Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-980/2021 17.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X1 və İbadov Əli Akif oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3 və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1984-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində iki nəfər azyaşlı uşaqları olan, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Qobu qəsəbə ərazi dairəsi, Qobu qəsəbəsi, Cabbar Cabbarlı küçəsi, ev 23-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 24 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 avqust 2020-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma, habelə, Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin İran İslam Respublikasından (bundan sonra: İİR və ya İran) Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti naməlum olan İİR vətəndaşı “Rasim” adlı şəxsə və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti naməlum olan İİR vətəndaşı “Rasim” adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli yolla “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən külli miqdarda təmiz çəkisi 1015,528 qram olan narkotik vasitə heroini, 236,157 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, 20,880 qram çəkidə narkotik vasitə həşiş qətranını, “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən külli miqdarda 603,569 qram çəkidə psixotrop maddə metamfetamini İİR-dən Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirərək Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi ərazisinə daşımaqla orada gizlətmiş, “Rasim” adlı şəxsin verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq həmin narkotik vasitə və psixotrop maddələri qeyd olunan yerdən əldə edib yaşadığı ünvan 1 ünvanına daşımaqla orada saxlamış, əldə etdiyi narkotik vasitə heroinin külli miqdarda 6,639 qram hissəsini satış məqsədi ilə 07 ədəd bükümdə ayıraraq qanunsuz olaraq üzərində saxlamaqla ünvan 2 ünvanın qarşısına daşımış, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: BNMİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 24 avqust 2020-ci il tarixdə, saat 21:00-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq BNMİ-nin inzibati binasına aparılmış, Baş İdarədə həmin tarixdə, saat 22:00-dan etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı 07 ədəd şəffaf polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,933 qram, 1,010 qram, 0,962 qram, 0,971 qram, 0,953 qram, 0,838 qram, 0,972 qram olmaqla ümumilikdə külli miqdarda 6,639 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirinin davamı olaraq 24 avqust 2020-ci il tarixdə, saat 23:15-dən etibarən Təqsirləndirilən şəxs özünün icazəsi və razılığı əsasında yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən yataq otağının girişindən sağ tərəfdə yerləşən stolun altından 03 ədəd torbanın içərisində olan 55 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 134,547 qram, 4,805 qram, 0,905 qram, 0,890 qram, 0,906 qram, 0,940 qram, 0,886 qram, 0,946 qram, 0,954 qram, 0,931 qram, 0,927 qram, 0,914 qram, 0,947 qram, 0,953 qram, 0,947 qram, 0,910 qram, 0,932 qram, 0,915 qram, 0,950 qram, 0,925 qram, 0,919 qram, 0,936 qram, 0,942 qram, 0,929 qram, 0,948 qram, 0,932 qram, 0,941 qram, 0,914 qram, 0,933 qram, 0,945 qram, 0,944 qram, 0,913 qram, 0,925 qram, 4,974 qram, 4,885 qram, 4,952 qram, 4,909 qram, 4,836 qram, 4,965 qram, 5,172 qram, 5,080 qram, 0,907 qram, 0,925 qram, 0,927 qram, 0,957 qram, 0,931 qram, 4,838 qram, 4,649 qram, 5,105 qram, 3,598 qram, 11,154 qram, 53,386 qram, 13,397 qram, 40,191 qram və 660 qram olmaqla ümumilikdə külli miqdarda 1008,889 qram çəkidə narkotik vasitə heroin, 04 ədəd şəffaf sellefonda ayrı-ayrılıqda 12,660 qram, 95,324 qram, 21,985 qram, 103,267 qram və 01 ədəd kibrit qutusunda 2,921 qram olmaqla ümumilikdə 236,157 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd şəffaf sellefon bükümdə 20,880 qram çəkidə narkotik vasitə həşiş qətranı, 30 ədəd bükümdə, onlardan 6 ədədi kağız və şəffaf polietilen bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 99,236 qram, 94,018 qram, 96,033 qram, 94,612 qram, 95,528 qram, 93,630 qram və 24 ədədi şəffaf polietilen bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,478 qram, 5,142 qram, 5,373 qram, 0,521 qram, 1,011 qram, 0,460 qram, 0,497 qram, 0,460 qram, 5,115 qram, 0,997 qram, 0,509 qram, 0,483 qram, 0,988 qram, 0,550 qram, 0,476 qram, 1,005 qram, 0,510 qram, 0,944 qram, 0,482 qram, 0,598 qram, 0,963 qram, 0,970 qram, 0,993 qram, 0,987 qram olmaqla ümumilikdə külli miqdarda 603,569 qram çəkidə psixotrop maddə olan metamfetamin, üzərlərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan 04 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür, yəni Təqsirləndirilən şəxs qeyd olunan bu hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə köməklik etməsi, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verib göstərdi ki, taksi sürücüsüdür, heç kəslə ədavəti olmamışdır. Övladlarının təhsilinə görə son 1 ildə Lökbatanda qayınanasına məxsus olan evdə yaşamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 24 avqust 2020-ci il tarixdə, saat 21 radələrində yaşadığı ünvanın yaxınlığında polis əməkdaşları onu tutub BNMİ-yə aparmışlar. Həmin vaxt onun üzərində 01 ədəd bükümdə 5 qrama yaxın çəkidə narkotik vasitə heroin və 01 ədəd bükümdə qurudulmuş marixuana olsa da, BNMİ-yə gəldikdən sonra polis əməkdaşları ona əlavə bükümlər verərək cibinə qoymağını demiş və videoçəkiliş ilə üzərində axtarış aparılacağını bildirmişlər. Buna etiraz edən zaman polis əməkdaşları ünvanına nalayiq ifadələr işlətməklə onu döymüşlər. Ona verilən işgəncələrin dözülməz olduğunu görüb onların verdiyi bükümləri də götürmüşdür. Belə ki, şəxsi axtarış zamanı üzərindən ümumilikdə 07 ədəd bükümdə olmaqla 06 qramdan çox narkotik vasitə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. 2-3 saat ərzində idarədə polis əməkdaşları tərəfindən söyüşlə təhqirə və döyülməyə məruz qalmışdır. Sonra onu işgəncə ilə Lökbatanda olan evinə aparmışlar. Belə ki, üzərindən çıxan 5 qram heroin polis əməkdaşlarını qane etməmiş, üzərindən daha çox narkotik çıxmasını istəmişlər. Evdə olan qaynanasını, yoldaşını başqa otağa salmışlar. Bundan sonra narkotiki yataq otağına qoymuş, sonra ona həmin narkotiki çəkilişlə götürməsini demişlər. O da polislər tərəfindən qoyulan həmin narkotikin yerini göstərib özünə məxsus olduğunu demişdir. Üzərində cəmi bir bükümdə 5 qram narkotik olmasına baxmayaraq çəkiliş zamanı polislərin evə qoyduğu 7 bükümü təqdim etmişdir. Onu tutan polisləri üzdən tanımamış, onları birinci dəfə görmüşdür. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, polis əməkdaşları tərəfindən götürülən “İphone 7” telefonu ona məxsus olmuş, həmin telefonun kontaktlar bölməsində olan “Rasim” adlı şəxsi nə narkotik alverçisi kimi, nə də ümumiyyətlə tanımamışdır. Belə ki, Rasimin adını da telefonuna özü yazmamışdır. Həmçinin də Rasim adlı şəxslə hər hansı alış-verişi olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, üzərindən cəmi 5 qram narkotik çıxmasına baxmayaraq yüklənmə səbəbini bilməmiş, polislərin onunla qərəzçilinin səbəbini anlamamışdır. Polislərin narkotik qoyduğu ev qaynanasına məxsus ev olmuşdur. Yuxarı orqanlara şikayət etmək hüququnun olmasını bilmədiyindən istintaq orqanının qərəzli hərəkətlərindən şikayət etməmişdir. Aşkar olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində özünü Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək göstərmişdir ki, o, ünvan 4 ünvanda qeydiyyatdadır, hazırda həyat yoldaşı X2 valideynlərinə məxsus ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşamışdır. ***-***-**-**, ***- ***-**-** və ***-***-**-** saylı nömrələr ona məxsus olmuş və istifadə etmişdir. Təxminən 2020-ci ilin yanvar-fevral ayında Biləsuvar sərhəd məntəqəsindən İİR ərazisinə keçib oradan məişət əşyaları, qab-qacaq alaraq qazanc əldə etmək məqsədi ilə Bakı şəhərinə gətirmişdir. İİR-də olan zaman ona qab-qacaq satan Rasim adlı şəxs narkotik vasitə və psixotrop maddə satdığını bildirmişdir. Həmin vaxt Rasim ona narkotik vasitə və psixotrop maddəni Biləsuvar sərhəd məntəqəsindən öz tanışlarıının vasitəsi ilə Azərbaycan Respublikası ərazisinə keçirtdiyini və Bakı şəhərində olan bir neçə tanışı ilə həmin narkotik vasitələrin satışını həyata keçirdiyini bildirmişdir. Rasim ilə danışıb razılaşdıqdan sonra narkotik vasitə olan heroinin 1 qramını 10 manata sata biləcəyini demişdir. Rasim ona tanışlarının Bakı şəhərində narkotik vasitənin 1 qramını 15 manata satdığını söyləmişdir. O isə Rasimə 1 kiloqram narkotik vasitə olan heroin göndərməsini və 10.000 manat məbləğində pul verəcəyini söyləmişdir. Bundan sonra Rasimdən qab-qacaq alaraq Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəldikdən sonra Rasim ilə “whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlayıb Bakıda olduğunu və narkotik vasitəni göndərməyini istəmişdir. Aralarındakı razılığa görə mal Bakı şəhərinə çatdıqdan sonra həmin narkotik vasitəni satıb pulunu Rasimə bank yolu ilə göndərəcəkmiş. Bakı şəhərinə gəldikdən 2-3 gün keçdikdən sonra Rasim onunla “whatsapp” proqramı vasitəsi ilə danışan zaman narkotik vasitə heroinin Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən yolunda “Xocahəsən” restoranını keçdikdən sonra lövhənin altına qoyulduğunu, təcili gedib götürməsini bildirmişdir. O, qeyd olunan ünvana gedib “whatsapp” proqramı vasitəsi ilə yazışaraq narkotik vasitənin olduğu yerə çatmışdır. Oradan narkotik vasitəni götürüb yaşadığı ünvana gəlmişdir. Narkotik vasitənin bir hissəsini elektron tərəzidə çəkərək xırda bağlamalarda saxlamışdır. Bunu etməkdə məqsədi həmin narkotik vasitəni tanıdığı şəxslərə satmaq olmuşdur. Bir qədər də həmin narkotik vasitədən satmışdır. Sonradan pulu olduğu üçün Rasimlə əlaqə saxlayıb pulunu vermək istədiyini demişdir. Rasimin ona bildirdiyi xatırlamadığı hesab nömrəsinə 2 dəfəyə 10.000 manat məbləğində pul yükləmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, 20 gün sonra Rasim ona yenidən narkotik vasitə göndərəcəyini bildirmişdir. Rasim onunla yenidən “whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlayıb malın yenidən Xocahəsən yoluna, birinci göndərdiyi ünvana qoyulduğunu bildirmişdir. O, qeyd olunan ünvana gedib oradan narkotik vasitə və psixotrop maddəni götürmüşdür. Həmin bağlamanı da yaşadığı ünvana gətirib içərisində olan narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini bükümlərə bölmüşdür. Bundan başqa həmin göndərilən bağlamanın içərisində narkotik vasitə qurudulmuş marixuana və həşiş qətranı da olmuşdur. Onları bükümlərdə və bağalamalarda olmaqla yaşadığı mənzilin yataq otağında stolun altında gizlətməklə saxlamışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində daha sonra göstərmişdir ki, 24 avqust 2020-ci il tarixdə, saat 20-21 radələrində yaşadığı ünvanın yaxınlığında üzərində 07 ədəd bükümdə narkotik vasitə heroini satmaq məqsədi ilə hərəkət edən zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq saxlamışlar. Həmin şəxslər polis əməkdaşları olduğunu bildirirək xidməti vəsiqələrini təqdim edib BNMİ-nin əməkdaşları olduqlarını və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün qeyd olunan idarəyə onlarla birlikdə getməyi təklif etmişlər. O da polis əməkdaşlarına etiraz etməyib dediklərini qəbul etmişdir. Baş İdarəyə gəldikdən sonra hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi dəvət olunmuş və müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Üzərində axtarış və götürmə aparılan zaman polis əməkdaşı ona üzərində olan əşyaları təqdim etməsini təklif etmişdir. O da sağ cibində olan 07 ədəd bükümdə narkotik vasitə heroini çıxararaq təqdim etmişdir. Narkotik vasitə elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq möhürlənmiş və üzərində qeydlər aparılaraq tərəflərindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyindən mobil telefonlar götürülmüşdür. Şəxsi axtarış zamanı ona sual verilən zaman yaşadığı mənzildə də narkotik vasitələrin olmasını bildirmişdir. Mənzilə baxış keçirilməsinə dair hər hansı etirazımın olmaması ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Sorğu zamanı qeyd olunan narkotik vasitələri və psixotrop maddələri İran vətəndaşı Rasim adlı şəxsdən satıb qazanc əldə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və doğru yazıldığı üçün protokola imza etmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 1 ünvanına getmişlər. Orada yataq otağında stolun altında saxladığı narkotik vasitə və psixotrop maddələr olan bağlamanı çıxararaq təqdim etmişdir. 03 ədəd torbanın içərisindən dəqiq sayını bilmədiyi miqdarda bükümlərdə olmaqla narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin, həşiş qətranı, qurudulmuş marixuana və 04 ədəd elektron tərəzi aşkar edilmişdir. Mənzilə baxış zamanı əlavə qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi narkotik vasitələr və psixotrop maddələrə baxış keçirilmiş, zərfə qoyularaq üzəri möhürlənmiş və tərəflərindən imzalanmışdır. Bundan sonra yenidən iştirakçılarla birlikdə BNMİ-nə qayıtmış, orada baxış və götürmə aparılması haqqında protokol tərtib edilmiş və tərəflərindən imzalanmışdır (iş vərəqə: 76-79; 43-44; 149-152; 257-259). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, BNMİ-nin əməliyyat müvəkkili Şahid1 Bəhrəm oğlu ifadəsində göstərdi ki, BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvvəkkili vəzifəsində işləmiş və polis polkovnik-leytenantı xüsusi rütbəsini daşımışdır. 24 avqust 2020-ci il tarixdə Baş İdarəyə Bakı şəhəri, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. O, əməliyyat qrupunun rəhbəri olmaqla idarənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. Əməliyyat qrupunun digər üzvlərini təlimatlandırarkən Bakı şəhəri, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmasını, həmçinin Təqsirləndirilən şəxs xarici əlamətlərini bildirmişdir. Bundan sonra birlikdə Baş İdarədən çıxıb Bakı şəhəri, Qaradağ rayonu, Alim Şəbiyev küçəsi, keçid 15/95 ünvanı istiqamətinə getmişlər. Qeyd olunan ünvana çatıb bir qədər müşahidə aparmışlar. 24 avqust 2020-ci il tarixdə, saat 21 radələrində ünvan 2 ünvanın qarşısında Təqsirləndirilən şəxs bənzər şəxsin hərəkət etməsini görmüşlər. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək sonuncunu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib BNMİ-nə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçi ona təqdim edildikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Sonra inzibati otaqların birində əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs ilk öncə üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetlər varsa, həmin əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Əlihüseyn əynindəki qara rəngli şalvarın sağ yan cibindən yeddi ədəd şəffaf sellofan bükümlərdə, açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütlələri təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarın sol yan cibindən bir ədəd “İphone” markalı, bir ədəd “X-İNOVA” markalı mobil telefonlar, bir ədəd Təqsirləndirilən şəxs özünə məxsus olan şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Bükümlər ağ rəngli zərfə qoyulmuş, üzərləri möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmiş, şübhəli şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün həmin 2 (iki) ədəd mobil telefonlar və şəxsiyyət vəsiqəsi təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin özünə məxsus olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikasında 2020-ci ilin yanvar ayında tanış olduğu, həmin ölkənin vətəndaşı “Rasim” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində qoyulan yerdən, təxminən on beş gün əvvəl satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Rasimin göndərdiyi narkotik vasitə və psixotrop maddələrin hazırda yaşadığı mənzildə olmasını səmimi etiraf etmişdir. Şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və protokol iştirakçılara oxunmaqla tərəflərindən imzalanmışdır. Şahid1 Bəhrəm oğlu ifadəsinin davamında göstərdi ki, keçirilmiş tədbirin davamı olaraq 24 avqust 2020-ci il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs, onun müdafiəçisi və qrup üzvləri ilə birlikdə yaşadığı Bakı şəhəri, ünvan 5 ünvanına getmişlər. Təqsirləndirilən şəxs özünün icazəsi ilə qeyd olunan mənzilə daxil olunmuş və baxış keçirilməyə başlanılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs sözügedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, həmin mənzilin dəhlizindən sağ tərəfdə yerləşən yataq otağının girişinin sağında olan stolun altından 03 ədəd polietilen torbanı çıxararaq təqdim etmişdir. Həmin torbanın içindən ümumilikdə 30 ədəd psixotrop maddə olan metamfetaminə bənzər, 56 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər, 4 bükümdə, 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr, 4 ədəd elektron tərəzi, 1 ədəd “KETEL” markalı mobil telefon aşkar olunmuşdur. Həmin 30 ədəd içində metamfetaminə bənzər kütlə olan bükümlər elektron tərəzidə çəkilmişdir. Sonra 56 ədəd narkotik vasitə heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmişdir. Sonra 4 bükümdə və 1 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmişdir. Daha sonra 30 ədəd bükümdə metamfetaminə bənzər, 56 ədəd bükümdə heroinə bənzər, 4 ədəd bükümdə və 1 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər kütlələr və 4 ədəd elektron tərəzi içi boş olan ağ rəngli zərfə yerləşdirilmiş, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra dəhlizə, yataq otaqlarına, mətbəxə baxış keçirilmişdir. Baxış zamanı əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əlavə əşya, predmet və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı metamfetaminin qramını 40 manata, heroinin qramını 20 manata, qurudulmuş marixuananın 1 kibrit qutusunu 40 manata satdığını, narkotik maddələrdən istifadə etdiyini, narkotik maddələrin dövriyyəsi ilə məşğul olması və həmin mənzildə narkotik maddə saxlamasından heç kimin məlumatının olmadığını, yalnız İran İslam Respublikası vətəndaşı Rasim adlı şəxs ilə birlikdə narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirdiyini bildirmişdir. Baxış və götürmə başa çatdıqdan sonra Baş İdarəyə gəlmişlər və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən polis əməkdaşları - DİN, BNMİ-nin digər əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 iş üzrə məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 Bəhrəm oğlu ilə oxşar məzmunlu ifadə verib sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid4 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur. ***-***-**-** saylı nömrə ona məxsusdur və təxminən 10-15 ilə yaxındır ki, istifadə etmişdir. Təxminən 2 ilə yaxındır ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını həyata keçirdiyini bilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını bilsə də, bu barədə kiməsə hər hansı bir söz deməmişdir. Bir-biri ilə əlaqə saxlayıb “Mercedes Sprinter” markalı avtomobillər barədə danışmışlar. Hər ikisi qeyd olunan avtomobildən idarə etmişlər. İstifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs “whatsapp” proqramı vasitəsi ilə göndərilən “Qaqa yadımdan çıxdı 1 dənə lazım iydi çırıx var o gəlib götrəcəkdi”, “Bir yerə qoysaydın gəlib götrərdim”, “Əli marketdən də karta vurardım pull vurarırdım” məzmununda mesajlar ilə bağlı Əlihüseyndən narkotik vasitə qurudulmuş marixuana almaq istədiyini bildirdiyini söyləmişdir. 1 dənə lazım iydi deməklə öz aralarında da başa düşülən bir baş narkotik vasitə qurudulmuş marixuananı nəzərdə tutmuşdur. O, həmin narkotik vasitəni götürüb həmin vaxtlar qeyri-rəsmi münasibətdə olduğu Nuranə adlı qıza verməyi nəzərdə tutmuşdur. Həmin mesajlardan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda olmasını bildirmiş, o da yaşadığı ünvana gedib narkotik vasitəni Təqsirləndirilən şəxs 10 manata almış və Nuranə ilə görüşmüşdür. O, qeyd olunan narkotik vasitəni Nuranə ilə birlikdə çəkmişdir (iş vərəqə: səh. 159-161). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, “şəxsi axtarış və götürmə aparılması haqqında” 24 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 24 avqust 2020-ci il tarixdə, saat 21:00-da ünvan 2 ünvanın qarşısında piyada hərəkət edən zaman saxlanılaraq BNMİ-nə aparılmışdır. BNMİ-də xidməti otaqların birində onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 07 ədəd şəffaf sellofan bükümlərdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər maddə, sol yan cibindən “İphone” markalı mobil telefon aşkar edilərək götürülmüşdür (iş vərəqə: səh. 30-32). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, “baxış və götürmə aparılması haqqında” 25 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında baxış keçirilən zaman həmin mənzilin dəhlizindən sağ tərəfdə yerləşən yataq otağının girişinin sağında olan stolun altından 03 ədəd polietilen torbanın içərisində 30 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər, 56 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər, 04 bükümdə, 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr və 04 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür (iş vərəqə: səh. 35-37). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində aparılan şəxsi axtarış prosesini və yaşadığı ünvanda aparılan baxış prosesini özündə əks etdirən iki ədəd DVD diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncunun əynindəki şalvarın sağ yan cibindən 07 ədəd şəffaf sellofan bükümlərdə, açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər maddənin, sol yan cibindən “İphone” markalı mobil telefonun aşkar edilərək götürüldüyü, yaşadığı ünvan 1 ünvanında baxış aparılarkən həmin mənzilin dəhlizindən sağ tərəfdə yerləşən yataq otağının girişinin sağında olan stolun altından 03 ədəd polietilen torbanın içərisində 30 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə, 56 ədəd bükümdə narkotik vasitə olan heroinə, 04 bükümdə, 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin və 04 ədəd elektron tərəzinin aşkar edilərək götürüldüyü təsdiq olunur. Tədqiq olunan DVD disklərə yüklənmiş videogörüntülər şəxsi axtarış və baxış aparılması barədə 24 və 25 avqust 2020-ci il tarixli protokollara uyğundur (cinayət işinə əlavə edilmişdir). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-bioloji ekspertizasının 25 avqust 2020-ci il tarixli 6/1655 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan kağız paketdəki, 7(yeddi) ədəd bükümdə, ümumi təmiz çəkisi 6,639 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş” yazısı olan kağız paketdəki, - 46 (qırx altı) ədəd bükümdə, ümumi təmiz çəkisi 212,571 qram qəhvəyi tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - 9 (doqquz) ədəd bükümdə ümumi təmiz çəkisi 796,318 qram tünd qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - 30 (otuz) ədəd bükümdə, ümumi təmiz çəkisi 603,569 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla alınmış psixotrop maddə - metamfetamindir. Tədqiq olunan həmin rəydən görünür ki, vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 7 ədəd bükümdə və yaşadığı mənzildən götürülmüş 46 ədəd bükümdəki heroinlər tərkibindəki komponentlərinə görə eynidirlər, lakin 9 ədəd bükümdə olan heroinlərdən xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə fərqlidirlər. Vət.Təqsirləndirilən şəxs götürülmüş heroinlərin ümumi təmiz çəkisi 1015,528 qram təşkil edir. (heroinin və metamfetaminin ayrı-ayrılıqda təmiz çəkiləri rəyin təsviri hissəsində göstərilib) Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, vət. Təqsirləndirilən şəxs götürülmüş 4 ədəd elektron tərəzilərin üzərlərində narkotik vasitə olan heroinin və psixotrop maddə metamfetaminin izləri vardır. Lakin tərəzilərin üzərində narkotik və psixotrop maddələr iz şəklində olduğu üçün, bükümlərdəki heroinlə və metamfetaminlə eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in, metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in İ siyahısına daxildirlər (iş vərəqə: 45- 51).k43k43 İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-bioloji ekspertizasının 25 avqust 2020-ci il tarixli 7/561 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş...” sözləri yazılmış kağız paketdə 04 (dörd) ədəd şəffaf sellefonda ayrı-ayrılıqda təmiz çəkiləri: 12,660 qram, 95,324 qram, 21,985 qram, 103,267 qram və bir ədəd kibrit qutusunda təmiz çəkisi 2,921 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi- 236,157 qramdır. Tədqiqata təqdim olunmuş üç ədəd şəffaf sellefonda və bir ədəd kibrit qutusunda olan marixuanalar öz aralarında eyni olub, bir ədəd şəffaf sellefonda olan marixuanadan fərqlənirlər. Tədqiqata təqdim olunmuş kağız paketdə bir ədəd sellefon bükülüdə təmiz çəkisi 20,880 qram olan maddə narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranıdır. Təqdim olunmuş 04 ədəd elektron tərəzilərin üzərində narkotik tərkibli çətənə (kannabis) bitkisinə aid narkotik vasitələrin izləri yoxdur. Tərəzilərin üzərində çətənə bitkisinə aid narkotik vasitələrin izləri olmadığına görə təqdim olunmuş marixuanalar və həşiş qətranı ilə müqayisəli tədqiqat aparılmadı (iş vərəqə: 52-55). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 16 noyabr 2020-ci il tarixli, 3222 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 166-167). İşdə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat qurumu tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata-keçirilməsi haqqında” 24 avqust 2020-ci il tarixli qərar məhkəmə nəzarəti qaydasında yoxlanılmış və qanuni olduğu müəyyən edilmişdir (iş vərəqə: 192-195). İşdə olan “mobil telefon aparatına baxış keçirilməsi haqqında” 01 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan «İphone 7» markalı mobil telefonun «WhatsApp» proqramından İİR-ə məxsus +**********10 saylı, “Rasim Qardaş” adı altında qeyd olumuş mobil nömrə ilə əlaqə saxlanılmışdır. Bundan başqa «WhatsApp» proqramında ***-***-**-** saylı nömrə ilə olan yazışmanın mətnlərində qeyd olunan nömrədən “qaqa yadımdan çıxdı 1 dənə lazım iydi”, “bir yerə qoysaydın gəlib götürərdim”, “Əli marketdən də karta vurardım pul” məzmununda mesajlar göndərilmişdir. Təqsirləndirilən şəxs həmin gün cavab olaraq “burdayam çıx məhləyə biraz isdayanka tərəfə” məzmununda cavab mesajı göndərmişdir (iş vərəqə: 104-106). Məhkəmə baxışı zamanı tədqiq olunan, «Azercell MMC»-dən daxil olmuş 13 noyabr 2020-ci il tarixli, 19442 saylı məktub və 1 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə müxtəlif mobil operatorlara məxsus nömrələrdən “Salam necesen zeng vururam göturmursen karta 200 manat vurdum 100 manatda sabah vuracayam sabah bineqediye gelsen zeng ele mene indi mene zeng ele iwim var”, “Ay qaqa gəlmiyəcəksən de işmizi bilək də bir sad deyirsən üc sadı yoxsan ac bir kəlmə söz de də”, “Qedew ele alinmirsa men qonsudan 15 alim ustunu duzeldim valah men hele bele agrimamisam”, “Ay qaqa 4 kola 1 patı lazmdı imkan varsa tezbazar elədə başva dönüm”, “Ay qaqa gec olarsa başma carə qılım da ölürəm lomkadan səndə belə edirsən mənə sən ataların qəbri bir kankret de”, “Qaqa 6 dene bir, 2 dene de ayri-ayri kola qoy. qaqeycin bir icimlikde qazdi su qoyda” məzmunda mesajların olması müəyyən edildi. Bundan başqa, qeyd olunan sms tarixçəsində gündəlik olaraq narkotik vasitə və psixotrop maddələrin Təqsirləndirilən şəxs tərəfindən satılmasını təsdiq edən mətnlər vardır (iş vərəqə: 147-148). Məhkəmə baxışı zamanı tədqiq olunan, «Azerfon MMC»-dən daxil olmuş 02 noyabr 2020-ci il tarixli, AZF/LGL-11065/20 saylı məktub və 1 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Bundan əlavə sms tarixçəsinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə müxtəlif mobil operatorlara məxsus nömrələrdən “Qaqa qadan alaram afiq verdi nomrevi beledeki belkede meni taniyirsan agadi sulutepe opdima mene pati lazimdi”, “Bir pati yari olsun, 1 kola 3 qara”, “Qardaw salam 10 sot torpaq lazımdı alınır”, “Qaqa imkan var goruşe bilerikse, bidene xeber de qardaş zehmet olmasa gelim goturum bunlari verim dalnişi 2 dene de goturum”, “Qaqa 3 denenin pulu var mende 2 si bunlarin di biri ozumun deyirler”, “Qaqa necesen gelmemisen hele kende tez olarsa 4 dene lazimdi ye qardaşa bidene cvb dede qaqa ?”, “Men qerdeşim 10 qara koynek, 4 şire , 4 denede kola birde derman”, “Ay Elison uwaqlarla zenglewirsende goruwursende. Mene niye bir zeng vurmursanki olmusem qalmisan? Hele men zengde vururam acmirsan, zami qederde olmadiq”, “Qaqa tema zad istemirem bawqa meseledi telefonu ac,yada zeng ele”, “qedes 4 dene kako, 10 manat suse”, “qedes xala oglu gedir gedsin bir kelme de bilim men bele agrımamısdım”, “ay qedes bir cavab de bilimde gelirsen gelmirsen canım agrıyır axı” məzmunda mesajların göndərilməsi aşkar olunur. Bundan başqa qeyd olunan sms tarixçəsində gündəlik olaraq narkotik vasitə və psixotrop maddələrin Təqsirləndirilən şəxs tərəfindən satılmasını təsdiq edən mətnlər vardır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrədən müxtəlif mobil operatorlara məxsus nömrələrə “Zami salam zami malımız deyişib isdesen yıq elasınandu kendeyem”, “Adam var yanımda danışa bilmirem şəhərdəyəm uzaqı bir saata gələrəm”, “Catıram” məzmunda mesajlar göndərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə müxtəlif mobil operatorlara məxsus nömrələrdən “Ayıbdi biyabir olarig soz vermiwik gozderi yoldadi”, “Qedes iki dene yuzdiydi suse var”, “Ay qaqa sad ikdən məni lomkada saxlamsan ac cavab ver də”, “Ozum gelim tek geze geze gelim mehlovuze”, “Masazırdakı eleddinin lambicqasinnan emelegeler?”, “Ay qaqa bir patı bir kola lazımdı elcin cin götrürəm bu da rayona cıxır gic elədi məni necə edək”, “daglışdılar məni yola salardın”, “Salam qaqa Abdullah vasapda yazıb ki, mənə Əlsönə de məni bir zəhmet yığsın”, “Ay elison burdan bura yarim saat kecdi emioglu hacan gelirsen?”, “seherden gozduyurem”, “Ay qaqa lökdəyəm 2 kola, 1 patı lazımdı hara gəlim”, “10 kola bir ele, o gunki kimi”, “Qaqa imkan olsa birazda kola qoy bide falqa bir siqaret pacqasina qoysan atarsan mehliye men cixib goturerem atam kaznitdiyib cixa bilmirem.indiden tewekkurler qaqa var ol”, “Atam cox ceker? Xaish eliyirem menim isimi hell eliyerdun”, “Sabahın xeyir ay qaqa imkan varsa gorusmey lazimdi ata 1 pati lazimdi”, “100 manat 4 dene”, “8k. Tek tek 1 p”, “Salam ay brat necesen imkan varsa 100 manat varimdi 3 dene pati ver qaliq pulu axwama yada sehere vererem mence cox pul qalmir 20 yada 25 manat qalir he”, “Qedes 14 dene kako 6 dene derman”, “20 sot torpaq 6 da paltar”, “elson elcindi ac telfonu”, “20 topaq 5 de limon bularin pulu cibimdedi naqdu imkan olsa limonu 10 ele 5 pulunu sabah verim yaz mene”, “5 qazdi su, 5 kola, 10 qara”, “20 torpaq, 6 pati cixdim qelem”, “Ata texminen gec gelersen? 2 dene de kola lazimdi?”, “Ay qaqa sən Allahaqı məni uşaqlar gözdüyür 6 kola, 1 qram patı lazmdı”, “Men elemeyenden 2 dene lazimdi niye cavab vermirsen”, “Ay qaqa 3 patı, 5 kola”, “Ay qaqa mənə yarim pati lazimdi pulun axsam verəcəm axsam olmasada” məzmunda mesajların göndərilməsi aşkar olunur. Bundan başqa qeyd olunan sms tarixçəsində gündəlik olaraq narkotik vasitə və psixotrop maddələrin Təqsirləndirilən şəxs tərəfindən satılmasını təsdiq edən mətnlər vardır (iş vərəqə: 156-158). Məhkəmə baxışı zamanı tədqiq olunan, 11 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətmədiyi cinayəti etiraf etməsi üçün polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmasına dair göstərdiyi xüsusatlar üzrə Azərbaycan Respublikası Baş X4 Orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsində araşdırma aparılmış və toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir (iş vərəqə: 222-228). Məhkəmə baxışı zamanı tədqiq olunan, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etdiyi mənbənin, adı Rasim kimi məlum olan şəxsin, həmçinin, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satdığı şəxslərin müəyyən edilməsi və istintaqa təmin edilməsi mümkün olmamışdır (iş vərəqə: 140-142). Məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1014,978 qram narkotik vasitə heroin, 235,907 qram narkotik vasitə qurudulmuş marixuana, 20,850 qram narkotik vasitə həşiş qətranı, 603,269 qram psixotrop maddə metamfetamin, üzərlərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan 4 (dörd) ədəd elektron tərəzi, o cümlədən Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd “İphone” markalı “7” modelli mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir (iş vərəqə: 93-96; 104- 106). Həmçinin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi 01 bir ədəd, yaşadığı mənzilə baxış və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi 01 bir ədəd - cəmi 02 ədəd DVD formatlı disk, "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd, "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd - cəmi 02 ədəd CD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir (iş vərəqə: 229-246). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metamfetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, həşiş qatranı narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,4 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 40 qram, qurudulmuş marixuana (kannabis) narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq əldə etdiyi heroin narkotik vasitəsinin təmiz çəkisi 1015,528 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisi 603,569 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsi külli miqdar hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi heroin narkotik vasitəsinin təmiz çəkisinin 1015,528 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin 603,569 qram olmaqla külli miqdar təşkil etməsi, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə köməklik etməsi, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək daşıyıb saxlaması, aşkar edilib götürülmüş vasitələrin müxtəlif növlərdə olması, ondan aşkar edilib götürülmüş dörd ədəd elektron tərəzilərin üzərində narkotik vasitələrin psixotrop maddələrin izlərinin müəyyən olunması, narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısını təsdiq edən sms mətnlərinin müəyyənləşdirilməsi və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin həm heroin, həşiş qatranı, qurudulmuş marixuana narkotik vasitələrini və həm də metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsini, saxlamasını və daşımasını bir daha təsdiq edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə köməklik etməsi, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək daşıyıb saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin dispozisiyasına görə, narkotik vasitələrin qaçaqmalçılığı cinayətinin obyektiv tərəfini narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Həmin Məcəllənin 206.3.2-ci maddəsində Azərbaycan Respublikası CM-nin 206.1 və 206.2-ci maddələrində nəzərdə tutulan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi nəzərdə tutulur. Baxılan cinayət işi üzrə qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini narkotik vasitə olan heroinin, həşiş qatranının, qurudulmuş marixuananın və psixotrop maddə olan metamfetaminin İİR ərazisindən Azərbaycan Respublikası ərazisinə gömrük nəzarətindən kənar keçirilməsi ilə bağlı hərəkətlər təşkil edir. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının altıncı bəndində məhkəmələrə tövsiyə olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı törətdiyi cinayət əməlləri ilə bağlı aşkar olunan narkotik vasitələri və psixotrop maddələri qabaqcadan əlbir olan bir qrup şəxs şəklində qaçaqmalçılıq yolu ilə keçirilməklə satış məqsədilə əldə etməsinə dair verdiyi inkaredici və ziddiyyətli ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 117-118). Cinayət işində olan rəsmi sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun barəsində cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusu qaydasında cəza təyinetmənin prinsipləri nəəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə iş üzrə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 16 noyabr 2020-ci il tarixli, 3222 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyinin aşkar olunması, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 24 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 24 avqust 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuş, məhkəmənin 26 avqust 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 24 avqust 2020ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 24 avqust 2020-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələ həll olunarkən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1014,978 qram narkotik vasitə heroin, 235,907 qram narkotik vasitə qurudulmuş marixuana, 20,850 qram narkotik vasitə həşiş qətranı, 603,269 qram psixotrop maddə metamfetamin, üzərlərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan 4 (dörd) ədəd elektron tərəzi məhv edilməlidir; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi 01 bir ədəd, yaşadığı mənzilə baxış və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi 01 bir ədəd - cəmi 02 ədəd DVD formatlı disk, "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd, "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd - cəmi 02 ədəd CD formatlı disk cinayət işi materiallarında saxlanılmalıdır; - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd “İphone” markalı, “7” modelli mobil telefon Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfləri – 203 (iki yüz üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 24 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin və o, narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1014,978 qram narkotik vasitə heroin, 235,907 qram narkotik vasitə qurudulmuş marixuana, 20,850 qram narkotik vasitə həşiş qətranı, 603,269 qram psixotrop maddə metamfetamin, üzərlərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan 4 (dörd) ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd, yaşadığı mənzilə baxış və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd - cəmi 02 ədəd DVD formatlı disk, "xxxx" MMC-dən əldə edilmiş bir ədəd, "xxxx" MMC-dən əldə edilmiş bir ədəd - cəmi 02 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın; - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “İphone” markalı, “7” modelli mobil telefon məhkum Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 203 (iki yüz üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-980/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-980/2021
17.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver