Məhkəmə qərarları › İş №1(101)-978/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-978/2021

29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-978/2021 29.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçilər, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 oğlunun iştirakları ilə, xx xxxxx 1993-cü ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində fərdi evdə kirayədə yaşamış və hazırda Ədliyyə Nazırliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 181.2.1 və 181.2.2-ci maddələri ilə, xx xxxxxxx 1989-cu ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, məhkum olunmuş və məhkumluğu ödənilmiş, orta təhsilli, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində fərdi evdə kirayədə yaşamış və hazırda Ədliyyə Nazırliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 181.2.1 və 181.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan qrup şəxs halında özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmiş və təkrarən qabaqcadan əlbir olan qrup şəxs halında özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə olan basqın edərək quldurluq cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 13 noyabr 2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Şamaxinka” adlanan ərizidə Zərərçəkmiş şəxs1 yaxınlaşıb sonuncuya məxsus üzərində 4 (dörd) manat dəyərində GSM danışıq kart olan 280 (iki yüz səksən) manat dəyərində “X6 Prime” markalı, SM-G530H/DS modelli mobil telefonu danışmaq adı ilə alıb danışmağını bəhanə edərək Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində dalan yerə gəlmiş və orada Zərərçəkmiş şəxs1 telefonunu tələb etdikdə o, mobil telefonu ələ keçirib Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin yerdən qaçaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 284 (iki yüz səksən dörd) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 14 noyabr 2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ilə H.B.Zərdabi küçələrinin kəsişməsində Zərərçəkmiş şəxs2 yaxınlaşıb sonuncuya məxsus üzərində 4 manat dəyərində ***-***-**-** GSM nömrə olan 1500 (min beş yüz) manat dəyərində “İphone” markalı “11 Pro” modelli Midnight Green, 64 GB yaddaşlı mobil telefonu danışmaq adı ilə alıb danışmağını bəhanə edərək ünvan 4 ünvanda yerləşən yaşayış binalarının arasına gəlmiş, orada Zərərçəkmiş şəxs2 telefonunu tələb etdikdə o, sonuncuya basqın edib yerə yıxmış və hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib mobil telefonu ələ keçirib Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin yerdən qaçaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1504 (min beş yüz dörd) manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 15 dekabr 2020-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 13 noyabr 2020-ci il tarixdə soyğunçuluq yolu ilə ələ keçirdikləri “X6 Prime” markalı, SM-G530H/DS modelli mobil telefonu qaytarmaq adı ilə sonuncu ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində hasara alınmış boş əraziyə gəlmiş və Zərərçəkmiş şəxs1 basqın edib yerə yıxmış və hücuma məruz qalmış sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edib yumruqla bədəninin müxtəlif nahiyələrinə vuraraq sol gözün ağlı qişasının qansızması ilə müşayiət olunan sol gözün alt və üst qapaqlarının qançırları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarətlər, sağ əlin İİ barmağının sıyrığı ilə nəticələn, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə 4 (dörd) manat dəyərində GSM danışıq kartı olan 80 (səksən) manat dəyərində “Samsung Galaxy” markalı, SM- A505FN/DS modelli mobil telefonunu və əynindəki 30 (otuz) manat dəyərində qara gödəkçəni ələ keçirib Təqsirləndirilən şəxs2la birlikdə həmin yerdən qaçaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 114 (yüz on dörd) manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan qrup şəxs halında özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmiş və təkrarən qabaqcadan əlbir olan qrup şəxs halında özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə olan basqın edərək quldurluq cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 13 noyabr 2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Şamaxinka” adlanan ərizidə Zərərçəkmiş şəxs1 yaxınlaşıb, sonuncuya məxsus üzərində 4 (dörd) manat dəyərində GSM danışıq kart olan 280 (iki yüz səksən) manat dəyərində “X6 Prime” markalı, SM-G530H/DS modelli mobil telefonu danışmaq adı ilə alıb danışmağını bəhanə edərək Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində dalan yerə gəlmiş və orada Zərərçəkmiş şəxs1 telefonunu tələb etdikdə, mobil telefonu ələ keçirib birlikdə həmin yerdən qaçaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 284 (iki yüz səksən dörd) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 14 noyabr 2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ilə H.B.Zərdabi küçələrinin kəsişməsində Zərərçəkmiş şəxs2 yaxınlaşıb, sonuncuya məxsus üzərində 4 (dörd) manat dəyərində ***-***-**-** GSM nömrə olan 1500 (min beş yüz) manat dəyərində “İphone” markalı “11 Pro” modelli Midnight Green, 64 GB yaddaşlı mobil telefonu danışmaq adı ilə alıb danışmağını bəhanə edərək ünvan 4 ünvanda yerləşən yaşayış binalarının arasına gəlmiş, orada Zərərçəkmiş şəxs2 telefonunu tələb etdikdə, sonuncuya basqın edib yerə yıxmış və hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib mobil telefonu ələ keçirib birlikdə həmin yerdən qaçaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1504 (min beş yüz dörd) manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 15 dekabr 2020-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 13 noyabr 2020-ci il tarixdə soyğunçuluq yolu ilə ələ keçirdikləri “X6 Prime” markalı, SM-G530H/DS modelli mobil telefonu qaytarmaq adı ilə sonuncu ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində hasara alınmış boş əraziyə gəlmiş və orada Zərərçəkmiş şəxs1 basqın edib yerə yıxmış və hücuma məruz qalmış sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edib yumruqla bədənin müxtəlif nahiyələrinə vuraraq sol gözün ağlı qişasının qansızması ilə müşayiət olunan sol gözün alt və üst qapaqlarının qançırları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarətlər, sağ əlin İİ barmağının sıyrığı ilə nəticələn, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə 4 (dörd) manat dəyərində GSM danışıq kartı olan 80 manat dəyərində “Samsung Galaxy” markalı, SM-A505FN/DS modelli mobil telefonunu və əynindəki 30 (otuz) manat dəyərində qara gödəkçəni ələ keçirib birlikdə həmin yerdən qaçaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 114 (yüz on dörd) manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 181.2.1 və 181.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 13 noyabr 2020-ci il tarixdə Zaurla birlikdə “Şamaxinka” adlanan ərazidə olan zaman bir nəfər gənc oğlanla rastlaşmışlar. Həmin şəxsin əlində “Samsung” markalı mobil telefon olmuşdur. Mobil telefonunu ələ keçirmək üçün həmin şəxsə yaxınlaşaraq yalandan kiməsə zəng etmək üçün telefonu istəmişdir. Həmin şəxs də ona zəng edib danışmaq üçün konturunun olmadığnı bildirmiş, lakin zəng atmaq üçün icazə vermişdir. O, həmin şəxsdən telefonu alaraq yalandan telefonu qulağına tutub saxlamış, amma heç yerə zəng etməmiş və yalandan zəng etdiyi şəxsin cavab vermədiyini demişdir. Bu zaman mümkün gələn zəngə cavab vermək üçün həmin şəxsə zəng etdiyi şəxsin yaşadığı ünvana kimi onlarla getməyi demişdir. Həmin şəxs onlarla razılaşmış və onlar hərəkətə başlamışlar. Məqsədləri isə həmin şəxsi bir ara yerə aparıb oradan da qaçıb getmək olmuşdur. Onlar belə də etmişlər. Həmin şəxsi Xutor qəsəbəsində ara küçəyə aparmışlar və orada gözləməyi, zəng etdikləri şəxsin evdə olubolmadığını yoxlayıb gələcəklərini demişlər. Lakin həmin şəxs razılaşmamışdır. Belə olan halda onlar qaçmışlar və həmin şəxs onların arxaları ilə telefonu qaytarmağı tələb etmiş, lakin onlar ara küçələrlə həmin şəxsdən uzaqlaşaraq evlərinə gəlmişlər. Telefon isə onda qalmışdır. Səhəri gün Zaurla görüşüb telefonu satmaq məqsədilə 3-cü mikrorayon adlanan əraziyə getmişlər. Onlar orada olan tanımadıqları şəxslərə telefonu təklif etmişlər. Həmin vaxt bir nəfər orta yaşlı kişi onlara