Məhkəmə qərarları › İş №1(101)-975/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-975/2022

03.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-975/2022 03.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçilər - “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri "Mərkəz" Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, E.İzaqzadə küçəsi, ev 9, mənzil 13-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxslə satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlamaqla daşımışdır: belə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan “Şahbuz” adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək külli miqdarda narkotik vasitə heroin, külli miqdarda narkotik vasitə metadon və külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədilə əldə edib saxlayaraq daşımış, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı 21 dekabr 2021-ci il tarixdə saat 23 radələrində Nərimanov rayonu, E.İsaqzadə küçəsi, 9 №-li evin yaxınlığında idarə etdiyi **-ZN-*** dövlət qeydiyyat nişanlı qara rəngli Chevrolet Cruze markalı avtomobili ilə birlikdə saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmiş, şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli qısaqol gödəkçəsinin sağ iç cibindən qanunsuz olaraq külli miqdarda əldə edib üzərində saxladığı 1 ədəd ağ rəngli sellofan torbada olan 13 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 13,72 qram, 10,901 qram, 13,394 qram, 1 1,827 qram, 7,387 qram, 8,626 qram, 8,993 qram, 8, 040 qram, 8,043 qram, 6,216 qram, 5,768 qram, 5.781 qram. 5.752 qram olmaqla ümumi təmiz çəkisi 114,448 qram olan narkotik vasitə - heroin, 1 ədəd bükümdə təmiz çəkisi 12,609 qram olan psixotrop maddə - metamfetamin, bundan sonra idarənin inzibati binasının həyətində idarə etdiyi **-ZN-*** dövlət qeydiyyat nişanlı qara rəngli Chevrolet Cruze markalı avtomobildə keçirilən axtarış zamanı avtomobilin salonunda orta hissədə kiçik əşyaları qoymaq üçün nəzərdə tutulmuş qabın içində 1 ədəd şəffaf sellofan torbada olan 1 ədəd bükümdə təmiz çəkisi 25,554 qram olan narkotik vasitə - heroin və 1 ədəd bükümdə təmiz çəkisi 15,141 qram olan psixotrop maddə metamfetamin, bundan sonra yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi, ev 9, mənzil 13-də keçirilən axtarış zamanı yataq otağından, girişdən sağ tərəfdə yerləşən çarpayının altında, 1 ədəd ağ rəngli sellofan torbada saxladığı 1 ədəd bükümdə təmiz çəkisi 146,836 qram olan narkotik vasitə-heroin, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 968 qram və 218 qram ümumi təmiz çəkisi 1.186 qram olan psixotrop maddə metamfetamin, 30 ədəd üzərində "Methadone 40...Faran” göstəriciləri olan blisterdə üzərində "F/M40” yazısı həkk olunmuş, göstəriciyə əsasən metadonun təsir maddəsinin miqdarı ümumilikdə 12 qram olan ümumi sayı 300 ədəd bozumtul-qəhvəyi rəngli tablet aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2 ildir narkotik istifadəçisi olduğu üçün sosial şəbəkə vasitəsilə özünü Şahbuz adlı İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxslə tanış olmuş, həmin şəxslə sosial şəbəkədə danışdığı zaman sonuncu ona narkotiklərin daşınması müqabilində pul qazana biləcəyini dedikdə təkliflə razılaşmış, ona məlum olmuşdur ki, həmin şəxs də internet vasitəsilə müştəri taparaq ona verdiyi kimi narkotikləri ayrı-ayrı ünvanlara da qoyduraraq pul əldə edirmiş, gördüyü işin müqabilində hər dəfə İranlı Şahbuz onun kartına pul göndərmiş, bir neçə dəfə Şahbuzun dediyi ünvanlara narkotik vasitələri aparıb qoymuş, lakin Şahbuzun təpşırığı ilə onun qoyduğu narlkotiki kimin gəlib həmin ünvandan götürməsini görməmişdir; bu yolla təxminən 200 maat pul əldə etmiş, xx.xx.2021-ci il tarixdə saat təxminən 23 radələrində yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi, 9 №-li evin qarşısında idarə etdiyi ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu avtomobili ilə birlikdə BNMİ-nə dəvət etmişlər, avtomobilini də sürərək BNMİ-nə polis əməkdaşları ilə birlikdə gəlmişdir. Burada onun hüuqularının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən 1 ədəd ağ rəngli sellofan paketdə saxladığı 13 ədəd bükümdə heroin, 1 bükümdə metamfetamin, mobil telefonu, yaşadığı evin açarı, avtomobilin açarı, 26 manat pul, 2 ədəd plastik bank kartı aşkar edilmişdir. Üzərindən aşkar olunan maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını həmin maddələrin qalan hissəsini avtomobilində və yaşadığı ünvanda saxladığını demişdir;onun razılıq ərizəsi əsasında ilk növbədə avtomobilinə baxış keçirilmiş, baxış zamanı oradan 1 ədəd sellofanda olan 2 ədəd bükümdə heroin və metamfetamin aşkar edilərək götürülmüşdür; bundan sonra onun yaşadığı evə baxış keçirilmiş, baxış zamanı onun yataq otağından 1 ədəd sellofan torbada heroin, 2 sellofan torbada metamfetamin 300 ədəd metadon həbləri, qeyd apardığı dəftərlər, 2 ədəd elektron tərəzi aşkar edilmiş, şifahi sorğu zamanı üzərindən, avtomobilindən və evindən aşkar edilmiş maddələri Şahbuz adı ilə tanıdığı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini demişdir. Üzərindən psixotrop maddə metamfetamin və narkotik vasitə - heroin və metadon aşkarlanan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor tətbiq edilməmişdir; həmin narkotik vasitədən heç kimə pay verməmiş, satışı ilə məşğul olmamış, sadəcə olaraq narkotikləri ayrı-ayrı bükümdə müxtəlif ünvanlara yerləşdirmiş, daha sonra bunun müqabilində daşıdığı üçün karta köçürülən 200 manat pul əldə etmiş, dəftərlərində narkotikin satışına dair İranlının ona dediyi qeydləri aparmış, narkotik vasitə və psixotrop maddələri Şahbuz adı ilə tanıdığı İran İslam Respublikasının vətəndaşından əldə etdiyi narkotik vasitə və psixotrop maddələri ölkəyə hansı üsula keçirilməsi barədə maraqlanmamış və məlumatı yoxdur. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadə verərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri əldə edib saxlaması barədə məlumat daxil olmuş, bu barədə rəisə məruzə edilərək əməliyyat-axtarış qrupu yaradılması barədə qərar verilmiş, həmin gün saat 23 radələrində BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1lə birlikdə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Nərimanov rayonu, E.İzaqzadə küçəsi, 9 №-li evin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmış, sonuncuya özlərini polis əməkdaşı kimi təqdim edib birlikdə BNMİ-nə gəlməsini təklif etmiş, idarədə olarkən həmin şəxsin Təqsirləndirilən şəxs olması öz təsdiqini tapmış, bu barədə Baş İdarə rəhbərliyinə məruzə edilmiş, prosessual hərəkətlərin keçirməsi təhqiqatçı polis kapitanı V.Həsənquliyevə həvalə edilmişdir; təhqiqatçının qərarı əsasında “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Nizami Həsənov dəvət olunmuş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq onun narkotik vasitə əldə edib saxlamasında şübhəli bilindiyi izah olunmuş, təhqiqatçının təklifi ilə sağ əlində saxladığı yaşadığı evin açarını, əynində olan tünd göy rəngli qısa qol gödəkçəsinin sol yan cibindən 1 ədəd siqaret qutusunu, sağ iç cibindən 1 ədəd ağ rəngli sellofan torbanı, əynindəki göy rəngli şalvarın sol arxa cibindn 1 ədəd Red Mi markalı mobil telefonu, sol yan cibindən 26 manat pulu, sağ yan cibindən isə özünə məxsus sürücülük vəsiqəsini, şəxsiyyət vəsiqəsini, avtomobilin açarını, üzərində **********683971 və **********240272 rəqəmləri əks olunmuş plastik bank kartlarını təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi evin açarı, avtomobilin açarı, 26 manat pulu və 1 ədəd siqaret özünə qaytarılmış, Red Mi markalı mobil telefon, şəxsiyyət vəsiqəsi sürücülük vəsiqəsi və 2 ədəd plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüş, Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli sellofan torbaya baxış keçirilən zaman içərisində 13 ədəd bükümdə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə, 1 ədəd bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuş, tərəzi ilə çəkildikdə 13 ədəd bükümün qablaşdırma ilə birlikdə təxmini çəkisi 121 qram, 1 ədəd bükümün təxmini çəkisinin isə 14 qram olması müəyyən edilmiş, bundan sonra, təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş, bükümlər zərfə qoyularaq möhürlənmiş, orada olan şəxslər tərəfindən imzalanmışdır; daha sonra İdarənin həyətində Təqsirləndirilən şəxs avtomobilində saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi ona təklif edilmiş, Təqsirləndirilən şəxs avtomobilin qapısının kilidini açaraq qabaq sol qapını açmış və sürət qutusunun arxasından 1 ədəd qəhvəyi rəngli kağız bükümü təqdim etmişdir, təhqiqatçı tərəfindən həmin kağız bükümə baxış keçirilən zaman 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzət kütlə olması müəyyən edilmiş, həmin sellofan bükümlərdə olan kütlələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzinin üzərində qablaşdırılma ilə birlikdə çəkilmiş, içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlənin təxmini çəkisinin 15 qram, qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlənin olduğu maddənin təxmini çəkisi isə 26 qram olması müəyyən edilmiş, bundan sonra, təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş, bükümlər zərfə qoyaraq bağlanmış, möhürlənmiş, orada olan şəxslər tərəfindən imzalanmışdır, Təqsirləndirilən şəxs mənzilində müdafiəçinin və onların iştirakı ilə axtarış aparılan zaman, təhqiqatçının təklifi ilə evində saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs yataq otağına daxil olaraq çarpayının altında saxladığı 1 ədəd ağ rəngli sellofan torbanı təqdim edərək ünvanında saxladığı narkotik tərkibli maddələrin hamısının həmin sellofan torbanın içərisində saxladığını bildirmiş, təhqiqatçı tərəfindən həmin sellofan torba götürülərək baxış keçirilməsi üçün mənzilin qonaq otağına gətirilmiş, burada baxış zamanı həmin sellofan torbanın içərisində 1 bükümdə narkotik vasitə heroinə bənzər kütlə 2 sellofan bağlamada psixotrop maddə metamfetaminə bənzər kütlə 300 ədəd üzərində Metadon 40 sözləri yazılmış həblər 1 ədəd qayçı 1 ədəd qələm, narkotik vasitələrin dövriyyəsində istifadə etdiyi 2 ədəd elektron tərəzi, içərisində narkotik vasitələrin satışına dair qeydlərini apardığını bildirdiyi kitabçalar və sellofan parçaları olması müəyyən edilmiş, bundan sonra, təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş, sellofan torbaya qoyaraq bağlamış, mohürləmiş, orada olan şəxslər tərəfindən imzalanmış, həmin vaxt otaqdan aşkar edilmiş maddənin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin həblərin isə metadon həbləri olmasını bildirmişdir. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə edərək dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə edilmiş, onun həmin maddələri konkret haradan, kimdən əldə etməsi haqqında hər hansı məlumatı yoxdur. Təqsirləndirilən şəxs İranlı Şahbuzdan almasını demiş, saxlanılan və Baş İdarəyə gətirilən zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 22 dekabr 2021-ci il tarixli 6/5569 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir nömrəli obyektin yəni üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri qeyd edilmiş paketdə 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 13,72 qram, 10,901 qram, 13,394 qram, 11,827 qram, 7,387 qram, 8,626 qram, 8,993 qram, 8, 040 qram, 8,043 qram, 6,216 qram, 5,768 qram, 5,781 qram, 5,752 qram olmaqla ümumi təmiz çəkisi 114,448 qram olan qəhvəyi rəngli maddə narkotik vasitə-heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 12,609 qram olan ağ rəngli kristallardan ibarət maddə psixotrop maddə - metamfetamindir, üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən” yazıları olan paketdə 1 ədəd bükümdə təmiz çəkisi 25,554 qram olan qəhvəyi rəngli maddə narkotik vasitə - heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 15,141 qram olan kristal şəkilli maddə psixotrop maddə-metamfetamindir, üzərində “Təqsirləndirilən şəxs Nizmai oğlunun yaşadığı ünvanda” yazıları olan paketdə 1 ədəd bükümdə təmiz çəkisi 146,836 qram olan qəhvəyi rəngli maddə narkotik vasitə - heroindir, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 968 qram və 218 qram ümumi təmiz çəkisi 1186 qram olan kristalşəkilli maddə psixotrop maddə metamfetamindir, 30 ədəd üzərlərində “Methadone 40...Faran” göstəriciləri olan blisterdə üzərində “F/M40” yazısı həkk olunmuş ümumi sayı 300 ədəd bozumtul-qəhvəyi rəngli tabletdə göstəriciyə əsasən metadonun təsir maddəsinin miqdarı ümumilikdə 12 qram narkotik vasitə metadondur, gümüşü korpuslu elektron tərəzinin, qayçının, qələmin üzərində və 4 ədəd boş p/e paketlərin daxilində mütamfetaminin izləri müəyyən edildi. Ağ korpuslu elektron tərəzinin üzərində heroin izləri müəyyən edildi. Həmin predmetlərdə heroin və metamfetamin az miqdarda olduğundan eyniləşdirmə tədqiqatının aparılması və təmiz çəkinin müəyyən edilməsi mümkün olmadı. Təqsirləndirilən şəxs Nizmai oğlunun üzərindən, idarə etdiyi avtomobildən və yaşadığı ünvandan aşkar edilən heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında, həmçinin metamfetamin kütlələri də kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Metadon Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İİ) daxildir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına (Siyahı İ) daxildir (1-ci cild iş vərəqi 52-56). İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertiza üzrə 11 fevral 2022-ci il tarixli 345 nömrəliekspert rəynən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Onda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas yoxdur. Ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir (1-ci cild iş vərəqi 160-164). İşdə olan ambulator məhkəmə-narkoloji ekspertiza üzrə 10 fevral 2022-ci il tarixli 631 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs opoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur; narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (1ci cild iş vərəqi 136). İşdə olan 22 dekabr 2021-ci il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl təklif olunmuşdur ki, üzərində olan qanunsuz əşyaları könüllü təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı yaşadığı evin açarını, əynində olan tünd göy rəngli qısa qol gödəkçəsinin sol yan cibindən 1 ədəd siqareti, sağ iç cibindən 1 ədəd ağ rəngli sellofan torbanı, əynindəki göy rəngli şalvarın sol arxa cibindən 1 ədəd Red Mi markalı mobil telefonu, sol yan cibindən 26 manat pulu, sağ yan cibindən isə özünə məxsus sürücülük vəsiqəsini, şəxsiyyət vəsiqəsini, avtomobilin açarını, üzərində **********683971 və **********240272 rəqəmləri əks olunmuş plastik bank kartlarını təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi evin açarı, avtomobilin açarı, 26 manat pulu və 1 ədəd siqaret özünə qaytarılsada Red Mi markalı mobil telefon, şəxsiyyət vəsiqəsi sürücülük vəsiqəsi və 2 ədəd plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülür. Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli sellofan torbaya baxış keçirilən zaman içərisində 13 ədəd bükümdə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə, 1 ədəd bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması görünür. Tərəzi ilə çəkildikdə 13 ədəd bükümün qablaşdırma ilə birlikdə təxmini çəkisi 121 qram, 1 ədəd bükümün təxmini çəkisinin isə 14 qram olması müəyyən edilir. Bundan sonra, təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib edir, bükümlər zərfə qoyaraq bağlanır, möhürlənir və orada olan şəxslər tərəfindən imzalanır. Həmin vaxt bükümün içərisində nəyin olduğu soruşulanda, o, həmin bükümlərdə heroin və metamfetamin olduğunu, ünvanlara qoymaq üçün saxladığını, həmin maddəni İranlı “Şahbuz” dan aldığını, 2ilə yaxındır ki, narkotik istifadəçisi olduğunu, həmin şəxslə 1 il bundan öncə sosial şəbəkədə tanış olduğunu, bu əməli törətməkdə məqsədinin pul əldə etmək olduğunu bu fəaliyyətinə görə əldə etdiyi pulların üzərindən aşkar edilmiş bank kartlarına göndərildiyini götürdüyü narkotik tərkibli maddələrin bir hissəsini avtomobilində və yaşadığı evində saxladığını avtomobilə və yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını saxlanılan zaman və polis bölməsində olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirir (1-ci cild iş vərəqi 31). İşdə olan baxış keçirilməsi haqqında 31 mart 2022-ci il tarixli protkoldan görünür ki, istintaq zamanı cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərək protokol tərtib edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda göstərilən hallar eynilə diskin yaddaşında olan videogörüntüdə əks olunmuşdur (1-ci cild iş vərəqi 155). İşdə olan 22 dekabr 2021-ci il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin avtomobilində saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilir. Bu təklifdən sonra o, avtomobilin qapısının kilidini açaraq qabaq sol qapını açır və sürət qutusunun arxasından 1 ədəd qəhvəyi rəngli kağız bükümü təqdim edir. Təhqiqatçı tərəfindən həmin kağız bükümə baxış keçirilən zaman 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinəbənzər kütlə, 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilir. Həmin sellofan bükümlərdə olan kütlələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzinin üzərində qablaşdırılma ilə birlikdə çəkilir. İçərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlənin təxmini çəkisinin 15 qram, qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlənin olduğu maddənin təxmini çəkisi isə 26 qram olması müəyyən edildi. Bundan sonra, təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib edir, bükümlər zərfə qoyaraq bağlanır, möhürlənir və orada olan şəxslər tərəfindən imzalanır. Həmin vaxt bükümün içərisində nəyin olduğu soruşulanda, o, həmin bükümlərdə heroin və metamfetamin olduğunu, ünvanlara qoymaq üçün saxladığını, həmin maddələri İranlı “Şahbuz”-dan 2-3 gün öncə Balaxanı qəsəbəsi ərazisindən əvvəlcədən qoyulmuş yerdən əldə etdiyini, qalan hissəsini də yaşadığı evdə saxladığını və həmin ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdi. Avtomobilində öncədən baxış keçirilmədiyini bildirir (1-ci cild iş vərəqi 37-38). İşdə olan baxış keçirilməsi haqqında 31 mart 2022-ci il tarixli protkoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə keçirilən axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərək protokol tərtib edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilində “baxış keçirilməsi və götürmə haqqında” protokolda göstərilən hallar eynilə diskin yaddaşında olan videogörüntüdə əks olunmuşdur (1-ci cild iş vərəqir 157-158). İşdə olan 22 dekabr 2021-ci il tarixli “Baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin mənzilində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə axtarış aparılan zaman, təhqiqatçının təklifi ilə evində saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs yataq otağına daxil olaraq çarpayının altında saxladığı 1 ədəd ağ rəngli sellofan torbanı təqdim edərək ünvannda saxladığı narkotik tərkibli maddələrin hamısının həmin sellofan torbanın içərisində saxladığını bildirir. Təhqiqatçı tərəfindən həmin sellofan torba götürülərək baxış keçirilməsi üçün mənzilin qonaq otağına gətirilir. Burada baxış zamanı həmin sellofan torbanın içərisində 1 bükümdə narkotik vasitə heroinə bənzər kütlə 2 sellofan bağlamada psixotrop maddə metamfetainə bənzər kütlə 300 ədəd üzərində Metadon 40 sözləri yazılmış həblər 1 ədəd qayçı 1 ədəd qələm, narkotik vasitələrin dövriyyəsində istifadə etdiyi 2 ədəd elektron tərəzi, içərisində narkotik vasitələrin satışına dair qeydlərini apardığını bildirdiyi kitabçalar və sellofan parçaları olması müəyyən edilir. Bundan sonra, təhqiqatçı iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib edir, bükümlər sellofan torbaya qoyularaq bağlanır, möhürlənir və orada olan şəxslər tərəfindən imzalanır. Həmin vaxt otaqdan aşkar edilmiş maddənin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, həblərin isə metadon həbləri olmasını bildirir. Həmin maddələri ona deyilən yerlərə qoymaqla pul əldə etmək olmasını sosial şəbəkədə tanış olduğu İİR vətəndaşı “Şahbuz” adlı şəxsin vasitəsilə Balaxanı qəsəbəsindən deyilən yerdən əldə etdiyini başqa heç bir yerdə narkotik tərkibli maddə saxlamadığını, evinə öncədən baxış keçirilmədiyini bildirir (1-ci cild iş vərəqi 42-43). İşdə olan baxış keçirilməsi haqqında 31 mart 2022-ci il tarixli protkoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildə axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərək protokol təılib edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs mənzilində “baxış keçirilməsi və götürmə haqqında” protokolda göstərilən hallar eynilə diskin yaddaşında olan videogörüntüdə əks olunmuşdur (1-ci cild iş vərəqi 159-160). İşdə olan baxış keçirilməsi haqqında 31 mart 2022-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə "xxxx" MMC-dən Nərimanov RPİ-nin İŞ-nə 14 mart 2022 tarixli BKC/LGL- 4387/21 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan (099) 702- 99-69, (055) ***-**-** saylı mobil telefon nömrəsinin sahibinin şəxsiyyəti, həmçinin qeyd olunan mobil nömrəyə daxil olmuş, edilmiş və cavabsız zənglər, daxil olmuş və göndərilmiş SMS-lərin mətnləri, zənglər zamanı həmin mobil nömrənin hansı antenin əhatə dairələrinə düşməsinin (CELL-İD) əks olunduğu CD diskə baxış keçirilərək protokol tərtib edilmişdir; baxış zamanı müəyyən olunmuşdur ki, diskin yaddaşında bir neçə ədəd fayl vardır. «SMS tarixçəsi 20 27 78 KE» adlı fayla daxil olduqda (099) ***-**-** saylı mobil nömrəyə daxil olan smslərin əks olunması görünür; həmin smslərin mətninə baxarkən görünür ki, 23 oktyabr 2021 -ci il tarixdə (070) ***-**-** saylı obonent Təqsirləndirilən şəxs “brat mənə tərəzi lazımdı” “götürdüm hara gelim” kimi smslər yazmışdır; baxış zamanı digər fayllarda istintaq üçün əhəmiyyət kəsb edən hər hansı başqa məlumat aşkar edilmədi; baxış zamanı Təqsirləndirilən şəxs bildirir ki, həmin smsi yazan hazırda adını dəqiq xatırlamadığı şəxs ondan narkotik vasitələri çəkmək üçün tərəzi istəyir (1-ci cild iş vərəqi 161). İşdə olan baxış keçirilməsi haqqında 31 mart 2022-ci il tarixli protokoldan görünür ki, 21 dekabr 2021-ci ildə, saat 22 radələrində cinayət işinin ilkin mərhələsində şübhəli şəxs qismində tutularaq BNMİ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərindən aşkar edilmiş dəftərə və iki ədəd plastik bank kartlarına baxış keçirilərək protokol tərtib edilmişdir; baxış zamanı müəyyən edilmişdir ki, həmin həmin kartların üzərində **********683971 albalı +, Umico **********240272 yazıları vardır; dəftərə baxış keçirilən zaman aydın oldu ki, orada “kola 489+ 10qr, 20 kola 10 patı” kimi qeydlər aparılaraq qramlar yazılmışdır; baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, dəftərdə apardığı qeydlər İranlı Şahbuzla danışdığı zaman onun ondan payladığı narkotik vasitələrin çəkilərini yazmasını bildirdiyi qeydlərdir (1-ci cild iş vərəqi 162-163). İşdə olan baxış keçirilməsi haqqında 31 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərindən aşkar edilmiş ona məxsus olan 1 ədəd X5 markalı mobil telefonun yaddaşında olan məlumatların baxışı aparılaraq protokol tərtib edilmişdir; baxış zamanı müəyyən edilmişdir ki, həmin mobil telefon göy rəngli olub sensor ekranlıdır; mobil telefona təyin edilmiş giriş kodunu Təqsirləndirilən şəxs yığdıqdan sonra mobil telefonun yaddaşına daxil olduqda müəyyən edilmişdir ki, fotoşəkillərin olduğu qalereyada narkotik vasitələrin tərəzinin üzərində fotoşəkli görünür; bundan başqa ayrı-ayrı ünvanların da fotolorı vardır; baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin narkotik vasitənin öründüyü fotoşəkildə İranlı Şahbuzun ona dediyi yerdən götürdüyü narkotik vasitələrin tərəzinin üzərində çəkisi görünməklə olan şəklidir (1-ci cild iş vərəqi 164-167). İşdə olan 24 dekabr 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən, avtomobilindən və evindən götürmə aparılması zamanı götürülmüş narkotik vasitə və psixotrop maddələr maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 654 qram narkotik vasitə heroin,1213,55 qram psixotrop maddə metamfetamin, 294 ədəd metadon həbi, gümüşü korpuslu tərəzi, ağ korpuslu tərəzi, qayçı və 4 ədəd boş paket saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (1-ci cild iş vərəqi 96). İşdə olan 1 aprel 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “X5” markalı mobil telefonun yaddaşında olan məlumatlara baxış keçirilmiş və həmin məlumatlar və mobil telefon, bundan başqa Təqsirləndirilən şəxs cinayət təqibinin ilkin mərhələsində şübhəli şəxs qismində tutularaq BNMİ-yə gətirildiyi zaman üzərində şəxsi axtarış aparılan zaman, avtomobilində baxış və götürmə aparılan zaman, mənzilində baxış və götürmə aparılan zaman video çəkilişdən istifadə olunmuş və həmin videogörüntülər ayrı-ayrılıqda 3 ədəd DVD-R formatlı disklərə köçürülərək protokollara əlavə edilmiş, həmin disklərdə olan video görüntülərin baxışı aparılmışdır. Həmin 3 ədəd disk, üzərindən aşkar edilərək götürülmüş plastik kartlar və mənzilində axtarış zamanı götürülmüş qeydlərin aparıldığı dəftər, "xxxx" MMC-dən Nərimanov RPİ-nin İŞ-nə daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə daxil olan və çıxan zənglər, SMS və SMS mətnlərinin eləcə də anten dairələri haqqında məlumatların əks olunduğu bir ədəd disk öz xüsusiyyətlərinə görə cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək və cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (1-ci cild iş vərəqi 173-174). İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 22 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 130-131). İşdə olan şübhəli şəxsin tutulması haqqında 21 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 dekabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild iş vərəqi 21). İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 21 dekabr 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 83-88). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib, üzərində saxlamaqla daşıması tam təsdiqini tapmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr)» əsasən narkotik vasitə heroinin külli miqdarının aşağı həddi 2 qram, narkotik vasitə metadonun külli miqdarının aşağı həddi 1,6 qram, psixotrop maddəmetamfetamin külli miqdarının aşağı hədd 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, saxladığı və daşıdığı narkotik vasitə heroinin çəkisi 286,838 qram, psixotrop maddə metamfetaminin çəkisi 1213,75 qram olduğundan narkotik vasitə metodonun çəkisi 12 qram olduğundan külli miqdar təşkil edir. Beləliklə, məhkəmə kollegiyası toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cünin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 59.1 və 61.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla pereventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi, onun qanuna tabe olan insana çevrilməsini, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən və həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cünin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə kollegiyası Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 21 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cünin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza çəkməsinin başlanğıcının tutulduğu 21 dekabr 2021-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İşdə olan ambulator məhkəmə-narkoloji ekspertiza üzrə 10 fevral 2022-ci il tarixli 631 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya aşkar olunduğundan, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan aə ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görüldüyündən, Təqsirləndirilən şəxs narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Qərarın qeyd edilən bəndinə əsasən narkotik vasitələr üzrə cinayət işlərində də maddi sübutlar (narkotik vasitə) yuxarıda qeyd edilən Qaydalara əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməlidir. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar: - Bakı şəhəri Nərimanov rayon polis idarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 30 ədəd üzərilərində “Methadone 40.... Faran” göstəriciləri olan blisterdə üzərində “F/M40” yazısı həkk olunmuş 294 ədəd metodon həbi “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verilməlidir; - Bakı şəhəri Nərimanov rayon polis idarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 286,654 qram narkotik vasitə heroin, 1213,55 qram psixotrop maddə metamfetamin, gümüşü və ağ rəngli korpuslu iki ədəd tərəzi, bir ədəd qayçı və 4 ədəd boş paket məhv edilməli, 1 ədəd “Xiaomi Redmi” markalı mobil telefon - Təqsirləndirilən şəxs anası X1 qaytarılmalı, 4 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə kimyəvi ekspertiza üzrə tədqiqatların dəyəri 109,90 manat (yüz doqquz manat doxsan qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 21 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar: - Bakı şəhəri Nərimanov rayon polis idarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 30 ədəd üzərilərində “Methadone 40.... Faran” göstəriciləri olan blisterdə üzərində “F/M40” yazısı həkk olunmuş 294 ədəd metodon həbi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verilsin; - Bakı şəhəri Nərimanov rayon polis idarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 286,654 qram narkotik vasitə heroin, 1213,55 qram psixotrop maddə metamfetamin, gümüşü və ağ rəngli korpuslu iki ədəd tərəzi, bir ədəd qayçı və 4 ədəd boş paket məhv edilsin;1 ədəd “Xiaomi Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs anası X1 qaytarılsın, 4 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə kimyəvi ekspertiza üzrə tədqiqatların dəyəri 109,90 manat (yüz doqquz manat doxsan qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Məhəmməd Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar