməli imişlər. Onlar evə gedərkən bacısı oğlu Kənan ona zəng edərək evə getmək istədiyini bildirmiş və “20 Yanvar” metro stansiyası yaxınlığında olduğunu demişdir. Sonra Elnur maşını Kənanın olduğu yerə sürmüş və onlar yolüstü Kənanı götürmüşlər. Onlar yolda olarkən Rəsul ona zəng edərək narkotik vasitələri Pirşağı qəsəbəsində “Dəmiryolu Stansiyasının” yaxınlığındakı zibil qutularının yaxınlığındaki kolluğun içərisində yerləşdirildiyini bildirmiş və ondan gedib həmin narkotik vasitələri götürməyi istəmişdir. O da həmin vaxt Elnurdan Pirşağıya sürməsini xahiş etmişdir. Elnur da onun sözünü yerə salmamış və onlar üçü birlikdə Pirşağı qəsəbəsinə getmişlər. Lakin nə Elnurun, nədə ki, Kənanın narkotik vasitədən xəbərləri olmamışdır. O, Elnur və Kənana Pirşağıda işinin olduğunu bildirmişdir. Lakin o, işinin nədən ibarət olmasını Elnur və Kənana deməmişdir. Elnurun işi onu taksi sürücüsü kimi Pirşağıya aparmaqdan ibarət olmuşdur. Onlar Pirşağı qəsəbəsinə gedərkən Elnur yolda maşını saxlamış və Kənan mağazadan sok almaq üçün maşından düşmüşdür. Kənan sok alıb maşına qayıtdıqdan sonra onlar yola davam etmişlər. Onlar Pirşağı qəsəbəsində “Dəmiryolu Stansiyası” kimi tanınan əraziyə çatdıqda, Elnur maşını saxlamış və o, Rəsulun dediyi yerdən narkotik vasitələri götürmək üçün maşından düşmüşdür. O, maşından düşdükdə Elnura və Kənana onu maşında gözləmələrini bildirmişdir. Ona görə də Elnur və Kənan onu maşında gözləmişlər. Sonra o, Rəsulun dediyi yerə yaxınlaşmış və sonuncunun dediyi yerdə kisələrdə narkotik vasitələrin olduğunu görmüşdür. O, həmin narkotik vasitələri götürmək istədikdə DTX-nın maskalı əməkdaşları onu tutmuşlar. Həmin vaxt hava qaraldığından Kənan və Elnur onu görməmişlər. Sonra DTX-nin əməkdaşları Elnurla Kənanı da tutmuşlar. Bundan sonra DTX-nin əməkdaşları onları DTX-nın Sabunçu rayon şöbəsinə aparmışlar. Orada onların iştirakı ilə narkotik vasitələrin olduğu kisələr DTX-nin əməkdaşları tərəfindən açılmış və kisələrdə olan narkotik vasitələr çıxarılaraq yerə düzülmüşdür. Kisələrdə olan narkotik vasitələrin çəkisi ölçülmüş və narkotik vasitələrin çəkisi Rəsulun ona dediyi çəkidə olmuşdur. Bundan sonra bu barədə protokol tərtib olunmuş və o, kisələrdə olan narkotik vasitələrin çəkisi ilə razılaşaraq həmin protokolu imzalamışdır. Onun Rəsulun göndərdiyi narkotik vasitələri satmaq kimi fikri olmamışdır. O, Rəsulla əldə etdiyi razılığa əsasən sonuncunun Bakı şəhərində yerləşdirdiyi narkotik vasitələri götürüb Rəsulun dediyi yerlərə qoymalı və bunun müqabilində Rəsul ona pul verməli imiş. O, qaçaqmalçılıq yolu ilə narkotik vasitəni heç vaxt keçirməmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 240.3.2-ci maddələri ilə ona bəraət verilməsini və Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, əvvəllər Sumqayıt şəhərində avtomobillərin yuyulması obyektini işlətmişdir. Lakin sonradan işləri pis getdiyindən o, taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. O, Vüqarı tutulmamışdan təxminən 3-4 ay əvvəl tanımışdır. O, yuyulma obyektini işlətməklə yanaşı həm də taksi fəaliyyəti ilə məşğul olmuşdur. Vüqar da onun taksi fəaliyyəti ilə məşğul olduğunu bilmişdir. Hadisə baş verən gün o, Sumqayıtdan əmisi ilə birlikdə “20 Yanvar” metrosu yaxınlığına gəlmiş və əmisini düşürdükdən sonra Vüqar ona zəng edərək “Şamaxinkaya” getmək istədiyini bildirmişdir. O da Vüqarla razılaşaraq sonuncu ilə görüşmüşdür. Sonra onlar “Şamaxinkadan” “Razin” qəsəbəsinə paltar almağa getmişlər. Onlar paltar aldıqdan sonra birlikdə nahar etmişlər. Onlar “Razindən” Binəqədiyə tərəf getdikdə Vüqarın bacısı oğlu Şahid Vüqara zəng edərək “20 Yanvar” metrosu yaxınlığında olduğunu və evə getmək istədiyini bildirmişdir. Vüqar da Kənana cavab vermişdir ki, “elə biz də evə gedirik, gəl səni də evə aparaq”. Kənan da Vüqarla razılaşmışdır. Sonra onlar birlikdə gedib Kənanı “20 Yanvar” metrosu yaxınlığından götürmüşlər. Onlar maşında olarkən Vüqara zəng gəlmişdir. Lakin o, Vüqara kimin zəng etdiyini bilməmişdir. Vüqar həmin şəxslə telefonla danışdıqdan sonra ona maşını Pirşağı qəsəbəsi ərazisinə sürməli olduğunu bildirmişdir. O da Vüqarla razılaşmışdır. Onlar Mehdiabadda işıqforun yanından dönərək Pirşağıya tərəf getmişlər. O, Vüqarın Pirşağı qəsəbəsi ərazisinə narkotik vasitələr əldə etmək üçün getdiyini bilməmişdir. Əgər bu barədə onun məlumatı olsaydı, o, heç vaxt Vüqarla Pirşağı qəsəbəsinə getməzdi. Onlar Pirşağı qəsəbəsindəki “Dəmiryolu Stansiyasına” təxminən axşam saat 23:00 radələrində çatmışlar. Onlar “Dəmiryolu Stansiyası” yaxınlığına çatdıqda o, maşını zibil qutularının yaxınlığında saxlamışdır. O və Vüqarın bacısı oğlu Kənan maşında qalmışlar. Vüqar isə maşından düşərək kolluq tərəfə getmişdir. O, maşında telefonu ilə məşğul olmuşdur. Bu zaman birdən Kənan qışqırmışdır ki, “maskalılar gəldi”. O, çölə baxdıqda çoxlu sayda maskalı şəxs görmüşdür. Həmin vaxt o, maskalı şəxslərin kim olduğunu bilməmişdir. Ona görə də o, bundan qorxmuş və tez maşını işə salaraq oradan uzaqlaşmaq istəmişdir. Lakin maskalı şəxslər onları saxlamışlar və sonra DTX-nin Sabunçu rayon şöbəsinə aparmışlar. O, DTX-nın Sabunçu rayon şöbəsində ifadə verərkən bildirmişdir ki, onun narkotik vasitələrlə bağlı heç bir məlumatı olmamış, ümumiyyətlə onu bu işə aidiyyəti olmamışdır. O, narkotik vasitələrin dövriyyəsi, satışı ilə heç vaxt məşğul olmamışdır. O, Vüqarın Pirşağı qəsəbəsindəki “Dəmiryolu Stansiyası” yaxınlığına narkotik vasitələr əldə etmək üçün getdiyini bilməmişdir. Onun bu işə aidiyyəti yoxdur. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona elan olunmuş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə aidiyyətinin olmaması, habelə Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 206.3.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə aidiyyətinin olmaması və özünü təqsirli bilməməsi ilə bağlı hissədə verdikləri ifadələrini məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda məhkəmə istintaqında verdikləri ifadələri mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında ibtidai istintaq zamanı vermiş olduqları ifadələrdən fərqli məzmunda ifadə verərək cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşlər. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, 17 sentyabr 2020-ci il tarixdə axşam saatlarında əsgər yoldaşları ilə görüşmək üçün Sumqayıt şəhərindən Bakı şəhərinə getmişdir. O, Bakı şəhərində “Memar Əcəmi” metro stansiyasının yaxınlığında olarkən dayısı Təqsirləndirilən şəxs1 ona zəng edərək harada olduğunu soruşmuşdur. O da “Memar Əcəmi” metro stansiyasının yaxınlığında olduğumu dayısına bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 onu “Velotrek” deyilən ərazidə gözlədiyini və tez bir zamanda Sumqayıt şəhərinə qayıtmaq üçün oraya gəlməyini tapşırmışdır. Sonra o, taksi ilə Təqsirləndirilən şəxs1 dediyi “Velotrekin” qarşısına getmişdir. O, orada içərisində Təqsirləndirilən şəxs1 olduğu və Vüqarın dostu Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə əyləşmişdir. O, avtomobilə əyləşdikdən sonra Təqsirləndirilən şəxs1 kiminləsə “Whatsapp” vasitəsi ilə danışdığını və həmin vaxt dayısı Vüqarın çox əsəbi olduğunu görmüşdür. O, Bakı şəhərini yaxşı tanımadığı üçün Təqsirləndirilən şəxs2 avtomobili hansı istiqamətdə sürdüyünü dəqiq bilməmişdir. Lakin onlar yolda olan zaman Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tapşırığı ilə avtomobilini yolun kənarında olan mağazanın qarşısında saxlamış və o, avtomobildən düşərək mağazadan su, siqaret və şirniyyat almışdır. Daha sonra onlar yola davam etmişlər və təxminən 10 dəqiqədən sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tapşırığı əsasında “stansiya” kimi tanınan yeri keçərək yolun kənarında avtomobili saxlamışdır. Təqsirləndirilən şəxs1 avtomobildən düşərək orada olan ağaclıq əraziyə getmiş və onlara avtomobili tərk etməməyi tapşırmışdır. Təxminən bir-iki dəqiqədən sonra onlar qəflətən səs-küy eşitmişlər və ağaclıq tərəfdən kimlərinsə onların olduqları avtomobil tərəfə gəldiklərini görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 qorxduğu üçün qəflətən avtomobili sürüb oradan uzaqlaşmışdır. Lakin yolda avtomobilin təkərləri cırıldığından onlar məcbur olub yolun kənarında avtomobili saxlamışlar. Həmin zaman bir neçə nəfər onlara yaxınlaşaraq özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları kimi təqdim etmişlər və onları DTX-nın Sabunçu rayon idarəsinə aparmışlar. Orada onların iştirakı ilə DTX əməkdaşları tərəfindən 3 (üç) ədəd kisəyə videoçəkilişlə baxış keçirilmiş və həmin kisələrdə çoxlu sayda narkotik vasitələr olmuşdur. Onun həmin narkotik vasitələrə heç bir aidiyyəti olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 sentyabr 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 16-20) görünür ki, 18 sentyabr 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşlar və onların saxlanıldığı hadisə yerinə keçirilmiş baxış zamanı oradan külli miqdarda, ümumi çəkisi 19736,04 qram təşkil edən narkotik vasitə olan heroin, ümumi çəkisi 10149,75 qram təşkil edən narkotik vasitə olan tiryək, ümumi çəkisi 3788,18 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, ümumi çəkisi 104,44 qram təşkil edən narkotik vasitə olan metadon, ümumi çəkisi 19786,10 qram təşkil edən psixotrop maddə olan metamfetamin və ümumi çəkisi 75,00 qram təşkil edən güclü təsir edən maddə olan preqabalin aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 sentyabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 41-42) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 sentyabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 70-71) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 sentyabr 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 94-95) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 sentyabr 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 110- 111) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 sentyabr 2020-ci il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-474/20 saylı qərarından (cild 1, iş vərəqə 140-141) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 18 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 sentyabr 2020-ci il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-475/20 saylı qərarından (cild 1, iş vərəqə 142-143) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 18 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnamələrindən (cild 1, iş vərəqə 194-195) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş arayışdan (cild 1, iş vərəqə 236) görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 03 aprel 2013-cü il təvəllüdlü Telman adlı övladı var. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 1, iş vərəqə 237) görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 20/47, mənzil 34-də yaşadığı müddət ərzində barəsində 5 saylı Mənzil Komunal Sahəsinə heç bir şikayət daxil olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 1, iş vərəqə 240) görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 4/1, mənzil 16-da yaşadığı müddət ərzində barəsində 5 saylı Mənzil Komunal Sahəsinə heç bir şikayət daxil olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 1954 saylı rəyindən (cild 1, iş vərəqə 242-243) görünür ki, Təqsirləndirilən şəxs1 halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 ittiham edilən əməl dövründə öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, həmçinin onlara ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs1 törətdiyi əməllər barəsində anlaqlı hesab olunmalıdırlar. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 1955 saylı rəyindən (cild 1, iş vərəqə 244-245) görünür ki, Təqsirləndirilən şəxs2 halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 ittiham edilən əməl dövründə öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, həmçinin onlara ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs2 törətdiyi əməllər barəsində anlaqlı hesab olunmalıdırlar. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 2689 saylı rəyindən (cild 2, iş vərəqə 1-2) görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyin əlamətəri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab cəkmir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 2690 saylı rəyindən (cild 2, iş vərəqə 3-4) görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyin əlamətəri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab cəkmir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 oktyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/678 saylı məhkəmə bioloji ekspertizası rəyindən (cild 2, iş vərəqə 39-40) görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd yaşıl rəngli sintetik torbadakı 7 (yeddi) ədəd qara rəngli sellofan torbada və 1 (bir) ədəd şəffaf sellofan bağlamada ümumi təmiz çəkisi 3787,88 qram (0,4 qram çəkidə maddə tədqiqatın aparılması üçün istifadə edilmiş və qalıq çəki 3787,48 qram təşkil edir) təşkil edən bitki mənşəli kütlə çətənə (kannabis) bitikisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 oktyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/2017 saylı ekspertiza rəyindən (cild 2, iş vərəqə 26-31) görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Zərflər üçün N 95” və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Arayışlar üçün N 214” dairəvi möhür əksləri olan 3 ədəd polietilen torbadakı, 10 ədəd bağlamada ümumi təmiz çəkisi 10149,45 qram olan tünd-qəhvəyi rəngli qətrana bənzər maddələr kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. 18 ədəd polietilen torbada nəm halda çəkisi 29546,70 qram - qurudulduqda çəkisində itki nəzərə alınmaqla 19722,42 qram və bir ədəd kiçik ölçülü polietilen paketdətəmiz çəkisi 13,350 qram olan qəhvəyi rəngli quru maddə kustar hazırlanmış narkotik vasitə heroindir. Heroinin quru halda ümumi təmiz çəkisi 19735,77 qram təşkil edir. 20 ədəd polietilen torbada ümumi təmiz çəkisi çəkisi 19785,60 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd “Vata” yazısı olan plastik qabda 470 qram məhlul – kustar üsulla hazırlanmış sintetik narkotik vasitə - metadon məhluludur və həmin məhlulda metadonun quru maddəsinin təmiz çəkisi 0,470 qramdır. Üzərində “Methadone 40 Faron” göstəriciləri olan 250 konvolyutda 2492 ədəd həb F,M40 göstəricili həb, üzərində “Methadone 40 Zangros Darou” göstəriciləri olan 10 ədəd konvolyutda 95 ədəd Z/40 göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin (2587 ədəd həb) tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 103,48 qram təşkil edir. Üzərində “Pregabalin 150 X14 08 2021” göstəriciləri olan 9 ədəd konvolyutda 157 ədəd kapsul, üzərində “Pregabalin Gabaprel 3000921” göstəriciləri olan 16 ədəd konvolyutda 157 ədəd kapsul, üzərində “Pregabalin Pregasol 150 12 2021 Amin Pharmaceuticals” göstəriciləri olan 6 ədəd konvolyutda 57 ədəd kapsul, üzərində ”Pregabalin *** ** ** Sobhan Darou” gösəriciləri olan 2 ədəd konvolyutda 27 ədəd dərman kapsullarının əsas təsiredici maddəsi preqabalindir və həmin kapsulların (ümumi sayı 328 ədəd kapsul) tərkiblərində preqlabinin təsir maddəsinin ümumi miqdarı 72,750 qram təşkil edir. Üzərində “Xalerban Rivaroksaban” göstəriciləri olan qutudakı həblərin əsas təsiredici maddəsinin rivoraksaban, üzərində “Cardiosprin 80” göstəriciləri olan konvolyutdakı həblərin əsas təsiredici maddəsinin asetilsalisil turşusu, üzərində “Atrin 1 % 05 2021” 2 ədəd flakonda məhlulun əsas təsiredici maddəsinin atropin sulfat, üzərində “Hylagan” 01.2023” göstəriciləri olan 1 ədəd doldurulmuş şprisdəki məhlulun əsas təsiredici maddəsi natrium hialuronatdır və bu dərman preparatları “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildirlər. Qeyd: heroinin quru halda ümumi çəkisi 19735,77 qram, tədqiqata sərf edildi – 0,180 qram, qalıq 19735,59 qram. Metamfetaminin ümumi təmiz çəkisi – 19785,60 qram, tədqiqata sərf edildi – 0,200 qram, qalıq 19785,40 qram. Tiryəkin ümumi təmiz çəkisi 10149,45 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq 10149,35 qram. Pregabalin kapsullarının ümumi sayı 328 kapsul (təsiredici maddənin ümumi miqdarı 72, 750 qram), tədqiqata sərf edildi 4 kapsul, (təsiredici maddənin ümumi miqdarı 0,750 qram), qalıq 324 kapsul (təsiredici maddənin ümumi miqdarı 72 qram). Metadon məhlulunun həcmi 470 ml (təsiredici maddənin ümumi miqdarı 0,470 qram), tədqiqata sərf edildi 10 ml, qalıq 460 ml (təsiredici maddənin ümumi miqdarı 0,460 qram). Rivaroksaban 140 ədəd həb, tədqiqata sərf edildi – 1 ədəd həb,qalıq 139 ədəd həb. Kardiosprin 60 ədəd həb, tədqiqata sərf edildi- 1 ədəd həb, qalıq 59 ədəd həb. Atrin ümumi 20 ml, tədqiqata sərf edildi – 0,1 ml, qalıq 19,9 ml. Hylagan 2 ml, tədqiqata sərf edildi – 0,1 ml, qalıq 1,9 ml. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 noyabr 2020-ci il tarixli aktdan (cild 2, iş vərəqə 10) görünür ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin gün Təqsirləndirilən şəxs2 atası Əliyev Telman Müseyib oğluna qaytarılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 dekabr 2020-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 47-53) görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Apple iphone 11 pro max” markalı mobil telefona ***-***-**-** nömrəli sim-kart quraşdırılmış, həmçinin iş üzrə Təqsirləndirilən şəxs1 mobil telefona quraşdırılmış “Whatsapp” mesajlaşma tətbiqetməsi vasitəsi ilə İran İslam Respublikasında yaşayan Rəsul adlı şəxs ilə danışıqları, eləcə də qaçaqmalçılıq yolu ilə göndərilmiş külli miqdarda narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələrin gizlədildiyi yerlərin fotoşəkilərinin, eləcə də Rəsul adlı şəxsin həmin yerin izahını verməsi ilə bağlı səs yazıları mövcuddur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 dekabr 2020-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 54-56) görünür ki, Təqsirləndirilən şəxs2 məxsus «Honor 10 lite» markalı mobil telefona ***-***-**- ** və ***-***-**-** nömrəli sim-kartlar quraşdırılmış, həmçinin iş üzrə Təqsirləndirilən şəxs2 mobil telefona quraşdırılmış “Whatsapp” mesajlaşma tətbiqetməsi vasitəsi ilə digər Təqsirləndirilən şəxs1 ilə külli miqdarda narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələrin daşınması barədə vaxt təyinatı ilə bağlı danışıqlar aparmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 yanvar 2021-ci il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-13/21 saylı qərarından (cild 2, iş vərəqə 88-91) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində həbsdə saxlanılma müddəti 3 ay müddətinə, yəni 18 aprel 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 yanvar 2021-ci il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-12/21 saylı qərarından (cild 2, iş vərəqə 92-95) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində həbsdə saxlanılma müddəti 3 ay müddətinə, yəni 18 aprel 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 fevral 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından (cild 2, iş vərəqə 100) görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “İphone 11 pro max” markalı mobil telefon aparatının və olan quraşdırılmış ***-***-**-** nömrəli sim-kartın maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 fevral 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından (cild 2, iş vərəqə 101) görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş “Honor 10 lite” markalı mobil telefon aparatının və olan quraşdırılmış ***-***-**-** və ***-***-**-** nömrəli sim-kartların maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 fevral 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından (cild 2, iş vərəqə 104-106) görünür ki, əməliyyat-axtarış tədbirləri zamanı aşkar edilərək götürülmüş narkotik vasitələr, yəni təmiz halda çəkisi 19736,04 (on doqquz min yeddi yüz otuz altı tam yüzdə dörd) qram (0,267 qram maddə tədqiqatların aparılması üçün mütəxəssis, 0,18 qram isə ekspert tərəfindən istifadə edilmişdir), qalığı 19735,59 (on doqquz min yeddi yüz otuz beş tam yüzdə əlli doqquz) qram heroin, təmiz halda çəkisi 10149,75 (on min yüz qırx doqquz tam yüzdə yetmiş beş) qram (0,30 qram maddə tədqiqatların aparılması üçün mütəxəssis, 0,1 qram isə ekspert tərəfindən istifadə edilmişdir), qalığı 10149,35 (on min yüz qırx doqquz tam yüzdə otuz beş) qram tiryək, təmiz halda çəkisi 3788,18 (üç min yeddi yüz səksən səkkiz tam yüzdə on səkkiz) qram (0,3 qram maddə tədqiqatların aparılması üçün mütəxəssis, 0,4 qram isə ekspert tərəfindən istifadə edilmişdir), qalığı 3787,48 (üç min yeddi yüz səksən yeddi tam yüzdə qırx səkkiz) qram qurudulmuş marixuana, təmiz halda çəkisi 104,44 (yüz dörd tam yüzdə qırx dörd) qram (0,49 qram maddə tədqiqatların aparılması üçün mütəxəssis, 0,13 qram isə ekspert tərəfindən istifadə edilmişdir), qalığı 103,82 (yüz üç tam yüzdə səksən iki) qram metadon, psixotrop maddə - təmiz çəkisi 19786,10 (on doqquz min yeddi yüz səksən altı tam yüzdə on) qram (0,5 qram maddə tədqiqatların aparılması üçün mütəxəssis, 0,2 qram isə ekspert tərəfindən istifadə edilmişdir), qalığı 19785,40 (on doqquz min yeddi yüz səksən beş tam yüzdə qırx) qram metamfetamin və güclü təsir edən maddə - təmiz çəkisi 75 (yetmiş beş) qram (2,25 qram maddə tədqiqatların aparılması üçün mütəxəssis, 0,75 qram isə ekspert tərəfindən istifadə edilmişdir), qalığı 72 (yetmiş iki) qram olan güclü təsir edən maddə - preqabalinin iş üzrə maddi sübut kimi tannması və saxlanılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin maddi sübutlar otağına təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 fevral 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X4” X12 X2 Yoxlanılması Laboratoriyasında aparılmış ekspertizanın nəticəsi barədə 02 mart 2021-ci il tarixli, 194 saylı rəyindən (cild 2, iş vərəqə 110-112) görünür ki, aparılan tədqiqatlar nəticəsində təqdim edilən nümunələrin istehsalçı tərəfindən qablaşmalarının üzərində mövcudluğu haqqında məlumat verilmiş fəal təsiredici maddələrin eyniliyi və qablaşmalarının üzərində göstərilmiş miqdara uyğunluğu təsbit edilmişdir. Sözügedən nümunələrin yoxlanılmış digər fiziki-kimyəvi parametrlərində uyğunsuzluq aşkar edilməmişdir. Təqdim edilən nümunələr Azərbaycan Respublikası dərman vasitələrinin Reyestrində qeydiyyatdan keçmədiyi və qablaşmaları təsdiqlənmədiyi üçün əczaçılıq bazarında dövriyyəsi qadağandır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından (cild 2, iş vərəqə 127-140) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri üzrə yeni məzmunda ittihamın elan edilməsi, habelə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri üzrə yeni məzmunda ittihamın elan edilməsi, eləcə də Şahid barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 mart 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 144-145) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 mart 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 160-161) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 mart 2021-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından (cild 2, iş vərəqə 175-177) görünür ki, ********* nömrəli cinayət işinin materiallarından şəxsiyyəti istintaqa Rəsul adı ilə məlum olan İran İslam Respublikasında olan şəxs və qeyrilərinin barəsində, eləcə də digər xüsusatlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə cinayət işinin ayrılması və icraata qəbul edilərək ibtidai istintaqının davam etdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə verən şahidə bilavasitə, həmçinin müdafiəçilərinin vasitəsi ilə suallar vermişlər və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər (Təqsirləndirilən şəxs2 ittihamı bütövlükdə, Təqsirləndirilən şəxs1 isə ittihamı Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 240.3.2-ci maddələrinə nisbətdə mübahisələndirmiş). Təqsirləndirilən şəxslər tərəfindən onların hər birinə qarşı irəli sürülmüş ittihamın mübahisələndirilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, Təqsirləndirilən şəxs1 əməllərində Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində, Təqsirləndirilən şəxs2 əməllərində isə Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətlərinin olması və həmin cinayət əməllərinin təqsirləndirilən şəxslər tərəfindən qəsdən törədilməsi tam təsdiq olunur. Belə ki, Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə görə - narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi dedikdə qaçaqmalçılıq başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5, 12, 13 və 19-cu bəndlərinə əsasən – təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin, təmiz halda 500 qramdan artıq çəkidə qurudulmuş narkotik vasitə marixuana, təmiz halda 1,5 qramdan artıq çəkidə narkotik vasitə metadon, təmiz halda 50 qramdan artıq çəkidə narkotik vasitə tiryək, 2-ci Siyasının 67-ci bəndinə əsasən – təmiz halda 2 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, həqiqətən də Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Odur ki, məhkəmə qeyd edilən maddi hüquq normalarını və cinayət işinin bütün hallarını məcmu halda nəzərə alaraq, Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri, Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinməklə həmin maddələr üzrə ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cavan olmalarını, həmçinin Təqsirləndirilən şəxs2 evli olmaqla himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, onların ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələrini və yaşayış yeri üzrə müsbət xarakterizə olmalarını onların hər birinə nisbətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, onların cəzasını yüngülləşdirən halları, onların əməlində cəzanı ağırlaşdıran halların olmadığını, aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin çəkisini, həmin vasitə və maddələrin müxtəlif növlərə aid olmasını, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitə və psixotrop maddələrin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, eləcə də Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməllərin birisinin (narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı) transmilli cinayətə aid olduğunu, eləcə də, işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin sanksiyalarına uyğun şəkildə daha sərt həcmdə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, həmin cəzalar cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və onlara azadlıqdan məhrum etmə növündə sərt qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmçinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq qəti azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxslərin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onların tutulduğu vaxtdan, yəni 18 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan 30 sentyabr 2020-ci il tarixli 2689 saylı və 2690 saylı rəyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyin əlamətəri aşkar olunmur. Hal-hazırda onlar narkomaniya xəstəliyindən əzab cəkmir və onların narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə qeyd edilən rəyləri və təqsirləndirilən şəxslərə narkomaniyadan məcburi müalicənin təyin edilməsi üçün əsasların olmadığını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkəcəkləri müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin maddi sübutlar otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi təmiz halda 19735,59 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi təmiz halda 10149,35 qram təşkil edən narkotik vasitə tiryək, qalıq çəkisi təmiz halda 3787,48 qram təşkil edən qurudulmuş narkotik vasitə marixuana, qalıq çəkisi təmiz halda 103,82 qram təşkil edən narkotik vasitə metadon, qalıq çəkisi təmiz halda 19785,40 qram təşkil edən psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi 72 qram təşkil edən güclü təsir edən maddə preqabalin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir, eləcə də Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd mobil telefon, həmin telefona quraşdırılmış ***-***-**-** nömrəli sim-kart, digər Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd mobil telefon, həmin telefona quraşdırılmış ***- ***-**-** və ***-***-**-** nömrəli sim-kartlar hökm qanuni qüvvəsini aldıqdan sonra onların (hər birinə nisbətdə) yaxın qohumlarına qaytarılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 303 (üç yüz üç) manat 46 (qırx altı) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 303 (üç yüz üç) manat 46 (qırx altı) qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2ci maddəsi üzrə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 18 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi üzrə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 18 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin maddi sübutlar otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi təmiz halda 19735,59 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi təmiz halda 10149,35 qram təşkil edən narkotik vasitə tiryək, qalıq çəkisi təmiz halda 3787,48 qram təşkil edən qurudulmuş narkotik vasitə marixuana, qalıq çəkisi təmiz halda 103,82 qram təşkil edən narkotik vasitə metadon, qalıq çəkisi təmiz halda 19785,40 qram təşkil edən psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi 72 qram təşkil edən güclü təsir edən maddə preqabalin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd mobil telefon, həmin telefona quraşdırılmış ***-***-**-** nömrəli sim-kart, digər Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd mobil telefon, həmin telefona quraşdırılmış ***-***-**-** və ***- ***-**-** nömrəli sim-kartlar onların yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 303 (üç yüz üç) manat 46 (qırx altı) qəpik məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar