Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-979/2021 15.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 Ağalarovun sədrliyi ilə, hakimlər Eldar Əli oğlu Mikayılov və Siyavuş Həbib oğlu Hacıyevdən ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2 və müdafiəçi: Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında 2 iyun 1988-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Cəlilabad şəhəri Səttarxan küçəsi, ev 59da qeydiyyatda olub, Bakı şəhəri Qaradağ rayonu, Məcbur Köçkünlər Şəhərciyi, ev 24 mənzil 11-də yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmək, saxlama, daşıma, satma və İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmək barədə İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Əli” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda 20.071,215 qram çəkidə narkotik vasitə tiryəki naməlum vaxtda, yerdə və şəraitdə satış məqsədilə qanunsuz olaraq əldə edib külli miqdarda 20002 qram narkotik vasitə tiryəki yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanına daşıyıb evdə gizlətməklə saxlamış, qalan külli miqdarda 69,215 qram çəkidə narkotik vasitə tiryəki isə üzərində saxlamaqla yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Məcburi Köçkünlər Şəhərciyi 24 nömrəli evin yaxınlığına daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 07 yanvar 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 21.30-da qeyd olunan ünvanda saxlanılaraq ünvan 2ş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd bükümdə külli miqdarda 69,215 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin gün saat 00.15-də evə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 3, 11 saylı mənzilin yataq otağından bir ədəd göy rəngli polietilen bağlamada on ədəd qara rəngli bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 2000 qram, 1974 qram, 2002 qram, 2036 qram, 1998 qram, 2000 qram, 1992 qram, 2006 qram, 1990 qram və 2004 qram olmaqla ümumilikdə külli miqdarda 20002 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və bir ədəd üzərində narkotik vasitə tiryəkin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, əvvəllər bir neçə dəfə ərzaq məhsulları almaq üçün İran İslam Respublikasına getmişdir. Narkotik vasitə tiryəkdən istifadə edir. 07 yanvar 2021-ci il tarixdə axşam saat təxminən 21:30 radələrində yaşadığı ünvan 3 ünvanının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt üzərində cəmi 70 qram şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə tiryək olmuşdur. Polis əməkdaşları ondan narkotik vasiitəni kimdən aldığını soruşsa da bu barədə məlumat verməmişdir. Buna görə də üzərinə 20 kq narkotik vasitə və elektron tərəzi qoyulmuşdur. Polis əməkdaşlarının fiziki təzyiqi altında evində keçirilmiş videoçəkiliş zamanı 20 kq narkotik vasitə tiryəkin özünə məxsus olmağını bildirmişdir. Özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkilidir. 07 yanvar 2021-ci il tarixdə Baş İdarəyə daxil olmuş məlumatda Cəlilabad şəhəri, Səttarxan küçəsi ev 59-da qeydiyyatda olan və Bakı şəhəri, ünvan 1-də kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması göstərilmişdir. Məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. 07 yanvar 2021-ci il tarixdə ünvan 4 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs yeri müəyyən edilərək saxlanılmış və BNMİ-nə gətirilmişdir. Orada xidməti otaqların birində videoçəkilişdən aparılmaqla Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Sonuncu polis əməkdaşlarının təklifi ilə əynindəki qara rəngli isti qış gödəkcəsinin sol yan cibindən bir ədəd sellofan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış və üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış zamanı içərisində narkotik vasitə tiryəkə bənzər kütlə aşkar edilmiş, elekron tərəzi ilə çəkildikdən sonra çəkisinin 71 qram olması müəyyən edilmişdir. Həmin maddə zərfə qoyularaq qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə tiryək olduğunu, həmin maddəni İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Əli” adlı şəxsin göndərdiyini, sonuncu ilə 2 il əvvəl İİR-da tanış olduğunu, “Əli” adlı şəxsin 10 gün qabaq onunla əlaqə yaradaraq saxlaması üçün narkotik vasitə göndərəcəyini, narkotik vasitəni ona deyilən yerə qoyduqdan sonra onun bank hesabına 2.000 manat pul göndərəcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə tiryəki 06 yanvar 2021-ci il tarixdə axşam saat 21 radələrində Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən marketlərdən birinin qabağından götürdüyünü, üzərindəki maddəni öz istifadəsi üçün saxladığını və yaşadığı evdə də həmin maddənin əsas hissəsini gizlətdiyini bildirib, evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra axtarış və götürmə aparılması barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və iştirakçılar protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri ünvan 1-ə gedib, evə baxış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs polis əməkdaşlarının təklifindən sonra evin dəhlizindən sol tərəfdə yerləşən yataq otağına keçərək, orada otağa girişdən sağ tərəfdə yerləşən, üzərinə parça örtük atılmış sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə tiryək olduğunu demişdir. Həmin sellofan torbaya baxış keçiriləkən içərsindən bir ədəd gümüşü rəngli elektron tərəzi və narkotik vasitə tiryəkə bənzər kütlə aşkar olunmuşdur. Həmin maddənin çəkisinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzi ilə çəkilmiş və 20 kiloqram 545 qram olması müəyyən edilmişdir. Daha sonra həmin sellofan torbadan aşkar edilmiş bir ədəd gümüşü rəngli elektron tərəzi sellofan torbaya daxil edilərək qablaşdırılmışdır. Daha sonra evin digər hissələrinə baxış keçirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs evindən aşkar olunmuş sellofan torbada olan maddəni İran İslam Respublikası vətəndaşı olan “Əli” adlı şəxsin ona göndərdiyini, həmin maddəni ona deyilən yerə qoyduqdan sonra 2.000 manat pul əldə edəcəyini bildirmişdir. Baxış keçirilən yerdə sənədləşmənin aparılması üçün münasib şərait olmadığından sənədləşmə aparılması üçün iştirakçılar BNMİ-nə dəvət edilmişdir. Orada müvafiq protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunduqdan sonra imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar ifadələr verdilər. Materialların məhkəmə ekspertizasının 08 yanvar 2021-ci il tarixli 6/87 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən....” sözləri yazılmış 01 ədəd kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 69,215 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı ünvandan...” sözləri yazılmış bir ədəd göy rəngli polietilen bağlamada on ədəd qara rəngli bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 2000 qram, 1974 qram, 2002 qram, 2036 qram, 1998 qram, 2000 qram, 1992 qram, 2006 qram, 1990 qram və 2004 qram olmaqla ümumi təmiz çəkisi 20002 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Aşkar edilmiş tiryəklər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Təqdim edilmiş bir ədəd elektron tərəzi üzərindən narkotik vasitə tiryəkin izləri aşkar edilmişdir (Qalıq: 1 №-li obyekt üzrə tiryək 69,115 qram, 2 №-li obyekt üzrə tiryək 20.000 qram təşkil edir). Məhkəmə-narkoloji ekspertizasının 15 mart 2021-ci il tarixli 795 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkolojı dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 140-141-ci vərəqlərindəki sərhədkeçmə məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 yanvar 2017-ci il tarixdən 23 avqust 2019-cu il tarixədək olan müddət ərzində iki dəfə Astara və altı dəfə Biləsuvar sərhədkeçmə məntəqələrindən istifadə etməklə ümumilikdə səkkiz dəfə Azərbaycan Respublikasının hüdudlarını İran İslam Respublikası istiqamətində tərk edərək geri qayıtmışdır. İşin 30-32-ci vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması haqqında 07 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 07 yanvar 2021-ci il tarixdə saat 21:30-da Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Məcburi Köçkünlər Şəhərciyi 24 nömrəli evin yaxınlığında saxlanılaraq adı çəkilən Baş İdarəyə dəvət edilmiş və orada xidməti otaqların birində saat 23:00-dan etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə olan tiryəkə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmənin aparılması zamanı videoçəklilişdən istifadə edilmiş, görüntülər bir ədəd CD diskə yazılaraq protokola əlavə edilmişdir. İşin 35-36-cı vərəqlərindəki “evə baxış keçirilməsi və götürmə haqqında” 08 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, əməliyyat-axtarış tədbirinin davamı olaraq 08 yanvar 2021-ci il tarixdə saat 00:15-dən etibarən Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 5 ünvanında yerləşən mənzilinə baxış keçirilərkən yataq otağından bir ədəd göy rəngli polietilen bağlamada on ədəd qara rəngli bağlamalarda külli miqdarda narkotik vasitə tiryəkə bənzər kütlə və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Evə baxış və götürmənin aparılması zamanı videoçəklilişdən istifadə edilmiş, görüntülər bir ədəd CD diskə yazılaraq protokola əlavə edilmişdir. İşin 90-91-ci vərəqlərindəki maddi sübut hesab edilməsi haqqında 09 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tədqiqatlardan sonra təmiz çəkisi 69,115 qram olan narkotik vasitə tiryək, yaşadığı mənzildən aşkar edilərək götürülmüş 20.000 qram narkotik vasitə tiryək və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN BMCMİ-nə təhvil verilmişdir. İşin 147-154-cü vərəqlərindəki sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarış, evə baxış və götürmə aparılmasının videogörüntülərini özündə əks etdirən iki ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İşin 113-114-cü vərəqələrindəki Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Həsənov X1 rayon məhkəməsnin 11 oktyabr 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 26 may 2014-cü il tarixli Əfv Fərmanı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İşin 21-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 7 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 143-144-cü vərəqlərindəki şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 29.09.2015-ci il təvəllüdlü İsmayıl Həsənov və 31.01.2019-cu il təvəllüdlü Rüqəyya Həsənova adlı iki azyaşlı uşaqları var. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bildi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi (iş vərəqi 63-66) məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə ifadəsinə tənqidi yanaşır və cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməlləri Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı, o, həmin maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CMnin 66.3-cü madəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 7 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Azərbaycan Respublikası DİN BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş təmiz çəkisi 69,215 (tədqiqatdan sonra 69,115) qram və yaşadığı evdən aşkar edilib götürülmüş təmiz çəkisi 20.002 (tədqiqatdan sonra 20.000) qram narkotik vasitə tiryəklər və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iki ədəd CD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, 234.4.1 və 234.4.3-cü maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 7 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş təmiz çəkisi 69,215 (tədqiqatdan sonra 69,115) qram və yaşadığı evdən aşkar edilib götürülmüş təmiz çəkisi 20.002 (tədqiqatdan sonra 20.000) qram narkotik vasitə tiryəklər və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iki ədəd CD disk isə cinayət işi materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-979/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-979/2021
15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver