Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-972/2024 24.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2, müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri «Fides» Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Şirvan regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə açıq məhkəmə iclasında
1. xx.xx.1982-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2 azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, “Bakı Nəqliyyat Agentliyi” Publik hüquqi şəxsin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini vəzifəsində işləmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 1253 nömrəli bağda qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Ə.Quliyev küçəsi 11/10, ev 2, mənzil 7-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə,
2. xx.xx.1986-cı il tarixdə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı Nəqliyyat Agentliyi Yol hərəkətinin təşkili şöbəsinin Layihələndirmə sektorunda məsləhətçi vəzifəsində işləmiş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 19, mənzil 6-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsində nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i:
İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 ona görə ittiham olunur ki, o, vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü və üçüncü şəxslər üçün birbaşa yolla vasitəçidən istifadə etməklə külli miqdarda maddi neməti vahid niyyətlə təkrarən rüşvət qismində istəyərək təkrarən almış, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. İttihama əsasən Təqsirləndirilən şəxs1 Bakı Nəqliyyat Agentliyinin 01 oktyabr 2020-ci il tarixli 10-13-331 nömrəli əmrinə əsasən həmin Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini vəzifəsinə təyin olunaraq həmin vəzifədə işləyərkən, vəzifə təlimatına əsasən şöbənin fəaliyyətini təşkil etmək və şöbə müdiri ilə razılaşdırmaq, şöbə müdiri hər hansı bir səbəbdən iş başında olmadığı müddətdə iş planlarını və digər sənədlərin imzalamaq, iş planına əsasən nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətli həyata keçirilməsinə nəzarət etmək, şöbəyə daxil olan və hazırlanan sənədlərin hərəkətinə nəzarət etmək, şöbənin kadr siyasətinə dair şöbə müdirinə təkliflər vermək, müvafiq sahə üzrə proqramların, normativ hüquqi aktların və təlimatların layihələrinin hazırlanmasında iştirak etmək, şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək, həmçinin Bakı Nəqliyyat X8 25 noyabr 2020-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol hərəkətinin təşkili şöbəsi haqqında” Əsasnaməyə əsasən yol hərəkətinin və piyada təhlükəsizliyinin təmin edilməsi layihələr hazırlamaq, parklanma yerlərinin təşkili yerlərinə dair müvafiq rəy vermək, yol infrastrukturuna uyğun olaraq parklanma yerlərinin üsullarını və növlərini müəyyən etmək, rəy vermək, yol nişanlarının təşkilinə dair təhlillər aparaq təkliflər vermək, yolların buraxıcılıq qabiliyyətlərini təhlil etmək, yollarda tıxac yaranması səbəblərini araşdırmaq və müvafiq layihələr hazırlamaq, nişanlanma xətlərinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və digər normativ hüquqi aktlarla müəyyən edilmiş normalara uyğun olaraq çəkilməsi barədə təhlillər apararaq təkliflər vermək və digər təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarına malik vəzifəli şəxs qismində həmin Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin Layihələndirmə sektorunda məsləhətçi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və qabaqcadan cinayətkar əlaqəyə girdiyi Təqsirləndirilən şəxs2 üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi zidd istifadə edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə, yəni Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi, Nemət Quliyev və Qarabağ küçələrinin əhatəsində yerləşən "xxxx" MMC yaşayış kompleksinin baş plan üzrə F.Məmmədov, Qarabağ və N.Quliyev küçələrindən giriş-çıxışına və minik avtomobillərinin Qarabağ küçəsindən qısamüddətli dayanacaq üçün icazə verilməsi barədə həmin MMCnin direktoru Şahid4 xx.xx.2023-cü il tarixdə Bakı Nəqliyyat Agentliyinə rəsmi müraciətindən sonra qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsilə 2023-cü ilin may ayında qeyd edilən MMC-nin inşaat mühəndisi Şahid3 qısamüddətli dayanacaq üçün icazə verilməsinə görə özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla sonuncu vasitəsilə maddi nemət olan 5.000 (beş min) manat pul vəsaitini həmin tarixdə Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi, Nemət Quliyev və Qarabağ küçələrinin əhatəsində yerləşən "xxxx" MMC yaşayış kompleksindəki ofisində rüşvət qismində istəmiş, lakin MMC-nin direktoru Şahid4 qeyd edilən pul vəsaitini verməkdən imtina etməsi səbəbindən xx.xx.2023-cü il tarixli məktubla Bakı Nəqliyyat Agentliyi tərəfindən MMC-ə parklanmaya icazənin verilməsinin məqsədəmüvafiq olmaması barədə qərar qəbul edilməsinə nail olmuş, həmin hərəkətləri ilə Himkət Vəlizadə ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Bakı Nəqliyyat Agentliyinin əhali arasında nüfuzdan salıb, yerinə yetirilən fəaliyyətin, yəni parklanma sahələrinin, yol hərəkətinin təşkili üzrə həmin Agentliyin normal fəaliyyətinin pozulmasında ifadə olunan, hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, təkrarən, təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi zidd istifadə edərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə, yəni ünvan 1 ünvanında yerləşən «New Med» klinikasının qarşısında “cib” tipli parklanma sahəsinin təşkil olması üçün 2023-cü ilin may ayında Zərərçəkmiş şəxs3 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsi ilə özünə müraciəti ilə əlaqədar, qeyd edilən məsələnin müsbət həlli üçün özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla sonuncu vasitəsilə maddi nemət olan 5.000 (beş min) manat pul vəsaitini həmin tarixdə ünvan 1 ünvanında yerləşən «New Med» klinikasının qarşısında təkrarən rüşvət qismində istəmiş, həmin niyyətlə 2023-cü ilin iyun ayının əvvəllərində qeyd edilən ünvanda Zərərçəkmiş şəxs3 özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla sonuncu vasitəsilə maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində alaraq edəcəyi hərəkətin icrası ilə əlaqədar ünvan 1 ünvanında yerləşən «New Med» klinikasının qarşısında “cib” tipli parklanmanın quraşdırılmasını təmin etmiş, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Bakı Nəqliyyat Agentliyinin əhali arasında nüfuzdan salıb, yerinə yetirilən fəaliyyətin, yəni parklanma sahələrinin, yol hərəkətinin təşkili üzrə həmin Agentliyin normal fəaliyyətinin pozulmasında ifadə olunan, hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, təkrarən, təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi zidd istifadə edərək, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə yəni, Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsi 15 ünvanında yerləşən «Avrasiya» hospitalın qarşısında nəqliyyat vasitələrinin saxlanılmaması üçün 1.1 qarşılıqlı hərəkəti ayıran yol xəttinin çəkilməsi və 3.28 durmaq qadağandır yol nişanının quraşdırılması görə 2023-cü ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs4 özünə və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 müraciəti ilə əlaqədar, qeyd edilən məsələnin müsbət həlli üçün özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan 7.000 (yeddi min) manat pul vəsaitini həmin tarixdə ünvan 3 ünvanda yerləşən “Altes Plaza”-da əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsilə təkrarən rüşvət qismində istəmiş, Zərərçəkmiş şəxs4 7000 manat deyil 5000 manat pul verəcəyi barədə sonuncu ilə razılaşmasından sonra, həmin niyyətlə 2023-cü ilin iyun ayının sonlarında qeyd edilən ünvanda Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs2 vasitəsi ilə 3500 manat, eyni niyyətlə 2023-cü ilin iyun ayının sonlarında həmin ünvanda yerləşən “Altes Plaza”-nın yaxınlığında 1500 manat olmaqla ümumilikdə maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə Zərərçəkmiş şəxs4 özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla sonuncu vasitəsilə təkrarən rüşvət qismində alaraq edəcəyi hərəkətin icrası ilə əlaqədar Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsi 15 ünvanında yerləşən «Avrasiya» hospitalın qarşısında nəqliyyat vasitələrinin saxlanılmaması üçün 1.1 qarşılıqlı hərəkəti ayıran yol xəttinin və 3.28 durmaq qadağandır yol nişanının quraşdırılmasını təmin etmiş, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Bakı Nəqliyyat Agentliyinin əhali arasında nüfuzdan salıb, yerinə yetirilən fəaliyyətin, yəni parklanma sahələrinin, yol hərəkətinin təşkili üzrə həmin Agentliyin normal fəaliyyətinin pozulmasında ifadə olunan, hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, təkrarən, təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncu və özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi zidd istifadə edərək, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə yəni, ünvan 4 ünvanında yerləşən «Küzə» restoranının qarşısında parklanma sahəsinin təşkil olması üçün xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 müraciəti ilə əlaqədar, qeyd edilən məsələnin müsbət həlli üçün özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla sonuncu vasitəsilə külli miqdarda maddi nemət olan 8.000 (səkkiz min) manat pul vəsaitini həmin tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən «Küzə» restoranının qarşısında qarşısında Zərərçəkmiş şəxs2 təkrarən rüşvət qismində istəmiş, Zərərçəkmiş şəxs2 8000 manat deyil 6500 manat pul verəcəyi barədə sonuncu ilə razılaşmasından sonra, həmin niyyətlə xx.xx.2023-cü il tarixdə «Küzə» restoranının qarşısında 5000 manat, xx.xx.2023-cü il tarixdə həmin restoranda 500 manat, xx.xx.2023-cü il tarixdə qeyd olunan restoranın qarşısında 1000 manat pul vəsaitini Zərərçəkmiş şəxs2 özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla sonuncu vasitəsilə alaraq külli miqdarda maddi nemət olan ümumilikdə 6.500 (altı min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə təkrarən rüşvət qismində alaraq edəcəyi hərəkətin icrası ilə əlaqədar ünvan 4 ünvanında yerləşən «Küzə» restoranının qarşısında parklanma sahəsinin quraşdırılmasını təmin etmiş, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Bakı Nəqliyyat Agentliyinin əhali arasında nüfuzdan salıb, yerinə yetirilən fəaliyyətin, yəni parklanma sahələrinin, yol hərəkətinin təşkili üzrə həmin Agentliyin normal fəaliyyətinin pozulmasında ifadə olunan, hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs2 Bakı Nəqliyyat Agentliyinin 15 oktyabr 2020-ci il tarixli 10-13-341 nömrəli əmrinə əsasən həmin Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin Layihələndirmə sektorunda məsləhətçi vəzifəsinə təyin olunaraq həmin vəzifədə işləyərkən, vəzifə təlimatına əsasən sektora vətəndaşlar və ya dövlət qurumları tərəfindən daxil olan məktubları ərazidə araşdırmaq, ehtiyac olduğu təqdirdə vətəndaşlarla görüşlər keçirmək, layihələrin hazırlanması zamanı ərazidə video və foto çəkilişləri aparmaq, layihələrin icrası zamanı ərazidə müayinələr aparmaq, nəqliyyat vasitələrinin, piyadaların sayını hesablamaq, ərazidə icrası davam edən işlər və ya layihələrin icra vəziyyəti barədə mütəmadi olaraq sektor müdirinə məlumat vermək, sektora daxil olan və cavab hazırlanan məktubların hesabatını hazırlamaq, sektorun iş prosesində qarşıya çıxan problemlər, çətinliklər barədə sektor müdirinə məlumat vermək və təkliflər irəli sürmək, sektorun fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetmək, həmçinin Bakı Nəqliyyat X8 25 noyabr 2020-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol hərəkətinin təşkili şöbəsi haqqında” Əsasnaməyə əsasən yol hərəkətinin və piyada təhlükəsizliyinin təmin edilməsi layihələr hazırlamaq, parklanma yerlərinin təşkili yerlərinə dair müvafiq rəy vermək, yol infrastrukturuna uyğun olaraq parklanma yerlərinin üsullarını və növlərini müəyyən etmək, rəy vermək, yol nişanlarının təşkilinə dair təhlillər aparaq təkliflər vermək, yolların buraxıcılıq qabiliyyətlərini təhlil etmək, yollarda tıxac yaranması səbəblərini araşdırmaq və müvafiq layihələr hazırlamaq, nişanlanma xətlərinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və digər normativ hüquqi aktlarla müəyyən edilmiş normalara uyğun olaraq çəkilməsi barədə təhlillər apararaq təkliflər vermək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs qismində həmin Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi zidd istifadə edərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə, yəni Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi, Nemət Quliyev və Qarabağ küçələrinin əhatəsində yerləşən "xxxx" MMC yaşayış kompleksinin baş plan üzrə F.Məmmədov, Qarabağ və N.Quliyev küçələrindən girişçıxışına və minik avtomobillərinin Qarabağ küçəsindən qısamüddətli dayanacaq üçün icazə verilməsi barədə həmin MMC-nin direktoru Şahid4 xx.xx.2023-cü il tarixdə Bakı Nəqliyyat Agentliyinə rəsmi müraciətindən sonra qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 tapşırığına əsasən 2023-cü ilin may ayında qeyd edilən MMC-nin inşaat mühəndisi Şahid3 qısamüddətli dayanacaq üçün icazə verilməsinə görə özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat pul vəsaitini həmin tarixdə Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi, Nemət Quliyev və Qarabağ küçələrinin əhatəsində yerləşən "xxxx" MMC yaşayış kompleksindəki ofisində rüşvət qismində istəmiş, lakin MMC-nin direktoru Şahid4 qeyd edilən pul vəsaitini verməkdən imtina etməsi səbəbindən xx.xx.2023-cü il tarixli məktubla Bakı Nəqliyyat Agentliyi tərəfindən MMC-ə parklanmaya icazənin verilməsinin məqsədəmüvafiq olmaması barədə qərar qəbul edilməsinə nail olmuş, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Bakı Nəqliyyat Agentliyinin əhali arasında nüfuzdan salıb, yerinə yetirilən fəaliyyətin, yəni parklanma sahələrinin, yol hərəkətinin təşkili üzrə həmin Agentliyin normal fəaliyyətinin pozulmasında ifadə olunan, hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o həmin vəzifədə işləyərkən, təkrarən, təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə, ünvan 1 ünvanında yerləşən «New Med» klinikasının qarşısında “cib” tipli parklanma sahəsinin təşkil olması üçün 2023-cü ilin may ayında Zərərçəkmiş şəxs3 özünə müraciəti ilə əlaqədar, qeyd edilən məsələnin müsbət həlli üçün özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat pul vəsaitini həmin tarixdə ünvan 1 ünvanında yerləşən «New Med» klinikasının qarşısında təkrarən rüşvət qismində istəmiş, həmin niyyətlə 2023-cü ilin iyun ayının əvvəllərində qeyd edilən ünvanda Zərərçəkmiş şəxs3 özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində alaraq edəcəyi hərəkətin icrası ilə əlaqədar ünvan 1 ünvanında yerləşən «New Med» klinikasının qarşısında “cib” tipli parklanmanın quraşdırılmasını təmin etmiş, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Bakı Nəqliyyat Agentliyinin əhali arasında nüfuzdan salıb, yerinə yetirilən fəaliyyətin, yəni parklanma sahələrinin, yol hərəkətinin təşkili üzrə həmin Agentliyin normal fəaliyyətinin pozulmasında ifadə olunan, hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o həmin vəzifədə işləyərkən, təkrarən, təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə, Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsi 15 ünvanında yerləşən «Avrasiya» hospitalın qarşısında nəqliyyat vasitələrinin saxlanılmaması üçün 1.1 qarşılıqlı hərəkəti ayıran yol xəttinin çəkilməsi və 3.28 durmaq qadağandır yol nişanının quraşdırılması görə 2023-cü ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs4 özünə və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 müraciəti ilə əlaqədar, qeyd edilən məsələnin müsbət həlli üçün özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan 7.000 (yeddi min) manat pul vəsaitini həmin tarixdə ünvan 3 ünvanda yerləşən “Altes Plaza”-da təkrarən rüşvət qismində istəmiş, Zərərçəkmiş şəxs4 7000 manat deyil 5000 manat pul verəcəyi barədə sonuncu ilə razılaşmasından sonra, həmin niyyətlə 2023-cü ilin iyun ayının sonlarında qeyd edilən ünvanda Zərərçəkmiş şəxs4 3500 manat, eyni niyyətlə 2023-cü ilin iyun ayının sonlarında həmin ünvanda yerləşən “Altes Plaza”-nın yaxınlığında 1500 manat olmaqla ümumilikdə maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə Zərərçəkmiş şəxs4 özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla təkrarən rüşvət qismində alaraq edəcəyi hərəkətin icrası ilə əlaqədar Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsi 15 ünvanında yerləşən «Avrasiya» hospitalın qarşısında nəqliyyat vasitələrinin saxlanılmaması üçün 1.1 qarşılıqlı hərəkəti ayıran yol xəttinin və 3.28 durmaq qadağandır yol nişanının quraşdırılmasını təmin etmiş, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Bakı Nəqliyyat Agentliyinin əhali arasında nüfuzdan salıb, yerinə yetirilən fəaliyyətin, yəni parklanma sahələrinin, yol hərəkətinin təşkili üzrə həmin Agentliyin normal fəaliyyətinin pozulmasında ifadə olunan, hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, təkrarən, təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi zidd istifadə edərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə, yəni ünvan 4 ünvanında yerləşən «Küzə» restoranının qarşısında parklanma sahəsinin təşkil olması üçün xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 özünə müraciəti ilə əlaqədar, qeyd edilən məsələnin müsbət həlli üçün özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla sonuncu vasitəsilə külli miqdarda maddi nemət olan 8.000 (səkkiz min) manat pul vəsaitini həmin tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən «Küzə» restoranının qarşısında qarşısında Zərərçəkmiş şəxs2 təkrarən rüşvət qismində istəmiş, Zərərçəkmiş şəxs2 8000 manat deyil 6500 manat pul verəcəyi barədə sonuncu ilə razılaşmasından sonra, həmin niyyətlə xx.xx.2023-cü il tarixdə «Küzə» restoranının qarşısında 5000 manat, xx.xx.2023-cü il tarixdə həmin restoranda 500 manat, xx.xx.2023-cü il tarixdə qeyd olunan restoranın qarşısında 1000 manat pul vəsaitini Zərərçəkmiş şəxs2 özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla alaraq külli miqdarda maddi nemət olan ümumilikdə 6.500 (altı min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə təkrarən rüşvət qismində alaraq edəcəyi hərəkətin icrası ilə əlaqədar ünvan 4 ünvanında yerləşən «Küzə» restoranının qarşısında parklanma sahəsinin quraşdırılmasını təmin etmiş, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Bakı Nəqliyyat Agentliyinin əhali arasında nüfuzdan salıb, yerinə yetirilən fəaliyyətin, yəni parklanma sahələrinin, yol hərəkətinin təşkili üzrə həmin Agentliyin normal fəaliyyətinin pozulmasında ifadə olunan, hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə iclası zamanı dövlət ittihamçısı təqsirləndirilən şəxslərə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə verilmiş ittihamdan imtina etmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPMnin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verməlidir. Qanunun bu tələbi imperativ xarakter daşımaqla məcburidir. Ona görə hazırkı mərhələdə məhkəmə təqsirləndirilən şəxslərə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə verilmiş ittiham üzrə hüquqi dəyərləndirmə aparacaq. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri təqsirləndirilən şəxslərə qarşı verilmiş ittiham aşağıdakı kimi çıxış edir: Təqsirləndirilən şəxs1 vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü və üçüncü şəxslər üçün birbaşa yolla Təqsirləndirilən şəxs2, yəni vasitəçidən istifadə etməklə külli miqdarda maddi neməti vahid niyyətlə təkrarən rüşvət qismində istəmiş və təkrarən almışdır. Təqsirləndirilən şəxs2 vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə vasitəçidən istifadə etməklə külli miqdarda maddi neməti vahid niyyətlə təkrarən rüşvət qismində istəmiş və təkrarən almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsinin xüsusatları olan - vəzifəli şəxsin məhz xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə və təqsirləndirilən şəxsin özü və üçüncü şəxslər üçün birbaşa yolla maddi neməti istəməsi və ya alması sübut olunduqda bu əməl rüşvət alma kimi tövsif oluna bilər. Ona görə ilk növbədə təqsirləndirilən şəxslərin vəzifə səlahiyyətlərinə hansı səlahiyyətlərin daxil olması aydınlaşdırılmalılıdr. Bu səlahiyyətlər Bakı Nəqliyyat Agentliyi və təqsirləndirilən şəxslərin səlahiyyətlərini müəyyən edən Nizamnamə, Əsasnamə və təlimatda təsbit olunmuşdur. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsinin 3.1.8-ci bəndinə əsasən Bakı Nəqliyyat Agentliyi nəqliyyat axınının tənzimlənməsi üçün svetaforların və yol nişanlarının yerlərini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin rəyi nəzərə alınmaqla müəyyən edir və ya dəyişdirir, onları quraşdırır və lazımi qaydada saxlanılmasına nəzarət edir. Məhkəmədə tədqiq edilmiş Bakı Nəqliyyat X8 25 noyabr 2020-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş Bakı Nəqliyyat Agentliyinin Yol hərəkətinin təşkili şöbəsi haqqında Əsasnamənin 1.1-ci maddəsinə əsasən Bakı Nəqliyyat Agentliyinin Yol hərəkətinin təşkili şöbəsi (bundan sonra şöbə) Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli 1902 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi» nə və İdarə Heyətinin 2020-ci il 25 sentyabr tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş «Bakı Nəqliyyat Agentliyinin Aparatının Strukturu» na uyğun olaraq yaradılan Agentliyin Aparatının struktur bölməsidir. Əsasnamənin 2-ci bəndinin (şöbənin fəaliyyət istiqamətləri) 2.1.1-ci yarımbəndində müəyyən olunur ki, şöbənin fəaliyyət istiqamətləri aşağıdakı olmaqla şöbə yol hərəkətinin, yol nişanlarının, yol nişanlanmasının, svetoforların və yol hərəkətinin təşkilinin digər texniki vasitələrinin təşkilində (quraşdırılması) iştirak edir. Əsasnamənin 3-cü bəndinin (şöbənin vəzifələri) 3.1.1-ci yarımbəndinə əsasən Şöbə bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq nəqliyyat axınının tənzimlənməsi üçün yol nişanları və svetoforlarının yerlərini müəyyən edərək quraşdırılması və optimallaşdırılması haqqında təhlillər aparıb Agentliyin rəhbərinə təkliflər vermək; 3.1.2-ci yarımbəndinə əsasən Şöbə avtomobil yollarında nişanlanma xətlərinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və digər normativ hüquqi aktlarla müəyyən edilmiş normalara uyğun olaraq çəkilməsi barədə təhlillər apararaq təkliflər vermək; 3.1.3-cü yarımbəndinə əsasən Şöbə yolların buraxıcılıq qabiliyyətini araşdırmaq, yollarda tıxac yaranması səbəbləirini araşdırmaq, təhlillər aparmaq və müvafiq təkliflər vermək; 3.1.4-cü yarımbəndinə əsasən nəqliyyat qovşaqlarının (nəqliyyat mübadilə mərkəzlərinin), dayanacaq məntəqələrinin, taksi duracaq yerlərinin və parklanma yerlərinin, yerüstü piyada keçidlərinin, səkilərin, səkilərdə pandusların, sədlərin təşkili yerlərinə dair müvafiq təhlillər aparmaq və rəy vermək; Əsasnamənin 4-cü bəndinin (Şöbənin struktur bölmələri) giriş hissəsindən müəyyən olunur ki, Şöbə Layihələndirmə sektorundan və İctimai nəqliyyat infrastrukturunun və parklanmanın təşkili sektorundan ibarətdir. Bu bəndin 4.2.2, 4.2.3 və 4.2.4-cü yarımbəndlərinə əsasən ictimai nəqliyyat infrastrukturunun və parklanmanın təşkili sektoru parklanma yerlərinin təşkili yerlərinə dair müvafiq təhlillər aparmaq, rəy və təkliflər vermək; yol infrastrukturuna uyğun olaraq parklanma yerlərinin üsullarını və növlərini müəyyən etmək, rəy və təkliflər vermək; yol nişanlarının təşkilinə və optimallaşdırılmasına dair təhlillər apararaq təkliflər vermək; Əsasnamənin 5-ci bəndinin (Şöbənin fəaliyyətinin təşkili) 5.3-cü yarımbəndinə əsasən X10 Heyətinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən, şöbəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyan müdir rəhbərlik edir. 5.4-cü yarımbəndinə əsasən isə Şöbə müdirinin İdarə Heyəti sədri tərəfindən vəzifəyə təyin və azad edilən müavini vardır. Şöbə müdirinin müavini şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. 5.5-ci yarımbəndinə əsasən Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini Şöbə müdirinin müavini həyata keçirir. Məhkəmədə tədqiq edilən Bakı Nəqliyyat Agentliyinin xx.xx.2018-ci il tarixli 10-13- 218 saylı əmrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Bakı Nəqliyyat Agentliyinin Aparatında müddətli əmək müqaviləsi bağlamaq yolu ilə Nəqliyyat axınının idarə olunması və təhlil şöbəsində məsləhətçi vəzifəsinə təyin edilmiş, BNA-nin xx.xx.2019-cu il tarixli 10-13-033 saylı əmri ilə xx.xx.2018-ci ildə bağlanmış əmək müqaviləsinə 01 fevral 2019-cu il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «a» (tərəflərdən birinin təşəbbüsü) bəndinə əsasən öz xahişi ilə xitam verilmiş, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli 10-13-341 saylı əmri ilə həmin tarixdən xx.xx.2021-ci il tarixədək Bakı Nəqliyyat Agentliyinin X6 təşkili şöbəsi Layihələndirmə sektorunun məsləhətçi vəzifəsinə təyin edilmişdir. Hansı ki, Bakı Nəqliyyat Agentliyinin Yol hərəkətinin təşkili şöbəsi haqqında Əsasnamənin 4-cü bəndinin 4.1.1-4.1.7-ci yarımbəndlərdə göstərilən vəzifələr yolların buraxıcılıq qabiliyyətini təhlil etmək, yollarda tıxac yaranması səbəblərini araşdırmaq və müvafiq layihələr hazırlamaq; yollarda tıxac yaranmaması və nəqliyyat axının tənzimlənməsi üçün ticarət, iaşə, sənaye və tikinti obyektlərinə və həmin obyektlərdən yükdaşımaların iş vaxtı rejiminə dair təkliflər hazırlayaraq aidiyyatı üzrə təqdim etmək; qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək; nəqliyyat axınının tənzimlənməsi üçün svetoforların yerlərinin müəyyən edilərək quraşdırılması, faza vaxtlarının hesablanması və optimallaşdırılması haqqında təhlillər apararaq təkliflər vermək; nişanlanma xətlərinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və digər normativ hüquqi aktlarla müəyyən edilmiş normalara uyğun olaraq çəkilməsi barədə təhlillər apararaq təkliflər vermək; nəqliyyat qovşaqlarının (nəqliyyat mübadilə mərkəzlərinin), yerüstü piyada keçidlərin, səkilərin, səkilərdə pandusların, sədlərin təşkili yelərinə dair müvafiq təhlillər aparmaq və rəy vermək; layihələrin idarə edilməsində, onların təsir və nəticələrinin ölçülməsində müasir standartları (nəticələrə əsaslanan layihə idarə edilməsi strategiyası) tətbiq etmək və müvafiq hesabatlar hazırlamaq olmuşdur. Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli 10-13-331 saylı əmrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 müddətli əmək müqaviləsi bağlamaq yolu ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Bakı Nəqliyyat Agentliyinin X6 təşkili şöbəsi müdirinin müavini vəzifəsinə təyin edilmiş, BNA-nin 17 iyul 2023-cü il tarixli xx-xx-00208 saylı əmri ilə Təqsirləndirilən şəxs1 əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən 01 avqust 2023-cü il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X8 sədr müavini Zərərçəkmiş şəxs2 BNA-nə və Baş X13 İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-27-103/2-1708/2023 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin «Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» 19 aprel 2023-cü il tarixli 2109 nömrəli Fərmanına əsasən, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (Agentlik) publik hüquqi şəxs tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın 5.1-ci bəndinə əsasən, Agentliyin yenidən təşkili, o cümlədən Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxsin fəaliyyətinə xitam verilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əmək müqaviləsinin xx.xx.2021-ci il tarixdən BNA-nın fəaliyyətinə xitam verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2023-cü il tarixli fərmanın qəbul edilməsi tarixinədək olan müddətə aid əmək müqavilələri cinayt işinə əlavə edilməmiş, beləliklə Təqsirləndirilən şəxs1 cinayət əməllərini törətdiyi 2023-cü ildə onun BNA-da hansı vəzifədə olması məlum deyildir. Həmçinin ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs2 əmək müqaviləsinin xx.xx.2021-ci il tarixədək müəyyən edilməsinə dair əmri cinayət işinə əlavə etsə də, sonrakı dövrə aid, yəni xx.xx.2021-ci ildən sonrakı dövrə aid hər hansı bir əmr cinayət işinə əlavə edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxslərin onlara ittiham olunan əməllərin törədildiyi 2023-cü il ərzində hansı vəzifə və səlahiyyət sahibi olmaları, onlarla bağlanmış müqavilənin müddətinin uzadılıb-uzadılmamasına dair ittiham oraqın tərəfindən sübutlar məhkəməyə təqdim edilməmişdir. İbtidai araşdırma orqanı tərəfindən cinayət işinə əlavə edilmiş, BNA-nın rəsmi qaydada təsdiq olunmayan, qəbul olunma tarixi məlum olmayan Vəzifə təlimatından müəyyən olunur ki, Bakı Nəqliyyat Agentliyinin Yol hərəkətinin təşkili şöbəsinin şöbə müdirinin müavini şöbə müdirinə operativ tabe olmaqla rəhbər funksiyaları aşağıdakı kimidir: -şöbənin fəaliyyətini təşkil etmək və şöbə müdiri ilə razılaşdırmaq; -şöbə müdiri hər hansı səbəbdən iş başında olmadığı müddətdə iş planlarını və digər sənədləri imzalamaq, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət etmək; -şöbənin işçilərinin professional inkişafının artıılması üçün müvafiq tədbirlər həyata keçirmək; -şöbənin işçiləri barəsində həvəsləndirmə və intizam tənbeh tədbirlərinin görülməsi barədə şöbə müdirinə təkliflər vermək; -Agentliyin fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində, inkişafı üzrə proqramların tərtib edilməsində iştirak etmək. Təlimata əsasən iş funksiyaları aşağıdakı kimidir: -şöbəyə daxil olan və hazırlanan sənədlərin hərəkətinə nəzarət etmək; -şöbənin kadr siyasətinədair şöbə müdirinə təkliflər vermək; -ölkədə və xaricdə keçirilən nəqliyyat forumlarının, konfranslarının, sərgilərinin və digər analoji tədbirlərin təşkilində və işində fəaliyyət istiqamətləri üzrə Agentliyi təmsil etmək; -müvafiq sahə üzrə proqramların, normativ hüquqi aktların və təlimatların layihələrinin hazırlanmasında iştirak etmək; -Qanuna uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək; -iş prosesi zamanı ətraf mühitin qorunmasını və təhlükəsizlik qaydalarına əməl edilməsini təmin etmək; -şöbənin fəaliyyətistiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək; -nəqliyyat sahəsində elmi-tədqiqat və təcrübə-layihə işlərinin təşkilində, həmçinin nəqliyyat sahəsində fəaliyyət göstərən elm və təhsil müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi üzrə işlərin görülməsində iştirak etmək. Təlimata əsasən hüquqları aşağıdakı kimidir: -normal iş şəraiti ilə təmin olunmaq: -səlahiyyətinə aid olan məsələlər üzrə təkliflər vermək; -səlahiyyətinə aid olan məsələlərin müzakirəsində iştirak etmək; -işçilərə funksional vəzifələrinə dair tapşırıqlar vermək və icrasına nəzarət etmək; -fəaliyyət dairəsinə daxil olan işlərin icrası məqsədilə agentliyin struktur bölmələrindən və tabeliyindəki qurumlarından müvafiq sənəd və materialları almaq; -səlahiyyətinə aid olan məsələlər üzrə Agentliyi müəyyən olunmuş qaydada digər təşkilatlarda təmsil etmək; -əmək qanunvericiliyi və digər normativ sənədlərlə müəyyən olunmuş digər hüquq və səlahiyyətlər; Təlimata əsasən məsuliyyəti aşağıdakı kimidir: -vəzifə öhdəliklərini vicdanla yerinə yetirmək; -normativ –hüquqi aktların və rəhbərliyin əmr, sərəncam və tapşırıqlarını vaxtında və peşəkar səviyyədə yerinə yetirmək; -maddi, maliyyə və kadr ehtiyyatlarından səmərəli və ffektiv istifadə etmək; -Agentliyə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; -Əmək intizamına və Agentliyin nizam-intizam qaydalarına əməl etmək; -əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etmək; -Agentliyin kommersiya sirrini təşkil edən məlumatları gizli saxlamaq; -imzaladığı sənədlərə şəxsən və şərtsiz məsuliyyət daşımaq. Məhkəmədə tədqiq edilmiş, ibtidai araşdırma orqanı tərəfindən cinayət işinə əlavə edilmiş, BNA-nın rəsmi qaydada təsdiq olunmayan, qəbul olunma tarixi məlum olmayan vəzifə təlimatından müəyyən olunur ki, Bakı Nəqliyyat Agentliyinin Yol hərəkətinin təşkili şöbəsi, layihələndirmə sektorunun məsləhətçisi Təqsirləndirilən şəxs2 operativ qaydada sektor müdirinə tabe olmaqla iş funksiyaları aşağıdakı kimidir: -sektora vətəndaşlar və ya dövlət qurumları tərəfindən daxil olan məktubları ərazidə araşdırmaq; -ehtiyac olduğu təqdirdə vətəndaşlarla görüşlər keçirmək; -layihələrin hazırlanması zamanı ərazidə video və foto çəkilişlər etmək; -layihələrin icrası zamanı ərazidə müayinələrin aparmaq, nəqliyyat vasitələrinin, piyadaların sayını hesablamaq; -ərazidə icrası davam edən işlər və layihələrin icra vəziyyəti barədə mütəmadi olaraq sektor müdirinə məlumat vermək; -sektora daxil olan və cavab hazırlanan məktubların hesabatını hazırlamaq; -layihələrin alt sənədləri ilə birlikdə qovluqların hazırlamaq; -sektorun iş prosesində qarşıya çıxan problemlər, çətinliklər barədə sektor müdirinə məlumatlar vermək və təkliflər irəli sürmək; -sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək; -iş prosesi zamanı ətraf mühitin qorunmasına və təhlükəsizlik qaydalarına əməl etmək. Təlimata əsasən hüquqları aşağıdakı kimidir: -normal iş şəraiti ilə təmin olunmaq: -səlahiyyətinə aid olan məsələlər üzrə təkliflər vermək; -səlahiyyətinə aid olan məsələlərin müzakirəsində iştirak etmək; -fəaliyyət dairəsinə daxil olan işlərin icrası məqsədilə Agentliyin struktu bölmələrindən və tabeliyindəki qurumlarından müvafiq sənəd və materialları almaq; -səlahiyyətinə aid olan məsələlər üzrə Agentliyi müəyyən olunmuş qaydada digər təşkilatlarda təmsil etmək; -əmək qanunvericiliyi və digər normativ sənədlərlə müəyyən olunmuş digər hüquq və səlahiyyətlər; Təlimata əsasən məsuliyyəti aşağıdakı kimidir: -vəzifə öhdəliklərini vicdanla yerinə yetirmək; -normativ–hüquqi aktların və rəhbərliyin əmr, sərəncam və tapşırıqlarını vaxtında və peşəkar səviyyədə yerinə yetirmək; -Agentliyə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; -Əmək intizamına və Agentliyin nizam-intizam qaydalarına əməl etmək; -Agentliyin kommersiya sirrini təşkil edən məlumatları gizli saxlamaq; -əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etmək;
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 08 sentyabr tarixli fərmanı ilə təsdiq edilmiş Nizamnaməyə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra 1-Nazirlik) Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi avtomobil nəqliyyatı sahəsində tənzimlənməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir. Nizamnamənin 3-cü bəndinin (Agentliyin vəzifələri və hüquqları) 3.1.2.2 yarımbəndində müəyyən edilir ki, «Avtomobil Nəqliyyatı haqqında» Azərbaycan Respublikası Qanunun 6.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, avtomobil nəqliyyatının infrastruktur obyektlərinin, o cümlədən avtovağzalların (avtostansiyaların), dayanacaq məntəqələrinin, avtomobil duracaqlarının, terminalların və digər qurğuların, habelə avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyalarının (sahələrinin), yanacaqdoldurma məntəqələrinin yeləşdirilməsi, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulmasına dair rəy vermək vəzifə kimi müəyyən edilmişidr.
Baxılmış iş üzrə ibtidai araşdırma və məhkəmə baxışı zamanı verilmiş ifadələrin məzmunu:
İstər ibtidai istintaq zamanı, istərsədə məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək tutduğu vəzifəsi vətəndaşların və ya hüquqi şəxslərin müraciətləri ilə bağlı müraciətlərdə göstərilən məsələlərə dair icazə vermək və ya icazə verməmək səlahiyyətində olmadığını göstərmiş, BNA-nin rəhbərlərindən heç kəsə pul vermədiyini göstərərək ibtidai istintaq zamanı verdiyi ifadəsində səlahiyyəti olmayan işlərə görə Təqsirləndirilən şəxs2 vasitəsilə aldığı pulları xarici səyahətlərə, digər şəxsi məqsədlərinə xərclədiyini və pulun bir hissəsini Təqsirləndirilən şəxs2 vasitəçiliyinə görə verdiyini göstərmişdir. Təqsirləndirilən şəxs1 təsdiq etmişdir ki, Yol hərəkəti şöbəsinin müdir müavini kimi onun Bakı şəhərində yolların layihələndirilməsi, infrastruktur işlərinin görülməsi və həmin işlərə nəzarətdən, yəni yollarda nişanların və parklanma yerlərinin müəyyən edilməsi və uyğun olduğu təqdirdə nişanların quraşdırılması və parklanma üçün müvafiq xətlərin çəkilməsinə dair səlahiyyəti olmamışdır. Belə ki, onun vəzifəsi yol hərəkəti ilə bağlı analiz və rəylər vermək olmuş, müraciət edən obyekt sahiblərinə onların parklanma və yol nişanları ilə bağlı müraciətləri ilə əlaqədar o, rəy verərək şöbə müdirinə təqdim edir, şöbə müdiri öz növbəsində agentliyin rəhbərinə müraciət edir. Agentlik rəy verdikdən sonra həmin rəylə bağlı Bakı şəhər İcra Hakimiyyəti, X13 və Yolların mühafizə xidmətinin rəyləri alındıqdan sonra Bakı Nəqliyyat Agentliyinin rəhbərliyi müraciəti təmin edir və yaxud da təmin etməkdən imtina edir. İttihamla bağlı Təqsirləndirilən şəxs2 göstərmişdir ki, BNA-nin Yol hərəkətinin təşkili şöbəsinin Layihələndirmə sektorunun məsləhətçisi olmaqla vəzifə təlimatına əsasən vəzifəsi daxil olan müraciətləri ərazidə araşdırmaq, vətəndaşlarla görüşlər keçirmək, küçə və prospektlərin yenidən qurulması, avtobus zolaqlarının, parklanma sahələrinin layihələndirilməsi, zəruri sənədlərin toplanması, ərazidə müayinələrin aparılması, hərəkət sayının ölçülməsi, layihələrin icra vəziyyətinə nəzarət edilməsi, bununla bağlı rəhbərliyə məlumat verilməsi, hesabatların hazırlanması və sairdən ibarət olmuşdur. Parklanma sahələri ilə bağlı yolun parametrlərini, yəni piyada səkinin enini, manevr zonasını və hərəkət zolaqlarının nəzərdən keçirib, buna uyğun parklanma sahəsinin yaradılmasının mümkün olub-olmaması barədə rəy hazırlamışdır. Vətəndaşlara cavablar Şahid1, dövlət qurumlarına cavablar isə BNA-nin sədri və ya müavini tərəfindən cavablandırılırdı. Məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 həmçinin göstərmişdir ki, Layihələndirmə sektorunun məsləhətçisi kimi Vəzifə təlimatına əsasən vəzifəsi daxil olan müraciətləri ərazidə araşdırmaq, vətəndaşlarla görüşlər keçirmək, küçə və prospektlərin yenidən qurulması, avtobus zolaqlarının, parklanma sahələrinin layihələndirilməsi, zəruri sənədlərin toplanması, ərazidə müayinələrin aparılması, hərəkət sayının ölçülməsi, layihələrin icra vəziyyətinə nəzarət edilməsi, bununla bağlı rəhbərliyə məlumat verilməsi, hesabatların hazırlanması və sairdən ibarət olmuşdur. Onun hər hansı bir məsələ ilə əlaqədar sərəncam vermək hüququ olmamışdır. BNA-nin İdarə Heyyətinin sədrinin muşaviri olmuş X5 ifadəsində göstərmişdir ki, fərdi müraciətlər əsasında yerüstü parklanmanın aparılması üçün ilk növbədə maraqlı şəxsin yazılı müraciəti BNA-ya daxil olur, həmin müraciətə baxılaraq lazımi qaydada tədbir görülməsindən ötrü İdarə Heyətinin sədri tərəfindən müraciətə dərkənar qoyulmaqla Yol hərəkətinin təşkili şöbəsinə yönəldilir. Qeyd olunan şöbəyə daxil olan müraciət şöbə rəisinin dərkənarı ilə şöbə rəisinin müavininə, həmçinin şöbənin tabeliyində olan Layihələndirmə sektoru və İctimai nəqliyyat infrastrukturunun və parklanmanın təşkili sektorunun rəhbərinə yönəldilir, sektor rəhbərləri isə öz növbələrində müvafiq sektorların işçiləri, yəni məsləhətçi, aparıcı məsləhətçi və baş məsləhətçilər arasından bilavasitə icraçıları müəyyən edirlər. Müraciət icraçılar tərəfindən icraata qəbul edilməklə əraziyə baxış keçirilir, araşdırma aparılır, müvafiq ərazidə yol şəraiti, nəqliyyat axınları və mövcud problemlər öyrənilir, əldə olunmuş məlumatlar əsasında Yol hərəkətinin təşkili şöbəsində rəhbər və icraçılar arasında müzakirələr aparılır, müzakirələrin nəticəsində fərdi müraciətdə göstərilən ərizədə yerüstü parklanmanın təşkili məqsədə müvafiq hesab edilərsə, müraciət müəllifinə BNA-nin rəhbərliyi, bir qayda olaraq, İdarə Heyəti sədrinin müavini tərəfindən yol hərəkəti iştirakçılarının rahatlığının və təhlükəsizliyinin təmin edilməsi zərurəti nəzərə alınaraq, infrastruktur obyektinin qarşısında parklanma yerinin tikintisində aidiyyatı qurumlarla razılaşdırmaq şərtilə etiraz edilmədiyi məzmununda yazılı cavab məktubu göndərilir. Məsələnin aidiyyatı qurumlarla razılaşdırılması müraciətin müəllifinin özü tərəfindən həyata keçirilir, BNA bu prosesə qarışmır.Fərdi parklanmanın təşkili ilə bağlı bütün zəruri xərclər maraqlı şəxs tərəfindən ödənilir, yəni parklanma üçün ərazidə qazıntı və digər texniki işləri maraqlı şəxs özünün müəyyən etdiyi qaydada və özünün müəyyən etdiyi icraçılar vasitəsilə həyata keçirir, bunun müqabilində ödəniləcək haqqın məbləği və digər şəxslər maraqlı şəxslə icraçılar arasında əldə edilən podrat razılaşmadan asılı olaraq müəyyənləşdirilir, BNA isə yalnız fərdi parklanma yerində nişanların quraşdırılmasını həyata keçirir və bununla əlaqədar xərcləri öz büdcəsindən podratçıya ödəyir. Məhkəmə iclaında şahid qismində dindirilmiş BNA-nin Yol hərəkətinin təşkili şöbəsinin 01 iyul 2028-ci il tarixdən 21 avqust 2023-cü il tarixədək şöbə rəisi olmuş Şahid1 ifadəsində göstərmişdir ki, şöbəyə daxil olan müraciətlər icra üçün aidiyyəti üzrə əməkdaşlara yönləndirilmiş, əməkdaşlar müraciəti təhlil edib, zəruri olanda əraziyə baxış keçirilmiş və təhlillərin nəticəsinə əsasən müraciətə cavab hazırlanmışdır. Müraciət elektron sənəd dövriyyəsinə daxil edilmiş, vizalar alındıqdan sonra aidiyyəti şəxsin imzası ilə xaric edilmişdir. Cavab hüquqi şəxsə verilirdisə aparat rəhbəri və ya idarə heyəti sədr müavinlərininn adından, fiziki şəxslərə isə şöbə müdiri tərəfindən verilmişdir. Konkret olaraq parklanma ilə bağlı müraciət daxil olduqda, o, həmin müraciəti ictimai nəqliyyat infrastrukturu və parklanmanın təşkili sektoruna yönləndirmiş, sektor müdiri tərəfindən də əməkdaşlara yönləndirilmişdir. Təqsirləndirilən şəxs1 Yol hərəkətinin təşkili şöbəsində müdir müavini vəzifəsində çalışıb. Vəzifə təlimatlarının uyğun olaraq şöbənin idarəedilməsi prosesində iştirak edib. Təqsirləndirilən şəxs2 Yol hərəkətinin təşkili şöbəsində Layihələndirmə sektorunda məsləhətçi vəzifəsində çalışıb. Vəzifə təlimatına uyğun olaraq müraciətlərin cavablanıdırlması, ərazidə təhlillərin aparılması, layihələrin hazırlanması və s. işlərin icrasında iştirak edib. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrı şəxslərdən parklanmaya icazə verilməsi müqabilində pul tələb etmələrindən məlumatı olmamış, ona hər hansı parklanma ilə bağlı icazənin verilməsinə görə pul təklif edilməmiş və buna görə pul almamışdır. Qeyd etmək istəyir ki, parklanma ilə əlaqədar parklanma yerini açmaq istəyən subyekt ayrı-ayrılıqda həm BNA-ya, həm də DYP-nə müraciət etməlidir. Yalnız bu iki təşkilatın müsbət rəyi və göstərdiyi layihə olduqda parklanma üçün icazə verilir, yalnız bundan sonra Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən işin görülməsi üçün texniki şərt (layihə) verilməlidir. Yəni, bu Agentlik texniki şərti buna şərait olmadıqda verməyə də bilər. Parklanma ilə əlaqədar yol nişanlanması və yolda olan səkilərin sökülməsi tələb olunduqda Bakı şəhər İcra Hakimiyyətinin, Şəhərsalma İdarəsinin razılığı tələb olunurdu. Müraciət edən subyekt layihələndirmə, texniki şərtin tərtib edilməsi, sökülmə və müvafiq quraşdırma işlərinin görülməsi ilə bağlı bütün xərcləri özü çəkməlidir. O, ibtidai istintaq zamanı da məhkəmədə verdiyi qaydada ifadə vermiş, müstəntiqə də onu bildirmişdir ki, parklanma, dayanacaqla bağlı, yolun açılıb və yaxud bağlanması ilə bağlı BNA tək səlahiyyətli orqan deyildir. Bu işlər yalnız yuxarıda sadaladığı bütün təşkilatların icazəsi olduğu halda, müvafiq orqanın tərtib etdiyi layihə və texniki şərtlər təqdim etdiyi halda həyata keçirilməsi mümkündür. Məhkəmə nəzərə alır ki, BNA-nin Nizamnaməsinin 3.1.8-ci bəndinə əsasən Bakı Nəqliyyat Agentliyi nəqliyyat axınının tənzimlənməsi üçün svetoforların və yol nişanlarının yerlərini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin rəyi nəzərə alınmaqla müəyyən edir və ya dəyişdirir, onları quraşdırır və lazımi qaydada saxlanılmasına nəzarət edir. Bakı Nəqliyyat Agentliyi Yol Hərəkətinin təşkili haqqında Əsasnamənin 2.1.1, 3.1.1, 3.1.4-cü bəndlərinə əsasən şöbənin fəaliyyət istiqamətləri yol hərəkətinin, yol nişanlarının, yol nişanlanmasının, svetoforların və yol hərəkətinin təşkilinin digər texniki vasitələrinin təşkilində iştirak etmək, yol nişanları və svetoforlarının yerlərini müəyyən edərək quraşdırılması və optimallaşdırılması haqqında təhlillər aparıb Agentliyin rəhbərinə təkliflər vermək; parklanma yerlərinə dair müvafiq təhlillər aparmaq və rəy vermək olmuşdur. Vəzifə Təlimatına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vətəndaş və ya hüquqi şəxslərin müraciətləri ilə bağlı rəy vermələri müraciətə müsbət və ya mənfi cavab üçün əsas təşkil etməmişdir. İttihamdan görünür ki, təqsirləndirilən şəxslərə qarşı hər dörd halda hüquqi şəxslərə parklanma ilə bağlı razılığın verilməsi ilə bağlı ittiham verilmişdir. Yuxarıda qeyd olunan normativ xarakterli aktlara əsasən hüquqi şəxslərə parklanma və yol nişanları ilə bağlı müsbət və ya mənfi qərarlar BNA-nin İdarə Heyətinin sədri, onun müavini və ya Apparat rəhbəri verə bilərdi. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sərəncam vermək səlahiyyəti olan rəhbər şəxslərlə (BNA-nin sədri, onun müavinləri, şöbə müdirləri) əlbir olmaqla müaciətlərə müsbət və yaxud mənfi həll etmələri müəyyən etməmiş, bu cinayət işindən ayırlmış cinayət işi yalnız hazırkı cinayət işindən təqsirləndirilən şəxslərlə əlaqəli olmayan digər cinayət xarakterili faktlarla və BNA-də büdcə vəsaitindən düzgün istifadə edilməməsi faktları ilə bağlı olmuşdur. İbtidai araşdırma orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs1 Bakı Nəqliyyat Agentliyinin 01 oktyabr 2020-ci il tarixli 10-13-331 nömrəli əmrinə əsasən həmin Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini vəzifəsinə təyin olunaraq həmin vəzifədə işləyərkən, vəzifə təlimatına əsasən şöbənin fəaliyyətini təşkil etmək və şöbə müdiri ilə razılaşdırmaq, şöbə müdiri hər hansı bir səbəbdən iş başında olmadığı müddətdə iş planlarını və digər sənədlərin imzalamaq, iş planına əsasən nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətli həyata keçirilməsinə nəzarət etmək, şöbəyə daxil olan və hazırlanan sənədlərin hərəkətinə nəzarət etmək, şöbənin kadr siyasətinə dair şöbə müdirinə təkliflər vermək, müvafiq sahə üzrə proqramların, normativ hüquqi aktların və təlimatların layihələrinin hazırlanmasında iştirak etmək, şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək, həmçinin Bakı Nəqliyyat X8 25 noyabr 2020-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol hərəkətinin təşkili şöbəsi haqqında” Əsasnaməyə əsasən yol hərəkətinin və piyada təhlükəsizliyinin təmin edilməsi layihələr hazırlamaq, parklanma yerlərinin təşkili yerlərinə dair müvafiq rəy vermək, yol infrastrukturuna uyğun olaraq parklanma yerlərinin üsullarını və növlərini müəyyən etmək, rəy vermək, yol nişanlarının təşkilinə dair təhlillər aparaq təkliflər vermək, yolların buraxıcılıq qabiliyyətlərini təhlil etmək, yollarda tıxac yaranması səbəblərini araşdırmaq və müvafiq layihələr hazırlamaq, nişanlanma xətlərinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və digər normativ hüquqi aktlarla müəyyən edilmiş normalara uyğun olaraq çəkilməsi barədə təhlillər apararaq təkliflər vermək səlahiyyətlərinə malik olmuşdur. İbtidai araşdırma orqanının irəli sürdüyü ittihamda təqsirləndirilən şəxslərin öz səlahiyyətlərindən istifadə edərək parklanma və ya yol nişanlarının quraşdırılmasını təmin etdikləri və yaxud öz səlahiyyətlərdən istifadə edərək belə razılığın verilməsindən imtina edildiyini irəli sürürlər. Lakin, ittiham orqanı təqsirləndirilən şəxslərin yuxarıda sadalanan vəzifə səlahiyyətinə daxil olan konkret hansı səlahiyyətlərdən istifadə etməklə həmin hərəkətləri təmin etmələrini aydınlaşdırmadan sükutla keçmiş, ümumi sözlərdən istifadə etməklə ittihamı formalaşdırmışdır. Çünki ittiham orqanı təqsirləndirilən şəxslərin səlahiyyətinə aid olan hər-hansı hərəkətə dair heç bir sübut aşkar edə bilməmişdir. Beləki, Aparat rəhbərinin müavinin məktubu ilə parklanmaya etiraz etməmə barədə məktubun əsasını təşkil edən və təqsirləndirilən şəxslər tərəfindən tərtib olunmuş onların səlahiyyətinə aid hər-hansı layihə, parklanma yerlərinin təşkili yerlərinə dair müvafiq rəy, yol nişanlarının təşkilinə dair hər-hansı təklif aşkar edilməmişdir. İbtidai araşdırma orqanı tərəfindən aşkar edilən yeganə sübut parklanmaya etiraz edilməmə ilə bağlı BNA-nın rəhbər şəxsləri tərəfindən hüquqi şəxslərin təmsilçilərinə (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə) ünvanlanmış məktublardır ki, həmin məktubların da heç bir hüquqi qüvvəsi olmamaqla etibarsız sənədlərdir, özlüyündə parklanma üçün hüquqi əsası olmayan məktubdur. Çünki yuxarıda sadalanan normativ hüquqi sənədlərə uyğun olaraq parklanma və yol nişanlarının quraşıdırılması üçün müvaiq təhlillər aparılmalı, rəsmiləşdirilməli, rəy və təkliflər hazırlandıqdan sonra toplanmış müvafiq sənədlər əsasında səlahiyyətli vəzifəli şəxs digər əlaqəli təşkilatlarla razılaşdırmaqla parklanma və ya yol nişanlarının quraşdırılmasına münasibət bildirməyə səlahiyyətli idi. Lakin ibtidai araşdırma orqanı müvafiq rəsmiləşmələr aparılmadan BNA-nın vəzifəli şəxsləri tərəfindən hüquqi şəxslərin (hüquqi şəxs yaratmayadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə) təmsilçilərinə göndərilən məktublarla bağlı araşdırma aparmaqdan və onların məsuliyyəti məsələsini həll etməkdlən yan keçdiyi üçün təqsirldəndirilən şəxslərin əməlinin tövsifi ilə bağlı anlaşılmazlıq yaranmışdır. Ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduqları əməlin hüquqi tövsifi işin faktiki halları nəzərə alınmaqla aparılmalıdır. Deməli, təqsirləndirilən şəxslər özlərinin BNA-nin vəzifəli şəxsləri olmaları ilə ayrı-ayrı hüquqi şəxslərin nümayəndələrinin etibarını qazanaraq paklanma və yol nişanları üçün yer ayrılması adı ilə onlardan pul vəsaiti alır və vəd etdikləri hərəkətin həyata keçirilməsi üçün vəzifələrinə aid heç bir hərəkət rəsmiləşdirmədən (hərhansı layihə, parklanma yerlərinin təşkili yerlərinə dair müvafiq rəy, yol nişanlarının təşkilinə dair hər-hansı təklif vermədən) etibarlı olmayan məktubların göndərilməsinə nail olmaqla onlara məxsus vəsaiti ələ keçirmişlər. Mövcud vəziyyəti daha aydın başa düşmək üçün verilən icazələrin mübahisələndirilməsi halında həmin icazələrin heç bir hüquqi əsası olmaması istisnasız olaraq təsdiqini tapmış olar. Çünki onlar hüquqi əsası olmamaqla müvafiq qaydalara və mütəxəssis rəylərinə əsaslanmamışdır. İbtidai araşdırma zamanı təqsirləndirilən şəxslərin əməlinin hüquqi tövsifi üçün istintaq orqanının xüsusilə diqqət yetirməli olduğu hal məhz ondan ibarət olmalıydı ki, təqsirləndirilən şəxslər ayrı-ayrı hüquqi şəxslərin nümayəndəlrindən pul vəsaiti alarkən vəd etdikləri icazənin alınması üçün hansı hərəkətləri etmiş və alınan icazənin özünün etibarlı sənəd olub-olmaması aydınlaşdırılsın. Lakin ibtidai araşdırma orqanı həmin halları ya araşdırmamış, və yaxud qeyd olunan sübutlar mövcud olmadığı üçün həmin məsələnin üzərindən sükutla keçmiş, eyni zamanda yuxarıda qeyd olunduğu kimi müvafiq icazələri verən vəzifəli şəxslərin hərəkətləri ilə bağlı dəyərləndirmə aparmamışdır. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, Nemət Quliyev və Qarabağ küçələrinin əhatəsində yerləşən "xxxx" MMC yaşayış kompleksinin baş plan üzrə F.Məmmədov, Qarabağ və N.Quliyev küçələrindən giriş-çıxışına və minik avtomobillərinin Qarabağ küçəsindən qısamüddətli dayanacaq üçün icazə verilməsi barədə həmin MMCnin direktoru Şahid4 xx.xx.2023-cü il tarixdə Bakı Nəqliyyat Agentliyinə rəsmi müraciətinə dair hər hansı sərəncam vermək səlahiyyəti olmamış, o müraciətlə bağlı şöbənin apardığı araşdırma işlərindən sonra müraciətə dair şöbə müdirinə və ya BNA-nin rəhbərliyinə rəy vermək səlahiyyətinə malikdir, həmin rəyin verilməsi BNA-nin səlahiyyətli şəxslərin müraciətə cavab verilməsi üçün o zaman əsas və etibarlı ola bilər ki, həmin müraciətə digər səlahiyyətli dövlət qurumlarının rəyi olmuş olsun. "xxxx" MMC-nin epizodu üzrə ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin hər hansı bir rəyi, istər kağız üzərində, istərsədə elektron daşıyıcıda aşkar edilməmiş və cinayət işinin materiallarına əlavə edilməmişdir. Həmçinin ibtidai araşdırma orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs2 Bakı Nəqliyyat Agentliyinin 15 oktyabr 2020-ci il tarixli 10-13-341 nömrəli əmrinə əsasən həmin Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin Layihələndirmə sektorunda məsləhətçi vəzifəsinə təyin olunaraq həmin vəzifədə işləyərkən, vəzifə təlimatına əsasən sektora vətəndaşlar və ya dövlət qurumları tərəfindən daxil olan məktubları ərazidə araşdırmaq, ehtiyac olduğu təqdirdə vətəndaşlarla görüşlər keçirmək, layihələrin hazırlanması zamanı ərazidə video və foto çəkilişləri aparmaq, layihələrin icrası zamanı ərazidə müayinələr aparmaq, nəqliyyat vasitələrinin, piyadaların sayını hesablamaq, ərazidə icrası davam edən işlər və ya layihələrin icra vəziyyəti barədə mütəmadi olaraq sektor müdirinə məlumat vermək, sektora daxil olan və cavab hazırlanan məktubların hesabatını hazırlamaq, sektorun iş prosesində qarşıya çıxan problemlər, çətinliklər barədə sektor müdirinə məlumat vermək və təkliflər irəli sürmək, sektorun fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetmək, həmçinin Bakı Nəqliyyat X8 25 noyabr 2020-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol hərəkətinin təşkili şöbəsi haqqında” Əsasnaməyə əsasən yol hərəkətinin və piyada təhlükəsizliyinin təmin edilməsi layihələr hazırlamaq, parklanma yerlərinin təşkili yerlərinə dair müvafiq rəy vermək, yol nişanlarının təşkilinə dair təhlillər aparaq təkliflər vermək, yolların buraxıcılıq qabiliyyətlərini təhlil etmək, yollarda tıxac yaranması səbəblərini araşdırmaq və müvafiq layihələr hazırlamaq, nişanlanma xətlərinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və digər normativ hüquqi aktlarla müəyyən edilmiş normalara uyğun olaraq çəkilməsi barədə təhlillər apararaq təkliflər vermək səlahiyyətlərinə malik olmuş, onun Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, Nemət Quliyev və Qarabağ küçələrinin əhatəsində yerləşən "xxxx" MMC yaşayış kompleksin baş plan üzrə F.Məmmədov, Qarabağ və N.Quliyev küçələrindən giriş-çıxışna və Qarabağ və N.Quliyev küçələrindən giriş-çıxışına və minik avtomobillərinin Qarabağ küçəsindən qısamüddətli dayanacaq üçün icazə verilməsi barədə həmin MMC-nin direktoru Şahid4 xx.xx.2023-cü il tarixdə Bakı Nəqliyyat Agentliyinə rəsmi müraciətinə dair hər hansı sərəncam vermək səlahiyyəti olmamışdır. Yuxarıda qeyd edilən vəzifə funksiyaları texniki işlərin icrası ilə bağlı olmuşdur. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 "xxxx" MMC-nin müraciəti ilə bağlı hər hansı bir rəy verilməsi də müəyyən edilməmiş və belə bir rəy cinayət işinə əlavə edilməmişdir. Belə olan halda təqsirləndirilən şəxslərin "xxxx" MMC-nin inşaat mühəndisi Şahid3 2023-cü ilin may ayında qısamüddətli dayanacaq üçün icazə verilməsinə görə maddi nemət olan 5000 manat pul vəsaitini rüşvət qismində istəməsi öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxslərin məhkəmədə tədqiq edilən Vəzifə Təlimatına əsasən göstərilən məsələ ilə bağlı icazə verilməsinə və ya verilməməsinə görə heç bir səlahiyyətləri olmamış və "xxxx" MMC-yə sonuncunun müraciətinə BNA-nin Aparat rəhbəri məktub verilməklə münasibətini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci maddəsinin dispozisiyası vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, özü və yaxud üçüncü şəxslər üçün maddi neməti istəməsi zəruridir. Burada vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar etdiyi hər hansı hərəkət (hərəkətsizlik) dedikdə qanunla və ya əmək müqaviləsinə əsasən vəzifəli şəxsə həvalə edilmiş sədlahiyyətlərin icrası ilə əlaqədar edilən hərəkət və ya hərəkətsizlik başa düşülməlidir. Azərbaycan Respublikası DİN Baş X13nin "xxxx" MMC-nin dayanacaq üçün müraciət edib-etməməsi barədə hər hansı bir rəsmi sənəd cinayət işinə əlavə edilməmişdir. Cinayət işində olan və məhkəmədə tədqiq edilmiş BNA-nin Aparatın rəhbəri Aqşin Həbibovun 03 iyul 2023-cü il tarixli 3-52-2/2-02331 /2023 saylı məktubundan müəyyən olunur ki, o, Bakı Nəqliyyat Agentliyi Aparatın rəhbəri "xxxx" MMC-nin sədri Şahid4 Agentliyə etdiyi xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və N.Quliyev küçələrinin əhatəsində yerləşən binalarına giriş-çıxış və parklanma sahəsinin təşkil edilməsi barədə müraciətinə cavab verərək sözügedən ərazidə nəqliyyat vasitələri üçün parklanma yerinin təşkil edilməsi məqsədə müvafiq edilmədiyini bildirmişdir (c.2, i.v154). İlk növbədə qeyd olunmalıdır ki, "xxxx" MMC tərəfindən həmin imtina məktubu mübahisələndirilməmiş və ona görə imtinanın qanuni əsaslarla verilməsi preyudisiyası qüvvədədir. Məhkəmədə ifadə vermiş təqsirləndirilən şəxslər "xxxx" MMC-nin hər hansı bir nümayəndəsindən pul tələb etmədiklərini və almadıqlarını göstərmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs2 tanıyır, Təqsirləndirilən şəxs1 isə tanımır. Belə ki, o, “Triumf palace” şirkətində 2021-ci ildən əmək müqaviləsi əsasında inşaat mühəndisi kimi işləyir. Həmin şirkətin direktoru Şahid4dur. Qeyd edilən şirkət tərəfindən Bakı şəhəri Təbriz küçəsi, Nemət Quliyev və Qarabağ küçələrinin əhatəsində yaşayış kompleksi tikilmişdir. Həmin kompleksin qarşısında parklanma yerinin düzəldilməsi zərurəti ilə əlaqədar o, Bakı Nəqliyyat Agentliyinin işçisi Hikmətə 2023-cü ilin may ayında parklanma məsələsi ilə bağlı müraciət etmişdir. Hikmət də BNA-a rəsmi müraciət edilməli olduğunu bildirmişdir. Ondan sonra bir birinə mobil nömrələrini vermiş və qeyd edilən məsələ ilə bağlı əlaqə saxlamağa başlamışlar. Hikmət ona məktubun hansı qaydada yazılmasını və parklanmaya icazə verilməsinə görə nə qədər xərcin çıxması barədə məlumat vermişdir. Hikmət ona bildirmişdir ki, parklanmanın yaradılması ilə bağlı layihə və tikinti işlərinin görülməsi üçün ayrı-ayrı təşkilatlara təxminən 5.000 manata yaxın ödənişlər olunmalıdır. Hikmət ondan «şirinlik», yəni görəcəyi hər hansı işə görə pul istəməmiş, o, yalnız müəyyən məsləhətlər vermişdir. Bundan sonra şirkətin direktoru Şahid4 Hikmətlə olan söhbətin məzmununu bildirdikdən sonra sonuncu da təsdiq etmişdir ki, dövlətin bir neçə qurumunun razılığı əsasında parkinq məsələsi həll oluna bilər. Belə ki, müvafiq layihə tərtib edilməli, həmin layihə həm BNA-da, həm də DYP-də, eyni zamanda Bakı şəhərsalma idarəsində rəylər verilməklə ümumi razılıq olduqdan sonra parkinq açıla bilər. Bundan sonra bu məsələnin həlli ilə müvafiq dövlət qurumlarına rəsmi müraciət etməklə şirkətin direktoru Şahid4 şəxsən məşğul olmuş, Təqsirləndirilən şəxs2 ilə isə bundan sonra heç bir münasibətləri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs2 tanıyır, Təqsirləndirilən şəxs1 isə tanımır. Belə ki, o, “Triumf palace” şirkətinin təsisçisi və direktorudur. Həmin şirkət Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, Nemət Quliyev və Qarabağ küçələrinin kəsişməsində 8 binadan ibarət yaşayış kompleksini inşa etmiş, avtomobil yolundan yaşayış kompleksinə daxil olan hissədə yolu əhatə edən beton plitələri götürməklə yaşayış kompleksinə yolun açılması və müvafiq nişanlanma quraşdırılması üçün Bakı nəqliyyat agentliyinə müraciət etmişlər. Lakin agentlikdən “Triumf palace” şirkətinə, yəni ona bu işin görülməsi üçün rədd məktubu verilmişdir. Bundan sonra mühəndisi olan Şahid3 bu işlə şəxsən məşğul olmağı tapşırmış, sonuncu BNA-nin əməkdaşı Təqsirləndirilən şəxs2 ilə əlaqə yaratmış və onunla birlikdə onun kabinetinə gələrək Hikmətlə söhbəti olmuşdur. Hikmət ona aydınlaşdırmışdır ki, belə bir icazənin alınması üçün bir neçə təşkilatın razılığı lazımdır. Həmin təşkilatlar Bakı şəhər yol polisi və X4 Lahiyə institutunun təsdiq olunmuş layihəsi lazımdır. Buna qədər o, Şahid3 yaşayış kompleksinə yolun açılması üçün BNA-ya 5.000 manata qədər ödəniş etməyi razılaşmış, lakin Hikmətlə söhbətdən sonra onun və Fərzaminin xidmətlərindən imtina etmiş, özü hüquqşünas olduğu üçün bu məsələ ilə özü məşğul olmuş, Bakı Yol Polisi tərəfindən icazəni almış, həmçinin X4 Lahiyə institutunun təsdiq olunmuş layihəsini almış, hal-hazırda bu məsələnin, yəni yolun açılaraq yaşayış kompleksinə yolun açılması və müvafiq nişanlamanın icra məsələsi yekun mərhələdədir. X4 Lahiyə institutunun tərtib etdiyi layihəyə görə həmin instituta köçürmə vasitəsi ilə 5.400 manat pul ödəmişdir. Hikmətin Fərzaminə izahında da Hikmət bu işin görülməsi üçün təxminən 5.000 manat ödənişin olmasını demişdir. Fərzamin ona deməmişdir ki, Hikmət ondan rüşvət istəyir. Belə bir hal olmamışdır. Göründüyü kimi, Hüquqi şəxsin nümayəndəsinin özünün etirafı və parklanma ilə bağlı sonrakı hərəkətləri təsdiq etmişdir ki, həmin MMC-ə parklanma ilə bağlı imtina məktubunun verilməsi əsaslı olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci maddəsinin dispoziyasının daha bir tövsifedici xüsusatı vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə özü və yaxud üçüncü şəxslər üçün maddi nemət istəməsidir. Təqsirləndirilən şəxslər xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkət etməmişlər, hər hansı icazə və ya sərəncam vermək səlahiyyətləri olmadıqları üçün onların özləri üçün bu hərəkətə görə maddi nemət istəməsi və ya alması rüşvət alma kimi qiymətləndirilə bilməz, təqsirləndirilən şəxslərin üçüncü şəxslər üçün maddi neməti istəməsi və ya alması da ibtidai araşdırma və məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru və inşaat mühəndisin hər hansı məbləğin Təqsirləndirilən şəxs2 tərəfindən istəməsini inkar etmələri və ona hər hansı məbləğdə pul verməmələri barədə ifadələri, bununla bağlı hüquq-mühafizə orqanlarına şikayətlə müraciət etməmələri, Təqsirləndirilən şəxs2 onlara əldə etmək istədikləri məsələ ilə bağlı prosedur qaydalarını izah etdiyini, icazənin hansı dövlət qurumlarından almaları barədə məlumat verdiyini, tələb olunan layihə və görüləcək quraşdırma işlərin xərcinə dair məlumat verdiyini bildirmələri təqsirləndirilən şəxslərin bu epizad üzrə hər hansı cinayət tərkibinin, o cümlədən dələduzluq cinayət alətinin olmadığını göstərir və bu epizodla bağlı təqsirləndirilən şəxslərin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrin tərkibi yoxdur və bu epizod ittihamdan xaric olunur. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma orqanı tərəfindən «New Med» klinikasının qarşısında “cib” tipli parklanma sahəsinin təşkil olunması üçün 5.000 (beş min) manat məbləğində pul vəsaitini, «Avrasiya» hospitalın qarşısında nəqliyyat vasitələrinin saxlanılmaması üçün 1.1 qarşılıqlı hərəkəti ayıran yol xəttinin çəkilməsi və 3.28 durmaq qadağandır yol nişanının quraşdırılmasına görə 5.000 (beş min) manat məbləğində pul vəsaitini, ünvan 4 ünvanında yerləşən «Küzə» restoranının qarşısında parklanma sahəsinin təşkil olması üçün ümumilikdə 6.500 (altı min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə təkrarən rüşvət qismində almaqda ittiham olunurlar. Təqsirləndirilən şəxslər məhkəmə baxışı zamanı həmin epizodlar üzrə pul almadıqlarını israr etsələr də məhkəmə hesab edir ki, hər üç epizod üzrə onların zərərçəkən şəxslərdən pul almaları işdə olan sübutlarla, o cümlədən özlərinin istintaq zamanı vermiş olduqları etirafları, zərərçəkən şəxslərin, şahidlərin ifadələri, keçirilmiş əməliyyat tədbirləri və digər təkzibedilməz sübutlarla təsdiq edilir. Lakin, məhkəmə təqsirləndirilən şəxslərin əməlinin tövsifi ilə bağlı yuxarıda qeyd olunan hüquqi dəyərləndirmədən çıxış edərək bir daha qeyd edir ki, həmin epizodlar üzrə onların əməli rüşvət alma kimi dəyərləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsənin Plenumunun «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2015-ci il tarixli 36-cı bəndinə əsasən özgənin əmlakını ələ keçirmək məqsədilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edib aldadaraq və ya etibardan sui-istifadə edərək pul, qiymətli kağızlar və ya sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd olunduğu kimi, təqsirləndirilən şəxslər özlərinin BNA-nin vəzifəli şəxsləri olmaları ilə ayrı-ayrı hüquqi şəxslərin nümayəndələrinin etibarını qazanaraq paklanma və yol nişanları üçün yer ayrılması adı ilə onlardan pul vəsaiti alır və vəd etdikləri hərəkətin həyata keçirilməsi üçün vəzifələrinə aid heç bir hərəkət rəsmiləşdirmədən (hər-hansı layihə, parklanma yerlərinin təşkili yerlərinə dair müvafiq rəy, yol nişanlarının təşkilinə dair hər-hansı təklif vermədən) etibarlı olmayan məktubların göndərilməsinə nail olmaqla onlara məxsus vəsaiti ələ keçirməklə dələduzluq etmişlər. Beləliklə, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxslərin himayəsində azyaşlı uşağının olmasını və vurulmuş maddi zərəri zərərçəkmiş şəxslərə ödəmələrini onların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxslərə CM-nin 178.2-ci maddəsi ilə cəza təyin etdikdə nəzərə alır ki, bu maddənin sanksiyası dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəza növlərini nəzərdə tumuşdur. Məhkəmədə tədqiq edilmiş «cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 25 iyul 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş «şübhəli şəxsin tutulması haqqında» 25 iyul 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, CM-nin 308.2, 311.3.1, 311.3.2 və 311.3.2-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilmiş Bakı Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, apellyasiya protesti təmin olunmaqla CM-nin 308.2, 311.3.1, 311.3.2 və 311.3.2-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin eyni müddətə ev dustaqlığı ilə əvəz edilməsinə dair Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnamələrindən müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar, Təqsirləndirilən şəxs1 xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, onun öhdəsində bir azyaşlı uşağı var, Təqsirləndirilən şəxs2 xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, onun öhdəsində üç azyaşlı uşağı vardır. Məhkəməyə Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 təqdim etdikləri notarial qaydada təsdiq olunmuş ərizələrindən müəyyən olunur ki, onlara təqsirləndirilən şəxslər tərəfindən vurulmuş ziyan tamamilə ödənilmiş, onlar təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərin ailəli olmaqla öhdələrində azyaşı uşaqların olmasını, ilk dəfə məhkəmə məsuliyyətinə cəlb olunduqlarını, zərərçəkmiş şəxslərə vurduqları zərəri ödədikərini, sonuncuların onlarla barışdığını, onların bir ildən artıq həbsdə saxlanmalarının onların islah olunmalarındakı rolunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarət olan azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi cəzanın məqsədlərini təmin etmiş olar. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilərkən onların yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək kimi vəzifələri üzərlərinə qoya bilər. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 cinayət əməllərini BNA-nin şöbə müdirinin müavini, Təqsirləndirilən şəxs2 isə həmin Agentlikdə məsləhətçi işləyərkən törətməsini nəzərə alaraq, onların barəsində dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının da əlavə cəza qismində təyin edilməsini qanunamüvafiq hesab edir. Məhkəmə həmçinin təqsirləndirilən şəxslərin 25 iyul 2024-cü il tarixdən 24 sentyabr 2024-cü il tarixədək həbsdə olduqlarını da nəzərə alnmalıdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə CM-nin 52-1.2-ci maddəsinə əsasən məhkumların üzərinə yaşayış yerini saat 22:00-dan növbəti günün saat 06-na kimi tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; yaşadıqları Bakı şəhərinin hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini qoymalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə təqsirləndirilən şəxslərə aid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan əməliyyat tədbirinin keçirilməsi üçün Zərərçəkmiş şəxs2 protokolla təqdim olunmuş və Azərbaycan Respublikası Baş Prokurorluğunun Madditexniki təminat şöbəsində saxlanılan D07972618, C 56813690, C23046571, D 00317082, C 67727162, C 97970028, C 82487068 seriya və nömrəli 100 manatlıq əskinaslardan ibarət 700 manat, B11489289, A61779975, A 19194647, A 37820742, A 05923512, A 49925692 seriya və nömrəli 50 manatlıq əskinaslardan ibarət 300 manat pul Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat təminatı şöbəsinə qaytarılmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Baş Prokurorluğunun Madditexniki təminat şöbəsində saxlanılan 3650 (üç min altı yüz əlli) manat pula dair məsələ Azərbaycan Respublikası CPM-nin 128-132-ci maddələrinin tələblərinə əsasən həll edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərcləri olan 238 (iki yüz lotuz səkkiz) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankındakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, M/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına köçürülməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə,
hökm etdi:
1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 02 (ik) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 25 iyul 2023-cü il tarixdən 24 sentyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) il 01 (bir) ay 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla üzərində qəti olaraq 08 (səkkiz) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Təqsirləndirilən şəxs2 Bakı şəhəri Probasiya İdarəsinə qeydiyyata alındığı vaxtdan hesablansın və Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 22:00dan növbəti gün saat 06-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun, barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə verilmiş ittihamdan Dövlət ittihamçısı imtina etməsi qəbul edilsin və Təqsirləndirilən şəxs2 həmin maddə ilə cinayət təqibinə xitam verilsin.
2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 02 (ik) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 25 iyul 2023-cü il tarixdən 24 sentyabr 2024-cü il tarixədək həbsdə və həbsə bərabər tutulan ev dustaqlığında saxlanıldığı 01 (bir) il 01 (bir) ay 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla üzərində qəti olaraq 08 (səkkiz) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasını əvvəli Təqsirləndirilən şəxs1 Bakı şəhəri Probasiya İdarəsinə qeydiyyata alındığı vaxtdan hesablansın və Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 22:00dan növbəti gün saat 06-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun, barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə verilmiş ittihamdan Dövlət ittihamçısı imtina etməsi qəbul edilsin və Təqsirləndirilən şəxs1 həmin maddə ilə cinayət təqibinə xitam verilsin. İş üzrə maddi sübut olan əməliyyat tədbirinin keçirilməsi üçün Zərərçəkmiş şəxs2 protokolla təqdim olunmuş və Azərbaycan Respublikası Baş Prokurorluğunun Madditexniki təminat şöbəsində saxlanılan D07972618, C 56813690, C23046571, D 00317082, C 67727162, C 97970028, C 82487068 seriya və nömrəli 100 manatlıq əskinaslardan ibarət 700 manat, B11489289, A61779975, A 19194647, A 37820742, A 05923512, A 49925692 seriya və nömrəli 50 manatlıq əskinaslardan ibarət 300 manat pul Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat təminatı şöbəsinə qaytarılsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Baş Prokurorluğunun Madditexniki təminat şöbəsində saxlanılan qalan pul vəsaitindən 3650 (üç min altı yüz əlli) manat pula dair məsələ Azərbaycan Respublikası CPM-nin 128-132-ci maddələrinin tələblərinə əsasən həll edilsin. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində saxlanılan Təqsirləndirilən şəxs2 məxsus bir ədəd «Samsung Galaxy» markalı mobil telefon Təqsirləndirilən şəxs2 qaytarılsın. Cinayət işinin materiallarına əlavə edilmiş 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri olan 238 (iki yüz otuz səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova