Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-981/2024 30.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının və X7, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X5, Azərbaycan-urdu dillərinin tərcüməçisi X3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, müdafiəçilər, “Mərkəz” Vəkil bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 iştirakları ilə, 05 mart 1998-ci ildə Pakistan İslam Respublikasında anadan olmuş, Pakistan İslam Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, Pakistan İslam Respublikasının Kasur şəhərində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1n Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.2, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə, xx xxxx 1996-ci ildə Pakistan İslam Respublikasının Qucranvala şəhərində anadan olmuş, Pakistan İslam Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, Pakistan İslam Respublikasının Kasur şəhərində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs3n Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.2, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə, xx xxxxxx 1996-cı ildə Pakistan İslam Respublikasının Qucranvala şəhərində anadan olmuş, Pakistan İslam Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, işsiz, Pakistan İslam Respublikasının Qucranvala şəhərində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.2, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə etdiyi əşya ilə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə tamah məqsədi ilə iki şəxs barəsində törədilməklə adam oğurluğu, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədilməklə silah qismində istifadə etdiyi əşya ilə həyat və sağlamlıq üçün təhlükəli zorakılıqla bağlı olan basqın, yəni quldurluq və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən zor tətbiq etmə ilə törədilməklə zərərçəkmiş şəxsin yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə ilə özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 həmvətəndaşları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən turist qismində Pakistan Respublikasından hava yolları ilə Azərbaycan Respublikasına səfər edəcək həmvətəndaşları Zərərçəkmiş şəxs1 və sonuncunun qardaşı oğlu X22 Riaz Awanın yaxşı imkana malik olmaları barədə məlumat əldə etdikdən sonra, tamah niyyəti ilə onları oğurlamaq qərarına gəlmiş, bu məqədlə rolların bölüşdürülməsinə dair əldə edilmiş razılığa görə qrup üzvləri sonuncuların 13 aprel 2023-cü il tarixdə saat 14:30-da “Heydər Əliyev” Beynəlxalq Aeroportunda eniş edəcəkləri barədə zəruri məlumatları əldə etdikdən sonra, o, Muzammıl Muhammad və qeyrisi kirayə yaşadıqları mənzildə gözləmələri olduqları halda, Mukhtar Mohsın həmin gün saat 14 radələrində hava limanının qarşısına gəlib Zərərçəkmiş şəxs1 və sonuncunun qardaşı oğlu X22 Riaz Awanı gözləməyə başlamış, Shahzad Ali həmin gün saat 14:50 radələrində hava limanından çıxdıqda, Mukhtar Mohsın sonuncuya yaxınlaşıb köməklik etmək istəməsi kimi görüntü yaratmaqla, əvvəlcədən sifariş verdiyi hotelə çatdırmaq adı ilə aldadıb, özünün sifariş verdiyi yol taksi avtomobilinə əyləşdirdikdən sonra qrup üzvləri ilə birlikdə kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 192/30 ünvanında yerləşən 20 N-li mənzilə aparmaqla Shahzad Alini oğurlamış, sonuncu iradəsinə zidd olaraq həmin mənzilə gətirildikdən sonra o, qrupun digər üzvləri Muzammıl Muhammad, Mukhtar Mohsın və qeyrisi ilə birlikdə Shahzad Alinin üzərinə hücum edərək, təpik və yumruq zərbələri ilə bədəninin müxtəlif nahiyələrindən vurub ona alt dodağın sağ yarısının selikli qişasına məhdud qansızma, sol saidin yuxarı 1/3-nin arxa, sağ saidin aşağı 1/3-nin iç, sol saidin aşağı 1/3-nin bayır səthlərinin sıyrıqları, sağ ayaq pəncəsinin ayaqaltı səthində daban nahiyəsinin qançırları kimi ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirdikdən sonra, Shahzad Alinin əl və ayaqlarını kəndirlə bağlayıb, həmin zaman aeroportda olan Khushnam Alini oğurlamaq üçün onunla mobil telefon vasitəsi ilə əlaqə yaradıb, özlərində olan silah qismində istifadə etdikləri kağız kəsən aləti Shahzad Alinin boğaz nahiyəsinə dirəyib Khushnam Alini olduğu yerə dəvət etməsi barədə göstəriş vermiş, Shahzad Ali qrup üzvlərinin tələbi əsasında Khushnam Aliyə olduğu yerə gətirilməsi üçün arxası ilə taksi göndərməsi barədə məlumatlandırdıqda, əvvəlcədən razılaşdırılmış plana əsasən Mukhtar Mohsın yenidən “Heydər Əliyev” Beynəlxalq Aeroportuna getməklə, Khushnam Alini qarşılayıb, özünün sifariş verdiyi yol taksi avtomobilinə əyləşdirdikdən sonra qrup üzvləri ilə birlikdə kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 192/30 ünvanında yerləşən 20 N-li mənzilə aparmaqla Khushnam Alini oğurlamış, sonuncu, iradəsinə zidd olaraq həmin mənzilə gətirildikdən sonra o, Muzammıl Muhammad, Mukhtar Mohsın və qeyrisi ilə birlikdə Khushnam Alinin üzərinə hücum edərək, təpik və yumruq zərbələri ilə bədəninin müxtəlif nahiyələrindən vurub sonuncuya burunun burun qanaxması ilə müşayiət olunmuş (sol burun dəliyində cüzi miqdarda tünd qırmızı rəngdə qurumuş qan izləri) cüzi şişkinliyi fonunda sol yan çəpərinin qançırı və burun arakəsməsinə qansızma halında küt travması, sağ saidin orta 1/3-nin arxa-iç, orta-aşağı 1/3-nin ön, sol saidin aşağı 1/3-nin iç səthlərinin qançırları, sol mil-bilək oynağının ön səthinin sıyrığı və sol ayaq pəncəsinin ayaqaltı səthində daban nahiyəsinin qançırları ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirdikdən sonra, Khushnam Alinin əl və ayaqlarını kəndirlə bağlamış, ardınca qrup üzvləri hücuma məruz qalmış Khushnam Ali və Shahzad Alinin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib, özlərində olan silah qismində istifadə etdikləri kağız kəsən aləti onların boğaz nahiyələrinə dirəyib, Kusham Alinin üzərində olan 1.000 (min) ABŞ dolları, həmin vaxtın məzənnəsi ilə 1700 manat pulu, Shahzad Alinin üzərində olan 500 (beş yüz) ABŞ dolları və 400 (dörd yüz) avro, həmin vaxtın məzənnəsi ilə 1597,24 manat pulu ələ keçirmiş, habelə hədə-qorxu ilə onlardan xeyli miqdarda, yəni 20.000 ABŞ dolları pulu tələb etməyə davam etmiş, bunun üçün onlara mobil telefonla danışmaları üçün şərait yaradıb sonunculara zor tətbiq etməklə yaxın qohumları ilə əlaqə saxlayıb, həmin məbləğdə pul istəmələrinə məcbur etmiş, X23 İslam Respublikasında yaşayan atası Muhammad Riaz X16 ilə telefonla əlaqə saxladıqdan sonra qrup üzvləri sonuncuya qardaşı və övladının oğurlanması, habelə azad edilmələri müqabilində 20.000 ABŞ dolları pulu Muhammad Riaz X11 hədə-qorxu ilə tələb etmiş, Muhammad Riaz həmin məbləğdə pulu ödəməklə razılaşıb, qrup üzvlərinin tələbi əsasında 20.000 ABŞ dolları, həmin vaxtın məzənnəsi ilə 34.000 manat, yəni xeyli miqdarda pulu Pakistan İslam Respublikasının Lahor şəhərində olan şəxsiyyəti istintaqa məlum olmayan şəxsə verib, ödənişi təsdiq edəcək videogörüntünü “Whatsapp” mobil tətbiqi vasitəsi ilə qardaşı Shahzad Alinin istifadəsində olan mobil telefona göndərmiş, qrup üzvlərinin tələbi icra edilməsinə baxmayaraq, onlar Khushnam Ali və Shahzad Alini əl-qolu bağlı vəziyyətdə xx.xx.2023-cü il tarixədək mənzildə saxlamaqda davam etmiş, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Khushnam Ali və Shahzad Ali qrup üzvlərinin mənzilin digər otağında başlarının qarışıq olmalarından istifadə edərək əl və ayaqlarını kəndirdən azad edib, mənzilin pəncərəsindən çıxaraq pəncərədən qonşu mənzilə keçməklə qaçıb azad olmağa nail olmuş, beləliklə də, Təqsirləndirilən şəxs1 həmvətəndaşları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və qeyriləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxslərə silah qismində istifadə edilən əşyalardan istifadə edib, həyatları və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq etməklə tamah məqsədi ilə iki şəxs barəsində adam oğurluğu, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədilməklə silah qismində istifadə edilən əşya tətbiq edib həyat və sağlamlıq üçün təhlükəli zorakılıq bağlı olan basqın etməklə quldurluq və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən zor tətbiq edib törədilməklə zərərçəkmiş şəxsin yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmə cinayətlərini törətmişdir. Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə etdiyi əşya ilə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə tamah məqsədi ilə iki şəxs barəsində törədilməklə adam oğurluğu, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədilməklə silah qismində istifadə etdiyi əşya ilə həyat və sağlamlıq üçün təhlükəli zorakılıqla bağlı olan basqın, yəni quldurluq və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən zor tətbiq etmə ilə törədilməklə zərərçəkmiş şəxsin yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə ilə özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 həmvətəndaşları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən turist qismində Pakistan Respublikasından hava yolları ilə Azərbaycan Respublikasına səfər edəcək həmvətəndaşları Zərərçəkmiş şəxs1 və sonuncunun qardaşı oğlu X22 Riaz Awanın yaxşı imkana malik olmaları barədə məlumat əldə etdikdən sonra, tamah niyyəti ilə onları oğurlamaq qərarına gəlmiş, bu məqədlə rolların bölüşdürülməsinə dair əldə edilmiş razılığa görə qrup üzvləri sonuncuların 13 aprel 2023-cü il tarixdə saat 14:30-da “Heydər Əliyev” Beynəlxalq Aeroportunda eniş edəcəkləri barədə zəruri məlumatları əldə etdikdən sonra, Muzammıl Muhammad, Abbas Muhammad və qeyrisi kirayə yaşadıqları mənzildə gözləmələri olduqları halda, o, həmin gün saat 14 radələrində hava limanının qarşısına gəlib Zərərçəkmiş şəxs1 və sonuncunun qardaşı oğlu X22 Riaz Awanı gözləməyə başlamış, Shahzad Ali həmin gün saat 14:50 radələrində hava limanından çıxdıqda, Mukhtar Mohsın sonuncuya yaxınlaşıb köməklik etmək istəməsi kimi görüntü yaratmaqla, əvvəlcədən sifariş verdiyi hotelə çatdırmaq adı ilə aldadıb, özünün sifariş verdiyi yol taksi avtomobilinə əyləşdirdikdən sonra qrup üzvləri ilə birlikdə kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 192/30 ünvanında yerləşən 20 N-li mənzilə aparmaqla Shahzad Alini oğurlamış, sonuncu, iradəsinə zidd olaraq həmin mənzilə gətirildikdən sonra o, qrupun digər üzvləri Muzammıl Muhammad, Mukhtar Mohsın və qeyrisi ilə birlikdə Shahzad Alinin üzərinə hücum edərək, təpik və yumruq zərbələri ilə bədəninin müxtəlif nahiyələrindən vurub ona alt dodağın sağ yarısının selikli qişasına məhdud qansızma, sol saidin yuxarı 1/3-nin arxa, sağ saidin aşağı 1/3-nin iç, sol saidin aşağı 1/3-nin bayır səthlərinin sıyrıqları, sağ ayaq pəncəsinin ayaqaltı səthində daban nahiyəsinin qançırları kimi ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirdikdən sonra, Shahzad Alinin əl və ayaqlarını kəndirlə bağlayıb, həmin zaman aeroportda olan Khushnam Alini oğurlamaq üçün onunla mobil telefon vasitəsi ilə əlaqə yaradıb, özlərində olan silah qismində istifadə etdikləri kağız kəsən aləti Shahzad Alinin boğaz nahiyəsinə dirəyib Khushnam Alini olduğu yerə dəvət etməsi barədə göstəriş vermiş, Shahzad Ali qrup üzvlərinin tələbi əsasında Khushnam Aliyə olduğu yerə gətirilməsi üçün arxası ilə taksi göndərməsi barədə məlumatlandırdıqda, əvvəlcədən razılaşdırılmış plana əsasən Mukhtar Mohsın yenidən “Heydər Əliyev” Beynəlxalq Aeroportuna getməklə, Khushnam Alini qarşılayıb, özünün sifariş verdiyi yol taksi avtomobilinə əyləşdirdikdən sonra qrup üzvləri ilə birlikdə kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 192/30 ünvanında yerləşən 20 N-li mənzilə aparmaqla Khushnam Alini oğurlamış, sonuncu, iradəsinə zidd olaraq həmin mənzilə gətirildikdən sonra o, Muzammıl Muhammad, Mukhtar Mohsın və qeyrisi ilə birlikdə Khushnam Alinin üzərinə hücum edərək, təpik və yumruq zərbələri ilə bədəninin müxtəlif nahiyələrindən vurub sonuncuya burunun burun qanaxması ilə müşayiət olunmuş (sol burun dəliyində cüzi miqdarda tünd qırmızı rəngdə qurumuş qan izləri) cüzi şişkinliyi fonunda sol yan çəpərinin qançırı və burun arakəsməsinə qansızma halında küt travması, sağ saidin orta 1/3-nin. arxa-iç, orta-aşağı 1/3-nin ön, sol saidin aşağı 1/3-nin iç səthlərinin qançırları, sol mil-bilək oynağının ön səthinin sıyrığı və sol ayaq pəncəsinin ayaqaltı səthində daban nahiyəsinin qançırları ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirdikdən sonra, Khushnam Alinin əl və ayaqlarını kəndirlə bağlamış, ardınca qrup üzvləri hücuma məruz qalmış Khushnam Ali və Shahzad Alinin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib, özlərində olan silah qismində istifadə etdikləri kağız kəsən aləti onların boğaz nahiyələrinə dirəyib, Kusham Alinin üzərində olan 1.000 (min) ABŞ dolları, həmin vaxtın məzənnəsi ilə 1700 manat pulu, Shahzad Alinin üzərində olan 500 (beş yüz) ABŞ dolları və 400 (dörd yüz) avro, həmin vaxtın məzənnəsi ilə 1597,24 manat pulu ələ keçirmiş, habelə hədə-qorxu ilə onlardan xeyli miqdarda, yəni 20.000 ABŞ dolları pulu tələb etməyə davam etmiş, bunun üçün onlara mobil telefonla danışmaları üçün şərait yaradıb sonunculara zor tətbiq etməklə yaxın qohumları ilə əlaqə saxlayıb, həmin məbləğdə pul istəmələrinə məcbur etmiş, X23 İslam Respublikasında yaşayan atası Muhammad Riaz X16 ilə telefonla əlaqə saxladıqdan sonra qrup üzvləri sonuncuya qardaşı və övladının oğurlanması, habelə azad edilmələri müqabilində 20.000 ABŞ dolları pulu Muhammad Riaz X11 hədə-qorxu ilə tələb etmiş, Muhammad Riaz həmin məbləğdə pulu ödəməklə razılaşıb, qrup üzvlərinin tələbi əsasında 20.000 ABŞ dolları, həmin vaxtın məzənnəsi ilə 34.000 manat, yəni xeyli miqdarda pulu Pakistan İslam Respublikasının Lahor şəhərində olan şəxsiyyəti istintaqa məlum olmayan şəxsə verib, ödənişi təsdiq edəcək video görüntünü “Whatsapp” mobil tətbiqi vasitəsi ilə qardaşı Shahzad Alinin istifadəsində olan mobil telefona göndərmiş, qrup üzvlərinin tələbi icra edilməsinə baxmayaraq, onlar Khushnam Ali və Shahzad Alini əl-qolu bağlı vəziyyətdə xx.xx.2023-cü il tarixədək mənzildə saxlamaqda davam etmiş, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Khushnam Ali və Shahzad Ali qrup üzvlərinin mənzilin digər otağında başlarının qarışıq olmalarından istifadə edərək əl və ayaqlarını kəndirdən azad edib, mənzilin pəncərəsindən çıxaraq pəncərədən qonşu mənzilə keçməklə qaçıb azad olmağa nail olmuş, beləliklə də, Təqsirləndirilən şəxs2 həmvətəndaşları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və qeyriləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxslərə silah qismində istifadə edilən əşyalardan istifadə edib, həyatları və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq etməklə tamah məqsədi ilə iki şəxs barəsində adam oğurluğu, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədilməklə silah qismində istifadə edilən əşya tətbiq edib həyat və sağlamlıq üçün təhlükəli zorakılıq bağlı olan basqın etməklə quldurluq və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən zor tətbiq edib törədilməklə zərərçəkmiş şəxsin yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmə cinayətlərini törətmişdir. Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə etdiyi əşya ilə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə tamah məqsədi ilə iki şəxs barəsində törədilməklə adam oğurluğu, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədilməklə silah qismində istifadə etdiyi əşya ilə həyat və sağlamlıq üçün təhlükəli zorakılıqla bağlı olan basqın, yəni quldurluq və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən zor tətbiq etmə ilə törədilməklə zərərçəkmiş şəxsin yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə ilə özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 həmvətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən turist qismində Pakistan Respublikasından hava yolları ilə Azərbaycan Respublikasına səfər edəcək həmvətəndaşları Zərərçəkmiş şəxs1 və sonuncunun qardaşı oğlu X22 Riaz Awanın yaxşı imkana malik olmaları barədə məlumat əldə etdikdən sonra, tamah niyyəti ilə onları oğurlamaq qərarına gəlmiş, bu məqədlə rolların bölüşdürülməsinə dair əldə edilmiş razılığa görə qrup üzvləri sonuncuların 13 aprel 2023-cü il tarixdə saat 14:30-da “Heydər Əliyev” Beynəlxalq Aeroportunda eniş edəcəkləri barədə zəruri məlumatları əldə etdikdən sonra, o, Abbas Muhammad və qeyrisi kirayə yaşadıqları mənzildə gözləmələri olduqları halda, Mukhtar Mohsın həmin gün saat 14 radələrində hava limanının qarşısına gəlib Zərərçəkmiş şəxs1 və sonuncunun qardaşı oğlu X22 Riaz Awanı gözləməyə başlamış, Shahzad Ali həmin gün saat 14:50 radələrində hava limanından çıxdıqda, Mukhtar Mohsın sonuncuya yaxınlaşıb köməklik etmək istəməsi kimi görüntü yaratmaqla, əvvəlcədən sifariş verdiyi hotelə çatdırmaq adı ilə aldadıb, özünün sifariş verdiyi yol taksi avtomobilinə əyləşdirdikdən sonra qrup üzvləri ilə birlikdə kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 192/30 ünvanında yerləşən 20 N-li mənzilə aparmaqla Shahzad Alini oğurlamış, sonuncu, iradəsinə zidd olaraq həmin mənzilə gətirildikdən sonra o qrupun digər üzvləri Abbas Muhammad, Mukhtar Mohsın və qeyrisi ilə birlikdə Shahzad Alinin üzərinə hücum edərək, təpik və yumruq zərbələri ilə bədəninin müxtəlif nahiyələrindən vurub ona alt dodağın sağ yarısının selikli qişasına məhdud qansızma, sol saidin yuxarı 1/3-nin arxa, sağ saidin aşağı 1/3-nin iç, sol saidin aşağı 1/3-nin bayır səthlərinin sıyrıqları, sağ ayaq pəncəsinin ayaqaltı səthində daban nahiyəsinin qançırları kimi ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirdikdən sonra, Shahzad Alinin əl və ayaqlarını kəndirlə bağlayıb, həmin zaman aeroportda olan Khushnam Alini oğurlamaq üçün onunla mobil telefon vasitəsi ilə əlaqə yaradıb, özlərində olan silah qismində istifadə etdikləri kağız kəsən aləti Shahzad Alinin boğaz nahiyəsinə dirəyib Khushnam Alini olduğu yerə dəvət etməsi barədə göstəriş vermiş, Shahzad Ali qrup üzvlərinin tələbi əsasında Khushnam Aliyə olduğu yerə gətirilməsi üçün arxası ilə taksi göndərməsi barədə məlumatlandırdıqda, əvvəlcədən razılaşdırılmış plana əsasən Mukhtar Mohsın yenidən “Heydər Əliyev” Beynəlxalq Aeroportuna getməklə, Khushnam Alini qarşılayıb, özünün sifariş verdiyi yol taksi avtomobilinə əyləşdirdikdən sonra qrup üzvləri ilə birlikdə kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 192/30 ünvanında yerləşən 20 Nə-li mənzilə aparmaqla Khushnam Alini oğurlamış, sonuncu iradəsinə zidd olaraq həmin mənzilə gətirildikdən sonra o, Abbas Muhammad, Mukhtar Mohsın və qeyrisi ilə birlikdə Khushnam Alinin üzərinə hücum edərək, təpik və yumruq zərbələri ilə bədəninin müxtəlif nahiyələrindən vurub sonuncuya burunun burun qanaxması ilə müşayiət olunmuş (sol burun dəliyində cüzi miqdarda tünd qırmızı rəngdə qurumuş qan izləri) cüzi şişkinliyi fonunda sol yan çəpərinin qançırı və burun arakəsməsinə qansızma halında küt travması, sağ saidin orta 1/3-nin arxa-iç, orta-aşağı 1/3-nin ön, sol saidin aşağı 1/3-nin iç səthlərinin qançırları, sol mil-bilək oynağının ön səthinin sıyrığı və sol ayaq pəncəsinin ayaqaltı səthində daban nahiyəsinin qançırları ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirdikdən sonra, Khushnam Alinin əl və ayaqlarını kəndirlə bağlamış, ardınca qrup üzvləri hücuma məruz qalmış Khushnam Ali və Shahzad Alinin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib, özlərində olan silah qismində istifadə etdikləri kağız kəsən aləti onların boğaz nahiyələrinə dirəyib, Kusham Alinin üzərində olan 1.000 (min) ABŞ dolları, həmin vaxtın məzənnəsi ilə 1700 manat pulu, Shahzad Alinin üzərində olan 500 (beş yüz) ABŞ dolları və 400 (dörd yüz) avro, həmin vaxtın məzənnəsi ilə 1597,24 manat pulu ələ keçirmiş, habelə hədə-qorxu ilə onlardan xeyli miqdarda, yəni 20.000 ABŞ dolları pulu tələb etməyə davam etmiş, bunun üçün onlara mobil telefonla danışmaları üçün şərait yaradıb sonunculara zor tətbiq etməklə yaxın qohumları ilə əlaqə saxlayıb, həmin məbləğdə pul istəmələrinə məcbur etmiş, X23 İslam Respublikasında yaşayan atası Muhammad Riaz X16 ilə telefonla əlaqə saxladıqdan sonra qrup üzvləri sonuncuya qardaşı və övladının oğurlanması, habelə azad edilmələri müqabilində 20.000 ABŞ dolları pulu Muhammad Riaz X11 hədə-qorxu ilə tələb etmiş, Muhammad Riaz həmin məbləğdə pulu ödəməklə razılaşıb, qrup üzvlərinin tələbi əsasında 20.000 ABŞ dolları, həmin vaxtın məzənnəsi ilə 34.000 manat, yəni xeyli miqdarda pulu Pakistan İslam Respublikasının Lahor şəhərində olan şəxsiyyəti istintaqa məlum olmayan şəxsə verib, ödənişi təsdiq edəcək videogörüntünü “Whatsapp” mobil tətbiqi vasitəsi ilə qardaşı Shahzad Alinin istifadəsində olan mobil telefona göndərmiş, qrup üzvlərinin tələbi icra edilməsinə baxmayaraq, onlar Khushnam Ali və Shahzad Alini əl-qolu bağlı vəziyyətdə xx.xx.2023-cü il tarixədək mənzildə saxlamaqda davam etmiş, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Khushnam Ali və Shahzad Ali qrup üzvlərinin mənzilin digər otağında başlarının qarışıq olmalarından istifadə edərək əl və ayaqlarını kəndirdən azad edib, mənzilin pəncərəsindən çıxaraq pəncərədən qonşu mənzilə keçməklə qaçıb azad olmağa nail olmuş, beləliklə də, Təqsirləndirilən şəxs3 həmvətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və qeyriləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxslərə silah qismində istifadə edilən əşyalardan istifadə edib, həyatları və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq etməklə tamah məqsədi ilə iki şəxs barəsində adam oğurluğu, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədilməklə silah qismində istifadə edilən əşya tətbiq edib həyat və sağlamlıq üçün təhlükəli zorakılıq bağlı olan basqın etməklə quldurluq və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən zor tətbiq edib törədilməklə zərərçəkmiş şəxsin yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmə cinayətlərini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.2, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, təqsirləndirilyi iş tamamilə yalandır. O, 3 aprel 2023-cü ildə biznes üçün Azərbaycana gəlmişdir. Onun işi düyü biznesi olmuşdur. O, gəlməmişdən qabaq otel rezervasiya etmiş, lakin həmin otel baha olduğu üçün orda qala bilməmişdir. Sabunçuda pakistanlı Riaz adlı bir dostu olmuş, onun yanına getmişdir. O, işi ilə əlaqədar Nizami küçəsində bir azərbaycanlı ilə görüşmüşdür. Daha sonra İltişam adında Pakistan vətəndaşı ilə görüşmüşdür. İltişam söhbət əsnasında ondan haradan olmağını soruşmuş, o da Pakistandan olduğunu bildirmişdir. İltişam ondan yaşadığı yeri, eyni zamanda yaşamağa yerinin olub-olmadığını soruşmuşdur. O da bildirmişdir ki, maliyyə cəhətdən çətinlikləri var, qalmağa yeri yoxdur. İltişam da ona 200 manata qalamağa yer təşkil edə biləcəyini demişdir. 6 apreldə “Azadlıq”da qeyd olunan ünvana getmişdir. O, ora gedəndə İltişam da orada yaşamışdır. O, İltişama 200 manat pul və orada qalmağa başlamışdır. O, İltişamı Pakistandan tanımamışdır. Zərərçəkmiş şəxs kimi qeyd olunan şəxsləri də Pakistandan tanımamışdır. İttiham aktında yazılan hadisə ümumiyyətlə baş verməmişdir. O, birlikdə tutulduğu şəxsləri də tanımamış, həmin şəxslər ayın 7-si onun qaldığı evə gəlmişlər. İltişam Mohsınə zəng edərək kənarda olduğunu, dostunu aeroportdan qarşılamasını xahiş etmişdir. Mohsın onun dostunu qarşılamaq üçün aeroporta getmişdir. Mohsın bir nəfəri götürüb gəlmişdir. İkinci adamı isə İltişam özü gətirmişdir. İltişamla gələn adamlar arasında söz-söhbət olmuşdur. Onlar arasında viza barəsində mübahisə yaranmışdır. Onlar həmin vaxt oruc tutduqları üçün gedib ayrıca oturmuşlar. Onların otaqları ayrı olmuş, başqa otağa getməmişlər, zərərçəkmiş şəxslər də onların otağına gəlməmişlər. Polis gələn vaxtı onlar yatmışlar. Qapı döyülmüş, qapını özü açmışdır. İttiham aktında olan silah qismində bıçaqdan istifadə etməkləri yalandır. Onlar heç kimi bağlamamışlar. Paltar asmaq üçün ipləri sübut qismində gətirmişlər. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunan ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, 03 aprel 2023-cü il tarixdə Bakı şəhərinə ilk dəfə gəlmiş, gəldiyi gün Bakı şəhərində qalmaq üçün otel rezerv etmədiyinə görə Riaz adlı tanışının Sabunçu rayonunda qaldığı evdə bir müddət yaşamışdır. Onun Azərbaycana gəlməkdə məqsədi burada gəzib bir biznes tapıb işləmək olmuşdur. O eşitmişdir ki, Azərbaycanda, xüsusilə də paytaxt Bakı şəhərində geniş biznes imkanları var və buna görə biznes qurmaq istəmişdir. Bir müddət tanışı Riazın yanında qaldıqdan sonra Riaz ona bildirmişdir ki, evdə bir neçə nəfərin qalması üçün şərait yoxdur və o, Bakı şəhəri Nizami küçəsində olan pakistanlı tanışlarının yanına gemiş, orda İltişam adlı şəxslə tanış olmuş və İltişam ona demişdir ki, kirayə tutduğu evdə qalmağa şəraiti var və orda kirayə pulunun bir qismini ödəmək şərti ilə orada qala bilər. 07 aprel 2023-cü il tarixdə o, İltişamla yaşadığı Binəqədi rayonu Azadlıq prospekti 192/30 ünvanında yerləşən mənzilə getmiş və orada ondan başqa əvəllər tanımadığı daha iki Pakistan vətəndaşı Muzammıl Muhammad və Mukhtar Mohsın adlı şəxslərin yaşadığını görmüşdür. Həmin evin kirayə haqqı 800 manat olmuşdur. Buna görə o, İltişama qabaqcadan 200 manat pul ödəmişdir. 13 aprel 2023-cü il tarixdə saat təxminən 15 radələrində o, Muzammıl Muhammad və Mukhtar Mohsın ilə evdə olan zaman İltişam bir pakistanlı tanışı ilə gəlmiş, onlar digər otağa keçmişlər və orda gələnlər arasında mübahisə olmuş, səs-küydən başa düşmüşdür ki, İltişam həmin şəxsi bir neçə dəfə vurmuş, o da otağa keçib onları ayırmaq istəmiş, daha sonra o, digər otağa keçmiş və orda nə baş verdiyini bilməmişdir, təxminən 15 dəqiqə sonra Mohsın çıxıb getmiş və bir saat sonra başqa bir pakistanlı ilə gəlmiş, onunla da İltişam arasında mübahisə düşmüş və İltişam onları yataq otağının birinə salmışdır. O isə həmin şəxslərin işinə qarışmamışdır. Səhəri gün, yəni 14 aprel 2023-cü il tarixdə İltişam çıxıb getmiş, İltişamın hara getdiyini bilməmişdir, amma digər pakistanlı şəxslər əlləri və qolları bağlı vəziyyətdə digər otaqda qalmışlar, o, həmin şəxslərə tərəf getməmiş və onların orada nə etdiklərini bilməmiş, onunla olan Muzammıl və Mohsın də o otağa keçməmiş, bütün bunları edən İltişam olmuşdur, onun heç bir şeydən xəbəri olmamışdır. 15 aprel 2023-cü il tarixdə saat 12 radələrində o, Muzammıl Muhammad və Mukhtar Mohsın qaldıqları evdə olduqları zaman Khushnam Ali və Shazad Alinin qaldığı otaqdan səs gəlmiş və onlar otağı açmaq istədikdə otağın içəridən bağlı olduğunu görmüş daha sonra qonşuların səsini eşitmişlər və onların pəncərədən qonşuya keçdiklərini başa düşmüşlər, buna görə qorxmuş və tez öz əşyalarını toplayıb qaçıb getmək istədikdə qapını polislər döymüş və evə girib onları saxlamışlar (cild 1, iş vərəqi 166-168; cild 2, iş vərəqi 188-191). Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.2, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, hadisə günü İltişam ona zəng vurub məşğul olduğunu, yerinə aeroporta gedib dostunu qarşılamasını, aeroportda olan zaman məlumat verəcəyini demişdir. Aeroporta çatan kimi İltişam ona zəng etmiş, onun harda dayandığını soruşmuş və qonağın çöldə olduğunu, habelə qonağın nə geyindiyini və harda dayandığını demişdir. O, qonağa yaxınlaşıb İltişamın adamı olduğunu soruşmuş və onunla birgə maşına minib evə gəlmişdir. O, evə gələndə İltişam başqa bir adamla evdə olmuş, sonradan onlar digər otağa çəkilmişlər. Zərərçəkmişlərin qohum olmasını bilməmişdir. Ramazan ayı olduğundan onlar iftara hazırlaşmışlar. Qonaqların otaqlarında nə işlə məşğul olmasından xəbərləri olmamışdır. Ramazan ayında hər zaman gec yatıb gec də oyanırlarmış. Polislər onları yatdıqları yerdən aparmışlar. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunan ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, ilk dəfə turist kimi 02 mart 2023-cü il tarixdə Bakı şəhərində olmuş, 30 mart 2023-cü ildə Pakistana geri qayıtmış, yenidən iş qurmaq üçün 07 aprel 2023-cü il tarixdə Bakı şəhərinə tanışı Muzammıl ilə gəlmiş, gəldiyi gün dosdu Muzammıl ilə bir yerdə Nizami küçəsində gəzişmişlər. Orda İltişam ilə Muhammad Abbas adlı əvəllər tanımadıqları yerlilərini görmüş və tanış olmuşlar. İltişamgil qalmağa yaxşı qiymətə ev olduğunu demiş, onlar da razılaşmışlar. Onun dediyi Azadlıq prospekti 192/30 ünvanında olan evə getmiş, ora İltişam onlara evin bir ayının qiymətinin 800 manat olduğunu, pulu aralarında bölüb verəcəklərini demişdir. 07 aprel 2023-cü ildən 13 aprel 2023-cü il tarixədək dostu Muzammıl Muhammad ilə şəhərdə gəzərək iş axtarmışlar. 13 aprel 2023cü il tarixdə saat 15:00 radələrində İltişam onun istifadə etdiyi 055 *** ** ** nömrəsinə zəng vuraraq evdə qonağının olduğunu, daha bir qonağı da aeroportdan götürmək lazım olduğunu xahiş etmiş, o da taksi tutub aeroporta getmiş və orda olanda İltişam ona həmin adamın pakistanlı, əynində qırmızı rəngli köynək və adının Khushnam Ali olduğunu, aeroportun qapısının yanında onu gözləyəcəyini bildirmişdir. O, həmin yerə getmiş, pakistanlı ilə görüşmüş, taksiyə oturub bir yerdə Azadlıq prospekti 192/30 ünvanında yerləşən mənzilə gəlmişlər. Bu zaman evdə Muzammil, Abbas Muhammad və İltişam olmuş, o, həmin adamı İltişama vermiş və o biri otağa keçmişdir. Qeyd edilən otaqda nə baş verdiyini görməmişdir. Onlar arasında nəsə mübahisə getmiş, o, həmin şəxsləri ayırmaq isdəmiş, amma İltişam ona qarışmamasını bildirmişdir. Səhəri gün, yəni 14 aprel 2023-cü il tarixdə İltişam çıxıb getmiş, hara getdiyini o, bilməmiş, amma digər pakistanlı şəxslər əlləri-qolları bağlı vəziyyətdə digər otaqda qalmışlar. O, həmin şəxslərə tərəf getməmiş və onalrın orda nə etdiklərini bilməmişdir. Bütün bunları edən İltişam olmuş, onun heç bir şeydən xəbəri olmamışdır. 15 aprel 2023-cü il tarixdə saat 12 radələrində o, Muzammıl Muhammad və Abbas Muhammad qaldıqları evdə olan zaman Khushanam Ali və Shazad Alinin qaldığı otaqdan səs gəlmiş və onlar otağı açmaq isdədikdə otağın içəridən bağlı olduğunu görmüşlər, daha sonra qonşuların səsini eşitmişlər və həmin şəxslərin pəncərədən qonşuya keçdiklərini başa düşmüşlər, buna görə qorxmuşlar və tez öz əşyalarını toplayıb qaçıb getmək istəyəndə qapını polislər döymüş və evə girib onları saxlamışlar (cild 1, iş vərəqi 180-182; cild 2, iş vərəqi 205-207). Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.2, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, onlar 7 aprel tarixində Pakistandan Azərbaycana gəlmişlər. Nizami küçəsində gəzərkən İltişamla görüşmüşlər. İltişamdan qalmaq üçün yer olub-olmadığını soruşmuşlar. İltişam onlara kirayə ev olduğunu, qalmaq üçün 200 manat ödəyəcəklərini demişdir. İltişam onları həmin evə aparmışdır. Onlar təxminən 5-6 gün orada qalmışlar. Bir gün İltişam Mohsınə zəng edərək dostunun aeroportda olduğunu, onu götürüb evə gətirmələrini xahiş etmişdir. Ondan sonra nə olduğunu o bilməmişdir. O, aeroporta getməmiş, aeroporta Mohsın getmişdir, Khushnamı gətirmişdir. Birinci adam İltişamla gəlmişdir, 2-ci adamı isə Mohsın gətirmişdir. Onlar oturub söhbət etmişlər, ondan sonrasını bilməmişdir. O, yatmışdır. Birdən polis gəlmiş, qapını döymüş, onları götürüb aparmışlar. Khushnamgil onlara İltişamı vermələrini, əl çəkəcəklərini demişlər. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunan ifadəsində Təqsirləndirilən şəxs3 eyni məzmunlu ifadə verərək digər Təqsirləndirilən şəxs2 göstərdiyi xüsusatları təsdiq etmişdir (cild 1, iş vərəqi 194-196; cild 2, iş vərəqi 172-174). İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunan ifadəsində Zərərçəkmiş şəxs1 Buksh Awan göstərmişdir ki, 13 aprel 2023-cü il tarixdə qardaşı oğlu Khushnam Ali ilə birlikdə Pakistan Respublikasından Bəhreynə, ordan Azərbaycan Respublikasının Bakı şəhərinə X15 Aeroportuna saat 14:30-da eniş etmişlər. Həmin vaxt sim nömrələri olmadığı üçün qardaşı oğlu Khushnam Ali aeroportda internetə qoşulmuş və ailəsi ilə əlaqə yaratmışdır. O, şəhərə getməyi öyrənmək məqsədi ilə aeroportun gözləmə zalından çölə çıxmışdır. Həmin vaxt sonradan adını bildiyi Pakistan vətəndaşı Mukhtar Mohsın ona yaxınlaşıb, urdu dilində onunla salamlaşmış və o, başqa bir ölkədə ilk dəfə olduğuna görə buna çox sevinmiş, Mukhtar Mohsın ilə söhbətləşmiş və ona burda əvəllcədən rezerv etdiyi otelə aparmaqda kömək etməyini demişdir. Mukhtar ona otel yaxında olduğunu demiş, taksi ilə aparıb otelə yerləşdirməyi təklif etmişdir. O, Mukhtara tək olmadığını, içəridə qardaşı oğlunun da olduğunu, sonuncunu da gözləməyi demiş, Mukhtar isə ona narahat olmamağı, otelin 5-10 dəqiqəlik yolda olduğunu, getməyi, onu yerləşdirəndən sonra qardaşı oğlunun dalınca gələcəyini bildirmişdir. O da razılaşmış və Mukhtarın sifariş verdiyi taksiyə əyləşmiş, təxminən 20-25 km yol getmişlər. Mukhtara bəs otelin yaxında olduğunu dediyini xatırlatmış, Mukhtar isə bir az yolun uzandığını demişdir. Onlar bir binanın qarşısına gəlmiş, ilk dəfə xarici ölkədə olduğu üçün elə başa düşmüşdür ki, bura sifariş verdiyi oteldir. Liftə minib 11-ci mərtəbəyə qalxmışlar, mənzilə girəndə orada daha üç nəfər həmvətəndaşı olmuş, onlar sonradan adını bildiyi Muzammıl Muhammad, Abbas Muhammad və qeyrisi olmuşdur, sonuncunun adı səhv etmirsə İltişam olmuşdur. Bir neçə dəqiqədən sonra İltişam onu yataq otağına çağırmış və yumruq zərbəsi vuraraq onu çarpayının üstünə yıxmış, bundan sonra Abbas Muhammad iplə onun əlini və ayağını bağlamış, Mohsın Mukhtar ağzına dəsmal ilə bağlamış, Muzammıl Muhammad isə gözlərini bağlamış, bundan sonra isə həmin şəxslər onu ayaq və əl zərbələri ilə bədəninin müxtəlif yerlərinə vurmağa başlamışlar, sonra gözünü açmışlar. Abbas Muhammad kəsici bir aləti onun boğazına dirəmiş və qardaşı oğlu Khushnam Aliyə zəng etməyini tapşırmışdır, əks halda boğazını kəsəcəyini demiş və ona bildirmişdir ki, nəsə başqa bir şey desə elə burdaca öləcəkdir. O da məcbur olub onların interneti ilə öz telefonundan “Whatsapp” praqramı ilə Khushnam Aliyə zəng etmiş və hər şeyin yaxşı olduğunu dalınca adam yolayacağını demiş, bundan sonra həmin şəxslər telefonu əlindən almışlar, ağzını və gözünü bağlayıb çarpayının üsdünə üzatmışlar. Bundan sonra Mukhtar Mohsın yenidən aeroporta gedərək qardaşı oğlu Khushnam Alini qarşılayıb onun yanına gətirmişdir. Khushnam Ali mənzilə gətirildikdən sonra Mohsın, Muzammıl Muhammad, Abbas Muhammad və qeyrisi Khushnam Alinin üzərinə hücum edərək, təpik və yumruq zərbələri ilə bədəninin müxtəlif nahiyələrindən vurub Khushnam Aliyə müxtəlif bədən xəsarətləri yetirdikdən sonra, onun da əl və ayaqlarını kəndirlə bağlayıb onun yanına atmışlar. Təxminən 20-25 dəqiqədən sonra həmin şəxslər ona və qardaşı oğlu Khushnam Aliyə qarşı zorakılıqla basqın edib, özlərində olan silah qismində istifadə etdikləri kağız kəsən aləti onların boğaz nahiyəsinə dirəyib, qardaşı oğlu Kusham Alinin üzərində olan 1.000 (bir min) ABŞ dolları pulu, onun isə üzərində olan 500 (beş yüz) ABŞ dolları və 400 (dörd yüz) avro pulu və pasportları götürmüşlər. Bundan sonra həmin şəxslər onlara hədə-qorxu gələrək azad olunmaları üçün 20.000 ABŞ dolları pulu tələb etmişlər və Pakistanda olan qohumları ilə əlaqə yaradıb pul istəmələrini bildirmişlər və ona demişlər ki, pul istəyən zaman hər şeyin yaxşı olduğunu desin. O, “Whatsapp” proqramı üzərindən qardaşı Muhammad Riaz ilə əlaqə saxlamış və hər şeyin yaxşı olduğunu demiş və ondan xahiş etmişdir ki, onlara şans düşüb Kanadaya getməyə və bunun üçün onlara 20.000 ABŞ dolları göndərsin, amma o, hiss etmişdir ki, qardaşı buna inanmamış və oğlu ilə danışmaq isdədiyini bildirmiş, o isə demişdir ki, Kushnamın telefonunun şarjı bitib danışa bilmir və Kushnamı Kanadaya yola salır və özünün də telefonunun cərəyanı bitdiyi üçün əlaqə saxlaya bilməyəcəyini demiş və xahiş etmişdir ki, pulu hazırlasınlar, daha sonra onlar telefonu əlindən alıb onları yenidən bir otağa salıb yenə döymüşlər və pulun onlara çatmayacağı təqdirdə onları öldürəcəklərini demişlər. Səhəri gün o, yenidən qardaşı ilə əlaqə saxlamış və əgər pulu verilməyəcəyi təqdirdə həmin şəxslərin onları öldürəcəyini demiş, qardaşı torpağı satdığa qoyduğunu bunun üçün bir az vaxt lazım olduğunu demiş, bundan sonra onların içində olan adının sonradan bildiyi İltişam adlı şəxs oradan çıxıb getmiş və o, bir daha İltişamı görməmişdir. xx.xx.2023-cü il tarixdə o, qardaşı ilə əlaqə yaratmış və qardaşı pulun hazır olduğunu demiş, onları saxlayan şəxslər ona demişlər ki, qardaşına desin ki, Lahor şəhərinə getsin və orda onunla əlaqə saxlayacaq şəxslə görüşüb pulunu ona versin və bunun video və fotosunu çəkib atsın və həmin şəxsə pulu verdiyi zaman gülərüzlü olsun. Qardaşı həmin şəxslə görüşüb pulu vermiş və videonu ona atmış, həmin vaxtı onların yanında Mohsın, Muzammıl Muhammad və Abbas Muhummad olmuş, həmin şəxslər ona demişlər ki, bu işi İltişam təşkil edib, Pakistanda qardaşının verdiyi 20.000 ABŞ dolları pulun yarısı, yəni 10.000 ABŞ dolları pul onlara çatmalıdır, həmin pul gəlib çatmayanadək onları buraxmayacaqlarını demişlər, bundan sonra o başa düşmüşdür ki, həmin şəxslərin onları buraxmaq fikirləri yoxdur, onlar otaqdan çıxdıqdan sonra Kushham bir təhər ayağa durub otağın qapısını arxadan bağlamış, sonra gözlərində olan əskini çıxarmış və dişləri ilə əlinin kəndirini didib açmış və qardaşı oğluna da kömək etmişdir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində onlar həmin şəxslərin mənzilin digər otağında başlarının qarışıq olmalarından istifadə edərək pəncərdən çıxmış və çox təhlükəli bir şəkildə aşağıda olan mənzilə düşmüş, bundan sonra orda olan tanımadığı azərbaycanlı şəxslər polis çağırmışar və polislərə nə olduğunu izah etməyə başlamışlar, polislərə mənzili göstərmiş və polislər mənzilə girib həmin vaxtı orda olan Mohsın, Muzammıl Muhammad və Abbas Muhammadı saxlamışlar (cild 1, iş vərəqi 31- 33). İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunan ifadəsində X22 Riaz Awan eyni məzmunlu ifadə verərək digər zərərçəkmiş şəxs Shahzad Ali X29 göstərdiyi xüsusatları təsdiq etmişdir (cild 1, iş vərəqi 40-42). İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunan ifadəsində Zərərçəkmiş şəxs3 Buksh Awan göstərmişdir ki, Shahzad Ali onun qardaşı, Khushnam Ali isə övladıdır. 13 aprel 2023-cü il tarixdə qardaşı Shahzad Ali, övladı Khushnam Ali ilə birlikdə gəzmək üçün təyyarə ilə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə getmişlər. Bakı şəhərinə çatdıqdan sonra Shahzad Ali və övladı Khushnam Ali onunla telefon əlaqəsi saxlamışlar və hər şeyin yaxşı olduğunu bildirmişlər. 14 aprel 2023-cü il tarixdə xatırlamadığı Pakistan GSM nömrəsindən ona “Whatsapp” ani mesajlaşma proqaramı vasitəsilə zəng gəlmiş, zəng edən şəxs özünü Cavcid Sink olaraq təqdim etmişdir. Telefon danışığı zamanı həmin şəxs qardaşı Shahzad Ali və övladı Khushnam Alinin həmin şəxs və dostları tərəfindən oğurlandığını, əgər 20.000 ABŞ dolları pul verməsə həmin şəxsləri öldürüb dənizə atacağını bildirmişdir. Bundan sonra telefonu qardaşı Shahzad Aliyə vermişlər və Shahzad Ali də ona oğurlandıqlarını və 20.000 ABŞ dolları pul tapıb verməyi, əks təqdirdə öldürüləcəklərini bildirmişdir. O, qardaşına pulunun olmadığını bildirmişdir. Qardaşı demişdir ki, onun adına olan 2 akr ölçüdə torpağı satsın, qeyd olunan şəxslərə 20.000 ABŞ dolları pulu versin. O, bundan sonra dostu Şahid4 ilə görüşmüş və hadisə barədə məlumat vermişdir. 2 akr torpaq sahəsini qısa zamanda satmaq çətin olduğu üçün qərara gəlmişlər ki, həmin torpaq sahəsini girov qoymaqla qeyd olunan pul məbləğini düzəltsinlər. Bundan sonra dostu Şahid4 bildirmişdir ki, tanışı Babar Nawaz bu işdə onlara kömək edə bilər. X19 yanına gedib baş vermiş hadisə barədə məlumat vermişlər və özünə məxsus 2 akr torpaq sahəsini girov qoyub 19.000 ABŞ dolları pul götürmüşlər. Bundan başqa özünə məxsus 04 ədəd inəyi ucuz qiymətə sataraq 1.000 ABŞ dolları pul əldə etmiş və ümumilikdə 5.600.000 pakistan rupisi, yəni 20.000 ABŞ dolları pul əldə etdikdən sonra qeyd olunan nömrə ilə əlaqə saxlasa da cavab verən olmamışdır. Təxminən 1 saat sonra həmin GSM nömrəsindən zəng gəlmiş və o bildirmişdir ki, 20.000 ABŞ dolları pul hazırdır. Həmin şəxs bildirmişdir ki, gecə saat 3-ə kimi 20.000 ABŞ dolları pulu Lahor şəhərinə çatdırsın. O, bacısı oğlu Amir və Həsənlə birlikdə yaşadığı Naruval şəhərindən Lahor şəhərinə getmiş və 15 aprel 2023-cü il tarixdə Lahor şəhərinə çatmışlar. Orada ona müxtəlif ünvanlar və vaxtlar deməklə görüşü təxirə salmışlar. Nəhayət Lahor şəhərində Kartuba küçəsində saat qülləsinin yanında dövlət qeydiyyat nişanı olmayan “Toyota” markalı avtomobil ona yaxınlaşmışdır. Avtomobildə 3 nəfəri görmüşdür, sürücü, 2 sərnişin və onlardan biri yaxınlaşaraq həmin pulu ondan almışdır. Bu vaxt pulu alan şəxs ona bildirmişdir ki, onlar kənardan başqa şəxslər izləyir, əgər 30 dəqiqə ərzində yerinizdən tərpənsələr pis olacaq. Bunan sonra həmin şəxslər oradan uzaqlaşmışlar. Təxminən 30- 35 dəqiqə sonra o, həmin yerdən uzaqlaşmışdır. Yaşadığı Naruval şəhərinə qayıdan zaman yolda dəfələrlə həmin GSM nömrəsi ilə əlaqə saxlasa da həmin nömrə bağlı olmuşdur. Övladı və qardaşına da zəng etsə də onların da telefonları bağlı olmuşdur. Bu vəziyyətdən o və ailə üzvləri narahat qalmışlar. 15 aprel 2023-cü il tarixdə axşam saatlarında onun istifadəsində olan nömrəyə zəng gəlmiş və övladı, eləcə də qardaşı ilə danışmışdır. Söhbət vaxtı ona məlum olmuşdur ki, qardaşı Shahzad Ali və övladı Khushnam Ali özləri onları oğurlayan şəxslərin əlindən qaçaraq, polisə məlumat vermişlər və onları oğurlayan şəxslər tutulmuşdur (cild 2, iş vərəqi 111-113). İbtidai istintaq zamanı şahid qismində verdikləri və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunan ifadələrində Şahid3 və Şahid4 Zərərçəkmiş şəxs3 Buksh Awanın göstərdiyi xüsusatları təsdiq etmişlər (cild 2, iş vərəqi 125-126, 130-132). Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxslərdən yalnız ikisini görmüşdür. Belə ki, o, 16 mərtəbəli binanın 10-cu mərtəbəsində yaşayır. Yaşadığı evdə balkon yoxdur, pəncərədə çıxıntılar var. Hadisə günü səhər saat təxminən 11-də o, səs eşitmiş, bloka çıxmış və görmüşdür ki, heç nə yoxdur. Sonra mənzilinin balaca otağına girmiş və görmüşdür ki, pəncərənin bayır hissəsində iki adam var. O, həmin şəxslərin cinayətkarlar olduqlarını fikirləşmişdir. Həmin şəxslər pəncərədən sallanmış vəziyyətdə olmuşlar. O fikirləşmişdir ki, pəncərəni açmasa, onlar öləcəklər və yıxılmamaqları üçün o, pəncərəni açmış, onların əlindən tutub evə dartmışdır. O, evin giriş qapısını açmış və həmin şəxslər getmişlər. Həmin şəxslər əcnəbi olmuşlar, o, şəxsləri başa düşməmişdir. Bir müddət sonra mən pəncərədən baxanda polislərin olduğunu görmüşdür. Həmin iki nəfər də aşağıda olmuşlar. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 bildirdi ki, o, həmin şəxslər onun mənzilində 30 saniyə qalmış, içəri salan kimi onları bloka çıxarmışdır. Pəncərədə olan şəxslərin haradan gəldiyini bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 8-ci mikrorayon, Azadlıq prospekti 192/30, mənzil 20 ünvanında yerləşən mənzil ona məxsusdur. Keçən ilin yay aylarında o, həmin mənzili kirayə vermək qərarına gəlmişdir Axşam saatlarında makler zəng edib xarici vətəndaşların evi kirayə götürmək istədiklərini demiş, o da evi həmin adamlara göstərmişdir. Həmin şəxslər ailə gələcəyini, həmin ailəyə onların baxacağını bildirmişlər. Onlar haradasa evdə 1 ay qalmışlar. Həmin şəxslərdən birinin adı Aytaşam olmuşdur. 1 aydan sonra onu bölməyə çağırmışlar. O, bölmədə bilmişdir ki, Pakistan vətəndaşları aeroportdan 2 adam oğurlamış, əlini-qolunu bağlayaraq mənzildə 2-3 gün saxlamışlar. Oğurlanan şəxslər 11-ci mərtəbədən 10-cu mərtəbəyə qaçmışlar. Evə gələndə görmüşdür ki, balkonun qapısı qırılıb, üzərində qan olan əsgi var, yataq otağının qıfılı və pəncərənin setkasını sındırılmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, o, mənzili pul qazanmaq üçün 2 nəfərə kirayə vermiş, biri bölmədə olmuş, digəri ölkədən qaçmışdır. O, mənzilə polislə gəlmiş, polis evə baxış keçirmiş, bu vaxt mənzildə heç kim olmamışdır, mənzil dağınıq vəziyyətdə, çirk işində olmuşdur. Yataq otağının qapısı qırılmış, pəncərənin setkası cırılmış halda olmuşdur. O, yerdə kəndir və kəsici alət görmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş: - Khuşnam X12 xx.xx.2023-cü il tarixli, 258 nömrəli ərizəsindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat 09:30-da turist qismində Azərbaycan Respublikasına gəldikdə, həmyerlisi Mukhtar Mohsin, Abbas Muhammad və Muzammil Muhammad onları H.X20 limanında qarşılamaqla taksi xidməti göstərəcəkləri ilə aldadıb, kirayədə yaşadıqları Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 192/30 ünvanda yerləşən mənzilə gətirməklə onları oğurlamış, daha sonra onları mənzildə döyüb, kəsici alətlə hədələyərək üzərilərində olan ümumilikdə 1500 ABŞ dolları və 400 Avro pulu ələ keçirmiş, həmçinin azad edilmələri müqabilində əlavə olaraq 20.000 ABŞ dolları pulu hədə-qorxu yolu ilə tələb etmişlər (cild 1, iş vərəqi 12). - Shahzad Ali-Xuda Bakış Awanın xx.xx.2023-cü il tarixli, 258 nömrəli ərizəsindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat 09:30-da turist qismində Azərbaycan Respublikasına gəldikdə, həmyerlisi Mukhtar Mohsin, Abbas Muhammad və Muzammil Muhammad onları H.X20 limanında qarşılamaqla taksi xidməti göstərəcəkləri ilə aldadıb, kirayədə yaşadıqları Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 192/30 ünvanda yerləşən mənzilə gətirməklə onları oğurlamış, daha sonra onları mənzildə döyüb, kəsici alətlə hədələyərək üzərilərində olan ümumilikdə 1500 ABŞ dolları və 400 Avro pulu ələ keçirmiş, həmçinin azad edilmələri müqabilində əlavə olaraq 20.000 ABŞ dolları pulu hədə-qorxu yolu ilə tələb etmişlər (cild 1, iş vərəqi 14). - hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yerinə Pakistan vətəndaşları Khushnam Əli və Shahzad Alinin iştirakı ilə baxış keçirilmişdir. Hadisə yeri 16 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşir. Liftdən çıxan kimi dəmir qapıdır, qapıdan içəri mənzilə keçdikdə kiçik dəhliz var, giriş qapısının sol tərəfi kiçik boş otaq var, həmin otaqdan eyvana çıxış var, eyvanda pəncərənin qırağında bədən dəsmalı var, giriş qapısı ilə üzbəüz yataq otağı yerləşir, yataq otağının ortasında bir ədəd dəmir çarpayı var, çarpayı üzərində is əl çantası vardır, çarpayının sağ tərəfində paltar şkafı yerləşir, şkafın içərisində bir ədəd əl çantası vardır, çarpayının üzəri dağınıqdır, şkafın ikinci sürməsində bir ədəd sarıtutacaqlı kəsici alət və bir ədəd göy tutacaqlı kəsici alət var, giriş qapısının sağ tərəfində qonaq otağı yerləşir, qonaq otağının mərkəzində iki ədəd sarı rəngli divar var, otağın mərkəzində iki ədəd bağlı vəziyyətdə əl çantaları vardır, otağda bir ədəd Sunny markalı televizor işlək vəziyyətdədir. Qonaq otağından içəri keçdikdə yataq otağı yerləşir. Otağın mərkəzində qəhvəyi rəngli çarpayı vardır. Otağın döşəməsində iki ədəd ip qırıqları vardır. Bir ədəd ağ rəngli kişi maykası cırılmış vəziyyətdə, otaqda olan termonun üzərində iki ədəd plasmas su qabları və bir ədəd yanmış ətir vardır. Yataq otağının plastik pəncərəsi açıq vəziyyətdədir. Hadisə yerində olan Pakistan vətəndaşının deməsinə görə onlar həmin pəncərədən çıxaraq aşağı mərtəbəyə düşmüşlər (cild 1, iş vərəqi 15-24). - zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Shahzad Ali-Xuda Bakış Avan bu iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 27). - zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Khuşnam X17 bu iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 36). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs X33 Bakış Awan ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirilmiş, X33 Bakış Avan ibtidai istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs1n üzünə qarşı deyərək bildirmişdir ki, 13 aprel 2023-cü il tarixdə qardaşı oğlu Khushnam Ali ilə birlikdə Pakistan Respublikasından Bəhreynə, ordan Azərbaycan Respublikasının Bakı şəhərinə X15 Aeroportuna saat 14:30-da eniş etmişlər. Həmin vaxt sim nömrələri olmadığı üçün qardaşı oğlu Khushnam Ali aeroportda internetə qoşulmuş və ailəsi ilə əlaqə yaratmışdır. O, şəhərə getməyi öyrənmək məqsədi ilə aeroportun gözləmə zalından çölə çıxmışdır. Həmin vaxt sonradan adını bildiyi Pakistan vətəndaşı Mukhtar Mohsın ona yaxınlaşıb, urdu dilində onunla salamlaşmış və o, başqa bir ölkədə ilk dəfə olduğuna görə buna çox sevinmiş, Mukhtar Mohsın ilə söhbətləşmiş və ona burda əvəllcədən rezerv etdiyi otelə aparmaqda kömək etməyini demişdir. Mukhtar ona otel yaxında olduğunu demiş, taksi ilə aparıb otelə yerləşdirməyi təklif etmişdir. O, Mukhtara tək olmadığını, içəridə qardaşı oğlunun da olduğunu, sonuncunu da gözləməyi demiş, Mukhtar isə ona narahat olmamağı, otelin 5-10 dəqiqəlik yolda olduğunu, getməyi, onu yerləşdirəndən sonra qardaşı oğlunun dalınca gələcəyini bildirmişdir. O da razılaşmış və Mukhtarın sifariş verdiyi taksiyə əyləşmiş, təxminən 20-25 km yol getmişlər. Mukhtara bəs otelin yaxında olduğunu dediyini xatırlatmış, Mukhtar isə bir az yolun uzandığını demişdir. Onlar bir binanın qarşısına gəlmiş, ilk dəfə xarici ölkədə olduğu üçün elə başa düşmüşdür ki, bura sifariş verdiyi oteldir. Liftə minib 11-ci mərtəbəyə qalxmışlar, mənzilə girəndə orada daha üç nəfər həmvətəndaşı olmuş, onlar sonradan adını bildiyi Muzammıl Muhammad, Abbas Muhammad və qeyrisi olmuşdur, sonuncunun adı səhv etmirsə İltişam olmuşdur. Bir neçə dəqiqədən sonra İltişam onu yataq otağına çağırmış və yumruq zərbəsi vuraraq onu çarpayının üstünə yıxmış, bundan sonra Abbas Muhammad iplə onun əlini və ayağını bağlamış, Mohsın Mukhtar ağzına dəsmal ilə bağlamış, Muzammıl Muhammad isə gözlərini bağlamış, bundan sonra isə həmin şəxslər onu ayaq və əl zərbələri ilə bədəninin müxtəlif yerlərinə vurmağa başlamışlar, sonra gözünü açmışlar. Abbas Muhammad kəsici bir aləti onun boğazına dirəmiş və qardaşı oğlu Khushnam Aliyə zəng etməyini tapşırmışdır, əks halda boğazını kəsəcəyini demiş və ona bildirmişdir ki, nəsə başqa bir şey desə elə burdaca öləcəkdir. O da məcbur olub onların interneti ilə öz telefonundan “Whatsapp” praqramı ilə Khushnam Aliyə zəng etmiş və hər şeyin yaxşı olduğunu dalınca adam yolayacağını demiş, bundan sonra həmin şəxslər telefonu əlindən almışlar, ağzını və gözünü bağlayıb çarpayının üsdünə üzatmışlar. Bundan sonra Mukhtar Mohsın yenidən aeroporta gedərək qardaşı oğlu Khushnam Alini qarşılayıb onun yanına gətirmişdir. Khushnam Ali mənzilə gətirildikdən sonra Mohsın, Muzammıl Muhammad, Abbas Muhammad və qeyrisi Khushnam Alinin üzərinə hücum edərək, təpik və yumruq zərbələri ilə bədəninin müxtəlif nahiyələrindən vurub Khushnam Aliyə müxtəlif bədən xəsarətləri yetirdikdən sonra, onun da əl və ayaqlarını kəndirlə bağlayıb onun yanına atmışlar. Təxminən 20-25 dəqiqədən sonra həmin şəxslər ona və qardaşı oğlu Khushnam Aliyə qarşı zorakılıqla basqın edib, özlərində olan silah qismində istifadə etdikləri kağız kəsən aləti onların boğaz nahiyəsinə dirəyib, qardaşı oğlu Kusham Alinin üzərində olan 1.000 (bir min) ABŞ dolları pulu, onun isə üzərində olan 500 (beş yüz) ABŞ dolları və 400 (dörd yüz) avro pulu və pasportları götürmüşlər. Bundan sonra həmin şəxslər onlara hədə-qorxu gələrək azad olunmaları üçün 20.000 ABŞ dolları pulu tələb etmişlər və Pakistanda olan qohumları ilə əlaqə yaradıb pul istəmələrini bildirmişlər və ona demişlər ki, pul istəyən zaman hər şeyin yaxşı olduğunu desin. O, “Whatsapp” proqramı üzərindən qardaşı Muhammad Riaz ilə əlaqə saxlamış və hər şeyin yaxşı olduğunu demiş və ondan xahiş etmişdir ki, onlara şans düşüb Kanadaya getməyə və bunun üçün onlara 20.000 ABŞ dolları göndərsin, amma o, hiss etmişdir ki, qardaşı buna inanmamış və oğlu ilə danışmaq isdədiyini bildirmiş, o isə demişdir ki, Kushnamın telefonunun şarjı bitib danışa bilmir və Kushnamı Kanadaya yola salır və özünün də telefonunun cərəyanı bitdiyi üçün əlaqə saxlaya bilməyəcəyini demiş və xahiş etmişdir ki, pulu hazırlasınlar, daha sonra onlar telefonu əlindən alıb onları yenidən bir otağa salıb yenə döymüşlər və pulun onlara çatmayacağı təqdirdə onları öldürəcəklərini demişlər. Səhəri gün o, yenidən qardaşı ilə əlaqə saxlamış və əgər pulu verilməyəcəyi təqdirdə həmin şəxslərin onları öldürəcəyini demiş, qardaşı torpağı satdığa qoyduğunu bunun üçün bir az vaxt lazım olduğunu demiş, bundan sonra onların içində olan adının sonradan bildiyi İltişam adlı şəxs oradan çıxıb getmiş və o, bir daha İltişamı görməmişdir. xx.xx.2023-cü il tarixdə o, qardaşı ilə əlaqə yaratmış və qardaşı pulun hazır olduğunu demiş, onları saxlayan şəxslər ona demişlər ki, qardaşına desin ki, Lahor şəhərinə getsin və orda onunla əlaqə saxlayacaq şəxslə görüşüb pulunu ona versin və bunun video və fotosunu çəkib atsın və həmin şəxsə pulu verdiyi zaman gülərüzlü olsun. Qardaşı həmin şəxslə görüşüb pulu vermiş və videonu ona atmış, həmin vaxtı onların yanında Mohsın, Muzammıl Muhammad və Abbas Muhummad olmuş, həmin şəxslər ona demişlər ki, bu işi İltişam təşkil edib, Pakistanda qardaşının verdiyi 20.000 ABŞ dolları pulun yarısı, yəni 10.000 ABŞ dolları pul onlara çatmalıdır, həmin pul gəlib çatmayanadək onları buraxmayacaqlarını demişlər, bundan sonra o başa düşmüşdür ki, həmin şəxslərin onları buraxmaq fikirləri yoxdur, onlar otaqdan çıxdıqdan sonra Kushham bir təhər ayağa durub otağın qapısını arxadan bağlamış, sonra gözlərində olan əskini çıxarmış və dişləri ilə əlinin kəndirini didib açmış və ona da kömək etmişdir. 15 aprel 2023-cü il tarixdə saat 12 radələrində onlar həmin şəxslərin mənzilin digər otağında başlarının qarışıq olmalarından istifadə edərək pəncərdən çıxmış və çox təhlükəli bir şəkildə aşağıda olan mənzilə düşmüş, bundan sonra orda olan tanımadığı azərbaycanlı şəxslər polis çağırmışar və polislərə nə olduğunu izah etməyə başlamışlar, polislərə mənzili göstərmiş və polislər mənzilə girib həmin vaxtı orda olan Mohsın, Muzammıl Muhammad və Abbas Muhammadı saxlamışlar. Təqsirləndirilən şəxs1 qarşısında əyləşən X33 Bakış Avanı 13 aprel 2023-cü il tarixdə tanıdığını, onun üzünə qarşı söylədikləri ilə bağlı göstərmişdir ki, 03 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikasına Bakı şəhərinə ilk dəfə gəlmiş, gəldiyi gün Bakı şəhərində qalmaq üçün otel rezerv etmədiyinə görə Riaz adlı tanışının Sabunçu rayonunda qaldığı evdə bir müddət yaşamışdır. Onun Azərbaycana gəlməkdə məqsədi burada gəzib bir biznes tapıb işləmək olmuşdur. O eşitmişdir ki, Azərbaycanda, xüsusilə də paytaxt Bakı şəhərində geniş biznes imkanları var və buna görə biznes qurmaq istəmişdir. Bir müddət tanışı Riazın yanında qaldıqdan sonra Riaz ona bildirmişdir ki, evdə bir neçə nəfərin qalması üçün şərait yoxdur və o, Bakı şəhəri Nizami küçəsində olan Pakistanlı tanışlarının yanına gemiş orda İltişam adlı şəxslə tanış olmuş və İltişam ona demişdir ki, kirayə tutduğu evdə qalmağa şəraiti var və orda kirayə pulunun bir qismini ödəmək şərti ilə orada qala bilər xx.xx.2023-cü il tarixdə o İltişamla yaşadığı Binəqədi rayonu Azadlıq prospekti 192/30 ünvanında yerləşən mənzilə getmiş və orada ondan başqa əvəllər tanımadığı daha iki Pakistan vətəndaşı Muzammıl Muhammad və Mukhtar Mohsın yaşıyır, həmin evin kirayə haqqı 800 manat olmuşdur. Buna görə o İltişama qabaqcadan 200 manat pul ödəmişdir. 13 aprel 2023-cü il tarixdə saat təxminən 15 radələrində o evdə Muzammıl Muhammad və Mukhtar Mohsın ilə olan zaman İltişam bir Pakistanlı tanışı ilə gəlmiş, onlar digər otağa keçmişlər və orda onlar arasında mübahisə olmuş, səs küydən başa düşmüşdür ki, İltişam həmin şəxsi bir neçə dədə vurmuş, o da otağa keçib onları ayırmaq istəmiş, daha sonra o digər otağa keçdim və orda nə baş verdiyini bilmədim, təxminənən 15 dəqiqə sonra Mohsın çıxıb getmiş və bir saat sonra başqa bir pakistanlı ilə gəlmiş, onunla da İltişam arasında mübahisə düşmüş və İltişam onları yataq otağının birinə salmışdır. O isə onların işinə qarışmamışdır. Səhəri gün yəni 14 aprel 2023-cü il tarixdə İltişam çıxıb getmiş, İltişamın hara getdiyini bilməmişdir, amma digər pakistanlı şəxslər əlləri qolları bağlı vəziyyətdə digər otaqda qalmışdılar, o həmin şəxslərə onlara tərəf getmirmiş və onların orada nə etdiklərini bilməmiş, onunla olan Muzammıl və Mohsın də o otağa keçmir, bütün bunları edən İltişam olmuşdur, onun heç bir şeydən xəbəri olmamışdır. 15 aprel 2023-cü il tarixdə saat 12 radələrində o və Muzammıl Muhammad, Mukhtar Mohsın qaldıqları evdə olduqları zaman Khushanam Ali və Shazad Alinin qaldığı otaqdan səs gəlmiş və onlar otağı açmaq istədikdə otağın içəridən bağlı olduğunu görmüş daha sonra qonşuların səsini eşitmişlər və onların pəncərədən qonşuya keçdiklərini başa düşmüşlər, buna görə qorxmuş və tez öz əşyalarını toplayıb qaçıb getmək istədikdə qapını polislər döymüş və evə girib onları saxlamışlar (cild 1, iş vərəqi 128-132). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs X33 Bakış Awan ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş, X33 Bakış Awan ibtidai istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı deməklə sonuncunu cinayət törətməkdə ifşa etmişdir (cild 1, iş vərəqi 137- 141). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs X33 Bakış Awan ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə keçirilmiş, X33 Bakış Awan ibtidai istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs3n üzünə qarşı deməklə sonuncunu cinayət törətməkdə ifşa etmişdir (cild 1, iş vərəqi 146- 150). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs X27 Riaz Awan ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirilmiş, Khuşnam X18 ibtidai istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs1n üzünə qarşı deyərək bildirmişdir ki, 13 aprel 2023-cü il tarixdə əmisi Shahzad Ali ilə birlikdə Pakistan Respublikasından Bəhreynə və oradan Azərbaycan Respublikasının Bakı şəhərinə X15 Aeroportuna saat 14:30-da eniş etmişlər. Həmin vaxt sim nömrələri olmadığı üçün o, aeroportda internetə qoşulmuş və ailəsi ilə əlaqə yaratmışdır. Əmisi şəhərə getməyi öyrənmək məqsədi ilə aeroportun gözləmə zalından çölə çıxmışdır. Həmin vaxt sonradan adını bildiyi Pakistan vətəndaşı Mukhtar Mohsın əmisinə yaxınlaşıb, urdu dilində salamlaşmış və əmisi başqa bir ölkədə ilk dəfə olduğuna görə buna çox sevinmiş, Mukhtar Mohsın ilə söhbətləşmiş və sonuncuya burada əvvəlcədən rezerv etdiyi otelə aparmaqda kömək etməyini demiş və Mukhtar ona otelin yaxında olduğunu demişdir. O, əmisi Şhahzad Alini təxminən 1 saat yarım aeroportda gözləmiş, ona zəng etsə də əlaqə saxlaya bilməmiş, sonra əmisi whatsapp proqramı üzərindən ona zəng vurmuş və oteldə olduğunu, hər şeyin yaxşı olduğunu demiş və onun dalınca adam gələcəyini, həmin adamla bir yerdə gəlməyini demişdir. O da gözləmiş və dalınca həmyerlisi olan adını sonradan bildiyi Mukhtar Mohsın onun dalınca gəlmiş və bir taksiyə əyləşmiş, təxminən 30-35 dəqiqə sonra bir binanın qarşısına gəlmişlər. Onlar bir yerdə düşüb liftə minmiş və 11-ci mərtəbəyə qalxmış içəri girən zaman içəridə Mohsındən əlavə üç nəfər olmuş, Mohsın ona qalacağı bir yataq otağını gösdərmişdir. O, nəsə narahat olmuş və əmisinin harada olduğunu ondan soruşmuşdur. Bu vaxtı Mohsın onu vurmuş və üç nəfər şəxs də otağa gəlib onu yerə yıxıb döyməyə başlamışlar. Onların içində adını sonradan bildiyi Abbas Muhammad yerdə onun əlini və ayaqlarını iplə bağlamış, digəri adını sonradan bildiyi həmyerliləri Muzammıl Muhmmad və İltişam adlı şəxslər onun sifətindən və bədənindən vurmuşlar. Sonra həmin şəxslər ona və əmisinə qarşı zorakılıqla basqın edib, özlərində olan silah qismində istifadə etdikləri kağız kəsən aləti onların boğaz nahiyəsinə dirəyib, qardaşı oğlu Kusham Alinin üzərində olan 1.000 (bir min) ABŞ dolları pulu, onun isə üzərində olan 500 (beş yüz) ABŞ dolları və 400 (dörd yüz) avro pulu və pasportları götürmüşlər. Bundan sonra həmin şəxslər onlara hədə-qorxu gələrək azad olunmaları üçün 20.000 ABŞ dolları pul tələb etmişlər və Pakistanda olan qohumları ilə əlaqə yaradıb pul istəmələrini bildirmişlər və əmisinə demişlər ki, pul istəyən zaman hər şeyin yaxşı olduğunu desin. Əmisi whatsapp proqramı üzərindən onun atası Muhammad Riaz ilə əlaqə saxlamış və hər şeyin yaxşı olduğunu demiş və xahiş etmişdir ki, Kanadaya getmək üçün onlara 20.000 ABŞ dolları göndərsin, amma hiss etmişdir ki, atası buna inanmamış və onunla danışmaq isdədiyini bildirmiş, əmisi isə demişdir ki, Kushnamın telefonunun şarjı bitib, danışa bilmir və onu Kanadaya yola salır və özünün də telefonunun cərəyanı bitdiyi üçün əlaqə saxlaya bilməyəcək və xahiş etmişdir ki, pulu hazırlasınlar. Daha sonra telefonu əlindən alıb onları yenidən bir otağa salıb yenə döymüşlər və əgər pulun onlara çatmayacağı təqdirdə onları öldürəcəklərini demişlər. Səhəri gün əmisi yenidən qardaşı ilə əlaqə saxlamış və pulu verilməyəcəyi təqdirdə həmin şəxslərin onları öldürəcəyini demiş, onun atası torpağı satdığa qoyduğunu bunun üçün bir az vaxt lazım olduğunu demiş, bundan sonra onların içində olan adının sonradan bildiyi İltişam adlı şəxs oradan çıxıb getmiş və daha İltişamı görməmişdir. xx.xx.2023-cü il tarixdə əmisi onun atası ilə əlaqə yaratmış və atası pulun hazır olduğunu demiş, onları saxlayan şəxslər ona demişlər ki, qardaşına desin ki, Lahor şəhərinə getsin və orda onunla əlaqə saxlayacaq şəxslə görüşüb pulu ona versin və bunun video və fotosunu çəkib atsın və həmin şəxsə pulu verdiyi zaman gülər üzlü olsun, atası həmin şəxslə görüşüb pulu vermiş və videonu əmisinə atmış, həmin vaxtı onların yanında Mohsın, Muzammıl Muhammad və Abbas Muhummad olmuşlar, onlar demişlər ki, bu işi İltişam təşkil edib, Pakistanda atasının verdiyi 20.000 ABŞ dolları pulun yarısı, yəni 10.000 ABŞ dolları pul onlara çatmalıdır, həmin pul gəlib çatmayanadək onları buraxmayacaqlarını demişlər. Bundan sonra o başa düşmüşdür ki, bunların buraxmaq fikirləri yoxdu, onlar otaqdan çıxdıqdan sonra o, bir təhər ayağa durub otağın qapısını arxadan bağlamış, sonra gözlərində olan əskini çıxarmış və dişləri ilə əlinin kəndirini didib açmış və əmisinə kömək etmişdir. 15 aprel 2023-cü il tarixdə saat 12 radələrində onlar həmin şəxslərin mənzilin digər otağında başlarının qarışıq olmalarından istifadə edərək pəncərdən çıxmış və çox təhlükəli bir şəkildə aşağıda olan mənzilə düşmüş, bundan sonra orda olan tanımadığı azərbaycanlı şəxslər polis çağırmışar və polislərə nə olduğunu izah etməyə başlamışlar, polislərə mənzili göstərmiş və polislər mənzilə girib həmin vaxtı orda olan Mohsın, Muzammıl Muhammad və Abbas Muhammadı saxlamışlar. Təqsirləndirilən şəxs1 qarşısında əyləşən X27 Riaz Awanı 13 aprel 2023-cü il tarixdə tanıdığını demiş, onun üzünə qarşı söylədikləri ilə bağlı göstərmişdir ki, 03 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikasına Bakı şəhərinə ilk dəfə gəlmiş, gəldiyi gün Bakı şəhərində qalmaq üçün otel rezerv etmədiyinə görə Riaz adlı tanışının Sabunçu rayonunda qaldığı evdə bir müddət yaşamışdır. Onun Azərbaycana gəlməkdə məqsədi burada gəzib bir biznes tapıb işləmək olmuşdur. O eşitmişdir ki, Azərbaycanda, xüsusilə də paytaxt Bakı şəhərində geniş biznes imkanları var və buna görə biznes qurmaq istəmişdir. Bir müddət tanışı Riazın yanında qaldıqdan sonra Riaz ona bildirmişdir ki, evdə bir neçə nəfərin qalması üçün şərait yoxdur və o, Bakı şəhəri Nizami küçəsində olan pakistanlı tanışlarının yanına gemiş orda İltişam adlı şəxslə tanış olmuş və İltişam ona demişdir ki, kirayə tutduğu evdə qalmağa şəraiti var və orda kirayə pulunun bir qismini ödəmək şərti ilə orada qala bilər. 07 aprel 2023-cü il tarixdə o, İltişamla yaşadığı Binəqədi rayonu Azadlıq prospekti 192/30 ünvanında yerləşən mənzilə getmiş və orada ondan başqa əvəllər tanımadığı daha iki Pakistan vətəndaşı Muzammıl Muhammad və Mukhtar Mohsın yaşıyır, həmin evin kirayə haqqı 800 manat olmuşdur. Buna görə o, İltişama qabaqcadan 200 manat pul ödəmişdir. 13 aprel 2023-cü il tarixdə saat təxminən 15 radələrində o, evdə Muzammıl Muhammad və Mukhtar Mohsın ilə olan zaman İltişam bir pakistanlı tanışı ilə gəlmiş, onlar digər otağa keçmişlər və orda onlar arasında mübahisə olmuş, səs-küydən başa düşmüşdür ki, İltişam həmin şəxsi bir neçə dəfə vurmuş, o da otağa keçib onları ayırmaq istəmiş, daha sonra o digər otağa keçmiş və orda nə baş verdiyini bilməmiş, təxminənən 15 dəqiqə sonra Mohsın çıxıb getmiş və bir saat sonra başqa bir pakistanlı ilə gəlmiş, onunla da İltişam arasında mübahisə düşmüş və İltişam onları yataq otağının birinə salmışdır. O isə onların işinə qarışmamışdır. Səhəri gün, yəni 14 aprel 2023-cü il tarixdə İltişam çıxıb getmiş, İltişamın hara getdiyini bilməmişdir, amma digər pakistanlı şəxslər əlləri və qolları bağlı vəziyyətdə digər otaqda qalmışlar, o, həmin şəxslərə tərəf getməmiş və onların orada nə etdiklərini bilməmiş, onunla olan Muzammıl və Mohsın də o otağa keçməmiş, bütün bunları edən İltişam olmuşdur, onun heç bir şeydən xəbəri olmamışdır. 15 aprel 2023-cü il tarixdə saat 12 radələrində o, Muzammıl Muhammad və Mukhtar Mohsın qaldıqları evdə olduqları zaman Khushnam Ali və Shahzad Alinin qaldığı otaqdan səs gəlmiş və onlar otağı açmaq istədikdə otağın içəridən bağlı olduğunu görmüş daha sonra qonşuların səsini eşitmişlər və onların pəncərədən qonşuya keçdiklərini başa düşmüşlər, buna görə qorxmuş və tez öz əşyalarını toplayıb qaçıb getmək istədikdə qapını polislər döymüş və evə girib onları saxlamışlar (cild 1, iş vərəqi 133-136). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs X27 Riaz Awan ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş, X27 Riaz Awan ibtidai istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı deməklə sonuncunu cinayət törətməkdə ifşa etmişdir (cild 1, iş vərəqi 142-145). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs X27 Riaz Awan ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə keçirilmiş, X27 Riaz Awan ibtidai istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs3n üzünə qarşı deməklə sonuncunu cinayət törətməkdə ifşa etmişdir (cild 1, iş vərəqi 151-154). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 678 nömrəli rəyindən görünür ki, vətəndaş Shahzad Ali X31ın bədəni üzərinə aşkar edilmiş xəsarətlər-alt dodağın sağ yarısının selikli qişasına məhdud qansızma, sol saidin yuxarı 1/3-nin arxa, sağ saidin aşağı 1/3-nin iç, sol saidin aşağı 1/3-nin bayır səthlərinin sıyrıqları, sağ ayaq pəncəsinin ayaqaltı səthində daban nahiyəsinin qançırları bərk küt əşyanını (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 13 aprel 2023-cü il tarixdə kənar şəxs (şəxslər) tərəfindən qeyd olunan nahiyələrə əl ilə, yumruq və dəmirlə vurma, sağ və sol said nahiyələrinin aşağı 1/3-nin yarı sərt materialla sarınması (əllərin bağlanması) nəticəsində sürtünmədən əmələ gələ bilərdilər və hər biri ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 2, iş vərəqi 21-24). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 677 nömrəli rəyindən görünür ki, X22 Riaz Awanın bədəni üzərinə aşkar edilmiş xəsarətlər-burunun burun qanaxması ilə müşayiət olunmuş (sol burun dəliyində cüzi miqdarda tünd qırmızı rəngdə qurumuş qan izləri) cüzi şişkinlik fonunda sol yan çəpərinin qançırı və burun arakəsməsinə qansızma halında küt travması, sağ saidin orta 1/3-nin arxa-iç, orta aşağı 1/3-nin ön, sol saidin aşağı 1/3-nin iç səthlərinin qançırları, sol mil-bilək oynağının ön səthinin sıyrığı və sol ayaq pəncəsinin ayaqaltı səthində daban nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 13 aprel 2023-cü il tarixdə kənar şəxs (şəxslər) tərəfindən qeyd olunan nahiyələrə əl ilə, yumruq və dəmirlə vurma, sağ və sol said nahiyələrinin aşağı 1/3-nin yarısərt materialla sarınması (əllərin bağlanması) nəticəsində sürtünmədən əmələ gələ bilərdilər və hər biri ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 2, iş vərəqi 25-28). - ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 2019 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs3 qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs3 hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 2, iş vərəqi 30-32). - ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 2020 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 2, iş vərəqi 33-35). - ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 2021 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1n əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 2, iş vərəqi 36-38). - Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis bölməsinin xx.xx.2023-cü il tarixli, 064- 17463 nömrəli məktubundan görünür ki, “İltişam” adlı şəxsin şəxsiyyətinin, eləcə də əlbir olan digər şəxslərin dairəsinin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir (cild 2, iş vərəqi 101). - zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Muhammad Riaz X16 bu iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, iş vərəqi 106). - AZN məzənnələrinə dair sənəd surətindən görünür ki, 13-14 aprel 2023-cü il tarixə 1 ABŞ dollarının məzənnəsi 1,7 manat, 13 aprel 2023-cü il tarixə 1 avronun məzənnəsi 1,8681 manat, 14 aprel 2023-cü il tarixə isə 1,8818 manat olmuşdur (cild 2, iş vərəqi 114-115). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar (cild 2, iş vərəqi 116-121). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, hadisə yerinə baxış zamanı aşkar olunaraq götürülmaş 02 ədəd kəndir parçası, istintaq hərəkətlərinin aparılmasına dair 02 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, 02 ədəd kəndir parçası saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş, 02 ədəd DVD disk cinayət işinə əlavə edilmişdir (cild 2, iş vərəqi 135-146). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.2, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan olunmuşdur (cild 2, iş vərəqi 161-163). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.2, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan olunmuşdur (cild 2, iş vərəqi 177-179). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.2, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan olunmuşdur (cild 2, iş vərəqi 194-196). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3n hər birinin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.2, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə görə, bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 dekabr 1998-ci il tarixli 2 saylı Qərarının 1-1ci və 3-cü bəndlərində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur. Hədə-qorxu ilə tələb etmə zərər çəkmiş şəxsin və ya onun yaxın qohumlarının oğurlanması, qanunsuz olaraq azadlıqdan məhrum edilməsi və ya girov saxlanması ilə müşayiət edilərsə, təqsirkarın əməli CM-in 182-ci maddəsi və müvafiq olaraq 144-cü, 145ci və ya 215-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin məcmusu qaydasında tövsif olunmalıdır “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 7ci bəndində qeyd edilir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin Qərarın 23-cü bəndində məhkəmələrə tövsiyə olunur ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 21 oktyabr 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyriqanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur. Nəzərdən qaçırılmamalıdır ki, hədə-qorxu ilə tələb etmənin predmetini zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının mülkiyyətində olan əmlakla yanaşı, əmlaka olan hüquq və digər əmlak xarakterli hərəkətlər təşkil edə bilər. Əmlak xarakterli hərəkətlər isə təqsirkara müəyyən maddi fayda gətirən hərəkət kimi başa düşülür (borcun mövcudluğunu təsdiq edən sənədin, vəsiyyətnamənin məhv edilməsi, ümumi əmlakda olan paydan imtina və s.). Eyni zamanda, bəzi hallarda hədə-qorxu ilə tələb etmə zamanı əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin Plenumu hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibini, predmetini, obyektini, obyektiv və subyektiv cəhətlərini araşdıraraq qeyd edir ki, hədə-qorxu ilə tələb etmə cinayəti özgənin əmlakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə anından bitmiş hesab edilir. Məhkəmə hazırkı iş üzrə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun, eyni zamanda Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarlarındakı müddəaları nəzərə alır. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1n, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3n Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.2, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri cinayət işi üzə olan sübutların məcmusu, həmçinin işin faktiki halları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında ifadə verən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özlərini onlara verilmiş ittiham üzrə təqsirli bilməsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin təqsiri onların ibtidai və məhkəmə istintaqı zamanı qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, həmçinin ekspert rəyləri ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş digər mötəbər və təkzibedilməz sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cəzadan yayınmaq məqsədi daşıyır və özlərinin ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125-ci maddəsinin tələblərinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2.5 və 125.1-ci maddələrinin tələblərinə uyğun olaraq yuxarıda göstərilən sənədləri də sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Pakistan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3n qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə etdiyi əşya ilə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə tamah məqsədi ilə iki şəxs barəsində törədilməklə adam oğurluğu, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədilməklə silah qismində istifadə etdiyi əşya ilə həyat və sağlamlıq üçün təhlükəli zorakılıqla bağlı olan basqın, yəni quldurluq və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkraran zor tətbiq etmə ilə törədilməklə zərərçəkmiş şəxsin yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə ilə özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmələri təsdiq olunur, onlar həmin cinayət əməlini törətməkdə təqsirlidirlər, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3n cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3n ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələrini, cavan olmalarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza həddi və növü təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini, habelə onların hər birinin cinayətdə iştirak dərəcəsini nəzərə alır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5 və 144.2.6-cı maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azalıqdan məhrum etmə cəzası, CM-in 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azalıqdan məhrum etmə cəzası, CM-in 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələrinin sanksiyasında beş ildən on ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə bu cinayətlər ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş tutma haqqında protokollarından və qətimkan tədbiri seçilməsi haqqında məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət törətməkdə şübhəli şəxs qismində 15 aprel 2023-cü il tarixdə tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli qərarları ilə hər birinin barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 15 aprel 2023-cü il tarixdən hesablanmış və hazırkı hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışlar (cild 1, iş vərəqi 58, 82, 106, 234-238, 240-245, 247-251; cild 2, iş vərəqi 68-72, 79-83, 90-94, 338-342, 343-347, 348-352). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3n hər birinin cəzaçəkmə müddətinin əvvəli onların şübhəli şəxs qismində tutulduğu 15 aprel 2023-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Məhkəmə qanunun həmin müddəalarını, habelə təqsirləndirilən şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasına mane ola biləcək halların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3n Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakları müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, hadisə yerinə baxış zamanı aşkar olunaraq götürülmüş 02 ədəd kəndir parçası məhv edilməli, istintaq hərəkətlərinin aparılmasına dair 02 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.2, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-cı maddələrilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 181.2.1, 181.2.2, 181.2.5-ci maddələrilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələrilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 15 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1n barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.2, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-cı maddələrilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 181.2.1, 181.2.2, 181.2.5-ci maddələrilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələrilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 15 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3n barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.2, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-cı maddələrilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 181.2.1, 181.2.2, 181.2.5-ci maddələrilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələrilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 15 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, hadisə yerinə baxış zamanı aşkar olunaraq götürülmüş 02 ədəd kəndir parçası məhv edilsin. Digər maddi sübutlar - istintaq hərəkətlərinin aparılmasına dair 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunmuş əsas cəzaları çəkib qurtardıqdan sonra onlar Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-981/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-981/2024
30.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver