Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-981/2025 29.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, hakimlər Məmmədov Fəxri Afiq oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Cəbrayıl rayonu, Hacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, işləməmiş, Cəbrayıl rayonu, Hacılı Ərazi Dairəsi, Hacılı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq 2015 qram çəkidə narkotik vasitə sayılan tiryək əldə edib, üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Cavid” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqla müəyyən edilməyən vaxtda “Cavid” adlı şəxsin göstərişi ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda 2015 qram çəkidə narkotik vasitə tiryəki istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin və Cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 10 sentyabr 2024-cü il tarixdə, saat 22:00-da ünvan 1 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi rayon polis idarəsinin inzibati binasına gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əlində saxladığı sellofan torbanın içərisindən 01 ədəd bağlamada təmiz çəkisi 2015 qram təşkil edən xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatda “Bəhruz” adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu, ərazisində külli miqdarda narkotik vasitələri, psixotrop maddələri əldə etməsi, saxlaması, gəzdirməsi, istifadəsi və satışı ilə məşğul olması bildirilmişdir (cild 1, iş vərəqi 7).
4. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi, istifadəsi və satışı ilə məşğul olması barədə Nəsimi RPİ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır (cild 1, iş vərəqi 8-9).
5. Şəxsi axtarış və götürmə haqqında tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokol, diskə baxış keçirilməsinə dair tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokol və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl o, bu barədə tərtib olunmuş qərarla tanış edilmiş, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb ilk olaraq əlində olan üzərində qırmızı hərflərlə “HH, HH Baku” yazıları olan qara rəngli sellofan paketi masanın üzərinə qoymuş, daha sonra isə əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd mobil telefon, bank kartı və sağ yan cibindən pul əskinaslarını masanın üzərinə qoymuşdur. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanmışdır. Qara rəngli sellofan paketin içərisinə baxıldıqda onun içərisində bir ədəd üzərində ağ rəngli hərflərlə yazıları olan göy rəngli sellofan paketin olması aşkar olunmuşdur. Sellofan paketin içərisində nə olduğu barədə Təqsirləndirilən şəxs soruşulanda o, sellofan paketin içərisində narkotik vasitə tiryək olduğunu və həmin maddəni İran İslam Respublikasının vətəndaşı olan Cavid adlı şəxsdən satış məqsədilə aldığını bildirmişdir. Hansı məbləğə aldığı barədə soruşulanda o, narkotik vasitəyə görə pul ödəmədiyini, lakin hissə-hissə Cavidin dediyi yerlərə qoyaraq satışının həyata keçirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi digər əşyalara baxış keçirilən zaman aşkar edildi ki, təqdim etdiyi mobil telefon üzərində heç bir zədəsi olmayan “Realme” markalı mobil telefondur, təqdim edilən bank kartı “Kapital Bank”-a məxsusdur və 5239-1517-9368-6554 nömrəlidir. Təqsirləndirilən şəxs təqdim etdiyi pul əskinasları 01 ədəd 100 manatlıq, 03 ədəd 20 manatlıq, 03 ədəd 10 manatlıq, 01 ədəd 5 manatlıq və 01 ədəd 1 manatlıq pul əskinasları olmaqla ümumilikdə 196 manat puldur. Təqsirləndirilən şəxs aşkar edilmiş pul əskinasları, bank kartı və mobil telefon istintaq əhəmiyyəti kəsb edə biləcəklərindən 01 ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imza edilməkdə DİN-in 186 saylı möhürü ilə möhürlənmişdir. (cild 1, iş vərəqi 33-35, 95-97).
6. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/4526 saylı rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim olunmuş: AR DİN “Zərflər üçün №186” möhür əksi, “1. /imza/ İbrahimov.B.Ə; 2. /imza/ Əliyev.F.Ç; 3. /imza/ Səfiyarov.M.T; 4. /imza/ Hüseynov.R.N; 5. /imza/ Cəfərli.E.G; 6. /imza/ Soltanlı.S.S; Tərtib etdi: /imza/ A.Məmmədov” yazılar olan bağlamadakı 01 ədəd bükümdə təmiz çəkisi: 2015,0 qram olan tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tiryək Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. (cild 1, iş vərəqi 51-56).
7. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 6165 №-li rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 92-93).
8. xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Realme”markalı mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş “Realme” markalı mobil telefona sürüşdürmə üsulu ilə “6-5-8-9” təhlükəsizlik kodu qoyulmuşdur. Mobil telefonda quraşdırılmış Whatsapp sosial şəbəkəsinə daxil olduqda Təqsirləndirilən şəxs “Cavid” olaraq qeyd olunmuş +**********16 saylı xarici ölkələrdən birinə məxsus mobil nömrə vasitəsi ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar pərdələnmiş danışıqların, o cümlədən audio yazıların, narkotik vasitələrin və psixotrop maddələrin əvvəlcədən qoyulmuş yerlərinin fotoşəkilləri və çoxlu sayda qarşılıqlı zənglərin olması aşkar edilmişdir. O cümlədən, “Cavid” adlı həmin şəxs və Təqsirləndirilən şəxs arasında qarşılıqlı formada səs qeydləri aşkar olunmuşdur: Bəhruz - “Qardaş, yoldayam gedirəm, hər yan doludur, şəhər propkadır. Gedərəm birdən qardaş orada olmaz. Mən taksidəyəm gedirəm.” Cavid - “Ona görə demirəm, öz işimizə, qayıtmağımıza görə deyirəm.” Bəhruz - “Ünvanı atın mənə, taksi bilməsin, gedib orada gözləməyək.” Cavid - “20 Yanvar tərəfdə. Semaşka. Qoy atım sənə bax” Cavid - “Ona görə demirəm, öz işimizə, qayıtmağımıza görə deyirəm.” Bəhruz - Ünvanı atın mənə, taksi bilməsin, gedib orada gözləməyək.” Cavid - 20 Yanvar tərəfdə. Semaşka. Qoy atım sənə bax Bəhruz - “Qardaş oradadır, yoxsa mən ora gedim? Bildim, bildim, biraz məsafəsi var 20 Yanvarnan” Cavid - “Sən ora çatana 10 dəqiqə qalmış mənə de. O mal atacaq ora. Mənə de mən tez deyim yerbəyer eləsin, atsın” Bəhruz - “Hə yaxşı mənim qardaşım, başa düşdüm.” Cavid - “Az deyil ki, qadan alım, kilo maldı. Biri var ata sən gec gedəsən. Biri də var ata beş dəqiqə gözləyə, sən götürəsən o da gedə.” Bəhruz - “Yaxşı başa düşdüm.” və s. (cild 1, iş vərəqi 103-104)
9. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1266 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 10xx.xx.2024-cü il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilmədi. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş sağ əlin və sol saidin çapıqları müayinədən təxminən 1-1,5 ildən artıq müddətdə əmələ gəlmişdirlər, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduqları üçün onların əmələ gəlmə mexanizmi, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Belə ki, bu hallar fərdi xüsusiyyətlərinə uyğun xüsusi əlamətlər kimi də qiymətləndirilə bilər (cild 1, iş vərəqi 133-136).
10. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 2015,0 qram olan tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryək, bir ədəd üzərində ***-***-**-** nömrə olan “Realme” markalı mobil telefon maddi sübut kimi tanınmış və 2015,0 qram tiryəkin tədqiqatdan sonrakı 2014,7 qramdan ibarət hissəsi, “Realme” markalı mobil telefon saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutlar saxlanılan anbarına təhvil verilmiş, həmçinin şəxsi axtarış və götürmə prosessual hərəkətin köçürüldüyü 01 ədəd DVD disk, mobil telefona baxış keçirilməsi və məlumatların köçürülməsi haqqında protokola əlavə edilmiş 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır (cild 1, iş vərəqi 151-162).
11. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs götürülmüş külli miqdarda narkotik vasitə olan tiryəkin əldə edildiyi mənbə, həmçinin qabaqcadan bir qrup şəxs halında əlbir olduğu, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Cavid” adlı şəxsin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 164-165).
12. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, üzərində saxlamaqla gəzdirməsi və satışı ilə məşğul olması barədə Nəsimi polis İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Məlumata əsasən əməliyyat qrupu yaradılmışdır. Nəsimi rayon Polis İdarəsinin narkotiklə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2, Şahid3 və cinayətaxtarış şöbəsinin kiçik inspektoru Şahid4 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs ola biləcəyi yerlər tərəflərindən müşahidəyə götürülmüş və 10 sentyabr 2024-cü il tarixdə, saat təxminən 21 radələrində sonuncunun, köhnə Baş Polis İdarəsinin yaxınlığında olması tərəflərindən müəyyən edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman onları gördükdə qaçmağa başlamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman kiçik inspektor Şahid4 yıxılmış, ayağından travma almış, ayağı sındığına görə ordan xəstəxanaya göndərilmiş və onlar Təqsirləndirilən şəxs Nəsimi polis İdarəsinə gətirmişlər, əlində olan sellofan torbaya baxış keçirilən zaman sellofan torbanın içərisindən narkotik vasitə olan tiryəkə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik maddəni əvvəlcədən İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxslə əlaqə saxlayıb və əlaqə qurduqdan sonra sonuncunun dediyi ünvandan götürüb dediyi ünvanlara çatdıracağını bildirmişdir. Bundan sonra sənədləşdirmələr, qablaşdırmalar aparılmış, həm narkoloji, həm tibbi, həm də kimyəvi ekspertizaların rəyləri alındıqdan sonra Nəsimi rayon polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman sonuncuya qarşı fiziki təyiq göstərilməmişdir, Təqsirləndirilən şəxs özü narkotik vasitənin götürəcəyini etiraf etmişdir. Təqsirləndirilən şəxs onları görən kimi qaçan zaman Şahid4 sonuncuya bir az yaxın idi, səkinin üstündə şəxsin arxasınca qaçan zaman ayağı düşdü və Şahid4 topuq sümüyündən ağır travma aldı. Əməliyyat məlumatı ona daxil olmuş, qrupun rəhbəri o, olmuşdur. Şəxsin adı ilə də bağlı olan məlumat daxil ola bilər. Narkotik vasitənin götürüləcəyi yer onlara məlum deyildi. Təqsirləndirilən şəxs barəsində məlumat daxil olmuş, onlar da ərazidə olmuşlar, sonuncu hərəkət edən zaman görmüşlər. Məlumatın ona hansı formada və necə daxil olmasının açıqlamasını verə bilməz. Onlara Təqsirləndirilən şəxs haqqında məlumat daxil olmuşdur. O, Təqsirləndirilən şəxs saxlayan zaman əlində torba olmuş, sonuncunu Nəsimi rayon polis İdarəsinə gətirmişdir. Təqsirləndirilən şəxs telefonuna baxış keçirilmiş, sonuncunun əvvəlcədən iran vətəndaşı ilə olan danışıqları telefonunda olmuşdur. Təqsirləndirilən şəxs saxlanılması vaxtı barədə ifadəsində bildirmişdir, məhkəmədə də saat 21 radələri olduğunu demişdir. Həmin vaxt küçədə adam olduğu yadında deyil. Həmin vaxt polis əməkdaşının ayağının sümüyü çıxdığı üçün o, Təqsirləndirilən şəxs şöbəyə aparmaq qərarına gəlmişdir. Qanunvericilikdə bu hərəkətinin qanunsuz olması nəzərdə tutulmamışdır. Plenumun qərarı tövsifedicidir, məcburedici deyil. Təqsirləndirilən şəxs üzərinə yerində şəxsi axtarış keçirilməsinə onların imkanları olmamışdır. Şərait buna imkan verməmişdir. Xəsarət alan polis əməkdaşını ordan hərəkət edən post-patrul maşını aparmışdır. Təqsirləndirilən şəxs polis idarəsinə gətirəndə əlində olan torbadan narkotik vasitə olan tiryəkə bənzər maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs özü İran vətəndaşı ilə qabaqcadan əlaqə saxlamasını, iran vətəndaşının sonuncuya verdiyi narkotik maddələrini götürüb dediyi ünvanlara paylayacağını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik maddənin istifadəçi olduğunu dediyi yadında deyil, amma narkoloji ekspertizadan keçirilmiş, tibbi rəy verilmişdir. Təqsirləndirilən şəxs üzərindən telefon, pul, kart çıxmışdır. Təqsirləndirilən şəxs onların yaxınlaşdıqlarını görəndə qaçmağa başlamışdır. Təqsirləndirilən şəxs qaçan zaman onlar da sonuncunun arxasınca qaçmağa başlamışlar, Təqsirləndirilən şəxs çatan vaxt Şahid4 yerə yıxılmışdır. Birinci Təqsirləndirilən şəxs Şahid4 çatmış, sonra o, çatmışdır, daha sonra digər polis əməkdaşları gəlmişlər. Şahid4 yerə yıxılanda o, Təqsirləndirilən şəxs saxlamış, sonra idarəyə gətirmişlər. Həmin vaxtı təqsirləndirilən şəxsə qarşı hər hansı bir fiziki təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs tutandan sonra şöbəyə aparmışlar. Onun tərəfindən şəxsə qarşı heç bir təzyiq göstərilməmiş və bunun şahidi olmamışdır.
13. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılıb hadisə yerinə gedilmişdir. Vətəndaş saxlanılarkən əməliyyatçının biri yıxılıb ayağından xəsarət almışdır. Sonra şübhəli şəxs saxlanılıb, gətirilib idarədə rəsmiləşdirilmiş, sənədləşdirilib istintaqa təhvil verilmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, o, əməliyyat müvəkkilidir. Sonradan şəxsin üzərindən məlum olan tiryək narkotik vasitə aşkar olunmuşdur. İdarədə şəxsin üzərinə şəxsi axtarış aparılmışdır. Üzərinə şəxsi axtarış aparılanda o, iştirak etmişdir. Digər işçilər Mehti, Elnur, təhqiqatçı və vəkil iştirak etmişlər. Şəxsi saxlayanda sentyabr ayı idi, saat 9- 11 radələri olardı. Məlumat bölməyə daxil olmuşdu, əməliyyat rəhbərinin kim olduğu yadında deyil. Narkotiklə mübarizə bölməsinə məlumat daxil olmuşdu. Şəxsi saxlayan vaxt, onun üzərinə axtarış aparılmamış, polis əməkdaşlarından biri yıxılmış ayağı sınmış, orda vəziyyət başqa cür olmuş, ancaq şəxsi götürüb idarəyə aparmışlar. Həmin vaxt onların üzərilərində mobil telefon olmuşdur. Çəkiliş aparmağa vəziyyət əl verməmiş, polis əməkdaşı yıxılıb ayağı sınmışdır. Ayağı sınan işçini post patrul maşını götürüb xəstəxanaya aparmışdır. Polis əməkdaşını aparandan sonra onlar idarədə şəxsin üstünə baxış keçirtmişlər. Şəxsin əlində qara sellofan olmuşdur. Şəxs onlardan yayınmağa cəhd etdikdə polis əməkdaşı yıxılmışdır. Onlar yaxınlaşıb özlərini təqdim etmişlər. Onlar şəxsə yaxınlaşanda o hərəkət edirdi. Onlar şəxsin üstündə narkotik vasitənin olmasını əvvəlcədən daxil olmuş məlumata əsasən bilmişlər. Şəxsin barəsində kifayət qədər məlumat var idi. Onların tədbirlərin hamısına çöldə baxış keçirilir. Əməkdaşın ayağı sınmasa idi, şəxsin üzərinə baxış keçiriləcəkdi. Keçən il 300 nəfərə yaxın adam tutulub, onlardan 50 faizini narkomaniyaya aid olanları sırf onların əməkdaşları tutub. Ona görə hamısı yadında qalmayıb, ifadəsində baş verənləri göstərmişdir. Polis İdarəsinə 30-40 dəqiqəyə çatmışlar. Şəxsin əlində olandan başqa üzərindən telefonu, kartı, pulu çıxmışdır. Pulun miqdarı yadında deyil. Onların əməkdaşı ayağı burxulub yıxılmışdır. Əməliyyatda onlar 4 nəfər olmuşlar. Mehti, o, Elnur, Orxan olmuşlar. Ayağı sınan Orxan olmuşdur. Polis İdarəsində şəxsin üzərinə baxış keçiriləndə o, iştirak etmişdir. Şəxsin iranlı tanışı olub, sonuncu ilə əlaqə yaradıb, sonra narkotik vasitəni onun dediyi yerə qoyacaqdı, bunun müqabilində narkotik maddə veriləcəkdi. Yerində narkotik maddə çəkilməmişdir. Sonradan tiryək olduğu bilinmişdir. Təqsirləndirilən şəxs orda narkotik vasitənin istifadəçisi olduğunu, təzə başladığını demişdir. Narkotik vasitənin növü barədə Təqsirləndirilən şəxs deyibsə, yadında qalmamışdır. Təqsirləndirilən şəxs özü orda əlində olan narkotik vasitəni sonuncuya iranlı tərəfindən göndərildiyini, aparıb harasa verməsini, bunun müqabilində Təqsirləndirilən şəxs narkotik vasitə veriləcəyini demişdir. Təqsirləndirilən şəxs saxladıqları küçənin adı yadında deyil, köhnə Baş Polis İdarəsinin yanında saxlamışlar. İdarədən təxminən 10-30 metr aralıda olardı. Saxlayanda Təqsirləndirilən şəxs qarşı hər hansı bir təzyiq göstərilməmiş, sonuncu ancaq qaçmaq istəmişdir. Həmin ərazidə Təqsirləndirilən şəxs götürməklə, yaralı polisin götürülməsi 5-6 dəqiqə çəkmişdir. Hadisə yolun qırağında baş vermişdir, post-patrul maşını da təsəddüfən ordan keçəndə maşını saxlamış, yaralı əməkdaşı götürüb aparmışlar. Onlar hamısı hadisə yerində qalmışlar. Üzərinə yerində çəkilişlə baxış aparılmasına orda olan sıxlıq, ordakı millətin yığılması, əməkdaşın aparılması, nabələd insanların onu aparmasını, hara aparılmasını bilmədikləri mane olmuşdur. Post-patrul işçilərin hansı rayon işçilərinin olmasını bilmirdi. Başqa rayonun post-patrul maşınının tranzit yoldan keçməsi halları olur. Təqsirləndirilən şəxsə heç bir təzyiq göstərilməmişdir. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir.
14. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Nəsimi RPİ-nin NMB-yə təqsirləndirilən şəxsin narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması ilə bağlı Mehti, Rasim, Orxan və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Süleyman Rəhimov küçəsi 145 ünvanın qarşısında Bəhruz adlı şəxsi görüb yaxınlaşmış və Nəsimi RPİ-yə dəvət etmişlər. Nəsimi RPİ-də Bəhruzun Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Saxladıqları şəxsin üzərində şəxsi axtarış və götürmə keçirərkən sonuncunun əlində olan sellofanın içərisindən narkotik vasitə tiryək aşkar olunmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, tədbirə əməliyyat məlumatı əsasında getmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitənin çəkisi yadında deyil, amma bununla bağlı ekspert rəyi var. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs qarşı heç bir zor, fiziki təzyiq olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, gecə radələrində saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqları vaxt polis əməkdaşlarından biri xəsarət aldığı üçün, kənar ərazidə adamların çoxluğu, təhlükə olduğu üçün sonuncunun üzərində saxladıqları yerdə baxış keçirtməmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirərkən sonuncunun əlində olan sellofanın içərisindən narkotik vasitə tiryək aşkar olunmuşdur. Aşkar olunan narkotik vasitənin çəkisi yadında deyil. Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmədə iştirak etmişdir. Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitəni İran İslam Respublikası vətəndaşının dediyi yerlərə aparıb qoyacağını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan vaxt və Nəsimi RPİ-də olan vaxt heç bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs qarşı fiziki təzyiqlər olsa idi videoçəkiliş zamanı öz əksini tapardı.
15. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2024-cü ilin sentyabr ayının 10-da Bəhruz adlı şəxsin narkotik vasitələrin saxlanılması, daşınması, satışı ilə bağlı məlumat daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış, o, əməliyyat qrupunun üzvü olmuşdur. Süleyman Rüstəm küçəsi 145 ünvanına getmişlər. Həmin vaxt Bəhruz adlı şəxsi görüb, yaxınlaşıb özlərini təqdim edəndə şəxs qaçmağa başlamış, qaçan vaxt o, sonuncunun arxasınca qaçmışdır. Həmin vaxt onun ayağı qırılmışdır, bundan sonra heç nə yadında deyil. O, suallara cavab olaraq bildirmişdir ki, o, əməliyyat qrupunun üzvü olmuşdur. Qrupun rəhbəri Şahid1 olmuşdur. Təqsirləndirilən şəxs əlində sellofan torba olmuş, yaxınlaşıb özlərini təqdim etmişlər, kimliyi barədə məlumat almaq istədikdə Təqsirləndirilən şəxs qaçmağa başlamışdır. O da sonuncunun arxasınca qaçmışdır. Məlumat ona daxil olmamış, o, əməliyyat qrupunun üzvü olmuş, əməliyyatda iştirak etmişdir. Onun çox şey yadında deyil. O, yaxınlaşıb özünü təqdim edəndə Təqsirləndirilən şəxs qaçmağa başlamışdır. Onun tərəfindən təqsirləndirilən şəxsə heç bir fiziki və psixi təzyiq göstərilməmişdir, belə halların şahidi olmamışdır. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
16. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, narkotik istifadəçisi olmuşdur. Sentyabr ayının 10-da o, «Kubinka» deyilən ərazidə yerləşən Süleyman Rəhimov küçəsinə gedib şəxsi istifadəsi üçün 1 qram narkotik maddəni almışdır. Narkotik maddəni götürüb çıxanda polis əməkdaşları onu tutmaq istəyəndə o, qaçmış, polis əməkdaşları onun arxasınca qaçanda, onlardan birinin ayağı burxulub yerə yıxılmışdır. Polis əməkdaşının ayağının sınmasına görə onunla qəsdi-qərəzlik etmişlər, onun üzərində 2 kq narkotik vasitənin olduğunu yazmışlar. Onun üstündə 2 kiloqrama aid heç nə olmamışdır. O, istifadəçi olmuş, gedib 1 qram narkotik vasitəni öz istifadəsi üçün götürmüşdür. O, suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitəni Cavid adında şəxsdən götürürdü. Bir-iki dəfə sonuncudan narkotik vasitəni götürmüşdür. Narkotik vasitəni bir-iki dəfə götürəndə 50 manat pul verib götürürdü, bu dəfə də 50 manat verib 1 qram narkotik vasitəni şəxsi istifadəsi üçün götürmüşdür. Ona 1 qram narkotik vasitəni şəxsi istifadəsi üçün verməli idi. Metamfetaminin qramı 50-60 manatdır, pulu olmadığına görə sonra verəcəyi barədə danışmışlar. Metamfetamini həmişə 50 manata alırdı. Konumda qeyd olunan yerdən gedib narkotik vasitəni götürdü. O, narkotik vasitəni götürməyə girəndə ayağı sınan polis əməkdaşı ordan çıxırdı. O, girib balaca sellofanda olan 1 qram narkotik vasitəni götürüb çıxanda polis əməkdaşları onu qovmuşlar. O, qaçmamalı idi, amma qaçmışdır. Polis əməkdaşları arxasınca düşmüşlər. Polis əməkdaşlarının biri yıxılmış ayağı sınmışdır. Sonra onun əlini qandallayıb idarəyə aparmışlar. İttihamda yazılanları təsdiq etmir. Ona qarşı idarədə təzyiq olmuş, döymüşlər. Onu ən çoxu ayağı sınan əməliyyatçıya görə, birdə üstünə yazılanları etiraf etmədiyinə görə döymüşlər. Onu döyən əməliyyatçıları tanıyır, orda Mehti adında baş əməliyyatçını da tanıyır. Onun cibində pul olmadığı halda əməliyyatçılar cibinə 196 manat pul qoymuşlar. Cibinə qoyulan pul onun deyildi. Telefonunda dostundan pul istədiyi barədə whatssap yazışmaları var. Digər polis əməkdaşlarının adlarını bilmir, üzdən tanıyar. Onu 6-7 nəfər polis əməkdaşı saxlamışdır. O, dediyi şəxsdən metamfetamin alırdı, 2-3 dəfə almışdı, telefonunda yazışmalar var. O, metamfetamin istifadə etmiş, başqa narkotik vasitədən heç vaxt istifadə etməmişdir. Ayağı sınan polis əməkdaşı çəkilişdə iştirak etməmiş, sonuncunu həmin vaxtı xəstəxanaya aparmışlar. Onu aparan maşın əməliyyatçıların qara rəngdə maşını idi. Onu saxlayan əməkdaşlar formada olmamışlar. İfadələrində ona yaxınlaşıb özlərini təqdim etmələrini bildirmişlər, amma belə olmamışdır, onu tutub maşına otuzdurub aparmışlar. Axşam saat 9 radələri olardı. Onun arxasınca düşəndə polis əməkdaşları olduğunu o, bilmirdi, heç biri yaxınlaşıb ona bir söz də deməmişlər. Həmin adam çıxıb, o, girib narkotik vasitəni götürmüşdür. Məhkəmə iclaslarında verdikləri ifadələri təsdiq edir, elan edilmiş ifadələri təzyiq altında vermişdir. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki, psixoloji təsir və təzyiqlər göstərilmişdir. Şahid2 idarədə görmüşdür. O, istifadəsi üçün gedib metamfetamin götürmüş, üstündə tiryək olmamışdır. Ona təzyiq göstərilib, lakin Şahid2 tərəfindən təzyiq göstərilməmişdir, digər əməkdaşlar tərəfindən göstərilmişdir. Polis əməkdaşları ona özlərini təqdim etməmişlər. O, məhəlləyə girəndə polis əməkdaşları orda durmuşlar, o, məhəllədən dönən kimi arxamca çıxmışlar. Şahid3 saxlanıldığı vaxt görməmişdir. İbtidai istintaqda “Cavidə narkotik vasitənin müqabilində pul verməyəcəyimi, sadəcə olaraq narkotik vasitələrin satışında ona köməklik etməyimi” kimi fikirləri, yəni etirafedici ifadələri təzyiq altında olduğuna görə vermişdir. Mobil telefonunda Cavid adlı şəxslə danışıqları olmuş və həmişə 1 qram narkotik vasitəni öz istifadəsi üçün götürmüşdür. Sonuncu danışıqları da hadisə baş verən günü olan danışıqlarıdır. Cavidin ona “kilo maldı” yazanda o vəziyyətdə idi ki, kilo məsələsini götürqoy etməyə halı yox idi. Cavidin ona yazdığı “kilo maldı” SMS mətninə “Yaxşı başa düşdüm” deməyinin səbəbi vəziyyətinin pis olması, o vəziyyətdə olmamağı, narkotik vasitə istifadə etdiyi üçün ağrıda olmağı olmuşdur. Ailəlidir, amma rəsmi nikahı, uşağı yoxdur. Alın və bədən nahiyələrində aşkar olunmuş köhnə çapıq toxumalar əvvəllər baş vermiş avto qəzada aldığı xəsarətlərdir. Cavid adlı şəxsi İran İslam Respublikasının vətəndaşı kimi bilmiş, amma tam dəqiq bilmir. İfadəsində bildirdiyi kimi o, narkotik vasitə istifadəçisi olmuşdur, heç bir narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Səmimi narkotik vasitə istifadəçisi olduğunu deyir və etdiyi əmələ görə çox peşmandır. O, getdiyi yerdə necəsə olmuş, polis əməkdaşları onu oyuna salmışlar. Narkotik vasitənin ona aid olmadığını sübut edə bilməmişlər, amma getdiyi yerdə 2 kiloqram narkotik vasitə olmamışdır. Saxlanıldığı yerə ancaq öz istifadəsi üçün narkotik vasitə götürməyə getmişdir. Polis əməkldaşları gəlib 2 kiloqram narkotik vasitə qoymuşlar. Səmimi olaraq 2 kiloqram narkotik vasitənin ona aid olmadığını deyir. Ailəsinin ona ehtiyacı olduğu vaxt tutulmuş və buna görə də çox peşmandır. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
17. CM-in 234.4.1. və 234.4.3. maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
18. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
19. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
20. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
21. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
22. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
23. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
24. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
25. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
26. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
27. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
28. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
29. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
30. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
31. Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.
32. Maddə 193.5. Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.
33. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
34. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, tiryəkin təmiz halda 0,5 qrama qədəri şəxsi istehlak miqdarı, 50 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
35. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
36. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
37. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
38. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”
39. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.
Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı
40. Qərarın 10-cu bəndi. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
41. Qərarın 12-ci bəndi. CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
42. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
43. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
Avropa Məhkəməsinin president hüququ:
44. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Məhkəmənin hüquqi dəyərləndirməsi:
45. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxsin İran İslam Respublikasının vətəndaşı ilə apardığı telefon danışıqlarının mövcudluğu və sms yazışmaları, həmin yazışmaların mətni təsdiq edir ki, tərəflər narkotik vasitələrin əldə edilməsi və reailzəsi ilə bağlı əvvəlcədən razılığa gəlmiş və birgə fəaliyyət göstərmişlər. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması və digər sübutlar narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir.
46. Narktoik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (qərarın 25-ci bəndi) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.
47. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (bax: qərarın 35-38-ci bəndləri) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
48. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs tərəfindən cinayətin başqa şəxslə əlbir olmaqla törədilməsinə dair ittiham da əsaslıdır. Beləki, işdə olan sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs özünə məxsus olan mobil telefon vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı “Cavid” ilə dəfələrlə sms yazışmaları və danışlar aparmış və həmin danışıqların mətni narkotik vasitənin əldə edilməsi və realizə olunması ilə bağlı olmuşdur.
49. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, Cavid adlı şəxsdən 1 qram narkotik vasitəni öz istifadəsi üçün götürdüyünü, polis əməkdaşlarının onun üzərinə 2 kq narkotik vasitənin olduğunu yazdıqlarını, onun üstündə 2 kq narkotik vasitə olmadığını, polis əməkdaşları tərəfindən ona qarşı fiziki, psixoloji təsir və təzyiqlər göstərildiyini bildirərək özünü təqsirli bilməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji, fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nədə başqa şəxslərə bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət aşkar edilməmiş və döyülməsi barədə məlumat verməmiş, həmin dəlilləri ancaq məhkəmədə bildirmişdir. Belə ki, məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs baxış zamanı alında, sol saidin ön, arxa səthində köhnə çapıqlar müşahidə edilmiş, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Nəsimi RPİnin MSY-nə daxil olmuş və onun üstünə baxış zamanı xəsarət aşkar edilməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.
50. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 27, 39, 40, 41, 42, 43-cü bəndlərindəki normativ aktlara əsasən).
51. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitəni məhz satış məqsədilə əldə etmişdir.
52. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 24-cü bəndi).
53. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
54. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 18, 19, 20, 21-ci bəndləri).
55. Təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır, cəzasını ağırlaşdıran hal isə müəyyən edilməmişdir.
56. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 121-122).
57. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
58. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 22-ci bəndi).
59. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 12 sentyabr 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 21, 88-91, 192-194). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 23, 28 və 29-cu bəndləri).
60. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 10 sentyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
61. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
62. İş üzrə maddi sübut olan, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutlar saxlanılan anbarına təhvil verilmiş, 2015,0 qram tiryəkin tədqiqatdan sonrakı 2014,7 qramdan ibarət hissəsi məhv edilməlidir. Digər maddi sübut - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutlar saxlanılan anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd “Realme” markalı mobil telefon özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılmalı, şəxsi axtarış və götürmə prosessual hərəkətin köçürüldüyü 01 ədəd DVD disk, mobil telefona baxış keçirilməsi və məlumatların köçürülməsi haqqında protokola əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 30-cu bəndi).
63. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.
64. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 33-cü bəndi).
65. Müdafiəçi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 65 saat vaxt sərf etmişdir.
66. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 65 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 65 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 650 manat məbləğində pul köçürülməlidir (qərarın 31, 32-ci bəndləri).
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutlar saxlanılan anbarına təhvil verilmiş 2015,0 qram tiryəkin tədqiqatdan sonrakı 2014,7 qramdan ibarət hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutlar saxlanılan anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd “Realme” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılsın. Şəxsi axtarış və götürmə prosessual hərəkətin köçürüldüyü, mobil telefona baxış keçirilməsi və məlumatların köçürülməsi haqqında protokola əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizası ilə əlaqədar 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 65 (altmış beş) saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 650 (altı yüz əlli) manat məbləğində pul köçürülsün. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Mahirə Kərimova
Hakimlər: Fəxri Məmmədov
Anar Sadıqov