Məhkəmə qərarları › İş №1(101)-980/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-980/2022

25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-980/2022 25.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Pro Bono” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyul 2018-ci il tarixli, 1(005)-200/2018 saylı hökmü ilə, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 faizi dövlət nəfinə tutulmaqla, 01 il 05 ay 24 gün islah işləri cəzasına məhkum edilmiş, 29 noyabr 2021-ci ildə Aərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib, daşımış və saxlamışdır. Belə ki, o, naməlum İran İslam Respublikasının vətəndaşı “İsi” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək 13 dekabr 2021ci il tarixdə axşam saatlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən Binəqədi rayonu, Novxanı qəsəbəsində yolun kənarında gizlədilmiş 1,894 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda 2,747 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, 14 dekabr 2021-ci il tarixdə saat 03:00-da Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Sərdarov” adına zavodun yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılıb Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən 4-cü PŞ-nə gətirilmiş və orada şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan kiçik cibindən şəffaf rəngli sellofan bükümün içərisində 10 ədəd bükümlərdə onlardan 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,372 qr, 0,449 qr, 0.448 qr, 0.446 qr və 0,179 qram olmaqla ümumi təmiz çəkisi 1,894 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 05 ədəd bükümdə ayrıayrılıqda çəkisi 0,850 qr, 0,480 qr, 0,478 qr, 0,468 qr və 0,471 qram olmaqla ağ rəngli kristal şəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 2,747 qram olan külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisədən təxminən 4-5 ay əvvəl internet sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı olan adını İsi kimi bildiyi şəxslə tanış olmuş və ondan şəxsi istifadəsi üçün narkotik vasitə almaq üçün İsinin istifadəsində olan hazırda xatırlamadığı telefon nömrəsinə «whatsapp» vasitəsilə öz istifadəsində olan telefonla zəng edib narkotik vasitə heroin və metamfetamin istəmişdir. İsi adlı şəxslə danışıb razılaşdıqdan sonra İsinin dediyi yadında qalmayan kart hesabına «Milliön» aparatı vasitəsilə 100 manat pul göndərmişdir. 13.12.2021-ci il tarixdə axşam saatlarında İsi adlı şəxs ona narkotik vasitələri qoyduğu yerin şəklini çəkib atmışdır. Şəkildə olan Binəqədi rayonu, Novxanı qəsəbəsində yol kənarındakı yerə getmiş və borunun alt hissəsində gizlədilmiş bir büküm şəffaf sellofana bükülmüş bükümü götürmüşdür. Həmin sellofanın içinə baxdıqda 5 ədəd bükümdə heroin və 5 ədəd bükümdə metamfetamin olduğunu görmüşdür. Həmin bükümləri şalvarının cibinə qoyub, həmin yerdən uzaqlaşmışdır. 14.12.2021-ci il tarixdə saat 03 radələrində yaşadığı evdən çıxıb Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Sərdarov” adına zavodun qarşısında yolun kənarı ilə piyada gedərkən 2 nəfər mülki geyimdə şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və narkotik vasitələri gəzdirməkdə və istifadə etməkdə şübhəli bilindiyi üçün üzərinə axtarış keçirilməsi üçün onu Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmişlər. O, etiraz etməyib onlarla birlikdə Binəqədi RPİ-nin 4-cü PŞ-nə gəlmişdir. Orada onun razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş vasitəsilə üzərinə axtarış keçirilmişdir. Üzərində olan qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda, o, əynində olan gödəkçənin sağ yan cibindən bıçaq, gödəkçəsinin digər cibindən üzərində “Vinçester” yazılmış göy rəngli siqaret qutusu, şalvarın sol yan cibindən 02 ədəd qara rəngli “Samsung” markalı mobil telefon, şalvarın digər cibindən 02 ədəd 5 manatlıq ümumilikdə 10 manat pul və şalvarın yan balaca cibindən sellofan bükümün içərisində 10 ədəd ayrı-ayrılıqda bükümləri masanın üzərinə qoymuşdur. Həmin bükümlərə baxış zamanı içərisində sellofana bükülmüş 05 ədəd toz halında heroin və 05 ədəd metamfetamin olduğunu bildirmişdir. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması soruşulduqda, o, başqa hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra şalvarının, gödəkçəsinin ciblərini açmağı və ayaqqabısını çıxarmasını bildirmişlər. Onun paltarlarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ondan aşkar olunmuş həmin narkotik vasitələri haradan əldə ediyini soruşduqda, o, həmin maddələri Binəqədi rayonu, Novxanı qəsəbəsində yol qırağında tapdığını, həmin narkotik vasitələri və psixotrop maddələri şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Əslində isə o, həmin narkotik vasitəni tapmamışdır. Onun üzərində axtarış videoçəkilişlə aparılmışdır. Ona narkotik vasitə və psixotrop maddə satan şəxsin anket məlumatlarını bilmir. Üzərində olan bıçaq ona bir nəfər dostundan yadigar qalmışdır. Heç bir məqsədi olmadan həmin bıçaq onda olmuşdur. Həmin narkotik vasitələri şəxsi istifadəsi üçün istifadə edirmiş. Onun narkotik vasitəni satmaq məqsədi olmamışdır. Heç kimə narkotik vasitə satmamış və satmaq məqsədi ilə almamışdır. O, narkotiki İsi adlı şəxsin dediyi yerdən götürəndə bir büküm olmuşdur. Həmin bir bükümü açanda içərisində 05 ədəd toz halında heroin və 05 ədəd metamfetamin var imiş. Narkotiki bükümlərə o bölməmişdir. O, cəmi iki dəfə İsi adlı şəxsin dediyii yerdən narkotik vasitə götürmüşdür. Hərəkətindən peşman olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 4-cü PŞ-də CA üzrə əməliyyat müvəkkili işləyir. ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə 14 dekabr 2021-ci il tarixdə rəhbərliyiə raportla məruzə edilmiş və həmin gün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Əməliyyat qrupuna o, və CA üzrə əməliyyat müvəkkili Şahid2 daxil edilmişlər. Həmin tarixdə saat 03 radələrində birlikdə əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Sərdarov” adına zavodun yaxınlığına gəlmişlər və Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs saxlayaraq özlərini təqdim etdikdən sonra, onun şəxsiyyətini müəyyənləşdirdikdən sonra onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib, onu Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs üzərində ehtimal edilən narkotik vasitənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsi barədə baş idarənin rəhbərliyinə məruzə edilmişdir. Həmin faktın araşdırılması bölmənin təhqiqatçısı, polis kapitanı Ruslan Şərifova həvalə olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsi ilə müdafiəçisinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan hər hansı bir əşyanın olub-olmaması soruşulduqda, olduğu halda həmin əşyanı könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən bıçaq, sol yan cibindən üzərində “Vinçester” yazılmış göy rəngli siqaret qutusu, şalvarın bir cibindən 02 ədəd qara rəngli “Samsung” markalı mobil telefon, şalvarın digər yan cibindən 02 ədəd 5 manatlıq pul əsginası və şalvarın sağ yan balaca cibindən şəffaf rəngli sellofan bükümün içərisində 10 ədəd ayrıayrılıqda bükümlər çıxardaraq masanın üzrərinə qoymuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin, hər hansı bir əlavə əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir. Aşkar edilmiş bükümün içərisinə baxılmış və içərisində spesifik iyli, qəhvəyi rəngli maddənin olduğu müəyyən olunmuşdur. Sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bükümlərin içərisində narkotik vasitə olan “heroin” və psixotrop maddə “metamfetamin” olduğunu bildirib onun özünə məxsus olduğunu, həmin kütləni şəxsi istifadəsi üçün tutulmazdan əvvəl 13.12.2021-ci il tarixdə axşam saatlarında yol kənarından tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra narkotik vasitələr zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra bu barədə tərtib edilmiş protokol ucadan oxunmuş və həmin protokol da imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı psixi təsir, zor və güc tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də tədqiq etmişdir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 4-cü PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 14 dekabr 2021-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi və saxlaması barədə etimad doğuran, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 4-5-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 4-cü PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 14 dekabr 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində üzərində qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri gəzdirməsi, istifadə etməsi və saxlaması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 28-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 14 dekabr 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu üzərinə keçiriləcək şəxsi axtarış və götürmə zamanı müdafiəçinin iştirak etməməyinə etiraz etməmişdir. Cinayət işinin 30-32-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 dekabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməsi təklif edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən qara-qırmızı rəngli dəstəyi olan bıçaq, qara rəngli gödəkçənin sol yan cibindən üzərində “Vincester” yazılmış göy rəngli siqaret qutusu, qara rəngli cins şalvarın sol yan cibindən 02 ədəd qara rəngli “Samsung” markalı mobil telefon, şalvarın sağ yan cibindən 02 ədəd 5 manatlıq ümumilikdə 10 manat pul əsginası və qara rəngli cins şalvarın sağ yan balaca cibindən şəffaf rəngli sellofan bükümün içərisində 10 ədəd ayrı-ayrılıqda bükümlər aşkar edilmişdir. Həmin bükümlərə baxış zamanı şəffaf sellofana bükülmüş 5 ədəd toz halında sepisifik iyə malik narkotik vasitə heroinə bənzər maddə və 5 ədəd şəffaf rəngli kristal halında olan metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin maddələri Novxanı qəsəbəsində yol kənarında 13.12.2021-ci il tarixdə tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş 02 ədəd 5 manatlıq ümumilikdə 10 manat pul əsginası Təqsirləndirilən şəxs qaytarılmış, şəffaf sellofan bükümlər, 01 ədəd bıçaq və 02 ədəd qara rəngli “Samsung” markalı mobil telefon qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “Panasonic” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 39-45-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 dekabr 2021-ci il tarixli, 6\5494 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 173” dairəvi möhür əksi”...3) Təqsirləndirilən şəxs imza...” yazı və imzalar olan zərfdə 5 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,372 qr, 0,449 qr, 0,448 qr, 0.446 qr və 0,179 qram olmaqla ümumi təmiz çəkisi 1,894 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 05 ədəd şəffaf sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,850 qr, 0,480 qr, 0,478 qr, 0,468 qr və 0,471 qram olmaqla, ümumi təmiz çəkisi 2,747 qram olan ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ), metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 93-94-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 dekabr 2021-ci il tarixli video diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsi axtarışa dair 1 ədəd video-diskə köçürülmüş görüntülərə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitənin, dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bıçaq, qara rəngli gödəkçənin sol yan cibindən üzərində “Vincester” yazılmış göy rəngli siqaret qutusu, qara rəngli cins şalvarın sol yan cibindən 02 ədəd qara rəngli “Samsung” markalı mobil telefon, şalvarın sağ yan cibindən 02 ədəd 5 manatlıq ümumilikdə 10 manat pul əsginası və qara rəngli cins şalvarın sağ yan balaca cibindən şəffaf rəngli sellofan bükümün içərisində 10 ədəd ayrı-ayrılıqda bükümləri təqdim etmişdir. Həmin bükümlərə baxış zamanı içərisində şəffaf sellofana bükülmüş 05 ədəd toz halında narkotik vasitə olan heroinə bənzər maddə və 05 ədəd şəffaf rəngli kristal halında olan psixotrop maddə olam metamfetaminə bənzər maddə oldğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin şəffaf sellofana bükülmüş bükümlərdə narkotik vasitə olan “heroin” və psixotrop maddə “metamfetamin” olduğunu, həmin narkotik vasitəni və psixotrop maddə metamfetamini Binəqədi rayonu, Novxanı qəsəbəsində yol kənarında 13.12.2021-ci il tarixdə tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin bir ədəd selofan bükümün içində olan narkotik vasitəyə və psixotrop maddəyə bənzər kütlənin qablaşdırılaraq götürüldüyü müəyyən edilmişdir. Cinayət işinin 95-101-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 dekabr 2021-ci il tarixli mobil telefon cihazının yaddaşına baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A12” markalı telefona baxış keçirilmişdir. Baxış zamanı telefonda olan “whatsapp” sosial şəbəkəsində adlarda olan “İsi Qaqa” yazışmasına daxil olunduqda, səs yazılarının texniki səbəbdən oxunması mümkün olmamış, lakin həmin şəxs tərəfindən 04.12.2021-cil tarixdə saat 00.11-də boruya istiqamət verən şəkil, 05 dekabr 2021-ci il tarixdə saat 01.15-də boruya istiqamət verən şəkil, 06 dekabr 2021-ci il tarixdə saat 02.26-da Abidə yazısı olan reklam lövhəsinə istiqamət verən şəkil, 06 dekabr 2021-ci il tarixdə saat 22.13-də boruya istiqamət verən şəkillər göndərilmişdir. Telefonun media bölməsindən isə piyada keçidi işarəsi olan, boruya istiqamət verən şəkil və narkotik vasitəyə bənzər kütlənin çəkisini ölçən tərəzi olan şəkillər olduğu müəyyən edilmişdir. Həmin şəxsin mobil nömrəsinin +**********86 saylı nömrəsi olması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, İran İslam Respublikasının vətəndaşı kimi bildiyi İsi adlı şəxs həmin şəkilləri çəkərək narkotik vasitələri sözügedən yerlərə atmışdır. Sonra o, gedib həmin yerlərdə şəkildə göstərilən istiqamətlərdən həmin narkotik vasitələri götürmüşdür. Həmçinin həmin yazışmalarda “İsi Qaqa” adı ilə qeyd edilən şəxsin 15kola 2patı, 50kola, 10kola 10patı, 15kola, 12 patı, 8kola 2patı, 20kula, 10k 10 daş, 10 kola 5patı, 7kola, 3 daş, 12kola 3 daş, 14 kola, 10kola 3daş, 15k 5daş, 20kola məzmunlu mesajların göndərildiyi də müəyyən edilmişdir. Cinayət işinin 134-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 4-cü PŞ-dən daxil olmuş 18 mart 2022-ci il tarixli, ***-*******81-1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 139-140-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 dekabr 2021-ci il tarixli, 3/2050 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, soyuq silah hesab edilmir. Cinayət işinin 146-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 aprel 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 164-165-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhər Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X1 01 aprel 2022-ci il tarixli cinayət işindən başqa cinayət işinin ayrılması barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi üçün ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, narkotik vasitənin istifadəçisi olduğunu, narkotik vasitəni satmaq məqsədi olmadığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 121-122-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 06 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin 123-131-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyul 2018-ci il tarixli, 1(005)-200/2018 saylı hökmü ilə, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 faizi dövlət nəfinə tutulmaqla, 01 il 05 ay 24 gün islah işləri cəzasına məhkum edilmiş, 29 noyabr 2021-ci ildə Aərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində qeyd edilmişdir ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.3-ci maddəsinə müvafiq olaraq az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş, lakin cinayətin residivini yaratmır. Cinayət işinin 141-143-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin 01 aprel 2022-ci il tarixli, 784 saylı ambulator məhkəməpsixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməllərini törədən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədən anda hər hansı psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs həmin anda öz hərəkətlərini ölçüb-biçmək və cinayətləri törədən anda düzgün qavramaq, təsvir edə bilmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda ifadə vermək və baş verənləri düzgün qavramaq iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işinin 135-136-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin 28 mart 2022-ci il tarixli, 1425 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 132-ci vərəqəsində olan Binəqədi RİHB-nın Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Məhkəmə Təqsirləndirilən şəxs müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Atabab oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 14 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 24-cü vərəqəsində olan 14 dekabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 81-85-ci vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli 4(001)-1312/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 dekabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,794 qram narkotik vasitə heroin və 2,647 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, bir ədəd CD diskin cinayət işinin materiallarına əlavə olunub saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 152,70 (yüz əlli iki manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,794 qram narkotik vasitə heroin və 2,647 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Bir ədəd CD diskin cinayət işinin materiallarına əlavə olunub saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 152,70 (yüz əlli iki manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar