Məhkəmə qərarları › İş №1(101)-977/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-977/2022

20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-977/2022 20.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 2000-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 17-ci mikrorayon, nömrəsiz fərdi həyət evində yaşamış, 14 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 yanvar 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “WhatsApp” proqramı vasitəsilə tanış olduğu “Behbaz” adlı İran İslam Respublikasının (bundan sonra: İİR və ya İran) vətəndaşı və qeyriləri ilə külli miqdarda psixotrop maddə metamfetamin əldə edib satmaq məqsədi ilə qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, özünün istifadə etməsi və satmaq məqsədilə külli miqdarda psixotrop maddə metamfetamin alması üçün “Behbaz” adlı şəxsin istintaqa məlum olmayan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 100,00 manat pul vəsaitini göndərdikdən sonra “Behbaz” adlı şəxsə məxsus külli miqdarda psixotrop maddə metamfetamini mənfəət qarşılığında Bakı şəhərində satışını həyata keçirəcəyi barədə “Behbaz” adlı şəxslə razılığa gəlib sonuncunun tapşırığı ilə 14 yanvar 2022-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsində yerləşən «Saatlı bina» adlanan binanın yanındakı daşın altına şəxsiyyəti istintaqa məlum olmayan qeyrisi tərəfindən qoyulmuş bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 7,330 qram təşkil edən ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsini satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlayaraq daşımış və elə həmin gün, yəni 14 yanvar 2022-ci il tarixdə, saat 16:30 radələrində ünvan 3 ünvanın yaxınlığında Bakı şəhəri Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 5 ünvanında yerləşən Bakı şəhəri Nərimanov RPİ-nin inzibati binasına aparılmış və orada onun üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan yaşıl rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 7,330 qram təşkil edən ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış külli miqdarda metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə ibtidai istintaq mərhələsindən fərqli olaraq özünü təqsirli bilməyərək ifadəsində narkoman olduğunu, narkotik vasitələrəi özünün şəxsi istifadəsi üçün alıb əldə etdiyini, satmaq üçün narkotik vasitə götürmədiyini qeyd etmiş, lakin ibtidai istintaq mərhələsində verdiyi ifadəsini bir daha təsdiq edib göstərdi ki, o, tutulanadək anket məlumatlarında göstərilən ünvanda rəfiqəsi X5 ilə birlikdə yaşamışdır. Tutulanadək təxminən 2 ilə yaxın bir müddətdə “Şüşə” kimi tanınan və əslində adı metamfetamin olan psixotrop maddədən və “Kakos” adı ilə tanınan narkotik vasitə heroindən folqada qızdırıb çəkmək üsulu ilə istifadə etmişdir. Tutulmazdan bir həftə əvvəl Orxan adlı dostunun vasitəsi ilə qiyabi tanış olduğu, ona özünü İran vətəndaşı Behbaz kimi təqdim etmiş şəxsin narkotik vasitələrin onlayn satışı ilə məşğul olduğunu öyrənmişdir. «WhatsApp» mobil tətbiqi vasitəsi ilə Behbazla əlaqə saxlamış, sonuncu ona pulunu əvvəlcədən onlayn ödəmək şərti ilə sonra müxtəlif növ narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib, istəyəcəyi təqdirdə həm özünün istifadəsi, həm də Bakı şəhərində narkotik satmağı ona təklif etmişdir. O, əvvəl Behbaza inanmadığı üçün onun təklifini rədd etsə də, sonradan Behbazın təklifini qəbul etmişdir. 12 yanvar 2022-ci il tarixdə “Milliön” ödəmə terminalı vasitəsi ilə Behbazın ona göndərmiş olduğu kart hesabına 100 manat pul göndərmişdir. Lakin Behbazın bank hesabı, yəni kart hesab nömrəsi onun yadında qalmamışdır. Behbaz isə öz növbəsində 100 manat pul müqabilində ona 10 qram heroin və 5 qram metamfetamin göndərməli idi. Behbaza pulu göndərdikdən sonra onunla əlaqə saxlayıb 100 manat pul göndərdiyi barədə məlumat vermiş və vəd etdiyi narkotik vasitələri nə zaman və harada təhvil verəcəyini soruşduqda Behbaz ona xəbər gözləməyini xahiş etmiş, göndərəcəyi narkotik vasitələrin deyəcəyi tarixdə «WhatsApp» proqramı vasitəsi ilə şəklini göndərəcəyi ünvanda olacağını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 13 yanvar 2022-ci il tarixdə, axşam saatlarında Behbaz onunla əlaqə saxlayıb, pulunu ödədiyi narkotik vasitələrin 14 yanvar 2022-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində koordinatlarını göndərəcəyi ünvanda olacağını demişdir. 14 yanvar 2022-ci il tarixdə, saat 02 radələrində Behbaz ona narkotik vasitələrin gizlədildiyi ünvanın koordinatlarını göndərdikdən sonra o, 14 yanvar 2022-ci il tarixdə, günorta saatlarında onunla birlikdə yaşayan rəfiqəsi Sahilə Mövsümova ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsində yerləşən «Saatlı bina» adlanan binanın yaxınlığına gedib mobil telefonuna göndərilmiş şəkil əsasında şəffaf rəngli selofana bükülmüş bir ədəd büküm metamfetamini həmin binanın yanında olan daşın yanından götürüb həmin metamfetamini əynində olan yaşıl rəngli gödəkçəsinin sol yan cibinə qoymuş, şəxsi istifadəsi və satmaq üçün üzərində saxlamışdır. Lakin bu barədə rəfiqəsi Sahiləyə deməmiş, Sahilənin onda olan psixotrop maddə metamfetaminlə heç bir əlaqəsi olmamış və Sahilə narkotik istifadəçisi olmamışdır. Bundan sonra o, Sahilə ilə birlikdə yaşadıqları ünvana getmək üçün yolun kənarı ilə ünvan 8xınlığında piyada hərəkət edərkən iki nəfər mülki geyimli şəxsin onlara diqqətlə baxdıqlarını görüb, onların polis əməkdaşları olmalarından şübhələnmişdir. O, həmin iki nəfər şəxsdən şübhələndiyindən olduqları ünvandan uzaqlaşmağa cəhd etmişlər. Elə həmin vaxt polis əməkdaşların olmalarına şübhələndiyi şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib Nərimanov rayon Polis İdarəsinin polis əməkdaşları olduqlarını bildirmiş, onlara narkotik maddələrdən istifadə etmələrindən şübhələndiklərini deyərək onlardan birlikdə Nərimanov RPİ-nə getmələrini xahiş etdikdə o, və Sahilə həmin şəxslərlə Nərimanov RPİ-yə getmişlər. İdarədə ona təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılacağı izah edilmişdir. Buna görə hüquqlarını müdafiə etmək üçün vəkil də dəvət edilmişdir. Polis əməkdaşı ona üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa, könüllü olaraq təqdim etməsi təklif etdikdə o, əynində olan gödəkçəsinin sol cibindən içərisində «patı» kimi tanınan metamfetamin olan bir ədəd sellofan bükümü, həmçinin üzərində olan üç ədəd mobil telefonu təqdm etmişdir. Qeyd olunanlardan başqa, şəxsi axtarış zamanı ondan heç nə aşkar olunmamışdır. Ondan götürülmüş və içərisində metamfetamin maddəsi olan bir ədəd sellofan büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, sonra bu barədə protokol tərtib etmişdir. O, hüquqlarını müdafiə edən vəkil, eyni zamanda iştirakçılar tərtib edilmiş protokolla tanış olduqdan sonra protokola imza etmişlər. Sahilə Mövsümova tutulan zaman onda metamfetamin olduğunu bilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, o, narkotik istifadəçisidir, ondan götürülən etamfetamini həm istifadəsi və həm də satmaq üçün Behbazdan 100 manata alsa da, tutulduğu üçün nə sata bilmiş və nə də istifadə etmişdir. Metamfetamin baha qiymətə satıldığı halda, Behbaz ona qazanc olaraq pul verməli olmuş, lakin tutulduğu və metamfetamini sata bilmədiyi üçün qazancının miqdarını bilməmişdir. Tanışı Orxanın onun Behbazdan metamfetamin almasından xəbəri olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 məhkəməyədək icraat mərhələsində verdiyi ifadəsini bir daha təsdiq edib ifadəsində göstərdi ki, 14 yanvar 2022-ci il tarixdə, saat 16:30 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-nin cinayət axtarış üzrə kiçik inspektoru, polis baş serjantı Şahid2 ilə rayonun Ağa Neymətulla küçəsi, 58 ünvanın yaxınlığında xidmətdə olarkən iki nəfər qadının hərəkətləri və davranışı onlarda şübhə yaratdığından həmin qadınlara yaxınlaşıb özlərini onlara təqdim edərək Nərimanov RPİ-nin NMB-nin və 17-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmiş və onlardan şəxsiyyətləri barədə məlumat vermələrini xahiş etmişlər. Saxlanılan qadınlardan biri, yəni baxılan iş üzrə Təqsirləndirilən şəxs qızrı verilən suallara cavab verməmiş və yayınaraq qaçmağa cəhd göstərmək istəmişdir. Lakin o, saxlanılmış və Təqsirləndirilən şəxs onlara xx xxxx 2000-ci il tarixdə Sumqayıt şəhərində anadan olduğunu və narkotik istifadəçisi olduğunu demişdir. Digər qadın isə özünü 04 aprel 1990cı ildə Abşeron rayonunda anadan olmuş X2 təqdim etmişdir. Bundan sonra dəqiqləşmə aparılması məqsədilə hər iki qadını avtomobillə ünvan 9 ünvanda yerləşən Nərimanov RPİ-nin inzibati binasına aparmışlar. Təqsirləndirilən şəxs və X1 barədə RPİ-nin rəisinə raportla məruzə edilmiş və saxlanılan qadınların həqiqətən də Təqsirləndirilən şəxs və X5 olduğu dəqiqləşdirilmişdir. Həmin raport əsasında araşdırmanın aparılması Nərimanov RPİ-nin TŞ-nin baş təhqiqatçısı Mələk Məmmədovya həvalə edilmişdir. Mələk Məmmədova tərəfindən əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Nərimanov RPİ-nin inzibati binasına müdafiəçi də dəvət olunmuşdur. Təqsirləndirilən şəxs və şəxsi axtarışın digər iştirakçılarına hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi və daşınması qadağan edilən əşya və maddələrin olub -olmadığını soruşmuş və olduğu halda təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd “Samsung” markalı, bir ədəd “KGTEL” markalı, bir ədəd “Blackview” markalı mobil telefonları, əynində olan həmin gödəkçəsinin sol yan cibindən isə bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş və bükümdəkinin metamfetamin olduğunu, həmin bükümdə olan metamfetamini 14 yanvar 2022-ci il tarixdə “Behbaz” kimi tanıdığı İran vətəndaşından aldığını bildirmişdir. Büküm açıldıqda içərisində ağ rəngli kristal formada maddənin olduğu aşkar edilmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar edilməmişdir. Türkan Həsənovadan götürülmüş bir ədəd büküm və 03 ədəd mobil telefon aparatları qablaşdırılaraq möhürlənib götürülmüşdür. Şəxsi axtarışın nəticəsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolun düzgünlüyü şəxsi axtarış iştirakçılarının imzaları ilə təsdiq edilmişdir. Təhqiqatçı tərəfindən X4 da üzərinə bütün prosessual tələblərə əməl olunmaqla şəxsi axtarış aparılmış, X6 üzərindən daşınması və dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir maddə və əşya aşkar edilməmişdir. İş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən digər polis əməkdaşı - Nərimanov RPİ-nin 17-ci PŞ-nin cinayət axtarış üzrə kiçik inspektoru Şahid2 məhkəmədə şahid olaraq dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonucunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş X4 ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmişdir. Şahid Sahilə Mövsümova tədqiq olunan ifadəsində göstərmişdir ki, rəfiqəsi Təqsirləndirilən şəxs ilə birlikdə yaşamışdır. Subaydır və hazırda heç bir yerdə işləmir, əvvəllər hər hansı bir cinayət törətməyə görə məhkumluğu olmamışdır. O, narkotik vasitə və psixotrop maddə istifadəçisi deyil. 14 yanvar 2022-ci il tarixdə günorta saatlarında evdə olan zaman rəfiqəsi Təqsirləndirilən şəxs ona birlikdə Bakı şəhəri, Nərimanov rayonuna getməyi xahiş etdikdə Türkanla razılaşmış və onlar birlikdə Türkanla Sumqayıt şəhərindən avtobusla «20 Yanvar»a, oradan isə Nərimanov rayonunda yerləşən saatlı binanın yaxınlığına gəlmişlər. Türkan saatlı binanın yanında olan zaman ona onu gözləməyini deyib, həmin binaya tərəf getmiş və binanın tinində yerdə olan daşın altından nəyisə götürüb əynində olan gödəkçəsinin cibinə qoymuşdur. Türkanın daşın altından nə götürdüyünü o, bilməmişdir. Türkan ona yaxınlaşıb təcili həmin yerdən getməli olduqlarını dedikdən sonra Türkan tələsə-tələsə oradan uzaqlaşmışdır. Türkanın nəyə görə belə etdiyini o, bilməmiş və belə tez getməsinin səbəbini isə Türkan ona izah etməmişdir. Saatlı binanın yanından müəyyən məsafə aralandıqdan sonra ünvan 8xınlığında onlara mülki geyimdə olan iki nəfər yaxınlaşmış və özlərini təqdim edib Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirib, onların narkotik maddələrdən istifadə etmələrindən şübhələndiklərini deyərək onlarla Nərimanov RPİ-nə getmələrini xahiş etmişlər. O, və Türkan həmin şəxslərlə Nərimanov RPİ-yə getmişlər. İdarədə ona təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılacağı və buna görə də idarəyə hüquqlarını müdafiə etmək üçün vəkil də dəvət edildiyini izah etmişdir. Polis əməkdaşı ona üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə olduğu təqdirdə, könüllü olaraq təqdim etməyini təklif etdikdə o, üzərində qanunsuz heç nə olmadığını demişdir. Bu zaman təqhiqatçı tərəfindən üzərinə axtarış aparılmış və onun üzərində heç nə tapılmamışdır. Təhqiqatçı tərəfindən yazılmış protokolla tanış olduqdan sonra protokola imza etmişdir. Şahid Sahilə Mövsümova tədqiq olunan ifadəsində, həmçinin göstərmişdir ki, Türkanda külli miqdarda metamfetamin olmasından onun xəbəri olmamışdır. Polis İdarəsində olan zaman Türkandan metamfetamin aşkar oldunduğunu eşitmişdir. Türkan onda metamfetamin olması barədə ona heç nə deməmişdir. Nərimanov rayonunda yerləşən saatlı binanın yanına nəyə gəlmələrinin səbəbini Türkan ona deməmişdir (iş vərəqə: 86-88). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 14 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə videokameradan istifadə etməklə şəxsi axtarış aparılmış və Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli gödəkçəsinin sağ yan cibindən “Samsung Galaxy J5 Prime” markalı “SM-G570F” modelli, “Blackview” markalı “A80” modelli və “KgTel” markalı mobil telefon aparatları, həmin gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 7,330 qram təşkil edən ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış külli miqdarda metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Tədqiq olunan protokoldan görünür ki, “Şəxsi axtarış və götürmə” istintaq hərəkətinin gedişatını əks etdirən görüntülər bir ədəd “DVD” diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir (iş vərəqə: 23-25). Məhkəmə baxışı zamanı tədqiq olunan Nəsirova Türkan Elşən qızının üzərində “şəxsi axtarış və götürmə” istintaq hərəkətlərinin nəticələrini özündə əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd “DVD” diskə baxış keçirilməsi haqqında 16 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Nəsirova Türkan Elşən qızının üzərində şəxsi axtarış aparılan zaman sonuncunun əynində olan yaşıl rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf polietilen bükümdə ağ rəngli kristallardan ibarət metamfetamin psixotrop maddəsinə şübhəli maddə aşkar edilərək götürülmüşdür (iş vərəqə: 119-122). Bundan başqa, məhkəmə baxışı zamanı nümayiş edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməyə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd “DVD” formatlı diskə yerləşdirilmiş videogörüntülər Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair tərtib edilmiş 14 yanvar 2021-ci il tarixli protokolun və eyni şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd “CD” formatlı diskə baxış keçirilməsi haqqında 16 yanvar 2022-ci il tarixli protokolun məzmununa uyğundur və hər hansı prosesual pozuntuya yol verilməmişdir (iş vərəqə: 25). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-kimyəvi ekspertizasının 15 yanvar 2022-ci il tarixli, 6/258 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs(imza) “ yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və təmiz çəkisi 7,330 qram təşkil edir. Rəydə olan qeydlərə əsasən metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş müvafiq siyahıya əsasən, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” İ siyahısına daxildir. Tədqiq olunan rəydən görünür ki, ekspertiza tədqiqatı mərhələsində təmiz çəkisi 7,330 qram olan metamfetamindən 0,1 qram tədqiqata sərf edilmiş, 7,230 qram qalıq qalmışdır (iş vərəqə: 63-66). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 23 fevral 2021-ci il tarixli, 913 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psxiostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 195-196). Məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq olunan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 14 mart 2022-ci il tarixli, 666 nömrəli rəyi ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. O, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hər hansı ruhi (psixi) xəstəlik qeyd olunmur. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, Aparılmış ekspertimentalpsixoloji müayinə nəticəsində Təqsirləndirilən şəxs idrak proseslərinin, dünyagörüşünün, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Hövsələsizlik, emosionallıq, tez özündən çıxmaq, söz götürməmək kimi fərdi-psixi xüsusiyyətlərinə malik olması müəyyən edilir. Müayinə zamanı emosional sferasının sabit olması müəyyən edilir. Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik aşkar edilmədi. Lakin o, özünü müdafiə etmək məqsədi ilə hadisənin bəzi məqamlarını fərqli şəkildə yönəldərək danışa bilər (iş vərəqə: 208-210). İbtidai istintaq orqanının işdə olan «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 7,330 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,230 qram hissəsi saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutarın saxlama kamerasına təhvil verilmişdir. Tədqiq olunan həmin qərara əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüləri yerləşdirilmiş 01 ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 216-229). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «metamfetamin» psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş «metamfetamin» psixotrop maddəsinin təmiz çəkisi 7,330 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin isə 7,330 qram təşkil etməklə külli miqdar olması və təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılması, həmçinin cinayət təqibinin sonrakı mərhələlərində təqsirləndirilən şəxsin ondan aşkar edilmiş psixotrop maddədən özünün istifadəsi ilə yanaşı, həm də satışı ilə məşğul olması barədə səmimi etirafları və işin ayrıayrı halları təqsirləndirilən şəxsin metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsini əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin həmin maddələri ilə tövsif olunmalı və o, CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirsizliyi ilə bağlı heç bir dəlil gətirməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışından və müvafiq məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs bundan əvvəl Sumqayıt şəhər Məhkəməsinin 27.08.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan az ağır cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 29.03.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Məhkəmə hazırda baxılan iş üzrə cinayət hadisəsinin 14 yanvar 2022-ci il tarixdə törədilməsini nəzərə alıb, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 27.08.2019-cu il tarixli hökmü üzrə olan məhkumluğu, yeni cinayətin törədildiyi 14 yanvar 2022-ci il tarixə Azərbaycan Respublikasının CM-nin 83.3.2-ci maddəsində nəzərdə tutulan prosessual müddətlər keçmədiyindən, ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya (burada: azadlığın məhdudlaşdırılması cəzası) məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqdarı gündən bir il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayətə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Lakin həmin Məcəllənin CM-nin 18.4.4-cü maddəsinin tələblərinə görə residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə olan məhkumluqlar nəzərə alınmır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Sumqayıt şəhər Məhkəməsinin 27.08.2019-cu il tarixli hökmünə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs həmin hökm üzrə olan məhkumluğu residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iş üzrə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 23 fevral 2022-ci il tarixli, 913 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 14 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 14 yanvar 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 16 yanvar 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 14 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 14 yanvar 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 7,230 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüləri yerləşdirilmiş 01 (bir) ədəd DVD formatda olan disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 167,65 qəpik (bir yüz altmış yedi manat 65 qəpik) manat ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 14 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 7,230 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüləri yerləşdirilmiş 01 (bir) ədəd DVD formatda olan disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 167,65 qəpik (bir yüz altmış yedi manat, 65 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar