Məhkəmə qərarları › İş №1(101)-979/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-979/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-979/2024 25.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X4, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxsin hüquqi varisi X8, Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi - "Pro Bono" Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - "Verdiktum" Vəkil Bürosunun vəkili X6 və Bakı şəhəri, 14 saylı Vəkil Burosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxx 1989-cu il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, həmin Məcəllənin 66.5-ci maddəsi ilə tətbiq edilməklə 3 il 8 ay müddətinə azadlıqdan məhrum etmə və 3500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qərarına əsasən 9 ay 11 gün azadlıqdan məhrum etmə cəzaından vaxtından əvvəl şərti olaraq azad olunmuş, 20 iyun 2022-ci il tarixdə cərimə cəzasını tam şəkildə ödəmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşamış, 16 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 18 mart 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.7, 221.3 və 228.4-cü maddələri ilə, xx xxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli qərarının 2.4-cü bəndinə əsasən 13 noyabr 2021-ci il tarixdə cəzadan azad edilmiş, məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X1 yataqxanasında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, 16 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.7, 221.2.1, 221.2.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 15 mart 2023-cü il tarixdə saat 23 radələrində tanışları Təqsirləndirilən şəxs2 və X15 ilə birlikdə Bakı şəhəri, 9-cu mikrorayondakı "Mağara" restoranında yemək yeyib spirtli içki qəbul etdikdən sonra, məclislərini davam etdirmək üçün oradan çıxıb piyada 16 mart 2023-cü il tarixdə saat 01:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 88 ünvanında olan binanın 6-cı mərtəbəsində yerləşən «Huqqa» restoranına gəlib, ümumi zalda müsiqiçilər üçün nəzərdə tutulmuş səhnənin yanındakı masada əyləşmiş, bir qədər sonra tanışları Şahid2 da həmin restorana gələrək onlarla eyni stola əyləşmiş, bundan sonra spirtli içki pivə sifariş verib içmiş, sərxoş halda 01:30 radələrində qonşu masada əyləşmiş Zərərçəkmiş şəxs1 musiqi sifariş etməsi ilə əlaqədar aralarında baş vermiş mübahisəni cüzi səbəb kimi bəhanə edib, tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirərək, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan xuliqanlıq hərəkətləri etməklə Zərərçəkmiş şəxs1 və sonuncunun tanışı Zərərçəkmiş şəxs2 üz və sifət nahiyələrinə yumruqla zərbələr vurmuş, restoranın dəhlizində və restoranın yerləşdiyi binanın həyətində öz xuliqanlıq hərəkətlərini davam etdirərək, sonunculara yenidən yumruq zərbələri vuraraq Zərərçəkmiş şəxs1 sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, alın-təpə nahiyəsinin əzilmiş yarası, sol almaçıq nahiyəsinin qançırı fonda sıyrıqları, sağ yanaq və hər iki diz oynağı nahiyələrinin sıyrıqları, sağ əlin arxa səthinin qançırları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri, Zərərçəkmiş şəxs2 isə alın nahiyəsinin sağ yarısının, üst dodağın dəri örtüyünün sıyrıqları, sağ ğözyuvası ətrafı yumşaq toxumaların, döş qəfəsinin ön səthinin, sol bazunun qançırları kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmiş, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 müqavimətini qırmaq və özünü müdafiə etmə imkanını məhdudlaşdırmaq məqsədilə onun başını qoltuqaltına salıb sıxmış, o isə, həmin vaxtı məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan ov bıçağını silah qismində istifadə edərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədi ilə zərbə vuraraq döş qəfəsinin sağ yarısının ön səthində, döşyanı xətt üzrə, Vİ-Vİİ qabırğalararası sahədə, ayaqaltından 125 sm. yuxarıda olan döş boşluğuna nüfuz edən ürəyi yaralayaraq kəskin qanitirmə törədən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır bədən xəsarəti yetirməsi nəticəsində sonuncu yerə yıxılmış, Təqsirləndirilən şəxs2 həmin vaxtı təpiklə onun baş nahiyəsinə bir necə dəfə zərbə vuraraq bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 qəsdən həyatdan məhrum etməklə qəsdən öldürmüş, bundan sonra vahid qəsdi ilə əhatə olunan hərəkətlərini davam etdirməklə onların bu hərəkətlərinin qarşısını almağa çalışan və ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2 müqavimət göstərib Təqsirləndirilən şəxs2la əlbəyaxa olarkən onların hər ikisi yerə yıxılmış, həmin vaxtı o, məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan ov bıçağını silah qismində istifadə edərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 qəsdən öldürmək məqsədi ilə zərbələr vuraraq döş qəfəsinin arxa səthinin sağ yarısının döş boşluğuna nüfuz edərək sağ qabırğaaltı arteriyanı və sağ ağciyəri zədələyən, hemopnevmotoraksla (plevra boşluğuna hava və qan toplanması) müşaiyət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin arxa səthinin sol yarısının döş və qarın boşluqlarına nüfuz edərək çənbər qabırğası zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa ağır zərər vurmaya aid və döş qəfəsinin sağ yarısının döş boşluğuna nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sağ budun yuxarı 1/3-nin bayır səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, lakin Zərərçəkmiş şəxs2 vaxtında və ixtisaslaşmış tibbi yardım göstərildiyindən iradəsindən asılı olmayan səbəblərə görə əməlini başa çatdıra bilməyib bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən həyatdan məhrum etməyə cəhd etməklə, qəsdən iki şəxsi öldürməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs2 15 mart 2023-cü il tarixdə saat 23 radələrində tanışları Təqsirləndirilən şəxs1 və X15 ilə birlikdə Bakı şəhəri, 9-cu mikrorayondakı «Mağara» restoranında yemək yeyib spirtli içki qəbul etdikdən sonra, məclislərini davam etdirmək üçün oradan çıxıb piyada 16 mart 2023-cü il tarixdə saat 01:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 88 ünvanında olan binanın 6-cı mərtəbəsində yerləşən «Huqqa» restoranına gəlib ümumi zalda müsiqiçilər üçün nəzərdə tutulmuş səhnənin yanındakı masada əyləşmiş, bir qədər sonra tanışları Şahid2 da həmin restorana gələrək onlarla eyni stola əyləşmiş, bundan sonra spirtli içki pivə sifariş verib içmiş, sərxoş halda 01:30 radələrində qonşu masada əyləşmiş Zərərçəkmiş şəxs1 musiqi sifariş etməsi ilə əlaqədar aralarında baş vermiş mübahisəni cüzi səbəb kimi bəhanə edib tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirərək, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan xuliqanlıq hərəkətləri etməklə, Zərərçəkmiş şəxs1 və sonuncunun tanışı Zərərçəkmiş şəxs2 üz və sifət nahiyələrinə yumruqla zərbələr vurmuş, restoranın dəhlizində və restoranın yerləşdiyi binanın həyətində öz xuliqanlıq hərəkətlərini davam etdirərək, sonunculara yenidən yumruq zərbələri vuraraq Zərərçəkmiş şəxs1 sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, alın-təpə nahiyəsinin əzilmiş yarası, sol almaçıq nahiyəsinin qançırı fonda sıyrıqları, sağ yanaq və hər iki diz oynağı nahiyələrinin sıyrıqları, sağ əlin arxa səthinin qançırları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri, Zərərçəkmiş şəxs2 isə alın nahiyəsinin sağ yarısının, üst dodağın dəri örtüyünün sıyrıqları, sağ ğözyuvası ətrafı yumşaq toxumaların, döş qəfəsinin ön səthinin, sol bazunun qançırları kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs1 müqavimətini qırmaq və özünü müdafiə etmə imkanını məhdudlaşdırmaq məqsədilə onun başını qoltuqaltına salıb sıxmış, Təqsirləndirilən şəxs1 isə həmin vaxt məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan ov bıçağını silah qismində istifadə edərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədi ilə zərbə vuraraq döş qəfəsinin sağ yarısının ön səthində, döşyanı xətt üzrə, Vİ-Vİİ qabırğalararası sahədə, ayaqaltından 125 sm yuxarıda olan döş boşluğuna nüfuz edən ürəyi yaralayaraq kəskin qanitirmə törədən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara - həyat üçün təhlükəli olan sağlamlığa ağır bədən xəsarəti yetirməsi nəticəsində sonuncu yerə yıxılmış, o isə, həmin vaxt təpiklə onun baş nahiyəsinə bir necə dəfə zərbə vuraraq bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 qəsdən həyatdan məhrum etməklə qəsdən öldürmüş, bundan sonra vahid qəsdi ilə əhatə olunan hərəkətlərini davam etdirməklə onların bu hərəkətlərinin qarşısını almağa çalışan və ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2 müqavimət göstərərkən hər ikisi yerə yıxılmış, həmin vaxt Təqsirləndirilən şəxs1 məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan ov bıçağını silah qismində istifadə edərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 qəsdən öldürmək məqsədi ilə zərbələr vuraraq döş qəfəsinin arxa səthinin sağ yarısının döş boşluğuna nüfuz edərək sağ qabırğaaltı arteriyanı və sağ ağciyəri zədələyən, hemopnevmotoraksla (plevra boşluğuna hava və qan toplanması) müşaiyət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin arxa səthinin sol yarısının döş və qarın boşluqlarına nüfuz edərək çənbər qabırğası zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa ağır zərər vurmaya aid və döş qəfəsinin sağ yarısının döş boşluğuna nüfuz etməyən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası, sağ budun yuxarı 1/3-nin bayır səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, lakin Zərərçəkmiş şəxs2 vaxtında və ixtisaslaşmış tibbi yardım göstərildiyindən iradəsindən asılı olmayan səbəblərə görə əməlini başa çatdıra bilməyib, bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən həyatdan məhrum etməyə cəhd etməklə, qəsdən iki şəxsi öldürməyə cəhd etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 16 mart 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisindəki «Papanin» adlanan məhəllədə məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda – 3,387 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 16 mart 2023-cü il tarixdə saat 10:30-da ünvan 3 ünvanının qarşısında olan zaman Bakı şəhəri, Nəsimi rayon Polis idarəsi 19-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkcənin cibindən 1 bükümdə təmiz çəkisi 3,387 qram təşkil edən külli miqdirda kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə 2023-cü il mart ayının 15-dən 16-na keçən gecə "Huqqa" restoranında baş vermişdir. Hadisənin baş verməsinə səbəbkar içki məclisində iştirak edənlər olmuşdur. O, həmin gün içki içməmişdir. Qarşı tərəf isə sərxoş olmuş, nalayiq ifadələr işlətmiş, dəfələrlə həmin şəxslərə xəbərdarlıq etməsinə baxmayarq, söyüşün biri bir qəpikdən ucuz olmuşdur. Sonra həmin şəxslər onları binanın həyətinə döyüşmək üçün çağırmışlar. Aşağıda onlar döyüşmüşlər, həmin vaxt Cəsarət hər dəfə əlini belinə aparmış və o, Cəsarəti vurmuşdur. Belə ki, onlar yuxarıda mübahisə edərək dalaşmışlar. Onlar mahnı üstündə deyil, söyüş üstündə dalaşmışlar. O, söyüş söyənin kim olduğunu soruşmuş, bu vaxt Cəsarət ona "sən kimsən axı" sözlərini demiş və ona yumruq atmış, o da, yumruqla cavab vermişdir. Sonra onları aralamışlar və o, Cəsarətin aparılmasını istəmişdir. Sonra o, İlqara hesabı verməsini və çıxıb getmələrini bildirmişdir. İlqar gedən zaman Cəsarət və Camal İlqarı da söymüşlərr. Sonra o, yenidən oraya qayıtmış və Camal yenidən onun ünvanına pis-pis söyüşlər söyməyə başlamışdır. Camal söyüş söyən zaman o, Camalı yumruqla vurmuşdur. Sonra həmin şəxslər yenə çölə çıxarılmış, onlar isə yenidən gəlib oturmuşlar. Lakin həmin şəxslər təkrar geri gəlmiş və stolları təpiklə vurmuşlar. Bunların hamısının şahidləri var və hadisə yerində olan videogörüntülərə də hamısı düşmüşdür. Sonra Cəsarət və Camal aşağı düşməyənin var- yoxunu söymüşlər. O, həmin şəxslərə çıxıb getmələrini və sabah görüşmələrini bildirmişdir. Onlar aşağı düşmüş, aşağıda İlqarı görmüş və İlqara getməyi təklif etmişdir. Cəsarət onu görəndən sonra daha da qızışmış və yenə «filankəslər, hara gedirsiniz» sözlərini demiş, o isə, Cəsaərətə söyüş söyməməsini, binanın qarşısı olduğunu, adamların olduğunu demişdir. Cəsarət isə "camaat da belə-belə olsun" sözlərini demişdir. Sonra Camal ondan yuxarıda onu kimin vurduğunu soruşmuş, o da, Camala "get ayıl, səhər deyərəm" sözlərini demişdir. Camal onu vuranı pis söyüşlə söyəcəyini demiş, o da, Camala "qələt edərsən" sözlərini demişdir. Oradakı şəxslər yenə onları aralayanda, Camal "görün sizin ananızı-bacınızı neynəyəcəm" sözlərini demiş və bu vaxt Camal İlqarla dalaşmışdır. Sonra Cəsarət çevrilib ona söyüş söyəndə, o, Cəsarətlə əlbəyaxa döyüşmüşdür. O, Cəsarəti vuranda sonuncu yıxılıb durmuş və Cəsarət hər dəfə əlini belinə aparmışdır. O, qorxmuş və Cəsarətin içkili olduğu üçün ehtiyat etmişdir. Buna görə bıçağı götürmüş və bir dəfə qorxutmaq məqsədi ilə Cəsarəti vurmuşdur. Daha sonra isə Camal yenidən ona söyüş söydüyü üçün Camalın da münasib yerindən vurmuşdur. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs1 özünün guya içkili və bıçaqla olması ilə bağlı yazılanları təsdiq etmədiyini, müdafiəçi gələndən sonra fərqli ifadə verdiyini, narkotik vasitədən istifadə etmədiyini və içki içmədiyini, restorana Rauf və İlqarla birlikdə gəldiklərini, restoranın içində mərhum Cəsarət və zərərçəkmiş şəxs Camalın DJ-in boynundan tutub çəkdiklərini, həmin vaxt orada olan müştərilərin onları araladıqlarını, birinci zərbəni Cəsarətin onun çiynindən vurduğunu və "aşağı düşməyənin var-yoxunu" söyüşünü söydüyünü, Camalın da onu söydüyünü, davanın başlanmasının səbəbkarı da Camalın olduğunu, Cəsarətin hər dəfə əlini belinə apardığını, o da, həmin vaxt yerdə olan yaşıl rəngli bıçağı götürüb Cəsarəti vurduğunu, bıçağın kimdənsə düşdüyünü və yerdə olmasını görüb götürdüyünü, lakin əvvəlcədən heç kimdə bıçaq görmədiyini, İlqarın da aşağıda Camalın yanında olduğunu, İlqarın onları araladığını, Camal söyüş söyəndən sonra İlqarın Camalı vurduğunu, bıçağın yaşıl rəngdə olmasını sonradan gördüyünü, bıçağın ayağının yanında yerdə olmasını gördüyünü, Cəsarət onun üzərinə gələndə sinə hissəsindən vurduğunu, sonra isə təpiklə vurduğunu, Cəsarəti qorxutmaq məqsədi ilə vurduğunu, Camalın arxa hissəsindən vurulduğunu, sonuncunun kürəyinə zərbə vurduğunu xatırlamadığını, Cəsarətə bir bıçaq zərbəsi vurduğunu, dalaşan zaman isə sifətindən vurduğunu və onun xəsarət ala bilməsinin mümkün olduğunu, həmin vaxt Camalın Cəsarəti qoyub qaçdığını, o, maşına minən zaman İlqara ya təcili yardıma zəng etməsini, ya da Cəsarəti maşına mindirib xəstəxanaya aparmasını dediyini, daha sonra İlqarın polisə zəng etdiyini, o da, bundan sonra bıçağı da götürüb polisə gəldiyini, İlqarın isə taksiyə minib getdiyini, onun Cəsarəti vurmasından İlqarın xəbərinin olmadığını, ibtidai istintaq zamanı ona təsir və təzyiq olunmadığını, Cəsarəti əvvəllər tanımadığını, restoranda söyüş söydüklərinə görə aralarında mübahisə olduğunu, restoranda əlavə adamların da olduğunu, hamının onları araladığını, onun Cəsarəti öldürmək niyyətinin olmadığını, Camalın ona söyüş söydüyünü, indiyə qədər bıçaq gəzdirmədiyini, ona qarşı söyüş söyüb təhqir etdikləri üçün restoranın həyətinə düşdüyünü, əvvəllər özünün məhkum olunduğunu, onlar restorana daxil olanda bir stolun boş olmasının və onların da həmin stoldada oturduqlarını, hər iki şəxs vurulan vaxt İlqarın onlardan heç kimi tutmadığını və həmin şəkildə onun heç kimi vurmadığını, şəxsləri vurandan sonra bıçağı özü ilə götürdüyünü, Cəsarət söyüş söydüyünə görə onu yumruqla vurduğunu, onları aşağı restoranın həyətinə Camalın çağırdığını məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsi elan və tədqiq edildi. O, Azərbaycan Respublikası CMnin 120.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, şübhəli şəxs qismində verdiyi ifadəsini təsdiq edir və işin mahiyyəti üzrə göstərir ki, yuxarıda göstərilən ünvanda ailəsi - həyat yoldaşı X9, 10 yaşlı oğlu X18, anası X23 və qardaşı - 1-ci qrup əlil X19 ilə birlikdə yaşayır. Rəsmi iş yeri olmasa da, şəxsi mühafizədə işləyib ailəni tək dolandırır. Anası da xərçəng xəstəsidir. Özü universal döyüş idman ustasıdır. Əvvəllər 2011-2012-ci illərdə Nərimanov rayon Polis idarəsində post-patrul bölyünün polis nəfəri, polis serjantı işləmişdir. 2018-ci ildə oğurluq və soyuq silah gəzdirmə ilə bağlı məhkum olunmuşdur. xx.xx.2021-ci ildə cəzanı çəkib çıxmışdır. Cəzaçəkmə yerindən qayıdandan sonra rəsmi iş tapa bilməsə də, yuxarıda qeyd etdiyi kimi şəxsi mühafizədə işləmişdir. 15 mart 2023-cü il tarixdə axşam bir nəfər tanışı ilə oturub yemək yemiş və spirtli içki qəbul etmişdir. Saat 23 radələrində dostları - Qarabağ zonasından olan idmançı İlqar və ümumi dostu Raufla birlikdə saat təxminən 23-30 radələrində Moskva prospekti, 88 ünvanında yerləşən «Huqqa» restoranında görüşmüşlər. Restoran binanın 6-cı mərtəbəsində yerləşmişdir. Onlar səhnədən təxminən 5-6 metr aralıda qoyulmuş masanın arxasında oturub dostları pivə, o isə, energetik içki olan «Hell» içmişdir. Restoranda 30-40 nəfərə yaxın qonaq, səhnədə musiqi – «dicey» də olmuşdur. Təxminən 40 dəqiqə olmuşdur kı, onlar restoranda oturmuşlar. Qonşuluqdakı masada 3 nəfər tanımadıqları oğlanlar oturub pivə içmişlər. Onların masalarında qəlyan da olmuşdur. O, telefonla tanışı ilə danışmış, bir də səhnə tərəfdən bərkdən «burda oturanların var-yoxunu», deyib söyüş söyüldüyünü eşitmiş, başını qaldıranda görmüşdür ki, həmin qonşu masada əyləşmiş 3 nəfər şəxs səhnədədirlər və «dicey»i oyana-buyana dartışdırırlar. O, yerindən qalxıb onlara yaxınlaşmış, «dicey»dən onları aralamış və söyüş söymələri ilə bağlı iradını bildirmişdir. Belə deyəndə, həmin 3 nəfərdən ikisi - hansı ki, hündürboylu, cüssəli şəxslər ona agır ana söyüşü söymüşlər. Bu vaxt restoranda olan tanımadığı şəxslər və dostları Rauf və İlqar onlara yaxınlaşmış və onları sakitləşdirməyə çalışmışlar. Lakin onlar onu vurmağa cəhd etmişlər. O, zərbələrdən qaçıb onlara yumruqla sifətinə zərbə endirmişdir. Onlar ikisi ona ağır söyüşlər söyüb bayıra çıxıb araşdırmanı davam etməyi tələb etmişlər. O da, «düşək» deyib, onların ardınca restorandan çıxıb binanın arxasına keçmişlər. Bu vaxt onların dalınca aşağı düşmüş şəxslər onu tutub aralamağa çalışmışlar. Həmin şəxslər yenə onun anasını söymüş və əlini cəbinə apardığını görüb onun bıçaq çıxarmaq istədiyini düşünüb, üstündə gəzdirdiyi cib bıçağı ilə onların ikisinə də hara gəldi bir neçə zərbə endirmişdir. Onun kimisə öldürmək niyyəti olmamış, özünü qorumaq niyyəti ilə onları vurmuşdur. Sonra aralanıb yoldan keçən taksi ilə evə getmişdir. Təxminən bir saat-saat yarım keçmiş, Nəsimi polisindən ona zəng vurmuşlar ki, hadisə ilə bağlı polisə gəlsin. O da, bıçağı da götürüb polisə gəlmiş və hadisəni törətdiyini bildirib, bıçağı polisə təqdim etmişdir. Onlar protokol yazıb bıçağı götürmüşlər. O, həmin şəxsləri tanımamış, onları ilk dəfə görmüşdür. Heç kimi öldürmək niyyəti olmamışdır. Aralarında baş vermiş mübahisə və dalaşma təxminən bir saat çəkmişdir. Belə ki, həmin şəxslər hər ikisi bərk sərxoş olmuş və hamıya söyüş söymüşlər. Tutduğu əməldən peşiman olmuşdur. Onu da qeyd etmək istəyir ki, Cəsarət camaatın içində onu ana, var-yox söyüşləri ilə ağır təhqir etməsəydi, onu vurmazdı. Qeyd olunan dindirmə zamanı suallara cavab verən Təqsirləndirilən şəxs1 həmin bıçağın qatlanan cib bıçağı olduğunu və onu çoxdan «20 Yanvar» metrosunun keçidində yerləşən ticərət mərkəzindən aldığını, bıçağı arada meyvə kəsmək üçün üstündə gəzdirdiyini, həmin gün də üstündə olduğunu, hadisə baş verdiyi gün o, restorana gəlməmişdən əvvəl iki bokal pivə və 50 qram araq içdiyini, restoranda isə energetik içki olan «Hell» içdiyini bildirmişdir (cild 1, iş vərəqi 116-118). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs1 dindirmə protokolunda birinci səhifədə aşağıda olan imzanın ona məxsus olmadığını, qalan səhifələrdəki imzaların isə ona məxsus olduğunu, içki içmədiyini, bıçağı heç yerdən almadığını, müstəntiqdən niyə belə yazmasını soruşduqda, müstəntiqin belə yazılmasının onun xeyrinə olacağını dediyini, sərxoşluq müayinə testinin keçirildiyini və təmiz çıxdığını məhkəməyə bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə 16 mart 2023-cü il tarixdə "Huqqa" restoranında baş vermişdir. Onlar dincəlmək üçün 3 nəfər həmin restorana gəlmişlər. Digər stolda yüksək səslə söyüşlər olmuş, həmin şəxslər DJ ilə mübahisə etmək üçün stoldan durmuşlar. Onlar həmin şəxslərdən niyə qanqaraçılıq yaratmalarının səbəbini soruşmuşlar. Bu zaman həmin iki nəfər onlara hücum etmişlər. Həmin şəxslər ona iki dəfə, yəni həm zalda, həm də hesabı ödəyən zaman hücum etmişlər. Sonra həmin şəxslər restorandan çıxarılıb aşağıya düşürülmüşdür. Həmin şəxslərin gedib-getməməsini müəyyən etmək üçün o da, aşağı düşmüş, bu zaman Camalın, rəhmətlik Cəsarətin, bir də qazi Vüsalın və yanlarında əlavə bir nəfər şəxsin aşağıda dayandıqlarını görmüşdür. Vüsal ona yaxınlaşaraq həmin şəxslərin onunla birlikdə vuruşduğunu və sakitçilik olmasını istəmişdir. O, həmin vaxt həmin şəxslərin dövlət qurumunda işlədiklərini bilməmişdir. Sonra Orxan aşağı düşəndə Camal Orxana yaxınlaşıb yuxarıda onu vuranın kim olduğunu soruşmuş, Orxan isə həmin şəxslərin çıxıb getmələri üçün sakit dayanmışdır. Camal təkrar onu vuranın kim olduğunu və söyüş söyəcəyini demişdir. Orxan isə qayıdıb "sən söyüş söyə bilməzsən" sözlərini demişdir. Camal isə yuxarıda söydüyü söyüşlərin ardını gətirib nalayiq söyüşlər söyməkdə davam etmişdir. Bundan sonra o, Camalı itələmiş və onları aralamışdır. Camal təkrar söyüş söyəndə, o, Camalı vurmuşdur. Belə ki, o, Camalın sinəsinə yumruq vurmuş və onları aralamışalr. Dava əsnasında kiminsə yerə düşdüyünü görmüş və o, həmin şəxsin çiyninə iki təpik vurmuşdur. Çevriləndə isə Camalın yenidən onun üstünə gəldiyini görmüş və onunla tutaşmışdır. O, Camalı atmaq istəyəndə ayağı sürüşüb yerə düşmüş və Camal onun üstünə yıxılmışdır. Ayağa duranda isə heç kimin olmadığını görmüşdür. Sonra Camal qaçmış, o isə, Camala niyə qaçdığını demişdir. Üzünü çevirəndə Vüsalın Cəsarətin başının üstündə dayandığını görmüşdür. O, Cəsarətin nəyə görə yerdə olduğunu soruşmuş, Vüsal isə ona tez taksi tapmasını demiş, o isə, yola çıxanda Orxanı görmüşdür. Həmin vaxt Orxan ona "qaqa, ikisini də bıçaqla vurdum" sözlərini demişdir. O, Orxana getməsini və maşın tapıb Cəsarəti göndərəcəyini demişdir. O, hadisə yerinə gələndə maşının orda olduğunu, lakin sürücünün maşında olmadığını görmüşdür. Yenidən "Huqqa" restoranına qalxmış, orada restoranın sahibinə taksi sürücüsünün kim olduğunu soruşmuş, həmin şəxs isə heç kimin olmadığını və hamının qaçıb getdiyini demişdir. Daha sonra o, aşağı düşmüş, orada da heç kimin olmadığını görmüşdür. Maraqlandıqda həmin şəxslərdən birinin sürücü olduğunu və onun maşınına minib xəstəxanaya getdiklərini öyrənmişdir. O, xəstəxanaya gedəcəyi halda orada kiməsə bir şey başa sala bilməyəcəyini fikirləşib, çıxıb evə getmişdir. Səhər saat təxminən 6-nın yarısı qapının dağıldığını eşitmişdir. Evdə hər yerdə kamera olduğundan telefonda kameraya baxmış və 3-4 nəfərin qapını qırdığını görmüşdür. O, bir az dayanmış, sonra həmin şəxslər hasardan tullanıb qapını döymüş və polis olduqlarını deyib qapını açmasını istəmişlər. O, qapını açmış və həmin şəxslər içəri girib Nəsimi polisindən gəldiklərini bildirib Orxanın harada olduğunu soruşmuşlar. O, Orxanın onlarda olmadığını demişdir. Sonra ondan «evdə qanunsuz nəyin var?» deyə soruşmuşlar. O, polis əməkdaşlarına evə baxmaq üçün sanksiyalarının olub-olmadığını soruşmuş, həmin şəxslər özlərinin elə sanksiya olduqlarını demişlər. Sonra həmin şəxslər evə girib hər yeri dağıtmağa başlamışlar. O, həmin vaxt idman şalvarında və maykada olduğu üçün onun əynini geyindirmişlər. Sonra onu 19-cu polis bölməsinə gətirərək rəisin otağına qaldırmışlar. Orada ona 3 şərt qoyulmuşdur, ya 3 qram malı götürmək, ya aparılıb banditizmdə 1 kq yüklənəcək, ya da ölümdə əlbirliklə tutulacaqdır. O da, 3 qram narkotiki götürməyə razılaşmışdır. Sonra ona Raufun evinin yerini bildiyini deyib, Raufun dalınca aparmışlar. Bunu Orxanın bildirdiyini deyib, ondan Raufun evini göstərməsini istəmişlər. O, Raufun evini tanımadığını demiş, sadəcə harada taksidən düşdüyünü bildiyini demişdir. Yolda gedən zaman onlara zəng gəlmiş və Raufun gözlədiyini demişlər. Raufu götürüb yenidən bölməyə qayıtmışlar. Bölmədə onları müvəqqəti saxlama yerinə salmışlar. Sonra əməliyyatçı gəlib bayaqkı əmanəti verməsini və çəkilişdə verəcəklərini demişdir. Həmin söhbətdə Rauf onun yanında olmuşdur. O, üzərində olan narkotik vasitəni vermiş və hər şey qurtarmışdır. Ona 234.1-ci maddə verilmiş, narkotik vasitənin qramı artandan sonra 234.1-1-ci maddə olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs2 ibtidai istintaqda bir dəfə ifadə verdiyini, hadisə günü iki nəfərə yarım litr spirtli içki içdiklərini, "Huqqa" restoranında isə pivə içdiklərini, əvvəlllər CM-nin 234.1-ci maddəsi və 127-ci maddəsi ilə məhkum olunduğunu, hadisə günü Orxanın spirtli içki içmədiyini, davanın səbəbkarının Zərərçəkmiş şəxs2 olduğunu, həmin vaxt qarşı tərəfin içkili olduqlarını, bunun həmin şəxslərin danışıqlarından və hərəkətlərindən hiss olunduğunu, restoranda həmin şəxslərə ən yaxın stolda onların oturduqlarını, onların həmin şəxsləri aralayandan sonra qarşı tərəfin onlara bakal atdıqlarını, qarşı tərəfin üç nəfər, yəni Camal, Cəsarət və sürücüdən ibarət olduğunu, Camalın Orxanla mübahisə etdiyini, əvvəllər Orxanda heç vaxt bıçaq görmədiyini, hadisədən sonra Orxanın həmin şəxsləri vurduğunu dediyini, onun yumruqla Camalı vurduğunu, həmçinin Cəsarətin bıçaqlandığını bilmədiyi halda yerdə olanda Cəsarətin çiynindən təpiklə vurduğunu, polislərin onun qarşısına üç şərt qoyduqlarını və onun da məcbur olub narkotik vasitəni üzərinə götürdüyünü, çəkiliş zamanı həmin narkotik vasitənin özünə məxsus olduğunu dediyini, onun 40 yaşı olduğunu və heç vaxt narkotikdən istifadə etmədiyini, narkotiklə bağlı heç yerə şikayət etmədiyini, ona təsir və təzyiq olduğunu, lakin heç yerə şikayət etmədiyini, hər iki şəxsi bıçaqladığını Orxanın özünün ona dediyini, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, aşağı düşməyinin səbəbinin iki nəfərdən birinin nalayiq söyüşlər söyməsi olduğunu, həmin şəxslərin restoranda zalda DJ-in başını tutub dartdıqlarını, DJ-lə mübahisənin səbəbi həmin şəxslərin kriminal mahnı sifariş vermək istəməsi olduğunu, lakin DJ-in onlara belə mahnı səsləndirməyin rəhbərlik tərəfindən icazə verilmədiyini bildirdiyini, həmin şəxslərin zalda ona zərbə vurmaq istədiklərini, lakin orada olan şəxslərin qoymadıqlarını, onun da həmin şəxsləri vurmadığını, koridorda baş verənləri gördüyünü, lakin kimlərin orada olduğunu bilmədiyini, Orxanın dalaşdığını görmədiyini, aşağı düşəndə heç kimin ona yaxanlaşmadığını, Orxan düşəndən sonra mübahisə başladığını, o, aşağı düşəndən 2-3 dəqiqə sonra Orxanın da həyətə düşdüyünü, aşağı düşəndən 8-9 dəqiqə sonra davanın başladığını, orada onlardan başqa dava edən şəxslərlə onların heç bir əlaqəsinin olmadığını, aşağıda davanın Camalın Orxana yaxınlaşmasından sonra başladığını, Camalın onu yuxarıda vuranın kim olduğunu soruşduğunu, bunu iki dəfə deyəndən sonra söyüş söyəcəyini dediyini, həmin vaxt Cəsarətin yuxarıda olduğunu, Vüsalın Cəsarəti saxladığını, aşağıda Cəsarətin onlara nə vaxt yaxınlaşdığını görmədiyini, həmin vaxt o, Camal ilə dalaşdığını, Camalı vurandan sonra onun çıxıb getdiyini, onun dalınca 4-5 addım atandan sonra Cəsarətin yerə yıxıldığını, onun da Cəsarətin çiynindən iki təpik vurduğunu, polis əməkdaşının qapının üstündən aşıb keçdikdən sonra qapını açdığını və digər polis əməkdaşlarının içəri girdiklərini, evdə saxlanılan vaxt ona paltarını geyindirdiklərini və evdə axtarış apardıqlarını, rəisin otağında olarkən narkotiki boynuna götürməyə razılaşdığını, xəsarət aldığını, amma şikayət etmədiyini, tutulmamışdan bir gün əvvəl "Mərcan" Klinikasında müayinədən keçdiyini, Orxanla əvvəlcədən razılaşmasının olmadığını, həmin restorana istirahət üçün getdiklərini, istintaq təcridxanasına daxil olanda xəsarətlərinin yazıldığını, sorğu zamanı həmin zədələri yıxılanda aldığını, onun polis əməkdaşları tərəfindən yetirildiyini demədiyini məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri elan və tədqiq edildi. O, Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2, 29,120.2.3. 29,120.2.7, 221.2.1., 221.2.2. və 234.1-1-ci maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib göstərmişdir ki, o, hərbi xidmətdə olarkən Kosovoda, sonra İrakda sülhməramlıların tərkibində xidmət etmişdir. Sonra məhkumluq həyatı yaşamışdır. 2021-ci ilin «Zəfər» amnistiyası ilə azadlığa çıxmışdır. Azadlığa çıxandan sonra Türkiyədə İstanbul şəhərində Bazılar məhəlləsində «X34 Federasiyası»nda qarışıq döyüş növləri idmanından dərs demişdir. 22 dekabr 2022-ci ildə Türkiyədən Azərbaycana gəlmişdir. Həmin vaxtdan əvvəldən tanıdığı Təqsirləndirilən şəxs1la Bakı şəhərində «Şamaxinka» adlanan yerdə fıtnes zalında məşq edirlər. Orxan onun dostudur, evlərinə də gedib-gəlmişdir. İş üzrə zərəçəkmişlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdır. 2023-cü ilin mart ayının 15-də saat 18:00 radələrində zala məşqə gəlmişdir. Həmin gün axşam təxminən saat 22 radələrində zaldan çıxarkən telefonunun votsap ***-***-**-** nömrəsindən dostu Təqsirləndirilən şəxs1 votsapına zəng vurmuşdur və «20 Yanvar» metrosunun yanında yerləşən «085» adlanan çayxanada görüşməyi razılaşmışlar və həmin yerdə görüşmüşlər. Saat 22:30 radələrində tanışları Rauf da oraya gəlmişdir. Sonra çörək yemək üçün 9-cu mikrorayonda yerləşən «Manqal» restoranına gəlmişlər. Yemək zamanı o və Rauf ikisinə 0,5 litrlik bir araq içmişlər. Saat 24:00-ə kimi orada olmuşlar və durub gedəndə Rauf «Huqqa» restoranında çay içməyi təklif etmişdir. Onlar həftədə bir dəfə həmin restoranda canlı musiqi dinləməyə getmişlər. Təxminən saat 01 radələrində piyada «Huqqa» restoranına gəlmişlər. Onlar səhnənin qarşısında ortada qoyulmuş stola əyləşmişlər və iki pivə, bir «Hell» içkisi sifariş vermişlər. O və Rauf pivə, Orxan isə «Hell» içmişdir. Qonşu stolda sonradan adlarını bildiyi Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və daha bir nəfər şəxs oturmuşlar. Həmin şəxslərin stolunda pivə olmuş, onlar sərxoş olmuşlar və hansısa səbəbdən bar stoykasının üstündən pivə bokalını götürüb zala atmışlar. Bakal başlarının üstündən səhnənin qarşısına rəqs meydanına düşmüşdür. Sonra onlardan biri gəlib diceyə yumruq atmış və diceylə tutaşmışlar. O, yumruğun diceyə dəyib-dəymədiyini görməmişdir. Bu vaxt, o, Orxan, Rauf və zalda oturan tanımadığı şəxslər onları ayırmağa başlamışlar. Onlar həmin şəxsi vurmamış və Orxanın kimisə vurduğunu və əksinə Cəsarət və Camalın Orxanı vurmasını görməmişdir. Restoranın işçiləri Cəsarət və Camalı restorandan çıxarıb aşağı yola salmışlar. Həmin vaxt onlardan biri aşağı düşməyənin payına ana-bacı söyüşü söymüşdür. Odur ki, onları sakitləşdirib yola salmaq üçün aşağı düşmüşdür. Onun ardınca Orxan və restoranda olan şəxslərdən bir neçəsi həyətə düşmüşlər. X21 həmin şəxslərlə, yəni Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2la söhbət ediyini görmüşdür. Sonra Zərərçəkmiş şəxs2 Orxana yaxınlaşıb onu vuranın kim olduğunu deyərək soruşmuş, Orxan cavab verməmişdir. Bu vaxt Camal Orxanın cavab vermədiyini görüb, «indi söyüş söycəyəm» demişdir. Orxan «sən söyüş söyə bilməzsən» deyib, cavab vermişdir. Belə deyəndə, Camal «məni vuranın ana-bacısı» deyib, ağır söyüş söymüşdür. O, Orxanın paltosunu çıxarıb dalaşmaq istədiyini görüb, Camalı tutub Orxandan aralamışdır. Bu vaxt orada Vüsal, Pərviz, Rauf və Səddam Camalı aralamaqda ona kömək etmişlər. Camal onun üstünə gəlmiş, onunla tutaşmış və yerə yıxılmışlar. Camal onun üstündə qalmışdır. Kimlərsə Camalı ondan aralamışdır və ayağa qalxanda Cəsarətin yerdə uzanıb qaldığını görmüşdür. Bu vaxt Orxan yaxınlaşıb hər ikisini bıçaqla vurduğunu ona demişdir. Onda bilmişdir ki, Cəsarət və Camal bıçaqlanmışlar. Sonra Cəsarəti maşına qoyub xəstəxanaya yola salmışlar. Sonra o da, çıxıb evə Binəqədiyə getmişdir. Saat təxminən 03 radələrində evdə olmuşdur. Saat 06:00-06:30 radələrində 19-cu polis şöbəsinin 4-5 nəfər əməkdaşı gəlmiş və ondan Orxanı soruşub, restoranda dalaşma zamanı adam öldüyünü demişlər. Həmin vaxt mobil telefonu və şəxsiyyət vəsiqəsini ondan götürmüşlər. Onlar onu götürüb 19-cu polis şöbəsinə gətirmişlər. Saat 08 radələrində əməliyyatçılardan biri ona “ya səni 234.1 maddəsi ilə rəsmiləşdiririk, ya da ölüm işində iştirakçı kimi gedirsən, seç hanısını istəyirsənsə de” demişdir. O, eləmədiyi cinayətin üstündə tutulmaqdansa, yüngül maddə ilə tutulmağı üstün tutmuş və eləmədiyi cinayəti, yəni narkotik maddə isifadəçisi kimi ona verdikləri narkotik maddənin ona məxsus olduğunu, «Papanin» adlanan məhəllədən aldığını demişdir. Saat 12:00-12:30-da onu Nəsimi RPİnin müvəqqəti saxlama yerinə aparmışlar. Sonra da həbs etmişlər. O, heç vaxt narkotik maddə istifadə etməmişdir, onu alıb-satmamışdır. Həmin narkotiklə bağlı videoçəkilişdə polisin ona dediyi sözləri kamera qarşısında demişdir. O, Cəsarətin boynundan tutmamışdır və Cəsarətin bıçaqla vurulma anını görməmişdir. O, Təqsirləndirilən şəxs1 bıçaq gəzdirməsini bilməmiş və üzərində bıçaq olmasını görməmişdir. Təqsirləndirilən şəxs2 şahid qismində dindirilərkən Zərərçəkmiş şəxs1 diceyə yaxınlaşıb onun boynundan tutub özünə tərəf çəkməsi səbəbdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la diceyin əlbəyaxa olduğunu, zaldakı bütün müştərilərin, o cümlədən onunla Orxan da səhnəyə keçib, mübahisə edənləri ayırdıqlarını, onlar münaqişəni sakitləşdirdikdən sonra Cəsarət və Camal onlar tərəfə baxaraq “var-yox” söyüşü söydüyünü, onlar müştərilərlə birlikdə həmin şəxsləri çölə çıxarmağa çalışdıqlarını, Camal onlara baxaraq “var-yox” söyüşü söydükdə, Orxan restoranın dəhlizində Camalın sifətinə yumruqla zərbə endirdiyini, bundan sonra Cəsarət Orxana baxaraq ana söyüyşü söyüb onu aşağıya çağırdıqlarını, Cəsarətgil gedəndən təxminən 10 dəqiqə sonra onların gedib-getmədiyini yoxlamaq üçün aşağıya düşdüyünü, həmin şəxslərin binanın arxasında dayandıqlarını gördüyünü, sonra Orxanın həyətə düşdüyünü, Camalın Orxana yaxınlaşaraq “məni vuran sən idin?” deyə soruşduğunu, Orxanın isə cavab vermədiyini, onların arasında münaqişə başladığını və itələşməyə başladıqlarını, o, Camalın sinəsinə yumruqla vuraraq tutaşdıqlarını, Orxanın Camala bir neçə zərbə endirməsini gördüyünü, sonra Orxan ona hər ikisini bıçaqla vurduğunu dediyini göstərmişdir (cild 1, iş vərəqi 152-155, cild 3, iş vərəqi 11-12, 29-31, 209-211, cild 4, iş vərəqi 98-100). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs2 dindirmə protokollarındakı imzaların və sonda yazılan qeydlərin ona məxsus olduğunu, mərhum Cəsarətin başının üstündə bir nəfərin dayandığını gördüyünü, Orxanın həmin vaxt onlardan 8-9 metr aralıda olduğunu məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, 16 mart 2023-cü il tarixdə mərhum Cəsarətlə restorana getmişlər. Orada musiqi sifariş vermişlər və aralarında bir az narazılıq olmuşdur. Sonra mərhum Cəsarətlə «DJ» arasında anlaşılmamazlıq olmuşdur. Cəsarət «DJ»yə "nəyə görə mənim sözümü yerə salırsan" sözlərini demişdir. Sonra o, Cəsarətlə «DJ»yi ayırmışdır. O, Cəsarəti özündən arxaya gətirmiş, «DJ»yi isə səhnənin sağına keçirmişdir. Həmin vaxt tanımadığı şəxslər, yəni hazırda həbsdə olan şəxslər onların üstünə gəlib "niyə belə edirsiniz, burada heç kim belə hərəkət edə bilməz" sözlərini demişlər. O, həmin şəxslərə burada başqa bir problem olmadığını, hər şeyin qaydasında olduğunu bildirmişdir. Həmin vaxt onlar rəhmətlik Zərərçəkmiş şəxs1 yumruq atmışlar və o, müdaxilə etmişdir. Müdaxilə edən vaxtı ona da yumruq atmışlar. Qəfil yumruq atılmış və o, arxaya getmişdir. Bundan sonra əlbəyaxa dava düşmüş və təxminən 5-10 dəqiqə əlbəyaxa dava olmuşdur. Qapının ağzında onların üstünə gələndə yenə dava düşmüş və kimsə onu arxadan tutmuşdur. Bu vaxt yenə də üstünə gəldiklərini görüb orada nəsə olmuş və o, ayaqla vurulmuşdur. Çölə çıxan vaxtı qapıda da mübahisələri düşmüşdür. Aşağı düşəndə Cəsarətin alın nahiyəsindən zərbələr dəydiyi üçün alnı qanamışdır. Orada bir nəfər şəxs olmuş və o, həmin şəxsə qanı yumaq üçün qaçıb oradan su alıb gətirməsini demişdir. Həmin vaxt pilləkanda onlar rastlaşmış və orada da yüngül mübahisələri düşmüşdür. Cəsarəti maşının yanına aparandan sonra həmin şəxslər onların arxası ilə gəlmişlər. O, su alıb gələnə qədər həmin şəxslərin sayının çoxaldığını görmüşdür. O, Cəsarətə həmin şəxslərlə özünün danışacağını və qarışmamağını bildirmişdir. Cəsarət həmin vaxt onların arasına keçmiş, Orxan «vuracam, asacam, kəsəcəm» deyib danışmışdır. O, onların arasına keçib bunların heç bir probleminin olmadığını, «DJ»lə arasında yüngül anlaşılmamazlıq olduğunu, onu da yoluna qoyduqlarını bildirmişdir. O, orada «DJ»yi vurmamış, onları ayırmışdır. Mübahisə də bunun üstündə yaranmışdır. Orada söyüş olduğu deyilir, bu yalandır, orada söyüş olmamışdır. O, onların sakitləşmədiyini görüb, "aranızda bir böyük var, gəlin söhbət edək" sözlərini demişdir. O, həmin şəxslərə yaxınlaşıb" içinizdə bir böyük, baş bilən kişi varsa, dalaşmaq istəyən varsa, gəlin mənimlə təkbə tək dalaşaq" sözlərini demişdir. Həmin vaxt Cəsarət zərbələr aldığına görə ris vəziyyətdə olmuşdur. Həmin vaxt qarşıya çıxan olmamış, hamı birlikdə onların üstünə gəlmişlər. Əlbəyaxa olan vaxtı birinci Cəsarət Orxanla dalaşmış, dalaşan vaxtı Cəsarət dizi üstə yerə düşmüşdür. Həmin vaxt o, Orxanın üstünə getmiş, Orxanla əlbəyaxa olan vaxtı onu tutmuşlar. O, fırlanıb İlqarla əlbəyaxa olmuşdur. Onu arxaya aparmaq istəmişlər. Həmin vaxt Cəsarət zərbənin təsirindən yerdə qalmışdır. Onu arxa tərəfə qaranlıq yerə aparanda Cəsarətin qışqırdığını, arxaya baxanda isə İlqarla əlbəyaxa olduğunu görmüşdür. Cəsarətə yumruqlar və bıçaq atıldığını görmüş, lakin qaranlıq olduğundan kimin atdığını görməmişdir. Bu vaxt Cəsarət qışqırmış, o, «tolpa»nın içindən çıxıb Cəsarətə tərəf gedəndə, Cəsarət ona 5-6 addım qalmış arxadan zərbə dəymiş və zərbənin təsirindən ağzı üstə yerə yıxılmışdır. Orxan Cəsarətə iki dəfə təpik atmış, üçüncü təpiyi atanda o, yaxınlaşmışdır. O, İlqarla süpürləşəndə İlqar yıxılmış, o da, İlqarın üstünə düşmüşdür. Həmin vaxt onu vurmuşlar və İlqardan ayrılmaq istəyəndə, Orxanın böyürdən qaçdığını görmüşdür. O, əhəmiyyət verməmiş, sonra ona bir zərbə, ikinci zərbə və üçüncü zərbə dəymiş, zərbə ciyərinə dəyəndə nəfəsi kəsilmişdir. Arxaya çevrilib baxanda, Orxanın qaçdığını görmüşdür. Bıçağın olduğunu hiss etməmiş, Orxanın bıçaqla onları vuracağına inanmamışdır. Orxan arxada olmuş və əlində bıçaq olmuş, lakin bıçaqla vurduğunu görə bilməmişdir. Həmin vaxt Orxanın üstünə getmiş, üstünə gedən zaman aldığı zərbədən bir gözündə tutulma olmuşdur. O, həmin şəxslərin üstünə cuman zaman onlar qaçmış, sonda isə İlqar qaçmışdır. Onlar qaçandan sonra o, Cəsarəti xəstəxanaya aparmışdır. Orada onlarla döyüşlərdə iştirak edən Şahid4 da olmuş və onlara Cəsarəti maşına mindirməkdə və sinəsinin qanını saxlamaqda çox köməklik etmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı müstəniqə verdiyi ifadəsini təsdiq etdiyini, müstəntiqə ifadə verərkən reanimasiyada olduğunu, həmin gün 700 qram araq və pivə içdiklərini, həmin vaxt tam sərxoş olmadıqlarını, birinci zərbənin Orxan tərəfindən Cəsarətə atıldığını, həmin vaxt Orxanın ona da zərbə atdığını, İlqarın Cəsarətin boğazından həyətdə tutduğunu, həmin vaxt Cəsarətin hələ vurulmadığını, lakin Cəsarəti kimin vurduğunu görmədiyini, bıçağın atıldığını gördüyünü, İlqarın Cəsarətin boynundan tutduğunu, digər şəxsin isə onu vurduğunu, Cəsarətin yerə yıxıldığını, o, çatana qədər İlqarın Cəsarəti təpiklə vurduğunu, İlqar üçüncü zərbəni vurmaq istəyən zaman onu tutduğunu, bu vaxt arxadan onun kiminsə vurduğunu, onu arxadan vuranın İlqar olmadığını, Orxanın əlində bıçaq gördüyünü, orada olan başqa şəxslərdə bıçaq görmədiyini, İlqar Cəsarəti vuran zaman artıq Cəsarətin bıçaqlandığını, onun özünə dörd bıçaq zərbəsi vurulduğunu, Cəsarəti xəstəxanaya özünün apardığını, həmin vaxt maşını taksi sürücüsünün sürdüyünü, orada olan Şahid4 onlara köməklik etdiyini, o, həmin şəxslərə «DJ»lə aralarında başqa problemin olmadığını dediyini, «DJ» Mehmanı tanımadığını, Rauf Şıxəliyevi də tanımadığını, Cəsarətin bölgələrdən ibarət mahnı sifariş verdiyini, lakin «DJ»in həmin mahnını səsləndirmədiyi üçün «DJ»lə aralarında mübahisə yarandığını, Cəsarətin «DJ»in boynundan tutub özünə tərəf çəkdiyini, onların üzərinə hücum çəkənlərin Orxanla İlqar olduğunu, digər şəxslərin adlarını bilmədiyini, Orxanın yumruqla Cəsarəti qaşından vurduğunu, hadisədən sonra onları kimlərin ayırdığını bilmədiyini, onları restoranda olan şəxslərin ayırdığını, sonra koridorda Orxanla İlqarın onlarla yenidən mübahisə etməyə başladıqlarını, Orxanla İlqarı aşağı çağırmadıqlarını, onlar aşağıya düşəndən 3-5 dəqiqə sonra həmin şəxslərin aşağı düşdüklərini, həmin vaxt onların maşının yanına getdiklərini, Cəsarətin alınından qan axdığını və həmin qanı yuduqlarını, orada 15-20 nəfərin olduğunu, ikinci dəfə mübahisənin maşının qabağında Cəsarətlə olduğunu, Cəsarət vurulan vaxtı həmin yerdə 15-20 nəfərin olduğunu, o, həmin vaxt qabaqda İlqarla mübahisə etdiyini, onu həmin vaxt arxaya apardıqlarını, lakin onun fikrinin Cəsarətdə olduğunu, ilkin mübahisənin yoluna qoyulduğunu, mübahisənin sonradan yaranmasının səbəbkarının Təqsirləndirilən şəxs1 olduğunu, aşağı düşdükdən sonra bıçaqlanma hadisəsinin təxminən 20-25 dəqiqə sonra baş verdiyini, Cəsarət bıçaqlanan vaxtı onun 10-15 addım kənarda olduğunu, həmin vaxt onu tutduqlarını, onun həyətdə mübahisəni dayandırmağa çalışdığını, orada söyüş söyülmədiyini və Orxanı heç kimin aşağı çağırmadığını, qaranlıq olduğu üçün taxta ilə kimin tərəfindən vurulduğunu bilmədiyini, ibtidai istintaq vaxtı təqsirləndirilən şəxslərlə üzləşdirildiyini və üzləşdirmə protokolunu imzaladığını, yanındakı sürücünün Elşən olduğunu, onları birinci və ikinci restorana aparanın da Elşən olduğunu, bıçaq olandan sonra Elşənin kənarda dayandığını gördüyünü, uzun müddət əvvəllər "Huqqa" restoranında olduğunu, hadisə günü "Huqqa" restoranına getməyi Cəsarətin təklif etdiyini, təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu, lakin iddia tələbinin olmadığını məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X16 ifadəsində bildirdi ki, o, hadisənin şahidi olmamışdır. Onlara səhər saat 5 radələrində belə bir hadisə baş verməsi barədə məlumat verilmiş, onlar da çıxıb təcili Bakıya gəlmişlər. Zərərçəkmiş şəxs1 Dövlət Sərhəd Xidmətində snayperçi, baş gizir rütbəsində olmuşdur. 44 günlük X12 Qoşunlarının tərkibində Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının azad edilməsində yaxından iştirak etmiş, «Zəngilanın azad olunmasına görə», «Cəbrayılın azad olunmasına görə» və «İgidliyə görə» medalları ilə təltif edilmişdir. Cəsarət çox yaxşı insan olmuş, heç kimlə düşmənçiliyi olmamış, hamının yanında hörmət qazanmış, spirtli içki və narkotik vasitələrdən istifadə etməmişdir. Oğlunu qətlə yetirən şəxslərə ömürlük cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirdi ki, restoranda «DJ» kimi fəaliyyət göstərir. Hadisə baş verən günü Cəsarətgil «vorovskoy» mahnı sifariş vermiş, o da, həmin şəxslərə belə tipli mahnıların səsələndirilməsinə rəhbərlik tərəfindən icazə verilmədiyini bildirmişdir. Cəsarət ona mahnını səsləndirməsin təkrar bildirmiş, lakin o, bunu etməmiş, çünki işini itirmək istəməmişdir. Sonra o, başqa stola keçmiş və orada oturmuşdur. Bir az keçdikdən sonra öz masasının arxasına keçmək istəmiş və bu vaxt Cəsarətlə Camalın orada durduqlarını görmüşdür. O, kənarda dayanmışdır ki, onlar keçsin və sonra o, öz yerinə keçər. Bu vaxt həmin şəxslər onu görmüş və ona əl atmışlar. Cəsarət onun boynundan tutub özünə tərəf çəkmiş və onun sinəsinə vurmuşdur. O, Cəsarətdən günahının nə olduğunu və onu niyə vurduğunu soruşmuş, Cəsarət mahnının qoşulmasını istəmiş, lakin o, bunu etməmişdir. Bu vaxt hamı dava düşməsin deyə ayağa qalxmış, onun gunahı olmadığını və rəhbərliyin icazə vermədiyini bildirmişdir. Bundan sonra davadalaş düşmüşdür. Dava başlamamışdan əvvəl həmin şəxslər, yəni Cəsarət və Camal çox söyüş söymüşlər. Stola yumruq vurmuşlar və söyüş söyərək orada heç kimin onların xətrinə dəyə bilməyəcəklərini demişlər. Həmin şəxslər sakit durmamış və çox içkili olmuşlar. Aralaşdırılandan sonra onlar yenə söyüş söymüşlər. Həmin şəxslər İlqargilə «aşağı düşməyənə var-yox» söyüşü söymüşlər. İlqargil, həmçinin restoranda olanlar dava düşməsin deyə, həmin şəxsləri çox yola vermişlər. Həmin şəxslər dayanmamış, gedib-gəlib stola təpik vurmuş, sonra aşağı düşəndə «aşağı düşməyənin var-yoxunu» söymüşlər. Daha sonra restoranda olan şəxslər aşağı düşmuş, o isə, yuxarıda qalmışdır. Sonradan o da, aşağı düşmüş, yenə həmin şəxsləri sakitləşdirə bilmədiklərini görmüşdür. Sonra onu yuxarı çağırmışlar və o, yuxarı qalxmışdır. Sonda isə belə bir hadisə baş verdiyini eşitmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Şahid1 ibtidai istintaq zamanı ifadə verən zaman düz danışdığını, mərhum X3 mahnısını sifariş verdiyini, onu birinci Cəsarətin vurduğunu, restoranda olan şəxslərin ayağa qalxıb Cəsarəti sakitləşdirməyə çalışdıqlarını, Cəsarətgilin stolda üç nəfər əyləşdiklərini, Cəsarətin ona əl atıb vurduğunu, təqsirləndirilən şəxslərin ikisinin də ayağa qalxıb mərhum Cəsarəti və zərərçəkmiş şəxsi sakitləşdirməyə çalışdığını, həmin vaxt zərərçəkmiş şəxslərin çox içkili olduqlarını, təqsirləndirilən şəxsləri müştəri kimi tanıdığını, onların zərərçəkmiş şəxsləri dava etməsinlər deyə sakitləşdirdiklərini, Cəsarətin aşağı düşüb dalaşmaq üçün söyüş söydüyünü, Cəsarətin və Camalın zalda xəsarət almalarını görmədiyini, aşağı düşəndə orada dava getdiyini gördüyünü, lakin kimin-kimlə dalaşdığını bilmədiyini, cinayətkar aləmlə bağlı mahnılar səsləndirməməsini ona müdirinin tapşırdığını, zərərçəkmiş şəxslərdə xəsarət izləri görmədiyini, o, aşağı düşəndən sonra tez bir zamanda yuxarı qalxdığını, həmin şəxslər aşağı düşəndən təxminən 10-15 dəqiqə sonra özünün də aşağı düşdüyünü, bu zaman orada olan şəxslərin mərhumu və zərərçəkmiş şəxsi sakitləşdirdiklərini gördüyünü, həmin vaxt təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslərin aralı olduqlarını, bu vaxt İlqarla Orxanın harada olduğunu görmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, həmin ifadəni verərkən ona heç bir təsir və təzyiq olunmadığını, təqsirləndirilən şəxslərin onları aralamaq üçün ayağa qalxdıqlarını, Təqsirləndirilən şəxs1 bıçaq görmədiyini, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsləri nəyə görə aşağı çağırdıqlarını bilmədiyini, kənarda olanların Orxangilin zərərçəkmiş şəxslərlə dalaşdıqlarını başa düşdüklərini, Cəsarətin bir neçə dəfə mahnı səsləndirməsini tələb etdiyini, həmin vaxt müdirin orada olub-olmadığını xatırlamadığını, İlqarla Orxanın onlara dava etməməyi və «DJ»in işinə qarışmamağı dediklərini, istintaq zamanı zərərçəkmiş şəxslərlə və təqsirləndirilən şəxslərlə aralarında üzləşmələr olmadığını, mərhum Cəsarəti birinci dəfə, zərərçəkmiş şəxs Camalı isə ikinci dəfədir ki, gördüyünü məhkəməyə bildirdi. Şahid1 məhkəmə iclasında verdiy ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyətlər olduğundan onun ibtidai istintaq vaxtı verdiyi ifadəsi məhkəmə iclasında elan və tədqiq edildi. O, həmin ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Moskva prospekti 88 ünvanında 6-cı mərtəbədə yerləşən “Huqqa” restoranında dicey işləyir. xx.xx.2023-cü il tarixdə gecə saat 02-03 radələrində restoranın orta stollarının birində sonradan bildiyi Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və taksi sürücüsü əyləşmişlər. Zərərçəkmiş şəxs2 onu stola çağırmış və «qanuni oğru» Rövşən Lənkəranskinin mahnısını səsləndirilməsini istəmiş, o isə, həmin mahnıların səslənməsinə icazə olmadığını bildirmişdir. Sonra o, başqa stola keçib adi bir mahnı oxutmuşdur. Bu vaxt həmin şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 səhnəyə keçib müğənni Hikmətlə söhbət etməyə başlamış, o da, səhnəyə yaxınlaşıb onların arxasında dayanmış, bu vaxt Cəsarət ona sarı çevirilib qolunu boynuna salıb özünə tərəf çəkib başını iki dəfə sinəsinə vurub onu təhqiredici sözlə söymüşdür. O, Cəsarəti əli ilə arxaya özündən kənara itələmişdir. Bunu görən yanındakı Camal onu aralamışdır. Lakin Cəsarət sakitləşməyib üzərinə dartınmağa başlamışdır. Bu zaman dostu Camalın Cəsarəti sakitləşdirmək cəhdlərini görən zalda oturan digər qonaqlar durub onlara yaxınlaşmış və onu vurduğu üçün Cəsarətə iradlarını bildirdirmişlər. Bu vaxt Camal və dostu Cəsarət həmin şəxslərə söyüşlə nə üçün gəldiklərini deyib söymüşlər. Bu səbəbə həmin şəxslərlə bu iki nəfərin aralarında mübahisə başlamış, onların arasında dava düşmüşdür. Orada olan şəxslər onları çölə çıxarmışlar. Cəsarət əllərindən çıxıb geri qayıdıb var-yox söyüşü işlədib, «kim dalaşmaq istəyirsə, düşün aşağı, söhbət edək» demişdir. Onları aralayan şəxslər yenə Cəsarəti bayıra çıxarmışlar. Bu vaxt Camal zala qayıdıb stola təpik vurub Orxan və İlqara baxıb aşağıya düşmələrini tələb etmiş, mühafizəçi Davud onu tutub bayıra çıxarmışdır. Sonra həmin şəxslər restorandan getmişlər. Bir qədər sonra həmin şəxslərin getməyib aşağıda Orxangili gözlədiklərini demişlər. Bu vaxt restoranı işlədən Rasim və onun dostu Alim restorana gəlmiş və biləndə ki, dalaşanlar getməyib aşağıda gözləyirlər, onlar liftin qarşısına keçmişlər. Bu vaxt Rasim Nuranədən necə olduğunu soruşduqda, Nuranə onu göstərib mübahisənin onunla başladığını demişdir. O, Nuranəyə iradını bildirib, nə üçün onu günahkar göstərir deyib, Nuranəyə qışqırmışdır. Bu vaxt Rasim tənbeh kimi onu kürəyindən əli ilə vurmuşdur. O, əsəbləşib Rasimə kobud cavab qaytarmış, bu vaxt Alim söhbətə qarışmışdır. O, Alimə «sən kimsən deyib» kobud ifadə işlətmişdir. Alim onun üstünə gəlmiş və onlar tutaşmışlar. Bu vaxt orada olan şəxslər onları aralamışlar. Sonra o da, məsələnin nə yerdə olduğunu bilmək üçün aşağı həyətə düşmüşdür. Aşağıda Cəsarət və Camalı qazi Vüsal və onlarla stolda oturan taksi sürücüsü Elşənin sakitləşdirdiklərini görmüşdür. Bu vaxt Alim də oraya gəlmiş və onu görüb yenə «sən adamları yola verə bilmirsən» deyib ona iradını bildirmiş və onun üstünə gələrək tutaşmış, orada olan şəxslər araya girib onları aralamışlar. Bundan sonra, o, restorana qayıtmışdır. O, restorana qayıdana kimi aşağıda heç bir dalaşma olmamışdır. Restoranda olarkən kimsə aşağıda bıçaqlanma olduğunu demiş, kimin kimi vurduğunu deməmişdir. Hadisə zamanı dalaşmada iştirak etməmişdir və hər hansı bir xəsarət almamışdır. Yalnız hadisənin əvvəlində Cəsarət boynundan tutub başını sinəsinə vurmuş və bu zaman da heç bir xəsarət almamışdır. Buna görə ondan şikayəti yoxdur (cild 1, iş vərəqi 36-39). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Şahid1 Rasimin restoranı işlədən şəxs, Alimin isə müştəri olduğunu, elan olunmuş ifadənin doğru olduğunu, qazi Vüsalın və Elşənin orada dava edənləri araladıqlarını görmədiyini, Camalın geri qayıdaraq stola təpik vurub aşırdığını məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, “Huqqa” restoranında mühafizəçi işləyir. Təqsirləndirilən şəxsləri restorana gələn müştəri kimi tanımışdır. Hadisə günü restoranda mahnı sifarişi üstündə dava olmuşdur. Belə ki, iki nəfər hərbçi restorana gəlmiş və mahnı sifarişi üstündə mübahisə olmuşdur. Həmin şəxslər söyüş söymüş, qarşı tərəf, yəni təqsirləndirilən şəxslər onlara söyüş söyməmələri üçün xəbərdarlıq etmişdir. Sonra həmin şəxslər aşağı düşəndə nalayiq ifadələr işlətmiş, daha sonra daha ağır söyüşlər söymüşlər. Lakin o, kimlərin dalaşdığını görməmişdir. Sualları cavablandıran Şahid3 ibtidai istintaq zamanı gördükləri barədə ifadə verdiyini, onun işinin restoranda sakitçiliyi təmin etməkdən ibarət olduğunu, zərərçəkmiş şəxslərin həmin vaxt içkili olduqlarını, həmin şəxslərin stolunda neçə nəfər olduqlarını xatırlamadığını, cinayətkar aləmlə bağlı mahnı sifarişi üstündə dava düşdüyünü, təqsirləndirilən şəxslərin həmin şəxslərə elə söyüşlər söyməmələrini dediklərini, yaralanan şəxsin söyüş söyməsini eşitdiyini, zərərçəkmiş şəxsi ayırıb çölə çıxardığını, lakin onun yenidən içəri girdiyini, içəridə bir-birlərini itələdiklərini, kimin kimi vurduğunu xatırlamadığını, ibtidai istintaq zamanı ifadə verəndə yadında olduğu üçün dəqiq danışdığını, kiminsə əlində bıçaq görmədiyini, aşağı düşəndə mərhum Cəsarətin yerə yıxıldığını gördüyünü və onun həmin vaxt bıçaqla vurulduğunu bildiyini, onların zərərçəkmiş şəxsləri həyətə çıxardıqlarını, lakin onların yenidən qalxıb təqsirləndirilən şəxsləri həyətə çağırdıqlarını, içəridə münaqişə olan zaman birtəhər həmin şəxsləri çölə çıxardığını, digər tərəfin isə içəridə qaldığını, bundan sonra artıq mübahisə dayandığına görə 102 Xidmətinə məlumat verməyə ehtiyac olmadığını məhkəməy bildirdi. İfadələri arasında ziddiyyətlər olduğu üçün məhkəmədə şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid3 bildirmişdir ki, 1 ay yarımdır "xxxx" MMCnin tərkibində mühafizəçi kimi «Huqqa» restoranında işləmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımış, belə ki, onlar tez-tez həmin restorana çay içməyə gəlmişlər. xx.xx.2023-cü il tarixdə gecə 02 radələrində İlqar, Orxan və daha bir nəfər, sonradan adını bildiyi Rauf restorana gəlmiş, səhnəyə yaxın masada əyləşmişlər. Adlarını sonradan bildiyi Cəsarət və Camal onlardan əvvəl restorana gəlmişlər. O, zalda oturub çay içəndə birdən səhnədə X22 və İlqarla əlbəyaxa dalaşdıqlarını görmüşdür. Camal və Cəsarət orada Orxan İlqara qarşı ana və varyox söyüşləri işlətmiş, Orxan və İlqara yumruq və təpik atmışdır. O, orada olan qonaqlar və restoranın işçiləri ilə birlikdə dalaşanları aralamağa çalışıb dəhlizə çıxarmışlar. Lakin Cəsarət və Camal sakitləşməyib zala qayıdıb dalaşmaq istəmiş, onlar isə buna mane olmuşlar. Bu vaxt Camal Orxanın ünvanına nalayiq söyüş işlətmiş, buna görə də Orxan adamların başının üstündən tullanıb Camalın başına yumruqla zərbə endirmişdir. Yenə də onlar dalaşanları aralamış, Orxanı içəri zala salmışlar, Camal isə dartınıb içəri Orxanın dalınca zala girməyə cəhd etmiş, lakin girə bilməmişdir. Bu an Orxana və İlqara aşağı gəlməyənin ana-bacısını deyib, ağır söyüş işlətmişdir. O, Camalı dəhlizin başına apararaq oradan aralayıb mühafizəçi olduğunu deyib, sakitləşməsini xahiş etmişdir. Daha sonra Cəsarətin harada olduğunu bilmək üçün zala qayıdanda, Cəsarətin də zalın girişində Orxan və İlqarın aşağı düşməyini tələb etdiyini görmüşdür. Onlar Camal və Cəsarəti dəhlizdən lift meydançasına çıxarmış, lakin Camal yenə də qayıdıb zala girmiş, o, Camalın dalınca gedib sonuncunun boş masaya təpiklə vurub masanı aşırdıb nalayiq ifadə işlətdiyini görmüşdür. Bu vaxt o, Camala çatıb sonuncunu arxadan tutub qucağına alaraq zaldan lift meydançasına çıxarmış, sonra isə Camalgil aşağıda gözləyəcəyik deyib, liftlə aşağı düşmüşlər. Bir qədər sonra restoranı işlədən Rasim gəlmiş, bu vaxt fürsətdən istifadə edən Orxan da aşağı düşmüş, o isə, lift meydançasında qalmışdır. Təxminən 2-3 dəqiqə sonra siqaret almaq üçün aşağı mağazaya yollanmışdır. Həmin vaxt Rauf, tanımadığı bir nəfər və dicey Rüfət də onunla liftlə aşağı düşmüşdür. Aşağıda həyətdə taksi Elşənin və qazi Vüsalın Camal və Cəsarəti sakitləşdirməyə, çıxıb getməkləri izah etməyə çalışdığını, Orxan, İlqar, meyxanaçı Pərviz, sonradan adını bildiyi Rasimin qohumu Alim, dicey Rüfət, Səddam və tanımadığı müştərilərin isə Camalgildən 10-15 addım aralıda dayanıb onlara baxdıqların gömüşdür. Bu vaxt Camal tolpaya müraciət edərək yuxarıda onu kimin vurduğunu soruşmuş, kimsə «sən vurmusan, səni də vurublar» demişdir. Camal onu yuxarıda vuranın qabağa çıxmasını tələb etmişdir. Camal tolpanın dalınca gəlib “məni kim vurub, gəlsin ayrıd edək” demiş, qazi Vüsal və taksi Elşən Camalı aparmağa çalışmışlar. Lakin Camal qayıtmamış, Cəsarət isə həmin vaxt onun dalınca gələn tolpaya yaxınlaşmaq istəyəndə taksist onun qarşısına keçib yaxınlaşmağa qoymamışdır. Camal isə onu kimin vurduğunu soruşmağa davam etmiş, bu vaxt Cəsarət orada olmamışdır. Camal Orxanın qarşısında dayanıb «sən məni vurmuşdun da, birdən desəydim ana-bacını belə-belə edim, nə edərdin» demiş, Orxan isə «mənə o sözü deyə bilməzsən» demişdir. Belə deyəndə Camal «onda sənin ana-bacını...» deyib, Orxanın üzünə nalayiq söyüş işlədəndə, Orxan Camalı yumruqla vurub yerə yıxmışdır. Camal ayağa qalxarkən Orxan sol əli ilə şalvarının kəmərindən tiyəsi adi uzunluqda olan bıçaq çıxarıb Camalı vurmaq istəyəndə, ətrafda olan İlqar və başqa şəxslər araya girmiş, Orxanın əlində bıçaq görüb «vurma, lazım deyil» deyib, Camalı oradan aralamışlar. Bu zaman Cəsarət Orxanın qabağına çıxaraq bıçağı yığışdır deyib, sol əli ilə Orxanın sağ çiynindən geriyə itələyəndə Orxan qoluna zərbə endirmək istəyən adam kimi Cəsarətin qolunu axtarıb bir dəfə bıçaqla zərbə endirmişdir. Bıçaq Cəsarətin qoluna deyil, sol döş nahiyəsinə dəymiş və Cəsarət arxa-arxaya gedib yıxılmış, sonra yerdən qalxanda orada olan azyaşlı Cəsarəti aralamaq üçün geriyə itələmiş və Cəsarət çevrilib üzü üstə yerə yıxılmış, qalxmaq istədikdə isə İlqar onun baş nahiyəsinə təpiklə vurmuşdur. Bunu görən Camal İlqarın üstünə gələrək sonuncu ilə tutaşmış və fırlayıb İlqarı yerə yıxmışdır. İlqar altda qalmış və bu zaman Orxan əlində bıçaq bir neçə dəfə Camala zərbə endirmişdir. Həmin vaxt o, yerə yıxılıb qalmış Cəsarətə yaxınlaşıb sonuncunu arxası üstə çevirdikdə sinəsində və uzandığı yerdə qan görmüdür (cild 1, iş vərəqi 212-216). Məhkəmə iclasında dindirilən Şahid2 ifadəsində bildirdi ki, hadisə baş verən restorana arabir gəlib-getmişdir. Təqsirləndirilən şəxslərlə də həmin restoranda tanış olmuşdur. Hadisə baş verən gün də oraya gəlmişdir. Həmin vaxt restoranda dava düşmüş, o, orada olan balaca uşağa pul vermişdir. Davanın nə səbəbdən baş verdiyini bilməmiş və onları aralamağa çalışmışdır. O, mərhum Cəsarəti sakitləşdirmişdir. Hamı sakitləşdikdən təxminən 20-30 dəqiqə sonra hər kəs aşağı düşmüşdür. O, sonra liftlə aşağı düşəndə İlqarla birlikdə düşmüşdür. O, İlqarı dərindən tanımamışdır. İlqar orada ona qohumuna mahnı yazmağı ondan istəmiş, baş üstə deyib razılıq vermişdir. O, taksi sifariş vermiş, taksi gələnə qədər siqaret çəkmişdir. O, taksiyə tərəf gedəndə yenidən davanın düşdüyünü görmüş, onlara tərəf gələndə bir nəfərin yerdə uzandığını görmüşdür. Həmin vaxt İlqarın əlində heç bir şey olmamışdır. Sonra Orxanın əlində bıçaq görmüş və bunu görəndən sonra qorxub oradan uzaqlaşmışdır. Sualları cavablandıran Şahid2 ibtidai istintaq zamani verdiyi ifadənin düz olduğunu və həmin ifadəni təsdiq etdiyini, Orxanın əlində bıçağı sonda dalaşan vaxtı gördüyünü, dava edən şəxsləri əvvəllər tanımadığını, Orxanın Cəsarəti və Camalı bıçaqla vurduğunu görmədiyini, Cəsarətin maşının qarşısının kəsdiyini görmədiyini məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğu üçün məhkəmədə şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid2 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 23 radələrində o, 9-cu mikrorayonda yerləşən «Mağara» restoranına həm yemək, həm də meyxana demək üçün getmiş, orada Orxan, İlqar və Raufla oturub yemək yemişdir. Bu zaman restoranın qabağında DYP-nin polisləri onu götürməyə gələn Habil adlı qonşusunun avtomobilinə cərimə yazmaq istəməsi ilə bağlı restorandan çıxmış və restorana qayıdanda İlqargilin orada olmadığını görmüşdür. Daha sonra o, «Mağara» restoranında bir saat yarım əyləşmişdir. Restoranda olarkən İlqar onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək «Huqqa» restoranında olduqlarını, çay içdiklərini bildirərək, onu meyxana demək üçün restorana dəvət etmişdir. O, İlqarı, Orxanı əvvəllər də tanıdığı üçün razılaşıb təxminən saat 01 radələrində «Huqqa» restoranına gəlmiş və Orxangilin masasına əyləşmişdir. O, yalnız «Mağara» restoranında 1 bakal pivə içmiş, həm «Huqqa» restoranında, həm də «Mağara» restoranında Rauf, İlqar və Orxan spirtli içki pivə içmişlər. Sonra İlqar ondan mahnı oxumasını xahiş etdiyinə görə, o, öz telefonunu musiqiyə qoşması üçün diceyə vermişdir. Dicey telefonu götürüb musiqini qoşmağa hazırlaşdığı anda səbəbini bilmədiyi dava düşmüş, dava zamanı o, oradakıları sakitləşdirməyə çalışmış, amma tanımadığı şəxslər davanı davam etdirmişlər. İlqarla Orxan da səhnədə olmuşdur. Bütün müştərilər ayaq üstə durub baş verənləri izləmişdir. Sonra tanımadığı bir şəxs masaya təpiklə vurmuş, masanın üzərində olan çay və digər əşyalar onun üstünə tökülmüşdür. Daha sonra hamı aşağı düşməyə başlamışdır. O, İlqarı aşağı düşməyə qoymamağa çalışsa da, İlqar onu itələyərək liftə salmış və onlar aşağı düşmüşlər. İlqar əsəbi halda binanın arxasına getmiş və o da, davanı aralamq məqsədi ilə İlqarın dalınca gedib onlara yaxınlaşmışdır. «Huqqa» restoranının yerləşdiyi bınanın arxa tərəfində dava zamanı Təqsirləndirilən şəxs1 bıçaq çıxardığını görmüşdür. Zərərçəkmiş şəxs1 yıxıldıqdan sonra Zərərçəkmiş şəxs2 Cəsarəti təpiklə vuran Təqsirləndirilən şəxs2la tutaşaraq yerə yıxdığı zaman, o, ayırmaq məqsədi ilə Camala yaxınlaşıb belindən yüngül yumruqlarla vurmuşdur (cild 1, iş vərəqi 179-183). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, hadisəni dəqiq xatırlamır, ibtidai istintaq zamanı ifadə vermiş və həmin ifadəni təsdiq edir. O, "Huqqa" restoranına dostunun ad gününə getmişdir. O, gələndə restoranda bir topa adam yığılmışdır. Təqsirləndirilən şəxslər həmin vaxt orada olmamışdır. Həmin vaxt ölən şəxs, yəni Cəsarət və yaralı olan Camal, bir də onların dostu qazi Şahid4 onların qabağını kəsmiş və qışqırmışlar. Həmin vaxt mərhum onun dostu, ad gününə gəldiyi Alimin xayasına təpik vurmuşdur. Sonra həmin şəxslər söyüş söyməyə başlamışdır. O, söyüşü kimə söyülsə idi, həmin şəxs keçməzdi. Bundan sonra Cəsarət yerə yıxılmış və o, qaçıb mağazadan su alıb gəlmişdir. Sonra Şahid4la birlikdə ölən şəxsi maşına mindirmiş və yola salmışlar. Sualları cavablandıran Şahid5 hadisə başlanılan zaman orada olmadığını, hadisə yerinə sonradan ora gəldiyini, hadisəni birbaşa görmədiyini, ölən şəxsin təqsirləndirilən şəxslərin ünvanına nalayiq söyüşlər söydüyünü, həmin şəxslər təqsirləndirilən şəxslərlə dalaşdığına görə sonuncuların söyüldüyünü başa düşdüyünü, zərərçəkmiş şəxs Camalın sərxoş olduğunu və dalaşanları aralaşdırdığını məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğu üçün məhkəmədə şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid5 göstərmişdir ki, Moskva prospekti, 88 ünvanında yerləşən «Huqqa» restoranını işlədən Şahid6lə yaxın dostdur, onu 3 ildir ki, tanıyır. xx.xx.2023-cü il tarixdə o, Rasimlə ortaq dostları olan, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətində işləyən Rəvanın ad günü münasibətilə «Qədim Qəbələ» restoranında axşam saatlarında görüşmüşlər, axşam təxminən saat 1-in yarısı həmin restorandan çıxıb «Huqqa» restoranına çay içmək üçün getmişdir. Restorana çatanda həyətdə xeyli insanların toplaşdığını, həmin şəxslərin bir-biriləri ilə mübahisə etdiklərini görmüşdür. Dalaşan şəxslərin arasında adlarını sonradan bildiyi Təqsirləndirilən şəxs1 və İlqar da olmuş, onlar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la əlbəyaxa dava etmişlər. İlqarla Camal, Orxanla Cəsarət əlbəyaxa dava etmiş, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 nalayiq söyüşlər söydüyünü eşitmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 yerə yıxıldığını görmüş, lakin qarışıqlıq olduğunudan Cəsarətin kimin tərəfindən nə ilə vurduğunu görməmişdir (cild 2, iş vərəqi 1-3). Şahid5 elan olunmuş ifadəsini təsdiq etdiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, hadisə yerində olmamış və oraya sonda gəlmişdir. O, yuxarı restorana qalxmış, lakin çıxanda həmin şəxslərin getdiyini görmüşdür. Restorandan Nuranə xanım ona zəng etmiş və o, restorana gəlmişdir. O, restorana gəldikdə hadisə artıq qurtarmışdır. Proses iştirakçılarının suallarını cavablandıran Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsləri əvvəllər tanıdığını, həmin şəxslərin restorana gəlibgetdiklərini, yəni onları müştəri kimi tanıdığını, təqsirləndirilən şəxslərin restoranda heç bir şeyə nəzarət etmədiklərini və ona nədəsə köməklik etmədiklərini, restorandan zəng edib söz- söhbət düşdüyünün ona bildirildiyini, restorana gələndə təqsirləndirilən şəxslərlə liftdə rastlaşdığını, hadisə yerinə gələnə qədər artıq polisə məlumat verildiyini, o, gələndə hadisənin artıq qutardığını, həmin vaxt İlqargilin düşüb getdiklərini, mərhum Cəsarəti isə görmədiyini məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğu üçün məhkəmədə şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid6 göstərmişdir ki, Moskva prospekti 88 ünvanında yerləşən «Huqqa» restoranını işlədir. Restoranın rəsmi icarəçisi isə Şahid8dır. Hadisə baş verən günü, yəni 15 mart tarixindən 16 mart tarixinə keçən gecə o, dostu Rəvanın ad günündə olmuşdur. Gecə saat 02 radələrində işlətdiyi «Huqqa» restoranının administratoru Nuranə ona zəng edərək restoranda müştərilər arasında dava baş verdiyini bildirmişdir. O, dostu Alim və qohumu Əkrəmlə birlikdə «Huqqa» restoranına gəlib liftlə 6-cı mərtəbəyə qalxdıqda liftin qarşısında çoxlu adam görmüş, onların arasında tanımadığı müştərilərdən başqa əvvəllər müştəri kimi tanıdığı Təqsirləndirilən şəxs2 da olmuşdur. İlqar meyxanaçı Pərviz Beyləqanlı ilə birlikdə liftlə aşağı düşmüşdür. O, liftdən çıxan kimi Şahid8 ilə mübahisə etməyə başlamış və restorana daxil olanda heç kimi görməmişdir. Ona dalaşanların yola salındığı bildirilmişdir. Binanın arxasında adlarını sonradan bildiyi Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, obyektin altındakı klubda mühafizəçi işləyən Vüsalı görmüş, liftdə heç kim olmamış, liftin qarşısında isə Təqsirləndirilən şəxs2, Pərviz Beyləqanlı, Nuranə, mühafizəçi Davudu görmüşdür. Həmin vaxt İlqarın əsəbi halda aşağı düşmək istədiyini görmüşdür. O, liftdən düşən kimi Şahid8 ilə birlikdə içəri zala keçib sonuncudan nə baş verdiyini soruşmuş, Nuranə mahnı sifarişinə görə müştərilərin dalaşdığını, dalaşanları yola saldığını, lakin aşağıda gözlədiklərini bildirmişdir. O da, aşağı düşüb həmin şəxsləri yola salmaq üçün tez lift meydançasına çıxmış və həmin vaxt Orxanı liftin qaşısında görmüşdür. Daha sonra lift gəlmiş, o, dava düşməməsi üçün aşağı düşmək üçün Alim, Orxan və daha bir neçə nəfər şəxslə birlikdə liftə minmiş, lakin Nuranə onu geriyə çağırdığına görə, o, liftdən düşmüş, həmin vaxt dicey Rüfət lift meydançasında ona yaxınlaşıb mübahisənin mahnı üstündə baş verdiyini, sərxoş müştərilərdən birinin onun boynundan necə tutub başını sinəsinə necə vurduğunu göstərmiş, orada olan mühafizəçi Davud və Raufu göstərib onların da bunu gördüklərini bildirmişdir. Rauf və Davud Rüfətin dediklərini təsdiq etmiş, buna görə də o, daha aşağı düşməmiş və aşağıda baş vermiş qətl hadisəsini görməmişdir. Hadisədən sonra aşağıdan qalxan müştərilər aşağıda adamların vurulduğunu demişlər. Lakin konkret olaraq kimin kimi vurduğunu deməmişdir. O, Orxan və İlqarı müştəri kimi tanımışdır. (cild 1, iş vərəqi 174-178). Şahid6 elan olunmuş ifadənin doğru olduğunu və onu təsdiq etdiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində bildirdi ki, restoranda yuxarıda zalda oturmuş və orada olanda uzun oğlan olan Camalın söyüşlə danışdığını görmüşdür. Sonra Camal içəri girib stola təpik vurararq qırmışdır. Sonra həmin şəxslər bir az dalaşmış və aşağı düşmüşlər. Bir az keçəndən sonra o da, aşağı düşmüş, təqsirləndirilən şəxslərin obyektin giriş qapısında dayandıqlarını, Cəsarətgilin isə obyektin qarşısında olduqlarını görmüşdür. Həmin vaxt rəhmətlik Cəsarət Orxana pis söyüş söymüşdür. Bundan sonra o, yuxarı qalxdığından həmin şəxslərin dalaşmağını görməmişdir. Sualları cavablandıran Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, həmin şəxslərin əlbəyaxa dava etdiklərini görmədiyini, zala girəndə səs-küy salan şəxsin Camal olduğunu gördüyünü, lakin kimlə mübahisə etdiyini bilmədiyini, amma söyüş səsi eşitdiiyini, mahnı üstündə kimisə söydüyünü, Camal və Cəsarətin aşağı düşmələrini və onları kimin düşürtmələrini görmədiyini, aşağı düşdüklərini sonradan eşitdiyini, Camalgilin kimisə aşağı çağırdıqlarını eşitmədiyini, Camalgil düşəndən bir neçə dəqiqə sonra təqsirləndirilən şəxslərin də aşağı getdiklərini məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğu üçün məhkəmədə şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid13 göstərmişdir ki, Rasim Məmmədovun xalası oğludur. Rasim «Huqqa» restoranını icarə əsasında işlədir. Arabir Rasimlə görüşmək üçün «Huqqa» restoranına gedir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında «Huqqa» restoranına getmiş, qəlyan çəkmiş və saat 01 radələrində restoranın kabinetlərindən birinə keçib orada yatmışdır. Təqribən 1 saat orada yatan zaman restoranın dəhlizindəki səs-küyə ayılmış və kabinetin qapısını açmış, dəhlizə baxanda orada sonradan adını bildiyi Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və digər şəxsləri, onların içərisində əvvəllər tanıdığı Orxanı və İlqarı mübahisə edən görmüşdür. Zərərçəkmiş şəxs2 Nuranə sakitləşdirməyə çalışmış, Camal zalın girişində dayanıb zal tərəfə baxaraq, konkret kimə ünvanladığını bilmədiyi şəxsə, aşağı gəlməyinin varyoxunu deyib söymüşdür. Daha sonra Camal Nuranədən yayınıb zala keçərək orada olan boş masaya təpiklə vurmuşdur. O, bunları dəhlizdən zala keçəndə görmüşdür. Daha sonra Camalı mühafizəçi Davud arxadan qucaqlayaraq qaldırıb restorandan çıxarmışdır. Camal restoranın qapısından çıxanda da aşağı gəlməyənin var-yoxunu söymüşdür. Bu zaman əvvəllər müştəri kimi tanıdığı Təqsirləndirilən şəxs1, İlqar, Rauf zalda öz masalarında əyləşmişlər. Camal, Cəsarət və Elşən restorandan çıxıb liftlə aşağı düşmüşlər. Üzərindən çox keçməmiş İlqar, ondan bir qədər sonra isə Orxan liftlə aşağı düşmüşlər. Bir qədər sonra o və digər tanımadığı şəxslərlə nə baş verdiyini bilmək üçün aşağı düşmüşlər. Aşağıda restoranın arxasında, yaşayış binasının qarşısında Orxan, İlqar, Rauf və digər şəxslərin dayandıqlarını, Camal, Cəsarət əvvəllər tanıdığı qazi Vüsal adlı şəxsin onlardan aralıda dayandıqlarını, Camal və Cəsarətin dalaşmaq istədiklərini görmüşdür. O, yaşayış binasının qarşısında dayanmış Cəsarətin “mənimlə təkbətək çıxmayanın nəslini, anasını, bacısını” söydüyünü, qazi Vüsalın isə onları sakitləşdirməyə çalışdığını görmüşdür. Bundan sonra o, qəlyançı Cavidlə restorana qayıtmışlar. Təxminən 10 dəqiqə sonra Səddam və meyxanaçı Pərviz digər müştərilər restorana qayıtmışlar. Səddam «oğlanı vurublar» demişdir. Sonradan bilmişdir ki, Orxan bıçaqla Cəsarəti və Camalı vurmuş, Cəsarət ölmüşdür (cild 2, iş vərəqi 121-123). Şahid13 elan olunmuş ifadəsinin doğru olduğunu və həmin ifadəni təsdiq etdiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirdi ki, o, «Huqqa» restoranını işlətmiş, hadisə vaxt kassada oturmuşdur. Hadisə günü mərhum Cəsarət və onun dostu çox içkili olmuş, hətta restoranın işçilərinə də sataşmışlar. Həmin şəxslər nalayiq ifadələr işlətmişlər. Sonra həmin şəxslər «DJ»yə yaxınlaşmış və «vorovskoy» mahnı sifariş vermişlər. Restorana polis bölməsindən elə tip mahnıların səsləndirilməsi qadağan olunmuşdur. Mərhum Cəsarət «DJ”in başını tutub özünə tərəf sıxmış və hər kəs onları aralaşdırmağa çalışmışdır. Sonra onlar hamını söyməyə başlamışdır. Təqsirləndirilən şəxslər də onları sakitləşdirməyə çalışmışdır. Təqsirləndirilən şəxslər hamının istirahətə gəldiyini və niyə keflərini pozduqlarını həmin şəxslərə bildirmişlər. Sonra həmin şəxsləri zaldan çıxarmağa çalışmışlar. Camal Orxangilin oturduğu masanın yanındakı masanı təpiklə vurub dağıtmışdır. Sonra Şahid4la birlikdə Cəsarətlə Camalı aşağı salmışlar. 20-25 dəqiqədən sonra isə Orxanla İlqar aşağı düşmüşdür. Bundan sonra baş verənləri bilməmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsində gördüklərini danışdığını, hadisə barədə polisə məlumat verildiyini, Orxanla İlqarı 20-25 dəqiqə yuxarıda saxlamaqda məqsədlərinin həmin şəxslərin çıxıb getməsinə nail olmaq olduğunu, Cəsarətlə Camalın çox içkili olduqlarını, Orxanın yuxarıda Camalı yumruqla vurduğunu xatırlamadığını məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğu üçün məhkəmədə şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid8 göstərmişdir ki, 4 ildir «Huqqa» restoranında rəsmi icarəçidir, həmin restoranı Şahid6 Rza oğlu ilə birlikdə işlədir. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində əvvəllər müştəri və Vətən müharibəsinin iştirakçısı kimi tanıdığı Zərərçəkmiş şəxs2 və sonuncunun dostu, ilk dəfə hadisə günü gördüyü Zərərçəkmiş şəxs1 və yanlarında adını sonradan bildiyi Şahid15 restorana gəlmişlər. Cəsarət və Camal restorana gəldiyi andan sərxoş vəziyyətdə olmuşlar. Onlar 17-ci masada səhnəyə yaxın masada əyləşmiş, 2 pivə, 1 pendir, kofe və qəlyan sifariş etmişlər. Cəsarət və Camal pivə içmişlər. Onlardan təxminən 10 dəqiqə sonra 4 nəfər əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1, İlqar Abdurəhmanov, Rauf Şıxəliyev və meyxanaçı Pərviz Beyləqanlı restorana daxil olub səhnəyə yaxın 18-ci masada əyləşmişlər. Təxminən 01:35-də Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq hesabı ödəmək istəmiş, hesabı Zərərçəkmiş şəxs1 tək ödəmiş və sonra masalarına əyləşmişlər. Zərərçəkmiş şəxs1, daha sonra Zərərçəkmiş şəxs2 dicey Rüfətə yaxınlaşmış, Cəsarət kriminal aləmdə «Rövşən Lənkəranski» kimi tanınan şəxsin musiqisini sifariş etmiş, restoranda belə musiqilərə icazə olmadığı üçün dicey bundan imtina etmişdir. Bu zaman Zərərçəkmiş şəxs1 Rüfətin boynundan tutub özünə tərəf çəkmiş, buna görə dicey Rüfətlə Cəsarət və Camal arasında münaqişə baş vermiş, Camal Cəsarəti aralamaq istəmişdir. Bu zaman əvvəl Təqsirləndirilən şəxs2, daha sonra Təqsirləndirilən şəxs1, Rauf Şıxəliyev, onlarla birlikdə Pərviz Beyləqanlı, başqa masada əyləşən qazi Şahid4 səhnəyə yaxınlaşmışlar. İlqar Cəsarəti aralamaq istədikdə, Camal ona «sən kimsən vapşe» deyərək, sərt etirazını bildirmiş, İlqar Camala sakit durmasını demişdir. Şahid15 Camal və Cəsarəti qolundan tutaraq çölə çıxarmış, daha sonra dava restoranın dəhlizində davam etmiş və Təqsirləndirilən şəxs1 yumruqla Zərərçəkmiş şəxs2 sifətindən zərbə endirmişdir. Həmin zərbədən sonra onları aralaşmışlar. Zərərçəkmiş şəxs2 bundan sonra «kim idi məni vuran?» deyib, söyüş söyərək onu vuranı aşağı çağırıb gəlməyənin anasını söymüşdür. Bundan sonra Cəsarət və Camal liftlə aşağı düşüb getmişlər. Onlar liftlə aşağı düşdükdən 3-4 dəqiqə sonra İlqar əsəbi halda liftlə aşağı düşmüş, bir qədər sonra isə Orxan aşağı düşmüşdür. O, aşağı düşməmiş və aşağıda nə baş verdiyini bilməmişdir. Baş vermiş münaqişənin səbəbi musiqi sifarişi üstündə yaranmış mübahisə olmuşdur (cild 1, iş vərəqi 147-151). Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, təqsirləndirilən şəxsləri tanıyır. O, "Huqqa" restoranında ofisiant işləyir. Hadisə günü həmin şəxslərin aralarında mübahisə düşmüş və onlar dalaşmışlar. Zərərçəkmiş şəxslər söyüş söymüş, orada olan digər müştərilər isə onları aralamağa çalışmışlar. Daha sonra həmin şəxslərin hamısı aşağı düşmüş, o isə, restoranda qalıb aşağı düşməmiş və orada baş verən hadisəni görməmişdir. Sualları cavablandıran şahid Reyhan Hacıyeva ibtidai istintaq zamanı hadisə vaxtı gördüklərini danışdığını, mərhum Cəsarətin və Camalın əvvəllər restorana gəldiklərini xatırlamadığını, təqsirləndirilən şəxsləri isə müştəri kimi tanıdığını, hadisə vaxtı zalda olduğunu, lakin həmin şəxslərin nə səbəbə mübahisə etdiklərini xatırlamadığını və kiminsə kimə yumruq vurduğunu görmədiyini, zərərçəkmiş şəxslərin stola təpik vurduqlarını gördüyünü məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, təqsirləndirilənşəxsləri tanımır, özü "Huqqa" restoranında ofisiant işləyir. Hadisə günü qarşı tərəf, yəni mərhum Cəsarət və Camal sərxoş olmuş və təqsirləndirilən şəxsləri nalayiq söyüşlərlə söyüb təhqir etmişlər. Həmin şəxslər qapıdan içəri girəndən sonra söyüş söyməyə başlamışlar. Sonradan o, kiminsə bıçaqla vurulduğunu eşitmişdir. Sualları cavablandıran Şahid10 ibtidai istintaq zamanı hadisəni necə görmüşdürsə, o cür də ifadə verdiyini, üç il olar ki, həmin restoranda ofisinat işlədiyini, həmin şəxsləri müştəri kimi tanıdığını, həmin şəxslərin 4-5 nəfər olduqlarını, çox sərxoş olduqlarını və söyüş söydüklərini, həmin şəxslərin stoluna Reyhan xanımın qulluq etdiyini, hər kəsin həmin şəxslərə söyüş söyməməyi dediyini, təqsirləndirilən şəxslərin onlarla mübahisə etdiklərini görmədiyini, təqsirləndirilən şəxslərin də restorana az-az gəldiklərini, ona kiminsə məhkəmədə necə ifadə vermək lazım olması barədə heç nə demədiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, restoranda qəlyançı işləyir. Mərhum Cəsarətin stoluna qəlyan vermişdir. Həmin vaxt Cəsarətgil sərxoş olmuş və stolu da yandırmışlar. Sonra mübahisə olduğunu eşitmişdir. O, səs-küyə çıxmış və nə qədər aralaşdırmağa çalışsalar da, dalaşan şəxsləri aralaya bilməmişlər. Bundan sonra həmin şəxslər aşağı düşmüş, lakin o, aşağı düşməmişdir. Sualları cavablandıran şahid Cavid Nehmətov ibtidai istintaq zamanı verdiyi ifadəsinin doğru olduğunu, X10 söydüklərini məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid12 sərbəst ifadəsində və proses iştirakçılarının suallarına cavab olaraq bildirdi ki, o, musiqiçidir və həmin restorana təzə gəlmişdir. İbtidai istintaq zamanı ifadə vermiş və həmin ifadəsini təsdiq edir. Həmin gün işə təqribən saat 21- 22-də gəlmişdir. Belə ki, musiqi üstündə səs-küy qalxmış, musiqini rəhmtə gedən Cəsarət sifariş vermişdir. Lakin nə mahnı sifariş verdiyini bilmir. Təqsirləndirilən şəxsləri müştəri kimi əvvəllər həmin restoranda görmüş, amma onların orada səs-küy saldıqlarını görməmişdir. Şahid12 məhkəmədə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan və tədqiq edildi. O, həmin ifadəsində bildirmişdir ki, 2023-cü ilin yanvarın 1-dən Moskva prospekti 88 ünvanında yerləşən “Huqqa” restoranında müğənni işləyir. O, xx.xx.2023-cü il tarixdə adəti üzrə axşam saat 22 radələrində restorana gəlmiş, həmin gün müştərilər çox olmuşdur. Gecə saat 01 radələrində sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 səhnəyə yaxınlaşaraq dicey Rüfətə «Rövşən Lənkəranskinin» mahnısını sifariş etmişdir. Rüfət bu mahnıdan imtina etdikdə X26 boynundan tutub özünə tərəf dartmış, bundan sonra mübahisə yaranmış, müştərilər səhnəyə gəlmişdir. Daha sonra mübahisə edənlər sakitləşib aşağı düşmüşlər. Gecə saat 4-də ona aşağıda adam öldürüldüyünü bildirmişlər (cild 1, iş vərəqi 171-173). Şahid12 elan olunmuş ifadəsini təsdiq etdiyini və həmin dindirmə protokolunda olan imzaların ona məxsus olduğunu bildirdi. Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. O, həmin ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Moskva prospektində yerləşən «Huqqa» restoranının altında olan «090 Pub» adlanan klubda mühafizəçi işləyir. xx.xx.2023-cü il tarixdə axşam saat təxminən 11 radələrində işlədiyi məkanda az müştəri olduğuna görə «Huqqa» restoranına çay içmək üçün qalxmış, həmin günü işə gəlməyən tanışı Əli Babayevlə çay içmək üçün onun əyləşdiyi masaya yaxınlaşmışıdr. Bu vaxt Əli ona yan masada əyləşən uşaqları tanıyıb-tanımadığını soruşmuş, o da, həmin şəxsləri tanıdığını bildirmişdir. Belə ki, səhnənin qarşısındakı masada Təqsirləndirilən şəxs1, onun dostu İlqar, Rauf və 1 nəfər adını bilmədiyi meyxanaçı əyləşmiş, həmin şəxslər restoranın daimi müştərisi olduğundan onları tanımışıdır. Orxangilin əyləşdiyi masadan sağda yerləşən masada isə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onlarla gələn adını bilmədiyi 1 nəfər şəxs əyləşmişdir. O, Camal və X13 vaxtından üzdən tanımış, amma şəxsi münasibəti olmamışdır. Əli bu iki masada əyləşən şəxslərin içkili olduğunu, deyəsən dava salmaq istədiklərini bildirmiş, təxminən 5 dəqiqə sonra dava düşmüşdür. Belə ki, Cəsarət səhnəyə çıxıb diceyin başından çəkərək itələmiş, daha sonra İlqar səhnəyə tərəf gedib Cəsarəti itələmişdir. Bundan sonra Camal onları ayırmaq üçün araya girmişdir. Bu vaxt Orxan əyləşdiyi masadan qalxıb Camalı yumruqla üzündən vurmuş, o isə, onları ayırıb Cəsarəti çölə liftin qarşısına çıxarmış, sonra isə Camal içəridə tək qaldığına görə onu da çölə çıxarmaq üçün qayıdıb ikisini də liftlə mindirib aşağıya düşürmüşdür. Özü restoranın həyətinə onların ikisini düşürüb restorana gəldiyi maşına tərəf aparmışdır. Təxminən 1 dəqiqə sonra İlqar, Orxan və yuxarıda onların ətrafına toplaşan digər şəxslər aşağı düşmüşlər. Sonra Camal həmin şəxslərə yaxınlaşıb onu yuxarıda kimin vurduğunu soruşanda, heç kim cavab verməmiş, bu vaxt bir müddət mübahisə etmişlər, Cəsarət isə digər tərəfdən Camalı vuran şəxsin ünvanına nalayiq ifadələrlə söyüş söymüşdür. Bu vaxt Orxan əlini böyründə yerləşdirdiyi bıçağa atdıqda o, çıxarmağa qoymamış, ikinci dəfə təkrar Cəsarət nalayiq söyüşlər söydüyünə görə o, artıq Orxanı saxlaya bilməmiş, Orxan bıçağı çıxarmışdır. Təxminən bir 10-15 saniyə sonra geriyə çevriləndə Cəsarət və Camalın vurulub yerə yıxıldığını görmüşdür. Cəsarət yerə yıxıldığı vaxt İlqar onu təpiklə vurmuşdur. O, yerdə üzü üstə uzanmış Cəsarəti arxası üstə çevirib yarasını yumuşdur. Cəsarətin nəbzini yoxlamış və vurmadığını görmüşdür. O, Cəsarətin köynəyini cırıb yarasına basmış, sonra sürücü Elşənə maşını arxaya sürməsini bildirmiş, Cəsarət və Camalı maşına əyləşdirib hər ikisini «Semaşko» xəstəxanasına yola salmışdır. Həyətdə dava baş verən zaman Orxanın əlində bıçaq olduğunu görmüş, başqa heç kimdə bıçaq görməmişdir (cild 2, iş vərəqi 139-142). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Belə ki, hadisə baş verən gün o, dostunun ad günündə olmuşdur. Birdən ona zəng gəlmiş və “Huqqa” restoranında mahnı sifarişi üstündə dava düşdüyünü bildirmişlər. Onlar da durub həmin restorana gəlmiş, oraya gələndə artıq hadisənin baş verdiyini bilmişdir. Verilən sualları cavablandıran Şahid7 bildirdi ki, onun tərəfindən istintaq zaman verilmiş ifadə düzdür və həmin vaxtı düz danışmışdır, verdiyi ifadəni təsdiq edir. Hadisə vaxtı orada olmamışdır. Onlar oraya gələndən sonra yenidən dava başlamış, lakin həmin vaxt davanı kimin başladığını xatırlamır. Zərərçəkmiş şəxslər restorandan çöldə vurulan zaman o, yuxarıda restoranda olmuş, onların necə vurulmasını görməmişdir. Həmçinin restoranın içərisində baş verən davanın şahidi olmamışdır. Sonradan restoranın həyətində onun heç kimlə davası olmamışdır. Restorandan aşağı düşəndə Orxannın, İlqarın və rəhmətə gedən oğlanın aşağıda olduğunu görmüşdür. Aşağıda olarkən kiminsə maşının qabağını kəsdiyinin şahidi olmamışdır. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Şahid7 həmin ifadəsində göstərmişdir ki, 16 mart 2023-cü il tarixdə saat 20 radələrində dostu Rasimlə ümumi dostları Rəvanın ad gününə getmiş, ad günü Babək prospektində yerləşən «Qədim Qəbələ» restoranında keçirilmişdir. Gecə saat 01:30 radələrində restorandan çıxanda Rasimə zəng gəlmiş, o, kiminləsə danışıb gəlirəm deyib telefonu söndürmüş və işlətdiyi «Huqqa» restoranında mahnı sifarişi üstündə diceylə mübahisə düşdüyünü bildirmişdir. Odur ki, o da, Rasimlə «Huqqa» restoranına getmişdir. Yolda Rasim telefonla restoranı işlədən Nuranə ilə danışmış və sonuncu, dicey Rüfətlə müştəri arasında dava düşdüyünü demişdir. Onlar restorana gəlmiş və Rasim Rüfəti restoranın dəhlizinə çağırıb onunla söhbət edib danlayanda, o da, müdaxilə edib Rüfətə «belə işləmirlər, hamını yola vermək lazımdır, davanı qızışdırmaq yox» deyib, söhbətə müdaxilə etdikdə, Rüfət ona qarşı kobud ifadə işlədib aqqressiv şəkildə onu itələmişdir. O da, Rüfəti itələmiş və onlar tutaşmaq istədikdə, onları ayırmışlar. Bir qədər sonra kimsə iki nəfər sərxoş halda olan qonaq restoranın daimi müştərisi kimi tanıdığı Orxan adlı şəxsə söyüş söymüş, Orxan da onu yumruqla vurmuş, həmin sərxoş qonaqlar bir Orxanı aşağıya çağırıb həyətdə Orxanı gözləyirlər. Odur ki, dava olmasın deyə, o, daha bir neçə nəfər şəxslə birlikdə həyətə düşmüşdür. Bu vaxt dicey Rüfəti həyətdə görüb, sonuncunun aşağı düşdüyü üçün əsəbləşmiş, Rüfət bu dəfə də ona kobud cavab verib üstünə gəlmək istəyəndə uşaqlar onları aralamış və bundan sonra o, yuxarı restorana qayıtmışdır. Aşağıda isə Orxan, onun dostu İlqar, Rauf, meyxanaçı Pərviz və başqaları, eləcə də Zərərçəkmiş şəxs2 və mərhum Zərərçəkmiş şəxs1 və başqaları qalmışlar. Yuxarı çıxandan təxminən 5-10 dəqiqə sonra xatırlamadığı şəxs Orxanın sərxoş qonaqları bıçaqla vurduğunu demişdir. Hadisənin necə baş verdiyini, yəni bıçaqlanmanı görməmişdir. O, heç bir xəsarət almamış, Rüfətlə də həmin gün barışmişdir (cild 2, iş vərəqi 52-55). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Şahid7 dindirmə protokolunda olan imzaların və sonda yazılan qeydlərin ona məxsus olduğunu və istintaq zamanı nə yazılıbsa, onları təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsləri hadisədən sonra tanımışdır. Özü taksi fəaliyyəti ilə məşğul olmuş və Zərərçəkmiş şəxs2 tanımışdır. Bir gün Camal ona zəng edərək onları “Faxralı” restoranına aparmağı, orada yemək yedikdən sonra isə “Huqqa” restorananına aparmağı xahiş etmişdir. O da, Camalgili əvvəlcə “Faxralı” restoranına aparımış, orada yemək yeyəndən sonra onları “Huqqa” restoranına gətirmişdir. Orada da Camalla Cəsarət iki bakal pivə içmişlər. Həmin vaxt Cəsarət kriminal mahnı sifariş vermiş, “DJ” bu cür mahnıların səslənməsinə rəhbərlik tərəfindən icazə verilmədiyini bildirmişdir. Həmin vaxt o, çölə çıxmış, geri qayıdanda Camalın dodağının partladığını görmüşdür. Nə baş verdiyini soruşanda, Camal heç bir şey olmadığını bildirmişdir. Daha sonra restoranda ara qarışmış və tərəflər bir-birinə qarşı söyüşlər söymüşlər. Daha sonra onlar çölə çıxmış, çöldə də mübahisə olmuşdur. Lakin o, bayırda kimin kimi vurduğunu görməmişdir. Yalnız onu görmüşdür ki, əvvəlcə Cəsarət yıxılmış, daha sonra isə Camal yıxılmışdır. Həmin vaxt o, şoka düşmüşdür. Bundan sonra o, Cəsarəti və Camalı hər ikisini öz maşınına götürüb xəstəxanaya çatdırmışdır. Həmin vaxt Cəsarət xəstəxana arabasında öz həyatını itirmişdir. Verilən sualları cavablandıran Şahid15 ifadəsinə görə, mahnı Rövşən Lənkəranskiyə aid mahnı olmuş, mahnını Cəsarət sifariş vermişdir. Mübahisə başlayan vaxt o, restorandan bayıra çıxmış, geri gələndə artıq zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslərlə mübahisə etdiklərini görmüşdür. O, təqsirləndirilən şəxslərin Cəsarəti və Camalı vurduqlarını görməmişdir. Sonradan görmüşdür ki, zərərçəkmiş şəxslərin hər ikisindən də qan axır. Yerdə yıxılı vəziyyətdə qalmış Cəsarəti maşına mindirməyə Camal köməklik etmiş və o, həmin şəxsləri xəstəxanaya aparmışdır. Həyətdə mübahisə olanda o da, həyətdə olmuş, həmin vaxt hamı dalaşanları ayırmağa çalışmışdır. O, Camalgili “Huqqa” restoranına gətirəndə onlar artıq sərxoş olmuşlar. O, şəxsləri xəstəxanaya çatdıranda həkim Cəsarətin artıq keçindiyini bildirmişdir. İstintaqda ifadə vermişdir və həmin ifadəni təsdiq edir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Şahid15 həmin ifadəsində göstərmişdir ki, 3 ildir «Mercedes Vito» markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində əvvəldən tanıdığı Zərərçəkmiş şəxs2 ona ***-***-**-** nömrəli mobil telefonla istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək, onu Həzi Aslanova “Faxralı” restoranın yanına aparmağını xahiş etmişdir. O, Camalla razılaşıb onu 20:30-da Mərdəkanda yerləşən Şüvəlan parkının yanından avtomobilinə mindirmiş, Camal yolda telefonla dostu Zərərçəkmiş şəxs1 zəng edərək yolda olduğunu bildirmişdir. Təxminən 21 radələrində o və Zərərçəkmiş şəxs2 Həzi Aslanovda yerləşən “Faxralı” restoranına çatmışlar. Orada Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1lə görüşmüşdür. O, Zərərçəkmiş şəxs1 ilk dəfə orada görmüşdür. Onlar birlikdə “Faxralı” restoranına daxil olaraq orada müştəri stolunda əyləşmiş, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 stola kabab və spirtli içki sifariş etmişlər. Sonra onları Moskva prospekti ünvanında yeləşən “Huqqa” restoranına aparmağı xahiş etmişlər. Odur ki, 12 radələrində onları “Huqqa” restoranına aparmışdır. Restoranda təxminən 20-30 nəfər adam olmuş, müştərilər diskoda əylənmişlər. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 sifariş verərək hər iksi ayrı-ayrılıqda 3 bakal pivə içmiş, o isə, spirtli içki içməmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 stoldan qalxaraq restoranın diceyə yaxınlaşmış və kriminal aləmdə tanınan “Rövşən” adlı şəxsin mahnısını sifariş vermək istədiyini demişdir. Dicey onun sifariş vermək istədiyi mahnını səsləndirməyə icazənin olmadığını Zərərçəkmiş şəxs1 bildirib, daha sonra başqa mahnı səsləndirmişdir. Birdən səhnədə diceylə Cəsarət və Camal arasında mübahisə başlamış, o da, onları ayırmaq üçün səhnəyə yaxınlaşmış, istintaq zamanı adlarını bildiyi İlqar və Orxan Cəsarət və Camalla tutaşmışlar. O, aranın çox qarışmasından qorxub səhnədən uzaqlaşmış, lakin sonra səhnəyə qayıdıb Cəsarət və Camalı səhnədən aralamağa çalışmışdır. Bundan sonra Orxan, İlqar, Camal və Cəsarət mübahisələrini restoranın dəhlizində davam etdirmiş, bir anda Orxan Camalı yumruqla bərk vurmuşdur. Camal onu vuranı ana-bacı söyüşləri ilə söyməyə başlamış, Cəsarət də Camalı görüb, Orxan və İlqarın ünvanına ağır söyüşlər söymüş, dəfələrlə Camalı vuranın anasını, «çölə gəlməyənin anasını» kimi nalayiq ifadələr işlədərək söymüşdür. O, çətinliklə də olsa, müştərilərin köməkliyi ilə Camal və Cəsarəti restorandan çıxarmış, onlar birlikdə liftlə restorandan aşağı düşüb binanın arxasına maşınının yanına keçmişlər. Binanın arxasında heç kim olmamışdır. Sonra arxaya çevrilib baxanda Camalın restorandan çıxan İlqarla mübahisə etdiyini, nəyisə ayırd etməyə çalışdığını, Cəsarətin də onlara yaxınlaşmaq istədiyini görmüşdür. Lakin o, Cəsarəti aralıda saxlamağa çalışmışdır. Bir neçə dəqiqə sonra binadan Orxan, istintaq zamanı adını bildiyi Rauf və digər şəxslər çıxmış, Camal həmin şəxslərlə nəsə söhbət etmiş və aralarında olan söyüş məsələsini ayırd etməyə çalışmışlar. Birdən birə Camal İlqarla tutaşmış, Cəsarət də bunu görüb ondan yayınıb tutaşanlara qarışmışdır. O, həm Camal, həm də Cəsarəti ayırmağa çalışmış, birdən Cəsarət yerə yıxılmışdır. O, Cəsarətin sinəsində qan görüb onun bıçaqlandığını başa düşmüşdür (cild 1, iş vərəqi 62-65). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Şahid15 dindirmə protokolunda olan imzaların və sonda yazılan qeydlərin ona məxsus olduğunu, Orxanın Cəsarəti vurduğunu onun görmədiyini, nə görmüşsə, onu da dediyini, Cəsarətin dodağında xəsarət izləri görmədiyini, həmin vaxt mağazadan suyu özünün içməsi üçün aldığını, çöldə dava vaxtı Cəsarətin yerdən əlinə daş götürdüyünü, Camalın Cəsarəti yerdə qoyub qaçdığını görmədiyini, istintaq zamanı nə demişsə, müstəntiqin onları yazdığını, özünün 4-cü sinfə qədər oxuduğunu, müstəntiqin ona yazdıqlarını oxumağı təklif etdiyini, onun isə oxuya bilmədiyini deyib həmin protokolu oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, 19-cu Polis şöbəsinin əməliyyat müvəkkili Şahid16 Zülfüqar oğlu ifadəsində göstərdi ki, 16 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 qəsdən öldürülməsi ilə bağlı qətldə iştirak edən şəxslərin müəyyən edilməsi ilə bağlı əməliyyat tədbiri keçirilmişdir. Bununla bağlı Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsində Təqsirləndirilən şəxs2 onlar tərəfindən saxlanılmış və 19-cu Polis şöbəsinə gətirilmişdir. Həmin şəxsin üzərində qanunsuz daşıdığı əşyaların olması şübhə doğurduğu üçün rəhbərliyə raportla məruzə olunmuş və bölmənin təhqiqatçısı Elşad Vəliyev tərəfindən şübhəli şəxsin üzərinə baxış keçirilmişdir. Bunun üçün vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman İlqarın əynindəki gödəkcənin sağ yan cibindən bir büküm aşkar olunmuşdur. Həmin bükümə baxış zamanı içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. İlqar Abdurrahmanov həmin maddənin heroin olduğunu, öz istifadəsi üçün 60 manata «Papanin» deyilən yerdən aldığını bildirmişdir. Həmin narkotik vasitə təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş, protokol tərtib olunmuş və bununla bağlı bütün sənədləri onlar imzalamışlar. Verilən sualları cavablandıran Şahid16 istintaq zamanı ifadə verdiyini və həmin ifadəni təsdiq etdiyini, İlqarı saat neçədə saxladıqlarını xatırlamadığını, lakin onu Cəfər Cabbarlı küçəsi, 10 saylı ünvanın yanında məhəllə arasında saxladıqlarını, ola bilsin ki, İlqarın yaşadığı evin də həmin ərazidə yerləşdiyini, onun İlqarın evini tanımadığını və həmin evdə heç vaxt olmadığını, həmin qətllə bağlı müəyyən ünvanlarda olduqlarını, ayrı-ayrı şəxsləri axtardıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri,Nəsimi RPİ, 19-cu Polis şöbəsinin əməliyyat müvəkkili Şahid17 16 mart 2023-cü il tarixdə şübhəli şəxs İlqar Abdurrahmanovun saxlanılması, 19-cu Polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülməsi tədbirində iştirak etdiyini bildirərək, həmkarı Şahid16 məhkəmədə verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş mateiallarında olan üzləşdirmə protokollarına əsasən, Zərərçəkmiş şəxs2 həmin istintaq hərəkətləri zamanı sərbəst ifadəsini bir daha təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək, Təqsirləndirilən şəxs2 mərhum Zərərçəkmiş şəxs1 boynundan tutduğu zaman Təqsirləndirilən şəxs1 onu bıçaqla vurduğunu təsdiq etmişdir (cild 3, iş vərəqi 245-247, cild 4, iş vərəqi 107-112). Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs1 meyitinin 15 aprel 2023-cü il tarixli 49 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki: 1,2,3,4,5,11. Zərərçəkmiş şəxs1 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: İ. Döş qəfəsinin sağ yarısının ön səthində, döşyanı xətt üzrə, Vİ-Vİİ qabırğalararası sahədə, ayaqaltından 125 sm yuxarıda olan (2,2x0,8 sm ölçüdə) deşilmiş-kəsilmiş yara döş boşluğuna nüfuz edərək ürəyi yaralayır. Yara saat siferblatının “4” və“10” rəqəmlərini birləşdirən xətt üzrə yerləşmişdir. Yaranın kənarları hamar, bir ucu “Y”-vari, digər ucu isə itidir. Yara kanalının ümumi uzunluğu təxminən 9-10 sm-dir, istiqaməti öndən-arxaya, aşağıdan-yuxarıya və sağdan-sola doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar tünd-qırmızı rəngli qansızmalıdır. Qeyd edilən deşilmiş-kəsilmiş yara həyatidir, Zərərçəkmiş şəxs1 ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir, Zərərçəkmiş şəxs1 ölümü ilə səbəbli əlaqəlidir. İİ. Sol qaş nahiyəsinin əzilmi-cırılmış yarası. Alın-təpə nahiyəsinin əzilmiş yarası. Sol almacıq nahiyəsinin qançırlı fonda sıyrıqlarıı. Sağ yanaq və hər iki diz oynağı nahiyələrinin sıyrıqları. Sağ əlin arxa səthinin qançırı. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmanın əlamətlərinə malikdirlər, o cümlədən qərarda göstərilən şəraitdə, yəni əl, yumruq və təpik zərbələri nəticəsində əmələ gələ bilmələri istisna olunmur. Bu məsələnin dəqiq həlli istintaq yolu ilə aydınlaşa bilərdi.

6. Zərərçəkmiş şəxs1 ölümünə səbəb döş qəfəsinin ön səthinin daxilə nüfuz edərək ürəyin zədələnməsi ilə müşaiyət olunan deşilmiş-kəsilmiş yaranın törətdiyi kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən və ölümün kəskin qanitirmə nəticəsində baş verməsini nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2023-cü il tarixdə saat 10:00-da) təxminən 6-8 saat əvvəl baş vermişdir.

7. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində 0,6 % etil spirti aşkar edilmişdir. Etil spirtinin qanda aşkar edilmiş qatılığı Zərərçəkmiş şəxs1 sağlığında yüngül dərəcəli alkoqol sərxoşluğuna səbəb ola bilərdi. Narkotik və güclü təsirə malik maddələr aşkar edilməmişdir.

8. «Dava-dalaş» hüquqi məfhum olduğundan məhkəmə-tibbi baxımından qiymətləndirilməsi mümkün olmadı.

9. Zərərçəkmiş şəxs1 döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz edən və ürəyin zədələnməsi ilə müşaiyiət olunan deşilmiş-kəsilmiş yarası yetirildikdən sonra o, dəqiqələrlə ölçülən zaman kəsiyində məqsədyönlü hərəkətlər (hərəkət etmək, danışmaq, köməyə çağırmaq və ş.) edə bilərdi.

10. Zərərçəkmiş şəxs1 meyitində aşkar edilmiş çoxsaylı xəsarətlər yetirilərkən o, ayaqüstü, oturaq, yarımoturaq və uzanmış vəziyyətlərdə, eləcə də müxtəlif qarşılıqlı vəziyyətlərdə ola bilərdi.

12. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş deşilmiş-kəsilmiş ayar ülgüclü və biruzə olunan küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (əşyanın) təsirindən törənmişdir, ola bilsin ki, ekspertizaya maddi sübut qismində təqdim edilmiş bıçağın və ona oxşar digər bıçaqların tiyəsinin deşici-kəsici təsirindən törənməsi mümkündür (cild 2, iş vərəqi 173-182). İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizasının 18 mart 2023-cü il tarixli 314 saylı rəyindən görünür ki:

1. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin arxa səthinin sağ yarısının döş boşluğuna nüfuz edərək sağ qabırğaaltı arteriyanı və sağ ağciyəri zədələyən, hemopnevmotoraksla (plevra boşluğuna hava və qan toplanması) müşaiyət olunan 1 (bir) deşilmişkəsilmiş yarası, döş qəfəsinin arxa səthinin sol yarısının döş və qarın boşluqlarına nüfuz edərək çənbər qabırğanı zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, doş qəfəsinin sağ yarısının döş boşluğuna nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sağ budun yuxarı 1/3-nin bayır səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (əşyanın) təsirindən, alın nahiyəsinin sağ yarısının, üst dodağın dəri örtüyünün sıyrıqları, sağ gözyuvası ətrafı yumşaq toxumaların, döş qəfəsinin ön səthinin, sol bazunun qançırları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X28 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən: - döş qəfəsinin arxa səthinin sağ yarısının döş boşluğuna nüfuz edərək sağ qabırğaaltı arteriyanı və sağ ağciyəri zədələyən və döş qəfəsinin arxa səthinin sol yarısının döş və qarın boşluqlarına nüfuz edərək çənbər bağırsağı zədələyən deşilmiş-kəsilmiş yaraları ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər; - döş qəfəsinin sağ yarısının döş boşluğuna nüfuz etməyən və sağ budun yuxarı 1/3-nin bayır səthinin deşilmiş-kəsilmiş yaraları ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər; - alın nahiyəsinin sağ yarısının, üst dodağın dəri örtüyünün sıyrıqları, sağ gözyuvası ətrafı yumşaq toxumaların, döş qəfəsinin ön səthinin, sol bazunun qançırları isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. 2.4. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş deşilmiş-kəsilmiş yaralar cərrahi müdaxilə zamanı işləndiyindən, tibbi sənədlərdə yaralar ətraflı təsvir olunmadığından, eləcə də yara kanallarının dərinliyi, istiqaməti haqqında tibbi sənədlərdə heç bir qeydiyyat aparılmadığından həmin yaraların maddi sübut qismində ekspertizaya təqdim edilmiş bıçağın təsirindən yetirilibyetirilməməsi haqqında konkret fikir söyləmək mümkün olmadı. Bu məsələnin həlli üçün Zərərçəkmiş şəxs2 hadisə anında əynində olan paltarların xüsusi tibbi-kriminalistik müayinəsinin aparılması məqsədə uyğundur.

3. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş deşilmiş-kəsilmiş yaralar yetirilərkən, o, ayaqüstə, oturaq, yarımoturaq və uzanmış vəziyyətlərdə, eləcə də müxtəlif qarşılıqlı vəziyyətlərdə ola bilərdi (cild 2, iş vərəqi 148-153). Maddi sübutların kompleks (məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik) tədqiqinə dair 15 may 2023-cü il tarixli 173-MTKŞ/2023 saylı rəyindən görünür ki: İ. 1.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus qolsuz maykanın öz səthinin sağ yuxarı sərbəst kənarında bir ədəd (kənari), ön səthində sağda bir ədəd, arxa səthinin sol aşağı nahiyəsində bir ədəd, şalvarın arxa səthinin sağ yuxarı nahiyəsində bir ədəd, koftanın ön səthində sağda bir ədəd və arxa səthinin sol aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikdə olan ülgüclü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gələ bilərdi.

2. Zərərçəkmiş şəxs2 məxsus paltarlarda aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr onun bədənində aşkar edilmiş eyni xaraktrili xəsarətlərlə (deşilmiş-kəsilmiş yaralarla) yerləşmələrinə görə nisbi olaraq uyğun gəlir. Zərərçəkmiş şəxs2 məxsus gödəkçədə onun bədənində olan deşilmiş-kəsilmiş xəsarətlər öz əksini tapmamışdır.

3. Zərərçəkmiş şəxs2 məxsus gödəkçədə əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı.

4. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus paltarların (köynək və mayka) ön səthində solda bir ədəd kəsilmiş-deşilmiş zədə aşkar olundu. Bu zədə kafi itilikdə ülgüclü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir.

5. Zərərçəkmiş şəxs1 məxsus paltarlarda (köynək və mayka) aşkar edilmiş deşilmiş-kəsilmiş zədə onun bədənində olan eyni xarakterli xəsarətlə (deşilmiş-kəsilmiş yara ilə) yerləşməsinə görə nisbi olaraq uyğun gəlir. Zərərçəkmiş şəxs1 məxsus gödəkçədə onun bədənində olan deşilmişkəsilmiş xəsarət öz əksini tapmamışdır.

6. Zərərçəkmiş şəxs1 məxsus şalvarda və gödəkçədə əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı.

7. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus paltarların üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi iə və ya eyni xüsusiyyətə malik digər bıçaq (bıçaqları) ilə törənməsi inkar olunmur. İİ. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan tipli ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır (cild 2, iş vərəqi 163-171). Maddi sübutların tibbi-bioloji tədqiqinə dair 10 may 2023-cü il tarixli 242/2023-MTBŞ saylı ekspert rəyindən görünür ki:

1. Zərərçəkmiş şəxs1 AB0sistemi üzrə qrup göstəricisi: Oalfa, beta(İ).

2. Zərərçəkmiş şəxs2 AB0 sistemi üzrə qrup göstəricisi: AB(İV) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən).

3. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus şalvar, kofta, mayka və hadisə yerindən götürülmüş 3 ədəd pambıq topası üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı. Belə olan halda bu qan ləkələri Oalfa, beta(İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər.

4. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus kofta, mayka və şalvar üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq edildikdə“A”, “B” və“H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri AB/H(İV) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs2 (əgər onun qanında müşaiyətçi “H” antingeni varsa) məxsus ola bilər. Lakin qanın qarışıq olduğu halında isə ləkələrdə həmçinin Oalfa,beta (İ) qruplu şəxs Zərərçəkmiş şəxs1 qarışıq qanının olması da inkar olunmur.

5. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus gödəkçə və Zərərçəkmiş şəxs2 məxsus gödəkçə üzərində qana şübhəli ləkələr aşkar olunmadı.

6. Ekspertizaya təqdim edilmiş 1 ədəd bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq edildikdə qrup antingenləri və aqqlyutinlər alınmadığı üçün qrup barəsində fikir söyləmək mümkün olmadı (cild 2, iş vərəqi 155-161). İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 304 saylı Təqsirləndirilən şəxs1 adına tərtib olunmuş məhkəmə-tibbi ekspertizasının ekspert rəyindən görünür ki:

1. Təqsirləndirilən şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər – sağ əlin ovuc səthinin səthi kəsilmiş yarası iti kənarlı əşyanın (alətin) təsirindən, sol əlin və sol əl İ barmağının sıyrıqları bərk küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, həm ümumilikdə və həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur.

2. Təqsirləndirilən şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən sağ əlin ovuc səthinin səthi kəsilmiş yarası ekspertizaya maddi sübut qismində təqdim edilmiş bıçağın və ona oxşar digər bıçaqların tiyəsinin kəsərinin təsirindən törənməsi mümkündür, sol əlin və sol əl İ barmağının sıyrıqları isə müxtəlif şəraitlərdə törənə bildiklərindən dəqiq olaraq hansı şəraitdə törənmələri istintaq yolu ilə aydınlaşa bilər (cild 2, iş vərəqi 184-187). Məhkəmə ekspertizasının 17 mart 2023-cü il tarixli 6/1621 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş təmiz çəkisi 3,387 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (cild 3, iş vərəqi 7-8). Ambulator məcburi narkoloji tibbi yoxlamanın 27 may 2023-cü il tarixli 3278 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur (cild 4, iş vərəqi 23-24). Ambulator məcburi narkoloji tibbi yoxlamanın 14 iyul 2023-cü il tarixli 4433 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 4, iş vərəqi 25-26). İş materiallarına əlavə edilmiş 05 iyun 2023-cü il tarixli 1552 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Onda xasiyyətin psixopatik cizgiləri müşahidə olunur. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi malicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 cinayət törədərkən fizioloji affekt halında olmamışdır (cild 4, iş vərəqi 27-29). Cinayət işinə əlavə edilmiş 22 iyul 2023-cü il tarixli 2012 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2n əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 məcburi malicəyə ehtiyacı yoxdur (cild 4, iş vərəqi 31-33). Məhkəmə-tibbi ekspertizasının 16 sentyabr 2023-cü il tarixli 1336 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir (cild 4, iş vərəqi 79-80). İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış, eləcə də ** ED *** dövlət nömrə nişanlı «Mersedes Vito» markalı avtomobilə baxış protokollarından görünür ki, Bakı şəhəri, Moskva prospekti, 88 ünvanında yerləşən «Huqqa» restoranının arxa tərəfindəki yaşayış binasının qarşısında asfalt örtüyün üzərində, eləcə də avtomobildə qan ləkələri aşkar edilmişdir (cild 1, iş vərəqi 5-23). Hadisə yeri hesab olunan Bakı şəhəri, Moskva prospekti, 88 ünvanındakı istər «Huqqa» restoranında, istərsə də restoranın yerləşdiyi binanın arxa tərəfindəki yaşayış binasının qarşısında quraşdırılmış müşahidə kameralarının görüntülərinə baxış protokolundan görünür ki, cinayət hadisəsi «Huqqa» restoranında dicey Şahid1la mərhum Zərərçəkmiş şəxs1 arasında yaranmış xırda bir mübahisə bəhanəsi ilə araya girən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 və onunla birlikdə restorana gəlmiş Zərərçəkmiş şəxs2 təpik və yumruqla vurmaları ilə başlanmış, xuliqanlıq hərəkətləri sonradan binanın həyətində davam edərək binanın həyətində Təqsirləndirilən şəxs1 tərəfindən əvvəlcə Zərərçəkmiş şəxs1, sonra isə Zərərçəkmiş şəxs2 bıçaqlanması, Təqsirləndirilən şəxs2 isə zərərçəkmişlərin müqavimətini qırmaqla ona kömək etməsi ilə başa çatmışdır (cild 1, iş vərəqi 231-238). Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilməsinə dair 16 mart 2023-cü il tarixli protokoldan və həmin protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, onun üzərində çəkisi 3,387 qram narkotik vasitə olan heroin aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 müdafiəçinin iştirakı ilə videokameranın qarşısında həmin narkotik vasitəni «Papanin» adlanan məhəllədən 60 manata tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir (cild 2, iş vərəqi 255-261). Elektron Məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs1 evlidir, himayəsində bir azyaşlı uşağı vardır. X5 isə subaydır, himayəsində uşaqları yoxdur. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-1, 69.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməyə görə 3900 manat məbləğində cərimə cəzası ilə məhkum edilmişdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2019cu il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 66.5, 68.2-ci maddələri ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə və 3500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdır. Həmçinin, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4, 66.5-ci maddələri ilə 3 il 8 ay müddətinə azadlıqdan məhrum etmə və 3500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə 9 ay 11 gün cəzadan vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəriməni tam olaraq ödəmişdir. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, X5 Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə 9 ay 5 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı Apellyasiya məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2014cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Məhkəmə qeyd etməyi lazım bilir ki, «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 7-ci bəndinə əsasən, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülməlidir. Qeyd olunpan müddəaya əsasən məhkəmə belə nəticəyə gəlir ki, X5 hazırda məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək, hadisə günü özünün spirtli içki içmədiyini, qarşı tərəfin isə sərxoş olduğunu və nalayiq ifadələr işlətdiklərini, dəfələrlə həmin şəxslərə xəbərdarlıq etməsinə baxmayarq, zərərçəkmiş şəxslərin onlara qarşı nalayiq söyüşlər söydüklərini, sonra həmin şəxslərin onları binanın həyətinə döyüşmək üçün çağırdıqlarını, aşağıda onlar döyüşərkən Cəsarətin hər dəfə əlini belinə apardığını və onun Cəsarəti vurduğunu, İlqar gedən zaman Cəsarət və Camalın İlqarı da söydüklərini, yenidən oraya qayıtdıqlarını və Camalın yenidən onun ünvanına pis-pis söyüşlər söyməyə başladığını, həmin şəxslərin yenidən çölə çıxarıldığını, onların isə qayıdıb restoranda öz yerlərində oturduqlarını, lakin həmin şəxslərin təkrar geri gələrək stolları təpiklə vurduqlarını, sonra Cəsarət və Camalın aşağı düşməyənin var-yoxunu söydüklərini, özünün həmin şəxslərə çıxıb getmələrini və sabah görüşməyi bildirdiyini, yenidən aşağı düşüb İlqara getməyi təklif etdiyini, Cəsarətin onu görəndən sonra daha da qızışdığını, sonra Camalın ona yaxınlaşıb onu vuranın kim olduğunu təkrar soruşduğunu və pis söyüşlə söyəcəyini dediyini, o da, Camala "qələt edərsən" sözlərini dedikdə, Camalın "görün sizin ananızı-bacınızı neynəyəcəm" sözlərini dediyini və bu vaxt Camalın İlqarla dalaşdığını, sonra Cəsarət çevrilib ona söyüş söyəndə, o, Cəsarətlə əlbəyaxa olub döyüşdüyünü, Cəsarət hər dəfə əlini belinə apardığını, buna görə özünün qorxduğunu, həmin vaxt yerdə olan yaşıl rəngli bıçağı götürüb Cəsarəti vurduğunu, bıçağın kimdənsə düşdüyünü və yerdə olmasını görüb götürdüyünü və bir dəfə qorxutmaq məqsədi ilə Cəsarəti vurduğunu, daha sonra isə Camal yenidən ona söyüş söydüyü üçün onu da vurduğunu, onun Cəsarəti vurmasından İlqarın xəbərinin olmadığını, özünün guya içkili və bıçaqla olması ilə bağlı yazılanları təsdiq etmədiyini bildirib özünün və İlqar İbrahimovun müdafiəsi üçün dəlillər gətirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək, restoranda iki nəfər zərərçəkmiş şəxslərin onlara iki dəfə, yəni həm zalda, həm də hesabı ödəyən zaman hücum etdiklərini, sonra həmin şəxslərin restorandan çıxarılıb aşağıya düşürüldüyünü və onların gedib-getməməsini müəyyən etmək üçün özünün də aşağı düşdüyünü, sonra Orxan aşağı düşəndə Camal Orxana yaxınlaşıb yuxarıda onu vuranın kim olduğunu soruşduğunu, Orxan isə həmin şəxslərin çıxıb getmələri üçün sakit dayandığını, Camalın təkrar onu vuranın kim olduğunu soruşaraq söyüş söyəcəyini dediyini, Orxanın isə ona "sən söyüş söyə bilməzsən" sözlərini dediyini, Camalın yenidən restoranın içərisində söydüyü söyüşləri davam etdirdiyini, bundan sonra onun Camalı itələdiyini və Camal təkrar söyüş söyəndə, sonuncunun sinəsinə yumruq vurduğunu, dava əsnasında kiminsə yerə yıxıldığını gördüyünü və həmin şəxsin çiyninə iki təpik vurduğunu, çevriləndə isə Camalın yenidən onun üstünə gəlməsini görüb onunla tutaşdığını, sonra ayağı sürüşüb yerə düşdüyünü və Camalın onun üstünə yıxıldığını, ayağa duranda isə heç kimin olmadığını gördüyünü, sonra Camalın qaçdığını, üzünü çevirəndə Vüsalın Cəsarətin başının üstündə dayandığını gördüyünü, Cəsarətin nəyə görə yerdə olduğunu soruşduqda, Vüsalın ona tez taksi tapmasını dediyini, yola çıxanda Orxanı gördüyünü, həmin vaxt Orxan ona "qaqa, ikisini də bıçaqla vurdum" sözlərini dediyini, Orxana getməsini və maşın tapıb Cəsarəti göndərəcəyini deyib yenidən hadisə yerinə qayıtdığını, lakin orada heç kimin olmadığını gördüyünü, maraqlandıqda həmin şəxslərdən birinin sürücü olduğunu və onun maşınına minib xəstəxanaya getdiklərini öyrəndiyini, özünün çıxıb evə getdiyini, hadisə günü Orxanın spirtli içki içmədiyini, davanın səbəbkarının Zərərçəkmiş şəxs2 olduğunu, həmin vaxt qarşı tərəfin içkili olduqlarını, əvvəllər Orxanda heç vaxt bıçaq görmədiyini, Cəsarətin bıçaqlandığını bilmədiyi halda yerdə olanda Cəsarətin çiynindən təpiklə vurduğunu, çəkiliş zamanı narkotik vasitənin özünə məxsus olduğunu dediyini, onun 40 yaşı olduğunu və heç vaxt narkotikdən istifadə etmədiyini, narkotiklə bağlı heç yerə şikayət etmədiyini, ona təsir və təzyiq olduğunu, lakin heç yerə şikayət etmədiyini, səhər saat təxminən 6-nın yarısı qapının dağıldığını eşitdiyini, evdə quraşdırılmış kameraya baxdıqda 3-4 nəfərin qapını qırdığını gördüyünü, sonra həmin şəxslərin hasardan tullanıb qapını döydüklərini və polis olduqlarını deyib qapını açmasını istədiklərini, özünün qapını açdığını və həmin şəxslərin içəri girib Nəsimi polisindən gəldiklərini bildirdiklərini, həmin şəxslərin evə girib hər yeri dağıtmağa başladıqlarını, həmin vaxt idman şalvarında və maykada olduğu üçün əynini geyindiyini, sonra onu 19-cu polis bölməsinə gətirdiklərini, ona 3 qram malı götürməyi, əks halda daha çox narkotiklə, ya da ölümdə əlbirliklə tutulacağı şərti qoyulduğunu, buna görə də 3 qram narkotiki boynuna götürməyə razılaşdığını bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin gətirdikləri həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, ibtidai istintaq və məhkəmə baxışı zamanı həm Təqsirləndirilən şəxs1, həm də İlqar İbrahimov özlərini verilmiş ittihamlarla qismən təqsirli bilmiş, baş vermiş qətl hadisəsində özlərinin birgə iştirakçılığını inkar etmişlər. Bununla belə, məhkəmə iclasında tədqiq olunmuş və hazırkı hökmdə sadalanan çoxsaylı sübutlarla - Zərərçəkmiş şəxs2 ifadəsi ilə, çoxsaylı şahid ifadələri ilə, hadisə yerində quraşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınmış videogörüntülərlə, istintaq hərəkətlərinin protokolları və ekspertiza rəyləri ilə, həmçinin maddi sübutlarla istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və İlqar İbrahimova verilmiş ittihamlar tam təsdiq olunur. Məhkəmə kollegiyası müdafiə tərəfinin Təqsirləndirilən şəxs2 16 mart 2023-cü il tarixdə Nəsimi RPİ, 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən ittihamda qeyd edilən ünvanda deyil, yaşadığı evdən tutulub aparılması və bu səbəbdən onun üzərinə şəxsi axtarış keçirilərkən narkotik vasitənin aşkar edilməsinin mümkünsüz olması ilə bağlı gətirdiyi dəlillə və həmin dəlilin təsdiqi kimi məhkəməyə təqdim edilmiş diskdəki videogörüntülərlə bağlı qeyd etməyi lazım bilir ki, məhkəmə baxışında tədqiq olunmuş həmin diskə müşahidə kameraları tərəfindən qeydə alınmış videogörüntülər köçürülmüşdür. Lakin həmin görüntülərin məhz hansı ünvanda quraşdırılmış müşahidə kameraları tərəfindən qeydə alındığı, kim tərəfindən əldə edildiyi, orada əks olunan şəxslərin polis əməkdaşları yaxud digər şəxslər olub-olmaması, görüntülərin videomontaj təsirlərinə məruz qalıb-qalmamasını və s. məhkəmədə müəyyən etmək mümkün olmamışdır. Müdafiə tərəfi qeyd olunan görüntülərin Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda quraşdırılmış kameralar tərəfindən qeydə alındığını iddia etsə də, bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, həmçinin həmin görüntülərin araşdırma aparılması üçün hansı səbəbdən istintaq orqanına təqdim edilməməsinə aydınlıq gətirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2.9-cu maddəsinin tələbinə görə, əldə edilmiş məlumatlar, sənədlər və digər əşyalar məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda, onların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 125.3-cü maddəsin əsasən, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası müdafiə tərəfinin təqdim etdiyi diski mənbəyi bəlli olmayan qeyri-mötəbər sübut kimi qiymətləndirir və məhkəmədə tədqiq olunmuş çoxsaylı sübutlarla təsdiq olunduğuna görə Təqsirləndirilən şəxs2 16 mart 2023-cü il tarixdə saat 10:30-da ünvan 3 ünvanının qarşısında olan zaman Nəsimi RPİ, 19-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilməsi, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkcənin cibindən 1 bükümdə təmiz çəkisi 3,387 qram təşkil edən külli miqdirda kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi barədə ittiham tərəfinin gəldiyi nəticəni əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş hazırkı hökmdə sadalanan bütün sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 digər təqsirləndirilən Təqsirləndirilən şəxs2la bir qrup şəxs qismində digər şəxsə müqavimət göstərməklə məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan ov bıçağını silah qismində istifadə edərək xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayət edilən qərəzli hərəkətlər etmələriş, bir qrup şəxs qismində xuliqanlıq niyyəti ilə digər şəxsi həyatdan məhrum edərək qəsdən öldürmələri, bir qrup şəxs qismində xuliqanlıq niyyəti ilə və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar digər şəxsi həyatdan məhrum etməyə cəhd edərək iki şəxsi qəsdən öldürməyə cəhd etmə cinayətlərini törətmələri, həmçinin Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma cinayətini törətməsi məhkəmədə sübuta yetirilmişdir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə az ağır, ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır, on iki ildən artıq olmayan əməllər ağır cinayətlər, həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.7, 221.3 və 228.4-cü maddələri, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.7, 221.2.1, 221.2.2 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalar təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 münasibətdə Azərbaycan Respublikası CM-nin 59 və 61ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində azyaşlı uşağın olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi Təqsirləndirilən şəxs1 münasibətdə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-1, 69.4-cü maddəsi ilə 3900 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 66.5, 68.2-ci maddələri ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə və 3500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.4, 66.5-ci maddələri ilə ona 3 il 8 ay müddətinə azadlıqdan məhrum etmə və 3500 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 9 ay 11 gün cəzadan vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2022-ci il tarixdə isə cəriməni tam olaraq ödəmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətə məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən cinayətlər törətmişdir. Bu isə təqsirləndirilən şəxsə münasibətdə cinayətlərin residivi kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla onlara qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzaları ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 16 mart 2023-cü il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində, 18 mart 2023cü il tarixdə isə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin vaxtdan hal-hazıra qədər hər iki təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldıqları bütün müddət onlara təyin olunmuş cəza müddətlərinə hesablanmalı, hər bir təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 mart 2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 14 iyul 2023-cü il tarixli 4433 saylı rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4, 132.1.6 və 132.1.7-ci maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri, Nəsimi rayon prokurorluğunda saxlanılan mərhum Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 paltarları, tamponda qan nümunələri və bıçaq, həmçinin Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 3,287 qram çəkidə narkotik vasitə olan heroin məhv edilməli; - hadisə yerinin videogörüntülərinin və telefon danışıqlarına dair məlumatların olduğu 9 (doqquz) ədəd, həmçinin məhkəmə baxışı zamanı müdafiə tərəfinin təqdim etdiyi 1 (bir) ədəd, ümumilikdə 10 (on) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş narkotik vasitələrin məhkəmə-kimyəvi ekspertiza tədqiqatı 92 (doxsan iki) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 92 (doxsan iki) manat ekspertiza xərci təqsirləndirilən şəxs İlqar İbrahimovdan tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.7, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.2-ci maddələri ilə 18 (on səkkiz) il müddətə, Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.2, 29,120.2.3 və 29,120.2.7ci maddələri ilə 14 (on dörd) il 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.7, 221.2.1, 221.2.2 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.2-ci maddələri ilə 17 (on yeddi) il müddətə, Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.2, 29,120.2.3 və 29,120.2.7-ci maddələri ilə 14 (on dörd) il müddətə, Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə 2 (iki) il müddətə, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 18 (on səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri, Nəsimi rayon prokurorluğunda saxlanılan mərhum Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus paltarlar, tamponda qan nümunələri və bıçaq, həmçinin Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 3,287 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin; - hadisə yerinin videogörüntülərinin və telefon danışıqlarına dair məlumatların olduğu 9 (doqquz) ədəd, həmçinin məhkəmə baxışı zamanı müdafiə tərəfinin təqdim etdiyi 1 (bir) ədəd, ümumilikdə 10 (on) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar