Məhkəmə qərarları › İş №1(101)-978/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-978/2025

01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-978/2025 01.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X5 və X2 ibarət tərkibdə, X10 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxx 1995-ci ildə Gədəbəy rayonu, Mormor kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Gədəbəy rayonu, Mormor Ə/D, Mormor kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1, 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə edib saxlayıb daşıyaraq üzərində gəzdirmiş və insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 27 iyun 2024-cü il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev küçəsi 12 ünvanında yerləşən adsız marketin yaxınlığında tanıdığı Zərərçəkmiş şəxs onunla kobud danışaraq ünvanına nalayiq sözlər işlətməsi səbəbindən özünü alçaldılmış hesab edərək ona yaxınlaşıb istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən qanunsuz olaraq ədə edib saxlayıb daşıyaraq üzərində gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş, soyuq silah hesab edilən bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə iki dəfə, sol qasıq nahiyəsinə isə bir dəfə qəsdən zərbələr vuraraq ona qarının sol yan divarının daxilə nüfuz etməyən bir ədəd, sol qasıq nahiyəsinin daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan ümumilikdə və ayrıayrılıqda qəsdən sağlamlığa yüngül, qarının ön divarının qarın boşluğuna nüfuz edərək nazik bağırsağın, nazik bağırsaq müsariqəsinin, yoğun bağırsağın və böyük piyliyin yaralanmasına səbəb olan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bir ədəd deşilmiş-kəsilmiş yarası kimi bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1, 228.4-cü maddələri ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, qanunsuz olaraq soyuq silahı əldə edib saxlayıb daşıyaraq üzərində gəzdirmiş və yuxarıda göstərilən üsulla insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs tərəfindən ona elan edilmiş ittiham qəbul edilərək mübahisələndirilməmişdir. Məhkəmədə ittiham tərəfini təmsil edən dövlət ittihamçısı ittiham tərəfinin təqdim etdiyi sübutların qanuniliyini, həmçinin təqsirləndirilən şəxsin cinayət əməllərinin Cinayət Məcəlləsinin 126.1, 228.4-cü maddələri ilə tövsif edilməsini müdafiə etmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri: İşdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün əhəmiyyətli olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiqinin aparılmasından və iş üzrə həqiqətin müəyyən edilməsindən ötrü, həmçinin məhkəmə araşdırması zamanı proses tərəflərinin birini digəri qarşısında zəif duruma salmayacaq şərtlər daxilində hər bir tərəfin (həm ittiham, həm müdafiə tərəfinin) sübutlarını və mövqeyini təqdim etməsi şəraitində keçirilmiş məhkəmə araşdırmasında cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri aşağıdakılardan ibarət olmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs yaşadığı məhəllədən tanıyır. O, 27 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs ona söyüş söydüyünə görə həqiqətən də bıçaqla vurmuşdur. Belə ki, o, həmin tarixdə ünvan 2 ünvanında yerləşən marketə getmiş, həmin vaxt Zərərçəkmiş şəxs də orada olmuşdur. O, əvvəllər narkotik vasitə istifadə etsə də, halhazırda istifadə etmir. Hadisə vaxtı o, içkili olmuşdur. O, həmin vaxt marketdən çıxarkən orada “kola olsaydı, istifadə edərdik” deyə ifadə işlədilmişdir. O, bu ifadəni əvvəllər narkotik vasitə istifadə etdiyi üçün öz üzərinə götürmüşdür. Bununla bağlı aralarında mübahisə yaranmışdır. Daha sonra Zərərçəkmiş şəxs marketdən çıxıb çöldə gedən zaman yerə yıxılmışdır. Həmin vaxt orada olan şəxslər və o, gülməyə başlamışlar. Bu zaman Zərərçəkmiş şəxs ona yaxınlaşıb onun Qədirə gülüb-gülmədiyini soruşmuşdur. O, Qədirə niyə güldüyünü, onun Qədirlə heç bir işinin olmadığını demişdir. Bununla bağlı onun Zərərçəkmiş şəxsla aralarında mübahisə yaranmışdır. Onları məhəllə uşaqları aralaşdırmışlar. Onlar aralaşdıqdan sonra Zərərçəkmiş şəxs ona “sənin anandanbacından xəbərin yoxdur” deyə ifadə işlətmişdir. Bu zaman o, geri qayıdıb Zərərçəkmiş şəxs bıçaqla vurmuşdur. Həmin vaxt onun belində bıçaq var idi və Zərərçəkmiş şəxs həmin bıçaqla vurmuşdur. O, atasının yanında fəhlə kimi işlədiyinə görə onun üzərində işi ilə bağlı olaraq bıçaq olmuşdur. O, Zərərçəkmiş şəxs ayaq nahiyəsindən vurmaq istəyirmiş. O, X7 zəng vurmuş, bu zaman hadisə yerinin yaxınlığından X11 avtomobili keçirmiş. O, həmin avtomobilin qarşısını kəsmiş və Zərərçəkmiş şəxsə əyləşdirmişdir. Zərərçəkmiş şəxs vurduğu bıçaq arxası və qarşısı açılan formada 30 santimetrdən uzun imiş. Təqsirləndirilən şəxs daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, “Kola olsaydı istifadə edərdik” ifadəsini o, ona görə öz üzərinə götürmüşdür ki, çünki orada ondan başqa əvvəllər narkotik vasitə istifadə edən olmamışdır. Zərərçəkmiş şəxs ona “sənin anandan-bacından xəbərin yoxdur” deyə ifadə işlətdikdən sonra, o, Zərərçəkmiş şəxs bıçaqla vurmuşdur. O, Zərərçəkmiş şəxs bıçaqla vuran zaman yanında tanıdığı heç kim olmamış və onlar özləri aralaşmışlar. O, daha sonra yaxınlıqdan X8 avtomobilinin keçdiyini görərkən həmin avtomobili saxlatmış və Zərərçəkmiş şəxs həmin avtomobilə əyləşdirmişdir. Sonradan polisə təslim olmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi daha təfərrüatlı ifadələri elan olunmaqla tədqiq edilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 28 iyun 2024-cü il tarixdə verdiyi izahatında, sonra 28 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində, 29 iyun 2024-cü il və 19 dekabr 2024-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi daha təfərrüatlı ifadələrində göstərmişdir ki, o, təxminən 2013-cü ildə əsgərliyə getməmişdən öncə psixi pozuntuları olduğu üçün stasionar olaraq müalicə almış, lakin könüllü olaraq əsgərliyə getmişdir. Zərərçəkmiş şəxs əvvəllər onun yaşadığı evə yaxın qonşuluqda Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əmrulla Əliyev küçəsində yaşayırmış. Zərərçəkmiş şəxs ilə aralarında əvvəllər hər hansı bir ədavətləri olmamışdır. 27 iyun 2024-cü il tarixdə, saat 21 radələrində o, yaşadığı evin yaxınlığında yerləşən «Mor Mor» kafesində oturub spirtli içki pivə sifariş edərək içmiş və həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. Həmin gün təxminən saat 22 radələrində həmin kafedən çıxaraq kafenin yaxınlığında yerləşən marketə siqaret almaq üçün getmişdir. Marketin içərisində Zərərçəkmiş şəxs görmüş və Qədirə salam vermiş, lakin Qədir onun salamını qəbul etməmişdir. O, marketdən siqareti alıb çıxan zaman Qədir “kola olsa çəkərdik” sözlərini demişdir. Onun psixi pozuntuları olduğu üçün əvvəllər narkotik vasitələrdən istifadə etmişdir, lakin 2 ildir ki, müalicə alaraq narkotik vasitələrdən istifadə etmir. Zərərçəkmiş şəxs da onun əvvəllər narkotik vasitə istifadə etdiyini, lakin hazırda istifadə etmədiyini bilirmiş. Buna baxmayaraq, marketdə ondan və Zərərçəkmiş şəxs başqa heç kim olmadığından Zərərçəkmiş şəxs ona söz atmasını fikirləşib Qədirə tərəf baxaraq həmin sözü ona deyib-demədiyini soruşmuşdur. Bu vaxt Zərərçəkmiş şəxs ona kobud cavab verərək “sən kimsən ki, sənə söz atım” demiş və anidən aralarında sözlü mübahisə yaranmış, lakin dava-dalaş olmamış, yavaşca başının sol nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Bu vaxt o, Zərərçəkmiş şəxs kənara itələyərək onu vurmadan marketdən çölə çıxmışdır. Çölə ona görə çıxmışdır ki, istəmirmiş ki, Zərərçəkmiş şəxs ilə mübahisələri davam etsin və daha da şiddətlənsin. O, marketdən çıxdıqdan sonra marketin yan hissəsində yerləşən kişi salonunun qarşısında dayanıb siqaret çəkirmiş. Qədir marketdən çıxmış, anidən aralarında yenə sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı Qədir ona təhqiredici sözlər demiş, o da Qədiri təhqir etmiş və əlbəyaxa olmuşlar, lakin dalaşmamışlar və həmin yerdən uzaqlaşaraq getmişdir. Təxminən 20 metr uzaqlaşmışdır ki, Zərərçəkmiş şəxs onun arxası ilə qışqıra-qışqıra “sənin anan və bacından xəbərin yoxdur” sözlərini demişdir. Zərərçəkmiş şəxs bu sözünü özünə və ailəsinə təhqir hesab etdiyindən üzərində gəzdirdiyi açıq qəhvəyi rəngli açılıb-bağlanan cib bıçağını çıxarıb bıçağı sağ əlində saxlayaraq Zərərçəkmiş şəxs yanına yaxınlaşmış və nəyə görə onu təhqir etməsinin səbəbini soruşanda Qədir “get işinlə məşğul ol, səni kimi şərəfsizə əl qaldırmağa dəyməz, elə etmə ki, səni burada döyüm” demişdir. Həmin vaxt yenə onlar əlbəyaxa olmuşlar, əlində olan bıçaqla Qədirin qarın və sol bud nahiyəsinə dəqiq yadında deyil, təxminən 1-2 bıçaq zərbəsi vurmuşdur. O, Zərərçəkmiş şəxs bıçaq zərbəsi vurduqdan sonra Qədir marketin kənarında yerləşən qaz borusunun üzərində oturmuşdur. Həmin vaxt həmin küçədən təsadüfən X11 briqadasının maşını keçirmiş, o, əl edib X11 briqadasının maşınını saxlatmış və həkimlərə Qədirin xəsarət aldığını demişdir. Bundan sonra X11 briqadasının həkimləri X12 Mərkəzinə aparmışlar. O, Qədirin aldığı xəsarətin elə də ciddi olmadığını görüb oradan uzaqlaşaraq bıçağı da özü ilə götürüb yaşadığı evə getmiş və fikirləşmişdir ki, həkimlər ona kömək edəcəklər. Çox az müddət keçdikdən sonra polis əməkdaşlarının yaşadığı evin yaxınlığında olduqlarını görüb onlara yaxınlaşaraq törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etmişdir. Qeyd etmişdir ki, o, hadisəni törədən zaman spirtli içkinin təsiri altında olmuşdur. Həmçinin Zərərçəkmiş şəxs onu və ailəsini təhqir etdiyi üçün özünü və ailəsini təhqir olunmuş hesab edərək onu bıçaqla vurmuşdur. O, özü Qədirin bud nahiyəsinə bıçaq zərbəsi vurmuşdur. Onun əvvəlcədən Zərərçəkmiş şəxs bıçaqla vuraraq onu nə öldürmək, nə də ki, ona xəsarət yetirmək kimi heç bir niyyəti olmamışdır. Zərərçəkmiş şəxs vurduğu bıçağı isə polis əməkdaşları tərəfindən saxlanılan gün İstintaq şöbəsinə təqdim etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə 27 iyun 2024-cü il tarixdə, saat 22 radələrində ünvan 3 ünvanında yerləşən «Mor Mor» kafesinin yaxınlığında marketin qarşısında baş vermişdir. Hadisənin baş verməsinə əsas və səbəb Zərərçəkmiş şəxs onun ailəsini təhqir etməsi olmuşdur. Zərərçəkmiş şəxs onun ailəsini təhqir etməsə idi, ona bıçaqla xəsarət yetirməyəcək imiş. O, marketin içərisində olan zaman Zərərçəkmiş şəxs onun narkotik vasitələrdən istifadə etmədiyini bilməsinə baxmayaraq, ona söz ataraq “kola olsa çəkərdik” sözlərini demişdir. O da Zərərçəkmiş şəxs həmin sözü ona deyib-demədiyini soruşmuşdur. Bu vaxt Zərərçəkmiş şəxs ona kobud cavab verərək “sən kimsənki sənə söz atım” demiş və anidən başının sol nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Zərərçəkmiş şəxs onu hansı səbəbdən vurmasını bilmir, çünki onunla mübahisə etmək istəmirmiş, bu səbəbdən Zərərçəkmiş şəxs onu yumruqla vurmasına baxmayaraq, onu kənara itəliyərək marketdən çölə çıxmışdır. Zərərçəkmiş şəxs onu yumruqla vurmasına baxmayaraq, o, heç bir xəsarət almamış, bu səbəbdən məhkəmə-tibbi ekspertizasından keçmək istəməmişdir. O, Zərərçəkmiş şəxs bıçaqla vuran zaman onun yanında heç kim olmamış, ətrafdan kiminsə hadisəni görməsini görməmişdir. O, Sabunçu qəsəbəsində yerləşən “Rus bazarı” deyilən ərazidən həmin bıçağı xoşu gəldiyindən alaraq üzərində saxlamışdır. Lakin həmin bıçaqla əvvəlcədən və ya sonradan kiməsə xəsarət yetirmək kimi heç bir niyyəti olmamışdır (iş vərəqə: cild İ, səh.11-12, 35-38, 51-53, 176-179). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı daha da təfərrüatlı verdiyi həmin ifadələrini təsdiq etdiyini və Zərərçəkmiş şəxs həqiqət də iki dəfə bıçaqla zərbə vurduğunu bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 27 iyun 2024-cü il tarixdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev küçəsində yerləşən mağazaya getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs da orada olmuşdur. O, marketdən çıxan zaman ayağı nəyəsə ilişmiş və yıxılmışdır. Bu zaman oradakılar gülməyə başlamış, Turan da gülmüşdür. O, Turandan nəyə güldüyünü soruşan zaman aralarında mübahisə yaranmış və dava etmişlər. Həmin vaxt orada başqa şəxslər onları ayırmışdır. Daha sonra o, Təqsirləndirilən şəxs təhqir etmiş və söymüşdür. O, Təqsirləndirilən şəxs təhqir edərkən Turan onu vurmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs içkili olmuş və aralarında mübahisə bu yerə gəlib çıxmışdır. Təqsirləndirilən şəxs onun qasıq və qarın nahiyəsindən iki zərbə vurmuşdur. O, Təqsirləndirilən şəxs onu vurduğu bıçağı görmüşdür. Sonra X7 zəng etmişlər və daha sonra nə olduğunu bilməmişdir. O, hal-hazırda Təqsirləndirilən şəxsla barışmışdır. Ona səhhəti ilə bağlı dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. O, təqsirləndirilən şəxsdən şikayətçi deyil. Təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: _1/5804 nömrəli, 28 iyun 2024-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu olmuşdur (iş vərəqə: cild İ, səh. 6). _28 iyun 2024-cü il tarixli “baxış və götürmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bıçağa baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs həmin bıçaqla Zərərçəkmiş şəxs bədən xəsarəti yetirdiyini bildirmiş, bıçağın üzərində qan ləkələri olduğundan sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür (iş vərəqə: cild İ, səh. 15-16). _29 iyun 2024-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ünvan 4 ünvanın qarşısında hadisə yerini və törətdiyi cinayət hadisəsinin baş vermə mexanizmini göstərərək, verdiyi ifadəsini bir daha hadisə yerində əyani şəkildə göstərməklə təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 56-57). _Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə ballistik ekspertizasının 3/1851 nömrəli, 09 dekabr 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir və üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir (iş vərəqə: cild İ, səh. 132-135). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 21 noyabr 2024-cü il tarixli, 3352 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh.136-138). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X3” X6 09 dekabr 2024-cü il tarixli, 3021 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarının ön divarının qarın boşluğuna nüfuz edərək nazik bağırsağın, nazik bağırsaq müsariqəsinin, yoğun bağırsağın və böyük piyliyin yaralanmasına səbəb olan 1 (bir) ədəd, qarının sol yan divarının daxilə nüfuz etməyən 1 (bir) ədəd, sol qasıq nahiyəsinin daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə qarının ön divarının qarın boşluğuna nüfuz edərək nazik bağırsağın, nazik bağırsaq müsariqəsinin, böyük piyliyin, yoğun bağırsağın yaralanmasına səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, qarının sol yan divarının və sol qasıq nahiyəsinin daxilə nüfuz etməyən 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (iş vərəqə: cild İ, səh.139-141). _18 dekabr 2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağı maddi sübut hesab olunaraq saxlanması üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə təhvil verilmişdir (iş vərəqə: cild İ, səh. 152-153). _Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 28 iyun 2024-cü il tarixli “tutma haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 28 iyun 2024-cü il tarixdə tutulmuşdur (iş vərəqə: cild İ, səh. 28). _Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 iyun 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 28 iyun 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.63-74). _Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığında saxlanma müddəti 28 sentyabr 2024-cü il tarixədək müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh.70-75). _28 sentyabr 2024-cü il tarixli “qətimkan tədbiri seçilməsi haqqında qərar”dan görünür ki, həmin tarixdə ev dustaqlığı qətimkan tədbirinin müddəti bitdiyindən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.76-77). _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 dekabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 142-143). _Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı təqdim etdiyi notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur (iş vərəqə: cild İ, səh. 69). _Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir (cinayət işinin materialları). Hüquqi məsələlər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olubolmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, zərərçəkmiş şəxsin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, cinayət işinin araşdırılması və məhkəmədə baxılıb həll edilməsinə münasibətdə istinad edilən əməlin törədilməsi, həmin əməldə cinayət tərkibinin və onu cinayət kimi xarakterizə edən bütün əlamətlərin olub-olmaması sübutların köməyilə müəyyən edilir. Cinayət işi və bununla bağlı materiallar üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün kifayət edən sübutların cəmi sübutetmə həddini xarakterizə edir. Beləliklə, təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onun əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə etmə, saxlama, daşıma, üzərində gəzdirmə və insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməllərini törətmişdir. Məhkəmə həyata keçirilən mühakimə fəaliyyəti nəticəsində heç bir şübhəyə yer verməyən mütləq həqiqətin aşkarlanmasından ötrü ittiham tərəfinin təqdim etdiyi sübutları, təqsirləndirilən şəxsin özünün müdafiəsi ilə bağlı göstərdiyi dəlilləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırmış və hesab edir ki, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələrinə münasibətdə onun əməllərinə hüquqi qiymət verilməlidir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqdim edilmiş obyektiv və mötəbər sübutların tədqiq edilməsi və həmin sübutlara əsaslanan cinayət işinin faktiki halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəldən tanıdığı Zərərçəkmiş şəxs onunla kobud danışaraq ünvanına nalayiq sözlər işlətməsi səbəbindən özünü alçaldılmış hesab edərək qanunsuz olaraq ədə edib saxlayıb daşıyaraq üzərində gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş, soyuq silah hesab edilən ov bıçağı ilə Zərərçəkmiş şəxs vuraraq həyat üçün təhlükəli olan sağlamlığına ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini göstərsə də, Təqsirləndirilən şəxs soyuq silah hesab edilən ov bıçağını həqiqətən də əldə edib saxlayıb daşıyaraq üzərində gəzdirməsi və həmin bıçaqla Zərərçəkmiş şəxs qəsdən vuraraq sağlamlığına ağır zərər yetirməsi həm məhkəmə, həm də ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadələri ilə, məhkəmə istintaqında tədqiq olunmuş yuxarıda qeyd edilən ekspertiza rəyləri, maddi sübut, istintaq hərəkətlərinin protokolları və sübut növü hesab edilən sənədlərlə öz təsdiqini tapmışdır. Göstərilən obyektiv və mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurması, zərərçəkmiş şəxsin sağlamlığına zərər yetirməsinə şüurlu surətdə yol verərək, qəsdən həmin əməli törətməsi təsdiq olunmuş, həmçinin onun qəsdən törədilmiş, qeyri-qanuni və ictimai təhlükəli əməli, yəni qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma cinayətini törətməsini zəruri edən heç bir obyektiv səbəblər olmamış və törədilmiş qəsdən sağlamlığa ağır zərər vurma, həmçinin qanunsuz olaraq soyuq silahı əldə etmə, saxlama, daşıma və gəzdirmə cinayət əməlləri tam olaraq Təqsirləndirilən şəxs qəsdi ilə əhatə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə törətdiyi cinayət əməlinin hüquqi tövsifi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, 7 mart 2025-ci il tarixdə qəbul edilmiş və 19 mart 2025-ci il tarixdə qüvvəyə minmiş, 153-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsinin 228-ci maddəsi yeni redaksiyada verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi qanunsuz olaraq soyuq silahı əldə etmə, saxlama, daşıma və gəzdirmə cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi (19 mart 2025-ci il tarixədək qüvvədə olmuş redaksiyada) ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü (19 mart 2025-ci il tarixədək qüvvədə olmuş redaksiyada) maddələri ilə tövsif olunmalı və o, həmin maddələrlə təqsirli bilinməlidir. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, maddi sübutu, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, qeyd edilən sübut növləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü (19 mart 2025-ci il tarixədək qüvvədə olmuş redaksiyada) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi sübuta yetirildiyindən o, həmin maddələrlə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində zərərçəkmiş şəxsin səhhəti ilə bağlı dəymiş ziyanın ödənilməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Bundan başqa, qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmiş və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Qeyd edilənlər Təqsirləndirilən şəxs cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini mümkün edir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsini nəzərə almaqla yanaşı, eyni zamanda təqsirləndirilən şəxsin barəsində olan yuxarıda göstərilmiş cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə, həmçinin Cinayət Məcəlləsinin 228.4-cü (19 mart 2025-ci il tarixədək qüvvədə olmuş redaksiyada) maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Bununla yanaşı, eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəliliyi nəzərə alınarsa, yəni törədilmiş əməl nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına ağır zərər vurulması və təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilmə səbəbi kimi onun subyektiv qiymətləndirilməsi baxımından zərərçəkmiş şəxslə aralarındakı sözlü mübahisə zamanı qanunsuz olaraq əldə edib saxlayıb daşıyaraq üzərində gəzdirdiyi soyuq silah hesab edilən ov bıçağı ilə zərərçəkmişin sağlamlığına qəsdən ağır zərər vurması kimi işin hallarını (yəni, istənilən adi həyati halda, öz subyektiv düşüncəsinə görə cüzi müzakirə və ya mübahisə halında təqsirləndirilən şəxsin ağır cinayət törətməsini) nəzərə alaraq onun barəsində şərti məhkum etmənin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməməlidir. Belə ki, şərti məhkumetmənin təyin edilməsi şəxsin islah olunması məqsədinə cavab verməlidir. Cinayət qanunvericiliyinin tələblərinə əsasən şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır (CM-nin 70.1-ci maddəsi). Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi maddə 8.1). Odur ki, göstərilənlərə əsasən şərti məhkum etmə institutunun onun barəsində tətbiq edilməsi təqsirləndirilən şəxsin islah olunması və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiq hesab edilə bilməz. Həmçinin təqsirləndirilən şəxsin barəsində cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinin nəzərdə tutulduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsi üçün də qanunvericilikdə nəzərdə tutulmuş hər hansı hallar müəyyən edilməmişdir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 01 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 iyun 2024-cü il tarixli qərarına əsasən həmin tarixdə əvvəli 28 iyun 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli qərarına əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığında saxlama müddəti 28 sentyabr 2024-cü il tarixədək müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 iyun 2024-cü il tarixdən 28 sentyabr 2024-cü il tarixədək 03 (üç) ay müddətində həbsdə və ev dustaqlığında saxlanılmasını nəzərə alaraq, həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Sabunçu Rayon Polis İdarəsində saxlanca verilmiş zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı bir ədəd ov bıçağı məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü (19 mart 2025-ci il tarixədək qüvvədə olmuş redaksiyada) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 (üç) il müddətinə, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi (19 mart 2025-ci il tarixədək qüvvədə olmuş redaksiyada) ilə 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 28 iyun 2024-cü il tarixdən 28 sentyabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı 3 (üç) ay müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, Təqsirləndirilən şəxs üzərində 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 01 iyul 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanca verilmiş bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar