Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-970/2024 15.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15 : 35 - də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1989-cu il tarixdə Türkmənistan Respublikasının Aşqabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı şəhəri, Gəyəçöl kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qala Ramanı fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə külli miqdarda ümumi təmiz çəkisi 12,110 qram narkotik vasitə heroini və külli miqdarda ümumi təmiz çəkisi 2,364 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımaqla xx.xx.2023-cü il tarixdə saat 02 radələrində özünü şübhəli apardığı üçün Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən «Panaramic» otelin qarşısında Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmiş və polis şöbəsində üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynindəki boz rəngli idman şalvarın sağ yan cibindən 14 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,612 qram, 1,864 qram, 0,363 qram, 0,376 qram, 0,921 qram, 0,302 qram, 0,408 qram, 0,404 qram, 0,920 qram, 0,344 qram, 0,405 qram, 0,435 qram, 0,400 qram, 0,356 qram ümumi təmiz çəkisi 12,110 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,400 qram, 0,411 qram, 0,331 qram, 0,403 qram, 0,401 qram, 0,418 qram ümumi təmiz çəkisi 2,364 qram olan ağ rəngli, kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmin şalvarın sol yan cibindən bir ədəd üzərində narkotik vasitə olan heroin izləri aşkar edilən elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 15 iyul 2023-cü il tarixə keçən gecə saat 02 radələrində o, Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Panaramic” otelinin qarşısında özünə məxsus “Kia Cerato” markalı avtomobildə oturan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ona məxsus “Kia Cerato” markalı avtomobilində 5 qram çəkidə narkotik vasitə heroin olmuş, avtomobilinə baxış zamanı həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitədən başqa onun üzərində hər hansı narkotik vasitə və ya digər maddə olmasa da, polis əməkdaşları tərəfindən artıq miqdarda narkotik vasitələr onun üzərinə yerləşdirilmişdir. O, 10 qram çəkidə narkotik vasitəni saxlanılmamışdan 3 gün öncə “20 Yanvar” metrostansiyası yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadə məqsədilə 300 manat ödəməklə almışdır. Narkotik vasitənin çəkisi 10 qram olmuş, 3 gün ərzində onun 5 qramını istifadə etmiş, qalan 5 qram çəkidə narkotik vasitə isə polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində olmuşdur. Onda yalnız bir bükümdə narkotik vasitə heroin olmuş, digər bükümlər və psixotrop maddə metamfetamin ona aid olmamışdır. Polis əməkdaşları onun yanında olan yaxın bir adamını da məsuliyyətə cəlb edəcəkləri ilə hədələdikləri üçün onların dedikləri sənədlərə qol çəkmək məcburiyyətində qalmışdır. Polis əməkdaşları tərəfindən ona zor tətbiq edilməmiş, ibtidai istintaq zamanı ifadəsini oxumadan imza etmişdir. Narkotik vasitəni hər dəfə ayrı-ayrı şəxslərdən əldə etmişdir. Üzərinə axtarış keçirilən zaman müdafiəçi iştirak etməmiş, müdafiəçi sonradan gəlmişdir. Elektron tərəzi ona məxsus olmamış, onu saxlayan polis əməkdaşlarını əvvəlcədən tanımamışdır. Polis əməkdaşları ilə aralarında mübahisə yarandığı üçün onun üzərində olan narkotik vasitədən əlavə bükümləri onun boynuna qoymuşlar. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, 15 iyul 2023-cü il tarixdə saat 02 radələrində xidmət yoldaşı Ceyhun Adıgözəlovla birlikdə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində xidmət apararkən «Panoramic» otelin qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar və ondan şəxsiyyətini təsdiq edən sənədlərini təqdim etməsini xahiş etmişlər. Həmin şəxs nəyisə gizlədərək heç bir şəxsiyyətini təsdiq edən sənədinin üzərində olmadığını bildirmişdir. Bundan sonra həmin şəxs özünü çox şübhəli apardığı üçün onlar həmin şəxsi Sabunçu RPİ-nin 12-ci PŞnə dəvət etmişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və psixotrop maddələr olan bükümlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlərin ona məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümləri hansı məqsədlə üzərində gəzdirməsinə dair suala verdiyi cavabı hazırda xatırlamır. Onlar Əzizi saxlayan zaman onun üzərində narkotik vasitə olub-olmamasını soruşmamışlar. Sadəcə olaraq, o, özünü şübhəli apardığı üçün polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs saxlayan zaman o, tək olmuş, yanında hər hansı şəxs olmamış, piyada hərəkət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri X1 eyni məzmunlu ifadə verərək bir daha Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 15 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3849 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №159 dairəvi möhür əksi olan Təqsirləndirilən şəxs üzərindən aşkar..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 14 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,612 qram, 1,864 qram, 0,363 qram, 0,376 qram, 0,921 qram, 0,302 qram, 0,408 qram, 0,404 qram, 0,920 qram, 0,344 qram, 0,405 qram, 0,435 qram, 0,400 qram, 0,356 qram ümumi təmiz çəkisi 12,110 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 6 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,400 qram, 0,411 qram, 0,331 qram, 0,403 qram, 0,401 qram, 0,418 qram ümumi təmiz çəkisi 2,364 qram olan ağ rəngli, kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroin və metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. (iş vərəqə 35-38) İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 4823 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 83-84) İş materiallarında olan 15 iyul 2023-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” və "xxxx" protokollardan görünür ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasında xidməti otaqda polis əməkdaşlarının iştirakları ilə vətəndaş Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarın sağ yan cibindən 6 ədəd sellofana bükülmüş içərisində ağ rəngdə kristal formalı, on dörd ədəd sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə, həmin şalvarın sol yan cibindən bir ədəd elektron tərəzi və bir ədəd “Xiaomi” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq, həmin maddələrin narkotik vasitə “daş”, “kola” olduğunu, ümumilikdə 600 manata İİR vətəndaşından istifadə və satış məqsədi ilə alaraq müxtəlif yerlərdən götürdüyünü, müxtəlif şəxslərə satdığını, narkotik vasitələrdən 3 ilə yaxındır ki, istifadə etdiyini, bir ilə yaxındır ki, satışı ilə məşğul olduğunu qeyd etmişdir. (iş vərəqə 28-29; 47) İş materiallarında olan Azərfon MMC-dən alınmış diskdəki məlumatlardan və xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı nömrədən müxtəlif nömrələrə “hamiya borclu qaldi.mendr day agz aca bilmirem.yene sagolsun yaxwin uwag el tutur qapima.getiri verir kolani.menimde gucum 3 4 deneya catir almaga..onun sene 2 sin vere bilirem. sora yene mecbur pulun verib aliram.bu gun 200”, “Brat demiwem bu uwagda.5 deneye 210 manat deyir.hovsanan gedib goturub gelir.Mende her wefe hayiw minnet qoya bilmiremde brat bawa duwursen nece.Day dedi veziyet beledi yaxinnuwag var.uzag yoldan gelir.5 dene goturecem 5 10 awagi ele.oda 210 manat deyir veresen.bax indi duzelirse deyim getirsin”. “Helelik 1 kola yari daw verim.onsuzda bir az qalib.gedib gelerem.yene axwam lazim.oldu goturersen.amma m 10 at pulu tez olsunda”, həmçinin müxtəlif nömrələrdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə “qardawimsan o yari kamaz torpaqi hec kime verme ozum goturecem birazdan. yaxwi qaqa xeber gozleyirem de senden”, Salam qaqa necesen ? Qaqa bu gun menim ad gunumdur qardawivaa neyse bir jest elle 3 qram opwi bir yerde tema ver. Bu gunuk neciye veresen qaqa qonax qaram olacaq...”, “MENEM NURLAN İNAN ALLH MECBUR QALDİM İWLEDİM 130 MANAT QAZANDİM ODAKİ SENİN SAYENDE ALLAH VAR ELESİN SENİ 120M VEREDİM SENE 2 DENE GOTURERDİM HEZİ ASLAN...”, “Eziz bax 10 ora 30 bele 40 manT pete taksiye gedir ortadada hecne yox onda gelim 3 dene goturum cixim men” məzmunlu mesajlar göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Xiaomi” markalı mobil telefon onun atası X2 qaytarılmışdır. (iş vərəqə 79) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək, üzərindən yalnız bir bükümdə təxminən 5 qram çəkidə narkotik vasitə aşkar edilməsi və həmin narkotik vasitələri şəxsi istifadə məqsədi ilə üzərində saxlamasına dair verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, həqiqəti əks etdirməməklə, məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaq zamanı özünün xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində və xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində etirafedici ifadələri, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə fiziki-kimyəvi ekspertizasının 15 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3849 saylı rəyi, ambulator məcburinarkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 4823 saylı rəyi, 15 iyul 2023-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” və "xxxx" protokollar, Azərfon MMC-dən alınmış diskdəki məlumatlardan və xx.xx.2023-cü il tarixli protokol və digər mötəbər sübutlarla tam təsdiqini tapır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində və xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində ifadələrində Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə özünü tam təqsirli bilərək ifadələrində göstərmişdir ki, o müəyyən bir müddətdir ki, narkotik vasitələrin qəbulu ilə məşğul olurmuş. Həmçinin son zamanlar həmin vasitələrin satışı ilə məşğul olurmuş, belə ki onun maddi vəziyyəti pis olduğundan o bu yolla gəlir əldə etməyə və özünü dolandırmağa çalışırmış. 15 iyul 2023-cü il tarixə keçən gecə saat 02 radələrində o, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində «Panaramic» otelin qarşısında olan zaman iki nəfər polis geyim formasında olan şəxslər ona yaxınlaşmışlar və ona xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxslər Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları imişlər. Polislər ondan şəxsiyyət vəsiqəsini təqdim etməyini tələb etmişlər. Lakin onun üzərində heç bir sənəd olmamışdır. Bundan başqa üzərində narkotik vasitə olduğu üçün o qorxmuş və çalışırmış ki onlardan tez aralanıb çıxıb getsin. Lakin polislər onu 12-ci polis şöbəsinə dəvət edərək gətirmişlər, polis şöbəsində xidməti otaqların birində vəkil dəvət edilmiş, ona təqdim edilmişdir, onun hüquq və vəzifələri izah edilmiş və barəsində tutma protokolu tərtib edilmişdir. Poİis əməkdaşı ona üzərində qanunla daşınması və saxlanması qadağan edilmiş əşyanın olubolmamasını əgər varsa təqdim etməyi təklif edilmişdir. O da əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 14 büküm heroin və 6 büküm metamfetamini, bir ədəd elektron tərəzini, bir ədəd özünün Xiaomi markalı mobil telefonu çıxardıb təqdim etmiş və həmin maddələri tanımadığı iranlıdan aldığını və satmaq üçün o cümlədən, özünün də istifadəsi üçün özündə saxladığını bildirmişdir. (iş vərəqə 44-46; 54-56) Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 14 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,612 qram, 1,864 qram, 0,363 qram, 0,376 qram, 0,921 qram, 0,302 qram, 0,408 qram, 0,404 qram, 0,920 qram, 0,344 qram, 0,405 qram, 0,435 qram, 0,400 qram, 0,356 qram ümumi təmiz çəkisi 12,110 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,400 qram, 0,411 qram, 0,331 qram, 0,403 qram, 0,401 qram, 0,418 qram ümumi təmiz çəkisi 2,364 qram olan ağ rəngli, kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması, bükümlərə ayrılması, eləcə də, elektron tərəzinin aşkar edilməsi də təsdiq edir ki, o, qeyd olunan miqdarda narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 68) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-560/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 15 iyul 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 9, 64-66) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 4823 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 12,110 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,830 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi 2,364 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,184 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. . İş üzrə maddi sübutlar – hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,830 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,184 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk və "xxxx" MMCdən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-970/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-970/2024
15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver