Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-973/2023 31.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X4 və Dövlət ittihamçısı, tərcüməçi X5, müdafiəçi- “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 2,011 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində saxlamaqla daşımış, 22 oktyabr 2022-ci il tarixdə saat 16:10 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında saxlanılıb ünvan 3in İdarəyə gətirilmiş, orada 22 oktyabr 2022-ci il tarixdə saat 17:40-dan etibarən üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 2,011 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. İşin halları: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 6 ay əvvəl narkotik vasitə istifadə etməyə başlamış, heç vaxt narkotik vasitəyə 20 manatdan artıq pul verməmiş, həmin qiymətdən daha artıq məbləğdə narkotik vasitə olan heroini əlində saxlamamışdır. Adətən 20 manata 0,3 qram heroin satılmışdır. İttihamda göstərildiyi tarixdə, yəni 22 oktyabr 2022-ci il tarixdə dəqiq xatırlamadığı vaxtda narkotik vasitə almaq üçün gedərkən polis əməkdaşları ona yaxınlaşıb ilk öncə üzərinə baxış keçirmiş, avtomobillərinə mindirib cibindən heroini çıxartdıqdan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Həmin idarədə polis əməkdaşları ona cibindən narkotik vasitənin çıxarılması anının video vasitəsi ilə yenidən çəkilişini aparılmasını təklif etdikdə razı olmayıb imtina etdiyinə görə binanın aşağısındakı zirzəmiyə düşürdüb böyründən bir dəfə bərk vuraraq videoçəkilişin olmasına məcbur edilmiş, onu vuran şəxsin kim olmasını bilməmişdir. O, heç vaxt belə situasiyada olmadığına görə qorxub məcbur qalaraq razılaşmış və videoçəkiliş aparılmışdır. Polis əməkdaşları tərəfindən edilmiş zorakılıqla bağlı aparılmış araşdırmanın nəticəsindən xəbərsizdir. O, narkotik vasitəni Roma adlı şəxsdən alımış, həmin şəxsin mobil nömrəsi telefonunda olmuş, sonradan polis əməkdaşları həmin mobil nömrəni telefonundan silmişdir. Roma barədə məlumat versə də, həmin şəxs polisə çağırılmamışdır. 2 gün müddətində Səbail rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində saxlanılmış, daha sonra barəsində başqa qətimkan tədbiri seçilmişdir. O, ittihamda ona verilən narkotik vasitə olan heroinin çəkisi ilə razı deyil, həmin çəkidə heroin onda olmamış, heç vaxt o miqdarda narkotik vasitə görməmişdir. Hesab edir ki, 20 manat müqabilində heç kim 2 qram miqdarında narkotik vasitə olan heroin satmaz. Polis əməkdaşlarının artıq çəkidə narkotik vasitə olan heroini qoyduqlarını güman edir. Habelə, ehtimal edir ki, heroini aldığı Roma adlı şəxs ona düzgün bükümü verməyə, satarkən çəkisində səhvə yol verə bilər, çünki həmin bükümə küçədə baxmaq imkanı olmamış, heroini alıb küçəyə çıxan kimi polis əməkdaşları onu saxlayıb avtomobilə əyləşdirmişlər. O, sonradan narkotik vasitə qəbulunun doğru olmadığını başa düşüb müalicə olunaraq sağalmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 22 oktyabr 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ərazisində “Roma” adlı şəxs kimi tanıdığı və əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün 1 ədəd bükümdə narkotik vasitə olan heroin alıb həmin bükümü əynindəki şalvarın sağ cibinə qoyub yaşadığı ünvan tərəfə hərəkət etmiş, həmin gün saat 16 radələrində yaşadığı ünvanın yaxınlığına çatarkən iki nəfər tanımadığı mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşları olduğu dedikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Etiraz etməyib polis idarəsinə getdikdən sonra orada polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirdiyi zaman şalvarının sağ yan cibindən bir ədəd içərisində narkotik vasitə olan büküm aşkar edilmiş, həmin bükümdəki narkotik vasitənin çəkisinin az olduğunu ona bildirmişlər. Bundan sonra, ona başqa bir ədəd içərisində narkotik vasitə olan büküm verib çəkiliş zamanı həmin bükümün özünə aid olduğunu etiraf etməsini bildirdikdə qorxub razılaşmış, inzibati binada digər xidməti otaqlardan birində dəvət olunmuş vəkil və polis əməkdaşlarının iştirakı ilə ona hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin büküm polis əməkdaşları tərəfindən açıldıqda o, 20 manat müqabilində alıb şəxsi istifadəsi üçün üzərində gəzdirdiyi narkotik vasitə heroin olduğunu bildirmiş, daha sonra üzərində olan bir ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan sonra, üzərindən aşkar edilmiş 1 büküm narkotik vasitə heroin müvafiq ekspert rəyi alınmasından ötrü ekspertizaya göndərilməsi üçün kağız zərfə qoyularaq qablaşdırılmış, zərf imzalandıqdan sonra ekspertizaya göndərilmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız şəxsi istifadəsi üçün istifadə etmişdir. Saxlanıldığı zaman polis əməkdaşları tərəfindən edilmiş fiziki təzyiq nəticəsində belinin sağ tərəfindən və başının sol gicgah nahiyəsindən xəsarətlər almışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş oğlu Şahid1 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs cinayət hadisəsi ilə əlaqədar tanımış, aralarında ədavət və düşmənçilik olmamışdır. Narkotik vasitələrdən qanunsuz istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupunun üzvü Şahid2 ilə 22 oktyabr 2022-ci il tarixdə 16:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz daşınmasında şübhəli olduğunu bildirib Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Baş İdarədə müdafiəçinin, tərcüməçinin və şahidlərin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə aparılarkən, Təqsirləndirilən şəxs şalvarının cibindən bir büküm heroinə bənzər kütlə təqdim etmiş, həmin narkotik maddə qablaşdırılıb möhürlənmişdir. O, həmin narkotik maddənin çəkisini bilməmiş, Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitənin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs hər şeyi özü səmimi etiraf etmiş, ona qarşı hər hansı psixi və ya fiziki təsir göstərilməmiş, videoçəkiliş bir dəfə aparılmış, təqdim etməsi üçün əlavə kütlə ona verilməmişdir. Saxlanılarkən Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitənin miqdarını deməmiş, onlar da soruşmamışlar. Narkotik vasitənin satış qiymətini bilmir. O, Təqsirləndirilən şəxs qarşı fiziki və ya psixi zorakılıq etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs cinayət hadisəsi ilə əlaqədar tanıyır, aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs 22 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində tərəfindən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, orada üzərinə baxış keçirilərkən cibindən aşkar edilən bir büküm narkotik vasitə olan heroin qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin bükümün şəxsi istifadəsi üçün üzərində daşıdığını, Roma adlı şəxsdən 20 və ya 30 manata aldığını bildirmişdir. Saxlanıldığı zaman Təqsirləndirilən şəxs üstü yoxlanılmamış, təqsirləndirilən şəxsə qarşı psixi və fiziki zorakılıq edilməmiş, əlavə bükümdə narkotik vasitənin boynuna götürməsi təklif olunmamışdır. İstintaq hərəkəti zamanı aşkarlanan narkotik vasitənin çəkisini xatırlamır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 4) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 16:10da ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq, Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 11) xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdə saat 16:10 dəqiqədən hesablanmışdır. (Cild 1, iş vərəqə 25;26) Bakı şəhəri Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Ceyhun Mustafayev tərəfindən tərtib edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində heç bir məlumat aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan, habelə xx.xx.2022-ci il tarixli “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə” protokoldan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 01 ədəd bükümün içərisində açıq qəhvəyi rəngli, spesifik iyə malik olan, narkotik maddəyə bənzər kütləni təqdim edərək, həmin kütlənin özünə məxsus olduğunu, “Roma” adlı şəxsdən 20 manata şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə olan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılmaqla, üzəri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 07 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. (Cild 1, iş vərəqə 34; 35-36; 49-50) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 51-52) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” və “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müstəntiqin müvafiq vəsatətindən imtina edilərək “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 71-72; 73-74) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2022-ci il tarixli, 6/6140 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə; Şübhəli şəxs:Təqsirləndirilən şəxs;... iki-imza: Y.Vahabov- imza..” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,011 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 2,011 qram olmuş, 0,05 qram tədqiqata sərf edildikdən sonra 1,961 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 45-46) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X8 16 dekabr 2022-ci il -ci il tarixli, 7645 nömrəli Ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 105-106) “Cinayət işinin materiallarından yeni cinayət işinin ayrıca icraata ayrılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edildiyi naməlum mənbənin müəyyən edilməsi məqsədilə ********* nömrəli cinayət işinin materiallarından Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqə 121-122) Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, 066-38091 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik maddə olan heroini kimdən, nə vaxt əldə etməsi barədə məlumat müəyyən olunmamışdır. (Cild 1, iş vərəqə 88) “Maddi sübut kimi tanıma barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 1 ədəd bükümdə ümumi təmiz çəkisi 2,011 qram olan narkotik vasitə-heroin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,961 qram heroin saxlanılması üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 76) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən 1 ədəd bükümdə təmiz çəkisi 2,011 qram olan narkotik vasitə-heroindən maddi sübut kimi tanınması nəzərə alınmış, şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan 1 ədəd CD disk maddi sübut qismində tanınmış, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2022-ci il tarixli, 6/6140 nömrəli ekspert rəyi, Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X8 xx.xx.2022-ci il tarixli, 7645 nömrəli Ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyi, Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X3” X8 xx.xx.2022-ci il tarixli, 484/MEŞ ekspert rəyi, xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında”, xx.xx.2022-ci il tarixli “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokollar, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri sübut növü kimi qəbul edilmişdir. (Cild 1, 110-119) Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(009)-4936/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, zəng edən və edilən nömrələrin apardıqları telefon danışıqlarının hansı stansiyalardan ötürülməsi barədə anten məlumatları, qəbul olunan və göndərilən SMS-lərin siyahısı, SMS mətnləri, daxil olan və çıxan zənglər siyahısına aid hər bir nömrənin sahibinin tam anket məlumatlarını əks etdirən telefonla aparılan danışıqların və məlumatların "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. (Cild 1, iş vərəqə 92-93) Həmin qərar icra edilməsi üçün xx.xx.2022-ci il tarixli, 28808-1222 nömrəli məktubla "xxxx" MMC -yə göndərilmişdir. (Cild 1, iş vərəqə 94) "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 25009 nömrəli məktubdan və həmin sənədin qoşmasından görünür ki, Təqsirləndirilən şəxs istifadəsindəki nömrə barədə məlumatları özündə əks etdirən 1 ədəd CD disk təqdim edilmişdir. (Cild 1, iş vərəqə 96-97) “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli, 25009 nömrəli müşayiət məktubu ilə daxil olmuş 01 ədəd CD diskə baxış keçirilən zaman iş üzrə əhəmiyyətli heç bir məlumat aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 98) Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-973 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə daxil olan və çıxan zənglərin siyahısı, həmin gün telefondan aparılan danışıqların mətni "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 10497 nömrəli məktubdan və həmin sənədin qoşmasından görünür ki, Təqsirləndirilən şəxs istifadəsindəki nömrə barədə olan sorğuya cavab verilmiş və 1 ədəd CD disk təqdim edilmişdir Elektron məlumat daşıyıcısına baxış keçirilərkən iş üzrə əhəmiyyətli heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3” Publik Hüquqi şəxsi 17 noyabr 2022-ci il tarixli, 484/MEŞ nömrəli ekspert rəyindən görünür ki, rəyin təsviri hissəsində Təqsirləndirilən şəxs sağ qalça qanadı nahiyəsində 5,5x3,5 sm sahədə, bənövşəyi rəngli, qeyri-müəyyən formalı qançır qeyd edilir. Rəyin nəticə hissəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilmiş qançır bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti müayinədən 3-4 gün əvvələ uyğun gəlir, müxtəlif şəraitlərdə, o cümlədən yıxılaraq yer səthinə və ya hər hansı bir predmetə dəyməsi nəticəsində yarana bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlə bağlı olduğundan dərəcəsi təyin olunmur. (cild 1, iş vərəqə 101-102) “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs zorakılıq edilməsi ilə bağlı aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyindən, cinayət işinin başlanması rədd edilmişdir. (Cild 1, iş vərəqə 108-109) Bakı şəhəri Səbail rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 47/2-130307 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satmış “Sedoy Roma” adlı şəxsin barəsində keçirilmiş əməliyyat-istintaq hərəkətlərinə baxmayaraq həmin şəxsin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır. Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-7/2-4228/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi “Sedoy Roma” kimi qeyd olunan şəxsin şəxsiyyətini, onun yaxın əlaqələrinin müəyyən edilməsi mümkün olmamışdır. AZ-İV510743 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X1 Alekperovun uşağıdır. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ibtidai istintaq zamanı fiziki və psixi zorakılıq görməsi ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində tutulması ərəfində polis əməkdaşlarının onun böyrünə vurduqlarını desə də, şahidlər Şahid1 və Şahid2 məhkəməyə verdiyi ifadələrində Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra heç bir zorakılıq edilmədiyini bildirmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Cinayət işinin materialları və məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona qarşı fiziki və ya psixi zorakılıq edilməsi ilə bağlı məhkəməyədək icraatı aparan orqan qarşısında məsələ qaldırmış və ibtidai araşdırmanı həyata keçirən orqan zəruri araşdırma apararaq fakt üzrə yekun hüquqi nəticəyə gəlmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə tərtib edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 1 ədəd diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin istintaq hərəkəti zamanı, yəni videoçəkilişin 10:17ci dəqiqəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs ona qarşı hər hansı təzyiq və ya zorakılıq edilib-edilmədiyini soruşduqda, Təqsirləndirilən şəxs ona qarşı təzyiq və zorakılıq edilmədiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Səbail rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-47/2-12018/2023 nömrəli məktubundan görünür ki, həmin polis idarəsinin müvəqqəti saxlama yerinə qəbul edilən zaman bədəni üzərində sağ və sol budunun yuxarı hissəsində göyərmiş xəsarətlər aşkar edilmiş, bununla bağlı müvafiq akt tərtib olunmuşdur. Təqsirləndirilən şəxs yoxlanılan zaman bədənində olan xəsarətləri tutulmazdan əvvəl aldığını bildirmiş, onun tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. Bakı şəhəri Səbail rayon prokurorluğu tərəfindən həmin xüsusat üzrə aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması öz təsdiqini tapmadığından xx.xx.2023-cü il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Eləcə də, toplanmış materialın araşdırılması nəticəsində qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət edilmədiyi müəyyən olunmuşdur. Həmin qərarın təsviri hissəsindən görünür ki, həmin hal üzrə polis əməkdaşları Şahid1 və Şahid2 prokurorluğa verdiyi izahatında onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki təsir və ya işgəncə verilmədiyini bildirmişlər. Məhkəmə baxışı zamanı həmin xüsusatın aydınlaşdırılması üçün şahidlər Şahid1 və Şahid2 suallar verilmiş, Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən tutulmazdan əvvəl və ya sonra zorakılıq edilmədiyini bildirmişlər. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3” Publik Hüquqi şəxsi 17 noyabr 2022ci il tarixli, 484/MEŞ nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs sağ qalça qanadı nahiyyəsində aşkar edilmiş qançır bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti müayinədən 3-4 gün əvvələ uyğun gəlir, müxtəlif şəraitlərdə, o cümlədən yıxılaraq yer səthinə və ya hər hansı bir predmetə dəyməsi nəticəsində yarana bilərdi. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin müvafiq məktubuna əsasən Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə daxil olarkən yoxlanıldığı zaman bədənində olan xəsarətin tutulmazdan əvvəl yarandığını bildirmişdir. Habelə, 17 noyabr 2022-ci il tarixli, 484/MEŞ nömrəli ekspert rəyinin nəticə hissəsindən də görünür ki, xəsarətlərin törənmə müddəti müayinədən, yəni 24 oktyabr 2022-ci il tarixdən 3-4 gün əvvələ, yəni 20-21 oktyabr 2022-ci il tarixə uyğun gəldiyi, habelə şəxsin yıxılaraq yer səthinə və ya hər hansı bir predmetə dəyməsi nəticəsində yarana bilməsi qeyd edilmişdir. Həmin ekspert rəyi və məktubda göstərilən məlumatlar ağlabatandır, üst-üstə düşür və məhkəmədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılıq edilməsi şübhəsini yaratmır. Habelə, məhkəmə bir halı da qeyd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışı zamanı verdiyi ifadələrində zorakılıq edilmiş nahiyələri və sayını müxtəlif demişdir. Bu da Təqsirləndirilən şəxs yalan məzmunda ifadə verdiyi göstərən hallardandır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü bildirməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır. Odur ki, məhkəmə baxışı zamanı Şahid1 və Şahid2 və ya digər polis əməkdaşı tərəfindən təqsirləndirilən şəxsə fiziki və ya psixi zorakılıq edilməsi müəyyən edilmədiyindən, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən ona zorakılıq edilməsi ilə bağlı ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatı həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, əsaslı şübhə mövcud deyil. O, öz fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə videoçəkilişin və orada söylədiyi etirafedici ifadəsinin ona fiziki və psixi zorakılığın tətbiq edilməsi nəticəsində deməsi ilə əlaqələndirməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi qismən cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində 2022-ci ilin oktyabr ayında polis əməkdaşları tərəfindən saxlanılan zaman avtomobildə üzərinə baxış keçirildiyini, həmçinin saxlanılarkən Şahid2 orada iştirak etmədiyini və onu yalnız idarədə görməsini, şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmazdan əvvəl polis əməkdaşlarının başqa 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini təqdim edərək videoçəkiliş zamanı həmin bükümün özünə aid olduğunu etiraf etməsini tələb etdiklərini söyləsə də, şahidlər Şahid2 və Şahid1 məhkəməyə verdiyi ifadələrində Təqsirləndirilən şəxs yalnız özləri tərəfindən saxlanıldığını, həmin vaxt digər polis əməkdaşlarının orada olmadığını, onun üzərinə avtomobildə baxış keçirilmədiyini, Təqsirləndirilən şəxs videoçəkilişdə bildirməsi üçün başqa 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin verərək həmin bükümün özünə aid olduğunu etiraf etməsini tələb etmədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs həmin 2 nəfər polis əməkdaşı tərəfindən saxlanılması xx.xx.2022-ci il tarixli, cinayət işinin materiallarının 4-cü vərəqində olan raportdan da görünür. Həmçinin, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin başqa polis əməkdaşı tərəfindən saxlanılması ilə bağlı hər hansı mötəbər sənəd də yoxdur, bu hal məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Habelə, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsinə əsasən, onda 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin olmuş, lakin üzərinə şəxsi axtarış aparılan zaman polis əməkdaşları tərəfindən başqa 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin ona verilmişdir. Təqsirləndirilən şəxs ifadəsinə görə, nəticədə onda 2 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin olmalı, şəxsi axtarış və götürmə zamanı da o, həmin 2 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini təqdim etməli idi. Lakin cinayət işinin materiallarının 34-35-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, cinayət işinin materiallarının 49-50-ci vərəqlərinə olan “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan, şahid ifadələrindən, eləcə də məhkəmə baxışı zamanı müvafiq videoçəkilişə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 1 ədəd sellofan büküm olmuş, başqa büküm olmamış və o, həmin 1 ədəd bükümü istintaq hərəkəti zamanı könüllü olaraq təqdim etmişdir. Habelə, adları qeyd edilən protokollarda, eləcə də məhkəmə baxışında müvafiq videçəkilişə baxış zamanı Təqsirləndirilən şəxs həmin narktoik vasitəni şəxsi istifadəsi üçün Roma adlı şəxsdən 20 manat pula əldə etdiyini deməsi müəyyənləşmişdir. Cinayət-Prosessual Məcəllənin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət işi üzrə şahid kimi qeyd edilməyən hər hansı digər polis əməkdaşı tərəfindən saxlanıldığını, polis əməkdaşlarının əlavə olaraq 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini təqdim edərək videoçəkiliş zamanı həmin bükümün özünə aid olduğunu etiraf etməsini tələb etdiklərini bildirməsi mötəbər sübutlarla təkzib edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində tutulmazdan əvvəl üzərində 0,03 qram çəkidə narkotik vasitə olan heroin olduğunu, ittiham aktında göstərildiyi kimi, yəni 2,011 qram çəkidə narkotik vasitə olan heroinin olmadığını bildirsə də, cinayət işinin materialları, şahid ifadələri və digər sübutlarla onun ifadəsində göstərdiyi həmin xüsusatın həqiqət olmadığı müəyyən edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan büküm bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 07 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan, habelə məhkəmə baxışı zamanı müvafiq videoçəkilişə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan da görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan büküm zərfə qoyulduqdan sonra iştirakçılar tərəfindən imzalanmış və Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 07 saylı möhürü ilə möhürlənməklə qablaşdırılmışdır. Həmin qablaşdırılmış maddə xx.xx.2022-ci il tarixdə “Məhkəmə-kimyəvi ekspertiza təyin edilməsi barədə” qərarla ekspertizanın keçirilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2022-ci il tarixli, 6/6140 nömrəli ekspert rəyinin təsviri hissəsindən görünür ki, tədqiqat obyekti üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə;Şübhəli şəxs:Təqsirləndirilən şəxs;... iki-imza: Y.Vahabov- imza..” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə təqdim edilmiş, zərfin tamlığı pozulmamış, zərfi açdıqda içərisində bir ədəd kağız bükümün içərisində şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 2,011 qram qəhvəyi rəngli tozşəkilli maddə aşkarlanmışdır. Daha sonra keçirilmiş ekspertizanın nəticəsində həmin maddənin narkotik vasitə-heroin olması müəyyənləşmiş və rəyin nəticə hissəsində bu barədə qeyd edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış heroinin kütləsinin az olmasını iddia etsə də, bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, onun üzərində aşkar olunmuş narkotik vasitə olan heroinin 2,011 qram olması cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Bu səbəbdən, Təqsirləndirilən şəxs həmin xüsusatla bağlı ifadəsində göstərdikləri mötəbər sübutlarla təkzib edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallar hər hansı dəlillərə söykənməmiş, həmin halları təsdiq edən sübut olmamışdır. Bununla bağlı əsaslı şübhələr yoxdur. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Odur ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təsvir olunanlara zidd olaraq dəlil kimi göstərdiyi hallar mötəbər sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin həmin hissələrdə verdiyi ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittihamda təsvir olunanlara zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərkən polis əməkdaşları tərəfindən tutulduğu zaman üzərində 01 bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinin həmin hissəsini digər sübutlarla təsdiqini tapdığına görə həqiqətə uyğun hesab edir. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratmış, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələrini əsas götürür. Məhkəmə baxışı zamanı təqsirsizlik prezumpsiyası rəhbər tutulmuş, Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə, yəni istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdəki narkotik vasitə olan heroinin təmiz çəkisi 2,011 qram təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə olan heroin külli miqdar təşkil edir Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış heroinin miqdarı külli miqdarda (təmiz halda qramlarla) istifadəsinin təmiz çəkisi üçün nəzərdə tutulmuş aşağı həddindən çoxdur. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş üzrə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə Təqsirləndirilən şəxs qismən etirafedici ifadəsini, şahidlərin ifadələrini, müvafiq ekpert rəylərini, iş materiallarında olan digər sənədləri və predmetləri sübut kimi qəbul etməklə, təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitəheroinin çəkisinin külli miqdarda olmasına əsasən, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində 1 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Məhkəmə tərəfindən onun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, habelə cəzanı yüngülləşdirən hal kimi himayəsində 1 azyaşı uşağının olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi əsası ilə azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək 3 (üç) gün müddətə şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə də, məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 3 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 3 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 31 may 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Səbail rayon Polis İdarəsində saxlanılan 1 (bir) ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,961 qram təşkil edən heroin məhv edilməli, cinayət işi üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə aparılması videosunu özündə əks etdirən 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, cinayət işində olan Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X8 16 dekabr 2022-ci il tarixli, 7645 nömrəli Ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 3 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 3 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və təyin edilmiş cəzadan çıxılaraq 2 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın . Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 31 may 2023-cü il tarixdən hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Bakı şəhəri Səbail rayon Polis İdarəsində saxlanılan 1 (bir) ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,961 qram təşkil edən heroin məhv edilsin, 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-973/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-973/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver