Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-97/2025 10.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məcidov X5 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxxx 1993-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan 12 may 2023-cü il tarixdə istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 4,749 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və narıncı rəngli plastik qutuda bir ədəd bükümdə təmiz çəkisi 0,888 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 13 may 2023-cü il tarixdə, saat 12:30-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi 24 B ünvanının yaxınlığında saxlanılaraq, Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 4,749 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və narıncı rəngli plastik qutuda bir ədəd bükümdə təmiz çəkisi 0,888 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona elan edilmiş ittihamda göstərilmiş narkotik vasitəni o, şəxsi istifadəsi üçün əldə etmişdir, onun həmin maddələri satmaq məqsədi olmamışdır. Onun üzərində həqiqətən də narkotik vasitə olmuşdur, polis əməkdaşları onu saxlamış və o, narkotik vasitəni polis əməkdaşlarına təhvil vermişdir. O, hadisə günü yaşadığı evdə olmuş, polis əməkdaşları evə daxil olaraq onu saxlayıb Polis şöbəsinə aparmışlar. İttiham aktında polis əməkdaşlarının onu evinin yaxınlığında saxladıqları qeyd edilsə də, polis əməkdaşları onu evinə daxil olaraq evin içərisində saxlamışlar. Polis əməkdaşları onun evinə daxil olduqdan sonra onun narkotik vasitələri istifadə etdiyini və narkotik vasitə saxladığını bildiklərini söyləyərək onu 29-cu polis şöbəsinə dəvət etmişlər. O da saxladığı ona elan edilmiş ittihamda göstərilən narkotik vasitələri polis əməkdaşlarına təhvil vermişdir. O, polis əməkdaşlarına bildirmişdir ki, həmin narkotik vasitələri öz şəxsi istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, ona qarşı polis əməkdaşları tərəfindən heç bir təsir, təzyiq olmamış və digər qanunsuz hərəkətlərə yol verilməmişdir. Eyni zamanda bildirir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri cinayət əməlini törətməsini etiraf etməsi ilə bağlı hissələrdə əsasən eyni məzmunlu olsa da, ifadələr arasında müəyyən fərqli və ziddiyyətli hallarla bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 13 may 2023-cü il tarixdə verdiyi izahatında, daha sonra isə şübhəli şəxs qismində dindirilərkən və 14 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində özünü qismən təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov 24 B ünvanında yaşayır. 13 may 2023-cü il tarixdə, saat 12:30-da Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov 24 B ünvanının yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək xidməti vəsiqələrini göstərərək barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra, onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetamini, 1 (bir) ədəd sellofanda açıq qəhvəyi rəngli narkotik vasitə olan heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şəxsi axtarış zamanı əynində olan həmin şalvarın sol cibindən 1 (bir) ədəd “Redmi” markalı üzərində ***-***-**-** nömrəsi olan mobil telefon, 5 (beş) manat pul aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon götürülmüşdür. 5 (beş) manat pul isə özünə qaytarılmışdır. Üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanıdığı İran İslam Respublikasının vətəndaşı “Oruc” adlı şəxsin vasitəsi ilə 1 (bir) gün bundan qabaq Abşeron rayonu ərazisində gizlədilmiş yerdən şəxsi istifadəsi üçün sonuncunun bank hesabına 100 (yüz) manat pul ödəməklə əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa heç yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (iş vərəqə: cild İ, səh.32-33, 45- 47, 65-67, 136-138). Məhkəmə baxışı zamanı elan olunan ifadələrində müəyyən olunan fərqli və ziddiyyətli hallara münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı ifadəsində polis əməkdaşlarının onu evinin yaxınlığında gedərkən saxlamasını göstərmədiyini, müstəntiq ifadəni o formada yazdığını, o isə həmin ifadəni imzaladığını bildimişdir. Müstəntiqin həmin ifadəni o formada yazmasının səbəbi barədə heç bir məlumatı yoxdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 may 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yaşadığı ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin inzibati binasına aparılaraq orada təhqiqatçının və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı şalvarının sağ yan cibindən narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələri haradan əldə etdiyini soruşduqda sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Oruc adlı şəxs vasitəsi ilə Abşeron rayonunun ərazisində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması ilə bağlı olsa da, sonradan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yalnız narkotik vasitə istifadəçisidir və narkotik vasitənin satışı ilə məşğul olmasına dair hər hansı fakt tərəflərindən müəyyən olunmamışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 13 may 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında protokol”dan və 10 iyun 2023-cü il tarixli “diskə baxış keçirilməsi barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilərkən o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofanda bükülünü təqdim edib narkotik vasitə olan heroin olduğunu və bir ədəd bükülünü təqdim edib psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Baxış zamanı bir ədəd bükülüdə psixotrop maddə olan metamfetaminə oxşar kütlə və bir ədəd bükülüdə heroinə oxşar kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini Abşeron rayonu ərazisində gizlədilmiş yerdən İran İslam Respublikası vətəndaşı olan Oruc adlı şəxsdən 100 (yüz) manat pul məbləği qarşılığında aldığını, başqa heç yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır (iş vərəqə: cild İ, səh.30-31,93). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli qərarından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbiri ilə bağlı 13 may 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir (iş vərəqə: cild İ, səh.79). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2023-cü il tarixli, 6/2780 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi, “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,749 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və narıncı rəngli plastik qutuda təmiz çəkisi 0,888 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (iş vərəqə: cild İ, səh.38-40). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsin 16 may 2023-cü il tarixli, 2945 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.89-90). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 16 may 2023-cü il tarixli, 1337 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməli törətdiyi dövrdə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh.86-87). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “baxış keçirilməsi barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Redmi” markalı mobil telefona baxış keçirilmiş, lakin onun istifadəsində olan telefonda Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələri satış məqsədilə əldə etməsinə dair heç bir məlumat aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh.103). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 21 avqust 2023-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid2 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərindən bir ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir (iş vərəqə: cild İ, səh.114-116). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 21 avqust 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 4,649 qram qram narkotik vasitə olan heroin və 0,838 qram psixotrop maddə olan metamfetamin, təqsirləndirilkən şəxs Təqsirləndirilən şəxs məxusu “Redmi” markalı mobil telefon maddi sübut kimi tanınmış və Bakı şəhər Yasamal Rayon Polis İdarəsində saxlanca təhvil verilmişdir, həmçinin Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı video görüntülərin qeydə alındığı bir ədəd “DVD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.117-123). Cinayət işinin materiallarına əlavə edilmiş 21 avqust 2023-cü il tarixli qərardan görünür ki, şəxsiyyəti istintaqa məlum olmayan Oruc adlı şəxsin barəsində hazırki cinayət işindən başqa cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh.124). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 13 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.21). Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 13 may 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.74-78). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 avqust 2023cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 07 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.2.1, 332.2.3-cü maddələri ilə təqsirli bilinməklə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir və 19 avqust 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (iş vərəqə: cild İ, səh.109-110). Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Bununla bağlı həmçinin qeyd edilir ki, məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olub-olmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımışdır. Təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onun əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi ilə 12 may 2023-cü il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan Oruc adlı İran İslam Respublikası vətəndaşından 100 (bir yüz) manat müqabilində qanunsuz olaraq külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 4,749 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və narıncı rəngli plastik qutuda bir ədəd bükümdə təmiz çəkisi 0,888 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 13 may 2023-cü il tarixdə, saat 12:30-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi 24 B ünvanının yaxınlığında saxlanılaraq, Bakı şəhər Yasamal Rayon Pois İdarəsinin 29-cu Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 4,749 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və narıncı rəngli plastik qutuda bir ədəd bükümdə təmiz çəkisi 0,888 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə münasibətdə onun əməlinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, hər bir cinayət əməlinin araşdırılmasında onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi əmələ hüquqi qiymət verilməsində mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşıması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Belə ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddənin hər hansı miqdarda satışı ilə məşğul olması və ya həmin maddələri məhz satış məqsədilə əldə etməsi nə şahid ifadələri, nə digər sübutlarla, nə də onun barəsində daxil olan əməliyyat məlumatı ətrafında keçirilən əməliyyat axtarış tədbirləri ilə təsdiq olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə alqısatqısı zamanı aşkar edə bildiklərini, onun həmin maddələri satmasına dair və yaxud həmin maddələrin satışı ilə əlaqədar kimləsə hər hansı sövdələşməsinin olmasına, bu məqsədlə müəyyən hərəkət etməsinə dair hər hansı məlumat və sübutlara malik olmasını bildirməmişlər, Təqsirləndirilən şəxs həmin maddələrin satışı ilə məşğul olmasına dair real məlumat da əldə edə bilmədiklərini və onun həmin maddələrin satışı ilə məşğul olmasına dair hər hansı faktın tərəflərindən müəyyən olunmasının mümkün olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı tədqiq olunan, onun ibtidai araşdırma zamanı verdiyi izahatından, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrindən görünür ki, o, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olduğunu, konkret olaraq kiməsə həmin maddələri satdığını və ya belə bir məqsədinin olduğunu ümumiyyətlə göstərməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”nın konkret müddəalarını, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının müddəalarını rəhbər tutmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni və ya narkotik vasitələri külli miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli, 8 nömrəli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, “ ... Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya” əsasən “metamfetamin” psixotrop maddəsinin və “heroin” narkotik maddəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir, yəni, Təqsirləndirilən şəxs götürülən heroin narkotik vasitəsinin kütləsi 4,749 qram olduğundan külli miqdar kimi qəbul edilməli, ondan aşkar edilmiş psixotrop maddə metamfetaminin kütləsi isə 0,888 qram olduğundan xeyli miqdar kimi qəbul edilməlidir. Lakin Təqsirləndirilən şəxs götürülən narkotik maddə heroinin kütləsinin 4,749 qram olmaqla külli miqdar kimi qəbul edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, təqsirləndirilən şəxsin həmin maddəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə və ya psixotrop maddə əldə edib saxlaması, konkret şəxslərlə həmin maddələrin alqı-satqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, həmin maddələrin satışını həyata keçirmək məqsədilə onun hər hansı şəxslə əvvəlcədən razılaşması, konkret olaraq kiməsə psixotrop maddə və ya narkotik vasitə satması, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs özündə həmin maddələrin çəkilməsinə, onun bağlamalara bükülməsinə dair və ya onun satışına dəlalət edən hər hansı avadanlıq aşkar edilməmişdir. Bundan başqa, təqdim edilmiş sübutların məcmusu və cinayət işinin materialları qarşılıqlı şəkildə tədqiq edilərkən müəyyən olunmuşdur ki, həmin cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə başlanmış (cild 1, iş vərəqə: 1), 13 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən o, aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni özünün istifadəsi üçün əldə etdiyini, həmin maddələrdən kiməsə satmaq, bağışlamaq niyyətinin olmadığını bildirmiş (cild 1, iş vərəqə: 30-31), daha sonra həmin tarixdə verdiyi izahatında və şübhəli şəxs kimi dindirilərkən, həmçinin 14 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs kimi ifadə verərkən ondan aşkar edilmiş həmin maddələri istifadəsi üçün alıb üzərində saxladığına, heç kimə satmaq, bağışlamaq kimi niyyətinin olmadığına dair ifadəsini bir daha təsdiq etmiş (cild 1, iş vərəqə: 30-31, 32-33, 45-47, 65-76), eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonuna baxış keçirilərkən də onun satış məqsədilə narkotik vasitə və ya psixotrop maddə əldə etməsini təsdiq edəcək hər hansı məlumatlar müəyyən edilməmişdir (cild 1, iş vərəqə: 103), həmçinin məhkəmə-narkoloji ekspertizasının 16 may 2023-cü il tarixli, 2945 nömrəli rəyi ilə təsdiq olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.89-90). İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlayaraq daşıması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız narkotik maddə heroinin külli miqdarda olması əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini həmin maddələri satış məqsədi ilə əldə edib saxlayıb daşıması kimi qiymətləndirmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin külli miqdarda olsa da, Təqsirləndirilən şəxs tutulub, üzərində videoçəkilişlə şəxsi axtarış keçirildiyi vaxtdan başlayaraq izahatında və ifadələrində həmin maddələri öz şəxsi istifadəsi üçün aldığını, satmaq məqsədinin olmadığını bildirmiş, ibtidai istintaq orqanı tərəfindən isə təqsirləndirilən şəxsin həmin maddələri özünün istifadəsi üçün deyil, məhz satış məqsədi ilə əldə etdiyini təsdiq edə biləcək hər hansı fakt, sübut əldə edilib təqdim edilməmiş, həmçinin cinayət işinin materialları ilə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs həqiqətən də narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsdən aşkar olunan narkotik vasitənin yalnız külli miqdar həddində olması əsasına görə buna dair heç bir sübutlar olmadığı təqdirdə, ehtimal və fərziyyə əsasında həmin maddələrin satış məqsədilə saxlanması qənatinə gəlinməsi heç bir hüquqi əsası olmayan tamamilə yanlış gəlinmiş nəticədir. Cinayət işi üzrə həmçinin məhkəmə araşdırması zamanı da Təqsirləndirilən şəxs narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə əldə etməsini təsdiq edəcək hər hansı sübutlar müəyyən edilməmiş və bununla da təqsirləndirilən şəxsin cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün məhkəmə araşdırması zamanı heç bir əsas olmamışdır. Bir daha xüsusilə qeyd edilməlidir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin yalnız külli miqdarda olmasına görə onun məqsədinin həmin maddələri məhz satış məqsədilə saxlaması qənaətinə gəlinməsi və əməlinin Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə tövsif edilməsi tamamilə əsassız yanaşmadır. Cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə və ya psixotrop maddə satmasının müəyyən olunmasının mümkün olmadığı, eləcə də ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq ibtidai istintaqın sonuna qədər təqsirləndirilən şəxsin narkotik vasitə və ya psixotrop maddəni məhz satış məqsədilə əldə etməsinə və saxlamasına dair heç bir sübutlar əldə edilmədiyi təqdirdə ibtidai istintaqın sonunda onun əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilərkən ibtidai araşdırma orqanı tərəfindən gəlinmiş nəticə tamamilə əsassız olmaqla heç bir sübuta əsaslanmamış və işin faktiki hallarına uyğun olmamışdır. Beləliklə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş həmin maddələri satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edən real məlumatlar və faktlar, həmin maddələri kimə və necə satması və ya satış məqsədinin mövcudluğu barədə də heç bir sübut müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təsdiq olunmadığı halda, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi ibtidai istintaq orqanının yalnız fərziyyə və şübhələri üzərində qurulmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan raportda Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə etməsi barədə əməliyyat məlumatı daxil olduğu göstərilsə də (cild 1, iş vərəqə: 4), cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və sair mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Yalnız cinayət işinə əlavə edilmiş raportda bir cümlə ilə ifadə edilmiş əməliyyat məlumatına istinad etməklə Təqsirləndirilən şəxs həmin maddələri satış məqsədilə saxlaması qənaətinə gəlmək mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə narkotik vasitələri və ya psixotrop maddəni yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Cinayət Məcəlləsində narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədi olmadan külli miqdar həddində əldə edilməsi, saxlanması, daşınması cinayət əməlinin dispozitiv əlamətləri isə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən 4,749 qram narkotik maddə heroin külli miqdar təşkil etdiyindən və ondan aşkar edilmiş heroin və metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib saxlaması təsdiq olunmadığından, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə də, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Göstərilənlərdən başqa, qeyd edilməlidir ki, cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan həqiqətən də elan edilmiş ittihamda göstərilən maddələrin aşkar edildiyini, həmin maddələri şəxsi istifadəsi üçün əldə etdiyini və satmaq məqsədinin olmadığını bildirsə də, o, ifadəsində həmçinin göstərmişdir ki, ittiham aktında polis əməkdaşlarının onu evinin yaxınlığında saxladıqları qeyd edilsə də, polis əməkdaşları onu evinə daxil olaraq evin içərisində saxlamışlar. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində göstərilmişdir ki, “Hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi həmin halları cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edərkən onun göstərdiyi həmin hallar həm məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla, həm cinayət işinin materialları ilə, həm də işin faktiki halları ilə öz təsdiqini tapmamış və Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi 24 B ünvanının yaxınlığında saxlanıldığı və onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşıması şahidlərin ifadələri, təqsirləndirilən şəxsin həmin cinayət əməlinin onun tərəfindən törədilməsinə dəlalət edən ifadələri, “şəxsi axtarış və götürmə haqqında” protokol, şəxsi axtarışın video görüntülərinin əks olunduğu disk, həmin diskə baxış protokolu, maddi sübutlar, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tamamilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 07 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.2.1, 332.2.3-cü maddələri ilə təqsirli bilinməklə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və 19 avqust 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunması ilə bağlı qeyd edir ki, onun həmin məhkumluğu Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən ödənilmiş və Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs hesab olunur. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 13 may 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 13 may 2023-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 16 may 2023-cü il tarixli, 2945 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhər Yasamal Rayon Polis İdarəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 4,649 qram narkotik vasitə heroin və 0,838 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin video görüntüsünün əks olunduğu bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 13 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhər Yasamal Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 4,649 qram narkotik vasitə heroin və 0,838 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa həmin Polis İdarəsində saxlanca verilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin video görüntüsünün əks olunduğu bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Azad Məcidov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-97/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-97/2025
10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver