Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-973/2025 06.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X4 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:25-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxıl olan külli miqdarda 5,982 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nərimanov rayonu, Ş.İ.Xətai prospektində yerləşən “Günaydın” restoranının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 09 avqust 2024-cü il tarixdə saat 15:45-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və orada həmin tarixdə saat 17:31-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,982 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, avqust ayının 8-də Yasamal rayonu ərazisində dostu ilə görüşməyə getmək üçün “Prius” markalı taksi sifariş etmiş, avtomobilə Xəzər rayonu, Rasim İmanov 2A ünvanında əyləşmiş, dediyi ünvana gələnə kimi avtomobil heç bir istiqamətə dönməmiş və “Cavanşir” körpüsünün altında olarkən onu saxlamışlar. Taksini əvvəlcə yol polisi saxlamış və daha sonra digər polis əməkdaşları onu götürüb idarəyə aparmışlar. Onu saxlayan şəxslər iki maşında səkkiz nəfər olmuşlar və heç kim özünü ona təqdim etməmişdir. İdarədə olarkən toyda çəkdirdiyi şəkilləri göstərərək həmin şəxslərin kriminal adamlar olduğunu demişlər. Ondan sonra da narkotiki onun üzərinə qoymuşlar. Videoçəkiliş 3-4 saatdan sonra olmuş, müdafiəçi isə o, razılaşandan sonra gəlmişdir. Üzərinə baxış keçiriləndə təqdim etdiyi maddəni razılaşandan sonra onun cibinə qoymuşlar. Ona narkotiki Binə qəsəbəsindən tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını deməsini bildirmişlər. Əvvəlcə tərəzi qoyaraq ona satışla ittiham vermək istəmişlər. Videoçəkilişdən əvvəl ayaqlarını toka verdiklərindən razılaşmışdır. Ekspertizaya aparılmazdan əvvəl MSYdə ona su vermişlər, suyu qaytarmış və onun qanında narkotik çıxmışdır. Səhəri gün onu narkolojiyə aparmışlar, lakin orada qanından narkotik çıxıb-çıxmadığını bilməmişdir. İdman yarışlarında iştirak edərkən onlar yoxlanışdan keçmişlər, ümumi olaraq isə saxlanılmazdan əvvəl əməliyyat olunmuş, həmin vaxt yoxlanılmış və qanında hansısa maddələr aşkar edilməmişdir. Ümumiyyətlə ona şəkil çəkdirdiyindən tutulmalı olduğunu demişlər. O, şəkil çəkdirdiyi adamlar Natiq və Azər olmuş, guya həmin şəxslərdən şikayət olmuşdur. Natiq və Azər adlı şəxslər kriminal adamlar olmamışdır. Şəkil çəkdirdiyi şəxslərin biri məşq yoldaşı olmuş, qalanlarını isə tanımamışdır. O, toyda çəkdirdiyi şəkili haradasa paylaşmamışdır. Onun xəsarətləri olmuş, təcridxanada soruşarkən qəzada olduğunu demişdir. Onu vuran əməliyyatçıların heç birinin adını bilməmişdir. O, döyülməyi ilə bağlı şikayətlər etmiş, daha sonra müstəntiq gələrək hansısa şikayətinin olmadığını deməsini bildirmiş, onun işinə köməklik etmələrinə görə təkrar ifadə vermiş və razılıqlarına əsasən Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsindən 234.1-1-ci maddəsinə keçmişlər. Onu buraxacaqlarını düşündüyündən sanksiya məhkəməsində həmin qaydada ifadə vermişdir. Müdafiəçisinə ona təzyiq olmaması barədə bildirməyinin səbəbi polislərlə aralarındakı razılıqla bağlı olmuşdur. O, tutulmazdan əvvəl ev alıb-satmış, heç vaxt narkotikdən istifadə etməmiş, karate və boksla məşğul olmuşdur. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi 10 avqust 2024-cü il tarixli ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 09 avqust 2024-cü il tarixdə, saat 15:45-də Bakı şəhəri, Nərimanov rayonu, Ş.İ.Xətai prospektində yerləşən “Günaydın” restoranının yaxınlığında olan zaman ona üç nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib hazırda üzərində “patı” kimi bildiyi maddənin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üstünə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, həmin şalvarın sağ yan cibindən 01 ədəd içərisində ***-***-**-** saylı mobil nömrə olan “Honor” markalı mobil telefonu və müxtəlif əskinazlardan ibarət ümumilikdə 30 manat pulu masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bükümün içərisindəki maddəni “patı” kimi tanıdığını bildirmişdir. Təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə keçirilən baxış zamanı içərisində ağ rəngli, kristal formalı, xüsusi spesifik iyə malik olmayan psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Üstündən aşkar edilmiş 01 ədəd “Honor” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüş, ümumilikdə 30 manat pul isə heç bir cinayət yolu ilə əldə olunmadığını və özünə aid olduğunu bildirdiyi üçün onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı üstündən aşkar edilmiş 01 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddəni 09 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 50 manat pul müqabilində aldığını, həmin maddəni satmaq, hədiyyə etmək niyyətinin olmadığını, həmin maddənin onda olmasından heç kimin məlumatının olmadığını, əvvəllər psixotrop maddə metamfetamindən istifadə etdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün onun özü və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Aşkar olunmuş maddəni bir gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 50 manat pul müqabilində əldə etmiş, bu maddəni heç kimə satmaq, hədiyyə və ya pay qismində vermək kimi bir niyyəti də olmamışdır. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. 50 manat müqabilində əldə etdiyini bildirdiyi psixotrop maddə metamfetaminin üzərindən götürməmişdir. Üzərində psixotrop maddə olmasından heç kimin xəbəri olmamış, həmin maddə yalnız üzərində olmuş, başqa heç yerdə saxlamamışdır. Üzərində heç bir xəsarət olmamışdır. Nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir (İ cild, səh. 76- 79). 5.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi 08 oktyabr 2024-cü il tarixli ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində ondan aşkar edilmiş psixotrop maddəni saxlanıldığı gün yerdən tapdığını, başqa şəxslərin əlinə keçməməsi üçün gətirib polis əməkdaşlarına təhvil vermək istədiyini, heç vaxt narkotik vasitə və ya psixotrop maddənin istifadəsi və satışı ilə məşğul olmadığını bildirmişdir (İ cild, səh. 191-193). 6.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 09 avqust 2024-cü il tarixdə Cavidan adlı şəxsin barəsində ona daxil olmuş əməliyyat məlumatı əsasında raportla məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Məlumat daxil olduqdan sonra günorta saat 3-4 aralığında “Günaydın” restoranı yaxınlığında həmin şəxsə bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və sonra həmin şəxs özünün Cavidan olduğunu bildirmişdir. Bundan sonra Cavidan üzərinə şəxsi axtarış keçirilməsi üçün baş idarəyə dəvət edilmiş, gətirildikdən sonra inzibati otaqda təhqiqatçı və müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edildikdə Cavidan “patı” kimi tanınmış metamfetamini təqdim etmiş və Binə qəsəbəsində tanımadığı adamdan şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilən narkotik zərfləşdirilib qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Əməliyyat tədbirində onunla yanaşı iki nəfər başqa əməkdaş iştirak etmiş və Cavidan saxlanıldıqdan dərhal sonra idarəyə gətirilmişdir. Təqsirləndirilən şəxs 08 avuqst tarixində “Cavanşir” körpüsü yaxınlığında saxlanılmamış, şəxs saxlanılan zaman taksidə yox, piyada olmuşdur. Qəbul edilmiş qərarda məqsəd təqsirləndirilən şəxsin, ona məxsus avtomobillərin müşahidəsi, vətəndaşlardan onun barəsində məlumatların toplanılması olmuş, evinə baxış keçirilməsi nəzərdə tutulmamışdır. Onlar həmin əraziyə şəxs saxlanılmazdan 10-15 dəqiqə əvvəl gəlmişlər, hadisə yerinə gəldikdən sonra hansısa müşahidə aparmaqları onun yadında qalmamışdır. Təqsirləndirilən şəxs taksidən düşməsinin şahidi olmamışdır. Məlumat satış barədə daxil olmuş, hazırda bununla bağlı hansısa məlumat yoxdur və həmin istiqamətdə əməyyat-axtarış tədbirləri davam etdirilir. Məlumat şəxsin barəsində bir neçə mənbədən daxil olmuşdur. Şəxsin kriminal şəxslərlə əlaqəsinin olması barədə və təqsirləndirilən şəxsə hansısa kriminal şəxslərin fotoşəkillərinin təqdim edilməsindən məlumatı olmamışdır. Saxlanılandan üzərinə baxış keçirilənədək daim şəxsin yanında olmuşdur. Saxlanılan zaman, idarədə Təqsirləndirilən şəxs qarşı heç bir zor və təzyiq olmamışdır. 7.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 09 avqust 2024-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 09 avqust 2024-cü il tarixli qərar çıxarılmış və BMCMİ-nin əməkdaşları - əməliyyat müvəkkili Şahid3, kiçik inspektor Şahid2 və onun özündən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 09 avqust 2024-cü il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Ş.İ.Xətai prospektində yerləşən “Günaydın" restoranının yaxınlığında olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 15:45-də qeyd edilən yerdə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və onun da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər və onu BMCMİ-nin inzibati binasına dəvət etmişlər. O da etiraz etmədən onlarla İdarəyə gəlmişdir. İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş, Baş İdarənin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Cavanşir Mansirov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, həmin şalvarın sağ yan cibindən 01 ədəd “Honor” markalı mobil telefonu və müxtəlif əskinazlardan ibarət ümumilikdə 30 manat pulu masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki maddəni “patı” kimi tanıdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə keçirilən baxış zamanı içərisində ağ rəngli, kristal formalı, xüsusi spesifik iyə malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən əlavə əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd “Honor” markalı mobil telefon da təhqiqatçı tərəfindən götürülmüş, ümumilikdə 30 manat pul isə şəxsin özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddəni 09 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 50 manat pul müqabilində aldığını, həmin maddəni satmaq niyyətinin olmadığını, həmin maddənin onda olmasından heç kimin məlumatının olmadığını, əvvəllər psixotrop maddə metamfetamindən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib aparılarkən və yaxud orada olarkən ona qarşı heç bir təzyiq, zorakılıq, qanunsuz hərəkətlər edilməmiş və belə hallar olmamışdır. Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamini hansı qaydada, necə, kimdən, hansı şəraitdə əldə etdiyini dəqiq bilməmişlər. Hələlik əməliyyat yolu ilə dəqiq müəyyənləşdirə bilməmişlər. Bu barədə hazırda dəqiq əməliyyat məlumatının olmamışdır. İlkin dövrdə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olsa da, sonradan əldə etdikləri əlavə bir çox məlumatlarda bunu tam dəqiqləşdirə bilməmişlər. İlkin dövrdə onun barəsində daxil olmuş əməliyyat məlumatından fərqli olaraq sonrakı vaxtlarda əldə etdikləri əlavə məlumatlarda Təqsirləndirilən şəxs özünün narkotik vasitələr və psixotrop maddələr istifadəçisi, yəni özünün belə maddələrin qəbul edəni olduğu bildirilmiş, yəni Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin psixotrop maddə metamfetamini kiməsə satmaq məqsədi ilə saxlaması, yaxud da ki, ümumiyyətlə narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirməsi barədə hələlik təsdiqedici dəqiq əməliyyat məlumatı olmamışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamış, əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs heç bir müqavimət göstərməmişdir. (İ cild, səh. 138-141). 8.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, əməliyyat məlumatı daxil olduqdan sonra “Günaydın” restoranı yaxınığınlığında şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Şəxs idarəyə dəvət edilmiş, təhqiqatçının otağında şəxsi axtarış keçirilmiş və idarədə üzərindən nakotik maddə aşkar edilmişdir. Baxışın idarəyə gəldikdən nə qədər sonra keçirilməsi onun dəqiq yadında qalmamışdır. Təqsirləndirilən şəxsin üzəri tam yoxlanılmışdır. Saxlanılan zaman şəxs piyada olmuşdur. Təqsirləndirilən şəxs “Cavanşir” körpüsü yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs taksidə olarkən saxlanılmamışdır. Məlumatlar məxvi olduğundan adətən qrup yaradılır, hadisə yerinə çatdıqda qrup rəhbəri şəxsi göstərir və onlar da həbs edirlər. Onlar hadisə yerinə günorta saatlarında üç nəfər getmişlər. O, Cavidanın hansı istiqamətdən gəldiyini bilməmiş, Cavidanı görəndə artıq orada dayanmış və həmin vaxt yanında kimsə olmamışdır. Saxlanılan zaman şəxsin üzərinə baxış keçirilməsi üçün şərait olmamışdır. Şəxsi axtarışa kimi Cavidanın yanında idarə əməkdaşlarından biri olmuş və o da həmin kabinetə girib çıxmışdır. Onunla Cavidan arasında hansısa söhbət olmamış və əməkdaşlar tərəfindən Cavidana şəkil təqdim edilməsini görməmişdir. O, Samir adlı şəxs tanımamış və bu barədə əməliyyat olmasından məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs altı ay sonra çıxacağı barədə heç bir söz deməmişdir. Saxlanılan zaman, idarədə Təqsirləndirilən şəxs hansısa zor və təzyiq olmamışdır. 9.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 142-145). 10.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 09 avqust 2024-cü il tarixində Nərimanov rayonunda yerləşən “Günaydın” restoranının yaxınlığında olarkən şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və xidməti vəsiqələrini göstərib özünü təqdim etməsini xahiş etmişlər. Onlara Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra baş idarəyə dəvət etmişlər və videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış həyata keçirilən zaman bir büküm narkotik vasitə aşkar edilərək götürülmüşdür. Əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə bağlı saxlanılmış və əməliyyat tədbirində üç nəfər iştirak etmişlər. Hadisə yerində şəxsin şəxsiyyətini qrup rəhbəri müəyyən etmişdir. Saxlanılmazdan əvvəl şəxs tək olmuş və hadisə yerinə gələn vaxt şəxs avtomobildə deyil, yolun kənarında olmuşdur. Əlverişli şərait olmadığından şəxsi axtarışı yerində aparmamışlar. Vəkilin iştirakı olmadan şəxsi axtarış keçirə bilməyəcəklərindən vəkilin iştirakını gözləmişlər, narkotikin aşkar olunma halı videoçəkilişdə əks olunmuş və çəkiliş bir dəfə aparılmışdır. Təqsirləndirilən şəxsin özü açıq şəkildə etiraf etmişdir ki, onun üzərində narkotik bir ədəddir, ona görə də üzərindən narkotik aşkar edildikdən sonra təkrar onlar tərəfindən yoxlama aparılarkən cibinə kimi yoxlanılmış, ayaqqabısının içinə və ya başqa yerlərinə baxış keçirilməmişdir. Onlar təqsirləndirilən şəxsin dediklərinə inanmırlar, sadəcə olaraq yoxlama aparılarkən düzgün şəkildə yoxlama aparılmamışdır. Evində axtarışa ehtiyac olub-olmamasını müstəntiq təyin edəcəkdi, lazım olduqda baxış keçiriləcəkdi. Onlar hadisə yerinə yaxınlaşarkən orada taksi olmamışdır. O, təqsirləndirilən şəxsin hansısa Samir adlı tanışını tanımır. Saxlanıldıqdan baxış keçirilənə kimi daim Təqsirləndirilən şəxs yanında olmuşdur. Onun yanında təqsirləndirilən şəxsə toyda olması ilə bağlı fotolar göstərilməmiş və bu halla bağlı məlumatı olmamışdır. Saxlanılan zaman, idarəyə gətirildikdən sonra təqsirləndirilən şəxsə qarşı hansısa zor və təzyiq olmamışdır. 11.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 146-149). 12.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, 09 avqust tarixində oğlu evdə idmanını bitirdikdən sonra dostugilə getmək üçün “Bolt” taksisini sifariş etmiş, üzərindən 38 dəqiqə keçəndən sonra oğlunun Samir adlı dostu zəng edərək Cavidanın onlara gəlməli olduğunu, lakin hələ də gəlmədiyini və hara gedəcəyini bilmədiyini demişdir. Samir Cavidanla telefonda danışarkən “Cavanşir” körpüsünə çatanda “məkan” göndərməsini istədiyini və ondan sonra xəbər ala bilmədiyini demişdir. O, üzərindən bir qədər keçəndən sonra axtarışa başlayaraq Cavidanın harada olması ilə maraqlanmışdır. Bundan sonra səhəri gün ayın 10-da polisə zəng etmiş, həmin vaxt onlarda belə bir məlumat olmadığını bildirmişlər. “102 Xidməti”ndən isə ona bir saata məlumat verəcəklərini bildirmişlər və on dəqiqə sonra zəng edərək oğlunu “banditizm”in tutması barədə məlumat vermişlər. Nə üçün saxlanıldığını soruşanda isə cibindən narkotik çıxdığını bildirmişlər. O, Cavidanla eyni evdə yaşamışdır. Cavidan evdən çıxıb başqa şəxslə görüşməmiş və evdən çıxana kimi kiminləsə görüşməmişdir. 13.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi keçən il Buzovnadan müştəri kimi götürmüş, “Heydər Əliyev” prospektinin sonunda olan “Günaydın” restoranının yanında olarkən onları yol polisi saxlamış, bundan sonra avtomobildən polis əməkdaşları düşərək şəxsi götürüb aparmışlar, ona isə yola davam etməsini demişlər. Həmin şəxslər mülki geyimdə olmuşlar və yol polisi əməkdaşları onları saxladıqlarından mülki geyimdə olan həmin şəxslərin polis işçisi olmalarını bilmişdir. Həmin müddətdə onun istifadəsində olan nəqliyyat vasitəsinin qeydiyyat nömrəsinin sonu 339 olmuşdur. O, həmin avtomobili təxminən 5-6 ay istifadə etmiş və hazırda digər nəqliyyat vasitəsini istifadə edir. Yol polisi onu saxlayandan sonra hansısa qayda pozuntusu etməyi barədə məlumat veməmişdir. Polislərin onun maşınına yaxınlaşaraq təqsirləndirilən şəxsi avtomobilə əyləşdirmələri təqribən 4-5 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs polisə heç bir müqavimət göstərməmiş, polislər isə hər iki tərəfdən onun qoluna girib öz maşınlarına əyləşdirmişlər. Polis əməkdaşlarının özlərini təqdim edib-etmədiklərini xatırlamır. O, saxlanılan yerdə şəxsin üzərinə hansısa baxış keçirilməsinin şahidi olmamışdır. O, təqsirləndirilən şəxsi “Hüseyn Cavid” prospekti ünvanına aparmamışdır. Sifarişi başa çatdıra bilmədiyindən sistemi bağlamış və bununla bağlı şirkətə məlumat verərək sürücü saxlanıldığından ödəniş olmamasını bildirmişdir. 14.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2024-cü il tarixli 3-16-16/2-6/4064 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş... (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,982 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfteamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir (İ cild, səh. 39-43). 15.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsin Ambulator X2 barədə 10 avqust 2024-cü il tarixli, 5486 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin, preqabalinin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 154-155). 16.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 09 avqust 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, həmin şalvarın sağ yan cibindən 01 ədəd içərisində ***-***-**-** saylı mobil nömrə olan “Honor" markalı mobil telefonu və müxtəlif əskinazlardan ibarət ümumilikdə 30 manat pulu masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki maddəni “patı” kimi tanıdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə keçirilən baxış zamanı içərisində ağ rəngli, kristal formalı, xüsusi spesifik iyə malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd “Honor’’ markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüş, ümumilikdə 30 manat pul isə şəxsin özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddəni 09 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 50 manat pul müqabilində aldığını, həmin maddəni satmaq, hədiyyə etmək niyyətinin olmadığını, həmin maddənin onda olmasından heç kimin məlumatının olmadığını və əvvəllər psixotrop maddə metamfetamindən istifadə etdiyini bildirmişdir (İ cild, səh. 27-29). 17.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 avqust 2024-cü il tarixli, 4(005)- 1016/2024 nömrəli qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair 10 avqust 2024cü il tarixdə keçirilmiş məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona ittiham olunan əməldə özünü təqsirli bilərək, tanımadığı şəxsdən 50 manat müqabilində narkotik vasitə əldə etdiyini bildirmiş, həmin narkotik vasitəni öz istifadəsi üçün əldə edib saxladığını qeyd etmişdir. Polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş narkotik vasitənin ona aid olduğunu qeyd etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən heç bir təzyiqə məruz qalmadığını bildirmişdir. Son olaraq barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin tətbiq edilməsini xahiş etmişdir (İ cild, səh. 86-90). 18.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsin Ambulator X2 barədə 10 avqust 2024-cü il tarixli, 5486 nömrəli rəyindən görünür ki, ambulator məcburi X10 zamanı ekspress-test üsulu ilə müayinə nəticəsində Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində MET (+), THC (+), PGB (+), AMP (+) aşkar olundu. Deməsinə görə, narkotik vasitə olan marixuanadan çəkməklə istifadə edib (İ cild, səh. 154-155). 19.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 21 avqust 2024-cü il tarixli, 10225 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (İ cild, səh. 106). 20.«Maddi sübut hesab edilməsi haqqında» 10 avqust 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 5,882 qram olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (İ cild, səh. 91-92). 21.«Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında» 07 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə prosesi zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (İ cild, səh. 162-171). 22.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sol bazunun arxa səthində, sol saidin ön və arxa səthində, sağ əlin arxa səthində köhnə çapıq toxumaları aşkar edilmişdir. 23.Məhkəmə-tibbi ekspertizasının 10 avqust 2024-cü il tarixli, 430/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 09-xx.xx.2024-cü il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş sol bazunun, sol dirsək oynağı nahiyəsinin və sol saidin çapıqları müayinədən təxminən 1-1,5 ildən artıq müddətdə əmələ gəlmişdir, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduğu üçün onun əmələ gəlmə mexanizmi, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Belə ki, bu hallar fərdi xüsusiyyətlərə uyğun xüsusi əlamətlər kimi də qiymətləndirilə bilər (İ cild, səh. 156-159). 24.«Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 22 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qalması barədə toplanmış 2131-C-24 nömrəli material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (İ cild, səh. 210-211). 25.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 19). 26.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 avqust 2024-cü il tarixli, 4(005)- 1016/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 09 avqust 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 86-90). 27.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 108-109). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 28.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 29.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 30.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 31.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 32.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 33.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 34.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 35.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 36.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 37.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. 38.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metafetamin əldə edib daşıyaraq üzərində saxlaması tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 39.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 40.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. 41.Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sol bazunun arxa səthində, sol saidin ön və arxa səthində, sağ əlin arxa səthində köhnə çapıq toxumaları aşkar edilmişdir. Eyni zamanda, Məhkəmə-tibbi ekspertizasının 10 avqust 2024-cü il tarixli, 430/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 09-xx.xx.2024-cü il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş sol bazunun, sol dirsək oynağı nahiyəsinin və sol saidin çapıqları müayinədən təxminən 1-1,5 ildən artıq müddətdə əmələ gəlmişdir, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduğu üçün onun əmələ gəlmə mexanizmi, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Belə ki, bu hallar fərdi xüsusiyyətlərə uyğun xüsusi əlamətlər kimi də qiymətləndirilə bilər. Bununla yanaşı, «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 22 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qalması barədə toplanmış 2131-C-24 nömrəli material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir 42.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X5rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 43.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsinə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 44.Məhkəmə təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirməməsi məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə «şəxsi axtarış və götürmə aparılması haqqında» 09 avqust 2024-cü il tarixli protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş psixotrop maddənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 45.Beləliklə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə şəxsi axtarışının şərtlərinə, nəticələrinə etiraz etmək və sübutların əldə edilməsinə, istifadəsinə etiraz etmək üçün effektiv şəraitin təmin edilməməsi nəticəsinə gəlməyə əsasların olmadığı qənaətinə gəlir. 46.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 47.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 48.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 49.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 50.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 51.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 52.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 53.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 54.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 55.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 56.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 57.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 58.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 59.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 60.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 09 avqust 2024-cü il tarixdən hesablanmalıdır. 61.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 62.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 63.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 64.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,882 qram çəkidə psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 65.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 66.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 67.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 68.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 09 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsin. Maddi sübut olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 5,882 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev