Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-968/2025 22.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X5 və X2 ibarət tərkibdə, X10 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, xeyli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, məlum olmayan mənbədən satış məqsədi ilə 20 (iyirmi) ədəd bükümdə kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ayrı- ayrılıqda təmiz çəkiləri 0,327 qram, 0,310 qram, 0,206 qram, 0,380 qram, 0,385 qram, 0,369 qram, 0,368 qram, 0,259 qram, 0,353 qram, 0,384 qram, 0,346 qram, 0,342 qram, 0,322 qram, 0,219 qram, 0,152 qram, 0,225 qram, 0,381 qram, 0,025 qram, 0,013 qram, 0,018 qram, ümumi təmiz çəkisi 5,384 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 03 (üç) ədəd bükümdə kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 0,324 qram, 0,061 qram, 0,077 qram, ümumi təmiz çəkisi 0,462 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 03 (üç) ədəd sellofan bükümdə tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 14,071 qram, 50,6 qram və 250,9 qram olmaqla, ümumi çəkisi 315,571 qram xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı ünvan 2 ünvanına daşımış, həmin çətənə (kannabis) bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 14,071 qram, yəni xeyli miqdarda olan hissəsini 01 ədəd bükümdə qablaşdırmaqla üzərində, ümumi təmiz çəkisi 301,5 qram, yəni xeyli miqdarda olan hissəsini isə 01 ədəd sellofan torbada və 01 ədəd şəffaf sellofan bükümündə, ümumi təmiz çəkisi 5,384 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini ayrı-ayrılıqda təmiz çəkiləri 0,327 qram, 0,310 qram, 0,206 qram, 0,380 qram, 0,385 qram, 0,369 qram, 0,368 qram, 0,259 qram, 0,353 qram, 0,384 qram, 0,346 qram, 0,342 qram, 0,322 qram, 0,219 qram, 0 152 qram, 0,225 qram, 0,381 qram, 0,025 qram, 0,013 qram, 0,018 qram olmaqla 20 (iyirmi) ədəd bükümdə və ümumi təmiz çəkisi 0,462 qram, yəni xeyli midqarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini ayrı-ayrılıqda təmiz çəkiləri 0,324 qram, 0,061 qram, 0,077 qram olmaqla 03 (üç) ədəd bükümdə qablaşdırmaqla yaşadığı evin həyətyanı sahəsinin girişinin sağ tərəfində yerləşən anbarda satış məqsədi ilə gizlədib saxlamış, 19 sentyabr 2024-cü il tarixdə, saat 12:15 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaşadığı həmin evin həyətinin qarşısında saxlanılaraq Təqsirləndirilən şəxs üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə, yuxarıda qeyd olunan narkotik vasitə qurudulmuş marixuananın bir hissəsi, yəni təmiz çəkisi 14,071 qram olan çətənə (kannabis) bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, həmin tədbirin davamı olaraq dərhal sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı ünvan 2 saylı evin həyətinin girişindən sağ tərəfdə olan anbara video çəkiliş vasitəsi ilə baxış keçirilən zaman oradakı stolun üstündə olan 01 (bir) ədəd sellofan torbanın və 01 (bir) ədəd şəffaf sellofan bükümün içərisindən üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana ilə tərkiblərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 301,5 qram, yəni xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 (bir) ədəd kiçik ölçülü dəmir qutunun içərisindən 20 (iyirmi) bükümdə kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 0,327 qram, 0 310 qram, 0,206 qram, 0,380 qram, 0,385 qram, 0,369 qram, 0,368 qram, 0,259 qram, 0,353 qram, 0,384 qram, 0,346 qram, 0,342 qram, 0,322 qram, 0,219 qram, 0,152 qram, 0,225 qram, 0,381 qram, 0,025 qram, 0,013 qram, 0,018 qram, ümumi təmiz çəkisi 5,384 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 03 (üç) ədəd bükümdə kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 0,324 qram, 0,061 qram, 0,077 qram, ümumi təmiz çəkisi 0,462 qram xeyli midqarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 (bir) ədəd ağ korpuslu elektron tərəzi və üzərində narkotik vasitə heroin izləri olan 01 (bir) ədəd gümüşü rəngli elektron tərəzi Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüşdür. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, xeyli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıma və üzərində saxlama cinayət əməlini törətmişdir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs tərəfindən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham mübahisələndirilərək, onun tərəfindən həmin ittiham qəbul edilməmişdir. Məhkəmədə ittiham tərəfini təmsil edən dövlət ittihamçısı ittiham tərəfinin təqdim etdiyi sübutların qanuniliyini, həmçinin təqsirləndirilən şəxsin cinayət əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsini müdafiə etmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri: İşdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün əhəmiyyətli olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiqinin aparılmasından və iş üzrə həqiqətin müəyyən edilməsindən ötrü, həmçinin məhkəmə araşdırması zamanı proses tərəflərinin birini digəri qarşısında zəif duruma salmayacaq şərtlər daxilində hər bir tərəfin (həm ittiham, həm müdafiə tərəfinin) sübutlarını və mövqeyini təqdim etməsi şəraitində keçirilmiş məhkəmə araşdırmasında cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri aşağıdakılardan ibarət olmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tutulana qədər fəhləçiliklə məşğul olmuşdur. Ona elan edilmiş ittihamda göstərilmişdir ki, güya polis əməkdaşları onu yaşadığı ünvanda saxlamışlar. Lakin polis əməkdaşları əslində onu fəhlə kimi işlədiyi evin həyətində saxlamışlar. Polis əməkdaşları onun fəhlə kimi işlədiyi evə gəlmişlər və ev sahibi qapını açdıqda içəri daxil olmuşlar. Polis əməkdaşları içəri daxil olduqdan sonra ona təklif etmişlər ki, üzərində narkotik vasitə varsa onlara təhvil versin. O da üzərində olan bir büküm narkotik maddə marixuananı polis əməkdaşlarına vermişdir. Polis əməkdaşları narkotik vasitənin miqdarının az olduğunu bildirdikdə o, özündə olan bütün narkotik vasitəni onlara təhvil verdiyini və əlavə narkotik vasitənin olmadığını bildirmişdir. Daha sonra onu evin həyətindən bayıra çıxartmışlar və videoçəkiliş aparmışlar. Videoçəkiliş elə formada aparılmışdır ki, güya onu avtomobilindən düşəndə saxlamışlar. Lakin onu əslində evin həyətində saxlamışlar. Polis əməkdaşları ona bildirmişlər ki, əgər onların dedikləri ilə razılaşsa, ev sahibinə və həyətdə olan digər şəxslərə problem yaratmayacaqlar. Əks halda, dediklərini etməsə, ev sahibini və həyətdə olan digər şəxsləri də aparacaqlarını bildirmişlər. Bu zaman o, məcbur qalaraq polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Polis əməkdaşları onun üzərinə az miqdarda narkotik vasitə qoyacaqlarını və buna görə də narahat olmamağını bildirmişlər. Onu polis əməkdaşları saxlayan zaman əslində üzərində bir bükümdə çəkisi 10 (on) qrama yaxın narkotik maddə marixuana olmuşdur. Həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır. Polis əməkdaşları digər şəxsləri incitməsinlər deyə, videoçəkiliş zamanı məcburən polis əməkdaşlarının dediklərini demişdir. Sonra isə onu Polis idarəsinə aparmışlar. Onu ilk olaraq evin həyətində saxladıqları zaman çölə çıxartmışlar və videoçəkilişi çöldə həyata keçirtməyə başlamışlar. Bu zaman videoçəkiliş elə həyata keçirilmişdir ki, güya polis əməkdaşları onu avtomobilindən düşərkən saxlamışlar. Saxlanıldığı yerdə keçirilən videoçəkiliş zamanı o, üzərində olan 10 (on) qram narkotik vasitə marixuananı polis əməkdaşlarına təhvil verdikdən sonra bildirmişdir ki, digər narkotik vasitələri həyətdə gizlətmişdir. Videoçəkiliş ilə həyətə daxil olduqları zaman onun paltarlarını dəyişmək üçün istifadə etdiyi əl damına daxil olmuşlar və orada stolun üzərində olan ayrı-ayrı bükümlərdə narkotik vasitələr videoçəkilişlə polis əməkdaşları tərəfindən götürülmüşdür. Lakin həmin narkotik vasitələr ona məxsus olmamışdır, onları oraya videoçəkilişdən öncə polis əməkdaşları qoymuşlar. Onun üzərində sadəcə 10 (on) qrama yaxın marixuana olmuşdur. Polis əməkdaşları ona psixoloji təzyiqlər, həmçinin fiziki təzyiqlər də etmişlər. Onu həyətdə saxladıqları zaman polis əməkdaşları onun başına bir neçə dəfə zərbə endirmişlər. Təqsirləndirilən şəxs daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, polis əməkdaşları onu işlədiyi evin həyətində saxlamışlar. Polis əməkdaşları onu saxlayan zaman üzərində sadəcə bir bükümdə çəkisi 10 (on) qrama yaxın marixuana olmuşdur. O, polis əməkdaşları tərəfindən saxlanıldığı evdə yaşamırmış, orada fəhlə kimi işləyirmiş və onun saxlanıldığı zaman ev sahibi evdə olmuş, hətta qapını polis əməkdaşlarına ev sahibi açmışdır. Polis əməkdaşlarının dediklərini etməsə, incidəcəklərini bildirdikləri adamlar onun tanışı olmamışdır. Sadəcə olaraq istəməzdi ki, ona görə kiminsə başı ağrısın. O, narkotik vasitənin marixuana növündən istifadə etmişdir. Saxlanıldığı vaxtdan təxminən 2- 3 ay əvvəl narkotik vasitə istifadə etməyə başlamışdır. Əvvəllər narkotik vasitə ilə bağlı məhkum olunmuşdur. Üzərində olan 10 (on) qrama yaxın marixuanadan başqa ittihamda qeyd edilən digər narkotik vasitələri polis əməkdaşları özləri videoçəkilişdən öncə öz avtomobillərindən götürmüşlər, bu zaman onu həyətdən çöldə saxlamışlar, polis əməkdaşları paketlə içəri daxil olmuşlar. Ev sahibi və digər şəxslər polis əməkdaşlarına onu neçə müddətdir tanıdıqlarını və onda belə bir şey görmədiklərini bildirmişlər. Bu zaman polis əməkdaşları onlara qarışmamalarını bildirmişlər. İttihamda qeyd edilən 10 (on) qrama yaxın marixuanadan başqa digər bükümlər ona məxsus olmamışdır. O, heç vaxt narkotik vasitə satmamış və ondan heç kim narkotik vasitə istəməmişdir. Polis əməkdaşları onun işlədiyi evin həyətinə daxil olarkən onda narkotik vasitə olub-olmadığını soruşmuşlar. O da üzərində olan 10 qrama yaxın marixuananı təqdim etmişdir. Polis əməkdaşları dediklərini etməsə, ev sahibi və evdə olan digər şəxslərə problem yaradacaqlarını bildirmişlər. Onu həyətdən çölə çıxartdıqdan sonra polis əməkdaşları öz avtomobillərindən narkotik vasitəni aparıb içəri qoymuşlar. Onu saat 11-11:30 radələrində polis əməkdaşları saxlamışlar və təxminən saat 13-14 radələrində Baş narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. O, polis idarəsində vəkillə təmin olunmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmçinin göstərmişdir ki, onun üzərində aşkar olunmuş təxminən 10 (on) qram marixuana ittiham aktında qeyd olunan digər narkotik vasitələrin içərisində olmuşdur. Belə sual yaranır ki, yaşamadığı evdə niyə narkotik vasitə saxlamalıdı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 19 sentyabr 2024-cü il tarixli izahatında, 20 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində və 21 sentyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 19 sentyabr 2024-cü il tarixdə, saat 12:15 rədələrində kirayə yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 6, ev 19 ünvanının yaxınlığında olarkən 4 nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, ona narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu və üzərində narkotik vasitə varsa təqdim etməyini bildirmişlər. O da əynində olan qara rəngli şalvarının sağ yan cibində olan 1 büküm yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Sonra polis əməkdaşları üzərində axtarış aparmışlar və əynində olan şalvarının sağ yan cibindən 225 manat, 1 ABŞ dolları, 100 Rus rubulu, sol yan cibindən isə 1 ədəd avtomobil açarı, 1 ədəd «Samsung» markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Aşkar olunaraq götürülmüş kütlə polislər tərəfindən elektron tərəzi ilə qablaşdırma ilə birlikdə çəkilmiş, 16 qram olduğu müəyyən edilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. Mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, digər əşyalar isə ona qaytarılmışdır. Həmin vaxtı evin qarşısında dayanmış etibarnamə ilə idarə etdiyi «VAZ 21011» markalı, **-DO-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir əşya aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları yaşadığı Dəmiryolçular küçəsi, döngə 6, ev 19 ünvanında baxış keçirmək üçün onunla birlikdə həyətə daxil olmuşlar. Ona həyətdə və evdə də narkotik vasitə varsa təqdim etməyini bildirmişlər. O da həyətin sağ tərəfində olan anbar kimi istifadə etdikləri otağın qapısını açmış, polis əməkdaşları ilə bərabər otağa daxil olaraq orada olan masanın üstünə qoymuş olduğu 1 ədəd şəffaf sellofan torbanı, 1 ədəd şəffaf bükümü, 1 ədəd kiçik ölçülü dəmir qutunu və 2 ədəd elektron tərəzini, 1 ədəd «Samsung», 1 ədəd «Honor» markalı mobil telefonları götürərək polis əməkdaşlarına təqdim etmişdir. Şəffaf sellofan torba və şəffaf bükümün içərisindən qurudulmuş marixuana, dəmir qutunun içərisindən 17 bükümdən də əlavə orada olan 6 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümlərdən 3 bükümü heroin, yəni ümümilikdə 20 bükümdə heroin, digər 3 bükümdən isə psixotrop maddə metamfetamin aşkar olunaraq orada elektron tərəzi ilə çəkilərək zərfə qoyulub qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır (iş vərəqə: cild İ, səh.36-37, 67-68, 76-78). Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı yeni müdafiəçisi işə qoşulduqdan sonra artıq əvvəlki ifadələrindən fərqli olaraq 24 dekabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində əlavə ifadə verərkən ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, ittihamda göstərilən narkotik vasitələrin heç biri onda olmamış, onda yalnız 10 qrama yaxın marixuana olmuş, onu da əməliyyatçılara könüllü olaraq təqdim etmişdir. Əməliyyatçılar ona bildirmişlər ki, onlara daxil olan məlumatda güya onda daha çox və bir neçə növdə narkotik vasitə və psixotrop maddə olmuşdur. Yalnız onda olan 10 qram narkotiki rəsmiləşdirsələr onlara nöqsan gələ bilərmiş. Bunun üçün də onlar əlavə olaraq narkotik vasitə göstərməli olduqlarını bildirmişlər. Onlarla razılaşmasa evdə olan insanları onunla əlbir olması ilə əlaqədar həbs edəcəklərini demişlər. Bundan sonra o, polis əməkdaşlarının dedikləri ilə razılaşıb əvvəlcədən dediklərini təkrar etmiş və onların yazdıqları kağızlara qol çəkmişdir. Halbuki, onlar evdə və onun üzərində, maşınında axtarış aparsalar da heç nə tapmamışlar. Bundan sonra o, polislərin ona hədə-qorxu gəlməsindən qorxaraq dedikləri ilə razılaşmış və öyrətdikləri kimi ifadə vermişdir. Əsl həqiqət dediyi kimidir, onda yalnız 10 qram narkotik vasitə olmuşdur. Əvvəlki ifadələri əməliyyatçıların hədə-qorxusunun təsiri ilə olmuş və həqiqəti əks etdirmir (iş vərəqə: cild İ, səh.170-171). Məhkəmə baxışı zamanı elan olunan ifadələrində müəyyən olunan fərqli və ziddiyyətli hallara münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini təsdiq etmir. O, həmin ifadələrini polis əməkdaşları tərəfindən edilən təzyiqlər nəticəsində vermiş, həmçinin onun fəhlə kimi işlədiyi evin sahibi olan xanıma problem yaratmasınlar deyə bu cür ifadə vermişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri, Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. ünvan 2 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və üzərindən 16 qrama yaxın marixuanaya oxşar maddə aşkar edilmişdir. Daha sonra videoçəkilişi saxlamadan həmin ünvanın həyətyanı sahəsinə daxil olduqda sağ tərəfdə olan anbar kimi tikilinin içərisindən Təqsirləndirilən şəxs marixuanaya bənzər maddəni və balaca dəmir qutunu təqdim etmişdir. Həmin anbar kimi olan tikilinin içərisindən 311 qrama yaxın marixuanaya, 6 qrama yaxın heroinə və 1 qrama yaxın metamfetaminə oxşar maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs özü bildirmişdir ki, həmin maddələri İran İslam Respublikasının vətəndaşı Bəhmən adlı şəxsin dediyi “konum”dan şəxsi istifadəsi və satışı ilə məşğul olmaq məqsədi ilə götürmüşdür. Şahid1 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı tərəflərindən heç bir fiziki və ya psixi təsir, təzyiq olmamışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri X4 vətəndaşının vasitəsi ilə əldə etdiyini bildirmişdir. Onlar Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında küçədə saxlamışlar. Onlar həmin ünvanın həyətyanı sahəsinə baxış keçirdikdən sonra, həmin ünvandakı evə baxış keçirməmişlər. Onlar evin həyətyanı sahəsinin girəcəyində sağ tərəfdə olan anbar kimi tikiliyə baxış keçirmişlər. Onların baxış keçirdikləri anbar təqsirləndirilən şəxsin bildirdiyinə görə özünə məxsus olmuş və orada yaşamışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz təsir və ya təzyiqlərə məruz qalması ilə bağlı dedikləri tamamilə yalandır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2024-cü il tarixdə, təxminən xatırladığı qədər saat 12 radələrində Bakı şəhəri, Mərdəkan qəsəbəsində tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs haqqında külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs əvvəlcə hüquq və vəzifələri izah edilmiş, daha sonra video çəkilişdən istifadə edilməklə üstünün yoxlanılmasına başlanmışdır. Təqsirləndirilən şəxs üzərindən 1 bükümdə təxmini çəkisi 15 qram olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs yaşayış ünvanında həyətyanı sahəyə baxış keçirilərkən anbarda təxminən 20 ədədə yaxın bükümlərdə narkotik vasitə olan heroinə və 3 ədəd bükümlərdə psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar edilərək götürülmüşdür. Həmçinin 2 (iki) ədəd elektron tərəzi də aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs aşkar edilmiş həmin maddələri İran İslam Respublikasının vətəndaşından şəxsi istifadəsi və satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuz təsir və təzyiqlər olmamışdır. Şahid2 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı həmin mənzilin kimə aid olduğunu xatırlamır. Təqsirləndirilən şəxs saxlayarkən sonuncu özünün avtomobilinin yanında imiş. Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qadağan edilmiş maddə aşkar olunduqdan sonra yaşadığı ünvanın həyətyanı sahəsinə baxış keçirilmişdir. Həmin vaxt videoçəkilişə fasilə verilmədən birbaşa yaşadığı ünvanın həyətyanı sahəsinə baxış keçirilərkən videoçəkiliş davam etdirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı həmin ünvanı özü göstərmiş, həmçinin onlarda da bu haqqda məlumat olmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21011” markalı avtomobilə baxış keçirilmiş, orada heç bir narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs özünün nəqliyyat vasitəsinin yanında saxlanılmış, sonra nəqliyyat vasitəsinə və evinin həyətyanı sahəsinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yalnız bir bükümdə qurudulmuş marixuananın aşkar edilməsinə, digər maddələrin ona aid olmamasına dair dedikləri tamamilə yalandır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 19 sentyabr 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və o da həmin əməliyyat qrupunun tərkibinə daxil edilmişdir. Onlar Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında sonuncunu saxlamışlar. Videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üstünü yoxlamışlar və üzərindən narkotik vasitə olan marixuanaya oxşar maddə aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs avtomobilinə və yaşadığı mənzilin həyətyanı sahəsinə baxış keçirmişlər. Avtomobildən heç nə aşkar edilməmişdir. Evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətdə olan anbarda sellofan torbada narkotik vasitələr və 2 (iki) ədəd tərəzi aşkar olunmuşdur. Həmin sellofana baxış keçirilən zaman kiçik ölçüdə dəmir qabın içərisində narkotik vasitə heroinə oxşar maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs özü narkotik vasitələri satış məqsədi ilə İran vətəndaşının dediyi konumlara qoyacağını bildirmişdir. Üzərindən aşkar olunan narkotik vasitə sadəcə qurudulmuş marixuana olmuşdur. Lakin həyətin içərisindəki anbardan aşkar olunan sellofan torbanın içərisində narkotik vasitənin həm marixuana, həm heroin kimi növləri, həmçinin psixotrop maddə metamfetamin olmuşdur. Şahid3 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz təsir və ya təzyiqlər olmamışdır. Təqsirləndirilən şəxs evin həyətində aşkar olunmuş narkotik maddələrin yerini özü könüllü surətdə göstərmişdir. Onlar Təqsirləndirilən şəxs təhqiqatçının yanına apardıqdan sonra, aşkar edilmiş narkotik və psixotrop maddələr sənədləşdirilərək ekspertizaya təqdim olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt da özü həmin narkotik vasitələrin ona məxsus olmasını etiraf etmişdir. Onlarda əməliyyat məlumatı olmuşdur ki, Təqsirləndirilən şəxs sonuncunu saxladıqları ünvanda yaşayır. Lakin həmin ünvandakı mənzilin kimə məxsus olmasını xatırlamır. Onlar Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında saxlamışlar. Narkotik vasitə qapıdan içəri daxil olan kimi həyətin sağ tərəfində anbar kimi olan tikilidə stolun üzərində idi. Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində yalnız üzərindən az miqdarda narkotik vasitə aşkar edildiyi, polis əməkdaşlarının təzyiqləri nəticəsində digər narkotik vasitələrin məcburən ona məxsus olmasına dair göstərdikləri tamamilə yalandır. Əməliyyat zamanı onlar Təqsirləndirilən şəxs orada nə etdiyini soruşduqda sonuncu orada işlədiyini və yaşadığını bildirmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılması videoçəkilişlə başlanmış, evin həyətyanı sahəsinə baxış keçirildikdən sonra videoçəkiliş sonlanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrlə birgə Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar və orada təhqiqatçı tərəfindən yenidən videoçəkilişlə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyalara baxış keçirilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində polis əməkdaşlarının ilk öncə onu evin həyətində saxlamaları, daha sonra polis əməkdaşlarının narkotik vasitələri evin həyətindəki anbara qoymaları, sonradan Təqsirləndirilən şəxs qapıdan çölə çıxarıb videoçəkilişlə üstünün yoxlanılmasına başlanmasına dair göstərdikləri yalandır. Tərəflərindən təqsirləndirilən şəxsə qarşı heç bir qanunsuz təzir və ya təzyiqlər olmamışdır. Bundan başqa, cinayət işinin məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs dayısıoğlu vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olurmuş, həmçinin həyətlərində lazım olan işləri görürmüş. O, ünvan 10 ünvanında yaşayır. Polis əməkdaşları Təqsirləndirilən şəxs onların həyətində tutmuşlar. Saat təxminən on birin yarısı- on bir radələrində qapı döyülmüşdür. Oğlu qapını açmağa getmişdir. Sonra özü qapıda olan şəxslərə yaxınlaşmışdır. Qapıda iki nəfər var imiş. Onlar ondan yoldaşının evdə olub-olmadığını soruşan zaman o, bildirmişdir ki, yoldaşı evdə yoxdur. Onlar bildirmişlər ki, avtomobil alqı-satqısı ilə məşğuldurlar və yoldaşını bu səbəblə axtarırlar. O, bildirmişdir ki, onun bu məsələdən xəbəri yoxdur, yoldaşı ilə özləri gələndə əlaqə saxlayarlar. Sonra həmin şəxslər həyətə daxil olmuşlar və evdə axtarış keçirməyə başlamışlar. İlk öncə hər birindən telefonları almışlar. Bu zaman Nizami fəhlə paltarını geyinib çölə çıxırmış ki, qapıda iş görsün. Polislər dərhal Nizamini saxlamışlar. Onları isə içəri salıb qapını bağlamışlar. O, baş verənləri mətbəxdən izləyirmiş və bu zaman Nizaminin üzərindən balaca bükümdə narkotik vasitə çıxdığını görmüşdür. Daha sonra Nizamini küçəyə çıxarmışlar və orada nə olduğunu bilməmişdir. Bundan sonra iki nəfər içəri daxil olmuşdur. Onların hamısı mülki formada olmuşlar. İçəri daxil olan iki nəfər əlində torba anbara daxil olmuşlar. Lakin əllərindəki torbada nə olduğunu bilməmişdir. Bundan sonra Nizamini içəri gətirmişlər və ardınca digər şəxslər də içəri daxil olmuşlar. Daha sonra anbarda əllərində olan torbanı açıb stolun üzərinə tökmüşlər. Nizami öz cibindən 1 büküm çıxarıb özü polislərə təqdim etmişdir. O, məhkəmədə söylədiklərini ibtidai istintaq dövründə də demişdir. Lakin həyəcanlı olduğu üçün ifadəsini oxumadan imza etmişdir. O, təqsirləndirilən şəxsə qarşı polis əməkdaşları tərəfindən qanunsuz təzyiqlər olmasını görməmişdir. Cinayət işinin materialları əsasında müəyyən edilmişdir ki, şahid X3 məhkəməyədək icraat zamanı da şahid qismində dindirilmiş, Nübar Əliyevanın məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilərkən müəyyən olunmuşdur ki, o, 01 noyabr 2024-cü il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, 19 sentyabr 2024-cü il tarixdə, saat 12 radələrində yaşadığı evə ünvan 2 ünvanına gedərkən həyətdə bir neçə avtomobilin olduğunu görüb narahat olmuş və qapıya yaxınlaşarkən məlum olmuşdur ki, həmin şəxslər Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarıdır. Onlar həyətdə fəhlə işləyən və bəzi vaxtlar orada boş otaqda qalan qohumu Təqsirləndirilən şəxs dalınca gəlmişlər və onu narkotik istifadəçisi olduğu üçün saxlamışlar. Ona məlum olmuşdur ki, Nizami külli miqdarda narkotik vasitənin dövriyyəsində şübhəli olduğu üçün saxlanılmış və Nizaminin oturduğu həyətdə olan anbardan narkotik vasitə aşkar olunmuşdur. Onun bu barədə hər hansı məlumatı olmamışdır və Nizaminin qeyd olunan yerdə narkotik saxladığını bilmirmiş. Qohumlarının xahişi ilə Nizamiyə həyətdəki anbarda yaşaması üçün icazə vermişdir. Onun Nizami ilə hər hansı yaxın münasibəti və ədavəti olmamışdır. Eləcə də o, özü narkotik vasitə istifadəçisi deyil. Nizaminin narkotiklərin dövriyyəsi və satışı ilə məşğul olmasından məlumatı olmamışdır. Ümumiyyətlə, Nizaminin istifadə etdiyi həmin otağa girmirmiş, ora Nizami öz şəxsi əşyalarını yığırmış (iş vərəqə: cild İ, səh.127-128). Şahid X3 elan olunmuş ifadəsi ilə bağlı verilən suallara cavab olaraq göstərmişdir ki, onun Nizami ilə heç bir qohumluğu yoxdur. İbtidai istintaq zamanı müstəntiq özü bildirmişdir ki, ifadəsini bu formada yazacaq. O, Nizaminin onlarda qalmasını ibtidai istintaq zamanı deməmişdir. Onun ifadəsi o cür yazılmış və o, ifadəsini oxumamışdır. O, məhkəmədə dediklərini ibtidai istintaq zamanı da ifadəsində bildirmiş, lakin müstəntiq bunu qeyd etməmişdir. O, Nizaminin saxlanıldığı gün sadəcə çörək almağa getmiş, bundan başqa bütün müddət ərzində evdə olmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkilinin 18 sentyabr 2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib, Bakı şəhəri, Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin yaşadığı ünvan 2 ünvanında külli miqdarda narkotik maddə gizlətməsi barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqə: cild İ, səh.4). _19 sentyabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına, avtomobilə və evə baxış keçirilməsinə dair protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2024-cü il tarixdə, saat 12:15-də ünvan 2 ünvanının yaxınlığında 10- DO-157 nömrəli, “VAZ 21011” markalı avtomobilin yanında piyada hərəkətdə olan zaman saxlanılaraq videoçəkilişdən istifadə edilməklə üstü yoxlanılmış, üzərindən 1 (bir) bükümdə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş və 1 (bir) ədəd zərfdə qablaşdırılmış, qablaşdırma ilə birlikdə çəkisi 16 (on altı) qram olmuşdur. Daha sonra onun avtomobilinə baxılmış və avtomobildən iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanının həyətyanı sahəsinə videoçəkiliş dayandırılmadan baxış keçirilərkən Təqsirləndirilən şəxs həyətyanı sahənin girişinin sağ tərəfində yerləşən anbar kimi istifadə olunan yerdəki stolun üstündə saxladığı 01 (bir) ədəd şəffaf sellofan torbanı, 1 (bir) ədəd şəffaf bükümü, 01 (bir) ədəd kiçik ölçülü dəmir qutunu və 02 (iki) ədəd elektron tərəzini, 01 (bir) ədəd “Samsung” və 01 (bir ) ədəd “Honor” markalı mobil telefonları təqdim etmişdir. Şəffaf sellofan torba və bükümlərin içərisindən yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər maddə, dəmir qutunun içərisindən heroinə bənzər, metal kağız bükümlərdə isə ağ rəngli metamfetaminə bənzər kütlələr aşkar olunaraq 1 (bir) ədəd bağlamada və 2 (iki) ədəd zərfdə qablaşdırılmışdır. Metamfetaminə bənzər kütlənin qablaşdırma ilə birlikdə çəkisi 0,94 qram, heroinə bənzər kütlənin qablaşdırma ilə birlikdə çəkisi 6,36 qram və qurudulmuş marixuanaya bənzər kütlənin qablaşdırma ilə birlikdə çəkisi 311 qram olmuşdur. Əməliyyat-axtarış tədbirlərinin gedişatına dair qanunvericiliyin tələblərinə uyğun olaraq protokollar tərtib olunmuş və videoçəkiliş diskə qeyd olunmuşdur (iş vərəqə: cild İ, səh.10-12). _19 sentyabr 2024-cü il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokol”dan görünür ki, təqdim olunan 3 (üç) ədəd ağ rəngli zərfə, 1 (bir) ədəd bağlamaya və 1 (bir) ədəd DVD diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, əməliyyat-axtarış tədbirləri zamanı aşkar olunan və video çəkilişdə görünən maddi sübutların təhqiqata təqdim olunan əşyalar olması, həmçinin Təqsirləndirilən şəxs üzərindən və təqdim etdiyi yerdən aşkar olunan 3 ədəd mobil telefon təhqiqata təqdim olunmuş və götürülmüşdür. Daha sonra 1 ədəd DVD diskə baxış keçirilmişdir. Həmin diskdə olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunduğu, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunduğunu bildirməsi öz əksini tapmışdır (iş vərəqə: cild İ, səh.18-19). _Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-6/4634 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN-nin “Zərflər üçün №7” möhür əksi, “Təqsirləndirilən şəxs aşkar edilmiş...” və s. yazılar, soyadlar, imzalar olan 02 ədəd kağız paketdə təqdim olunmuşdur. Paketlərin birində 17 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,327 qram; 0,310 qram; 0,206 qram; 0,380 qraın, 0,385 qram; 0,369 qram; 0,368 qram; 0,259 qram; 0,353 qram; 0,384 qram; 0,346 qram; 0,342 qram; 0,322 qram; 0,219 qram; 0,152 qram; 0,225 qram; 0,381 qram, ümumi təmiz çəkisi 5,328 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir, digər paketdə 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,025 qram; 0,013 qram; 0,018 qram; ümumi təmiz çəkiləri 0,056 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,324 qram; 0,061 qram; 0,077 qram; ümumi təmiz çəkilən 0,462 qram ağ rəngli kristalşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir və bu kütlələr kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. Gümüşü korpuslu elektron tərəzinin üzərində heroinin izləri müəyyən edildi. Herion hissəcikləri iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirilmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Ağ korpuslu elekton tərəzinin üzərində iz mikrohissəcikləri müəyyən edilmədi. Ümumilikdə 20 ədəd bükümdə ümumi təmiz çəkiləri 5,384 qram olan heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər (iş vərəqə: cild İ, səh.42-46). _Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-7/1560 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə...” yazı və imzalar olan paketdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 14,071 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Üzərində “...... Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə...” yazı və imzalar olan bağlamada iki ədəd sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 250,9 qram və 50,6 qram olmaqla, ümumi çəkisi 301,5 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş paketin içərisində olan iki ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitə hissəcikləri yoxdur. Tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir (iş vərəqə: cild İ, səh.48-52). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin məhkəmə-narkoloji ekspertizasının 11 oktyabr 2024-cü il tarixli, 6779 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.141-142). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza X7 Şəxsin ambulator məhkəmə-psixiatrik ekspertizasının 19 oktyabr 2024-cü il tarixli, 3057 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh.139-140). _21 dekabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə qərar”dan görünür ki, cinayət işi üzrə əldə olunmuş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 315,421 qram narkotik vasitə qurudulmuş marixuana, 5,294 qram narkotik vasitə heroin, 0,372 qram psixotrop maddə metamfetamin və 02 (iki) ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Bakı şəhər Xəzər Rayon Polis İdarəsində saxlanca verilmişdir, bundan başqa cinayət işi üzrə üç ədəd disk sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (iş vərəqə: cild İ, səh.143-151). _21 dekabr 2024-cü il tarixli “cinayət işinin ayrılması və icraata qəbul edilməsi barədə qərar”dan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik və psixotrop maddələrin mənbəyinin müəyyən edilməsi ilə bağlı hazırki cinayət işindən başqa cinayət işi ayrıca icraata ayrılmışdır (iş vərəqə: cild İ, səh.154-155). _19 sentyabr 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.28). _Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 21 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 19 sentyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.84-85). _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 sentyabr 2024-cü il tarixli tələbnaməsindən, həmçinin hökmlərin və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 2 il 11 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş (iş vərəqə: cild İ, səh.97, 109-122), sonra Bakı Apellyasiya Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cəza müddəti 02 ilə endirilmiş, bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmiş, daha sonra isə Bakı Apellyasiya Məhkəməsinin 26 avqust 2021-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli hökmü Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni hökm çıxarılmış və Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 04 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (cinayət işinin materialları). _Bakı Şəhər Probasiya İdarəsinin 18 fevral 2025-ci il tarixli məktubundan və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 26 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi təyin edilmiş 04 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 il 05 ay 14 gün hissəsindən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 7(003)-1034/2023 saylı qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs cəza müddəti 22 yanvar 2025-ci il tarixdə bitdiyindən Bakı Şəhər Probasiya İdarəsində qeydiyyatdan çıxarılmışdır (cinayət işinin materialları). _Elektron Məhkəmə İnformasiya Sistemindən qohumluq məlumatlarını əks etdirən portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı var (cinayət işinin materialları). Hüquqi məsələlər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olubolmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, cinayət işinin araşdırılması və məhkəmədə baxılıb həll edilməsinə münasibətdə istinad edilən əməlin törədilməsi, həmin əməldə cinayət tərkibinin və onu cinayət kimi xarakterizə edən bütün əlamətlərin olub-olmaması sübutların köməyilə müəyyən edilir. Cinayət işi və bununla bağlı materiallar üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün kifayət edən sübutların cəmi sübutetmə həddini xarakterizə edir. Beləliklə, təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onun əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, xeyli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamışdır. Məhkəmə həyata keçirilən mühakimə fəaliyyəti nəticəsində heç bir şübhəyə yer verməyən mütləq həqiqətin aşkarlanmasından ötrü ittiham tərəfinin təqdim etdiyi sübutları, təqsirləndirilən şəxsin özünün müdafiəsi ilə bağlı göstərdiyi dəlilləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırmış və hesab edir ki, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə münasibətdə onun əməlinə hüquqi qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”nın konkret müddəalarını, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya” əsasən “heroin” narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram, “qurudulmuş marixuana” narkotik vasitəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ümumilikdə 20 (iyirmi) bükümdə 5,384 qram çəkidə “heroin” narkotik vasitəsinin miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı”da müəyyən edilmiş narkotik vasitələrin külli miqdar həddindən, 03 (üç) ədəd bükümdə 0,462 qram çəkidə “metamfetamin” psixotrop maddəsinin və 03 (üç) ədəd bükümdə 315,571 qram çəkidə “qurudulmuş marixuana” narkotik vasitəsinin miqdarı həmin siyahıda müəyyən edilmiş psixotrop maddənin və narkotik vasitənin xeyli miqdar həddindən artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqdim edilmiş obyektiv və mötəbər sübutların tədqiq edilməsi və həmin sübutlara əsaslanan cinayət işinin faktiki halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, həmçinin yaşadığı ünvan 2 ünvanında gizlətməsi barədə əməliyyat məlumatı daxil olduqdan sonra, Təqsirləndirilən şəxs həmin ünvanın qarşısında saxlanılmış, elə oradaca videoçəkilişdən istifadə edilməklə üstü yoxlanılmış, həmin vaxt üzərindən 14,071 qram narkotik maddə qurudulmuş marixuana aşkar edilmiş, daha sonra əməliyyat müvəkkili ona yaşadığı ünvanda da narkotik vasitə gizlətməsi barədə onlarda əməliyyat məlumatının olduğunu bildirərkən Təqsirləndirilən şəxs bu məlumatı təsdiq edərək evin həyətyanı sahəsində olan anbarda 301,5 qram qurudulmuş marixuananı, ümumi təmiz çəkisi 5,384 qram ayrı-ayrı 20 (iyirmi) ədəd bükümdə narkotik vasitə heroini, ümumi təmiz çəkisi 0,462 qram psixotrop maddə metamfetamini ayrı-ayrılıqda 03 (üç) ədəd bükümdə saxladığı yeri göstərmiş və həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq göstərmişdir ki, həmin həyətdəki ev qohumlarına məxsusdur, o, yalnız həyətdə olan həmin anbardan istifadə edir, anbarda saxladığı həmin narkotik və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşı Bəhmən adlı şəxsdən aldığını, istifadə etmək, həmçinin satmaq üçün əldə etdiyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs aşkar edilmiş həmin maddələrlə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilərək həmin narkotik və psixotrop maddələrə baxış keçirilmiş, Təqsirləndirilən şəxs bu dəfə də həmin maddələrin özünə məxsus olduğunu, onları İran vətəndaşından aldığını, özünün istifadə etməsi üçün, həmçinin satmaq məqsədi ilə saxladığını, həmin maddələri almaq üçün 2000 (iki min) manata yaxın pul verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadə verərkən onun üzərindən həqiqətən də 10 (on) qrama yaxın narkotik maddə qurudulmuş marixuana aşkar edildiyini etiraf etsə də, evin həyəyanı sahəsində olan anbarda aşkar edilmiş narkotik və psixotrop maddələrin ona məxsus olmamasını, həmin maddələrin polis əməkdaşları tərəfindən qoyulduğunu, sonra isə ona polis əməkdaşları tərəfindən qanunsuz təzyiqlər edilərək əgər onların dedikləri ilə razılaşmadığı təqdirdə ev sahibini və həyətdə olan digər şəxsləri də aparacaqlarını dediklərini, bu zaman məcbur qalaraq polis əməkdaşlarının dedikləri ilə razılaşdığını, polis əməkdaşlarının digər şəxsləri incitməmələri üçün məcburən həmin narkotik və psixotrop maddələrin ona məxsus olduğunu etiraf etdiyini, polis əməkdaşlarının ona psixoloji və fiziki təzyiqlər göstərdiklərini, həmçinin onu əvvəlcə evin həyətinin içərisində saxladıqlarını bildirmiş və sonradan güya onu maşından düşərkən saxlanılmasının doğru olmadığını göstərmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində göstərilmişdir ki, “Hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində həmin göstərdiyi xüsusatları cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edərək müəyyən etmişdir ki, onun özünü müdafiə üçün gətirdiyi həmin dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə ibtidai araşdırma başlandığı ilkin mərhələdən başlayaraq verdiyi izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində ondan aşkar edilmiş ayrı-ayrı bükümlərdə və növlərdə olan həmin maddələri, yəni heroin, qurudulmuş marixuana və psixotrop maddə metamfetamini İran İslam Respublikasının vətəndaşı olan adını Bəhmən kimi eşitdiyi şəxsdən öz istifadəsi, həmçinin satmaq üçün aldığını, ona polis əməkdaşları tərəfindən heç bir zorakılıq hərəkətlərinin tətbiq edilmədiyini bildirmişdir (iş vərəqə: cild İ, səh.36-37, 67-68, 76-78), Təqsirləndirilən şəxs yalnız ibtidai istintaq başa çatarkən onun işə yeni qoşulmuş müdafiəçisinin vəsatəti əsasında əlavə dindirildiyi zaman o, əvvəlki ifadələrini dəyişərək özünü təqsirli bilmədiyini göstərsə də (iş vərəqə: cild İ, səh.170-171), cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən üstü yoxlanılarkən, həmçinin evin həyətyanı sahəsində onun saxladığı narkotik və psixotrop maddələr aşkar edilərkən bütün hərəkətlər fasiləsiz videoçəkilişdən istifadə edilməklə həyata keçirilmiş və bu zaman polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı psixoloji, fiziki təzyiqlərin göstərilməsi və ya hər hansı qanunsuz hərəkətlərin edilməsi müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmənin sorğusu əsasında əldə edilərək cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına daxil olunarkən barəsində tərtib edilmiş tibbi kitabçadan görünür ki, o, həbs olunmadan əvvəl zədə almadığını bildirmiş, sağ saiddə olan çapıq toxumasının hazırki cinayət işi ilə heç bir əlaqəsinin olmadığı və bununla bağlı hər hansı şikayətinin olmadığını bildirdiyi müəyyən olunmuş, həmçinin Təqsirləndirilən şəxs barəsində olan “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”nın müvafiq səhifələrinin surətindən görünür ki, o, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə daxil olarkən onda hər hansı xəsarətlərin olması müəyyən edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində yalnız onun üzərindən 10 (on) qrama yaxın narkotik maddə qurudulmuş marixuana aşkar edildiyini, evin həyətyanı sahəsində anbardan aşkar edilmiş digər narkotik maddələrin ona məxsus olmadığını bildirsə də, onun həmin göstərdiklərini təkzib edən növbəti hallar sırasında həmçinin göstərilməlidir ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2024-cü il tarixli, 7/1560 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir (yəni, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 14,071 qram qurudulmuş marixuana ilə anbardan aşkar edilmiş qurudulmuş marixuana tərkiblərinə görə eynidir) (iş vərəqə: cild İ, səh.48-52). Odur ki, Təqsirləndirilən şəxs ibtidai isitntaq zamanı etirafedici ifadələrini özünün tam iradə sərbəstliyi əsasında, heç bir təsir, təzyiq olmadan verməsi, ona hər hansı qanunsuz təzyiqlərin göstərilmədiyi birmənalı şəkildə təsdiq edildiyindən və onun həmin etirafedici ifadələri cinayət işi üzrə hər hansı mötəbər sübutlarla təkzib edilmədiyindən və işin faktiki halları ilə təsdiq edildiyindən onun həmin etirafedici ifadələri mötəbər sübut növü kimi qəbul olunur. Beləliklə də, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı hər hansı fiziki, psixoloji və ya digər təzyiqlərə məruz qalması məhkəmə araşdırması nəticəsində hər hansı faktla öz təsdiqini tapmadığından, ilkin ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin tam iradə sərbəstliyi əsasında ona məxsus olmasını etiraf etməsini və həmin zaman hər hansı qanunsuz təzyiqlərə məruz qalmasının təsdiq olunmaması onun ibtidai istintaq zamanı polis əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalması ilə bağlı göstərdiklərini tam şəkildə təkzib etdiyindən, həmçinin onun məhkəmədə və ibtidai istintaqın sonunda ifadəsində göstərdiyi həmin inkaredici hallar əməliyyat-axtarış tədbirinin keçirilməsinin nəticələri ilə bağlı tərtib edilmiş protokollar, həmin hərəkətlərin video görüntülərinin əks olunduğu disklər, maddi sübutlar, ekspert rəyləri, şahid ifadələri və cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edildiyindən və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir və məhkəmə onun məhkəmədə və ibtidai istintaqın sonunda göstərdiyi həmin halları həqiqi olmayan məlumatlar olmaqla, cinayət törətməyə görə daha ağır cinayət məsuliyyətindən və cəzadan yayına bilmək məqsədilə verilmiş, onun tərəfindən seçilmiş müdafiə üsulu (taktikası) və onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik və psixotrop maddələri məhz satış məqsədilə əldə edib daşıyıb saxlaması qənaətinə gələrkən narkotik vasitənin onun üzərindən aşkar edilməsi ilə yanaşı, həmçinin digər yerdə də saxladığı həmin maddələrin müxtəlif növlərdə olmasını, narkotik maddə heroinin 20 (iyirmi) ədəd bükümlərdə, qurudulmuş marixuananın və psixotrop maddənin hər birinin üç ayrı-ayrı bükümlərdə qablaşdırılmasını, həmin maddələri saxladığı yerdən həmçinin 02 (iki) ədəd tərəzinin aşkar edilməsini, habelə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə ilə yanaşı, həmçinin satmasını da bildirməsi ilə bağlı etirafedici ifadələr verməsi kimi işin faktiki hallarını nəzərə alır. Təqsirləndirilən şəxs əldə edib daşıyarkən üzərindən, sonra isə saxladığı digər yerdən narkotik və psixotrop maddələrdən heroinin 20 (iyirmi) ədəd, qurudulmuş marixuananın və psixotrop maddə metamfetaminin hər birinin üç ayrı-ayrı bükümlərdə, həmin maddələri saxladığı yerdən həmçinin 02 (iki) ədəd tərəzinin aşkar edilməsi, onun ibtidai istintaq zamanı narkotik vasitələrin satışı ilə bağlı ifadələrində göstərdikləri təqsirləndirilən şəxsin həmin maddələri məhz satış məqsədilə əldə edib daşıyıb saxlamasından başqa nəticəyə gəlinməsini mümkünsüz edir. Bundan başqa, məhkəmə eyni zamanda müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X1 məhkəmə baхışında vеrdiyi ifadəsinin sübut növü kimi mötəbərliyinin müəyyən еdilməsini zəruri hеsab еdir. Cinayət işinin materiallarından göründüyü kimi, şahid Nübar Əliyeva ibtidai istintaq zamanı da dindirilmiş, o, həm 19 sentyabr 2024-cü il tarixdə izahat vermiş, həm də 01 noyabr 2024-cü il tarixdə şahid qismində ifadə vermişdir (iş vərəqə: cild İ, səh. 41, 127-128). Şahid Nübar Əliyeva məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən balaca bükümdə narkotik vasitə çıxdığını, həmçinin polis əməkdaşları tərəfindən qanunsuz təzyiqlər olmasını görmədiyini bildirsə də, o, polis əməkdaşlarının əllərindəki torba ilə içəri girdiklərini, daha sonra torbanı açıb stolun üzərinə tökdüklərinə dair ifadə vermişdir. Lakin bundan fərqli olaraq, şahid Nübar Əliyeva ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, polis əməkdaşları yaşadığı evin həyətində fəhlə kimi işləyən və bəzi vaxtlar orada boş otaqda qalan qohumu Təqsirləndirilən şəxs dalınca gəlmişlər və onu narkotik istifadəçisi olduğu üçün saxlamışlar. Həmin vaxt ona məlum olmuşdur ki, Nizami külli miqdarda narkotik vasitənin dövriyyəsində şübhəli olduğu üçün saxlanılmış və Nizaminin oturduğu həyətdə olan anbardan narkotik vasitə aşkar olunmuşdur. O, Nizaminin qeyd olunan yerdə narkotik saxladığını bilməmişdir. O, qohumlarının xahişi ilə Nizamiyə həyətdəki anbarda yaşaması üçün icazə vermişdir. O, Nizaminin istifadə etdiyi həmin otağa girməmiş, ora Nizami öz şəxsi əşyalarını yığmışdır. Şahid Nübar Əliyevanın həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələri müqayisə edilərkən və cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edilərkən onun həmin ifadələrinin bir çox məqamlarda bir-biri ilə ziddiyyət təşkil etdiyi müəyyən edilmiş və həmin ziddiyyətli hallarla bağlı şahidə sual verilərkən onun məhkəmədə səmimi olmayan və işin faktiki hallarını təsdiq edən sübutlarla uzlaşmayan ifadə verməsi təsdiq olunmuşdur. Belə ki, Nübar Əliyeva ibtidai istintaq zamanı ifadəsində Təqsirləndirilən şəxs onun qohumu olduğunu, qohumlarının xahişi ilə Nizamiyə həyətdəki anbarda yaşaması üçün icazə verdiyini bildirsə də, o, məhkəmədə onun Nizami ilə heç bir qohumluğunun olmadığını, Nizaminin onlarda qalmasını ibtidai istintaq zamanı demədiyini bildirmişdir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, şahid X1 məhkəmə baxışı zamanı ifadəsində polis əməkdaşlarının əllərindəki torba ilə içəri girdiklərinə, daha sonra torbanı açıb stolun üzərinə tökdüklərinə dair göstərdiyi hallar cinayət işi üzrə hər hansı mötəbər sübutlarla və cinayət işinin faktiki halları ilə təsdiq edilmədiyindən və buna görə də həqiqətə uyğun olmadığından məhkəmə onun məhkəmədə verdiyi həmin ifadəsini sübut növü kimi qəbul etmir, həmin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin materialları, iş üzrə toplanmış digər sübutlar və cinayət işinin obyektiv halları ilə qarşılıqlı şəkildə müqayisə edilərkən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin sübut kimi mötəbərliyini müəyyən etdiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər sübut növü kimi qəbul edir. Beləliklə də, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, xeyli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlaması əməliyyat-axtarış tədbirinin keçirilməsinin nəticələri ilə bağlı tərtib edilmiş protokollar, həmin hərəkətlərin video görüntülərinin əks olunduğu disklər, maddi sübutlar, ekspert rəyləri, şahid ifadələri, təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, həmçinin cinayət işinin obyektiv halları ilə tamamilə sübuta yetirildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 26 avqust 2021-ci il tarixli hökmü ilə barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli hökmü ləğv edilməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 04 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasının çəkilməmiş 01 il 05 ay 14 gün hissəsindən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl əvvəl azad edilməsi və Təqsirləndirilən şəxs cəza müddətinin 22 yanvar 2025-ci il tarixdə bitdiyindən Bakı Şəhər Probasiya İdarəsində qeydiyyatdan çıxarılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin məhkumluğu ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Odur ki, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs həmin cəzanın çəkilməmiş 01 il 05 ay 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl olunduğu 08 avqust 2023-cü il tarixdən altı il müddət keçmədiyindən onun həmin məhkumluğu ödənilməmişdir. Bundan başqa, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini cəzasını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunduğu 01 il 05 ay 14 gün cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayət törədilməsi cinayətlərin təhlükəli residivini yaradır. Odur ki, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs yenidən qəsdən ağır cinayət törətdiyindən onun əməlində cinayətlərin təhlükəli residivi mövcuddur. Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilir, əməlində cinayətlərin təhlükəli residivinin olması isə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində şəxsiyyətinə uyğun, ədalətli, təhlükəli residivə və hökmlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, onun barəsində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 08 avqust 2023cü il tarixli qərarı ilə tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsini və hazırki hökm üzrə təyin ediləcək cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin qismən birləşdirilməklə ona qəti cəza təyin edilməsini məqsədə uyğun hesab edir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 19 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 19 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 21 sentyabr 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 19 sentyabr 2024-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 11 oktyabr 2024-cü il tarixli, 6779 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkiləri 315,421 qram narkotik vasitə qurudulmuş marixuana, 5,294 qram narkotik vasitə heroin, 0,372 qram psixotrop maddə metamfetamin və 02 (iki) ədəd elektron tərəzi məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş üç ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 180 (yüz səksən) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Bakı Apellyasiya Məhkəməsinin 26 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 4 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 5 (beş) ay 14 (on dörd) gün hissəsindən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli qərarına əsasən tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 26 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 4 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) il 5 (beş) ay 14 (on dörd) gün hissəsi hazırkı hökmlə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 19 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkiləri 315,421 qram narkotik vasitə qurudulmuş marixuana, 5,294 qram narkotik vasitə heroin, 0,372 qram psixotrop maddə metamfetamin və 02 (iki) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş üç ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 180 (yüz səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-968/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-968/2025
22.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver