Məhkəmə qərarları › İş №1(101)-974/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-974/2023

16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-974/2023 16.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X6 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi - atası X3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Faiq Nağıyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1978-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Dəyirmandag Ə/D, Qurudərə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivi, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, işləmək üçün getdiyi Rusiya Federasiyasının Moskva şəhərində olduğu müddətdə 26 oktyabr 2007-ci il tarixdən rəsmi nikah münasibətində olduğu arvadı Zərərçəkmiş şəxs onun telefon zənglərinə tez-tez cavab verməməsi, aktiv şəkildə sosial şəbəkədən istifadə etməsi, habelə 10 noyabr 2022-ci il tarixdə oğlu Şahid2 ona ayrı yaşadıqları müddətdə anası Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefonda əvvəllər iş yoldaşı olmuş X9 ilə telefon əlaqələrinin olması barədə verdiyi məlumatdan sonra məhz bu səbəbdən Zərərçəkmiş şəxs son zamanlar ona qarşı soyuq münasibət bəslədiyini, onunla nəzakətsiz davrandığını ehtimal edib sonuncunun ona xəyanət etməsindən şübhələnərək vaxt itirmədən baş verənləri aydınlaşdırmaq məqsədi ilə 11 noyabr 2022-ci il tarixdə təyyarə ilə Bakı şəhərinə gələrək Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən eyni adlı kafedə spirtli içki qəbul edib arvadının işdən evə qayıtmasını gözləmiş, həmin tarixdə saat 21 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində nömrəsiz fərdi yaşayış evinə gələrək Zərərçəkmiş şəxs kiminlə münasibətdə olduğunu soruşub istifadəsində olan mobil telefonun yaddaşında olan “SMS” yazışmalarına baxması üçün ona verməsini tələb etsə də, sonuncunun əlində saxladığı telefonu ona verməkdən imtina edib qaçmaq istəməsi səbəbindən hiddətlənib Zərərçəkmiş şəxs üzərinə hücum edərək sağ əli ilə onun sifət nahiyəsinə yumruq zərbəsi vurub telefonunu əlindən alaraq orada Rövşən Məmmədovla şəxsi münasibətdə olduğunu təsdiq edən “WhatsApp” yazışmalarının olduğunu görüb xəyanətinə əmin olaraq bu səbəbdən aralarında baş vermiş mübahisə zamanı qısqanclıq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlib niyyətini həyata keçirməkdən ötrü evin mətbəx otağından götürdüyü istintaqa məlum olmayan bıçaqla silahlanaraq müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək işgəncə və xüsusi ağrılar verdiyini arzu və dərk etməklə, yəni xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə əlindəki bıçaqla əvvəlcə evin dəhlizində Zərərçəkmiş şəxs bədən səthinə ardıcıl zərbələr vurmuş, sonuncu aktiv müqavimət göstərərək evin qonaq otağında olan pəncərədən həyətə tullanıb qaçmağa cəhd etsə də, qəsdən öldürməyə yönəlmiş cinayətkar niyyətini başa çatdırmaqdan ötrü onun arxasınca qaçıb evin həyət qapısının qarşısında müxtəlif duruş vəziyyətində bədən səthinə əlindəki bıçaqla ardıcıl çoxsaylı zərbələr vuraraq ona təpə nahiyəsinin yumşaq toxumalarına qansızma, sağ mil-bilək oynağı nahiyəsinin və sol əlin 1-ci barmağının sıyrığı kimi canlı şəxslərdə sağlamlığa zərər vurmayan, döş və qarın boşluqlarına nüfuz etməyən döş qəfəsinin ön səthinin 1 ədəd, arxa səthinin 2 ədəd, sağ çiyin qurşağının 1 ədəd, sağ bel nahiyəsinin 1 ədəd, sol bazu oynağı nahiyəsinin 1 ədəd, sağ bazunun 1 ədəd, cəmi 7 ədəd deşilmiş-kəsilmiş yaraları, sol gözyuvasıətrafı nahiyənin dərialtı hematoması kimi hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanm əlamətlərinə malik xəsarətlər, döş qəfəsinin sol yarısının bayır səthinin daxilə nüfuz edərək sol ağciyərin zədələnməsinə səbəb olan 1 ədəd, qarnın sağ yarısının ön divarının qarın boşluğuna nüfuz edərək qapı venasının və 12-barmaq bağırsaq soğanağının zədələnməsinə səbəb olan 1 ədəd, bağırsaq və müsariqəni zədələyən 1 ədəd, qarnın sol yan səthinin qarın boşluğuna nüfuz edərək peritonun və müsariqənin zədələnməsinə səbəb olan 2 ədəd, sol qalça nahiyəsinin qarın boşluğuna nüfuz edərək çənbər bağırsağı və müsariqəsini zədələyən 1 ədəd, cəmi 6 ədəd hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanm əlamətlərinə malik olmaqla daxili üzvlərin yaralanması nəticəsində baş vermiş daxili və xarici qanitirmə nəticəsində ölümü ilə birbaşa səbəbli əlaqəli cəmi 13 ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 9 ay bundan əvvəl tikinti sahəsində işləyib pul qazanmaq üçün Rusiya Federasiyası, Moskva şəhərinə getmişdir. Orada olduğu müddətdə demək olar ki, hər gün həyat yoldaşı və uşaqları ilə telefonla əlaqə saxlamış, ay ərzində bir neçə dəfə olmaqla “Zolotoy Korona” pul köçürmə sistemi vasitəsi ilə onlara pul göndərmişdir. Təxminən son 2-3 ay ərzində hiss etmişdir ki, həyat yoldaşı Sevincin ona qarşı münasibəti soyuqdur. Onlar telefonla danışan zaman Sevincin gah fikri onda olmamış, gah zənglərinə cavab verməmiş, gah da “WhatsApp” sosial şəbəkəsində danışan zaman tez-tez görüntünü bağlamışdır. O da şübhələnmişdir ki, Sevinc onunla danışdığı anda başqa kiminləsə də “SMS”-lə yazışır, lakin buna baxmayaraq onu acılamamış, ona xəyanət edəcəyini ağlına gətirməmişdir. 10 noyabr 2022-ci il tarixdə günorta saatlarında Moskva şəhərində olan zaman kiçik oğlu Cavid ona “WhatsApp” sosial şəbəkəsində görüntülü zəng edib Sevincin Rövşən adlı keçmiş iş yoldaşı ilə tez-tez telefonla əlaqə saxladığını bildirmiş, hətta oğlu həyat yoldaşı ilə Rövşən arasında olan səs yazılarını da ona göndərmişdir. Bundan sonra o, oğluna tapşırmışdır ki, heç bir hərəkət etməsin, özü Bakı şəhərinə qayıdıb məsələni həll edəcək. Sevincin bu hərəkəti ona çox pis təsir etmiş və buna görə də qərara gəlmişdir ki, dərhal Bakı şəhərinə qayıdıb onunla söhbət etsin. 11 noyabr 2022-ci il tarixdə Bakı şəhərinə gəlmiş, onu oğlu Cavid qarşılamış və ac olduğundan birlikdə Savalan yaşayış massivində yerləşən “Savalan” kafesinə getmişlər. Böyük oğlu Cahid də kafeyə gəlmiş və onlarla axşam saat 20:00 radələrinə qədər kafedə olmuşdur. Orada olduğu müddətdə 200 qram araq içmiş və orada Sevincin ona xəyanət etməsi ilə bağlı heç nə danışılmamışdır. Axşam saatlarına qədər kafedə Sevincin işdən çıxıb evə gəlməsini gözləmişdir. Saat 21:00 radələrində uşaqları ilə birlikdə yaşadıqları evin yaxınlığına gəlmişlər. Onlar evin qapısına çatanda uşaqlarına bildirmişdir ki, maşında əyləşsinlər, evdə Sevinclə dərdləşəcək. Həmin vaxt hava yağışlı və soyuq olmuş, evin qapısını döymüş və görmüşdür ki, qapı arxadan bağlıdır. Əvvəllər heç vaxt evlərinin giriş qapısı bağlı olmamış, adətən yalnız evin həyət qapısını bağlamışlar. O, qapını döyəndə Sevinc elə bildi ki, gələn oğludur. Sevinc qapını açıb onu görəndə təəccüblənmiş və həyəcanlı şəkildə donub qalmışdır. O, Sevincə sual vermişdir ki, “ay Sevinc, bu nə oyundu mənim başıma açmısan”. Sevinc isə cavabında bildirmişdir ki, “bu nə danışıqdı mənimlə danışırsan, yenə səni kim qızışdırıb mənim üstümə salıb, nə pis hərəkətimi görmüsən”. Sevincin əlində telefon olduğunu görüb ona verməyini tələb etmişdir. Sevinc isə telefonu ona vermək əvəzinə dəhlizin baş tərəfindəki hamam otağına tərəf qaçmışdır. O dərhal Sevincin arxasınca qaçıb arxa tərəfdən sağ əli ilə Sevincin saçından tutub sol əli ilə onun sifət nahiyəsindən bir neçə yumruq zərbəsi vurmuş, sonra isə əlində saxladığı telefonu dartıb zorla əlindən alıb baxanda görmüşdür ki, həqiqətən də onun Rövşən adlı şəxslə arasında “SMS” danışıqları var, bundan sonra o, özündən çıxmış və aqressiv şəkildə Sevincdən “bu nə danışıqlardı” deyə soruşmuşdur. Sevinc isə onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxtı demək olar ki, özündə olmamış, sonra baş verənləri xatırlamamışdır. Lakin özünə gələndə evin yaxınlığında uzandığını və üzərinə yağış yağdığını xatırlamışdır. Sevinci öldürdüyünü anladıqdan sonra Rusiya mobil operatoru ilə DİN-in “102” xidmətinə zəng etmək istəsə də, telefonunda Rusiya nömrəsi olduğu üçün zəng baş tutmamışdır. Bundan sonra o, Sevincin telefonu ilə DİN-in “102” xidmətinə zəng edərək cinayət hadisəsi törətdiyini bildirmişdir. Daha sonra o, kanalın qırağında olarkən uşaqların polislərin gəldiyini demişlər. O da gedib polislərə təslim olmuşdur. Moskvadan Bakıya Sevincin ona xəyanət edib-etmədiyini araşdırmaq üçün gəlmiş, Sevincin ona xəyanət etdiyini kiçik oğlu demişdir. Sevincin ona xəyanət etdiyini böyük oğlu bilməmiş, onlar kafeni tərk etdikdən sonra böyük oğlundan onu maşınla şəhərdə gəzdirməsini xahiş etmişdir. Sevincə neçə bıçaq zərbəsi endirdiyini xatırlamamışdır. Sevincin həyət qapısının küçə tərəfində uzandığını xatırlamış, lakin necə qaçdığını xatırlamamışdır. Uşaqlarına demişdir ki, “Sevinclə işim var, siz gəlməyin”. Sevinc onun ünvanına nalayiq ifadələr işlətmiş, o, Bakıya Sevinci öldürmək üçün yox, xəyanətini araşdırmaq üçün gəlmişdir. Mobil telefonda olan Sevinclə Rövşən arasında danışıqları gördükdən sonra özündən çıxmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə özünü təqsirli bilmişdir. Sevinclə rəsmi nikah bağlamışlar. O, əlində bıçaq olduğunu, birinci və sonuncu bıçaq zərbəsi arasında nə qədər müddət keçdiyini və Sevincin ondan aman dilədiyini xatırlamamışdır. 1 il əvvəl Sevincin ona xəyanət etməsindən şübhələndiyi üçün aralarında mübahisə yaranmış, lakin bir müddət sonra barışmışlar. Ona oğlu hadisə baş verməzdən bir müddət əvvəl demişdir ki, Rövşənlə Sevincin arasında münasibət var, o da bu barədə Sevincdən soruşduqda sonuncu, oğlunun ona şər atdığını bildirmişdir. İbtidai istintaq zamanı ifadələrə oxumadan imza etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, həyat yoldaşı Sevincə qəzəblənərək mətbəx otağına keçib bıçaq götürmüş və dərhal Sevincin arxasınca qonaq otağına girib sağ əlində olan bıçaqla Sevincə tərəf zərbələr atmışdır. Həmin vaxtı həyəcanlı olduğundan zərbələrin onun hansı nahiyəsindən dəydiyini xatırlamır. Buna baxmayaraq Sevinc müqavimət göstərərək evin qonaq otağında olan pəncərədən həyətə tullanmışdır ki, qaçıb getsin. O da öz növbəsində onu tutmaq üçün evin giriş qapısına tərəf qaçıb həyətə çıxmış, onun evin həyət qapısından çıxıb qaçmağa cəhd eldiyini görüb arxasınca qaçaraq onu tutmuş və həyət qapısının qarşısında Sevincin bədəninin müxtəlif nahiyələrinə növbəti zərbələri vurmuşdur. Bu zərbələrdən sonra Sevinc onların evlərindən sol tərəf istiqamətində hərəkət edib yerə yıxılmışdır (cild 1, iş vərəqə 75-80 və cild 2, iş vərəqə 103-104). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində bildirdi ki, mərhum qızı Sevinc 2000-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, onların nikahından iki oğlan və bir qız övladları dünyaya gəlmişdir. Vidadi tikinti sahələrində ustalıqla məşğul olmuş, Sevinc isə uşaqlar böyüyənə qədər evdar qadın olmuşdur. 2015-ci ildə maddi vəziyyətləri pis olduğundan Sevinc '‘Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən “Həsən Holding” adlanan şirkətdə aşbaz köməkçisi işləməyə başlamış, 2021-ci ildə isə Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində yerləşən evlərinin yaxınlığındakı tikiş sexində dərzi, son aylarda isə Bilgəh qəsəbəsində yerləşən fərdi evdə xadiməçi işləmişdir. Qızı Sevincin əri Vidadi ilə münasibəti bu illər ərzində heç də yaxşı olmamış, daim evlərində söz-söhbət olmuşdur. Sevinc dəfələrlə acıq edib ata evinə qayıtsa da, sonradan ailəsini nəzərə alaraq Vidadini bağışlayıb geri qayıtmışdır. Hətta 2022-ci ilin yanvar ayında onlar arasında sözlü mübahisə olduğu üçün onlar boşanma ilə bağlı Xəzər rayonunda yerləşən Mediasiya Şurasına müraciət etsələr də, Vidadi boşanma ilə bağlı çağırışlara gəlməyərək üzrxahlıq edib ailəsi ilə barışmışdır. Təxminən bu ilin əvvəllərində Vidadi işləmək üçün Moskva şəhərində getmişdir. 11 noyabr 2022-ci il tarixdə saat 21-22 radələrində evdə olarkən oğlu onlara gəlib Vidadinin Sevinci bıçaqla vurduğunu demişdir. Oğluna bu məlumatı Sevincgilin qonşusu Eldəniz adlı şəxs vermiş, o bunu eşidən kimi taksi ilə X16 getmiş və ora çatanda həkimlərdən Sevincin öldüyünü öyrənmişdir. Vidadi ilə qızı arasında əvvəllər də mübahisə olmuşdur. Nəvəsi Səmayə onunla yaşayır, digər nəvələri Cavid və Cahid isə öz evlərində yaşasa da, lakin onlara gəlib-gedirlər. Rövşən Məmmədovu şəxsən tanımamış, Rövşən “Həsən Holding”-də həyat yoldaşı və qızı ilə birlikdə işləmişdir. Qızı Sevinc “Həsən Holding”-də aşbaz köməkçisi işləmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində bildirdi ki, 11 noyabr 2022-ci il tarixdə 21:00 radələrində evdə qonaq otağında olan zaman çöldən darvazaya nəyinsə möhkəmdən çırpıldığını eşitmiş və dərhal həyət qapısına tərəf gedərək məhləyə çıxmışdır. Bu vaxt Vidadinin sağ əlində bıçaqla evlərinin həyət darvazasının qarşısında dayandığını görmüşdür. Hava qaranlıq olduğundan və küçədə işıqlandırma olmadığından əvvəlcə ətrafda heç nə görməmişdir. O, Vidadidən nə baş verdiyini, hansı səbəbə görə əlində bıçaq saxladığını soruşanda Vidadi ona qapılarından sol tərəfdə yerdə uzanıqlı vəziyyətdə olan Sevinci göstərib ona xəyanət elədiyi üçün bıçaqla vurub öldürdüyünü demişdir. Cavid və Cahidin isə maşınlarının yanında dayanıb şok vəziyyətdə olduğunu görmüşdür. Sevinc yerdə xırıldamış, huşu özündə olmamışdır. Sevincdən qan axdığını görüb dərhal Vidadidən xahiş etmişdir ki, icazə versin ki, Sevinci xəstəxanaya çatdırsın. Vidadi də buna etiraz etmədiyi üçün maşınını darvazadan çıxardıb Sevinci yerdən qaldıraraq maşının arxa oturacağına örtü salıb onun üzərinə uzatmış və dərhal maşını idarə edib onu xəstəxanaya aparmışdır. Yolda olan zaman Sevincin huşu özündə olmamışdır. “Savalan” yaşayış massivindən çıxanda yolda təcili tibbi yardım maşını ilə üzbəüz gəlmiş, dərhal maşını saxlatdırıb yaralı şəxsin olması barədə məlumat vermişdir. TTYS-nın həkimləri dərhal Sevinci maşından düşürüb TTYSnın maşını ilə X16 aparmış, o da maşını onların arxasınca sürmüşdür. Yolda ya Caviddən, ya da ki, Cahiddən mərhum Sevincin qardaşının telefon nömrəsini alıb zəng edərək Vidadinin Sevinci bıçaqla vurması barədə məlumat vermişdir. Hadisə baş verən zaman evdə olmuş, buna görə hadisənin dəqiq olaraq necə və hansı şəraitdə baş verməsinin şahidi olmamışdır. Vidadi ilə Sevincin mübahisəsinə şahid olmamış, Sevincin əxlaqsız hərəkətlərini görməmiş və ibtidai istinaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadə verməkdən imtina etdiyinə görə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş təqsirləndirilən şəxs X2 yaxın qohumu - oğlu olan Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsində bildirmişdir ki, atası Təqsirləndirilən şəxs ilə anası Zərərçəkmiş şəxs 2000-ci ildə bir-birini sevib ailə həyatı qurmuşlar. Onlar ailə qurandan sonra bir müddət Gədəbəy rayonunda yaşasalar da, sonradan Bakı şəhərinə köçmüşlər. 2012-ci ildən isə atası torpaq alıb tikdiyi Savalan yeni yaşayış massivi, nömrəsiz evdə ailəlikcə yaşamağa başlamışlar. Atası Vidadi orta-ixtisas təhsilli olub müxtəlif tikinti sahələrində ustalıqla, fəhləliklə məşğul olub öz zəhməti ilə ailəsini saxlamışdır. Anası Sevinc də orta təhsilli olmuş, eyni zamanda dərziliyi də bacarmışdır. Anası əvvəllər “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən “Həsən Holding”-də aşbaz işləsə də, sonradan həmin işdən çıxıb təxminən 4- 5 ay qardaşının işlədiyi bərbərxananın yanında yerləşən tikiş sexi kimi fəaliyyət göstərən obyektdə dərzi işləmiş, son 1-2 ayda isə Bilgəh qəsəbəsində fərdi evdə xadiməçi işləmişdir. Onun atası Vidadi ilə anası Sevincin münasibəti həmişə yaxşı olmuş, daim bir-birinə hörmətlə yanaşmışlar. Hər bir ailədə olduğu kimi arabir onlar arasında da xırda söz-söhbət olsa da, sonradan barışmışlar. Bu illər ərzində atasının nə vaxtsa anasına əl qaldırmasının şahidi olmamışdır. Atası daim əziyyətlə işləyib onlara baxmış, əlindən gələni etmişdir ki, nədənsə korluq çəkməsinlər. Anası özü də işləyib ailələrini saxlamaqda atasına kömək etmişlər. Onun özü də daim atasına qayğı ilə yanaşmış, bir ər kimi hörmətini saxlamışdır. Onun, qardaşı və bacısının da valideynləri ilə münasibəti yaxşı olmuş, onları çox istəmişdir. Təxminən 1 ilə yaxın olar ki, atası işləmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə gedib həmkəndlilərinə məxsus fərdi yaşayış evinin tikintisində ustalıqla məşğul olmuşdur. Anası Sevinc onların maddi vəziyyətlərini nəzərə alaraq atasının getməsinə narazı olmamışdır. Atası xaricdə olmasına baxmayaraq gündəlik olaraq həm uşaqları, həm də anası ilə telefonla əlaqə saxlamış, ay ərzində bir neçə dəfə onlara köçürmə vasitəsi ilə pul göndərmişdir. Son aylarda anası Sevincin özünə diqqət göstərməsi onda şübhələr yaratsa da, özünə sığışdırmadığından heç vaxt bunu dilinə gətirməmişdir. 10 noyabr 2022-ci il tarixdə gecə saatlarında atası Vidadi sərxoş vəziyyətdə “WhatsApp” sosial şəbəkəsində ona zəng edərək kobud danışmış, evdə olmadığına görə ona iradını bildirmiş, onu aldatmaqda günahlandırdığı üçün o da acıq edib telefonu üzünə söndürmüşdür. Bundan bir qədər sonra anası Sevinc özünə məxsus olan ***-***-**-** saylı nömrədən ona sms yazaraq atasının onu da söyüb təhqir etdiyini, söyüşlü smslər göndərdiyini bildirmişdir. O isə cavabında anasına demişdir ki, içkilidir, onun danışıqlarına fikir verməsin. Lakin atasının hansı səbəbə görə anasına belə bir sms yazdığını bilməmişdir. xx.xx.2022-ci il tarixdə bütün günü işdə olmuş, anası Sevinc özü də işlədiyi evə getmişdir. Saat 18 radələrində anası Sevinc ona sms yazaraq harada olması ilə maraqlanmış, o isə çörək yemək üçün evə gələcəyini demişdir. O, işdən çıxıb evləri istiqamətində gələn zaman qardaşı Cavidin icarə əsasında sürdüyü “Opel Astra” markalı **-EK-*** dövlət nömrə nişanlı avtomobilin Savalan kafesinin qarşısında dayandığını görüb maşını saxlayaraq kafeyə daxil olmuşdur. İçəri girəndə görmüşdür ki, atası Vidadi ilə qardaşı Cavid bir masada əyləşiblər. O, atasının Bakı şəhərinə gələcəyindən xəbəri olmamışdır. Həmin vaxt atası yemək yemiş, masada bir rumka araq və bir bakal pivə olmuşdur. Qardaşı isə çay içmişdir. O, atası Vidadi ilə görüşsə də, atası ona salam verməmiş, onu danışdırmamışdır. Buna görə də o, atasından hansı səbəb görə gəldiyini soruşa bilməmişdir. O, içəri girəndən 5 dəqiqə sonra onlar kafedən çıxmış və atası Vidadi təklif etmişdir ki, bir az maşınla onu gəzdirsinlər. Buna görə də qardaşı maşını kafenin qarşısında saxlamış, onun idarə etdiyi maşına əyləşmişlər. O, maşını Maştağa-Nardaran qəsəbləri istiqamətində sürmüş və bir qədər maşınla gəzdikdən sonra o, atasından nə üçün gəldiyini soruşanda, Vidadi aqressiv şəkildə ona “maşını sür” deyə cavab vermişdir. Qardaşı Cavid də qorxusundan ona heç bir söz deməmişdir. Təxminən saat 18:42-də o, anasına sms yazaraq harada olması ilə maraqlanmış, o isə 3 dəqiqədən sonra ona cavab yazaraq kanalın üstü ilə evə tərəf getdiyini bildirmişdir. Bundan sonra o, maşını atasının tələbi ilə ev istiqamətində hərəkət etdirməyə başlamışdır. Lakin dəqiq olaraq saat neçədə məhləyə çatdıqlarını xatırlamır. Həmin vaxt hava yağışlı olmuş və maşını küçənin baş tərəfində onların evindən 20-25 metr sol tərəfdə yuxarıda saxlatdırıb maşından düşmüşdür. O və Cavid maşından düşmək istəyəndə Vidadi onlara qışqıraraq “oturun maşında” deyə bildirmişdir. Həmin vaxt atasının əlində bıçaq və ya hər hansı bir alət görməmişdir. Atası Vidadi maşından düşüb evə girmiş, o isə maşının mühərrikini söndürüb qardaşı ilə birlikdə telefonla oynağa başlamışlar. Atası maşından düşəndən sonra qardaşı arxa oturacaqdan düşüb onun yanında qabaq sərnişin oturacağında əyləşmişdir. Hava yağışlı olduğundan maşının ön qabaq şüşələri buxarlanmışdır. Bundan başqa məhlədə işıqlandırma olmadığından qaranlıq olmuş, ətrafı görmək mümkün olmamışdır. O, qardaşı Caviddən atasının hansı səbəb görə gəldiyini soruşsa da, Cavid xəbəri olmadığını, atasının qəfil gəldiyini demişdir. Atası evə daxil olandan sonra onlar hər hansı bir qışqırıq və ya dava səsinin gəldiyini eşitməmişlər. Təxminən 15-20 dəqiqədən sonra onların evlərinin həyət qapısı möhkəmdən çırpılmış və onlar əvvəlcə nə baş verdiyini bilməmişlər. Sonradan onlara tərəf qaraltı gəldiyini görüb maşında düşəndə anası Sevincin yerə yıxıldığını görmüşlər. Atası Vidadi isə dayanıb baxmışdır. Onlar Vidadinin analarını döydüyünü zənn edərək tez onlara tərəf qaçıb Vidadini kənara itələmişlər. Anası isə həmin vaxt qara rəngli paltar geyindiyindən, habelə hava yağışlı olduğundan onun bədəni üzərində də qan olduğunu görməmişlər. Bundan sonra atası Vidadi qışqıraraq “vurdum, vurdum, onu öldürdüm” deyə qışqırdığından o, şoka düşmüşdür. Bircə onu xatırlayır ki, “təcili yardım çağırın” deyib qışqırmışdır. Baş verənlər ona yuxu kimi gəlmişdir. Bir qədər sonra özünə gələndə görmüşdür ki, daşın üstündə əyləşmiş, qardaşı Cavid və qonşuları Eldənizin oğlu Vüsal yanındadır. O, onlardan anasının harada olduğunu soruşanda Vüsal atası Eldənizin onu maşına mindirərək xəstəxanaya apardığını bildirmişdir. O, atasının yanında olmadığını görüb onu yaxınlıqda axtarmağa başlamışlar. O və Cavid evdən bir qədər aralanıb yaxınlıqdan keçən su kanalının yanına çalanda görmüşlər ki, atası Vidadi kanalın ətrafı ilə havalı şəkildə gedir. Bundan sonra onlar atasına yaxınlaşıb maşına əyləşməsini xahiş etmişlər. Atası isə təslim olmaq üçün polisə getmək istədiyini demişdir. Bundan sonra atası onların təklifi ilə maşına əyləşmiş və elə məhlədən çıxmaq istəmişdir ki, atasının istifadəsində olan mobil telefona zəng gəlmişdir. Həmin telefon atasında olmuş, o, telefonu qardaşına vermişdir ki, zəngə cavab versin. Qardaşı zəngi açanda özünü 14-cü PB-nin əməkdaşı kimi təqdim edən şəxs evin yerini öyrənib heç yerə tərpənməmələrini, özlərinin gəldiklərini bildirmişdir. Buna görə də onlar məhləyə qayıtmış və polis əməkdaşları atası Vidadini maşına mindirib 14-cü PB-nə aparmışlar. Sonradan isə hadisə yerinə gəlmiş prokurorluq və polis əməkdaşlarının iştirakı ilə evə baxış keçirilmişdir. Atası Vidadi ilə anası Sevincin münasibəti həmişə yaxşı olmuş, arada sözlü mübahisələri olsa da, atası nə vaxtsa onların yanında anasına əl qaldırmamışdır. O, əvvəllər heç vaxt atasının Sevinci döyməsinin, onu öldürməyə cəhd etməsinin şahidi olmamışdır. O, hadisənin hansı səbəbdən baş verdiyini yalnız hadisə baş verəndən sonra qardaşı Caviddən öyrənmişdir. Qardaşının ona dediyinə görə o, analarının başqa bir kişi cinsli şəxslə telefonla danışmasından şübhələnib onun otağına öz telefonunu qoyub səsin yazmış, sonra isə həmin səs yazılarını atasına göndərmişdir. Məhz bu səbəbdən də atası Vidadi xx.xx.2022-ci il tarixdə anasına söyüşlü smslər yazmışdır. Bundan sonra atası bilet alıb Bakı şəhərinə gəlmiş, mübahisələri də anasının başqa bir kişi ilə telefonla danışması, ona xəyanət etməsi səbəbindən baş vermişdir. Qardaşı həmin səs yazısını ona göstərməyə qorxmuş, buna görə də atasına yollamışdır. O, özü hadisənin şahidi olmamış, buna görə də atası Vidadinin anası Sevincə dəqiq olaraq necə və hansı şəraitdə xəsarətlər yetirib öldürməsini bilmir. Atası onun və qardaşı Cavidin yanında anası Sevinci vurmamışdır. Anası Sevincin bıçaqlanmasını da yalnız sonradan şokdan ayılandan sonra bilmişlər. Keçirdiyi şok səbəbindən heç anasının xəstəxanaya necə aparıldığını, yerə yıxıldığı yerdə durub-durmadığını, haradan götürüldüyünü də bilməmiş və görməmişdir. Hadisə baş verən zaman evdə anası və atasından başqa heç kim olmamışdır. Həmin gün bacıları Səmayə qonşuları Nərimangilin evində ad günündə olmuşlar. Onun baş vermiş hadisədə heç bir iştirakı olmamışdır. İstər kafedə əyləşən zaman, istərsə də maşınla gəzən zaman atası onlara Sevinci vurmaq, onu öldürmək fikirində olduğunu deməmiş, Sevincdən gileylənməmiş, onun barəsində heç bir söz deməmiş, əlində də hər hansı bir alət görməmişlər. O, hadisədən sonra bilmişdir ki, anası Sevincin əvvəllər bir yerdə işlədiyi Rövşən adlı şəxslə telefonla əlaqələri olmuşdur. Onlar maşından düşəndə yalnız anası və atasını görmüş, ətrafda heç kim olmamışdır. Hadisənin başqa şahidi olmuş şəxslər barəsində də heç bir məlumatı yoxdur (cild 1, iş vərəqə 142-148). Məhkəmə istintaqında ifadə verməkdən imtina etdiyinə görə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs yaxın qohumu - oğlu olan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 154-160). Cinayət işinin materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 11 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evidir. Evin dəhlizinin baş tərəfində qapısı plastik materialdan olan hamam və tualet otağı yerləşir. Otağın qapısının qarşısında xalça üzərində qeyri-müəyvən formalı 20x15 sm ölçüdə qanabənzər ləkələr vardır. Həmin ləkələr iş üçün əhəmiyyət kəsb etdiyindən pambığa hopdurulmaqla müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Dəhlizin sol tərəlində isə mətbəx otağı yerləşir. Otaqda sağ divar boyunca mebel dəsti və məişət texnikası yerləşir. Otaqda olan əşyalar nizamlı vəziyyətdədir, hər hansı bir dağılma izi müşahidə edilməmişdir. Evin həyət qapısının qarşısında asfalt örtüyü üzərində qeyrimüəyyən formalı 35x25 sm ölçüdə qanabənzər ləkələr olsa da, hava yağışlı olduğundan asfalt örtüyünün nəmlənməsi səbəbindən həmin verdən nümunə götürülməsi mümkün olmamışdır. Baxışda iştirak edən Şahid3 oglu bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində səs-küyə çölə çıxıb qonşusu Zərərçəkmiş şəxs yerdə bıçaq xəsarətləri almış vəziyyətdə olduğunu görüb onu özünə məxsus olan “Mercedes Benz E class” markalı **-GV-*** dövlət nömrə nişanlı avtomobilin arxa oturacağına ədyal salıb onu ora əyləşdirib xəstəxanaya aparmaq istəmiş, yolda təcili tibbi yardım maşını gördüyü üçün onu saxlatdırıb yaralı Zərərçəkmiş şəxs TTYS-na məxsus avtomobilə yerləşdirmişdir. **- GV-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı müəyyən edilmişdir ki, avtomobil gümüşü metalı rəngə olub 4 ədəd qapı ilə təchiz edilmişdir. Avtomobilin qabaq və arxa salonunda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir qan izi və əşya aşkar edilməmişdir. Avtomobilin arxa saxlanc yerində üzərində qanabənzər ləkələr olan 1 ədəd ədyal aşkar edilmişdir. Həmin ədyal iş üçün əhəmiyyət kəbs eldiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (cild 1, iş vərəqə 4-14). Cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi haqqında” 12 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, mobil telefonun “Menu” bölməsinə daxil olduqda “WhatsApp" qovluğunda daxil olan və çıxan smslər əks olunmuşdur. Adının “Bobu” kimi qeyd etdiyi oğlu Şahid2 ilə sms danışıqlarından görünür ki, xx.xx.2022-ci il tarixdə saat 23:32-də Zərərçəkmiş şəxs ağaya-ağlaya oğlu Cavidə sms yazaraq əri Vidadinin onu söydüyünü, ünvanına nalayiq ifadələr işlədildiyini bildirir, Cavid isə anasına ona fikir verməməsini, içkili olduğunu, onun özünə də zəng edib bezdirdiyini deyir. Mobil telefona daxil olan və çıxan zənglərin əks olunduğu qovluğa daxil olduqda görünür ki, xx.xx.2022-ci il tarixdə hadisəyə qədər Zərərçəkmiş şəxs danışıqları Aynur adlı şəxsin istifadəsində olan ***-***-**-** nömrəli, Leyla adlı şəxsin istifadəsində olan ***-***-**-** nömrəli və qızı Səmayənin istifadəsində olan ***-***-**-** nömrəli telefonlarla olmuş, Rövşən adlı şəxslə hər hansı bir danışığı qeydə alınmamışdır. Həmin tarixdə saat 21:52də DİN-in “102” xidmətinə zəng edilmiş, 101 saniyə danışıq qeydə alınmışdır (cild 1, iş vərəqə 63-64). Cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi haqqında” 14 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, mobil telefonun “Menu” bölməsinə daxil olduqda “WhatsApp” qovluğunda daxil olan və çıxan smslər əks olunmuşdur. Həmin danışıqlarda Sevinc xəstə olduğunu, sinəsindən çirk gəldiyini bildirir, Vidadi isə ona həkimə müraciət etməsini bildirir. 9.11.2022-ci il tarixdə Sevinc ona sms yazaraq haləhval tutur, niyə onları itirib-axtarmadığını soruşur, o isə cavabında həmişə onun axtardığını bildirib bu işlərin qarşılıqlı olduğunu deyir. xx.xx.2022-ci il tarixdə saat 7:19-da Sevinc Vidadiyə sms yazaraq ondan 30 manat pul istəyir, o isə səhəri gün göndərəcəyini deyir. Saat 18:27-də Vidadi Sevincə sms yazaraq harada olması ilə maraqlanır, ona 130 manat pul göndərdiyini deyir. Sevinc isə yolda olduğunu, avtobusla evə getdiyini bildirir. Saat 23:21-də Vidadi Sevincə səsli sms ataraq onun zəngini qəbul etmədiyi üçün ünvanına nalayiq ifadələr işlədir, onun setdə kiminləsə danışdığını deyir. Sonradan ona uşaqlarına nə üçün bu smsləri barədə məlumat verdiyinə irad bildirir, uşaqların onu qınadığını deyir. Sevinc isə ağlaya-ağlaya onu axtarmamasını deyir. Vidadi isə cavabında telefon zəngini açmasını tələb edir, əks halda bilet alıb gələcəyini deyib təhqir edir. X10 nömrəsini blok edir. Vidadi isə onun smslərinə cavab vermədiyi üçün Sevincin və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədir. Səs tonlarında hiss olunur ki. Vidadi sərxoş vəziyyətdədir. Mobil telefona daxil olan və çıxan smslərin əks olunduğu “Mesajlar” qovluğunda 10 ədəd sms əks olunmuşdur ki, onlar da Rusiya mobil operatorlarından daxil olmuşdur. Mobil telefona daxil olan və çıxan zənglərin əks olunduğu qovluğa daxil olduqda görünür ki, xx.xx.2022-ci il tarixdə saat 21:52-də Təqsirləndirilən şəxs tərəfindən “102” xidmətinə zəng olmuş, lakin telefonda Rusiya mobil operatoruna məxsus nömrə olduğundan zəng getməmişdir (cild 1, iş vərəqə 109-110). Cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi haqqında” 15 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, mobil telefonun “Menu” bölməsinə daxil olduqda “WhatsApp” qovluğunda ona daxil olan və çıxan bütün smslərdən görünür ki, Şahid2 əsas danışıqları dostları, əmisi və müştərilərlə olmuşdur. Yalnız xx.xx.2022-ci il tarixdə saat 14:46 və 16:54-də onunla Vidadi arasında görüntülü danışığı olmuş, xx.xx.2022-ci il tarixdə anası Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli telefona sms yazaraq onun harada olması ilə maraqlanır, Sevinc isə cavabında işdə olduğunu deyir. Səs qeydləri qovluğunda 4 saatlıq səs yazısı var, həmin yazıdan görünür ki, Zərərçəkmiş şəxs kişi cinsli şəxslə telefonla danışır, danışıq əsasən gündəlik məişət problemləri, həmin şəxsin yeni başladığı taksi fəaliyyəti ilə əlaqədardır (cild 1, iş vərəqə 149). Cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi haqqında” 17 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, mobil telefonun “Menu” bölməsinə daxil olduqda “WhatsApp” qovluğunda ona daxil olan və çıxan bütün smslərdən görünür ki, Şahid1 əsas danışıqları dostları və sevdiyi qızla olmuşdur. Yalnız xx.xx.2022-ci il tarixdə saat 23:17-də onunla Vidadi arasında iki dəqiqə danışıq olmuşdur. Anası Zərərçəkmiş şəxsmn istifadəsində olmuş ***-***-**-** nömrəli telefondan xx.xx.2022-ci il tarixdə ona sms gəlmiş, Sevinc Vidadinin ona göndərdiyi söyüşlü səsli smsi oğluna göndərib onu təhqir etdiyini bildirmiş, Cahid isə cavabında anasına sms yazaraq ona fikir verməməsini, onun özünə də zəng edib ağzından gələni dediyini bildirmişdir. (cild 1, iş vərəqə 161). Cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi haqqında” 24 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, mobil telefonun “Menu” bölməsinə daxil olduqda “WhatsApp” qovluğunda ona daxil olan və çıxan bütün smslərin silindiyi aşkar edilmişdir. Mobil telefona daxil olan və çıxan zənglərin əks olunduğu qovluğa daxil olduqda görünür ki, X4 bütün danışıqları yalnzı ailə üzləri və dostları ilə olmuş, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəsi ilə hər hansı bir danışığı qeydə alınmamışdır (cild 1, iş vərəqə 184). Cinayət işinin materiallarında olan “cinayət işinin materiallarına əlavə olunmuş diskin yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında” 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə X4 istifadəsində olan ***-***-**-** nömrəli telefon arasında bir neçə dəfə, sonuncu dəfə 11 noyabr 2022-ci il tarixdə 326 saniyə olmaqla danışıqlar olmuşdur. Daxil olan və çıxan SMS-lərdən görünür ki, o, X4 istifadəsində olan ***-***-**-** nömrəli telefona smslər yazaraq arvadı Şəbnəmlə barışdığı üçün onu arvadından qorxmaqda günahlandırmış, 1 il 3 aydır ki, münasibələrinin olduğunu, özünü aldadılmış hesab etdiyini, ona çox bağlandığını bildirir, bir daha telefonuna sms çatmayacağını deyir, ayrılacağını bildirir. Rövşən isə cavabında telefona cavab verməsini tələb edir. O, Rövşən adlı şəxsə 3 gün işə getməyəcəyini, gedib kənarda görüşüb söhbət etmələrini xahiş edir (cild 2, iş vərəqə 57-58). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13-Təcrübi və Tədris Birliyinin 11 noyabr 2022-ci il tarixli 273 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir; döş qəfəsinin sol yarısının bayır səthinin daxilə nüfuz edərək sol ağciyərin zədələnməsinə səbəb olan 1 ədəd, qarnın sağ yarısının ön divarının qarın boşluğuna nüfuz edərək qapı venasının və 12-ci barmaq bağırsaq soğanağının zədələnməsinə səbəb olan 1 ədəd, bağırsaq və müsariqəni zədələyən 1 ədəd, qarnın sol yan səthinin qarın boşluğuna nüfuz edərək peritonun və müsariqənin zədələnməsinə səbəb olan 2 ədəd, sol qalça nahiyəsinin qarın boşluğuna nüfuz edərək çənbər bağırsağı və müsariqəsini zədələyən 1 ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi 6 ədəd), döş və qarın boşluqlarına nüfuz etməyən döş qəfəsinin ön səthinin 1 ədəd, arxa səthinin 2 ədəd, sağ çiyin qurşağının 1 ədəd, sağ bel nahiyəsinin 1 ədəd, sol bazu oynağı nahiyəsinin 1 ədəd, sağ bazunun 1 ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi 7 ədəd), təpə nahiyəsinin yumşaq toxumalarına qansızma, sol gözyuvasıətrafı nahiyənin dərialtı hematoması, sağ mil-bilək oynağı nahiyəsinin və sol əlin 1-ci barmağının sıyrıqları. Xəsarətlər həyati olub mərhumun ölümündən az əvvəl törənmişdir. Xəsarətlərdən deşilmiş-kəsilmiş yaraları küpü və ülgücü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmiş, bıçaqla yetirilə bilər, sıyrıqlar isə bərk-küt əşyanın (əşyalar) təsirindən törənmişdir. Dərəcəsinə görə döş qəfəsinin sol yarısının bayır səthinin daxilə nüfuz edərək sol ağciyərin zədələnməsinə səbəb olan 1 ədəd, qarnın sağ yarısının ön divanının qarın boşluğuna nüfuz edərək qapı venasının və 12-ci barmaq bağırsaq soğanağının zədələnməsinə səbəb olan 1 ədəd, bağırsaq və müsariqəni zədələyən 1 ədəd, qarnın sol yan səthinin qarın boşluğuna nüfuz edərək peritonun və müsariqənin zədələnməsinə səbəb olan 2 ədəd, sol qalça nahiyəsinin qarın boşluğuna nüfuz edərək çənbər bağırsağı və müsariqəsini zədələyən 1 ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi 6 ədəd) deşilmiş-kəsilmiş yaraları hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir, döş və qarın boşluqlarına nüfuz etməyən döş qəfəsinin ön səthinin 1 ədəd, arxa səthinin 2 ədəd, sağ çiyin qurşağının 1 ədəd, sağ bel nahiyəsinin 1 ədəd, sol bazu oynağı nahiyəsinin 1 ədəd, sağ bazunun 1 ədəd deşilmişkəsilmiş yaraları (cəmi 7 ədəd), sol gözyuvasıətrafı nahiyənin dərialtı hematoması hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdir, təpə nahiyəsinin yumşaq toxumalarına qansızma, sağ mil-bilək oynağı nahiyəsinin və sol əlin 1-ci barmağının sıyrıqları isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb qeyd olunan deşilmiş-kəsilmiş yaralarla əlaqədar daxili üzvlərin yaralanması nəticəsində baş vermiş daxili və xarici qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs xəsarətləri alarkən bədəni müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, oturaq, uzanmış və s.). Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər qısa müddət ərzində yetirildiyindən yetirilmə ardıcıllığını müəyyən etmək mümkün deyil. Mərhum Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakterinə və ağırlıq dərəcəsinə görə demək olar ki, xəsarətləri aldıqdan sonra o, qısa müddət ərzində yaşaya bilərdi, lakin xəsarət yetirildikdən sonra şəxsin yaşama qabiliyyəti orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq dəyişə bilər. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenoliazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs ağız boşluğu, uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatı olan 3 ədəd tamponun məhkəmə-tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmamışdır (cild 1, iş vərəqə 201-209). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13-Təcrübi və Tədris Birliyinin 9 sentyabr 2022-ci il tarixli 731/2022-MTBŞ nömrəli rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu - Abeta(H)/Tİ/. Ekspertizaya təqdim olunan 4 ədəd çubuqlu pambıq tampon, 1 ədəd çarpayı örtüyü, Zərərçəkmiş şəxs məxsus tunik tipli kofta, şalvar, büstqalter, Təqsirləndirilən şəxs məxsus şalvar və sviter üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri alınmışdır. Bu qan ləkələri Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs qızma məxsus ola bilər. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus 1 cüt qısaboğaz çəkmə və gödəkcə üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Təqdim olunmuş maddi sübutların stereoskopik tədqiqatı zamanı üzərlərində dəri toxumasına şübhəli hissəciklər müəyyən olunmamışdır (cild 1, iş vərəqə 212-216). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13-Təcrübi və Tədris Birliyinin 13 dekabr 2022-ci il tarixli 578-MTKŞ/2022 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim blunmuş və mərhum Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarısının aşağı hissəsində 2 ədəd, ön səthinin sol yarısının orta hissəsində 1 ədəd, ön səthinin sağ yarısının orta hissəsində 3 ədəd və ön səthinin sağ yarısının yuxarı hissəsində 1 ədəd, arxa səthinin sol yarısının aşağı hissəsində 1 ədəd, arxa səthinin sol yarısının orta hissəsində 1 ədəd, arxa səthinin sol yarısının yuxarı hissəsində 2 ədəd, arxa səthinin orta nahiyəsində 4 ədəd və arxa səthinin sağ yarısının yuxarı hissəsində 1 ədəd (cəmi 16 ədəd), şalvarın isə ön səthinin sol yarısının yuxarı hissəsində 2 ədəd, ön səthinin sağ yarısının yuxarı hissəsində 2 ədəd və arxa səthinin sağ yarısının yuxarı hissəsində 1 ədəd (cəmi 5 ədəd) deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin ki, eyni xüsusiyyətə malik olan hər hansı bir bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus köynək və şalvarın üzərində aşkar edilmiş bütün zədələrin yerləşmə nahiyələrinə əsasən demək olar ki, zədələr yetirilən zaman mərhum Zərərçəkmiş şəxs zədə yetirən şəxs ilə müxtəlif qarşılıqlı vəziyyətlərdə olmaqla, iz törədən alət (alətlər) zədə nahiyələrinə tərəf yönəlmiş vəziyyətlərdə olmuşdur. Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus köynək və şalvarda aşkar edilmiş zədələrin eyni bir alətlə törədilməsinin mümkünlüyünü istisna etmək olmaz. Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus büstqalterin üzərində əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus 1 ədəd gödəkcə, 1 ədəd şalvar, 1 ədəd pulover, 1 cüt ayaqqabı və 1 cüt corabın üzərində əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus köynəyin, şalvarın və büstqalterin üzərində aşkar olunmuş qan ləkələri qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) kontakt və az dinamiki (az hərəkətli) kontakt nəticəsində fiziki-kapilyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus puloverin arxa səthinin orta hissəsində aşkar edilmiş ləkə qan mənbəyindən səthə hündürlükdən düşən damcı nəticəsində, şalvarın hər iki ayaqlıqlarının ön səthində aşkar edilmiş qan ləkələri isə yaxma xarakterli olmaqla, qan mənbəyi ilə dinamiki kontakt nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus gödəkcənin, 1 cüt ayaqqabının və 1 cüt corabın üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır (cild 1, iş vərəqə 219-229). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 dekabr 2022-ci il tarixli 5/1440 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 1 ədəd sensor ekran və “Android 11” əməliyyat sistemi ilə təhciz olunmuş “Realme C11” markalı “RM3231” modelli “**********78278, **********78260” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. Təqdim edilmiş 1 ədəd sensor ekran və “Android 9” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy J3” markalı “SM-J330F” modelli “**********48931, **********48933” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. Təqdim edilmiş “Samsung Galaxy J3” markalı “SM-J330F” modelli mobil smartlonıın yaddaşından mövcud və silinmiş məlumatlar müəyyən olunmuşdur (bax rəyə əlavə olunmuş 2 ədəd “DVD-R” tipli optik diskə). Təqdim edilmiş “Realme C11” markalı “RM3231” modelli mobil smartfonun yaddaşında hal-hazırda mövcud olan məlumatlar müəyyən olunmuşdur (bax rəyə əlavə olunmuş 2 ədəd “DVD-R” tipli optik diskə). Təqdim edilmiş “Realme C11” markalı “RM3231” modelli modelli mobil smartlonıın yaddaşlarında “+7 996 657-25-43” abonent nömrəsi və ”Oİ<” istifdaəçi adı ilə qeydiyyatdan keçmiş “WhatsApp” proqram təminatında 21 ədəd kontaktla aparılmış əldə edilməsi mümkün olan məlumatlar mübadiləsi “Bluetooth” texnologiyası vasitəsilə “Ekspertiza 5-1440” adlı qovluğa köçürülərək “DVD-R” tipli optik diskdə ekspert rəyinə əlavə olunmuşdur. Təqdim edilmiş “Samsung Galaxy J3” markalı “SM-.İ330F” modelli modelli mobil smartfonun yaddaşlarında “+994 77 568 96 00” abonent nömrəsi ilə qeydiyyatdan keçmiş “WhatsApp” proqram təminatında 32 ədəd kontaktla aparılmış əldə edilməsi mümkün olan məlumatlar mübadiləsi “Bluetooth” texnologiyası vasitəsilə “Ekspertiza 5-1440” adlı qovluğa köçürülərək “DVD-R” tipli optik diskdə ekspert rəyinə əlavə olunmuşdur. Rəyin “Tədqiq hissəsinin” 6-cı bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Realme C11” markalı “RM3231” modelli mobil smartfonun yaddaşında hər hansı bir məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır (cild 1, iş vərəqə 232-237). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 5 dekabr 2022-ci il larixli 3251 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, hadisə zamanı öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabliyyətində olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətdikdən sonra hər hansı psixi xəstəlik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında qəzəb və aqressiya yaranmışdır. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (cild 1, iş vərəqə 3-6). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsi Ambulator X1 23 yanvar 2023-cü il tarixli 328 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 63-64). Cinayət işinin materiallarından görünür ki, 11 noyabr 2022-ci il tarixli 1/2600 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktı ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 11 noyabr 2022-ci il tarixdə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur (cild 1, iş vərəqə 26). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 13 fevral 2023-cü il tarixli qərardan görünür ki, hadisə zamanı döşəmə üzərində qana bənzər ləkələrdən götürülmüş nümunələr, avtomobilə baxış zamanı götürülmüş 1 ədəd yun ədyal, Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd qara rəngli don, 1 ədəd şalvar, 1 ədəd büstqalter, Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli gödəkcə, açıq şabalıdı rəngli pulover, boz rəngli cins şalvar, qara rəngli 1 cüt ayaqqabı, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Realme C11” markalı və Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Samsung Galaxy J3” markalı mobil telefonlar maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir (cild 2, iş vərəqə 69-94). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 177). Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə deyil, həmin Məcəllənin 120.1-ci maddəsi (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) ilə tövsif olunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xüsusi amansızlıqla öldürməsi məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiq olunmadı. Məhkəmə istintaqı zamanı təsdiq olundu ki, Təqsirləndirilən şəxs qısqanclıq zəminində Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Bu hal məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, eləcə də məhkəmədə tədqiq edilmiş digər sübutların məcmusu ilə tam öz təsdiqini tapmışdır. İş materiallarından görünür ki, hazırki cinayət işi ibtidai istintaq orqanı tərəfindən 11 noyabr 2022-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmışdır. Təqsirləndirilən şəxs 12 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Lakin sonradan əməlin xüsusi amansızlıqla törədilməsini təsdiq edən sübutlar əldə olunmadan və əsaslandırılmadan təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham elan edilməsi üçün əsas olmuş əvvəlki sübutların əsasında əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə tövsif edilmişdir (cild 1, iş vərəqə 1, 68 və cild 2, iş vərəqə 64-95). Məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı, həm də faktiki olaraq ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hərəkətlərində müstəsna dərəcədə rəhmsizliyə, qəddarlığa dəlalət edə biləcək məqamlar müəyyən edilməmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivi, nömrəsiz fərdi yaşayış evinə gələrək Zərərçəkmiş şəxs kiminlə münasibətdə olduğunu soruşub istifadəsində olan mobil telefonun yaddaşında olan sms yazışmalarına baxması üçün ona verməsini tələb etsə də, sonuncunun əlində saxladığı telefonu ona verməkdən imtina edib qaçmaq istəməsi səbəbindən hiddətlənib Zərərçəkmiş şəxs üzərinə hücum edərək sağ əli ilə onun sifət nahiyəsinə yumruq zərbəsi vurub telefonunu əlindən alaraq orada Rövşən Məmmədovla şəxsi münasibətdə olduğunu təsdiq edən “WhatsApp” yazışmalarının olduğunu görüb xəyanətinə əmin olaraq bu səbəbdən aralarında baş vermiş mübahisə zamanı qısqanclıq zəminində onu qəsdən öldürmək qərarına gəlib niyyətini həyata keçirməkdən ötrü evin mətbəx otağından götürdüyü istintaqa məlum olmayan bıçaqla silahlanaraq qəsdən öldürmək məqsədi ilə əlindəki bıçaqla əvvəlcə evin dəhlizində Zərərçəkmiş şəxs bədən səthinə ardıcıl zərbələr vurmuş, sonuncu aktiv müqavimət göstərərək evin qonaq otağında olan pəncərədən həyətə tullanıb qaçmağa cəhd etsə də, qəsdən öldürməyə yönəlmiş cinayətkar niyyətini başa çatdırmaqdan ötrü onun arxasınca qaçıb evin həyət qapısının qarşısında müxtəlif duruş vəziyyətində bədən səthinə əlindəki bıçaqla ardıcıl olaraq çoxsaylı zərbələr vurub xəsarətlər yetirməsini qeyd edərək qəsdən adam öldürmənin xüsusi amansızlıqla törədilməsi qənaətinə gəlmişdir. Halbuki, işin faktiki hallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs qısqanclıq zəminində həyat yoldaşı Zərərçəkmiş şəxs öldürmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs çoxsaylı bıçaq zərbələri vurması onun müstəsna dərəcədə rəhmsizliyinin və qəddarlığının deyil, zərərçəkmiş şəxsi həyatdan məhrum etmək niyyətində qətiyyətinin və israrlı olduğunun göstəricisidir. Vurulan zərbələrin, yetirilən xəsarətlərin zərərçəkmişin həyatdan məhrum edilməsi (qəsdin başa çatdırılması) üçün kifayət etmədiyini düşünən təqsirləndirilən şəxs onları davam etdirmişdir. Həmin anda təqsirləndirilən şəxsin aşkar surətdə zərərçəkmiş şəxsə əzab, işgəncə vermək niyyətində olmasını, seçdiyi üsulun zərərçəkmiş şəxsə xüsusi iztirab və ağrılar yetirməsini dərk etdiyini təsdiq edən hər hansı dəlil, o cümlədən belə niyyətə dəlalət edə biləcək xəsarətlər yetirərkən hərəkətlərinə fasilələr verməsi faktı mövcud deyildir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin xüsusi amansızlığa münasibətdə nə düzünə, nə də dolayı qəsdinin müəyyən edilmədiyi qənaətinə gəlir. İbtidai istintaq orqanı Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs tərəfindən yetirilən bıçaq zərbələrinin sayına münasibətdə bu halı sonuncunun rəhimsizliyi və qəddarlığını nümayiş etdirən hal kimi qiymətləndirərək onun əməlini CM-nin 120.2.4-cü maddəsi ilə, yəni xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi tövsif etməsi məhkəmə istintaqında tədqiq edilmiş cinayət işinin materiallarında olan sübutlar ilə təsdiqini tapmamış, əksinə, işin halları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs ona xəyanət etməsi səbəbindən, qısqanclıq niyyəti ilə tez bir zamanda öldürmək üçün çoxsaylı bıçaq zərbələri vurmuşdur. İşin hallarında da göründüyü kimi Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bıçaqla ilk dəfə bir neçə zərbə vurulduqdan sonra sonuncu ölməmiş, əksinə aktiv müqavimət göstərərək evdən çıxaraq həyətə qaçmış, Təqsirləndirilən şəxs öz əməlini davam etdirərək onun arxasınca həyətə qaçarq orada ona əlavə olaraq yetirdiyi xəsarətlərdən sonra zərər çəkmiş şəxs ölmüşdür. Bu hal bir daha Təqsirləndirilən şəxs tərəfindən arvadı Zərərçəkmiş şəxs yetirilən bıçaq zərbələrinin sayının çoxluğunun məhz sonuncunu dərhal öldürməyə yönəldiyini təsdiq etmiş olur. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13-Təcrübi və Tədris Birliyinin 11 noyabr 2022-ci il tarixli 273 nömrəli rəyindən də görünür ki, Zərərçəkmiş şəxs xəsarətlər qısa zaman ərzində yetirilmiş və buna görə də həmin xəsarətlərin yetirilmə ardıcıllığını müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı mərhələsində verdiyi ifadələrindən də göründüyü kimi o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivi, nömrəsiz fərdi yaşayış evinə gələrək zərərçəkmiş şəxs şəxs Zərərçəkmiş şəxs kiminlə münasibətdə olduğunu soruşaraq mobil telefonunu ondan tələb edib baxmaq istəyərkən, sonuncu əlində saxladığı telefonu ona verməkdən imtina edib qaçmaq istəyərkən Zərərçəkmiş şəxs üzərinə hücum edərək telefonunu əlindən alaraq orada Rövşən Məmmədovla şəxsi münasibətdə olduğunu təsdiq edən “WhatsApp” yazışmalarının olduğunu görüb arvadının xəyanətinə əmin olduqdan sonra onunla arasında baş vermiş mübahisə halı bir daha baş verən hadisənin təqsirləndirilən şəxs tərəfindən əvvəlcədən planlaşdırılan olmamasını, hadisələrin gedişatı zamanı yarandığını, Təqsirləndirilən şəxs arvadının ona qarşı etdiyi xəyanətdən hiddətlənərək mətbəxdən götürdüyü bıçaqla bir neçə zərbə vurduqdan sonra Zərərçəkmiş şəxs ona qarşı aktiv müqavimət göstərib həyətə qaçmasına görə niyyətini başa çatdırmaq üçün arxasınca qaçaraq həyətdə də bir neçə zərbə endirib onu öldürmüşdür. Göründüyü kimi cinayətin baş vermə şəraiti, törədilmə üsulu, ölümün baş vermə faktı qısa zaman ərzində baş verdiyindən Təqsirləndirilən şəxs öz arvadı Zərərçəkmiş şəxs öldürdüyünü dərk etsə də, niyyətinin məhz xüsusi amansızlıq olmasını istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarının 8-ci bəndində ifadə olunmuş mövqeyə görə təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Həmin qərarın və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4cü maddəsinin mənasına görə qəsdən adam öldürmə cinayətinin çoxsaylı zərbələr vurmaqla və xəsarətlər yetirilməklə törədilməsi özü-özlüyündə cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməli, onun əməlinin həmin maddəyə tövsif edilməsi qanuni və əsaslı sayılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiliyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə 145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə 145.2). Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Cinayət-Prosessual Məcəllənin 318.1-ci maddəsinə əsasən isə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs işləmək üçün getdiyi Rusiya Federasiyasının Moskva şəhərində olduğu müddətdə 26 oktyabr 2007-ci il tarixdən rəsmi nikah münasibətində olduğu arvadı Zərərçəkmiş şəxs onun telefon zənglərinə tez-tez cavab verməməsi, aktiv şəkildə sosial şəbəkədən istifadə etməsi, habelə 10 noyabr 2022-ci il tarixdə oğlu Şahid2 ona ayrı yaşadıqları müddətdə anası Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefonda əvvəllər iş yoldaşı olmuş X9 ilə telefon əlaqələrinin olması barədə verdiyi məlumatdan sonra məhz bu səbəbdən Zərərçəkmiş şəxs son zamanlar ona qarşı soyuq münasibət bəslədiyini, onunla nəzakətsiz davrandığını ehtimal edib sonuncunun ona xəyanət etməsindən şübhələnərək vaxt itirmədən baş verənləri aydınlaşdırmaq məqsədi ilə 11 noyabr 2022-ci il tarixdə təyyarə ilə Bakı şəhərinə gələrək Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən eyni adlı kafedə spirtli içki qəbul edib arvadının işdən evə qayıtmasını gözləmiş, həmin tarixdə saat 21 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivi nömrəsiz fərdi yaşayış evinə gələrək Zərərçəkmiş şəxs kiminlə münasibətdə olduğunu soruşub istifadəsində olan mobil telefonun yaddaşında olan sms yazışmalarına baxması üçün ona verməsini tələb etsə də, sonuncu əlində saxladığı telefonu ona verməkdən imtina edib qaçmaq istəməsi səbəbindən hiddətlənib Zərərçəkmiş şəxs üzərinə hücum edərək sağ əli ilə onun sifət nahiyəsinə yumruq zərbəsi vurub telefonunu əlindən alaraq orada Rövşən Məmmədovla şəxsi münasibətdə olduğunu təsdiq edən “WhatsApp” yazışmalarının olduğunu görüb xəyanətinə əmin olaraq bu səbəbdən aralarında baş vermiş mübahisə zamanı qısqanclıq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlib niyyətini həyata keçirməkdən ötrü evin mətbəx otağında götürdüyü istintaqa məlum olmayan bıçaqla silahlanaraq əlindəki bıçaqla əvvəlcə evin dəhlizində Zərərçəkmiş şəxs bədən səthinə ardıcıl zərbələr vurmuş, sonuncu aktiv müqavimət göstərərək evin qonaq otağında olan pəncərədən həyətə tullanıb qaçmağa cəhd etsə də, qəsdən öldürməyə yönəlmiş cinayətkar niyyətini başa çatdırmaqdan ötrü onun arxasınca qaçıb evin həyət qapısının qarşısında müxtəlif duruş vəziyyətində bədən səthinə əlindəki bıçaqla ardıcıl çoxsaylı zərbələr vuraraq ona təpə nahiyəsinin yumşaq toxumalarına qansızma, sağ mil-bilək oynağı nahiyəsinin və sol əlin 1-ci barmağının sıyrığı kimi canlı şəxslərdə sağlamlığa zərər vurmayan, döş və qarın boşluqlarına nüfuz etməyən döş qəfəsinin ön səthinin 1 ədəd, arxa səthinin 2 ədəd, sağ çiyin qurşağının 1 ədəd, sağ bel nahiyəsinin 1 ədəd, sol bazu oynağı nahiyəsinin 1 ədəd, sağ bazunun 1 ədəd, cəmi 7 ədəd deşilmiş-kəsilmiş yaraları, sol gözyuvasıətrafı nahiyənin dərialtı hematoması kimi hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanm əlamətlərinə malik xəsarətlər, döş qəfəsinin sol yarısının bayır səthinin daxilə nüfuz edərək sol ağciyərin zədələnməsinə səbəb olan 1 ədəd, qarnın sağ yarısının ön divarının qarın boşluğuna nüfuz edərək qapı venasının və 12-barmaq bağırsaq soğanağının zədələnməsinə səbəb olan 1 ədəd, bağırsaq və müsariqəni zədələyən 1 ədəd, qarnın sol yan səthinin qarın boşluğuna nüfuz edərək peritonun və müsariqənin zədələnməsinə səbəb olan 2 ədəd, sol qalça nahiyəsinin qarın boşluğuna nüfuz edərək çənbər bağırsağı və müsariqəsini zədələyən 1 ədəd, cəmi 6 ədəd hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanm əlamətlərinə malik olmaqla daxili üzvlərin yaralanması nəticəsində baş vermiş daxili və xarici qanitirmə nəticəsində ölümü ilə birbaşa səbəbli əlaqəli cəmi 13 ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Bununla da, Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayətinin tərkibi vardır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törətdilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, könüllü gəlib təqsirini boynuna alma heç bir məcburiyyət olmadan təqsirkar şəxsin könüllü olaraq öz-özünü istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına təqdim etməsini, törədilmiş və ya hazırlanan cinayət və ya həmin cinayətdə iştirak etməsi barədə bu orqanlara dürüst məlumat verməsini ehtiva edir. Könüllü gəlib təqsirini boynuna alma şəxsin istintaq, təhqiqat və ya digər dövlət orqanına müəyyən təsir və təzyiq tədbirlərinin nəticəsində deyil, könüllü gəlməsindən və törədilmiş və ya hazırlanan cinayət, yaxud da onda iştirakı barədə düzgün məlumat verməsindən ibarət olmalıdır. Könüllülük özü-özlüyündə şəxsin öz hərəkətlərinə şüurlu şəkildə yanaşması ilə bağlı olduğundan, bu zaman onun iradəsinə zidd hər hansı formada məcburi xarakter daşıyan hərəkətlər yolverilməzdir. Bu isə cinayət prosesini həyata keçirən orqanın üzərinə könüllülüyün məcburi olmamasının hərtərəfli araşdırılması vəzifəsini qoyur. Hər bir halda “könüllülük” məsələsi ciddi araşdırılmalı və könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr təqsirkarın bu barədə istintaq və ya təhqiqat orqanına ərizə və ya hər hansı formada məlumat verməsinin könüllü olduğunu yoxlamalıdırlar. Könüllü gəlib təqsirini boynuna alma haqqında ərizə yazılı və ya şifahi ola bilər. Şifahi ərizə zamanı CPM-in 204.2-ci maddəsində göstərilmiş qaydada ayrıca protokol tərtib edilməlidir. Protokol və yazılı ərizə, ərizəni verən və onu qəbul edən şəxs tərəfindən imzalanmalıdır.Eyni zamanda, bu qaydaya riayət edilməməsi nəticəsində könüllü gəlib təqsirini boynuna alan şəxsin haqqında rəsmiləşdirmənin aparılmaması aşkar edildikdə, könüllü gəlib təqsirini boynuna almanın mövcud olub-olmaması faktı cinayət prosesini həyata keçirən orqanlar tərəfindən icraatlarında olan cinayət işində və ya cinayət təqibi ilə bağlı digər materiallarda olan sübutlar əsasında araşdırılıb müəyyən edilməlidir. Cinayət işinin materiallarında olan ifadələrdən və “mobil telefonlara baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra hər hansı bir təsir və təzyiq olmadan könüllü şəkildə Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng etmiş, lakin telefonunda Rusiya mobil operatoruna məxsus nömrə olduğundan zəng getməmiş, daha sonra isə Zərərçəkmiş şəxs məxsus mobil telefondan yenidən DİN-in “102” xidmətinə zənd edərək cinayət hadisəsi törətdiyini bildirmiş və sonra da polislərin gəlməsini gözləyərək polislərə təslim olmuşdur (cild 1, iş vərəqə 63-64 və 109-110). Məhkəmə həmin halı könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna aldığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif etməklə yanaşı, onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 38). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 12 noyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 12 noyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 104-108). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinin tələblərinə əsasən cinayətlərin təsnifatına görə “xüsusilə ağır” cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətdiyinə görə ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 12 noyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 53,65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən, təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübutlar -Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutların saxlanılması kamerasında saxlanılan hadisə zamanı döşəmə üzərində qana bənzər ləkələrdən götürülmüş nümunələr, avtomobilə baxış zamanı götürülmüş 1 ədəd yun ədyal, Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd qara rəngli don, 1 ədəd şalvar, 1 ədəd büstqalter, Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli gödəkcə, açıq şabalıdı rəngli pulover, boz rəngli cins şalvar və qara rəngli 1 cüt ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs məxsus “Realme C11” markalı və Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Samsung Galaxy J 3” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra onların yaxın qohumlarına təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 354, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 12 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 53,65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutların saxlanılması kamerasında saxlanılan hadisə zamanı döşəmə üzərində qana bənzər ləkələrdən götürülmüş nümunələr, avtomobilə baxış zamanı götürülmüş 1 ədəd yun ədyal, Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd qara rəngli don, 1 ədəd şalvar, 1 ədəd büstqalter, Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli gödəkcə, açıq şabalıdı rəngli pulover, boz rəngli cins şalvar və qara rəngli 1 cüt ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs məxsus “Realme C11” markalı və Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Samsung Galaxy J3” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra onların yaxın qohumlarına təhvil verilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar