Məhkəmə qərarları › İş №1(101)-980/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-980/2025

03.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-980/2025 03.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X9 Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, 1 (bir) yetkinlik yaşına çatmayan övladı olan, işləməyən, məhkum olunmayan, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, X12 küçəsi, ev 34 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 07 sentyabr 2023-ci il tarixdə saat 17 radələrindən 21 radələrinədək olan müddət ərzində qonşusu Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Rafiq Ağayev küçəsi, 15 nömrəli evdə sonuncu ilə birlikdə spirtli içki qəbul etdikdən sonra orta dərəcəli sərxoş vəziyyətində olarkən həmin gün saat 21 radələrində Zərərçəkmiş şəxs dincəlmək istədiyini bildirib ondan evi tərk etməsini tələb etdiyinə görə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlədib təhqir edərək iki dəfə sinəsindən yumruqla vurduqdan sonra o, qisas almaq məqsədi ilə evdə masa üzərində olan, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını götürüb, həmin bıçaqla Zərərçəkmiş şəxs sol bel nahiyəsinə qəsdən bir dələ vuraraq sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xarici qanaxma ilə müşayiət olunan sol bel nahiyəsinin qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, belə bir hadisənin baş verməsini arzu etməmişdir. Zərərçəkmiş şəxs onun qonşusu olmaqla ondan yaşca böyükdür, onlar birlikdə eyni məhəllədə böyümüşlər. O, əməlindən səmimi peşmandır. Verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxslə barışdığını qeyd etmişdir. O, Zərərçəkmiş şəxsla birlikdə sonuncunun evində spirtli içki qəbul etmiş, daha sonra Davud ondan evdən çıxmasını tələb etdikdə sərxoş olduğu üçün halının yaxşı olmadığını, ayaq üstündə dayana bilmədiyini, özünə gələn kimi evdən çıxacağını bildirmişdir. Bu zaman Davud onun ailə üzvlərinin ünvanına təhqiredici ifadələr işlətmiş, bir-iki dəfə də onu itələyərək sinəsindən vurmuşdur. Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetimiş, lakin özündə olmadığı üçün bunun necə baş verməsini bilməmişdir. Cinayət törətdiyi bıçaq evdə, stolun üstündə olan təyinatı çörək doğrmaq üçün istifadə edilən bıçaq olmuşdur. Bir qədər sonra özünə gəlmiş və Davudu bıçaqla vurduğu ona aydın olmuşdur. İlk dəfə Davud onu vurmuş və bundan sonra o Davuda bıçaqla xəsarət yetirmişdir. O, Davud onu vurduqdan sonra bıçağı stolun üstündən götürmüşdür. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına vermiş olduğu və məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, o, Bakı şəhəri. Nizami rayonu. Keşlə qəsəbəsi, X12 küçəsi, ev 34-də qeydiyyatda olmaqla həmin ünvanda tək yaşayır. O, 1997-ci il tarixdə 227 nömrəli orta məktəbin 9-cu sinifi Azərbaycan dilində bitirmiş. 1999-2001-ci il tarixdə həqiqi hərbi xidmət elmişdir. O. yaşadığı məhəllədə bərbər işləyib çörək pulu qazanırmış. 2008-ci il tarixdə Gültəkin Quliyeva ilə ailə həyatı qurmuş. 2009-ctı il tarixdə qızı Zəhra Seyidzadə anadan olmuşdur. 2018-ci İl tarixdə onun psixi vəziyyəti qarışmış və heç kimi tanımamışdır. Bundan sonra onu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən "Respublika Psixiatriya Xəstəxanasıma aparmışlar və o, 21 gün müalicə almışdır. Həmin ildə o. "Respublika Psixiatriya Xəstəxanası’nda yenə 21 gün müalicə almışdır. 2019-cu il tarixdə o, arvadı Gültəkin Quliyeva ilə Bərdə Rayon Məhkəməsinin qərarı ilə nikaha xitam verilmişdir. 2019-cu il tarixdən o. hər gün spirtli içki qəbul etməyə başlamış və fikirini spirtli içki ilə dağıdırmış. Zərərçəkmiş şəxs onun qonşusudur, o, Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır və onunla yaxşı münasibəti vardır. Zərərçəkmiş şəxs da ailəsində boşanmış və o, da evdə tək yaşayır. O, 2020-ci il tarixdən Zərərçəkmiş şəxsla demək olar ki, hər gün ya Davudun evində, ya da onun yaşadığı evdə spirtli içki qəbul edirlər. 07 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində o, yaşadığı evin yaxınlığıda olan "‘Məhəllə” marketə getmiş, 250 millilitr araq almış və evə gedib tək içmişdir. Həmin günü saat 17 radələrində o, məhəllədə olan zaman Zərərçəkmiş şəxs onu öz evinə çağırmış və demişdir ki. 500 millilitr araq alıb, gedək içək. O, Zərərçəkmiş şəxs razılıq vermiş və Zərərçəkmiş şəxsla birlikdə onun yaşadığı evinə getmişlər. Zərərçəkmiş şəxs bir otaqlı evdə yaşayır. Onlar həmin arağı həyətdən yığdıqları üzümlə içmişlər. Həmin vaxtı evdə ondan və Zərərçəkmiş şəxs başqa heç kim yox imiş. Həmin günü saat 19 radələrində o. Zərərçəkmiş şəxs demişdir ki, gedib bir ədəd 250 millilitr araq alıb gəlir. Zərərçəkmiş şəxs razılıq vermiş, o, "'Məhəllə” marketə gedib 250 millilitr araq alıb Davudgilə gəlmişdir. Həmin vaxtı evdə ondan və Zərərçəkmiş şəxs başqa heç kim yox imiş. Onlar həmin arağı həyətdən yığdıqları üzümlə içmişlər. Bundan sonra o, Zərərçəkmiş şəxs demişdir ki. gedib bir araq alıb gəlir. Zərərçəkmiş şəxs ona demişdir ki, ona bəsdir, içmək istəmir. O. Zərərçəkmiş şəxs demişdir ki, o, içmək istəyir və araq almaq üçün "Məhəllə” marketə gedib 250 millilitr araq alıb Davudgilə gəlmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs yaşadığı evin işıqlarını sönmüşdür, ancaq televozorun işıqları evə düşürmüş. O, Davudun yaşadığı evə girən zaman Davud çarpayıdan ayağa qalxmış və evin işıqlarını yandırmışdır. O, Zərərçəkmiş şəxs aldığı araqdan içməyə dəvət etmiş. Zərərçəkmiş şəxs demişdir ki, içmir, ona bəsdir. Bundan sonra o. tək həmin arağı üzümlə içmiş. Davud Sııltanox isə televizora baxırmış. O arağı içib qutardıqdan sonra Zərərçəkmiş şəxs ona demişdir ki, dur get dincəlmək istəyir. Həmin vaxtı hiss etmişdir ki, araq onu piyan edib, dili söz tutmur və ayağa qalxa bilmir. Zərərçəkmiş şəxs onu qaldırıb evdən həyətə çıxartmaq istəyirmiş. O, piyan olduğu üçün ayağa qalxa bilmirmiş və dilidə söz tutmadığı üçün Davuda söz deyə bilmirmiş. Zərərçəkmiş şəxs onun yaxasından tutub qaldırıb giriş qapıya tərəf itələmişdir. O. Zərərçəkmiş şəxs demişdir ki, “niyə onun yaxasından tutub itələyirsən?” və Zərərçəkmiş şəxs üstünə getmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs onun sinəsinə yumuruq vurmuş və bu zaman o, Zərərçəkmiş şəxs yaxasında tutmuş. Zərərçəkmiş şəxs onun yaxanasından tutmuşdur. Zərərçəkmiş şəxs onun sinəsindən yenə yumuruq vurmuş, onun ünvanına nəlayiq söyüş söymüş və o, evdə masanın üzərində olan mətbəx bıçağını sağ əlinə götürmüşdür. Zərərçəkmiş şəxs sol əli ilə onun sinəsinə yumuruq vurmaq istəyən zaman o əlində olan bıçaqla Zərərçəkmiş şəxs sol tərəfdən kürək nahiyəsinə vurmuş, əli ilə Zərərçəkmiş şəxs sinəsindən geri itələmiş və özüdə geri çəkilmişdir. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, o, Zərərçəkmiş şəxs bıçaqla vurub öldürmək istəmirmiş. Zərərçəkmiş şəxs onu sinəsindən iki dəfə yumuruqla vurduqdan sonra o, evdə masanın üzərində olan mətbəx bıçağını götürmüş və Zərərçəkmiş şəxs onu sinəsindən yumruq vurmaq istəyən zaman o, sağ əlində olan bıçaqla Zərərçəkmiş şəxs sol tərəfdən kürək nahiyəsinə vurmuş. Zərərçəkmiş şəxs sinəsindən geri itələmiş və özüdə geri çəkilmişdir. Zərərçəkmiş şəxs ayağa qalxıb ona demişdir ki, çıx, get evdən. O, sağ əlində olan bıçağı evdə olan döşəməyə atıb evdən çıxıb getmişdir. Məlum hadisə zaman onun ünvanına Zərərçəkmiş şəxs nalayiq söyüş söymüşdür. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə verdiyi etirafedici ifadələrini, zərərçəkmiş şəxsin ifadəsini, eləcə də cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda təhlil edib, o cümlədən həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan bəri tanıyır, onlar birlikdə böyümüşlər. Təqsirləndirilən şəxs onun qapı qonşusudur. Nəsimi bərbər kimi fəaliyyət göstərmişdir və o, tez-tez üzünü və saçını qırxdırmaq üçün sonuncunun yanına getmişdir. Nəsimi ona göstərdiyi xidmətə görə ondan heç vaxt ödəniş almamış, bunun müqabilində o tez-tez Nəsimini öz evinə dəvət etmiş və onlar birlikdə yeyib-içmişlər. Hadisə günü Nəsimi onun evində olmuş, onlar birlikdə spirtli içki qəbul etmiş, həmin gün Nəsimi danışa bilməyəcək həddə sərxoş olmuşdur. Nəsimi başını stolun üstünə qoymuş və yuxulamışdır. Bu zaman o Nəsimiyə “dur çıx get evinə bir az sən də dincəl, mən də dincəlim.” demişdir. Nəsimi durub getmək istəməmiş və onlar bir-birlərini itələmişlər. O, kobud tərzdə Nəsimiyə “cəhənnəm ol çıx get” deyə əsəbiləşmişdir. Bu zaman Nəsimi stolun üstündə olan mətbəx bıçağını götürərək ona bıçaqla xəsarət yetirmişdir. Hazırda onlar barışmışlar və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 5) görünür ki, həmin gün saat 21:38-də DİN-in 102 xidmətindən N230717093 saylı məlumat daxil olmuşdur ki, Zərərçəkmiş şəxs bıçaqla xəsarət aldığını və telefonunun götürüb gedilməsi barədə bildirərək dəstəyi asmışdır. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 01, iş vərəqə 6-10)görünür ki, ünvan 4 ünvanına gedərək, hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Bakı şəhəri, Nizami rayonu,Rafiq Ağayev küçəsi 15 nömrəli ev olmuş, Həmin evin kənarları daş hasara alınmışdır və metal darvazası vardır.Darvazanın üzərində heç bir sınıq və zədə izi müəyyən edilməmişdir. Darvazadan içəri girdikdə sol tərəfdə bir otaqlı ev müəyyən edilmişdir. Darvazadan içəri girdikdə sol tərəfdə bir otaqlı ev müəyyən edilmişdir. Evin giriş qapısı plastikdən olub, üzərində zədə və sınıq izi müəyyən edilməmişdir. Həmin evə daxil olduqda dairəvi formalı masa, yanında iki ədəd stol, sol tərəfdə isə bir ədəd çarpayı vardır. Çarpayının üzərində olan döşək üzlüyünün və çarpayının yanında döşəmənin üzərində qırmızı rəngli qana bənzər ləkələr müəyyən edilmişdir. Çarpayının sol yan hissəsində döşəmənin üzərində bir ədəd tiyəsi boz metaldan olan tutacağı isə taxtadan olan bıçaq aşkarlanmışdır.Həmin bıçağın tiyəsində qana bənzər hissəciklər vardır, sübut əhəmiyyəti olduğundan bıçaq götürülmüşdür. xx.xx.2023-cü il tarixli raportdan (cild 01, iş vərəqə 11) görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 00:02-də 1 saylı TTYS-dan həkim Quliyeva məlumat daxil olmuşdur ki, xx.xx.1965-ci il təvəllüdlü X6sol kürək nahiyyəsinin kəsilmiş və deşilmiş yarası ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli əşyanın təqdim edilməsi və götürülməsi barədə qərardan (cild 01, iş vərəqə 16) görünür ki, Təqsirləndirilən şəxs təhqiqata təqdim etdiyi 01 ədəd boz rəngli cins şalvar götürülməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli əşyanın təqdim edilməsi və götürülməsi barədə protokoldan (cild 01, iş vərəqə 17) görünür ki, Təqsirləndirilən şəxs təhqiqata təqdim etdiyi 01 ədəd tünd boz rəngli cins şlavarın sol diz nahiyyəsində eni 9 sm, uzunluğu 10 sm ölçüdə dairəvi formada qana bənzər iz aşkar olunmuş, həmin cins şalvarın iç arxa tərəfindən “Jeans”, “Made in Turkey”, “Size” sözləri və 36 rəqəmi qeyd edilmişdir. Buna görə də bir ədəd tünd rəngli cins şalvar sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan ******* nömrəli tibbi müayinə protokolundan (cild 1, iş vərəqə 20) görünür ki,Təqsirləndirilən şəxs orta alkoqol sərxoşluq dərəcəsindədir. xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsi tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 31) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında (cild 1, iş vərəqə 52) qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham elan olunması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nizami rayon Məhkəməsinin 4(007)-384/2023 saylı qərarından (cild 1, iş vərəqə 76-79) görünür ki, Təqsirləndirilən şəxs barəsində həsb qətimkan tədbiri seçilməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Səbuhi İsmayılovun vəsatəti və onunla bağlı Bakı şəhəri Nizami rayon X4 təqdimatı təmin edilməməsi və dərhal iclas zalından azad edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında (cild 1, iş vərəqə 80-81) görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)- 865/2023 saylı qərarından (cild 1, iş vərəqə 88-93) görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 4(007)-384/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs 08 sentyabr 2023-cü ildən 09 sentyabr 2023-cü il tarixədək tutulması nəzərə alınmaqla, həbsdə saxlanılma müddəti 03 ay 25 gün həddində, yəni 08 yanvar 2024-cü il tarixədək müəyyən olunmuş, həbsin əvvəli 13 sentyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 94) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs ərizəsindən (cild 1, iş vərəqə 105) görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nizami rayon Məhkəməsinin 4(007)-404/2023 saylı qərarından (cild 1, iş vərəqə 112-116) görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, ev dustaqlığı qətimkan tədbirinin müddəti təqsirləndirilən şəxs barəsində müəyyən edilmiş həbs qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırılmışdır. xx.xx.2023-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)- 916/2023 saylı qərarından (cild 1, iş vərəqə 122-126) görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 4(007)-404/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 09 sentyabr 2023-cü il tarixli 638/2023-MTBŞ nömrəli məhkəmə tibbi-bioloji ekspertizasının rəyindən (cild 1, iş vərəqə 129-133) görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qrup göstəricisi: 0(İ). (şəxsiyyəti təsdiq edən sənəd üzrə axtarış vəsqəsinin kserosurətinə əsasən); Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qrup göstəricisi: A(İİ). (şəxsiyyəti təsdiq edən sənəd üzrə axtarış vəsqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq və Təqsirləndirilən şəxs məxsus cins şalvar üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni O qrupunun əsasını təşkil edildiyindən bu qan ləkələri Oalfa, beta (İ) qruplu şəxsə o cümlədən də Zərərçəkmiş şəxsna məxsus ola bilər. Həmin ləkələrdə Təqsirləndirilən şəxs qanının olması inkar olunur. 07 oktyabr 2023-cü il tarixli 988 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən (cild 1, iş vərəqə 135-137) görünür ki, Zərərçəkmiş şəxs aşkar olunmuş xarici qanaxma ilə müşayiət olunan sol beh nahiyəsinin qarın boşluğuna nüfuz edən bir ədəd kəsilmiş-deşilmiş yarası - şiş uca cə kəsici kənara malik əşyanın (əşyaların), ola bilsinki. bıçağın təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində və şəxsin göstərdiyi şəraitdə və müddətdə, yəni 07 sentyabr 2023-cü il tarixə alınması istisna olunmur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. 12 oktyabr 2023-cü il tarixli 460-MTBŞ/2023 nömrəli məhkəmə tibbi-kriminalistik ekspertizasının rəyindən (cild 1, iş vərəqə 145-146) görünür ki. təqdim edilmiş bir ədəd şalvarın üzərində zədə və zədə izləri aşkar edilmədi. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan əlavə və dəyişiklik edilmişdir. 18 oktyabr 2023-cü il tarixli 6704 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən (cild 1, iş vərəqə 147-148) görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin və xroniki alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən və xroniki alkoqolizm xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan və xroniki alkoqolizimdən məcburi müalicəyə ehtiyatcı yoxdur. 06 oktyabr 2023-cü il tarixli 2811 nömrəli ambıılator məhkənıə-psixiatrik ekspertizasının rəyindən (cild 1, iş vərəqə 150-151) görünür ki, Təqsirləndirilən şəxs ona törötdiyi əməl dövründə onda qeyd olunan “şizofreniya paranoid forma remissiya mərhələsində" xroniki psixi xəstəliyi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə onda qeyd olunan “şizofreniya paranoid forma” xroniki psixi xəstəliyin remissiya (yaxınlaşma) mərhələsində olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda "şizofreniya paranoid forma remissva vəziyyəti” qeyd olunur. Təqsirləndirilən şəxs qe\ d olunan psixi xəstəlik onu öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarından məhrum elmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd olunmalıdır ki. Təqsirləndirilən şəxs qeyd olunan psixi xəstəlik onu öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəlilivini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarındarından məhrum etmişdir. Buna görə Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası Ciııayəı Məcəlləsinin 22ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi mülaicəyə ehtiyac yoxdur. xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan (cild 1, iş vərəqə 167) görünür ki, 07 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Rafiq Ağayev küçəsi, 15 nömərli evdə spirtli içki qəbul etdikdən sonra Zərərçəkmiş şəxs onun evdən çıxartmaq üçün yaxasından tutub qaldırmış və sinəsindən iki dələ yumuruqla vurmuş, o. masanın üzərində olan mətbəx bıçağını götürmüş, Zərərçəkmiş şəxs onun sinəsindən yumuruqla vurmaq istəyən zama o. əlində olan bıçaqla Zərərçəkmiş şəxs sol tərəfdən kürək nahiyəsinə bir dəfə qəsdən bıçaqla vurmuşdur. xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 1, iş vərəqə 182) görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-980/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək dərhal məhkəmə iclas zalından həbs edilmişdir. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X7 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə doğulmuş yetkinlik yaşına çatmayan bir uşağı (X3) vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, lakin müdafiə tərəfi həmin sübutlara dair öz etirazını bildirməmiş, habelə məhkəmədə tədqiq edilmiş sübutları və ittihamı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək X1 əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmədə araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə 07 sentyabr 2023-ci il tarixdə saat 21 radələrində qonşusu Zərərçəkmiş şəxs ilə sonuncuya məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Rafiq Ağayev küçəsi, 15 nömrəli evdə sonuncu ilə aralarında mübahisə baş vermişdir. Onların arasında baş vermiş sözlü mübahisəyə səbəb–hər ikisi sərxoş halda olan zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs evi tərk etməsini tələb etdiyinə görə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlədib təhqir edərək onu itələməsi olmuşdur. Aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs evdə masa üzərində olan, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını götürüb, həmin bıçaqla Zərərçəkmiş şəxs sol bel nahiyəsinə qəsdən bir dələ vuraraq sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xarici qanaxma ilə müşayiət olunan sol bel nahiyəsinin qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Belə ki, 07 sentyabr 2023-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Rafiq Ağayev küçəsi, 15 nömrəli evdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurması Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, həm ibtidai istintaq zamanı, həm də məhkəmədə vermiş olduqları ifadələri əsasında tam şəkildə təsdiq olunmuşdur. Bu səbəbdən də şəxsi münasibətlərin pozulması nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurması cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Zərərçəkmiş şəxsin aldığı ağır xəsarətlə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbə nəticəsində almışdır. Eyni zamanda məhkəmə cinayət hadisəsinin baş verməsinə səbəb olmuş halları, yəni təqsirləndirilən şəxsin və zərəçəkmiş şəxsin orta alkoqol sərxoşluq vəziyyətində olması, onların arasında sözlü mübahisə baş verməsi, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlədib təhqir edərək onu itələməsi, başqa sözlə, göstərilən bu halları məcmu halda nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini içkili vəziyyətdə törətmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin” Siyahısına əsasən şəxsin sağlamlığına vurulmuş xəsarətin iki forması müəyyən edilmişdir. Biri həyat üçün təhlükəli olan xəsarətlər, ikincisi isə həyat üçün təhlükəli olmayan, lakin nəticələrinə görə ağır hesab edilən xəsarətlərdir. “Ağır, az ağır və yüngül xəsarət növlərinin” Siyahısının 1-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlərdən, yəni sol bel nahiyəsinə qəsdən bir dələ vuraraq sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xarici qanaxma ilə müşayiət olunan sol bel nahiyəsinin qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət xəsarət yetirməklə qəsdən sağlamlığa ağır xəsarət dərəcəsi kimi müəyyən edilmişdir. Belə olduğu təqdirdə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs qarşı həqiqətən də qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Bundan başqa, Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Həmçinin onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, yetkinlik yaşına çatmayan bir uşağının olmasını, törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilən hallara və əsaslara baxmayaraq, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi zorakı cinayət əməlinə tənqidi yanaşaraq bu kimi halları qınayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq qəti azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və onun xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət qəti cəza müddətinə daxil edilməklə üzərində saxlanılacaq cəzanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut olub Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan 01 ədəd mətbəx bıçağı və təyinatını itirdiyindən 01 ədəd cins şalvar məhv edilməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə istintaqı mərhələsində göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-cü il tarixədək 2 (iki) gün şübhəli şəxs qismində tutulduğu və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 03 ay 25 gün, cəmi 03 ay 27 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılsın və onun üzərində 2 (iki ) il 8 (səkkiz) ay 3 (üç) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut olub Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan 01 ədəd mətbəx bıçağı və təyinatını itirdiyindən 01 ədəd cins şalvar məhv edilsin. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Fərid Namazov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar