Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-980/2024 26.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi, “Universal” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2004-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 22 iyun 2023-cü il tarixdə saat 04:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni sahədə qeyri-rəsmi ər-arvad münasibətində yaşadıgı X1 qismində əyləşdiyi taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs idarə etdiyi “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan düşməsini görüb sonuncu ilə Aynur Güliyevanın kişi-qadın münasibətində olmasını düşünərək və bu münasibətin olub-olmamasını dəqiqləşdirmədən əsaslı səbəb olamdan, yəni cüzi səbəb kimi qısqanmanı əsas gətirərək üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən 03 dəfə zərbə endirib sonuncuya həyat üçün təhlükəli hesab edilən sağlamlığa ağır dərəcəli zərərvurmaya aid sağ tərəfli hemopnevmatoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısının daxilə nüfuz edən 01 ədəd deşilmiş-kəsilmiş yarası, sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid sağ saidin yuxarı üçdə birinin 01 ədəd kəsilmiş yarası, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğuna görə dərəcəsi təyin olunmayan sağ əlin İİİ barmağının 01 ədəd səthi kəsilmiş yaraları ilə nəticələnən xəsarətlər yetirməklə zərərçəkmişə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxs Aynurla qeyri-rəsmi yaşamışdır. Hadisə günü saat təxminən 24:00-01:00 radələrində Aynur ona Xırdalan şəhərinə işə getdiyini demişdir. Qısa müddət sonra Aynur ona özünü xəstə hiss etdiyini, işdə əyləşə bilmədiyini, bu səbəbdən Xocəsən qəsəbəsində tanışının yanına gedəcəyini bildirmişdir. Aynur sonradan Xocəsən qəsəbəsində yaşayan tanışının yanına gedəsi olmadığını, ürəyinin sıxıldığını və şəhərə gedəcəyini bildirmiş, bu zaman onların arasında mübahisə baş vermişdir. Gecə saat 24:00-01:00 radələrində Sarvan adlı şəxsin avtomobilində olarkən Aynur ona mesaj atdığından o da qısqanmışdır. Gecə saat təxminən 02:00 radələrində Aynur ona sevgilisiylə olduğunu, evə getdiyini demişdir. O daha Aynura heç nə yazmamış, küçəyə çıxan zaman onların gəldiklərini görmüşdür. Küçədə olarkən avtomobilin dayandığını görmüş, bu zaman Aynur sağ tərəfdən qapıdan düşən zaman o, öpüşmə səsi eşitmişdir. O da bu hərəkətdən qısqanaraq sağ tərəfdən avtomobilin içərisinə daxil olaraq Sarvanla mübahisə etməyə başlamışdır. Sarvan avtomobili idarə etməyə başladığı zaman o, Sarvana avtomobili saxlamağı desə də, Sarvan avtomobili saxlamayaraq davam etmişdir. O, Sarvanın avtomobili saxlamağı üçün bıçaq çıxarmış, lakin Sarvan ona məhəl qoymamışdır. Bu zaman o, bir-iki dəfə bıçaqla zərbələr endirsə də, bıçaq zərbələrinin Sarvana dəyib-dəymədiyini bilməmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, Aynurla əvvəllər ev tutub birlikdə yaşamış, hadisə olan zaman isə Aynurla birlikdə yaşamamışdır. Aynur 27 yaşlı boşanmış qadın olmuş, hadisəyə yaxın zamanlarda artıq demək olar ki, ayrılmışlar. Sarvanı vurduğu mətbəx bıçağını evdən götürmüşdür. Onun Sarvanı bıçaqlamaq fikri olmamış, ancaq qorxutmaq istəmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 21 iyun tarixində axşam saatlarında Aynur ona zəng edərək Xırdalandan çıxdığını, onu evə aparmaq lazım olduğunu demişdir. O, Aynura “Sədərək” ticarət mərkəzində, yanında müştərilərin olduğunu demiş, daha sonra o, Aynuru Xocəsən qəsəbəsindən götürmüşdür. O, avtomobilində əyləşən müştəriləri Lökbatan qəsəbəsində düşürtmüşdür. “Koroğlu” metrostansiyasının yaxınlığında Aynurun mobil telefonla oynadığını, daha sonra isə yatdığını görmüş, buna görə də o, Aynura mobil telefonun yerə düşməməsi üçün “bardaçok”a qoymasını bildirmişdir. O, ünvana çatana yaxın Aynuru oyadaraq harada saxlamasını soruşmüş, Aynur da ona küçənin başında saxlamağını bildirmişdir. O, avtomobili saxladıqdan sonra Aynur avtomobildən düşmüş, bu zaman o, Aynura avtomobildəki əşyalarını götürməsini demişdir. Aynur avtomobildən əşyalarını götürən zaman Kənan qabaq sərnişin tərəfdən avtomobilə əyləşərək Aynuru da içəri salmışdır. Kənan ona əl-qol atmağa başladıqdan sonra qəflətən o, bədənindən qan axdığını görmüşdür. Bıçaq onun qolunun altından dəymişdir. O, Kənan və Aynurun avtomobildən enmələri üçün avtomobili irəli sürməyə başlayan zaman Aynur Kənanı, o isə Aynuru avtomobildən çölə çıxararaq avtomobili idarə etməyə davam etmişdir. Bu zaman Aynurun telefonuna zənglər gəlmiş, o da zəngi açaraq dəstəydəki şəxsə baş verən hadisəni danışmışdır. O, dostu ilə əlaqə saxlayaraq onunla görüşüb tibbi bint almışdır. Lakin hadisədən bir gün sonra halı pisləşdiyi üçün xəstəxanaya aparılmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs Aynurla onun arasında münasibətin olmadığını, Kənanın hadisə yerinə çatdıqdan sonra avtomobilə əyləşərək onu bıçaqladığını, onun bədəninə iki bıçaq zərbəsi endirdiyini, onun xəstəxana xərcinin dövlət tərəfindən qarşılandığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə DİN 102 Z/M-dən vətəndaş X5 bıçaqlanması barədə məlumat daxil olmuşdur (cild 1, iş vərəqi 5). İşdə olan və məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, X6 müraciəti əsasında hadisə yeri hesab olunan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni sahəyə baxış keçirilmiş, hadisə yerinin fotoşəkli çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqi 16-17). İşdə olan və məhkəmədə tədqiq edilmiş maddi sübutun götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 iyun 2023-cü il tarixdə gecə saat 05:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni sahədə X8 xəsarət yetirmişdir. Bıçaq hadisənin baş verdiyi hadisə yerindən aşkar edilərək götürülmüş, lakin bıçaqda qan izi aşkar edilməmişdir. Hadisə yerinə baxış zamanı fotoşəkil çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqi 18-19). İşdə olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” Publik Hüquqi şəxsi Xəzər rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 666 nömrəli rəyindən görünür ki, A.A.Güliyevanın bədən səthi üzərində aşkar edilmiş xəsarətlər - sağ və sol gözaltı nahiyənin, sol əlin, döş qəfəsinin, bel nahiyəsinin, sağ və sol dizin qançırları, burunun əzilmiş yarası, alt dodağın qansızması, burun sümüyünün yerdəyişməyən sınığı küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən bir günə qədər əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar yüngül dərəcəli zərərvurmaya aiddirlər (cild 1, iş vərəqi 20-21). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli şifahi ərizə protokolundan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 04:00 radələrində Xəzər rayonu, Qala qəsəbəsi, Yeni sahə adlanan ərazidə sonradan adını bildiyi Kənan adlı şəxs tərəfindən əlləri və əlində olan bıçaqla xəsarət aldığını bildirmiş, həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir (cild 1, iş vərəqi 30). İşdə olan və məhkəmədə tədqiq edilmiş zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X12 həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 34). İşdə olan və məhkəmədə tədqiq edilmiş zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 42). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon Polis İdarəsinin müstəntiqinə müraciət edərək, X10 döydüyünü, hal-hazırda X14 ilə barışdığını, bu səbəbdən cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir (cild 1, iş vərəqi 72). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X3 rayon Polis İdarəsinin müstəntiqinə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, bu səbəbdən cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir (cild 1, iş vərəqi 73). İşdə olan və məhkəmədə tədqiq edilmiş ifadənin hadisə yerində yoxlanılması barədə xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerində xx.xx.2022-ci il tarixdə təxminən saat 20:00 radələrində Aynur Güliyevanın ona Abşeron rayonu, Xırdalan şəhərində olmasını, burnundan qan gəlməsini və Xocəsən qəsəbəsində yaşayan tanışıgilə gedəcəyini deməsini, xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində onun Aynur Güliyevanın "Whatsapp" statusuna baxdıqda onun şəhərdə olmasının gördüyünü, xx.xx.2023-cü il tarixdə saat 04:00 radələrində yaşadığı evdə olan zaman həyətdən yola baxarkən maşın gəlməsini gördüyünü, mətbəxdən mətbəx bıçağı götürərək yola çıxıb, yolda "Az Samand" markalı avtomaşının qabaq sağ qapısının açıq olmasını və Aynur Güliyevanın sürücü ilə öpüşməsini görməsini, qaçaraq avtomaşına yaxinlaşmasını və Aynur Güliyevanın əyləşdiyi tərəfdən avtomaşına girərək yumruqla sürücünü vurmasını, sürücü maşını sürən zaman arxa cibində olan bıçağı çıxardaraq sürücünü vurmasını, sürücü avtomaşını saxladıqdan sonra Aynur Güliyevanın avtomaşından düşməsini, sürücü isə avtomaşını sürərək çıxıb getməsini bildirmişdir (cild 1, iş vərəqi 99-100). İşdə olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” Publik Hüquqi şəxsi Sabunçu rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 686 nömrəli rəyindən görünür ki, S.A.Sərdarlının bədən səthi üzərində aşkar edilmiş xəsarətlər - sağ tərəfli hemopnevmatoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş, sağ saidin yuxarı üçdə birinin bir ədəd, sağ İİİ barmağının bir ədəd kəsilmiş yaraları deşici-kəsici alətin deşici-kəsici va kəsici təsirindən törənmiş, törənmə müddətləri onun "X19” Publik Hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən sağ tərəfli hemopnevmatoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sağ saidin yuxarı üçdə birinin bir ədəd yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, sağ əlin İİİ barmağının 01 ədəd səthi kəsilmiş yarası isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğuna görə dərəcəsi təyin edilmir (cild 1, iş vərəqi 109-111). İşdə olan və məhkəmədə tədqiq edilmiş cinayət əməlinin tövsif edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə başlanmış cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmişdir (cild 1, iş vərəqi 113-114). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş, xx.xx.2023-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir (cild 1, iş vərəqi 129). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X14 ilə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilmişdir (cild 1, iş vərəqi 130-134). İşdə olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-3/1167 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ila hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, tiyəsi nisbətən əyilmiş vəziyyətdədir, soyuq silah hesab edilmir. Aparılmış tədqiqatın dəyəri 74 (yetmiş dörd) manat təşkil edir (cild 1, iş vərəqi 147-149). İşdə olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 2244 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs "isterik tipli şəxsiyyət pozuntusu” müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, ona istinaq edilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini va ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs cinayət törədən zaman öz əməlinin faktiki xarakterini va ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır (cild 1, iş vərəqi 151-153). İşdə olan və məhkəmədə tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, bir ədəd məbəx bıçağı maddi sübut kimi tanınmış və saxlanılması üçün Xəzər rayon Polis İdarəsinin saxlanc yerinə verilmişdir (cild 1, iş vərəqi 155-161). İşdə olan və məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilərək və əlavələr edilərək o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yeni ittiham elan edilmişdir (cil 1, iş vərəqi 164). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli, 3 saylı Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə edir ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Məhkəmə hesab edir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə tərədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin tövsiyələr qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu səbəbdən, məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Məhkəmə araşdırması nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır xəsarət yetirməsi üçün hər hansı əsaslı səbəb müəyyən edilmədi. Müəyyən edildi ki, təqsirləndirilən şəxsin nə faktiki, nə də ki, hüquqi cəhətdən ər-arvad münasibətində olmadığı, hadisəyə qədər fasilələlə birlikdə yaşadığı, hadisə ərəfəsində isə ayrıldığı X11 qarşı heç bir əsas olmadan qısqanclıq hissini bəhanə edərək, əvvəlcədən evdən bıçaq götürüb ictimai yer olan küçədə zərərçəkmiş şəxsi gözləmiş, zərərçəkmiş şəxs hadisə yerinə çatan kimi ona hücum edərək dava-dalaş salmış və özü ilə götürdüyü bıçaqla zərərçəkmiş şəxsə xəsarətlər, o cümlədən sağlamlığına ağır xəsarət yetirmişdir. Zərərçəkmiş şəxsi bıçaqlamaq fikrinin olmaması, sonuncunu ancaq qorxutmaq istəməsi barədə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinə məhkəmə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin bu məqamla bağlı ifadələrini qəbul etməyərək, törədilmiş cinayətin halları, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, habelə təqsirləndirilən şəxsin hadisə yerinə məhz bıçaq götürüb gəlməsi belə nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin niyyəti zərərçəkmiş şəxsi qorxutmaq deyil, məhz bıçaqla xəsarət yetirmək olmuşdur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurması kifayət qədər sübuta yetirilir, Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirlidir, əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, əməlindən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.4-cü maddələrinin sanksiyasında altı ildən on bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilməmiş, o, dərhal həbsdən azad edilmiş, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 23 oktyabr 2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Xəzər rayon prokurorunun 21 oktyabr 2023-cü il tarixli qərarı ilə onun barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbirinin müddəti 23 oktyabr 2023-cü il tarixdə bitdiyindən, həmin müddətin uzadılmasından imtina olumuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 62, 91-95, 96-97, 140-146, 191-194). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə saxlandığı 2 (iki) ay 13 (on üç) gün cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunacaq cəzadan çıxılmalı və cəza çəkməsinin başlanğıcı hökmün elan olunduğu tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan bir ədəd məbəx bıçağı məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 74 (yetmiş dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) ay 13 (on üç) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində 6 (altı) il 3 (üç) ay 17 (on yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi 26 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan bir ədəd mətbəx bıçağı məhv edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 74 (yetmiş dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-980/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-980/2024
26.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver