Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-969/2020 25.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kərimov Novruz Ağakərim oğlunun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Fides” vəkil bürosunun vəkili Müdafiəçi2 qıznın iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Qazax rayonu Daşsalahlı kəndində qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏN-nin PX- nin Bakı İT-da saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X1 cinayətin törədilməsi təklifi ilə sövdələşərək razılaşıb cinayət əlaqəsinə girməklə xx xxxxx 2020-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, M.Kazımovski küçəsində yerləşən “Pitomnik” adlı parkın ərazisində Zərərçəkmiş şəxs yaxınlaşıb üzərində gəzdirdiyi bıçağı silah qismində istifadə etməklə sonuncunun sol bud nahiyəsinə dirəyib hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi ilə hədələyib basqın edərək Zərərçəkmiş şəxs məxsus üzərində 7 manat dəyərində ekran qoruyucusu, 100 manatlıq ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus nömrə olan 01 ədəd 950 manat dəyərində “İphone” markalı A1865 (X) modelli mobil telefonu və 53 manat nəğd pulu alıb ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs 1110 (min yüz on) manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü qismən təqsirli, törətdiyi əməllərdən peşman olduğunu bildirərək ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən bir il olar ki, tanıyır. Bu ilin aprel ayının axırlarında gündüz vaxtlarında evdə olan zaman Cavid adlı tanışı ona zəng vuraraq onu bir məsələ ilə bağlı 4-cü mikrorayona çağırdı. O, taksi ilə Cavidin dediyi ünvana getmişdir. Cavidlə görüşüb birlikdə Cavidin yaşadığı mənzilə qalxmışlar. Cavid Fəridin "İphone X" markalı bahalı telefon işlətdiyini və həmin telefonu Fəriddən hədə- qorxu gəlməklə alıb həmin telefonu sataraq əldə etmiş olduğu puldan ona da verəcəyini dedi. O da Cavidin təklifi ilə razılaşmışdır. xx xxxxx 2020-ci il tarixdə tanışı Vüqarın işlətdiyi səsyazdırma studiyasına getmişdir. Bir qədər keçdikdən sonra Fərid studiyayaya gəldi. Fəridlə öz aralanda söhbət edən zaman Cavid ona zəng vuraraq harada olduğunu maraqlanan zaman o, Cavidə olduğu studiyayada olduğunu dedi. Cavid kimlə oturduğunu soruşduqda o, Cavidə Fəridlə əyləşdiyini demişdir. Həmin vaxt Cavid telefonda ona hədə-qorxu gələrək təkid formasında Fəridin mobil telefonunu götürüb ona çatdırmağını dedi. Söhbət bitdikdən sonra o, Fəridə Cavidin ona dediklərini çatdırmışdır. Daha sonra o, Fəridə hədəqorxu gələrək telefonunu verməsini tələb etmişdir. Fərid onun üzərində bıçaq olduğunu bilib qorxduğu üçün telefonu ona verdi. O, telefonu Fəriddən götürdükdən sonra 30 nömrəli məktəbin arxasında olan zaman tanışı Vüqarla birlikdə taksi ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər Şəhərciyiİ-nə çatan zaman Cavid ona zəng vuraraq telefonu Fəriddən götürüb-götürməməyini soruşdu. O, Cavidə telefonu götürdüyünü bildirmişdir. Daha sonra Vüqarla birlikdə Vüsalın evində olan zaman Cavid ora gəldi və ondan Fəridə məxsus olan “İphone X” markalı mobil telefonu götürüb bir qədər söhbət etdikdən sonra çıxıb getdi.O, Fəriddən yalnız “İphone X” markalı mobil telefonu tələb etsə də, 53 manat pul almamışdır. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Aralarında ədavətləri olmayıb. xx xxxxx 2020-ci il tarixdə evdə olan zaman tanışı Vüqar ona Vüsalın işlətdiyi “Compton” adlı səsyazdırma studiyasunda Vüsal ilə birlikdə onu gözləməsi ilə bağlı mesaj yazdı. Saat 14:00 radələrində evdən çıxıb Vüsalın işlətdiyi Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən “Alvadi” marketin yanına gedib Vüqarla görüşüb söhbət etdikdən sonra evə gedən zaman parkın içində Səbuhi qarşısına çıxdı. Səbuhi onu görüb yanına çağırdı. Səbuhi ilə salamlaşıb görüşən zaman Səbuhi əlini kəmərinə ataraq göy rəngdə dəstəyi olan qatlanan bıçağı çıxarıb açaraq sol bud nahiyəsinə bıçağı dirəyib üzərində nə olduğunu soruşdu. O, ilk öncə Səbuhinin zarafat etdiyini fikirləşmiş, lakin onun ciddi olduğunu gördükdən sonra Səbuhiyə üzərində “İphone X” markalı mobil telefon və 53 manat nəğd pulunun olduğunu demişdir. Səbuhi ona hədə-qorxu gələrək pul və mobil telefonunu verməyini tələb etdi. Səbuhiyə etiraz etdikdə Səbuhi üstünə qışqıraraq bıçağı daha da sərt şəkildə bud nahiyəsinə dirədi. Səbuhinin hərəkətindən qorxub pul və mobil telefonunu Səbuhiyə vermişdir. Səbuhi pul və mobil telefonu ondan aldıqdan sonra 1 saata onunla əlaqə saxlayacağını dedi və dərhal uzaqlaşıb getdi. xx xxxxx 2020-ci il tarixdə saat 15:00 radələrində Cavid ona tanımadığı nömrədən ona zəng etməyi ilə bağlı mesaj yazdı. O, həmin dəqiqə mesaj gələn nömrə ilə əlaqə saxlamış və Cavidlə danışan zaman Cavid ona hesab nömrəsinə 50 manat pul köçürəcəyi halda mobil telefonun kimdə olduğunu deyəcəyini dedi. Bir qədər sonra Cavid ona yenidən zəng vuraraq pulu tələb edən zaman o, Cavidə 50 manat pul tapa bilmədiyini demiş, Cavid 30 manat düzəldib kart hesabına göndərməyini, qalan 20 manat pulu isə görüşən zaman verməyini bildirdi. Bu hadisədən sonra həmin tarixdə baş vermiş hadisə ilə bağlı DİN-in 102 saylı xidmətinə məlumat vermişdir. Şahid Qanuni nümayəndə ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs onun oğludur. xx xxxxx 2020-ci il tarixdə evdə olan zaman polis əməkdaşları ona zəng vurub məlumat veridlər ki, oğlu Səbuhi saxlanılmış və onu Binəqədi RPİ-nin 7-ci PB-nə dəvət etmişlər. Polis bölməsində olan zaman oğlu Səbuhinin Fərid adlı şəxsə məxsus mobil telefon və pulunu götürüb sonradan Cavidə verdiyi məlum olmuşdur. xx xxxxx 2020-ci il tarixdə evdə olan zaman qapı döyüldü və qapını açan zaman bir nəfər tanımadığı şəxs ona bir ədəd “iphone X” markalı mobil telefonu verərək Cavidin həmin telefonu istəməyərək geri göndərdiyini dedi. O, həmin vaxtı telefonu götürüb özündə saxlamış və ona aydın olmuşdur ki, ona verilmiş mobil telefon oğlu Səbuhinin Fəridə məxsus olan telefondur. Oğlu Səbuhi etdiyi hərəkət barədə ona heç bir məlumat verməmişdir. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanışı Vüqarın vasitəsilə tanıyır, aralarında ədavətləri yoxdur. O, Binəqədi rayonu, 6-cı mikrorayon, “Alvadi” marketlə üzbəüz yerləşən “Compton” adlı səsyazdırma studiyasını icarə əsasında işlətmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 15:00 radələrində studiyada olan zaman tanışları Vüqar, Anar və Səbuhi içəri daxil oldular. Vüqar ondan mobil telefonunu götürüb Fəridə ismarıc yazdı. Təxminən bir neçə dəqiqə keçdikdən sonra işi olduğundan çıxıb getmişdir. xx xxxxx 2020-ci il tarixdə axşam saat 19:00 radələrində Fərid ona tanımadığı nömrədən zəng vuraraq Səbuhinin ona hədə gələrək mobil telefonunu götürdüyünü və ondan bu barədə köməklik etməyini xahiş edərək yanına gəlmək istədiyini dedi. xx xxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində Binəqədi rayonu, 4-cü mkr Fəridlə görüşmüş və həmin vaxt Fərid ona Səbuhinin üstünə bıçaq çıxardaraq hədə-qorxu gəlib mobil telefonu əlindən aldığını dedi. Fərid pul barəsində ona heç bir söz demədi. O, Fəridə evə getməsini və bu barədə köməklik edəcəyini demişdir. Həmin gün axşam saatlarında Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları onu bölməyə dəvət etdilər. O, Cavidi qiyabi olaraq tanıyır. Münasibəti yoxdur. Fəridə məxsus olan mobil telefon heç bir zaman onda olmayıb. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, aralarında ədavətləri yoxdur. xx xxxxx 2020-ci İl tarixdə 13:00 radələrində o, tanışı Vüsal ilə görüşmək məqsədilə Binəqədi rayonu, 6-cı mikrorayon, “Alvadi” marketlə üzbəüz yerləşən “Compton” adlı səsyazdırma studiyasuna getmişdir. Vüsal ilə söhbət edən zaman o, Vüsala Fəridlə aralarında zarafat etdiyi üçün Fəridin xətrinə dəydiyindən Fəridi studiyaya çağırmağa qərar vermişdir. O, Vüsala məxsus olan mobil telefon vasitəsilə “İnstagram” sosial şəbəkəsində Fəridə studiyaya dəvət etməklə bağlı ismarıc yazmışdır. Təxminən 1 saat keçdikdən sonra Fərid studiyanun qarşısına gəldi. Fəridlə görüşərək 1 saata yaxın söhbət etdikdən sonra Fərid sağollaşıb getdi. Bir müddət sonra studiyaya daxil olan zaman təsadüfən Səbuhini orada görmüşdür. Vüsalın harada olduğunu maraqlanmış sonra Vüsalım yaşadığı evə yollanmışdır. Vüsal ilə birlikdə şəhərə getmişlər. Şəhərdə olan zaman Səbuhinin mobil nömrəsinə zəng Mehdiabad qəsəbəsinə getmək istəyibistəməməsini soruşan zaman Səbuhi onun təklifi ilə razılaşdı. O, taksi ilə Səbuhinin olduğu yerə gəlib Səbuhi ilə görüşdükdən sonra birlikdə Mehdiabad qəsəbəsinə getmişlər. Yolda olan zaman Səbuhi cibindən “İphone X” markalı mobil telefon çıxartdı.O, həmin mobil telefonun tanışı Fəridə məxsus olduğunu bildirib telefonun onda nə gəzdiyini soruşan zaman Səbuhi ona qeyd olunan mobil telefonu Fəridin əlindən aldığını dedi. Vüsalın yaşadığı evdə olan zaman Fərid Vüsala zəng vuraraq onların yanına gəlmək istədiyini və Səbuhinin ona məxsus olan mobil telefon və pulunu əlindən aldığını dedi. Həmin tarixdə axşam saatlarında evdə olan zaman Cavid olduqları ünvana gəlmiş və evdə oturub bir qədər söhbət etdikdən sonra Səbuhi Fəridə məxsus olan “iphone X” markalı mobil telefonu Cavidə verdikdən sonra Cavid çıxıb getdi. xx xxxxx 2020-ci il tarixdə o, Səbuhi ilə görüşən zaman Səbuhi ona Fəridə üzərində gəzdirdiyi bıçaqla hədə-qorxu gələrək Fəriddən “İphone X” markalı mobil telefon və pulu əlindən aldığını dedi. Məhkəmədə elan olunub araşdırılmış xx xxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləmiş hadisənin yerini əyani şəkildə göstərərək, hadisənin necə baş verməsini əyani təsvir edərək göstərmişdir. Məhkəmədə elan olunub araşdırılmış xx xxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs dediklərini qismən təsdiqləyərək, hadisənin xx xxxxx 2020-ci il tarixdə Bak şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, “Alvadi" marketlə üzbəüz yerləşən “Compton” adlı səsyazdırma studiyasunda baş verdiyini, həmin vaxtı Zərərçəkmiş şəxs "İphone X” markalı mobil telefonunu üzərində olan mobil nömrəni çıxarıb ona verdiyini, sonuncuya məxsus 53 manat pulunu almadığını və üzərinə bıçaq çıxarmadığını bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış xx xxxxx 2020-ci il tarixli təqdim etmə və götürmə protokolundan görünür ki, istintaq zamanı X3 oğlu Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd “İpnone X” markalı mobil telefonu istintaqa təqdim etmişdir. Məhkəmədə elan olunub araşdırılmış xx xxxxx 2020-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmiş bir ədəd “İphone X” markalı mobil telefon zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş və tanınma zamanı Zərərçəkmiş şəxs həmin telefonu markasından, rəngindən, işlənmə dərəcəsindən tanıdığını bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 9/1081 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd qara rəngli “İphone” markalı A1865 (X) model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və işlənmə dərəcəsi nəzərə alınmaqla normal vəziyyətdə (zədələnməmişdən əvvəl) hadisə baş verən tarixə, yəni 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 950,00 manat, hal- hazırda ekranında olan qüsur nəzərə alındıqda təxminən 800,00 manat müəyyən olunur. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizasının xx xxxxx 2020-ci il tarixli 655 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində xəsarət aşkar olunmur. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-psixiatrik ekspertizasının xx xxx 2020-ci il tarixli, 815 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan olunub araşdırılmış “xxxx” MMC-dən alınmış xx xxx 2020-ci il tarixli məktubdan görünür ki, ***-***-**-** saylı mobil nömrə X1 adına qeydiyyata alınmışdır. Məhkəmədə elan olunub araşdırılmış xx xxxx 2020-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı «xxxx» MMC-yə məxsus kart nömrəsinə xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və göndərilən smslər və mətnləri, həmin nömrələrin sahiblərinin anket məlumatları köçürülmüş CD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə X1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin arasında xx xxxx 2020ci il tarixdə saat 05:11:37-də “Qara senin neslıvu qeyri-etik ifadə ha teli gotur qeyri-etik ifadə” sözləri yazılmış yazışmanın olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömə ilə X1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin arasında xx xxxxxx 2020-ci il tarixdə saat 08:50:32-də 76 saniyə, xx xxxx 2020-ci il tarixdə saat 17:59:23-də 49 saniyə, xx xxxx 2020-ci il tarixdə saat 20:58:24də 54 saniyə, xx xxxx 2020-ci il tarixdə saat 14:20:35-də 100 saniyə, saat 16:26:26-da 8 saniyə, xx xxxx 2020-ci il tarixdə saat 10:39:49- da 30 saniyə, saat 10:41:30-da 23 saniyə, saat 04:48:36-da 55 saniyə, saat 05:08:21-də 81 saniyə, saat 11:37:29-da 147 saniyə, saat 12:03:37-də 80 saniyə, saat 12:08:11-də 69 saniyə, saat 12:41:09-da 30 saniyə, saat 12:52:26-da 13 saniyə, saat 12:54:44-də 10 saniyə telefon danışıqlarının olması aşkar olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndiriləməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, iş üzrə bir ədəd “İphone” markalı A1865 (X) modelli mobil telefon maddi sübut kimi tanınaraq sahibinə geri qaytarılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs hadisənin studiyanın içərisində baş verməsi, zərərçəkmiş şəxsin mobil telefonunu götürsə də ondan 53 manat pul almaması barəsindəki ifadələrini şahid ifadələri, işin halları və digər sübutlarla müqayisəli təhlil edib onun ifadələrini məsuliyyətini yüngülləşdirməyə yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə, yuxarıda sadalanan sübutları Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərinin baş verməsini, həmin əməllərin onun tərəfindən qəsdən və anlaqlı vəziyyətdə törədilməsini təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X4iunun cinayətin törədilməsi təklifi ilə sövdələşərək razılaşıb cinayət əlaqəsinə girməklə xx xxxxx 2020-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, M.Kazımovski küçəsində yerləşən “Pitomnik” adlı parkın ərazisində Zərərçəkmiş şəxs yaxınlaşıb üzərində gəzdirdiyi bıçağı silah qismində istifadə etməklə sonuncunun sol bud nahiyəsinə dirəyib hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi ilə hədələyib basqın edərək Zərərçəkmiş şəxs məxsus üzərində 7 manat dəyərində ekran qoruyucusu, 100 manatlıq ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus nömrə olan 01 ədəd 950 manat dəyərində “İphone” markalı A1865 (X) modelli mobil telefonu və 53 manat nəğd pulu alıb ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs 1110 (min yüz on) manat məbləğində maddi ziyan vurmaqla quldurluq etməsi sübuta yetirildi. Məhkəmə, Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyi qənaətinə gəlib onun əməllərini həmin maddələrlə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməlləri qəsdən törətməsi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu əməlləri törətməkdə təqsirli olması qənaətinə gəldiyindən onun bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus cinayət qanunun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İstintaq zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə 50 (əlli) manat xərclənmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Müdafiəçi2 tətərindən 30 (otuz) saat hüquqi yardım göstərilmişdir. Buna görə də ona 180 (yüz səksən) manat ödənilməlidir. İstintaq zamanı Təqsirləndirilən şəxs Bakı şəhər 11 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən göstərilən hüquqi yardımın dəyəri 480 (dörd yüz səksən) manat təşkil edir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin məbləğləri ödəmək üçün maddi imkanın olmadığı müəyyən olundu. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs həmin məbləğlərin ödənilməsindən azad edilməsini əsaslı sayır. Məhkəmə, maddi sübut kimi tanınmış bir ədəd “İphone” markalı A1865 (X) modelli mobil telefonun sahibinə geri qaytarılmasını nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir Məhkəmədə elan olunub araşdırılmış xx xxxxxxx 2020-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışıb, ondan şikayət və tələbi yoxdur, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi cinayət əməlini törədərkən yetkinlik yaşına çatmaması, Zərərçəkmiş şəxs ilə barışması müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərəçəkmiş şəxslə barışdıqda və onun əməllərində cəzanı ağırlaşdıran hallar yoxdursa təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddəti sanksiyada nəzərdə tutulan son həddin dörrdə üçündən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətini müəyyən edərkən həmin halı nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, təyin ediləcək cəzanın əvvəlinin tutulduğu xx xxxxx 2020-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan Azərbaycan Respublikası CMnin 56.1.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, cəza təyin ediləcək cəzanın həcmini müəyyən edrəkən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 435-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə 7 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx xxxxx 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs hüquqi yardım göstərilməsi ilə bağlı 180 (yüz səksən) manat vəsait Müdafiəçi2 ödənilməsi üçün Bakı şəhəri “Fides” vəkil bürosunun hesabına, 480 (dörd yüz səksən) manat müadfiəçi Müdafiəçi1 ödənilməsi üçün Bakı şəhər 11 saylı Vəkil bürosunun hesabına, məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 50 (əlli) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına dövlət büdcəsi hesabına ödənilsin, Təqsirləndirilən şəxs həmin məbləğləri ödəməkdən azad olunsun. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “İphone” markalı A1865 (X) modelli mobil telefonun sahibinə geri qaytarılması nəzrə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-969/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-969/2020
25.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver