Məhkəmə qərarları › İş №1(101)-974/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-974/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-974/2024 16.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlunun ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokurorları X2 və Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: “Femida” Vəkil Bürosu vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda təmiz çəkisi 7,143 qram narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,525 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 30 iyun 2023-cü il tarixdə, saat 09:00 radələrində Bakı şəhəri. Sabunçu rayonu. Ramana qəsəbəsi. 1 -ci sahə ünvanında özünü şübhəli apardığından Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-ııin 12-ci polis şöbəsinin inzibati binasına gəlirilmiş, orada video çəkilişlə üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli şalvarın sağ van cibindən bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 7,143 qram kiilli miqdarda kustar üsulla hazırlanmış narkotik vasıiə heroin və bir ədəd şəffaf polietilen bükümdə ləmiz çəkisi 1,525 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, 20 ilə yaxındır ki, narkomaniyadan əziyyət çəkir. İttiham aktında narkotik vasitə mənbəyi məlum olmayan kimi qeyd olunsa da o özü ifadəsində İran İslam Respublikasının vətəndaşından almışdır, əlində də qəbzi olmuşdur. İstəsələr axtarıb tapa bilərmişlər. O, istintaqı yayındırmamış, yalan danışmamışdır. Narkotik vasitə də ona məxsusdur, şəxsi istifadəsi üçün olmuşdur. Əvvəllər də məhkum olunmuş, lakin heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Yol gedən zaman yanındakı adam maşını saxlamağını xahiş etmiş, sonra post patrul əməkdaşları gəlmişdir. Narkotik vasitəni yerdən tapmışdır. Onu evə aparmışlar, o maşında olmuş, tərəzi olmamışdır. Üzərində narkotik vasitə olmamış, lakin yerdə olmuşdur. Sonra bölməyə aparıb dişini sındırmışlar. Narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Narkotik vasitəni o yox, polis əməkdaşları yerdən tapmışlar. O, ***-***-**-** nömrənin sahibini tanımır, ifadəsində də tanımağı barədə heçnə deməmişdir. ***-***-**-** saylı mobil nömrə ona məxsusdur. Narkotik vasitə ilə bağlı onun heç kimlə yazışması olmamışdır, yalnız iranlı ilə olmuş, pul verib narkotik vasitə almışdır. Kapital kart pensiya kartıdır, o 2-ci qrup əlildir, spid xəstəliyi var, narkoman olmağının səbəbi də spid xəstəliyi olmuşdur. 2009-cu ildən spid xəstəliyinə tutulandan sonra narkotik vasitə istifadəçisi olmuşdur. Çöldə olan zaman gündə 2 qram qəbul edirmiş. İstifadə etdiyi narkotik vasitə “Kokos” olmuşdur. Bölmədə ona qarşı təzyiq olmuşdur. Prokurorluq əməkdaşı o tutulduqdan 4 ay sonra gəlib onun izahatını almışdır, o vaxt üzərində xəsarətlər yox imiş. Təcridxanada xəsarətləri qeydə alınmışdır. Narkotik vasitənin ona məxsus olduğunu etiraf edir. Əvvəllər əli çatmayanda “bariqalar”ın qapısına gedib narkotik alırmış. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində çalışır. Hadisə yerində xidmətdə olmuşdur. Təqsirləndirilən şəxsi orada görüb yaxınlaşmışlar. Şəxs onları görüb qaçmağa cəhd etmişdir. Özlərini təqdim etmişlər. Orada niyə gözlədiyini soruşduqda kimisə gözlədiyini bildirmişdir. Onlara rabitəsiz cavab verməyə başlamışdır. Şəxsi bölməyə dəvət edib üzərinə baxış keçirilmiş, baxış zamanı narkotikə bənzər maddə aşkar edilərək götürülmüşdür. İstintaqdakı ifadəsini təsdiq edir. Ona qarşı zor tətbiq olunmamışdır. O növbədə dəqiq hansı tarixdə oduğunu xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələrin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması və özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı, polis leytenantı Ayxan Səfərov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan müəyən olunur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofana bükülmüş tünd qəhvəyi rəngdə maddə, 01 ədəd sellofana bükülmüş kristal formalı ağ rəngdə maddə, həmin şalvarın sol yan cibindən bir ədəd "Honor” markalı telefon, 4169-7388-6223-2364 nömrəli "Kapital Bank”a aid birbank kartı, bir ədəd 200 manatın ödənilməsi haqqında qəbz təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddələri narkotik vasitə “Kakos” və “Patı” olduğunu, Həmin maddələri İran vətəndaşına 200 manat ödəyərək aldığını və Ramana qəsəbəsində yerdən götürərək istifadə üçün üzərində saxladığını bildirmişdir. Maddələri götürən zaman dostu Elnurla birlikdə olduğunu qeyd etmişdir. Əlavə olaraq 1 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/3576 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs Zakar oğlunun üzərindən...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 7,143 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd bükümdə təmiz çəkisi - 1,525 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Qeyd: Heroinin təmiz çəkisi: 7,143 qram, tədqiqata sərf edildi: 0,1 qram, qalıq 7,043 qram. Metamfetaminin ümumi təmiz çəkisi: 1,525 qram, tədqiqata sərf edildi: 0,1 qram, qalıq 1,425 qram. (Ekspertiza tədqiqatının dəyəri 55(əlli beş) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 4(008)-513/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 4345 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan müəyən olunur ki, iş materiallarında olan diskə baxı keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, onun əynində qol hissəsi qara, bədən hissəsi ağ rəngdə olan qolu açıq futbolka, göy rəngli cins şalvar və ayağıda tərlik olmuşdur. O, baxış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli maddəni, həmin şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində kristal formada ağ rəngdə maddəni, bir ədəd “Honor” markalı telefon, bir ədəd “Kapital Bank”a məxsus 4169-7388- 6223-2364 saylı kartı və İran İslam Respublikasının vətəndaşına göndərdiyi 200 manatlıq qəbzi çıxardaraq təqdim etmiş və təqdim etdikləri əşyalar götürülmüşdür. Daha sonra həmin narkotik vasitə və psixotrop maddə zərfə qoyularaq qablaşdırılmışdır. Digər əşyalar isə maddi sübut əhəmiyyəti kəsb etdiyindən digər zərfdə qablaşdırılmışdır. O, həmçinin 1 ildir, narkotik vasitə istifadə etdiyini, üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikasının vətəndaşından əldə eldiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan müəyən olunur ki, Təqsirləndirilən şəxs məxsus “Honor ” markalı mobil telefon arxası açıq göy rəngdə olmaqla imei 1- **********89201, imei 2 - **********89204 saylıdır. Mobil telefonun yaddaş qurğusuna daxil olan zaman mobil telefon hər hansı bir təhlükəsizlik kodda olmamışdır. Telefonun şəkillər olan hissəsinə daxil olduqda 30 iyun 2023-cü il tarixdə 00:44 dəqiqədə çəkilmiş yaşıl rəngli oxla işarələnmiş hasarında dibini göstərən fotoşəkil vardır. Göründüyü kimi həmin şəkil Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi İran İslam Respublikasının vətəndaşının ona narkotik vasitə və psixotrop maddə göndərdiyi yerin şəklidir. Həmçinin telefonun nömrələr olan hissəsinə də daxil olduqda orada +**********61 saylı İran İslam Respublikasına aid olan mobil nömrənin A Əkbər, baba” sözləri ilə qeydiyyatdan keçdiyi aşkar edildi. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi narkotik vasitə aldığı iranlı dediyi şəxsin məhz, həmin şəxs olması telefona baxış zamanı müəyyən olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “telefon danışıqları barədə olan diskə baxış keçirilməsi haqqında” protokoldan müəyən olunur ki, 17 oktyabr 2023-cü il tarixdə “Bakceir MMC -dən BKC/LCL-14852/23 saylı məktubla gələn diskə baxış /amanı müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə müxtəlif vaxtlarda müxtəlif mobil nömrələrdən mesajlar gəlmiş, həmin mesajlarda Zaıır Hüseynovdan narkotik vasitə və psixotrop maddə istəmələri ilə bağlı yazışmalar vardır. xx.xx.2023-cü il tarixdə ***-***- **-** saylı mobil nömrədən ***-***-**-** mobil nömrəyə “10 man var kol patı düzeler”, sonra xx.xx.2023-cü il tarixdə həmin nömrədən Zaıırıın istifadəsində olan mobil nömrəyə “30 manat 05 düzəlt gəlim oxudun xəbər ver hara gəlim”, sonra xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən Zaurun istifadəsində olan mobil nömrəyə “lOm daş düzələr?”, sonra xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən Zaurun istifadəsində olan mobil nömrəyə “Sehere gaga 15. Pati saxla məncun” və s. bu kimi Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması təsdiq edən sms mətnləri aşkar edilmişdir. Bakı İstintaq Təcridxanasından sorğu edilərək cinayət işinə əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən təqdim olunan məhkumun tibbi kitabçasından görünür ki, müayinə zamanı sol bazunun orta 1/3-nin arxa səthində kiçik ölçülü, sağ budun yuxarı 1/3-nin arxa səthində bənövşəyi rəngli qançır müşahidə olunmuşdur. Sabunçu rayon Prokurorluğundan sorğu edilərək cinayət işi materiallarına əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 01 noyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Vətəndaş Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək xəsarət alması əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığı müəyyən edildiyindən cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığına görə rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətdikdə cinayətin residivini yaradır. Həmin məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəza ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Həmin məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması cəzanı yüngülləşdirən hal kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və DİN–in Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,043 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1,425 qram kustal üsulla hazırlamış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 55 (əlli beş) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 55 (əlli beş) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və DİN–in Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,043 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1,425 qram kustal üsulla hazırlamış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar