Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-977/2023 08.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X4 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kolegiyasının üzvü, Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1997-ci ildə Şəmkir rayonunun Könüllü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Könüllü kəndində qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış massivi nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, 18 sentyabr 2022-ci il tarixdə, saat 17:00 radələrində taksi fəaliyyəti ilə məşğul olduğu «Toyola Prius» markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı ünvan 1 ünvanda yerləşən «Mado» kafesinin yanında avtomobildən götürdüyü zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, deşici-kəsici xassəyə malik, soyuq silah hesab edilməyən 1 (bir) ədəd mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin sol arxa tərəfindən bir dəfə vurmaqla ona döş qəfəsinin plevra boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan xəsarət yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. İbtidai istintaq orqanı tərəfindən isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 18 sentyabr 2022-ci il tarixdə, saat 17 radələrində ünvan 1 ünvanda yerləşən «Mado» kafesinin yanında taksi fəaliyyəti ilə məşğul olduğu «Toyota Prius» markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs avtomobilin idarə olunması ilə bağlı elmiş olduğu haqlı iradları qəbul etməyib onu intizama dəvət etməsinə baxmayaraq həmin cüzi səbəbi bəhanə edərək bu zəmində aralarında yaranmış mübahisə zamanı özünü başqa şəxslərin şəxsiyyəti fövqündə qoyaraq, cəmiyyətə açıqca hörmətsizlik və laqeydlik nümayiş etdirib ictimai qaydalara və ictimai mənafelərə etinasızlıq göstərərək avtomobildən götürdüyü zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, deşicikəsici xassəyə malik soyuq silah hesab edilməyən 1 ədəd mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin sol arxa tərəfindən bir dəfə vurmaqla ona döş qəfəsinin plevra boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan xəsarət yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, hazırki iş üzrə tutulmamışdan əvvəl “Bolt”, “Uber” və “Yango” mobil tətbiqlərindən istifadə etməklə etibarnamə əsasında idarə etdiyi «Toyota Prius» markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onu ilk dəfə hadisə günü müştəri kimi tanımışdır. Belə ki, o, 18 sentyabr 2022-ci il tarixdə, saat 16:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən «Ruslan 93» marketinin qarşısı ilə hərəkətdə olarkən «Yango» mobil tətbiqindən ünvan 2 ünvana sifariş daxil olmuşdur. Həmin ünvana çatdıqda əvvəllər tanımadığı və görmədiyi 2 nəfər şəxsin, sonradan adları ona məluma olan İlham və onun oğlu Mətinin dayandığını görmüşdür. O, avtomobili dayandırdıqdan sonra İlham əlində saxladığı alət və avadanlıqlarının olduğu torba və çamadanı avtomobilin arxa saxlanc hissəsinə qoymaq istədiyini bildirərək, avtomobilin arxa tərəfinə keçmişdir. Avtomobilin arxa saxlanc hissəsinin açılıb-bağlanan yeri əvvəldən zədəli olduğuna görə o, həmin hissəni yapışqan lentlə bağlamış və İlhamdan yükləri avtomobilin arxa saxlanc hissəsinə yerləşdirməmişdən əvvəl onu gözləməsini və yalnız o gəldikdən sonra yüklərini avtomobilin arxa saxlanc hissəsinə qoymasını xahiş etmişdir. Buna baxmayaraq İlham onu gözləmədən yükləri avtomobilin arxa saxlanc hissəsinə qoymuş və saxlanc hissəsinin açılıb-bağlanan yerini bərk vuraraq bağlamışdır. Bundan sonra İlham avtomobilin qabaq sağ oturacağına, İlhamın oğlu isə avtomobilin arxa sağ oturacağına əyləşmişlər. Avtomobillə təyinat marşrutu üzrə hərəkətdə olarkən o, İlhama bir qədər əvvəl yükləri avtomobilin arxa saxlanc hissəsinə yükləyərkən həmin hissənin zədəli olmasını, buna görə də saxlanc hissənin qapısını ehtiyatlı vurmalı olmasını xahiş formasında izah etmişdir. Həmin vaxt İlham onun iradını özünə qarşı təhqir kimi qəbul edərək, avtomobilin həmin detalında olan problemin onun problemi olmadığını bildirmişdir. Bundan başqa İlham ona taksi fəaliyyəti ilə məşğul olan «Toyota Prius» markalı avtomobil sürücülərinin hamısının insanları bezdirməsindən narahatçılığını da bildirmişdir. İlhamın bu sözləri ona pis təsir etdiyinə görə o, İlhama cavab olaraq bu halın hər kəsə fərdi qaydada yanaşma tələb etməsini deyib bunun ona aidiyyəti olmadığını izah etməyə çalışsa da, İlham təkidlə eyni sözləri deməyə davam etmişdir. Bu zəmində aralarında yaranmış mübahisə zamanı o, İlhama bir qədər əvvəl avtomobilin arxa saxlanc hissəsini bərk vuraraq ona ən azı 20-25 manatlıq ziyan vurduğu halda ondan hər hansı bir maddi ziyan tələb etmədiyini, lakin avtomobilə əyləşən andan taksi fəaliyyəti ilə məşğul olan «Toyota Prius» markalı avtomobil sürücülərinin fəaliyyətindən narazılıq ifadə etməkdə davam etməsinin düzgün olmadığını izah etmişdir. Buna baxmayaraq İlham yenə onunla yüksək tonla kobud şəkildə danışmağa davam etmiş və daha sonra ona avtomobili dayandırmağı tələb etmişdir. Çətinliklə pul qazandığına görə o, müştərinin mobil tətbiq vasitəsilə ona mənfi rəy yazacağından qorxduğuna görə sakitləşməyə çalışmış və avtomobili dayandırmayaraq İlhama “çörəyimə bais olma” deyərək yoluna davam etmişdir. Buna baxmayaraq İlham uca səslə danışmaqda davam edib ona hədə-qorxu gələrək vuracağı ilə hədələmiş və hətta bir neçə dəfə əli ilə əynində olan geyim paltarlarından tutub silkələməklə ona tərbiyəvi və nəsihət məzmunlu fikirlər bildirmişdir. Bu zəmində aralarında yaranmış sözlü mübahisə zamanı avtomobillə Xətai rayonu, M.Hadi küçəsi ilə hərəkətdə olarkən İlham əli ilə onun sifət nahiyəsindən bir dəfə zərbə vurmuş, arxada əyləşən İlhamın oğlu Mətin isə əli ilə onun boğaz nahiyəsindən tutmuşdur. Bu zaman o, avtomobilin idarəetməsini itirmiş və avtomobil qabaq tərəfi ilə qarşısında eyni istiqamətdə hərəkətdə olan digər dövlət qeydiyyat nişanını xatırlamadığı qırmızı rəngli «Toyota Prius» markalı avtomobilin arxa tərəfinə çırpılmışdır. İlhamın ona vurduğu zərbə nəticəsində burnundan qan açılmış və o, həmin vaxt İlhamın onu ağır söyüşlə söydüyünə görə avtomobilin qabaq sağ saxlanc hissəsində saxladığı meyvə bıçağını götürmüş və sükan arxasından düşərək İlhamın əyləşdiyi oturacağın qapısı tərəfə gedərək, artıq avtomobildən düşmüş İlhamın onun üzərinə gəldiyini görüb onun bədəninin arxa sol nahiyyəsindən bir dəfə bıçaqla vurmuşdur. İlhamı bıçaqla vurduqdan sonra ətrafda insanlar yığışsa da, onu heç kim İlhamdan aralamamış, o, özü avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşmışdır. Avtomobili icarəyə götürdüyü Orxana zəng edərək baş vermiş hadisə barədə ona məlumat vermişdir. Orxan ona 102 xidmətinə zəng etməsini və polisə məlumat verməsini bildirmişdir. Bundan sonra könüllü şəkildə Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə yaxınlaşaraq hadisə barədə məlumat verərək İlhamı vurduğu bıçağı təqdim etmişdir. İlhamın onun guya yol boyu surətli getdiyi və işıqforun qırmızı işığına keçərək təhlükəli sürdüyü barədə dedikləri ilə razı deyil. Belə ki, o, avtomobili yol hərəkət qaydalarına riayət etməklə idarə etmişdir. Hadisəyə səbəb olmuş İlhamın təşəbbüsü ilə başlamış sözlü mübahisə zamanı onun da İlhama qarşı qarşılıqlı şəkildə ağır ifadələr işlətdiyini inkar etmir. İlhamın onu yumruqla vurduqdan sonra bıcağı götürməkdə məqsədi özünü qorumaq olmuşdur. Baş vermiş hadisədən sonra, o, sifət nahiyyəsindən aldığı zərbəyə görə həkimə müraciət etdiyinə görə, müayinədən sonra aldığı sənədlərin kifayət etdiyini düşünmüş və ibtidai istintaq zamanı təkrar tibbi ekspertizadan keçmək lazım olduğunu bilməmişdir. Ona yetirilmiş xəsarətlə bağlı Zərərçəkmiş şəxs və onun oğlu Şahid1 qarşı heç bir şikayət və tələbi olmamış, hazırda da yoxdur. Törətdiyi əməldən səmimi peşmandır. Cavan olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş yüngül cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, ünvan 4 ünvanda faktiki yaşayır. Ailəsini dolandırmaq üçün fərdi qaydada mebel ustası kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 18 sentyabr 2022-ci il tarixdə, təxminən saat 16:10-16:20 radələrində o, oğlu Şahid1lə birlikdə yaşadığı evə gəlmək üçün Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindən «Yango» mobil tətbiqi vasitəsilə taksi sifarişi etmişdir. Bir neçə dəqiqədən sonra sifarişlə əlaqədar «Toyota Prius» markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil oğlu ilə birlikdə dayandığı yerə yaxınlaşmışdır. Həmin vaxt o, əlində saxladığı mebel avadanlıqlarının olduğu sellofan torba və çamadanı avtomobilin arxa saxlanc hissəsinə yerləşdirmiş, daha sonra isə ozü həmin avtomobilin qabaq sağ oturacağına, oğlu Mətin isə arxa sağ oturacağa keçib əyləşmişlər. Avtomobilə əyləşdikdən sonra sürücü avtomobillə M.Hadi küçəsi istiqamətində hərəkət etməyə başlamışdır. Yolda hərəkətdə olarkən Təqsirləndirilən şəxs avtomobili qeyri-adekvat idarə etməklə müxtəlif yol hərəkəti qaydalarını pozmuşdur. Belə ki, sürücü avtomobillə hərəkətdə olarkən kəskin manevrlər etmək, işıqforun qırmızı işığında keçməklə digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaratmış və ondan avtomobillə etdiyi hərəkətlərinin xoşuna gəlib-gəlməməsini soruşmuşdur. Həmin vaxt o, Ravilə avtomobillə etdiyi yol hərəkəti qayda pozuntularına görə hər hansı bir fikir və münasibət bildirməsə də Ravil təhlükəli sürməyi davam etdirdiyinə görə o, iradını bildirərək Ravildən avtomobili saxlamasını tələb etmiş və düşəcəklərini demişdir. Həmin vaxt Ravil onun dediklərinə məhəl qoymayaraq avtomobili saxlamamış və ona “çörəyimə bais olma” deyərək ünvanına söyüş söyməyə başlamışdır. O, Ravilin belə davranışından əsəbləşərək ona qarşılıqlı şəkildə cavab vermiş və bu zəmində aralarında sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı Ravil daha da aqressiv formada danışmağa başlamış və onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman o da Ravilin ünvanına etdiyi nalayiq ifadələrin özünə aid olmasını demişdir. Bundan sonra Ravil daha da qəzəblənib M.Hadi küçəsində yerləşən «Mado» kafesinin qarşısından keçən yolun hərəkət hissəsinin sağ kənarında avtomobilin hərəkətini dayandırmış və sükan arxasından düşmüşdür. Həmin vaxt o, Ravilin hərəkətlərini aydınlaşdırmaq üçün avtomobildən düşərək Ravilin üzərinə doğru getmiş, daha sonra isə Ravilin onun bədəninin arxa sol tərəfindən bir dəfə zərbə vurduğunu hiss etmişdir. Ravil onu vurduqdan sonra yıxılmamış, Ravil yenidən ona bıçaqla zərbələr endirmək istəsə də o yaxınlıqda olan avtomobillərdən birinin arxa tərəfinə keçmiş, ətrafda olan insanlar isə Ravili ondan aralamışlar. Hadisə zamanı Ravil avtomobilin qapılarını bağladığına görə oğlu Mətin avtomobilin içərisində qalmışdır. Daha sonra Ravil avtomobilə yaxınlaşmış və qapıları açdıqdan sonra oğlu Mətin avtomobildən düşmüşdür. Bundan sonra Ravil avtomobili düzünə istiqamətdə idarə edib oradan uzaqlaşmış, o isə oğlu Mətinlə birlikdə yaxınlıqda olan avtomobillərdən birinə əyləşib təcili tibbi yardım stansiyasına getmişdir. Təcili tibbi yardım stansiyasının həkim personalı tərəfindən ona ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım stansiyasına məxsus avtomobillə 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilmişdir. Xəstəxanaya daxil olduqdan sonra dərhal cərrahi əməliyyat olunmuşdur. Avtomobilin saxlanc hissəsini guya kobud şəkildə bağladığı barədə Ravilin dediklərini təsdiq etmir. Belə ki, o, əlində olan əşyalarını avtomobilin saxlanc yerinə qoyduğu zaman avtomobilin həmin hissəsinin artıq zədəli olduğunu görmüş və Ravil hətta həmin vaxt ona “əmi, narahat olma, onsuz da qırıq idi” demişdir. Avtomobillə hərəkətdə olduqları zaman onun Ravilin təhlükəli sürdüyünə görə sonuncuya irad bildirdiyini inkar etmir. Lakin onun həmin vaxt Ravilin sifət nahiyyəsindən vurduğu barədə Ravilin dediklərini təsdiq etmir. Ravilin sifət nahiyyəsində aşkar olunmuş zərbələrin hansı şəraitdə yarandığını bilmir, onun tərəfindən Ravilə qarşı hər hansı fiziki zor tətbiq olunmamışdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs atasıdır, Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, valideyinləri ilə birlikdə Bakı şəhəri, ünvan 5 ünvanda faktiki yaşayır. Tələbə olsa da boş vaxtlarında mebel ustası kimi fəaliyyət göstərən atası İlhama mebellərin təmirində və quraşdırılmasında köməklik edir. 18 sentyabr 2022-ci il tarixdə, təxminən saat 16:20 radələrində atası Zərərçəkmiş şəxslə birlikdə yaşadıqları evə getmək üçün o, atasının istifadəsində olan mobil telefondan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindən «Yango» mobil tətbiqi vasitəsilə taksi sifarişi etmişdir. Bir neçə dəqiqə sonra sifariş əsasında «Toyota Prius» markalı avtomobil onun atası ilə birlikdə dayandığı yerə yaxınlaşmışdır. Həmin vaxt atası əlində saxladığı mebel təmiri və quraşdırılması ilə bağlı olan alət və avadanlıqlarının olduğu sellofan torba və çamadanı avtomobilin arxa saxlanc hissəsinə yerləşdirdikdən sonra atası həmin avtomobilin qabaq sağ oturacağına, o isə arxa sağ oturacağa keçib əyləşmişdir. Avtomobilə əyləşdikdən sonra Ravil avtomobillə M.Hadi küçəsi istiqamətində hərəkət etməyə başlamışdır. Yolda hərəkətdə olarkən Ravil avtomobili təhlükəli idarə etməklə müxtəlif yol hərəkəti qaydalarını pozmuş və həmin vaxt atasından avtomobillə olan hərəkətlərinin atasının xoşuna gəlib-gəlməməsini soruşmuşdur. Atası sürücünün ona ünvanladığı sualına cavab olaraq avtomobili bu formada idarə etməməyi məsləhət etmişdir. Buna cavab olaraq Ravil aqressiv halda həmin formada avtomobil idarə etməsə pul qazanmağın mümkünsüz olduğunu bildirmişdir. Atası bir daha Ravilə bu formada avtomobil idarə etməyin digər yol hərəkəti iştirakçılarının həyatına real təhlükə yaratdığını izah etməyə çalışmışdır. Buna baxmayaraq Ravil özünün həyat şəraitindən, cəmiyyətdəki müəyyən insanların davranışından narazılığını və giley-güzarını ifadə etmişdir. Atası bir neçə dəfə Ravilə hələ cavan olduğunu, vaxtilə onun də əziyyət çəkib halal zəhmətlə pul qazandığını bildirib belə hərəkətlərin yersiz olduğunu desə də Ravil sözlərindən nəticə çıxarmaq əvəzinə onunla daha kəskin formada danışmağa, avtomobili isə sərt manevr hərəkətləri və kəskin tormozlama əməliyyatları aparmaqla idarə etməyə və hətta ünvansız müxtəlif təhqiramiz ifadələr işlətməyə başlamışdır. Buna görə də atası avtomobildən düşmək niyyəti ilə Ravildən avtomobilin hərəkətini dayandırmağı xahiş etmişdir. Lakin Ravil aqressiv formada ona tərəf çönərək «sizi ünvana çatdıracam, atanı da orada başa salacam» ifadələrini işlətmişdir. Atası Ravilə sifarişi ləğv etdirəcəyini bildirsə də Ravil guya bununla onun çörəyinə bais olacağını bildirib atasının özünə və nəslinə ağır nalayiq ifadə işlətmişdir. Atası da Ravilin ünvanına etdiyi nalayiq ifadələrin özünə aid olmasını demişdir. Ravil ilə atası arasında olan söhbətlər zamanı onların arasında olan danışıqlara müdaxilə etməmişdir. Bundan sonra Ravil daha da qəzəblənib M.Hadi küçəsində yerləşən «Mado» kafesinin qarşısından keçən yolun hərəkət hissəsinin sağ kənarında avtomobilin hərəkətini dayandırmış və sükan arxasından düşmüşdür. Atası da Ravilin hərəkətlərini aydınlaşdırmaq üçün əyləşdiyi oturacaqdan düşmüşdür. Bu zaman o, Ravil və atasının mübahisə edəcəyini anlayıb avtomobili tərk etmək istəsə də sürücü qapıları mərkəzi qapanma sistemindən bağladığından avtomobildən düşə bilməmişdir. Ravil də ani bir anda atasına yaxınlaşıb əlində olan predmetlə atasının bədəninin arxa sol tərəfindən bir dəfə zərbə vurmuşdur. Zərbə vurduqdan sonra Ravilin əlində olan predmetin bıçaq olmasını görmüşdür. Ravil yenidən atasına bıçaqla zərbələr endirmək istəsə də atası zərbələrdən yayınıb ondan uzaqlaşmış və yaxınlıqda olan avtomobillərdən birinin arxa tərəfinə keçmişdir. Həmin mübahisə gedişatında atası tərəfindən Ravilə qarşı hər hansı bir formada fiziki zor tətbiq edilməsi halı olmamışdır. Bu zaman yoldan keçən şəxslər mübahisəni görüb sürücüyə yaxınlaşaraq əlində olan bıçağı ondan almağa çalışıb atasından kənarlaşdırmışdırlar. Daha sonra Ravil avtomobilə yaxınlaşmış və qapıları açdıqdan sonra o, avtomobildən düşmüşdür. Ravil avtomobili düzünə istiqamətdə idarə edib oradan uzaqlaşmışdır. O isə atasını xəstəxanaya aparmışdır. Hadisə vaxtı o və atası tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı zor tətbiq olunmamış, atası ilə Ravil arasında sözlü mübahisə olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs şirkətinə məxsus olan avtomobili icarəyə götürən müştəri kimi tanıyır. Zərərçəkmiş şəxs isə tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, avtomobillərin icarəyə verilməsi ilə məşğul olan şirkətin rəhbəridir. Ravilin hadisəyə qədər dövrdə şirkətdən götürdüyü avtomobillə hər hansı bir qəza törətdiyinin və ya problem yaratdığının şahidi olmamışdır. Baş vermiş hadisənin birbaşa şahidi olmamış və baş verənlərdən yalnız Ravilin sözlərindən öyrənmişdir. Belə ki, 18 sentyabr 2022-ci il tarixdə, saat 17:30 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə zəng vuraraq idarə etdiyi “Toyota Prius” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində əyləşmiş iki nəfər sərnişinlə avtomobilin arxa yük yerinin zədələnməsinə görə mübahisə yaranmasını, mübahisə gedişatında Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində olarkən həmin şəxslərin ona qarşı fiziki zor tətbiq etmələrini, buna görə də həmin şəxslərdən birini avtomobilin içərisində olan meyvə bıçağı ilə vuraraq xəsarət yetirməsi barədə məlumat vermişdir. Həmin telefon zəngi zamanı o, Ravilin özündə olmayaraq, həyəcanlı olmasını hiss etdiyinə görə Ravili sakitləşdirməyə çalışmış və ona hadisə ilə bağlı DİN-in 102 xidmətinə zəng vurub məlumat verməsini tövsiyə etmişdir. Bundan sonra o, özü də DİN-in 102 xidmətinə zəng vuraraq Təqsirləndirilən şəxs demiş olduğu formada hadisə barədə məlumat vermişdir. Bir neçə saat sonra Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsindən onunla əlaqə saxlayıb icarəyə verdiyi avtomobilin polis şöbəsində olması barədə məlumat vermişlər. O, polis şöbəsinə yaxınlaşıb özünə və avtomobilə aid sənədləri polis əməkdaşlarına təqdim etməklə «Toyota Prius» markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. Polis bölməsində olduğu zaman o, Ravilin sifət nahiyyəsində xəsarətlərin, üzərinə qan ləkələri olduğunu görmüşdür. Orada olan zaman Ravil mübahisə zamanı sərnişinin ona yetirdiyi xəsarətlərə görə idarə etdiyi avtomobillə digər avtomobilə çırpıldığını, vurmuş olduğu avtomobili idarə edən şəxslə razılaşdığını bildirmişdir. O, avtomobilə baxış keçirdiyi zaman ciddi bir xəsarət görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin baş təhqiqatçısı X1 tərəfindən tərtib edilmiş “Könüllü təqdim etmə haqqında” 18 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ünvan 6 ünvanda vətəndaş Zərərçəkmiş şəxs ilə mübahisə zamanı maşında götürdüyü bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs 19 sm. uzunluğunda, tutacağı qara rəngli 9,5 sm., kəsici hissəsi 9,5 sm. olan bıçağı könüllü təqdim etmişdir (cild 01, i/v 10-11). - Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin baş təhqiqatçısı Elbrus Məmmədov tərəfindən tərtib edilmiş “Götürmə aparılması haqqında” 20 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, təhqiqat zərurəti ilə əlaqədar Zərərçəkmiş şəxs xəsarət almasından sonra müraciət etdiyi 3 saylı Şəhər Kliniki Xəstəxanasında hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd açıq qəhvəyi rəngli qısaqol köynək iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür (cild 1, i/v 19). - Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi İlkin Almazov tərəfindən tərtib edilmiş, hal şahidləri Ozal Əsədli və Emil Məmmədov tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli “ Hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ünvan 7 ünvanda yerləşən “Mado” kafesinin qarşısından keçən yolun hərəkət hissəsinin kənarını göstərib 18 sentyabr 2022-ci il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs bıçaqla xəsarəti məhz həmin yerdə yetirdiyini bildirmişdir (cild 01, i/v 82-84). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 xx.xx.2022-ci il tarixli, 496-2022/MTKŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, deşicikəsici xassəyə malik mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Təqdim olunmuş bıçağın üzərində sonradan heç bir dəyişiklik edilməmişdir (cild 01, i/v 27-30). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 xx.xx.2022-ci il tarixli, 608/2022-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə A beta(İİ); ekspertizaya təqdim edilmiş bıçaq, Zərərçəkmiş şəxs məxsus köynək üzərində olan ləkələrdə A beta (İİ) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri A beta (İİ) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 01, i/v 32- 35). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 xx.xx.2022-ci il tarixli, 575-MTKŞ/2022 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthində olan deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur (cild 01, i/v 142-144). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 xx.xx.2022-ci il tarixli, 1092 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətin xarakter və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətin onun özü-özünə yetirməsi və ya öz boyu hündürlüyündə yıxılma nəticəsində alınması inandırıcı deyildir (cild 01, i/v 38-40). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 xx.xx.2022-ci il tarixli, 1059 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs boyunun qançırı, sağ burun qanadının və sağ gözaltı nahiyənin sıyrıqları, burun nahiyəsinin şişkinliyi müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənilmişlər, müddətləri xx.xx.2022-ci il tarixə uyğundur (cild 01, i/v 36-37). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 xx.xx.2022-ci il tarixli, 21/1059 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs boyunun qançırı, sağ gözaltı nahiyənin sıyrığı, burun nahiyəsinin sıyrığı və şişkilnik halında əziyi müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənilmişlər, qərarda göstərilmiş xx.xx.2022-ci il tarixdə və şəraitlərdə, yəni kənar şəxs tərəfindən törənməklə, həmin xəsarətlərin konkret olaraq Zərərçəkmiş şəxs tərəfindən və ya ətrafda olan şəxslər tərəfindən törədilməsi təyini məhkəmə ekspertinin səlahiyyətlərinə aid deyildir və həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə demək olar ki, həmin xəsarətlərin Təqsirləndirilən şəxs özü tərəfindən yetirilməsi istisna edilir (cild 1, i/v 151-154). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 01, i/v. 68). - “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və məhkəmə qərarından görünür ki, barəsində Xətai RPİ tərəfindən axtarış elan olunmuş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində saxlanılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(011)- 612/2022 nömrəli qərarı ilə barəsində 3 (üç) ay 12 (on iki) gün müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (cild 01, i/v 90, 127-132). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 197 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, i/v 159-160). - “Maddi sübut kimi tanımaq haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qısa qol köynək və cinayət hadisəsinin törədilməsində istifadə olunan bir ədəd bıçaq maddi sübut kimi tanınmış və məhkəmə baxışınadək saxlanılması üçün Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (cild 01, i/v 146-147). - Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, hadisədən sonra Təqsirləndirilən şəxs və onun ailə üzvləri baş vermiş hadisəyə görə ondan üzürxaqlıq etmişdilər. Buna görə də o, onu bağışlamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs barəsində hər hansı bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır (cild 1, i/v 157). - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət üzrə zərərçəkmiş şəxs olaraq bağışlayır, onunla barışmışdır, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cəza məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə deyil, həmin Məcəllənin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. - 138.2-ci maddəsinə görə isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. İttihamı, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarında ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə tövsif edərkən onun əməlinin xuliqanlıq niyyəti ilə törədilməsini “mübahisə geditşatında zərərçəkmiş şəxs tərəfindən avtomobilin qanun çərçivəsində idarə edilməsi ilə bağlı Ravil Alimləyə edilmiş haqlı iradlarını qəbul etməyərək Zərərçəkmiş şəxs münaqişənin daha da böyüməməsi üçün onu intizama və sakitçiliyə dəvət etməsinə baxmayaraq sonuncuya qarşılıq verməklə münaqişənin daha da kəskinləşməsinə səbəb olması, nəticədə Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan haqsız olduğu halda Zərərçəkmiş şəxs haqlı etirazlarına və iradlarına məhəl qoymayaraq sonuncuya bıçaqla xəsarət yetirməsi” ilə əsaslandırmışdır (cild 1, i/v 161-173). Məhkəmə araşdırılması zamanı isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs əvvəllər bir-birlərini tanımamış, Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olmuş, Zərərçəkmiş şəxs isə sərnişin kimi onun idarə etdiyi avtomobilə əyləşmişdir. Tərəflər arasında mübahisə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin baqaj hissəsinə əşyalarını yerləşdirilməsi ilə bağlı başlamışdır. Sözlü mübahisə avtomobilin içərisində davam etmiş, qarşılıqlı nalayiq ifadələrin işlədilməsi zəminində Zərərçəkmiş şəxs yumruqla Təqsirləndirilən şəxs sifət nahiyəsinə zərbə vurmasından sonra Təqsirləndirilən şəxs avtomobili saxlamış, mübahisəni davam etdirmək üçün avtomobildən düşmüş və mübahisə zəminində sonuncu avtomobildən götürdüyü bıçaqla zərərçəkmiş şəxsə bir dəfə zərbə vurmaqla onun sağlamlığına ağır zərər yetirmişdir. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi yumruqla vurmasını inkar etsə də cinayət işinin materiallarında olan və mübahisələndirilməyən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 xx.xx.2022-ci il tarixli, 21/1059 nömrəli ekspert rəyinə və Şahid2 ifadəsinə əsasən Təqsirləndirilən şəxs hadisə baş verən gün, yəni xx.xx.2022-ci il tarixdə boyunun qançırı, sağ gözaltı nahiyənin sıyrığı, burun nahiyəsinin sıyrığı və şişkilnik halında əziyi kimi xəsarətlər alımış və həmin xəsarətlərin Təqsirləndirilən şəxs özü tərəfindən yetirilməsi ekspert rəyi ilə istisna edilmişdir. İttiham tərəfi Təqsirləndirilən şəxs həmin xəsarətləri hansı şəraitdə alımasını təsdiq edən əsaslı sübutları təqdim edə bilmədiyindən məhkəmə məhz həmin xəsarətlərin zərərçəkmiş şəxs və onun oğlu Şahid1 tərəfindən yetirilməsi barədə təqsirləndirilən şəxsin ifadəsini əsas sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 124.2-ci maddəsinin tələbinə görə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. - 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. - 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. - 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumun 23 mart 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, birbaşa qəsdlə törədilən cinayət kimi təsbit olunmuş xuliqanlığı, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurmanı meydana gətirən zəruri şərtlərdən biri təqsirkarın məhz xuliqanlıq motivi ilə hərəkət etməsidir və onun səbəbsiz olaraq zərərçəkmiş şəxsə qarşı qəsdən zorakılıq göstərməsi, əmlakını qəsdən məhv etməsi və zədələməsi bu hərəkətlərin xuliqanlıq motivi ilə edildiyinə dəlalət edən əsas kimi nəzərdən keçirilə bilər. Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Cinayət hüquq ədəbiyyatında motiv dedikdə ictimai təhlükəli əməli törətməyə qətiyyət yaradan və konkret əməldə maddiləşən dərk olunmuş maraq başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Hüquq tətbiqetmədə formalaşan təcrübəyə əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə niyyətlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətdə təşəkkül tapmış davranış qaydalarına açıq-aşkar laqeydlik nümayiş etdirir, ictimai maraqları saymır, əxlaq normalarını pozur. Bu zaman təqsirkar güc nümayiş etdirir, əsassız olaraq belə bir fikirin təsiri altında hərəkət edir ki, sanki mövcud vəziyyətdə onadan güclüsü, nüfuzlusu yoxdur. Həmçinin, belə hallarda təqsirkar səbəbli-səbəbsiz zor tətbiqinə bəhanə axtarır, bəzən çüzi bir səbəbi bəhanə edərək şəxsiyyətinin üstünlüyünü güc yolu ilə başqasına nümayiş etdirməyə və “günahkar” şəxsləri “cəzalandırmağa” çalışır. Bir sözlə xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlər etməsində ifadə olunur. Göründüyü kimi xuliqanlıq niyyətini şəxsi münasibətlər zəminində yaranmış digər cinayət niyyətdən fərqləndirən kifayət qədər əlamətlər var və bunların köməkliyi ilə əməlin xuliqanlıq və ya şəxsi motivlə törədilməsini müəyyən etmək o qədər də çətinlik yaratmır. Lakin, buna baxmayaraq, hazırki cinayət işi üzrə ibtidai istintaq orqanı tərəflər arasında yaranmış münasibətlərin xarakterini, cinayətin törədildiyi anda baş vermiş mübahisənin məzmununu aydınlaşdırmadan şəxsin əməlini heç bir əsas olmadan əsassız olaraq xuliqanlıq niyyətinə tövsif etmiş, bu zaman nəzərə almamışdır ki, təqsirkarın hərəkətlərində istər zahiri cəhətdən, istərsə də məzmun etibarilə xuliqanlq niyyətinə dəlalət edən əlamətlər olmamışdır. Bundan əlavə istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı ilkin ittiham Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi ilə bağlı irəli sürülmüş, sonradan əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə tövsif olunmuşdur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa zərər vurma kimi, yəni Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə tövsif etsə də, sonuncunun özünü başqa şəxslərin şəxsiyyəti fövqündə qoyaraq, cəmiyyətə açıqca hörmətsizlik və laqeydlik nümayiş etdirib ictimai qaydalara və ictimai mənafelərə etinasızlıq göstərməsinin nədən ibarət olduğunu, ya da nədə ifadə olunduğu əsaslandırmamış, hadisəni görmüş və ictimai qaydanının pozulmasının şahidi olmuş şəxsləri müəyyən edərək ibtidai istintaq zamanı dindirməmiş və məhkəməyə təqdim etməmişdir. Halbu ki, qanunun mənasına əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, həmin əməli törədən şəxs özünün şəxsiyyətini, başqa şəxsin və digər, onun ətrafından olan şəxlərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, onlara etinasızlıq göstərən hərəkətlər edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Məhkəmə tədqiq edilmiş sübutlara tam və hərtərəfli hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi qəsdən sağlamlığa ağır xəsarət yetirmə əməlinin motivinin “xuliqanlıq niyyəti” olması öz təsdiqini tapmır. Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı törətdiyi cinayət əməli “xuliqanlıq niyyəti” ilə deyil, şəxsi münasibətlər zəminində törənmişdir. Ona görə də məhkəmə, işin göstərilən hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi, yəni qəsdən sağlamlığa ağır zərər vurması özünün səmimi ifadəsi, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə icraatında tədqiq edilmiş işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, törətdiyi əməldən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri, Xətai rayon Polis İdarəsində saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qısa qol köynək və cinayət hadisəsinin törədilməsində istifadə olunan bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-977/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri, Xətai rayon Polis İdarəsində saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qısa qol köynək və cinayət hadisəsinin törədilməsində istifadə olunan bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Siyavuş Hacıyev
Məhkəmə qərarları › İş №1(101)-977/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-977/2023
08.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver