Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-978/2023 12.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Əliyev Samir İmamverdi oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, müdafiəçi «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, Bakı şəhəri Nəsimi rayonu, 3-cü mikrorayon, A.Mustafayev küçəsi, ev 3, mənzil 22-də qeydiyyatda olmaqla, Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, ev 50, mənzil 68-də yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 181.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,05 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 aprel 2022-ci il tarixdə saat 18-də ünvan 1 ünvanın qarşısında saxlanılaraq, polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ cibindən 1 bükümdə təmiz çəkisi 1,05 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 16 oktyabr 2022-ci il tarixdə saat 01 radələrində ünvan 2 ünvanının qarşısında olarkən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs mobil telefonunda internet olmadığına görə orada dayanmış istintaqla müəyyən edilməyən şəxsə yaxınlaşaraq həmin ünvana taksi sifariş verməsini xahiş etdiyini görüb, özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs yaxınlaşaraq köməklik etmə bəhanəsi ilə birlikdə yolun digər tərəfinə keçdikdən sonra ünvan 3 ünvanın qarşısında Zərərçəkmiş şəxs taksi sifarişi üçün pulu olub-olmadığını soruşub Zərərçəkmiş şəxs cibindən çıxardığı 90 manat pulu ona göstərməsindən sonra həmin pulları dartaraq əlindən almaq istəyərkən pullar yerə səpələnmiş və yerə düşən həmin pullara əlçatanlığını təmin etmək məqsədilə hücuma məruz qalmış Fərhad Rəhmanova sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib yumruğu ilə sifət nahiyəsindən zərbə vuraraq sonuncunun yerə yıxılıb başının səkiyə dəyməsi nəticəsində ona alın nahiyəsinin əzilmiş-cırılmış yaraları və sıyrıqları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə 90 manat pulunu ələ keçirib Fərhad Rəhmanova maddi ziyan vuraraq quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 181.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2014-cü ildə Azərbaycan Respublikası CM-in 128, 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib 600 manat cərimə cəzasına məhkum edilmişdir. Təxminən 6 ildir ki, narkotik vasitələr qəbul edir. 6 aprel 2022-ci ildə Bakı şəhəri Nəsimi rayonu, «Kubinka» deyilən ərazidə olarkən özünü «Qoca» kimi təqdim edən şəxsdən 10 manata şəxsi istifadəsi üçün bir büküm psixotrop maddə metamfetamin almışdır. 7 aprel 2022-ci ildə saat 18:00 radələrində Binəqədi rayonu Azadlıq prospekti 200 ünvanında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sonuncular üzərində psixotrop maddə olmasında şübhəli olduğunu bildirib onu 5-ci Polis bölməsinə dəvət etmişlər. Bölmədə hüquq və vəzifələri izah edildikdən sonra o, müdafiəçi ilə təmin edilmişdir. Videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdən sonra ona, üzərində gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya varsa, könüllü təqdim etməsi təklif edilmişdir. Odur ki, əynində olan şalvarın qabaq sağ cibindən içərisində psixotrop maddə olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bükülü onun iştirakı ilə açılmış və içərisindən ağımtıl rəngli kristal maddə aşkar edilmişdir. Polis əməkdaşlarına həmin psixotrop maddəni şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Həmin bükülü zərfə qoyulub möhürlənməklə götürülmüşdür. Bundan sonra şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmişdir. Protokol iştirakçılara oxunduqdan sonra sonuncular protokolun doğruluğunu imzaları ilə təsdiq etmişdir. İki gündən sonra 9 aprel 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Bundan sonra istintaqdan yayınmağa başlamışdır. 16 oktyabr 2022-ci il tarixdə təxminən saat 1 radələrində Nəsimi rayonunda yerləşən «Velotrek» Ticarət Mərkəzinin yaxınlığında yolun kənarında dayanarkən Zərərçəkmiş şəxs ona yaxınlaşıb metronun Azadlıq stansiyasına necə gedə biləcəyini soruşmuşdur. Həmin vaxt sonuncunun içkili olduğunu hiss etmişdir. Ona sifarişli taksi, ya da yol kənarında dayanmış taksilərdən biri ilə gedə biləcəyini demişdir. Fərman sifarişli taksi ilə getmək istədiyini bildirmişdir. Sonuncuya: «deyəsən əliniz aşağıdır, ona görə sifarişli taksi ilə getmək istəyirsiz»-dedikdə, Fərman cibindən pulları çıxarıb ona göstərib, pulunun olduğunu bildirmişdir. Bunu görən kimi, sonuncunun pullarını əlindən almaq fikrinə düşmüşdür. Cəld bir hərəkətlə Zərərçəkmiş şəxs pullarını əlindən dartıb almaq istərkən, pullar yerə dağılmışdır. Əyilib pulları yerdən yığarkən, Fərman yumruğu ilə onu vurub mane olmaq istəmiş və bu zaman onu əli ilə itələmişdir. Zərərçəkmiş şəxs yerə yıxılmış və başı yol kənarındakı səkiyə dəymişdir. Fürsətdən istifadə edib pulları götürüb qaçmağa başlamışdır. Bir qədər sonra polis əməkdaşı tərəfindən saxlanılmış və 80 manat pul ondan götürülmüşdür. Bundan sonra onu post patrul avtomobili ilə Nəsimi RPİ-in 20-ci PB-nə aparmışlar. Zərərçəkmiş şəxs onu yumruqla vurması nəticəsində heç bir xəsarət almamışdır. Güman edir ki, Fərmandan götürdüyü pullardan 10 manatı əlindən yerə düşmüşdür. Polis əməkdaşları tərəfindən ona təsir-təzyiq göstərilməmişdir. Özünü Azərbaycan Respublikası CM-in 234.1 və 180.1-ci maddələri ilə təqsirli bilir. Zərərçəkmiş şəx Zərərçəkmiş şəxs qarşı cinayət törədərkən narkotik vasitənin təsiri altında olmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 15 oktyabr 2022-ci il tarixdə işdən çıxıb Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yaşayan qardaşı oğlu Asimin evinə qonaq getmişdir. Sonuncu ilə birlikdə yemək yeyib spirtli içki qəbul etmişlər. 16 oktyabr 2022-ci il tarixdə saat 1 radələrində yaşadığı evə getmək üçün piyada metronun 20 Yanvar stansiyasına getmişdir. Gecə saatları olduğuna görə metro artıq işləməmişdir. Buna görə də taksi tapmaq üçün piyada ünvan 5 ünvana getmişdir. Orada dayanan taksi sürücülərinə yaxınlaşsa da, həmin istiqamətə gedən olmamışdır. Telefonunda interneti olmadığına görə taksi sürücülərinin birindən «Uber» taksi xidmətindən ona taksi sifariş verməyi xahiş etmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona yaxınlaşıb kömək edə biləcəyini demişdir. Sonuncudan metronun Azadlıq stansiyası yaxınlığına getməsi üçün taksi sifariş verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona kömək edəcəyini demiş və onlar piyada yolun digər hissəsinə körpünün yanına getmişlər. Orada Təqsirləndirilən şəxs ondan taksi sifarişi üçün üzərində pulunun olub-olmadığını soruşmuş, o, pulunun olduğunu bildirib cibindəki 90 manat pulu çıxarıb göstərmişdir. Təqsirləndirilən şəxs dərhal həmin pulları əlindən almaq istəmiş və bu vaxt pullar yerə səpələnmişdir. O, pulları götürmək istəyərkən Təqsirləndirilən şəxs yumruqla sifətinə zərbə endirmiş və o, zərbənin təsirindən yıxılaraq başı səkiyə dəymişdir. Təqsirləndirilən şəxs yerdə olan pulları götürüb qaçmışdır. Daha sonra polis əməkdaşları ona yaxınlaşıb nə baş verdiyini soruşmuşdur. Sonunculara hadisəni danışmış və pullarını götürən şəxsin qaçdığı istiqaməti göstərmişdir. Polis əməkdaşlarından biri həmin şəxsi qovub saxlamışdır. Sonra polis əməkdaşları ilə birlikdə Nəsimi RPİ-nin 20-ci PB-nə gedərək ərizə yazmışdır. Təqsirləndirilən şəxsi bağışlayır, ona qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhər Nəsimi RPİ-nin 20-ci PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 15 oktyabr 2022-ci il tarixdən 16 oktyabr 2022-ci il tarixədək xidmət etdiyi polis bölməsində əməliyyat qrupunun üzvü kimi növbədə olmuşdur. 16 oktyabr 2022-ci il tarixdə saat 00:30 radələrində təhqiqatçı X3 və polis sahə inspektoru Şahid2 ilə birlikdə inzibati əraziyə çıxmışlar. 16 oktyabr 2022-ci il tarixdə təxminən saat 1 radələrində Bakı şəhəri Nəsimi rayonu, 20 Yanvar dairəsindən A.Mustafayev küçəsi istiqamətində «Velotrek» ticarət mərkəzinin qarşısı ilə hərəkət edərkən yolun kənarında bir nəfərin onlara işarə etdiyini görüb avtomobili saxlayıb həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxs Zərərçəkmiş şəxs tanımadığı bir nəfər şəxsin onu vuraraq əlindən 90 manat pulu götürüb qaçdığını bildirmiş və əli ilə həmin şəxsin qaçdığı istiqaməti göstərmişdir. Avtomobildə olan digər polis əməkdaşları zərərçəkmiş şəxsə kömək etmişlər. Zərərçəkmiş şəxs qeyd etdiyi şəxsin körpünün üstü yolun sağı ilə qaçdığını görüb, onun arxasınca getmişdir. Yolun kənarında həmin şəxsi saxlamışdır. Həmin şəxs saxlanılan zaman törətdiyi əməli etiraf etmiş və üzərində olan 80 manat pulu ona vermişdir. Daha sonra onu aparıb işlədikləri polis bölməsinə təhvil vermişlər. Orada həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bölmədə Təqsirləndirilən şəxs qarşı təsir-təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin əməkdaşıdır. 7 aprel 2022-ci il tarixdə Binəqədi rayonu ərazisində Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlayıb, gəzdirdiyi barədə əməliyyat məlumatı daxil olmuşdur. Sonuncunun ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, ondan və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar 7 aprel 2022-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs Binəqədi rayonu Azadlıq prospekti 200 ünvanında saxlayıb, 5-ci Polis bölməsinə dəvət etmişlər. Orada baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmişdir. Sonuncuya hüquq və vəzifələri izah edildikdən sonra, video çəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ cibindən bir ədəd şəffaf sellofan bükümünü çıxarıb masanın üstünə qoymuş, həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 6 aprel 2022-ci ildə təxminən saat 20 radələrində Bakı şəhərində «Kubinka» deyilən yerdə «Qoca» kimi tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata alıb üzərində saxladığını bildirmişdir. Bükülü açıldıqda, içərisində ağ rəngi kristal şəkilli maddə olduğu aşkar edilmişdir. Şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üstündən başqa qanunsuz əşya aşkar edilməmişdir. Həmin bükülü zərfə qoyulmuş və zərfin üzəri möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Şəxsi axtarış aparılmasına dair protokol tərtib edilərək iştirakçılara oxunmuş və o, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 7 aprel 2022-ci il tarixdə bölməyə Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlayıb gəzdirdiyi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla bölmə rəisinə müraciət etmiş və Təqsirləndirilən şəxs ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Ondan və polis bölməsinin əməliyyat müvəkkili Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. 7 aprel 2022-ci ildə saat 18 radələrində Təqsirləndirilən şəxs Binəqədi rayonu Azadlıq prospekti 200 ünvanında saxlayıb 5-ci Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra video çəkilişlə onun üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ qabaq cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üstünə qoyaraq üzərində başqa əşya və ya predmet olmadığını bildirmişdir. Şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərindən gəzdirilməsi qanunla qadağan edilmiş başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içində «şüşə» adlanan psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 6 aprel 2022-ci il tarixdə, saat 20 radələrində Bakı şəhərində «Kubinka» deyilən yerdə «Qoca» kimi tanıdığı adamdan şəxsi istifadəsi üçün 10 manata alıb, üzərində saxladığını bildirmişdir. Bükülü açıldıqda içərisində ağ rəngi kristal şəkilli maddə aşkar edilmişdir. Qeyd edilən bükülü zərfə qoyulub möhürlənməklə götürülmüşdür. Sonda şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş, iştirakçılara oxunduqdan sonra o, protokola imza etmişdir. İşin 1-ci cildinin 57-58-ci vərəqlərindəki götürmə aparılması və baxış keçirilməsi haqqında 16 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin 20-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid1 təqdim etdiyi 80 manat pul 1 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq və 1 ədəd 10 manatlıq pul əskinaslarından ibarətdir. Pullar köhnəlmiş vəziyyətdədir, yəni istifadə olunmuşdur. 50 manatlıq pul əskinasının üzərində A50395020, 20 manatlıq pul əskinasının üzərində B58917554, 10 manatlıq pul əskinasının üzərində isə A14107925 seriya nömrəsi və rəqəmlər əks olunmuşdur. Baxışda iştirak edən Şahid1 bildirmişdir ki, təqdim etdiyi pulları ona Təqsirləndirilən şəxs təqdim etmişdir. Həmçinin baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim olunan pulları həqiqətən də o, Fərman adlı şəxsin üzərinə hücum çəkən zaman sonuncunun əlindən yerə düşən və özünün yerdən götürüb qaçdığı pullardır və həqiqətən də həmin pulları polis əməkdaşına təqdim etmişdir. İşin 1-ci cildinin 59-61-ci vərəqlərindəki şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında 16 oktyabr 2022-ci ıl tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim olunmuş fotoşəkillər arasında Təqsirləndirilən şəxs tanımış və ona qarşı cinayətin məhz fotoşəkildə əks olunan Təqsirləndirilən şəxs tərəfindən törədilməsini bildirmişdir. İşin 1-ci cildinin 64-67-ci vərəqlərindəki şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2022-ci il tarixdə saat 1 radələrində cinayət əməlini harada və hansı qaydada törətdiyini hadisə yerində əyani göstərməklə hadisə yerində istintaqa verdiyi ifadəsini təsdiq etmiş, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs qarşı cinayətin ünvan 3 ünvanın qarşısında törədilməsi müəyyən olunmuşdur. İşin 1-ci cildinin 93-95-ci vərəqlərindəki zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs 16 oktyabr 2022-ci il tarixdə saat 1 radələrində hadisənin harada və hansı qaydada baş verməsini hadisə yerində əyani göstərməklə hadisə yerində istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. İşin 1-ci cildinin 141-144-cü vərəqlərindəki «Şəxsi axtarış və götürmə aparılması haqqında» 7 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü təqdim etməsi təklif edilmiş, həmin vaxt o, əynindəki qara rəngli cins şalvarın qabaq sağ cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddəni masanın üzərinə qoyub, həmin bükümün metamfetamin olduğunu bildirmişdir. İşin 1-ci cildinin 163-cü vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən vidokamera vasitəsi ilə qeydə alınmış və 1 ədəd CD diskinə köçürülmüş video görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən ona üzərində olan qanunsuz əşyaları könüllü təqdim etməsi təklif edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın qabaq sağ cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddəni masanın üzərinə qoyaraq, həmin bükümün metamfetamin olduğunu bildirmişdir. Aşkar edilərək götürülmüş həmin büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. İşin 1-ci cildinin 151-155-ci vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 6/1951 saylı 8 aprel 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN «Zərflər üçün 174» möhür əksi, «1) imza Təqsirləndirilən şəxs... » yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 1,05 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İşin 1-ci cildinin 205-206-cı vərəqlərindəki məhkəmə-narkoloji ekspertizasının 4552 saylı 17 avqust 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 1-ci cildinin 230-231-ci vərəqlərindəki məhkəmə-tibbi ekspertizasının 14 noyabr 2022-ci il tarixli, 1401 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - alın nahiyəsinin əzilmiş-cırılmış yaraları və sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdir. Qərarın təsviri hissəsində göstərilən 16 oktyabr 2022-ci il tarixdə əmələ gələ bilərdi. Dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşin 2-ci cildinin 28-42-ci vərəqlərindəki Sübutların qiymətləndirilməsi haqqında 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 1,05 qram psixotrop maddə metamfetamin və onun üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd CD disk maddi sübut kimi tanınmış, psixotrop maddə Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş, disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 1-ci cildinin 97-ci vərəqindəki qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 80 manat pul 19 oktyabr 2022-ci il tarixli qərarla maddı sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs verilmişdir. İşin 1-ci cildinin 224-225-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128, 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 600 manat cərimə cəzasına məhkum olunmuş və 09 dekabr 2014-cü il tarixdə cərimə tam ödənilmişdir. İşin 1-ci cildinin 130-cu vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 7 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 182-183-cü vərəqlərindəki 9 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. İşin 1-ci cildinin 39-cu vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 180.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 88-92-ci vərəqlərindəki 18 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 oktyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 181.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bildi. Onun həmin hissədə ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri ilə yanaşı, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, iş üzrə toplanmış çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib edildiyindən, məhkəmə ifadəsinə tənqidi yanaşır, cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının tövsiyyələrini də nəzərdə alır. Adı çəkilən Plenum Qərarının 23-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində “həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn, zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq CM-nin 127, 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Belə halda, CM-nin 181.2, 181.3-cü maddələrində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar mövcud deyildirsə, əməl CM-nin 181.1-ci maddəsi ilə tövsif edilməlidir. Zərərçəkmiş şəxsin bədəni üzərində aşkar olunmuş xəsarətlərin ümumilikdə sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlərə aid olması təqsirləndirilən şəxsin əməlində CM-in 181.1-ci maddəsinin tərkib əlamətlərinin olmasını ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1 və 181.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, Odur ki, Təqsirləndirilən şəxs qeyd olunan maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.14-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halların olması müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək qərara gəlir ki, ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CMin 69.3-cü maddəsinə əsasən 7 aprel 2022-ci il tarixdən 9 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, CMnin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 16 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən maddi sübutlar Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 1,05 qram psixotrop maddə metamfetamin tədqiqatdan sonra qalan 1,00 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, 80 manat pulun isə Zərərçəkmiş şəxs qaytarıldığı nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatına sərf edilmiş 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlak müəyyən etmədi. Təqsirləndirilən şəxsin hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Müdafiəçi Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 180 (yüz səksən) manat onun işlədiyi «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 181.1ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-in 234.1ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 181.1ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 7 aprel 2022-ci il tarixdən 9 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 1,05 qram psixotrop maddə metamfetaminin tədqiqatdan sonra qalan 1,00 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Onun üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılın. 80 manat pulun isə Zərərçəkmiş şəxs qaytarıldığı nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatına sərf edilmiş 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Müdafiəçi təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə ödənilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat onun işlədiyi «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-978/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-978/2023
12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver