Məhkəmə qərarları › İş №1(101)-98/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-98/2024

06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-98/2024 06.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, X3 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və (eyni zamanda mülki iddiaçı) Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2 nümayəndəsi: Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1, Müdafiəçi: Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-281/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-224/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, "xxxx" şirkətinin direktoru işləmiş, Gəncə şəhəri, Həzi Aslanov küçəsi, ev 28-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, H.Pənahov küçəsi 35-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 direktor işlədiyi "xxxx" şirkətinin “Bahar Enerji” şirkətinin neft avadanlıqları alıb-satmaq sifarişlərini yerinə yetirdiyini, xeyli sifarişlər alıb biznes fəaliyyətini genişləndirmək üçün əlavə pul vəsaiti lazım olduğunu, bu işləri icra etmək üçün ona pul verdiyi halda, birgə iş qurub əldə olunacaq gəlirin 15%-ni ona verəcəyinə dair yalandan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə əvvəlcə 2019-cu ilin avqust ayında Bakı şəhəri Nərimanov rayonu ərazisində Nərimanov metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs3 11.500 manat, eyni adla aldadıb 01 sentyabr 2020-ci il tarixdə yenə həmin ünvanda 1.000 manat, bundan 10 gün sonra Bakı şəhəri Nərimanov rayonu “EGE” Hospitalın həyətində Azərbaycan manatına məzənnəsi ilə 12,920 (on iki min doqquz yüz iyirmi) manat təşkil edən 7.600 (yeddi min altı yüz) ABŞ dolları, 2021-ci ilin oktyabr ayında eyni adla aldadıb Bakı şəhəri Xəzər rayonu Hovsan qəsəbəsi ərazisində “BUS”-un yaxınlığında Azərbaycan manatına məzənnəsi ilə 17.000 manat təşkil edən 10.000 (on min) ABŞ dolları və 5.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb etibardan suiistifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib Zərərçəkmiş şəxs3 oğluna ümumilikdə 46.920 (qırx altı min doqquz yüz iyirmi) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 direktor işlədiyi "xxxx" şirkətinin “Bahar Enerji” şirkətinin neft avadanlıqları alıb-satmaq sifarişlərini yerinə yetirdiyini, xeyli sifarişlər alıb biznes fəaliyyətini genişləndirmək üçün əlavə pul vəsaiti lazım olduğunu, bu işləri icra etmək üçün ona pul verdiyi halda, birgə iş qurub əldə olunacaq gəlirin 15%-ni ona verəcəyinə dair yalandan vəd verib onun tanışı Zərərçəkmiş şəxs3 vasitəsilə çatdırıb inandırmaqla aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə əvvəlcə 2020-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs3 vasitəsilə Zərərçəkmiş şəxs2 məxsus olmaqla Azərbaycan manatına məzənnəsi ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dolları məbləğində pulu Bakı şəhəri Nərimanov rayonu ərazisində “Tural” şadlıq sarayının yanında, sonradan isə 2021-ci ilin fevral ayında Zərərçəkmiş şəxs3 vasitəsilə Zərərçəkmiş şəxs2 məxsus olmaqla Azərbaycan manatına məzənnəsi ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dolları məbləğində pulu həmin yerdə, bundan başqa, Zərərçəkmiş şəxs3 2021-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs onunla tanış etdikdən və Təqsirləndirilən şəxs ona pulun məbləğini artırdığı halda gəlirdən daha çox faiz verəcəyinə dair yalan vəd verib onu özü birbaşa aldatdıqdan sonra cinayət əməlini davam etdirib yenidən Zərərçəkmiş şəxs3 vasitəsilə Zərərçəkmiş şəxs2 məxsus olmaqla Azərbaycan manatına məzənnəsi ilə 102.340 (yüz iki min üç yüz qırx) manat təşkil edən 60.200 ABŞ dolları və 4.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını Zərərçəkmiş şəxs3 vasitəsilə ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib Zərərçəkmiş şəxs2 ümumilikdə 140.340 (yüz qırx min üç yüz qırx) manat məbləğində külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 direktor işlədiyi "xxxx" şirkətinin “Bahar Enerji” şirkətinin neft avadanlıqları alıb-satmaq sifarişlərini yerinə yetirdiyini, xeyli sifarişlər alıb biznes fəaliyyətini genişləndirmək üçün əlavə pul vəsaiti lazım olduğunu, bu işləri icra etmək üçün ona pul verdiyi halda, birgə iş qurub əldə olunacaq gəliri onunla yarı böləcəyinə dair yalandan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə əvvəlcə 2021-ci ilin yanvar ayında Bakı şəhəri Nərimanov rayonu Nərimanov metrostansiyası yaxınlığında yerləşən iş yerinin qarşısında Zərərçəkmiş şəxs5 Azərbaycan manatına məzənnəsi ilə 3.060 manat təşkil edən 1800 ABŞ dolları, sonra isə həmin ilin fevral ayında ünvan 2 ünvanın həyətində Azərbaycan manatına məzənnəsi ilə 3.570 manat təşkil edən 2.100 ABŞ dolları, həmin ilin iyun ayında Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsində Azərbaycan manatına məzənnəsi ilə 7.820 manat təşkil edən 4.600 ABŞ dolları məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib Zərərçəkmiş şəxs5 ümumilikdə 14.450 (on dörd min dörd yüz əlli) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 direktor işlədiyi "xxxx" şirkətinin “Bahar Enerji” şirkətinin neft avadanlıqları alıb-satmaq sifarişlərini yerinə yetirdiyini, xeyli sifarişlər alıb biznes fəaliyyətini genişləndirmək üçün əlavə pul vəsaiti lazım olduğunu, bu işləri icra etmək üçün ona pul verdiyi halda, birgə iş qurub əldə olunacaq gəliri onunla yarı böləcəyinə dair yalandan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə əvvəlcə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Mərdəkan qəsəbəsi ərazisində yerləşən “Görüş” restoranında Zərərçəkmiş şəxs6 Azərbaycan manatına məzənnəsi ilə 83300 (səksən üç min üç yüz) manat təşkil edən 49000 (qırx doqquz min) ABŞ dolları və sonradan eyni vədlə aldadıb xx.xx.2022-ci il tarixdə yenə həmin ünvanda Azərbaycan manatına məzənnəsi ilə 13600 (on üç min altı yüz) manat təşkil edən 8000 (səkkiz min) ABŞ dolları məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib Zərərçəkmiş şəxs6 ümumilikdə 96900 (doxsan altı min doqquz yüz) manat məbləğində külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 direktor işlədiyi "xxxx" şirkətinin “Bahar Enerji” şirkətinin neft avadanlıqları alıb-satmaq sifarişlərini yerinə yetirdiyini, xeyli sifarişlər alıb biznes fəaliyyətini genişləndirmək üçün əlavə pul vəsaiti lazım olunduğunu, bu işləri icra etmək üçün ona pul verdiyi halda, birgə iş qurub əldə olunacaq gəliri onunla yarı böləcəyinə dair yalandan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Mərdəkan qəsəbəsi ərazisində yerləşən “Görüş” restoranında Zərərçəkmiş şəxs1 Azərbaycan manatına məzənnəsi ilə 44200 (qırx dörd min iki yüz) manat təşkil edən 26000 (iyirmi altı min) ABŞ dolları məbləğində pul vəsaitini alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib Zərərçəkmiş şəxs1 44200 (qırx dörd min iki yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 direktor işlədiyi "xxxx" şirkətinin “Bahar Enerji” şirkətinin neft avadanlıqları alıb-satmaq sifarişlərini yerinə yetirdiyini, xeyli sifarişlər alıb biznes fəaliyyətini genişləndirmək üçün əlavə pul vəsaiti lazım olduğunu, bu işləri icra etmək üçün ona pul verdiyi halda, birgə iş qurub əldə olunacaq gəliri onunla yarı böləcəyinə dair yalandan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə əvvəlcə 2021-ci ilin mart ayında Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 89/87 ünvandakı evin qarşısında Zərərçəkmiş şəxs4 17.000 manat, bundan bir həftə sonra isə yenə həmin ünvanda Azərbaycan manatına məzənnəsi ilə 34.000 (otuz dörd min) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dolları, 2021-ci ilin aprel ayında həmin yerdə 20000 manat, həmin ilin may ayında həmin yerdə Azərbaycan manatına məzənnəsi ilə 17000 manat təşkil edən 10000 ABŞ dolları, bundan bir neçə gün sonra həmin yerdə 17.000 manat, həmin ilin iyun ayında həmin yerdə Azərbaycan manatına məzənnəsi ilə 17000 manat təşkil edən 10000 ABŞ dolları və 3.000 manat, həmin ilin iyul ayında həmin yerdə 1.000 manat, 2021-ci ilin iyul ayında Bakı şəhəri Xəzər rayonu Şüvalan qəsəbəsində Xəzər dənizinin sahilində Azərbaycan manatına məzənnəsi ilə 100.130 manat təşkil edən 58.900 ABŞ dolları, həmin ilin avqust ayında yenidən Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 89/87 ünvanda 11000 manat, həmin ilin sentyabr ayında həmin yerdə 5.000 manat, oktyabr ayında 5.000 manat, həmin ilin noyabr ayında həmin yerdə Azərbaycan manatına məzənnəsi ilə 13600 manat təşkil edən 8000 ABŞ dolları, sonuncu dəfə isə 2022-ci ilin mart ayında Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsində 5150 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib Zərərçəkmiş şəxs4 ümumilikdə 265.880 (iki yüz altmış beş min səkkiz yüz səksən) manat məbləğində külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsiri zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, üzləşdirmə və ifadənin yerində yoxlanılması protokolları, həmçinin işdə olan digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 iş görmək adı ilə ittiham aktında qeyd olunan məbləğdə pulu almış, lakin öz şəxsi ehtiyaclarına xərcləmişdir. İttihamda qeyd olunan məbləğlə razıdır, Zərərçəkmiş şəxs1 26.000 (iyirmi altı min) ABŞ dolları pul ödəməlidir. Zərərçəkmiş şəxs6 aldığı 57.000 (əlli yeddi min) ABŞ dolları pulun müəyyən hissəsini işə xərcləmiş, digər hissəsi ilə isə borclarını ödəmiş və özünə xərcləmişdir. Zərərçəkmiş şəxs5 vurduğu zərərin məbləği doğrudur, ona olan borcunu etiraf edir, 14.450 (on dörd min dörd yüz əlli) manat puldan 500 (beş yüz) manatını qaytarmış, qalan məbləği isə qaytara bilməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs4 epizodu üzrə də ittihamı qəbul edir, həmin məbləği də öz borclarının ödənilməsinə sərf etmişdir. Yuxarıda qeyd olunan epizodlar üzrə özünü təqsirli bilsə də, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 epizodları üzrə ittihamı qəbul etmir. Belə ki, Zərərçəkmiş şəxs3 ona verdiyi pulların qarşılığında hər həftə 25 faiz məbləğində pul vermiş, yəni aldığı məbləğlərdən qat-qat artıq məbləğdə pul qaytarmışdır. O, Zərərçəkmiş şəxs2 pul almamış, bütün haqq-hesabı Farizlə etmişdir. Bir dəfə Bəxtiyarla maşında yol gedəndə Farizə ona verdiyi pulların qarşılığında 3 il ərzində hər həftə 25 faiz pul verdiyini deyəndə Bəxtiyar təəccüblənmişdir. Farizin Bəxtiyardan alaraq ona verdiyi məbləğin hamısını geri qaytarmışdır. O, Farizə işlə bağlı pul lazım olduğunu demiş və Farizin ona verdiyi pulların qarşılığında 25 faiz pul verəcəyinə söz vermişdir. Fariz onun nə işlə məşğul olduğunu bilməmişdir. O, Farizə təchizatla bağlı ona pul lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2 pul götürüb, həmin pulun 15 faizini Bəxtiyara vermiş, ondan isə həmin pulun qarşılığında hər həftə 25 faiz pul almışdır. Aralıqda qalan 10 faiz pulu isə özünə götürmüşdür. Farizlə Bəxtiyar onun yanına gəlsələr də, Fariz Bəxtiyarla özü söhbət aparmışdır. Bəxtiyarla Fariz onun yanında söhbət etməmişlər. Fariz ona ümumilikdə 3 il ərzində 30.000 – 40.000 ABŞ dolları aralığında pul vermiş və o, bu pulların müqabilində hər həftə Farizə 20-25% pul vermişdir. O, Farizin ona verdiyi pulları Bəxtiyardan aldığını bilməmişdir. O, Bəxtiyarın özünə də demişdir ki, Farizdən aldığı pulların hamısını Farizə geri qaytarmışdır. O, Farizdən bir dəfəyə 60.000 (altmış min) manat pul almamış, aldığı pulları hissə-hissə almışdır. Onun öz qeydiyyat dəftəri olmamış, bütün qeydlərini “whatsapp” üzərindən aparmışdır. O, Farizə dəfələrlə bildirmişdir ki, onun Farizə verəcəyi yoxdur. 2021-ci ilin oktyabr ayında Farizin evinə gedib ona borcu olmadığını demiş, Farizin anası da bu söhbətə şahid olmuşdur. Bəxtiyarın da pulları Farizdədir, Fariz bir dəfə Bəxtiyarın pulunu ona vermiş, o da həmin pulu da qaytarıb Farizə vermişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi qeydiyyat kitabçası onda olmamış, onun özünün qeydiyyat dəftəri olmamış, o, bütün qeydlərini “whatsapp” üzərindən aparmışdır. Farizin qeyd kitabçası olmuş, o, həmin kitabça ilə tanış olmuş, lakin həmin kitabın məhkəmə iclasında Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş kitabça olub-olmamasını bilmir. Məhkəmə iclas zalında ona təqdim olunan Farizin qeydiyyat kitabçasında olan yazıların bəziləri onun əl yazısıdır, bəziləri isə ona aid deyil. O, Farizə hər həftə 25% pul verdiyinə görə, həmin faizlərin ödənilməsini təşkil edə bilmək üçün məcbur qalıb başqa şəxsləri də aldatmışdır. Onun Farizə qaytardığı məbləğlərin hamısının qeyd olunduğu mobil telefon xarab olmuş, buna görə də o, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilmir. Məhkəmə iclasında zərər zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2021-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs dostu Əsgərin vasitəsilə tanımış, belə ki, Əsgər ona məlumat verərək, Təqsirləndirilən şəxs “Bahar Energy” və “Socar” ilə birlikdə işlədiyini, özünün bir neçə dəfə Anara pul verdiyini, Anarın isə əldə etdiyi gəliri onunla yarı böldüyünü bildirmişdir. X10 verdiyi pulun qarşılığında müəyyən məbləğdə pul qazanmışdır. Əsgər növbəti dəfə Anara pul verdiyi zaman o da qoşulub pul qazanmaq qərarına gəlmiş, ilk öncə Anarın özü ilə görüşmüş və danışmışdır. Təqsirləndirilən şəxs “Bahar Energy” ilə əlaqədar olan bütün sənədləri ona təqdim etmiş, onu “Socar” şirkətinin anbarına aparmış, hansı işləri görəcəyi ilə bağlı onu tanış etmişdir. O, bütün sənədlərə baxdıqdan sonra Anara inanaraq ona 26.000 (iyirmi altı min) ABŞ dolları pul vermişdir. Hər ehtimala qarşı Anara pul verərkən, əl yazma sənəd tərtib etmiş, onun nə işlər görəcəyini, ona nə qədər pul verdiyini, qarşılığında nə qədər götürəcəyini qeyd etmişdir. Həmin ilin noyabr ayında ilk alış-verişin pulu köçürməli olmuş, o, Anarla əlaqə saxlayaraq pulunu soruşmuş, Anar ona köçürmənin olduğunu, pulun gəldiyini, lakin yenidən pulu ona vermədən digər partiya sifariş üçün ödəniş etdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs öz pulunu tələb etmiş, digər sifarişlərin ona aidiyyatının olmadığını bildirmişdir. Anar isə artıq pulu digər sifarişlərə xərclədiyini demişdir. O, Əsgərdən bu barədə məlumat almış, Əsgər ona bir neçə dəfə onun sifarişlərinin olduğunu, hər dəfəsində də Anarın onun pulunu qazancı ilə birlikdə geri qaytardığını demişdir. O da Əsgərin sözündən sonra Anara inanmış, bir neçə ay- dekabr, yanvar və fevral aylarında bir neçə dəfə Anarla görüşmüş, lakin işin alınmadığını gördükdə, artıq Anarın yalan danışdığını anlamış və ondan şikayət etmək istəmişdir. Əsgər Anarın pulu geri qaytaracağını deyib, şikayət etməməyi xahiş etmiş, daha sonra başqa şəxslərin Anardan bir neçə yerə şikayətlə müraciət olunduğunu, lakin zərərçəkmiş şəxslərin heç bir nəticə əldə edə bilmədiyini öyrənmiş, bundan sonra o, özü şikayət ərizəsi ilə müraciət etmiş, bundan sonra Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmışdır. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Anarın özü ilə dəfələrlə görəcəyi işlərlə bağlı söhbətləri olmuş, Anara pulu verməmişdən öncə Anar direktor olması ilə əlaqədar ona müxtəlif sənədlər təqdim etmiş, “Bahar Energy” ilə əlaqədar olan invoysları təqdim etmiş və birlikdə anbara baxış keçirmiş, anbarda hansı məhsulların olduğunu müəyyən etmişlər. Anar onların pulunu geri ödəyə bilmədikdə, Əsgərin vasitəsilə ona müəyyən evlər təklif edərək, həmin evləri zərərin qarşılığında qəbul etməyini istəmiş, lakin o, mənzillərin "xxxx" MTK-ya aid olduğunu öyrənmiş və bu təklifi qəbul etməmişdir. Çünki həmin MTK-nın özü ilə bağlı kifayət qədər şikayətlər olduğundan, həmin MTK-nın bir mənzili bir neçə nəfərə satmaları barədə məlumatı olmuşdur. Anar Əsgərə özünün problemləri olduğunu, pulları öz şəxsi ehtiyacları üçün xərclədiyini demişdir. Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs pulu bir dəfəyə vermiş, Anar 2021-ci ilin noyabr ayının sonları pulunu qaytaracağını vəd etmişdir. O, Anara pulu iş görməsi adı ilə vermişdir. Ona dəymiş 26.000 (iyirmi altı min) ABŞ dolları ziyan ödənilməmiş, o, dəymiş ziyanın tam şəkildə ödənilməsinitələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, o, təxminən 18 ilə yaxındır ki, Təqsirləndirilən şəxs tanıyır, Belə ki, o, Təqsirləndirilən şəxsla birlikdə sığorta şirkətində işləmiş və yaxşı münasibətləri olmuşdur. Təxminən 3 ilə yaxındır ki, Təqsirləndirilən şəxs "xxxx" şirkətinin direktorudur. Anar dəfələrlə ona əlaqələrinin geniş olduğunu, “Bahar Energy” şirkətinin lahiyələri ilə işlədiyini, həmin şirkəti mallarla təchiz edərək həmin malları aldığından baha qiymətə satmaqla qazanc əldə etdiyini bildirmişdi. Təxminən 2021-ci ilin noyabr ayının əvvələrində Anar onunla görüşüb söhbət edən zaman onunla birgə iş qurub pul qazanmasını təklif etmiş və bildirmişdir ki, sifarişləri həddindən artıq çoxdur, onun yetərincə maliyyə vəsaiti yoxdur ki, sifarişləri yerinə yetirsin. O da hazırda pulunun olmadığını, bu səbəbdən onunla iş görə bilməyəcəyini demişdir. Bu söhbətdən sonra Anar mütəmadi olaraq onunla telefon əlaqəsi saxlayaraq onunla iş görməyi israrla təklif etmiş, bir neçə gün ərzində onu birlikdə iş görməyə məcbur etmişdir. Anar ona hazırda 57000 ABŞ dolları dəyərində sifarişi olduğunu, əgər həmin sifarişi yerinə yetirsə yaxşı gəlir əldə etməyin mümkün olduğunu demişdir. O, Anarla razılaşmış və xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində “Görüş” restoranında onunla görüşmüş və ondan əl yazma alaraq 49000 ABŞ dolları vermişdir. Təxminən bir həftə sonra Anar ona əlavə yenə də pul lazım olduğunu bildirmiş və o, Anarla xx.xx.2021-ci il tarixdə yenə də Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən “Görüş” restoranında görüşüb ona 8000 ABŞ dolları pul vermişdir. Bundan sonra Anar ona bir neçə dəfə zəng vurub əlavə pul lazım olduğunu demiş, o da artıq Anardan əvvəl verdiyi pulları qaytarmasını tələb etmişdir. Anar ona verdiyi pulları sifarişləri yerinə yetirdikdən sonra, yəni 2021-ci ilin dekabr ayında qaytaracağını demişdir. Anar ona söz verdiyi vaxtda pulunu qaytarmadığı üçün, ondan iş yerini göstərməsini tələb etmişdir. Anar da onu Ağ şəhərdə yerləşən ofisinə aparmış və ona öz iş yerini göstərmişdir. Həmin vaxt Anar ona bir neçə sifarişlərin yerinə yetirildiyini bildirmişdir. Anar hər dəfə müxtəlif bəhanələr gətirərək pullarını geri qaytaracağını bildirsə də, heç bir məbləğ qaytarmamış, o da məcbur olub onun barəsində şikayət ərizəsi ilə polis orqanlarına şikayət etmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs6 bildirmişdir ki, Təqsirləndirilən şəxs müəyyən sənədlər göstərərək iş birliyi ilə əlaqədar ondan pul almışdır. O, verdiyi pulların qarşılığında ona 8.000 (səkkiz min) ABŞ dollar geri qaytarıb, onu da gəlir adı ilə vermişdir. Verdiyi həmin 8.000 (səkkiz min) ABŞ dollarını isə yenidən ondan geri alaraq yeni sifarişlərin olduğunu bildirmişdir. Anara pulu hissə-hissə olmaqla iki dəfəyə vermiş, əvvəlcə 49.000 (qırx doqquz min) ABŞ dolları, daha sonra isə 8.000 (səkkiz min) ABŞ dolları vermişdir. Verdiyi pulu faizi almaq məqsədi ilə verməmiş, iş görüb, qoyulan məbləğdən gəlir əldə etmək məqsədi ilə vermişdir. Zərərçəkmiş şəxs6 həmçinin bildirmişdir ki, ona dəymiş ziyanın ümumi məbləği 57.000 (əlli yeddi min) ABŞ dolları təşkil edir. Ona dəymiş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş zərərin ödənilməsini tələb edir. Məhkəmə iclasında zərər zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, o, təxminən 6-7 ilə yaxındır ki, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxsla yaxşı münasibəti olmuş, belə ki, o, İTİ kamera işləri görür, Anar Əhmdov ona bir neçə dəfə öz işinə uyğun işlər göndərib və həmin işin müqabilində ödəməli olduğu pulu ona vaxtı-vaxtında ödəmişdir. O, Təqsirləndirilən şəxs briqadir kimi tanımış, belə ki, Təqsirləndirilən şəxs iş götürmüş və həmin işlərin icrası ilə məşğul olmuşdur. Sonuncu dəfə 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona əgər əlavə qazanc əldə etmək istəyirsə ona qoşulmağı təklif etmişdir. Belə ki, o, təchizatla məşğul olduğunu, xarici ölkələrdən mallar gətirib, burada baha qiymətə satdığını, həmin malları almaq üçün də pula ehtiyacının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əldə olunacaq gəlirdən ona da pul verəcəyini söz vermişdir. O, Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıdığı üçün ona etibar etmiş, təxminən 5-6 ay müddət ərzində Təqsirləndirilən şəxs istədiyi pulu ona vermişdir. Təqsirləndirilən şəxs pulunu ona geri qaytardığında 100 (yüz) manat artıq məbləğ qaytararaq əlavə gəlirinin 100 (yüz) manat olduğunu bildirmişdir. Hər dəfəsində fərqli əlavə qazanclarla pulları geri qaytarmış, bu qazanclar 50,100, 200 manat olaraq dəyişmişdir. Sonuncu dəfə pulu verdikdən sonra Anar ona bildirmişdir ki, işləri dayanıb və pulunu geri qaytara bilmir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs5 bildirmişdir ki, Anar ev və ya iş yerləri götürərək ona da həmin yerlərə təhlükəsizlik kameralarını quraşdırmaq işini vermiş, o, Təqsirləndirilən şəxs tam dəqiq hansı işlə məşğul olduğunu bilməmişdir. Bildiyinə görə Anar xarici ölkələrdən hansısa avadanlıqlar gətirmişdir. O, işin tam dəqiq nə olduğunu bilməmiş, sadəcə ona pul vermişdir. O, Anarı təxminən 6-7 ildir ki tanıdığı üçün, ona inanmış, 14.450 (on dörd min dörd yüz əlli) manat puldan ona 500 (beş yüz) manat qaytarmışdır. Ona dəymiş ziyandan 500 (beş yüz) manat ödənilmişdir. Fariz adlı şəxsi görmüş, lakin tanımır. Farizi Anarın işçisi kimi tanımışdır. Zərərçəkmiş şəxs5 həmçinin bildirmişdir ki, hal-hazırda ona dəymiş ziyandan qalıq borc 13.950 (on üç min doqquz yüz əlli) manat təşkil edir. O, ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərər zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs 2019-cu ildən işlədiyi sığorta şirkətindən tanıyır. Birlikdə işlədikləri zaman Təqsirləndirilən şəxsla münasibətləri yaranmışdır. Daha sonra ilk dəfə Təqsirləndirilən şəxs ona tikinti-təchizat işi gördüyünü, ona işlərinin görülməsi üçün pul vəsaiti lazım olduğunu demiş, o da bununla əlaqədar Təqsirləndirilən şəxs pul vermişdir. Təqsirləndirilən şəxs müəyyən malları sifariş edib pul qazanmalı, bunun qarşılığında ona da pul verməli olmuşdur. Anar verdiyi həmin pulu ona geri qaytarmış, lakin sonradan Təqsirləndirilən şəxs ona verdiyi pulları geri qaytarmamağa başlamış, buna görə də o, Təqsirləndirilən şəxs şikayətçi olmuşdur. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs3 bildirmişdir ki, Anarla 2019-cu ildə işlədiyi sığorta şirkətində tanış olmuş, Təqsirləndirilən şəxs sığorta şirkətində filial müdiri olmuş, o da Təqsirləndirilən şəxs yanında işçi olmuşdur. Təqsirləndirilən şəxs daha sonra başqa sığorta şirkətinə keçdikdə, həmin şirkətin nümayəndəliyi ona verildiyi üçün Təqsirləndirilən şəxsla münasibətləri davam etmişdir. İlk dəfə Təqsirləndirilən şəxsla Nərimanov rayonu ərazisində görüşdüyü zaman Anar ona 1.500 (min beş yüz) manat pul lazım olduğunu demiş, pulu nəyə görə istədiyini deməmişdir. Anar 1.500 (min beş yüz) manat pulu ona geri qaytardıqdan sonra, külli miqdarda pul lazım olduğunu bildirmişdir. Anar ona “Socar” şirkətinin rəhbəri olduğunu, tikinti təchizat işləri gördüyünü, bununla əlaqədar maddi vəsait lazım olduğunu bildirmişdir. Anar ona birlikdə iş görməyi təklif etmiş və həmin işdən onda da qazanc verəcəyini, özünün də, onun da pul qazanacağını demişdir. Anar onun verəcəyi pulla mal alıbsatacağını, bununla da həm özü qazanıb, həm də ona pul qazandıracağını bildirmişdir. Anar malı xaricdən alacağını bildirməmiş, yerli mal alacağını demişdir. Anar ona verəcəyi vəsaitdən asılı olaraq, onun gəlirinin 15% təşkil edəcəyini bildirmişdir. O, Anarın özünün nə qədər qazanacağını bilməmişdir. İlk dəfə iş görmək məqsədi ilə Nərimanov rayonunda Təqsirləndirilən şəxs 10.000 (on min) manat pul vermişdir. Anar həmin 10.000 (on min) manat pulu geri qaytarmış, daha sonra iş məqsədi ilə dəfələrlə ondan pul almağa başlamışdır. Anar ilk dəfə 1.500 (min beş yüz) manat almış, həmin pulu geri qaytarmış, daha sonra 10.000 (on min) manat pul almış, həmin pulu da geri qaytarmış, daha sonra 5.000 (beş min) olmaqla iki dəfəyə, ümumilikdə 10.000 (on min) pul almış, lakin həmin pulu geri qaytarmamışdır. 2019-cu ilin dekabr ayında Təqsirləndirilən şəxs ondan 10.000 (on min) ABŞ dolları götürmüş, ilk öncə 2020-ci ilin dekabr ayında geri qaytaracağını, daha sonra 2021-ci ilin dekabr ayında ona külli miqdarda pul verəcəyini, pulların hamısı yığıldıqdan sonra cəm formada hamısını birlikdə verəcəyini demiş, həmin vaxt çatdıqda, o, Anardan pulunu soruşduqda, Anar yanvar ayında qaytaracağını demiş, lakin yanvar ayında da qaytarmamışdır. Daha sonra 7.650 (yeddi min altı yüz əlli) ABŞ dolları məbləğində pulu “İnqilab” küçəsində Təqsirləndirilən şəxs vermişdir. İki ay əvvəl ondan aldığı pulu geri qaytarmadan o, Təqsirləndirilən şəxs 7.650 (yeddi min altı yüz əlli) ABŞ dolları vermiş, həmin pulu 3-4 ay ərzində qazancı ilə birlikdə ona geri qaytaracağını, həmin pulun hazırda dövriyyədə olduğunu demişdir. Daha sonra Təqsirləndirilən şəxs maşınının krediti olduğu üçün, həmin krediti bağlamaq üçün ondan 5.000 (beş min) manat pul istəmiş, maşınının kreditini bağlamaq üçün də Təqsirləndirilən şəxs pul vermiş, Anar pulu iki aydan sonra geri qaytaracağını demişdir. Ümumilikdə Təqsirləndirilən şəxs ona 31.250 (otuz bir min iki yüz əlli) ABŞ dolları pul borcludur. Sonuncu dəfə verdiyi pulun tarixini uzun müddət keçdiyi üçün dəqiq xatırlamır, lakin İnqilab küçəsində “EGE HOSPİTAL”-ın həyətində 7.650 (yeddi min altı yüz əlli) ABŞ dolları vermişdir. Bəxtiyar adlı tanışı ondan nə iş gördüyünü soruşmuş, o da Bəxtiyarı Təqsirləndirilən şəxs yönləndirmişdir. Bəxtiyar ona kömək etmək məqsədi ilə yaxınlaşmamış, sadəcə ondan nə iş gördüyünü soruşmuşdur. Bəxtiyar atasının tanışıdır, onunla tez-tez görüşür, demək olar ki, hər gün görüşür. Bəxtiyar Təqsirləndirilən şəxs tanımamış, onları o tanış etmişdir. Bəxtiyara Təqsirləndirilən şəxs “Socar” şirkətinin rəhbəri olduğunu və etibarlı bir şəxs olduğunu demişdir. 2020-ci ilin təxminən dekabr ayında Bəxtiyardan pulu götürmüş, aparıb Təqsirləndirilən şəxs vermişdir. Bəxtiyarla Təqsirləndirilən şəxs pul verilənə qədər görüşməmiş, pul verildikdən sonra görüşmüşlər. Təqsirləndirilən şəxs Bəxtiyara ondan aldığı pulun qazancı kimi hər ay 1.500 (min beş yüz) manat pul vermiş, Bəxtiyar ona verdiyi pulun Təqsirləndirilən şəxs çatdığı barədə məlumatlı olmuşdur. O, Bəxtiyarla Anarı görüşdürüb söhbət etdirmiş və Bəxtiyara Anarın adından söz verməmişdir. Anarla Bəxtiyarı dəfələrlə görüşdürmüş, Bəxtiyar özü də onun həmin pulu Anara verdiyini bilmişdir. Xatırladığı qədəri ilə 2021-ci il tarixdə Bəxtiyar Təqsirləndirilən şəxs 60.000 (altmış min) ABŞ dolları pul vermişdir. Onun öz şəxsi pulu qaytarılmamış, lakin Bəxtiyarın pulu qaytarılmışdır. Anar onun pulunun dövriyyədə olduğunu demiş, guya pulunun üzərinə qazanc kimi verəcəyi məbləği əlavə etdiyini, lakin ona vermədən, pulu cəm formada geri qaytaracağını bildirmişdir. Şahid1 onun xalası oğludur, 2019-cu ilin dekabr ayının 27-də Vüsal da ondan nə işlə məşğul olduğunu soruşmuş, eyni ilə Vüsala da nə iş olduğunu izah etmişdir. O, həmin zaman sığorta şirkətində işləmiş, Təqsirləndirilən şəxs aylıq və həftəlik olaraq ona pul vermişdir. Anar ona aylıq olaraq ona verdiyi məbləğin 15-20%-i məbləğində pul vermişdir. Vüsalla Təqsirləndirilən şəxs görüşdürmüş, lakin ilk dəfə pul verilən zaman Təqsirləndirilən şəxsla görüşməmişdir. Vüsal ilk dəfə Təqsirləndirilən şəxs 10.000 (on min) ABŞ dolları pul vermişdir. Vüsal özü market işlətmiş, marketi icarəyə götürərək işlətmişdir. Vüsal Təqsirləndirilən şəxs pulu ona inanaraq vermis, bir il ərzində Vüsalın veriyi pula münasib olaraq hər bir məbləğə görə 15% məbləğində pul almışdır. Vüsal ümumilikdə 36.000 (otuz altı min) manat pul vermiş, 108.000 (yüz səkkiz min) manat pul götürmüşdür. Bəxtiyardan götürülən 10.000 (on min) manat pulun qazancı kimi 1.500 (min beş yüz) manat pul Bəxtiyara ödənilmişdir. Sonradan yenidən əlavə olaraq pul lazım olduğu üçün Bəxtiyar 60.000 (altmış min) ABŞ dolları pul vermişdir. O, heç kimə Anarla birlikdə iş birliyinin olması barədə heç nə deməmişdir. O, pulların hamısının Anara verilməsi barədə pul verən şəxslərə məlumat vermişdir. Anarın dediyi sözlərdən kənar heç kimə heç bir söz deməmişdir. Bəxtiyarla Anarı dəfələrlə görüşdürmüşdür. Bəxtiyar özü onun pulunu Anara verdiyini bilmişdir. Bəxtiyar 60.000 (altmış min) ABŞ dollarını təxminən xatırladığı qədəri ilə 2021-ci ildə vermişdir. Onun verdiyi pul qaytarılmamış, Bəxtiyarın verdiyi pul hər ay Anar tərəfindən qaytarılmışdır. Daha sonra Anarı Vüsal ilə əlaqələndirmiş, Vüsal ondan hansı işin görüldüyünü soruşduqda, Anarın “Socar” şirkətinə, “Bahar Energy” şirkətlərinə mallar satdığı barədə məlumat vermişdir. Yəni, Anar ona necə deyibsə, o da Vüsala eyni qaydada izah etmişdir. Zərərçəkmiş şəxs3 sonrakı məhkəmə iclaslarında təkrarən dindirilmiş və Zərərçəkmiş şəxs3 verilən suallara cavab olaraq bildirmişdir ki, o, Bəxtiyara heç vaxt tikinti materialları işi ilə məşğul olduğunu deməmiş, iş gördükləri gündən Bəxtiyar Anarı tanımış və işin necə və kim tərəfindən görüldüyünü tam ətraflı bilmişdir. O, ilk gündən Bəxtiyara Anarın “Socar” şirkətinin rəhbəri olduğunu, “Socar”ın bəzi şirkətlərində texniki təchizat işinə baxdığını, daxili bazardan mal alıb “Bahar Energy” şirkətinə mal verdiyini, oradan əldə olunan qazancdan da onlara düşən payı verdiyini demiş, ilk gündən Bəxtiyara belə məlumat vermişdir. Bəxtiyar özü ondan aldığı pulların hamısını aparıb Anara verdiyini bilmişdir. İlk dəfə Bəxtiyarla Anarın görüşdüyü tarixi dəqiq xatırlamır. İşin ilk mərhələsindən Bəxtiyar ondan aldığı pulu Anara verdiyini bilmişdir. Xatırladığı qədəri ilə pul alınandan 1-2 ay sonra Bəxtiyarla Anar görüşmüşdür. Bəxtiyarın verdiyi pulların qarşılığında aylıq ona 15% pul verilmişdir. O, Anarın özünə dəfələrlə demişdir ki, əgər bu pulun faiz ona sərf etmirsə, pulu götürməsin. O, Bəxtiyardan aldığı pulların hamısını Anara vermişdir. Ümumilikdə Bəxtiyara verilməli olan məbləğ 39.000 (otuz doqquz min) və ya 41.000 (qırx bir min) ABŞ dolları təşkil etmişdir. O, 11 ay Bəxtiyara 15 faizdən pul vermiş, birinci dəfə 10.000 ABŞ dolları pul vermişdir. Bəxtiyardan ümumilikdə 80.000 (səksən min) manat pul almış, həmin pulları Anara vermiş, Bəxtiyar özü də bunu bilmişdir. O, aldığı pulları Anara verdiyini Bəxtiyara demişdir. İlk dəfə Anara 1500 ABŞ dolları pul vermiş, Bəxtiyardan 2 dəfə 10.000 ABŞ dolları, 1 dəfə 60.000 ABŞ dolları, daha sonra da 4.000 manat pul alıb Anara vermişdir. 60.000 ABŞ dollarını Anara hissə-hissə vermişdir. Onun qeydləri var. O, Anara 02 may 2021-ci il tarixdə 5.000 ABŞ dolları, 31 iyun 2021-ci il tarixdə 27.000 ABŞ dolları və 20.000 ABŞ dolları, 29 iyun 2021-ci il tarixdə 10.000 ABŞ dolları, 02 iyul 2021-ci il tarixdə 20.000 ABŞ dolları pul vermiş, hər ay Anardan nə qədər aldığını, nə qədər verdiyini “whatsapp” yazışmalarında da var. Onda olan qeyd kitabçası Anarın ona olan borcunu sübuta yetirir. Anar ondan aldığı pulu 2022-ci il tarixində verəcəyini dediyi üçün, o, pulunu geri tələb etmədən, başqa şəxslərdən aldığı pulları Anara vermişdir. Zərərçəkmiş şəxs3 ona dəymiş zərərin ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona dəymiş zərərin ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərər zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, Anarı son bir il ərzində Zərərçəkmiş şəxs3 vasitəsi ilə tanımış, o, Anara pul verməmiş, nə də Anardan pul almamışdır. Ona Fariz yaxınlaşıb uşağının xəstə olduğunu, belə bir işlə məşğul olduğunu, əldə etdiyi gəlirdən ona da 10-15 faiz pul verə biləcəyini demişdir. O da Farizə faiz almaq məsələsinin ona yaraşmadığını bildirmiş, Fariz ona izah edərək bunun faiz olmadığını, özünün əldə etdiyi gəlirdən ona pul verəcəyini demişdir. O da Farizə inanmış və 2021-ci ilin dekabr ayında 10.000 ABŞ dolları pul vermişdir. Bir müddət sonra Fariz ona həmin məbləğ üçün 1500 ABŞ dolları qaytarmış, daha sonra isə yanvar ayının ortalarında 10.000 ABŞ dolları almışdır. O, Anarı tanımamış, bütün pulları Farizə vermişdir. Ona ümumilikdə 80.200 ABŞ dolları və 4.000 manat ziyan dəymiş, o, həmin pulları şəxsən əlbəəl Farizə vermiş, həmin pulun 20.000 ABŞ dollarını bankdan borc götürmüşdür. Ona hər ay verilən məbləğdən də bankın ödənişini etmişdir. Ordan da qalan pulu uşağın müalicəsinə xərcləmişdir. Hətta bir dəfə Fariz ondan 2000 manat borc pul götürmüş, bir həftədən sonra qaytarmışdır. O, pulu qaytarandan sonra Anarla təsadüfən Nərimanov rayonu ərazisidə rastlaşmış, Anar ona pulu 6400 faizi ilə birlikdə Farizə verdiyini demişdir. O, pulun ona çatmadığını demişdir. Ondan sonra Farizin atasının yanına getmiş, oğlunun onu aldatdığını demiş, daha sonra Farizin özü ilə danışmış, 6400 manat pulun ona çatmalı olduğunu, hansı səbəbə gizlətdiyini soruşmuşdur. O, faiz olduğuna görə həmin pulu götürməyəcəyini demişdir. Oktyabr ayına qədər pul yığılmış, 80.200 ABŞ dolları və 4000 manat borc əmələ gəlmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Farizin atası ilə əvvəllər yaxşı münasibəti olmuş, Farizlə əsgərlikdən qayıtdıqdan sonra tanış olmuşdur. Fariz əvvəl sığortada işləmiş, daha sonra isə tikinti materialları işinə baxdığını, neft təchizatında avadanlıqların alqı-satqısı ilə məşğul olduğunu demişdir. Fariz ona özünün həmin işlə məşğul olduğunu demişdir. Fariz ona əlavə material sifariş etmək üçün pul lazım olduğunu demiş, yalnız orada Anarın adını çəkmişdir. Anarın adını çəkəndən sonra ondan 40.000-50.000 ABŞ dolları pul almışdır. Fariz ona Anarla birlikdə iş gördüyünü, 10.000 ABŞ dolları müqabilində 1000-1500 manat pul verəcəyini demişdir. O, Farizə 2020-ci ilin dekabr ayında 10.000 ABŞ dolları vermiş, 10.000 ABŞ dollarının müqabilində ona 1500 manat faiz verilmişdir. Daha sonra yenə 10.000 ABŞ dolları vermiş, 20.000 ABŞ dollarının qarşılığında 6-7 ay ərzində ona 3000 manat pul verilmişdir. Anar Farizlə birlikdə təxminən sentyabr-oktyabr aylarında onun yanına pul istəməyə gəlmiş, o, Anarı ilk dəfə 2021-ci ilin mart ayında görmüşdür. Fariz ona əlavə pul lazım olduğunu demiş, Anar da həmin vaxt Farizlə birlikdə gəlmişdir. O, Farizə pul tapa bilməyəcəyini demişdir. O, Farizə 60.000 ABŞ dolları və 4.000 manat pul vermiş, sonradan həmin pulların faizi verilməmişdir. O, Farizdən pulları tələb etdikdə, Fariz pulları Anara verdiyini demişdir. Onun Anarla pul barədə söhbəti olmamışdır. Fariz ondan pul istəyəndə o, Farizə Anarı tanımadığını, pulu ona verdiyini bildirmiş, Fariz də Anarın etibarlı adam olduğunu, birlikdə sığortada işlədiklərini demişdir. O, Farizlə danışan zaman Anar kənarda gözləmişdir. O, Farizdən pulları istəyən zaman, Fariz pulları Anara verdiyini demişdir. Ona ümumilikdə 80.200 ABŞ dolları və 4.000 manat ziyan dəymiş, o, pulunu Farizdən tələb edir, ondan pullarını geri qaytarmasını tələb edir. Fariz onu aldadaraq ona bu işlə məşğul olduğunu demiş, lakin o, sonradan öyrənmişdir ki, Fariz əslində ondan aldığı pullardan faiz əldə etmişdir. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, o, pulları Farizə vermiş, Fariz ona təchizat işinə baxdığını demiş, pulları Anara verdiyini ona bildirməmişdir. Fariz ona öz gəlirindən 15 % verdiyini demişdir. Onun Anarla pul haqqhesabı olmamış, o, pulları Farizə vermişdir. Pulların qaytarılması ilə bağlı problem yarandıqdan sonra Fariz pulların “Bahar Energy”-ə yatırıldığını demişdir. O, bu söhbətlərin hamısını Zərərçəkmiş şəxs3 ilə etmişdir. Anardan heç bir tələbi yoxdur, o, Anara pul verməmişdir. O, heç vaxt Anardan şikayət etməmiş, pulu Farizə vermiş, ondan da tələb etmişdir. O, polis idarəsində Fariz barəsində şikayət etmişdir. O, Anarla 5 dəfə görüşmüş, ilk dəfə Fariz Anarı ona dostu kimi təqdim etmiş, Anarı iş gördüyü şəxs kimi təqdim etməmiş və iş barədə heç nə danışılmamışdır. Onun pullar geri qaytarılmadıqdan sonra Farizin pulu Anara verdiyini öyrənmişdir. Onun bu barədə 6-7 ay sonra məlumatı olmuşdur. Anar ona Farizdən nə pul alıbsa hamısını geri qaytardığını demişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 30 ilə yaxındır tanıyır. Belə ki, Anarın qardaşı Vüqar onunla bir sinifdə oxumuş və dost olmuşlar. Təxminən 2020-ci ilin qış aylarında söhbət əsnasında Təqsirləndirilən şəxs ona bildirmişdir ki, "xxxx" şirkətini təsis edib, həmin şirkət təchizat işləri ilə məşğul olur, neft şirkətlərinə mallar satır və yüksək məbləğdə pullar əldə edir. Çoxlu sayda sifarişləri olur, lakin əlində yetərincə pulu yoxdur ki, bütün sifarişləri yerinə yetirib yüksək gəlir əldə etsin. Anar ona təklif etmişdir ki, o, Anarın işinə pul yatırsın ki, sifarişləri yerinə yetirib pul qazanıb əldə olunacaq gəlirin 10-12 faizini ona versin. Bir neçə dəfə Anar istifadəsində olan telefona «Whatsapp»a neft təchizatına aid avadanlıqların şəkillərini göndərib demişdir ki, həmin malı almaq lazımdır, istəyən var, alıb-satsa yaxşı pul qazanacaq. Beləliklə, Anar ondan bir neçə dəfə borca 5000, 3000 manat pul alıb vəd etdiyi vaxtlar da pulu qaytardığı üçün ona inanmış və 2021-ci ilin mart ayında Anar ondan mal almaq üçün 17000 manat pul istədikdə, həmin məbləğdə pulu Anara vermişdir. Təxminən bir neçə gün sonra Anar ona zəng edərək çoxlu sayda sifarişlər daxil olduğunu nə qədər varsa ona pul tapıb verməsini istəyərək bir həftə ərzində qaytaracağını vəd etmişdir. Bundan bir həftə sonra o, özünün yaşadığı evin qarşısında Anara 20000 ABŞ dolları pul vermişdir. 2021-ci ilin aprel ayında Anar ona 1700 manat və 2000 ABŞ dolları qaytarıb həmin pulların əldə etdiyi gəlirdən onun payı olduğunu demişdir. Bununla da o, Anarın işlərinin yaxşı getdiyini görüb Anara 2021-ci ilin aprel ayında yaşadığı evin qarşısında əlavə 20000 manat vermişdir. 1 ay sonra Anar ona verdiyi pulların əsas məbləğini özündə saxlamaqla payına düşən gəlir hissəsini vermiş və əlavə olaraq ondan 10000 ABŞ dolları almışdır. Bir neçə gün sonra Anar ondan daha əlavə pul istədikdə o, Anara 17000 manat pulu Bakı şəhərində yaşadığı evin yaxınlğında vermişdir. 2021-ci ilin iyun ayında Anar onun payına düşən xeyrin bir hissəsini verib, yenə də əlavə olaraq 10000 ABŞ dolları almışdır. Bundan başqa, Anarın yaşadığı məhəllədə ona 3000 manat vermişdir. 2021-ci ilin iyul ayında Anara əlavə olaraq yaşadığı evin qarşısında 1000 manat vermiş, əlavə yenə də pul lazım olduğunu dedikdə isə növbəti dəfə Anara Şüvəlan qəsəbəsində dəniz qırağında 58900 ABŞ dolları pul vermişdir. Anar hər dəfə onun payına düşən xeyrin bir hissəsini verib aldığı pulların hamısının mallara sərf etdiyini və tezliklə gəlirləri böləcəklərini vəd etmişdir. Bunlardan başqa, Anara 2021-ci ilin avqust ayında 11000 manat, sentyabr ayında 5000 manat, oktyabr ayında 5000 ABŞ dolları, noyabr ayında 8000 ABŞ dolları vermişdir. Anar ona hissə-hissə gəlir-qazanc payları verib əsas məbləği gələcəkdə malların alınması üçün özündə saxlamışdır. Sonuncu dəfə 2022-ci ilin mart ayında Anarın yaşadığı evin qarşısında Anara 5150 manat pul vermişdir. Sonuncu dəfə həmin pulu verdikdən sonra Anar ona nə xeyirdən, nə də əsas məbləğdən pul qaytarmadığı üçün ondan pulunu tələb etməyə başlamış. Anar isə 500 manat pulu ona sonuncu dəfə 2022-ci ilin iyun ayında vermişdir. O, Anardan pulları hara xərclədiyini soruşduqda, Anar bildirmişdir ki, işlərini Şahid2lə və Elin Əliyevlə görür və pulları Elin qaytaracaqdır. Anar ona pulların əvəzində bir neçə ədəd «London» taksiləri təklif etmişdir. Bir neçə dəfə Anardan tələb etmişdir ki, onu Elin və Rövşənlə görüşdürsün, lakin o, müxtəlif bəhanələr gətirərək onu həmin şəxlərlə görüşdürəmişdir. Hal-hazıradək Anar onun 251980 manat pulunu dələzuqluq yolu ilə ələ keçirmişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə yazılı ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Anarla onun tanışlığı Fariz vasitəsilə olmuş, Fariz onun qohumudur. Anarla tanış olmamışdan əvvəl Fariz ona yaxınlaşıb ondan borc pul istəmiş, o da Farizə ticarətlə məşğul olduğunu, onun özünə də pul lazım olduğunu demişdir. Fariz sonra ona yaxınlaşaraq iş qurduğunu demiş, ona köməklik etməsini xahiş etmiş və birlikdə pul qazanmağı təklif etmişdir. O da Farizdən nə iş qurduğunu soruşmuş, Fariz ona bəzi neft şirkətlərini malla təmin edəcəklərini, bunun qarşılığında da qazanc əldə edib bir qismini ona verəcəyini demişdir. O da Farizə elə çox pulunun olmadığını, az miqdarda pul verə biləcəyini demişdir. Onlar razılaşmış, o, Farizə müəyyən məbləğlərdə pul vermiş, Fariz də qarşılığında onun verdiyi pulları artıqlaması ilə geri qaytarmışdır. Beləliklə, Fariz onun eitbarını qazanmışdır. Bir dəfə Anar onun evinə “Porsche” markalı maşınla gəlmiş, Fariz ona Anarın çox imkanlı şəxs olduğunu demişdir. Fariz ondan 26.000 ABŞ dolları pul almış, sonra Anar ona zəng vuraraq ona daha 10.000 dollar pul lazım olduğunu demişdir. O da Anara Fariz pulu verməyə razılıq verdikdən sonra, ona pul verə biləcəyini demişdir. Fariz də ona zəng edib pulu Anara verməsini demiş, o da bundan sonra pulu Anara vermişdir. Daha sonra məlum olmuşdur ki, Anar Farizə ona verilmiş pullara görə 25 faiz məbləğində pul verirmiş. Fariz həmin pulun müəyyən qismini ona vermiş, daha çox qismini isə özünə götürmüşdür. Fariz həmin dövrdə “Toyota prius” markalı maşın sürmüş, sonra “BMW” markalı maşın almış, kirayə qaldığı evi 100.000 manata almış, sonra “Gənclər Şəhərciyi”ndə daha bir ev almış, yoldaşına da maşın almışdır. Beləliklə, Fariz həyatını dəyişmişdir. O, verdiyi pulun bir qismini yeznəsindən borc olaraq götürmüş, verdiyi pullar ona geri qayıtmadığına görə məcbur olub maşınlarından birini satmış və borcunu ödəmişdir. Ona 36.000 dollar ziyan dəymiş, Fariz ona 2.400 ABŞ dolları bir dəfə, 1500 ABŞ dolları da bir dəfə vermişdir. Ona hal-hazırda 22.050 ABŞ dolları ödənilməmiş ziyan var. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Fariz ona Anar adlı şəxslə neft şirkətinin mal təchizatı işi ilə məşğul olduqlarını demişdir. Fariz onun xalası oğludur, o, əvvəllər taksi sürücüsü fəaliyyəti ilə məşğul olmuş, daha sonra sığorta işi ilə məşğul olmuşdur. Fariz pulu alana qədər onunla əlaqə saxlamamışdır. Fariz ona Anarla şərikli iş gördüyünü, Anarla yaxın dost olduğunu demişdir. Fariz götürdüyü pullardan 25 faiz gəlir əldə etmişdir. Fariz ona verdiyi pulları faizi ilə geri qaytaracağını demişdir. 2020-ci ilin oktyabr ayında o, Farizə 16.000 manat pul vermişdir. Fariz ona verdiyi pulun qarşılığında mal alacağını və onu daha yüksək qiymətə sataraq ona həftəlik və ya aylıq pul verəcəyini demişdir. O, Farizə 2-ci dəfə pul verənə qədər Fariz ona mütəmadi olaraq qazanc vermişdir. O, 2-ci dəfə Farizə nə vaxt pul verdiyini xatırlamır. O, 2020-ci ilin oktyabr ayında Anarla Fariz vasitəsilə tanış olmuşdur. Anar ondan 2021-ci ilin avqust ayında 10.000 ABŞ dolları pul almış, 2021-ci ilin oktyabr ayından onun pulunu verməməyə başlamışdır. Onun Farizə verdiyi pulların hər birinin sənədi onda var. O, Farizə 16.000 manatı 2020-ci ilin oktyabr ayında vermişdir. Şahid eyni zamanda dəfələrlə məhkəməyə müraciət edərək ona 22.050 ABŞ dolları ziyan dəydiyini, həmin ziyanı digər Zərərçəkmiş şəxs3 tələb etdiyini bildirmiş, bununla bağlı Şahid1 onun epizodu üzrə Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürülmədiyi, məhkəmənin verilmiş ittihamdan kənara çıxmaq səlahiyyətinin olmadığını, bundan əlavə Azərbaycan Respublikası CPM-nin 318-ci maddəsinə əsasən cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılması ilə bağlı vəsatət verəmək hüququnun yalnız dövlət ittihamçısı və zərərçəkmiş şəxsə məxsus olması, ona ziyan dəyməsi ilə bağlı müvafiq orqanlara şikayət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Anarın atasını tanımış, Anarın atası rəhmətə gedəndən sonra onun Anarla münasibəti yaxşılaşmışdır. O, bağ evində də Anarla qonşu olmuş, Anar onun bağ evinin hasarını çəkdirmişdir. Şahid2 istintaq zamanı vermiş olduğu ifadəsi elan olunarkən müəyyən edilmişdir ki, o, ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs təxminən 5 ilə yaxındır ki, tanıyır, Anarın mərhum atası ilə yaxşı münasibətdə olub dostluq etmişlər. İlham rəhmətə gedəndən sonra Təqsirləndirilən şəxsla münasibəti yaxınlaşmış, belə ki, bir ağsaqqal kimi Anara köməklik etmək istəyərək Anar da Şağan qəsəbəsində yaşadığı üçün Anardan xahiş etmişdir ki, onun evində hansısa işləri gördürsün. Həmin vaxt Anar atasından qalma «1001 servis şirkəti»ni işlətmişdir. Təxminən 2022-ci ilin iyun ayında eşitmişdir ki, Təqsirləndirilən şəxs dələduzluq etdiyi üçün Xəzər rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs olunmuşdur. Təqsirləndirilən şəxsla onun və qardaşı Elin Əhmədovun iş birliyi olmamışdır. Tikintilə bağlı nəsə işlər olanda o, Anardan pul müqabilində həmin işləri görməsini xahiş etmişdir. Hətta Anar həmin vaxt ona məxsus olan, hazırda satdığı Şüvəlan qəsəbəsində yerləşən bağ evinin hasarını çəkdirmişdir. Onun və qardaşı X8 kimdən hansı işlərə görə pul almasından xəbəri yoxdur. Onlar Anarın pul aldığı şəxslərin heç birini tanımırlar. (cild 1, i/v:186-188) Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6 tərəfindən istintaqa təqdim edilmiş qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs əl yazısı ilə qeyd etmişdir ki, - “Mən Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 14 noyabr 2021-ci il tarixində 26.000 (iyirmi altı min) ABŞ dolları məbləğində pul vəsaitini xx.xx.2021-ci il tarixinə qaytarılma şərti ilə birgə iş fəaliyyətindən qazancla birgə 28666 (iyirmi səkkiz min altı yüz altmış altı) ABŞ dolları qaytarmalı idim, lakin yeni sifariş yarandığı üçün həmin məbləği xx.xx.2021-ci il tarixinə qaytarmağı və qazancla birgə yekun olan məbləğ 30000 (otuz min) ABŞ dolları təşkil edəcək. İmza. Təqsirləndirilən şəxs (pinkod xxxxxxx) xx.xx.2021” - “Mən Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixində birgə biznes fəaliyyəti üçün 26.000 (iyirmi altı min) ABŞ dolları məbləğində pul vəsaiti almışdım. xx.xx.2021-ci il tarixinə birgə biznesdən əldə etdiyim gəlirlə birlikdə Zərərçəkmiş şəxs1 28666 (iyirmi səkkiz min altı yüz altmış altı) ABŞ dolları qaytarmalı idim, lakin həmin dövrdə yeni sifarişlə əlaqədar mən qaytarılmalı olan məbləği yenidən dövriyyəyə buraxdım. Ona görə yeni sifarişdə olan qazancla birlikdə xx.xx.2021-ci il tarixində 30.000 (otuz min) ABŞ dolları Zərərçəkmiş şəxs1 qaytaracam. İmza. Təqsirləndirilən şəxs xx.xx.2021 (Pin: xxxxxxx)” - “Mən Təqsirləndirilən şəxs xx.xx.2021 tarixində X1 8000 (səkkiz min) ABŞ dolları məbləğində pulu birgə iş fəaliyyəti üçün götürdüm, həmin məbləği 8800 (səkkiz min səkkiz yüz) ABŞ dolları olmaq şərti ilə xx.xx.2021 tarixində qaytaracam. İmza. Təqsirləndirilən şəxs. xx.xx.2021 (Pin: xxxxxxx)” - “Mən Təqsirləndirilən şəxs X1 xx.xx.2021 tarixində birgə biznes fəaliyyəti üçün 49.000 (qırx doqquz min) ABŞ dolları məbləğində pul vəsaiti almışdım. xx.xx.2021 tarixində birgə biznes fəaliyyətindən qazancla birgə 53.900 (əlli üç min doqquz yüz) ABŞ dolları qaytaracam. İmza. Təqsirləndirilən şəxs. xx.xx.2021 (Pin: xxxxxxx)” (cild İ, i/v:11-14) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Zərərçəkmiş şəxs4 tərəfindən təqdim olunmuş əl yazısında qeyd olunmuşdur: “Təqsirləndirilən şəxs ********** STOKAZ MMC (VÖEN) ********** Bakı şəhəri Xəzər rayon X7 ev 35 Şahid2 **********-əlaqə Elçin Əliyev ** LU ***- avtomobil 17000 AZN - Mart 2021 20000 $ - Mart 2021 + 20000 AZN - Aprel 2021 10000 $ - May 2021 17000 AZN - May 2021 10000 $ - İyun 2021 3000 AZN – İyun 2021 1000 AZN – iyul 2021 58900 $ -İyul 2021 11000 AZN - Avqust 2021 5000 AZN - Sentyabr 2021 5000 AZN - Oktyabr 2021 8000 $ - Noyabr 2021 - 5650 AZN-” (cild İ, i/v: 116) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs6 öz ifadəsində qeyd etdiklərini Təqsirləndirilən şəxs üzünə demiş, Təqsirləndirilən şəxs da biznes fəaliyyəti ilə məşğul olub qazanc verəcəyi adı Zərərçəkmiş şəxs6 57.000 ABŞ dolları məbləğində pul alıb ələ keçirdiyini etiraf etmişdir. (cild İ, i/v 54-57) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 öz ifadəsində qeyd etdiklərini Təqsirləndirilən şəxs üzünə demiş, Təqsirləndirilən şəxs da biznes fəaliyyəti ilə məşğul olub qazanc verəcəyi adı ilə Zərərçəkmiş şəxs1 26.000 ABŞ dolları məbləğində pul alıb ələ keçirdiyini etiraf etmişdir. (cild İ, i/v 58-61) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 öz ifadəsində qeyd etdiklərini Təqsirləndirilən şəxs üzünə demiş, Təqsirləndirilən şəxs da biznes fəaliyyəti ilə məşğul olub qazanc verəcəyi adı ilə zərərçəkmiş şəxsdən müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul aldığını, lakin həmin məbləğləri faizləri ilə birlikdə geri qaytardığını bildirmişdir. (cild İ, i/v 179-185) Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs3 tərəfindən təqdim olunmuş Zərərçəkmiş şəxs2 ilə WhatsApp ani mesajlaşma proqramı vasitəsi ilə aparılmış danışıqların çıxarışlarına baxış zamanı Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2lə müxtəlif məzmunlu danışıqların, həmçinin pul vəsaitlərinin alınması və verilməsinə dair yazışmaların aparılması müəyyən edilmişdir. (cild 2, i/v 21, 22-97) Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Resupblikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan "xxxx" MMC qanuni təmsilçi (VÖEN **********) Təqsirləndirilən şəxs adına xx.xx.2020-ci il tarixə dövlət qeydiyyatına alınmışdır. (cild İİ, i/v: 103) Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 pul borcunun olmadığını göstərərək həmin pulların hamısını Zərərçəkmiş şəxs3 qaytardığını bildirmiş, buna görə də həmin epizodlar üzrə özünü təqsirli bilməmişdir. Bundan başqa iş üzrə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, ona qarşı dələduzluq edən şəxsin Zərərçəkmiş şəxs3 olduğunu, dəymiş zərərin ödənilməsini Zərərçəkmiş şəxs3 tələb etdiyini bildirmiş, bundan əlavə Zərərçəkmiş şəxs2 məhkəməyə vəsatətlə müraciət edərək, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında istinad olunan cinayət əməlini törətmələri ilə bağlı məsələnin araşdırılması məqsədi ilə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Bundan başqa, cinayət işi üzrə Şahid1, dəfələrlə məhkəməyə və müxtəlif hüquqmühafizə orqanlarına müraciət edərək, hazırkı cinayət işi üzrə şahid deyil, zərərçəkmiş şəxs olduğunu, lakin iş üzrə təqsirləndirilən şəxsdən deyil, digər Zərərçəkmiş şəxs3 şikayətçi olduğunu bildirmiş və istinad olunan cinayət əməlinin törədilməsində Zərərçəkmiş şəxs3 iştirakının olub-olmamasının araşdırılması üçün cinayət işinin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə həm zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, həm də iş üzrə Şahid1 aid epizodlar üzrə məsələlərə ayrı-ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Məhkəmə əvvəlcə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs3 aldığı bütün məbləğlərin hamısını faizi ilə birlikdə geri qaytarması və ona ödəniləcək hər hansı bir məbləğin qalmaması ilə əlaqədar ifadəsi ilə bağlı qeyd edir ki, cinayət işinin materiallarında olan sms yazışmalarından və Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim olunmuş qeyd kitabçasından görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda verdiyi və Təqsirləndirilən şəxs ona qaytardığı məbləğlərin hər birinin qeydiyyatını aparmış və ona ödənilməli olan yekun məbləği qeyd etmişdir. Hətta həmin qeyd kitabçasına Təqsirləndirilən şəxs öz əl yazısı ilə də müəyyən qeydlər aparmış, həmin faktı həm Zərərçəkmiş şəxs3, həm də Təqsirləndirilən şəxs təsdiq etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim olunmuş qeyd kitabçasından görünür ki, Zərərçəkmiş şəxs3 həm özünə məxsus, həm də Bəxtiyar (Zərərçəkmiş şəxs3 bildirdiyinə görə iş üzrə Zərərçəkmiş şəxs2 nəzərdə tutulmuşdur), Vasif, Vüsal və s. adlı müxtəlif şəxslərdən də aldığı pul vəsaitlərini Təqsirləndirilən şəxs verdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs3 aldığı məbləğləri tam şəkildə geri qaytarması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmiş, bununla bağlı qeydlərinin mobil telefonunda olduğunu, həmin mobil telefonun isə işlək vəziyyətdə olmadığını bildirmişdir. Bununla da təqsirləndirilən şəxsin aldığı bütün məbləğləri Zərərçəkmiş şəxs3 geri qaytarması ilə bağlı ifadəsi öz təsdiqini tapmamışdır. Daha sonra məhkəmə iş üzrə Zərərçəkmiş şəxs2 iş üzrə Təqsirləndirilən şəxs deyil, iş üzrə digər Zərərçəkmiş şəxs3 şikayətçi olması, ona dəymiş zərəri Zərərçəkmiş şəxs3 tələb etməsi və Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında istinad edilən cinayət əməlini törətmələri ilə bağlı ifadəsinə qiymət verərək qeyd edir ki, məhkəmənin 30 yanvar 2024-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Nümayəndə1 tərəfindən Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin əlamətləri mövcud olduğundan onun əməllərinə yenidən hüquqi qiymətin verilməsi üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatətləri əsassız olduğundan təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan qərarda da göstərildiyi kimi iş materialarında olan SMS yazışmaları ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 Fariz Rəhmalıya verdiyi məbləğlərin hamısı F.Rəhmalı tərəfindən Təqsirləndirilən şəxs verilmiş, Zərərçəkmiş şəxs3 verdiyi pulların sonda Təqsirləndirilən şəxs verilməsi barədə məlumatlı olmuş, hətta Zərərçəkmiş şəxs2 özü Zərərçəkmiş şəxs3 iştirakı olmadan Təqsirləndirilən şəxsla bir neçə dəfə görüşmüş və özü şəxsən Təqsirləndirilən şəxs müəyyən məbləğlərdə pul vermişdir. Həmçinin məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs öz ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs3 ona işlə bağlı pul lazım olduğunu demiş və ona verilən pulların qarşılığında 25 faiz pul verəcəyinə dair Farizə söz vermişdir. Fariz onun nə işlə məşğul olduğunu bilməmişdir. O, Farizə təchizatla bağlı ona pul lazım olduğunu demişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 ona verilən pulları ticarətə sərf etməsi ilə bağlı aldatmış və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs dələduzluq əməllərindən məlumatı olmamışdır. Bundan başqa, iş üzrə Zərərçəkmiş şəxs3 da məhkəmə iclasında verdiyi ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs2 ona verdiyi pulların Təqsirləndirilən şəxs çatdığı barədə məlumatlı olmuş, o, Bəxtiyara Anarın adından söz verməmişdir. O, Anarla Bəxtiyarı dəfələrlə görüşdürmüş, Bəxtiyar özü də onun həmin pulu Anara verdiyini bilmişdir. Bununla da Zərərçəkmiş şəxs2 epizodu üzrə Təqsirləndirilən şəxsla zərərçəkmiş şəxs Fariz Rəhmalının qabaqcadan əlbir olaraq dələduzluq cinayəti törətməsi tam təkzib olunmuşdur. Bundan əlavə məhkəmə iş üzrə Şahid1 öz ifadəsində bildirdiyi xüsusatlarla bağlı məsələyə qiymət verərək qeyd edir ki, Şahid1 şikayəti əsasında Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 6(003)-13/2023 saylı, 01 mart 2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin sabiq müstəntiqi Elçin Süleymanovun hazırkı cinayət işi üzrə sübutların qiymətləndirilməsinə dair 16 sentyabr 2022-ci il tarixli qərarının 2 və 4-cü bənləri qanunsuz hesab edilərək ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qeyd olunan qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 6(003)-13/2023 saylı, 01 mart 2023-cü il tarixli qərarı ilə həmçinin toplanmış materialların əlavə yoxlama və təhqiqat aparılması üçün Bakı şəhəri Xəzər rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Məhkəməyə təqdim olunmuş Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsinin 13 noyabr 2023-cü il tarixli “cinayət işinə xitam verilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs3 barəsində başlanılmış cinayət işinə xitam verimişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərərçəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Məhkəmə qeyd edir ki, Şahid1 epizodu üzrə Təqsirləndirilən şəxs qarşı ümumiyyətlə ittiham irəli sürülməmiş, həmin epizodla bağlı təqsirləndirilən şəxsin əməlində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə məhkəməyə dövlət ittihamçısının hər hansı bir vəsatəti daxil olmamış, Şahid1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmadığı üçün onun Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin əlamətlərinin mövcud olması ilə bağlı cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatətlə məhkəməyə müraciət etmək səlahiyyəti olmamışdır. Bununla bağlı Şahid1 müvafiq şikayət ərizəsi ilə hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnun olduğu izah edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir (cild İİ, i/v 109). Bununla belə, cinayət işinin materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-281/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 1(103)-224/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-281/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsi xaric edilmiş, həmin maddə üzrə cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarının əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı verilmiş ifadələrlə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən əldə etdiyi məbləğlərin bir qismini borclarının ödənilməsinə, qalan hissəsini isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bu da ondan irəli gəlir ki, Təqsirləndirilən şəxs yüksək məbləğdə borclarının yaranması ilə əlaqədar həmin borcların ödənilməsini təmin etmək üçün zərərçəkmiş şəxslərdən pulları əldə edərkən həmin məbləğləri hansısa işlərin görülməsi məqsədi ilə deyil, məhz borclarını ödəmək məqsədi ilə, yəni əvvəlcədən mənimsəmək məqsədi ilə əldə etmişdir. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarlarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən, ona istinad olunan həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə araşdırması nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 1(101)-281/2023 nömrəli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-224/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan, Təqsirləndirilən şəxs hazırki fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini isə 2019-cu ilin avqust ayından 2022-ci ilin mart ayına qədər olan müddət ərzində törətməsi cinayətlərin residivini təşkil etmir, lakin qeyd edilən hal Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin məcmusunu yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Bununla yanaşı, qanunverici cəzasını tam çəkmədən Cinayət Məcəlləsinin 18.1-ci maddəsi baxımından residiv etmiş məhkumun yüksək təhlükəli olmasını, eləcə də əvvəlki iş üzrə təyin edilmiş cəzanın onun tərəfindən yeni cinayət törədilməsinin qarşısını almağa kifayət etməməsini nəzərə alaraq, sözügedən şəxsə cəzanın artıq hökmlərin məcmusu üzrə təyin edilməsini müəyyən etmişdir. Bununla bağlı, Cinayət Məcəlləsinin 67.1-ci maddəsi nəzərdə tutur ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs5 dəymiş ziyandan qismən ödəniş etməsini, digər Zərərçəkmiş şəxs4 ilə barışıq əldə etməsini, həmçinin Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, bundan əlavə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən əməlini qismən etiraf edərək səmimi peşmançılıq göstərməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci təvəllüdlü X5 adlı bir azyaşlı övladı var. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan- 15 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild İ, i/v 36-37), Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 15 iyun 2022-ci il tarixdən hesablanmış (cild İ, i/v: 83-87), bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 15 iyun 2022-ci il tarixdən hesablanmalı, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq 57000 (əlli yeddi min) ABŞ dolları təşkil edən 96.900 (doxsan altı min doqquz yüz) manat, mənəvi ziyanın əvəzi kimi 10.000 (on min) manat, həmçinin ödənilmiş 397 (üç yüz doxsan yeddi) manat dövlət rüsumu, cəmi 107.297 (yüz yeddi min iki yüz doxsan yeddi) manat məbləğində pulun mülki caavbdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin əsaslandığını müzakirə edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, cinayət işinin sübuta yetirilmiş hallarına əsasən təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 ümumilikdə 96900 (doxsan altı min doqquz yüz) manat məbləğində külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirmiş və vurulmuş ziyanı hazırkı vaxtadək zərərçəkmiş şəxsə ödəməmişdir. Bununla əlaqədar məkhəmə hesab edir ki, iddia tələbi cinayət əməli nəticəsidə vurulmuş ziyanla bağlı hissədə və ödənilmiş dövlət rüsumuna aid hissədə, ümumilikdə 97,297 manat məbləğində təmin edilməli, qalan hissədə mülki iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinin tələblərinə əsasən zərər çəkmiş şəxslərin məhkəmədə mülki iddia vermə hüquqları vardır. Zərərçəkmiş şəxs6 istisna olmaqla digər zərərçəkmiş şəxslər tərəfindən məhkəmə istintaqı zamanı mülki iddia verilməmişdir. Odur ki, zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Cinayət işi üzrə maddi sübut, məhkəmə məsrəfləri və üzərinə həbs qoyulmuş əmlakın olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-281/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 224/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qərarı ilə təyin olunmuş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 15 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş mülki iddia ərizəsi qismən təmin olunsun, 96900 manat məbləğində maddi ziyan və 397 manat dövlət rüsumu olmaqla, ümumilikdə 97.297 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs6 ödənilsin. Mülki iddia ərizəsi qalan hissədə təmin olunmasın. İş üzrə digər zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar