Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-972/2025 22.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1980-cı il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşgul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 17 noyabr 2024-cü il tarixdə faktiki saxlanılmış, 18 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 noyabr 2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı “Ülvi” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən “Ülvi” adlı şəxsin bildirdiyi yerdən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 9520 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və təsiredici maddəsinin ümumi miqdarı 16 qram olmaqla külli miqdar təşkil edən 40 ədəd blisterdə ümumilikdə 400 ədəd narkotik vasitə metadon həbi əldə etmiş, aralarında olan cinayətkar sövdələşməyə əsasən satıb əldə olunacaq pulu bölmək məqsədi ilə əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı və metadon həblərini idarə etdiyi “Renault Megane” markalı, **-SC-*** qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: DİN, BNMİ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 noyabr 2024-cü il tarixdə, saat 21:08-də ünvan 2 ünvanının yaxınlığında saxlanılmış, həmin tarixdə, saat 21:12 dəqiqədən etibarən özünün iştirakı ilə idarə etdiyi “Renault Megane” markalı, **-SC- *** qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin arxa yük hissəsindən 02 ədəd narıncı rəngli sintetik torbada qablaşdırılmış 07 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 930 qram, 970 qram, 980 qram, 745 qram, 1965 qram, 1950 qram, 1980 qram, ümumilikdə 9520 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə qurudulmuş marixuana və təsiredicİ maddəsinin ümumi miqdarı 16 qram olmaqla külli miqdar təşkil edən 40 ədəd blisterdə, ümumilikdə 400 ədəd narkotik vasitə metadon həbi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsəd ilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana və metadon narkotik vasitələrini əldə etməsi, avtomaşınında daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cümaddəsiilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ona elan edilmiş ittihamın 99 %-i nağıldır. Belə ki, o, özü 2008, 2009-cu ildən narkotik istifadəçisi olmuş, əvvəllər bəzi yerlərdən 50 qr, 100 qr tapıb ala bilmiş və bu ona 1-2 ay bəs etmişdir. Narkotik vasitə olaraq nəşə, yəni marixuana istifadə etmişdir. Lakin sonralar toplu şəkildə almağa başlamışdır. Belə ki, lap əvvəllər o, bazarda işləyəndə Ülvi adlı usta ilə tanış olmuş, söhbət əsnasında Ülvinin narkotik satmaqla məşğul olması ona aydın olmuş və beləliklə də araları açılmışdır. Ülvinin usta olmadığını isə sonralar öyrənib bilmişdir. Bazarda işləyəndə Ülvi onun özünün istəyi ilə ona az-az narkotik gətirmişdir. Axır 2-3 ildə isə 3-5 aydan bir zəng etmiş, nə lazımdırsa, yəni narkotik lazım olduğu təqdirdə gəlib götürməyi təklif etmişdir. Ülvinin onda nömrəsi olmamış, sonuncu Rusiya, Türkiyə nömrəsi ilə ona zənglər etmiş,malı olduğunu demişdir. Ülvinin ünvanını təqribi bilsə də, lakin Masallıda yaşadığını dəqiq bilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, sonuncu dəfə də Vüsal ona zəng etmiş, narkotik istədiyi halda onda olduğunu bildirmişdir. Almaq istəmiş, ondan yerli, Azərbaycanda yetişdirilən mal istəmiş və o, olduğunu demiş, 150 qram marixuananı 1000 manata razılaşmışlar. O, rayonda olduğunu bildirmiş, rayondan qayıdıb gələndə həmin narkotiki götürəcəyini demişdir. Sonra Vüsal ona zəng etmiş, onda 1 paket də 150-200 qram arası əlavə narkotik olduğunu bildirmiş, bir də olmyacağını demiş və onu da almağı təklif etmişdir. Üstündə o qədər pulu olmadığını dedikdə o, «heç nə olmaz, 1-2 günə verərəsən» demişdir. O, razılaşdıqda, sonuncu ona götürməli olduğu malın Masallıdakı yerini demiş və o, idarə etdiyi maşında onu götürməyə gedib narkortiki qoyulduğu yerdən götürmüşdür. Həmin narkotikləri büküb maşında arxa oturacaqların altına qoymuş, yerləşdirməzdən əvvəl açıb necə olduğunu yoxlamaq üçün içinə baxmış, həm də keyfiyyətinə baxmaq üçün bir az götürmüşdür. Bundan sonra o, Bakıya Qaraçuxura qayıdıb gəlmiş, həm götürdüyü malın pulunu verməsi və həm də üstündə pul olmadığından özü üçün bir az pul götürmək istəmişdir. Həmin gün onun üstündə cxəmi 500 manat pul olmuşdur. Ülvi özü Bakıda olmuş, amma Masallıdan kiməsə onap konum atmış, o da gedib götürmüşdür. 300 qram marixuanaya görə o, Ülviyə 2000 manat pul verməyi nəzərdə tutmuşdur. O, Qazaxdan birbaşa Masallıya gedib narkotiki götürüb Bakıya gəlmiş və pulu Ülviyə Bakıda verməyi razılaşmışdır. Masallıdan gəlib Qaraçuxurda həmin ünvanda maşını saxlamış, qonşunun kamerasına düşməməsi üçün birbaşa baqajdan götürüb evə qoyması məqsədilə aldığı narkotikləri oturacaqların altından götürüb baqaja qoymuşdur. Narkotiki götürməyə gələndə isə arxadan kimsə onu maşının içinə itələyib üstünə uzanmışdır. Sonra daha bir nəfər gəlmiş və onun Emil adında əməliyyatçı olduğunu bilmişdir. Onlardan başqa 3-4 nəfər də gəlmişdir. Sonra onu maşından çıxarıb əlini qandallamış və üstünü axtarmağa başlamışlar. Üstündə telefon, sağ cibində 70 manat pul, sol cibində isə 500 manat pul olmuşdur. Həmin pulları narkotik aldığı adama verməyi, əlavə olaraq kartdan da pul çıxarıb üstünə qoyub 1000 manat verməyi nəzərdə tutmuşdur. Maşının sənədləri isə maşında olmuşdur. Onlar maşının baqajını açanda o, hal şahidi tələb etmişdir. Bunu deyəndə arxadan biri onun boynunun arxasına vurmuş və təhqiramiz sözlər işlətmişdir. Digərləri artıq baqajı açmış və narkotik olan çantanı əlinə almışdır. Üzünü çevirəndə arxadan bir dəfə də vurulmuşdur. Onlardan birinin əlində dərmanları qara rəngli zibil paketlərinə qoyub maşının içinə qoymasını görüb, «nə edirsən?» demişdir. Həmin əməliyyatçı isə həmin dərmanların elə burada, yəni maşında olduğunu bildirmişdir. O, bunu qəbul etmədikdə həmin adam onun boynunun arxasına bir də vurmuş və təsirdən gözləri qaralmışdır. O, başqa cür hərəkət edəcəyi təqdirdə, başına oyun açacaqları ilə onu hədələmişlər. Onun çəkilişdən xəbəri olmamışdır. Onlar maşının baqajını bağlayıb telefonla çəkiliş etməyə başlamışlar. Çəkilişi əməliyyatçıların biri aparmışdır. Emil adlı şəxs özünü təqdim etmiş, dərmanlar sayılmış və təqdim edilmişdir. Emil çəkən şəxsə nəsə işarə etmiş, o da telefonun enerjisinin bitdiyini bildirmişdir. Yenidən çəkiliş başlamış, Emil kisələri gətirməyi tapşırmışdır. 1-ci çəkilişi edən şəxs onun üstümdə olan 570 manat pulun cəmi 70 manatını onun cibinə qoymuş, 500 manatı isə özünə götürmüşdür. Pulu özlərinə götürmələrini belə izah etmişlər ki, guya çəkilişdə üstündən çox pul çıxacağı təqdirdə, bunun narkotikin alveri ilə məşğul olması və satışdan əldə olunan pul olması kimi qiymətləndiriləcəkdir. Çəkiliş dayandırılmış vəziyyətdə olarkən üzündə şram, belində tapança olan hündürboy əməliyyatçı “nəşə”ləri götürüb uşaqlara paylayacağını bildirdikdə o, istifadə üçün götürdüyü parçanı, onu bükmək üçün olan kağızı da vermiş, onları da götürməyi təklif etmişdir. Ona 2 ədəd un kisəsi qədər narkotik götürməsini, əvəzində 10000 manat alıb kiməsə çatdıracağını etiraf etməsi təklif olunduqda o, 10000 manatın çox olduğunu demiş, onlarla danışıb 1000 manat deməyə razılaşmış, qorxub etiraf etmiş, lakin aşkar olunan metadondan xəbəri olmadığını demişdir. Guya marixuananı verəndə metanfetmaini də onun yanına qoyublar, amma bu barədə ona xəbər verməmişlər. Aşkar olunan narıncı kisələr ona aid olmamış, onun maşınında cəmi 2 ədəd zibil paketində yerli nəşə olmuşdur. Sonra da da videoya uyğun ifadələr vermişdir. Əvvəl sanksiya ilə bağlı məhkəməyə çıxarkən də, işgəncə verəcəklərini düşünüb, hakimə özünü təqsirli bildiyini demişdir. Amma onun maşınında təqribən 10 kq mal olmuşdur ki, o qədər malı 1000 manata heç kəs satmaz. Bunu onu özü bilərəkdən, yalan olduğunu sübut etmək məqsədilə demişdir. O, əməliyyatçıların onu incidəcəklərini düşündüyü üçün onların dediklərini təkrarlamış, izahat və ifadələr vermişdir. Müstəntiq ona yazılanları oxumağa imkan verməmişdir. O, ifadə verərkən dəstə düzəltməklə, satıb pul bölməklə bağlı heç bir şey deməmişdir. Məhkəmədə dediklərini istintaqda müstəntiqə, yaxud başqa yerə bildirməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, maşında 300 qram marixuana olan bağlamaları özünün istifadəsi üçün almış, lakin metamfetamin ona aid olmamışdır ki, həmin maddəni maşına polislər özləri qoymuşlar. Ülvi ilə onun arasında metadon və ya metamfetamin söhbəti olmamışdır. O, heç vaxt narkotiklərin və ya qadağan olunmuş başqa malların satışı ilə məşğul olmamışdır. Onun Qazaxda və Gəncədə 3 dərzixanası və obyektləri, dükanları vardır və onun pula ehtiyacı olmamışdır. O, Ülvidən başqa heç kimlə narkotik barədə danışmamışdır. Onun ibtidai istintaq materiallarında narkotiki naməlum şəxsdən aldığı göstərilmişdir. Halbuki Ülvi haqqında bütün məlumatlar onu saxlayan polislərin əlində olmuşdur. Əməliyyatçılar ona əməkdaşlıq təklif edəndə o, razılaşmış, hətta Ülviyə zəng edib malı bəyənmədiyini deməyi və gəlib malını götürməsi təklifini polislərə bildirmişdir. Polislər Ülvi təklifini qəbul etməmiş, başqa tanışları verməyi bildirmiş, hər bir adam üçün ona 500 manat pul verəcəklərinə söz vermişlər. Lakin o, razılaşmamışdır. Saxlanılarkən onu döysələr də o, xəsarət almadığından bu barədə heç kimə, o cümlədən İstintaq Təcridxanasında deməmiş, tibbi müayinədən keçərkən onda bədən xəsarətləri müəyyənləşdirilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan olunmaqla tədqiq edildi. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ***-***-**-** saylı mobil nömrəni istifadə etmişdir. Ülvi adlı şəxslə 2012-ci ildə 8-ci kilometrdə yerləşən bazarda işləyən zaman tanış olmuşdur. Həmin dövrdə Ülvi bazarda usta kimi işləmişdir. Ülvi ilə mütəmadi olaraq görüşməsələr də, telefon vasitəsi ilə bir- biri ilə əlaqə saxlamışlar. Uzun müddət ərzində o, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş, istifadə etdiyi narkotik vasitələri anket məlumatlarını bilmədiyi şəxslərdən, bəzən isə internet vasitəsi ilə tanıdığı şəxslərlə danışıb onlardan alıb əldə etmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrində ittihamın mahiyyəti üzrə göstərmişdir ki, bir neçə həftə öncə tanışı Ülvi ona zəng etmiş və ümumi mövzularda söhbət etmişlər. Saxlanılmazdan 2-3 gün əvvəl Ülvi yenidən ona zəng edərək ona Masallı rayonu ərazisində göndərəcəyi konumdan (burada: olduğu yerdən) narkotik vasitələri götürərək Bakı şəhəri ərazisinə gətirməyi və həmin narkotik vasitələri sonradan onun bildirəcəyi ayrı-ayrı ünvanlara qoymağı xahiş etmiş, bunun müqabilində ona 1000 manat pul təklif etmişdir. O da maddi sıxıntıları ilə əlaqədar pula ehtiyacı olduğu üçün Ülvinin bu təklifi ilə razılaşmış və ona yaxın günlərdə ailə üzvlərini Ağstafa rayonuna aparacağını, onları Ağstafa rayonuna qoyduqdan sonra Bakı şəhərinə qayıdarkən Masallı rayonu ərazisindən onun göndərəcəyi ünvandan narkotik vasitələri götürərək Bakı şəhərinə gətirə biləcəyini bildirmişdir. 17 noyabr 2024-cü il tarixdə Ülvi WhatsApp proqramı vasitəsi ilə narkotik vasitələrin olduğu konumu və onların fotoşəkilini onun telefonuna göndərmişdir. O da həmin tarixdə Ağstafa rayonundan qayıdarkən Ülvinin göndərdiyi Masallı rayonu ərazisindəki ünvana getmiş, həmin ünvanda bir qədər ətrafa nəzər yetirdikdən sonra göndərilən konumdakı şəkildə əks olunan 02 ədəd kisənin olduğunu görmüşdür. Kisələri götürdükdən sonra onları idarə etdiyi “Renault Megane” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsinə qoymuş, sonra isə Ülvi ilə əlaqə saxlayaraq kisələri götürdüyünü və Bakıya tərəf yola düşdüyünü bildirmişdir. Bakı şəhərinə çatdıqdan sonra, həmin gün, yəni 17 noyabr 2024-cü il tarixdə, saat 21:08-də ünvan 2 ünvanının yaxınlığında idarə etdiyi avtomobilin yanında olan zaman 3 nəfər mülki geyimdə olan polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim etmiş, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində narktoik vasitə olub-olmadığını soruşmuş, olduğu təqdirdə təqdim etməsini təklif etmişlər. Bundan sonra o, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd pul kisəsinin içərisindən 03 ədəd bank kartını, 01 ədəd şəxsiyyət vəsiqəsini, 01 ədəd sürücülük vəsiqəsini, 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, 01 ədəd nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnaməni və 70 manat pulu, əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd “İphone” markalı, üzərində ***-***-**-** nömrəsi olan mobil telefonu çıxarıb təqdim etmişdir. 03 ədəd bank kartı, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd avtomobil sürücülük vəsiqəsini, 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, 01 ədəd nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamə götürülmüş, pul kisəsi, 70 manat pul və 01 ədəd avtomobil açarı isə onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrində daha sonra göstərmişdir ki, bundan sonra idarə etdiyi “Renault Megane” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilə baxış zamanı avtomobilin arxa yük hissəsindən 02 ədəd torbanı çıxarıb təqdim etmişdir. Həmin torbanın içərisindən 07 ədəd bağlamada qurudulmuş marixuana və 400 ədəd metadon həbi aşkar edilmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın qablaşdırma ilə birlikdə ümumilikdə çəkisi 10 kq 240 qram olmuşdur. Bundan sonra həmin kütlələr qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış, möhürlənmiş və götürülmüşdür. Avtomobilin digər hissələrinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən heç bir əşya, predmet aşkar olunmamışdır. Aşkar edilmiş narkotik vasitələrlə əlaqədar onunla sual-cavab aparılmış, o, avtomobildən aşkar olumuş kütlələri “Ülvi” adlı şəxsin vasitəsi ilə 17 noyabr 2024-cü il tarixdə Masallı rayonu ərazisində gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Ülvi” adlı şəxsin ona 1000 manat pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrinin davamında göstərmişdir ki, bundan sonra polis əməkdaşları onu BNMİ-yə aparmış, təhqiqatçı tərəfindən 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, 01 ədəd nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamə onun özünə qaytarılmış, avtomobilindən aşkar edilmiş kütlələrə yenidən baxış keçirilmişdir. O, sorğu zamanı bir daha avtomobilə baxış zamanı verdiyi cavabları təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, Ülvinin göndərdiyi konum üzrə Masallı rayonu ərazisindən götürdüyü kisələrin içərisində metadon həblərinin olmasından məlumatı olmamış, “Ülvi” ona kisələrin içərisində “nəşə” olaraq tanıdığı narkotik vasitə olduğunu demiş, lakin metadon həbləri barədə heç bir məlumat verməmişdir. O kisələrin içərisində metadon həblərinin olduğunu polis əməkdaşları tərəfindən kisələrə baxış keçirilərkən öyrənmişdir. Daha sonra ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur (iş vərəqə: səh. 39-40; 64-66; 80-83). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşı – xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid ifadəsində göstərdi ki, barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs anket məlumatları aydınlapşdırılmış, məlumat raportla rəhbərliyə məruzə edilmiş və Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və Baş İdarənin əməliyyat müvəkkilləri X4 Babayev həmin qrupa daxil edilmişlər. 17 noyabr 2024cü il tarixdə saat 21-22 radələrində Təqsirləndirilən şəxs yaşadığı Qaraçuxur qəsəbəsində, Yaşar Əliyev küçəsi ərazisində olması müəyyən edilmiş və əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin yerə gedilmiş və həmin ərazidə bir qədər müşahidə aparıb, onu saat 21:08də onu Yaşar Əliyev küçəsində 93 nömrəli evin yaxınlığında “Renault Megane” markalı, **- SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında müəyyən etmişlər. Onlar hazırda Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş, onun da Təqsirləndirilən şəxs olduğunu onun özündən öyrənmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş, ona hüquq və vəzifələri izah edilmiş və Ali Məhkəmənin qərarına uyğun olaraq elə yerində videoçəkiliş vasitəsilə üstünün yoxlanılmasına başlanılmışdır. Faktiki yoxlamadan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş maddələri, yaxud əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, lakin Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd pul kisəsinin içərisindən 03 ədəd bank kartını, 01 ədəd şəxsiyyət vəsiqəsini, 01 ədəd sürücülük vəsiqəsini, 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, 01 ədəd nəqliyyat vasitəsinə dair etibarnaməni və üzərində olan 70 manat pulu, özünə məxsus 01 ədəd “İphone” markalı mobil telefonu, həmçinin 01 ədəd avtomobil açarını çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, üzərindən başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon, 03 ədəd bank kartı, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, 01 ədəd nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamə iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, pul kisəsi, 70 manat pul və 01 ədəd avtomobil açarı isə özünə geri qaytarılmışdır. Şahid ifadəsinin davamında göstərdi ki, bundan sonra video çəkilişlə Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Megane” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başlanmış, yenə də baxışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs avtomobildə ola biləcək narkotik vasitələri və ya psixotrop maddaləri, yaxud qanunsuz əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Megane” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsində “nəşə” olaraq tanıdığı narkotik vasitə olduğunu bildirib 02 ədəd torbada 07 ədəd sellofan bağlamanı və hər birində 10 ədəd dərman tabletləri yerləşdirilmiş 40 ədəd blisteri onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd torbada olan 07 ədəd bağlamaya baxış zamanı bağlamaların içərisində bitki mənşəli qurudulmuş marixuana narkotik vasitəsinə oxşar kütlənin və 40 ədəd blisterdə isə 400 ədəd narkotik vasitə metadon həblərinə bənzər kütlələrin olması müşahidə edilmişdir. Sonra qurudulmuş marixuana narkotik vasitəsinə oxşar kütlə 02 ədəd torbada qablaşdırılaraq elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan torbada qablaşdırılmış 07 ədəd bağlamada olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr və 40 ədəd blisterdə olan 400 ədəd narkotik vasitə metadon həbinə bənzər kütlələrin qablaşdırıldığı bağlamalar bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Megane” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin digər hissələrinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Megane” markalı avtomaşından aşkar edilmiş narkotik maddələri pul qazanmaq məqsədi ilə əldə etdiyini, “Ülvi” adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağı müqabilində Ülvimnin ona 1000 manat pul verəcəyini bildirmişdir. Şahid ifadəsinin davamında göstərdi ki, bundan sonra Təqsirləndirilən şəxs və ondan aşkar edilmiş predmetlər onların müşayiətləri ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, orada protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra araşdırmanın davam etdirilməsi İdarənin təhqiqatçısı Yelmar Vahabova həvalə edilmiş və onun tərəfindən Baş İdarənin inzibati binasında videoçəkilişdən istifadə edilməklə təqdim olunmuş əşyalara baxış keçirilməyə başlanmışdır. İlk olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon, 03 ədəd bank kartı, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, 01 ədəd nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnaməyə baxış keçirilmiş, sonra nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamə Təqsirləndirilən şəxs qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Megane” markalı, 99-SC- 840 dövlət qeydiyyat nişanlı avtomobildən təqdim etdiyi 02 ədəd torbada olan 07 ədəd bağlamaya və 40 ədəd blisterdə olan 400 ədəd həbə baxış keçirilmiş, baxış zamanı həmin 07 ədəd bağlamanın içərisində açıq yaşıl rəngli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələrin və 40 ədəd blisterdə 400 ədəd narkotik vasitə metadon həblərinə bənzər kütlələrin olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş 02 ədəd torbada olan narkotik vasitə qurudulmuş marixuanaya və narkotik vasitə metadon həblərinə oxşar kütlələrə baxış keçirildikdən sonra təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra təqdim edilmiş Təqsirləndirilən şəxs üstünün yoxlanılması və avtomobilə baxış keçirilməsinin qeydə alındığı 01 ədəd CD diskə baxış keçirilməyə başlanmış, CD diskdə olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar edilməsi barədə bildirməsinin əks olunması müşahidə edilmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Megane” markalı, 99- SC-840 dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş narkotik vasitələri “Ülvi” adlı şəxsin vasitəsi ilə saxlanıldığı gün Masallı rayonu ərazisindən gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, “Ülvi” adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə sonuncunun ona 1000 manat pul verəcəyini bildirmişdir. Təqdim edilmiş əşyalara baxış və götürmə başa çatdıqdan sonra bu barədə protokol tərtib olunmuş və həmin protokolu imzalamışlar(iş vərəqə: 121-124). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən DİN-nin BNMİ-nin digər əməkdaşı – əməliyyat müvəkkili X2 məhkəmədə dindirilmiş həmkarı - Şahid ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Daha sonra, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilən DİN-nin BNMİ-nin digər əməkdaşı – əməliyyat müvəkkili X3 ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, sonuncu məhkəmədə şahid qismində dindirilmiş həmkarı Şahid və X2 ilə oxşar məzmunlu ifadə verib, onların ifadəsində işin halları ilə bağlı göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: 129-132). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilinə baxış keçirilməsinə dair” 17 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış keçirilməsinə dair hərəkətlər ünvan 2 ünvanının yaxınlığında həyata keçirilmişdir. Tədqiq olunan protokoldan görünür ki, baxış videoçəkiliş müşaiyəti ilə həyata keçirilmiş, baxış keçirilməsində DİN-nin BNMİ-nin əməliyyat müvəkkilləri X2 və X5 iştirak etmişlər. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına başlamazdan əvvəl ilk olaraq əməliyyat müvəkkili tərəfindən Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya olmadığını bildirərək əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd pul kisəsinin içərisindən 03 ədəd bank kartını, özünün şəxsiyyət və sürücülük vəsiqələrini, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, nəqliyyat vasitəsindən istifadə edilməsinə hüquq verən etibarnaməni, 70 manat pulu, əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən 01 ədəd avtomobil açarını təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, üzərindən başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon, 03 ədəd bank kartı, ona məxsus şəxsiyyət və sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, nəqliyyat vasitəsindən istifadə hüququna dair etibarnamə götürülmüş, pul kisəsi, 70 manat pul və 01 ədəd avtomobil açarı isə Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Tədqiq olunan həmin protokoldan daha sonra görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsindən sonra onun idarə etdiyi “Renault Megane” markah, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs avtomobildə ola biləcək narkotik vasitələri və psixotrop maddaləri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyəti kəsb edən əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs İdarə etdiyi “Renault Megane” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsində “nəşə” olaraq tanıdığı narkotik vasitə olduğunu bildirib 02 ədəd torbanın içərisindən 07 ədəd sellofan bağlamanı və 40 ədəd blisterİ təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd torbada olan 07 ədəd bağlamaya baxış keçirilmiş, baxış zamanı bağlamaların içərisində yaşıl rəngli, spesifik qoxuya malik olan qurudulmuş marixuana narkotik vasitəsinə oxşar kütlənin, 40 ədəd blisterdə isə 400 ədəd narkotik vasitə metadon həblərinə bənzər kütlələrin olması müşahidə edilmişdir. Sonra həmin kütlələr 02 ədəd torbada qablaşdırılaraq elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan torbada qablaşdırılmış 07 ədəd bağlamada olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və 40 ədəd blisterdə olan 400 ədəd narkotik vasitə metadon həbinə bənzər kütlələr iş üzrə sübut əhəmiyyətinə malik olduğundan iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Megane” markah, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin digər hissələrinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Megane” markalı, **-SC-*** dövlət qydiyyat nişanlı avtomobildən aşkar edilmiş narkotik vasitələri “Ülvi” adlı şəxsin vasitəsi ilə saxlanıldığı gün Masallı rayonu ərazisindən gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi İlə əldə etdiyini, “Ülvi” adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə sonuncunun ona 1000 manat pul verəcəyini bildirmişdir. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, prosessual hərəkətlərə 17 noyabr 2024-cü il tarixdə, saat 21:12-də başlanılmış və həmin tarixdə, saat 21:34-də bitmiş, baxış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd CD formatlı disk protokola əlavə edilmişdir(iş vərəqə: səh. 11-13, 14). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “Təqdim olunan əşyalara baxış keçirilməsi və götürmə haqqında” 17 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı Yelmar Vahabov tərəfindən BNMİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üstünü yoxlama və idarə etdiyi avtomobilə baxış keçirilməsi zamanı aşkar edilərək götürülmüş əşyalara və 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış və götürmə zamanı BNMİ-nin əməliyyat müvəkkilləri müvəkkilləri X2 və X5 iştirak etmişlər. Baxışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üstünə baxış nəticəsində ona məxsus bir ədəd “İphone” markalı mobil telefon, 03 ədəd bank kartı, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, 01 ədəd nəqliyyat vasitəsindən istifadə hüququna dair etibarnamə götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etmədiyindən 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, 01 ədəd nəqliyyat vasitəsindən istifadə hüququna dair etibarnamə Təqsirləndirilən şəxs qaytarılmışdır. Tədqiq olunan protokoldan daha sonra görünür ki, Təqsirləndirilən şəxs İdarə etdiyi “Renault Megane” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsinə baxış keçirilmiş, baxış prosesində Təqsirləndirilən şəxs 02 ədəd torbanın içərisinə qablaşdırılmış 07 ədəd sellofan bağlamanı və 40 ədəd blister təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd torbada olan 07 ədəd bağlamaya baxış keçirilmiş, baxış zamanı bağlamaların içərisində yaşıl rəngli, spesifik qoxuya malik olan qurudulmuş marixuana narkotik vasitəsinə oxşar kütlənin, 40 ədəd blisterdə isə 400 ədəd narkotik vasitə metadon həblərinə bənzər kütlələrin olması müşahidə edilmişdir. Proses videolentə alınmışdır. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, təqdim edilmiş 02 ədəd torbaya və 01 ədəd DVD-yə baxış keçirilmiş, 02 ədəd torbaya baxış zamanı içərisində 07 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin və 400 ədəd narkotik vasitə metadon həblərinə bənzər həblərin olması müşahidə edilmişdir. DVD diskə baxış zamanı narkotik maddəyə bənzər kütlələrin aşkar edilməsi və Təqsirləndirilən şəxs bu barədə məlumat verməsi müəyyən edilmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs avtomobildən aşkar olunmuş narkotik vasitələri “Ülvi” adlı şəxsin vasitəsi ilə saxlanıldığı gün Masallı rayonu ərazisində gizlədilmiş yerdən ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, adı çəkilən narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Ülvi” adlı şəxsin ona 1000 manat pul verəcəyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, prosessual hərəkətlərə 17 noyabr 2024-cü il tarixdə, saat 23:10-da başlanılmış və həmin tarixdə, saat 23-26-da bitmiş, baxış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd CD formatlı disk protokola əlavə edilmişdir(iş vərəqə: səh. 17-18, 19). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 18 noyabr 2024-cü il tarixli, 3-16-16-2-7/1871 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus avtomobildən” yazısı və imzalar olan narıncı rəngli sintetik torbadakı 04 (dörd) ədəd polietilen bağlamada ayrıayrılıqda təmiz çəkiləri 930 qram, 970 qram, 980 qram, 745 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiq olunan rəydən, həmçinin görünür ki, tədqiqata təqdim edilmiş narıncı rəngli sintetik torbadakı 03 (üş) ədəd polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1965 qram, 1950 qram, 1980 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurdulmuş marixuanadır. Daha sonra tədqiq olunan rəydən görünür ki, tədqiqata təqdim edilmiş marixuanaların ümumi çəkisi 9520 qramdır və marixuanalar tərkiblərinə görə eynidirlər. Rəyin qeyd hissəsi ilə müəyyən edilmişdir ki, marixuananın ümumi çəkisi 9520 qram olmuş, cəmi 0,7 qram (hər obyektdən 0,1 qram) tədqiqata sərf olunmuş, 9519,3 qram qalmışdır(iş vərəqə: səh. 44-48). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 18 noyabr 2024- cü il tarixli, 6/5220 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus avtomobildən götürüldüyü qeyd olunan, üzərində “..Methadone 40..” göstəricisi olan 40 (qırx) ədəd blisterdə ümumilikdə 400 (dörd yüz) ədəd dərman tabletləri kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eyni tərkibli olub narkotik vasitə - metadondur, 400 (dörd yüz) ədəd dərman tabletlərinin tərkibində metadon təsiredicİ maddəsinin ümumi miqdarı 16 qram (üzərindəki göstəricilərə əsasən bir tabletdə 0,04 qram) təşkil edir. Rəyin qeyd hissəsi ilə müəyyən edilmişdir ki, metadon tabletlərinin ümumi sayı 400 tablet olmuş, cəmi 10 tablet tədqiqata sərf olunmuş, 390 tablet qalıq qalmışdır(iş vərəqə: səh. 50-53). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7841 nömrəli rəyindən görünür ki, məhkəmənarkoloji müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: səh. 138-139). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 9520 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və təsiredici maddəsinin ümumi miqdarı 16 qram təşkil edən külli miqdarda 40 ədəd bilsterdə ümumilikdə 400 ədəd narkotik vasitə metadon həbi maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 9519,3 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və qalıq qalmış 390 ədəd metadon həbi saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir(iş vərəqə: səh. 100- 102). İbtidai istintaq orqanının 19 dekabr 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərinə və onun idarə etdiyi “Renault Megane” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi və götürmə, təqdim olunan əşyaya təhqiqatçı tərəfindən baxış keçirilməsi və götürmə proseslərinin videogörüntüləri yüklənmiş 02 (iki) ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmışdır. İbtidai istintaq orqanının iş üzrə əməliyyat tapşırığına verilmiş əməliyyat cavablarından görünür ki, “Ülvi” adlı şəxs aşkar edilmiş narkotik vasitələri cinayətdə əlbir olduğu digər naməlum şəxslər vasitəsi ilə Təqsirləndirilən şəxs çatdırmış, sonuncu isə həmin narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə etmişdir. Lakin “Ülvi” adlı şəxsin, eləcə də cinayətin digər iştirakçılarının şəxsiyyətinin müəyyən edilməsi hələlik mümkün olmamışdır(iş vərəqə: səh. 106-107, 161). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş külli miqdarda narkotik vasitələrin mənbəyini və «Ülvi» adlı şəxsi müəyyənləşdirmək məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 162-163). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya» əsasən qurulumuş marixuana narkotik vasitəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddi 50000 qram, metadon narkotik vasitəsinin xeyli miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 0,02 qram, külli miqdar daxil olmaqla aşağı həddi 1,6 qram, xüsusilə külli miqdar daxil olmaqla aşağı həddi 160 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 9520 qram qurulumuş marixuana narkotik vasitəsinin və miqdarı 16 qram təşkil edən 40 ədəd blisterdə ümumilikdə 400 ədəd metadon narkotik vasitəsinin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı»da nəzərdə tutulmuş qurulumuş marixuana və metadon narkotik vasitələrinin start külli miqdar həddindən qat-qat artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarında məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CMnin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilibtörədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli həmin qərarının doqquzuncu bəndində qeyd olunur ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və psixotrop maddələri təkcə satma deyidl, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yartdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd olunan Plenum Qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında müxtəlif növlərdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana və metadon narkotik vasitələrini əldə edərək üzərində saxlaması, daşıması, onun məhkəməyədək icraat mərhələsində şəxsi axtarış və götürmə prosesində, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində səmimi, məhkəmə baxışı zamanı isə qismən etirafı, aşkar olunub götürülən qurulumuş marixuana və metadon narkotik vasitələrinin start külli miqdar həddindən dəfələrlə artıq miqdarda olması, Təqsirləndirilən şəxs barədə əməliyyat orqanının məlumatları təqsirləndirilən şəxsin həmin narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəifndən satış məqsədilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana və metadon narkotik vasitələrini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadələrində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə özünü qismən, yəni aşkar olunub götürülən qurudulmuş marixuana narkotik vasitəni 300 qram olmaqla satış məqsədilə deyil, özünün şəxsi istifadəsi məqsədilə alıb əldə etməsi, metadon narkotik vasitəsinin ona aidiyyatının olmaması, metadon həblərinin polis əməkdaşları tərəfindən onun maşınına yerləşdirilməsi, polisisn tələblərini qəbul etmək istəmədikdə polis əməmkdaşları tərəfindən döyülməsi barədə göstərdikləri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Təqsirləndirilən şəxs qarşı məhkəməyədək icraat mərhələsində polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlər göstərilməsi məhkəmə tərəfindən araşdırılmış və qeyd olunan fakt təstiqini tapmamışdır. Belə ki, cinayət işinin ibtidai istintaqı mərhələsində təyin edilməklə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 558/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xx.xx.2024-cü il tarixə və şəraitə uyğun hər hansı bir xəsarət aşkar edilməmişdir(iş vərəqə: səh. 133-135). Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə baxışı nəticəsində müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2013 və 2021-ci il təvəllüdlü iki nəfər azyaşlı uşağı vardır ki, qeyd olunan bu hal Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə məhkumluğu olmayan şəxs kimi ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs kimi ilk dəfə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən o, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun faktiki saxlanıldığı 17 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 17 noyabr 2024-cü il tarixdə faktiki saxlanılmış, 18 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 noyabr 2024-cü il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 17 noyabr 2024-cü il tarixdən hesablanmışdır və Təqsirləndirilən şəxs 17 noyabr 2024-cü tarixdən başlayaraq məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs 17 noyabr 2024-cü il tarixdə faktiki saxlanılması və 18 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulması ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində onun şübhəli şəxs qismində tutulması ilə bağlı istintaq orqanı tərəfindən 18 noyabr 2024-cü il tarixdə qərar qəbul edilməsinə baxmayaraq o, faktiki olaraq 17 noyabr 2024-cü il tarixdə saxlanılmış, onun azadlıq hüququ məhz həmin tarixdən məhdudlaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun faktiki saxlanıldığı17 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Bu hissədə məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki saxlanılmaqla hüquqlarının məhdudlaşdırıldığı andan, yəni 17 noyabr 2024-cü il tarixdən hesablanmaqla onun tutulduğu və həbsdə saxlanıldığı bütün müddət onun həbsdə saxlama müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7841 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı və onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməməli, həmçinin Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Megane” markalı, **- SC-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 9519,3 qram narkotik vasitə qurudulmuş marixuana və 390 ədəd metadon həbi məhv edilməli; - Təqsirləndirilən şəxs üzərinə və onun idarə etdiyi “Renault Megane” markalı, **- SC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi və götürmə, təqdim olunan əşyaya təhqiqatçı tərəfindən baxış keçirilməsi və götürmə proseslərinin videogörüntüləri yüklənmiş 02 (iki) ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 158,00 (yüz əlli səkkiz) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli faktiki saxlanıldığı və hüquqlarının məhdudlaşdırıldığı 17 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Megane” markalı, **- SC-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 9519,3 qram narkotik vasitə qurudulmuş marixuana və 390 ədəd metadon həbi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə və onun idarə etdiyi “Renault Megane” markalı, **- SC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi və götürmə, təqdim olunan əşyaya təhqiqatçı tərəfindən baxış keçirilməsi və götürmə proseslərinin videogörüntüləri yüklənmiş 02 (iki) ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 158,00 (yüz əlli səkkiz) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-972/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-972/2025
22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver