Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-969/2022 18.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X12 və X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X9 və Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakları ilə xx xxxxxxxx 1973-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2. 308.2.. 311.3.2 və 313-cü maddələri ilə təqsirli bilinərək 03 il dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Azərbaycan Respublikasının 70-ci maddəsi tətbiq edilməklə üzərində saxlanılan cəza 02 il sınaq müddəti ilə şərti hesab edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Təsisçisi, Naxçıvan MR, Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Bağlar yaşayış Massivi fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə elməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda ziyan vurmaqla təkrarən özgənin əmlakını ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə- bilə yalan məlumatlara daxil edib vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs kimi xidməti icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində 06 aprel 2007-ci il tarixdə 0107-RZ12-48183 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış (VÖEN №**********) "Meqa-Siti Holdinq' Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi kimi həmin Cəmiyyətin Nizamnaməsinə əsasən, həmin Nizamnaməyə əlavə və dəyişikliklər etmək, nizamnamə kapitalının miqdarını dəyişdirmək, cəmiyyətin növbədənkənar ümumi yığıncaqlarının çağırılması hallarını və qaydasını müəyyən etmək, cəmiyyətin illik hesabatlarım və mühasibat balanslarını təsdiq etmək, mənfəət və zərəri bölüşdürmək, cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanının üzvlərini təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini müəyyənləşdirmək, cəmiyyətin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək, cəmiyyətin başqa təşkilatlarda iştirakı, habelə hüquqi şəxsləri, filialların və nümayəndəliklərin yaradılması, yenidən təşkili və ləğv edilməsi, cəmiyyətin icra orqanının səlahiyyətlərinin kənar idarəçiyə verilməsi, cəmiyyətin daşınmaz əmlakının servitut və uzufrukt ilə yüklü edilməsi, cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydasını müəyyən etmək kimi müstəsna səlahiyyətlərə malik ali idarəetmə orqanı olan ümumi yığıncaqda iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə (şəxsən) iştirak etmək və ya müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq və digər təşkilatısərəncamverici funksiyaları yerinə yetirən başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətləri etmək hüququna malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək təsisçisi olduğu cəmiyyət tərəfindən 2007-ci ilin iyul ayından başlayaraq ünvan 1 ünvanında inşa edilən 2 saylı binanın 17-ci mərətəbəsində ümumi sahəsi 102.4 kvadratmetr olan 3 otaqlı 123 nömrəli mənzili 17 noyabr 2014-cü il tarixdə, 17 noyabr 2014-cü il tarixli və 17 noyabr 2014 nömrəli müqaviləni və mənzilin dəyərinin ödənilməsinə dair həmin tarixli və nömrəli maliyyə arayışı hazırlayıb həmin sənədlərin mətnində olan direktor: ŞahidA” və “X24 MMC-nin direktoru ŞahidA” yazılarının qarşısında şəxsən imzalayaraq cəmiyyətə məxsus dairəvi möhürlə təsdiq edib mənzilin Zərərçəkmiş şəxs1 54000 manata satılmasını rəsmişləşdirilməsinə baxmayaraq, həmin mənzilin əvvəlcədən heç kəsə satılmadığını və digər hər hansı sahibinin olmadığını mənzil almaq məqsədi ilə 2016-cı ilin noyabr ayının ortalarında müraciət edən Zərərçəkmiş şəxs2 yalandan bildirib, həmin mənzili sonuncuya 49.000 manata sata biləcəyini vəd verərək, onu inandırmaq üçün məzmununa cəmiyyətin Bakı şəhəri, Nərimanov rayonu. M.Araz 130B ünvanında yerləşən “Avesta Konserni”ndəki ofisində tamah niyyəti ilə mənzilin guya 15 noyabr 2016-cı il tarixdə Zərərçəkmiş şəxs2 satılmasına dair bilə-bilə yalan məlumatlar daxil elməklə 15 noyabr 2016-cı il tarixli 15 noyabr 2016 nömrəli müqaviləni və mənzilin dəyərinin ödənilməsinə dair həmin tarixli və nömrəli maliyyə arayışını hazırlayıb həmin sənədlərin mətnində olan 'direklor: ŞahidA və “X24 MMC-nin direktoru ŞahidA” yazılarının qarşısında şəxsən imzalayaraq cəmiyyətə məxsus dairəvi möhürlə təsdiq edib, həmin saxta rəsmi sənədləri Zərərçəkmiş şəxs2 təqdim elməklə həmin mənzilin satılması adı ilə sonuncudan qeyd edilən tarixdə cəmiyyətin Bakı şəhəri, Nərimanov rayonu, M.Araz 1 ZOV ünvanında yerləşən “Avesta Konsernf’ndəki ofisində 15 noyabr 2016-ci il tarixdə 40.000 manat, 2016-cı ilin noyabr ayının sonlarından 2017-ci ilin mart aymadək 9000 manat vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 49000 manat pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui- istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 49.000 manat pulu ələ keçirmiş, 2020-ci ilin yay aylarında törətdiyi saxtakarlığın aşkar olunduğu bilndikdən sonra Zərərçəkmiş şəxs1 ödəmiş olduğu pulu geri tələb etməsi ilə əlaqədar sonuncunun ondan şikayət etməməsi və qanunsuz hərəkətlərini pərdələmək məqsədi ilə heç bir öhdəliklə bağlı olmayan özü tərəfindən 21 iyul 2020-ci il tarixdə tərtib edilmiş 21 iyul 2020-ci il tarixli 21 iyul 2020 nömrəli müqavilə ilə inşa edilən binada 125 kvadratmetr ölçüdə olan qeyri-yaşayış sahəsini və 21 iyul 2020-ci il tarixdə tərtib edilmiş 21 iyul 2020-ci il tarixli 21/07/20 nömrəli müqavilə ilə inşa edilən binada 60 kvadratmetr ölçüdə olan 83a. 84a. 85a nömrəli qarajları Zərərçəkmiş şəxs1 guya girov verməklə öz qulluq mövqeyindən istifadə elməklə aldatma və etibardan sui-istifadə elmə yolu ilə külli miqdarda ziyan vurmaqla Zərərçəkmiş şəxs1 əmlakı olan 54000 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlara daxil edib vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs kimi xidməti icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə edərək başqasının əmlakını ələ keçirmək məqsədi ilə təsisçisi olduğu cəmiyyət tərəfindən 2007-ci ilin iyul ayından başlayaraq ünvan 1 ünvanında inşa edilən 2 saylı binanın 17-ci mərətəbəsində ümumi sahəsi 102.4 kvadratmetr olan 3 otaqlı 123 nömrəli mənzili Bakı şəhəri, Nərimanov rayonu, M.Araz 130B ünvanında yerləşən “Avesta Konserni”ndəki ofisində 17 noyabr 2014-cü il tarixdə 17 noyabr 2014-cü il tarixli 17/11/14 nömrəli müqavilə və mənzilin dəyərinin ödənilməsinə dair həmin tarixli və nömrəli maliyyə arayışı əsasında Zərərçəkmiş şəxs1 54000 manata satdıqdan sonra həmin mənzili Bakı şəhəri, Nərimanov rayonu, M.Araz 1 ZOV ünvanında yerləşən “Avesta Konscrni”ndəki ofisində tamah niyyəti ilə mənzilin guya 15 noyabr 2016-cı il tarixdə Zərərçəkmiş şəxs2 satılmasına dair bilə-bilə yalan məlumatlar daxil etməklə 15 noyabr 2016-cı il tarixli 15/11/16 nömrəli müqaviləni və mənzilin dəyərinin ödənilməsinə dair həmin tarixli və nömrəli maliyyə arayışı əsasında 15 noyabr 2016-ci il tarixdə 40.000, 2016-cı ilin noyabr ayınm sonlarından 2017-ci ilin mart ayınadək 9000 manatı vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 49000 manat pul vəsaitini əldə etdikdən sonra mənzilin Zərərçəkmiş şəxs2 tərəfindən istifadə edildiyini bildiyi halda 2020-ci ilin mart ayının sonlarında başqasının əmlakını ələ keçirmək məqsədi ilə təkrarən dələduzluq edib Zərərçəkmiş şəxs1 2014-cü ilin noyabr ayında satmış olduğu mənzilə qaz saycağnın quraşqıdırılması və mənzilə qazın verilməsi üçün ödəniş etmək lazım oldğunu deyərək 2020-ci ilin mart ayınm sonlarında ünvan 5 ünvanının qarşısında Zərərçəkmiş şəxs1lə görüşüb sonuncudan 1200 manat pul alaraq Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirib təkrarən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2007-ci ildə “X25” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmiş, həmin cəmiyyəti əvvəl tək təsis etsə də, sonradan maddi çətinliklə əlaqədar müxtəlif şəxsləri, o cümlədən X13, X10, X4 və digər şəxsləri təsisçilərin sırasına qoşulmalarına icazə vermişdir. Cəmiyyət ünvan 6 ünvanında yaşayış kompleksini tikmişdir. Həmin yaşayış kompleksi iki blokdan ibarət olmuş, bu səbəbdən də, yaşayış kompleksi şərti olaraq 1 və 2 saylı binalar kimi ayrılmışdır. Bir saylı bina şifahi razılıq əsasında Aqil Qədirova və Maksim Zeynalova məxsus olmuş, iki saylı bina isə ona məxsus olmuşdur. Bu səbəbdən də, bina tikildikdən sonra binalarda olan mənzillərin satışını ayrı-ayrı aparmışlar. O, müstəqil işlədiyindən “Avesta Kosern”ə məxsus ünvan 7 ünvanda yerləşən binada 4-cü mərtəbədə icarəyə yer götürərək cəmiyyətin ofisini orada yerləşdirmişdir. Binanın tikintisi zamanı o, mənzilləri müxtəlif şəxslərə satmışdır. Həmin şəxslərdən biri də Zərərçəkmiş şəxs1 olmuşdur. Belə ki, 2014-cü ildə tanışı Həsən Abdullayev vasitəsi ilə Zərərçəkmiş şəxs1lə tanış olmuşdur. Söhbət zamanı o, yaşayış binasında ev tikdiyini bildirərək ona da həmin binada ev almasını təklif etmişdir və o, razılaşmıdır. Bundan sonra eskizləri Rüstəmə təqdim etmiş, Rüstəm binada mənzil bəyəndikdən sonra inşa edilən kompleksin 2 saylı binasının 17-ci mərtəbəsində ümumi sahəsi 102.4 kv.m-dən ibarət 3 otaqlı №123-li mənzili 54000 manat satmağa razılaşmışdır. Bundan sonra o, mənzilin ödənişini alıb müvafiq sənədləri tərtib etmişdir, sonra sənədləri imza edib bir nüsxəsini Rüstəmə vermişdir. Bir müddət binada tikinti aparılsa da, sonradan işlər dayandırılmışdır. Bir müddət sonra Rüstəm ona müraciət etmişdir ki, ona satdığı mənzil başqa şəxsə satılmışdır. O, sonradan yoxlayan zaman həqiqətən texniki səhvə yol verdiyini və həmin mənzilin qeydiyyatını aparmadan Zərərçəkmiş şəxs2 müəyyən etmişdir. Bundan sonra Rüstəm inşa edilən binada mənzil təklif etsə də, o, əvvəl bunu qəbul etmiş və bununla əlaqədar ona sənəd vermişdir. Bir müddət sonra isə Rüstəm yenidən müraciət edərək pulunu geri istəmiş və qısa müddət ərzində onun pulunu qayataracağını demişdir. O, səhvən Zərərçəkmiş şəxs1 satdığı mənzili Zərərçəkmiş şəxs2 satmış, bu səhvini etiraf edər və peşimandır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadələrindən başqa məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Azərbaycan Respublikasında anadan olmuş, burada azərbaycan dilində təhsil almış, yalnız xarici dövlətin vətəndaşı ilə ailə qurduğundan soyadı dəyişmişdir. 2016-cı ildə ailə üzvləri ilə birlikdə özlərinə mənzil axtarmağa başlamışdır. Bu minvalla ünvan 8 ünvanında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən inşa edilən binada mənzil tapmışlar. Binaya və binada olan mənzillərə baxdıqdan sonra cəmiyyətin rəhbərliyi ilə əlaqə saxlamışlar. Onlara məlum olmuşdur ki, cəmiyyətin rəhbərliyi “Avesta Konsern”ə məxsus ünvan 7 ünvanda yerləşən binada 4-cü mərtəbədə fəaliyyət göstərir. Bundan sonra "xxxx" MMC-nin rəhbərliyinin oturduqları ünvana getmişlər. Orada özlərini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxs cəmiyyətin ona məxsus olduğunu və həmin binanın onun cəmiyyəti tərəfindən inşa edildiyini bildirmişdir. Bundan sonra bir daha bukletlərə baxmışlar və bina baradə məlumatları olduğundan pullarına uyğun mənzil seçmişlər. Belə ki, 2 saylı binanın 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 102,4 kv.m olan 3 otaqlı 123 nömrəli mənzili seçmişlər. Şifahi razılıq əldə etdikdən sonra mənzilin bir kvadrat metri üçün 280 manat ödəməklə mənzili 49000 manata almağı razılaşmışlar. 2016-cı ilin noyabr ayında "xxxx" MMC-nin fəaliyyət göstərdiyi “Avesta Konsern”ə məxsus ünvan 7 ünvanda yerləşən binada 4-cü mərtəbəyə ailə üzvləri ilə birlikdə getmişlər. Ofisdə Təqsirləndirilən şəxslə görüşmüşlər. Həmin vaxt ofisdə o və ailə üzvləri Təqsirləndirilən şəxs nağd olaraq 40000 manat pul ödəmiş və qalan 9000 manat pulu 6 ay ödəməyi öhdələrinə götürmüşlər. Mənzili almamaqları ilə əlaqədar Təqsirləndirilən şəxs tərəfindən həmin gün müqavilə tərtib edilmişdir, tərtib edilmiş müqaviləni o və Təqsirləndirilən şəxs imza etmişlər. Bundan sonra müqavilənin bir surəti ona verilmişdir. Mənzili aldıqdan bir neçə gün sonra Təqsirləndirilən şəxs onlara arayış vermişdir ki, onlar mənzildə təmir işləri apara bilərlər. Mənzili aldıqdan 3-4 ay ərzində onlar qalan 9000 manatı Təqsirləndirilən şəxs ödəmişlər və bununla əlaqədar sonuncu onlara müvafiq qəbz və arayış vermişdir. 2016-ci ilin sonundan başlayaraq o və ailə üzvləri əllərinə pul düşdükcə mənzili təmir etmişlər, lakin təmiri tam başa vurmadıqlarından mənzilə köçməmişlər. 2020-ci ilin iyul ayında o mənzilə gəlib mənzilin qapısını açıb mənzili təmir etmək istəmiş, lakin mənzilin qapısını aça bilməmişdir. Bunu görüb usta çağırıb qapının açarlarını dəyişmişdir. Bundan sonra o, mənzili təmir etdirməyə başlamışdır. Həmin ərəfədə Zərərçəkmiş şəxs1 adlı şəxs onların mənzili olan ünvana gəlmiş və mənzilin ona məxsus olduğunu deyib müvafiq müqavilə təqdim etmişdir. O da, mənzilə aid müqavilə olduğunu demiş və Zərərçəkmiş şəxs1 təqdim etmişdir. Bundan sonra onlar "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxslə əlaqə saxlamaq istəmiş, lakin imkan olmamışdır. Bir-neçə gün sonra o, qohumu və Zərərçəkmiş şəxs1 birlikdə Təqsirləndirilən şəxs oturduğu ofisə gəlmişlər. Həmin vaxt onlar Təqsirləndirilən şəxslə hansı səbəbdən bir mənzili hər ikisinə satdığını demiş və Təqsirləndirilən şəxs müxtəlif səbəblər gətirməyə başlamışdır. Bundan sonra Rüstəm bildirmişdir ki, artıq o, mənzili təmir etmiş və o, mənzilin ona qalmasına etiraz etmir, yalnız ödədiyi pulu geri istəyir. Həmin vaxt Fariz ona narahat olmamağı, mənzilin əvəzində Zərərçəkmiş şəxs1 ya pulunu qaytaracağını, ya da mənzilin əvəzində başqa mənzil və ya qeyri-ticarət yer verəcəyini demişdir. Fariz onları yola saldıqdan sonra o, Zərərçəkmiş şəxs1 bir daha mənzilə gəlmədiyini görüb mənzili təmir edib orada yaşamağa başlamışdır. Mənzilin təmirinə təxminən 95000 manat xərci çıxmışdır. 2021-ci ilin payız aylarında o xəbər tutmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 pulunu qaytarmamış və əvəzində heç bir mənzil verməmiş və bu səbbədən də Zərərçəkmiş şəxs1 şikayət etmişdir. Hazırda onlar öz evlərində yaşayırlar, Zərərçəkmiş şəxs1 isə həmin evdən imtina etməsi və ona dəymiş ziyanın ödənilməsi ilə bağlı onlara ərizə təqdim etmişdir. Hazırdı onlara dəymiş ziyan ödənilmiş, şikayətləri və tələbləri yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailəsilə birlikdə yaşayır. 2014-cü ildə tanışı Həsən Abdullayev vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Fariz söhbət zamanı tanışları ilə birlikdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etdiklərini və cəmiyyətləri tərəfindən ünvan 9 ünvanında yüksəkmərtəbəli binaların tikintisi ilə məşğul olduqlarını bildirmişdir. Növbəti görüşlərin birində Fariz ona inşa etdikləri binada ucuz qiymətə mənzil almağı təklif etmiş və onu ofisinə dəvət etmişdir. Farizin təklifi onun xoşuna gəldiyindən o, yolüstu binanın inşa edildiyi yerə baxdıqdan sonra evi bəyənib Farizin ofisinə gəlmişdir. O, qabaqcadan mənzillərinin eskizlərini görmüşdür. Həmin vaxt "xxxx" MMC-ti “Avesta Konsern”ə məxsus ünvan 7 ünvanda yerləşən binanın 4-cü mərtəbədə fəaliyyət göstərmişdir. O, ofisə gəldikdən sonra Farizlə salamlaşmış və qabaqcadan razılaşdıqları qiymətə iki otaqlı mənzl almaq istədiyini demişdir. Bundan sonra yenidən birlikdə eskizlərə baxaraq mənzil seçmişdir. Həmin mənzil inşa edilən kompleksin 2 saylı binasının 17-ci mərtəbəsində ümumi sahəsi 102,4 kv.m olan 3 otaqlı 123 nömrəli mənzil olmuşdur. Farizlə razılaşdıqdan sonra o, mənzili 54000 manata almağa razılaşmışdır. Bundan sonra pulu nağd olaraq Təqsirləndirilən şəxs vermiş və çay içdiyi müddətdə Təqsirləndirilən şəxs müqaviləni hazırlatdırmışdır. Mənzili alması ilə əlaqədar Təqsirləndirilən şəxs tərəfindən həmin gün müqavilə tərtib edilmiş, tərtib edilmiş müqaviləni o və Təqsirləndirilən şəxs imza etmişlər. Bundan sonra müqavilənin bir surətini Təqsirləndirilən şəxs ona vermişdir. O, müqaviləni götürən zaman orada olan imzanın qarşısında direktor Şahid yazıldığın görmüş və bu barədə Farizə demiş, Təqsirləndirilən şəxs bunun formal olduğunu bildirmiş və müqavilələrin onun tərəfindən imza edildiyini demişdir. Müqavilə bağlandıqdan sonra Fariz 2-3 il ərzində tikintini qurtaracaqlarını demişdir. 2017-ci ildə o, işi ilə əlaqədar Rusiya Federasiyasına getmiş və 2018-ci ilin sonlarında qayıtmışdır. Həmin vaxtlar mənzili təmir etməyə pulu olmadığından təmirə başlamamışdır. 2020-ci ilin mart ayının sonlarında Təqsirləndirilən şəxslə əlaqə saxlayıb artıq tikintinin başa vurmalarını və mənzilə köçə bilib-bilmədiyini soruşduqda Təqsirləndirilən şəxs binaya qazın verildiyini bildirmiş və mənzilə qaz çayğacının qoyulması üçün əlavə 1200 manat ödəniş etməli olduğunu bildirmişdir. O da onunla razılaşıb 2020-ci ilin mart ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 110-un qarşısında olan «Albert Aqarunovun» heykəlinin yanında Farizlə görüşüb ona əlbə-əl 1200 manat pul vermişdir ki, mənzilə qaz sayğacı qoyulsun və o, mənzildə təmirə başlasın. Təxminən 3-4 ay keçdikdən sonra bir az pul əldə etdiyindən mənzili təmir etmək qərarına gəlmişdir. Bununla əlaqədar binanın olduğu yerə gedən zaman müəyyən etmişdir ki, bina təhvil verilsə də, tam yaşayış yoxdur. Həmin vaxt özünə məxsus mənzilə girmək istəyən zaman mənzilin qapısının bağlı olduğunu görüb bu barədə maraqlananda məlum olmuşdur ki, mənzili başqa şəxsə satılıb. Bundan sonra mənzili alan Zərərçəkmiş şəxs2 ilə əlaqə saxlayıb görüşmüşdür. Elvira ilə görüşdükdən sonra mənzilə aid müqaviləsi olduğunu demiş və müqaviləni Elviraya təqdim etmişdir. O da mənzilə dair müqaviləsi olduğunu ona demiş və müqaviləni ona təqdim etmişdir. Bundan sonra o və Elvira "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxslə əlaqə saxlamaq istəmişlər, lakin imkan olmamışdır. Bir-neçə gün sonra, Elvira və Elviranın qohumu birlikdə Təqsirləndirilən şəxs oturduğu ofisə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxslə hansı səbəbdən bir mənzili hər ikisinə satdığını dedikdə və Təqsirləndirilən şəxs müxtəlif səbəblər gətirməyə başlamışdır. Bundan sonra bildirmişdir ki, artıq Elvira mənzili təmir etdiyindən mənzilin Elviraya qalmasına etiraz etmir, yalnız ödədiyi pulu geri istəyir. Həmin vaxt Fariz narahat olmamağı, mənzilin əvəzində ona ya pulunun qaytaracağını, ya da mənzilin əvəzində başqa mənzil və ya qeyri-ticarət yeri verəcəyini demişdir. Hətta bununla əlaqədar 21 iyul 2020-ci il tarixdə o Farizlə onun ofisində görüşmüşlər. Həmin vaxt Fariz bir neçə müqavilə verərək onun mənzilinin pulunu qaytarana qədər inşa edilən binanın altında qeyri-yaşayış sahəsini və qarajları girov verir. Verilmiş sənədləri müxtəlif şəxslərə göstərdikdən sonra ona məlum olmuşdur ki, həmin sənədlərin heç bir hüquqi qüvvəsi yoxdur, çünki həmin sənədlərdə hər-hansı bir mənzilin və qeyri-yaşayış yerinin mülkiyyətçi təsdiq olunmur, sənədlərdə isə Təqsirləndirilən şəxs satıcı kimi göstərilmişdir. Bundan sonra o, dəfələrlə Farizlə əlaqə saxlayıb verilmiş sənədlərin heç bir hüquqi qüvvəsi olmadığını deyib, həmin pulunu qaytarmasını tələb etməyə başlamışdır. Fariz isə həmin sənədləri girov kimi qoyduğunu və pulunu qaytaracağını demişdir. Həmin vaxtlar “Pandemiya” ilə əlaqədar Farizlə görüşə bilməmişdir. Telefon danışıqları zamanı o, Farizə yenədə onu aldatdığını demişlər, o, hər dəfə bir bəhanə gətirmişdir. Sonradan ona məlum olmuşdur ki, Farizin təsis etdiyi və işlədiyi cəmiyyətin rəhbəri hazırda həbs olunmuş və cəmiyyətdə heç bir möhür yoxdur. O, bunu görüb məcbur olaraq şikayət ərizəsi yazmışdır. Hal-hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur, barışmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 23 oktyabr 2007-ci il tarixdə ”X25" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsinə qəbul olunmuşdur. Həmin cəmiyyətin təsisçisi Təqsirləndirilən şəxs olmuşdur. Cəmiyyət ünvan 10 ünvanında iki binadan ibarət yaşayış kompleksini inşa etmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs öz payının bir hissəsini X2 cəmiyyətin nizamnaməsində dəyişiklik elmişdir. Bundan bir müddət sonra Aqil və Fariz yenə paylarının bir hissəsini X8 və X1 və bu səbəbdən cəmiyyətin nizamnaməsində dəyişiklik etmişdir. Şifahi razılığa əsasən Aqil və Maksim inşa edilən yaşayış kompleksinin 1 saylı binasına baxmışlar. Fariz isə iki saylı binaya nəzarət etmiş və cavabdehlik daşımış, inşa edilən binalarda mənzilləri satmışlar və özləri pullarını almışlar. Mənzillərin satılması ilə əlaqədar müvafiq müqavilələr bağlansa da həmin müqavilələrin əksəriyyətini o imzalamamış və tərtib edilmiş müqavilələrdən xəbəri olmamışdır. 2017-ci ildə müxtəlif vətəndaşlar şikayətlər etdiklərindən o və “X25" Məhdud Məsuliyyətli Cəmiyyətinin digər rəhbərləri cinayət məsuliyyətinə cəlb edilmişdir. Cinayət məsuliyyətinə cəlb edilmələrinə səbəb isə X11 və X3 bir mənzili iki və ya daha çox şəxslərə satmaları olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu il tarixli hökmü ilə o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və digər maddələri ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 185 saylı rəyinə görə, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqh hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1. 21.3. və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs özünü müdafiə üçün Zərərçəkmiş şəxs1 aid evi səhvən Zərərçəkmiş şəxs2 satdığı barədə göstərdiyi xüsusatlar zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin materiallarında olan digər sənədlərlə təkzib olunur. Buna görə də, Təqsirləndirilən şəxs göstərdiyi bu dəlillər cinayət məsuliyyətindən yayınmağa yönəlmiş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı da öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələri ilə tövsif edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə əsasən cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına daxildir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələbinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən 2 il keçdikdən sonra şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxsin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə olan halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2-ci maddəsinin tələbinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, həmin Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs ittiham edildiyi vəzifə saxtakarlığı cinayətləri törətdiyi gündən 2 il keçdiyinə görə ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə onun barəsində cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi nəzərə alınaraq təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə görə həmin maddə ilə ona cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İstintaq zamanı Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2. 308.2., 311.3.2 və 313-cü maddələri ilə təqsirli bilinərək 03 il müdddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, üzərində 03 il dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 il 11 ay 05 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə üzərində saxlanılan cəza 02 il sınaq müddətinə şərti hesab edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı 25 iyun 2003-cü il tarixli qərarının 27-ci bəndində göstərilmişdir ki, sınaq müddəti ərzində ehtiyatsızlıqdan və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət etmiş şəxs barəsində şərti məhkum etmənin ləğvi və ya qüvvədə saxlanılması məsələsinə baxarkən birinci və ya ikinci cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə məhkumun şəxsiyyəti və sınaq müddəti ərzində davranışı barədə məlumatlar nəzərə alınmalıdır. Belə məlumatların aydınlaşdırılması üçün zəruri olduqda şərti məhkum edilmiş şəxsin davranışı üzərində nəzarəti həyata keçirən dövlət orqanının nümayəndəsi məhkəməyə çağrıla bilər. Şərti məhkum edilən şəxsin sınaq müddəti ərzində özünü mənfi tərəfdən səciyyələndirdiyi, üzərinə qoyulmuş vəzifələri yerinə yetirmədiyi, ictimai qaydanı pozduğu və s. müəyyən edilərsə məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.3-cü maddəsinə əsasən şərti məhkumetməni ləvğ edə (qəbul edilmiş qərarı əsaslandırmaqla) və hökmlərin məcmusu üzrə cəza təyin edə bilər. Məhkəmə şərti məhkumetmənin saxlanması qərarına gələrsə hökmün təsviri əsaslandırıcı hissəsində bunu əsaslandırmalı, nəticəvi hissəsində isə birinci hökm üzrə şərti məhkumluğun müstəqil olaraq icra edilməli olduğunu göstərməlidir. Şərti məhkum edilmiş şəxsin birinci iş üzrə hökm çıxarılanadək başqa cinayət törədilməsində də təqsirli olması müəyyən edilərsə bu halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilmir, belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71-ci maddəsində şərti məhkumetmənin ləğv edilməsi əsaslarının tam siyahısı verilmişdir. Belə hallarda birinci və ikinci işlər üzrə hökmlər müstəqil icra olunur. Dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, iş üzrə zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur, onlara dəymiş ziyan ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməllərində onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəmiş və əməlində ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə əməl edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, “müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən yüngülləşdirici halların məcmusunu, əməlindən qismən də olsa səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən, yəni onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etdiyindən, onun barəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Şərti məhkum edilmiş şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.3cü maddəsinə əsasən sınaq müddəti müəyyən edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 23 dekabr 2022-ci il tarixdə barəsində baqa yerə getməmək haqında iltizam qətimkan tədbiri seçilmişdir. Bundan sonra onun barəsində 05 iyul 2022-ci il tarixli qərarla həbsli axtarış elan olunmuş və Nərimanov rayon Polis idarsinin əməkdaşları tərəfindən 09 avqust 2022-ci il tarixdə saxlanılmış və hal hazıra kimi həbsdədir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. İş üzrə maddi sübutlar- ünvan 11 ünvanında inşa edilən 2 saylı binanın 17-ci mərətəbəsində ümumi sahəsi 102.4 kvadratmetr olan 3 otaqlı 123 nömrəli mənzilin xx.xx.2014-cü il tarixli 17/11/14 nömrəli alqı-satqı müqaviləsinin və mənzilin dəyərinin ödənilməsinə dair həmin tarixli və nömrəli maliyyə arayışın surətləri, 15.1 1,2016-cı il tarixli 15/11/16 nömrəli alqı-satqı müqaviləsinin və mənzilin dəyərinin ödənilməsinə dair həmin tarixli və nömrəli maliyyə arayışın surətləri, ünvan 11 ünvanında inşa edilən 2 saylı binasında olan 125 kvadratmetr ölçüdə olan qeyri-yaşayış sahəsinin və 60 kvadratmetr ölçüdə olan 83a, 84a, 85a nömrəli qarajlarının xx.xx.2020-ci il tarixli 21/07/20 nömrəli girov müqavilələrinin surətləri cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili X6 144 (yüz qırx dörd) manat və «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili X6 144 (yüz qırx dörd) manat və Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 270 (iki yüz yetmiş) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs təyin olunmuş əsas cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışına nəzarət Bakı şəhər probasiya şöbəsinə həvalə olunsun, üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs 02 il sınaq müddətinə şərti cəza təyin eilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü müstəqil icra olunsun. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili X6 144 (yüz qırx dörd) manat və Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 270 (iki yüz yetmiş) manat pul ödənilsin. İş üzrə maddi sübutlar- ünvan 11 ünvanında inşa edilən 2 saylı binanın 17-ci mərətəbəsində ümumi sahəsi 102.4 kvadratmetr olan 3 otaqlı 123 nömrəli mənzilin xx.xx.2014-cü il tarixli 17/11/14 nömrəli alqı-satqı müqaviləsinin və mənzilin dəyərinin ödənilməsinə dair həmin tarixli və nömrəli maliyyə arayışın surətləri, 15.1 1,2016-cı il tarixli 15/11/16 nömrəli alqı-satqı müqaviləsinin və mənzilin dəyərinin ödənilməsinə dair həmin tarixli və nömrəli maliyyə arayışın surətləri, ünvan 11 ünvanında inşa edilən 2 saylı binasında olan 125 kvadratmetr ölçüdə olan qeyri-yaşayış sahəsinin və 60 kvadratmetr ölçüdə olan 83a, 84a, 85a nömrəli qarajlarının xx.xx.2020-ci il tarixli 21/07/20 nömrəli girov müqavilələrinin surətləri cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-969/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-969/2022
18.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver