Məhkəmə qərarları › İş №1(101)-971/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-971/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-971/2023 29.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 12:50 Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1975-ci il tarixdə Göygöl rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər dəfələrlə məhkum olunmuş, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10 iyul 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 13 aprel 2016-cı ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarına əsasən 11 ay vaxtından əvvəl şərti azad olunmuş; sonuncu dəfə Mingəçevir Şəhər Məhkəməsinin 14 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, CMnin 67.1-ci maddəsi tətbiq edilməklə 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 11 dekabr 2020-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirlyii Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını əldə etmək məqsədilə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib zərərçəkmiş şəxsin əmlakını ələ keçirərək quldurluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə 18 noyabr 2022-ci il tarixdə saat 18 radələrində ünvan 2 ünvanda hücuma məruz qalmış Zərərçəkmiş şəxs sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib yumruqla üz və baş nahiyəsindən bir neçə dəfə vuraraq sonuncuya sağ gözün ağlı qişasının qansızması ilə müşayiət olunan sol gözətrafı nahiyənin hematoması, sağ üst çənə proeksiyasının və ağız boşluğunun qansızmaları və şişkinlik halında əzilməsi ilə müşayiət olunan haymor cibinin pnevmotizasiyası, sol əng sümüyünün, üst çənədə soldan İİ və İİİ dişlərin sınıqlarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra Zərərçəkmiş şəxs əynindəki gödəkçənin sol cibindən 5 manat dəyərində ***-***-**-** GSM nömrəsi olan 150 manat dəyərində “Samsung” SM-G532F\DS markalı 357953\08\711042V4 və 357954\08\711042\2 İMEİ kodlu mobil telefon, içərisində 195 manat nağd pul, dəyəri 5 manat olan şəxsiyyət vəsiqəsi, "xxxx" ASC-nə məxsus 15 manat dəyərində sayğac kartı, “Kapital” banka məxsus “Birkart” plastik kart, müavinat kartı olan 5 manat dəyərində qara rəngli pul kisəsi və gödəkçəsinin sağ cibindən 40 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 415 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, istintaqda verdiyi ifadəni təsdiq edir. Belə ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında yaşadığı Gəncə şəhərindən işləmək üçün Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə çatdıqdan sonra əvvəllər məhkumluq həyatı yaşadığı Xətai rayonu NZS qəsəbəsində yaşayan keçmiş məhkum yoldaşı Sərxan ilə görüşmək üçün onlara getmişdir. Sərxan ilə görüşüb onun evində bir qədər spirtli içki qəbul etmişlər. O, müvvəqəti olaraq Nizami rayonunda yerləşən gündəlik 3 manatlıq hostelə getmişdir. Bazarın yaxınlığında olarkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs ona yaxınlaşıb qucaqlayaraq üzündən öpmüş və onu tanıyıb-tanımadığını soruşmuşdur. O, Şabanın çox miqdarda spirtli içki qəbul etdiyini və spirtli içkinin təsiri altında olduğunu görüb Şabana onu tanımadığını bildirmişdir. Onlar bazarın yaxınlığında olan yaşayış binalarının birinin arxasına gedib orada olan söhbətgahda bir qədər əyləşmişlər. O Şaban ilə biraz söhbət etmiş, lakin Şaban bir anda nalayiq ifadələrlə onu təhqir etməyə başlamışdır. O əsəbləşərək Şabanın əlində olan mobil telefonu onun əlindən almaq məqsədilə onu binanın kənarına çəkib yumruq zərbəsi ilə 1 dəfə onun sol sifət nahiyəsinə vurmuşdur. Sonra o, 2-ci dəfə təkrar Şabanın sol sifət nahiyyəsindən yumruq zərbəsi ilə vurmuşdur. Zərbənin gücündən Şaban yerə yıxılmışdır. Şabanı nalayiq ifadələrlə təhqir etdikdən sonra onun gödəkcəsinin cibində olan pul kisəsini, “Samsung” markalı mobil telefonu və özünə məxsus əşyaları olan çantasını götürüb çıxıb getmişdir. Şabanın cibindən götürdüyü pul kisəsini açdıqda içərisində olan 43 manat nağd pulu götürmüşdür. Bundan sonra həmin pul kisəsinin içərisində Şabana məxsus sənədlərin olduğunu aşkar etdikdə həmin pul kisəsini içərisində olan sənədlərlə birlikdə yaxınlıqda olan səki daşının üzərinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə hosteldə qalan “Fuad” adlı şəxsə pula ehtiyacı olduğunu deyib bu səbəbdən telefonunu satmaq istədiyini, lakin şəxsiyyət vəsiqəsinin olmadığını bildirərək, Fuadın öz şəxsiyyət vəsiqəsi ilə satmasını xahiş etmişdir. Fuad da onunla razılaşmış və birlikdə Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında olan telefon mağazalarının birinə gedib Fuadın şəxsiyyət vəsiqəsinin surətini mağazaya təqdim edərək Şabana məxsus “Samsung J2” markalı mobil telefonu 20 manata satmışlar. Sonra onu polis əməkdaşları tutmuşlar. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhərinə qardaşıgilə 2 günlük qonaq gəlmişdir. O, “Vasmoy” bazarına bazarlıq üçün getmişdir. Hava soyuq olduğundan kafelərin birində əyləşmiş və 200 qram spirtli içki qəbul etmişdir. Sonra bacısı oğluna zəng etmişdir ki, bazarlıq edəcəyi üçün maşınla gəlib onu qarşılasın. Bacısı oğlu ona “Lotos” ticarət mərkəzinin yaxınlığına çıxmağını demiş, o, isə həmin ünvanı tanımırmış. Bu vaxt adını sonradan bildiyi Təqsirləndirilən şəxs ondan öndə yeriməsini görmüşdür. İntiqamla söhbətləşmişlər və söhbət zamanı İntiqam ondan mobil telefonu ona verməyini istədikdə, o, buna etiraz etmişdir. İntiqam telefonu ondan zorla alacağını deyərək onu söyüb təhqir etmişdir. Binanın tinində besetka var imiş. İntiqam söhbət edib onu itəliyə-itəliyə küncə aparmışdır. İntiqam onu iki dəfə nə iləsə başından vurmuş və o yerə yıxılmışdır. İntiqam “Samsung J2” markalı mobil telefonunu, içərisində 195 manat nağd pul, şəxsiyyət vəsiqəsi, işıq sayğacının kartı, “Kapital” banka məxsus “Birkart” plastik kart, müavinat kartı olan qara rəngli pul kisəsini və 40 manat pulu götürmüşdür. O, Təqsirləndirilən şəxs ona vurulan 415 manat maddi ziyanı, 1600 manat mənəvi ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61C ünvanında yerləşən "Foto Telefon” adlı mağazanı işlədir. Həmin mağazada işlənmiş mobil telefonların alışı və satışı ilə məşğul olur. 19 noyabr 2022-ci il tarixdə işlətdiyi mağazada olarkən günorta saatlarında adını sonradan bildiyi Təqsirləndirilən şəxs və yanında bir nəfər mağazaya gəlmişlər. İntiqamın təqdim etdiyi telefonu yoxlamış və telefonda heç bir problem yox imiş. O, şəxsiyyət vəsiqəsi istədikdə, İntiqamın sənədi üzərində yox imiş, amma yanında duran şəxsin vəsiqəsi yanında imiş. Çünki, o, telefonu şəxsiyyət vəsiqəsi olmadan almır. O, 20 manata telefonu almışdır. Lakin, səhəri gün polis əməkdaşları mağazaya gəlib telefonu götürmüş, o da Polis Şöbəsinə gedib bu barədə ifadə vermişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X3 iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun 16 yaşı var. Təqsirləndirilən şəxs atalığı Sərxanın dostudur. İntiqam onlarda qonaq imiş. Sonra o İntiqamı “Vasmoyda” yerləşən günlük icarəsi 3 manat olan hostelə yola salırmış. Onlar “Vasmoy” bazarına çatmış və yolun kənarında dayanmışlar. Bu zaman Şaban adlı şəxsi görmüşlər. İntiqam Şabandan haralı olduğunu soruşduqda, Şaban Ucar rayonundan olduğunu demişdir. İntiqam da özünün ucarlı olduğunu bildirmişdir. Şaban və İntiqam yerli çıxdıqları üçün sevinmişlər. Onlar ikisi də sərxoş imiş. Onlar yolu yuxarı qalxmış və orada skamyada İntiqam və Şaban əyləşmişdir. O, İntiqamın sumkasını yanına qoyub evə gəlmişdir. O, İntiqamın Şaban adlı şəxsi vurmağını, onun əşyalarını götürməsini görməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid2 ifadəsindən görünür ki, o, ünvan 4 ünvanında yerləşən hosteldə yaşayır. 2020-ci il də anası və atası rəsmi boşanmışlar. Hazırda atası Türkiyə Respublikasında yaşayır. Anasının isə harda olmasından xəbəri yoxdur. O, Nizami rayonu, C.Naxçıvanski küçəsi 61 ünvanında yerləşən hosteldə gündəlik 3 manata yaşayır. Təqsirləndirilən şəxs ilə xx.xx.2022-ci il tarixdə müvəqqəti qaldığı hosteldə tanış olmuşlar. Hosteldə olan zaman İntiqam özünə məxsus mobil telefonu satıb birlikdə yemək yemələrini təklif etmişdir. Lakin o, özünə məxsus şəxsiyyət vəsiqəsinin üzərində olmadığını mobil telefonu onun şəxsiyyət vəsiqəsi ilə satmasını təklif etmişdir. O da İntiqamdan həmin telefonun oğurluq olub olmadığını soruşduqda İntiqam ona oğurluq olmadığını telefonun özünə məxsus olmasını bildirmişdir. O, İntiqama inanmış və qızılı rəngli “Samsung” markalı mobil telefonu öz şəxsiyyət vəsiqəsi ilə satmağa razılıq vermişdir. Birlikdə “Nefçilər” metrostansiyasının yaxınlığında yerləşən telefon mağazalarının birinə yaxınlaşmışlar. İntiqam mağazanın çöl hissəsində dayanıb onu gözləmişdir. O, İntiqamın ona verdiyi “Samsung” markalı mobil telefonu götürüb mağazaya daxil olmuşdur. Mağazada satıcı işləyən şəxsə mobil telefon satmaq istədiyini bildirdikdə, satıcı telefonun kimə məxsus olduğunu soruşmuşdur. O isə mobil telefonun çöldə dayanan şəxsə məxsus olduğunu demişdir. Satıcı İntiqama yaxınlaşıb mobil telefonun ona məxsus olub-olmadığını soruşduqda İntiqam mobil telefonun ona məxsus olmasını bildirmişdir. Sonra satıcı ona məxsus şəxsiyyət vəsiqəsinin surətini götürdükdən sonra o, “Samsung J2” markal mobil telefonu satıcıya 20 manata satmışdır. Əldə etdikləri 20 manat pula isə kolbasa, çörək, konservləşdirilmiş balıq alıb müvəqqəti qaldıqları hostelin qarşısında yemişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nizami RPİ-nin 24-cü PŞ-nin məsul növbətçisi, polis baş leytenantı Cəlal Əliyevin 18 noyabr 2022-ci il tarixli raportundan görünür ki, 18 noyabr 2022-ci il tarixdə saat 21:30 radələrində PŞ-nın növbətçi hissəsinə bir nəfər şəxsin sərxoş vəziyyətdə xx.xx.1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yaxınlaşaraq ünvanını xatırlamadığı tanımadığı şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Cinayət işinin 7-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 18 noyabr 2022-ci il tarixli, 2/29245 nömrəli potokoldan görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs orta dərəcədə alkoqol sərxoşluğu müəyyən edilmişdir. Cinayət işinin 8-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs 20 noyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq xx.xx.2022-ci ildə Nizami rayonu, C.Naxçıvanski küçəsi 63 saylı ünvanda onu tanımadığı şəxsin döyərək xəsarət yetirmiş, üzərində olan telefonu, içərisində 195 manat, şəxsiyyət vəsiqəsini, müxtəlif kartları, pul kisəsini və 40 manat nağd pulu götürdüklərini bildirmişdir. Cinayət işinin 11-13-cü vərəqlərində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 noyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Nizami rayonu, C.Naxçıvanski küçəsi 63 saylı ünvandır. Baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən hər hansı sübut aşkar edilməmişdir. Cinayət işinin 24-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 noyabr 2022-ci il tarixli götürmə keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə Nizami rayonu, Q.Qarayev 61C ünvanında yerləşən telefon dükanından Zərərçəkmiş şəxs məxsus "Samsung J2 Prime" markalı mobil telefonu Şahid3 götürülmüşdür. Şahid3 bildirmişdir ki, həmin mobil telefonu Şahid2 20 manata almışdır. Cinayət işinin 25-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 noyabr 2022-ci il tarixli götürmə və baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə yerində olan müşahidə kameraları ilə qeydə alınmış görüntülər götürülmüşdür. Həmin videomateriallara baxış keçirilən zaman, orada ilk əvvəl Şahid1 irəlidə getməsi, Zərərçəkmiş şəxs yolla gedərək Təqsirləndirilən şəxs yanı ilə gedərək onu əli ilə qucaqlaması, yəni əlini çiyninə qoyub yeriməsi, daha sonra isə bir qədər irəlidə olan müşahidə kameralarında, Zərərçəkmiş şəxs ortada gedərək bir əlini Şahid1, digər əlini isə İntiqam Abbasovun çiyininə qoyub yeriməsi öz əksini tapmışdır. Cinayət işinin 74-76-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 noyabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixdə saat 18 radələrinda ünvan 2 ünvanda Zərərçəkmiş şəxs basqın edərək yumruqla və təpiklə sonuncunun bədənin müxtəlif nahiyələrinə vurub onun cibində olan "Samsung J2" markalı mobil telefonu, içərisinde 195 manat nağd pul, şəxsiyyət vəsiqəsi, işıq sayğacının kartı, "Kapital" banka məxsus "Birkart" plastik kartı olan qara rəngli pul kisəsini və gödəkçəsinin sağ cibində olan 40 manat pulunu ələ keçirdiyi yeri əyani surətdə göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı "İPHONE X" markalı mobil telefon vasitəsilə fotoşəkillər çəkilmişdir. Cinayət işinin 77-81-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 noyabr 2022-ci il tarixli şəxsin tanınması haqqına protokoldan və protokola əlavə edilmiş fotoşəkildən görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs ona təqim edilmiş 1dən 4-ə qədər nömrələnmiş şəxslər arasından məhz soldan sağa doğru sıra nömrəsi ilə 2ci yerdə dayanan Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixdə ünvan 2 ünvanda ona qarşı quldurluq cinayəti törədən şəxs olduğunu bildirmişdir. Cinayət işinin 82-86-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 noyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs və şübhəli şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq edərək, 18 noyabr 2022-ci il tarixdə ünvan 2 ünvanda Təqsirləndirilən şəxs onun sol sifət nahiyəsindən vurduğunu və ona maddi ziyan vurduğunu bildirərək, sonuncunu ifşa etmişdir. Cinayət işinin 174-175-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 yanvar 2023-cü il tarixli könüllü təqdim edilmiş əşyanın götürülməsi haqqında protokoldan və protokola əlavə edilmiş sənədin kserosurətindən görünür ki, cinayət işi üzrə üzrə Şahid3 könüllü təqdim etdiyi **********71104214 va **********71104212 İMEİ kodu "Aldim 20 Azn" yazılmış Şahid2 məxsus şəxsiyyət vəsiqəsinin surəti sübut əhəmiyyətinə malik olduğu nəzərə alınaraq götürülmüşdür. Cinayət işinin 120-122-ci vərəqəərində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış əşyanın tanınmaya təqdim edilməsi barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş 01 ədəd "Samsung" SM - G532F\DS markalı **********71104214 va **********71104212 İMEİ kodlu mobil telefonu üzərində olan yazısından və digər əlamətlərindən tanıyaraq, həmin telefonun ondan ələ keçirilmiş telefon olduğunu bildirmişdir. Cinayət işinin 154-155-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və X5 X8 23 noyabr 2022-ci il tarixli 1095 №-li canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 18 noyabr 2022-ci il tarixdə yaranmağa uyğun hər hansı xəsarətin obyektiv əlamətləri aşkar olunmamışdır. Cinayət işinin 157-159-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X5 X8 20 noyabr 2022-ci il tarixli 1080 №-li canlı şəxsin ekspertizasının rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs aşkar olunmuş - sağ gözün ağlı qişasının qansızması ilə müşayiət olunan sol gözətrafı nahiyənin hematoması, sağ üst çənə proeksiyasının və ağız poşluğunun qansızmaları və şişkinlik halında əzilməsi ilə müşayiət olunan haymor cibinin pnevmolizasiyası, sol əng sümüyünün, üst çənədə soldan İİ və İİİ dişlərin sınıqları - bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni, xx.xx.2022-ci il tarixdə kənar şəxs və ya şəxslər tərəfindən vurulması nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, qeyd edilen xəsarətlər müxtəlif şəraitlərdə törənə bilərdilər, lakin şəxsin özü tərəfindən özünə yetirilməsi, o cümlədən öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inandırıcı deyildir. Cinayət işinin 177-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2023-cü il tarixli 9/8822 №-li ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Samsung” markalı “SM-A600” modelli, 16 gb yaddaş tutumlu mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadə olunduğunu nəzərə alaraq, 2022-ci ilin noyabr ayına orta bazar qiyməti təxminən 150.00 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə tövsif olunmuş, o həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Plenum qərarında qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyqunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 130-132-ci vərəqələrində olan Azərbycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 29 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Belarus Respublikası Qrodnensk Rayon Məhkəməsinin 1996-cı il tarixli hökmü ilə CM-nin 88.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Moqilev Şəhəri Lenin Rayon Məhkəməsinin 05 iyul 2001-ci il tarixli hökmü ilə CM-nin 93.2ci maddəsi ilə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Moqilev Şəhəri Lenin Rayon Məhkəməsinin 15 noyabr 2005-ci il tarixli hökmü ilə CM-nin 43.1, 206.2-ci maddələri ilə təqsirli bilinərək, 02 il 01 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10 iyul 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 13 aprel 2016-cı ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarına əsasən 11 ay vaxtından əvvəl şərti azad olunmuş; cinayət işinin 145-148-ci vərəqələrində olan Mingəçevir Şəhər Məhkəməsinin 14 noyabr 2016-cı il tarixli, 1(051)-131/2016 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 11 dekabr 2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-in 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və cinayətin təhlükəli resdivini yaradır. Təqsirləndirilən şəxs əməli cinayətlərin təhlükəli residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsini nəzərə alır. Belə ki, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Cinayət işinin 161-164-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 17 dekabr 2022-ci il tarixli 3362 №-li kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə da Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Hal-hazırda Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur və onun əməli Azərbaycan Respublikasi CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs oglunun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı normaya uyğundur. Əqli intellektual imkanlarına görə hadisəni törədən zaman öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqli inkişafında hal-hazırda gerilik emosional qeyri-sabitlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar olunmamışdır. X2 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermak qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vaziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman şüuruna va fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs 15 mart 2023-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışmadığını bildirərək, ona dəymiş 415 manat maddi ziyanın və 1600 manat mənəvi ziyanın ödənilməsini Təqsirləndirilən şəxs tələb etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətin təhlükəli residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Həmçinin məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meyilliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı 21 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 60-cı vərəqəsində olan 21 noyabr 2022-ci il tarixli cinayəti törtəməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 113-116-cı vərəqələrində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 4(007)-615/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs müddəti 21 noyabr 2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Samsung” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Cinayət işinin 214-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs tərəfindən verilmiş 18 yanvar 2023-cü il tarixli qəbzdən görünür ki, sonuncu ona məxsus 1 ədəd “Samsung” markalı mobil telefonu təhvil almışdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs dəymiş 415 (dörd yüz on beş) manat maddi ziyan və 1600 (min altı yüz) manat mənəvi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edib Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakı müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Samsung” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə Zərərçəkmiş şəxs dəymiş 415 (dörd yüz on beş) manat maddi ziyan və 1600 (min altı yüz) manat mənəvi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar