Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-979/2023 04.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X6 və X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) – Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1987-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, işləməyən, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2 və 178.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 4 noyabr 2023-cü il tarixdə, saat 16:05-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talayıb zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla oğurluq və təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.
2. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2021ci ilin iyun ayından 2021-ci ilin oktyabr ayının sonunadək olan müddət ərzində tanışı Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi ünvan 3 ünvanda yerləşən "Sofulu” qızıl mağazasına gələrək mağazanın seyf olan otağındakı masanın siyirməsindən Zərərçəkmiş şəxs3 orada olmamasından istifadə edərək açarı götürüb mağazada olan seyfin qapısını açarla açıb saxlanc yeri olan seyfə qanunsuz daxil olaraq həmin seyfdə Zərərçəkmiş şəxs3 məxsus ümumi dəyəri 2000 (iki min) manat olan 1(bir) ədəd 12,1 qram çəkidə, 750 əyarda qızıl komplekti, 1(bir) ədəd 3 qram çəkidə, 583 əyarda qızıl üzüyü, 1(bir) ədəd 2,5 qram çəkidə, 583 əyarda qızıl üzüyü, 1(bir) ədəd 12 qram çəkidə 583 əyarda qızıl qolbağı, 1(bir) cüt 11,5 qram çəkidə 583 əyarda qızıl sırğanı, ümumi dəyəri 4000 (dörd min) manat olan 1(bir) cüt 8 qram çəkidə 22K əyarda qızıl sırğanı, 1(bir) ədəd 10 qram çəkidə 22K əyarda qızıl qolbağı, 1(bir) ədəd 20 qram çəkidə 585 əyarda qızıl boyunbağını, 1(bir) ədəd 8,5 qram çəkidə 585 əyarda qızıl qolbağı, 1(bir) ədəd 3 qram çəkidə 585 əyarda qızıl üzüyü, 1(bir) ədəd 14,5 qram çəkidə 750 əyarda qızıl boyunbağını, dəyəri 5000 (beş min) manat olan 1(bir) ədəd 74 qram çəkidə 750 əyarda, üzərində 12 karat brilliant qaşları olan qızıl qarnituru, ümumi dəyəri 2150 (iki min yüz əlli) manat olan 1(bir) cüt 12 qram çəkidə 585 əyarda qızıl sırğanı, 1(bir) ədəd 7 qram çəkidə 585 əyarda qızıl boyunbağını, 1(bir) ədəd 10 qram çəkidə 585 əyarda qızıl boyunbağını, 1(bir) ədəd 5 qram çəkidə 585 əyarda qızıl kulonu, 1(bir) ədəd 4 qram çəkidə 585 əyarda qızıl kulonu, ümumi dəyəri 1150 (min yüz əlli) manat olan 1(bir) ədəd 6 qram çəkidə 585 əyarda qızıl boyunbağını, 1(bir) ədəd 8 qram çəkidə 585 əyarda qızıl boyunbağını, 1(bir) ədəd 3 qram çəkidə 585 əyarda qızıl boyunbağını, 1(bir) ədəd 2 qram çəkidə 585 əyarda qızıl üzüyü, 1(bir) ədəd 3,5 qram çəkidə 585 əyarda qızıl üzüyü, ümumi dəyəri 2600 (iki min altı yüz) manat olan 1(bir) ədəd 18 qram çəkidə 750 əyarda qızıl boyunbağını, 1(bir) ədəd 9,8 qram çəkidə 750 əyarda qızıl saatı, 1(bir) ədəd 7,5 qram çəkidə 750 əyarda qızıl kulonu, 1(bir) cüt 10 qram çəkidə 585 əyarda qızıl sırğanı, ümumi dəyəri 1400 (min dörd yüz) manat olan 1(bir) ədəd 3,5 qram çəkidə 585 əyarda qızıl boyunbağını, 1(bir) ədəd 5 qram çəkidə 585 əyarda qızıl boyunbağını, 1(bir) ədəd 6 qram çəkidə 585 əyarda qızıl qolbağı, 1(bir) ədəd 3 qram çəkidə 585 əyarda qızıl üzüyü, 1(bir) ədəd 7,3 qram çəkidə 585 əyarda qızıl üzüyü, 1(bir) ədəd 3 qram çəkidə 21K əyarda diş qızılını, ümumi dəyəri 2600 (iki min altı yüz) manat olan 1(bir) ədəd 4 qram çəkidə 750 əyarda, üzərində 1 karat brilliant olan qızıl üzüyü, 1(bir) ədəd 5 qram çəkidə 750 əyarda qızıl üzüyü, 1(bir) ədəd 22 qram çəkidə 585 əyarda qızıl boyunbağını, 1(bir) ədəd 15 qram çəkidə 585 əyarda qızıl qolbağı, 1(bir) ədəd 4 qram çəkidə 585 əyarda qızıl üzüyü, 1(bir) ədəd 3 qram çəkidə 585 əyarda qızıl kulonu, 1(bir) ədəd 9 qram çəkidə 585 əyarda qızıl boyunbağını, ümumi dəyəri 2500 (iki min beş yüz) manat olan 1(bir) ədəd 5 qram çəkidə 585 əyarda qızıl kulonu, 1(bir) ədəd 8 qram çəkidə 585 əyarda qızıl boyunbağını, 1(bir) ədəd 12 qram çəkidə 585 əyarda qızıl qolbağı, 1(bir) ədəd 6 qram çəkidə 585 əyarda qızıl üzüyü, 1(bir) ədəd 5 qram çəkidə 750 əyarda qızıl üzüyü, 1(bir) ədəd 19 qram çəkidə 585 əyarda qızıl boyunbağını, ümumi dəyəri 5500 (beş min beş yüz) manat olan 1(bir) ədəd 3 qram çəkidə 585 əyarda qızıl üzüyü, 1(bir) ədəd 3 qram çəkidə 585 əyarda qızıl üzüyü, 1(bir) ədəd 2 qram çəkidə 585 əyarda qızıl üzüyü, 1(bir) ədəd 3,7 qram çəkidə 585 əyarda qızıl üzüyü, 1(bir) ədəd 3 qram çəkidə 585 əyarda qızıl üzüyü, 1(bir) ədəd 4 qram çəkidə 585 əyarda qızıl üzüyü, 1(bir) ədəd 4 qram çəkidə 585 əyarda qızıl üzüyü, 1(bir) ədəd 8 qram çəkidə 585 əyarda qızıl boyunbağını, 1(bir) ədəd 4 qram çəkidə 585 əyarda qızıl sancağı, 1(bir) ədəd 10 qram çəkidə 585 əyarda qızıl boyunbağını, 1(bir) ədəd 6 qram çəkidə 585 əyarda qızıl kulonu, 1(bir) ədəd 12 qram çəkidə 585 əyarda qızıl boyunbağını, 1(bir) ədəd 6 qram çəkidə 585 əyarda qızıl üzüyü, 1(bir) ədəd 6 qram çəkidə 750 əyarda qızıl üzüyü, 1(bir) ədəd 12 qram çəkidə 750 əyarda qızıl üzüyü, ümumi dəyəri 4250 (dörd min iki yüz əlli) manat olan 1(bir) ədəd 5 qram çəkidə 22K əyarda qızıl qolbağı, 1(bir) ədəd 5 qram çəkidə 22K əyarda qızıl qolbağı, 1(bir) ədəd 5 qram çəkidə, 22K əyarda qızıl qolbağı, 1(bir) ədəd 18 qram çəkidə 22K əyarda qızıl boyunbağını, 1(bir) cüt 14 qram çəkidə 22K əyarda qızıl sırğanı, 1(bir) ədəd 4 qram çəkidə 750 əyarda qızıl qolbağı, 1(bir) ədəd 11 qram çəkidə 750 əyarda qızıl komplekti, dəyəri 2800 (iki min səkkiz yüz) manat olan 1(bir) ədəd 28 qram çəkidə 750 əyarda, üzərində 5 karat briliant qaşı olan qızıl qarnituru, ümumi dəyəri 3000 (üç min) manat 1(bir) ədəd 12 qram çəkidə 585 əyarda qızıl boyunbağını, 1(bir) ədəd 3 qram çəkidə 585 əyarda qızıl boyunbağını, 1(bir) ədəd 2 qram çəkidə 585 əyarda qızıl qolbağı, 1(bir) cüt 4 qram çəkidə 585 əyarda qızıl sırğanı, 1(bir) ədəd 8 qram çəkidə 750 əyarda, üzərində 2 karat brilliant qaşı olan qızıl qolbağı, 1(bir) ədəd 8,5 qram çəkidə 22K əyarda qızıl onluq sikkəni, 1(bir) ədəd 4,5 qram çəkidə 22K əyarda qızıl beşlik sikkəni, 1(bir) ədəd 6 qram çəkidə 750 əyarda qızıl üzüyü, 1(bir) ədəd 4 qram çəkidə 585 əyarda qızıl üzüyü, ümumi dəyəri 2600 (iki min altı yüz) manat olan 1(bir) ədəd 4 qram çəkidə 585 əyarda qızıl üzüyü, 1(bir) ədəd 3 qram 585 əyarda qızıl üzüyü, 1(bir) ədəd 5 qram çəkidə 585 əyarda qızıl üzüyü, 1(bir) ədəd 2 qram çəkidə 585 əyarda qızıl üzüyü, 1(bir) ədəd 2 qram çəkidə 585 əyarda qızıl üzüyü, 1(bir) ədəd 12 qram çəkidə 585 əyarda qızıl boyunbağını, 1(bir) ədəd 8 qram çəkidə 585 əyarda qızıl boyunbağını, 1(bir) ədəd 16 qram çəkidə 585 əyarda qızıl qolbağı, dəyəri 1483 (min dörd yüz səksən üç) manat olan halqa formalı, 3 ədəd 750 əyarda, 14,83 qram çəkidə qızıl qolbaqları, ümumi dəyəri 10500 (on min beş yüz) manat olan 1(bir) ədəd 750 əyarda, 68 qram çəkidə qızıl sırğa-üzük, boyunbağı dəstini, dəyəri 3500 (üç min beş yüz) manat olan 1(bir) ədəd 22K əyarda, 30 qram çəkidə qızıl boyunbağını, dəyəri 408 (dörd yüz səkkiz) manat olan 1(bir) ədəd 585 əyarda, 5,11 qram çəkidə qızıl sırğa-üzük dəstini, dəyəri 940 (doqquz yüz qırx) manat olan 1(bir) ədəd 585 əyarda, 11,76 qram çəkidə qızıl boyunbağı-qolbaq dəstini, dəyəri 6200 (altı min iki yüz) manat olan 1(bir) ədəd 750 əyarda, 40,22 qram çəkidə üzərində brilyant qaşları olan qızıl sırğa-qolbaq-boyunbağı dəstini vahid niyyətlə əhatə olunan qəsdlə gizli talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 64581 (altmış dörd min beş yüz səksən bir) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir.
3. Bundan başqa, Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin yay ayının əvvəllərində Zərərçəkmiş şəxs2 işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon ərazisində yerləşən “İnci” qızılzinət əşyalarının alışı-satışı dükanına tanışı Zərərçəkmiş şəxs3la gəlib sonuncunun vasitəsi ilə Zərərçəkmiş şəxs2 özünü qızıl-zinət əşyalarının satışı ilə məşğul olan şəxs kimi təqdim edərək həmin ilin avqust ayınadək olan müddət ərzində hər dəfə 3000-4000 manat dəyərində qızıl-zinət əşyasını satıb pulunu sonradan ödəmək şərti ilə götürərək vəd etdiyi vaxtda götürdüyü qızılların dəyərini dükana ödəyib sonuncunun etibarını qazandıqdan sonra 2021-ci ilin avqust ayının əvvəllərindən sentyabr ayının sonunadək olan müddətdə bir ədəd milli manat məzənnəsinə nisbətdə 9999,4 manat təşkil edən 5882 ABŞ dolları dəyərində 750 əyarlı, 35,86 qram çəkidə, 11,93 karat üzərində brilyant qaşı olan komplekt dəsti, bir ədəd milli manat məzənnəsinə nisbətdə 7701 manat təşkil edən 4530 ABŞ dolları dəyərində 750 əyarlı, 87,97 qram çəkidə “Geneve” markalı qol saatını, bir ədəd milli manat məzənnəsinə nisbətdə 14599,6 manat təşkil edən 8588 ABŞ dolları dəyərində 750 əyarlı, 3,5 karat üzərində brilyant qaşı olan 132,64 qram çəkidə “Rolex” markalı qol saatını, bir ədəd milli manat məzənnəsinə nisbətdə 9999,4 manat təşkil edən 5882 ABŞ dolları dəyərində 750 əyarlı, 48 qram çəkidə 4,71 + 12,99 karat üzərində brilyant qaşı olan qəhvəyi rəngli komplekti, bir ədəd milli manat məzənnəsinə nisbətdə 3400 manat təşkil edən 2000 ABŞ dolları dəyərində 750 əyarlı, 16,1 qram çəkidə üzərində 2 karat brilyant qaşı olan “Messika” markalı qolbağı, bir ədəd milli manat məzənnəsinə nisbətdə 850 manat təşkil edən 500 ABŞ dolları dəyərində 585 əyarlı, 10,5 qram çəkidə komplekti, bir ədəd milli manat məzənnəsinə nisbətdə 2199,8 manat təşkil edən 1294 ABŞ dolları dəyərində 750 əyarlı, 12,17 qram çəkidə, üzərində 1,6 karat brilyant qaşı olan “VCA” markalı üzüyü, bir ədəd milli manat məzənnəsinə nisbətdə 1399,1 manat təşkil edən 823 ABŞ dolları dəyərində 750 əyarlı, 14,7 qram çəkidə komplekt dəsti, bir ədəd milli manat məzənnəsinə nisbətdə 1800,3 manat təşkil edən 1059 ABŞ dolları dəyərində 750 əyarlı, 18,8 qram çəkidə komplekti, bir ədəd milli manat məzənnəsinə nisbətdə 1099,9 manat təşkil edən 647 ABŞ dolları dəyərində 585 əyarlı, 12,28 qram bir cüt sırğanı, bir ədəd milli manat məzənnəsinə nisbətdə 12600,4 manat təşkil edən 7412 ABŞ dolları dəyərində 750 əyarlı, 125,66 qram çəkidə, üzərində 3,45 karat çəkidə brilyant qaşı olan “Rolex” markalı saatı, bir ədəd milli manat məzənnəsinə nisbətdə 2799,9 manat təşkil edən 1647 ABŞ dolları dəyərində 750 əyarlı, 15,87 qram çəkidə, üzərində 1,47 karat brilyant qaşı olan üzüyü, bir ədəd milli manat məzənnəsinə nisbətdə 4799,1 manat təşkil edən 2823 ABŞ dolları dəyərində 750 əyarlı, 40 qram çəkidə “Geneve” markalı qol saatını, bir ədəd milli manat məzənnəsinə nisbətdə 3299,7 manat təşkil edən 1941 ABŞ dolları dəyərində 750 əyarlı, 25,6 qram çəkidə “Geneve” markalı qol saatını, bir ədəd milli manat məzənnəsinə nisbətdə 3000,5 manat təşkil edən 1765 ABŞ dolları dəyərində 750 əyarlı, 23,7 qram çəkidə “Geneve” markalı qol saatını, bir ədəd milli manat məzənnəsinə nisbətdə 4000,1 manat təşkil edən 2353 ABŞ dolları dəyərində 750 əyarlı, 25,5 qram çəkidə üzəridə 1,86 karat brilyant qaşı olan “Karound” markalı komplekti, bir ədəd milli manat məzənnəsinə nisbətdə 12002 manat təşkil edən 7060 ABŞ dolları dəyərində 950 əyarlı, üzərində 8,5 karat brilyant qaşı olan, 26,76 qram çəkidə qadın broşkasını, bir ədəd milli manat məzənnəsinə nisbətdə 2499 manat təşkil edən 1470 ABŞ dolları dəyərində 750 əyarlı, 23 qram çəkidə “Cartier” markalı qolbağı, bir ədəd milli manat məzənnəsinə nisbətdə 1399,1 manat təşkil edən 823 ABŞ dolları dəyərində 585 əyarlı, 16,73 qram çəkidə “Pandora” markalı qolbağı, bir ədəd milli manat məzənnəsinə nisbətdə 4845 manat təşkil edən 2850 ABŞ dolları dəyərində 750 əyarlı, 37,36 qram çəkidə, üzərində 2 karat brilyant qaşı olan kişi qolbağını, bir ədəd milli manat məzənnəsinə nisbətdə 2601 manat təşkil edən 1530 ABŞ dolları dəyərində 750 əyarlı, 15,67 qram çəkidə, üzərində 1,8 karat olan brilyant qaşı olan ilan formalı üzüyü, bir ədəd milli manat məzənnəsinə nisbətdə 1800,3 manat təşkil edən 1059 ABŞ dolları dəyərində 750 əyarlı, 19 qram çəkidə, üzərində 1,5 karat brilyant qaşı olan komplekti, bir ədəd milli manat məzənnəsinə nisbətdə 2890 manat təşkil edən 1700 ABŞ dolları dəyərində 750 əyarlı, 19,93 qram çəkidə, üzərində 8 karat brilyant qaşı olan saçaqlı sırğanı və bir ədəd milli manat məzənnəsinə nisbətdə 2599,3 manat təşkil edən 1529 ABŞ dolları dəyərində 750 əyarlı, 20 qram çəkidə komplekti vahid niyyətlə əhatə olan qəsdlə ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə milli manat məzənnəsinə nisbətdə 114294,4 (bir yüz on dörd min iki yüz doxsan dörd manat qırx qəpik) manat təşkil edən 67.232 ABŞ dolları məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.
4. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 işlədiyi ünvan 3 ünvanda yerləşən "Sofulu" mağazasından gizli olaraq taladığı külli miqdarda qızıl-zinət əşyasının bir hissəsini tanışı Şahid3 girov qoyub faizlə pul götürməsi barədə Zərərçəkmiş şəxs3 yalan məlumat verib, həmin qızıl-zinət əşyalarının girovdan çıxarılması üçün 12.000 manat pul lazım olduğunu bildirmiş, bu niyyətlə 2021-ci ilin dekabr ayında ünvan 4 ünvanda yerləşən “AZİNKO”nun binasının qarşısında Zərərçəkmiş şəxs3 12.000(on iki min) manat pulu alaraq 2 saylı binanın birinci blokuna daxil olub liftlə 11-ci mərtəbəyə qalxıb bir neçə dəqiqə sonra geri qayıdaraq pulu Şahid3 ödəməsi və girova qoyulmuş qızıl-zinət əşyalarının sonuncu tərəfindən səhəri günü qaytarılacağı barədə yalan məlumat verərək həmin məbləğdə pulu ələ keçirmiş və zərərçəkmiş Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
5. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib mağazada olan qızıl-zinət əşyalarını satdıqdan sonra pullarını verəcəyinə dair ona yalan vəd verib aldatmış, 2022-ci ilin aprel ayının axırlarında ünvan 5 ünvanında yerləşən “Zinət əşyaları” mağazasında 2(iki) ədəd hər biri 900 (doqquz yüz) manat dəyərində olan 875 əyarlı 10-luq qızıl sikkəni, 1090(min doxsan) manat dəyərində olan 585 əyarlı ümumi çəkisi 12,82 qram çəkidə olan “Tifani” markalı qızıl qolbağı, 935 (doqquz yüz otuz beş) manat dəyərində olan 585 əyarlı 11 qram çəkidə üçbucaq qızıl dəsti, 1360 (min üç yüz altmış) manat dəyərində olan 585 əyarlı 16 qram çəkidə saçaqlı qızıl dəsti, 935(doqquz yüz otuz beş) manat dəyərində olan 585 əyarlı 11 qram çəkidə qarmaq qızıl qolbağı, 830(səkkiz yüz otuz) manat dəyərində olan 585 əyarlı 9,79 qram çəkidə qızıl qolbağı, 1100(min yüz) manat dəyində olan 585 əyarlı 13 qram çəkidə keçirmə qızıl qolbağ, 960(doqquz yüz altmış) manat dəyərində olan 585 əyarlı 11,29 qram çəkidə yumru qızıl dəsti, 776(yeddi yüz yetmiş altı) manat dəyərində olan 585 əyarlı 9,13 qram çəkidə zəncir qızıl qolbağı, 750(yeddi yüz əlli) manat dəyərində olan 585 əyarlı 8,81 qram çəkidə qızıl dəsti, 1426(min dörd yüz iyirmi altı) manat dəyərində olan 585 əyarlı 16,78 qram çəkidə qızıl dəsti, 810(səkkiz yüz on) manat dəyərində olan 585 əyarlı 9,55 qram çəkidə qızıl dəsti, 875(səkkiz yüz yetmiş beş) manat dəyərində olan 585 əyarlı 9,24 qram çəkidə qızıl dəsti, 866(səkkiz yüz altmış altı) manat dəyərində olan 585 əyarlı 10,19 qram çəkidə qızıl dəsti, 615(altı yüz on beş) manat dəyərində olan 585 əyarlı 7,23 qram çəkidə qızıl qolbağı, 965(doqquz yüz altmış beş) manat dəyərində olan 585 əyarlı 11,35 qram çəkidə qızıl dəsti, 1000(min) manat dəyərində olan 585 əyarlı 11,83 qram çəkidə qızıl dəsti, 1878(min səkkiz yüz yetmiş səkkiz) manat dəyərində olan 585 əyarlı 25,05 qram çəkidə qızıl boyunbağını, 1584(min beş yüz səksən dhörd) manat dəyərində olan 585 əyarlı 21,11 qram çəkidə qızıl boyunbağını, 1600(min altı yüz) manat dəyərində olan 585 əyarlı 20 qram çəkidə qızıl qadın saatı, 1255(min iki yüz əlli beş) manat dəyərində olan 585 əyarlı 14 qram çəkidə qızıl dəsti, 2300(iki min üç yüz) manat dəyərində olan 585 əyarlı 27 qram çəkidə qızıl dəsti, 1600(min altı yüz) manat dəyərində olan 585 əyarlı 19 qram çəkidə qızıl dəsti, 1874(min səkkiz yüz yetmiş dörd) manat dəyərində olan 585 əyarlı 22 qram çəkidə qızıl dəsti və 2022-ci ilin aprel ayının təxminən 23-24 tarixlərində ünvan 5 ünvanında yerləşən “Zinət əşyaları” mağazasında 715(yeddi yüz on beş) manat dəyərində olan 585 əyarlı 8,42 qram çəkidə qızıl dəsti, 1485(min dörd yüz səksən beş) manat dəyərində olan 585 əyarlı 17,45 qram çəkidə qızıl dəsti, 990(doqquz yüz doxsan) manat dəyərində olan 585 əyarlı 11,65 qram çəkidə qızıl dəsti, 530(beş yüz otuz) manat dəyərində olan 585 əyarlı 6,27 qram çəkidə qızıl üzüyü, 300(üç yüz) manat dəyərində olan 585 əyarlı 3 qram çəkidə qızıl sırğanı, 315(üç yüz on beş) manat dəyərində olan 585 əyarlı 3,70 qram çəkidə qızıl sırğanı alıb ələ keçirmiş, lakin verdiyi vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 33519(otuz üç min beş yüz on doqquz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.
İşin halları və dəlilləri:
6. Məhkəmənin 17 mart 2023, 31 mart 2023, 19 aprel 2023, 5 may 2023, 14 iyul 2023, və 28 iyul 2023-cü il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclaslarında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2 və 178.3.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni həmin Məcəllənin 177.3.2-ci maddəsi ilə olan ittihama münasibətdə özünü təqsirli bilməyərək, CM-in 178.3.2-ci maddəsi ilə olan ittihama münasibətdə isə Zərərçəkmiş şəxs3 12000 (on iki min) manat məbləğində dələduzluq yolu ilə xeyli miqdarda pulun ələ keçirilməsinə münadibətdə özünü təqsirli bilərək ifadə verməkdən və ona verilmiş suallara cavab verməkdən imtina etdiyi bildirdi.
7. Təqsirləndirilən şəxs 16 avqust 2023 və 4 oktyabr 2023-cü il tarixli məhkəmə iclaslarında ifadəsində göstərdi ki, onun Zərərçəkmiş şəxs1 ilə alış-verişi olmuş, nəticədə Zərərçəkmiş şəxs1 iddia etdiyi kimi 33569 manat deyil, 15300 manat borcu yaranmışdır. Lakin Zərərçəkmiş şəxs1 yaranmış həmin borcunu qaytarmaq üçün maddi imkanı yoxdur. Ona qarşı verilmiş ittihama və mülki iddialara münasibətdə yalnız Zərərçəkmiş şəxs3 ondan tələb etdiyi 12000 manat məbləğində pulun dələduzluq yolu ilə ələ keçirilməsinə münasibətdə ittihamı və həmin hissədə müvafiq mülki iddianı qəbul edir. Digər hissələrdə isə ittihamı və mülki iddianı qəbul etmir. Başqa hər hansı ifadə vermək və suallara cavab vermək istəmir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs məhkəmədən ona cəza təyin edilərkən himayəsində iki azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etdi.
8. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şahid qismində, həmçinin müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, eyni zamanda iş üzrə verdiyi izahatları elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə göstərmişdir ki, təxminən 2019-cu ildən Nəsimi rayonu, “Moskva Univermağı” ticarət mərkəzinin yaxınlığında yerləşən “Sofulu” qızıl dükanında işləyən Ceyhun adlı şəxsə qızılları lombarda girov qoyub pul götürmüşdür. “Sofulu” qızıl dükanının içərisində həmçinin lombard yerləşir. O, 2019-cu ildən lombarda qoyduğu girov qızılın əvəzində aldığı pulun faizini ödəmişdir. Hadisədən təxminən bir il əvvəl mütəmadi olaraq Ceyhunun işlədiyi dükana onun yanına gedib-gəlmişdir. Ceyhunun yanına gedib-gəldiyi bir il müddət ərzində Ceyhundan bir neçə dəfə qızıl almış, həmçinin Ceyhuna qızıl satmışdır. Bununla əlaqədar onunla münasibəti yaranmışdır. 2021-ci ilin iyun-iyul aylarında, dəqiq bilmədiyi tarixdə, günorta vaxtlarında Nəsimi rayonu, “Moskva Univermağı” ticarət mərkəzinin yaxınlığında yerləşən “Sofulu” qızıl dükanına getmişdir. Dükanda Ceyhunun olmadığını görüb dükanın içərisində yerləşən ofisə daxil olmuşdur. Ofisin içərisində qızıl saxlanılan seyf yerləşir. Seyfin açarı həmişə ofisdə olan masanın siyirməsində olmuşdur. O, bunu bildiyindən masanın siyirməsində olan açarı götürüb seyfin qapısını açaraq seyfin içərisində olan lombarda girov qoyulmuş qızıl-zinət əşyalarının bir hissəsini götürüb seyfin qapısını bağlayaraq açarı masanın siyirməsinə qoymuşdur. Həmin oğurluq onun Ceyhunun icarə ilə işlətdiyi obyektdən ilk oğurluğu olmuşdur. Sonra Ceyhun gəldikdə onunla görüşüb hal-əhval tutub oradan uzaqlaşmış və Ceyhun onun lombarddan oğurluq etdiyini bilməmişdir. Bundan sonra iki dəfə ardıcıl olaraq avqust və sentyabr ayında, hazırda tarixlərini dəqiq xatırlamadığı vaxtlarda Ceyhunun işlətdiyi “Sofulu” qızıl dükanının içərisindəki seyfdən eyni qaydada müxtəlif növ qızıl-zinət əşyaları oğurlamışdır. Oğurladğı qızıl-zinət əşyalarını şəhərin müxtəlif yerlərində, daha dəqiq Nəsimi rayonu, 20 Yanvar metrosu yaxınlığında yerləşən yerləşən “Nömrə 1” lombarda, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən “Avand” lombarda, həmçinin Şahid3 adlı qadına girov qoyub pul götürmüşdür. Həmin pulları həyat yoldaşının qohumu Şahid2 vermişdir. Belə ki, onun Şahid2 27000 manat borcu olmuşdur. Belə ki, Əhmədlə aralarında olan alış-verişlə əlaqədar Əhmədin ona verdiyi 27000 manat pulu naməlum şəraitdə və vaxtda itirmiş, həmin pulu Əhmədə faizi ilə qaytarmağa çalışmışdır. Borcunu qaytardıqdan sonra Şahid2 ondan borcun faizini də tələb etmişdir. O da ona olan faiz borcunu ödəmək üçün çıxılmaz vəziyyətdə qalıb oğurluq etmişdir. Əhmədə ümumilikdə 120000 manat faiz ilə birlikdə borc pul qaytarmışdır. “Sofulu” qızıl dükanından oğurladığı qızıl-zinət əşyalarını girov qoyub pul götürdükdən sonra təxminən 3000 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Qızıl-zinət əşyalarını hər dəfə seyfdən oğurlayarkən onun oğurluq etdiyini heç kim görməmişdir. Hazırda etdiyi hərəkətlərdən peşmandır. Qızıl-zinət əşyalarının bir hissəsini “Avand” və “Nömrə 1” lombardlarına girov qoyarkən anası Şahid5, gəlinləri Şahid1 adına girov qoymuşdur. Həmin vaxt onlar qızıl-zinət əşyalarının oğurluq olduğunu bilməmiş və o da onlara bu barədə heç bir məlumat verməmişdir. Bundan başqa Ceyhunun işlətdiyi “Sofulu” qızıl dükanının içərisindəki seyfdən oğurladığı qızıl-zinət əşyalarının bir qismini Şahid3 adlı qadına girov qoyub pul götürmüşdür. Onun etdiyi oğurluq barədə Ceyhunun xəbəri olduqdan sonra o, Ceyhuna həmin qızılları girovdan çıxarmaq üçün lazım olan məbləği ödəyə biləcəyini demiş və o da razılaşmışdır. Buna görə də Ceyhuna qızılları tanıdığı Şahid3 lombardına girov qoyub pul götürdüyünü və həmin qızılları girovdan çıxarmaq üçün 12.000 manat pul lazım olduğunu bildirmişdir. Oğurluq faktı ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparıldığı ilkin dövrdə, yəni 2021-ci ilin dekabr ayında Ceyhun ona qızılları girovdan çıxarmaq üçün lazım olan məbləği ödəyə biləcəyini bildirmişdir. Buna görə də 2021-ci ilin dekabr ayında, dəqiq xatırlamadığı tarixdə o, Ceyhunla Nərimanov rayonu ərazisində yerləşən “Azinko”nun binasının qarşısında görüşmüşdür. Ceyhun binanın qarşısında ona 12.000 manat pul vermiş və ondan pulu götürüb həmin binaya daxil olaraq Şahid3 yaşadığı 11-ci mərtəbəyə liftlə qalxmışdır. Dilarəyə mənzilinin qarşısında 12.000 manat pulu ödəmiş, lakin Dilarə qızıl-zinət əşyalarını ona vermədiyinə görə o, həmin qızıl-zinət əşyalarını Zərərçəkmiş şəxs3 təqdim etməmişdir. Belə ki, Dilarə həmin pulu girovun faizinə çıxmışdır. Baxmayaraq ki, o, Ceyhundan aldığı 12000 manat pulu Dilarəyə girov qoyduğu qızıl-zinət əşyalarını ona geri qaytarması üçün vermiş, lakin Dilarə həmin qızıl-zinət əşyalarını ona geri qaytarmamışdır. Təqsirləndirilən şəxs sonrakı ifadələrində göstərmişdir ki, həqiqətdə həmin pulu Dilarənin bildirdiyi Xatirə adlı qadına vermiş, lakin Xatirə Dilarənin göstərişinə əsasən həmin pulu faizə hesablayaraq qızılları qaytarmaqdan imtina etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 təxminən iki ilə yaxındır tanıyır. Belə ki, Nəsimi rayonu, 5-ci mikrorayonda yerləşən “Moskva Univermağı” Ticarət Mərkəzinin qarşısında yerləşən qızıl-zinət əşyalarının alqısatqısı mağazasında işləyərkən Samirlə aralarında dostluq münasibəti yaranmış və Samir ona etibar etdiyinə görə o, Samirin işlədiyi mağazada satış məqsədi ilə qoyduğu müxtəlif qızıl-zinət əşyalarını bir neçə dəfə götürərək satıb pulunu ona ödəmiş, həm də özü mənfəət əldə etmişdir. Hazırda Samirə borcu yoxdur. O, Samirdən müxtəlif məbləğdə müxtəlif qızıl-zinət əşyaları satmaq üçün götürəndə həmin əşyaların bir qismini satıb pulunu nağd ödəmiş, bəzi qızıl-zinət əşyalarını isə satsa da, lakin alıcılar ona borclu qaldıqlarından Samirə pulu gecikmə ilə vermişdir. Bu səbəbdən də pulun gecikdirilməsi ilə bağlı aralarında müəyyən narazılıqlar yaranmışdır. Lakin sonra Samirə məxsus qızıl-zinət əşyalarından satılanın pulunu ödəmiş, satılmayanları isə Samirə geri qaytarmışdır. Samirin satılmayan qızıl-zinət əşyalarını Ceyhuna verərək ona qaytarmasını bildirmişdir. Samirə məxsus qızıl-zinət əşyalarından Ceyhuna verdiyi dəyəri 20000 manat olan “Cartier” markalı qızıl saat, dəyəri 15000 manat olan “Montdor” markalı qızıl saat olmuşdur. Ceyhunun Samirə qaytardığı 31550 manat pulun həmin qızıl-zinət əşyalarının dəyəri olduğunu ehtimal edir. Bundan başqa, təxminən 2022-ci ilin aprel ayında maddi vəziyyətilə əlaqədar ünvan 5 ünvanında yerləşən qızıl-zinət əşyalarının satıldığı mağazada özünə məxsus qızıl qolbağı 325 manat qarşılığında satmışdır. Həmin vaxtı mağazanı işlədən Zərərçəkmiş şəxs1 ilə tanışlığı yaranmışdır. Bir neçə gün sonra həmin mağazadan bir cüt sırğa almışdır. 2018-ci il tarixdən 2021-ci il tarixədək Nəsimi rayonu ərazisində yerləşən “Moskva Unvermağında” qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmuşdur. Bu səbəbdən qohumları və tanışlarına qızıl-zinət əşyaları lazım olanda tez-tez ona müraciət etmişlər. O isə onlara ucuz qiymətə qızıl tapmışdır. Zərərçəkmiş şəxs1 ilə münasibəti yarandıqdan sonra tanışları ondan yenidən qızıl-zinət əşyaları istədiklərini bildirmişlər. Zərərçəkmiş şəxs1 ilə söhbət zamanı maddi vəziyyətinin pis olduğunu və müştərilərinin az olduğunu demişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs1 işlətdiyi mağazaya getmiş və tanışlarının çoxlu sayda qızıl-zinət əşyaları almaq istədiklərini bildirmişdir. Mağazada olan qızıl-zinət əşyalarının fotoşəkillərini çəkmiş və tanışlarına göndərmişdir. Göndərdiyi fotoşəkillərdəki qızıl-zinət əşyalarının bir neçəsini bəyənmişlər. O həmin qızıl-zinət əşyalarını Zəminədən götürərək tanışlarına satmış, həmin gün də Zəminədən götürmüş olduğu qızıl-zinət əşyalarının pulunu ona tam şəkildə vermişdir. Təxminən 7-8 dəfə Zəminədən tanışları üçün qızıl-zinət əşyaları götürüb satmış və vaxtlı-vaxtında Zəminəyə qızıl-zinət əşyalarının pulunu vermişdir. Zərərçəkmiş şəxs1 götürmüş olduğu qızıl-zinət əşyalarını hansı tarixdə götürdüyünü xatırlamır. 2022-ci ilin may ayında tanışları yenidən ondan qızıl-zinət əşyaları almaq istədiklərini bildirmişlər. Zərərçəkmiş şəxs1 işlətdiyi mağazaya gedərək oradan təxminən 6-7 min manat dəyərində qızıl-zinət əşyaları götürmüşdür. Tanışı qızıl-zinət əşyalarının hamısını bəyənmiş, lakin pulunu tam şəkildə verə bilməcəyini, bir hissəsini verəcəyini, qalan hisəsini isə bir neçə günə verə biləcəyini demişdir. Bu barədə Zərərçəkmiş şəxs1 ilə əlaqə saxlamış və tanışının dediklərini ona söyləmişdir. Zərərçəkmiş şəxs1 etiraz etməmiş və bu səbəbdən qızıl-zinət əşyalarını tanışına vermişdir. Həmin qızıl-zinət əşyalarından tanışı 2300 manat borclu qalmış, tanışının verdiyi digər pul vəsaitini Zəminəyə vermişdir. Bir neçə gündən sonra həmin tanışı yenidən qızıl-zinət əşyaları götürmək istədiyini bildirmişdir. Bu səbəbdən yenidən Zərərçəkmiş şəxs1 işlətdiyi mağazaya getmiş və ondan təxminən 13.000 manat dəyərində müxtəlif qızıl-zinət əşyaları götürmüşdür. Həmin qızıl-zinət əşyalarını tanışına vermiş, tanışı qızıl-zinət əşyalarını bəyənmiş və götürmək istədiyini söyləmiş, lakin tanışı qızılzinət əşyalarının pulunu bir neçə gün ərzində tam şəkildə verəcəyinə söz vermiş, bu barədə Zərərçəkmiş şəxs1 ilə əlaqə saxlamış və tanışının qızıl-zinət əşyalarını bəyəndiyini, lakin qızıl-zinət əşyalarının pulunu bir neçə günə verəcəyini söyləmişdir. Zərərçəkmiş şəxs1 etiraz etməmiş, bu səbəbdən tanışına qızıl-zinət əşyalarını vermişdir. Lakin hazırkı tarixədək qızıl-zinət əşyalarını verdiyi tanışı söz verdiyi kimi pulu qaytarmamışdır. Bu səbəbdən Zərərçəkmiş şəxs1 ilə aralarında mübahisələr yaranmışdır. “Kompleks məhkəmə-kimyəvi və məhkəmə əmtəəşünaslıq” ekspertizasının 25 fevral 2022-ci il tarixli 6/1021-9/1196 nömrəli rəyində göstərilmiş Zərərçəkmiş şəxs3 məxsus 6 (altı) adda qızıl-zinət əşyalarından başqa digər predmetlər onun tərəfindən götürülməmiş və həmin predmetlərdən hər hansı məlumatı yoxdur. (Cild 1, iş vərəqi (bundan sonra i.v.) 25-27; 47-52; 108-112; 176-179; Cild 2, i.v.12-13; 15-18; 28-32; 79-80; 142-146; 203-205; 248-250; Cild 3, i.v. 66-69; 157-160;)
9. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
10. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
11. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, təxminən yeddi ilə yaxındır Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən “İnci” qızıl-zinət əşyalarının satışı mağazasında işləyir. Zərərçəkmiş şəxs3 işlədiyi obyektin yanında yerləşən lombarddan tanıyır. Həmin lomdarda əvvəllər tanımadığı, adını sonradan bildiyi Təqsirləndirilən şəxs da gəlib getdiyini görmüşdür. 2020ci ilin ortalarında Ceyhun onun işlədiyi “İnci” mağazasına tanışı Elvira ilə birlikdə gəlmiş və Elviranın onun yaxın tanışı olduğunu bildirmişdir. Söhbət əsnasında Ceyhun Elviranın geniş əlaqələrinin olduğunu və qızıl-zinət əşyaları satmaqda real imkanlarının olduğunu bildirmiş, həmçinin Təqsirləndirilən şəxs alver etmək üçün bir neçə adda qızıl-zinət əşyaları verməyini xahiş etmişdir. O da Ceyhunu tanıdığı üçün Təqsirləndirilən şəxs həqiqətən qızıl-zinət əşyaları satışı ilə məşğul olduğuna əmin olmuş və Təqsirləndirilən şəxs bir neçə adda qızıl-zinət əşyaları satmaq üçün vermişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəlcə ondan 3000-4000 manat dəyərində qızıl-zinət əşyaları götürməyə başlamışdır. Hər dəfə Təqsirləndirilən şəxs götürdüyü qızıl-zinət əşyalarının satdığının pulunu, hansı satılmadıqda isə həmin məmulatın özünü geri qaytarmışdır. Bu qaydada təxminən 2021-ci ilin yay aylarına kimi Təqsirləndirilən şəxs və Ceyhun ilə birlikdə alver etmişlər və hər dəfə də onlar götürdükləri qızıl-zinət əşyalarından satılanın pulunu, satılmayan məmulatın isə özünü geri qaytarmışlar. Sonradan Təqsirləndirilən şəxs Ceyhunun iştirakı olmadan ona yaxınlaşaraq onun daimi müştərisi olduğunu və özü tək qızıl-zinət əşyaları götürüb satmağı ona təklif etmişdir. O da onu artıq tanıdığı üçün və həm də əvvəlki tarixlərdə satmaq üçün götürdüyü qızıl-zinət əşyalarının vaxtında pulunu tam ödədiyi üçün ona etibarı yarandığından Təqsirləndirilən şəxs ona etdiyi təkliflə razılaşmış və ona satmaq üçün qızıl-zinət əşyaları verməyi qərara almışdır. O, Təqsirləndirilən şəxs Ceyhunun tanışı olduğuna görə sonrakı vaxtlarda Elviranın ondan satmaq üçün götürdüyü qızıllar barədə Ceyhuna məlumat verməyi özünə ayıb bilmişdir. Bu qaydada 2021-ci ilin avqust ayından başlayaraq həmin ilin sentyabr ayının ortalarınadək olan müddət ərzində davamlı olaraq Təqsirləndirilən şəxs onun işlədiyi obyektə gəlibgetməyə başlamış və ondan hər dəfə müxtəlif dəyərdə qızıl-zinət əşyaları götürüb satıb pulunu ödəmək adı ilə aparmışdır. Elvira ondan ay yarım ərzində götürdüyü qızıl-zinət əşyalarının hər dəfə az bir qisminin pulunu ona ödəmiş, qalan qızılların isə yaxın tanışlarında olduğunu demişdir. Hər dəfə də ondan qızılların pulunu tələb etdikdə isə çox qısa müddətə pulları tam ödəyəcəyini bildirməyə başlamışdır. O, Təqsirləndirilən şəxs götürdüyü qızılların dəyərinin artıq çox artdığını desə də, Elvira ona qızılların pulunu ala bilməyəcəyi təqdirdə ərindən alıb ödəyəcəyini bildirmiş və ərinin də çox imkanlı bir şəxs olduğunu bildirmişdir. Artıq 2021-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs ondan götürdüyü qızıl-zinət əşyalarının pulunu ödəmədiyi üçün narahat olmağa başlamış və bu barədə Ceyhuna məlumat vermişdir. Ceyhun isə Elviraya onun xəbəri olmadan qızıl-zinət əşyaları verdiyi üçün iradını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dəfələrlə həm o, və həm də Ceyhun zəng edib götürdüyü qızıl-zinət əşyalarının pulunu tələb etmələrinə baxmayaraq, Elvira müxtəlif vədlər etməyə başlamış, sonrakı müddətdə isə artıq telefonunu söndürüb onun zənglərinə cavab verməmişdir. Artıq bundan sonra o, Təqsirləndirilən şəxs tərəfindən aldanıldığını başa düşmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs onu aldadaraq ələ keçirdiyi qızıl-zinət əşyalarının dəyərini hesablamış və Təqsirləndirilən şəxs onu aldadaraq ümumilikdə 67.232 ABŞ dolları dəyərində, yəni 114.294 manatlıq qızıl-zinət əşyalarını ələ keçirərək ona ziyan vurduğunu müəyyən etmişdir.
12. Zərərçəkmiş şəxs2 ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 vasitəsilə tanımış, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ətrafında maddi vəziyyəti yaxşı olan kifayət qədər insan olduğunu, gəlir əldə etmək üçün onunla işləməyi məsləhət görmüş, Təqsirləndirilən şəxs ilə alış-verişləri zamanı sonuncu aldığı qızıl-zinət əşyalarının pulunu vəd etdiyi vaxtda vermiş, pulunu vermədiklərini isə geri qaytarmışdır. Bir müddət bu qayda ilə işlədikdən sonra aralarında inam yarandığı üçün Təqsirləndirilən şəxs nisyə qaydada qızıl-zinət əşyaları satmağa başlamış, bir neçə dəfə ödənişlərdə gecikmələr olmuş, Təqsirləndirilən şəxs aralarındakı haqq-hesabın çoxaldığını söylədikdə isə sonuncu “Narahat olma, mənim həyat yoldaşımın maddi vəziyyəti yaxşıdır, əgər qızıl-zinət əşyalarını verdiyim insanlar ödəməsə, mən özüm ödəyəcəm.” deyə cavab vermişdir. Sonradan Təqsirləndirilən şəxs dediyi kimi maddi vəziyyəti yaxşı olan ətrafının olmadığı, onun həyat yoldaşının isə taksi fəaliyyəti ilə məşğul olduğu barədə məlumatlar əldə etmişdir. Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını ilk bir ayda Zərərçəkmiş şəxs3la bir yerdə gələrək alıb aparmış, sonradan isə Elvira mağazaya gələrək, Ceyhunun qızılzinət əşyalarını ona baha qiymətə verdiyini söyləyərək, bundan sonra şəxsən gəlib almaq istədiyini bildirmişdir. O isə aralarında etibar yarandığı üçün etiraz etməmiş və sonralar Elviranın aldığı qızıl-zinət əşyalarını birbaşa özünə verməyə başlamışdır. Elviranın hazırkı tarixədək həmin qızıl-zinət əşyalarını kimə verməsini bilmir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş 114294 manat məbləğində ümumi ziyandan 68.000 manat məbləğində qalmış ziyanın ödənilməsini tələb edir. Belə ki, Təqsirləndirilən şəxs onun inamından istifadə edərək ona qarşı dələduzluq etməsi məlum olduqdan sonra Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs əvəzindən ona dəymiş ziyandan təxminən 31.550 manat məbləğində hissəsini ödəmişdir. Eyni zamanda 14.744 manat məbləğində ziyanı isə Zərərçəkmiş şəxs3nın xahişi ilə Təqsirləndirilən şəxs bağışlamışdır. Buna görə də, hazırda Təqsirləndirilən şəxs 68000 manat məbləğində dəymiş ziyanı tələb edir. Təqsirləndirilən şəxs ondan götürdüyü qızıl-zinət əşyalarının satış qiymətini özləri müəyyən etdiyindən müstəntiq tərəfindən ona həmin qızıl-zinət əşyalarının qiyməti barədə təqdim edilmiş ekspert rəylərinə əsasən ondan götürülmüş qızıl-zinət əşyalarının qiyməti çox az müəyyən edildiyindən razı olmamışdır.
13. Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, 2019-cu il tarixdən etibarən ünvan 5 ünvanında yerləşən iaşə obyektini icarəyə götürmüş və orada qızıl-zinət əşylarının alqı-satqısı ilə məşğul olur. 2022-ci ilin yanvar ayında müştəri qismində əvvəllər tanımadığı özünü Afət kimi təqdim edən şəxs işlədiyi mağazaya gəlmişdir. Sonradan həmin şəxsin adının Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Həmin vaxt Elvira ona azyaşlı qızı olduğunu və qızının “Evrika” özəl məktəbində təhsil aldığını, maddi vəziyyəti ilə əlaqədar olaraq təhsil haqqını ödəyə bilmədiyinə görə özünə məxsus olan qızıl-zinət əşyalarını satmaq istədiyini demişdir. Həmin günü Elvira ona bir ədəd ümumi çəkisi 5 qram olan qolbaq təqdim etmiş, həmin bilərziki o, 325 manata qiymətləndirərək almışdır. Elvira həmin tarixdən etibarən mütəmadi olaraq onun işlətdiyi mağazaya gələrək onunla söhbət etmişdir. Söhbət əsnasında Elvira ona özünün qohumlarının maddi vəziyyətlərinin yaxşı olduğunu və onların mütəmadi olaraq çoxlu sayda qızıl-zinət əşyaları aldıqlarını demişdir. Həmin tarixdə onun maddi vəziyyətinin pis olduğunu Elvira bilmişdir. Sonralar Elvira onun mağazasında satışda olan qızıl-zinət əşyalarının fotoşəkillərini çəkərək onları öz qohumlarına göstərəcəyini, onların bəyəndikləri təqdirdə, qızıl-zinət əşyalarını qohumlarına satacağına söz vermişdir. 2022-ci ilin aprel ayında Elvira ondan çoxlu sayda qızıl-zinət əşyaları almış və onların pulunu dərhal ödəmişdir. 2022-ci ilin aprel ayının sonlarında Elvira mağazaya gələrək qızıl-zinət əşyalarının fotoşəkillərini çəkmiş və qohumlarına satmaq üçün 2(iki) ədəd hər biri 900 manat dəyərində olan 875 əyyar 10-luq qızıl sikkə, 1090 manat dəyərində olan 585 əyar ümumi çəkisi 12,82 qram çəkidə olan “Tifani” markalı qolbaq, 935 manat dəyərində 585 əyar 11 qram çəkidə üç bucaq dəst, 1360 manat dəyərində 585 əyar 16 qram çəkidə saçaqlı dəst, 935 manat dəyərində 585 əyar 11 qram çəkidə qarmaq qolbaq, 830 manat dəyərində 585 əyar 9,79 qram çəkidə qolbaq, 1100 manat dəyində 585 əyar 13 qram çəkidə keçirmə qolbaq, 960 manat dəyərində 585 əyar 11,29 qram çəkidə yumru dəst, 776 manat dəyərində 585 əyar 9,13 qram çəkidə zəncir qolbaq, 750 manat dəyərində 585 əyar 8,81 qram çəkidə qızıl dəst, 1426 manat dəyərində 585 əyar 16,78 qram çəkidə qızıl dəst, 810 manat dəyərində 585 əyar 9,55 qram çəkidə qızıl dəst, 875 manat dəyərində 585 əyar 9,24 qram çəkidə qızıl dəst, 866 manat dəyərində 585 əyar 10,19 qram çəkidə qızıl dəst, 615 manat dəyərində 585 əyar 7,23 qram çəkidə qolbaq, 965 manat dəyərində 585 əyar 11,35 qram çəkidə qızıl dəst, 1000 manat dəyərində 585 əyar 11,83 qram çəkidə qızıl dəst, 2130 manat dəyərində 585 əyar 25,05 qram çəkidə boyunbağı, 1795 manat dəyərində 585 əyar 21,11 qram çəkidə boyunbağı, 1700 manat dəyərində 585 əyar 20 qram çəkidə qadın saatı götürmüşdür. Həmin günü Elvira ondan ümumilikdə 29747 manat dəyərində qızıl-zinət əşyaları götürmüşdür. Elvira götürdüyü qızıların pulunu yaxın qohumlarına satdıqdan sonra bir neçə saat ərzində gətirəcəyinə söz vermişdir. Bir neçə saatdan sonra Elvira mağazaya gələrək xalasının qaynanasının vəfat etdiyini, ailə üzvlərinin hamısının yas mərasiminə getdiklərini bildirmişdir. Elvira ailə üzvlərinin götürdüyü qızıl-zinət əşyalarını görüb bəyəndiklərini və hamısını qohumlarına verdiyini demişdir. Qızılların pulunu isə Simuzər xanımın yas mərasimindən sonra verəcəyinə söz vermişdir. Elvira ondan çoxlu sayda qızıl alıb yerində pulunu ödədiyinə görə ona inanmış və onun təklifi ilə razılaşmışdır. 2022-ci ilin aprel ayının 23-24-də Elvira yenidən mağazaya gələrək rəfiqəsi Turanə adlı şəxsə 715 manat dəyərində 585 əyar 8,42 qram çəkidə qızıl dəst, 1485 manat dəyərində 585 əyar 17,45 qram çəkidə qızıl dəst və tanışı Asim adlı şəxs üçün 990 manat dəyərində dəyərində 585 əyar 11,65 qram çəkidə qızıl dəst, 530 manat dəyərində 585 əyar 6,27 qram çəkidə üzük, 300 manat dəyərində 585 əyar 3 qram çəkidə sırğa, 315 manat dəyərində 3,70 qram çəkidə 585 əyar çəkidə sırğa götürmüşdür. Həmin günü ümumilikdə 4335 manat dəyərində qızıl-zinət əşyaları götürmüşdür. Həmin qızların pulunu isə gün ərzində gətirəcəyini bildirmişdir. Lakin hazırkı tarixədək götürdüyü qızıl-zinət əşyalarının pulunu qaytarmayaraq onu aldatmışdır.
14. Zərərçəkmiş şəxs1 ifadəsinə əlavə edərək göstərdi ki, Elvira ona özünün bankda işlədiyini, həyat yoldaşının isə Mərdəkan qəsəbəsində gülçülüklə məşğul olduğunu, hazırda isə həyat yoldaşının işləmədiyini, maddi çətinlik çəkdiklərini bildirmişdir. Elviradan hər dəfə götürdüyü qızıl-zinət əşyalarının pulunu istədikdə müxtəlif bəhanələr deyərək, gah guya pulu bank hesabına köçürdüklərini, bankda problemlər olduğunu və sair demişdir. Sonradan Elviranın guya ondan qızıl-zinət əşyalarını aparıb satdığını dediyi Simuzər adlı qohumunun vəfat etdiyini öyrənmişdir. Elvira ona özünü Afət kimi təqdim etmiş, o yalnız şikayət etdikdən sonra polis idarəsində onun adının Elvira olduğunu öyrənmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona vurduğu ziyanın, yəni 33569 manat məbləğdə pulun ona ödənilməsini, mülki iddiasının təmin edilməsini xahiş etdi.
15. Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, ünvan 3 ünvanda yerləşən “Sofulu” lombard mağazasında icarə yer götürüb qızılın alışı və satışı ilə məşğul olur. Həmçinin müxtəlif şəxslərdən qızıl-zinət əşyalarını girov alaraq onlara faizlə kreditə pul verir. Təqsirləndirilən şəxs təxminən 3 il olar tanıyır. Belə ki, təxminən 3 il əvvəl Elvira onun işlədiyi yerə gələrək ona qızıl-zinət əşyaları girov qoyub kreditə pul götürmüşdür. Həmin pulun faizini müəyyən gecikmələrlə olsa da ödəmişdir. Bundan başqa Elvira bir neçə dəfə ona qızıl-zinət əşyaları gətirib satmışdır. Həmçinin bir neçə dəfə ondan qızıl-zinət əşyaları götürüb satmış və gətirib pulunu ödəmişdir. Bununla əlaqədar onların arasında münasibət yaranmış və Elvira onun etibarını qazanmışdır. Elvira daimi olaraq müxtəlif vaxtlarda onun işlədiyi mağazaya gəlib getmişdir. O, Elviraya inandığına, həmçinin yerli olduğuna görə sonuncu mağazada olan vaxt o, Elviranı mağazada tək qoyaraq 5-10 dəqiqəliyə çıxıb geri qayıtmışdır. Elviraya inandığına görə siyirmədə olan seyfin açarını özü ilə götürməyə ehtiyac görməmişdir. Elvira mağazada olan vaxtlarda bir neçə dəfə müştərilər gəlib qızılı geri aldıqda o, seyfin açarını masanın siyirməsindən götürüb qızılları seyfdən çıxardığının şahidi olmuşdur. Ona görə də Elvira seyfin açarını masanın siyirməsində saxladığını bilmişdir. 2021-ci ilin noyabr ayının 10-da mağazadakı seyfdə olan malları yoxladıqda seyfdəki qızılların bir hissəsinin olmadığını görmüşdür. Dərhal Elviradan şübhələnib ona zəng vuraraq seyfdən qızıl-zinət əşyalarını oğurlayıb oğurlamadığını soruşmuşdur. Elvira əvvəlcə onunla danışanda qızılları seyfdən götürdüyünü boynuna almamış, daha sonra təkrar onunla telefonla danışdıqda Elvira qızılları seyfdən götürdüyünü boynuna almış və qızılları geri qaytaracağını demişdir. O, Elviradan qızıl-zinət əşyalarını təcili geri gətirməsini dedikdə, Elvira ona yalandan Rusiya Federasiyasının Mahaçqala şəhərində olduğunu deyib ona xəbər verəcəyini demişdir. Bir neçə saat sonra Elviranın qardaşı arvadı Şahid1 onunla görüşüb bir ədəd sellofan paketdə qızıl-zinət əşyalarını ona vermişdir. Turanə ona qızılzinət əşyalarını verərkən Elviranın qızıl-zinət əşyalarını göndərdiyini, onun baş verənlərdən xəbəri olmadığını demişdir. Bundan sonra o digər qızıl-zinət əşyalarını Elviradan tələb etdikdə sonuncu müxtəlif bəhanələr gətirərək oğurladığı qızıl-zinət əşyalarını geri qaytarmamışdır. Buna görə də o, məcbur olub baş vermiş hadisə barədə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət edərək oğurluqda Təqsirləndirilən şəxs şübhələndiyini bildirmişdir. Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayının əvvəllərində ona lombarddan oğurladığı qızılları girov qoyduğunu və həmin qızılları geri qaytara biləcəyini demişdir. Elvira qızıl-zinət əşyalarını girov qoyması müqabilində 12.000 manat pul götürdüyünü, həmin pulu qaytardığı təqdirdə qızılları girovdan çıxara biləcəyini bildirmişdir. Elviranın ondan oğurladığı qızıl-zinət əşyalarının dəyəri çox olduğuna görə həmin pulu ödəməyə razılıq vermişdir. 2021-ci ilin dekabr ayının əvvəllərində Elviraya Nərimanov rayonu ərazisində yerləşən “Azinko”nun binasının qarşısında qızıllarını qoyduğu ünvandan girovdan çıxarıb ona gətirməsi üçün 12000 manat məbləğində pul vermişdir. Elvira pulu ondan götürüb “Azinko”nun binasına daxil olaraq liftlə binanın 11-ci mərtəbəsinə qalxmış və bir neçə dəqiqə sonra geri qayıdaraq qızıllarını girovdan çıxarmaq üçün ona verdiyi məbləği ödədiyini demişdir. Elvira səhəri günü gəlib qızılları götürəcəyini bildirmişdir. O, Elviraya inanıb getmişdir. Səhəri günü isə Elvira ilə əlaqə saxladıqda sonuncu müxtəlif bəhanələr gətirməyə başlamış və buna görə də Elviranın həmin pulunu da aldadıb ələ keçirdiyini başa düşmüşdür.
16. Zərərçəkmiş şəxs3 ifadəsində əlavə olaraq göstərdi ki, Elviranın onun lombardda saxlancda saxladığı müştərilərin qızıl-zinət əşyalarını oğurlayaraq başqa lombardlara və sair yerlərə girov qoyaraq və ya sataraq pul əldə etməsi məlum olduqdan sonra iki ədəd şəxsi avtomobilini sataraq həmin qızıl-zinət əşyalarının bir qismini girovdan azad edib götürmüşdür. Təqsirləndirilən şəxs ona ümumilikdə 80.000 manat məbləğində zərər vurmuşdur. Lombardda qızıl-zinət əşyalarını saxladığı seyfi özü və atasından başqa heç kimin açmaq, oradan nə isə götürmək icazəsi olmamışdır. Qızıl-zinət əşyalarını oğurladığını Təqsirləndirilən şəxs ona etiraf etmişdir. Təqsirləndirilən şəxs ondan oğurladığı qızıl-zinət əşyalarının bir qisminin yerini özü müəyyən edərək pullarını özü ödəyib götürmüşdür. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən ona həqiqətən 5000 manat məbləğində pul ödənilsə də, Elviranın ona vurduğu zərər həddən artıq çox olduğuna görə o, həmin ödənilmiş məbləği ona dəymiş ziyandan ödənişə və verdiyi mülki iddiaya aid etmir. Belə ki, o, Zərərçəkmiş şəxs2 Elvira ilə tanış etdiyinə görə ona dəymiş ziyandan 20.000 ABŞ dolları və 2 qızıl saatı Zərərçəkmiş şəxs2 vermişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs3 mülki iddiasını müdafiə etdiyini bildirərək məhkəmədən mülki iddiasının təmin edilərək Təqsirləndirilən şəxs ondan oğurluq və dələduzluq yolu ələ keçirdiyi 77250 manat məbləğində maddi ziyanın və 322 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etdi.
17. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun xalasının gəlinidir. Elviranın lombarddan qızıl-zinət əşyaları oğurladığını təxminən 2022-ci ilin fevral ayında eşitmişdir. Xalası ilk dəfə 2021-ci ilin iyun ayında onlarda qonaq olan vaxt ona gəlini Təqsirləndirilən şəxs lombardda qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olduğunu bildirərək Elviraya alver etmək üçün pul verdiyi halda onun da xeyrinin olacağını deyərək Elvira ilə işləməyi təklif etmişdir. Həmin vaxt Elviranın özü də xalasının yanında olmuşdur. O, Elvira ilə xalasının yanında söhbət etdikdən təxminən 3 gün sonra Elviraya alver etmək üçün 800 manat pul vermişdir. Elvira qızılı satıb ona əlavə verdiyi pulun üstündə 90 manat gəlir olaraq pul qaytarmışdır. Sonralar o, bir neçə dəfə Elviraya qızıl alıb satmaq üçün pul vermişdir. Elvira hər dəfə ona verdiyi pulun üstündə xeyir olmaqla öz pulunu qaytarmışdır. Sonradan bir neçə dəfə Elvira ondan pul alaraq qızıl-zinət əşyaları aldığını, lakin hələ həmin aldığı qızıl-zinət əşyalarını satmadığını bildirmişdir. O, Elviranın onu aldatmasından şübhələnməyə başladıqda Elviradan pulunu geri istəmişdir. 2021-ci ilin sentyabr ayında Elviranın ona artıq 19500 manat borcu yaranmışdı. Elvira ona verdiyi pullara qızıl-zinət əşyaları aldığını, işlədiyi yerdə problemlərinin yarandığını, ona görə də müvəqqəti işdən uzaqlaşdırıldığını bildirərək səbrli olub gözləməyi xahiş edərək pulunu qaytaracağını demişdir. Elvira bu adla onu bir neçə ay gözlətmişdir. 2022-ci ilin fevral ayında xalası oğlu ilə şəhərdə görüşən vaxt sonuncu həyat yoldaşı Təqsirləndirilən şəxs problemləri olduğunu, Nəsimi Rayon Polis İdarəsinə gedib gəldiyini, ona 19500 manat pul verəcəyini bildiyini, bununla bağlı yenidən səbrli olmağını, polisdə olan problemlərini həll etdikdən sonra onun pulunu qaytaracaqlarını bildirmişdir. Lakin o, Elviraya inanmayıb şübhələndiyinə görə ona verdiyi 19500 manat pulunu tələb edərək hər hansı xeyir istəmədiyini bildirmişdir. Buna baxmayaraq hazırkı tarixədək Elvira ona borclu olduğu 19500 manat pulu geri qaytarmamışdır. Elvira qohumu və iki azyaşlı uşağı olduğuna görə ondan şikayətçi olmamışdır. İstintaq zamanı Elviranın onun haqqında yanlış məlumat verərək guya onun Elviranı borcunu qaytarmadığı təqdirdə sonuncunu zorlamaqla və sair hallarla şantaj etməsi barədə bildirdiyini öyrənmişdir. Belə hallar onun tərəfindən nəinki hər hansı şəxs və ya qadına qarşı olmamış, hətta xalası gəlininə qarşı onun tərəfindən belə halların olması mümkün deyildir. Elviranın belə yalanlar danışmasının səbəbi ona aydın deyildir.
18. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov 91 ünvanında yerləşən lombardda müdirə işləyir. Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin yay aylarından tanımışdır. Belə ki, həmin dövrdə lomdarddan 13000 manat pulun əskik gəlməsi barədə məlumat almışdır. Həmin məsələni araşdırdıqda Təqsirləndirilən şəxs onun lomdardından ümumilikdə təxminən 80.000 manata qədər pul götürərək əvəzində lombardında girov qoyduğu qızılları da lombardda işləyən işçiləri aldadıb götürdüyünü öyrənmişdir. Hazırda qeyd olunan faktla bağlı Binəqədi rayon Polis İdarəsində toplanmış material üzrə məhkəmədə mülki qaydada araşdırma aparılmaqdadır. Belə ki, Elviranın lombarddan götürdüyü pulları ödəmədiyi üçün və həm də lombarda qoyduğu girov qızılları aparıb geri qaytarmadığı üçün onunla 2021-ci ilin oktyabr ayında görüşmüşdür. Elvira ona noyabr ayında atasının Bakı şəhərinə gələrək bütün pulları ödəyəcəyini bildirmişdir. Bundan sonra noyabr ayında onun atası ilə lombardda görüşdükdə sonuncu Naxçıvanda olan torpağını satacağını və borcunu ödəyəcəyini ona bildirmişdir. Lakin atası da verdiyi vədinə əməl etməmişdir. Buna görə də məcbur olub polisə şikayət etmişdir. Eyni zamanda Elvira barədə maraqlandıqda onun digər lombardlardan da oğurluq və dələduzluq etməsi barədə də məlumat almışdır. Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayının əvvəllərində Zərərçəkmiş şəxs3 adlı şəxsin işlədiyi lombarddan oğurladığı qızılları ona məxsus lombardda girov qoyaraq 2021-ci ilin dekabr ayının əvvəllərində Nərimanov rayonu ərazisində yerləşən “Azinko”nun binasının 11-ci mərtəbəsində qızılları girovdan çıxarmaq üçün ona 12000 manat pul verməmiş, onun nəinki Nərimanov rayonu ərazisində yerləşən “Azinko”nun binasında, ümumiyyətlə Nərimanov rayonu ərazisində hər hansı mənzilinin olmadığını, Səbail rayonu ərazisində qeydiyyatda olmaqla orada yaşadığını göstərmişdir. O, Elvira ilə ona pulun ödənilməsi ilə bağlı heç vaxt görüşmədiyini və Elviranın ona hər hansı miqdarda pul vermədiyini bildirmişdir.
19. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, təxminən 11 ildir qızıl-zinət əşylarının alqı-satqısı ilə məşğul olur. ünvan 5 ünvanında yerləşən qızıl-zinət əşyalarının satıldığı mağazanı işlədən Zərərçəkmiş şəxs1 satış məqsədi ilə çoxlu sayda qızıl-zinət əşyaları verməsi ilə əlaqədar tanıyır. Təxminən 2022-ci ilin may və aprel ayında Zərərçəkmiş şəxs1 işlətdiyi mağazada olan əvvəllər tanımadığı, sonradan adının Elvira olduğunu öyrəndiyi şəxslə söhbət zamanı sonuncunun Naxçıvan Muxtar Respublikasından olduğunu öyrənmişdir. Həmin vaxtı Elviranın tanışı Zəminədən ümumilikdə 40.000 manat dəyərində qızıl-zinət əşyaları götürdüyünü və pulunu geri qaytara bilmədiyini öyrənmişdir. Elvira qızıl-zinət əşyalarını tanışlarına verdiyini və qızılzinət əşyalarının pulunu da onun bank hesabına köçürdüklərini bildirmişdir. Lakin yaranmış problemə görə həmin pul vəsaitini bankdan çıxara bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yazığı gəlmiş və bankda müxtəlif tanışlarının olduğunu və onların köməkliyi ilə onun hesabına köçürülmüş pul vəsaitlərini çıxartmaqda yardım edə biləcəyini bildirmişdir. Belə ki, Elviranın deməsinə görə qeyd edilən pul vəsaiti “VTB” bankda olan hesabda olmuşdur. Onun dayısı oğlu həmin bankda işlədiyindən ona köməklik edə biləcəyini bildirmişdir. Elvira onun təklifilə razılaşmışdır. Elviradan adına köçürülmüş pul vəsaitinin hansı bankda və hansı filialda olduğunu soruşmuş, lakin Elvira müxtəlif bəhanələr gətirərək bankın və filialın adını deməmişdir. Bir neçə gün Elvira ilə əlaqə saxlamış, lakin Elvira hər dəfə bankın adını deməmişdir. Bundan sonra Elviranın yalan danışdığını və onun adına bankda hər hansı pul vəsaitinin olmadığını başa düşmüşdür. Bu barədə tanışı Zərərçəkmiş şəxs1 da məlumat vermişdir.
20. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2018-ci ilin sentyabr ayından Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən “Avand” lombardda kassir vəzifəsində işləyir. Təqsirləndirilən şəxs bir neçə dəfə işlədiyi “Avand” lombarda qızıl-zinət əşyaları gətirib öz şəxsiyyət vəsiqəsi ilə girov qoyaraq pul götürmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs gəlinləri Şahid1 və anası Şahid5 adına da qızıl-zinət əşyaları gətirib girov qoyub pul götürmüşdür. Təqsirləndirilən şəxs işlədiyi “Avand” lombarda girov qoyduğu qızıl-zinət əşyalarının oğurluq olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs işlədiyi “Avand” lombarda girov qoyduğu qızıl-zinət əşyaları ilə bağlı dəqiq sənədləşmələr aparılmışdır. Belə ki, Təqsirləndirilən şəxs bir ədəd qolbaq 750 əyarda 37,3 qram çəkidə girov qoyaraq 2120 manat, bir ədəd komplekt qızıl dəsti, bir ədəd üzük, bir cüt sırğa, hamısı 750 əyarda ümumi 47,7 qram çəkidə qızıl-zinət əşyası girov qoyaraq 3350 manat, bir cüt sırğa 750 əyarda, 18 qram çəkidə, bir ədəd qolbaq, bir ədəd boyunbağı, bir cüt sırğa hamısı birlikdə 585 əyarda, 55 qram çəkidə qızıl-zinət əşyaları girov qoyaraq 4000 manat, bir ədəd komplekt qızıl dəsti, bir ədəd üzük, bir cüt sırğa hamısı 750 əyarda ümumi 75,7 qram çəkidə qızıl-zinət əşyası girov qoyaraq 6100 manat, bir ədəd qarnitur, bir ədəd komplekt qızıl dəsti, iki ədəd üzərində kulon olan boyunbağı, bir cüt sırğa, iki ədəd qolbaq hamısı 750 əyarda ümumi 132,4 qram çəkidə qızıl-zinət əşyası girov qoyaraq 8800 manat, dörd ədəd üzük, hamısı 880 əyarda, ümumi 61,3 qram çəkidə, iki ədəd komplekt dəst, bir ədəd boyunbağı, bir ədəd kulon hamısı 750 əyarda ümumi 126,3 qram çəkidə, bir ədəd kolye 585 əyarda, 4,4 qram çəkidə qızıl-zinət əşyası girov qoyaraq 14500 manat məbləğində pul götürmüşdür. Ümumilikdə Təqsirləndirilən şəxs özünə məxsus şəxsiyyət vəsiqəsi ilə “Avand” lombarda qızıl-zinət əşyalarını girov qoyaraq lombarddan 38870 manat məbləğində pul götürmüşdür. Həmin sənədlər ibtidai istintaq orqanına təqdim edilmişdir. X17 birlikdə lombarda gələrək girova qoyulmuş qızıl-zinət əşyalarını girovdan çıxartmaq üçün tələb olunan pul vəsaitlərini ödəyərək həmin predmetləri girovdan çıxartmışdır.
21. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və cinayət prosesi tərəflərin vəsatəti ilə məhkəmədə üzrlü səbəbdən iştirak etməyən Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. Şahid5 həmin ifadələrində göstərmişdir ki, 1985-ci il tarixdə X15 ilə rəsmi nikahla ailə həyatı qurmuş, həmin nikahdan 3 övladı vardır. Təqsirləndirilən şəxs onların ortancıl qızıdır. Elvira ailə həyatı qurduqdan sonra soyadını dəyişmişdir. Təqsirləndirilən şəxs oğurluq etdiyini sonradan polis idarəsində öyrənmişdir. Qızı Elvira 2021-ci ilin noyabr ayının əvvəlində onunla əlaqə saxlayaraq şəxsiyyət vəsiqəsini dəyişdirdiyinə görə onun şəxsiyyət vəsiqəsini götürüb onunla bir yerdə lombarda getməyini xahiş etmişdir. O, onunla razılaşaraq bir yerdə 2 noyabr 2021-ci il tarixdə Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən “Avand” lombarda getmişdir. Elvira qolbaq, boyunbağı və sairə qızıl-zinət əşyalarını cibindən çıxarıb lombarda təqdim etmişdir. Həmçinin o da şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Təqsirləndirilən şəxs onun adına həmin qızıl zinət əşyalarını girov qoyaraq “Avand” lombarddan təxminən 3000 manat pul götürmüşdür. O, qızıl-zinət əşyalarını lombarda girov üçün təqdim etdikdə o, qızıl-zinət əşyalarının kimə məxsus olduğunu Elviradan soruşduqda sonuncu qızıl-zinət əşyalarının özünə məxsus olduğunu bildirmişdir. Elvira əvvəlcədən ona qızıl dükanında işlədiyini dediyinə görə ona inanmışdır. Bundan bir neçə vaxt sonra Elviranın onun adına “Avand” lombarda girov qoyub pul götürdüyü qızılzinət əşyalarının oğurluq olduğunu öyrənmişdir. O, bunu əvvəlcədən bilsəydi heç vaxt razılaşmazdı. Elvira onun üçün hər hansı bir qızıl-zinət əşyası almamış, hətta hazırkı tarixədək ona hər hansı bir qızıl-zinət əşyası hədiyyə etməmişdir. Elvira onun hər hansı tanışına və ya qohumuna qızıl-zinət əşyaları verməsi ilə əlaqədar hər hansı məlumat verməmişdir (Cild 2, i.v. 46-47; Cild 3, i.v. 96-98).
22. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və cinayət prosesi tərəflərin vəsatəti ilə məhkəmədə üzrlü səbəbdən iştirak etməyən Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. Şahid1 həmin ifadələrində göstərmişdir ki, 2014-cü il tarixdə X19 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan 2 övladı vardır. Təqsirləndirilən şəxs onun ərinin bacısı, yəni baldızı olmaqla onunla münasibəti yaxşı olmuşdur. Elvira ailə qurduqdan sonra soyadını dəyişmişdir. Təqsirləndirilən şəxs oğurluq etdiyini sonradan polis idarəsində öyrənmişdir. Baldızı Elvira 2021-ci ilin sentyabr ayının əvvəlində onunla əlaqə saxlayaraq şəxsiyyət vəsiqəsini dəyişdirdiyinə görə onun şəxsiyyət vəsiqəsini götürüb onunla bir yerdə lombarda getməyini xahiş etmişdir. O, Elviraya razılıq verərək birlikdə 22 sentyabr 2021-ci il tarixdə Nəsimi rayonu, 20 Yanvar metrostansiyası yaxınlığında yerləşən “Lombard №1”ə getmişdir. Həmin vaxt Elvira çantasından qızıl-zinət əşyaları çıxarıb lombarda təhvil vermişdir. Həmçinin onun da şəxsiyyət vəsiqəsini lombarda təhvil vermişdir. O, kənarda dayanan vaxt Elvira lombard işçisi ilə söhbət edib razılaşmışdır. Elvira çantasından çıxardığı qızıl-zinət əşyalarını onun adına girov qoyaraq “Lombard №1”dən pul götürmüşdür. Elviranın lombarda təqdim etdiyi qızıl-zinət əşyalarının miqdarını və növünü görməmişdir. Həmçinin Elviranın lombarddan nə qədər pul götürdüyünü də bilməmişdir. O, evə gəldikdə bu barədə qayınanasına danışdıqda onun yanında qayınanası Rahlə qızı Elviraya zəng edərək girov qoyduğu qızıl-zinət əşyalarının kimə məxsus olduğunu soruşmuş, Elvira isə qızıl-zinət əşyalarının özünə məxsus olduğunu Əhməd adlı tanışı ilə iş gördüyünü bildirmişdir. Bundan bir neçə vaxt sonra Elviranın onun adına “Lombard №1”də girov qoyub pul götürdüyü qızıl-zinət əşyalarının oğurluq olduğunu öyrənmişdir. O, bunu əvvəlcədən bilsəydi heç vaxt razılaşmazdı. Elvira bundan başqa təxminən iki dəfə “Avand” lombarda gedərək onun şəxsiyyət vəsiqəsilə qızıl-zinət əşyaları girov qoyub pul götürmüşdür. Həmin vaxt o da Elviranın yanında olmuşdur. Lakin onun nə qədər qızıl-zinət əşyaları girov qoyub pul götürdüyünü xatırlamır. Elvira onun üçün hər hansı bir qızıl zinət əşyası almamış, hətta ona hər hansı bir qızıl-zinət əşyası hədiyyə etməmiş. Elvira ilə hər hansı tanışına və ya qohumuna qızıl-zinət əşyası satması və ya verməsi ilə bağlı aralarında hər hansı bir danışıq olmamış, Elvira onun və ya qohumları üçün nisyə və yaxud nəğd şəkildə qızıl-zinət əşyası almamışdır (Cild 2, i.v. 94-95; Cild 3, i.v.99-101).
23. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və cinayət prosesi tərəflərin vəsatəti ilə məhkəmədə iştirak etməyən X4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. Raziyə Hacaliyeva həmin ifadəsində göstərmişdir ki, o, İbrahimpaşa Dadaşov küçəsində yerləşən lombardda işləyir. Elvira Nəcəfova (İbrahimova) 2021-ci ilin may-iyun aylarında onun işlədiyi lombarda gələrək özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini və müxtəlif növ qızıl-zinət əşyalarını girov qoyaraq pul götürmüşdür. Dəqiq xatırlamadığı tarixdə Elvira müxtəlif tarixlərdə bahalı qızıl-zinət əşyaları qoyaraq müxtəlif məbləğlərdə, o cümlədən 8000 manat, 7000 manat, 2000 manat, 3000 manat və sairə məbləğlərdə pul götürmüşdür. Elvira həmin qızıl-zinət əşyalarının özünə məxsus olduğunu bildirmişdir. Elvira girov qoyduğu bəzi qızıl-zinət əşyalarının faiz borcunu ödəməmişdir. Elvira müxtəlif tarixlərdə ümumilikdə işlədiyi lombarda təxminən 60000-70000 manat dəyərində qızıl-zinət əşyaları qoyaraq pul götürmüşdür. Həmin qızıl-zinət əşyalarının cinayət yolu ilə əldə edildiyini bilməmişdir. Bildiyi halda onları qəbul etməzdi (Cild 2, i.v. 164-166).
24. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və cinayət prosesi tərəflərin vəsatəti ilə məhkəmədə iştirak etməyən X5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. Sevda İbrahimova həmin ifadəsində göstərmişdir ki, təxminən səkkiz ildir övladı X11 ilə Təqsirləndirilən şəxs rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan iki azyaşlı uşaqları vardır. Oğlu Fərid icarəyə avtomobil götürərək taksi fəaliyyəti ilə məşğu olur. Gəlini Təqsirləndirilən şəxs təxminən 2- 3 il əvvəl maddi vəziyyətləri ilə əlaqdar qızıl-zinət əşyalarının satıldığı mağazada işləməyə başlamışdır. Bir müddətdən sonra Elviranın işlədiyi mağazadan icazəsiz qızıl-zinət əşyaları götürməsini öyrənmişdir. Həmin gündən evlərində mübahisələr yaranmışdır. Elviradan dəfələrlə həmin qızılların harada olmasını soruşduqda o, heç bir söz deməmişdir. Bununla əlaqədar onun və oğlu Fəridin də hər hansı məlumatı olmamışdır. Turanəni Elviranın qardaşı arvadı kimi tanıyır. Elvira nə ona, nə də ki oğluna hər hansı məbləğdə pul vəsaiti və yaxud qızıl-zinət əşyası verməmişdir (Cild 3, i.v. 93-95).
25. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə ifadələri elan edilməklə tədqiq edilmiş şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
26. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 1 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri, Binəqədi RPİ-nin müstəntiqi, polis kapitanı C.H.Nəzərov tərəfindən Zərərçəkmiş şəxs1 Afət adlı qadının ondan 40000 manat dəyərində qızıl-zinət əşyaları alaraq pulunu qaytarmamasına dair 18 iyun 2022-ci il tarixli ərizəsi əsasında toplanmış material əsasında fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanıb icraata götürülərək istintaqı aparılmışdır (cild 1, i.v 1; 9;).
27. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 18 iyun 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 hadisənin baş verdiyini bildirdiyi qızıl-zinət əşyalarının alışı və satışı mağazası ünvan 8 ünvanında yerləşir (cild 1, i.v.10-14).
28. Zərərçəkmiş şəxs1 ərizəsi əsasında müstəntiq C.H.Nəzərov tərəfindən o, 1 sentyabr 2022-ci il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v.37).
29. “Üzləşdirmə” 16 sentyabr 2022-ci il tarixli protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı ifadəsində göstərdiklərini üzləşdirmədə dindirmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 1, i.v. 57-60).
30. “Cinayət işlərinin birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” 29 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi ilə Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi bir icraatda birləşdirilməklə cinayət işi üzrə ibtidai istintaq ********* nömrə altında davam etdirilmişdir (cild 1, i.v. 120-125).
31. “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” 20 iyul 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri, Nəsimi RPİ-nin baş müstəntiqi, polis mayoru V.V.Hafizov tərəfindən Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ondan 114294 manat dəyərində qızıl-zinət əşyaları alaraq pulunu qaytarmamasına dair 5 yanvar 2022-ci il tarixli ərizəsi əsasında toplanmış material əsasında fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanıb icraata götürülərək istintaqı aparılmışdır (cild 1, i.v.128;131).
32. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 6 yanvar 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 hadisənin baş verdiyini bildirdiyi “İnci” qızıl-zinət əşyalarının alışı və satışı mağazası Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşir (cild 1, i.v.136-138).
33. Zərərçəkmiş şəxs2 ərizəsi əsasında müstəntiq V.V.Hafizov tərəfindən o, 20 iyul 2022ci il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 158).
34. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” 20 iyul 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə istintaq olunan Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanındığı ********* nömrəli cinayət işi ilə həmin idarədə istintaq olunan ********* nömrəli cinayət işi bir icraatda birləşdirilməklə cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2 və 178.3.2-ci maddələrinə tövsif olunmaqla ibtidai istintaq ********* nömrə altında davam etdirilmişdir (cild 1, i.v.178-180).
35. “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” 20 dekabr 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri, Nəsimi RPİ-nin baş müstəntiqi, polis mayoru V.V.Hafizov tərəfindən Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ondan 822208 manat dəyərində qızıl-zinət əşyalarını oğurluq yolu ilə ələ keçirməsinə dair 18 noyabr 2021-ci il tarixli ərizəsi əsasında toplanmış material əsasında fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanıb icraata götürülərək istintaqı aparılmışdır (Cild 1, i.v.182-183;186).
36. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 20 noyabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 hadisənin baş verdiyini bildirdiyi “Sofulu” lombard mağazası ünvan 9 ünvanda yerləşir. Baxış zamanı lombardda müştərilər tərəfindən girov qoyulmuş qızıl-zinət əşyalarının saxlandığı dəmir seyfin olması müəyyən edilmişdir (Cild 1, i.v.196-201).
37. Zərərçəkmiş şəxs3 ərizəsi əsasında baş müstəntiq V.V.Hafizov tərəfindən o, 21 dekabr 2022-ci il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v.209).
38. Baş müstəntiq Vüsal Hafizov tərəfindən tərtib edilmiş “Təqdim etmə və götürmə barədə” 5 yanvar 2022-ci il tarixli protokol və həmin tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə Zərərçəkmiş şəxs3 vurulmuş ziyanın ödənilməsi üçün istintaq orqanına təqdim etdiyi 5000 (beş min) manat məbləğində pul həmin tarixdə Zərərçəkmiş şəxs3 təhvil verilməklə bu barədə müvafiq qəbz alınmaqla iş materiallarına əlavə edilmişdir (Cild 2, i.v. 42-43).
39. Baş müstəntiq Vüsal Hafizov tərəfindən tərtib edilmiş “Zərərçəkmiş Zərərçəkmiş şəxs3 könüllü təqdim etdiyi qızıl-zinət əşyalarının götürülməsi haqqında” 16 fevral 2022-ci il tarixli qərar və protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs tərəfindən oğurlanmaqla ələ keçirilmiş qızıl-zinət əşyalarının bir hissəsinin Bakı şəhərinin “20 Yanvar” və “Memar Əcəmi” metrostansiyalarının yaxınlığında yerləşən lombardlara girov kimi qoyularaq pul götürülməsi barədə məlumat aldıqdan sonra həmin lombardlardan götürülmüş pul vəsaitlərinin özü tərəfindən ödənilərək qeyd edilən qızılzinət əşyalarını girovdan çıxardığını bildirərək həmin predmetləri könüllü olaraq zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi üçün istintaq orqanına təqdim etmişdir (Cild 2, i.v. 48-52).
40. “Kompleks məhkəmə-kimyəvi və məhkəmə əmtəəşünaslıq” (materialların məhkəmə ekspertizası və məhkəmə-iqtisad ekspertizası) ekspertizasının 25 fevral 2022-ci il tarixli 6/1021-9/1196 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən məmulatların modeli və digər göstəriciləri nəzərə alınmaqla hazırkı orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 56461,00 manat müəyyən edilir. Həmin əşyaların ayrı-ayrılıqda adları və qiymətləri rəyə əlavə olunmuş cədvəldə göstərilmişdir. Aparılmış tədqiqatın dəyərinin 155 (bir yüz əlli beş) manat olması müəyyən edilmişdir (Cild 2, i.v. 60-65).
41. Zərərçəkmiş şəxs3 15 mart 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona məxsus lombarddan oğurladığı qızıl-zinət əşyalarını girovdan çıxarmaq üçün ondan Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Azinko”nun binasının yaxınlığında Xatirə adlı qadına vermək adı ilə 12000 manat pul alaraq onu aldadaraq həmin pulu ələ keçirdiyini göstərmişdir (Cild 2, i.v. 87).
42. Baş müstəntiq Vüsal Hafizov tərəfindən tərtib edilmiş 15 mart 2022-ci il tarixli protokolda göstərilmişdir ki, həmin tarixdə Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs tərəfindən oğurlanmaqla ələ keçirilmiş ona məxsus qızıl-zinət əşyalarının “Kompleks məhkəmə-kimyəvi və məhkəmə əmtəəşünaslıq” (materialların məhkəmə ekspertizası və məhkəmə-iqtisad ekspertizası) ekspertizasının 25 fevral 2022-ci il tarixli 6/1021-9/1196 nömrəli rəyinə əlavə edilmiş cədvəldə 6 adda olmaqla 9, 10,18, 23, 24 və 31 sıra nömrələri altında olması müəyyən edilməklə cədvəldə göstərilən digər 32 adda qızıl-zinət məmulatlarının isə yanlışlıqla istintaq orqanına təqdim edildiyini bildirmişdir. Həmin tarixli qəbzlə qeyd edilən 32 adda qızıl-zinət əşyaları Zərərçəkmiş şəxs3 təhvil verilmişdir (Cild 2, i.v. 92-93).
43. “Zərərçəkmiş şəxs3 ifadəsinin yerində yoxlanılması haqqında” protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs tərəfindən ona məxsus lombarddan oğurladığı qızıl-zinət əşyalarını girovdan çıxarmaq üçün ondan Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Azinko”nun binasının yaxınlığında Xatirə adlı qadına vermək adı ilə 12000 manat pul alaraq ələ keçirdiyi yeri əyani olaraq yerində göstərmiş və həmin yerin ünvan 10 ünvanda yerləşən çoxmərtəbəli 2 saylı binanın 1-ci blokunun olması müəyyən edilmişdir (Cild 2, i.v.159-162).
44. “Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında” 10 oktyabr 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus lombarddan oğurladığı qızıl-zinət əşyalarını girovdan çıxarmaq üçün ondan Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Azinko”nun binasının yaxınlığında Şahid3 vermək üçün 12000 manat pul alaraq ələ keçirdiyi yeri əyani olaraq yerində göstərmiş və həmin yerin ünvan 10 ünvanda yerləşən çoxmərtəbəli 2 saylı binanın 1-ci blokunun olması müəyyən edilmişdir (Cild 2, i.v. 181-184).
45. Baş müstəntiq Vüsal Hafizov tərəfindən tərtib edilmiş 11 oktyabr 2022-ci il tarixli protokolda göstərilmişdir ki, həmin tarixdə Təqsirləndirilən şəxs ilə şahid qismində dindirilmiş X12 arasında iş üzrə üzləşdirmə istintaq hərəkəti keçirilməsi üçün Təqsirləndirilən şəxs və müdafiəçisi, habelə Şahid3 istintaq orqanına dəvət edilmiş, lakin Təqsirləndirilən şəxs hər hansı səbəb və əsas göstərmədən üzləşdirmə istintaq hərəkəti keçirilməsindən imtina etmişdir (Cild 2, i.v. 189).
46. “Məhkəmə əmtəəşünaslıq” ekspertizasının 11 oktyabr 2022-ci il tarixli, 9/7013 №-li rəyindən görünür ki, 6 sentyabr 2022-ci il tarixli ekspertiza təyini haqqında qərarda (Zərərçəkmiş şəxs2 münasibətdə) qeyd edilən 7 adda qızıl-zinət əşyalarının 2021-ci ilin avqust-sentyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 11266,00 manat müəyyən olunur. Digər 17 adda qızıl-zinət əşyalarının üzərində olan qaşların istehsal yeri, sayı, ölçüsü, keyfiyyəti və saatların modeli, təmiz qızıl çəkisi məlum olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Aparılmış tədqiqatın dəyərinin 50 (əlli) manat olması müəyyən edilmişdir (Cild 2, i.v. 214-218).
47. “Məhkəmə əmtəəşünaslıq” ekspertizasının 7 oktyabr 2022-ci il tarixli, 9/7014 nömrəli rəyindən görünür ki, 6 sentyabr 2022-ci il tarixli ekspertiza təyini haqqında qərarda (Zərərçəkmiş şəxs3 münasibətdə) qeyd edilən 78 adda qızıl-zinət əşyalarının 2021-ci ilin iyun-oktyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 55655 manat müəyyən olunur. Digər 4 adda qızıl-zinət əşyalarının üzərində olan qaşların istehsal yeri, sayı, ölçüsü, keyfiyyəti, əyarı aydın olmadığı üçün və 1 ədəd 9,8 qram 750 əyarda saatın markası, modeli, təmiz qızıl çəkisi məlum olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Aparılmış tədqiqatın dəyərinin 50 (əlli) manat olması müəyyən edilmişdir (Cild 2, i.v. 218-222).
48. Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin rəis müavini, polis mayoru Roman Xəlilovun 080-21731 nömrəli məktubunda göstərilmişdir ki, keçirilmiş bir sıra tədbirlərə baxmayaraq, Təqsirləndirilən şəxs 12000 manat pulu verdiyini bildirdiyi qadının şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır (Cild 2, i.v. 257).
49. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 29 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X20 tərəfindən ********* nömrəli cinayət işi icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir (Cild 3, i.v. 39-44).
50. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 21 fevral 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir(Cild 2,i.v. 59).
51. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 25 yanvar 2023-cü il tarixli ərizələr təqdim edərək müvafiq olaraq 25 fevral 2022-ci il tarixli, 6/1021-9/1196 və 7 oktyabr 2022-ci il tarixli, 9/7014 nömrəli rəylər və 11 oktyabr 2022-ci il tarixli, 9/7013 nömrəli rəy ilə tanış olduqlarını, həmin rəylərdəki qızıl-zinət əşyalarının qiymətləri ilə razı olmadıqlarını, həmin predmetlərin dəyərinin ifadələrində göstərdikləri kimi qəbul edilməsini xahiş etmişlər (Cild 3, i.v. 102-103).
52. “Maddi sübut kimi tanınması haqqında” 6 fevral 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs3 məxsus halqa formalı, sarı rəngli 3 ədəd qızıl qolbaq, üzərində 304 ədəd brilyant qaşı olan qızıl sırğa cütü-üzük-boyunbağı dəsti, üzərində ürək formalı bəzəyi olan qızıl boyunbağı, qızıl boyunbağı-qolbaq dəsti, üzərində şəffaf qaşlar olan qızıl sırğa cütü-üzük dəsti, üzərində 43 ədəd brilyant qaşları olan qızıl sırğa cütü-qolbaqboyunbağı dəsti maddi sübut kimi tanınmaqla Zərərçəkmiş şəxs3 qaytarılmışdır (Cild 3, i.v. 104).
53. “Üzləşdirmə haqqında” 7 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs isə onun ifadəsi ilə razı olmayaraq Zərərçəkmiş şəxs2 məxsus qızıl-zinət əşyalarından satılanın pulunu ödədiyini, satılmayanları isə geri qaytardığını bildirmişdir (Cild 3, i.v. 105-108).
54. “Üzləşdirmə haqqında” 7 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs isə ifadə verməkdən imtina etmişdir (Cild 3, i.v.109-111).
55. “Üzləşdirmə haqqında” 7 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs isə ifadə verməkdən imtina etmişdir (cild 3, i.v. 112-114)
56. “Sübutların qiymətləndirilməsi haqqında” 7 fevral 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 talanmış əmlakının dəyəri kimi onun ifadəsində göstərdiyi qiymətlərin əsas götürülməsi, həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs3 talanmış əmlakının dəyəri kimi onun 15 mart 2022-ci il tarixli ifadəsində göstərdiyi qiymətlərin əsas götürülməsi, Zərərçəkmiş şəxs3 tərəfindən Zərərçəkmiş şəxs2 46294 manat məbləğində maddi ziyanın qaytarılmasının sonuncuya dəymiş ziyandan həmin məbləğdə olan hissəsinin ödənilməsi kimi qəbul edilməsi, Təqsirləndirilən şəxs elan olunacaq ittihamda Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanın məbləğinin 114294 (bir yüz on dörd min iki yüz doxsan dörd manan qırx qəpik) manat kimi göstərilməsi qərara alınmışdır (Cild 3, i.v. 118- 141).
57. “Təqsirləndirlən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 8 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2 və 178.3.2-ci maddələri ilə yeni məzmunda yekun ittiham elan edilmişdir (Cild 3, i.v.144-150).
58. Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Cəfər Nəzərov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2 və 178.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə 13 fevral 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktı həmin tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və həmin cinayət işi məhkəmənin icraatına 23 fevral 2023-cü il tarixdə daxil olmuşdur (Cild 3, i.v.175-207; Cild 4).
59. “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan və AZ-İV 617530 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 29 yanvar 2018-ci ildə doğulmuş X1 Elvira Samid qızı və X7 birgə nikahdan olan övladıdır (Cild 1, i.v. 88).
60. “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan və AA0886916 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, 1 iyul 2014-cü ildə doğulmuş X2 Elvira Samid qızı və X7 birgə nikahdan olan övladıdır (Cild 1, i.v. 89).
61. Mülki iddiaçı Zərərçəkmiş şəxs3 “Cinayət əməlinin törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsinə dair” 31 mart 2023-cü il tarixli mülki iddia ərizəsi və ona əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs3 özünün mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmasını, sonuncunun ondan oğurluq və dələduzluq yolu ilə əldə etdiyi 77250 (yetmiş yeddi min iki yüz əlli) manat məbləğdə maddi ziyanın və ödənilmiş 322 (üç yüz iyirmi iki) manat məbləğdə dövlət rüsumunun mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmiş, məhkəmə tərəfindən Zərərçəkmiş şəxs3 mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavabdeh kimi tanınmaqla onlara müvafiq olaraq hüquq və vəzifələri izah edilmişdir (Cild 4,).
62. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 “Cinayət əməlinin törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsinə dair” 16 avqust 2023-cü il tarixli mülki iddia ərizəsi və ona əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 özünün mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmasını, sonuncunun ondan dələduzluq yolu ilə əldə etdiyi 33569 (otuz üç min beş yüz altmış doqquz) manat məbləğdə maddi ziyanın və ödənilmiş 192 (bir yüz doxsan iki) manat məbləğdə dövlət rüsumunun mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmiş, məhkəmə tərəfindən Zərərçəkmiş şəxs1 mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavabdeh kimi tanınmaqla onlara müvafiq olaraq hüquq və vəzifələri izah edilmişdir (Cild 4,).
63. Zərərçəkmiş şəxs1 özünü Afət adı ilə təqdim edən, sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi təqsirləndirilən şəxslə aralarında olan qızıl-zinət əşyalarının alışı və satışına dair votsap yazışmalarının çıxarışlarını, həmin qızıl-zinət əşyalarının bir hissəsinin fotoşəkillərini, habelə Təqsirləndirilən şəxs Afət adı ilə və sonuncunun atası Samid Nəcəfovun öz xətləri ona dəymiş ziyanı ödəyəcəklərinə dair söz vermələri ilə bağlı yazaraq imzaladıqlarını bildirdiyi kağızı məhkəməyə təqdim etmiş, həmin sənədlər məhkəmədə elan edilməklə cinayət prosesi iştirakçıları ilə birlikdə tədqiq edilmişdir (Cild 4,).
64. Zərərçəkmiş şəxs1 özünü Afət adı ilə təqdim edən, sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi təqsirləndirilən şəxsin onun mağazasında olarkən yalandan müxtəlif vədlər verərək və özünü xəstəliyə vuraraq ondan aldığı qızıl-zinət əşyalarının pulunu ödəməyərək aldatmasına dair mağazanın müşahidə kameralarının görüntülərini özündə əks etdirən iki ədəd diski məhkəməyə təqdim etmiş, həmin disklər məhkəmədə geniş ekranda-monitarda nümayiş etdirilməklə cinayət prosesinin iştirakçıları ilə birlikdə tədqiq edilmişdir. Həmin görüntülərdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 işlədiyi qızıl-zinət məmulatlarının alışı və satışı mağazasına gəlib-getdiyi, ondan qızıl-zinət əşyaları götürməsi və sair hallar öz əksini tapır (Cild 4,).
Əməlin tövsifi və digər hüquqi məsələlər:
65. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
67. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
68. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
69. CM-in 177.1-ci maddəsində oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin məcəllənin 177.2.3-cü maddəsinə görə oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə həmin maddə ilə cinayət məsuliyyəti müəyyən edilir. Qeyd edilən məcəllənin 177.3.2-ci maddəsinə görə CM-in 177.1 və 177.2-ci maddələrində nəzərdə tutulmuş oğurluq əməlləri külli miqdarda ziyan vurmaqla törədildikdə həmin maddə ilə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Həmin qeydin 3-cü bəndinə əsasən isə bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur.
70. CM-in 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə görə CM-in 178.1-ci maddəsinə əsasən dələduzluq təkrar və xeyli miqdarda törədildikdə həmin maddələrlə cinayət məsuliyyəti müəyyən edilir. Qeyd edilən məcəllənin 178.3.2-ci maddəsinə görə CM-in 178.1 və 178.2-ci maddələrində nəzərdə tutulmuş dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
71. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
72. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.
73. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq az ağır (Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 dələduzluqla bağlı zərərçəkmiş şəxs olduqları epizodlara münasibətdə CM-in 178.2.2 və 178.2.4-cü maddələri) və ağır (Zərərçəkmiş şəxs3 oğurluqla və Zərərçəkmiş şəxs2 isə dələduzluqla bağlı zərərçəkmiş şəxs olduqları epizodlara münasibətdə CM-in 177.3.2 və 178.3.2-ci maddələri) cinayətlər kateqoriyasına aid edilir.
74. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
75. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
76. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi CM-in 177.3.2 və 178.3.2-ci maddələri ilə olan cinayət əməllərinin tövsifi ilə əlaqədar qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd və əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsdən ibarətdir. Cinayət qanunvericiliyi cinayətin törədilmə üsullarından asılı olaraq, talamanın oğurluq (CM-in 177-ci maddəsi), dələduzluq (CM-in 178-ci maddəsi), soyğunçuluq (CM-in 180-ci maddəsi) və quldurluq (CM-in 181-ci maddəsi) formalarını fərqləndirir. Qanunverici talamanın ayrı-ayrı formalarına görə cinayət məsuliyyətini məhz talamanın üsullarını nəzərə alaraq fərqləndirmişdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakının götürülməsindən və (və ya) özünün, yaxud başqa şəxsin xeyrinə keçirilməsindən ibarətdir. Özgənin əmlakını talama cinayətlərinin əksəriyyəti (yalnız kəsik tərkibli cinayət hesab edilən quldurluq istisna olmaqla) maddi tərkibli cinayət olduğundan, belə cinayətlərin daha bir obyektiv əlaməti ictimai təhlükəli nəticənin-əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Bu tərkiblərdə ziyanın miqdarı əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Talama cinayətləri törədildikdə zərərçəkmiş şəxsə dəymiş başqa ziyan (məsələn, əldən çıxmış fayda) təqsirkarın vurduğu real maddi ziyanın miqdarı müəyyən edilərkən nəzərə alınmır (lakin zərərçəkmiş talama cinayətləri nəticəsində əldən çıxmış fayda formasında maddi ziyanın da əvəzinin ödənilməsi ilə əlaqədar mülki iddia qaydasında tələb irəli sürə bilər).
77. CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin obyektiv cəhəti özgənin əmlakını gizli olaraq talamada ifadə olunur. Bu cinayət subyektiv cəhətdən yalnız birbaşa qəsdlə və tamah məqsədi ilə törədilə bilər. Təqsirkar özgənin əmlakını qanunsuz və əvəzsiz götürdüyünü və (və ya) özünün və və ya başqa şəxsin xeyrinə keçirdiyini dərk edir, bunun əmlakın mülkiyyətçisinə (və ya başqa sahibinə) real maddi ziyan vuracağını qabaqcadan görür və belə nəticənin başqa verməsini arzu edir.
78. Ali Məhkəmənin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (qərarın 7-ci bəndi). Həmin qərarın 18-ci bəndinin 3-cü abzasında qeyd edilir ki, “Əgər şəxs Cinayət Məcəlləsinin müvafiq olaraq, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 177.3.2, 177.4 və ya 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4, 180.2.5, 180.3.1, 180.3.2, 180.4 yaxud da 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 181.3.1, 181.3.2, 181.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin real məcmusunu yaratmayan, ağırlaşdırıcı hallarda oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmişsə, o zaman onun əməli CM-in daha ağır cəza nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməli, hökmün təsviri-əsaslandırıcı hissəsində isə bütün tövsifedici əlamətlər sadalanmalıdır. Qeyd edilən qərarın 26-cı bəndinin 3-cü abzasına əsasən oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. Bundan başqa, həmin qərarın 27-ci bəndində göstərilir ki, özgə əmlakının bir neçə dəfə talanması hərəkətləri o zaman Cinayət Məcəlləsinin 177.2.4, 180.2.5, 181.2.4-cü maddələri ilə - “xeyli miqdarda” ziyan vurma əlaməti üzrə, Cinayət Məcəlləsinin 177.3.2, 180.3.2, 181.3.2-ci maddələri ilə - “külli miqdarda” ziyan vurma əlaməti üzrə, Cinayət Məcəlləsinin 177.4, 180.4, 181.4-cü maddələri ilə - “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilə bilər ki, talanmış əmlakın ümumi miqdarı müvafiq olaraq beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan dəyərdə və ya əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan dəyərdə və ya beş yüz min manatdan yuxarı dəyərdə olsun və qəsdin məhz xeyli və ya külli və ya xüsusilə külli miqdar təşkil edən əmlakın ələ keçirilməsinə yönəlməsi təsdiq edilsin. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər.
79. Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir (qərarın 31-ci bəndi). Qeyd edilən qərarın 33-cü bəndinin 2-ci abzasına əsasən dələduzluğun törədilməsi nəticəsində ələ keçirilmiş əmlakın dəyərinə dair mübahisə yarandıqda onun dəyəri məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi əsasında, belə əmlak məhv edildikdə və ya itirildikdə isə iş üzrə toplanmış sübutlar əsasında müəyyən edilir.
80. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğurluqla bağlı verilmiş ittihamda Zərərçəkmiş şəxs3 ələ keçirilmiş qızıl-zinət əşyalarının dəyəri yalnız sonuncunun ifadəsinə əsasən 65250 (altmış beş min iki yüz əlli) manat kimi qəbul edilərək ittiham verilmişdir. Halbuki, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara əsasən həmin qızıl-zinət əşyalarının bir hissəsinin dəyərinin cinayət hadisəsi baş verən zaman daha az məbləğdə olması müəyyən edilmişdir. Belə ki, iş üzrə keçirilməklə məhkəmə iclasında tədqiq edilmiş hökmün 40-cı bəndində qeyd edilən ekspert rəyinə əlavə edilmiş cədvəldə göstərilən, hökmün 42-ci bəndində qeyd edilmiş 6 adda olmaqla həmin cədvəldə 9, 10, 18, 23, 24 və 31 sıra nömrələri altında olan qızıl-zinət məmulatlarının dəyəri kimi müəyyən edilmiş qiymətlərin cinayət hadisəsi törədilərkən həmin predmetlərin real bazar qiymətləri olmasına baxmayaraq, həmin qiymətlər istintaq orqanı tərəfindən düzgün olmayaraq yalnız Zərərçəkmiş şəxs3 ifadəsinə əsasən müəyyən edilmişdir. Halbuki, həm qeyd edilən ekspert rəyinə, həm də hökmün 47-ci bəndində göstərilmiş ekspert rəyinə əlavə edilmiş cədvəllərdəki qızıl-zinət məmulatlarının bir hissəsinin qiymətlərinin Zərərçəkmiş şəxs3 ifadəsində göstərilənlərdən daha çox, bir hissəsinin isə əksinə daha az olması müəyyən edilmişdir.
81. Məhkəmə CPM-in 318-ci maddəsinin tələbinə əsasən işlərə yalnız verilmiş ittiham daxilində baxdığından istintaq orqanı tərəfindən həmin rəylər nəzərə alınmadan Zərərçəkmiş şəxs3 ifadəsinə əsasən bir sıra qızıl-zinət məmulatlarının dəyərinin rəylərə münasibətdə daha az olmasına baxmayaraq, Zərərçəkmiş şəxs3 ifadəsinin sübut kimi qəbul edilərək ittiham verilməsini mübahisələndirməyə lüzum görmür. Lakin istintaq orqanı tərəfindən hökmün 40-cı bəndində göstərilən rəy nəzərə alınmadan Zərərçəkmiş şəxs3 ifadəsinə əsasən bir sıra qızıl-zinət məmulatlarının dəyərinin həmin rəyə münasibətdə daha çox olmasına baxmayaraq, yalnız Zərərçəkmiş şəxs3 ifadəsinin sübut kimi qəbul edilərək ittiham verilməsini hökmün 78-79-cu bəndlərində qeyd edilən Ali Məhkəmə Plenumunun qərarları baxımından da mümkün hesab etmir. Qeyd edilənlərə əsasən, məhkəmə 6 adda olmaqla həmin rəyə əlavə edilmiş cədvəldə 9, 10, 18, 23, 24 və 31 sıra nömrələri altında olan qızıl-zinət məmulatlarından dördünün, yəni müvafiq olaraq 9, 10, 23 və 24 sıra nömrələri altında olanlarının, başqa sözlə ittihama əsasən dəyəri 1500 manat olan halqa formalı, 3 ədəd, 750 əyarda, 14,83 qram çəkidə qızıl qolbaqları, dəyəri 11000 manat olan 1 ədəd, 750 əyarda, 68 qram çəkidə qızıl sırğa-üzük, boyunbağı dəsti, dəyəri 500 manat olan 1 ədəd, 585 əyarda, 5,11 qram çəkidə qızıl sırğa-üzük dəsti və dəyəri 1000 manat olan 1 ədəd, 585 əyarda, 11,76 qram çəkidə qızıl boyunbağı-qolbaq dəstinin qiymətlərini cinayət hadisəsi baş verən tarixdə müvafiq olaraq 1483, 10500, 408 və 940 manat olduğunu qəbul edir. Məhkəmə 2 adda olmaqla müvafiq olaraq həmin rəyə əlavə edilmiş cədvəldə 18 sıra nömrəsi altında olan qızıl-zinət məmulatlarının dəyərinin ittihamdan daha çox olmasına görə həmin hala münasibətdə ittihamın əsas götürülməli olmasının, 31 sıra nömrəsi altında olan qızıl-zinət məmulatlarının isə dəyərinin ittihamla eyni olmasının nəzərə alınmalı olduğunu qeyd edir.
82. Beləliklə, məhkəmə qeyd edir ki, hökmün 81-ci bəndində qeyd edilən qiymətlərin nəzərə alınması ilə əlaqədar istintaq orqanı tərəfindən verilmiş ittihamdan dəyərinin daha az olması müəyyən edilmiş qızıl-zinət məmulatlarının cəmi dəyərinin Zərərçəkmiş şəxs3 əmlakının oğurluqla ələ keçirilməsi epizoduna münasibətdə ümumi ittihamdan 669 manat az olmasının müəyyən edilməsi nəzərə alınmalıdır.
83. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs1 əmlakının dələduzluqla ələ keçirilməsi epizoduna münasibətdə ibtidai istintaq orqanı işin faktiki hallarını düzgün müəyyən etsə də, ələ keçirilmiş əmlakın dəyərini texniki səhvə yol verərək 50 (əlli) manat artıq hesablamışdır. Qeyd edilənlərə əsasən, Zərərçəkmiş şəxs1 ittihamda göstərildiyi kimi 33569 manat dəyərində deyil, 33510 manat dəyərində əmlakının dələduzluqla ələ keçirilməsi nəzərə alınmalıdır.
84. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə icraatı dövründə ifadələrində Zərərçəkmiş şəxs2 ümumiyyətlə hər hansı məbləğdə əmlakını dələduzluqla ələ keçirmədiyini, Zərərçəkmiş şəxs1 ilə aralarında borc mübahisəsi olmaqla sonuncuya yalnız 15300 manat məbləğində borcunun olduğunu, Zərərçəkmiş şəxs3 isə oğurluq etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən ifadələrində göstərdiyi həmin xüsusatlar işin faktiki halları ilə öz təsdiqini tapmadığından məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq təqsirləndirilən şəxs E.S.İbrahimovun az ağır və ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir. Həmçinin məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı dəfələrlə ziddiyyətli ifadələr vermiş və istintaqa yalan məlumatlar verməklə yanlış istiqamətləndirmişdir.
85. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün məhkəməyədək icraat zamanı verdiyi ifadəsi, məhkəmə icraatı zamanı verdiyi qismən (Zərərçəkmiş şəxs3 12000 manat məbləğində əmlakının dələduzluqla ələ keçirilməsinə münasibətdə) etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ifadələrin yerində yoxlanılması, üzləşmədə dindirmə protokolları, eləcə də ekspertiza rəyləri və digər sənədlərlə kifayət qədər sübuta yetirilir.
86. Belə ki, “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət-Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
87. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
88. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).
89. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
90. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talayıb zərərçəkmiş şəxs külli miqdarda maddi ziyan vurmaqla oğurluq və təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi tam sübuta yetirildiyindən onun əməli yuxarıda qeyd edilənlər nəzərə alınmaqla ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 177.3.2 və 178.3.2-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələrlə təqsirli bilinməklə ona cəza təyin edilməlidir.
91. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 177.3.2 və 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 177.3.2 və 178.3.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
92. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.
93. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
94. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.
95. Məhkəmə CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını və CM-in 59.1.14-cü maddəsinə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 münasibətdə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsini, habelə əvvəllər məhkum olunmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
96. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir.
97. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.3.2 və 178.3.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
98. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir.
99. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirli bilindiyi hər bir cinayət əməlinə görə ayrılıqda cəza təyin edilməli, daha sonra CM-in 66.3cü maddəsinə əsasən cinayətlərin məcmusuna görə ona hazırkı iş üzrə qəti cəza təyin edilməlidir.
100. CM-in 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir.
101. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
102. CPM-in 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
103. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 3 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 5 yanvar 2022-ci il tarixdə barəsində Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə əvvəli 5 yanvar 2022-ci il tarixdən hesablanmaqla 3 (üç) ay 15 (on beş) gün müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, 20 aprel 2022-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilmiş və həmin tarixdə baş müstəntiq Vüsal Hafizov tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Həmçinin məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 noyabr 2022-ci il tarixdə barəsində Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə əvvəli 17 noyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 16 yanvar 2023 və 16 fevral 2023-cü il tarixli qərarları ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 9 mart 2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, i.v. 77; 119; 69; Cild 2, 3-5;41;105-110; Cild 3, 16- 22; 82-91; 209-213; Cild 4)
104. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, 3 yanvar 2022-ci il tarixdən 20 aprel 2022-ci il tarixədək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında olduğu 3 (üç) 17 (on yeddi) gün müddət ona təyin ediləcək qəti cəzadan çıxılmalı və təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 noyabr 2022-ci il tarixdən hesablanmalıdır.
105. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
106. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs3 məxsus halqa formalı, sarı rəngli 3 (üç) ədəd qızıl qolbağ, üzərində 304 (üç yüz dörd) ədəd brilyant qaşı olan qızıl sırğa cütü-üzük-boyunbağı dəsti, üzərində şəffaf qaşlar olan qızıl sırğa cütüüzük dəsti, üzərində 43 ədəd brilyant qaşları olan qızıl sırğa cütü-qolbaq-boyunbağı dəstinin Zərərçəkmiş şəxs3 qaytarılmasının nəzərə alınmalı olduğunu qeyd edir. Eyni zamanda, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş iki ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır.
107. CPM-nə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
108. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 255 (iki yüz əlli beş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
109. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur.
110. İş üzrə verilmiş mülki iddiaları müzakirə edərək məhkəmə hesab edir ki, mülki iddiaçılar Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyanın ödənilməsinə dair mülki iddialar qismən təmin edilməlidir. Belə ki, mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə əldə etdiyi 33569 (otuz üç min beş yüz altmış doqquz) manat məbləğində maddi ziyanın və ödənilmiş 192 (bir yüz doxsan iki) manat məbləğində dövlət rüsumunun mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinə dair mülki iddiası hökmün 5 və 83-cü bəndlərində göstərilənlərə əsasən qismən təmin edilməli, 33519 (otuz üç min beş yüz on doqquz) manat maddi ziyan və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 190 (bir yüz doxsan) manat məbləğində dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilməli, ödənilmiş dövlət rüsumunun 2 (iki) manatı iddiaçı Zərərçəkmiş şəxs1 aid edilməlidir.
111. Həmçinin, mülki iddiaçı Zərərçəkmiş şəxs3 tərəfindən Təqsirləndirilən şəxs ondan oğurluq və dələduzluq yolu ilə əldə etdiyi 77250 (yetmiş yeddi min iki yüz əlli) manat məbləğində maddi ziyanın və ödənilmiş 322 (üç yüz iyirmi iki) manat məbləğində dövlət rüsumunun mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinə dair mülki iddiası hökmün 2, 4, 38, 81 və 82-ci bəndlərində göstərilənlərə əsasən qismən təmin edilməli, 71581 (yetmiş bir min beş yüz səksən bir) manat məbləğində maddi ziyan və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs3 ödənilməli, ödənilmiş dövlət rüsumunun 22 (iyirmi iki) manatı iddiaçı Zərərçəkmiş şəxs3 aid edilsin.
112. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
113. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
114. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2 və 178.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 3 yanvar 2022-ci il tarixdən 20 aprel 2022-ci il tarixədək tutulduğu və ev dustaqlığında olduğu 3 (üç) ay 17 (on yeddi) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 6 (altı) il 2 (iki) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 17 noyabr 2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs3 iddiası qismən təmin edilsin, 71581 (yetmiş bir min beş yüz səksən bir) manat məbləğində maddi ziyan və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs3 ödənilsin, ödənilmiş dövlət rüsumunun 22 (iyirmi iki) manatı iddiaçı Zərərçəkmiş şəxs3 aid edilsin. Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilsin, 33519 (otuz üç min beş yüz on doqquz) manat məbləğində maddi ziyan və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 190 (bir yüz doxsan) manat məbləğində dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin, ödənilmiş dövlət rüsumunun 2 (iki) manatı iddiaçı Zərərçəkmiş şəxs1 aid edilsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs3 məxsus halqa formalı, sarı rəngli 3 (üç) ədəd qızıl qolbağ, üzərində 304 (üç yüz dörd) ədəd brilyant qaşı olan qızıl sırğa cütü-üzükboyunbağı dəsti, üzərində şəffaf qaşlar olan qızıl sırğa cütü-üzük dəsti, üzərində 43 ədəd brilyant qaşları olan qızıl sırğa cütü-qolbaq-boyunbağı dəstinin Zərərçəkmiş şəxs3 qaytarılması, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş iki ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 255 (iki yüz əlli beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.