yaxınlaşaraq telefona baxmış və həmin kişiyə 50 manat müqabilində telefonu satmışlar. O, puldan Zaura 25 manat vermişdir. Bundan başqa 14 noyabr 2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ilə H.B.Zərdabi küçələrinin kəsişməsində olarkən İmran adlı şəxsin əlində telefonla hərəkət etdiyini görmüşdür. Bu zaman İmrandan telefonu alaraq satıb öz maddi xərclərini ödəməyi düşünmüşdür. Həmin vaxt onun yanında tanışı Təqsirləndirilən şəxs2 da olmuşdur. O, İmrana yaxınlaşaraq yalandan kiməsə zəng vurmaq istədiyini demiş və telefonu istəmişdir. İmran ona nömrəni deməsini söyləmiş, o da İmrana zəng çatmayan bir nömrə demiş, İmran həmin nömrəyə zəng edib nömrəyə zəng çatmadığını söyləmiş, o, İmrandan özü yığmaq üçün telefonu istəmiş, İmran “İphone 11 pro” markalı mobil telefonu ona vermişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs2 işlərinin olduğunu deyib “Şamaxinka”ya tərəf getmişdir. O, nömrə yığırmış kimi özünü İmrana göstərib telefonu qulağına tutub özünü danışırmış kimi göstərib Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” istiqamətində hərəkət etməyə başlamışdır. O, həmin şəxsin mobil telefonunu ələ keçirərək çıxıb getməyə imkan axtarmışdır. İmran onun yanı ilə gəlmiş, ondan mobil telefonunu tələb etsə də o, İmrana telefonunu verməmək üçün müxtəlif nömrələrə zəng etmək bəhanələri gətirmişdir. Həmin vaxtı İmran onunla ünvan 4 ünvana gəlib çatdıqda o, ətrafda kimsənin olmadığını və ətraf ərazinin qaranlıq olduğunu görüb İmrana fənd işlədərək yerə yıxmış və kənardan kimsənin gəlməsindən ehtiyyat edərək mobil telefonu özü ilə götürüb oradan qaçaraq uzaqlaşmışdır. Həmin vaxtı İmran arxası ilə səsləyərək dayanmasını və telefonu qaytarmağını tələb etmişdir. O, “İphone 11 pro” markalı mobil telefonun nömrəsini çıxararaq hazırda xatırlamadığı küçələrin birində yerə atmış, telefonu isə yadında qalmayan dükanların birinə 250 manata satmış, pulla isə öz maddi xərclərini ödəmişdir. Bundan başqa 15 dekabr 2020-ci il tarixdə Zaurla “Şamaxinka”da olarkən bir nəfər şəxsin orada yol kənarında olan oturacaqda oturduğunu görmüşlər. O, elə bilmişdir ki, həmin şəxs qadındır və Zaurla həmin şəxsə yaxınlaşaraq “xanım salam” demişdir. Bu zaman qadın kimi bildiyi həmin şəxs başını yuxarı qaldırdıqda bu şəxsin oğlan olduğunu görmüşdür. Bu zaman həmin şəxs onlara 13 noyabr 2020-ci il tarixdə onun telefonunu alıb qaçan şəxslər olduğunu bildirmişdir. Belə olan halda çıxış yolu olaraq həmin şəxsə keçən dəfə içkili olduqlarını bildirmiş və üzrxahlıq edərək bağışlamasını istəmişlər. Həmin şəxsə eyni zamanda telefonun evdə olduğunu yalandan bildirmiş, birlikdə gedib telefonunu evdən götürüb verməyi təklif etmişlər. Belə olan halda həmin şəxs onlara inanaraq razılaşmış, onlar həmin şəxsi Xutor qəsəbəsində yerləşən “Azpetrol” yanacaq dolduma məntəqəsinin yaxınlığına gətirmişlər. O, həmin şəxsə yalandan karantinlə bağlı postda polislər olduğundan daş hasarı aşıb keçməli olduqlarını demişdir. Bu zaman onların üçü də birlikdə daş hasardan aşıb digər tərəfə keçmişlər. Həmin yer boş ərazi olmuş, ətrafda heç kim olmamışdır. Bu zaman o, həmin şəxsin yaxasından tutaraq əlindəki telefonu ona verməyi tələb etmiş, həmin şəxs artıq aldanıldığını bilmiş və onlardan şikayət edəcəyini demişdir. Bu zaman o, yumruqla həmin şəxsi vurub yerə yıxmış və sinəsinə oturmuşdur. Həmin şəxsin əlindən “Samsung” markalı mobil telefonu alaraq saxlamaq üçün Zaura vermişdir. O isə həmin şəxsin ciblərini axtarmış, lakin heç bir dəyərli əşya və pul tapa bilməmiş, həmin şəxsin üstündən duraraq bir-iki təpik də bədənin müxtəlif nahiyələrindən vurmuş və əynindəki qara gödəkçəni çıxararaq öz əyninə geyinmişdir. Daha sonra onu orada buraxıb Zaurla birlikdə həmin daş hasardan aşaraq evlərinə gəlmişlər. Səhəri gün o, telefonu satmaq üçün 3-cü mikrorayona getmiş və telefonu dükanların qarşısında tanımadığı şəxsə 70 manata satmış, 35 manatını Zaura vermişdir. 16 dekabr 2020-ci il tarixdə saat 17 radələrində Zaur və o, Zaurun yaşadığı evdən çıxarkən küçədə polis əməkdaşları tərəfindən saxlanılaraq 7-ci polis bölməsinə gətirilmişdir. Onlar öz əməllərini səmimi etiraf etmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 181.2.1 və 181.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Binəqədi rayonu ərazisindəki cinayətləri Fəridlə birlikdə törətmişdir. Nəsimi rayonu ərazisində olan hadisə zamanı orada olsa da sonra çıxıb getdiyindən Fəridin cinayət törədəcəyindən məlumatlı olmamışdır. Belə ki, 13 noyabr 2020-ci il tarixdə Fəridlə birlikdə “Şamaxinka” adlanan ərazidə olan zaman bir nəfər gənc oğlanla rastlaşmışlar. Həmin şəxsin əlində “Samsung” markalı mobil telefon olmuşdur. Həmin şəxsin mobil telefonunu ələ keçirmək üçün ona yaxınlaşmışlar. Fərid yalandan kiməsə zəng etdiyini bildirib həmin şəxsdən telefonu istəmişdir. Həmin şəxs zəng edib danışmaq üçün konturunun olmadığını, lakin zəng atmaq üçün konturunun qaldığını demişdir. Fərid həmin şəxsə demişdir ki, o, zəng atacaq və zəng atdığı şəxs özü geri zəng edəcəkdir. Belə olan halda həmin şəxs telefonunu Fəridə vermişdir. Fərid ondan telefonu alaraq telefonu qulağına tutub saxlamış, amma heç yerə zəng etməmiş və yalandan adamın zəngə cavab vermədiyini demişdir. Bu zaman həmin şəxsə zəng olunan şəxsin yaşadığı ünvana kimi onlarla birlikdə getməyi təklif etmişlər və hərəkətə başlamışlar. Məqsədləri isə həmin şəxsi bir ara yerə aparıb oradan da çıxıb getmək olmuşdur. Həmin şəxsi Xutor qəsəbəsində ara küçəyə aparmış və ona burada gözləməyi, zəng etdikləri şəxsin evdə olub-olmadığını yoxlayıb gələcəklərini yalandan demişlər. Həmin şəxs isə onlarla razılaşmamış, belə olan halda Fəridlə o, qaçaraq ara küçəyə girmişlər. Həmin şəxs onların arxaları ilə bir az qaçmış və telefonu qaytarmalarını tələb etmiş, amma onlar uzaqlaşaraq evlərinə gəlmişlər. Telefon isə Fəriddə qalmışdır. Səhəri gün Fəridlə görüşüb 3-cü mikrorayon adlanan əraziyə gedib, telefonu bir nəfər orta yaşlı kişiyə 50 manata satmışlar. Həmin puldan Fərid ona 25 manat vermişdir. Təqsirləndirilən şəxs1 Nəsimi rayonu ərazisində etdiyi soyğunçuluq əməlinə gədikdə isə, 14 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ilə H.B.Zərdabi küçələrinin kəsişməsində Təqsirləndirilən şəxs1la görüşmüşdür. Bu zaman Fəridə bir sıra işləri olduğu üçün oradan “Şamaxinka” adlanan əraziyə getməli olduğunu bildirmişdir. Daha sonra isə həmin vaxt oraya sonradan adını Nəsimi Rayon Polis İdarəsində bildiyi İmranla rastlaşmışdır. O və Fərid İmranı əvvəllər tanımamışlar. Həmin vaxtı İmranın əlində mobil telefon olmuşdur. Bu zaman Fərid İmrandan zəng etmək üçün telefonunu istəmişdir. İmran Fəriddən özü yığmaq üçün nömrəni istəmişdir. Fərid İmrana xatırlamadığı nömrə demiş, həmin nömrəyə isə zəng çatmamışdır. Daha sonra isə Fərid İmrandan “İphone” markalı mobil telefonunu alaraq hazırda xatırlamadığı nömrəyə zəng etmişdir. Bundan sonra isə o, Fəridin işinin çox olduğunu görüb Fəriddən aralaşaraq öz şəxsi işinin arxası ilə “Şamaxinka” adlanan yerə tərəf getmişdir. Daha sonra isə baş verənlər barədə hər hansı bir məlumatı olmamışdır. O, həmin şəxsə qarşı zor tətbiq etməmişdir. Fəridin həmin şəxsdən mobil telefonu alıb talamasından məlumatı olmamışdır. Ümumiyyətlə, Fərid həmin vaxtı ona öz fikri barədə, yəni mobil telefonu talaması barədə hər hansı bir məlumat verməmişdir. Bundan başqa 15 dekabr 2020-ci il tarixdə Fəridlə “Şamaxinka”da olarkən bir nəfər şəxsin orada yol kənarında olan oturacaqda oturduğunu görmüşlər. Onlar həmin şəxslə salamlaşanda həmin şəxs onları tanımış və telefonunu alıb aradan çıxanlar olduğunu bildirmişdir. Bu zaman bir anda yadına düşmüşdür ki, 13 noyabr 2020-ci il tarixdə saat 20 radələrində aldadıb Xutor qəsəbəsinə apararaq telefonunu danışmaq adı ilə alıb qaçdıqları şəxsdir. Belə olan halda çıxış yolu olaraq həmin şəxsə yalandan içkili olduqlarını və sonradan da peşmançılıq çəkdiklərini demişlər. Fərid həmin şəxsə telefonunun evdə olduğunu demiş və gedib telefonunu verməyi təklif etmişdir. Həmin şəxs onlara aldanaraq razılaşmışdır. Onlar həmin şəxsi Xutor qəsəbəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığına gətirmişlər. Fəridin təklifi ilə onlar üçü də birlikdə daş hasardan aşıb digər tərəfə keçmişlər. Həmin yer boş ərazi olmuş, ətrafda heç kim olmamışdır. Bu zaman Fərid həmin şəxsin yaxasından tutaraq, telefonunu tələb etmiş, həmin şəxs yenə də aldanıldığını başa düşmüş və onlardan şikayət edəcəyini demişdir. Bu zaman Fərid yumruqla onu vurub yerə yıxmış və sinəsinə oturmuş və həmin şəxsin əlindən “Samsung” markalı mobil telefonu alaraq ona vermişdir. Fərid həmin şəxsin ciblərini axtarmış, lakin heç bir dəyərli əşya və pul tapa bilməmişdir. Fərid həmin şəxsin əynində olan qara gödəkçəsini çıxararaq onun üstündən durmuş və bir-iki təpik də bədənin müxtəlif nahiyələrindən vurmuşdur. Daha sonra Fərid onun əynindən çıxardığı qara gödəkçəni öz əyninə geyinmiş və birlikdə həmin daş hasardan aşaraq evlərinə gəlmişlər. Səhəri gün Fəridlə görüşmüş, Fərid telefonu 70 manata satdığını demiş və ona 35 manat vermişdir. 16 dekabr 2020-ci il tarixdə saat 17 radələrində Fəridlə o, evdən çıxarkən küçədə polis əməkdaşları tərəfindən saxlanılaraq 7-ci polis bölməsinə gətirilmişlər. Ona sorğu-suala etdikdə başa düşmüşlər ki, həmin şəxsə qarşı etdiklərini artıq bilirlər və bunun üçün də hər ikisi etdikləri əməli səmimi etiraf etmişlər. Zərərçəkmiş şəxs1 məhkəmədə ifadəsində göstərdi ki, o, 13 noyabr 2020-ci il tarixdə saat 20 radələrində Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə yaşadığı ev istiqamətində gedərkən iki nəfər tanımadığı, lakin istintaq zamanı adlarını bildiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslərdən biri, yəni Fərid ona “qaqaş, salam” deyərək ondan danışmaq üçün telefon istəmişdir. O, Fəridə telefonunda kontur olmadığını, amma zəng ata biləcəyini demişdir. O, istifadəsində olan “X7” markalı mobil telefonu Fəridə vermişdir. Fərid kiməsə zəng etmiş kimi davranaraq zəng etdiyi şəxs zəngə cavab verməmişdir. Bu zaman Fərid ona onlarla birlikdə zəng etdiyi şəxsin yaşadığı ünvana tərəf getməyi təklif etmişdir. Fəridin yanında olan Zaur da Fəridin dediklərini təsdiq etmişdir. Belə olan halda o, Fərid və Zaura inanıb onlarla birlikdə getmişdir. Onlar Xutor qəsəbəsində ara küçədə ona demişlər ki, sən burda gözlə həmin adam səni görməsin, ona zəng edək çıxsın və sənin telefonunu qaytaraq. O razılaşmamış, bu zaman Fəridlə Zaur qaçmağa başlamışlar. O isə həmin şəxslərin arxası ilə qaçaraq telefonunu qaytarmağı tələb etmişdir. Lakin onlar ara küçəyə girərək gözdən itmişlər. O da hava qaranlıq olduqundan qorxaraq sona qədər qaçmamış və çıxıb yaşadığı evə gəlmişdir. Bu barədə qorxusundan evdə ailə üzvülərinə bir söz deməmiş, həmçinin polisə də məlumat verməmişdir. Bir neçə gün sonra özünə “Samsung Galaxy A50” markalı mobil telefon almışdır. 15 dekabr 2020-ci il tarixdə saat 20 radələrində “Şamaxinka”da yerləşən kafenin yaxınlığında oturacaqda oturduğu vaxt kimsə ona yaxınlaşmışdır. O, başını yuxarı qaldırıb o tərəfə baxmış və üzündə maska olan iki nəfər şəxsin onun qarşısında durduğunu görmüş, həmin şəxslərin səslərini eşitdikdən sonra onların telefonunu alıb qaçan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğunu bilmişdir. Onlara irad bildirəndə həmin şəxslər ona həmin vaxt içkili olduqlarını və bilmədən bu hərəkəti etmələrini deyərək, telefonun evdə olduğunu söyləməklə telefonunu evdən götürüb qaytarmaq üçün birlikdə Xutora getməyi təklif etmişlər. O da inanıb onlarla Xutor qəsəbəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığına getmişdir. Orada ona başqa yolun olmadığını, daş hasardan o biri tərəfə keçməyi, ara yolla evə getməyi təklif etmişlər, o da inanıb onlarla birlikdə daş hasarın arasından digər tərəfə keçmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 onun boğaz nahiyəsinə bıçaq dayamış, daha sonra isə onu yerə yıxmışdır. Onlar heç nə demədən onun ciblərini axtarmağa başlamışlar. O, həmin vaxt həyəcanlı olduğu üçün ciblərinə kimin baxdığını xatırlamır. Amma Təqsirləndirilən şəxs2 bir az çəkingən davranmış, sanki bunu etmək istəməmişdir. O, belə etməməyi, ikinci dəfədir ki, onu aldatdıqlarını və şikayət edəcəyini demiş, sonra həmin şəxslər onu vurmuşlar və telefonunu götürüb oradan uzaqlaşmağa başlamışlar. O, ayağa qalxıb həmin şəxslərdən telefonunu tələb etmiş, bu zaman Təqsirləndirilən şəxs1 onu yenə vurmuş, daha sonra ona daş atmış, lakin daş ona dəyməmişdir. Təqsirləndirilən şəxslər onu vurduqları üçün gözündə qaralma, əlində kəsik olmuşdur. Ona vurulan maddi ziyan ödənilməmişdir. O, təqsirləndirilən şəxslərdən şikayətçidir. Zərərçəkmiş şəxs2 məhkəmədə ifadəsində göstərdi ki, o, 14 noyabr 2020-ci il tarixdə axşam saatlarında dostları ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən İzmir parkında bir qədər gəzişdikdən sonra komendant saatının başlamasına təxminən yarım saat qalmış evə qayıtmaq qərarına gəlmişlər. Bundan sonra o, dostlarından ayrılıb Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi istiqamətində hərəkətə başlamışdır. Həmin gün saat 21 radələrində “20 Yanvar” dairəsinə çatmağına az qalmış, daha dəqiq H.B.Zərdabi küçəsi ilə Tbilisi prospektinin kəsişməsində 2 nəfər, yəni istintaq zamanı adlarını bildiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxslər ona yaxınlaşmışlar. Onlar hər ikisi öz telefonlarını ona göstərərək mobil telefonlarının enerjisinin bitdiyini deyib zəng etmək üçün mobil telefonunu istəmişlər. İlk öncə o, mobil telefonunu onlara vermək istəmədikdə həmin şəxslərdən Zaur ona bir nömrə demiş və o, həmin nömrəyə zəng etdikdə həmin nömrəyə zəng çatmamışdır. Daha sonra Fərid ona bir nömrə demişdir. O, həmin nömrəyə zəng etmiş, lakin həmin nömrəyə də zəng çatmamışdır. Daha sonra həmin şəxslər müxtəlif nömrələr demişlər. Yenə də həmin nömrələrə zəng çatmamışdır. Daha sonra Fərid ona məxsus dəyəri 2300 manat olan “İphone pro” mobil telefonunu qəfil ondan alaraq şəxsi bir nömrəyə zəng vuracağını demişdir. Fərid mobil telefonu qulağına qoyaraq kiminləsə danışmış, amma o, Fəridin kimə zəng vurub-vurmadığını bilməmişdir. Çünki, Fərid telefonu qulağına qoymuşdur. Mobil telefonunu götürən Fərid onunla “Şamaxinka” adlanan yer tərəfə doğru getməyini ondan istəmişdir. Bu zaman onun mobil telefonu Fəriddə olduğu üçün məcbur olub Fəridlə “Şamaxinka” adlanan ərazi istiqamətində getmişdir. Bir qədər hərəkət etdikdən sonra həmin istiqamətdə getsələr də orada Fəridi hər hansı bir maşının gözləmədiyi ona məlum olmuşdur. Daha sonra Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti ilə hərəkət etməyə başlamışlar və Fərid sanki mobil telefonla danışırmış görüntüsü yaradaraq danışa-danışa insanların azlıq təşkil etdiyi, qaranlıq olan binaların arasına keçmişlər. Bütün bunlara baxmayaraq o da mobil telefonu Fəriddə olduğu üçün sonuncunun arxasıyla getmişdir. Burada Zaur onlardan ayrılmış və harasa getmişdir. Onlar bir evə yaxınlaşmışlar və Fərid ona dayanmağı, özünün evə girib bir azdan gələcəyini bildirmiş, o isə Fəriddən telefonunu tələb etmiş, sonra Fərid evə girmək fikrindən daşınıb yola davam etmişdir. Nəsimi rayonu, Moskva prospekti 36 saylı ünvana çatdıqda həmin ərazində artıq kimsənin olmadığını və ətrafın qaranlıq olduğu gördükdən sonra Fərid ona “cibimdə bıçaq var, bıçaq məni incidir” demişdir və çıxıb getməyini istəmişdir. O isə Fəriddən telefonunu qaytmağı tələb etmiş, əks halda şikayət edəcəyini bildirmişdir. Bu zaman Fərid fənd işlədərək onu yerə yıxmışdır. Yerə yıxdıqdan sonra Fərid ona zərbə vurmaq istəsə də o, əli ilə üzünü tutmuş və həmin vaxt uzaqdan kənar bir şəxsin gəldiyini görüb onun üstündən durmuş və Fərid qaçmağa başlamışdır. O isə Fəridin arxası ilə bir az qaçaraq telefonunu qaytarmasını səsləmişdir. Fərid isə ona məhəl qoymayaraq qaçıb oradan uzaqlaşmışdır. Ona 2300 manat miqdarında maddi ziyan dəymişdir və ziyan hələ də ödənilməmişdir. O, təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərşəkmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi baxış keçirilməsi və götürmə haqqında 17.12.2020-ci il tarixli protokol və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi gödəkçəyə baxış keçirilmiş, gödəkçə qara rəngli, qarşı tərəfi zamokla açılıb bağlanan olmaqla, 2 ədəd yan cibləri və papağı vardır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirdi ki, həmin qara gödəkçə ona məxsusdur və onu 15.12.2020-ci ildə saat 22 radələrində Təqsirləndirilən şəxs1 onun əynindən soyunduraraq almışdır (cild 1, iş vərəqi 73-74). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi tanınmaya təqdim etmə haqqında 17.12.2020-ci il tarixli protokol və fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs1 ona tanınmaya təqdim edilmiş şəxslərin arasında soldan sağa birinci dayanmış Təqsirləndirilən şəxs2 göstərərək həmin şəxsin 13.11.2020-ci il tarixdə və 15.12.2020-ci il tarixdə onun telefonlarını və həmçinin gödəkçəsini alan şəxslərdən biri olduğunu, ona təqdim edilmiş şəxslərin arasında soldan sağa dördüncü sırada dayanmış Təqsirləndirilən şəxs1 göstərərək həmin şəxsin 13.11.2020-ci il tarixdə və 15.12.2020-ci il tarixdə onun telefonlarını və həmçinin gödəkçəsini alan şəxslərdən biri olduğunu, eyni zamanda Fəridin əynindəki gödəkçənin ona məxsus olduğunu göstərmişdir (cild 1, iş vərəqi 68-71). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 17.12.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ona qarşı edilmiş cinayətin təfərrüatları barədə ibtidai istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı deməklə sonuncunu ifşa etmişdir (cild 1, iş vərəqi 75-78). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 17.12.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ona qarşı edilmiş cinayətin təfərrüatları barədə ibtidai istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs2 üzünə qarşı deməklə sonuncunu ifşa etmişdir (cild 1, iş vərəqi 79-82). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq olunan 28.01.2021-ci il və 24.02.2021ci tarixli üzləşdirmə protokollarından görünür ki, Zərərçəkmiş şəxs2 ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 oğlu ona qarşı edilmiş cinayətin təfərrüatları barədə ibtidai istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı deməklə sonuncunu ifşa etmişdir (cild 1, iş vərəqi 239-241; cild 2, iş vərəqi 44-47). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq olunan 24.02.2021-ci tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə təqsirləndirilən şəxs X3 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 oğlu ona qarşı edilmiş cinayətin təfərrüatları barədə ibtidai istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs2 üzünə qarşı deməklə sonuncunu ifşa etmişdir (cild 2, iş vərəqi 49-51). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq olunan 25.02.2021-ci tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı təqsirləndirilən şəxslər cinayətin təfərrüatları barədə istintaqa verdikləri ifadələrini bir-birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər (cild 2, iş vərəqi 154-158). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq olunan 28.01.2021-ci il tarixli və 24.02.2021-ci tarixli ifadələrin yerində yoxlanılması protokollarından və fotocədvəldən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrinin yerində yoxlanılması məqsədilə hadisə yerinə çıxarılarkən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 oğlu və Zərərçəkmiş şəxs1 qarşı törətdikləri cinayətin təfərrüatları barədə istintaqa verdiyi ifadələri əyani olaraq göstərməklə bir daha təsdiq etmişlər (cild 1, iş vərəqi 242-246; cild 2, iş vərəqi 52-64). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibb ekspertizasının 22.12.2020-ci il tarixli, 2093 nömrəli rəyindən görünür ki:

1. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər - sol gözün ağlı qişasının qansızması ilə müşayiət olunan sol gözün alt və üst qapaqlarının qançırları, sağ əlin İİ barmağının sıyrığı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən müayindədən 5-7 gün əvvəl əmələ gəlmişlər və xəsarətlərdən sol gözün ağlı qişasının qansızması ilə müşaiyət olunan sol gözün alt və üst qapaqlarının qançırları dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasma səbəb olan YÜNGÜL zərərvurmaya aiddir, digər xəsarət isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir.

2. Vət. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 15.12.2020-ci il tarixdə yumruq, təpik və s. ilə vurulan zərbələr nəticəsində əmələ gələ bilərdilər.

3. Vət. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq onun özü tərəfindən yetirilməsi, eləcə də onun öz boyu hündürlüyündən sərbəst yıxılaraq bərk küt əşyalara dəyməsi nəticəsində əmələ gəlməsi az inandırıcıdır (cild 2, iş vərəqi 1-3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizasının 16.02.2022-ci il tarixli, 9/339 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli, papaqlı, “G-PLEX” markalı, XX ölçülü, zəncirbəndlə açılıb-bağlanan gödəkçənin istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 30 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir (cild 2, iş vərəqi 10-12). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizasının 24.02.2022-ci il tarixli, 9/653 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkildə göstərilən 01 ədəd “İphone” markalı “11 Pro” modelli Midnight Green, 64 GB yaddaşlı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1500 manat, ***-***-**-** saylı GSM nömrə 4 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir (cild 2, iş vərəqi 66-68). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizasının 24.02.2022-ci il tarixli, 9/697 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən GSM danışıq nömrə kartının və tədqiqata qutuları təqdim edilmiş mobil telefonların satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq nəzəri hesablama yolu ilə 2020-ci il noyabr-dekabr aylarına olan orta bazar qiymətləri təxminən 1 ədəd “X6 Prime” markalı, SM-G530H/DS mobil telefon - 280 manat, 1 ədəd “Samsung Galaxy” markalı, SM-A505FN/DS modelli mobil telefon 80 manat, 1 ədəd GSM danışıq kartı 4 manat, digər 1 ədəd GSM danışıq kartı 4 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir (cild 2, iş vərəqi 70- 73). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 09.02.2021-ci il tarixli, 290 nömrəli rəyindən görünür ki, cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs2 Məhərəm oğlu hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 Məhərəm oğlunda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 Məhərəm oğlu ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 Məhərəm oğlunun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 Məhərəm oğlunun məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 5-6).

İşdə olan və məhkəmə istintaqı zamanı ambulator məhkəmə psixiatrik ekspertizasının 09.02.2021-ci il tarixli, 293 nömrəli rəyindən görünür ki, cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 7-8). İşdə olan 17.12.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 58). İşdə olan 18.01.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 189). İşdə olan 24.02.2021-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, 01 ədəd qara rəngli, papaqlı, “G-PLEX” markalı, XX ölçülü, zəncirbəndlə açılıb-bağlanan gödəkçə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs1 təhvil verilmişdir (cild 2, iş vərəqi 106-115, 171). İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 19.02.2015-ci il təvəllüdlü Ləman, 17.03.2016-cı il təvəllüdlü Nazlı adlı iki azyaşlı uşağı vardır (cild 1, iş vərəqi 150-153). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 181.2.1 və 181.2.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə əsasən bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 15-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə müvafiq olaraq oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin “təkrarlıq” əlamətləri üzrə tövsif edilməsi üçün Cinayət Məcəlləsinin 177, 178, 180, 181-ci maddələri ilə, habelə Cinayət Məcəlləsinin 179, 182, 183, 184 və 185-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsi (hər hansı ardıcıllıqla) əsas ola bilər. Oğurluq, soyğunçuluq və quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birinin törədilməsi də eyni qaydada tövsif edilir. Həmin bəndə əsasən, bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Həmin qərarın 23-cü bəndinə əsasən, CM-nin 181.1-ci maddəsində “həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi” hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan qrup şəxs halında özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmələri və təkrarən qabaqcadan əlbir olan qrup şəxs halında özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə olan basqın edərək quldurluq cinayəti törətmələri kifayət qədər sübuta yetirilir, onların əməlinin cinayət olmasını aradan qaldıran hallar və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və onlar həmin maddələrlə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və Cəlilabad Rayon Məhkəməsinin hökmündən görünür ki, Abasov X2 Rayon Məhkəməsinin 18.10.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, 19.12.2013cü ildə cərimə cəzası 260 saat ictimai işlər cəzası ilə əvəz edilmişdir. 14.04.2014-cü il tarixdə cəza müddəti başa çatmışdır (cild 2, iş vərəqi 79-84, 207-211). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 01.12.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20.05.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 2, iş vərəqi 85-105, 202-206). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 əvvəllər ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən bir il keçdiyinə görə onun məhkumluğu ödənildiyindən məhkəmə onu məhkumluğu olmayan şəxs hesab edir. Təqsirləndirilən şəxs1 əvvələr törətdiyi az ağır cinayətə görə cəzanı çəkib qurtardığı gündən iki il keçməmiş yeni cinayət törətdiyindən o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qanunun həmin müddəasından çıxış edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi vardır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cinayətin törədilməsində xüsusilə fəal iştirak etməsini Cinayət Məcəlləsinin 61.1.4-cü maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza həddi və növünü təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllər az ağır və ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 16.12.2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən barəsində 18.12.2020-ci ildə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16.12.2020-ci il tarixdən hesablanmış və hökm çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 27-28, 141-143, 207-211). İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 16.12.2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən barəsində 21.12.2020-ci ildə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16.12.2020-ci il tarixdən hesablanmış və hökm çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 46-47, 144-146, 202-206). Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onların şübhəli şəxs kimi tutulduqları 16 dekabr 2020-ci tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 150 (yüz əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd qara rəngli, papaqlı, “G-PLEX” markalı, XX ölçülü, zəncirbəndlə açılıb-bağlanan gödəkçənin Zərərçəkmiş şəxs1 qaytarıldığı nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 181.2.1 və 181.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.2-ci maddəsilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 16 dekabr 2020-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 181.2.1 və 181.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.2-ci maddəsilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 16 dekabr 2020-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 01 ədəd gödəkçənin Zərərçəkmiş şəxs1 qaytarıldığı nəzərə alınsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 150 (yüz əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar