Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-982/2021 21.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, müdafiəçi: Bakı şəhərim 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxxx 1984-cü il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə COVİD-19 koronavirus pandemiyası ilə bağlı ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi tərəfindən inzibati binanın yenidənqurma və təxirəsalınmaz təmir-tikinti işləri ilə əlaqədar hər gün binaya daxil olması məqsədilə verilmiş 4 aprel 2020-ci il tarixli 21/6-97 saylı arayış əsasında özünü Azərbaycan Respublikası Nazirlər Kabinetinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin işçisi kimi təqdim etməklə özü barəsində Azərbaycan Respublikasının Mənzil X3 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksindəki mənzillər verilməsinə köməklik göstərmək imkanının olmasına dair fikir formalaşdırıb, özünə Zərərçəkmiş şəxs2 vasitəsilə 2019-cu ilin noyabr ayının əvvəllərində müraciət etmiş Zərərçəkmiş şəxs1 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək 11 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən kafedə ona MİDA-nın “Yeni Yasamal” yaşayış kompleksindəki 3 otaqlı mənzili işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindəki tanışları olan vəzifəli şəxslərin köməkliyi ilə 66.000 (altmış altı min) manata ona satılmasının mümkünlüyünə inandırıb aldatmaqla, 4.000 (dörd min) manat məbləğində pulu ilkin ödəniş adı altında Zərərçəkmiş şəxs1 istəyib, razılığını aldıqdan sonra 12.11.2019-cu il tarixdə saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi 157 ünvanında yerləşən “Asan” Xidmət Mərkəzinin notariat kontorunda 12.11.2019-cu il tarixli kredit müqaviləsi əsasında 4.000 (dörd min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 4.000 (dörd min) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə COVİD-19 koronavirus pandemiyası ilə bağlı ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi tərəfindən inzibati binanın yenidənqurma və təxirəsalınmaz təmir-tikinti işləri ilə əlaqədar hər gün binaya daxil olması məqsədilə verilmiş 4 aprel 2020-ci il tarixli 21/6-97 saylı arayış əsasında özünü Azərbaycan Respublikası Nazirlər Kabinetinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin işçisi kimi təqdim etməklə özü barəsində Azərbaycan Respublikasının Mənzil X3 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksindəki mənzillər verilməsinə köməklik göstərmək imkanının olmasına dair fikir formalaşdırıb, özünə Zərərçəkmiş şəxs2 vasitəsilə 2020-ci ilin yanvar ayının əvvəllərində müraciət etmiş Şahid1 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək ona MİDA-nın “Yeni Yasamal” yaşayış kompleksindəki 3 otaqlı mənzili işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindəki tanışları olan vəzifəli şəxslərinin köməkliyi ilə 75.000 (yetmiş beş min) manata satılması müqabilində Azərbaycan Respublikasının Mənzil X3 vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 13.000 (on üç min) manat məbləğində pulu göstərilən məqsəd və ilkin ödəniş adı ilə istəyərək Şahid1 razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 18.01.2020-ci il tarixdə saat 15 radələrində ünvan 3 ünvanında yerləşən “Asan” Xidmət Mərkəzinin notariat kontorunda 18.01.2020-ci il tarixli kredit müqaviləsi əsasında 13.000 (on üç min) manat məbləğində pul vəsaitini Şahid1 alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 13.000 (on üç min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə COVİD-19 koronavirus pandemiyası ilə bağlı ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi tərəfindən inzibati binanın yenidənqurma və təxirəsalınmaz təmir-tikinti işləri ilə əlaqədar hər gün binaya daxil olması məqsədilə verilmiş olduğu 4 aprel 2020-ci il tarixli 21/6-97 saylı arayış əsasında özünü Azərbaycan Respublikası Nazirlər Kabinetinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin işçisi kimi təqdim etməklə özü barəsində Azərbaycan Respublikasının Mənzil X3 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksindəki mənzillər verilməsinə köməklik göstərmək imkanının olmasına dair fikir formalaşdırıb, özünə 2020-ci ilin yanvar ayının ortalarında birbaşa müraciət etmiş Zərərçəkmiş şəxs2 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək ona MİDA-nın “Yeni Yasamal” yaşayış kompleksindəki mənzili işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindəki tanışları olan vəzifəli şəxslərinin köməkliyi ilə 66.000 (altmış altı min) manata satılmasının mümkünlüyünə inandırıb aldatmaqla, 13.000 (on üç min) manat məbləğində pulu ilkin ödəniş adı ilə Zərərçəkmiş şəxs2 istəyərək 5.000 manata onun razılığını alıb, həmin niyyətlə, 24.01.2020-ci il tarixdə Bakı şəhəri, Azadlıq prospektində özünün idarə etdiyi “Hyundai Sonata” markalı **-AZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin içərisində 5.000 (beş min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2 alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə COVİD-19 koronavirus pandemiyası ilə bağlı ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi tərəfindən inzibati binanın yenidənqurma və təxirəsalınmaz təmir-tikinti işləri ilə əlaqədar hər gün binaya daxil olması məqsədilə verilmiş olduğu 4 aprel 2020-ci il tarixli 21/6-97 saylı arayış əsasında özünü Azərbaycan Respublikası Nazirlər Kabinetinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin işçisi kimi təqdim etməklə özü barəsində Azərbaycan Respublikasının Mənzil X3 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksindəki mənzillər verilməsinə köməklik göstərmək imkanının olmasına dair fikir formalaşdırıb, özünə Zərərçəkmiş şəxs2 vasitəsilə 2020-ci ilin fevral ayının əvvəllərində müraciət etmiş Şahid3 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək ona özü və tanışları Lələş Abbasov, Elnur Həsənov və Namiq Sadıqova MİDA-nın “Yeni Yasamal” yaşayış kompleksindəki 4 ədəd 3 otaqlı mənzili işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindəki tanışları olan vəzifəli şəxslərinin köməkliyi ilə hər birinin 65.500 (altmış beş min beş yüz) manata satılması müqabilində Azərbaycan Respublikasının Mənzil X3 vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar onların xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan hər biri üçün 13.000 (on üç min) manat məbləğində pulu istəyərək hər biri üçün 5.000 manat pul vəsaitinə dair Şahid3 razılığını almaqla sövdələşib, həmin niyyətlə 13.02.2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Asan” Xidmət Mərkəzinin notariat kontorunda 13.02.2020-ci il tarixli kredit müqaviləsi əsasında 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini Şahid3 alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xeyirlərinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid3 təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə COVİD-19 koronavirus pandemiyası ilə bağlı ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi tərəfindən inzibati binanın yenidənqurma və təxirəsalınmaz təmir-tikinti işləri ilə əlaqədar hər gün binaya daxil olması məqsədilə verilmiş 4 aprel 2020-ci il tarixli 21/6-97 saylı arayış əsasında özünü Azərbaycan Respublikası Nazirlər Kabinetinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin işçisi kimi təqdim etməklə özü barəsində Azərbaycan Respublikasının Mənzil X3 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksindəki mənzillər verilməsinə köməklik göstərmək imkanının olmasına dair fikir formalaşdırıb, özünə Zərərçəkmiş şəxs2 vasitəsilə 2020-ci ilin mart ayının əvvəllərində müraciət etmiş Şahid2 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək ona MİDA-nın “Yeni Yasamal” yaşayış kompleksindəki 3 otaqlı mənzili işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindəki tanışları olan vəzifəli şəxslərinin köməkliyi ilə 65.500 (altmış beş min beş yüz) manata satılması müqabilində Azərbaycan Respublikasının Mənzil X3 vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 13.000 (on üç min) manat məbləğində pulu istəyərək Şahid2 6.100 manata razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə, 16.03.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsində yerləşən Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublikası Liseyinin yaxınlığında şəxsən Şahid2 4.500 manat pul vəsaitini, 17.03.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Bakı metropoliteninin “Azadlıq” stansiyasının yaxınlığında Şahid2 bacanağı Şahid8 1.000 manat pul vəsaitini, 2020-ci ilin aprel ayının ortalarında Şahid2 Bakı şəhəri, Binəqədi rayonu, Bakı metropoliteninin “Azadlıq” stansiyasının yaxınlığında 600 məbləğində pul vəsaitini, ümumilikdə 6.100 (altı min bir yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb, şəxsi ehtiyaclarına sərf edərək, Şahid2 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə COVİD-19 koronavirus pandemiyası ilə bağlı ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi tərəfindən inzibati binanın yenidənqurma və təxirəsalınmaz təmir-tikinti işləri ilə əlaqədar hər gün binaya daxil olması məqsədilə verilmiş 4 aprel 2020-ci il tarixli 21/6-97 saylı arayış əsasında özünü Azərbaycan Respublikası Nazirlər Kabinetinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin işçisi kimi təqdim etməklə özü barəsində Azərbaycan Respublikasının Mənzil X3 Bakı şəhəri, Yeni Yasamal ərazisində inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksindəki mənzillər verilməsinə köməklik göstərmək imkanının olmasına dair fikir formalaşdırıb, özünə Zərərçəkmiş şəxs2 vasitəsilə 2020-ci ilin iyun ayının əvvəllərində müraciət etmiş Zərərçəkmiş şəxs3 özü barəsində formalaşdırdığı inam və etibardan suiistifadə edərək ona MİDA-nın “Yeni Yasamal” yaşayış kompleksindəki 3 otaqlı mənzili işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindəki tanışları olan vəzifəli şəxslərinin köməkliyi ilə 66.000 (altmış altı min) manata satılması və “Güzəştli mənzil” sistemində elektron kabinetində qeydiyyatdan keçirtməsi müqabilində 8.000 (səkkiz min) manat məbləğində pul istəyərək Zərərçəkmiş şəxs3 razılığını aldıqdan sonra 17.06.2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs3 alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, evli olmuş, 11 yaşında oğlu var, yoldaşından 2016-cı ildə ayrılmışdır. 2003-cü ildən 2009-cu ilə kimi Bakı şəhəri, Nərimanov rayonu Mühafizə Polisi İdarəsində polis nəfəri vəzifəsində işləmişdir. Daha sonra isə fərdi qaydada sahibkarlıq edib ailəsini dolandırmışdır. 2019-cu ildə "xxxx" MMC-nin direktoru Şahid7 yanına ailə sürücüsü kimi işə düzəlmiş, Elmar müəllimin “Hyundai Sonata” markalı **-AZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə sonuncunun uşaqlarını məktəbə aparıb-gətirirdi. Elmar müəllimin yanında təxminən 6 aya yaxın işlədikdən sonra işdən çıxmışdır. 2019-cu ilin oktyabr ayında Bakıda, Bulvarda təsadüfən keçmiş iş yoldaşı Şahid6lə rastlaşmış, Rəşad ona “Dəniz” Mall da elektrik işlədiyini bildirmişdir. O, Rəşada yalandan “Alyans Holding”in direktorunun sürücüsü vəzifəsində işlədiyini, şirkətin tikinti-təmir işləri apardığını, işlədiyi şirkət vasitəsilə Mənzil X4 Yeni Yasamal ərazisində inşa etdiyi binada növbəyə yazılma yolu ilə güzəştli şərtlərlə mənzil almağın mümkünlüyünü bildirmişdir. Həmin ərəfədə onun 30.000 manata yaxın borcları olmuş, düşünmüşdür ki, güzəştli mənzil almaq üçün cəlb edəcəyi adamlardan pul alıb borclarına yönəldə bilər. Ondan sonra o, Rəşaddan ayrılmışdır. Hətta "xxxx" barəsində məlumat əldə etmək məqsədilə həmin binalardan mənzil almış bibisioğlu Vüsalla görüşərək mənzil almaq qaydası ilə maraqlanmışdır. Vüsalla həmin mənzillər barədə söhbət etdikdə bilmişdir ki, həmin binalardan mənzil almaq üçün “Asan Xidmət” də asan imza açılmalı və qeydiyyatdan keçməklə növbəyə dayanmaq lazımdır. Həmçinin, bununla bağlı bank hesabı açılmalıdır. O, Vüsalla söhbət etdikdən sonra özü özlüyündə müəyyən planlar cızmış, hətta MİDA-nın Yeni Yasamal ərazisində tikdiyi binaların yerləşdiyi əraziyə getmiş, həmin binaların qapılarının kodla olduğu üçün birbaşa binaya daxil ola bilməmiş, lakin tanımadığı bir nəfərin evinə təmir materiallarını daşıtdırmağından istifadə edərək binaya daxil olub mənzillərə baxmış, mərtəbələrdə mənzillərin sayını, həmin mənzillərdə olan otaqların sayını öyrənmişdir ki, aldadacağı şəxsləri inandıra bilsin. Həmçinin həmin ərəfədə işlədiyi "xxxx" şirkəti Nazirlər Kabinetinin binasının təmiri ilə məşğul olduğu və pandemiya ilə əlaqədar karantin elan olunduğundan müdiri Şahid7 ona Nazirlər Kabinetinin hərəkət etmək üçün icazə arayışını almışdır. Bu sənədi də zərərçəkmiş şəxslərə təqdim etməklə özünün səlahiyyətli şəxs olmasına inandırmışdır. Binalara baxdıqdan sonra o, yenidən Rəşadla əlaqə saxlayaraq "xxxx" nın inşa etdiyi sosial evlərdən mənzillərin alınmasına kömək edə biləcəyini bildirmişdir . Rəşad da bu barədə maklerlik fəaliyyəti ilə məşğul olan tanışı Zərərçəkmiş şəxs2 məlumat vermiş, bundan bir neçə gün sonra makler Emil onunla telefonla əlaqə saxlamış və həmin binalardan mənzil almaq istəyənlərin olduğunu bildirmişdir. O, Emillə telefonda danışanda bildirmişdir ki, işlədiyi şirkət MİDA-nın inşa etdiyi sosial evlərin tikintisini həyata keçirir, MİDAisə tikintinin pulunun əvəzinə onların şirkətinə oradakı mənzillərdən verir. Onların şirkəti isə həmin mənzilləri güzəştli şərtlərlə, faizsiz 20 illik müddətinə kreditlə verir. Həmçinin, onların şirkətinə ilkin ödəniş edilməli olduğunu demiş, Emil isə onun yalanlarına inanaraq güzəştli şərtlərlə "xxxx"-dan mənzil almaq istəyən Hafiz adlı şəxsə onun nömrəsini vermişdir. Təxminən 1-2 gün sonra Hafiz onunla əlaqə saxlamış və evlərlə bağlı onunla görüşmək istədiyini bildirmişdir. O da 2019-cu ilin noyabr ayında,günü dəqiq xatırlamır, Hafizlə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr. ərazisində yerləşən kafelərin birində görüşmüş, görüşə Emil də gəlmişdir. Emil və Hafiz ona evlər barədə suallar vermiş, o isə onların verdikləri suallara ətraflı cavablar verdiyi üçün onlara Nazirlər Kabinetinin icazə arayışını təqdim etdiyi üçün onlar ona inanmışlar. Bundan sonra Hafiz ondan 3 otaqlı mənzil almaq istəmiş, o isə ilkin ödəniş olaraq ondan 8.000 manat pul istəmiş, lakin Hafiz ona 4.000 manat pul verə biləcəyini bildirmiş, o da Hafizlə razılaşmışdır. Bundan 2-3 gün sonra Hafizlə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Asan Xidmət” də görüşmüş, orada notariat qaydada borc müqaviləsi bağlamaqla 4000 manat pulu Hafizdən almışdır. Həmin vaxt orada ikisindən başqa heç kim olmamışdır. O, Hafizə həmin mənzilin sənədlərini və açarını Novruz bayramı ərəfəsində verəcəyinə söz vermişdir. Hafizdən aldığı pulu öz məqsədləri üçün xərcləmişdir. 2020-ci ilin fevral ayında Əbilhəsən adlı şəxs ona zəng vuraraq telefonunu Zərərçəkmiş şəxs2 aldığını, MİDA-nın inşa etdiyi binadan mənzil almaq istədiyi demişdir. O da Əbilhəsənlə Bakı şəhəri, Naxçıvani küçəsində yerləşən “Balakən” kafesində görüşmüş, lakin Əbilhəsən görüşə 4 nəfər qohumları ilə gələrək hamısının "xxxx"-dan mənzil almaq istədiklərini bildirmişdir. Lakin, Əbilhəsən bildirmişdir ki, bu 4 nəfərin bütün işlərini o görəcəkdir. Bu şəxslərlə danışarkən onların hər birindən 13.000 manat pul istəmiş, həmin pulların 5.000 manatını mənzillərə görə ilkin ödəniş kimi, qalan məbləği isə "xxxx"-nın vəzifəli şəxslərinə mənzil almaq üçün verəcəyini demişdir. Onlar hər biri onunla razılaşaraq ona Əbilhəsənin vasitəsi ilə hərəsi 5000 manat pul verəcəklərini demişlər. O isə onların hər birinə 3 otaqlı mənzil verəcəyinə söz vermişdir. Təxminən 2020-ci il fevral ayının ortalarında Şahid3la Bakı şəhəri, Azadlıq prospektində yerləşən «Asan Xidmət»-də yerləşən notariat kontorunda kredit müqaviləsi bağlamaqla Əbilhəsəndən 4 mənzilin alınması üçün 20.000 manat pul almışdır. Həmin pulu da öz məqsədləri üçün xərcləmişdir. Həmin vaxt orada ikisindən başqa heç kim olmamışdır. O, Əbilhəsənə həmin mənzilin sənədlərini və açarını Novruz bayramı ərəfəsində verəcəyinə vəd vermişdir. 2020-ci ilin yanvar ayında, tarixi dəqiq xatırlamır, Nigar adlı xanım ona zəng vuraraq telefon nömrəsini Emildən aldığını, özü və bacısı Həcərxanıma "xxxx"-dan güzəştli qiymətlərlə ev almaq istədiyini bildirmişdir. Nigar 3 otaqlı mənzil almaq istədiyini bildirmiş, o da belə bir mənzilin ona satılmasına kömək edəcəyini deyərək ilkin ödəniş kimi ondan 13.000 manat pul istəmiş, həmin 13.000 manat puldan 7.000 manat pulu işlədiyi “Alyans Holding”şirkətin rəhbərinə rüşvət kimi verəcək ki, məsələ öz həllin tapsın. Lakin növbəti günlərdə Nigar xanım maddi çətinliyi ucbatından mənzil almayacağını bildirmiş, amma bacısı Həcərxanımın onun dediyi şərtlərlə razı olduğunu, 13.000 manat məbləğində pulu verəcəyini demişdir. Bu söhbətdən 1-2 gün sonra o, Həcərxanım və Həcərxanımın həyat yoldaşı Rüfətlə Bakı şəhəri, Azadlıq prospektində yerləşən “Asan Xidmət” də görüşmüş, orada notariusda borc müqaviləsi bağlamaqla onlardan 13.000 manat pul alaraq həmin pulun 2.000 manatını makler haqqı olaraq Emilə vermiş, qalan pulu isə öz məqsədləri üçün xərcləmişdir. Həcərxanıma həmin mənzilin sənədlərini və açarını Novruz bayramı ərəfəsində verəcəyini bildirmişdir. Emilə maklerliyinə görə pul verdiyi zaman sonuncu özünə də ev almaq istədiyini bildirmiş, ona kömək edəcəyini deyərək ilkin ödəniş olaraq 5.000 manat verməsini istəmiş, sonuncu razılaşaraq həmin ərəfələrdə, yəni 2020-ci il yanvar ayının sonlarında Emildən mənzilinə görə ilkin ödəniş adı ilə Bakı şəhəri, Azadlıq prospektində avtomobilin içərisində Emilə kağızda 5.000 manat pul götürdüyünü qeyd etməklə 5.000 manat pul almış, Emilə də həmin mənzilin sənədlərini və açarını Novruz bayramı ərəfəsində verəcəyini demişdir. Bundan sonra, 2020-ci il mart ayının əvvəllərində Şahid2 ona zəng vuraraq nömrəsini Emildən aldığını, “MİDA»-dan güzəştli qiymətlə 3 otaqlı mənzil almaq istədiyini demişdir. O da ona mənzilin verilməsində kömək edəcəyini, ilkin ödəniş olaraq 13.000 manat ödənilməsini, həmin puldan 7.500 manat pulu işlədiyi “Alyans Holding” şirkətin rəhbərinə rüşvət kimi verəcəyini bildirmişdir. Lakin Şahid2 bu qədər vəsaitinin olmadığını, ona ilkin olaraq 6.100 manat verə biləcəyini demişdir. Təxminən 1-2 gün sonra Zabulla Bakı şəhəri, Yasamal rayonunda yerləşən Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin qarşısında Zabuldan 4.500 manat pul almış, dır. Qalan 1.600 manatı sonrakı günlərdə almış və öz məqsədləri üçün xarcləmişdir. Zabula da həmin mənzilin sənədlərini və açarını Novruz bayramı ərəfəsində verəcəyini söz vermişdir. Bundan sonra 2020-ci ilin iyun ayında Valeh adlı şəxs onun mobil nömrəsinə zəng vuraraq nömrəsini Emildən aldığını, MİDA-nın inşa etdiyi binadan mənzil almaq istədiyi demişdir. Telefonda Valehə guya işlədiyi "xxxx" MMC-nin vəzifəli şəxslərinin köməkliyi ilə dəyəri 66.000 manat olan güzəştli mənzil alacağına söz vermiş, ondan ilkin ödəniş adı ilə 8.000 manat pul istəmiş, həmin pulu ödəməyi Zərərçəkmiş şəxs3 razılaşaraq 2020-ci ilin iyun ayının ortalarında Xalqlar Dostluğu metrostansiyasının yanında ondan avtomobilin içərisində 2000 evro, 1200 dollar və 2100 azn, ümumilikdə 8.000 manat pul almışdır. Həmin vaxt orada ikisindən başqa heç kim olmamışdır. Valehlə pulun götürülməsi ilə bağlı bir parça kağıza qeydlər etmişlər. Aldığı pulu öz məqsədləri üçün xərcləmişdir. Novruz bayramı ərəfəsində pullarını aldığı və həmin bayram ərəfəsində mənzillərini veriləcəyinə söz verdiyi insanlar ondan ya mənzili, ya da pullarını istəmişlər. O həmin şəxslərə pandemiya ilə bağlı işlərin uzandığını bildirərək hər dəfə müxtəlif bəhanələr gətirmiş, hətta şikayətçilərlə dostu Şahid6 söhbət edib vaxt udmaq məqsədilə göndərmiş, lakin pul aldığı şəxslər sonda ondan polisə şikayət etmişlər. Aldığı puldan sürücüsü olduğu Şahid7 və dostu Şahid6 heç nə verməmiş, yalnız maklerlik edən Zərərçəkmiş şəxs2 yanına müştərilər göndərdiyi üçün 2.000 manat pul vermişdir. Vətəndaşlara vurduğu ziyandan Şahid3 20.000 manatı tam ödəmiş, Şahid2 isə ondan aldığı 6.100 manat puldan 4.100 manatını qaytarmışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Onu Təqsirləndirilən şəxsla bu iş üzrə zərərçəkmiş şəxs kimi keçən Zərərçəkmiş şəxs2 tanış etmişdir. Emil onun pedaqoq işlədiyi universitetdə tələbəsi olmuşdur. Emil ona MİDA-da Tural adlı tanışının işlədiyini, Turalın güzəştli şərtlərlə mənzil verə biləcəyini bildirərək onu Tural ilə tanış edə biləcəyini bildirmişdir. Həmin vaxt onun mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı var idi. Ona görə o, Emilə Turalla tanış olmaq istəyini bildirərək Turalın mobil nömrəsini almışdır. 16 iyun 2020-ci il tarixdə turala zəng edərək onunla “Gənclik” metrostansiyasının yaxınlığında görüşmüşlər. Görüş zamanı o, Turala MİDA-nın “Yeni Yasamal” yaşayış kompleksindən mənzil almaq istədiyini bildirmişdir. Tural isə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin işçisi olduğunu və ona mənzil alınması üçün köməklik göstərə biləcəyini demişdir. Tural işlədiyi təşkilatın MİDAilə müqavilələrinin olduğunu və həmin layihə üzrə tikinti işlərini apardıqlarını, layihə üzrə gördükləri işin dəyərində MİDA-dan mənzillər əldə etdiklərini, həmin mənzillərdən birini ona güzəştli qiymətlə sata biləcəyini vəd etmişdir. Tural ona hazırda MİDA-nın “Yeni Yasamal” yaşayış kompleksində qiyməti 66.000 manata 3 otaqlı mənzilin olduğunu demişdir. Tural ondan ilkin olaraq adının MİDA-da qeydiyyata alınması üçün 8.000 manat pul istəmiş və geridə qalan 58.000 manat məbləğində pulu isə kreditlə 20 il müddətinə ödəyəcəyini bildirmişdir. O da Turalla razılaşaraq 17.06.2020-ci il tarixdə saat 15 radələrində “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında 8.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin pul 2.000 euro,1200 dollar və 2100 manatdan ibarət olmuşdur. Pulu Turala verən zaman Tural öz xətti ilə ağ vərəqdə qəbz yazaraq 8.000 manat pulu ev satmaq məqsədilə aldığını və əgər alınmasa pulunu 30.06.2020-ci il tarixədək qaytaracağını öhdəsinə götürəcəyini bildirib imzası ilə təsdiq etmiş, ona yaşadığı ünvandan həyat yoldaşına və özünə aid yaşayış yeri haqqında arayışları da almağını tapşırmış, 25 iyun 2020-ci il tarixdə MİDA-nın inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksinin 13 saylı binasının 7-ci mərtəbəsində yerləşən 64 saylı 3 otaqlı mənzili ona verəcəyini demişdir. 25 iyun 2020-ci il tarixdə o, Tural ilə əlaqə saxlamış və mənzilini götürmək istədiyini demişdir. Tural isə müxtəlif bəhanələr gətirərək evi 3-5 günə ala biləcəyini demişdir. Bundan sonra Turalın ona dələduzluq etməsini və pulunu ələ keçirməsini başa düşmüş və pulunu qaytarmasını tələb etmişdir. Tural pulu şirkətdən götürüb ona verəcəyini bildirsə də yenə onu müxtəlif bəhanələrlə aldatmışdır. Bundan sonra o, prokurorluğun 161 qaynar xətt mərkəzinə zəng edərək Turalın ona qarşı dələduzluq etdiyini bildirmişdir. Turaldan öz pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Rəşad adlı tanışının vasitəsilə tanımışdır. O, ev alqı-satqısı ilə məşğul olurdu. Rəşad da eyni işlə məşğul olurdu. Rəşad onun vatçapına yazaraq Mənzil X4 inşa etdiyi sosial evlərdən mənzil almağa köməklik göstərə biləcəyini bildirmiş, ona qadın tanışının olduğunu və həmin qadının bu işdə köməklik göstərə biləcəyini demişdir. Rəşada Mənzil X4 inşa etdiyi sosial evlərdən mənzil almağa həmin qadın ilə telefon əlaqəsi yaradaraq söhbət apardıqdan sonra həmin qadın Turalın mobil nömrəsini Rəşada vermiş, Rəşad Tural ilə telefon əlaqəsi yaradaraq MİDA-nın inşa etdiyi sosial evlərdən onun, yəni Emilin mənzil almaq istədiyini bildirmişdir. O Rəşaddan Turalın nömrəsini aldıqdan sonra Tural ilə telefon əlaqəsi yaratmış, həmin gün axşam saat 23 radələrində Turalla Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən çay evində görüşmüş, həmin görüşə MİDA-dan mənzil almaq istəyən tanışı Hafizlə getmişdir. Tural onlara özünü “Alyans Holding”-in nəzdində olan "xxxx" MMC-nin əməkdaşı kimi təqdim etmiş, "xxxx" MMC MİDAnın tikinti işlərində iştirak etdiyi üçün tikilən binalardan müəyyən sayda mənzillərin sahibi olmuş və həmin mənzillərin satışını özü həyata keçirirdi. Tural bildirmişdir ki, işlədiyi MMC-yə ayrılmış mənzillərin onlara satılmasını təşkil edə bilər. Tural ona sosial evlərdən mənzil verməyə köməklik göstərmək müqabilində 13.000 manat pul istəmiş, həmin puldan 7.000 manat pulu "xxxx" MMC-nin rəhbərinə rüşvət kimi verməlidir ki, mənzilin növbədənkənar ona verilməsinə şərait yaratsın. O, isə Turala hal-hazırda maddi durumu zəif olduğu üçün onun istədiyi pulu verə bilməyəcəyini və ilkin olaraq 5.000 manat verə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 isə həmin mənzillərdən birinə görə Turala ilkin ödəniş kimi 4.400 manat pul ödəmişdir. Turala o, 2020-ci ilin yanvar ayında həyat yoldaşının çalışdığı Bakı şəhəri, Nizami rayon metrostansiyasının yaxınlığında yerləşən 3 saylı poliklinikada görüşərək 5.000 manat pulu vermişdir. Tural ondan pulu aldıqdan sonra 2020-ci ilin iyul ayında mənzilin verilməsini söz vermişdir. Həmçinin o, tanışı Zərərçəkmiş şəxs3yevə də, sonuncu MİDA-nın inşa etdiyi sosial evlərdən mənzil almaq istədiyi üçün Turalın telefon nömrəsini vermişdir. Bir neçə gün keçdikdən sonra Valeh müəllimin Tural ilə görüşərək mənzil verilməsinə köməklik göstərməsi üçün 8.000 manat verdiyini sonuncudan eşitmişdir. Həmçinin o, həyat yoldaşının yaxın rəfiqəsi olan Şahid1 və onun bacısı Şahid4 onlar da MİDA-dan güzəştli mənzil almaq istədikləri üçün Turalın telefon nömrəsini vermişdir. Sonradan bilmişdir ki, bacılar Turala 13.000 manat pul vermişlər. Həmçinin o, tanışı Şahid2 MİDA-dan güzəştli mənzil almaq istədiyi üçün Turalın telefon nömrəsini vermişdir. Tural Zabul müəllimdən 6.100 manat pul almışdır. Həmçinin tanışı Şahid3 da sonuncu MİDA-dan güzəştli mənzil almaq istədiyi üçün Turalın telefon nömrəsini vermişdir. Tural Əbilhəsən müəllimdən 5.000 manat birinci dəfə olmaqla, cəmi 20.000 manat almışdır. Hətta Turalın dediyi ünvana gedərək tikilən binada mənzillərə baxmışlar, mənzillərin proyektini bəyənmişlər. Lakin Turalın bildirdiyi müddətlər keçməklə mənzillərdən bir xəbər çıxmadığı üçün hamısı Turaldan pullarını geri istəmiş, onunla görüşüb mübahisə etmişlər. O, Tural ilə onları aldatdığı üçün mübahisə edərək onun heç “Alyans Hoding”-də işləmədiyini dedikdə Tural“Alyans Hoding”-in əmək müqaviləsini göstərmişdir. O, Turaldan mənzillərin nə vaxt veriləcəyini soruşduqda Tural yaxın günlərdə mənzillərin veriləcəyini bildirmiş və onlardan aldığı hər puldan ““Alyans Hoding”in rəhbəri Elmar müəllimə 7.000 manat verdiyini bildirmiş və onlardan ayrılmışdır. Sonrakı günlər o, Turalın mobil nömrəsinə dəfələrlə zəng etsə də Turala zəng çatmamışdır. Turalın telefonuna zəng çatmadığı üçün o,Turalın işlədiyi “Alyans Holding”ə gedərək oranın rəhbəri Elmar adlı şəxslə görüşmüş, Elmar müəllim Turalın əvvəllər ailə sürücüsü olduğunu və təxminən 1-2 ay əvvəl işdən çıxarıldığını bildirmişdir. Tural ona digər şəxslərdən aldığı pula görə makler haqqı olaraq 2.000 manat pul vermiş, həmin pulu o, Turalın özünə qaytarmışdır. Tural Şahid3 vurduğu ziyanı ödəmiş, Şahid2 vurduğu ziyandan 4.100 manatını ödəmiş, ona və digər şəxslərə isə pulları qaytarmamışdır. Hesab edir ki, ibtidai araşdırma orqanı Şahid6 də bu işə cəlb etməli idi. Belə ki, Rəşad onlarla görüşə gəlmiş, onları sakitləşdirməyə və mənzilləri alacaqlarına inandırmağa çalışmış, həta Zabul müəllimə 4.100 manatı Rəşad ödəmişdir. Turala həmçinin ona görə inanmışdır ki, onunla tanış olarkən Tural şəxsiyyət vəsiqəsini və Nazirlər Kabineti tərəfindən verilmiş arayışı göstərmiş və “Alyans Group”un nəzdində fəaliyyət göstərən tikinti təmir şirkətində işlədiyini bildirmişdir. Həmçinin, işlədiyi şirkətin Mənzil X4 inşa etdiyi sosial evlərdə tikinti işləri layihələrini apardığını demişdir. Tural ondan aldığı 5.000 manat pulu işlədiyi təşkilatın rəhbərinə verəcəyini bildirmiş və həmin pulunda mənzilin ümumi pulundan əlavə olmayacağını demişdir. Yəni, o, mənzilə qalan 60.500 manat məbləğində pulu da ödəyəcək idi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanımışdır. Belə ki, o, 2006-cı ildən hal-hazıradək "xxxx" Dövlət Neft Şirkətində hüquqşünas vəzifəsində çalışır. Mənzil şəraiti yaxşı olmadığına görə mənzilini dəyişmək qərarına gəlmiş və ona görə də 5 il bundan qabaq Mənzil X4 inşa etdiyi sosial evlərdən mənzil almaq üçün qeydiyyata düşmüşdür. 2019-cu ilin noyabr ayında ev alqı-satqısı ilə məşğul olan tanışı Emil adlı şəxs Tural adlı şəxsin MİDA-dan güzəştli şərtlərlə mənzil alınmasına köməklik edə biləcəyini bildirmişdir. O da 11 noyabr 2019-cu il tarixdə Emillə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 8ci mikrorayonda yerləşən qoşa “Lukoil” yanacaqdoldurma məntəqəsində Turalla görüşmüşdür. Görüş zamanı Tural Nazirlər Kabinetinin nəzdində tikinti-təmir fəaliyyətini həyata keçirən “Alyans Group” təmir tikinti şirkətinin işçisi olduğunu və MİDA-da satılan evlərlə bağlı təşkilatlarına mənzil verildiyini, həmin mənzillərdən ona bəyəndiyi mənzili verə biləcəyin bildirmişdir. Tural ona hazırda MİDA-nın “Yeni Yasamal” yaşayış kompleksində 3 otaqlı mənzil olduğunu və qiymətinin 66.000 manat olduğunu demişdir. Tural ondan həmin evi almaq üçün ilkin ödəniş kimi 4.000 manat pul istəmiş və geridə qalan 62.000 manat məbləğində pulu isə kreditlə 15-16 il müddətinə işlədiyi şirkətin kassasına qrafikə salınmış formada ödəməli olduğunu bildirmişdir. Turalın dedikləri onun üçün sərfəli olduğu üçün Turala ilkin ödəniş olaraq 12.11.2019-cu il tarixdə saat 15 radələrində o, Turalla yenidən Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Asan” Xidmət Mərkəzinin yaxınlığında görüşmüş və 4.000 manat pul vəsaitini “Asan” Xidmət Mərkəzinin notariat kontorunda kredit müqaviləsi əsasında Təqsirləndirilən şəxs vermişdir. Tural MİDA-nın inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksinin 26 saylı binasının 3-cü mərtəbəsində yerləşən 15 saylı 3 otaqlı mənzili ona verəcəyini demiş və ona həmin ünvana gedib mənzilə baxmasını tövsiyyə etmişdir. O, da həmin ünvana gedərək qapısı bağlı olan bir mənzili görmüş, həmin binada bəzi mənzillərdə artıq yaşayış var idi. Həmin vaxt binanın komendatını görə bilmədiyi üçün məsələ ilə ətraflı maraqlana bilməmişdirdir. 2020-ci ilin son ayında o, Tural ilə əlaqə saxlamış və mənzilini götürmək istədiyini demişdir. Tural isə müxtəlif bəhanələr gətirərək evi 3-5 günə ala biləcəyini demişdir. Bundan sonra o, Turalın ona dələduzluq etməsini və pulunu ələ keçirməsini başa düşmüş və Turaldan pulunu qaytarmasını tələb etmişdir. Tural yenə də müxtəlif bəhanələr gətirərək pulu şirkətə verdiyini, pulu şirkətdən götürüb ona verəcəyini bildirsə də yenə onu müxtəlif bəhanələrlə aldadaraq pulu ona qaytarmamışdır. Turalla ünsiyyət quran zaman bilmişdir ki, onun atası Tofiq Xəlilovla birlikdə 1-ci Qarabağ müharibəsində ermənilərə qarşı vuruşmuşdur. Atasına görə Turalı bağışlayır, ona qarşı heç bir iddia və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki,Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vasitəsilə tanımışdır. Belə ki, bacısı Nigar Emilin həyat yoldaşının rəfiqəsidir. 2020-ci ilin yanvar ayında bacısı Şahid4 ona zəng edərək Emilin tanışı Təqsirləndirilən şəxs vasitəsilə ucuz yolla Mənzil X4 inşa etdiyi sosial evlərdən mənzil almaq üçün fürsət düşdüyünü bildirmişdir. Belə ki, Tural bacısına MİDA-nın “Yeni Yasamal” yaşayış kompleksindən 3 otaqlı mənzili 75.000 manat müqabilində almaq imkanı barədə, ilkin ödəniş kimi 13.000 manat köçürməsi və qalan pulu isə qrafik əsasında hissə-hissə 20 il müddətinə ipoteka krediti ilə ödəməyin mümkün olmasını bildirmişdir. Əri Rüfətlə məsləhətləşərək Təqsirləndirilən şəxsla əlaqə saxlamışlar və Turalın təklifi ilə həmin gün Azadlıq prospektində yerləşən “Asan” xidmətdə görüşmüşlər. Asan Xidmətdə Turalla görüşmüşlər və pulu notarial qaydada təsdiq etdirib borc müqaviləsi əsasında Turala 13.000 manat təqdim etmiş, həmçinin evin alınması ilə bağlı tələb olunan bütün digər sənədləri də Turala vermişdir. Tural həmin pulu götürdükdən sonra 7.000 manat məbləğində pulu işlədiyi “Alyans Holding” in rəhbəri Elmar müəllimə rüşvət verəcəyini bildirmişdir. Tural evi onlara 2020-ci ilin mart ayının 3-dən sonra verəcəyini vəd etmiş, lakin həmin tarixdə onlar Turalla əlaqə saxlayaraq mənzillərini götürmək istədiklərini bildirdikdə, Tural müxtəlif bəhanələr gətirərək evi onlara verməmişdir. O, Turalın dələduzluq etməsini və pulunu ələ keçirməsini anlayaraq Turaldan pulunu tələb etmiş, lakin Tural ona verdiyi pulu bu günədək qaytarmamışdır. Pulunu Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs2 vasitəsilə tanımışdır. O, müəllim işləyir, mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə 2020-ci ilin yanvar ayının sonlarında qonşusu Zərərçəkmiş şəxs2 Mənzil X4 inşa etdiyi sosial evlərdən əlverişli şərtlərlə mənzil almaq təklifini bəyənmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 ona dostu Turalın nömrəsini verərək bildirmişdir ki, Turalın MİDA-nın inşa etdiyi binalardan mənzil vermək imkanı vardır. Bundan sonra Turalla əlaqə saxlayıb görüşmüş, Turalın söhbətindən belə başa düşmüşdür ki, o, MİDA-nın “Yeni Yasamal” yaşayış kompleksində podratçı şirkət olan “Alians Holding”-in əməkdaşıdır və MİDA-dan faizsiz kreditlə, 10 faiz ilkin ödənişlə və şapka verməklə həmin mənzili əldə etmək mümkündür. Tural ona hazırda MİDA-nın “Yeni Yasamal” yaşayış kompleksində 3 otaqlı mənzil olduğunu və qiymətinin 65.500 manat olduğunu, ilkin ödəniş kimi 5.500 manat, işlədiyi şirkətin rəhbərinə isə rüşvət kimi 7.500 manat pul istəmiş və geridə qalan 60.000 manat məbləğində pulu isə kreditlə 20 il müddətinə ödəyəcəyini bildirmişdir. O, düşünmək üçün vaxt istəmiş və Turalla olan söhbətini Emilə bildirmişdir. Emil isə Turalı tanışı Rəşad vasitəsilə tanıdığını, əvvəllər də Turalla iş gördüyünü bildirmişdir. 16 mart 2020ci il tarixdə günortaya yaxın Təqsirləndirilən şəxsla işlədiyi “Fizika, riyaziyyat və informatika” təmayüllü liseyinin qarşısında bacanağı Şahid8 ilə birlikdə görüşmüşdür. Orada Turala 4.500 manat məbləğində pul vermişdir. Tural həmin pulun şirkət rəhbərliyinə çatacağını bildirmiş, lakin rəhbərliyə əlavə 1.000 manat məbləğində pulun verməli olduğunu demişdir. Üzərində pul olmadığı üçün Turala qalan 1000 manat məbləğində pulu bir gün sonra ona çatdıracağını demişdir. Turala həmin pulu qəbz almaqla vermişdir. Növbəti gün bacanağı Şahid8 Turala verilməli olan 1.000 manat məbləğində pulu “Azadlıq” metrostansiyasının yaxınlığında Turala çatdırmışdır. Təxminən 2020-ci ilin aprel-may ayında Tural yenə onunla görüşərək 600 manat məbləğində pulunu almış və həmin pulun da geridə qalan borcundan silinəcəyini demişdir. Daha sonra o, Turalla yenidən əlaqə saxlamış və mənzilini ona verməsini tələb etmişdir. Tural isə müxtəlif bəhanələr gətirərək mənzilini verməmiş və ona qarşı dələduzluq etmişdir. Tural ondan başqa daha bir neçə şəxsə qarşı da dələduzluq etmişdir. Bundan sonra Turala ondan hüquq-mühafizə orqanlarına şikayət edəcəyini demiş, bundan sonra Tural tanışı Rəşad vasitəsilə 4.100 manat məbləğində pulu geri qaytarmışdır. Hesab edir ki, Rəşad bu işdə Turalla əlbir olmuşdur. Bu günədək Turalın ona 2.000 manat məbləğində pul borcu var, həmin pulu tələb edir. Məhkəmə iclasında şahid qismind dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisələrlə bağlı tanımışdır. Belə ki, 2020-ci ilin yanvar ayında baldızı Şahid4 həyat yoldaşı Həcərxanıma zəng edərək tanışı vasitəsilə ucuz yolla Mənzil X4 inşa etdiyi sosial evlərdən mənzil almaq mümkün olduğunu bildirmişdir. Nigar MİDA-nın “Yeni Yasamal” yaşayış kompleksində 3 otaqlı mənzilin dəyərinin 75.000 manat olduğunu, ilkin ödənişin isə 13.000 manat olduğunu, mənzilin qalan pulunu isə hissə-hissə yəni, qrafiklə 20 il müddətinə ipoteka krediti ilə ödəməsinin mümkün olduğunu demişdir. Mənzili verən şirkətin nümayəndəsi kimi isə Nigar Təqsirləndirilən şəxs təqdim etmişdir. Nigarın təklifi onlara sərf etdiyinə görə Təqsirləndirilən şəxsla telefonla danışıb Azadlıq prospektində yerləşən “Asan” xidmətdə görüşmüşlər. O, yoldaşı ilə birlikdə həmin ünvanda Turalla görüşmüş və notarial qaydada borc müqaviləsi bağlayaraq Turala 13.000 manat vermişlər. Tural həmin pulun 7.000 manatını işlədiyi “Alyans Holding” in rəhbəri Elmar müəllimə “şapka” kimi verəcəyini , qalan 5.000 manatı isə alacaqları mənzilə görə beh kimi şirkətin kassasına ödəyəcəyini demişdir. Tural evi onlara 2020-ci ilin mart ayının 3-dən sonra verəcəyini demişdir. Həmçinin, onlar Turala onun tələb etdiyi sənədlərinin surətlərini də vermişlər. 2020-ci ilin mart ayının 3də onlar Turalla əlaqə saxlayaraq mənzili götürmək istədiklərini demişlər. Tural isə müxtəlif bəhanələr gətirərək evi onlara verməmişdir. Bu kimi söhbətləri dəfələrlə təkrarlanmış, lakin Tural onları aldadaraq nə mənzili nə də pullarını verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanımışdır. Emilin həyat yoldaşı ilə rəfiqə olmuşdur. Belə ki, 2020-ci ilin yanvar ayında Emil ona zəng edərək ucuz qiymətə Mənzil X4 inşa etdiyi sosial evlərdən mənzil almaq imkanı olduğunu demişdir. Emil, ona həmin mənzilin Mənzil X4 inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksində yerləşdiyini, 3 otaqlı 86 kv.m sahəsi olduğunu, ilkin ödəniş və sərfəli ipoteka krediti ilə verildiyini bildirmişdir. Emilin təklifi onu maraqlandırmış, o, həmin mənzili almaq qərarına gəlmiş və Emil “Alyans Holding”- in Nazirlər Kabinetinin nəzdində tikinti-təmir fəaliyyətini həyata keçirdiyini, MİDA-da satılan evlərlə bağlı bu təşkilata məxsus mənzillərin tanışı Təqsirləndirilən şəxs tərəfindən verilə biləcəyini demişdir. Emilin sözlərinə görə Tural “Alyans Holding”-in işçisidir, mənzillərin paylaşması ilə məşğul olur. Təqsirləndirilən şəxsla telefonla danışmış, Tural Emilin ona dediklərini təsdiq etmiş, lakin Turalın təklif etdiyi qiymət onu qane etmədiyi üçün bacısı Həcərxanıma bu fürsətdən istifadə etməyi təklif etmişdir. Bacısı Turalla əlaqə saxlamış, ona ilkin olaraq 13.000 manat məbləğində pul ödəmiş, lakin Tural bacısını aldadaraq mənzil verməmiş, pulunu da qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçmiş sürücüsü kimi tanıyır. Belə ki, o, 2018-ci ildən "xxxx"nın direktoru vəzifəsində çalışır. Şirkət yaşayış binalarının təmiri və tikintisi ilə məşğuldur. Tural qeyri-rəsmi onun ailə sürücüsü olmuş, uşaqlarını məktəbə aparıb gətirmişdir. Tural 2020-ci ilin may ayınadək onun sürücüsü işləmiş, daha sonra sürücüyə ehtiyacı olmadığı üçün Turalı işdən azad etmiş və onu bir daha görməmişdir. Təxminən 2020-ci ilin avqust ayında bir qrup vətəndaş ofisinə gələrək Turaldan şikayət etmişlər ki, o, "xxxx"nın adından istifadə etməklə MİDA-nın inşa etdiyi sosial mənzillərinin güzəştli qiymətlərə satacağına kömək göstərmək adı ilə onlardan ayrı-ayrı məbləğlərdə pullar almışdır. O, bundan sonra Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlayaraq vətəndaşların pullarını qaytarmasını tələb etmişdir. Bu iş üzrə bildiyi budur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Zərərçəkmiş şəxslərdən isə Zərərçəkmiş şəxs2 tanıyır. Hər ikisi ilə normal münasibətləri vardır. Əvvəllər o, “ABC” şirkətində ekspeditor işləmişdir. Təqsirləndirilən şəxs 2013-cü ildən tanımış, belə ki, Tural da onun kimi “ABC” şirkətində işləmişdir. Həmin şirkətdə işlədikləri vaxtlarda Turalla dostluq münasibətləri yaranmışdır. Bir neçə müddətdən sonra onlar həmin şirkətdən ayrılaraq "xxxx"ASC-yə işə düzəlmişlər. Orada da 2 ay işlədikdən sonra o, ailə vəziyyəti ilə bağlı işdən çıxmışdır. Tural isə orada işləməyə davam etmişdir. 2019-cu ilin oktyabr ayından 2020-ci ilin may ayınadək “Dəniz Mall” da elektrik kimi işləmiş və 2019-cu ilin oktyabr ayında bulvarda ailə üzvləri ilə birlikdə gəzərkən Turalla təsadüfən görüşmüşdür. Turalla hal-əhval tutub söhbət aparmış və Tural ona “Alyans Holding” də icraçı direktorun həm sürücüsü həm də sağ əli oluğunu bildirmişdir. Tural “Alyans Holding” in təmir tikinti işləri apardığını, MİDA tərəfindən inşa edilən evlərdə podratçı şirkət olduğunu bildirmiş və kreditlə güzəştli qiymətlə kiməsə ev lazım olarsa ona müraciət etməyini, orada mənzillərin verilməsinə köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra o, ev alqı-satqısı ilə məşğul olan və hal-hazırda məhkəmə zalında gördüyü tanışı Emilə zəng vurmuş və dostu Turalın güzəştli şərtlərlə kreditə mənzilin verilməsinə köməklik edə biləcəyini bildirmişdir. Emil isə ondan Turalın nömrəsini istəmiş və özünə mənzil lazım olduğunu bildirmişdir. Bundan sonra o, Emilin nömrəsini Turala, Turalın nömrəsini isə Emilə vermiş və bu ikisi özləri bir-biri ilə əlaqə saxlayıb işlərini görmüşlər. Bundan 2 ay sonra pula ehtiyacı olduğu üçün Emilə zəng edib ondan 300 manat borca pul istəmişdir. Emil isə 5000 manat pulunun olduğunu və həmin pulu da borca Turala verdiyi bildirmişdir. Bundan bir neçə gün sonra Emil ona zəng edərək Turala 5.000 manat pulu sosial evlərdən mənzil almaq üçün ilkin ödəniş kimi verdiyini, lakin Turalın onu aldatdığını bildirmişdir. Emil həmçinin ona Turalın digər şəxslərə də ev verilməsi adı ilə pul aldığını, onları da aldatdığını bildirmişdir. O, Emildən bunu nə səbəbə əvvəlcədən ona demədiyini soruşmuş, Emil isə Turalın bu məsələləri heç kəsə bildirməməyi tapşırdığını demişdir. O da Emilə bu barədə Turalın özünə zəng etməsini və pulunu ondan almalı olduğunu demişdir. Bir neçə gün sonra Emil yenə onunla əlaqə saxlamış və Turalın almış olduğu pulları sahiblərinə özü tərəfindən qaytardığını bildirmişdir. Tural isə öz növbəsində onunla əlaqə saxlayaraq onu Kooperasiya Universitetinin yanına çağırmışdır. O, Turalla görüşən zaman sonuncunun yanında bibisi oğlu Vüsal da olmuşdur. Tural ona müxtəlif şəxslərdən MİDA-nın Yeni Yasamalda inşa etdiyi mənzillərin verilməsinə görə Emilin vasitəsilə gəlmiş adamlardan ümumilikdə 68.000 manat pul aldığını, həmin pulları qumar borcuna verdiyini bildirmiş, yaşadığı evi girova qoyaraq bankdan pul götürəcəyini və həmin şəxslərin pullarını qaytaracağını bildirərək ondan pul sahibləri ilə görüşməyini və onlardan vaxt almağını xahiş etmişdir. O, da Turalla dost münasibətində olduğuna görə “Nizami” metrostansiyasının yanında Əbilhəsənlə və onun yanında daha 3 nəfər şəxslərlə görüşmüşdür. O orada həmin şəxslərə narahat olmamalarını, Turalın tez bir zamanda pullarını geri qaytaracağını demişdir. Əbilhəsən isə gözləməyəcəyini, pulu tez bir zamanda istədiyini bildirmiş, Turalı çağırmağını tələb etmiş və o, telefonla Turalla danışsa da Tural onların yanına gəlməmişdir. Bundan sonra o, Turalla telefon əlaqəsi saxlamağa cəhd etsə də sonuncunun telefonu bağlı olmuşdur. Tural almış olduğu pullardan ona heç vaxt pul verməmişdir. Hal-hazırda o, törətdiyi başqa dələduzluq cinayətinə görə həbsdədir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 Məmməd oğlunun ifadəsi elan olunaraq müəyyən olunmuşdur ki, 2020-ci ilin yanvar ayında qonşusu Zərərçəkmiş şəxs2 ona Tural adında tanışının olduğunu, həmin şəxsin Mənzil X4 inşa etdiyi sosial evlərdən güzəştli şərtlərlə mənzillər təklif etdiyini bildirmişdir. O, kirayədə yaşadığı üçün Emilə həmin adamla tanış olmaq istədiyini bildirmişdir. Həmin vaxt o, Emildən Turalın mobil nömrəsini götürmüş və Tural ilə əlaqə saxlamışdır. Turala özünün və ondan başqa 3 nəfər qohumumun da həmin mənzildən almaq istədiyini demiş. Tural isə onunla görüşməyi təklif etmiş və ona görə də qaynı Lələş Abbasov, xalası oğlu Elnur Həsənov və qohumu Namiq Sadıqovla birlikdə Binəqədi rayonu, Naxçıvani küçəsində yerləşən “Balakən” kafesində görüşmüşlər. Tural onlara “Alians HOLDİNG” in işçisi olduğunu və MİDA-da satılan evlərlə bağlı təşkilatlarına məxsus mənzillərin olduğunu qeyd etmişdir. Tural işlədiyi təşkilatın MİDA-ilə müqavilələrinin olduğunu və həmin layihə üzrə tikinti işlərini apardıqlarını bildirmişdir. Belə ki, onlar layihə üzrə gördükləri işin dəyərində MİDA-dan mənzillər əldə edirlər. Təşkilatın hesabına ödənilməli olan məbləğ MİDA-ilə mənzillərlə əvəzləşdirilir. Onların da şirkəti həmin mənzilləri mülki vətəndaşlara satırlar. Tural onlara hazırda MİDA-nın “Yeni Yasamal” yaşayış kompleksində 3 otaqlı mənzil olduğunu və qiymətinin 65.500 manat olduğunu demişdir. Tural onların hər birindən ilkin ödəniş kimi 13.000 manat istəmişdir. Tural həmin pulun 7.000 manatını şirkət rəhbərinə verəcəyini, 5.000 manat pulun isə ilkin ödəniş kimi ödəniləcəyini, 1.000 manat məbləğində pulun isə özünə çatacağını bildirmişdir. Onlar isə Turala 13.000 manat məbləğində pullarının olmadığını bildirən zaman Tural onlara ilkin olaraq 6.500 manat pul vəsaitini ödəməyi, mənzili əldə etdikdən sonra qalan pulu ödəməyi təklif etmişdir. Həmin vaxt Tural onlara boş olan 4 mənzilin ünvanını da qeyd etmişdir. Bundan sonra onlar Turaldan vaxt istəmişlər və Turalla sağollaşıb getmişlər. Bundan sonra onlar Turalın dediklərini yoxlamaq üçün həmin mənzillərə baxmışlar və onların hər birinin boş olduğunu, yəni satılmadığını görmüşlər. Bundan sonra qohumları hər biri 5.000 manat pul vəsaitini ona vermişlər və o da özü 5.000 manat pul götürüb Turalla görüşməyə getmişdir. Onlar Turala həmin mənzilləri alacaqlarını bildirmişlər. 13 fevral 2020-ci il tarixdə saat 13 radələrində Tural xidməti avtomobili olan **-AZ-*** dövlət qeydiyyat nömrə nişanlı “Hyundai Sonata” markalı avtomobili ilə onu yaşadığı evdən götürmüş və onlar birlikdə Binəqədi rayonu, Azadlıq prospektində yerləşən notariat kontoruna getmişlər. Orada o, qohumlarından Turala verilməsi üçün öhdəsinə götürmüş olduğu ümumilikdə 20.000 manat məbləğində pul vəsaitini borc müqaviləsi əsasında Turala vermişdir. Tural pulu ondan aldıqdan sonra 15 mart 2020-ci il tarixə kimi mənzillərin açarını təqdim edəcəyini bildirmişdir. Bundan sonra o, Turalla əlaqə saxlamış və mənzil barədə maraqlanmışdır. Tural isə sənədlərin hazırlandığını, tez bir zamanda mənzillərin verilməsini təmin edəcəyini demişdir. 15 mart 2020-ci il tarixdə o, Turalla əlaqə saxlamış və mənzilləri tələb etmiş, lakin Tural ona müxtəlif bəhanələr gətirmişdir. O, Turalı 2020-ci ilin may ayınadək gözləmiş, lakin mənzilin verilmədiyini görüb Turala vermiş olduğu 20.000 manat pul vəsaitini geri tələb etmişdir. Tural pulu geri qaytaracağına söz versə də yenə bəhanələr gətirərək pulu verməkdən yayınmışdır. Bundan sonra o, xalası oğlu Elnurla birlikdə X8 yaxınlığında görüşmüş və pulunu tələb etmişdir. Tural 1-2 gün ərzində pulu qaytaracağını bildirmiş və həmin vaxt Turalın mobil nömrəsinə zəng gəlmişdir. Tural telefonu götürərək “bəli, Elmar müəllim” sözlərini demiş və şirkətin rəhbəri ilə danışdığını bildirmişdir. Həmin vaxt ona Elmar müəllimdən pullarını geri istədiklərini də demişlər. Daha sonra telefonu ona uzatmış və Elmar müəllimin onunla danışmaq istədiyini demişdir. O, Elmar müəllimlə telefonda danışarkən telefonda danışan şəxs özünü şirkət rəhbəri kimi təqdim etmiş və yaxın zamanlar da mənzillərin veriləcəyini demişdir. Tural ondan may ayının 20-si nə dək gözləməyi xahiş etmişdir. Bundan bir neçə gün sonra ona bir nəfər zəng edərək özünü “Alyans Holding”in rəhbəri Elmar müəllim kimi təqdim etmiş və mənzillərin tez bir zamanda veriləcəyini demişdir. O, həmin şəxslə görüşmək istədiyini demiş və həmin şəxslə “Nizami” metrostansiyasının yaxınlığında görüşmüşlər. Orada olan zaman ona məlum olmuşdur ki, onunla görüşən Elmar müəllim deyil, həmin adam Turalın dostu Rəşad adlı şəxsdir. Rəşad da ona mənzillərin tez bir zamanda veriləcəyini bildirmişdir. Lakin, yenə Tural onların pulunu qaytarmamışdır. Ondan sonra onlar həmin şirkətə getmişlər və orada Elmar müəllimlə görüşmüşlər. Görüş zamanı Elmar müəllimə Turalın dələduzluq əməlləri barədə məlumat vermişlər. Elmar müəllim isə Turalın əvvəllər onun sürücüsü olduğunu, lakin 3 ay qabaq işdən çıxardığını bildirmişdir. Bundan sonra isə onlar Turalın dələduzluq hərəkətləri ilə bağlı müraciət etmişlər. Şahid3 Məmməd oğlu həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla tanış olarkən şəxsiyyət vəsiqəsini və Nazirlər Kabineti tərəfindən verilmiş arayışı göstərmiş və "xxxx"in nəzdində fəaliyyət göstərən "xxxx" MMC-də işlədiyini bildirmişdir. Həmçinin, işlədiyi şirkətin Mənzil X4 inşa etdiyi sosial evlərdə tikinti işləri layihələrini apardığını demişdir. Tural həmin pulu işlədiyi təşkilatın rəhbərinə verəcəyini bildirmiş və həmin pulunda mənzilin ümumi pulundan əlavə olmayacağını bildirmişdir. Yəni, o, mənzillərin hər birinə qalan 62.000 manat məbləğində pulu da ödəyəcəkmiş. O, almış olduğu 20.000 manat pulu ilkin ödəniş adı ilə ondan almışdır. O, onların hər birindən 5.000 manat məbləğində pul vəsaiti almış və hər birilərinə MİDA-nın inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksindən 3 otaqlı mənzil verəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs vermiş olduğu 20.000 manat məbləğində pul vəsaitini 13 fevral 2020-ci il tarixdə saat 13 radələrində Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 11 saylı notariat kontorunda vermiş və həmin vaxt Turalla ondan başqa heç kim olmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsi elan olunaraq müəyyən olunmuşdur ki, 2020-ci ilin mart ayında bacanağı Şahid2 özünə Mənzil X4 inşa etdiyi sosial evlərdən əlverişli şərtlərlə mənzil almaq istədiyinə görə tanışı Zərərçəkmiş şəxs2 vasitəsilə tanıdığı və özünü MİDA-nın “Yeni Yasamal” yaşayış kompleksində podratçı şirkət olan “Alyans Holding” də işləyən şəxs kimi göstərmiş Təqsirləndirilən şəxs 5.500 manat pul verməli olduğunu bildirmiş və ondan birlikdə Turalla görüşməklərini xahiş etmişdir. Həmin vaxt Zabul ona MİDA-nın “Yeni Yasamal” yaşayış kompleksində 3 otaqlı mənzili 65.500 manat almaq istədiyini və ödəniş kimi 5.500 manat pul verməli olduğunu, geridə qalan 60.000 manat məbləğində pulu isə kreditlə 20 il müddətinə ödənilməli olduğunu bildirmişdir. 16 mart 2020-ci il tarixdə saat 11:30 radələrində Təqsirləndirilən şəxs xidməti avtomobili ilə Zabulun işlədiyi “Fizika, riyaziyyat və informatika” təmayüllü liseyin qarşısına gəlmişdir. Həmin vaxt o, Zabulun yanında olmuş və Zabul üzərində götürdüyü 4.500 manat pul vəsaitini “şapka” kimi Turala vermişdir. Tural da həmin pulun şirkət rəhbərinə çatacağını bildirmişdir. Lakin, Tural həmin vaxt rəhbərliyə 1.000 manat pulunda çatmalı olduğunu demiş, Zabul isə 1.000 manat pulun 17 mart 2020-ci il tarixdə, yəni bir gün sonra Turala çatacağını bildirmişdir. Tural pulu götürdükdən sonra Zabulun təqdim etdiyi kağıza imza edərək həmin pulu götürdüyünü yazmış və imzası ilə bunu təsdiq etmişdir. Həmin günün səhəri isə o, Turala verilməli olan 1.000 manat məbləğində pulu “Azadlıq” metrostansiyasının yaxınlığında yerləşən geyim dükanına qoymuş və Tural həmin pulu da götürmüşdür. Lakin, sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs dələduzluq edərək Zabulun pulunu ələ keçirmiş və Zabula həmin evi satmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün, zərərçəkmiş şəxslərin və şahid ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə edan edilib araşdırılmış Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanan müraciətlərdən müəyyən olunуr ki, özünü Nazirlər Kabinetinin əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən sosial evlərdən mənzillər verilməsinə köməklik göstərəcəyini vəd edərək Bakı şəhər sakinləri Zərərçəkmiş şəxs3 8.000 manat, Şahid3 20.000 manat, Zərərçəkmiş şəxs1 4.000 manat, Şahid1 13.000 manat və Zərərçəkmiş şəxs2 5.000 manat məbləğində pul almışdır. Məhkəmədə edan edilib araşdırılmış 17 iyun 2020-ci il tarixli əlyazma ilə yazılan iltizam vərəqəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 ev satmaq adı ilə ondan 2000 euro, 1200 dollar və 2100 azn, ümumilikdə 8.000 manat pul vəsaitini almış və evi sata bilmədiyi təqdirdə almış olduğu pul vəsaitini 30.06.2020-ci il tarixə kimi qaytarmağa öhdəlik götürmüşdür. Məhkəmədə edan edilib araşdırılmış 24 yanvar 2020-ci il tarixli əlyazması ilə yazılan iltizam vərəqəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 24.01.2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 5.000 manat pul götürmüşdür və həmin almış olduğu pul vəsaitini 24.03.2020-ci il tarixə kimi qaytarmağa öhdəlik götürmüşdür. Məhkəmədə edan edilib araşdırılmış 18 yanvar 2020-ci il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən “Asan” Xidmət Mərkəzinin notariat kontorunda 13.000 manat məbləğində pul vəsaitini Şahid1 almışdır. Məhkəmədə edan edilib araşdırılmış 13 fevral 2020-ci il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tarixdə ünvan 3 ünvanında yerləşən “Asan” Xidmət Mərkəzinin notariat kontorunda 20.000 manat məbləğində pul vəsaitini Şahid3 Məmməd oğlundan almışdır. Məhkəmədə edan edilib araşdırılmış 12 noyabr 2019-cu il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi 157 ünvanında yerləşən “Asan” Xidmət Mərkəzinin notariat kontorunda 4.000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 almışdır. Məhkəmədə edan edilib araşdırılmış "xxxx" MMC-nin 16 noyabr 2020-ci il tarixli, 40 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin və "xxxx" MMCnin əməkdaşı olmamış, heç bir əmək müqaviləsi bağlanılmamışdır. Məhkəmədə edan edilib araşdırılmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin 04 aprel 2020-ci il tarixli, 21/6-97 saylı arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs həqiqətən "xxxx" MMC-nin işçisidir. Ona görə də Azərbaycan Respublikası Nazirlər Kabinetində aparılan təmir-tikinti və yenidənqurma işlərinə görə 30.04.2020-ci il tarixədək inzibati binaya daxil ola bilər. Məhkəmədə edan edilib araşdırılmış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 16 noyabr 2020-ci il tarixli, **********0 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əmək fəaliyyəti ilə əlaqədar olaraq işçi ilə işəgötürən arasında bağlanılmış müqaviləyə 24.07.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.20a) maddəsinə əsasən işə götürən X5 tərəfindən xitam verilmişdir. Məhkəmədə edan edilib araşdırılmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin 10 noyabr 2020-ci il tarixli 21/6-344 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi tərəfindən 04.04.2020-ci il tarixli arayış verilmişdir. Məhkəmədə edan edilib araşdırılmış Azərbaycan Respublikasının Mənzil X4 12 yanvar 2021-ci il tarixli 03-04/12/10 saylı məktubundan müəyyən olunur ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında tikinti-təmir işlərinin icrasına dair müqavilənin bağlanması faktı müəyyən edilməmişdir. Məhkəmədə edan edilib araşdırılmış 13 fevral 2021-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış protokolundan müəyyən olunur ki, diskin içərisində olan fayllarda qeyd edilən nömrələrə gələn və gedən sms və zənglərin siyahısı, antena məlumatları vardır. Fayllara baxış zamanı Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə aralarında 06.11.2019-cu ildən 04.08.2020-ci il tarixə kimi müxtəlif vaxtlarda çox saylı telefon danışıqlarının olması müəyyən olunur. Həmçinin, Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə aralarında 17.01.2020-ci il tarixdən 04.08.2020-ci il tarixə kimi müxtəlif vaxtlarda çox saylı telefon danışıqlarının olması müəyyən olunur. Bundan başqa Şahid5 istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə aralarında 17.01.2020-ci il tarixdən 21.05.2020-ci il tarixə kimi müxtəlif vaxtlarda çox saylı telefon danışıqlarının olması müəyyən olunur. Bundan başqa Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə 08.11.2019-cu il tarixdən 01.08.2020-ci il tarixə kimi müxtəlif vaxtlarda çox saylı telefon danışıqlarının olması müəyyən olunur. Bundan əlavə Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə aralarında 14.06.2020-ci il tarixdən 24.07.2020-ci il tarixə kimi müxtəlif vaxtlarda çox saylı telefon danışıqlarının olması müəyyən olunur. Həmçinin, Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə aralarında 12.03.2020-ci il tarixdən 03.08.2020-ci il tarixə kimi müxtəlif vaxtlarda çox saylı telefon danışıqlarının olması müəyyən olunur. Bundan başqa Zərərçəkmiş şəxs2 istifadəsində olan 070-***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə aralarında 24.10.2019-cu il tarixdən 29.07.2020-ci il tarixə kimi müxtəlif vaxtlarda çox saylı telefon danışıqlarının olması müəyyən olunur. Məhkəmədə edan edilib araşdırılmış 05 yanvar 2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə, təqsirləndirilən şəxsin axtarışının elan olunması və ittihamın elan edilməsi üçün istintaqa təqdim edilməsi haqqında” qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmədə edan edilib araşdırılmış «axtarışda olan şəxsin tutulması haqqında» 12 fevral 2021-ci il tarixli qərardan müəyyən olunur ki, 12.02.2021-ci il tarixdə saat 16:30 radələrində Təqsirləndirilən şəxs ünvan 4 ünvanında əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır. Məhkəmədə edan edilib araşdırılmış Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 12.02.2021-ci il tarixli qərarından müəyən olunur ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilməklə, həbs etmənin əvvəli 12 fevral 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmədə edan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən mmüəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 21.12.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 128.2.2, 178.2.4 və 69.4-cü maddələri ilə təqsirli bilinərək 1.500 manat cərimə cəzasına məhkum edilmiş, 09.12.2019-cu il tarixdə cəriməni tam ödəmişdir. Azərbaycan Respublikası Cm-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Şahidlər Şahid2 və Şahid3 Məmməd oğlunun ifadələrdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən Şahid2 vurulmuş 6.100 manat məbləğində ziyandan 4.100 manat, Şahid3 vurulmuş 20.000 manat məbləğində ziyan isə tamamilə ödənilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 27.07.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs onu aldadaraq aldığı 4000 manat puldan imtina etdiyini bildirmişdir. Məhkəmə, işdə olan sübutları, istintaq materiallarını nəzərdən keçirərək hesab edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs əməlləri düzgün olaran Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməli cinayət qanunvericiliyində nəzərdə tutulan etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq cinayət əməlinin tərkibini yaratmışdır. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi dələduzluq cinayəti talama cinayətlərinin bir növü olmaqla aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və bu zaman əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu təqsirləndirilən şəxsə onun yalanlarının təsiri altında və ya ona olan inamının, etibarının təsiri altında könüllü olaraq verir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarının 1-ci bəndində qeyd olunur ki, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu cinayətin özünəməxsusluğu ondan ibarətdir ki, mülkiyyətçinin əmlakı özgəninkiləşdirməsi və onu cinayətkara verməsi zahiri cəhətdən könüllü görünür. Faktiki isə təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsi ilə bağlı qeyd edir ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarının 36-cı bəndində qeyd olunur ki, dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilsin. Məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllərinin törədilməsi məhkəmədə tədqiq edilmiş mötəbər sübut növləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs dəymiş ziyandan qismən ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın məqsədinə yalnız onun cəmiyyətdən təcrid olunma yolu ilə nail olmaq mümkündür. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddəsi az ağır, CM-nin 15.4-cü maddəsinə əsasən CM-in 32.4, 312.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün həmin şəxsin azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə olan halda, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs öhdəlik götürməsi ilə bağlı əlyazması ilə yazmış iltizam vərəqələri, kredit müqavilələri və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs dələduzluq cinayət əməli nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi oğlu üçün isə 300 AZN (üç yüz manat) pul Bakı şəhər 14 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə məhkəmə xərcləri yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 354, 356, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.4, 312.2-ci maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 12 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs dələduzluq cinayət əməli nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs öhdəlik götürməsi ilə bağlı əlyazması ilə yazmış iltizam vərəqələri, kredit müqavilələri və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 300 AZN (üç yüz manat) pul Bakı şəhər 14 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-982/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-982/2021
21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver