Məhkəmə qərarları › İş №1(101)-978/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-978/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-978/2024 16.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçilər: ”Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə açıq məhkəmə iclasında,

1. xx xxxxxx 2004-cü il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, İmişli şəhəri, Bakı küçəsi, ev 94-də qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva kuçəsi, ev 243, mənzil 4-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridaxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə;

2. xx xxx 2007-ci il tarixdə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zərdab rayonunun Alıcanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonunda kirayədə yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayanı vəd verməklə cinayətkar qrupa və ağır cinayətin törədilməsinə cəlb etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etməklə saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1,577 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 23 may 2023-cü il tarixdə Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün 02:05 dəqiqədə Biləsuvar şəhəri H.Əliyev küçəsində yerləşən «Bol» marketin qarşısında saxlanılaraq Biləsuvar rayon polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkcənin cibindən 01 bükümdə 1,577 qram çəkidə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, təkrarən narkotik vasitənin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə xx xxx 2007-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan tanışı Təqsirləndirilən şəxs2 narkotik vasitənin satışından əldə edəcəyi gəlirdən idarə etdiyi mopedə yanacaq dolduracağı vədi verməklə sonuncunu cinayətkar qrupa və Azərbaycan Respublikası cinayət qanunvericiliyinə görə ağır cinayət hesab edilən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşımağa cəlb edib yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan həmin şəxsin göstərişinə əsasən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə birlikdə istintaqa məlum olmayan vaxtda və yerdə satış məqsədilə qanunsuz olaraq külli miqdarda 2010,3 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 24 iyun 2023-cü il tarixdə Nəsimi rayon polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 19:00-da ünvan 1 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əlindəki sellofan torbadan bir ədəd qara rəngli bağlamada 2010,3 (2 kq 10,3 qram) qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etməklə saxlamış və daşımışdır. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan şəxs olmaqla tanışı Təqsirləndirilən şəxs1 narkotik vasitənin satışından əldə edəcəyi gəlirdən idarə etdiyi mopedə yanacaq doldurulması üçün pul vədinə görə sonuncu tərəfindən cinayətkar qrupa və ağır cinayətin, törədilməsinə cəlb edilmiş, Təqsirləndirilən şəxs1 ilə birlikdə istintaqa məlum olmayan vaxtda və yerdə satış məqsədilə qanunsuz olaraq külli miqdarda 2010,3 qram çəkidə narkotik vasitə heroini Təqsirləndirilən şəxs1 bildirdiyi ünvandan götürüb sonuncuya təqdim etdikdən sonra onların hərəkətlərindən şübhələnən və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əsasında Bakı şəhəri, Nəsimi rayon polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 24 iyun 2023-cü il tarixdə saat 19:00-da Təqsirləndirilən şəxs1 ilə birlikdə ünvan 1 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi rayon polis idarəsinə gətirilmiş və orada Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilən zaman əlindəki sellofan torbadan bir ədəd qara rəngli bağlamada satış məqsədilə əldə etdiyi 2010,3 (2 kq 10,3 qram) qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin sonuncudan aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, digər Təqsirləndirilən şəxs2 ümumi tanışları vasitəsilə tanımış, onunla bir-iki dəfə kafedə çay içmiş və onun yetkinlik yaşına çatmayan şəxs olmasını bilmişdir.Əvvəllər təxminən 2 il bundan qabaq narkotik istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələrində Yusif ilə təsadüfən Memar Əcəmi metrostansiyasının yanında görüşərək ondan xahiş etmişdir ki, o, işlətdiyi motosikletlə onu nənəsigilin yaşadığı 28 May küçəsinə aparsın, buna görə Yusifə 10 manat pul verəcəyini demişdir. Yolda bir neçə dəfə Yusifin sürdüyü motosikletin sepi çıxmış,Yusif sepi yerinə salaraq yola davam etmişdir. 28 Mall adlı ticarət mərkəzinin yanında Yusifin motosikleti yenə xarab olmuş, Yusif motosikleti təmir etdiyi zaman onlara 4 nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini polis olaraq təqdim edib onları Bakı şəhəri Nəsimi RPİ-nin inzibati binasına aparmışlar. Orada bir otaqda vəkillərin iştirakı ilə, videoçəkiliş aparılmaqla hər ikisinin üzərinəbaxış keçirilmiş, ondan əlindəki sellofan torbada 2 kq-a yaxın heroin aşkar etmişlər. Həmin heroin ona məxsus deyildir. Onun üzərində ümumiyyyətlə qanunsuz bir şey olmamışdır. Sadəcə polis əməkdaşları onu döyərək həmin sellofan torbanı ona verib baxış zamanı özünə məxsus torba kimi təqdim etməsini tələb etmişlər. Polisin ondan şübhələnməsinin, onu saxlamasının səbəbini bilmir. Düzdür, əvvəl narkotik vasitə istifadə etdiyi üçün İmişli rayon məhkəməsinin hökmü ilə 2022-ci ilin aprel ayında 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, həmin ilin noyabr ayının əvvəllərində cəzasının sonu ilə azad olunmuşdur. İbtidai istintaq zamanı baxış keçirilərkən polis əməkdaşları tərəfindən ona edilmiş təzyiq nəticəsində 2 kq heroinin ona iranlı tərəfindən göndərildiyini, həmin heroin olan torbanı onun xahişi ilə Yusiflə birlikdə Memar Əcəmidən yol gəldiyi zaman Yusifin götürüb ona verməsini bildirmişdir. Yusifin bu işə heçbir aidiyyatı yoxdur. Həmin sellofan torbanı onu idarədə döyən polislər verərək baxış zamanı təqdim etməsini tələb etmişlər və o, onların tələbini yerinə yetirmişdir. Həmçinin ona ittiham olunmuş xx.xx.2023-cü il tarixli epizod üzrə bildirir ki, o, İmişlidən narkotik vasitə ilə Biləsuvar şəhərinə getmiş, onu orada polis əməkdaşları saxlayıb rayon polis şöbəsində üzərinə baxış keçirdikləri zaman bir büküm heroin aşkar olunmuşdur. Qeyd etmək istəyir ki, onda narkotik vasitə olmamış, dostu Cavanşirlə taksi tutub İmişlidən Biləsuvara getdikləri zaman yol polisi onları ona görə saxlamışdır ki, taksi sürücüsü yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, digər Təqsirləndirilən şəxs1 istifadəsində olan mopedlə ünvanlara dönər daşıdığı dövrdən tanımışdır. Onun o zaman 15 yaşı olmuş, hazırda isə 16 yaşı olmuşdur. 24 iyun 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ilə Memar Əcəmi metrostansiyasının yanında rastlaşdıqda sonuncu ona demişdir ki, yaxınlıqda bir əşyası vardır, gedib onu birlikdə götürsünlər, bunun müqabilində ona benzin pulu verəcək. Oqtay ona 10 manat verdikdən sonra razılaşmış və Oqtayı 28 Mayda yaşayan nənəsigilin evinin yanına aparmışdır. Yolda bir neçə dəfə mopedin sepi açılmış, onlar dayanaraq təmir etmişlər. Nəhayət 28 Mall ticarət mərkəzinin yanında sep yenə çıxan zaman onlara 4-5 nəfər polis əməkdaşı yaxınlaşıb hərəkətlərindən şübhələndiklərini deyərək onları Nəsimi RPİ-nə aparmışlar. Orada təhqiqatçı ikisini də bir otaqda müdafiəçiləri dəvət edərək üzərlərinə baxış keçirmişdir. Oqtayın əlində sellofan torba olmuş və Oqtay həmin torbanı təqdim etmişdir. Polislər torbanı açdıqda içində kəskin iyi olan qəhvəyi rəngli maddə aşkar etmişlər. Ondan isə polislər heç bir şey aşkar etməmişlər. Lakin Oqtay həmin vaxt torbanı onun yolun kənarından gizlədilmiş yerdən götürüb Oqtaya verməsi barədə ifadəsi əsasında onu da Oqtayla birlikdə cinayət məsuliyyətinə cəlb etdilər. Halbuki, o, Oqtayı sonuncunun ona benzin pulu kimi verdiyi 10 manata görə aparmış, Oqtayda sellofan torba görməmiş, yolda mopedi saxlayıb Oqtayın göstərişi ilə hər hansı bir yerdən sellofan torba götürməmiş və Oqtaya verməmişdir. Həmin torbanı polislərin əlində görmüşdür. Polislər həmin torbanı onları saxladıqları ərazidən əldə edib maşina gətirmişlər. Həmin maşinla da onu idarəyə gətirmişlər. İdarədə onun üzərinə baxış keçirilən zaman bir ədəd mobil telefon və 10 manat pul aşkar edilmişdir. Bundan başqa heç bir şey olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 keçirdikləri əməliyyat tədbiri zamanı tanımışdır. Belə ki, həmkarı Şahid2 xidməti əraziləri olan Bakı şəhəri Nəsimi rayonu ərazisində Oqtay adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi , o cümlədən satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatla əlaqədar ondan və həmkarları Şahid2, Şahid3 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmış və onlar 24 iyun 2023-cü il tarixdə saat 19:00 radələrində ünvan 4 ünvanın qarşısında hal-hazırda məhkəmədə gördüyü, əlində sellofan büküm olan Təqsirləndirilən şəxs1 və Oqtayın yanında olmuş Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi RPİ-yə aparmışlar. Orada bu şəxsləri idarənin baş təhqiqatçısı Babək Mirzəyevə təqdim etmişlər. Sonuncu hər biri üçün müdafiəçi dəvət edərək Təqsirləndirilən şəxs1 və Oqtayın yanında olmuş Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlamış, sonra bu şəxslərin üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 əlindəki sellofan bükümü təqdim etmiş, həmin bükümdəki maddənin kakos, yəni heroin olduğunu bildirmiş, heroini iranlının atdığı konum əsasında Təqsirləndirilən şəxs2 idarə etdiyi motoskletlə «28 MALL» adlanan ticarət mərkəzinin yanına getməklə Yusifə konumda göstərilən yerdən heroini götürüb ona verməsini xahiş etmişdir. Yusif də həmin yerdən sellofan torbanı götürüb gətirib ona vermişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Hətta təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 Yusifin sellofan torbada narkotik vasitə olduğunu bildiyini, həmin torbanı gizlədilən yerdən götürüb ona verməsinə görə pul verəcəyini söz vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 keçirdikləri əməliyyat tədbiri zamanı tanımışdır. Belə ki, ona xidməti əraziləri olan Bakı şəhəri Nəsimi rayonu ərazisində Oqtay adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi , o cümlədən satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatla əlaqədar ondan və həmkarları Şahid1, Şahid3 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmış və onlar 24 iyun 2023-cü il tarixdə saat 19:00 radələrində ünvan 4 ünvanın qarşısında halhazırda məhkəmədə gördüyü, əlində sellofan büküm olan Təqsirləndirilən şəxs1 və Oqtayın yanında olmuş Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi RPİ-yə aparmışlar. Orada bu şəxsləri idarənin baş təhqiqatçısı Babək Mirzəyevə təqdim etmişlər. Sonuncu hər biri üçün müdafiəçi dəvət edərək Təqsirləndirilən şəxs1 və Oqtayın yanında olmuş Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlamış, sonra bu şəxslərin üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 əlindəki sellofan bükümü təqdim etmiş, həmin bükümdəki maddənin kakos, yəni heroin olduğunu bildirmiş, heroini iranlının atdığı konum əsasında Təqsirləndirilən şəxs2 idarə etdiyi motoskletlə «28 MALL» adlanan ticarət mərkəzinin yanına getməklə Yusifə konumda göstərilən yerdən heroini götürüb ona verməsini xahiş etmişdir. Yusif də həmin yerdən sellofan torbanı götürüb gətirib ona vermişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Hətta təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 Yusifin sellofan torbada narkotik vasitə olduğunu bildiyini, həmin torbanı gizlədilən yerdən götürüb ona verməsinə görə pul verəcəyini söz vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 keçirdikləri əməliyyat tədbiri zamanı tanımışdır. Belə ki, həmkarı Şahid2 xidməti əraziləri olan Bakı şəhəri Nəsimi rayonu ərazisində Oqtay adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatla əlaqədar ondan və həmkarları Şahid2, Şahid1 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmış və onlar 24 iyun 2023-cü il tarixdə saat 19:00 radələrində ünvan 4 ünvanın qarşısında hal-hazırda məhkəmədə gördüyü, əlində sellofan büküm olan Təqsirləndirilən şəxs1 və Oqtayın yanında olmuş Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi RPİ-yə aparmışlar. Orada bu şəxsləri idarənin baş təhqiqatçısı Babək Mirzəyevə təqdim etmişlər. Sonuncu hər biri üçün müdafiəçi dəvət edərək Təqsirləndirilən şəxs1 və Oqtayın yanında olmuş Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlamış, sonra bu şəxslərin üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 əlindəki sellofan bükümü təqdim etmiş, həmin bükümdəki maddənin kakos, yəni heroin olduğunu bildirmiş, heroini iranlının atdığı konum əsasında Təqsirləndirilən şəxs2 idarə etdiyi motoskletlə «28 MALL» adlanan ticarət mərkəzinin yanına getməklə Yusifə konumda göstərilən yerdən heroini götürüb ona verməsini xahiş etmişdir. Yusif də həmin yerdən sellofan torbanı götürüb gətirib ona vermişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Hətta təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 Yusifin sellofan torbada narkotik vasitə olduğunu bildiyini , həmin torbanı gizlədilən yerdən götürüb ona verməsinə görə pul verəcəyini söz vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 keçirdikləri əməliyyat tədbiri zamanı tanımışdır. Belə ki, həmkarı Şahid2 xidməti əraziləri olan Bakı şəhəri Nəsimi rayonu ərazisində Oqtay adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatla əlaqədar ondan və həmkarları Şahid2, Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və onlar 24 iyun 2023-cü il tarixdə saat 19:00 radələrində ünvan 4 ünvanın qarşısında hal-hazırda məhkəmədə gördüyü, əlində sellofan büküm olan Təqsirləndirilən şəxs1 və Oqtayın yanında olmuş Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi RPİ-yə aparmışlar. Orada bu şəxsləri idarənin baş təhqiqatçısı Babək Mirzəyevə təqdim etmişlər. Sonuncu hər biri üçün müdafiəçi dəvət edərək Təqsirləndirilən şəxs1 və Oqtayın yanında olmuş Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlamış, sonra bu şəxslərin üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 əlindəki sellofan bükümü təqdim etmiş, həmin bükümdəki maddənin kakos, yəni heroin olduğunu bildirmiş, heroini iranlının atdığı konum əsasında Təqsirləndirilən şəxs2 idarə etdiyi motoskletlə «28 MALL» adlanan ticarət mərkəzinin yanına getməklə Yusifə konumda göstərilən yerdən heroini götürüb ona verməsini xahiş etmişdir. Yusif də həmin yerdən sellofan torbanı götürüb gətirib ona vermişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Hətta təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 Yusifin sellofan torbada narkotik vasitə olduğunu bildiyini , həmin torbanı gizlədilən yerdən götürüb ona verməsinə görə pul verəcəyini söz vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 tanıyır, digərini isə tanımır. Belə ki, ona İmişli rayon sakini Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs1 cinayət əməlini ifşa edilməsi üçün 23 may 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı RPŞ-nin və DYPB-nin YPX-nin inspektorları daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməklə 23 may 2023-cü il tarixdə saat 02:00 radələrində Nağızadə X4 şəhəri H.Əliyev küçəsi MRX-ın yaxınlığında hərəkətdə olan “Mersedes 190” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobildə aşkar edilmişdir. Həmin avtomobili DYP-nin əməkdaşları saxlamış, həmin avtomobil içindəki sərnişinlərlə birlikdə şöbəyə gətirilmiş, Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddə olması şübhəsi olduğundan bu barədə raportla şöbə rəhbərliyinə məruzə edilmişdir. Bundan sonra rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Nicat İbayev müdafiəçi dəvət etməklə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlamış, bundan sonra sonuncunun üzərinə videoçəkiliş aparılmaqla baxış keçirmişdir. Baxış xzamanı Təqsirləndirilən şəxs1 özü könüllü olaraq əynindəki gödəkçənin sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxardıb təqdim edərək bildirmişdir ki, içərisində narkotik vasitə heroindir, həmin narkotik vasitəni özü istifadə etmək üçün əldə etməklə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs1 ilə birlikdə maşında saxlanılmış daha iki nəfər şəxslərin üzərində heç bir qanunsuz əşya aşkar edilmədiyi üçün onlar buraxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid8 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 tanıyır, digərini isə tanımır. Belə ki, həmkarı Şahid5 İmişli rayon sakini Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs1 cinayət əməlini ifşa edilməsi üçün 23 may 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı RPŞ-nin və DYPB-nin YPX-nin inspektorları daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməklə 23 may 2023-cü il tarixdə saat 02:00 radələrində Nağızadə X4 şəhəri H.Əliyev küçəsi MRX-ın yaxınlığında hərəkətdə olan “Mersedes 190” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobildə aşkar edilmişdir. Həmin avtomobili DYP-nin əməkdaşları saxlamış, həmin avtomobil içindəki sərnişinlərlə birlikdə şöbəyə gətirilmiş, Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddə olması şübhəsi olduğundan bu barədə raportla şöbə rəhbərliyinə məruzə edilmişdir. Bundan sonra rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Nicat İbayev müdafiəçi dəvət etməklə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlamış, bundan sonra sonuncunun üzərinə videoçəkiliş aparılmaqla baxış keçirmişdir. Baxış xzamanı Təqsirləndirilən şəxs1 özü könüllü olaraq əynindəki gödəkçənin sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxardıb təqdim edərək bildirmişdir ki, içərisində narkotik vasitə heroindir, həmin narkotik vasitəni özü istifadə etmək üçün əldə etməklə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs1 ilə birlikdə maşında saxlanılmış daha iki nəfər şəxslərin üzərində heç bir qanunsuz əşya aşkar edilmədiyi üçün onlar buraxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin DYPB-nin inspektoru Şahid9 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Oktay Nağızadəni tanıyır, digərini isə tanımır. Belə ki, RPŞ-nin əməliyyatçıları ilə Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan İmişli rayon sakini Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak etmişdir. Əməliyyatçıların verdiyi məlumata görə Təqsirləndirilən şəxs1 hərəkətdə olduğu «Mersedes 190» markalı 03BH818 dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar şəhəri H.Əliyev küçəsi, mərkəzi rayon xəstəxanasının yaxınlığındadır. Həmin məlumat əsasında yol polisinin digər əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs1 olduğu yuxarıda göstərilən avtomaşını saxlayıb maşını və içindəki sərnişinləri əməliyyatçılara təqdim etmişlər. Şahid qismində ifadə vermiş Şahid5, Şahid8 və Şahid9 verdikləri ifadələri ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs1 verilən ifadələrin həqiqətə uyğun olduğunu, «Mersedes» markalı maşınla xx.xx.2023-cü il tarixdə İmişlidən Biləsuvara adını bildirmək istəmədiyi dostugilə qonaq gəlmiş, lakin Biləsuvar şəhərində mərkəzi rayon xəstəxanasının yaxınlığında yol polisi tərəfindən onları saxlamışlar və RPŞ-nə gətirildikdə onun üzərinə baxış keçirilən zaman şəxsi istifadəsi üçün əldə etdiyi bir büküm heroini o, təqdim etmişdir. Ona qarşı fiziki zor və təzyiqlər olmamışdır. Onunla maşında olan tanışları Şahid12 və Cavanşir Zahidov isə üzərlərində heç bir qanunsuz əşya olmadığı üçün şöbədən buraxılmışlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərində təqsirlilikləri qismən özlərinin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi RPİ-nin əməliyyat müvəkkili Şahid2 xx.xx.2023-cü il tarixli raportundan müəyyən olunur ki, “Oqtay” adlı şəxsin Nəsimi rayon ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi, istifadəsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 24 iyun 2023-cü il tarixdə Nəsimi RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Babək Mirzəyev tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 24 iyun 2023-cü il tarixdə Nəsimi RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Babək Mirzəyev tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 24 iyun 2023-cü il tarixdən hesablanmışdır. Qərarın məzmunundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməldə özünü təqsirli bilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 25 iyun 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından azadlığa buraxılmışdır. 25 iyun 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış ********* nömrəli cinayət işinin başlanmasına səbəb və əsas, Təqsirləndirilən şəxs1 23 may 2023-cü il tarixdə saat 02:05 radələrində Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman üzərindən 1,577 qram çəkidə narkotik vasitə heroin aşkar olunması faktı əsasında Təhqiqat bölməsində toplanmış material olmuşdur. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid5 xx.xx.2023-cü il tarixli raportundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması” haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 23 may 2023-cü il tarixdə təhqiqatçı Nicat Abiyev tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış 23 may 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan müəyyən olunur ki, üzərinə baxış zamanı Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd alışqan, şalvarın sol yan cibindən isə üzərində “Leobank” yazılı plastik kartı, özünə məxsus şəxsiyyət vəsiqəsini və əynindəki gödəkçənin sol yan cibindən şəffaf selofana bükülmüş bükülünü təqdim edərək bildirdi ki, həmin bükülünün içərisində narkotik vasitə heroin vardır, həmin maddəni İmişli rayonunda parkdan tapdığını, üzərində saxladığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Biləsuvar rayon prokuroru vəzifəsini icra edən ədliyyə müşaviri Vahid Məmmədovun 24 may 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Biləsuvar RPŞ-nin müstəntiqi N.Hüseynovun 24 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 bu epizod üzrə 02 (iki) gün, 23 may 2023-cü il tarixdən 24 may 2023-cü il tarixədək həbsdə saxlanılmışdır. Məhkəmədə elan edilib araşdırılmış materialların məhkəmə-ekspertizasının 23 may 2023-cü il tarixli 19/570 saylı rəyindən müəyyən olunur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş içərisində heroinə bənzər maddə olan bükülüdə təmiz çəkisi 1,577 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması” haqqında 24 iyun 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs1 əlində olan göy rəngli sellofan paketdən böyük ölçüdə bir ədəd üzəri skotçla bağlanmış qara rəngli bağlamada narkotik vasitə heroinə bənzər maddə, üzərindən bir ədəd plastik Leo bank kartı, bir ədəd üzərində ***-***-**-** GSM kartı olan Samsung J2 markalı mobil telefon, Təqsirləndirilən şəxs2 üzərindən isə bir ədəd ***-***-**-** GSM nömrəsi olan Samsung A10S markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, təqdim etdiyi bir ədəd bağlamada olan narkotik vasitə heroindir, onu bir gün əvvəl “Vhatsap və İnstagram” mobil proqramları vasitəsilə İİR vətədaşının ona atdığı ünvandan bu İİR vətəndaşından məlumatı olmayan Təqsirləndirilən şəxs2 vasitəsilə götürmüş, lakin Təqsirləndirilən şəxs2 narkotik vasitə götürmək üçün getdiyini bildirmiş və sonuncuda razılaşaraq onunla gəlmiş və narkotik vasitəni qoyulduğu yerdən götürüb ona vermişdir. Öz növbəsində Təqsirləndirilən şəxs2 bildirmişdir ki, onun Təqsirləndirilən şəxs1 iranlı ilə sövdələşməsindən xəbəri olmayıb, Təqsirləndirilən şəxs1 ona narkotik vasitəni götürməyə getdiyini bildirməmiş, sadəcə hansısa əşyanı götürmək üçün ona getməyi bildirmiş, buna görə ona yanacaq pulu verəcəyini demişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 25 iyun 2023-cü il tarixli, 6/3538 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №186» dairəvi möhür əksi, «şübhəli şəxs Təqsirləndirilən şəxs1 aşkar edilərək qablaşdırılmış narkotik vasitəyə bənzər kütlə şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs1» yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bağlamada təmiz çəkisi 2010,3 qram (2 kq 10,3 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 26 avqust 2023-cü il tarixli, 5494 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 09 oktyabr 2023-cü il tarixli, 6382 saylı rəyindən müəyyən olunur ki, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 İmişli rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə olan cinayət işi xx.xx.2022-ci il tarixdə baxılması üçün İmişli rayon Məhkəməsinə göndərilmişdir. İmişli rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törədilməsində təqsirli bilinib CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 185.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlqıdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplama yolu ilə Təqsirləndirilən şəxs1 üzərində 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 20 fevral 2022-ci il tarixdən 22 fevral 2022-ci il tarixədək 02 (iki) gün və 01 aprel 2022-ci il tarixdən 03 aprel 2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutularaq, ümumilikdə həbsdə saxlanıldığı 04 (dörd) gün müddəti ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək haqqında həbs qətimkan tədbiri seçilmiş, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə cəza çəkməsinin əvvəli 30 dekabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs1 baxılan iş üzrə təyin olunacaq cəza ilə İmişli rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş cəzanı CM-nin 66.3-cü maddəsinə əsasən, yəni cinayətlərin məcmusu kimi, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin etməli, cəza çəkmə müddətinin əvvəli isə İmişli rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündə göstərilən xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs2 məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi « Respublika Psixiatiriya Xəstəxanası » X8 xx.xx.2023-cü il tarixli, 11744 nömrəli məktubundan müəyyən olunur ki, xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar. Məhkəmədə elan edilib araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq olan 2010,1 qram heroin Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlama otağında saxlanılır, həmçinin bu qərardan müəyyən olunur ki, maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq olan 1,527 qram heroin saxlanılması üçün Biləsuvar RPŞ-nin saxlancına təhvil verilmişdir. Həmçinin həmin qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 24 iyun 2023-cü il tarixdə götürülmüş maddi sübut hesab edilməyən bir ədəd plastik Leo bank kartı, bir ədəd üzərində ***-***-**-** GSM kartı olan Samsung J2 markalı mobil telefon saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir, təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş ***-***-**-** GSM nömrəsi olan Samsung A10S markalı mobil telefonun 26 iyun 2023-cü il tarixli qəbzlə özünə qaytarılması nəzərə alınmalıdır, təqsiriləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 10 manat pul vəsaiti özünə qaytarılması nəzərə alınmalıdır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ibtidai araşdırma orqanı tərəfindən müəyyən olunmayan mənbədən satış məqsədilə qanunsuz olaraq 1,577 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 23 may 2023-cü il tarixdə Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün 02:05 dəqiqədə Biləsuvar şəhəri H.Əliyev küçəsində yerləşən «Bol» marketin qarşısında saxlanılaraq Biləsuvar rayon polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkcənin cibindən 01 bükümdə 1,577 qram çəkidə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bu cinayət hadisəsi Təqsirləndirilən şəxs1 öz ifadəsi, şahidlərin ifadələri, baxış və götürmə protokolu, eskpertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Bundan başqa, o, təkrarən narkotik vasitənin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə xx xxx 2007-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan tanışı Təqsirləndirilən şəxs2 narkotik vasitənin satışından əldə edəcəyi gəlirdən idarə etdiyi mopedə yanacaq dolduracağı vədi verməklə sonuncunu cinayətkar qrupa və Azərbaycan Respublikası cinayət qanunvericiliyinə görə ağır cinayət hesab edilən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşımağa cəlb edib yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan həmin şəxsin göstərişinə əsasən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə birlikdə istintaqa məlum olmayan vaxtda və yerdə satış məqsədilə qanunsuz olaraq külli miqdarda 2010,3 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 24 iyun 2023-cü il tarixdə Nəsimi rayon polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 19:00-da ünvan 1 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əlindəki sellofan torbadan bir ədəd qara rəngli bağlamada 2010,3 (2 kq 10,3 qram) qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bu epizod üzrə Təqsirləndirilən şəxs1 təqsirliliyi digər Təqsirləndirilən şəxs2, şahidlərin ifadələri, götürmə və baxış protokolu, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi qismən olaraq öz ifadəsi, digər təqsirləndirilən Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri və cinayət işinin məhkəmədə tədqiq edilmiş digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 15 yaşından Bakı şəhərində mopedlə yemək sifarişlərini ünvanlara çatdırmaqla çörək pulunu qazanmış, məhz bu yaşında olarkən, yəni 24 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 mopedə yanacaq vurmaq üçün verəcəyi pul vədinə aldanaraq, 15 yaşlı olduğu üçün Təqsirləndirilən şəxs1 təsiri altına düşərək onunla cinayət əlaqəsinə girərək onu sonuncunun tələbi ilə mopedlə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsinə aparmış, orada Təqsirləndirilən şəxs1 tapşırığı ilə narkotik vasitə olan heroin bağlamasını qoyulduğu yerdən götürüb Təqsirləndirilən şəxs1 təhvil vermiş və bu zaman polis əməkdaşları tərəfindən hər ikisi saxlanılmışdır. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs1 təkrəraən külli miqdarda narkotik vasitləri satış məqsədilə əldə etmiş, saxlamış, daşımış və bununla yanaşı ağır cinayətin törədilməsinə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 cəlb etmişdir. Məhkəmə nəzərə alır ki, CM-nin 33.1-ci maddəsinə əsasən cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən aslı olaraq müəyyən edilir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 cəlb etdiyi cinayət əməlinin təşkilatçısı, təhrikçisi və icraçısı, Təqsirləndirilən şəxs2 isə bu cinayət əməlinə yaşlı olan Təqsirləndirilən şəxs1 tərəfindən cəlb edilməklə icraçı kimi çıxış etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 islah olunması onun yalnız cəmiyyətdən təcrid olunma yolu ilə mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs2 islah olunmasını ona CM-nin 62-ci maddəsini tətbiq etməklə CM-nin 85.1.3-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasını tətbiq etməklə mümkün sayır. Məhkəmə nəzərə alır ki, CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 atasız, ana himayəsində böyüməsini, erkən yaşlardan işləyərək özünü dolandırdığını, əvvəllər heç bir cinayət əməlini törətmədiyini, məhkəmə iclaslarına vaxtlı-vaxtında gəməklə onun məhkəmədə özünü nəzakətlə davranmasını, səmimi ifadəsini verməklə, etdiyi əməldən peşman olduğunu nəzərə alır. Məhkəmə həmçinin onu da nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 435.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsini Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2008-ci il 30 iyun tarixli 4№-li qərarın 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərədə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) da nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan mərhum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Beləliklə, məhkəmə yetkinlik yaşına çatmayan, 16 yaşı olan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayəti yaşlı şəxs tərəfindən cəlb edildiyini, həmin əməl üzrə yalnız narkotik vasitəni gizlədilmiş yerdən götürərək cinayətin təşkilatçısı, təhrikçisi və əsas icraçısı olan Təqsirləndirilən şəxs1 verməsindən ibarət olmasını, onun 15 yaşından işləyən özünü təmin edilməsilə məşğul olduğunu, əvvəllər heç bir cinayət əməli törətmədiyini, etdiyi əməli səmimi etiraf ediyini və bu əməldən peşman olduğunu nəzərə alaraq bu halları müstəsna hallar kimi qiymətləndirərək onun barəsində CM-nin 62ci maddəsi tətbiq etməklə CM-nin 85.4-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsini mümkün sayır. Bu zaman məhkəmə nəzərə almalıdır ki, yetkinlik yaşına çatmayanlar üçün azadlığın məhdudulaşdırılması iki aydan iki ilədək müddəyə təyin edilməlidir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, o, xx.xx.2007-ci il təvəllüdlü olmaqla, hadisə törətdiyi 23 iyun 2023-cü il tarixdə yetkinlik yaşına çatmamış, hal hazırda da yetkinlik yaşına çatmamışdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs1 cəzasının əvvəli İmişli rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən etdiyi xx.xx.2023-cü il tarixdən müəyyən edilməli, bu zaman Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 02 (iki) gün, 23 may 2023-cü il tarixdən 24 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən cəza müddətinə hesablanır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli isə ona cəza təyin edildiyi vaxtdan (icra orqanında qeydiyyata düşdüyü tarixdən) hesablanmalıdır. Azərbaycan Respublikası CMnin 52-1.2 maddəsinə əsasən aşağıdakı vəzifələri yerinə yetirməldir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; -müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübutlar – Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq olan 2010,1 qram heroin, Biləsuvar RPŞ-nin saxlancına təhvil verilən ekspertiza tədqiqatından sonra qalıq olan 1,527 qram heroin məhv edilməli, təqsirləndirilən şəxs Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs1 24 iyun 2023-cü il tarixdə bir ədəd plastik Leo bank kartı, bir ədəd üzərində ***-***-**-** GSM kartı olan Samsung J2 markalı mobil telefon saxlanılması nəzərə alınmalıdır, təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş ***-***-**-** GSM nömrəsi olan Samsung A10S markalı mobil telefonun 26 iyun 2023-cü il tarixli qəbzlə özünə qaytarılması nəzərə alınmalıdır, təqsiriləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 10 manat pul vəsaiti özünə qaytarılması nəzərə alınmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 174 (yüz yetmiş dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201- 01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər “Mərkəz” Vəkil Bürlosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 üçün hər birinə ayrı-ayrılıqda 360 (üç yüz altmış) manat Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə,

hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.3, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib CM-nin 170.3-cü maddəsi ilə 05 (beş) il müddətinə, CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs1 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İmişli rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 185.1, 66.2 və 69.3-cü maddələri ilə təyin olunan 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətində azadlıqdan məhrum etmə növündə cəza ilə baxılan iş üzrə təyin olunmuş 09 (doqquz) il müddətində azadlıqdan məhrum etmə növündə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq ona 10 (on) il müddətində azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 02 (iki) gün, 23 may 2023-cü il tarixdən 24 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 09 (doqquz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli İmişli rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən etdiyi 30 dekabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə həmin məcəllənin 85-ci maddəsinə əsasən barəsində 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırması cəzası tətbiq edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Azərbaycan Respublikası CM-nin 52-1.2 maddəsinə əsasən aşağıdakı vəzifələr qoyulsun: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; -müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli icra orqanında qeydiyyata düşdüyü tarixdən hesablansın. İş üzrə ekspertiza xərcləri olan 174 (yüz yetmiş dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankındakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, M/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına köçürülsün. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 üçün hər birinə ayrı-ayrılıqda 360 (üç yüz altmış) manat Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün Təqsirləndirilən şəxs1 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Rasim Sadıxov Hakimlər: Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar