Məhkəmə qərarları › İş №1(101)-980/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-980/2020

15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-980/2020 15.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X7 və ədliyyə müşaviri Dövlət ittihamçısı,müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Mirzəyev və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə « 15 » oktyabr 2020-ci il Bakı şəhərində xx xxxxxx 1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, əvvəllər məhkum olunmayan, əczaçı işləyən, Sumqayıt şəhəri, məhəllə 16, ev 19/23A, mənzil 8-də qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs1 xx xxxx 1984-cü ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Zəngilan rayonu O.Yeməzli kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, Xəzər bağlarında yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1 №-li siyahısına daxil edilən külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən, naməlum şəraitdə və vaxtda satış məqsədilə qanunsuz olaraq külli miqdarda zavod üsulu ilə qablaşdırılma əlamətinə malik, üzərində «Gabapentin 300 mg 08 20» markalanma göstəricisi olan ümumi miqdarı küllü miqdarda - 12 qram təsir edici maddəsi qabapentin olan ümumilikdə 40 kapsul narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, güclü təsir edən maddələri qanunsuz əldə edib üzərində saxlamaqla daşıyaraq tanışı Təqsirləndirilən şəxs1 2019-cu ilin avqust ayının əvəllərində 30 manata satmış, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz əldə etdiyi 40 kapsul narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni işlədiyi Sumqayıt şəhəri, H.Əliyev prospekti, 16-cı məhəllə, 16 saylı ünvanda fəaliyyət göstərən «Selenium» aptekə daşımaqla satış məqsədilə saxlamış, bu barədə Şahid3 Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciəti əsasında qeyd edilən idarənin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə əməliyyat qrupu yaradılaraq Şahid3 şərti alıcı qismində əməliyyat-axtarış tədbirinə cəlb edilmiş, həmin tarixdə keçirilən əməliyyat-axtarış tədbiri zamanı saat 17:16 radələrində Sumqayıt şəhəri, H.Əliyev prospekti, 16-cı məhəllə, 16 saylı ünvanda fəaliyyət göstərən «Selenium» aptekdə Təqsirləndirilən şəxs1 27 manat 84 qəpik pulun müqabilində zavod üsulu ilə qablaşdırılma əlamətinə malik, üzərində «Gabapentin 300 mg 08 20» markalanma göstəricisi olan təsir edici maddəsi qabapentin olan 4 ədəd kanvalyutda, hər birində 10 ədəd kapsul olmaqla ümumi sayı 40 ədəd kapsulda güclü təsir edən dərman preparatını Şahid3 satdıqdan sonra saxlanılmış, tədbirin keçirilməsi üçün əvvəlcədən protokolla rəsmiləşdirilməklə sonuncuya verilmiş olan iki ədəd seriya nömrəsi G 20923737 və F 35445113 olan 1 manatlıq və beş ədəd seriya nömrəsi C 13282188, C 09300599, B 02296968,B 77162287 və C 39798207 olan 5 manatlıq pul əsginasları Təqsirləndirilən şəxs1 aşkar olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhərində yerləşən «Selenium» adlı aptekdə əczaçı kimi işləyib dərman satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs2 tanıyır. Ruhidin əlaqələri genişdir və istənilən dərmanların tapılmasında onlara kömək etmişdir. 2019-cu ilin avqust ayının əvvəllərində Ruhidə demişdir ki, ona “Gabapentin” dərmanı ehtiyacı olan xəstə adamlar rəsmi reseptlə müraciət edəndə satmaq üçün lazımdır. Ruhid də razılaşmış və işlədiyi «Selenium» adlı aptekin yanına 2019cu ilin avqust ayının əvvəllərində gəlib həmin aptekin yanında 9 ədəd konvalyutda “Gabapentin” dərmanını vermişdir. O “Gabapentin” dərmanının pulunu Ruhidə vermişdir. O, həmin dərmanı alıb aptekdə saxlamışdır. 9 konvalyutda qabapentindən 5 ədədini başqa şəxslərə resept əsasında satmış, lakin 4 ədəd “Gabapentin” dərmanı qalmışdır. xx xxxxxx 2019-cu ildə bir nəfər müştəri aptekə gəlib ondan “Gabapentin” istəmiş, o da həmin şəxsə 4 konvalyutda cəmi 40 ədəd “Gabapentin” satmış və 27 manat pul almışdır. Bu zaman polis işçiləri aptekə daxil olmuş və ona demişlər ki, onun qanunsuz əməlləri haqqında məlumat daxil olmuşdur. Həmin vaxtı bir daha aşkar edilmişdir ki, o, qanunsuz olaraq “Gabapentin” dərmanını satmış, sonra bu barədə protokol yazılmışdır.İşlədiyi aptekdə güclü təsir edən maddələrin satışına icazə olmamışdır. Gabapentin dərmanının işlədiyi aptekdə saxladığından heç kimin məlumatı olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2004-2006-cı illərdə Əziz Əliyev adına Sumqayıt şəhərində yerləşən tibb texnikumunun əczaçılıq fakültəsini bitirmişdir. 2016-2018-ci ildə Sumqayıt şəhərində yerləşən «Saf» aptekdə satıcı işləmişdir.2018-ci ildən isə işləmir. Təqsirləndirilən şəxs1 ilə tanışlıq münasibəti vardır.2019-cu ilin avqust ayında Aygün ona zəng edib bildirmişdir ki,ona “Gabapentin” dərmanı lazımdır. Ona həmin dərmandan təşkil etməyi xahiş etmişdir. O, Aygünə bildirmişdir ki, onda cəmi 9 konvalyutda “Gabapentin” dərmanı vardır və cəmi 30 manata sata bilər. Həmin ərəfədə Aygünün işlədiyi Sumqayıt şəhərində yerləşən «Selenium» aptekə getmiş, həmin aptekdə Aygünə 9 konvalyutda “Gabapentin” dərmanını cəmi 30 manata satmışdır.Hər konvalyutda 10 ədəd dərman həbi olmasını nəzərə alınsa 9 ədəd konvalyutda cəmi 90 həbdə “Gabapentin” dərmanı olmuşdur. Aygün ona həmin dərmanları yaxın qohumu üçün aldığını demişdir. Həmin dərmanlar işlədiyi aptek bağlanandan sonra evində qalmış və istifadə müddəti keçdiyinə görə ucuz qiymətə Aygünə satmışdır. Təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət əməllərini törətməsi təqsirləndirilən şəxslərin ifadələri ilə yanaşı şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Füzuli rayon sakini Şahid3 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət edərək Sumqayıt şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən “Selenium» aptekdə qanunsuz olaraq güclü təsir edici 40 kapsul “Gabapentin” dərman preparatının satıldığını bildirərək qeyd olunan aptekdə baş verən bu cür halların qarşısının alınmasını xahiş etməklə,lazım gələrsə köməklik edə biləcəyini göstərmişdir.Ona görə də həmin məlumat tərəfindən raportla İdarə rəhbərliyinə məruzə edildikdən sonra qeyd olunan ünvanda qanunsuz olaraq güclü təsiredici maddələrin satışının qarşısının alınması məqsədi ilə qərar çıxarılaraq əməliyyat qrupu yaradılmışdır. O, əməliyyat qrupunun rəhbəri, əməliyyat müvəkkili Şahid2 isə əməliyyat qrupunun üzvü təyin edilmişdir.Qəbul edilmiş qərara əsasən qeyd olunan aptekdə nəzarət qaydasında mal alınması əməliyyat-axtarış tədbirinin keçirilməsi və həmin tədbirdə Şahid3 şərti alıcı qismində iştirak etməsi nəzərdə tutulduğundan ona DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitlərindən iki ədəd seriya nömrəsi G20923737 və F35445113 olan 1 manatlıq və beş ədəd seriya nömrəsi C13282188, C09300599, B02296968, B 77162287 və C39798207 olan 5 manatlıq pul əskinazlarından ibarət 27 manat pul video çəkiliş vasitəsi ilə Şahid3 verilmişdir. Daha sonra əməliyyat qrupunun üzvləri və Şahid3 birlikdə qeyd olunan ünvana getmişlər.Nəticədə həmin gün saat 17:15 radələrində aptekin yaxınlığına çatıb kənarda dayanmışlar. Şahid3 müşahidələri altında aptekə daxil olmuş və nəticədə təxminən 05-10 dəqiqə sonra aptekdən çıxaraq onlara yaxınlaşmışdır.Bu zaman Şahid3 əlində olan 40 kapsul “Gabapentin” dərman preparatının, həmçinin həmin dərman preparatının alınması ilə bağlı saat 17:16-də tərtib olunaraq 27 manat pulun ödənilməsi ilə bağlı ona təqdim edilmiş çeki verərək bildirmişdir ki, qeyd olunan dərman preparatını ona aptekdə işləyən Aygün adlı şəxs satmışdır. Dərhal aptekin qarşısından aptekə daxil olmuş və içəridə həqiqətən də bir nəfər qadın olduğunu görmüşlər.Özlərini həmin şəxsə təqdim edərək ondan da özünü təqdim etməsini xahiş etmişlər.Məlum olmuşdur ki, həmin şəxs aptekdə əczaçı işləyən Təqsirləndirilən şəxs1dır.Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul olunmuş qərarı göstərərək bir qədər əvvəl onun tərəfindən Şahid3 qanunsuz olaraq 40 kapsul “Gabapentin” dərman preparatının 27 manata satıldığını bildirib həmin dərman preparatını və 27 manat pulun ödənilməsi ilə bağlı çeki göstərmişlər.Təqsirləndirilən şəxs1 bildirmişdir ki, aptekin müdiri Elnarə Əliyevadır, qeyd olunan aptek «xxxxxxxxx» MMC -yə məxsus lisenziya əsasında aptek kimi fəaliyyət göstərir. Lakin həqiqətən də həmin aptekdə güclü təsiredici dərman preparatlarının satılması üçün xüsusi icazə olmadığını bildirmişdir..Həmçinin təsdiq etmişdir ki, bir qədər əvvəl o, vətəndaşa qanunsuz olaraq 40 kapsul “Gabapentin” dərman preparatını 27 manata sataraq pulun ödənilməsi ilə bağlı çeki ona təqdim etmişdir.Daha sonra təklif olunmuşdur ki,vətəndaşdan alınmış 27 manat pul təqdim edilsin. Nəticədə Təqsirləndirilən şəxs1 həmin 27 manat pulu təqdim edən zaman məlum olmuşdur ki, doğrudan da həmin beş ədəd 5 manatlıq və iki ədəd 1 manatlıq pul əskinası məhz nəzarət qaydasında mal alınması əməliyyataxtarış tədbirinin keçirilməsi məqsədi ilə Şahid3 verilmiş pulla eynilik təşkil edir.Ona görə də həmin pul vəsaitləri də tərəflərindən götürülmüşdür. Daha sonra ümumi şəkildə aptekə baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs1 ərizə yazması təklif olunmuş, sonuncu da etiraz etməyib bu barədə ərizə yazmışdır.Bundan sonra tərəflərindən atpekə baxış keçirilmiş, lakin heç bir psixotrop və güclü təsiredici dərman preparatı aşkar olunmamışdır.Daha sonra Təqsirləndirilən şəxs1 tərəflərindən Baş İdarəyə dəvət edilərək izahat alınmışdır.. Təqsirləndirilən şəxs1 Şahid3 satdığı dərman preparatının tərkibinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş və məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən həmin dərman preparatları xx xxxx 2016-cı il tarixli “Azərbaycan Respublikasının Qanuni ilə təstiq edilmiş «Güclü təsir edən maddələrin və onların küllü miqdarının siyahısına daxil olduğundan və Təqsirləndirilən şəxs1 qeyd olunan dərman preparatını satması üçün icazəsi olmadığından toplanmış material prosessual qərar qəbul edilməsi üçün aidiyyəti üzrə istintaq orqanına təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, şəxsi işi ilə əlaqədar tanşı ilə Sumqayıt şəhəri H.Əliyev prospektində olarkən «Selenium» aptekə daxil olmuşlar ki, baş ağrısı dərman alsınlar. Aptekdə olarkən əczaçı işləyən xanımın 4 list «Gabapetin» dərmanını qorxaraq ətrafa boylanıb 27 manata satdığını görmüşlər. Bu hal onda şübhə yaratmışdır.Atpekdən çıxdıqdan sonra tibbi təhsilli tanşlarından «Gabapetin» dərmanın güclü təsir ediciyə malik olduğunu, satışının qansuzur, xüsusi lisenziya əsasında satıla bilməsini öyrənmişdir. Onu bir vətəndaş kimi bu məsələ narahat etmiş və düşünmüşdür ki,belə halların gələcədkə daha çox fəsadlar törətməməsi üçün, həmçinin belə bir dərmanın açıq aşkar müştərilərə satılmasının gələcəkdə digər şəxslərə problemlər yarada biləcəyini düşündüyü üçün bu barədə şikayət etmək qərarına gəlmişdir. Belə hallara qarşı mübarizəni daha sərt şəkildə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aparıldığını eşitdiyi üçün həmin idarəyə müraciət etmək qərarına gəlmişdir. Nəticədə xx xxxxxx 2019-cu il tarixdə həmin idarəyə gedərək ərizə ilə müraciət edib bu barədə məlumat vermişdir. Həmin aptekdə qanunsuz olaraq güclü təsir edən dərmanların satışını həyata keçirən şəxs və ya şəxslərin əməllərinin ifşa olunmasında lazım olarsa köməklik də edə bilər. Nəticədə ərizəsi qəbul olunmuş və daha sonra ona deyilmişdir ki, qeyd olunan ünvanda yerləşən aptekdə qanunsuz olaraq psixotrop tərkibli və ya güclü təsiredici dərman preparatlarının satılmasının qarşısının alınması ilə bağlı əməliyyat-axtarış tədbiri keçiriləcəkdir, əgər razı olarasa həmin tədbirdə şərti alıcı qismində iştirak etsin.O da bir vətəndaş kimi polisə kömək etmək vəzifə borcu olduğu üçün razılaşmışdır.Daha sonra videoçəkiliş vasitəsi ilə ona beş ədəd 5 manatlıq, 2 ədəd 1 manatlıq pul əskinazlarından ibarət 27 manat pul verilərək bu barədə protokol tərtib edilmiş və pulların kserosurəti çıxarılmışdır. Bundan sonra polislərlə birgə həmin ünvana getmişlər. Nəticədə həmin gün saat 17:15 radələrində aptekin yaxınlığına çatmış və polislər kənarda dayanmışlar. O, tədbirin planına əsasən aptekə daxil olmuş və həmin vaxt aptekdə yalnız sonradan adının Aygün olduğunu bildiyi şəxs olmuşdur. Aygünə yaxınlaşmış və ona müraciət edərək ondan 4 list «Gabapetin» dərmanı istəmişdir.Bu zaman Aygün adlı şəxs əvvəlcə ətrafa boylanmış və sonradan həmin dərmanın qiymətinin 27 manat təşkil etdiyini bildirmişdir. O,etiraz etməmiş, nəticədə ona 4 list «Gabapetin» dərmanı vermişdir. Aycünə 27 manat pul verib 27 manatın ödənilməsinə dair çek alıb aptekdən çıxmışdır.Daha sonra aptekdən çıxaraq polislərə yaxınlaşıb əlində olan 4 list «Gabapetin» dərmanını polislərə verərək bildirmişdir ki, qeyd olunan dərmanı ona aptekdə işləyən Aygün adlı şəxs satmışdır.Ona görə də polis əməkdaşları ilə birlikdə aptekə daxil olmuşlar.Polislər həmin Aygün adlı şəxsə yaxınlaşıb vəsiqələrini göstərib özlərini və onu təqdim edərək ondan kim olmasını soruşulmuş, məlum olmuşdur ki, həmin şəxs aptekdə əczaçı işləyən Təqsirləndirilən şəxs1dır.Polis əməkdaşları tədbirin keçirilməsi ilə əlaqədar qəbul olunmuş qərarı göstərərək bir qədər əvvəl tərəfindən ona qanunsuz olaraq 4 list «Gabapetin» dərman preparatının 27 manata satıldığını bildirib həmin dərman preparatını və çeki göstərmişlər.Təqsirləndirilən şəxs1 bildirmişdir ki, qeyd olunan aptekin müdirinin X5r, aptekin «xxxxxxxxx » MMC-nin lisenziya əsasında fəaliyyət göstərir, aptekdə psixotrop tərkibli və güclü təsiredici dərman preparatlarının satılması üçün xüsusi icazə olmadığını bildirmişdir. Daha sonra polislər tərəfindən Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, ondan aldığı 27 manat pulu təqdim etsin. Təqsirləndirilən şəxs1 da ondan aldığı həmin 27 manat pulu polislərə təqdim edən zaman bir daha məlum olmuşdur ki, doğrudan da həmin beş ədəd 5 manat, iki ədəd 1 manatlıq pul əskinazlarından ibarəti 27 manat pul əvvəlcədən ona verilmiş puldur.Ona görə də həmin pul da polis əməkdaşları tərəfindən götürülmüşdür.Daha sonra polislər aptekə baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs1 icazə istəmişlər. Təqsirləndirilən şəxs1 razı olduğunu bildirdikdən sonra bu barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs1 aptekdə saxladığı qanunsuz dərman preparatlarını təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs1 aptekdən bir qədər əvvəl satdığı 4 list «Gabapetin» dərmanından başqa heç bir psixotrop və güclü təsiredici dərman preparatları olmadğını bildirmişdir. Polis əməkdaşları onun iştirakı ilə atekə baxış keçirmiş, lakin heç bir psixotrop və güclü təsiredici dərman preparat aşkar olunmamış və götürülməmişdir.Baş verənlərlə bağlı elə yerindəcə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, əlavə və ya şikayət daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 28476 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..Selenium aptekdə satışı həyata keçirilmiş 40 kapsul...” sözləri olan zərfdəki dörd ədəd üzərilərində “Gabapentin 300 mg 08 20” göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı 40 ədəd olan (hər konvolyutda 10 ədəd olmaqla) dərman kapsullarının əsas təsiredici maddəsi qabapentindir və həmin dərman kapsullarının tərkiblərində qabapentinin təsir maddəsinin ümumi miqdarı 12 qramdır.Qabapentin xx xxxx 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (əlavə № 1, sıra №-si 37-1) daxidir. Tədqiqata təqdim olunmuş dərman kapsullarının qablaşmaları üzərindəki tarix göstəricilərə görə yararlıq müddəti keçməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini Baş X1 daxil olmuş xx.xx.2020-ci il tarixli 008-599-1220 nömrəli məktubundan aydın olur ki, ünvan 2 ünvanında fəaliyyət göstərən «Selenium” aptekdə psixotrop və güclü təsir edən dərman preparatlarının satışı üçün xüsusi icazə verilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X4” MMC-dən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 04/1392 nömrəli məktubdan aydın olur ki, «xxxxxxxxx» MMC-yə məxsus ünvan 2 ünvanında fəaliyyət göstərən «Silenium» aptekə güclü təsir edən və dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin satışına xüsusi icazə alınması üçün Səhiyyə Nazirliyi tərəfindən rəy verilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olmamışlar. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx xxxx 2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx xxxx 2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsləri,şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməllərini törətməsini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onlar, həmin maddə ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onların törətmiş olduqları cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində xx xxxx 2011-ci il tarixdə anadan olmuş oğlu X3 olduğunu nəzərə alaraq hesab edir ki, X6 14 yaşına çatanadək Təqsirləndirilən şəxs1 cəzasının çəkilməsinin təxirə salınması məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək məhkəmə iclas zalından həbs edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar- Azərbaycan Respublikasının DİN-nin BMCMİ-də saxlanılan 4 ədəd «Gabapentin 300 mg 08 20» dərman preparatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd qəbz və bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia olmadığı nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci 81 manat 82 qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlətin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351- 353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin,ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində xx xxxx 2011-ci il tarixdə anadan olmuş oğlu X6 olduğuna görə oğlu 14 yaşına çatanadək Təqsirləndirilən şəxs1 cəzasının çəkilməsi təxirə salınsın. Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 davranışına nəzarət Sumqayıt şəhəri Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Maddi sübutlar- Azərbaycan Respublikasının DİN-nin BMCMİ-də saxlanılan 4 ədəd «Gabapentin 300 mg 08 20» dərman preparatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd qəbz və bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia olmadığı nəzərə alınsın. Ekspertiza xərci 81 manat 82 qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslərə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar