Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-973/2021 16.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə xx xxxxxx 1981-ci il tarixdə Ağdam rayonu, Əlimədədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Ağdam rayonu, Əlimədədli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda qeydiyyatda olaraq yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam»qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Təqsirləndirilən şəxs1 21 avqust 2020-ci il tarixdə saat 21 radələrində özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan «MERCEDES BENZ» minik markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilini 15-20 km/saat sürətlə idarə edib ünvan 3 ünvanda yerləşən «Tosoil» yanacaqdoldurma məntəqəsindən Mədən küçəsinə çıxıb Əmircan istiqamətdə dönmək istəyərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərini rəhbər tutmalı olduğu halda, yəni yola bitişik ərazidən yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə yol verməli olduğu halda həmin qanunun tələblərinə əməl etməmiş, buna görə də Təqsirləndirilən şəxs2 Əmircan qəsəbəsi istiqamətdə idarə etdiyi «RANGE ROVER» minik markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxdığından həmin avtomobilin qabaq tərəfinin onun avtomobilinin sağ yan tərəfi ilə toqquşmasına və idarəetməni itirib yoldan çıxaraq yolun sağ tərəfində dayanmış piyada Zərərçəkmiş şəxs Rasim oğluna dəyməsinə, nəticədə piyada Zərərçəkmiş şəxs baş beyinə, qişalarına və mədəciklərə qansızma, sağ bud sümüyünün yerdəyişmiş qapalı sınığı, hər iki ağ ciyərin əzilməsi, iki tərəfli pnevmatoraks, bədənin çoxsaylı sıyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma əlamətlərinə malik olan və ehtiyatsızlıqdan ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Təqsirləndirilən şəxs2 21 avqust 2020-ci il tarixdə saat 21 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, yəni sürücülük vəsiqəsi və nəqliyyat vasitəsinə səlahiyyət verən digər sənədləri olmadan faktiki olaraq özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan «RANGE ROVER» minik markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilini 50-60 km/saat sürətlə idarə edib ünvan 3 ünvanda yerləşən «Tosoil» yanacaqdoldurma məntəqəsinin qarşısı ilə Əmircan istiqamətdə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini rəhbər tutmalı olduğu halda, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin qanunun tələblərinə əməl etməmiş, buna görə də Təqsirləndirilən şəxs1 «MERCEDES BENZ» minik markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərək yolun sol tərəfində yerləşən «Tosoil» yanacaqdoldurma məntəqəsindən onun hərəkət yoluna çıxardığı anda avtomobilinin qabaq sol tərəfinin həmin avtomobilin sağ yan tərəfi ilə ehtiyatsızlıqdan toqquşmasına və avtomobilinin yoldan çıxaraq yolun sağ tərəfində dayanmış piyada Zərərçəkmiş şəxs Rasim oğluna dəyməsinə, nəticədə piyada Zərərçəkmiş şəxs baş beyin qişalarına və mədəciklərə qansızma, sağ bud sümüyünün yer dəyişmiş qapalı sınığı, hər iki ağ ciyərin əzilməsi, iki tərəfli pnevmatoraks, bədənin çoxsaylı sıyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma əlamətlərinə malik olan və ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, 21 avqust 2020-ci il tarixdə təxminən saat 20:20 radələrində yaşadığı evdən çıxıb avtomobili işə salaraq, avtomobilə yanacaq tökmək üçün yaşadığı Suraxanı qəsəbənin ərazisində olan, Mədən küçəsində Əmircan qəsəbəsi istiqamətinə görə yolun sol tərəfində yerləşən “Tosoil” adlanan yanacaq doldurma məntəqəsinə getmişdir. Həmin vaxtı avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobilində heç kim olmamış, eyni zamanda avtomobilinin yük yerində də yükü olmamışdır. Yanacaq doldurma məntəqəsində idarə etdiyi avtomobilə yanacaq tökdürdükdən sonra yaşadığı evə getmək üçün yola çıxmış, yola çıxmamışdan əvvəl yanacaq doldurma məntəqəsinin həyətində dayanıb yola çıxmaq üçün sağ və sol tərəfə baxmış və avtomobil olmadığını görmüşdür. Həmin vaxtı çıxacağının hərəkət hissəsindən, yəni yolun sağ hərəkət hissəsindən bir avtomobilin gəldiyini görmüş, həmin avtomobilin qabaq işıqları yanmış, həmin avtomobil onun idarə etdiyi avtomobildən təxminən 300 metr aralıda olmuşdur. O, həmin avtomobillə aralarında olan ara məsafəsi çox uzaq olduğundan, idarə etdiyi avtomobillə saatda 10-15 km/sürətlə yola çıxmağa başlamışdır. O, öz hərəkət hissəsinə çıxıb hərəkətini davam etdirərkən, həmin avtomobil idarə etdiyi avtomobilin sağ hissəsindən vurmuşdur. Həmin vaxtı o, dərhal avtomobilin əyləcinə basaraq avtomobilini saxlayıb yerə düşmüş, digər avtomobilində “Range Rover” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı olmasını görmüşdür. Həmin avtomobil onun idarə etdiyi avtomobilindən təxminən 100 metr aralıda yolun kənarında dayanmışdır. Bundan sonra o, “Range Rover” markalı avtomobilin həmin vaxtı yolun sağ kənarında dayanmış bir nəfər piyadanı vurduğunu bilmişdir. Həmin vaxtı hadisə yerinə onun tanımadığı çoxsaylı şəxslər toplaşmış və vurulmuş piyada xəstəxanaya aparılmış, o da hadisə yerində dayanıb polis əməkdaşlarının gəlməsini gözləmişdir. Polis əməkdaşları gəldikdən sonra onun iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir. Hadisədən sonra “Range Rover” markalı avtomobilin sürücüsü də xəsarət aldığı üçün avtomobilindən çıxarılaraq xəstəxanaya aparılmışdır. Hadisə yerinə gəlmiş polis əməkdaşları, onu həkim müayinəsindən keçirib sərxoşluğunu yoxlatmışlar. Hadisədən sonra o, hadisə zamanı avtomobillə vurulan piyadanın xəstəxanada öldüyünü bilmişdir. Yol nəqliyyat hadisəsi baş verən zaman hava bir qədər qaranlıq olsa da, yolda görünüş açıq-aydın olmuş, Məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun sürücülük vəsiqəsi olmamış, buna baxmayaraq o, uşaqlıqdan avtomobil idarə etmişdir. 2020-ci ilin avqust ayının əvvəllərində tanışı X5 rast gəlmiş, söhbət əsnasında Kənan özünə məxsus olan qara rəngli “Range Rover” **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq istədiyini bildirmişdir. O da Kənandan xahiş etmişdir ki, satdığı avtomobilini ona satsın, avtomobilin qiymətini soruşmuş, Kənan avtomobilini ona satmağa razılaşmış və avtomobili 25.000 manata satdığını bildirmişdir. O, həmin qiymətlə razılaşmış, Kənana hələlikdə 22.000 manat verə biləcəyini, qalan 3.000 manatını isə sonra verə biləcəyini bildirmişdir. Kənan da onunla razılaşaraq qalan 3.000 manat pulu verəndən sonra avtomobili alqı-satqı yolu ilə onun adına sənədləşdirəcəyini demişdir. Aralarında razılıq olduğu üçün o, evə gedib özünə məxsus olan 22.000 manat pulu götürüb gətirərək Kənana vermiş, bundan sonra Kənan özü avtomobili idarə edərək gətirib onların evinin həyətində saxlayaraq, avtomobilin açarını və qeydiyyat şəhadətnaməsini ona verib getmişdir. Gedəndə də təkrar olaraq demişdir ki, 3.000 manat pulu ona verəndən sonra avtomobili onun adıma sənədləşdirəcəkdir. Qardaşı Azər axşam tərəfi evə gəldikdə avtomobili görüb kimin olduğunu soruşmuş, o da avtomobili kimdən və necə aldığını ona bildirmişdir. O, hərdən bir avtomobili işə salaraq sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etməyə başlamış, fikri o idi ki, avtomobili öz adıma keçirəndən sonra sürücülük məktəbində oxuyub sürücülük vəsiqəsi alsın. 21 avqust 2020-ci il tarixdə axşam saatlarında Qaraçuxur qəsəbəsi ərazisində olan avtomobil təmiri sexinə getmişdir ki, avtomobilini yoxlatdırsın. O, sexdə işləyən tanıdığı ustalara avtomobilini yoxlatdırmış və avtomobilində heç bir problem müəyyən edilməmiş, həmin günü sexdə yaşadığı qəsəbə sakinləri Sərxan, Qərib və Namiq adlı şəxslərə evə getdiyini bildirmişdir. Həmin şəxslər də ondan xahiş etmişlər ki, onları da evlərinə kimi aparsın. Bundan sonra həmin şəxslər də avtomobilə əyləşmiş, qabaq sağ oturacaqda Sərxan, arxa oturacaqda Qərib və Namiq əyləşmişlər. O, avtomobili idarə edib Əmircan qəsəbəsi istiqamətində hərəkət etdirməyə başlamış, axşam saat təxminən 21 radələrində avtomobili Qaraçuxur qəsəbəsi Mədən küçəsindən keçən avtomobil yolu ilə Əmircan qəsəbəsi istiqamətində saatda təxminən 50-60 km sürətlə idarə etməyə başlamışdır. Mədən küçəsində olan “Tosoil” yanacaq doldurma məntəqəsinin qarşısına çatmağa təxminən 15 metr qalmış, yanacaq doldurma məntəqəsindən «Mercedes» markalı avtomobilin çıxmasını görmüşdür. Həmin avtomobili görən kimi, idarə etdiyi avtomobilin sürətini bir qədər azaldıb həmin avtomobilin onun avtomobilini görməsini güman etmiş, həmçinin yola çıxmaması üçün idarə etdiyi avtomobilin siqnalını basaraq, basılı saxlayıb avtomobili idarə etməsini davam etdirmişdir. Həmin anda o, Hətta “gözlə da nə olub hara çıxırsan” ifadələrini işlətmiş, həmin vaxt idarə etdiyi avtomobilin qabaq və arxa işıqları yanılı vəziyyətdə olmuş, «Mercedes» markalı avtomobilin isə işıqları yanmamışdır. Həmin vaxtı avtomobilin sürücüsü siqnal səsini eşidib avtomobili bir neçə saniyəlik dayandırmış, lakin sonradan ani bir anda hərəkət edərək onun hərəkət hissəsinə daxil olmuşdur. Bu zaman o, yenə də siqnalı basıb “sən nə edirsən” ifadəsini işlətmiş və toqquşma baş verməsin deyə, sükanı sağa doğru istiqamətləndirmişdir. «Mercedes» markalı avtomobil onun hərəkət hissəsinə daxil olmuş və hərəkət edə bilməmişdir. Belə ki, dönmə əməliyyatını tam başa çatdırmamış, ara məsafəsi az olduğundan, hadisənin qarşısını ala bilməmiş, avtomobilin qabaq tərəfi ilə «Mercedes» markalı avtomobilin sağ tərəfindən vurmuşdur. Bundan sonra o, idarə etməni itirmiş və avtomobil sağ tərəfə istiqamətlənərək nəyəsə dəyərək aşaraq dayanmışdır. Bundan sonra o, huşunu itirmiş və nə olmasını bilməmiş, özünə gəldikdə isə xəstəxanada olduğunu görmüşdür. O, xəstəxanada bir neçə gün stasionar qaydada müalicə olunduqdan sonra, ev şəraitində müalicəni davam etdirmişdir. Xəstəxanada olarkən ona məlum olmuşdur ki, «Mercedes» markalı avtomobillə, avtomobili toqquşduqdan sonra, yolun kənarında olan bir nəfər piyadanı avtomobili ilə vurmuş və sonuncu aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, hüquqi varisin ona qarşı şikayətinin və tələbinin olmamasını, hadisə vaxtı onun da ağır dərəcəli bədən xəsarəti almasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma oğludur və o, onlarla birlikdə yaşamışdır. Oğlu Emin 04 avqust 2002-ci il tarixdə Ağsu rayonunda anadan olmuş və heç bir yerdə işləmirdi. O, 21 avqust 2020-ci il tarixdə axşam saatlarında mühafizəçi işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən “Tosoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən “xxxx” MMC-də olarkən, həmin vaxt yanacaq doldurma məntəqəsinin qarşısından keçən avtomobil yolunda yol-nəqliyyat hadisəsinin baş verməsini görüb dərhal kömək etmək məqsədilə həmin yerə getmişdir. O, ora çatdıqda qara rəngli “Range Rover” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Mercedes markalı **- ZM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmasını görmüş və “Range Rover” markalı avtomobilin həmin vaxt orada yolun kənarında olan oğlu Emini vurmasını bilmişdir. Hadisə yerinə toplaşan tanımadığı şəxslər ilə birlikdə dərhal oğluna köməklik göstərmiş və orada olan tanımadığı bir şəxsin avtomobilinə əyləşdirib xəstəxanaya aparmışlar. Onlar yolda olarkən təcili tibbi yardım avtomobili ilə qarşılaşmış və oğlunu avtomobildən düşürərək təcili tibbi yardım avtomobilinə mindirib 3 saylı şəhər kliniki xəstəxanasına aparmışlar. 22 avqust 2020-ci il tarixdə oğlu Emin yol nəqliyyatı hadisəsi zamanı almış olduğu xəsarətlərdən 3 saylı şəhər kliniki xəstəxanasında ölmüşdür. Bundan sonra o, yaxın qohumları ilə birlikdə Emini yaşadıqları qəsəbənin ərazisində olan qəbiristanlıqda el adəti üzrə dəfn etmişlər. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslərlə barışmış, bu barədə ərizə də təqdim etmişdir. Törənmiş hadisə ehtiyatsızlıqdan baş vermişdir, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, onlara qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır, onunla yaxın münasibəti və qohumluğu yoxdur. Namiq qara rəngli “Range Rover” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, Təqsirləndirilən şəxs1 isə tanımamış və görməmişdir. 21 avqust 2020-ci il tarixdə axşam saatlarında Qaraçuxur qəsəbəsi ərazisində olan avtomobil təmiri sexində olmuş, həmin vaxtı Namiq idarə etdiyi "Range Rover” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə sexə gəlmişdir. Sexdə işləyən ustalar Namiqin avtomobilini yoxladıqdan sonra heç bir problem olmadığını bildirmişlər. Həmin vaxt o, sexə qonşusu Sərxan ilə birlikdə getmiş, Sərxanın avtomobili nasaz olmuş və avtomobili təmir etdirmişdir. Lakin Sərxanın avtomobilinin təmiri uzanmış və avtomobili sexdə qoyası olmuş, Namiq evə getdiyini bildirib avtomobilinə əyləşmişdir. Bu zaman o, Sərxan və həmin vaxt orada olan Namiq adlı şəxs Təqsirləndirilən şəxs2 onları da aparmasını xahiş etmişlər. Namiq də heç bir etiraz etməmiş, bundan sonra onlar avtomobilə əyləşmiş, avtomobili Namiq idarə etmiş, Sərxan qabaq sağ oturacaqda, o, arxa sağ, Namiq isə arxa sol oturacaqda əyləşmişlər. Sürücü Təqsirləndirilən şəxs2 avtomobili idarə edib Əmircan qəsəbəsi istiqamətində hərəkət etməyə başlamış, axşam saat təxminən 21 radələrində Namiq avtomobili Qaraçuxur qəsəbəsi, Mədən küçəsindən keçən avtomobil yolu ilə Əmircan qəsəbəsi istiqamətində idarə etmişdir. O, arxa oturacaqda oturduğu üçün qabaq tərəfə baxmamış, arxa sağ pəncərədən yola baxmış, Namiq avtomobili saatda təxminən 50-60 km sürətlə idarə etmişdir. Həmin yer yaşayış məntəqəsi olmuş, Mədən küçəsində olan “Tosoil” yanacaq doldurma məntəqəsinin qarşısına çatmağa 15 metr qalmış Namiq ani bir anda avtomobilinin siqnalını basıb siqnalı saxlamış və “gözlə də nə olub hara çıxırsan” ifadələrini işlətmiş, həmin vaxtı ona məlum olmuşdur ki, Namiqin yoluna kimsə çıxmaq istəyir. Həmin vaxtı Namiq avtomobilinin qabaq və arxa işıqları yanılı olmuş, ani bir anda Namiqin yenə “sən nə edirsən” ifadəsini işlətməsini eşitmiş və avtomobil sola tərəf istiqamətlənmişdir. Bu zaman avtomobil başqa avtomobilə dəymiş və sonra aşaraq dayanmışdır. Bundan sonra o, avtomobilin qabaq oturacağında əyləşən Sərxan və arxa oturacaqda olan Namiq avtomobildən düşmüş, lakin sürücü Təqsirləndirilən şəxs2 ciddi xəsarət aldığı üçün avtomobildən düşə bilməmişdir. Onlar köməkləşib Namiqi avtomobildən çıxarmış, hadisə yerinə tanımadığı şəxslər toplaşmış, təcili tibbi yardım stansiyası və polis əməkdaşları da gəlmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, Namiqin idarə etdiyi avtomobil "Mercedes Benz” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sonra Namiqin idarə etdiyi avtomobil bir nəfər şəxsi də vurmuş, həmin vaxtı sürücü Namiqi və xəsarət alan piyadanı xəstəxanaya aparmışlar. Hadisə vaxtı sərnişinlər o, Sərxan və Namiq xəsarət almadıqları üçün xəstəxanaya getməmiş, “Mercedes Benz” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü də hadisə yerində olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 da Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır, lakin onunla yaxından münasibəti və qohumluğu yoxdur. Təqsirləndirilən şəxs2 qara rəngli “Range Rover” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edirdi. 21 avqust 2020-ci il tarixdə axşam saatlarında Qaraçuxur qəsəbəsi ərazisində olan avtomobil təmir sexində olmuş və həmin vaxt Namiq idarə etdiyi “Range Rover” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtomobili yoxlatmaq üçün avtomobillərin təmiri sexə gəlmişdir. Sexdə işləyən ustalar Namiqin idarə etdiyi avtomobili yoxladıqdan sonra, heç bir problem olmadığını bildirmişlər. Həmin vaxt da özünə məxsus avtomobili təmir üçün sexə gətirmiş və təmir uzandığı üçün avtomobili sexdə saxlamışdır. Təqsirləndirilən şəxs2 evə getdiyini bildirdikdə, o, və orada olanlar Şahid2 və Şahid3 ondan onları da aparmasını xahiş etmişlər. Təqsirləndirilən şəxs2 də heç bir etiraz etmədən onları idarə etdiyi avtomobilə əyləşdirmişdir. O, qabaq sağ oturacaqda, Qərib arxa sağ və Namiq isə arxa sol oturacaqda əyləşmişlər. Təqsirləndirilən şəxs2 avtomobili idarə edərək Əmircan qəsəbəsi istiqamətində hərəkət etdirməyə başlamış və saat təxminən 21 radələrində avtomobili Qaraçuxur qəsəbəsi, Mədən küçəsindən keçən avtomobil yolu ilə Əmircan qəsəbəsi istiqamətində idarə etmişdir. O, qabaq sərnişin oturacağında oturduğu üçün yolu tam aydın görürdü. Namiq avtomobili saatda təxminən 50-60 km sürətlə idarə edirdi. Avtomobilin həm qabaq, həm də arxa işıqları yanırdı. Mədən küçəsində olan “Tosoil” yanacaq doldurma məntəqəsinin qarşısına çatmağa təxminən 15 metr qalmış yanacaq doldurma məntəqəsindən «Mercedes Benz» markalı avtomobilin çıxmasını görmüşdür. Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin siqnalını basaraq basılı saxlayıb avtomobili idarə etmişdir. Belə ki, «Mercedes Benz» markalı avtomobilin yola çıxmaması üçün bunu etmişdir. «Mercedes Benz» markalı avtomobil siqnalı eşidib bir neçə saniyə dayandı, lakin sonradan ani bir anda hərəkət edərək Namiqin idarə etdiyi avtomobilin hərəkət hissəsinə daxil oldu. Ara məsafəsi az olduğundan və «Mercedes Benz» markalı avtomobilin Namiqin idarə etdiyi avtomobilin yoluna çıxdığından, Namiq idarə etdiyi avtomobillə həmin avtomobili vurmamaq üçün avtomobilinin sükanını sağa doğru istiqamətləndirdi. Lakin hadisənin qarşısını ala bilmədi və avtomobilin əsasən qabaq sürücü tərəfi ilə «Mercedes Benz» markalı avtomobilin sağ tərəfindən vurdu. Bundan sonra Namiq idarə etməni itirmiş və avtomobil sağ tərəfə istiqamətləndiyi üçün, aşaraq dayanmışdır. Bundan sonra o, və avtomobilin arxa oturacağında əyləşənlər Şahid3 və Şahid2 avtomobildən yerə düşmüşlər. Lakin sürücü Təqsirləndirilən şəxs2 xəsarət aldığı üçün avtomobildən düşə bilməmişdir. Onlar köməkləşərək Təqsirləndirilən şəxs2 avtomobildən çıxarmışlar. Hadisə yerinə tanımadığı şəxslər toplaşmışdır. Hadisə yerinə təcili tibbi yardım stansiyası və polis əməkdaşları gəlmişlər. Həmin vaxt məlum olmuşdur ki, toqquşmadan sonra Namiqin idarə etdiyi avtomobil yolun sağ tərəfində olan bir nəfər piyadanı vurmuşdur. Namiqi və xəsarət alan piyadanı xəstəxanaya aparılmışlar. O, Şahid3 və Şahid2 xəsarətlər almadıqları üçün xəstəxanaya getməmişlər. “Mercedes Benz” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hadisə yerində qalmışdır. Bundan sonra o, və qeyriləri oradan çıxıb yaşadıqları ünvanlara getmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi» Publik hüquqi şəxsinin məhkəmə-tibbi ekspertizasının 22.09.2020-ci il tarixli 98 №-li rəyindən görünür ki, «Zərərçəkmiş şəxs meyiti üzərində–baş beyinə, qişalarına, və mədəciklərinə qansızma, sağ bud sümüyünün yerinidəyişmiş qapalı sınığı, hər iki ağciyərin əzilməsi, iki tərəfli pnevmatoraks, bədəninin çoxsaylı sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər həyatidirlər, şəxsin xəstəxanaya düşməsindən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən yol-nəqliyyat hadisəsi nəticəsində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin piyadanı vurması nəticəsində əmələ gələ bilərlər, 21.08.2020-ci il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə baş beyinə,qisalarına və mədəciklərinə qansızma səbəb olmuşdur. Ölüm 3 saylı ŞKX-da 22.08.2020-ci il tarixdə saat 23:30-da baş vermişdi, Hansı ki, meyitin məhkəmə-tibbi müayinəsi ilə inkar olunmur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatları aşkar edilməmişdir». (iş vərəqə 69-71) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 14.12.2020-ci il tarixli, 8/1959 №-li rəyindən görünür ki, «Mersedes Benz» markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbayjan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. «Range Rover» markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbayjan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (iş vərəqə 104-107) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi» Publik hüquqi şəxsinin məhkəmə-tibbi ekspertizasının 15.10.2020-ci il tarixli 857 №-li rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol təpə sümüyünün yerinidəyişməyən xətti sınığı, baş beynin ağır dərəcəli əzilməsi, solda qabırğaların çoxsaylı yerdəyişmiş sınıqları, ağciyərlərin əzilməsi, iki tərəfli hemopnevmotoraks, sol budun və sol diz oynağının sıyrığı. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 21.08.2020-ci il tarixdə, yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. (iş vərəqə 87-89) İş materiallarında olan AR Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 05 mart 2021-ci il tarixli, 016-33836-1221 nömrəli məktubundan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. (iş vərəqə 119) Beləliklə, məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun olmamaqla, iş üzrə digər təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər mötəbər sübutlarla təkzib olunur. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3cü maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 23.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (İş vərəqə 113) İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X3 tərəfindən verilmiş 17.02.2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən oğlunun mərasim xərcləri üçün 7500 (yeddi min beş yüz) manat məbləğində pul ödənilmişdir və maddi cəhətdən heç bir iddiası yoxdur. (iş vərəqə 112) İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. (iş vərəqə 91) İş materiallarında olan AZ-İ 822109 və AZ-İİ 379462 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 09.11.2006-cı il təvəllüdlü və 23.10.2009-cu il təvəllüdlü iki azyaşlı övladı vardır (iş vərəqə 141-142) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 13.10.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (İş vərəqə 79) İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Bülbülə qəsəbə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. (iş vərəqə 111) İş materiallarında olan ibtidai istintaq zamanı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə 10.03.2021-ci il tarixdə daxil olmuş, zərərçəkmiş şəxsin hüquqi varisi X3 tərəfindən yazılmış ərizədən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışdır, onlara qarşı heç bir şikayəti yoxdur. (iş vərəqə 127) İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş 09.06.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət, tələbi yoxdur, gələcəkdə də şikayət, tələbi olmayacaqdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.4 və 59.1.12-ci maddələrini rəhbər tutaraq Təqsirləndirilən şəxs1 hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, müsbət xarakterizə olunmasını, əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə olaraq cinayət əməli törətməsini, hadisə zamanı ağır dərəcəli bədən xəsarəti almasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. AR CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət işində hər iki təqsirləndirilən şəxsə münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal olduğundan və cəzanı ağırlaşdırıcı hallar olmadığından, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cəza təyin edilərkən, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cəza təyin edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah edilmələri mümkün olmadığından, onlara təqsirli bilindikləri maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyə olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən onlara təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətlərinin əvvəli onların məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındıqları tarixdən hesablanmalıdır. İş materiallarında olan 13 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (iş vərəqə 158) İş materiallarında olan 17 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (iş vərəqə 191) Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin barələrində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq cinayət işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 100 (yüz) manat pul Təqsirləndirilən şəxs1 50 manat, Təqsirləndirilən şəxs2 50 manat məbləğində olmaqla tutularaq dövlət büdcəsinə keçirilməlidir. İbtidai istintaqda Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili X2 hesabına 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X7 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat pul Təqsirləndirilən şəxs1 50 manat, Təqsirləndirilən şəxs2 50 manat məbləğində olmaqla tutularaq dövlət büdcəsinə keçirilsin. İbtidai istintaqda Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili X4 təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X7 təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri, 5 saylı vəkil bürosunun hesabına 90 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-973/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-973/2021
16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver