Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-977/2025 23.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X45 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X32 və X33, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X25, təqsirləndirilən şəxslər Salamov Valeh Ağahüseyn oğlunun və Sərdari Sədulla Aydın oğlunun, müdafiəçilər, Bakı şəhəri 28 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi1, X17 və X41 iştirakları ilə, 10 avqust 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Ə.Salamzadə küçəsi, məhəllə 1055-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Salamov Valeh Ağahüseyn oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə, 29 mart 2001-ci il tarixdə Zaqatala rayonu, Fındıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Zaqatala rayonu, Fındıqlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X61 küçəsi, ev 11 ünvanında müvəqqəti yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Sərdari Sədulla Aydın oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Salamov Valeh Ağahüseyn oğlu bir qrup şəxs tərəfindən silah qismində istifadə edilən əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Salamov Valeh Ağahüseyn oğlu 04 mart 2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi 1 ünvanda yerləşən “Qala'" çay evinin qarşısında tanışı Sərdarı Sədulla Aydın oğlu ilə birlikdə bir qrup şəxs tərəfindən ictimai yerdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qanunvericiliklə müəyyən edilmiş davranış və birgəyaşayış qaydalarına zidd olaraq ətrafda insanların çox olmasına baxmayaraq ictimai qaydaya əhəmiyyətli laqeydlik və etinasızlıq göstərərək hər hansı bir əsaslı səbəb olmadan həmin vaxt orada olan X26, X15, X11 və X21 onun tanışı X9 atmalarını və onlara baxmalarını bəhanə gətirərək bu səbəbdən aralarında yaranmış mübahisə zamanı qabaqcadan əlbir olduğu Sədulla X1 baş zərbəsi və X27 yumruq zərbəsi ilə vuraraq Ramin Tarıverdıyevə üst dodağın mərkəzinə yaxın sağ yarısının selikli qişasına qansızma və selikli qişanın sıyrığı ilə nəticələnən ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri və Semirzə Məmmədova isə sol qulaq seyvanının əzilmiş-cırılmış yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti, özü isə X23 qarın nahiyəsinə və X3 nahiyəsinə hər birinə ayrıayrılıqda silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməyən deşici-kəsici alət ilə bir dəfə zərbə vuraraq Semirzə Məmmədova qarının ön divarının boşluğa nüfuz edərək dalağın aşağı qütbünün və böyük piyliyin bir hissəsinin yaralanması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti, Əlisəttar İsmayılova isə döş qəfəsinin arxa səthinin sol yarısının kəsilmiş yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirib bir qrup şəxs tərəfindən silah qismində istifadə edilən əşayadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, o cümlədən xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Sərdari Sədulla Aydın oğlu bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Sərdari Sədulla Aydın oğlu 04 mart 2023-cü il tarixdə saat 02 radələrində ünvan 3 ünvanda yerləşən "Qala’' çay evinin qarşısında tanışı Salamov Valeh Ağahüseyn oğlu ilə birlikdə bir qrup şəxs tərəfindən ictimai yerdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qanunvericiliklə müəyyən edilmiş davranış və birgəyaşayış qaydalarına zidd olaraq ətrafda insanların çox olmasına baxmayaraq ictimai qaydaya əhəmiyyətli laqeydlik və etinasızlıq göstərərək hər hansı bir əsaslı səbəb olmadan həmin vaxt orada olan X26, X15, X11 və X21 onun tanışı X37ma söz atmalarını və onlara baxmalarını bəhanə gətirərək bu səbəbdən aralarında yaranmış mübahisə zamanı qabaqcadan əlbir olduğu Valeh X6 və X15 hər birinə ayrı-ayrılıqda istintaqla müəyyən edilməyən deşici-kəsici alət ilə bir dəfə zərbə vuraraq Semirzə Məmmədova qarının ön divarının boşluğa nüfuz edərək dalağın aşağı qütbünün və böyük piyliyin bir hissəsinin yaralanması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarəti, Əlisəttar İsmayılova isə döş qəfəsinin arxa səthinin sol yarısının kəsilmiş yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti, özü isə X12 baş zərbəsi və X27 yumruq zərbəsi ilə vuraraq Ramin Tarıverdiyevə üst dodağın mərkəzinə yaxın sağ yarısının selikli qişasına qansızma və selikli qişanın sıyrığı ilə nəticələnən ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri və Semirzə Məmmədova isə sol qulaq seyvanının əzilmişcırılmış yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarəti yetirib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Sərdari Sədulla Aydın oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, “Qala” adlı kafe axşam saat 21:00dan səhər 06:00-a qədər işləyən bir gecə klubudur, orada nə kofe, nə çay verilir. Gecə vaxtı ancaq spirtli içki verilir. Hadisə günü kafedə Lamiyə Fərəcova adlı xanımla əyləşmişlər. Həmin kafeni o, icarəçi kimi işlətmişdir. Lamiyə ilə oturub istirahət etmiş, spirtli içki içmişdir, səhv etmirsə, viski içmişdir. Lamiyə isə “Bizon” içkisini içmişdir. O, təxminən 200 qram viski içmişdir. Kafedə oturanda Əlisəttar İsmayılov dostları ilə ayağa qalxıb “Ağdamlı” mahnısı altında rəqs etməyə başlamışdır. Həmin vaxt Lamiyə ilə danışıb kafedən çıxmış, yol kənarında dayanmışlar. Mahnı qurtardıqdan sonra Əlisəttargil də kafedən çıxmışlar. O, kafeyə kağız vermək üçün yenidən daxil olanda Əlisəttargilin yanından keçmişdir. Həmin vaxt Lamiyə kafenin önündə dayanıb onu gözləmişdir. İşlərini həll etmək üçün kafedə 5-6 dəqiqə gözləmiş, kafedən çıxandan sonra Lamiyə ona kafedən çıxan 4 nəfərdən birinin, yəni Əlisəttargildən bir nəfərin onun çiyninə toxunaraq onu səslədiyini, Lamiyənin də həmin şəxsə tərəf dönərək “buyurun” dediyini, həmin adamın Lamiyədən “xanım, sizinlə tanış olmaq olarmı?” deyə soruşduğunu bildirmişdir. Lamiyə də həmin şəxsə tanış olmaq istəmədiyini deyərək önünə dönəndə 4 nəfərdən biri onun saçından dartmışdır. Bütün bu hadisələri ona Lamiyə danışmışdır. Lamiyə danışandan sonra o da məsələ çox böyüməsin deyə çıxıb getməyi təklif etmişdir. Tam pilləkanlardan aşağı düşəndə Əlisəttargili görmüşdür. Onlarla arasında təxminən 4 metr məsafə var imiş. O, sol tərəfdə, Lamiyə isə sağ tərəfdə dayanmışdır. Lamiyə Əlisəttargili göstərərək dediyi şəxslər olduğunu demişdir. O, həmin şəxslər tərəfə baxanda hələ də onların Lamiyəyə baxdıqlarını görmüşdür. Əlisəttargilə yaxınlaşıb Lamiyənin saçından dartıb-dartmadıqlarını soruşmuş, həmin şəxslər içkili vəziyyətdə olduqlarından özlərini idarə edə bilməmiş, hətta səhər saatlarında onları polis bölməsinə aparanda da Əlisəttargil içkinin təsirindən ayıla bilməmişlər. Əlisəttarın yanındakı bir az çəkili olan şəxs ona tərəf yaxınlaşaraq elə bir hadisə baş vermədiyini, Lamiyənin yalan danışdığını demişdir. Lamiyə də həmin oğlana həmin hərəkəti etdiyini demişdir. Gənc oğlan da elə bir hadisə olmuşdursa da, heç nə edə bilməyəcəklərinə dair cavab vermişdir. Belə dediyi an o, əsəbləşdiyi üçün oğlana kəllə zərbəsi endirmişdir. Hadisə vaxtı Valeh onun yanında olmuşdur. Kafedə Lamiyə ilə oturan zaman Valeh orada olmamışdır, amma kafedən çıxandan sonra Valehə zəng edərək gəlib onları aparmasını xahiş etmişdir. Valehin gəlməyi ilə onların kafedən çıxması eyni anda baş vermişdir. O, Əlisəttargilə məsələni dəqiqləşdirmək üçün yaxınlaşan zaman Valeh maşınında əyləşmişdir. Onların mübahisəsi tam olaraq Valehin maşınının yanında baş vermişdir. Kəllə zərbəsi vurduğu oğlan ondan boyca kiçik imiş. Oğlanı vurduqdan sonra Əlisəttarın yanındakı başqa bir şəxs üzərinə doğru gəlmişdir, həmin oğlana şillə, ya da yumruqla vurub özündən uzaqlaşdırmış, Lamiyəni qolundan tutub maşına əyləşdirmişdir, özü də sonra maşına əyləşmişdir. Bu hadisələrdən sonra baş verənlərdən heç bir məlumatı olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Sərdari Sədulla Aydın oğlu bildirdi ki, zərərçəkmiş şəxslərlə barışıq əldə olunmasına cəhd edilmişdir, zərərçəkmiş şəxslər Əlisəttar İsmayılova və Semirzə Məmmədova dəymiş zərər tam ödənilmişdir, onlarla arasında barışıq əldə olunmuşdur. Lamiyəyə hadisə barədə heç nə danışmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Salamov Valeh Ağahüseyn oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, Sədulla ilə dost olmuşdur. Masazırdakı evində olan zaman Sədulla ona zəng edərək getdikləri kafenin önündən onları gəlib götürməsini xahiş etmişdir. O, maşınla Sədullanın getdiyi məkana gəlmiş, kafenin önündə dayanan zaman 4 nəfər şəxsin Sədulla ilə mübahisə etdiyini görmüşdür. Sədullanın yanındakı qadın çox uca səslə qışqıranda vəziyyətin gərgin olduğunu anlamışdır. Maşından düşəndə Əlisəttargilin Sədullanın üzərinə doğru hücum çəkdiyini görmüşdür. Bundan sonra o, əli ilə 4 nəfərə uzaqlaşmalarını bildirmişdir. Hadisə anının videogörüntülərində onun orada əl işarəsi ilə şəxslərə uzaqlaşmalarını bildirməkdən əlavə heç bir hərəkəti olmadığı görünür. Hadisə yerinə gedəndə maşında təmir alətləri olmuşdur. Əlisəttargilin Sədullanın üzərinə doğru hücum çəkdiyini görəndə alətlərdən birini götürüb yanlarına getmişdir. Bundan sonra kimin hadisə yerində yaralandığını, kimə zərbə dəydiyini tam xatırlamır. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Salamov Valeh Ağahüseyn oğlu bildirdi ki, Semirzənin dediklərinin heç birini qəbul etmir. Onun əlində bıçaq olmamışdır, sadəcə lezva var imiş. Kafenin önündə olan kameralardakı videogörüntülərdə onun əlindəki lezvanı Semirzəgil tərəfə uzadıb onlardan uzaqlaşmalarını tələb etmişdir. Semirzəgilin sayı çox olduğu üçün lezvanı çıxardıb onunla hədələməyə məcbur qalmışdır. Semirzəgildə bıçaq olmamışdır. O, mebel ustası işləmişdir. Lezva da bu səbəbdən maşında imiş, hadisə anında üzərində gəzdirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X24 ifadəsində göstərdi ki, dostları Semirzə Məmmədov, Ramin Tanrıverdiyev, Eldar Baxşəliyevlə birlikdə Biləcəri qəsəbəsində yerləşən bir kafeyə getmişlər. Orada hamısı kofe içdikdən sonra hesabı bağlayıb çıxmışlar. Kafedən çıxdıqdan sonra hamısı yol kənarında dayanmışlar və “Bolt” taksi şirkətinə zəng edib avtomobil sifariş etmişlər. Danışdığı hadisə səhv etmirsə, 04 mart 2023-cü il tarixdə, saat 01:00 radələrində baş vermişdir. Küçədə taksi avtomobilini gözləyən zaman Sədulla ondan onların olduğu tərəfə niyə baxdığını soruşmuşdur. O da Sədullaya onlara baxmadığını izah etməyə çalışmışdır, çünki, həqiqətən də, onlar tərəfə baxmamışdır. Dostları ilə yol kənarında dayananda Sədullagil də digər tərəfdə dayanmışlar, aralarında təxminən 10-15 metr məsafə olmuşdur. Sədullanın yanında Valehlə bir qadın dayanmışdır. Özü içki içən olmuşdur, amma hadisə günü spirtli içki qəbul etməmişdir, sadəcə dostları ilə kofe içmişdir, həmçinin dostları da içkili deyilmiş. Sədulla onun üzərinə doğru gələndə Semirzə Məmmədov mübahisə yaranmasının qarşısını almaq üçün özünü qabağa vermişdir. O, heç vaxt Sədullagil tərəfə baxmamışdır, sadəcə telefonunda taksinin neçə müddətə çatacağına baxmışdır. Sədulla üzərinə onu vurmaq niyyəti ilə gələndə Semirzə önünə keçmiş, Sədulla da Semirzəni yumruqla qulağından vurmuşdur. Semirzə aldığı zərbədən geriyə doğru gedəndə Ramin Tanrıverdiyev gəlmişdir. Sədulla Semirzədən sonra Raminə də yumruqla zərbə endirmişdir. Həmin anda Valeh Semirzəni qarın nahiyəsindən bıçaqlamışdır. Sədulla Ramini vurduqdan sonra onun üzərinə doğru gəlmişdir. Hadisə anında nə o, Sədullaya, nə də Sədulla ona vurmamışdır. Sədulla ona yumruqla vurmaq istəyən zaman özünü qorumaq məqsədilə geriyə çəkilmişdir. Valeh Semirzəni bıçaqladıqdan sonra onun üzərinə doğru gəlmişdir. Valehdən qaçmaq üçün yerdə fırlananda Valeh onun kürək nahiyəsinin sol tərəfindən bıçaq zərbəsi endirmişdir. Onu bıçaqlayandan sonra Sədulla, Valeh və yanlarındakı qadın kafenin qarşısında dayanmış ağ rəngli “Vaz 2107” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib oradan çıxıb getmişlər. Onlar gedəndən sonra gözlədiyi taksi avtomobili hadisə yerinə gəlib çatmış, taksiyə əyləşən kimi yaralı vəziyyətdə olduqlarını deyib onları ən yaxın xəstəxanaya aparmasını xahiş etmişlər. Beləliklə, taksiylə Məlikov adına xəstəxanaya gəlmişlər, orada xəsarətlərinə baxılmış, tikiş vurulmuşdur. Onlar xəstəxanadan çıxsa da, Semirzə orada qalmışdır, aldığı bıçaq zərbəsindən əməliyyat olunmuşdur. Bıçaq zərbəsi onun qarın nahiyəsinə dəymişdir, hətta dalağı da zədələnmişdir. Xəstəxanadan çıxdıqdan sonra polis əməkdaşları onlara yaxınlaşmış, avtomobillərinə əyləşdirərək hadisə yerinə aparmışlar. Hadisə yerində bütün hər şeyi ətraflı şəkildə danışmışlar. Kirayə pulunu, yemək pulunu, müalicə, dərman pulunu və sairə ümumi şəkildə hesabladıqda, ona 2.000 manata yaxın maddi ziyan vurulmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxs X24 bildirdi ki, spirtli içki içən olmuşdur. Hadisə günü onlar kafedə spirtli içki içməmişdir. Kafedə mahnı da çalınmışdır, “Ağdamlı” mahnısı oxunanda dostları ilə rəqs etmişdir. Onlardan başqa kafedə başqa masalarda da insanlar var imiş. Sərdarigillə dava edən zaman ətrafda başqa insanların olub-olmadığını görməmişdir. Kafenin önü işıqlı, amma ətrafı qaranlıq imiş. Sərdarigillə yol kənarında mübahisə etmişdir. Mübahisə edən zaman kafedə əyləşən insanlar onları eşitməmişlər. Yol kənarında mübahisə edən zaman ətrafdan insanlar keçməmiş, sadəcə maşınlar hərəkət etmişdir. Mübahisədən əvvəl Sərdarigili kafedə görməmişdir. Hava qaranlıq olsa da, Valehin əlində bıçaq olduğunu görmüşdür, amma bıçağın sadəcə tiyəsini görmüşdür. Valeh Semirzəni bıçaqlayıb üzərinə gələndən sonra əlindəki bıçağı görmüşdür. Kafedə dostları ilə əyləşəndə 4 nəfər olmuşlar - o, Semirzə Məmmədov, Ramin Tanrıverdiyev və Eldar Baxşəliyev. İlkin Fərəcov onlarla axşam getdikləri kafeyə gəlməmişdir, kafeyə getməmişdən əvvəl evlərinin yanında yerləşən “Aristokrat” adlı kafedə İlkin və digər dostları ilə əyləşib yemək yemişdir, amma heç biri spirtli içki qəbul etməmişdir. “Aristokrat” adlı kafedən çıxdıqdan sonra ağdamlı bir dostunun istəyi ilə digər kafeyə getmişlər, orada hər biri bir kofe içmişdir. Ona Valeh bıçaq zərbəsi vurmuşdur. Hadisə yerində İlkin Fərəcov olmamışdır. Baş verən hadisə bir dəqiqə ərzində baş vermişdir, hadisənin necə baş verməsini heç özləri də anlamamışlar. Təqsirləndirilən şəxslərlə arasında barışıq olmamışdır. Kafedə Sədullagili görməmişlər. Sədullagilin yanında olan qadına qarşı hər hansı xoşagəlməz bir davranışları olmamışdır. Polis şöbəsində də onların Sədullagilin yanında olan qadına qarşı xoşagəlməz bir davranışı olduğu deyilmişdir, amma “Məlikov” adına xəstəxanasında aldıqları xəsarətlərə baxılan zaman müstəntiqə bütün hadisəni ətraflı danışanda belə bir hal baş vermədiyi sübuta yetirilmişdir. İbtidai istintaq zamanı Semirzə ona dəymiş ziyanın ödənildiyini, barışıq ərizəsi yazdığını bildirmişdir, amma ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxslərlə ona dəymiş ziyan tam ödənildiyi halda barışmaq istəyir. Bununla yanaşı, zərərçəkmiş şəxs X24 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Saatlı rayonu, Mir Cəlal kəndində qeydiyyatda olsa da faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Aydınbəyov Rəsulzadə küçəsi 60 “b”, ev 84 nömrəli fərdi evdə kirayəşin yaşayır. Həmin evdə ondan başqa X38, X52, X16 və X5 yaşayır. 2022-ci ilin sentyabr ayından yuxarıda adılarını qeyd etdiyi şəxslərlə birlikdə Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına mərasim evində xidmətçi işləyir. Onlar hamısı birlikdə 03 mart 2023-cü il tarixdə saat 21 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesində yerləşən “Aristokrat” kafesinə getmişlər. Kafeyə getməkdə məqsədləri istirahət edib bir qədər spirtli içki olan pivə içmək olmuşdur. Orada o, X38, X16, X52 və X34 eyni masa arxasında əyləşib özləri üçün spirtli içki 1 litr araq, pivə və yemək sifariş etmişlər. Restoranda adlarını qeyd etdiyi şəxslərlə bir yerdə yeyib spirtli içki qəbul etmişlər. Restorandan çıxdıqdan sonra onlar Biləcəri qəsəbəsində yerləşən “Qala” restoranına getməyə qərar vermişlər, X28 onlarla getməkdən imtina etmiş və onlardan ayrılıb evə getmişdir. O, X38, X16 və X34 yolla keçən taksini saxlayıb avtomobilə əyləşib Biləcəri qəsəbəsində yerləşən dəqiq ünvanını bilmədiyi “Qala” kafesinə gəlmişlər. Onlar kafenin 2ci mərtəbəsində yerləşən zala getmişlər. Həmin vaxt kafedə onlardan başqa digər müştərilər də olmuş və həmin müştərilər ayrılıqda masa arxasında əyləşmişlər. Lakin onlar həmin şəxsləri tanımırlar. Orada kofe sifariş verdikdən sonra səhnəyə gəlib rəqs etmişlər. Hesabı Ramin bağladıqdan sonra kafeni tərk edib bayıra çıxmışlar. Bayırda olan zaman onun özü “Bolt” taksi şirkətinə zəng edib avtomobil sifariş etmişdir. Küçədə taksi avtomobilini gözləyən zaman kafedən bır qız və iki oğlanın səs küylə şən vəziyyətdə çıxdığını görüb geri dönmüşlər. Həmin oğlanlardan biri hündür boylu, üzü saqqalı, idman bədənli onlara “bizə nəyə baxırsız” demişdir. O, həmin sual verən oğlana cavab olaraq ona baxmadıqlarını bildirmişdir. Bu vaxt hər iki oğlan onların qarşısına gəlsələr də qız isə aralıda dayanmış ağ rəngli “Vaz 2107” markalı avtomobilə tərəf getmişdir. Onlara sual verən oğlan yaxınlaşıb heç bir səbəb olmadan X8 üz nahiyəsinə bir dəfə kəllə ilə vurub iki əli ilə Ramini itələyib özündən aralamışdır. O, biri oğlan isə X26 yaxınlaşıb onun qarın nahiyəsinə bir dəfə vurmuşdir. Bu vaxt həmin şəxsin əlində bıçaq olduğunu görmüş, bıçaq vuran şəxsin qarşısını almaq üçün əvvəl həmin şəxsin bıçaq olan əlindən tutmuş, əlindən bıçağı almaq istərkən o, onun əlindən çıxıb bir dəfə onun sol kürək nahiyəsinə bıçaq zərbəsi endirmişdir. Sonra həmin şəxslərin hər ikisi kafenin qarşısında dayanmış ağ rəngli “Vaz 2107” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib oradan çıxıb getmişlər. Onlar da münaqişədən sonra hadisə yerinə gələn “Toyota Prius” markalı, dövlət qeydiyyat nişan nömrəsi 527 ilə qutaran taksiyə əyləşib aldıqları xəsarətlə bağlı onlara tibbi yardım göstərilməsi üçün “Məlikov” adlı xəstəxanaya getmişlər. Xəstəxanada həkimlər onların üzərində olan xəsarətə baxdıqdan sonra onu və Semirzə Məmmədovu tibbi yardım göstərilməsi üşün 1 saylı Klinik Tibbi mərkəzinə göndərmişlər. Xəstəxanada onlara tibbi yardım göstərilmişdir. Hadisə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə keçən gecə saat 2 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Qala” kafesinin qarşısındakı yolda baş vermişdir. Hadisə təxminən 3 dəqiqə davam etmişdir. Münaqişə zamanı onun özü sol kürək nahiyəsindən bir bıçaq xəsarəti almışdır. Semirzə Məmmədov isə qarnından bir bıçaq xəsarəti almışdır. Ramin Tarıverdiyev isə ağız nahiyəsindən xəsarət almışdır (cild 1, iş vərəqi 120-122). İfadəsi elan edildikdən sonra əlavə suallara cavab olaraq zərərçəkmiş şəxs X24 bildirdi ki, “Aristokrat” kafesində 4 nəfər dostu ilə əyləşib yemək yediklərini xatırlayır, amma spirtli içki içdiklərini hadisənin üzərindən 2 il keçdiyi üçün xatırlamır. Dindirmə protokolundakı imzalar ona məxsus olmuşdur, yazılan ifadəsini də təsdiq edir. Zərərçəkmiş şəxs X24 daha sonra məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər Salamov Valeh Ağahüseyn oğlu və Sərdari Sədulla Aydın oğlu ilə barışdığını, ona vurulmuş ziyanın tam olaraq ödənildiyini və təqsirləndirilən şəxslərə qarşı heç bir iddiasının olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X38 ifadəsində göstərdi ki, hadisə günü o, Ramin, Əlisəttar və Eldar ilə birlikdə Biləcəridə yerləşən bir kafedə əyləşib kofe içmişlər, lakin spirtli içki qəbul etməmişlər. Kofelərini içib bitirdikdən sonra kafenin önünə çıxıb taksi çağırmışlar, sürücünü gözləməyə başlamışlar. Bu müddət ərzində Sədulla ilə Valeh maşınla kafenin önünə gəlmiş, maşından düşüb yol kənarında gözləməyə başlamışlar. Az müddət sonra Sədulla Əlisəttara niyə baxdığına dair sual vermişdir. Əlisəttar da onlara baxmadığını, taksi çağırdığını, onu gözlədiklərini, bu səbəbdən yola baxdığını demişdir. Bundan sonra Sədulla Əlisəttarın üzərinə doğru gəlmişdir, o da Əlisəttarla Sədullanı ayırmaq üçün ortada dayanmışdır, hətta məsələnin səhv anlaşıldığını deyərək aranı sakitləşdirməyə çalışmışdır. Valeh onun yanına gəlmiş, yaxasından tutaraq bu məsələyə qarışmamasını demişdir, sonra da əlindəki bıçaqla onun qarın boşluğuna vurmuşdur. O, yaralandığı üçün “Məlikov” adına xəstəxanaya getmişdir, orada yarasına tikiş atılmışdır. Onun baş verən hadisədə qız məsələsi ilə bağlı heç bir xəbəri olmamışdır. Sadəcə tək məqsədi Sədulla ilə Əlisəttarı ayırmaq olmuşdur. Nəticədə də Valeh onu bıçaqlamışdır, yaralanan o olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxs X38 bildirdi ki, onun tək məqsədi Əlisəttarla Sədullanın davasını ayırmaq olmuş, hələ də niyə bıçaqlandığını bilmir. Valehlə arasında heç bir qərəzlilik olmamışdır. Onlar kafedə olan zaman sadəcə kofe içmişdir, spirtli içki içməmişdir. O, Əlisəttargilin yanına sonradan gəlmişdir, Əlisəttargil ondan əvvəl “Aristokrat” adlı bir kafedə oturmuş, ona da kafedən çıxandan sonra Biləcəridəki kafeyə gəlməsi barədə yazmışlar. Həmin kafe klub kimi bir yer imiş, musiqisi olmuşdur, hətta onlar orada kofe içdikdən sonra rəqs də etmişlər. Əlisəttargilin ondan əvvəl əyləşdikləri kafedə spirtli içki içib-içmədiklərini dəqiq bilmir. Kafedə çoxlu qızlar da var imiş, lakin o, içəridə olan zaman Valehlə Sədullanı görməmişdir. Onlar kafedə oturub əylənəndə Əlisəttar orada bir xanıma baxmışdır. Həmin xanım da Sədullagillə bir yerdə imiş. Dava zamanı Sədullagil Əlisəttarı yanlarındakı xanıma baxmaqda günahlandırmışlar. Kafenin önündə taksi gözləyən zaman da Sədulla Əlisəttardan yanındakı xanıma niyə baxdığını soruşmuşdur. Əlisəttar da baxmadığını demişdir. Bundan sonra Sədulla Əlisəttarın üzərinə doğru gəlmişdir. O, dava sakitləşsin deyə tez aralarına girmişdir. Bu zaman Sədulla ondan məsələyə qarışmamasını istəmişdir. O da Əlisəttara hadisə yerindən uzaqlaşmağı, evə getməyi təklif etmişdir. Valeh də yanıına gəlib bu məsələyə qarışmamasını, ona aid heç nə olmadığını deyərək üzərindəki bıçağı çıxardaraq onu bıçaqlamışdır. Əslində Valehin əlindəki bıçağı ilk görəndə o qaçmağa çalışmışdır, amma çox gec imiş. Bıçaqlandıqdan sonra qan axdığını görmüşdür. Onu bu vəziyyətdə görəndən sonra Valehlə Sədulla qorxduqları üçün “07” markalı maşınlarına minib hadisə yerindən uzaqlaşmışlar. Əlisəttargilə onu tez bir zamanda xəstəxanaya çatdırmalı olduqlarını bildirmişdir. Taksi gələn kimi “Məlikov” adına xəstəxanaya getmişlər, orada yarasına baxılmışdır, daha sonra da “Semaşko”ya yönləndirilmişdir. Hadisə axşam saatlarında baş verdiyindən o, Valehin əlində gördüyü bıçağı tam şəkildə təsvir edə bilmir, sadəcə həmin alət nəticəsində yaralandığını, xəstəxanaya getdiyini deyə bilmişdir. Hadisə anında onlardan başqa sadəcə yoldan keçən bir gənc oğlan var imiş, oğlan da qorxduğu üçün təlaşla ondan nə baş verdiyini, necə kömək edə biləcəyini soruşmuşdur. Onlar Sədullagilin yanındakı xanıma söz atmamışlar. Hətta o, xəstəxanaya aparılan zaman bir xanım Əlisəttargilin onu qolundan zorla tutduğunu demişdir. Həmin an polis əməkdaşları Əlisəttargili saxlamış, onlar barəsində ekspertiza təyin olunmuşdur. Nə o, nə də Əlisəttargil Sədullagilin yanındakı xanıma söz atmamışlar. Bununla yanaşı, zərərçəkmiş şəxs X38 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Saatlı rayonu, Mir Cəlal kəndində qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Aydınbəyov Rəsulzadə küçəsi 60 “b" ev 84 nömrəli fərdi evdə kirayəşin yaşayır. Həmin evdə ondan başqa X52,X18 və X5 yaşayır. 2022-ci ilin sentyabr ayından yuxarıda adılarnı qeyd etdiyi şəxslərlə birlikdə Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına mərasim evində xidmətçi işləyir. Onların hamısı birlikdə 03 mart 2023-cü il tarixdə saat 21 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesındə yerləşən “Aristokrat" kafesinə getmişlər. Kafeyə getməkdə məqsədləri istirahət edib bir qədər spirtli içki olan pivə içmək olmuşdur. Orada o, X24, X16, X52 və X34 eyni masa arxasında əyləşib özləri üçün spirtli içki olan 1 litr araq, pivə və yemək sifariş etmişlər. Restoranda adlarını qeyd etdiyi şəxslərlə bir yerdə yeyib spirtli içki qəbul etmişlər. Restorandan çıxdıqdan sonra onlar Biləcəri qəsəbəsində yerləşən “Qala" restoranına getməyə qərar vermişlər. X28 onlarla geməkdən imtina edib onlardan ayrılıb evə getmişdir. O, X24, X16 və X34 yolla keçən taksini saxlayıb avtomobilə əyləşib Biləcəri qəsəbəsində yerləşən dəqiq ünvanını bilmədiyi “Qala" kafesinə gəlib kafenin 2-ci mərtəbəsində yerləşən zala getmişlər. Həmin vaxt kafenin zalında onlardan başqa digər müştərilər də olmuş, həmiin müştərilər ayrılıqda masa arxasında əyləşmişdilər. Lakin onlar həmin şəxsləri tanımırlar. Orada onlar kofe sifariş verdikdən sonra səhnəyə gələrək rəqs etmişlər. X43 bağladıqdan sonra onlar kafeni tərk edib bayıra çıxmışlar. Bayırda olan zaman Əlisəttar İsmayılov “Bolt" taksi şirkətinə zəng edib avtomobil sifariş etmişdir. Onlar küçədə taksi avtomobilini gözləyən zaman kafedən bir qız və iki oğlanın səs küylə şən vəziyyətdə çıxdığını görüb geri dönmüşlər. Həmin oğlanlardan biri hündür boylu, üzü saqqalı, idman bədənli olan bizə nəyə baxırsız" deyib soruşduqda Əlisəttar İsmayılov həmin sual verən oğlana cavab olaraq “biz sənə baxmırıq” demişdir. Bu vaxt hər iki oğlan onların qarşısına gəlmiş, qız isə onlardan aralıda dayanmış ağ rəngli “Vaz 2107” markalı, avtomobilə tərəf getmişdir. Onlara sual verən oğlan yaxınlaşıb heç bir səbəb olmadan X8 üz nahiyəsinə bir dəfə kəllə ilə vurub iki əli onu itələyib onlardan aralamışdır. O biri oğlan isə onun üzərinə hücum edib onun qarın nahiyəsinə bir dəfə vurduqda o, bu vaxt həmin şəxsin əlində bıçaq olduğunu görmüşdür. Əlisəttar İsmayılov bıçaq vuran şəxsin qarşısını almaq üçün əvvəl həmin şəxsin bıçaq olan əlindən tutmuş və əlindən bıçağı almaq istərkən oğlan Əlisəttarın əlindən çıxıb Əlisəttar İsmayılova bir dəfə sol kürək nahiyəsinə bıçaq zərbəsi endirmişdir. O biri idman bədənli oğlan isə onun sol qulağına bir dəfə yumruq zərbəsi endirmişdir. Sonra bıçaqla onlara xəsarət yetirən şəxs yanında olan oğlanla kafenin qarşısında dayanmış ağ rəngli “Vaz 2107” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib oradan çıxıb getmişlər. Onlar münaqişədən sonra hadisə yerinə gələn “Toyota Prius” markalı, dövlət qeydiyyat nişan nömrəsi 527 ilə qutaran taksiyə əyləşib aldıqları xəsarətlə bağlı onlara tibbi yardım göstərilməsi üçün “Məlikov” adlı xəstəxanaya getmişlər. Xəstəxanada həkimlər ona tibbi yardım göstərilmiş sonra evə buraxılmışdır. Hadisə xx.xx.2023-cü il tarixdən 04 mart 2023-cii ıl tarixinə keçən gecə saat 02 radələrində Binəqədi rayonu. Biləcəri qəsəbəsində yerləşən”Qala” kafesinin qarşısındakı yolda baş vermiş və təxminən 03 dəqiqə davam etmişdir (cild 1, iş vərəqi 136-138). İfadəsi elan edildikdən sonra əlavə suallara cavab olaraq zərərçəkmiş şəxs X38 bildirdi ki, dindirmə protokolundakı imzalar ona məxsusdur, yazılan ifadəsini də təsdiq edir. Zərərçəkmiş şəxs X38 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər Salamov Valeh Ağahüseyn oğlu və Sərdari Sədulla Aydın oğlu ilə barışdığını, ona vurulmuş ziyanın tam olaraq ödənildiyini və təqsirləndirilən şəxslərə qarşı heç bir iddiasının olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, onlar beş nəfər “Aristokrat” adlı kafedə oturub yemək yemiş, bir litr araq içmişlər. Daha sonra dördü, yəni o, Semirzə, Eldar və Əlisəttar Biləcəridəki kafeyə getmiş, əyləndikdən sonra çıxışda isə Sədulla və Valehlə qarşılaşmışlar. Sədulla ilə Əlisəttar arasında mübahisə yaranmışdır, o, davanı sakitləşdirmək üçün araya girəndə Sədulla onu kəllə ilə vurmuşdur. O, Semirzənin mübahisə zamanı bıçaqlandığını görmüşdür. İlk başda Semirzəni kimin bıçaqladığından, hansı alət ilə bıçaqladığından xəbəri olmamışdır. Semirzə yaralandıqdan sonra Sədulla ilə Valeh maşınlarına əyləşib hadisə yerindən uzaqlaşmışlar. Onlar da Semirzəni taksi ilə “Məlikov” adına xəstəxanaya aparmışlar, oradan da “Semaşko”ya göndərmişlər. O, sonradan Semirzəni Valehin bıçaqladığını öyrənmişdir, lakin əlindəki alətin nə olduğunu, necə bıçaqladığını bilməmişdir. Onun Valeh və Sədullaya qarşı heç bir tələbi yoxdur, onlarla barışmışdır, mübahisə nəticəsində ona heç bir zərər dəyməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxs X16 bildirdi ki, mübahisə heç nədən yaranmışdır. Onlar aşağıda dayandıqları vaxt Sədullagil yanlarına gəlib mübahisə etməyə başlamışlar. Semirzəni Valeh bıçaqlamışdır. Səhv etmirəmsə, Valeh Semirzəni arxa tərəfindən bıçaqlamışdır. X50 bıçaqlandıqdan sonra “07” markalı maşınlarına minib hadisə yerindən qaçmışlar. Valehgil üç nəfər olmuşlar, yanlarında bir xanım var imiş. Hadisə anında orada onlardan başqa bir gənc də var imiş. Həmin gənc onlardan nə baş verdiyini soruşmuş, sonra qorxduğu üçün tez uzaqlaşmışdır. Birinci onlar kafenin önünə çıxıb taksi gözləmişlər. Sədulla ilə yanlarındakı xanım öndə, Valeh isə onların arxasınca gələrək kafedən üçü bir yerdə çıxmışlar. O, Semirzə ilə Sədullanı ayıran zaman Sədulla onu kəllə ilə vurmuşdur. Zərərçəkmiş şəxs X16 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər Salamov Valeh Ağahüseyn oğlu və Sərdari Sədulla Aydın oğlu ilə barışdığını, ona vurulmuş ziyanın tam olaraq ödənildiyini və təqsirləndirilən şəxslərə qarşı heç bir iddiasının olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X35 ifadəsində göstərdi ki, hadisə günü Sədulla ilə çay evinə çay içməyə getmiş, çaylarını içib qurtardıqdan sonra Sədulla hesabı ödəməyə getmiş, o da kafedən çıxıb həyətdə gözləməyə başlamışdır. Bu zaman 3-4 nəfər içkili şəxs ona yaxınlaşmışlar. Əlisəttar adlı şəxs ona tanış olmaq istədiyini demişdir. Birinci dəfə Əlisəttara cavab verməmişdir. Daha sonra Əlisəttar onun nömrəsini soruşmuşdur. Yenə cavab verməyib üzünü çevirmişdir. Bu zaman Əlisəttar arxadan əli ilə saçına toxunmuşdur. Həmin vaxt Sədulla kafedən çıxmış, Əlisəttarın saçına toxunduğunu görüb yanlarına gəlmişdir. O da maşına əyləşmişdir. Bundan sonra baş verən hadisələrdən məlumatı olmamışdır. Əlisəttardan başqa ona sataşan digər şəxslərin adlarının nə olduğunu bilmir. Məhkəmədə verilən suallara cavab olaraq şahid X35 bildirdi ki, Sədulla xətrini çox istədiyi yaxın tanışıdır. O, hadisə zamanı maşında əyləşmişdir. O, hadisə yerindən bir qədər uzaqda olmuşdur. Sədullagil onu əyləşdirdikdən sonra geri qayıtmışlar. Hadisə zamanı küçədə başqa şəxslər olmamışdır. Hadisə anında heç bir səs eşitməmişdir. Maşına qayıdan zaman Sədulla digər şəxslərlə mübahisə etdiklərini demişdir. Sədullagil maşına qaça-qaça minməmişlər. Hadisə anında ilk kimin hücum etdiyini görməmişdir. Bununla yanaşı, şahid X35 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Sədulla Sərdarlını 5 ildir tanıyır və onunla qeyri-rəsmi qaydada olaraq ailə qurub yaşayır. 03 mart 2023-cü il tarixdə ad günündə olmuş və həmin ad günündə spitrli içki qəbul etmişdir. Təxminən saat 21 radələrində Sədulla ilə görüşüb onunla birlikdə Binəqədi rayonu, Yeni Yaşayış massivində yerləşən ünvanını dəqiq bilmədiyi “Qala" kafesinə getmişlər. Kafeyə getməkdə məqsədləri istirahət edib musiqiyə qulaq asmaq olmuşdur. Orada o, Sədulla ilə kafenin 2-ci mərtəbəsində yerləşən zalda eyni masa arxasında əyləşmiş, Sədulla özü üçün pivə və qəlyan sifariş etmiş, onun özü isə “Bizon” sifariş etmişdir. Həmin kafedə onlardan başqa digər müştərilər də olmuşdur. Onlar da ayrılıqda masa arxasında əyləşmişlər. Lakin onlar həmin şəxsləri tanımamışlar. Sədulla və o, zalda masanın axasında oturan zaman oraya Sədullanın tanışı Valeh adlı şəxs gəlmiş və masaya yaxınlaşıb Sədulla ilə görüşmüşdür. Sədulla Valehin kafeyə avtomobillə gəldiyini bilib ondan xahiş etmişdir ki, onları evə aparıb düşürtsün. Valeh də Sədullaya onları aşağıda avtomobilin yanında gözlədiyini dedikdən sonra oradan çıxıb getmişdir. 04 mart 2023-cü il tarixinə keçən gecə saat 00.00 radələrində o və Sədulla evə getmək üşün masanın arxasından qalxıb kafenin 2-ci mərtəbəsində yerləşən dəhlizə çıxmışlar. Sədulla kassaya tərəf getmiş, onun özü isə foyedə gözləmişdir. Bu vaxt ona bir nəfər adını bilmədiyi, həmçinin əvvələr tanımadığı müştərilərdən biri yaxınlaşıb onun sol qolundan tutub özünə tərəf çəkərək onunla tanış olmaq istədiyini bildirmişdir. O, həmin şəxsə onunla tanış olmaqdan imtina etmiş, sonra çönüb getmək istəyərkən həmin şəxs arxadan onun saçına əl atıb çəkmiş və ondan mobil telefonunun nömrəsini istəmişdir. Yenidən həmin şəxsə rədd cavabı verdikdən sonra həmin şəxs oradan çıxıb getmişdir. Sədulla hesabı ödədikdən sonra ona yaxınlaşmış və hadisə barədə o, Sədullaya məlumat vermişdir. Sonra Sədulla ilə kafeden bayıra həyətə çıxmışdır. Bu vaxt kafenin qarşısında olan ərazidə əvvələr tanımadıqları və birinci dəfə gördükləri üç nəfər şəxs dayanmışdır. Həmin şəxslərdən bir az aralıda isə idarə etdiyi “Vaz-2107” markalı avtomobilin yanında Valeh dayanmışdır. Üç nəfər şəxs onlara tərəf çönüb baxdıqda Sədulla onlara yaxınlaşaraq onlara “nə olub, nəyə baxırsız” demişdir. Onlardan biri hündür boylu, dolu bədənli, əynində boz rəngli qısa gödəkçəsi olan şəxs Sədullaya bildirmişdir ki, “nə ola bilər ki“. Həmin şəxslə Sədullamn arasında qısa sözlü mübahisə baş vermiş, həmin şəxs sərxoş halda Sədullanın üzərinə gedən zaman özünü saxlaya bilmədiyindən sifəti Sədullanın başına dəymişdir. Sədulla iki əli ilə həmin şəxsi itələyib özündən kənarlaşdırmış, ona isə maşına əyləşməsini bildirmişdir. O, keçib Valehin idarə etdiyi avtomobilə əyləşmişdir. Avtomobildə olarkən kafenin qarşısında münaqişə baş verdiyini gömüş, lakin orada kimin kimə xəsarət yetirdiyini görməmişdir. Qısa müddət ərzində Valeh və Sədulla gəlib avtomobilə əyləşmiş və onlar evə getmişlər. Daha sonra 04 mart 2023-cü il tarixdə o və Sədulla 6-cı Polis şöbəsinə dəvət edilmişlər. Hadisə zamanı Valeh adlı şəxsin orada olan şəxslərə bıçaqla xəsarət yetirməsini görməmiş, bu haqda səhərisi gün bilmişdir (cild 1, iş vərəqi 45-47). İfadəsi elan edildikdən sonra əlavə suallara cavab olaraq zərərçəkmiş şəxs X35 bildirdi ki, elan olunmuş ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş X34 ifadəsində göstərdi ki, hadisə günü o, Əlisəttar, Semirzə və Ramin birlikdə kafedə əyləşib yeyib-içmişlər. Daha sonra maşına əyləşib ayrı bir kafeyə getmişlər. Həmin kafedə kofe içmiş, mahnı sifariş edib oynamışlar, daha sonra da hesabı ödəyib aşağı düşmüşlər. Əlisəttar kafenin önünə taksi çağırmışdır. Taksini gözlədikləri vaxt o, arxa tərəfdən səs eşitmişdir. Hamısı səsə tərəf dönüb baxmış, bu zaman Valeh ilə Sədulla onlardan niyə baxdıqlarını soruşmuşlar. Əlisəttar da heç kəsə baxmadıqlarını demişdir. Bunu eşidən kimi Valehlə Sədulla onların üzərinə hücum çəkib Əlisəttarı döyməyə başlamışlar. Semirzə də onları aralamaq üçün ortaya girmişdir. Nəticədə, Semirzə ilə Əlisəttar bıçaqlanmışlar. Onlar bıçaqlandıqdan sonra təqsirləndirilən şəxslər qaçaraq maşınlarına əyləşmiş, sonra da hadisə yerindən uzaqlaşmışlar. Təqsirləndirilən şəxslərdən yalnız birinin əlində bıçaq olmuşdur. Hadisənin hansı səbəbdən baş verməsi ona məlum olmamışdır. Hadisə anında o, şok vəziyyətində olmuşdur. Onlar kafedə əyləşdikləri zaman yan masada bir xanım əyləşmişdir. Həmin xanımı aşağıda taksi gözlədikləri vaxt da görmüşdür. O, xanıma söz atmamış, saçından dartıb nömrə istəməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid X34 bildirdi ki, Valeh Əlisəttar ilə Semirzəni bıçaqladıqdan sonra qaçıb getmişlər. Onlar da sifariş etdikləri taksi gələn kimi minib oradan uzaqlaşmışlar. Semirzə qarın nahiyəsindən, Əlisəttar kürək nahiyəsindən bıçaqlanmışdır. Sədulla ilə Semirzəgil arasında mübahisənin hansı səbəbdən yarandığını bilməmişdir. Onun yaddaş problemi olduğu üçün bütün hadisələri yadında saxlaya bilməmişdir. Hadisə anında şok vəziyyətində olmuş, heç nəyi dərk edə bilməmişdir. O, hadisə anında bıçağı görməmişdir. Semirzə ilə Əlisəttarın bıçaqlandığını taksiyə minəndə görmüşdür. Bıçağı hadisə anında görməmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. O, xanıma sataşıb nömrə istəməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə 06 saylı Məlikov adına xəstəxanadan X23 və X13 xəsarət almaları barədə məlumat daxil olmuşdur (cild 1, iş vərəqi 9). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 03:25 radələrində 6 saylı Məlikov adına xəstəxanadan həkim Hǝziyev zəng edib məlumat vermişdir ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan xx.xx.1991-ci il təvəllüdlü X38 qarın boşluğunun dəlib keçən yarası, Binəqədi rayonu Aydınbəyov küçəsində yaşayan xx.xx.2000-ci il tǝvəllüdlü X10 döş qəfəsinin arxa səthinin kəsilmiş yaraları diaqnozu ilə daxil olmuşdur (cild 1, iş vərəqi 10). - baxış aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və hadisə görüntüləri olan DVD diskdən görünür ki, hadisə yerinə baxış gecə vaxtı, açıq havada aparılmışdır. Hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən “Qala” restoranının qarşısıdır. Restorantın qarşısından yol keçir. Hadisə yeri iaşə obyektləri və fərdi həyət evləri ilə həmsərhəddədir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən “Qala” restoranının müşahidə kamerasının qeydə aldığı videogörüntülər DVD diskə köçürülmüşdür. Hadisə yerinə baxış keçirilən zaman hadisə yerinin fotoşəkilləri “Canon” markalı fotoaparatla çəkilmişdir (cild 1, iş vərəqi 21-23). - məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 392 saylı rəyindən görünür ki, vətəndaş X8 bədəni üzərində aşkar edilmiş xəsarətlər – üst dodağın mərkəzinə yaxın sağ yarısının selikli qişasına qansızma və selikli qişanın sıyrığı bərk küt əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 04 mart 2023-cü il tarixdə qeyd olunan nahiyəyə kənar şəxs tərəfindən kəllə ilə vurma nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə sağlamlığa zǝrǝrvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 1, iş vərəqi 78-80). - məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 393 saylı rəyindən görünür ki, vətəndaş X19 04 mart 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqi 81-83). - təqsirləndirilən şəxs qismində cəlb olunması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Sərdari Sədulla Aydın oğlu Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 85-86). - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X24 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 116). - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X16 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 125). - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X38 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 132). - məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 394 saylı rəyindən görünür ki,
1. X2 bədəni üzərində aşkar edilmiş xəsarət döş qəfəsinin arxa səthinin sol yarısının cərrahi tikişli kəsilmiş yarası iti kənarlı əşyanın (alǝtin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 04 mart 2023-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə deşici-kəsici əşya ilə, ola bilsin bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi.
2. X2 verdiyi anamnestik məlumatlardan aydın olur ki, xəsarəti aldıqdan sonra o, əvvəlcə "X56"nə, daha sonra "X60"ə müraciət etmiş, müayinə olunmuş, yarasına tikiş qoyularaq evə buraxılmışdır. Lakin, bu günədək onun adına tərtib olunmuş tibbi sənəd (sənədlər) ekspertiza şöbəsinə təqdim edilməmişdir (cild 1, iş vərəqi 146-149). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 628 saylı rəyindən görünür ki,
1. X7 tibbi yardım üçün "X60" PHŞ-nə müraciət edərkən onun bədənində aşkar olunmuş xəsarətlər - qarının ön divarının boşluğa nüfuz edərək dalağın aşağı qütbünün və böyük piyliyin bir hissəsinin yaralanması ilə müşaiyət olunan deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin), sol qulaq seyvanının əzilmiş-cırılmış yarası isə bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün "X60" PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il saat 03:37-dən bir qədər əvvəl əmələ gəlmişdirlər və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixində əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən qarının ön divarının boşluğa nüfuz edərək dalağın aşağı qütbünün və böyük piyliyin bir hissəsinin yaralanması ilə müşaiyət olunan deşilmiş-kəsilmiş yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir, sol qulaq seyvanının əzilmiş-cırılmış yarası isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zǝrǝr vurmaya aiddir.
2. X4 bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (cild 1, iş vərəqi 151-154). - götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X26 məxsus gödəkçə, o cümlədən İsmayılov Əlisǝttar Zabit oğluna məxsus gödəkçə, mayka və köynək Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi PHŞ "X60" hüquqi şəxsin tibb bacısı Tutu Cəfərovadan götürülmüşdür (cild 1, iş vərəqi 167). - təqsirləndirilən şəxs qismində cəlb olunması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Salamov Valeh Ağahüseyn oğlu Azərbaycan Respublikası CM-nin 126.1 və 221.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 185-186). - cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Salamov Valeh Ağahüseyn oğlu barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir (cild 1, iş vərəqi 224-226). - maddi sübutların məhkəmə-tibbi kriminalistik tədqiqinə dair məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 192/2023-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş İsmayılov Əlisǝttar Zabit oğluna məxsus gödəkçə, köynək və maykanın arxa səthində solda 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin tiyəsinin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş X26 məxsus gödəkçə üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır (cild 1, iş vərəqi 232-235). - maddi sübutların məhkəmə-tibbi bioloji tədqiqinə dair məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 278/2023-MTBŞ saylı rəyindən görünür ki,
1. X23 AB0 sistemi üzrə qrup göstəricisi: A(İİ) (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən);
2. İsmayılov Əlisǝttar Zabit oğlunun AB0 sistemi üzrə qrup göstəricisi: O(İ) (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən);
3. Ekspertizaya təqdim edilmiş S.S.Məmmədova məxsus gödəkçə üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq edildikdə "A" və "H" antigenləri alındı. Belə olan halda bu qan ləkələri Abeta/H/(İİ) qruplu şəxsə, o cümlədən də X26 (əgər onun qanında müşayiətçi "H" antigeni varsa) məxsus ola bilər. Lakin qanın qarışıq olduğu halında isə ləkələrdə həmçinin Oalfa,beta (İ) qruplu şəxs İsmayılov Əlisǝttar Zabit oğlunun qarışıq qanının olması da inkar olunmur;
4. Ekspertizaya təqdim edilmiş Ə.Z.İsmayılova məxsus 01 ədəd gödəkçə, 01 ədəd kofta və 01 ədəd mayka üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız "H" antigeni alındı. Belə olan halda bu qan ləkələri Oalfa,beta(İ) qruplu şəxsə, o cümlədən X15 məxsus ola bilər (cild 1, iş vərəqi 236-241). - əlavə məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 88/394 saylı rəyindən görünür ki, X2 bədəni üzərində aşkar edilmiş xəsarət – döş qəfəsinin arxa səthinin sol yarısının kəsilmiş yarası kəsici əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 04 mart 2023-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə kəsici əşya ilə, ola bilsin, bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir (cild 2, iş vərəqi 42-46). - xx.xx.2024-cü il tarixli DVD diskə baxış aparılması haqqında protokoldan görünür ki, hadisə yerinin baxışı zamanı əldə edilmiş videomüşahidə kamerası ilə qeydə alınmış görüntülər olan DVD diskə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, "DVD" diskdə 2 ədəd video fayl vardır. 1-ci video fayl açıldıqda görüntüdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi 1 ünvan görüntüləndi. Görüntüdə bir nəfər kişi gəlib ağ rəngli "VAZ-21074" markalı, **-VD-*** dövlət nömrə nişanlı avtomobilin arxa sağ qapsını açır, bir nəfər qadın həmin avtomobilə əyləşir və qapını açan kişi qapını bağlayır. Daha sonra kənardan bir nəfər başqa bir kişi gəlib ağ rəngli "VAZ-21074" markalı, **-VD- *** dövlət nömrə nişanlı avtomobilin qabaq sol qapısını açır və qolunda olan gödəkçəsini avtomobilə qoyur. Avtomobildən arxa tərəfdə yolun hərəkət hissəsində üç nəfər şəxsin söhbət etdikləri müşahidə edilir və avtomobilin arxa sağ qapısını açan kişi əvvəlcə həmin üç nəfər şəxsin yanına gəlir, daha sonra avtomobilin qabaq sağ qasını açan şəxs həmin 3 nəfər şəxsin yanına gəlir, avtomobilin arxa sağ qapısını açan kişi və avtomoblin qabaq sol qapısını açan kişi ilə yolun hərəkət hissəsində dayanmış 3 nəfər kişinin arasında mübahisə baş verir. Bir neçə saniyəlik həmin şəxlər kameranın görüntü dairəsinə düşmür, avtombildən qadın düşüb mübahisə yerinə gəlir, daha sonra görünür ki, avotmobilin qabaq sol qapısını açan kişi sağ əlində olan predmeti (əşyanı) kiçik boylu kişiyə tərəf uzadır və həmin şəxslə əlbəyaxa olur, daha sonra sağ əlində predmet olan kişi həmin pretmedt sol əli ilə sildikdən sonra predmeti (əşyanı) qatlayıb şalvarının arxa sağ tərəfində kəmər nahiyəsinin altına qoyur. Daha sonra iki nəfər kişi və bir avtomobildən düşüb gələn qadın avtomobilə tərəf qayıdırlar. Bununla da 1-ci faylda mövcud olan görüntü başa çatdı. 2-ci faylda olan görüntü açıldıqda görüntüdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi 1 ünvanda "Mebel" mağasının qarşısında nəfər kişinin dayanıb söhbət etdikləri görüntüləndi. Baş vermiş dava-dalaş hazırkı videogörüntüdə müşahidə edilmədi. DVD diskǝ baxış başa çatdıqdan sonra baxışda iştirak edən Salamov Valeh Ağahüseyn oğlu bildirdi ki, DVD diskdə olan görüntülər reallığı əks etdirir və hər hansı bir montaj edilməmişdir. Salamov Valeh Ağahüseyn oğlu bundan başqa onu da bildirdi ki, ağ rəngli, "VAZ-21074" markalı, **-VD-*** dövlət nömrə nişanlı avtomobilin arxa sağ qapsını açan şəxs Sədulladır, həmin avtomobil onun özünə məxsudur, avtomobilə əyləşən qadın isə Lamiyədir. "VAZ-21074" markalı, **-VD-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol qapısını açan onun özüdür. Yolda dayanan üç nəfər şəxs onlara tərəf çönüb baxdıqda birinci Sədulla həmin şəxslərə yaxınlaşıb, onlara nə olub, nəyə baxırsız dedikdə, onlardan biri hündür boylu, dolu bədənli, əynində boz rəngli qısa gödəkçəsi olan şəxs Sədullaya bildirmişdir ki, “nə ola bilər ki” və buna görə də Sədulla ilə həmin şəxsin arasında qısa sözlü mübahisə baş vermiş, həmin şəxs sərxoş halda Sədullanın üzərinə gələn zaman onun sifəti Sədullanın başına dəymişdir. Sədulla həmin vaxt oğlanı iki əli ilə itələyib özündən kənarlaşdırmışdır. Bunu görən kimi o, avtomobilin yanından onlara tətəf qaçıb həmin şəxslərdən birinin qarnına, digər şəxsin isə belinə özündə olan bıçaq olmayan kəsici alətlə vurmuşdur. Səs-küyə kənardan tanımadığı şəxslər yaxınlaşmışlar. Orada bir neçə dəqiqə olduqdan sonra Lamiyə ilə və Sədulla ilə birlikdə onun idarə etdiyi avtomobilə əyləşib oradan uzaqlaşmışlar (cild 2, iş vərəqi 94-95). - xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs X38 ilə təqsirləndirilən şəxs Salamov Valeh Ağahüseyn oğlu arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı X38 ifadəsini təsdiq edərək qarşısında əyləşən Salamov Valeh Ağahüseyn oğlunun üzünə qarşı bildirmişdir ki, 03 mart 2023-cü il tarixdə saat 21 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesındə yerləşən “Aristrokat" kafesinə getmişlər. Kafeyə getməkdə məqsədləri istirahət edib bir qədər spirtli içki olan pivə içmək olmuşdur. Orada o, X24, X16, X52 və X34 eyni masa arxasında əyləşib özləri üçün spirtli içki olan 1 litr araq, pivə və yemək sifariş etmişlər. Restoranda adlarını qeyd etdiyi şəxslərlə bir yerdə yeyib spirtli içki qəbul etmişlər. Restorandan çıxdıqdan sonra onlar Biləcəri qəsəbəsində yerləşən “Qala" restoranına getməyə qərar vermişlər. X28 onlarla geməkdən imtina edib onlardan ayrılıb evə getmişdir. O, X24, X16 və X34 yolla keçən taksini saxlayıb avtomobilə əyləşib Biləcəri qəsəbəsində yerləşən dəqiq ünvanını bilmədiyi “Qala" kafesinə gəlib kafenin 2-ci mərtəbəsində yerləşən zala getmişlər. Həmin vaxt kafenin zalında onlardan başqa digər müştərilər də olmuş, həmiin müştərilər ayrılıqda masa arxasında əyləşmişlər. Lakin onlar həmin şəxsləri tanımırlar. Orada onlar kofe sifariş verdikdən sonra səhnəyə gələrək rəqs etmişlər. X43 bağladıqdan sonra onlar kafeni tərk edib bayıra çıxmışlar. Bayırda olan zaman Əlisəttar İsmayılov “Bolt" taksi şirkətinə zəng edib avtomobil sifariş etmiş, onlar küçədə taksi avtomobilini gözləyən zaman kafedən bir qız və iki oğlanın səs-küylə şən vəziyyətdə çıxdığını görüb geri dönmüşlər. Həmin oğlanlardan biri hündür boylu, üzü saqqalı, idman bədənli olan “bizə nəyə baxırsız" deyib soruşduqda Əlisəttar İsmayılov həmin sual verən oğlana cavab olaraq “biz sənə baxmırıq” demişdir. Bu vaxt hər iki oğlan onların qarşısına gəlmiş, qız isə onlardan aralıda dayanmış ağ rəngli “Vaz 2107” markalı, avtomobilə tərəf getmişdir. Onlara sual verən oğlan yaxınlaşıb heç bir səbəb olmadan X8 üz nahiyəsinə bir dəfə kəllə ilə vurub iki əli onu itələyib onlardan aralamışdır. O biri oğlan isə onun üzərinə hücum edib onun qarın nahiyəsinə bir dəfə vurduqda o, bu vaxt həmin şəxsin əlində bıçaq olduğunu görmüşdür. Əlisəttar İsmayılov bıçaq vuran şəxsin qarşısını almaq üçün əvvəl həmin şəxsin bıçaq olan əlindən tutmuş və əlindən bıçağı almaq istərkən oğlan Əlisəttarın əlindən çıxıb Əlisəttar İsmayılova bir dəfə sol kürək nahiyəsinə bıçaq zərbəsi endirmişdir. O biri idman bədənli oğlan isə onun sol qulağına bir dəfə yumruq zərbəsi endirmişdir. Sonra bıçaqla onlara xəsarət yetirən şəxs yanında olan oğlanla kafenin qarşısında dayanmış ağ rəngli “Vaz 2107” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib oradan çıxıb getmişlər. Onlar münaqişədən sonra hadisə yerinə gələn “Toyota Prius” markalı, dövlət qeydiyyat nişan nömrəsi 527 ilə qutaran taksiyə əyləşib aldıqları xəsarətlə bağlı onlara tibbi yardım göstərilməsi üçün “Məlikov” adlı xəstəxanaya getmişlər. Təqsirləndirilən şəxs Salamov Valeh Ağahüseyn oğlu qarşısında əyləşən zərərçəkmiş şəxs X23 dediklərini eşitmiş və bildirmişdir ki, 03 mart 2023-cü il tarixdə saat 23 radələrində yaşadığı evdə olan zaman Sərdari Sədulla Aydın oğlu ona zəng vuraraq qız qaçırdığını və onları gəlib götürüb aparmağını bildirdikdə Sədulladan harada olduğunu soruşan zaman Sədulla ona Binəqədi rayonu, Biləcəri qəsəbəsi, "Ağ saray“ dairəsinin yaxınlığında yerləşən “Qala” çay evində olduğunu bildirmiş, Sədullanm xahişini yerə salmayıb olduqları ünvana idarə etdiyi “VAZ 2107“ markalı, **-VD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə yollanmışdır. Həmin vaxt avtomobildə ondan başqa kimsə olmamışdır. 04 mart 2023-cü il tarixdə saat 00 radələrində Sədullanın dediyi ünvana gəlib çatmışdır. Belə ki, avtomobildən düşüb “Qala" çay evinin ikinci mərtəbəsinə qalxmış, həmin mərtəbədə yerləşən zalda Sədullanın yanında adını sonradan bildiyi Lamiyə adlı xanımla bir masada əyləşdiyini görüb həmin masaya yaxınlaşaraq Sədulla ilə salamlaşıb onlarla bir masada əyləşmişdir. Bir qədər vaxt keçdikdən sonra zamanın artıq gec olduğunu görüb Sədullaya evə getməli olduğunu bildirərək masadan ayağa qalxıb kafenin birinci mərtəbəsinə düşdükdə ondan sonra 4 nəfər tanımadığı şəxs onun yanından keçərək kafedən bayıra çıxmışdır. Əvvəlcə Sədulla və Lamiyə kafenin qarşısında saxladığı “VAZ-2İ074" markalı, **-VD-*** dövlət nömrə nişanlı avtomobilin yanına getmişlər. Sonradan onun özü avtomobilinə gəlmişdir. Lamiyə avtomobilin arxa tərəfində əyləşmişdir. Onun özü isə sürücü tərəfdən gödəkçəsıni maşına qoymuşdur. Həmin vaxt Sədullanın 4 nəfər şəxslə mübahisə etdiyini görıib onlara tərəf yaxınlaşan zaman özünü qorumaq məqsədi ilə üzərində gəzdirdiyi kəsici alət olan rezakı çıxarıb üzərinə doğru gələn tanımadığı şəxsə tərəf bıçağı yönəltməklə bir dəfə bıçaq zərbəsi endirmiş, digər tanımadığı şəxslərin onun üzərinə gəldiyini görüb əlindəki rezakla onları qorxutmuşdur. Bu zaman o, Səyyadla ilə birlikdə avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. O, X40 yaşadığı ünvana düşürüb oradan isə yaşadığı evə yollanmışdır (cild 2, iş vərəqi 114-116). - xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs X24 ilə təqsirləndirilən şəxs Salamov Valeh Ağahüseyn oğlu arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı X24 istintaqa verdiyi ifadəsini təsdiq edərək qarşısında əyləşən Salamov Valeh Ağahüseyn oğlunun üzünə qarşı deyərək onu bir daha ifşa etmişdir (cild 2, iş vərəqi 117-119). - xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs X14 ilə təqsirləndirilən şəxs Salamov Valeh Ağahüseyn oğlu arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı zərərçəkmiş şəxs X14 istintaqa verdiyi ifadəsini təsdiq edərək qarşısında əyləşən Salamov Valeh Ağahüseyn oğlunun üzünə qarşı deyərək onu bir daha ifşa etmişdir (cild 2, iş vərəqi 120-122). - xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs X24 ilə təqsirləndirilən şəxs Sərdari Sədulla Aydın oğlu arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı zərərçəkmiş şəxs X24 istintaqa verdiyi ifadəsini təsdiq edərək qarşısında əyləşən Sərdari Sədulla Aydın oğlunun üzünə qarşı deyərək onu bir daha ifşa etmişdir (cild 2, iş vərəqi 126-128). - xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid X34 ilə təqsirləndirilən şəxs Salamov Valeh Ağahüseyn oğlu arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı şahid X34 istintaqa verdiyi ifadəsini təsdiq edərək qarşısında əyləşən Salamov Valeh Ağahüseyn oğlunun üzünə qarşı deyərək onu bir daha ifşa etmişdir (cild 2, iş vərəqi 123-125). - xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs X14 ilə təqsirləndirilən şəxs Sərdari Sədulla Aydın oğlu arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı X14 istintaqa verdiyi ifadəsini təsdiq edərək qarşısında əyləşən Sərdari Sədulla Aydın oğlunun üzünə qarşı deyərək onu bir daha ifşa etmişdir (cild 2, iş vərəqi 129-131). - xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid X34 ilə təqsirləndirilən şəxs Sərdari Sədulla Aydın oğlu arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı X34 ifadəsini təsdiq edərək qarşısında əyləşən Sərdari Sədulla Aydın oğlunun üzünə qarşı deyərək onu bir daha ifşa etmişdir (cild 2, iş vərəqi 132-134). - xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs X38 ilə təqsirləndirilən şəxs Sərdari Sədulla Aydın oğlu arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı X38 istintaqa verdiyi ifadəsini təsdiq edərək qarşısında əyləşən Sərdari Sədulla Aydın oğlunun üzünə qarşı deyərək onu bir daha ifşa etmişdir (cild 2, iş vərəqi 135-137). - xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotocədvəldən görünür ki, təqsirləndirilən şəxs Salamov Valeh Ağahüseyn oğlu hadisə yerinə çıxarılaraq ifadəsin yerində yoxlanılmış, ifadə yerində yoxlanılarkən Salamov Valeh Ağahüseyn oğlu bildirdi ki, 04 mart 2023-cü il tarixdə baş vermiş hadisə yerini göstərə bilər. Salamov Valeh Ağahüseyn oğlu Binəqədi rayonu, Biləcəri qəsəbəsində "Qala" çay evinin qarşısında baş verdiyini bildirdiyinə görə həmin çay evinin qarşısına gəlindi və müəyyən edildi ki, hadisənin baş verdiyi ünvan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 5” çay evinin qarşısıdır. Valeh Salamov hadisə baş verdiyi yeri göstərib bildirdi ki, 03 mart 2023-cü il tarixdə saat 23 radələrində yaşadığı evdə olan zaman Sərdari Sədulla Aydın oğlu ona zəng vuraraq qız qaçırdığını və onları gəlib götürüb aparmağını bildirdikdə o,sonuncudan harada olduğunu soruşan zaman Sədulla ona Binəqədi rayonu, Biləcəri qəsəbəsi, "Ağ saray" dairəsinin yaxınlığında yerləşən "Qala” çay evində olduğunu bildirmiş, o da Sədullanın xahişini yerə salmayıb olduqları ünvana idarə etdiyi "VAZ 2107” markalı, **-VD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə yollanmışdır. 04 mart 2023cü il tarixdə saat 00 radələrində o, Sədullanın dediyi ünvana gəlib çatmış, avtomobildən düşüb "Qala" çay evinin ikinci mərtəbəsinə qalxmış, zalda Sədullanın yanında adını sonradan bildiyi Lamiyə adlı xanımla bir masada əyləşdiyini görüb həmin masaya yaxınlaşaraq Sədulla ilə salamlaşıb onlarla bir masada əyləşmişdir. Bir qədər vaxt keçdikdən sonra zamanın artıq gec olduğunu görüb Sədullaya evə getməli olduğunu bildirirǝk masadan ayağa qalxıb kafenin birinci mərtəbəsinə düşdükdə ondan sonra 4 nəfər tanımadığı şəxslər yanından keçərək kafedən bayıra çıxmışlar. Əvvəlcə Sədulla və Lamiyə kafenin qarşısında saxladığı "VAZ-21074" markalı, **-VD-*** dövlət nömrə nişanlı avtomobilin yanına getmişlər. Lamiyə maşına oturmuş, az sonra Sədullanın 4 nəfər şəxslə mübahisə etdiyini görüb onlara yaxınlaşan zaman özünü qorumaq məqsədilə üzərində gəzdirdiyi rezakla üzərinə doğru gələn sonradan adını bildiyi Semirzanın qarın nahiyəsinə bir dəfə vurmuş, daha sonra Əlisəttarın onun üzərinə gəldiyini görüb əlində olan rezakla sonuncunun kürəyindən vurmuşdur. Daha sonra o, Sədulla ilə birlikdə avtomobilə əyləşərək oradan dərhal uzaqlaşmışlar. O, Sədullanı Lamiyə ilə birlikdə Sədullanın yaşadığı ünvana düşürüb oradan yaşadığı evə yollanmışdır (cild 2, iş vərəqi 138-140). - ifadənin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təqsirləndirilən şəxs Sərdari Sədulla Aydın oğlu hadisə yerinə çıxarılaraq ifadəsi yerində yoxlanılmış, ifadə yerində yoxlanılarkən Sərdari Sədulla Aydın oğlu bildirmişdir ki, 04 mart 2023-cü il tarixdə baş vermiş hadisə yerini göstərə bilər. X46 rayonu, Biləcəri qəsəbəsində "Qala" çay evinin qarşısında baş verdiyini bildirdiyinə görə, həmin çay evinin qarşısına gəlindi və müəyyən edildi ki, hadisənin baş verdiyi ünvan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 5” çay evinin qarşısıdır. Sədulla Sərdari hadisə baş verdiyi yeri göstərib bildirdi ki, 03 mart 2023-cü il tarixdə, saat 21 radələrində o, Lamiyə ilə görüşüb birlikdə həmin "Qala" kafesinə gəlmişlər. Kafeyə getməkdə məqsədləri istirahət edib, musiqiyə qulaq asıb bir qədər pivə içmək olmuşdur. Orada o, Lamiyə ilə kafenin 2-ci mərtəbəsində yerləşən zalda eyni masa arxasında əyləşib özü üçün pivə və qəlyan, Lamiyə üçün isə "Bizon" adlı içki sifariş etmişdir. Həmin vaxt kafedə digər müştərilər də olmuş, onlar da ayrılıqda masa arxasında əyləşmişlər. Onlar zalda masanın axasında oturan zaman ora tanışı Valeh gəlmiş və masaya yaxınlaşıb onunla görüşmüşdür. O, Valehin kafeyə avtomobillə gəldiyini bilib ondan xahiş etmişdir ki, evə aparıb onu düşürtsün. Valeh aşağıda avtomobilin yanında gözlədiyini deyib oradan çıxıb getmiş, o isə Lamiyə ilə masanın arxasından qalxıb kafenin 2-ci mərtəbəsində yerləşən dəhlizə çıxmış, Lamiyə onu foyedə gözləyən zaman o, hesabı bağlamaq üşün kassaya yaxınlaşmış və kassaya pul ödəmiş, sonra dəhlizə çıxıb Lamiyəni 2-ci mərtəbədə olan piləkənların üzərində tək dayandığını görmüş, onlar birinci mərtəbəyə piləkənlərlə enəndə Lamiyə ona bildirmişdir ki, dəhlizdə dayanıb gözləyərkən adını, soyadını, atasının adını bilmədiyi, həmçinin əvvəllər tanımadığı müştərilərdən biri Lamiyənin sol qolundan tutub özünə tərəf çəkib Lamiyə tanış olmaq istəmiş və Lamiyə həmin şəxsə tanış olmaqdan imtina etdikdən sonra çönüb getmək istərkən həmin şəxs arxadan Lamiyənin saçından tutub çəkmiş və telefon nömrəsini istəmişdir. Baş vermiş hadisədən sonra tanımadığı həmin şəxs oradan çıxb getmişdir. O, Lamiyə ilə kafedən bayıra həyətə çıxan vaxt kafenin qarşısında olan ərazidə əvvələr tanımadığı və birinci dəfə gördüyü üç nəfər şəxs dayanmışdır. Həmin şəxslərdən bir az aralıda isə idarə etdiyi "Vaz-2107" markalı avtomobilin yanında Valeh dayanmışdır. Üç nəfər şəxs onlara tərəf çönüb baxdıqda o, həmin şəxslərə yaxınlaşıb onlara “nə olub, nəyə baxırsız” demiş, onlardan biri hündür boylu, dolu bədənli, əynində boz rəngli qısa gödəkçəsi olan şəxs ona "nə ola bilər ki" demişdir. Onunla həmin şəxsin arasında qısa sözlü mübahisə baş vermiş, həmin şəxs sərxoş halda üzərinə gələn zaman sifəti onun başına dəymiş, o, həmin şəxsi iki əli ilə itələyib özündən kənarlaşdırmışdır. Bunu görən Valeh gözlənilmədən avtomobilin yanından onlara tərəf qaçıb gəlib onunla üz-üzə olan şəxsin yanında olan hündür boylu, bədəncə canlı oğlanın yaxasından tutub divara tǝrǝf aparmış, onlar da bunu görüb Valehin yaxasından tutduğu şəxsi ondan aralamışlar. Səs-küyə kənardan tanımadığı şəxslər yaxınlaşmış, o və digər şəxslər onları sakitləşdirməyə çalışmışlar. Münaqişənin qarşısını aldıqdan sonra onlar hamısı kafenin qarşısına gəlmişlər. Orada bir neçə dəqiqə olduqdan sonra Lamiyə ilə birlikdə Valehin idarə etdiyi "Vaz 2107” markalı avtomobilə əyləşib evə getmişlər (cild 2, iş vərəqi 141-143). - ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3535 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Salamov Valeh Ağahüseyn oğlunda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Yoxlanılan şəxs Salamov Valeh Ağahüseyn oğlunda qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Salamov Valeh Ağahüseyn xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Salamov Valeh Ağahüseyn qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Salamov Valeh Ağahüseyn oğlu törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Salamov Valeh Ağahüseyn oğlunda hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Salamov Valeh Ağahüseyn öz hərəkətlərini idarə edib onları qiymətləndirmək qabiliyyəti vardır. Yoxlanılan şəxs Salamov Valeh Ağahüseyn oğlu istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Salamov Valeh Ağahüseyn oğlunun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Salamov Valeh Ağahüseyn oğlu barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 2, iş vərəqi 144-150). - ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3536 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Sərdari Sədulla Aydın oğlunda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Yoxlanılan şəxs Sərdari Sədulla Aydın oğlunda qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. S.A.Sərdaridə xasiyyətin psixopatik cizgiləri aşkar olunur. S.A.Sərdari qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Sərdari Sədulla Aydın oğlu törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Sərdari Sədulla Aydın oğlunda hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. S.A.Sərdarinin öz hərəkətlərini idarə edib onları qiymətləndirmək qabiliyyəti vardır Yoxlanılan şəxs Serdari Sədulla Aydın oğlu istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Serdari Sədulla Aydın oğlunun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. S.A.Sərdari barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 2, iş vərəqi 145-150). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 04 mart 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi 1 ünvanında "Qala” restoranının qarşısında baş vermiş hadisənin görüntüləri olan DVD disk iş üzrə maddi sübut kimi tanınmış və diskin iş materiallarına əlavə edildiyi nəzərə alınmışdır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi PHS "X60" hüquqi şəxsdən götürülmüş X26 məxsus gödəkçə, o cümlədən X15 məxsus gödəkçə, mayka və köynək iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhəri Binəqədi RPİnin maddi sübutların saxlandığı kameraya təhvil verilmişdir (cild 2, iş vərəqi 155-174). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Salamov Valeh Ağahüseyn oğluna Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur (cild 2, iş vərəqi 176-177). - təqsirləndirilən şəxs yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Sərdari Sədulla Aydın oğluna Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur (cild 2, iş vərəqi 191-192). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Salamov Valeh Ağahüseyn oğlunun əməlləri Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə, Sərdari Sədulla Aydın oğlunun əməlləri Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli, 3 saylı Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə edir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə hesab edir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə tərədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin tövsiyələr qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir. Bu səbəbdən, məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli Qərarında xuliqanlıq cinayətinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakılar göstərilmişdir. Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: - ictimai qaydanın kobud surətdə pozulması; - cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; - vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Məhkəmədə müəyyən olundu ki, təqsirləndirilən şəxs Salamov Valeh Ağahüseyn oğlu zərərçəkmiş şəxs X23 qarın nahiyəsinə üzərində gəzdirdiyi deşici-kəsici alətlə vuraraq ağır bədən xəsarəti yetirmişdir və bunun üçün heç bir səbəb olmamışdır. Yəni, zərərçəkmiş şəxslərdən heç biri Salamov Valeh Ağahüseyn oğlu ilə hər hansı münaqişə törətmək üçün birinci olaraq təşəbbüs göstərməmişlər. Salamov Valeh Ağahüseyn oğlu bundan başqa digər zərərçəkmiş şəxs X3 nahiyəsinə deşici-kəsici alətlə bir dəfə zərbə vurmuşdur. Digər təqsirləndirilən şəxs Sərdari Sədulla Aydın oğlu isə onun tanışı X9 atmalarını və onlara baxmalarını bəhanə gətirərək zərərçəkmiş şəxslər X12 baş zərbəsi, X27 isə yumruq zərbəsi ilə vuraraq Ramin Tarıverdıyevə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri, Semirzə Məmmədova sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirmişdir. Məhkəmədə eyni zamanda müəyyən edildi ki, təqsirləndirilən şəxslər həmin cinayətləri bir qrup şəxs halında birləşərək, ictimai yerdə, digər şəxslərin gediş-gəlişi olan ərazidə törətmişlər. Ona görə də, məhkəmə təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiələri məqsədilə gətirdiyi dəlillərlə razılaşmır, hesab edir ki, onların həmin mövqeləri iş üzrə hər hansı sübutla təsdiq olunmur, əsksinə, məhkəmədə tədqiq olunmuş sübutlarla tam təkzib edilir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Salamov Valeh Ağahüseyn oğlunun bir qrup şəxs tərəfindən silah qismində istifadə edilən əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etməsi və xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurması, Sərdari Sədulla Aydın oğlunun bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etməsi kifayət qədər sübuta yetirilir, onlar təqsirlidir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, məhkəmə hökm və qərarından görünür ki, Sərdari Sədulla Aydın oğlu Sumqayıt şəhər Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddəsilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2023-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Sərdari Sədulla Aydın oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddəsilə təqsirli bilinib qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 6 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəmə müddətinin başlanğıcının 11 sentyabr 2023-cü il tarixdən hesablanması qərara alınmış, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilmiş, Sərdari Sədulla Aydın oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddəsilə təqsirli bilinib ona qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 6 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəmə müddətinin başlanğıcının 11 sentyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 2, iş vərəqi 55-56). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, məhkəmə hökmündən və qərarından görünür ki, Salamov Valeh Ağahüseyn oğlu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəmə müddətinin başlanğıcının 14 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmış, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmışdır (cild 2, iş vərəqi 63-64, 65-74). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Salamov Valeh Ağahüseyn oğlu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə, Sərdari Sədulla Aydın oğlu isə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə dəyişdirilməklə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə onlara təyin edilmiş cəzanı çəkməkdə olduqlarından qüvvədə olan cinayət qanunvericiliyinə görə, onların məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və onlar məhkumluğu olan şəxslər hesab edilməlidir. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Salamov Valeh Ağahüseyn oğlunun himayəsində xx.xx.2010-cu il təvəllüdlü Zəhra Salamzadə və xx.xx.2014-cü il təvəllüdlü Murad Salamzadə adlı uşaqları, Sərdari Sədulla Aydın oğlunun himayəsində xx.xx.2021-ci il təvəllüdlü Səidəli Sərdari adlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxs Salamov Valeh Ağahüseyn oğlunun himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə, zərərçəkmiş şəxslərlə barışıq əldə etmələrini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxslərə dəymiş ziyanı könüllü surətdə tamamilə ödəmələrini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Sərdari Sədulla Aydın oğlunun himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxslərə dəymiş ziyanı könüllü surətdə tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Salamov Valeh Ağahüseyn oğlunun və Sərdari Sədulla Aydın oğlunun cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə cəza həddi və növü təyin edərkən onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini, ailə vəziyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması təqsirləndirilən şəxslər Salamov Valeh Ağahüseyn oğlu və Sərdari Sədulla Aydın oğlu barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər Salamov Valeh Ağahüseyn oğlu və Sərdari Sədulla Aydın oğlu tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, onların şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Salamov Valeh Ağahüseyn oğlu və Sərdari Sədulla Aydın oğlu yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Salamov Valeh Ağahüseyn oğlunun ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.4cü maddəsinin sanksiyasında altı ildən on bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası, 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Salamov Valeh Ağahüseyn oğlunun törətdiyi əməllər müvafiq olaraq ağır və az ağır cinayət kimi təsnif edilmişdir. Sərdari Sədulla Aydın oğlunun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Sərdari Sədulla Aydın oğlunun törətdiyi əməl az ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Salamov Valeh Ağahüseyn oğluna və Sərdari Sədulla Aydın oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan müstəntiqin və məhkəmənin qərarlarından görünür ki, Sərdari Sədulla Aydın oğlu 04 mart 2023-cü tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət təmin edilməmiş, Sərdari Sədulla Aydın oğlu dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 17 yanvar 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 63-64, 104-108, 109-110). İşdə olan müstəntiqin qərarlarından görünür ki, Salamov Valeh Ağahüseyn oğlu 04 may 2023-cü tarixdə Azərbaycan Respublikası CM-nin 126.1 və 221.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, təqsirləndirilən şəxs X20 barəsində Abşeron Rayon Məhkəməsi tərəfindən başqa iş üzrə həbs qətimkan təbdirinin seçildiyi nəzərə alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 17 yanvar 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 185-186, 206-207). Məhkəmə qeyd edilən qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Sərdari Sədulla Aydın oğlunun 04 mart – 06 mart 2023-cü tarixdə şübhəli şəxs qismində tutulub saxlanıldığı 3 (üç) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli 11 sentyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Salamov Valeh Ağahüseyn oğlunun cəzaçəkmə müddətinin əvvəli 14 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Salamov Valeh Ağahüseyn oğlu və Sərdari Sədulla Aydın oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut – 04 mart 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi 1 ünvanında "Qala” restoranının qarşısında baş vermiş hadisənin görüntüləri olan DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Digər maddi sübutlar – Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan, zərərçəkmiş şəxslər X26 məxsus gödəkçə, X15 məxsus gödəkçə, mayka və köynək təyinatını itirdiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Salamov Valeh Ağahüseyn oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Salamov Valeh Ağahüseyn oğluna təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Salamov Valeh Ağahüseyn oğluna hazırkı hökm üzrə təyin edilmiş cəzaya Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 5 (beş) il azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Salamov Valeh Ağahüseyn oğluna qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Salamov Valeh Ağahüseyn oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 14 aprel 2023-cü il tarixdən hesablansın. Salamov Valeh Ağahüseyn oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Sərdari Sədulla Aydın oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sərdari Sədulla Aydın oğluna hazırkı hökm üzrə təyin edilmiş cəzaya Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə təyin edilmiş 4 (dörd) il 11 (on bir) ay 6 (altı) gün azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Sərdari Sədulla Aydın oğluna qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Sərdari Sədulla Aydın oğlunun 04 mart – 06 mart 2023-cü tarixdə şübhəli şəxs qismində tutulub saxlanıldığı 3 (üç) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində 5 (beş) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Sərdari Sədulla Aydın oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 11 sentyabr 2023-cü il tarixdən hesablansın. Sərdari Sədulla Aydın oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan, zərərçəkmiş şəxslər X26 məxsus gödəkçə, X15 məxsus gödəkçə, mayka və köynək təyinatını itirdiyindən məhv edilsin. Digər maddi sübut – 04 mart 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi 1 ünvanında "Qala” restoranının qarşısında baş vermiş hadisənin görüntüləri olan DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən onun elan olunduğu (Salamov Valeh Ağahüseyn oğluna və Sərdari Sədulla Aydın oğluna isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: (Sədrlik edən) Telman Hüseynov
Aygün Qurbanova
Fərid Namazov