Məhkəmə qərarları › İş №1(101)-98/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-98/2022

27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-98/2022 27.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs qızının müdafiəçisi: Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xələfov küçəsi ev 40-da qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 01 yanvar 2021-ci il tarixdə özünü ona İran İslam Respublikasının vətəndaşı kimi tanıdan, istintaqa məlum olmayan «Əli» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək «Əli» adlı şəxsin ona təqdim etdiyi narkotik vasitə heroinləri müəyyən yerlərə qoyacağına və bunun müqabilində 4000 manat pul verəcəyinə dair sövdələşdikdən sonra satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2155 qram olan narkotik vasitə heroini saat 15 radəsində Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi Qədəmgah küçəsində yerləşən 206 saylı orta məktəbin daş hasarının yanından əldə edib özü ilə yaşadığı ünvan 1 ünvanına gətirərək daşımış, həmin narkotik vasitəni iki bükümdə olmaqla tərəzi ilə 50 və 80 qrama bölüb 03 yanvar 2021-ci il tarixdə saat 21 radəsində «Əli» adlı şəxsin sifarişi ilə həmin bükümlərin bir ədədini Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi M.Əliyev küçəsində yerləşən «Buzovna İdman» Kompleksinin qarşısındakı yolun sol tərəfindəki daş hasarın küncünə və digər bir ədəd bükümü isə həmin küçədə sağ tərəfdə yerləşən daş hasarın küncünə daşıyaraq qoymuş, bükümlər naməlum şəxs tərəfindən götürüldükdən sonra yaşadığı evə gedərək evdə saxladığı narkotik vasitə heroininin bir hissəsini götürüb başqa ünvana daşıyan zaman Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı 03.01.2021-ci il tarixdə saat 22:00-da Nərminə Babayeva ünvan 2 ünvanının yaxınlığında saxlanaraq Azərbaycan Respublikası DİN-in BNMİ-nin ünvan 3 ünvanında yerləşən inzibati binasına aparılmış, 03.01.2021-ci il tarixdə saat 23:42-də polis əməkdaşları və müdafiəçi X5 iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılarkən əlindəki ağ rəngli sellofan torbadan 1 ədəd bükümdə təmiz çəkisi 500 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroin, 04.01.2021-ci il tarixdə saat 01:35-də yaşadığı ünvan 2 ünvanında aparılan axtarış zamanı evin qonaq otağındakı paltar dolabından 1 ədəd göy rəngli sellofan torbada xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən 1 büküm təmiz çəkisi 645 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroin, 1 büküm təmiz çəkisi 1010 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroin, yəni xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil ümumi təmiz çəkisi 2155 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs qızı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, onun iki azyaşlı övladı vardır, əri Amin Bayramov 2017-ci ildə vəfat etmişdir. Təxminən 1 ildir ki, patıdan istifadə edir. O, təxminən, saxlanılmazdan iki ay əvvəl “İnstagram” sosial şəbəkəsində özünü İran İslam Respublikasının vətəndaşı ,“Əli” adı ilə təqdim edən şəxslə tanış olmuşdur. Tanış olan zaman Əli adlı şəxsə patıdan istifadə etdiyini demişdir. Danışıqların birində Əli ona demişdir ki, narkotik vasitəsi vardır və əgər o həmin narkotik vasitəni bir neçə gün saxlayıb Əlinin tapşırdığı şəxslərə ötürsə, Əli ona 4000 manat pul və patı verəcəkdir. O da Əlinin təklifini qəbul etmişdir. 01 yanvar 2021-ci ildə Əli ona “İnstagram” sosial şəbəkəsində bildirmişdir ki, narkotik vasitə bağlamasını götürmək üçün Buzovna qəsəbəsi 206 saylı məktəbin yanına getsin. Əli bildirmişdir ki, həmin məktəbin yanına narkotik vasitə tullayacaqlar və o da həmin narkotik vasitəni götürüb, saxlayıb sonra isə Əlinin deyəcəyi şəxsə verəcək. O da həmin ünvana gedərək bükümü götürmüş və yaşadığı evə gətirərək paltar dolabında saxlamışdır. 03 yanvar 2021ci il tarixdə Əli onunla əlaqə saxlayaraq tərəzi tapmağını və bu barədə ona bildirməyini istəmişdir. O da aralarında sevgi münasibəti olan Şirməmməddən 1 ədəd elektron tərəzi əldə etmişdir. Lakin Şirməmmədə tərəzini nə məqsədlə əldə etdiyini deməmişdir. Tərəzini evə apararaq Əlinin zəngini gözləmişdir. Əli onunla əlaqə saxlayaraq narkotik vasitəni müəyyən qramlara bölməklə onları evin yaxınlığında olan yerlərin birinə tullamağıbı və həmin yerlərin şəklini çəkib Əliyə göndərməyini istəmişdir. O da razılaşmış və iki bükümə ayırdığı narkotik vasitələrdən birini X9 yaxınlığında yol kənarında dəmir qabın yanına, digərini isə həmin yerdən 30 metr uzaqlıqda divarın küncünə tullamışdır. Sonra isə həmin yerin şəklini çəkib Əli adlı şəxsə göndərmişdir. Bundan sonra kənarda gözləmiş və görmüşdür ki, xarici markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil gəlmiş və avtomobildən düşən şəxs narkotik vasitə götürüb getmişdir. O isə yaşadığı evə getmişdir. Evdə olan zaman yenə Əli ona zəng etmiş və onda olan narkotik vasitəni yenə aparıb evinə yaxın bir yerə tullamağını və ona eyni formada şəkillərini çəkib göndərməyini istəmişdir. O da bu məqsədlə evdən küçəyə çıxmışdır. Üzərində 20 qram narkotik vasitə olmuşdur. Bu vaxt 3 nəfər polis əməkdaşı tərəfindən saxlanılmış və həmin polis əməkdaşları onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. O heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır, ailəsi maddi baxımdan çətinlik çəkdiyi üçün bu fəaliyyətdə vasitəçilik etmişdir. Üzərində 20 qram narkotik vasitə olmuş, polis əməkdaşları əlavə olaraq 2 kiloqram narkotik vasitəni üzərinə yerləşdirmişlər. Törətdiyi əməldən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili işləyir. Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunda o və digər idarə əməkdaşları Şahid2 və Şahid3 iştirak etmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 03 yanvar 2021-ci il tarixdə təxminən saat 22:00 radələrində ünvan 4 ünvanının yaxınlığında piyada hərəkət edərkən tərəflərindən saxlanılmışdır. Saxlanılarkən Təqsirləndirilən şəxs əlində sellofan torba var imiş. Daha sonra onun üzərinə vəkilin iştirakı ilə və videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlindəki sellofan torbanı təqdim edərək torbanın içində narkotik vasitənin olduğunu, həmin maddəni iki ay əvvəl “İnstagram” sosial şəbəkəsindən tanış olduğu “Əli” adlı şəxsin vasitəsi ilə yaşadığı ünvanın yaxınlığından götürdüyünü, sonra isə “Əli” adlı şəxsin deyəcəyi yerə qoyacağını, qarşılığında isə mükafat qaydasında pul alacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş və evin giriş qapısından sağ tərəfdə yerləşən qonaq otağında olan paltar dolabında 1 ədəd sellofan büküm aşkar edilmişdir. Sonra həmin sellofan torbaya baxış zamanı içərisindən 2 (iki) ədəd büküm və 1 (bir) ədəd elektron tərəzi aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs evindən aşkar edilmiş kütlənin özünə məxsus olmasını, həmin bükümləri İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Əli” adlı şəxsin vasitəsi ilə deyilən yerdən götürdüyünü və evində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə satan zaman saxlamamışlar və onun narkotik vasitə satdığı şəxslərin müəyyən edilməsi üçün əməliyyat tədbiri keçirməmişlər. Təqsirləndirilən şəxs üzərinə həm şəxsi axtarış, həm də onun yaşadığı evə baxış keçirilməsi zamanı videoçəkilişdən istifadə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 03 yanvar 2021-ci il tarixdə saat 23:30 radəsində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin yanından piyada gedən zaman polis əməkdaşı ona yaxınlaşmış və tərəflərindən onunla həmcins olan bir qadını saxladıqlarını bildirib həmin qadının üzərinə baxış keçiriliməsində iştirak etməyini xahiş etmişlər. Bundan sonra o, polis əməkdaşı ilə razılaşmış və baxışda iştirak etmək istədiyini demişdir. Sonra isə o, polis əməkdaşı ilə birlikdə Baş Narkotiklərlə Mübarisə İdarəsinin inzibati binasına və oradanda xidməti otaqların birinə daxil olmuşdur. Orada əvvəllər tanımadığı Təqsirləndirilən şəxs üzərini axtarmış və onun üzərindən 1 ədəd açar, 1 ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi və 4 manat pul əskinasları aşkar etmişdir. Təqsirləndirilən şəxs əlində sellofan torba olmuş və o, torbanın içində nə olduğunu bilməmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qızının özünü narkotik vasitənin satış məqsədi ilə əldə etməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 03 yanvar 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qızı həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan 03 yanvar 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs qızını bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs qızı ilk öncə sağ əlində tutduğu ağ rəngli selofan torbanı polis əməkdaşlarına təqdim edərək içərisində narkotik tərkibli maddə olmasını bildirmiş, sonra isə Şahid4 Təqsirləndirilən şəxs üzərini axtarış keçirərəkən Təqsirləndirilən şəxs əynində olan boz rəngli qış gödəkcəsinin sağ yan cibindən AA ******* seryalı şəxsiyyət vəsiqəsi, sol yan cibindən 1 ədəd qızılı rəngli “Samsung” markalı mobil telefon, 1 ədəd açar və 4 manat pul əskinası aşkar edilmişdir. Cinayət işinə əlavə edilmiş 01 ədəd görüntülər olan CD diskə baxış keçirilmiş və qeyd olunanlar orada öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan 04 yanvar 2021-ci il tarixli “evə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, həmin gün saat 01:35 radəsində Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına video çəkiliş vasitəsi ilə baxış və götürmə aparılmış və həmin zaman Təqsirləndirilən şəxs evinin giriş qapısından sağ tərəfdə yerləşən qonaq otağında olan paltar dolabında 1 ədəd göy rəngli sellofan torba aşkar edilmiş və həmin torbanın içərisindən 2 (iki) ədəd bükümdə spesifik iyə malik olan maddə və 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işinə əlavə edilmiş 01 ədəd görüntülər olan CD diskə baxış keçirilmiş və qeyd olunanlar orada öz əksini tapmışdır. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 04 yanvar 2021-ci il tarixli, 6/14 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş...” sözləri olan kağız yapışdırılmış sellofan bağlamadakı 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 645,00 qr., 1010,00 qr., ümumi təmiz çəkisi 1655,00 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - heroindir. Üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 500,00 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Kağız paketdəki və sellofan bağlamadakı heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə, psixotrop maddə izləri yoxdur. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrwin, metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildir. Kağız paketdəki heroinin təmiz çəkisi - 500,00 qr, tədqiqata sərf olundu - 0,050 qr, qalıq - 499,95 qram. Sellofan bağlamadakı heroinin ümumi təmiz çəkisi - 1655,00 qr, tədqiqata sərf olundu - 0,100 qr, qalıq - 1654,90 qram. Cinayət işində olan “Maddi sübut kimi tanımaq haqqında” 05 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 500,00 qram olan heroinin tədqiqatdan sonra qalıq qalmış 499,95 qram hissəsi, yaşadığı evdən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1655 qram olan heroinin tədqiqatlardan sonra qalıq qalmış 1654,90 qram hissəsi və 01 ədəd tərəzi maddi sübut kimi tanınmışdır. Cinayət işində olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 05.01.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 03 yanvar 2021-ci il tarixdən hesablanmaqla 4(dörd)ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan “Bakcell MMC-dən daxil olmuş diskə baxış keçirilməsi” haqqında 30 mart 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 16 mart 2021-ci il tarixli BKC/LGL-5313/21 nömrəli məktubla daxil olmuş, Təqsirləndirilən şəxs istifadəsində olmuş Baksell MMC-yə məxsus ********** və ********** nömrələrinin ilə bağlı telefon danışıqlar, SMS yazışmalar, an ten və digər məlumatları özündə əks etdirən 01 ədəd CD diskə baxış keçirilərkən diskdə səkkiz ədəd “pdf” fayl olduğu müəyyən edilmişdir. 2-ci pdf faylı açıldıqda orada ********** saylı "xxxx" abonent nömrəsinin sms siyahısından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan nömrə ilə ***-***-**-** nömrəsinə sms yazaraq “bu gün gəldin məndən aldın patı” “tərəzini özüm gətirib verəcəm” sözlərini yazmışdır. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X13 Şəxsinin 15.02.2021-ci il tarixli, 490 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi şəxsin 16.03.2021-ci il tarixli, 562 saylı ambulator məhkəmə psixiatrik ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. X3 törətdiyi əməl barəsində ANLAQLİ edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan Xəzər RPİ-nin baş müstəntiqi, polis mayoru X11 tərəfindən tərtib olunmuş “Götürülmüş mobil telefona baxış keçirilməsi haqqında” 14.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus götürülmüş 01 ədəd «Samsung» markalı, «**********3488/6» imei kodlu mobil telefon işlənmiş vəziyyətdədir. Həmin telefon işə salındıqda telefonun menyusunda olan mesaj mətnlərində iş üzrə əhəmiyyət kəsb edən hər hansı yazışma aşkar edilməmişdir. Bundan sonra “Whatsapp” proqramında olan mətn mesajları və zənglər yoxlanıldıqda, orada “ELİ İRANLİ” adı ilə qeydə alınmış +**********79 nömrəsi ilə Təqsirləndirilən şəxs danışıqları, onun narkotik vasitəni haradan götürdüyü yerin və narkotik vasitəni qoyduğu yerin şəkilləri öz əksini tapmışdır. Bundan başqa baxış keçirilərkən «Samsung» markalı, «**********3488/6» imei kodlu mobil telefonun menyusunda olan Qalareya qovluğunda Təqsirləndirilən şəxs narkotik vasitəni haradan götürməsi, götürdükdən sonra hara qoyduğunun şəklini çəkməsi, həmin narkotik vasitəni tərəziyə qoyaraq qramını dəqiqləşdirməsinin fotoşəkilləri vardır. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “Whatsapp” proqramında olan səsli mesajlar özünü ona iranlı kimi tanıdan ƏLİ adlı şəxsin səsidir, həmin şəxs ona narkotik vasitəni haradan götürəcəyi yerin koordinatlarını deyir, sonra isə narkotik vasitənim 50 və 80 qramını Əlinin ona dediyi koordinata aparıb qoyduğunu bildirir. Bundan sonra o həmin ərazinin fotoşəkillərini çəkib Əli adlı şəxsə göndərir. İş üzrə Təqsirləndirilən şəxs məxsus baxış keçirilən «Samsung» markalı, «**********3488/6» imei kodlu mobil telefonda iş üçün mühüm əhəmiyyət kəsb edən şəkillər çap edilərək protokola əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Xəzər RPİ-nin baş müstəntiqi, polis mayoru X11 tərəfindən tərtib olunmuş ifadələrin yerində yoxlanılması haqqında 14.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İran vətəndaşı olan Əli adlı şəxsin ona narkotik vasitəni götürmək üçün dediyi yeri və həmin narkotik vasitəni isə ona deyilən ünvanlara qoyduğu yeri və ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işi materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 03 yanvar 2021-ci tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, himayəsində iki azyaşlı uşağınının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xəzər rayon Polis İdarəsinin saxlanma anbarında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumuna qaytarılmalı, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi qalıq 499,95 qram və 1654,90 qram heroin və 01 ədəd tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 81,82 (səksən bir manat səksən iki qəpik) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti və baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 02 ədəd DVD disk, Bakcell MMC-dən götürülmüş məlumatlar olan 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 03 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 81,82 (səksən bir manat səksən iki qəpik) manat manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Xəzər rayon Polis İdarəsinin saxlanma anbarında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumuna qaytarılsın, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi qalıq 499,95 qram və 1654,90 qram heroin və 01 ədəd tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti və baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 02 ədəd DVD disk, Bakcell MMC-dən götürülmüş məlumatlar olan 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar