Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-972/2022 14.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X16 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi Sabiqət oğlunun iştirakı ilə, xx xxxxxxx 1988-ci il tarixdə İmişli rayonu, Cəfərli kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, L.Vəliyev küçəsi, ev 2-də qeydiyyatda olmaqla ünvan 4-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Milad” adlı şəxs və qeyrisi ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 4 ədəd bükümdə ayrılıqda çəkiləri 3,166 qram, 0,154 qram, 0,356 qram, 0,374 qram olmaqla ümumilikdə 4,050 qram külli miqdarda açıq qəhvəyi rəngli, spesifik iyə malik tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1 ədəd bağlamada 4,855 qram çəkidə külli miqdarda ağ rəngli, kristalşəkilli psixotrop maddə metafetamini əldə etmiş, aralarında olan cinayətkar razılığa görə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Milad” adlı şəxs satış məqsədi ilə qanunsuz olaraq həmin çəkidə narkotik vasitə və psixotrop maddəni cinayətkar qrupun üzvü olan və şəxsiyyəti istintaqa məlum olmayan qeyrisinin vasitəsi ilə 4 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerə çatdırdıqdan sonra o, satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddəni əynindəki şalvarının sol yan cibində daşımaqla saxlamış və 11 dekabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, F.Orucov küçəsi 53 saylı evin qarşısında tanışı Şahid1 1 ədəd bükümdə ağ rəngli, kristalşəkilli 0,469 qram psixotrop maddə metafetamini 30 manata satmış, 11 dekabr 2021-ci il tarixdə saat 16:20-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtanş tədbirləri nəticəsində o, tanışı Şahid1 ilə birlikdə ünvan 1 ünvanının yaxınlığında piyada hərəkətdə olduqları vaxt saxlanılaraq ünvan 2 ünvanda yerləşən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilmiş və həmin gün saat 17:55-də üzərlərində aparılan axtarış zamanı onun əynində olan şalvarının sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 4 ədəd bükümdə ayr-ayrılıqda çəkiləri 3,166 qram, 0,154 qram, 0,356 qram, 0,374 qram olmaqla ümumilikdə 4,050 qram çəkidə külli miqdarda açıq qəhvəyi rəngli, spesifik iyə malik tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bağlamada 4,386 qram çəkidə külli miqdarda ağ rəngli, kristalşəkilli psixotrop maddə metafetamin, şalvarının arxa sol cibindən səthində narkotik vasitə heroinə məxsus izlər olan 1 ədəd elektron tərəzi, tanışı Şahid1 əynində olan şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxladığı 1 ədəd bükümdə ağ rəngli, kristalşəkilli 0,469 qram psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11 dekabr 2021-ci il tarixdə saat 16:20 radələrində Şahid1 ilə birlikdə ünvan 4 ünvanda olan zaman polis əməkdaşları mənzilə daxil olaraq qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, evində masanın üzərində olan narkotik vasitəni, psixotrop maddəni və elektron tərəzini götürdükdən sonra onu və Rüfəti Binəqədi RPİ-nin 6-cı Polis bölməsinin inzibati binasına gətirmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o və tanışı Rüfət şübhəli şəxs qismində tutulmuşlar. Ona hüquq və vəzifələri izah olunmuş, buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif edilmişdir. Evindən aşkar olunan bükümlər videoçəkilişdən əvvəl üzərinə yerləşdirildiyindən şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən 4 bükümdə narkotik vasitə olan heroin, 1 bağlamada psixotrop maddə olan metafetamin və həmin şalvarın arxa sol cibindən 1 ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərində şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan “Red Mi” markalı və içərisində mobil nömrə olmayan “Samsung” markalı mobil telefonlar, 1 ədəd mənə məxsus şəxsiyyət vəsiqəsi, **********535460 nömrəli plastik bank kartı və 18 manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin kütlələri elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 7,15 qram, metafetamin kütləsi elektron tərəzidə çəkildikdə çəkisi qablaşdırma ilə birlikdə 59,93 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr və 1 ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd Samsung markalı və 1 ədəd “Red Mi” markalı mobil telefon, ona məxsus şəxsiyyət vəsiqəsi, **********535460 nömrəli plastik bank kartı bu barədə izah verildikdən sonra götürülmüş, 18 manat pul isə özünə geri qaytarılmışdır. O verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri tutulmazdan 7 gün əvvəl İran İslam Respublikası vətəndaşı olan “Milad” adlı şəxsin əvvəlcədən bildirdiyi və sonuncunun tanışı vasitəsilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi yaxınlığında əvvəlcədən təyin edilmiş yerdən əldə etdiyini, Milad adlı şəxsdən sonuncu dəfə götürdüyü narkotik vasitəyə görə ona 200 manat məbləğində pul göndərdiyini, əvvəllər məhkum olunduğunu, başqa yedə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü bildirmişdir. Narkotik vasitə heroin və psixotrop maddə olan metafetamindən iştifadə etmişdir. Polis əməkdaşları onu yaşadığı ünvan 4-də tutmuşlar. ünvan 4 ünvanında atası ilə yaşamış, tutulduğu zaman atası işdə olduğu üçün evdə olmamışdır. Tutulan zaman Şahid1 yanında olmuşdur. Şahid1 dostu olmuşdur. Tutulanadək taksi fəaliyyəti ilə məşğul olmuşdur. Narkotik vasitə və psixotrop maddə evin qonaq otağındakı masanın üzərində olmuşdur. Evinə 12 nəfər polis əməkdaşı daxil olmuş, polis əməkdaşları evə daxil olmaq üçün pəncərələri sındırmışlar. Tutulan zaman polis əməkdaşlarına müqavimət göstərməmişdir. Evindən aşkar olunan narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün almışdır. Əldə etdiyi narkotik vasitə və ya psixotrop maddədən Rüfətə verməmişdir. Şəxsi axtarış videoçəkliş aparılmaqla həyata keçirilmişdir.Tutulan zaman üzərində narkotik vasitə və psixotrop maddə olmamış, hamısı masanın üzərində olmuşdur. Polis əməkdaşları tərəfindən ona fiziki və psixi təsir göstərilməmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 11 dekabr 2021-ci il tarixdə saat təxminən 16:20 radələrində ünvan 4 ünvanının yaxınlığında Şahid1 ilə birlikdə piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini onlara polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib xidməti vəsiqələrini göstərərək barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onları Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o və tanışı Rüfət şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan şalvarın sol yan cibindən 4 bükümdə narkotik vasitə olan heroin, 1 bağlamada psixotrop maddə olan metafetamin və həmin şalvarın arxa sol cibindən 1 ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan “Red Mi” markalı və içərisində mobil nömrə olmayan “Samsung” markalı mobil telefon, 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, **********535460 nömrəli plastik bank kartı və 18 manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin kütlələri elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 7,15 qram, metafetamin kütləsi elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 59,93 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr və 1 ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı və 1 ədəd “Red Mi” markalı mobil telefonlar, ona məxsus şəxsiyyət vəsiqəsi, **********535460 nömrəli plastik bank kartı bu barədə ona izah verildikdən sonra götürülmüş, 18 manat pul isə özünə geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şahid1 bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 əynində olan şalvarın sol yan cibindən 1 bükümdə metafetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan “Red Mi” markalı mobil telefon və 5 manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Şahid1 təqdim etdiyi metafetamin kütləsi elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 0,69 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfimdən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Red Mi” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 5 manat pul isə şübhəli şəxsə geri qaytarılmışdır. O, üzərindən aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri 7 gün bundan əvvəl İran İslam Respublikası vətəndaşı olan “Milad” adlı şəxsin əvvəlcədən bildirdiyi və sonuncunun tanışı vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi yaxınlığında əvvəlcədən təyin edilmiş yerdən deyilən satış məqsədi ilə əldə etdiyini, heroinin qramını 30 manatdan, metafetaminin qramını 40 manatdan satışını həyata keçirdiyini, Milad adlı şəxsdən sonuncu dəfə götürdüyü narkotik vasitəyə görə 200 manat məbləğində pul göndərdiyini, əvvəllər məhkum olunduğunu, heroin və metafetamindən istifadə etdiyini, başqa yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan əlavə olaraq o əldə etdiyi psixrotrop maddənin təxminən 0,5 qrama yaxın hissəsini 30 manata Şahid1 onun yaşadığı F.Orucov küçəsi 53 saylı evin qarşısında 11 dekabr 2022-ci il tarixdə səhər saatlarında satmış və bunu da polis əməkdaşlarına etiraf etmişdir (cild 1, iş vərəqə 75-77 və 89-91). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. X10 Nazirliyinin Baş Narkotİklərlə Mübarizə İdarəsinə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatında bildirilmişdir ki, 1988-ci il təvəllüdlü, Bakı şəhəri, Binəqədi rayon sakini, Təqsirləndirilən şəxs psixotrop maddə və narkotik vasitələrin satış məqsədi ilə daşınması, Bakı şəhəri, Binəqədi rayonu ərazisində qanunsuz dövriyyəsi və satışı ilə məşğul olur. Əməliyyat yolu ilə daxil məlumatın yoxlanılması məqsədi ilə tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Narkotİklərlə Mübarizə İdarəsinin rəhbərliyinə raportla məlumat verilmiş və rəhbərliyin icazəsindən sonra əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilməklə rəhbərliyi altında Şahid2 və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Roman Həsənovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Külli miqdarda psixotrop maddə və narkotik vasitələrin satış məqsədi ilə daşınması, qanunsuz dövriyyəsi və satışında şübhəli bilinən şəxsin müəyyən edilməsi, yaxalanması və narkotik vasitələrin dövriyyədən çıxarılmasının təmin edilməsi məqsədi ilə əməliyyat qrupunun üzvləri ilə birlikdə 11 dekabr 2021-ci il tarixdə, 16:20-də ünvan 1 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs və Şahid1 piyada hərəkətdə olduqları vaxt o və əməliyyat qrupunun digər üzvləri həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərərək Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı olduqlarını bildirmiş və sonuncuları əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla tanış etmişlər. Daha sonra Təqsirləndirilən şəxs və Şahid1 Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin inzibati binasına dəvət etmişlər. Polis bölməsinin xidməti otaqlarının birində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı Nizami Omarov əməliyyat qrupunun üzvləri Şahid2, Roman Həsənovun, külli miqdarda narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, saxlanması, qanunsuz dövriyyəsi və satışında şübhəli bilinən Təqsirləndirilən şəxs və Şahid1, sonuncuların hüquqlarının müdafiəsi üçün dəvət edilmiş “Yusif Allahverdiyev və Partnyorları” vəkil bürosunun vəkili X5, 24 saylı Vəkil bürosunun vəkili X6 və onun iştirakı ilə Təqsirləndirilən şəxs və Şahid1 üzərlərində şəxsi axtarış və götürmə həyata keçirmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 4 bükümdə, narkotik vasitə olan heroin, 1 bağlamada psixotrop maddə olan metafetamin və həmin şalvarın arxa sol cibindən 1 ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan “Red Mi” markalı və içərisində mobil nömrə olmayan “Samsung” markalı mobil telefon, 1 ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, **********535460 nömrəli plastik bank kart və 18 manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroin kütlələri elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 7,15 qram, metafetamin kütləsi elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 59,93 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr və 1 ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Təqsirləndirilən şəxs, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı və 1 ədəd “Red Mi” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, **********535460 nömrəli plastik bank kartı bu barədə izah verildikdən sonra götürülmüş, 18 manat pul isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Daha sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şahid1 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 əynində olan şalvarın sol yan cibindən 1 bükümdə metafetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan “Red Mi” markalı mobil telefon və 5 manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Şahid1 təqdim etdiyi metafetamin kütləsi elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 0,69 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Red Mi” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 5 manat pul isə şübhəli şəxsə geri qaytarıldmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri tutulmazdan 7 gün əvvəl İran İslam Respublikası vətəndaşı olan “Milad" adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi yaxınlığında əvvəlcədən təyin edilmiş yerdən satış məqsədi ilə əldə etdiyini, Milad adlı şəxsdən sonuncu dəfə götürdüyü narkotik vasitəyə görə ona 200 manat məbləğində pul göndərdiyini, əvvəllər məhkum olunduğunu, heroin və metafetamindən istifadə etdiyini, başqa yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, sonuncuya qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şahid1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni 11 dekabr 2021-ci il tarixdə onunla birlikdə saxlanılmış Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün 30 manata əldə etdiyini, əvvəllər məhkum olunduğunu, narkotik vasitə aludəçisi olduğunu, onunla birlikdə uşaqlıq dostu olduğunu, başqa yedə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra iştirakçılar tərəfindən heç bir irad və təklif daxil olmadığı üçün protokol tərəfindən və digər iştirakçılar tərəfindən imzalanmışdır. 11 dekabr 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol tərtib edilərkən aşkar olunmuş maddələr olduğu vəziyyətdə, yəni bükümü ilə birlikdə çəkilmiş və ona görə də çəkisi protokolda qeyd olunan kimi göstərilmişdir. Ekspertiza rəyi verilərkən isə maddələr bükümlərdən çıxarılmış vəziyyətdə çəkilmişdir. X7 Respublikası vətəndaşı “Milad” adlı şəxsin müəyyən edilməsi ilə bağlı əməliyyat tədbirləri keçirildikdə Təqsirləndirilən şəxs, ümumiyyətlə, narkotik vasitəni həqiqətən də “Milad” adlı şəxsdən alması öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddəni “Milad” adlı İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. Şifahi sorğu zamanı təqsirləndirilən şəxs heroinin qramını 30 manatdan, metafetaminin qramını 40 manatdan satdığını demişdir.Əməliyyat qrupuna o rəhbərlik etmişdir. Təqsirləndirilən şəxsi yaşadığı ünvanın yaxınlığında tutmuşlar. Təqsirləndirilən şəxs tutulan zaman onlara müqavimət göstərməmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Şahid1 üzərindən aşkar edilən bükümü Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub sübut kimi qəbul edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 11 dekabr 2021-ci il tarixdə saat təxminən 16:20 radələrində ünvan 4 ünvanının yaxınlığında tanışı Təqsirləndirilən şəxs ilə birlikdə piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini onlara polis əməkdaşı kimi təqdim edərək o və tanışı Orxana qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib xidməti vəsiqələrini göstərib Orxanın barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla onları tanış edib Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o və Orxan şübhəli şəxs qismində tutulmuşlar. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə və tanışı Orxanın üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. İlk öncə Orxana üzərində narkotik vasitə varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 4 bükümdə narkotik vasitə olan heroin, 1 bağlamada psixotrop maddə olan metafetamin və həmin şalvarın arxa sol cibindən 1 ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan “Red Mi” markalı və içərisində mobil nömrə olmayan “Samsung” markalı mobil telefon, 1 ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, **********535460 nömrəli plastik bank kartı və 18 manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroin kütlələri elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 7,15 qram, metafetaminin çəkisi isə qablaşdırma ilə birlikdə 59,93 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr və 1 ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı və 1 ədəd “Red Mi” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, **********535460 nömrəli plastik bank kartı bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 18 manat pul isə şübhəli şəxsə geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı ona bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməyi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan şalvarın sol yan cibindən 1 bükümdə psixotrop maddə olan metafetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan “Red Mi” markalı mobil telefon və 5 manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi metafetamin elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 0,69 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Red Mi” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüş, 5 manat pul isə özünə geri qaytarılmışdır. O, üzərindən aşkar edilmiş psixotrop maddə metafetamini özünün istifadəsi üçün tanışı Təqsirləndirilən şəxs 11 dekabr 2021-ci il tarixdə səhər saatlarında yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, F.Orucov küçəsi 53 saylı evin qarşısında 30 manata almışdır (cild 1, iş vərəqə 98-100). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 11 dekabr 2021-ci il tarixdə saat 17.55-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 5 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs ilə birlikdə hərəkət edən Şahid1 saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilmiş, şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs və Şahid1 üzərinəd axtarışlar aparılmış, ilk əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 4 bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə, 1 bağlamada ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metafetaminə bənzər kütləni və həmin şalvarın arxa sol cibindən 1 ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan “Red Mi” markalı və içərisində mobil nömrə olmayan “Samsung” markalı mobil telefon, 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, **********535460 nömrəli plastik bank kartı və 18 manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 7,15 qram, metafetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 59,93 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr və 1 ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı və 1 ədəd “Red Mi” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, **********535460 nömrəli plastik bank kartı bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 18 manat pul isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Daha sonra Şahid1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Şahid1 əynində olan şalvarın sol yan cibindən 1 bükümdə ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metafetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan “Red Mi” markalı mobil telefon və 5 manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Şahid1 təqdim etdiyi metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 0,69 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdr. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Red Mi” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 5 manat pul isə şübhəli şəxsə geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri 7 gün bundan əvvəl İran İslam Respublikası vətəndaşı olan “Milad” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi yaxınlığında əvvəlcədən təyin edilmiş yerdən satış məqsədi ilə əldə etdiyini, heroinin qramını 30 manatdan, metafetaminin qramını 40 manatdan satışını həyata keçirdiyini, “Milad” adlı şəxsdən sonuncu dəfə götürdüyü narkotik vasitəyə görə 200 manat məbləğində pul göndərdiyini, əvvəllər məhkum olunduğunu, heroin və metafetamindən istifadə etdiyini, başqa yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan başqa Şahid1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni 11 dekabr 2021-ci il tarixdə onunla birlikdə saxlanılmış Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün 30 manata əldə etdiyini, əvvəllər məhkum olunduğunu, narkotik vasitə aludəçisi olduğunu, Təqsirləndirilən şəxs ilə uşaqlıq dostu olduğunu, başqa yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Baxışda iştirak edən Şahid1 oğlu videokadrda görüntülənən şəxsin birinin özü olduğunu təsdiq etmişdir (cild 1, iş vərəqə 51-53). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 üzərlərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 1 ədəd CD diskə baxış keçirilmiş, baxış keçirilən 827 MB yaddaşlı 1 ədəd CD diskdə 847 KB həcmdə video faylların olduğu, 00006 nömrəli video faylda 21 dəqiqə 40 saniyəlik video kadrın olduğu məlum olmuşdur. Baxış zamanı istintaq üçün sübut əhəmiyyəti kəsb edən aşağıdakı hallar müəyyən olunmuşdur: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqtaçısı, polis kapitanı X2 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs və Şahid1 üzərinə şəxsi axtarış aparılmış, ilk əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 4 bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə, 1 bağlamada ağ rəngli, kristalşəkilli psixotrop maddə olan metafetaminə bənzər kütləni və həmin şalvarın arxa sol cibindən 1 ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan “Red Mi” markalı və içərisində mobil nömrə olmayan “Samsung” markalı mobil telefon, 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, **********535460 nömrəli plastik bank kartı və 18 manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 7,15 qram, metafetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 59,93 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr və 1 ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı və 1 ədəd “Red Mi” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, **********535460 nömrəli plastik bank kartı bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 18 manat pul isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Daha sonra Şahid1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Şahid1 əynində olan şalvarın sol yan cibindən 1 bükümdə ağ rəngli, kristalşəkilli psixotrop maddə olan metafetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan “Red Mi” markalı mobil telefon və 5 manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Şahid1 təqdim etdiyi metafetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 0,69 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdr. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Red Mi” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 5 manat pul isə şübhəli şəxsə geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri 7 gün bundan əvvəl İran İslam Respublikası vətəndaşı olan “Milad” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi yaxınlığında əvvəlcədən təyin edilmiş yerdən deyilən satış məqsədi ilə əldə etdiyini, heroinin qramını 30 manatdan, metafetaminin qramını 40 manatdan satışını həyata keçirdiyini, “Milad” adlı şəxsdən sonuncu dəfə götürdüyü narkotik vasitəyə görə 200 manat məbləğində pul göndərdiyini, əvvəllər məhum olunduğunu, heroin və metafetamindən istifadə etdiyini, başqa yedə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan başqa, Şahid1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni 11 dekabr 2021-ci il tarixdə onunla birlikdə saxlanılmış Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün 30 manata əldə etdiyini, əvvəllər məhkum olunduğunu, narkotik vasitə aludəçisi olduğunu, Təqsirləndirilən şəxs ilə uşaqlıq dostu olduğunu, başqa yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Baxışda iştirak edən Şahid1 videokadrda görüntülənən şəxsin birinin özü olduğunu təsdiq etmişdir (cild 1, iş vərəqə 150-152). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza 12 dekabr 2021-ci il tarixli 6/5471 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Şahid1 təqdim etdiyi...” sözləri yazılmış 1 №-li kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,469 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetafetamindir. Üzərində “...Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri olan 2 №-li kağız paketdəki 1 ədəd qabda təmiz çəkisi 4,386 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,166 qram, 0,154 qram, 0,356 qram, 0,374 qram, ümumi təmiz çəkisi 4,050 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır. 1 və 2 №-li paketlərdəki metafetaminlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Metafetamin 28 iyun 2005-ci İl tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Heroin 28 iyun 2005-ci İl tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir (Qeyd: metafetaminin ümumi təmiz çəkisi 0,469 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,419 qram, heroinin ümumi təmiz çəkisi 4,050 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 3,950 qram, metafetaminin ümumi təmiz çəkisi 4,386 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 4,336 qram, cild 1, iş vərəqə 65-70). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 7 yanvar 2022-ci il tarixli 62 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metafetaminin qəbulu yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 210-211). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 7 fevral 2022-ci il tarixli 294 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisəsələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəsizliyini dərk etmək və onları idarə etmək iqtidarından olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti onunla istintaq hərəkətləri aparılmasına imkan verir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 213-215). Cinayət işinin materiallarında olan “əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən satış məqsədi ilə əldə edib saxlamaqla daşıdığı tədqiqatdan sonrakı təmiz çəkisi 3,950 qram narkotik vasitə olan heroin və 1 ədəd bağlamada tədqiqatdan sonrakı təmiz çəkisi 4,336 qram psixotrop maddə metafetamin, sol arxa cibindən aşkar olunmuş və səthində narkotik vasitə heroinə məxsus izlər olan 1 ədəd elektron tərəzi, Şahid1 əynində olan şalvarın sol yan cibindən aşkar edilmiş 1 ədəd bükümdə ağ rəngli, kristalşəkilli tədqiqatdan sonrakı təmiz çəkisi 0,419 qram psixotrop maddə metafetamin maddi sübut kimi tanınaraq Binəqədi Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs və Şahid1 üzərlərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prossesini əks etdirən videoçəkilişin görüntüləri olan 1 ədəd CD disk də maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 155-160). Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 dekabr 2021-ci il tarixli 6/5471 nömrəli ekspert rəyində olan narkotik vasitə heroinin və psixotrop maddə metafetaminin çəki göstəricilərinə münasibətdə 11 dekabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol əsas götürülmüşdür(cild 1, iş vərəqə 155-160). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 163-164). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı vardır (cild 2). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 dekabr 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 22). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 dekabr 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 128-133). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 11 dekabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81,82 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibində saxlamaqla daşıdığı tədqiqatdan sonra qalıq çəkiləri 3,950 qram narkotik vasitə olan heroin və 1 ədəd bağlamada 4,336 qram olan psixotrop maddə metafetamin; -Təqsirləndirilən şəxs sol arxa cibindən aşkar olunmuş və səthində narkotik vasitə heroinə məxsus izlər olan 1 ədəd elektron tərəzi; -Şahid1 əynində olan şalvarın sol yan cibindən aşkar edilmiş 1 ədəd bükümdə ağ rəngli, kristalşəkilli, tədqiqatdan sonra qalıq çəkisi 0,419 qram olan psixotrop maddə metafetamin məhv edilməli; -Təqsirləndirilən şəxs və Şahid1 üzərlərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsini əks etdirən videoçəkilişin görüntüləri olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 11 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81,82 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibində saxlamaqla daşıdığı tədqiqatdan sonra qalıq çəkiləri 3,950 qram narkotik vasitə olan heroin və 1 ədəd bağlamada 4,336 qram olan psixotrop maddə metafetamin; -Təqsirləndirilən şəxs sol arxa cibindən aşkar olunmuş və səthində narkotik vasitə heroinə məxsus izlər olan 1 ədəd elektron tərəzi; -Şahid1 əynində olan şalvarın sol yan cibindən aşkar edilmiş 1 ədəd bükümdə ağ rəngli, kristalşəkilli, tədqiqatdan sonra qalıq çəkisi 0,419 qram olan psixotrop maddə metafetamin məhv edilsin; -Təqsirləndirilən şəxs və Şahid1 üzərlərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsini əks etdirən videoçəkilişin görüntüləri olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-972/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-972/2022
14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver