Məhkəmə qərarları › İş №1(101)-981/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-981/2022

25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-981/2022 25.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti X3, müdafiəçilər: Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və «VERDİKTUM» Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə açıq məhkəmə iclasında

1. xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə

2. xx.xx.1992-ci ildə Füzuli rayonu, Aybasanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ev 18-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Yəhya» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Yəhya» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Yəhya» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 11979,823 qram olan narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 10025 qram olan psixotrop maddə metamfetamini istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə ona və Təqsirləndirilən şəxs2 məlumat verdikdən sonra sonuncular birlikdə həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin qoyulduğu ünvandan «Yəhya» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitə heroinin külli miqdarda 20,274 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs1 öz üzərində, külli miqdarda 9,549 qram çəkidə hissəsini isə Təqsirləndirilən şəxs2 öz üzərində saxlamaqla daşımış, qalan külli miqdarda 11950 qram narkotik vasitə heroini, və külli miqdarda 10025 qram psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncunun idarə etdiyi «Toyota prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobilin salonunun arxa hissəsində daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 01 yanvar 2022-ci il tarixdə saat 23:15-də Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Qazax-Bakı magistral yolunun 485-ci kilometrliyin yaxınlığında saxlanılaraq Təqsirləndirilən şəxs2 idarə etdiyi «Toyota prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobili ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 20,274 qram, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan qəhvəyi rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 9,549 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroinlər aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 02 yanvar 2022-ci il tarixdə saat 02:20-dən etibarən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz könüllü razılıqları və birlikdə iştirakları ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi «Toyota Prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobilinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyətində baxış keçirilən zaman avtomobilin salonun arxa hissəsində olan bir ədəd polietilen kisənin içərisindən on bir ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda çəkiləri 2000 qr, 990 qr, 1000 qr, 990 qr, 990 qr, 1000 qr, 990 qr, 1000 qr, 990 qr, 1000 qr və 1000 qr olmaqla ümumi təmiz çəkisi 11950 qram öz aralarında və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və altı ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda çəkiləri 1000 qr, 995 qr, 2005 qr, 2010 qr, 1990 qr və 2025 qr olmaqla ümumi təmiz çəkisi 10025 qram öz aralarında kimvəyi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Yəhya» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Yəhya» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Yəhya» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 11979,823 qram olan narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 10025 qram olan psixotrop maddə metamfetamini istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə ona və Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra sonuncular birlikdə həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin qoyulduğu ünvandan «Yəhya» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitə heroinin külli miqdarda 20,274 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs1 öz üzərində, külli miqdarda 9,549 qram çəkidə hissəsini isə Təqsirləndirilən şəxs2 öz üzərində saxlamaqla daşımış, qalan külli miqdarda 11950 qram narkotik vasitə heroini, və külli miqdarda 10025 qram psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə idarə etdiyi «Toyota Prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobilin salonunun arxa hissəsində daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 01 yanvar 2022-ci il tarixdə saat 23:15-də Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Qazax-Bakı magistral yolunun 485-ci kilometrliyin yaxınlığında saxlanılaraq Təqsirləndirilən şəxs2 idarə etdiyi «Toyota prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobili ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 20,274 qram, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan qəhvəyi rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 9,549 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroinlər aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 02 yanvar 2022-ci il tarixdə saat 02:20-dən etibarən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 öz könüllü razılıqları və birlikdə iştirakları ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi idarə etdiyi «Toyota prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobilinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyətində baxış keçirilən zaman avtomobilin salonun arxa hissəsində olan bir ədəd polietilen kisənin içərisindən on bir ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda çəkiləri 2000 qr, 990 qr, 1000 qr, 990 qr, 990 qr, 1000 qr, 990 qr, 1000 qr, 990 qr, 1000 qr və 1000 qr olmaqla ümumi təmiz çəkisi 11950 qram öz aralarında və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və altı ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda çəkiləri 1000 qr, 995 qr, 2005 qr, 2010 qr, 1990 qr və 2025 qr olmaqla ümumi təmiz çəkisi 10025 qram öz aralarında kimvəyi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, digər Təqsirləndirilən şəxs2 5 ilə yaxındır ki, tanıyır, ikisi də eyni məhəllədə yaşayırlar. İranlı Yəhyanı isə instaqramdan tanımışdır. Yəhya həmin sosial şəbəkədəki səhifəsində narkotik vasitələrin satışı ilə məşğul olmasını bildirmişdir. O isə kakos, yəni heroin istifadəçisi olduğu üçün həmin Yəhya ilə Wotsap proqramı vasitəsi ilə əlaqə saxlayaraq bir neçə dəfə ondan şəxsi istifadəsi üçün heroin əldə etmişdir. Heroindən başqa maddələr almamışdır. Yəhya bank kartının fotoşəklini ona göndərmiş və həmin karta pul köçürməyi demişdir. Yəhyaya pul köçürdükdən sonra sonuncu ona narkotikin yerləşdiyi ərazilərin fotoşəklini və həmin yerlərin izahını göndərirdi. Belə ki, Yəhya narkotik vasitələri blokdakı pəncərələrin üzərinə, sayğacın içinə belə qoyurdu. Sonuncu dəfə Yəhyadan özü üçün 100 qram heroin istəmiş, lakin bildirmişdir ki, karta yatırmağa pulu yoxdur, olanda köçürəcəkdir. Yəhya da razılaşaraq ona narkotik vasitə göndərmişdr. Həmin narkotik vasitəni Sahil qəsəbəsindən şəhər istiqamətində olan üzərində «110» yazısı olan yol nişanının sağ tərəfindəki transformatorun yanından dötürmək üçün Röyalla getmək, orada maşından enib ayaqyoluna getmək istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Dəqiqləşdirmək istəyir ki, həmin yerə dostu Təqsirləndirilən şəxs2la getmişdir. Röyal onu ora idarə etdiyi «Tayota Prins» markalı maşını ilə aparmışdır. Röyal maşını göstərdiyi yol nişanının yanında saxlamış, özü maşında qalmış, polis əməkdaşları onu saxladıqda Röyalı da onunla birlikdə polisə aparmışlar. Polis idarəsində Bəylər adlı polis əməkdaşı cibinə 20 qram kakos qoymuşdur. O da razı olmuşdur. Röyalın isə bu işdən ümumiyyətlə xəbəri yoxdur, o, onu taksi şoferi kimi həmin yerə gətirmişdir. Lakin Röyalın onun narkotik vasitə götürməyindən, Yəhya adlı tanışı olmasından xəbəri yox idi. Maşın Röyalın olsa da, həmin maşının içinə 20 kq-a yaxın heroin və metamfetamini nə o, nə də ki, Röyal qoymamış, həmin vasitələri maşina polis əməkdaşları özləri qoymuşlar. Bu səbəbə görə ona verilmiş ittihamla yalnız qismən razıdır. Onun üzərinə və maşina baxış keçirilən zaman üzləşdiyi təzyiqlər nəticəsində özü və Röyal barəsində həqiqətə uyğun olmayan ifadələr vermiş, həqiqəti əks etdirməyən protokolları imzalamışdır. Bu gün məhkəmədə verdiyi ifadəsi isə həqiqi ifadədir. Adlarını bilmədiyi əməliyyatçılar ona qarşı fiziki zor tətbiq etmiş, maşının açarını polislər Röyaldan almış, bir neçə saat, yəni maşina baxış keçirilənə qədər açar polis əməkdaşlarında olmuşdur. Onu da bildirmək istəyir ki, narkotik vasitə və psixotrop maddənin nə vaxt və kim tərəfindən Azərbaycana keçirildiyini bilmir, həmin vasitələr artıq Azərbaycanda Sahil qəsəbəsinin yanındakı transformatorun yanına qoyulduqdan sonra ona bu barədə Yəhya xəbər vermiş, o, sonuncuya və yaxud digər şəxslərə bu qanunsuz əşyaların dövlət sərhəddindən keçirilməsinə heç bir yardım və köməklik göstərməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi ona elan olunmuşdur. Həmin ifadəsində göstərmişdir ki, o, təxminən bir neçə ildir ki, narkotik vasitənin heroin növündən istifadə edir. Heroindən istifadə etdiyi üçün tanımadığı şəxslərdən narkotik vasitə heroin alıb istifadə etmişdir. Lakin son bir ildir ki, narkotik vasitə lazım olanda İran İslam Respublikasında yaşayan Yəhya adlı şəxs ilə danışıb ondan narkotik vasitə göndərməsini xahiş etmişdir. O isə pul qarşılığında narkotik vasitəni göndərmişdir. İranlı Yəhya ilk öncə ona kart şəkli göndərmiş və karta pul yükləməyini bildirmişdir. Həmin karta pul yükləmişdir. Daha sonra isə o narkotik vasitəni qoyduğu yeri bildirmişdir. Gedib həmin narkotik vasitəni götürüb istifadə etmişdir. Lakin son zamanlar maddi vəziyyəti yaxşı olmamışdır. Buna görə də asan yolla pul qazanmağın yollarını axtarmışdır. İran İslam Respublikasının vətəndaşı Yəhya adlı şəxslə sosial şəbəkədə danışan zaman o bildirmişdir ki, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğuldur, əgər istəsə onu da öz işinə şərik edə bilər. Belə ki, Yəhya adlı şəxs ona demişdir ki, Azərbaycan Respublikasında narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olan adamları vardır. Onun deməsinə görə işi narkotik vasitəni onun dediyi ünvandan götürüb, onun deyəcəyi ünvana qoymaq olmuşdur. Bunun müqabilində isə pul əldə edəcəkdir. Yəhya adlı şəxslə narkotik vasitənin qanunsuz dövriyyəsində əlbir olmaq üçün razılıq vermişdir. Yəhya narkotik vasitə göndərəcəyini bildirmişdir. Yəhya narkotik vasitəni Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisinə qoyduracağını bildirmişdir. 01 yanvar 2022-ci il tarixdə saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs2 zəng etmişdir. Çünki Təqsirləndirilən şəxs2 taksi sürməklə məşğul olmuşdur. Röyala Ələt qəsəbəsinə getmək lazım olduğunu bildirmişdir. Röyal isə Binəqədiyə onun yaşadığı ünvana gələcəyini bildirmişdir. Təxminən 15-20 dəqiqə sonra Röyal onun yaşadığı ünvanın yaxınlığına gəlmişdir. Həmin yerdə onun idarə etdiyi «Toyota Prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobilinə minmişdir. Maşına mindikdən sonra ona iranlı Yəhya adlı şəxsin narkotik vasitə göndərdiyini, həmin narkotik vasitəni götürməyə getdiyini bildirmişdir və narkotik vasitəni Ələt qəsəbəsindən götürüb yaşadığı ünvana gətirmək üçün 25 manat pul verəcəyini, əlavə olaraq iranlının göndərdiyi narkotik vasitənin üzərindən götürüb istifadə etmək üçün ona verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 onunla razılaşmışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitənin qanunsuz dövriyyəsində pul olub-olmadığını soruşmuşdur. Bu işdən qazanc əldə etdiyini bildirmişdir. Narkotik vasitəni götürməmişdən əvvəl Röyala bu barədə demişdir ki, sonra birdən narazı qalar. Onun xəbəri ola-ola narkotik vasitə götürməyə getmişdir. Bu işdəndə onun 25 manat qazancı olacaqdır. Ələt qəsəbəsinə çatandan sonra narkotik vasitənin harada olmasını öyrənmiş və həmin ünvandan bir ədəd sintetik ağ kisədə narkotik vasitələri və psixotrop maddələri götürmüş və maşının salonunun arxa hissəsinə qoymuşdur. Narkotik vasitə heroini və psixotrop maddə metamfetamini götürüb salona qoyduqdan sonra həmin narkotik vasitə heroinin üzərindən bir büküm götürüb Röyala vermişdir ki, istifadə etsin, bir bükümüdə götürüb öz üzərində saxlamışdır ki, lazım olanda istifadə edər. Bundan sonra isə hərəkətə başlamışdır. Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Qazax-Bakı magistral yolunun 485-ci km-nin yaxınlığında «Toyota Prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobili saxlayıb söhbət edən zaman bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu və Röyalı Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişdirlər. Etiraz etmədən polis əməkdaşları ilə birlikdə baş idarəyə getmişdir. Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobili də baş idarəyə gətirmişdirlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona və daha sonra Röyala üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, sağ yan cibindən içində siqaret dənəsi olan siqaret qutusu, 30 manat pul aşkar olunmuşdur. Daha sonra narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, qablaşdırılmış və götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs2 əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Röyalın əynində olan qara rəngli şalvarın sol yan cibindən “Redmi” markalı mobil telefon, sağ yan cibindən 16 manat pul və bir ədəd avtomobil açarı aşkar olunmuşdur. Daha sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar götürülmüş, bir ədəd açar, içində siqaret dənəsi olan siqaret qutusu və pullar geri qaytarılmışdır. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş və həmin protokola imza etmişdir. Bundan sonra Röyalın idarə etdiyi «Toyota Prius» markalı avtomobilə baxış keçirmək üçün idarənin həyətinə düşmüşdür. İdarənin həyətində onun və Təqsirləndirilən şəxs2, eyni zamanda vəkillərin və polis işçilərinin iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı ona avtomobildə qanunsuz hər hansısa əşya varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra həmin avtomobilin salonunun arxa hissəsində Röyal ilə birlikdə gizlətdiyi, bir ədəd ağ rəngli polietilen torbanı təqdim etmişdir. Həmin torbanın içindən səkkiz ədəd bükümdə narkotik vasitə heroin, altı ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Sonra heroin və metamfetamin elektron əl tərəzisində tərəzidə çəkilmiş və qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Əlavə olaraq avtomobilin ön hissəsindəki saxlanc yerindən Təqsirləndirilən şəxs2 məxsus sürücülük və şəxsiyyət vəsiqələri, şəxsiyyət vəsiqəsi aşkar olunmuş və götürülmüşdür. Üzərindən və avtomobildən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Yəhya” adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində gizlədilən yerdən Röyal ilə birlikdə əldə etmişdir, həmin narkotik maddələri “Yəhya” adlı şəxsin deyəcəyi ünvanlara çatdıracaqdır, bu işləri görməkdə Təqsirləndirilən şəxs2 ilə əlbirdir. Həmin ifadələri təsdiq etmir, onları təzyiq altında vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə dostluq münasibətləri var, onun heroin istifadə etməsindən xəbəri var, həmçinin onun özü də heroindən istifadə edir. Heroini ona Surac verirdi. Çox vaxt Suracla birlikdə həmin narkotik vasitəsini qəbul edirdilər. Suracın narkotiki haradan almasından xəbəri olmamış, bu barədə Surac ona heç nə deməmişdir. X9 adlı iranlı barəsində də ona bir söz deməmişdir. Atasına məxsus «Toyota Prius» markalı **-HM-*** qeydiyyat nişanlı avtomobili o, taksi kimi istifadə etmişdir. 01 yanvar 2022-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs1 ona zəng edərək Ələt qəsəbəsinə getmək istədiyini bildirmişdir. Suracı Sahil qəsəbəsindən şəhər istiqamətində olan üzərində «110» yazısı olan yol nişanının sağ tərəfindəki transformatorun yanına gətirmiş, orada Surac ayaqyoluna gedəcəyini bildirib maşından enmişdir. Surac ayaqyoluna gedən zaman mülki geyimli şəxslər tərəfindən saxlanılmış, həmin şəxslərdən bir neçə nəfəri onun maşınınıa yaxınlaşaraq polis əməkdaşları olduqlarını, onlarla birlikdə polisə getməli olduğunu demişlər. Surac polislərin nəqliyyat vasitəsində, o isə öz maşınında polisə aparılmışlar. Həmin vaxt onun maşınını polis əməkdaşı idarə etmiş, o isə maşında arxa oturacaqda oturmuşdur. Onun maşınında narkotik vasitə olmamışdır. Polis idarəsində onun və Suracın üzərinə baxış keçirilən 2 saat ərzində maşını polis idarəsinin qarşısında onun nəzarətindən kənar qalmışdır. Hesab edir ki, baxış zamanı maşınından aşkar olunmuş qanunsuz əşyaları polis əməkdaşları özləri qoymuşlar. O, saxlanılan zaman da üzərində heç bir qanunsuz əşya olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi ona elan edilmişdir. Həmin ifadədə göstərilir ki, 01yanvar 2022-ci il tarixdə Surac evlərinin yaxınlığında onun idarə etdiyi maşina minmişdir. Maşına mindikdən sonra Surac ona demişdir ki, iranlı Yəhya adlı şəxs ona narkotik vasitə göndərir, həmin narkotik vasitəni götürməyə gedir və narkotik vasitəni Ələt qəsəbəsindən götürüb yaşadığı ünvana gətirəcək, müqabilində isə ona 25 manat pul və bir bükümdə istifadəsi üçün narkotik vasitə heroin verəcəkdir. Pul qazanacağı və eyni zamanda istifadə etmək məqsədi ilə narkotik vasitə almaq üçün razılıq vermişdir. Ancaq bilmişdir ki, narkotik vasitəni daşımaq qanunsuz bir hərəkətdir. 25 manat pulu və narkotik vasitə ona verəcəyi üçün bu işə razı olmuşdur. Maşında Ələt qəsəbəsinə gedərkən Suracdan narkotik vasitənin qanunsuz dövriyyəsində pul olub-olmadığını soruşmuşdur. Surac isə bu işdən qazanc əldə etdiyini bildirmişdir. Ələt qəsəbəsinə çatandan sonra narkotik vasitənin harada olmasını öyrənmiş və həmin ünvandan bir ədəd sintetik ağ kisədə narkotik vasitələri və psixotrop maddələri birlikdə götürmüş və maşının salonunun arxa hissəsinə birlikdə qoymuşdur. Narkotik vasitə heroini və psixotrop maddə metamfetamini götürüb birlikdə salona qoyduqdan sonra həmin narkotik vasitə heroinin üzərindən Surac bir büküm götürüb istifadə üçün ona vermiş, bir bükümüdə götürüb öz üzərində saxlamışdır ki, lazım olanda istifadə edər. Bundan sonra isə hərəkətə başlamışdır. Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Qazax-Bakı magistral yolunun 485-ci km-nin yaxınlığında «Toyota Prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobili saxlayıb söhbət edən zaman bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Suracın narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu və Suracı Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişdirlər. Etiraz etmədən polis əməkdaşları ilə birlikdə baş idarəyə getmişdir. İdarə etdiyi avtomobili də baş idarəyə gətirmişdirlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra Suracın üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Suraca və daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra Surac əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Daha sonra Suracın üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Suracın əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, sağ yan cibindən içində siqaret dənəsi olan siqaret qutusu, 30 manat pul aşkar olunmuşdur. Daha sonra narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, qablaşdırılmış və götürülmüşdür. Sonra əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən “Redmi” markalı mobil telefon, sağ yan cibindən 16 manat pul və bir ədəd avtomobil açarı aşkar olunmuşdur. Daha sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Mobil telefonlar götürülmüş, bir ədəd açar, içində siqaret dənəsi olan siqaret qutusu və pullar geri qaytarılmışdır. Daha sonra şəxsi axtarış qurtarmış, video çəkiliş dayandırılmış, bu barədə protokol tərtib edilmiş və həmin protokolu imzalamışdır. Bundan sonra idarə etdiyi «Toyota Prius» markalı avtomobilə baxış keçirmək üçün idarənin həyətinə düşmüşdür. İdarənin həyətində onun və Təqsirləndirilən şəxs1, eyni zamanda vəkillərin və polis işçilərinin iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı ona avtomobildə qanunsuz hər hansısa əşya varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra Surac həmin avtomobilin salonunun arxa hissəsində onun ilə birlikdə gizlətdiyi bir ədəd ağ rəngli polietilen torbanı təqdim etmişdir. Həmin torbanın içindən səkkiz ədəd bükümdə narkotik vasitə heroin, altı ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Sonra heroin elektron əl tərəzisində tərəzidə çəkilmiş və qablaşdırılmış üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Əlavə olaraq avtomobilin ön hissəsindəki saxlanc yerindən ona məxsus sürücülük və şəxsiyyət vəsiqələri, Suraca məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuş və götürülmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadələrini təzyiq altında vermiş və onları təsdiq etmir. 25 manat pulu isə Surac ona taksi xidmətinə görə verəcəydi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. O vaxta qədər bu şəxslərlə heç bir tanışlığı, ədavəti və düşmənçiliyi olmamışdır. Həmkarı Şahid3 daxil olmuş məlumatdan müəyyən olunurdu ki, Surac adlı şəxs İİR-sı vətəndaşından sonuncunun göndərdiyi narkotik vasitə, psixotrop maddə qəbul edərək iranlının müəyyən etdiyi yerlərə paylamaqla məşğuldur. Məlumat əsasında 01 yanvar 2022-ci il tarixdə saat 24 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Qazax-Bakı magistral yolunun 485-ci kilometrliyin yaxınlığında əməliyyat-axtarış tədbirləri keçirilmiş, həmin ərazidə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yolun kənarında «Toyota prius» markalı avtomobilin yanında olduqlarını müşahidə etdikdən sonra onlara yaxınlaşıb özlərini təqdim edərək onların kimliyi ilə maraqlanmışlar. Həmin əməliyyatda o, Şahid3 və Şahid2 iştirak etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqdim etdikdən sonra həmin şəxslərə narkotik vasitələrin dövriyyəsi ilə bağlı şübhəli olduqlarını bildirmişlər. Bu zaman Surac və Röyal səmimi olaraq etiraf etmişlər ki, üzərlərində və maşında narkotik vasitə və psixotrop maddə vardır. Bundan sonra onlar bu şəxsləri Baş İdarəyə gətirmişlər. Həmçinin bu şəxslərin nəqliyyat vasitəsi də idarənin dayanacağına gətirilmişdir. Onu xatırlayır ki, maşının sahibi olan Röyal həmkarladan birinin iştirakı ilə öz maşınında idarəyə gəlmiş, maşını həmkarı idarə etmişdir. Digər şəxs, yəni Təqsirləndirilən şəxs1 isə onun idarə etdiyi maşında idarəyə getmişdir. Bunu təxmini xatırlayır. Çünki o hadisədən artıq 9 ay keçmiş, bu müddət ərzində o, çox saylı digər əməliyyat tədbirlərində iştirak etmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təhqiqatçı Nəcəf Aburşuya təhvil vermişlər. Sonuncu tərəfindən müdafiəçilər dəvət edilərək bu şəxslər şübhəli şəxs qismində saxlanılaraq üzərlərinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı hər ikisinin üzərindən çəkisini xatırlamadığı bükümlər, bükümlərdə isə səhv etmirsə heroin aşkar edilmişdir. Bundan sonra həm Surac, həm də Röyalın maşında da qanunsuz əşyaların olması barədə məlumatı əsasında və hər ikisinin razılığı ilə təhqiqatçı, müdafiəçilər, şübhəli şəxslərin özləri və əməliyyatı keçirən şəxslər idarənin maşın dayanacağına gələrək yenə videoçəkiliş keçirməklə «Toyota prius» markalı avtomobilinə baxış keçirmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobilə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri təqdim etməyi təklif etmiş, bundan sonra Röyal özündə olan maşının açarı ilə maşının qapılarını və arxa yük yerini açmış, Təqsirləndirilən şəxs1 avtomobilin arxa yük hissəsində olan bir ədəd ağ rəngli polietilen torbanı təqdim etmiş, həmin torbanın içindən sayı təxminən doqquz ədəd büküm aşkar edilmişdir. Suracın deməsinə görə üzərlərindən və maşından aşkar olunmuş qanunsuz əşyaları İran İslam Respublikası vətəndaşı “Yəhya” adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində gizlədilən yerdən satmaq məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə əlbir olaraq əldə etmişdir. Təqsirləndirilən şəxs2 da təhqiqatçının verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək üzərindən aşkar olunmuş heroinin ona Təqsirləndirilən şəxs1 tərəfindən verildiyini, Suracla birlikdə Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisindən götürdükləri ağ rəngli polietilen torbanı maşının arxa yük yerinə qoyaraq şəhər istiqamətinə gələn zaman polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişdir. Onun və əməliyyat tədbirində iştirak etmiş digər əməkdaşlar tərəfindən təqsirləndirilən şəxslərə qarşı heç bir fiziki və psixi təzyiq olmamışdır. Onların üzərinə və nəqliyyat vasitəsinə heç bir qanunsuz əşyalar qoyulmamışdır, bu şəxslərin üzərinə və maşına baxış müdafiəçilərin iştirakı ilə, videoçəkiliş aparılmaqla keçirilmişdir və həmin videoçəkilişlərdə hər şey aydın-aşkar görünür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Bunların heç biri ilə ədavəti və ya düşmənçiliyi olmamışdır. Belə ki, baş idarəyə daxil olmuş Surac adlı şəxsin İİR-sı vətəndaşı ilə əlbir olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin Azərbaycan Respublikası ərazsində yayımı ilə əlaqədar məlumat daxil olmuşdur. Məlumatda həmçinin Suracın xx.xx.2022-ci il tarixdə axşam saatlarında maşınla Qazax-Bakı magistral yolu ilə Bakı istiqamətində hərəkət edəcəkləri göstərilmişdir. Məlumata əsasən o,qrupun üzvləri Şahid1 və Şahid2 01 yanvar 2022-ci il tarixdə saat 24 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Qazax-Bakı magistral yolunun 485-ci kilometrliyin yaxınlığında mövqe quraraq ərazini müşahidəyə götürərək görmüşlər ki, həmin ərazidə yolun kənarında «Toyota prius» markalı avtomobilin yanında zahiri əlamətlərinə görə Surac adlı şəxsə oxşar bir nəfər digər biri ilə dayanmışlar. Dərhal onlara yaxınlaşıb özlərini təqdim edərək onların kimliyi ilə maraqlanmışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqdim etdikdən sonra həmin şəxslərə narkotik vasitələrin dövriyyəsi ilə bağlı şübhəli olduqlarını bildirmişlər. Bu zaman Surac və Röyal səmimi olaraq etiraf etmişlər ki, üzərlərində və maşında narkotik vasitə və psixotrop maddə vardır. Bundan sonra onlar bu şəxsləri Baş İdarəyə gətirmişlər. Həmçinin bu şəxslərin nəqliyyat vasitəsi də idarənin dayanacağına gətirilmişdir. Onu xatırlayır ki, həmkarlarından Şahid2 saxladıqları şəxslərin maşınını idarə etmiş, maşının sahibi olan Röyal da öz maşınında idarəyə gəlmişdir. Digər şəxs, yəni Təqsirləndirilən şəxs1 isə Şahid1 idarə etdiyi maşında idarəyə getmişdir. Bunu təxmini xatırlayır. Çünki o hadisədən artıq 9 ay keçmiş, bu müddət ərzində o, çox saylı digər əməliyyat tədbirlərində iştirak etmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təhqiqatçı Nəcəf Aburşuya təhvil vermişlər. Sonuncu tərəfindən müdafiəçilər dəvət edilərək bu şəxslər şübhəli şəxs qismində saxlanılaraq üzərlərinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı hər ikisinin üzərindən çəkisini xatırlamadığı bükümlər, bükümlərdə isə səhv etmirsə heroin aşkar edilmişdir. Bundan sonra həm Surac, həm də Röyalın maşında da qanunsuz əşyaların olması barədə məlumatı əsasında və hər ikisinin razılığı ilə təhqiqatçı, müdafiəçilər, şübhəli şəxslərin özləri və əməliyyatı keçirən şəxslər idarənin maşın dayanacağına gələrək yenə videoçəkiliş keçirməklə «Toyota prius» markalı avtomobilinə baxış keçirmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobilə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri təqdim etməyi təklif etmiş, bundan sonra Röyal özündə olan maşının açarı ilə maşının qapılarını və arxa yük yerini açmış, Təqsirləndirilən şəxs1 avtomobilin arxa yük hissəsində olan bir ədəd ağ rəngli polietilen torbanı təqdim etmiş, həmin torbanın içindən sayı təxminən doqquz ədəd büküm aşkar edilmişdir. Suracın deməsinə görə üzərlərindən və maşından aşkar olunmuş qanunsuz əşyaları İran İslam Respublikası vətəndaşı “Yəhya” adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində gizlədilən yerdən satmaq məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə əlbir olaraq əldə etmişdir. Təqsirləndirilən şəxs2 da təhqiqatçının verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək üzərindən aşkar olunmuş heroinin ona Təqsirləndirilən şəxs1 tərəfindən verildiyini , Suracla birlikdə Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisindən götürdükləri ağ rəngli polietilen torbanı maşının arxa yük yerinə qoyaraq şəhər istiqamətinə gələn zaman polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişdir. Qeyd etmək istəyir ki, təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələrində üzərlərindən və maşından aşkar edilmiş qanunsuz əşyaların onlara məxsus olmaması barədə ifadələri həqiqətə uyğun deyildir. Belə ki, hər ikisi müdafiəçilərin iştirakı ilə üzərlərinə və maşina baxış keçirilən zaman könüllü və sərbəst olaraq narkotik vasitə və psixotrop maddələri təqdim etmiş, həmin maddələri İİR-sı vətəndaşından satış məqsədilə əldə etdiklərini baxış iştirakçılarına bildirmiş, həm üzərlərinə baxış protokolunu, həm də maşina baxış protokolunu könüllü olaraq imzalamışlar. Baxışlarla bağlı videoçəkilişlər də var, həmin çəkilişlərə baxılsa müəyyən olunar ki, bu şəxslərə heç bir təzyiq və zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərində təqsirli olmaları qismən olaraq öz ifadələri, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tprixdə, saat 23:15 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Qazax-Bakı magistral yolunun 485-ci km-nin yaxınlığında Təqsirləndirilən şəxs2 ilə birlikdə «Toyota prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobildə saxlanılaraq BNMİ-nə gətirilmiş, avtomobil isə duracaqda yerləşdirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə müdafiəçilərin itirakı və videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, «Samsung» markalı mobil telefon aşkar edilmiş, heroinə bənzər maddə tərəzidə çəkilərkən 22 qram olmuşdur. Təqsirləndirilən şəxs2 əynində olan qəhvəyi rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Heroinə bənzər mpaddə tərizədə çəkilərək 11 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş heroini İran İslam Respublikası vətəndaşı “Yəhya” adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində gizlədilən yerdən satmaq məqsədi ilə əldə etdiyini, bu işləri görməkdə Təqsirləndirilən şəxs2 ilə əlbir olduğunu və şəxsi istifadəsi üçün heroin əldə etmək məqsədi ilə Röyal ilə razılaşdığını, Röyalın idarə etdiyi, «Toyota prius» markalı, **-HM-*** nömrəli avtomobildə narkotik maddə saxladığını, Röyalın üzərindən aşkar olunan heroini Röyala özü verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək üzərində aşkar olunmuş heroini Təqsirləndirilən şəxs1 əldə etdiyini təsdiq etmiş, Suracla birlikdə Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində gizlədilən yerdən narkotik maddə əldə etdiklərini, bununla bağlı əvvəlcədən razılaşdıqlarını, idarə etdiyi avtomobillə həmin narkotik maddələri Suracın deyəcəyi yerə çatdıracaqlarını, razılaşmanın əvəzində Suracın ona narkotik maddə verdiyini bildirmişdir. Protokol iştirakçıları ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Məhkəmədə elan edilib araşdırılmış “avtomobilə baxış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə müdafiəçilər, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi idarə etdiyi «Toyota Prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobilinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyətində baxış keçirilən zaman avtomobilin salonun arxa hissəsində olan bir ədəd polietilen kisənin içərisindən on bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə və altı ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Heroinə bənzər kütlə elekton əl tərəzisində çəkildikdə 12 kq 18, qram və psixotrop maddə metamfetamin 10 kq 28 qram olmuşdur. Protokol iştirakçıları ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokollardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşlar. Şübhəli şəxs qismində müdafiəçilərin iştirakları ilə izahat və ifadə vermiş Təqsirləndirilən şəxs1 və Röyal Rəhimli etdikləri əməllərini tam etiraf etmklə yanaşı onara qarşı polis əməkdavşları tərəfindən heç bir zor tətbiq edilmədiyini göstərmişlər. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-3/2022 və 4(005)-6/2022 saylı qərarlarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmələrnin əvvəli tutulduğu andan, yəni 01 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmənin bu qərarlarından müəyyən olunur ki, təqsirləndirilən şəxslər məhkəmyə onlara qarşı fiziki zor və psixi təzyiqlər olmasından şikayət etməmişlər. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair 01 yanvar 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 yanvar 2022-ci il tarixli, 6/01 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş..” yazısı olan kağız paketdəki üzərində: “Təqsirləndirilən şəxs2” yazısı olan bükümdə təmiz çəkisi 9,549 qram və üzərində : “Təqsirləndirilən şəxs1” yazısı olan bükümdə təmiz çəkisi 20,274 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən aşkar edilmiş..” yazısı olan kisədəki, -6(altı) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1000 qr, 995 qr, 2005 qr, 2010 qr, 1990 qr, 2025 qr ümumi təmiz çəkisi 10025 qram (10 kq 25 qr) ağ rəngli kristallardan ibarət maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -7(yeddi) ədəd və üzərində “ABK” yazısı olan bağlamada 4 ədəd, ümumilikdə 11 (on bir) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 2000 qr, 990 qr, 1000 qr, 990 qr, 990 qr, 1000 qr, 990 qr, 1000 qr, 990 qr, 1000 qr, 1000 qr, ümumi təmiz çəkisi 11950 qr (11 kq, 950 qr) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş heroinlər və Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən götürülmüş heroinlər xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidirlər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 21 fevral 2022-ci il tarixli, 850 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsələhət görülür. Ekspertə təxminən 1 ildir ki, narkotik vasitə olan heroindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 14 fevral 2022-ci il tarixli, 721 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsələhət görülür. Ekspertə təxminən 2 aydır ki, narkotik vasitə olan heroindən burun vasitəsilə nəfəsinə çəkib iyləməklə istifadə etdiyini, arabir narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “telefon danışıqlarına baxış keçirilməsi haqqında» 18 fevral 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Azerfon MMC-dən daxil olmuş bir ədəd CD diskə baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən xx-xx-2021-ci il tarixdə saat 21:23:56-da +**********07 saylı mobil nömrədən +**********44 saylı mobil nömrəyə “Patini itirmisem oralara bax belke orda dusub tapson halalun prosd o tapsan de bilimki orda salmşam)”, xx-xx-2021-ci il tarixdə saat 04:42:27-də +**********07 saylı mobil nömrədən +**********44 saylı mobil nömrəyə “Qaqili salam alekum 15 mnt pul saxla saba atışaq butoy goturek cekeciyde insAllah yaxshimi?? Bele cekmesende seher yiq dvij edey atlşa ciyde insAllah yaxshimi?? Bele cekmesende seher yiq dvij edey atlşaq butov goturek pulu bada verme opurem”, xx-xx-2021-ci il tarixdə saat 20:51:54-də +**********07 saylı mobil nömrədən +**********44 saylı mobil nömrəyə “Kolani verdim sahile”, xx-xx-2021-ci il tarixdə saat 20:12:50-də +**********07 saylı mobil nömrədən +**********05 saylı mobil nömrəyə “Bratiska gujnen birin tapmwam 20 azn deyir durub ele ozuycun almisdu 15 mnta gagam deyir 20 ver verim bariqa deyilde yaniki kend usaqidi bariqalarda kola, patpresdi ancac 20 diyenedeki bir qozda gor kimnen taprsan 20ye derman olar ?!” xx-xx-2021-ci il tarixdə saat 19:38:29-ci il tarixdə +**********07 saylı mobil nömrədən +**********61 saylı mobil nömrəyə “Yarim pati 1 denede kola 40 manat pul verecem sene sen ol gelde lomkaciliqdida cayıl ol”, xx-xx-2021-ci il tarixdə saat 19:15:14-də +**********07 saylı mobil nömrədən +**********61 saylı mobil nömrəyə “Sen deyildin ala mene 60 manata pati 35 manata kola deyen he ?”, xx-xx-2021-ci il tarixdə saat 23:59:39-da +**********07 saylı mobil nömrədən +**********98 saylı mobil nömrəyə “Yari var qaqas”, xxxx-2021-ci il tarixdə saat 22:01:21-də +**********07 saylı mobil nömrədən +**********12 saylı nömrəyə “Patin var hay huyluq?? tez cavab yaz” tipli mesajlar yazılmışdır. Bundan başqa xx-xx-2021-ci il tarixdə saat 20:51:52-də +**********44 saylı mobil nömrədən +**********07saylı mobil nömrəyə “Kolani verdim sahile patinida ruhine.verdiyin temalardan hec utandin” 22-01-202-ci il tarixdə saat 00:55:19-da +**********12 saylı mobil nömrədən +**********07 saylı mobil nömrəyə “Xala gilin qapısındayam burda deyilem. Bird qa balaca kolan olsa at”, xx-xx-2021-ci il tarixdə saat 15:01:02-də +**********08 saylı mobil nömrədən +**********07 saylı nömrəyə “yetim mene tecili 50 azn lazimdi 1 qr kola 05 pati verirem qor neynemek olar tecili lazimdi cox”, xx-xx-2021-ci il tarixdə saat 19:22:43-də +**********79 saylı nömrədən +**********07 saylı nömrəyə “Qapas adam varyanimda 20 man pati” tipli mesaj yazışmalrı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə baxış zamanı xx-xx-2021-ci il tarixdə saat 19:59:48-də +**********63 saylı mobil nömrədən +**********73 saylı nömrədən “Atam yanımda idi danışa bilmədim 2 dene ayrı ayrı kola 15 m pati 40 m pul var 25 kola 15 p”, xx-xx-2021-ci il tarixdə saat 20:24:54-də +**********63 saylı nömrədən +**********73 saylı nömrəyə “Qaqaş 50 m pul düzəltdim 2 dene ayrı ayrı kola yarıda pati”, xx-xx-2021-ci il tarixdə saat 21:33:12-də +**********63 saylı nömrədən +**********99 saylı nömrəyə “Kimin dollarıdır ? Brat pati geldi ?” xx-xx-2021-ci il tarixdə saat 18:49:29-da +**********63 saylı nömrədən +**********55 saylı nömrəyə “Qaqaşım neceSen 15manat var yarım sot torpaq olar” tipli mesajlar aşkar edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Respublika Psixatriya Xəstəxanası” X10 529 saylı, 17.01.022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin xəstəxanada müalicədə olmayıblar. Məhkəmədə elan edilib araşdırılmış “Respublika Narkoloji Mərkəzi” X10 xx/xx-1606 saylı, 29.01.022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mərkəzdə müalicədə olmayıblar və qeydiyyatda olmamışlar. Məhkəmədə elan edilib araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin 008-2290- 1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşı Yəhya adlı şəxsdən satmaq məqsədi ilə əldə etmişlər. Yəhya adlı şəxsin İran İslam Respublikası ərazisində olması səbəbindən onun ətrafında zəruri əməliyyat-axtarış tədbirləri keçirilməsi mümkün olmamışdır. «Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» xx.xx.2022ciil tarixli qərardan müəyyən olunur ki, hazırkı cinayət işinin materiallarından narkotik vasitiə və psixotrop maddənin əldə etmə mənbəsini müəyyən etmək məqsədilə ayrıca icraat ayrılmışdır. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi barədə» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatından sonra qalıq qalmış 11949,67 qram çəkidə narkotik vasitə heroin və 10024,76 qram çəkidə psixotrop maddə metamfetamin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 02 ədəd DVD disk və bir ədəd CD disk cinayət işinin maretiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli qəbzlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 aşkar edilərək götütürlümüş “Redmi” markal mobil telefon və AC 094504 seriyalı sürücülük vəsiqəsi atası X4, Təqsirləndirilən şəxs1 aşkar edilmiş “Samsung” markalı mobil telefon isə atası X5 təhvil verilmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi «Toyota Prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobil atası X4 qaytarılmışdır. Məhkəmədə elan edilib araşdırılmış tələbnamələrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2900 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəriməni tam ödəmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir, o, məhkum olmayan şəxs hesab edilir. Təqsirləndirilən şəxs2 əvvələr məhkum olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxsləri xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, onlar yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacları vardır. Belə olan halda onlara tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri qismən olaraq özlərinin və şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadıqları, həmin maddələri avtomobilə polis əməkdaşları tərəfindən qoyulması və fiziki zor və pisixi təzyiqə məruz qalmaları barədə ifadələri sonuncuların izahat və ilkin etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, elektron məlumat daşıyıcılarına baxış protokolları, telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokol, məhkəmə kimyəvi-bioloji, məhkəmə-narkoloji ekspertizalarının rəyləri və cinayət işiin digər materialları ilə tam təkzib olunur. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə nəzərə alır ki, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Ali Məhkəməsi Plenumunun 02 iyun 201-cı il tarixli 10№-li Qərarın 13-cü bəndinə əsasən şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçitilməsi ilə yanaşı narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə-CM-nin 206-cı maddəsi və həmin məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutulan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik etmələri də tam sübuta yetirilmişdir. Belə ki, təqsirləndirilən şəxslər İran İslam Respublikası vətəndaşı «Yəhya» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmişlər. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxlərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində onların cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli onların tutulduqları andan hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübutlar– Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 11949,67 qram çəkidə narkotik vasitə heroin və 10024,76 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd DVD disk və bir ədəd CD disk cinayət işinin maretiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs2 aşkar edilərək götütürlümüş “Redmi” markal mobil telefon və AC 094504 seriyalı srücülük vəsiqəsi atası X4, Təqsirləndirilən şəxs1 aşkar edilmiş “Samsung” markalı mobil telefon isə atası X5 təhvil verilməsi nəzərə alınmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 114 (yüz on dörd) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDLİKTUM” Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və Müdafiəçi3 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçilər Müdafiəçi2 və Müdafiəçi3 üçün hər birinə ayrı-ayrılıqda 420 AZN (dörd yüz iyirmi manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə CM-nin 32.5, 206.3.2-ci maddəsilə 06 (altı) il 06 (altı) ay müddətinə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 yanvar 2022-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə CM-nin 32.5, 206.3.2-ci maddəsilə 06 (altı) il müddətinə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələr ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 yanvar 2022-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər kimi barələrində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsınlar. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 11949,67 qram çəkidə narkotik vasitə heroin və 10024,76 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd DVD disk və bir ədəd CD disk cinayət işinin maretiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 aşkar edilərək götütürlümüş “Redmi” markal mobil telefon, AC 094504 seriyalı srücülük vəsiqəsi və «Toyota Prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobil atası X4, Təqsirləndirilən şəxs1 aşkar edilmiş “Samsung” markalı mobil telefon isə atası X5 təhvil verilməsi nəzərə alınsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci olan 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Cöstərdiyi hüquqi yardımla bağlı müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi3 üçün hərbirinə ayrı-ayrılıqda 420 AZN (dörd yüz iyirmi manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar