Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-97/2024 04.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X5 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6 və X3, zərərçəmiş şəxs Zərərçəkmiş şəxs, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçilər-Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, “Pro-Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1961-ci ildə Gədəbəy rayonu, Düzrəsullu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Gədəbəy rayon mərkəzi xəstəxanasında müharibə iştirakçıları ilə iş üzrə mütəxəssis vəzifəsində işləyən, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, ev 3, mənzil 42-də qeydiyyatda olmaqla Gədəbəy rayonu, Slavyanka kəndində yaşayan, xx.xx.2019-cu il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, xx.xx.1956-cı ildə Gədəbəy rayonu, Xarxar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Ə.İsgəndərov küçəsi, ev 3/1, mənzil 51də qeydiyyatda olmaqla yaşayan, xx.xx.2019-cu il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlak hüquqlarını əldə edib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlak hüquqlarını ələ etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında 2008-ci ildən etibarən qeyri-rəsmi birgə yaşadığı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri püblik hüquqi şəxsi) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə qeydə alınmış ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətçi kimi Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında 0,05 hektar torpaq sahəsində yerləşən 209,2 kvadrat metr ümumi sahəsi, o cümlədən 76,7 kvadrat metr yaşayış sahəsi və 132,5 kvadrat metr yardımçı sahəsi olan bağ evinə aid mülkiyyət hüququna dair qeyd olunan çıxarışı "xxxx" ASC-nin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 108 ünvanında yerləşən "‘Azadlıq” filialından götürüb Zərərçəkmiş şəxs təqdim edəcəyi ilə bağlı ona yalandan vəd verib aldadaraq bu məqsədlə 20 oktyabr 2013-cü il tarixdə ünvan 3 ünvanında yerləşən ünvan 4ət olmasından asılı olmayaraq bütün əmlakının idarə edilməsi, əmlakının üzərində sərəncam verilməsi və sair hüquqlara dair Zərərçəkmiş şəxs etibarnamə əldə etdikdən sonra onun əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş cinayətkar qəsdlərini həyata keçirmək üçün öz növbəsində 04 noyabr 2013-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 72 ünvanında yerləşən Bakı şəhəri 09 saylı notariat ofisində etibarnamə əsasında Zərərçəkmiş şəxs adından çıxış edərək ona məxsus həmin bağ evi üzərində sərəncam vermək və sair bu kimi hüquqlara dair Təqsirləndirilən şəxs2 notarial qaydada müvafiq etibarnamə verib sonuncunun birgə iştirakı ilə 08 noyabr 2013-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 91 ünvanında yerləşən "xxxx" ASC-nin ‘"Xəzər” filialında həmin filialın məsul vəzifəli şəxsi ilə ipoteka müqaviləsi bağlayaraq bank tərəfindən ipotekanın predmeti qismində 190000 (bir yüz doxsan min) manat dəyərində qiymətləndirilən Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında 0,05 hektar torpaq sahəsində yerləşən 209,2 kvadrat metr ümumi sahəsi, o cümlədən 76,7 kvadrat metr yaşayış sahəsi və 132,5 kvadrat metr yardımçı sahəsi olan həmin bağ evini "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edib həmin gün xx.xx.2013-cü il tarixli 1493 XZF nömrəli kredit müqaviləsinə əsasən şəxsi məqsədlər üçün "xxxx" ASC-nin “Xəzər” filialından 18 (on səkkiz) ay müddətinə, illik 20 (iyirmi) faiz hesablanmaqla 53000 (əlli üç min) manat məbləğində, 15 noyabr 2013-cü il tarixdə isə xx.xx.2013-cü il tarixli, 1500 XZF nömrəli kredit müqaviləsinə əsasən şəxsi məqsədlər üçün ""AtaBank” ASC-nin “Xəzər” filialından 48 (qırx səkkiz) ay müddətinə, illik 20 (iyirmi) faiz hesablanmaqla 42000 (qırx iki min) manat məbləğində kredit vəsaiti əldə edib Təqsirləndirilən şəxs2la öz aralarında bölüşdürərək əldə etdikləri ümumilikdə 95000 (doxsan beş min) manat məbləğində kredit vəsaitinin ödənilməsi ilə bağlı bank qarşısında öz öhdəliklərini, habelə müqavilə şərtlərini qəsdən icra etməmiş, nəticədə "xxxx" ASC-nin “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi”nə dair iddia ərizəsinə əsasən tutmanın ""AtaBank” ASC qarşısında ipoteka və əlavə ipoteka ilə yüklü edilmiş Zərərçəkmiş şəxs məxsus həmin bağ evi və torpaq sahəsinə yönəldilməsi, habelə həmin bağ evi və torpaq sahəsinin açıq hərracda satılması və satışdan əldə ediləcək məbləğin iddia tələbi həcmində "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair Binəqədi rayon Məhkəməsi tərəfindən xx.xx.2015-ci il tarixli 2(001 )-4799/2015 nömrəli qətnamə qəbul olunmasına səbəb olmaqla Zərərçəkmiş şəxs 190000 (bir yüz doxsan min) manat dəyərində qeyd olunan bağ evinin bank qarşısında ipoteka predmeti qismində girov qalması nəticəsində ona 190000 (bir yüz doxsan min) manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlak hüquqlarını əldə edib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlak hüquqlarını ələ etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında sonuncunun 2008-ci ildən etibarən qeyrirəsmi birgə yaşadığı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə qeydə alınmış ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətçi kimi Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında 0,05 hektar torpaq sahəsində yerləşən 209,2 kvadrat metr ümumi sahəsi, o cümlədən 76,7 kvadrat metr yaşayış sahəsi və 132,5 kvadrat metr yardımçı sahəsi olan bağ evinə aid mülkiyyət hüququna dair qeyd olunan çıxarışı "xxxx" ASC-nin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 108 ünvanında yerləşən “Azadlıq” filialından götürüb Zərərçəkmiş şəxs təqdim edəcəkləri ilə bağlı ona yalandan vəd verib aldadaraq bu məqsədlə Təqsirləndirilən şəxs1 20 oktyabr 2013-cü il tarixdə ünvan 3 ünvanında yerləşən ünvan 4ət olmasından asılı olmayaraq bütün əmlakının idarə edilməsi, əmlakının üzərində sərəncam verilməsi və sair hüquqlara dair Zərərçəkmiş şəxs etibarnamə əldə etməsinə nail olduqdan sonra Zərərçəkmiş şəxs əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş cinayətkar qəsdlərini həyata keçirmək üçün 04 noyabr 2013-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 72 ünvanında yerləşən Bakı şəhəri 09 saylı notariat ofisində etibarnamə əsasında Zərərçəkmiş şəxs adından çıxış edən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus həmin bağ evi üzərində sərəncam vermək və sair bu kimi hüquqlara dair notarial qaydada müvafiq etibarnamə əldə edib onun birgə iştirakı ilə 08 noyabr 2013-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 91 ünvanında yerləşən "xxxx" ASC-nin ‘‘Xəzər” filialında həmin filialın məsul vəzifəli şəxsi ilə ipoteka müqaviləsi bağlayaraq bank tərəfindən ipotekanın predmeti qismində 190000 (bir yüz doxsan min) manat dəyərində qiymətləndirilən Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında 0,05 hektar torpaq sahəsində yerləşən 209.2 kvadrat metr ümumi sahəsi, o cümlədən 76,7 kvadrat metr yaşayış sahəsi və 132,5 kvadrat metr yardımçı sahəsi olan həmin bağ evini "AtaBank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edib həmin gün Təqsirləndirilən şəxs1 xx.xx.2013-cü il tarixli 1493 XZF nömrəli kredit müqaviləsinə əsasən şəxsi məqsədlər üçün "xxxx" ASC-nin “Xəzər” filialından 18 (on səkkiz) ay müddətinə, illik 20 (iyirmi) faiz hesablanmaqla 53000 (əlli üç min) manat məbləğində, 15 noyabr 2013-cü il tarixdə isə xx.xx.2013-cü il tarixli, 1500 XZF nömrəli kredit müqaviləsinə əsasən şəxsi məqsədlər üçün "xxxx" ASC-nin “Xəzər” filialından 48 (qırx səkkiz) ay müddətinə, illik 20 (iyirmi) faiz hesablanmaqla 42000 (qırx iki min) manat məbləğində kredit vəsaiti əldə etməsinə nail olub həmin vəsaiti öz aralarında bölüşdürərək əldə etdikləri ümumilikdə 95000 (doxsan beş min) manat məbləğində kredit vəsaitinin ödənilməsi ilə bağlı bank qarşısında öz öhdəliklərini, habelə müqavilə şərtlərini qəsdən icra etməmiş, nəticədə "xxxx" ASC-nin “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi”nə dair iddia ərizəsinə əsasən tutmanın "xxxx" ASC qarşısında ipoteka və əlavə ipoteka ilə yüklü edilmiş Zərərçəkmiş şəxs məxsus həmin bağ evi və torpaq sahəsinə yönəldilməsi, habelə həmin bağ evi və torpaq sahəsinin açıq hərracda satılması və satışdan əldə ediləcək məbləğin iddia tələbi həcmində "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair Binəqədi rayon Məhkəməsi tərəfindən xx.xx.2015-ci il tarixli 2(001)-4799/2015 nömrəli qətnamə qəbul olunmasına səbəb olmaqla Zərərçəkmiş şəxs 190000 (bir yüz doxsan min) manat dəyərində qeyd olunan bağ evinin bank qarşısında ipoteka predmeti qismində girov qalması nəticəsində ona 190000 (bir yüz doxsan min) manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şamaxıdan qayıdarkən “torpaq satılır” yazısı və satıcının nömrəsinin əks olunduğu elanı görmüşdür. Müvafiq nömrə ilə əlaqə saxlayaraq həmin torpağa baxdıqdan sonra 10000 manat pul beh vermiş, həmin şəxs də sonuncuya torpaq üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair sənədi (çıxarışı) olmadığına görə torpaq sahəsinin idarə edilməsi ilə əlaqədar 10 illik yəni, 2020-ci ilə qədər mülki etibarnamə vermişdir. Beləliklə torpaq sahəsi almış, əvvəlcə həmin sahənin hasarını tikmiş, daha sonra evin tikintisinə başlamışdır. Torpağın reyestrdən çıxarışı ona torpaq satan şəxsin adına olduğu üçün tikintisi başa çatmış evi də sonuncunun adına sənədləşdirmişdir. Evi satmaq fikri olmuş, həmin torpağı almaq niyyətində olan Rusiyanın Tümen şəhərindən gələcək olan şəxslə danışmış, evi satmaq üçün onu gözləmişdir. Lakin torpaq sahəsini aldığı və adına evini rəsmiləşdirdiyi “Ülvi ” adlı şəxs ticarət üçün Moskva şəhərinə getdiyini və evi onun adından təcili çıxartmasını bildirmişdir. O da notariusa gedərək evi öz adına keçirtmək istəmiş, notariusda ona bildirmişdirlər ki, evi satan zaman ailə üzvlərinin razılığı olmalıdır. Həmin ərəfədə Zərərçəkmiş şəxs ilə münasibətləri olduğuna görə ailəsində narazılıqlar olmuşdur. Buna görə də evi öz adına keçirtmək istəməmişdir ki, gələcəkdə satılması zamanı problem yaşamasın. Zərərçəkmiş şəxs həmin torpaq sahəsini mülkiyyətçisinin Moskva şəhərinə gedəcəyini, təcili torpağın onun adında çıxarılmasına zərurət yaranmasını, həmin torpaq sahəsini satmaq istədiyi şəxsin 1 ay müddətinə gəlməli olmasını bildirmiş, evin gələcəkdə satılmasının mürəkkəbləşməməsi üçün onun mülkiyyətinə verilməsini təklif etmiş, sonuncu isə müvafiq alqı-satqı müqaviləsinin onunla bağlanması ilə razılaşmışdır. Bir müddət sonra gözlədiyi şəxs gəldikdə Zərərçəkmiş şəxs bildirmişdir ki, onun bacısının yoldaşı bu evə alıcı tapmışdır və onun satdığı qiymətdən də baha qiymətə sata bilər, arada qalan məbləği isə Zərərçəkmiş şəxs ödəyər. O razılaşmış, lakin neçə gün gözləsə də elə bir alıcı gəlib çıxmamışdır. Evin içərisində inventar və ustalardan qalan təmir materialları olmuşdur. Zərərçəkmiş şəxsnın dediyi alıcı gəlmədiyinə görə o da məcbur qalaraq pul götürmək üçün evi “Expressbanka” girov qoymuşdur. Zərərçəkmiş şəxs ilə birlikdə banka getmiş, İfadə evi banka girov qoymuş və o, 50000 manat pul götürmüşdür. Pulu hər ay ödəmiş və borcu 37000 manata düşmüşdür. Daha sonra işdən çıxdığına görə pulu ödəyə bilmədiyindən borca görə faiz 43000 manata qalxmışdır. Bank borcun ödənilməməsi ilə əlaqədar ona qarşı mülki iddia ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə müraciət etmiş, məhkəmədə ona pulu ödənilməsi üçün vaxt müəyyən edilmiş, əks təqdirdə borcun ödənilməməsi ilə əlaqədar tutmanın girov qoyulmuş bağ sahəsinə yönəldiləcəyi bildirilmişdir. Dostları Təqsirləndirilən şəxs2 və Şahid12 müraciət etmiş, Kamranın bir tanışı ilə danışmış, ondan əlavə 2000 manat da ödəmək şərtilə 43000 manat pul vəsaiti borc alaraq banka olan borcunu ödəmiş, evin çıxarışını da bankdan götürmüşdürlər. O, Famil və Kamran Təqsirləndirilən şəxs2 "xxxx" ASC-də olan tanışı ilə əlaqə saxlayaraq həmin bağ sahəsinin yenidən ipoteka qoyularaq daha çox pul götürülməsi, həmin vəsaitdən ilk növbədə "xxxx" MMC-yə olan borcun ödənilməsi üçün Şahid12 tanışından aldığı 43000 manat pul vəsaitinin və razılaşdığı şəkildə 2000 manat da artıq olmaq şərti ilə 45000 manatın qaytarılması, qalan pul məbləğini ilə isə iş qurmaq üçün xərclənməsi barədə razılaşmışlar. Zərərçəkmiş şəxs zəng edərək evi başqa banka qoyaraq pul götürəcəklərini, həmin pul vəsaiti ilə əvvəlki banka olan borcunu qaytaracağını bildirmişdir. Zərərçəkmiş şəxs ona etibarnamə verəcəyini, evin Nazimin özünün olduğunu, istədiyi kimi hərəkət etməsini, lakin banka getmək istəmədiyini bildirmiş, onunla notariusa getmiş sonuncu ona etibarnamə vermişdir. Lakin "xxxx" ASC-yə evi girov qoyaraq kredit götürmək üçün müraciət etdikdə etibarnamə alan şəxsin özünün evi girov qoyaraq pul götürməsinin mümkün olmadığı, kredit götürmək üçün başqa bir şəxsə etibarnamə verməli olduğu barədə məlumatlandırılmışdır. Buna görə də o, Zərərçəkmiş şəxsnın etibarnaməsi əsasında Təqsirləndirilən şəxs2 etibarnamə vermişdir. Evi banka girov qoyaraq arasından 1 həftə vaxt keçmək şərti ilə ayrı-ayrılıqda 53000 manat və 43000 manat pul götürmüşdürlər. İlk növbədə yuxarıda da qeyd etdiyi kimi 45000 manatı qaytarmış,yerdə qalan pula isə Şahid12 və Təqsirləndirilən şəxs2 ilə müəyyən işlər görmək, məsələn İrandan, Türkiyədən “mal vurmaq” istəmiş, Rusiyaya getmişlər, bu minvalla pulun müəyyən hissəsi xərclənmişdir. Borca götürülən pulun bir hissəsi Famildə, bir hissəsi Kamranda qalmışdır. Borcun bir hissəsi hətta hər ay 3600-3700 manat olmaqla 5 ay banka ödənilmişdir. O biznesinin uğursuzluqla nəticələndiyini gördükdə banka olan borcunu tam ödəyə bilməyəcəyini başa düşmüş, bu səbəbdən də işləmək üçün Rusiyaya getmək qərarına gəlmişdir. Rusiyaya gedərkən Famil və Kamrandan, onlarda qalan pullardan imkan daxilində banka ödəməsi üçün hər ay Zərərçəkmiş şəxs verilməsini xahiş etmişdir. Evin girovdan çıxarılması üçün Zərərçəkmiş şəxs həm özü pul göndərmiş, həm də hər ay həm Famil, həm də Kamran müvafiq məbləğlər ödəmişdir. Zərərçəkmiş şəxs isə zəng edərək bankın pulunu ödəməsini və evin girovdan çıxarılmasını xahiş etmişdir. 2015-ci ildə Zərərçəkmiş şəxs ona 200 dollar pul göndərməsi üçün zəng etmiş, sonuncu pulun nə üçün lazım olmasını soruşduqda isə o, bankın onu məhkəməyə verməsi səbəbindən vəkil tutmaq istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs kifayət qədər pul göndərdiyini, pulların hara xərcləndiyini soruşduqda müxtəlif bəhanələr gətirdikdən sonra ehtiyacı olduğu üçün pulu xərclədiyini bildirmiş, sonuncu əsəbləşərək telefonda müəyyən sözlər söylədikdə isə Zərərçəkmiş şəxs onun başına oyun açacağını bildirmişdir. Sonralar o eşitmişdir ki, Zərərçəkmiş şəxs Nərimanov rayon Polis İdarəsinə gedərək guya Nazimin evini banka girov qoyub Rusiyaya qaçması haqqında şikayət vermişdir. O, Rusiyadan qayıdarkən bilmişdir ki, onun izahatı almadan barəsində CM-nin 178-ci maddəsi ilə cinayət işi açılmışdır. Nərimanov rayonu Prokororluğunda 8 il istintaq aparılmış, onun işi üzrə 8 müstəntiq dəyişmişdir. Əməlində heç bir cinayət tərkibi olmadığına görə işi məhkəməyə də göndərə bilməmişdirlər. Torpağı aldığı şəxsin ifadəsi alınmış, o, pulunu alıb evi Nazimə satdığını bildirmişdir. Evi tikən mühəndis, evin eskizini çəkən, evi tikən usta hansı gün nəyə, nə qədər pul verdiyinin hamısını kitabçalarına yazmışlar. Təmir edənlər hamısı əllərində kitabları ilə gəlib, surətlərini Nərimanov rayon Prokurorluğuna vermişdirlər. Hər müstəntiq işin içində qanunsuz dayandırma qərarı yazmışdır ki, guya o xəstə olmuşdur. Əslində isə xəstə olmamışdır. Beləliklə də iş 8 il uzanmış, 8-ci müstəntiq işi qaldıraraq onu çağırıb müəyyən təzyiqlər olduğunu və Zərərçəkmiş şəxsnın Baş Prokurorluğa şikayət etdiyini bildirmişdir. Bundan başqa mübahisəli evə dair alqı-satqı müqaviləsinin ləğvi və evin kimə məxsus olmasının araşdırılması ilə bağlı Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. İddia müddətinin keçdiyinə görə alqı-satqı müqaviləsi ləğv olunmamış, lakin məhkəmə qərarı ilə evin ona məxsus olduğu göstərilmişdir. Yenə də torpağı satan şəxs və usta izahat vermiş və orada yazılmışdır ki, şahidlərin ifadəsinə və təqdim olunan sübutlara görə təsdiq olunur ki, ev həqiqətən Təqsirləndirilən şəxs1 məxsusdur. Evin bütün xərclərini Nazim çəkmiş və Nazim də tikmişdir. Onun şirkəti 1995-ci ildə dövlətin qapalı təşkilatların təminat bazası olmuş, 1999-cu ildən sonra tender məsələsi qaldırıldıqdan sonra büdcədən maliyyələşən təşkilatlara ərzaq verməyə başlamışdır. Zərərçəkmiş şəxs onun işçisi olmuş, sonuncu onun bazasında ayda 400 manat əmək haqqı müqabilində malların buraxılması üçün qaimə faktura yazmaqla məşğul olmuşdur. 2011-ci ildən sonra Zərərçəkmiş şəxs ilə ər-arvad münasibətllərinə girmişdirlər. 2010-cu ilin dekabrında anbarın fəaliyyəti dayanmış, 2011-ci ildə isə artıq həmin bazanı satmışdır. Onun həmçinin restoranı olmuş,restoranı satdığı şəxs pulu birdəfəyə vermədiyinə görə o da torpağın pulunu hissəhissə verəsi olmuşdur. Restoranın satışından hissə-hissə əldə etdiyi pulu ilə həm torpağın borcunu vermiş, həm də evin tikintisinə xərcləmişdir. Evin təmirinə pul çatmadıqdan sonra anbarı satmış, təmiri tamamlamışdır. Sonra isə sexi tikmişdir. Aparatlar və su soyuducuları aldıqdan sonra isə borca düşmüşdür. Evin tikintisinə “prorabın” kitabına əsasən ancaq karkas tikintisinə 70000 manat pul vermiş, həm evin tikilməsinə sərf edilən vəsaiti, həm də Zərərçəkmiş şəxs üçün Nərimanov rayonunda kirayəyə götürdüyü evin kirayə haqqını o ödəmişdir. Həmin evin sahibi də lazım olsa dindirilə bilər. Onun bütün xərclərini də, kirayə pulunu da o vermişdir. Zərərçəkmiş şəxsnın ona köməklik etmək üçün hər hansı vəsaitə sahib olmamışdır . 2010-cu ildə baza öz fəaliyyətini dayandırdıqdan sonra Zərərçəkmiş şəxs ümumiyyətlə heç bir işlə məşğul olmamışdır. İfadənin 2016-cı ildə ona zəng edib vəkilə vermək üçün 200 dollar pul istədikdən, yəni sonuncunun banka aparıb 1 manat da pul ödəmədiyini, pulların ortada yeyildiyini bildikdən sonra münasibətləri pisləşmişdir. Belə ki, o, telefonla danışan zaman bildirmişdir ki, Azərbaycana gələcək və banka ödənilməsi üçün nə qədər pul verilibsə hamısının haqq-hesabını onunla müəyyən edəcəkdir. Kredit üçün verilən pulların təxmini 40 min manatını Təqsirləndirilən şəxs2, 15-20 minə yaxın miqdarı Kamran tərəfindən verilmişdir, 20 min manata yaxın miqdarı isə o göndərmişdir. O, qayıtdıqdan sonra bilmişdir ki, ev artıq bank tərəfindən hərraca çıxarılmışdır. Famil və Kamran isə həmçinin onun xahişi ilə Zərərçəkmiş şəxs pul verdiklərini, verdiyi pulları kimdən istəməli olduqları barədə ona müraciət etmişdir. Götürdüyü kreditin məbləği 95000 manat təşkil etmiş, onun 17600-17700 manatı 5 il ərzində bağlanmışdır. Ev həqiqətən onun olsa idi elə bir qiymətli evi o pul müqabilində əlindən çıxmağa icazə verməzdi. O, həmişə Astarxandan gələn avtobusa pulu vermiş, həmin avtobus Azərbaycana gələrək Binədə dayanmışdır. Zərərçəkmiş şəxs gedib pulu oradan götürmüşdür. Üzərindən xeyli keçsə də axtarıb həmin sürücünü də tapa bilər. İfadədən pulu hara xərclədiyini soruşduqda isə ehtiyaclarının olduğunu demiş, nə ehtiyacının olduğu soruşduqda isə gəl izah edərəm demişdir. Zərərçəkmiş şəxsnın evinə bildiriş gəlmiş, o da bildirişi alıb özündə saxlamış, lakin bu barədə ona məlumat verməmiş, nə də ödəniş etməmişdir. Evi girov qoyub 95000 manat kredit götürmüşdür. Belə ki, bankın qiymətləndirmə şirkəti tərəfindən ev 190000 manata qiymətləndirildiyinə görə həmin məbləğin 50 faizi kredit verilmiş, buna görə də bankdan 95000 manat pul vəsaiti götürə bilmişdir. Həmin pul məbləğindən Zərərçəkmiş şəxs də pul vermişdir. X20 tərəfindən Mingəçevirin girəcəyində yataqxananın yerində Ağdam qaçqınları üçün ev tikildiyini, ona da orada ev verilməsi üçün 5000 manat pul verməli olduğunu bildirmişdir. Məhkəmə iclasında verilmiş sualları cavablandırarkən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Zərərçəkmiş şəxs 2008-ci ildən onun yanında işləmişdir. Torpağı isə o, ya 2009-cu ilin sonu ya 2010-cu ilin əvvəli almışdır. Torpaq sahəsini onlara satan şəxs Zərərçəkmiş şəxsnın qohumu olduğu təqdirdə etibarnamənin Zərərçəkmiş şəxsnın yox, onun adına olması məntiqə uyğun deyil. Zərərçəkmiş şəxs həmin şəxsi ümumiyyətlə tanımamış, torpaq aldığı adamı iş yerinə dəvət edərək ona 10000 manat pul məbləğini özü vermişdir, o da torpağın çıxarışı olmadığına görə ona mülki etibarnamə vermişdir. Həmin şəxslə münasibətləri yaxın olmuşdur. Zərərçəkmiş şəxs isə həmin şəxsin nə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində izahat, nə Binəqədi rayon məhkəməsində ifadə verən zaman onun qohumu olmasını bildirməmişdir. O, torpağı Gədəbəydə yerləşən “Qoşabulaq” adında restoranı 280000 manata sataraq almışdır. Gədəbəydə “Qoşabulaq” su sexi də onun olmuşdur. Bundan sonra biraz çətinlik çəkdikdən sonra restoranın yanındakı anbarı da 50000 dollara restoranı satdığı adama satmışdır. Mübahisələndirilən evin həyətində də “Qoşabulaq” su sexinin filialını tikdirmişdir. Hər iki bankdan pul götürdükdə sadəcə evin girov qoyulması ilə kifayətlənməmiş, müvafiq biznes fəaliyyəti kimi həmin su sexini təqdim etmişdir. O, Azərbaycan Respublikası ərazisində iş qurmaq istəsə də müvafiq cəhdləri uğursuzluqla nəticələnmiş, bu səbəbdən də pul qazanmaq üçün Rusiyaya getmişdir. Zərərçəkmiş şəxs onun ardından 2017-ci ildə “Lotu Qulu”nun adamlarını aldadaraq özü ilə birlikdə Rusiyaya gətirmiş, vəziyyəti olduğu kimi onlara danışıb başa saldıqdan sonra isə onlar da qayıdıb getmişdirlər. Lotu Qulunun adamları Zərərçəkmiş şəxs onları aldadıb apardığına görə müvafiq pul vəsaitinin ödənilməsini tələb etmiş, Zərərçəkmiş şəxs da onları Kamranın evinə apamış, Kamranın da evində körpə uşaqları, qızları olmuş, Kamrana hədə qorxu gəlib 5000 dollar pul almış, Kamran da qorxusundan şikayət edə bilməmişdir. Zərərçəkmiş şəxs ilə olan münasibətinə görə ailəsində narazılıqlar 2010-cu ildən başlamışdır. 2011-ci ildə ev hazır olan kimi gedib o evdə yaşamışdır. Təqsirləndirilən şəxs1 "xxxx"dan götürdüyü pulu tam ödəyə bilməməsini onunla izah etmişdir ki, pulun həm əsas, həm faiz borcunu ödəmişdir. 13000 manat ödədikdən sonra su sezonu bitmiş və işi dayanmışdır. Bundan başqa "xxxx"ASC-yə borc məbləği ödənilib çıxarış bankdan götürüldükdən 3-4 gün sonra Zərərçəkmiş şəxs gələrək ona etibarnamə vermişdir. Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs verilmiş pul vəsaitlərini Zərərçəkmiş şəxs onun adına rəsmiləşdirdiyi torpaq sahəsində özünə ev tikmişdir. Evi girov qoyub bankdan pul vəsaitini götürən zaman bank sənədlərində Zərərçəkmiş şəxs nömrəsi də qeyd edilmişdir. O, Rusiya Federasiyasına getdikdən sonra üç dəfə Azərbaycan Respublikasına qayıtmış, Rusiya Federasiyasından Təqsirləndirilən şəxs2 etibarnamə göndərmişdir ki, mübahisəli torpaq sahəsi ilə bağlı məhkəmədə onun adından çıxış etsin. Mübahisəli evin eskizini çəkən və tikintiyə rəhbərlik edən “Yaşar” adlı şəxs olmuş, evin elektrik işlərini görən şəxsin adı “Fikrət”, evin təmir işlərini görən şəxsin adı isə “Elbrus” olmuşdur. O, həmin evi daimi yaşaması üçün yox, satmaq məqsədilə tikmişdir. Daha sonra həmin torpaq sahəsində su sexi tikdirmiş, lakin onun biznesi uğurlu alınmamışdır. Sex tikdirdikdən sonra o, bazada çalışan keçmiş işçilərinə həmin sexdə iş vermiş, bu zaman İfadə xanım da həmin sexdə çalışmaya başlamışdır. İfadə xanımı işçilərə nəzarət etmək üçün Zərərçəkmiş şəxsnın onunla münasibətindən əvvəl Biləcəri qəsəbəsində evi olmuş, hətta cinayəti işini aparan müstəntiqə bildirmişdir ki, Təqsirləndirilən şəxs1 həmin evi satıb əmlakını mənimsəmişdir. Məhkəmədə araşdırılan zaman isə həmin evin rəsmi sənədi olmadığı üçün 29-30 min ABŞ dollarına satıldığı müəyyən edilmişdir. Evi satdığı zamanı əldə etdiyi pul vəsaiti ilə “KİA” markalı avtomobilini kreditə götürmüş, həmin avtomobilin kreditini ödəyə bilmədiyi üçün “KİA” markalı avtomobili əlindən alınmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid12la birlikdə restoranda olduqları zaman Kamranın tanışı Təqsirləndirilən şəxs1 zəng vuraraq onu Sulutəpə qəsəbəsində olan evinə dəvət etmiş, Şahid12 onunla birlikdə getməyini təklif etmiş, o da həmin təkliflə razılaşmışdır. Təqsirləndirilən şəxs1 yaşadığı Sulutəpə qəsəbəsində olan evinə getmiş, həmin vaxtı Təqsirləndirilən şəxs1la görüşüb tanış olmuş, bundan sonra Təqsirləndirilən şəxs1 onu evinə dəvət etmişdir. Həyətdə masada əyləşərək çaylarını içmişlər. Səhəri gün Kamran ona zəng edərək “Şamaxinka” adlanan ərazidə çayxanaların birində Nazimlə görüşəcəyini, onun da gəlməsini bildimişdir. O, həmin yerə gedən zaman Təqsirləndirilən şəxs1 “biznes” qurmaq məqsədilə pul vəsaitlərinin lazım olmasını bildirərkən o, pulunun və girov qoymaq üçün elə də dəyərli bir əmlakının olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs1 evinin girovda olduğunu bildirərək həmin girovu bağlayıb daha yüksək məbləğdə kredit götürüb biznes qura biləcəklərini göstərdikdə isə o, borc götürə biləcəyi bir şəxsin olmadığını, Şahid12 isə 43 min manat pul vəsaitini borc götürə biləcəyini bildirmiş, lakin həmin pul vəsaitini qısa zamanda qaytarmalı olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs1 evini girov qoyaraq 95 min manat bankdan kredit götürmüşdürlər. O Rusiya Federasiyasının Volqoqrad şəhərində Neft Emalı zavodunda rəhbər vəzifədə çalışan uşaqlıq dostu vasitəsilə fəhlə geyimlərini Bakıda olan tikinti şirkətlərinə sata biləcəklərini bildirmişdir. Daha sonra həmin şəxslə əlaqə saxlayarkən sonuncu onlarla iş görə biləcəyini qeyd etmiş, Volqoqrada gedən zaman həmin şəxsin məzuniyyətdə olduğunu bildirməsi səbəbindən biznes planları baş tutmamışdır. Daha sonra İran İslam Respublikasından Rusiya Federasiyasına meyvə-tərəvəz məhsulları daşıyaraq kommersiya ilə məşğul olmaq istəmiş, Şahid12 həyat yoldaşının xəstə olması səbəbindən Bakıdan başqa yerə gedə bilməyəcəyini bildirmişdir. Ona görə də o, İran İslam Respublikasında Təqsirləndirilən şəxs1 isə Rusiya Federasiyasında işlərə nəzarət etməli olmuşdur. O, Təqsirləndirilən şəxs1 və Şahid12 birlikdə bir həftə ərzində Rusiya Federasiyasının müxtəlif vilayətlərində olmuş, orada işləri alınmadığı üçün vətənə geri qayıtmışdırlar. Onlar vətənə qayıtdıqları zaman Rusiya Federasiyasında olduğu müddət ərzində iki min manatdan çox xərcləri çıxmışdır. Onlar həmin məbləği üç nəfərin arasında bölmüşdürlər. Nazim onlara işlərinin alınmadığını və tək Rusiya Federasiyasına gedəcəyini bildirmişdir. O, kredit götürülən pul vəsaitindən ona borc qismində pul vəsaiti verilməsini xahiş etmiş, 10 000 AZN, 4 000 AZN, 600 AZN, 1 000 AZN olmaqla ümümilikdə 15 600 AZN pul vəsaitini götürmüşdür. O, həmin borcu faizləri ilə birlikdə ödəyəcəyini bildirmişdir. Hətta borc faizlərinin bir qismini Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasında olan zaman banka ödəmişdir. Borcu ödəmək üçün Şəmkir şəhərində yaşayan qardaşından 5 000 AZN “Atabankın” hesabına ödənilməsini xahiş etmişdir. Bu barədə qəbzlər də mövcuddur. Daha sonra Moskvada olan qardaşı oğlu 5 min manat göndərmiş, o, həmin məbləği Təqsirləndirilən şəxs1 “İmperial” şadlıq sarayının yanında vermişdir. O, bundan əlavə 4 000 AZN də Təqsirləndirilən şəxs1 vermişdir. O, Nazimə pul vəsaitlərini birbaşa banka ödəyə biləcəyini da qeyd etmişdir. Ödədiyi həmin pul vəsaitlərinin isə Təqsirləndirilən şəxs1 tərəfindən banka ödəniliib-ödənilməməsindən xəbəri yoxdur. Ümumilikdə 14 000 AZN pul vəsaitini Təqsirləndirilən şəxs1 Bakıda olan zaman ödəmiş, Nazim Rusiya Federasiyasına getdikdən sonra zəng vasitəsilə ona pulları olduqca evi girovdan çıxarmaq üçün banka ödənişlər etməli olduqlarını xahiş etmişdir. O, buna görə dost-tanışlardan Zərərçəkmiş şəxs vermək üçün borc pul vəsaitləri götürmüşdür. Hətta Şahid12 Zərərçəkmiş şəxs ilə yaxın münasibəti olmadığından onunla birlikdə getməyi xahiş etmişdir. Kamranla birlikdə Sulutəpə qəsəbəsində girov qoyulan evin qarşısına getmiş, evin müşahidə kamerasında da maşının qeyd etdiyi vaxtda ora getməsi təsdiq olunur. Evin qarşısında İfadə xanıma sonuncunun oğlunun yanında pulu sayaraq Kamrana vermiş, Kamran da pulu sayaraq Zərərçəkmiş şəxs vermişdir. Zərərçəkmiş şəxs pulu sayaraq təhvil almışdır. Birinci dəfə Zərərçəkmiş şəxs 5 000 ABŞ dolları vermiş, lakin ikinci dəfə Zərərçəkmiş şəxs verdiyi pul vəsaitinin miqdarını xatırlamır. Həmin zaman bir ABŞ dolları bir manat beş qəpik dəyərində olmuşdur.Nazim Rusiyadan zəng edərək girovda olan evlə bağlı Zərərçəkmiş şəxsnı məhkəməyə çağırdıqlarını bildirmişdir. O, bu səbəbdən "xxxx"ın X2 filialına getmiş, ona evin artıq bankın mülkiyyətində olduğunu bildirmişdirlər. Onun ünvanı yalnız etibarnamədə göstərildiyindən, heç bir bank sənədində onun nömrəsi və ünvanı qeyd edilmədiyindən borcun ödənilməsi vəziyyəti barədə ona məlumat verməmişlər. O, Nazimə zəng edərək vəziyyəti bildirmiş, bankdan dəfələrlə Sulutəpədə olan evin şəhər nömrəsinə zəng edərək ödənişin gecikdiyini bildirildiyini söyləmişdir. Məhkəmə iclasında verilmiş sualları cavablandırarkən Təqsirləndirilən şəxs2 Kamran və Nazim birlikdə “Barat” adlı şəxsdən Təqsirləndirilən şəxs1 evini girovdan çıxarmaq üçün bir həftəyə qaytarmaq şərti ilə 43 000 AZN borc götürmüşdür. Onlar yenidən evi girov qoyaraq pul götürmək məqsədilə bir çox banka getmiş, lakin müsbət nəticə əldə edə bilməmişdirlər. "xxxx"dan kredit götürmək üçün müraciət edən zaman əvvəllər başqa bankda kredit mütəxəssisi kimi çalışan zaman və ona kredit verən “Aydın” adlı şəxsi görmüşdür. Nazimlə Aydını tanış etmiş, həmin şəxs Zərərçəkmiş şəxs tərəfindən Nazimə verilmiş etibarnamə əsasında evi girov qoya bilməyəcəyini bildirmişdir. Həmin vaxt bilmişdir ki, evə dair mülkiyyət hüququ Təqsirləndirilən şəxs1 deyil, Zərərçəkmiş şəxs adına qeydə alınmışdır. Bankdan borc götürməklərinin əsas məqsədi əvvəla Təqsirləndirilən şəxs1 "xxxx" MMC-yə olan borcunun bağlanması üçün “Barat” adlı şəxsdən aldıqları pulu qaytarmaq, yerdə qalan pul vəsaitin hesabına o, Kamran və Nazimlə birlikdə biznes fəaliyyəti ilə məşğul olmaq olmuşdur. Biznesə lazım olan pul vəsatini Təqsirləndirilən şəxs1 qoyduğu üçün gələcək olan gəlirdən 50 faizi ona çatmalı idi. Qalan 50 faiz gəlir isə Kamran və onun arasında paylanacaqdı. O, əlinə pul düşdükcə aparıb bankın ödənişini etmiş, etdiyi ödənişlər ilə bağlı qəbzlərin hamısını Nazimə vermişdir. Bundan başqa etdiyi ödənişlərin məbləği banka edilməli olan ödəniş məbləğlərindən artıq olmuşdur. Belə ki, Nazim ona zəng edərək evin girovdan çıxarılması üçün Zərərçəkmiş şəxs pul vermək lazım olduğunu, Bakıya gələrkən isə onlara hesablaşacağını bildirmişdir. Bu səbəbdən İfadə xanıma birinci dəfə o, 3 200 ABŞ dolları yox, 5 000 ABŞ dolları vermişdir. Həmin pul vəsaitini isə o, işləmədiyi təqdirdə belə yaxınlarından borc almışdır. 5 000 manat qardaşından borc almış, dayısı oğlu isə özünün “Mercedes” markalı avtomobilini 15 000 manata satıb pulunu ona vermişdir. Həmin avtomobilin satılmasını Şahid12 da təsdiq edə bilər, çünki avtomobilin satılmasında o da iştirak etmişdir. Yerdə qalan məbləği isə yavaş-yavaş ödəmiş, əlavə olaraq qardaşının uşaqlarından, qardaşından əlavə pul vəsaitləri borc almışdır. Biznes fəaliyyəti ilə məşğul olmaq üçün Təqsirləndirilən şəxs1 öz evini girov qoyduğuna, evin girovdan çıxardılmasına görə o, Nazimdən götürdüyü borcdan əlavə ona pul vermişdir. Umumi o, Təqsirləndirilən şəxs1 borcunun ödənilməsi üçün 16-17 min manat pul vəsaiti ödəmişdir. Banka pulun ödənilib-ödənilmədiyindən isə xəbəri olmamışdır. Belə ki, bank sənədlərində Zərərçəkmiş şəxs nömrəsi qeyd edilmişdir. Zərərçəkmiş şəxs hansı səbəbdən öz evi girovda ola-ola bank ödənişlərini etməməsini isə başa düşmür. Lakin, o, girov qoyulmuş əmlakdan evlə bağlı öz öhdəsinə düşən pul vəsaitini vermişdir. Təqsirləndirilən şəxs1 15 mindən sonra fərqli-fərqli miqdarlarda borc almışdır. O, Zərərçəkmiş şəxs pul vəsaitlərini Təqsirləndirilən şəxs1 xahişi ilə vermişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, 2015-ci ildən bu günə qədər cinayət işinin uzanmasına səbəb kimi Təqsirləndirilən şəxs1 Rusiyada kriminal aləmin üzvləri ilə sövdələşməyə nail olması və onu bu günə kimi ölümlə hədələməsi olmuşdur. Həmin zamanlar onun oğlunun öldürülməsi təhlükəsi olduğundan o, bu işin ardınca düşə bilməmişdir. Əlavə olaraq Nazim yüksək vəzifələrdə olan qohumları vasitəsilə bu cinayət işinin araşdırılmasına maneələr törətmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. O. 1984-cü ildən 1987-ci ilədək Ağdam rayonu, Boyəhmədli kəndində yerləşən «Qarabağ» şərab zavodunun kadrlar şöbəsinin müdiri vəzifəsində, 1987-ci ildən 1992-ci ilədək Ağdam rayonu, Maqsudlu kəndində yerləşən «Şahbulaq» daş karxanasının kadrlar şöbəsinin müdiri vəzifəsində, 1994-cü ildən 1996-cı ilədək Mingəçevir şəhər İcra Hakimiyyətinin qəbul şöbəsində mütəxəssis vəzifəsində çalımışdır.1996-cı ildə "‘San Marino” Universiteninin Mingəçevir şəhər filialının hüquq fakültəsinin qiyabi şöbəsinə qəbul olmuş və 2000-ci ildə “San Marino” Universiteninin Mingəçevir şəhər filialının hüquq fakültəsinin hüquqşünas ixtisası üzrə bakalavr pilləsini bitirmişdir. 2003-cü ildə ailə üzvləri ilə birlikdə Bakı şəhərinə köçmüş, 2003-cü ildə Bakı şəhərinə köçdükdən sonra Yasamal rayonu, X21 küçəsində yerləşən hazırda ünvanını xatırlamadığı fərdi yaşayış evində kirayədə yaşamağa başlamışdır. 2004-cü ildə Yasamal rayonu, X21 küçəsində yerləşən kirayədə yaşadığı fərdi yaşayış evinin qonşuluğunda fəaliyyət göstərən "xxxx" MMC-də qeyri-rəsmi olaraq anbar müdiri kimi işə qəbul olunmuşdur. "xxxx" MMC-də Bakı şəhərində fəaliyyət göstərən uşaq bağçalarının ərzaq təminatı ilə məşğul olmuşdur. Anbar müdiri kimi vəzifə borcu Bakı şəhərinin Yasamal və Qaradağ rayonlarında yerləşən uşaq bağçalarını ərzaqla təmin etməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs1 ilə 2005-ci ildə "xxxx" MMC-yə məxsus ərzaq anbarında işləyərkən “Rano” adlan İdarəyə gedib-gələrkən tanış olmuşdur. 2008-ci ildə Təqsirləndirilən şəxs1 ona birlikdə işləməyi təklif etmişdir. Təqsirləndirilən şəxs1la ətraflı danışdıqdan sonra ərzaq təminatına görə əldə etdiyi aylıq gəlirin 10-15 (on - on beş) faizini ona verəcəyi təqdirdə onunla birlikdə işləməyə razı olacağını bildirmişdir. Nazim onunla razılaşmışdır və 2008-ci ildən etibarən Nazimə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ərzaq anbarında qeyri-rəsmi işə başlamışdır. Nazimin istəyi ilə anbarın fəaliyyətinə şəxsən o nəzarət etmiş və aylıq qazancı təxminən 3000-4000 (üç min - dörd min) manat təşkil etmişdir. Təqsirləndirilən şəxs1 onun vasitəsi ilə pul qazanmışdır. Nazimi tanıyana qədər özünün Biləcəri qəsəbəsində iki mərtəbəli evi olmuşdur. Lakin həmin ərazidən çalışdığı ərzaq anbarına gedib gəlmək çətinlik törətdiyi üçün o, Yasamal rayonundan çalışdığı yerin yaxınlığında kirayə qalmışdır. Anbarın fəaliyyətinə şəxsən özü nəzarət etmiş və aylıq qazancı təxminən 3000-4000 (üç min - dörd min) manat təşkil etmişdir. 2011-ci ildə Nazimlə yaxın münasibətləri yaranmış və qeyri-rəsmi olaraq ər-arvad kimi birlikdə yaşamağa başlamışdırlar. O, Nazimə çox kömək olmuşdur. Yoldaşı ağır xəstə olanda zaman da ona arxa-dayaq olmuşdur. O, nəslinin hər zaman əl üstündə tutulan bir xanımı olmuşdur. O, Təqsirləndirilən şəxs1la sevgili olmamışdan əvvəl çox yaxşı maddi imkanları olmuşdur. Nazim müntəzəm olaraq onun evinə gedib-gəlməyə başlamışdır. Nazimlə bir yerdə yaşayarkən də qazancları ayrı –ayrı olmuşdur. Onun Biləcəridə olan evi satıldıqdan sonra o, Nazimlə Rostova onun dostlarının yanına getmişdir. Nazimin Rostovda olan dostlarının böyük zavodu olmuşdur. Nazim ona Biləcəridə olan evinin satışından qalan pul vəsaitini həmin zavoda investisya kimi qoyacağını bildirmiş, üç ildən sonra qoyduğu puldan qat-qat artıq pul vəsaiti verəcəyini vəd etmişdir. Həmin zaman Sulutəpədə olan evi də tikilmişdir.Həmin torpaq sahəsini o, Şahid1 ilə birlikdə avtomobillə gedərkən yolda görmüşdür. Sulutəpədəki evin ona məxsus olmasını həm də onunla izah edə bilər ki, Sulutəpə qəsəbəsindəki ev alınana qədər, Biləcəri qəsəbisində 2 mərtəbəli evi olmuş, hər iki evinin tikinti sxemi eyni cür olmuşdur. Bundan başqa yetəri qədər maddi imkanları yaxşı olmuş, mülkiyyətində avtomobili olmuş, qızıl alveri fəaliyyəti ilə məşğul olmuşdur. Sulutəpədəki torpaq sahəsini 90000 dollara əldə etmiş, özünün 40000 dollar pul vəsaiti olsa da ilkin ödəniş olaraq təxminən 20 min dollar olmaqla torpaq sahəsinin ödənişini hissə-hissə həyata keçirmişdir. Həmin torpaq sahəsi özü Ülviyyə 99 illik icarə müqaviləsi əsasında verilmiş, Ülvi müvafiq torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əldə edənədək o, torpaq sahəsinin pulunu tam ödəmişdir. Pulları Ülviyə həm təklilkdə, həm də Nazimin yanında ödəmişdir. Evin tikintisinə 2008- 2009-cu illərdə başlamış, tikintiyə xərclənən pul məbləğləri əlyazma şəklində dəftərində əks olunmuşdur. Tərəfindən təmirə 80000 min manat pul xərclənmişdir. Torpaq sahəsinin tikintisi ilə bağlı müxtəlif şəxslərdəm hesablayanda 93000 dollar və 44000 manat borc almışdır. Həmin dövrün valyutası ilə 44000 manat da 55180 ABŞ dolları edirdir. Cəm olaraq aldığı borc 148128 ABŞ dolları təşkil etmişdir. Evi borc aldığı pulla tikmişdir. Arif adlı şəxsdən 29000 manat, Vüsalə Qənbərovadan 43000 ABŞ dolları, Şahid5 6000 manat, Sevgi Rəsulovdan 9000 manat, Şahid9 50000 dollar pul almışdır. Qazancı yaxşı olduğundan həmin şəxslər ona borc vermişdir. 2012-ci ildə evin təmiri bitdikdən sonra evə köçmüşdür. Təqsirləndirilən şəxs1 ərzaq anbarını və Qoşabulaq restoranını satmağından xəbəri vardır. Həmin restoranın satışından əldə edilmiş pul vəsaitinin üzərinə 40000 manat da qoyaraq narkotik vasitələrdən istifadəyə görə Elşad adlı şəxsdən aldığı borcu qaytarmışdır. Ev onun olsa da banka olan borcu qəsdən ödəməmişdir. Belə ki borc pul məbləği Nazimlə Famil tərəfindən götürüldüyünə görə onlar da ödəməli idilər. Evin tikintisinə çəkilmiş xərcləri o ödəsə də evin tikintisinə rəhbərlik edən şəxs Təqsirləndirilən şəxs1 Badamdarda evini tikən şəxs olmuşdur. Təqsirləndirilən şəxs1 ona qarşı qaldırdığı mülki iddia ilə əlaqədar işə dair məhkəmə iclasında iştirak etməmişdir. “Ülvi” adlı şəxsin mübahisəli bağ sahəsinin Nazim tərəfindən alınıb tikilməsi ifadəsi ilə razı deyildir. Belə ki, Nazimin tikdirdiyi bağ evini onun adına keçirtməkdə məqsədi məhz həyat yoldaşı ilə aralarında olan mübahisələrdən dolayı, gələcəkdə sonuncunun onun əlindən hansısa əmlakı almaq istəyi ilə əlaqədar olsa idi, həmin evi deyil, “Patamdart”da yerləşən villasını, 9-cu mikrorayonda yerləşən evini və ya restoranını mağazasını onun mülkiyyətinə keçirərdi. Bundan başqa mülkiyyətində olan “Nissan tiida” markalı, 90BJ647 dövlət qeydiyyat nişanlı avtomobili də Nazim tərəfindən satılmış, həmin avtomobil ilə əlaqəli ona 17000 dollar borclu olmuşdur. Nazimdən həmin borc məbləğinin əvəzində avtomobil alınmasını tələb etmiş, hətta özünə məxsus qızıllarını “Moskva” univermağında sataraq əldə etdiyi 10000 manat pul məbləğini də Nazimə vermiş, Nazim kreditə avtomobil götürərək hər ay kredit məbləğini özü ödəyəcəyini bildirsə də Rusiyaya qaçdığından aylıq kredit məbləği ödənilməmiş və avtomobil də onun əlindən alınmışdır. Təqsirləndirilən şəxs1 "xxxx" MMC-yə olan borcu ödədiyinə görə etibarından sui-istifadə ediləcəyinə inanmamışdır. Evin tikintisinə xərclədiyi pulların əlyazma şəklində qeyd edildiyi dəftər tərəfindən istintaq orqanına təhvil verilməmişdir. Evi o tikdirsə də, Yaşar Nazimin qohumu olduğuna görə ustaları o gətirmiş, tikintiyə nəzarət etmişdir. Nazim ona Təqsirləndirilən şəxs2 girovda olan evinin kredit borcunu ödəyəcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs2 tərəfindən ona pul vəsaiti verilməmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən pul vəsaitinin banka ödənilməsi daha rahat olduğu təqdirdə təqsirləndirilən şəxslərin dediyi kimi ona ödənilməsi ağlabatn deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadə verərək göstərmişdir ki, qardaşı sex işlətmiş, o qardaşının yanında fəhlə qismində işləyərək mübahisə olunan evdə qapı, mebel və pilləkən quraşdırılmasında iştirak etmişdir. Ev onun qardaşı tərəfindən tikilmiş, özü isə yalnız evin içərisində olan mebellərin yığılmasında iştirak etmişdir. Həmin ev Müşfiqabad qəsəbəsinə gedən yolun sağ istiqamətində yerləşmişdir. Evdə təmir aparılarkən yaşayış olmamışdır. Sözügedən evin təmiri üçün sifariş Təqsirləndirilən şəxs1, təmir işləri barədə göstərişlər isə öz qardaşı tərəfindən verilmişdir. Gördükləri işə görə ödənilməli olan pul məbləği Təqsirləndirilən şəxs1 ilə onun qardaşı arasında müəyyənləşdirilmişdir. Zərərçəkmiş şəxs təmir işlərinə qarışmamışdır. Sonuncunu Təqsirləndirilən şəxs1 yanında evə gələrkən görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1la əvvəlcə qonşu, sonradan dost münasibətində olmuşdurlar. Onun restoranında təmir işində işləmişdir. Xatırladığı qədəri ilə 2012-ci ildə Nazim onu çağıraraq ev aldığını bildirmiş, təmir işlərini ona həvalə etmişdir. Evi Yaşar adlı şəxs inşa etmiş, həmin şəxs hazırda vəfat etmişdir. Gördüyü işlə əlaqədar aldığı ləvazimatların qeydini də müvafiq dəftərdə aparmışdır. Əvvəllər Təqsirləndirilən şəxs1 tərəfindən su sexinin inşa etdirilməsində də iştirak etmişdir. Su sexinin tikintisini o, bazardan işçi gətirdərək təmin etmişdir. İfadə xanım anbarda mallara nəzarət etmiş, sonuncunu orada görmüşdür. İfadə xanımla Təqsirləndirilən şəxs1 arasında olan münasibətlərdən uzaqdan məlumatı olmuşdur. Təqsirləndirilən şəxs1 2012-ci ildən Sulutəpədəki evinə köçmüş və ona həmin evi oğlu üçün inşa etdirdiyini, oğlunu evləndirənə qədər həmin evdə özünün yaşayacağını bildirmişdir. Əvvəllər bu işlə bağlı olan mülki mübahisəyə Bakı şəhəri Binəqədi rayon məhkəməsində baxılarkən iştirak etmişdir. Həmin məhkəmədə o, qeyd dəftərinin surətini iş materiallarına əlavə edilməsi üçün təqdim etmişdir. Evə alınan ləvazimatları şifahi şəkildə razılaşdırmışdırlar. Nazimin hətta ona bu işlə bağlı borclu olduğu 1440 dolları keçən il qaytarmışdır. O, 2012-ci ilin əvvəlində mübahisəli evə iş görmək üçün gələndə evin yalnız üstü bağlanmış, elektrik işləri yarımçıq qalmışdır. Onlar evin parket işlərini, elektrik işlərini, tavan işlərini, sanitar qovşaq, malyar, santexnik işlərini görmüşdürlər. Müvafiq işlər barəsində göstərişləri və gördüyü işlərin haqqını ona Təqsirləndirilən şəxs1 vermişdir. İfadə xanımı, Nazimin Nərimanovda olan iş yerindən tanımış, sex açılan zaman oraya gəldikdə görmüş, təmir işləri ilə əlaqədar ona hər-hansı bir iş barəsində göstəriş verməmişdir. O, həmin evin Təqsirləndirilən şəxs1 olduğunu bilib orada işləmiş, həmin evi isə ora gedənə qədər Yaşar inşa etmişdir. Yaşar özünün dediyinə görə Nazimin dəvəti ilə həmin evdə işləmişdir. Evdə təmir gedə-gedə yaşayış olmamışdır. Divar kağızları vurularkən evi Təqsirləndirilən şəxs1 təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadə verərək göstərmişdir ki, 2009-cu ildə Nazim restoranını 280000 manata onun dostu Elşad Mirməmmədova satmışdır. 2013-cü il tarixdə Famillə restoranda oturarkən Nazim zəng edib onu Sulutəpədəki evinə çağırmış, o Familin maşını ilə Nazimin evinə getmiş, Nazim ona Sulutəpədəki evini göstərmişdir. Həmin vaxtlarda Nazimin maddi vəziyyəti yaxşı olmamışdır. Onlar birlikdə biznes qurmaq istəmiş, evin həyətində su sexi olmuşdur. Nazim ona "xxxx" ASC-yə borclu olduğunu bildirmiş, o öz tanışı “Barat” adlı şəxsdən qısa müddətə qaytarmaq şərtilə borc ala biləcəyini qeyd etmişdir. Barat adlı şəxsdən aldığı borcu isə qaytarmaq üçün evi yenidən girov qoyaraq yaxşı məbləğdə bankdan pul götürməyi, borcu qaytardıqdan sonra qalan məbləğlə ortaq biznes fəaliyyəti ilə məşğul olmağı düçünmüşlər. Atabankdan pul götürməyə getmişlər, lakin bank onları aldatmış, bankdan onlara 250000 manat əvəzinə 95000 manat pul verilmişdir. 95000 manatın 43000 manatı Barata qaytarılmış, geri qalan 7-8 min manat sığortaya xərclənmişdir. Nazimin həm də xırda-para borcları da olmuşdur. Həmin məbləğlər ödənildikdən sonra yerdə qalan məbləğlə biznes qurmaq istəsələr də uğurla sonlandıra bilməmişlər. Bütün pul hesabatları onda olmuş, Famil və Nazimə olan borclarını ödəmişdir. Həmin hesabatları məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadə verərək göstərmişdir ki, o dostu, Nazim müəllimin qohumu Yaşar tərəfindən ev tikintisi ilə əlaqədar dəvət olunmuş, bəhs etdiyi hadisələr 2010-cu illərdə baş vermişdir. O, evin təmiri ilə məşğul olmuşdur. O, evin tikintisində də iştirak etmiş, santexnik işlərini görmüş, sonra təmirə fasilə verilmişdir. Evin təmiri ilə bağlı məsələləri heç kəslə məsləhətləşməmiş, evin təmirinə nəzarət edənlər Nazim və İfadə xanım olmuş, onun əmək haqqını isə Yaşar və Nazim bəy vermişdirlər. Yaşar ona təmir edilən evin Nazim bəyin evi olduğunu bildirmiş, İfadə xanım da təmir edilən evdə yaşamışdır. Evin həyətində olan su sexini Nazim bəy İfadə xanımla birlikdə işlətmişdir. Evin materiallarını almağa onlar üçü, yəni İfadə xanım, Nazim bəy və o birlikdə getmişdirlər. O evi suvadıqdan sonra, turbaları, işıqları çəkərək evi təhvil vermişdir. O, İfadə xanımı su sexində işləyən zamanlar da tanımış, İfadə xanımı Nazim bəyin arvadı olaraq bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, o Zərərçəkmiş şəxsnı 8 ildir ki, tanıyır, onunla dostdur və dəfələrlə onun evində olmuşdur. Dəfələrlə Zərərçəkmiş şəxs və o bir-birindən borc pul istəmişdirlər. O sözügedən evin Zərərçəkmiş şəxsnın evi olduğunu bilir. Onlar Zərərçəkmiş şəxs ilə ortaq vəkil Əkbər müəllim vasitəsilə tanış olmuşdurlar. O, Zərərçəkmiş şəxsnın su boruları istehsal edən sexin sahibi olduğunu, oğlu ilə birlikdə yaşadığını bilmişdir. Təqsirləndirilən şəxsləri tanımır. İfadənin Cəfərzadənın evinin tikintisi ilə bağlı hər hansı məlumatı yoxdur. Sonuncunun Sulutəpədəki evinə gedərkən ev artıq hazır olmuşdur. Zərərçəkmiş şəxs ondan ilk dəfə tanış olduqdan 2 il sonra borc istəmiş, ümumilikdə təxmini 2 dəfə borc pul vermiş, məbləğlər cəmi 10000 azn-a yaxın olmuş, Zərərçəkmiş şəxs ondan borc alma səbəblərini bilməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid5 ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs təxminən 15 ildir ki, tanıyır. Zərərçəkmiş şəxs əvvəllər Mingəçevir Şəhər İcra Hakimiyyəti aparatında sektor müdiri vəzifəsində işləmiş, daha sonra isə Bakı şəhərində biznes fəaliyyəti ilə məşğul olmuşdur. İfadə ərsiz qadın olmasına baxmayaraq işgüzar və pul qazanan qadın olmaqla yaxşı maddi imkana malik olmuş, qohum-əqrabaya və dost- tanışına həmişə əl tutmuşdur. 2009-cu ilin təxminən payız aylarında İfadə özünə Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində torpaq sahəsi bəyənib seçərək almış və üzərində özü üçün yaşayış evi tikdirmişdir. Bununla əlaqədar İfadə həmin ərəfələrdə ondan 6000 (altı min) manat məbləğində borc pul alaraq həmin torpaq sahəsinin alınmasına və üzərində ev tikintisinə sərf etmişdir. 2012- ci ildə həmin evi tikdirib başa çatdırdıqdan sonra İfadə 2017-ci ilin təxminən əvvəllərinə qədər oğlu Ramin ilə birlikdə həmin evdə yaşamışdır. Hərdən o, həmin evə qonaq getmiş, evin həyətyanı sahəsində İfadə özünə içməli su sexi də açıb işlətmişdir. Sonradan eşitmişdir ki, İfadəni qeyri-rəsmi ər-arvad kimi birlikdə yaşadığı Nazim adlı şəxs aldadaraq bütün əmlakını, o cümlədən Sulutəpə və Biləcəri qəsəbələrində tikdirdiyi evlərini dələduzluq yolu ilə öz əlinə keçirmişdir. İfadənin deməsinə görə Nazim onu aldadaraq birgə biznes fəaliyyətinə sərmayə qoyub qazanc əldə etmək vədi ilə əvvəlcə Biləcəri qəsəbəsindəki evini satdırıb satışdan əldə olunmuş 35000 (otuz beş min) ABŞ dolları məbləğində pulunu Rusiya Federasiyasında biznes sahəsinə sərmayə qoymaq vədi ilə əlinə keçirmişdir. Daha sonra X9 evini "xxxx" ASC-yə girov qoyub oradan 50000 (əlli min) manat məbləğində kredit götürmüş və həmin pulu Badamdar qəsəbəsində yerləşən özünə məxsus fərdi yaşayş evinin təmirinə xərcləmişdir. xx.xx.2013-cü il tarixdə isə Nazim İfadənin qardaşı Rafiqin vəfat etməsindən istifadə edərək İfadəni notariat kontoruna apararaq Sulutəpə qəsəbəsindəki evini girovdan çıxarmaq adı ilə ondan etibarnamə almış və sonradan həmin etibarnamədən istifadə etməklə İfadənin evini "xxxx" ASC-yə girov qoyaraq oradan 95000 (doxsan beş min) manat məbləğində kredit götürməklə İfadəni aldatmışdır. Nazim götürdüyü krediti ödəmədiyi üçün "xxxx" ASC Sulutəpə qəsəbəsindəki evi məhkəmə yolu ilə İfadənin əlindən almışdır. Nazim bir müddət məsuliyyətdən yayınmaq üçün qaçıb Rusiya Federasiyasında gizlənmiş, tutulduqdan sonra isə bildirmişdir ki, guya, həmin evlərin hamısını İfadə üçün o, öz pulu ilə almışdır. Halbu ki, o, İfadənin həmin evin tikintisinə və təmirinə görə ustalara öz vəsaiti hesabına pul verməsinin şahidi olmuşdur. Şahid5 məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələri arasında ziddiyyəti hadisələrin onun yadında dəqiq qalmaması ilə izah etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadə verərək göstərmişdir ki, o 1992-ci ildən Zərərçəkmiş şəxsnı tanıyır. Zərərçəkmiş şəxs Qaçqınlar və məcburi köçkünlərin işi üzrə dövlət komitəsində işləmişdir. Zərərçəkmiş şəxs sonuncunun evinin sənədlərinin düzəlməsində ona kömək etmişdir. O evini satan zaman Zərərçəkmiş şəxs 2011-ci ildə Sulutəpədə ev tikdirmişdir. O, Almaniyaya müalicəyə getdiyi ərəfələrdə Zərərçəkmiş şəxs ondan evinin təmiri ilə əlaqədar 10000 azn borc pul istəmiş sonuncu Zərərçəkmiş şəxs 9000 azn məbləğində borc pul vermişdir. Zərərçəkmiş şəxs 2013-cü ildə 3000 azn və 4000 azn olmaqla onun borcunu qaytarmışdır. İfadə xanımın evində olanda orada ustalar işləmişdir. O, Zərərçəkmiş şəxsnın Sulutəpədəki evində olsa da Biləcəridəki evini görməmişdir. İfadə xanım ona Biləcəridəki evi satacağını bildirmişdir. Zərərçəkmiş şəxs ondan borc istəyənə qədər onun evində döşəməsi vurulmamış, mətbəx tam hazır olmamışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs iş ortağı kimi tanımışdır. Onun Nazim və Zərərçəkmiş şəxsnın münasibətləri barədə məlumatı olmasa sonuncu Nazimi Zərərçəkmiş şəxsnın Biləcəridəki evində görmüşdür. O, Biləcəridəki evin içini xatırlamasa da həmin evlə Sulutəpədəki evin layihəsində oxşarlıq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, o 1985-ci ildən etibarən Zərərçəkmiş şəxsnı Ağdam rayonundan tanıyır. Sonuncu sonralar Mingəçevirdə işləmiş, Bakıya köçdükdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs Sulutəpədə torpaq alıb ev tikdirəndə o Zərərçəkmiş şəxsdan pul alıb vermişdir. Bir dəfə o ondan 7000, 12000 və 10000 manat borc almış və tez bir zamanda hissə-hissə borclarını qaytarmışdır. Onun Zərərçəkmiş şəxs ilə münasibəti yaxşı olmuşdur. Zərərçəkmiş şəxs ondan borc pul aldıqda ev tikdirmiş və sahibkarlıqla məşğul olmuş, onun maddi durumu yaxşı olmuşdur. Zərərçəkmiş şəxs ondan Sulutəpədəki evinin təmiri üçün borc pul almışdır. Sulutəpədəki evinə girəndə orada təmir işləri getmişdir. O, Zərərçəkmiş şəxsnın kiminlə qaldığını bilmir, təqsirləndirilən şəxsləri hadisədən sonra tanımışdır. Bildiyinə görə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxsnın adından 50000 manat pul çıxartmış, onun evini etibarnamədən istifadə edərək banka girov qoymuşdur. O Zərərçəkmiş şəxsnın evinin tikintisi ilə maraqlandığı zaman Nazimi evin yaxınlarında görməmişdir. Sulutəpədəki evi də torpağı da Zərərçəkmiş şəxs almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Cəlal oğlu ifadə verərək göstətrmişdir ki, 2009-cu ildə Moskvadan gəldikdə Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs onun rəhmətlik yoldaşının qohumu olmuş, ona görə də sonuncuya istəyi üzrə ilk dəfə 21000 dollar , ikinci dəfə 2011-ci ildə 22000 dollar da borc pul vermişdir. Sonra Zərərçəkmiş şəxs ona bütün borcunu qaytarmışdır. O, Zərərçəkmiş şəxsnın evini kimin tikdiyini bilmir. Zərərçəkmiş şəxsnın ev təmir etməsi barədə məlumatı yoldaşından eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxsnı 2000-ci illərdən Mingəçevir şəhəri icra hakimiyyətindən tanıyır. 2010- 2012-ci illərdə Zərərçəkmiş şəxs 3-4 ay müddətinə evinin təmiri ilə bağlı 50000 dollar borc vermişdir. Borc verdikdən sonra o, 2012-ci ildə Zərərçəkmiş şəxsnın Sulutəpədəki yarımtikili vəziyyətdə olan həmin evində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək göstərmişdir ki, onun bacısı Zərərçəkmiş şəxs əvvəl Mingəçevirdə yaşamış sonra Bakıya köçmüş, Bakıda torpaq bəyənmiş və ev tikdirmək qərarı almışdır. Zərərçəkmiş şəxs Sulutəpə ərazisində ev tikdirmiş və 2017-ci ilə qədər oğlu ilə birlikdə həmin evdə yaşamışdır. O, Zərərçəkmiş şəxsnın qaldığı evə təmirdən əvvəl və sonra gedib-gəlmişdir. Həmin vaxt Zərərçəkmiş şəxsnın 700-800 qram qızılı olmuş, o qızılları alıb sataraq ev tikdirmişdir. O, Nazimi və Famili tanımır. Bacısının Nazim ilə arasında münasibət olması haqqında məlumatı olmuş, ancaq onun üzünü görməmişdir. Zərərçəkmiş şəxs ona evi neçə otaqlı tikdirəcəyi barədə məlumat verməmişdir. Sulutəpədəki evin nə vaxt tikilməyə başladığını xatırlamır və tikintisində Nazimin köməyinin olub-olmamasını bilmir. Onun qardaşı rəhmətə gedən zaman Nazimgil bacısından etibarnamə almışdırlar. Zərərçəkmiş şəxs yasdan Bakıya gedəndə nə üçün getdiyini bilməmiş, o Ağdama qayıdanda evlə bağlı etibarnamə verdiyini onlara demişdir. O, bacısının evin tikilməsi ilə əlaqədar ustalara pul verməsini görməsə də eşitmişdir. Məhkəmə iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Cinayət işi materiallarından görünür ki, hazırki cinayət işi fakta görə 03 dekabr 2015-ci il tarixdə başlanılmışdır (Cild 1, iş vərəqə 1). 30 may 2012-ci il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən X12 əvəzinə satıcı qismində məhz Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanında 0,05 hektar torpaq sahəsində yerləşən 209,2 kvadrat metr ümumi sahəsi, o cümlədən 76,7 kvadrat metr yaşayış sahəsi və 132,5 kvadrat metr yardımçı sahəsi olan 8 saylı bağ evini və torpaq sahəsini Zərərçəkmiş şəxs satmışdır. Həmin müqavilə əsasında adı çəkilən torpaq sahəsinə mülkiyyət hüququ isə 02 iyun 2013-cü il tarixdə Zərərçəkmiş şəxs adına rəsmiəşdirilmişdir. (cild 1, səh 20, 209-212) Cinayət işinə əlavə edilmiş 20 oktyabr 2013-cü il tarixli etibarnamədən görünür ki, Zərərçəkmiş şəxs harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlaklarını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizələ inə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslər tərəfindən, idarələrdən təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqraflardan, bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank hesabları üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtaraq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Təqsirləndirilən şəxs1 etibar edir (cild 1, iş vərəqə 17). Cinayət işinə əlavə edilmiş digər 4 noyabr 2013-cü il tarixli etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs adından Azərbaycan Respublikası DƏDRX Əİ tərəfindən xx.xx.2012-ci il tarixdə **********74-11301, qeydiyyat nömrə ********** ilə verilmiş çıxarışa əsasən ünvan 1 ünvanında 0,05 hektar torpaq sahəsində üzərində yerləşən bağ evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX müvafiq ərazi idarəsində, notariat kontorlarında, banklarda, digər idarə və təşkilatlarda nümayəndə olmağı, forma 1, forma 2 almağı, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqavilələri imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar onun adından ərizə verməyi və digər hərəkətlər etməyi Təqsirləndirilən şəxs2 etibar etmişdir (cild 1, iş vərəqə 18). "xxxx" ASC-nin Xəzər filialı ilə Təqsirləndirilən şəxs1 (Kredit alan) və Təqsirləndirilən şəxs2 (İpoteka qoyan) arasında 08 noyabr 2013-cü ildə bağlanmış ipoteka müqaviləsindən və həmin ipoteka müqaviləsinin davamı olaraq «ipotekanın əlavə qeydiyyatı haqqında» 15 noyar 2013-cü il il tarixli razılaşmadan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 iyun 2012-ci il tarixli, MA seriyalı ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında 0,05 hektar torpaq sahəsində yerləşən 209,2 kvadrat metr ümumi sahəsi, o cümlədən 76,7 kvadrat metr yaşayış sahəsi və 132,5 kvadrat metr yardımçı sahəsi olan 2 mərtəbəli, 4 otaqlı bağ evi torpaq sahəsi ilə birlikdə 190000 (bir yüz doxsan min) manat məbləğində qiymətləndirilməklə ipotekanın predmeti qismində həmin banka ipotekaya qoyulmuşdur ( cild 1, iş vərəqə 23-29). "xxxx" ASC-nin Xəzər filialı ilə Təqsirləndirilən şəxs1 arasında 15 noyabr 2013-cü ildə bağlanmış 1500XZF nömrəli kredit müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs1 şəxsi məqsədləri üçün 48 ay müddətinə illik 20% hesablanmaqla 42000 (qırx iki min) manat məbləğində kredit verilmişdir ( cild1, iş vərəqə 30). "xxxx" ASC-nin Xəzər filialı ilə Təqsirləndirilən şəxs1 arasında 08 noyabr 2013-cü ildə bağlanmış 1493XZF nömrəli kredit müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs1 şəxsi məqsədləri üçün 48 ay müddətinə illik 20% hesablanmaqla 53000 (əlli üç min) manat məbləğində kredit verilmişdir ( cild1, iş vərəqə 34-35). Təqsirləndirilən şəxs1 ilə "xxxx" ASC-nin Xəzər filialı arasında bağlanmış 08 noyabr 2013-cü il tarixli 1493XZF nömrəli və 15 noyabr 2013-cü il tarixli 1500XZF nömrəli kredit müqavilələrinin təminatı qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 iyun 2012-ci il tarixli, MA seriyalı ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında 0,05 hektar torpaq sahəsində yerləşən bağ evi həmin banka ipotekaya qoyulmuşdur (cild 1, iş vərəqə 30-35). Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 18 sentyabr 2015-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs1 08 noyabr 2013-cü il tarixli 1493XZF nömrəli kredit müqaviləsi üzrə 49404 manat əsas borc, 13785 manat faiz borcu, 15 noyabr 2013cü il tarixli 1500XZF nömrəli kredit müqaviləsi üzrə 41366 manat əsas borc, 13104 manat faiz borcu olmaqla, ümumilikdə 117659 (bir yüz on yeddi min altı yüz əlli doqquz) manat məbləğində borc, iddia qaldırılmasından ötrü ödənilmiş 30 manat dövlət rüsumu, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən həmçinin görünür ki, bank qarşısında ipoteka və əlavə ipoteka ilə yüklü edilmiş cavabdeh Zərərçəkmiş şəxs mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 1ci küçə, 8 nömrəli bağ evinə və 0,05 ha torpaq sahəsinə yönədilməsi, bağ evinin və torpaq sahəsinin ilkin satış qiyməti 150000 (bir yüz əlli min) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılması, satışdan əldə ediləcək məbləğin iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi, borc tam ödənildikdən sonra isə məbləğin qalan hissəsinin Zərərçəkmiş şəxs qaytarılması və ev satıldığı tarixdən bir ay müddətində boşaldılması qət edilmişdir (cild 1, iş vərəqə 249-256). Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 28 iyun 2019-cu il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 cavabdehlər Zərərçəkmiş şəxs 51 saylı Notariat X1 qarşı 30 may 2012-ci il tarixli AN-İ № ******* nömrəli “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmədə baxılarkən toplanılmış iş materialları və şahid ifadələri araşdırılaraq məhkəmə tərəfindən hesab edilmişdir ki,sözügedən alqı-satqı müqaviləsi əsasında Zərərçəkmiş şəxs mülkiyyətinə keçmiş əmlakın dəyəri və təmirtikintiyə çəkilmiş xərc iddiaçı Təqsirləndirilən şəxs1 vəsaiti hesabına icra olunmuşdur. O həmin torpaq sahəsini restoranın satışından əldə etdiyi pul vəsaiti ilə almış və torpaq sahəsinin satışı zamanı torpaq sahəsinin çıxarışı olmadığından ona etibarnamə verilmişdir. Həmin torpaq sahəsində N.Əsgərov öz vəsaiti hesabına bağ evini tikdirmişdir. Həmin bağ evinin alqı-satqısı üçün verilmiş etibarnamə Təqsirləndirilən şəxs1 adına olduğuna görə sənədi öz adına rəsmiləşdirə bilməmiş və ona görə də bağ evini qeyri rəsmi yaşadığı cavabdeh Zərərçəkmiş şəxs adına Bakı şəhəri Nərimanov rayonu 51 saylı Notariat kontorunda 30 may 2012-ci il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi ilə formal olaraq rəsmiləşdirilmişdir. Həmin bağ evinə çəkilən xərclərə görə və ustalara olan borclarını qaytarmaq üçün kredit götürmüş və borcu ödəyə bilmədiyindən həmin ev hərrac vasitəsilə bankın balansına keçmişdir. Lakin məhkəmə qətnaməsi ilə iddiaçının hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malik olması və cavabdeh tərəfindən həmin hüququn pozulması müəyyən edilmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, mübahisə predmetini təşkil edən alqı-satqı müqaviləsi 30 may 2012-ci il tarixdə bağlanılmış , həmin müddətdən iddiaçı mübahisəli mənzilin digər şəxsin mülkiyyətində olmasına hər hansı etiraz bildirməmiş və belə bir etirazın bildirilməsinə dair sübut iş materialları ilə müəyyən olunmamış, alqı-satqı müqaviləsinin mübahisələndirilməsinə dair müddətin ötürülməsinə görə iddiası təmin edilməmişdir (cinayət işi cild 6, səh 137-142). Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən ona elan edilmiş ittihama daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinin olmaması Cinayət-Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada sübuta yetirildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq dedikdə şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsi başa düşülür. Bu müddəaya görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarına əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (mülkiyyətçini, sahiblik edəni əmlakdan məhrum etməyə) yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Odur ki, əmlakı sahibliyinə keçirərkən (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) şəxsdə bu cür (aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə) niyyətinin olmaması, sonrakı dövrdə əmlak, əmlakın əvəzi hər hansı bir səbəbdən mülkiyyətçiyə (sahiblik edənə) qaytarılmadıqda şəxsin belə hərəkət etməsi CM-in 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. Şəxsin özgə əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyəti olmadığı halda həmin əmlak barəsində mülkiyyətçi (əmlaka sahiblik edən digər şəxslə) sövdələşmə zamanı onu bu cür razılaşmanı bağlamağa sövq etmək üçün yalandan istifadə etməsi də şəxsin əməlində dələduzluq cinayətinin tərkibinin olmasına dəlalət etmir. Çünki, belə vəziyyətdə şəxs mülkiyyətçini (sahiblik edəni) əmlakdan məhrum etmək niyyətində olmadığından, onun istifadə etdiyi yalan əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə deyil, müstəsna olaraq sövdələşmənin baş tutmasına yönəlmiş olur və yalnız bu məqsədə xidmət edir. Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dələduzluq əməli ilə əlaqədar ittiham irəli sürülərkən ibtidai istintaq orqanı onların qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında xüsusi mülkiyyət hüququ əsasında Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında 0,05 hektar torpaq sahəsində yerləşən 209,2 kvadrat metr ümumi sahəsi, o cümlədən 76,7 kvadrat metr yaşayış sahəsi və 132,5 kvadrat metr yardımçı sahəsi olan bağ evinə aid mülkiyyət hüququna dair qeyd olunan çıxarışı "xxxx" ASC-nin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 108 ünvanında yerləşən "‘Azadlıq” filialından götürüb Zərərçəkmiş şəxs təqdim edəcəyi ilə bağlı ona yalandan vəd verib aldadaraq bu məqsədlə 20 oktyabr 2013cü il tarixdə sonuncunun bütün əmlakının idarə edilməsi, əmlakının üzərində sərəncam verilməsi və sair hüquqlara dair Zərərçəkmiş şəxs etibarnamə əldə etdikdən sonra 04 noyabr 2013-cü il tarixli etibarnamə əsasında Zərərçəkmiş şəxs adından çıxış edərək ona məxsus həmin bağ evi üzərində sərəncam vermək və sair bu kimi hüquqlara dair Təqsirləndirilən şəxs2 notarial qaydada müvafiq etibarnamə verib sonuncunun birgə iştirakı ilə 08 noyabr 2013-cü il tarixli "xxxx" ASC-dən kredit götürməklə ipoteka müqaviləsi əsasında əldə etdikləri ümumilikdə 95000 (doxsan beş min) manat məbləğində kredit vəsaitini Təqsirləndirilən şəxs2la öz aralarında bölüşdürərək bank qarşısında öz öhdəliklərini, habelə müqavilə şərtlərini qəsdən icra etməməsi nəticəsində "xxxx" ASC-nin “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi”nə dair iddia tələbinin təmin edilməsinə dair Binəqədi rayon Məhkəməsi tərəfindən qətnaməsinə əsasən Zərərçəkmiş şəxs 190000 (bir yüz doxsan min) manat dəyərində qeyd olunan bağ evinin bank qarşısında ipoteka predmeti qismində girov qalması nəticəsində ona 190000 (bir yüz doxsan min) manat məbləğində ziyan vurması nəticəsinə gəmişlər. Göründüyü kimi, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan dələduzluq əməli ilə əlaqədar ittiham irəli sürülərkən həmin maddənin məzmununa uyğun olaraq Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər tərəfindən aldadılması və etibarından sui-istifadə edilməsi üsulu kimi sonuncudan ünvan 1 ünvanında 0,05 hektar torpaq sahəsində yerləşən bağ evinə aid mülkiyyət hüququna dair qeyd olunan çıxarışı "xxxx" ASC-dən götürülərək Zərərçəkmiş şəxs təqdim edəcəyi ilə bağlı ona yalandan vəd verib aldadaraq bu məqsədlə 20 oktyabr 2013-cü il tarixdə sonuncunun bütün əmlakının idarə edilməsi, əmlakının üzərində sərəncam verilməsi və sair hüquqlara dair etibarnamə əldə edilməsi göstərilmişdir. Məhkəmə əvvəla qeyd edir ki, cinayət işi materiallarından görünür ki, Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin "xxxx" ASC-yə girov kimi qoyulması üçün əsas olan 20 oktyabr 2013-cü il tarixli etibarnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada notarial qaydada təsdiq edilmişdir. Digər tərəfdən həmin etibarnamə ilə Təqsirləndirilən şəxs1 mübahisəli bağ evinə aid mülkiyyət hüququna dair çıxarışın "xxxx" ASC-dən götürülüb Zərərçəkmiş şəxs təqdim etməsi hüququ deyil, mülkiyyətində olan istisnasız bütün əmlaklar üzərində istənilən hüquqlar, o cümlədən həmin bağ evinə dair sərəncam hüququ verilmişdir. İbtidai istintaq dövründə dindirilərkən Zərərçəkmiş şəxs tərəfindən 20 oktyabr 2013-cü il tarixdə Təqsirləndirilən şəxs1 verilmiş etibarnamə ilə sonuncunun həmçinin mübahisəli bağ evinə dair istənilən formada sərəncam vermək hüququna malik olmasını bilibbilməməsi barədə suala o, həmin etibarnamə ilə Nazimin bu hüquqlara sahib olmasından xəbəri olduğunu, lakin onun xəbəri və razılığı olmadan nə evini satması, nə də girov qoya biləcəyinin ağlına gəlmədiyini, etibarnamənin yalnız "xxxx" ASC-dən girov qismində qoyulmuş mübahisəli bağı evinin girovdan azad edilməsi və həmin evə dair mülkiyyət hüqununun Daşınmaz Əmlak Dövlət Reyestrindən verilmiş çıxarışın götürülməsi üçün verilməsini bildirmişdir. Məhkəmə iclasında isə o, qardaşının ölümü ilə əlaqədar Mingəçevirdə olmasını və Təqsirləndirilən şəxs1 ona banka olan borcu ödədiyini bildirdiyinə görə evin çıxarışının bankdan götürülməsi üçün yalnız bir gün 20 oktyabr 2013cü il tarixdə Bakı şəhərinə gəldiyini, həmin gün isə bankın işləmədiyi üçün Təqsirləndirilən şəxs1 etibarnamə verərək yenidən Mingəçevir şəhərinə qayıtdığını göstərmişdir. Həm ibtidai istintaq dövründə, həm də məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs tərəfindən verilən etibarnamə əsasında Təqsirləndirilən şəxs2 etibarnamə verməsini isə onunla əsaslandırmışdır ki, Zərərçəkmiş şəxs aldığı etibarnamə ilə "xxxx" ASC-nin Xəzər filialına getsə də ona həm hipoteka qoyan, həm də kredit götürən şəxsin eyni şəxs olmasının mümkünsüzlüyünün bildirilməsi səbəbindən o, etibarnamə əsasında Zərərçəkmiş şəxs ona verdiyi hüquqları Təqsirləndirilən şəxs2 ötürmüşdür. Onun ifadələri həm digər Təqsirləndirilən şəxs2 həm də Şahid12 tərəfindən təsdiq edilmişdir. Bundan başqa iş üzrə dindirilmiş Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs tərəfindən verilmiş etibarnamənin mübahisəli əmlakın "xxxx" ASC-dən girovdan çıxarılaraq həmin əmlaka dair çıxarışın bankdan götürülməsi məqsədilə deyil, məhz adı çəkilən bank qarşısında olan öhdəliklərinin icra etməmələri ilə əlaqədar məhkəməyə verilmələri, bu səbəbdən Şahid12 vasitəsilə “Barat” adlı şəxsdən aldıqları borcun banka ödənilməklə müvafiq bağ sahəsinin yenidən digər banka ipoteka predmeti olaraq qoyulması ilə əlaqədar verilməsini bilməsi barədə verdikləri ifadələr zərərçəkmiş şəxs tərəfindən təkzib edilsə də, həm digər Təqsirləndirilən şəxs2, həm də məhkəmə iclasında şahid qismində ifadə verən Şahid12 tərəfindən təsdiq edilmişdir. Zərərçəkmiş şəxs mübahisəli bağ evinin banka ipoteka predmeti qismində qoyulmasından nə vaxt xəbəri olması barədə sualları gah Təqsirləndirilən şəxs1 "xxxx" ASC qarşısında öhdəliklərini icra etməməsi ilə əlaqədar tutmanın onun mülkiyyətində olan əmlaka yönəldilməsi barədə mülki iş Bakı şəhəri Binəqədi rayon məhkəməsində icraata qəbul edildikdən və ona məhkəmədə iştirak etməsi ilə əlaqədar bildiriş göndərildikdən, gah tərəfindən Təqsirləndirilən şəxs1 20 oktyabr 2013-cü il tarixdə etibarnamə verildikdən 40 gündən sonra bankdan ona zəng gəlməsi ilə əlaqədar xəbər tutması barədə ziddiyyətli cavablar versə də iş materiallarından görünür ki, "xxxx"ASC tərəfindən Təqsirləndirilən şəxs1 ilə "xxxx" ASC-nin Xəzər filialı arasında bağlanmış 08 noyabr 2013-cü il tarixli 1493XZF nömrəli və 15 noyabr 2013-cü il tarixli 1500XZF nömrəli kredit müqaviləsi üzrə icra edilməmiş ödənişlərin (əsas borc və faizlərin, habelə dövlət rüsumunun) cavabdehlər Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 tutularaq ödənilməsi və ödəmənin ipoteka predmeti olan Zərərçəkmiş şəxs ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında ona məxsus ünvan 1 nömrəli evə yönəldilməsi barədə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə ünvanlanmış 09 fevral 2015-ci il tarixli iddia ərizəsində bank tərəfindən pul məbləğinin ödənilməsi ilə bağlı dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı “bildirişlərin” və “pretenziyaların” göndərilməsi yolu ilə xəbərdarlıq edilməsi, onlara əsas, kreditdən istifadə, və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış borc haqqında məlumat veridliyi və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb edilməsi göstərilmişdir. Müvafiq iddia ərizəsinə həmçinin həm cavabdeh Təqsirləndirilən şəxs1, həm də Zərərçəkmiş şəxs göndərilmiş bildirişlərin surətləri əlavə edilmişdir (Cild 1, iş vərəqə 21-44 ) İş materiallarından həmçinin görünür ki, "xxxx" ASC tərəfindən iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 150.1.6-cı maddəsinin tələblərinə uyğun olaraq müvafiq iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilməklə verilmiş, məhkəmə tərəfindən isə həmin hallar yoxlanılaraq icraata qəbul edilmiş və qətnamə çıxarılmışdır. Zərərçəkmiş şəxs isə işə mülki qaydada məhkəmədə baxıldığı dövrdə müxtəlif dövlət orqanlarına ünvanladığı ərizələrində məhz 2015-ci ildə mülkiyyətində olan əmlakın girov qoyulmasını onun əmlakına Təqsirləndirilən şəxs1 ilə "xxxx" ASC-nin Xəzər filialı arasında bağlanmış 08 noyabr 2013-cü il tarixli və 15 noyabr 2013-cü il tarixli nömrəli kredit müqavilələləri üzrə öhdəliklərin icra edilməməsi nəticəsində tutmanın yönəldilməsi barədə müvafiq mülki işə baxılması zamanı xəbər tutduğunu bildirsə də o, mülki işin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinin tələblərinin pozulması ilə, yəni “pretenziyaların” göndərilməsi yolu ilə xəbərdarlıq edilmədən məhkəmə icraatına qəbul edilməsi əsaslarını ümumiyyətlə mübahisələndirməmişdir. Halbuki həmin mülki işə baxılarkən Zərərçəkmiş şəxs hüquqları vəkil vasitəsilə müdafiə olunmuş və qeyd edilən hal məhkəmə baxışı zamanı da mübahisələndirilməmişdir. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən Azərbaycan Respublikası müxtəlif dövlət idarələrinə ünvanlanmış 13 oktyabr 2017-ci il tarixli şikayət ərizəsindən, habelə “bizimyol” xəbər lentində əks olunmuş məqalədən görünür ki, 2014-cü ilin əvvəllərində "xxxx"ın “Xəzər” filialının problemli kredit xətti üzrə mütəxəssisi Elşən adlı şəxsin ona zəng edərək kreditin vaxtı vaxtında ödənilməsi barədə tələbindən sonra dərhal həmin bankın 28 mayda yerləşən filialına yaxınlaşaraq həmin şəxslə əlaqə saxladığını, alınmış kredit üzrə 15 dekabr 2013-cü ildən bəri ödəniş edilmədiyi barədə məlumat əldə etmişdir (cild 1, iş vərəqə 230-233, cild 2, iş vərəqə 22-29 ). Göründüyü kimi Zərərçəkmiş şəxs artıq Təqsirləndirilən şəxs1la "xxxx" ASC arasında kredit müqaviləsi bağladıqdan iki ay sonra onun verdiyi 20 oktyabr 2013-cü il tarixli etibarnamə əsasında Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş 04 noyabr 2013-cü il tarixli etibarnaməyə əsasən onun mülkiyyətində olan əmlakın girov qoyulmaqla alınmış borcun ödənilməməsindən xəbər tutsa da tərəfindən həmin girov müqaviləsinin etibarlılığı məsələsi ümumiyyətlə mübahisələndirilməmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsində işə baxılması müddətində isə Zərərçəkmiş şəxs müxtəlif dövlət orqanlarına şikayət etsə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cinayət işi başlanılmadığından Mülki-Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmaması əsası ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin həmin mülki iş üzrə icraatı dayandırmaq vəzifəsi yaranmamış, habelə həmin Məcəllənin 265.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməllərində hazırki cinayət iş üzrə istintaq orqanının gəldiyi qənaətə əsasən dələduzluq cinayət əməlinin törədilməsi üsulu kimi bank qarşısında öhdəliklərini qəsdən icra etməməsi əlamətləri aşkara çıxarılmadığından bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməmiş və məhkəmənin 18 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs1 əməlləri mülki qanunvericiliyin tələbləri baxımından öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilmişdir. Məhkəmə iclasında həmin evin "xxxx" ASC-yə girov qoyularkən qiymətləndirilməsində iştirak edib –etməməsi barədə suallara Zərərçəkmiş şəxs evin yalnız bir dəfə "xxxx" ASCyə girov qoyularkən qiymətləndirildiyini, evin açarlarının onda olduğunu, əmlakın "xxxx" ASC-yə girov qoyularkən qiymətləndirilməməsini qeyd edərək, sonuncu bank tərəfindən mübahisəli evin "xxxx" ASC-yə girov qoyularkən istifadə edilən qiymətləndirmə rəyinin əsas götürüldüyünü iddia etmişdir. Lakin məhkəmənin təşəbbüsü ilə əldə edilmiş "xxxx" MMC tərəfindən göndərilmiş 15 noyabr 2023-cü il tarixli məktubla və Əmanətlərin Sığortalanması Fondununun 30 oktyabr 2023-cü il tarixli məktubu ilə müşaiyət edilən rəy və şəkillər müqayisə edilərkən aydın olmuşdur ki, ünvan 1 ünvanında 0,05 hektar torpaq sahəsində yerləşən 209,2 kvadrat metr ümumi sahəsi, o cümlədən 76,7 kvadrat metr yaşayış sahəsi və 132,5 kvadrat metr yardımçı sahəsi olan bağ evi iki dəfə qiymətləndirilmişdir. Bundan başqa Əmanətlərin Sığortalanması Fondu tərəfindən göndərilən qiymətləndirmə müqaviləsi və ekspert rəyindən görünür ki, 02 noyabr 2013-cü il tarixli müqaviləyə əsasən 04 noyabr 2013-cü il tarixdə ekspert rəyi tərtib edilmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmənin qərarına əsasən əldə edilmiş Zərərçəkmiş şəxs istifadəsində olan 050 ******* nömrəli mobil telefon nömrəsinin anten məlumatlarından görünür ki, Zərərçəkmiş şəxs 02 noyabr -04 noyabr 2013-cü il tarixlərdə Bakı şəhərində mübahisəli evdə olmuşdur ki, bu da onun qiymətləndirmə prosesində iştirak etdiyinə və müvafiq əmlakın "xxxx" ASC-yə girov qoyularaq borc götürülməsinə dair məlumatlı olmasına bir daha dəlalət edir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin məzmununa görə dələduzluq cinayəti maddi tərkibli cinayətdir, əmlak və ya əmlak hüquqları əldə edildikdən sonra başa çatmış olur. Lakin Təqsirləndirilən şəxs1 mübahisəli əmlakın üzərində sərəncam hüquqlarını zərərçəkmiş şəxsin verdiyi etibarnamə əsasında əldə etməsi, həmin etibarnamə əsasında müvafiq hüquqları Təqsirləndirilən şəxs2 ötürməsi onlara istinad edilən cinayət əməlinin başa çatma anını formalaşdırmamışdır. Belə ki, hazırki cinayət işi üzrə hər iki təqsirləndirilən şəxsə verilmiş ittihamdan görünür ki, cinayətin başa çatma anı Təqsirləndirilən şəxs1 "xxxx" ASC qarşısında öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində tutmanın ipoteka qismində qoyulmuş olduğu zərərçəkmiş şəxsə mülkiyyətində olan əmlaka yönəldilməsi və bununla da sonuncuya 190000 manat ziyan vurulması barədə məhkəmə qətnaməsinin qəbul olunması anı əsas götürülmüşdür. Halbuki, iş materiallarından da göründüyü kimi etibarnamə əsasında zərərçəkmiş şəxsin mülkiyyətində olan bütün əmlakların üzərinə sərəncam hüquqlarını əldə edən Təqsirləndirilən şəxs1 nə mübahisəli bağ evi, nə də Zərərçəkmiş şəxs mülkiyyətində olan başqa əmlak barəsində hər hansı digər formada sərəncam (satmamış, bağışlamamış və s.) verməmişdir. Əksinə həmin etibarnamə əsasında mübahisəli bağ sahəsinin "xxxx" ASC-yə girov qoyulması yolu ilə kredit müqaviləsinin bağlanılmasında da əsas məqsəd məhz Zərərçəkmiş şəxs özünün mübahisəli bağ sahəsini girov qismində "xxxx" ASC-yə qoyması müqabilində Təqsirləndirilən şəxs1 tərəfindən götürülən borc məbləğinin qaytarılması ilə əlaqədar olmuşdur. Belə ki, "xxxx" ASC-yə olan borcun qaytarılması üçün Təqsirləndirilən şəxs1 əvvəlcə Şahid12 tanışından borc məbləği əldə edərək həmin bank qarşısında borc öhdəliklərini icra edərək mübahisəli bağ sahəsini girovluqdan azad etmiş, yenidən "xxxx" ASC -yə girov qoyaraq bağlanmış kredit müqaviləsinə əsasən əldə edilmiş 95000 manatdan 45000 manat pul məbləği məhz Şahid12 tanışından alınan borc pul vəsaitinin qaytarılmasına yönəldilmiş, 5000 manat pul məbləği bank sənədləşdirməsinə, qalan 45000 manat pul məbləği isə Şahid12, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ortaq biznes fəaliyyət ilə məşğul olması üçün xərcləmişdir. Zərərçəkmiş şəxs özü də əslində Təqsirləndirilən şəxs1 mübahisəli bağ sahəsinin "xxxx" ASC-dən girovdan azad edilməsi üçün zəruri olan pul məbləğinin də Təqsirləndirilən şəxs1 tərəfindən ödənildiyini təsdiq etmişdir. Digər tərəfdən, "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən əldə edilmiş 95000 manatdan qalan 45000 manat pul məbləğinin Şahid12, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ortaq biznes fəaliyyət ilə məşğul olması üçün xərclənməsinə, həmin borcların Təqsirləndirilən şəxs1 qaytarılmasına Şahid12 nəzarət etməsinə baxmayaraq 13 sentyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla sonuncu barəsində əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanılmasının rədd edilmişdir. Bu hal isə ona dəlalət edir ki, ibtidai istintaq orqanı əslində təqsirləndirilən şəxslərin həqiqətən mübahisəli bağ evinin "xxxx" ASC-dən girovdan çıxararaq "xxxx" ASCyə yenidən girov qoyarkən götürdüyü pul məbləğinin bir hissəsini ortaq ticarət fəliyyətini həyata keçirmək üçün xərclənməsini qəbul etmişdir. Məhkəmə hesab edir ki, "xxxx" ASC-dən götürülmüş 95000 manat borc məbləğinun əsas hissəsinin, yəni, 45000 manat vəsaitin məhz Zərərçəkmiş şəxs məxsus bağ evinin "xxxx" ASC-dən girovdan azad edilməsi üçün ödənilməsi, yerdə qalan məbləğin isə Şahid12, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aralarında ticarət fəaliyyəti məqsədləri üçün xərclənməsi üçün aralarında bölünməsi, həmin biznes fəaliyyətinin uğursuz nəticələnməsi, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 hansı andan Zərərçəkmiş şəxs münasibətdə dələduzluq cinayətini törətməsi barədə razılığa gəlməsinin ibtidai istintaq orqanı tərəfindən ümumiyyətlə müəyyən edilməməsi, cinayətin başa çatma anının qanuni məhkəmə qətnaməsinin qəbul edilməsi anı ilə müəyyənləşdirilməsi kimi hallar təqsirləndirilən şəxslərin dələduzluq cinayətini törətməsi üçün qabaqcadan əlbir olması, onların həmin mübahisəli evi banka girov predmeti qismində qoymaqla zərərçəkmiş şəxsin əmlakının dələduzluq yolu ilə ələ keçirilməsi niyyəti kimi qiymətləndirilməsini təkzib edir. Məhkəmə belə qənaətə gələrkən həm də onu əsas götürür ki, mübahisəli torpaq sahəsi banka girov qoyularkən bank sənədlərində əlaqə vasitəsi qismində Zərərçəkmiş şəxs də nömrələri qeyd edilmiş, məhz həmin telefon nömrələri vasitəsilə Zərərçəkmiş şəxs ilə əlaqə saxlanılmış və borcların ödənilmə vəziyyəti barədə sonuncuya məlumat verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 xahişi ilə "xxxx" ASC-dən ödəniş vəziyyəti ilə əlaqədar məlumat almaq istədikdə ona Zərərçəkmiş şəxs ilə telefon vasitəsilə əlaqə saxlanıldığı və borcun ödənilməməsi ilə bağlı məlumat verildiyi bildirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs mülkiyyətində olan torpaq sahəsinin girov qoyulmaqla borc götürülməsi və bu borcun ödənilməməsinə yönələn hərəkətlər etməklə gələcəkdə məhkəmə yolu ilə hərracdan satılmasına nail olmaqla dələduzluq niyyətinin əvvəlcədən formalaşdığı təqdirdə onların əməlləri Zərərçəkmiş şəxs əmlakın girov qoyulmasından məlumatsız olmasını labüd edən bütün şərtlərin təmin edilməsinə yönəldilərdi. Lakin bankın Zərərçəkmiş şəxs ilə əlaqəsinin əvvəldən təmin edilməsi təqsirləndirilən şəxslərin sonuncunu aldatmaq məqsədilə, yəni "xxxx" ASC-yə girov qoyulmuş əmlaka dair çıxarışın əldə edilməsi üçün Təqsirləndirilən şəxs1 etibarnamə verilməsi halının mümkünlüyünü istisna edir. Digər tərəfdən istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dələduzluq cinayətinin törədilməsi ilə əlaqədar ittham irəli sürülərkən cinayətin üsülu kimi Təqsirləndirilən şəxs1 tərəfindən "xxxx" ASC qarşısında ödəliklərinin qəsdən icra etməməsi nəticəsində Bakı şəhəri Binəqədi rayon məhkəməsi tərəfindən 18 sentyabr 2015-ci il tarixli qətnaməsinin qəbul edilməsinə səbəb olması halına istinad edilsə də məhz həmin qətnamə ilə tutmanın ipoteka predmetinə yönəldilməsi qənaətinə gələrkən məhkəmənin Təqsirləndirilən şəxs1 hərəkətlərinin mülki qanunvericiliyin tələblərinə əsasən "xxxx" ASC qarşısında ödəliklərinin lazımınca icra etməməsi kimi qiymətləndirməsi halı nəzərə alınmamışdır. Məhkəmə onu da qeyd edir ki, dələduzluq cinayət tərkibinin zəruri əlamətindən biri də ələ keçirilən əmlakın və ya əmlaka olan hüququn başqasının mülkiyyətində olması halının sübuta yetirilməli olmasıdır. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, 30 may 2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Zərərçəkmiş şəxs mülkiyyətinə verilmiş əmlakın dəyəri və təmir-tikintiyə çəkilmiş xərc iddiaçı Təqsirləndirilən şəxs1 vəsaiti hesabına icra olunmuşdur. O həmin torpaq sahəsini restoranın satışından əldə etdiyi pul vəsaiti ilə almış və torpaq sahəsinin satışı zamanı torpaq sahəsinin çıxarışı olmadığından ona etibarnamə verilmişdir. Həmin torpaq sahəsində N.Əsgərov öz vəsaiti hesabına bağ evini tikdirmişdir. Həmin bağ evinin alqısatqısı üçün verilmiş etibarnamə Təqsirləndirilən şəxs1 adına olduğuna görə sənədi öz adına rəsmiləşdirə bilməmiş və ona görə də bağ evini qeyri rəsmi yaşadığı cavabdeh Zərərçəkmiş şəxs adına formal olaraq rəsmiləşdirilmişdir. Həmin bağ evinə çəkilən xərclərə görə və ustalara olan borclarını qaytarmaq üçün kredit götürmüş və borcu ödəyə bilmədiyindən həmin ev hərrac vasitəsilə bankın balansına keçmişdir. Bundan başqa qətnamədən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs həmin halları mübahisələndirmək üçün öz dəlilərini təsdiq etmək üçün məhkəməyə hər hansı sübut təqdim etməmiş, iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Binəqədi rayon məhkəməsi isə məhz iddiaçının ərizəsini nəzərə alaraq göstərilən alqısatqı müqaviləsinin mübahisələndirilməsinə dair müddətin ötürülməsinə görə Təqsirləndirilən şəxs1 iddiası təmin edilməmişdir. Məhkəmənin təşəbbüsü ilə əldə edilmiş Bakı şəhəri Binəqədi rayon Məhkəməsindən əldə edilmiş məlumata əsasən qanunvericilikdə müəyyən edilmiş müddət ərzində həmin qətnamədən şikayət verilməmişdir. Məhkəmə iclasında isə zərərçəkmiş şəxs və onun nümayəndəsi həmin qətnamədən şikayət verməməsi səbəblərini gah həmin məhkəmə iclaslarında iştirak etməməsi, gah da həmin qətnamə ilə tanış olmaması ilə əlaqələndirsə də müdafiə tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsində 2019-cu il tarixdə həmin işə baxılarkən zərərçəkmiş şəxs tərəfindən 06 may 2019-cu il tarixdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində həmin mübahsəli evlə bağlı cinayət işinin olmasını bildirməklə mülki işin baxılmamasını, 18 iyun 2019-cu il tarixdə isə iddia müddətinin ötürüldüyünə görə iddia tələbinin rədd edilməsinin xahiş edilməsi barədə ərizələr təqdim edilmişdir. Bundan başqa təqdim edilmiş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin protokollarından görünür ki, Zərərçəkmiş şəxs 06 may 2019-cu il, 03 iyun 2019-cu il tarixli məhkəmə iclaslarında iştirak etmiş, 03 iyun 2019-cu il tarixli məhkəmə iclasında həmin evin tikintisi üçün pulun hissə-hissə bir qisminin Təqsirləndirilən şəxs1 tərəfindən ödənilməsini təsdiq etmişdir. Bundan başqa həm müvafiq bağ evinin kimə məxsus olması əlaqədar mülki işə Bakı şəhəri Binəqədi rayon məhkəməsində baxılarkən , həm də hazırki məhkəmə iclaslarında Zərərçəkmiş şəxs həmin evin alınması və tikilməsi üçün sərf etdiyi pul vəsaitini biznes fəaliyyəti ilə məşğul olması nəticəsində əldə etdiyini bildirsə həmin biznes fəaliyyətinin növü, xarakteri, əldə etdiyi gəlirlər barədə məsələlər nə özü, nə də onun tərəfindən təqdim edilən şahid ifadələri ilə müyyənləşdirilə bilməmişdir. Bundan başqa zərərçəkmiş şəxsin xeyrinə ifadə verən şahidlər Zərərçəkmiş şəxs borc verdiklərini bildirsələr də həmin borcun xərclənmə təyinatı barədə sualları cavablandıra bilməmişlər. Məhkəmə onu da qeyd edir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsində işə baxılarkən X18 ifadə verərək bildirmişdir ki, mübahisəli torpaq sahəsinin satın alınmaı üçün ona Təqsirləndirilən şəxs1 zəng etmiş, həmin torpaq sahəsi üçün ilkin məbləği o ödəmiş, lakin sonradan Rusiyada olduğu üçün ödənişləri onun tapşırığına əsasən Zərərçəkmiş şəxs götürmüşdür. Təqsirləndirilən şəxs1 borc qutaran dövrə artıq evi tikdirib bitirmiş, lakin alqı-satqı edilə bilmədiyindən Nazimin xahişi ilə ona etibarnamə vermiş, ikinci etibarnaməni isə Zərərçəkmiş şəxs yenə Nazimin tapşırığına əsasən təqdim etmişdir Hazırki cinayət işi materiallarında X13 dindirmə protokoluna rast gəlinməsə də iş üzrə dindirilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin müstəntiqi X15 dindirməsinə baxmayaraq onun ifadəsinin mövcud iş materiallarına əlavə edilməməsi səbəbəblərini bilmədiyini qeyd etməklə sonuncunun mübahisəli torpaq sahəsini Təqsirləndirilən şəxs1 satdığını göstərməsi məzmunda ifadə verməsini təsdiq etmişdir. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş X4 dindirmə protokolundan görünür ki, 2009-cu ildə Təqsirləndirilən şəxs1 ona müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində bağ evi tikdirmək istədiyini bildirmiş və həmin torpaq sahəsini ona göstərmişdir. 22 iyun 2009-cu il tarixdə həmin torpaq sahəsində artıq tikintiyə başlanılmış, tikinti materiallarının alınması və ustalara əmək haqqı ödənişləri üçün pul vəsaiti Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 işlədiyi idarədə mühasibatlıq şöbəsinin işçisi kimi tanımış, sonuncu ona evin tikintisi ilə əlaqədar hər hansı məbləğ təqdim etməmiş, yalnız Təqsirləndirilən şəxs1 tapşırığı ilə 2- 3 dəfə özünün idarədə olmadığı vaxtlarda Zərərçəkmiş şəxs pul vəsaiti götürmüşdür (Cinayət işi cild 2, səh 148-149) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.2-ci maddəsinə əsasən mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 28 iyun 2019-cu il tarixli qətnaməsinin mübahisəli torpaq sahəsinin Təqsirləndirilən şəxs1 vəsaiti hesabına tikilməsi, lakin qeyri-rəsmi yaşadığı cavabdeh Zərərçəkmiş şəxs adına formal olaraq rəsmiləşdirilməsi hissəsində işə baxan məhkəmə üçün Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 142.2-ci maddəsinə əsasən məcburi xarakter daşıması, eləcə də məhkəmə iclasında bilavasitə dindirilən şahidlər X11, Şahid11 və Şahid8 Şahid8 ifadələri ilə həmin faktın bir daha təsdiq edilməsi halını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və dolayı yolla Təqsirləndirilən şəxs2 əməllərində dələduzluq cinayətinin predmeti yəni, “özgə əmlakı”nın talanması faktı istisna olunur. Məhkəmə onu da qeyd edir ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslərə istinad edilən dələduzluq cinayəti mülkiyyət əleyhinə olan cinayətlərin növü kimi “talamanın” özgə əmlakını tamah məqsədi ilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsi kimi hərəkətləri özündə ehtiva edir. Mübahisəli bağ evinin ələ keçirilməsi zamanı həmin evin özgəyə, yəni Zərərçəkmiş şəxs məxsus olmasının isə yuxarıda tədqiq edilmiş sübutlar, yəni həm iş üzrə dindirilmiş şahid ifadələri, həm də cinayət işi materiallarına əlavə edilmiş, həmin bağ evinin tikilməsinin Təqsirləndirilən şəxs1 tərəfindən həyata keçirilməsinin qət edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 28 iyun 2019 tarixli qətnaməsi ilə təkzib edilməsi həm də ona dəlalət edir ki, ev hüquqi cəhətdən Zərərçəkmiş şəxs mülkiyyətində olsa da üzərində faktiki olaraq Təqsirləndirilən şəxs1 məxsus olmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs1 etibarnamə qanuna uyğun olaraq notarial qaydada təqdim edilmiş, yəni, etibarnamədə öz əksini tapmış müddəalara onu təsdiq edən müvafiq notarius tərəfindən izah verilmiş və etibarnamənin məzmunu ilə əlaqədar zərərçəkmiş şəxsin iradə ifadəsi mübahisələndirilməmişdir. Digər tərəfdən təqsirləndirilən şəxs etibarnamə üzrə səlahiyyət verilən şəxs olduğundan etibarnamə verən və onu təsdiq edən şəxsləri aldatması mümkünsüzdür. Nə etibarnamə verən şəxs kimi zərərçəkmiş şəxsin, nə də etibarnaməni təsdiq edən şəxs kimi notariusun hərəkətlərinin isə mübahisələndirilməməsi təqsirləndirilən şəxslərin əməllərində “zərərçəkmiş şəxsi etibarnamə əldə etmək yolu ilə aldatması” xüsusatını inkar etdiyindən, habelə ev faktiki olaraq Təqsirləndirilən şəxs1 məxsus olduğundan təqsirləndirilən şəxslərin hərəkətlərinin əmlakın hüquqazidd yolla əldə edilməsi kimi qiymətləndirilməsini istisna edir. Digər tərəfdən təqsirləndirilən şəxslərin evin “ələ keçirilməsindən” (banka girov qoyularaq borc pul götürülməsindən)sonra "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi üzrə əldə edilmiş kredit məbləğinin xərclənmə istiqamətləri, ilkin aylıq ödənişlərinin ödənilməsi, evin məhz məhkəmə qətnaməsi əsasında bank xeyrinə müsadirə edilməsi, təqsirləndirilən şəxslərin həmin proseslərə müdaxilə imkanının olmaması onların niyyətinin mübahisəli evi tamah məqsədilə və əvəzsiz ələ keçirməsinə yönəldilməsi kimi qiymətlədirilməsini təkzib edir. Beləliklə məhkəmə yalnız məhkəmə istintaqında toplanmış sübutları məcmu şəklində tədqiq edərək hesab edir ki, ünvan 1 ünvanında 0,05 hektar torpaq sahəsində yerləşən 209,2 kvadrat metr ümumi sahəsi, o cümlədən 76,7 kvadrat metr yaşayış sahəsi və 132,5 kvadrat metr yardımçı sahəsi olan bağ evinin əslində Təqsirləndirilən şəxs1 özünə məxsus olması, həmin bağ evinin, tikilməsi üçün sərf edilən vəsaitə görə alınmış borcların qaytarılması üçün sonuncu tərəfindən "xxxx" ASC-yə girov qoyularaq pul götürülməsi, həmin banka olan borcun qaytarılması üçün sərf olunan Şahid12 tanışından alınan pul vəsaitinin qaytarılması məqsədilə bağ sahəsinin yenidən "xxxx" ASC-yə girov qoyulması, Zərərçəkmiş şəxs bu hallardan məlumatlı olması halları işin münahisəsiz hallarını təşkil edir. Digər tərəfdən qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 18 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsinin etibarlılığının mübahisələndirilməməsi, həmin qətnamə ilə Təqsirləndirilən şəxs1 əməllərinə "xxxx" ASC qarşısında öhdəliklərinin lazımınca icra edilməməsi kimi qiymət verilməsi, habelə tutmanın ünvan 1 ünvanında 0,05 hektar torpaq sahəsində yerləşən 209,2 kvadrat metr ümumi sahəsi, o cümlədən 76,7 kvadrat metr yaşayış sahəsi və 132,5 kvadrat metr yardımçı sahəsi olan bağ evinə yönəldilməsi mülki mübahisə qaydasında baxılaraq həll edilməsi Təqsirləndirilən şəxs1 əməllərinə yenidən cinayət hüquqi qiymət verilməsini istisna etdiyindən, habelə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə mübahisəli evin Təqsirləndirilən şəxs1 məxsus olması halının təsdiq edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibinin əlamətləri olmadığından hər iki təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən əməldə cinayət tərkibi olmaması əsası ilə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa şəxsin barəsində bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğuncəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onların barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumluğu, cəza təyini, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, 09 dekabr 2017-ci il tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, 11 dekabr 2017-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 10 aprel 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, 12 aprel 2019-cu il tarixdə barəsində başqa yerə getməmək haqqında, 28 may 2019-cu il tarixdə isə polisin nəzarəti altına vermə qətimkan tədbiri iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmünün çıxarılması ilə əlaqədar Təqsirləndirilən şəxs2 haqqında seçilmiş “polisin nəzarəti altına vermək haqqında” qətimkan tədbiri, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində onlara ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs tərəfindən 28 noyabr 2022-ci il tarixdə mülki iddia verilmiş və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 190.000 manat pul vəsaitinin tutulması xahiş edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 182.1-ci maddəsində mülki iddia vermək hüququ olan şəxslər sadalanmışdır. Həmin maddəyə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda ziyan vurulduğunu iddia edən şəxslər cinayət mühakimə icraatında mülki iddia ilə müraciət edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarının 74-cü bəndində göstərilir ki, bəraət hökmü CPM-in 42.1.2ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Məhkəmə bildirir ki, hazırki iş üzrə təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi olmaması əsası ilə bəraət verildiyindən həmin tələblər törədilmiş cinayət nəticəsində vurulmuş ziyan kimi qəbul edilə və həll edilə bilməz. Bu səbəblərdən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalı və ona mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilməlidir. Məhkəmə gəldiyi nəticələri, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1, 42.1.2, 42.2.2, 348.3 və 350.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi : Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi tutulan cinayət tərkibi olmaması əsası ilə ona bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi tutulan cinayət tərkibi olmaması əsası ilə ona bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” qətimkan tədbiri ləğv edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində cinayət tərkibi olmaması əsası ilə onlara bəraət verildiyindən Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Ona mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-97/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-97/2024
04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver