Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-982/2022 11.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxxxx 1988-ci il tarixdə Rusiya Federasiyasının Novosibirsk rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Yevlax Rayon Məhkəməsinin 03 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Yevlax Rayon Məhkəməsinin 19 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü, 177.2.4-cü və 234.1-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Xəzər Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, işləməyən, Kəlbəcər rayonu, Aşağı Ayrım kəndində qeydiyyatda olan və faktiki ünvan 1 ünvanında yerləşən yataqxanada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e tdi: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşya hesab edilən bıçaq tətbiq etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etmişdir. Belə ki, o, özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə 28 dekabr 2021-ci il tarixdə, saat 22:10 dəqiqədə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan X2 idarə etdiyi özünə məxsus «Daewo Nexia» markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq sağ oturacağına müştəri qismində əyləşdikdən sonra avtomobili Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “Kaktus” restoranının yaxınlığına sürməyi xahiş etmiş, həmin əraziyə çatdıqdan sonra isə bir qədər irəliyə, yəni ara küçələrə sürdürmüş, avtomobili A.M.Şərifzadə küçəsi 59 ünvanının qarşısında saxlatdırdıqdan sonra əvvəlcədən əldə edib üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməmiş bıçağı cibindən çıxarıb sağ əlində tutmaqla X1 nahiyyəsinə dirəyərək basqın etməklə üzərində olan pulları verməsini tələb etmiş, əks təqdirdə onu bıçaqla vuracağı ilə hədələmiş, sonuncu bu hədədən qorxaraq üzərində cəmi iki manat pulunun olmasını bildirdikdə Təqsirləndirilən şəxs onunla razılaşmayaraq ciblərini axtarıb əynində olan boz rəngli gödəkçəsinin sol yan cibindən 7 manat və həmin gödəkçənin sağ yan cibindən balansında 1 manatlıq danışıq dəqiqəsi olan 5 manat dəyərində ***-***-**-** GSM nömrə və 2 manat dəyərində qara rəngli qoburla istifadə olunan 200 manat dəyərində “İphone” markalı mobil telefonu götürüb silah qismində istifadə edilən əşya hesab olunan bıçaq tətbiq etməklə hücuma məruz qalmış İmran Mirzəliyevin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı basqın edərək ona məxsus 215 manat dəyərində əmlakı ələ keçirməklə quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, özü narkotik istifadəçisidir, əvvəllər bir neçə dəfə müxtəlif cinayətlərə görə məhkum olunmuşdur. 28 dekabr 2021-ci il tarixdə saat 22:10 radələrində metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında olarkən evə getmək üçün “Daewo Nexia” markalı avtomobilə yaxınlaşmışdır. Həmin avtomobilə əyləşib Yasamal rayonu, A.M.Şərifzadə küçəsindəki “Kaktus” restoranının yaxınlığına getmək istədiyini bildirmişdir. Sürücüdən, adını sonradan bildiyi İmrandan üstündə olan 20 manat pulu xırdalaya bilib-bilməyəcəyini soruşmuş, sonuncu da üstündə həmin məbləği xırdalayacaq pulu olmadığını demişdir. O da yenidən avtomobildən düşüb ətrafda olan mağazaların birində pulu xırdalayıb həmin şəxsə yaxınlaşmış və 5 manat pula onu həmin ünvana apara bilib-bilməyəcəyini soruşmuşdur. İmran onun təklifi ilə razılaşmış və birlikdə onun yaşadığı ünvanın yaxınlığına yola düşmüşlər. Həmin ünvana təxminən saat 22:30 radələrində çatmışlar. Daha sonra o, taksi sürücüsü İmrana pula ehtiyacı olduğunu deyib üstündə olan pulları ona verməsini tələb etmişdir. Sürücü İmran üstündə yalnız iki manat pulu olduğunu deyərək gödəkçəsinin cibindəki pulu çıxarıb ona vemişdir. İmran cibindən yeddi manat çıxarmış, o da həmin pulu götürüb cibinə qoymuşdur. O, pulun az olduğunu görüb həmin pulu yenidən taksi sürücüsünün özünə qaytarmışdır. O, üzrxahlıq edərək əlini İmrana uzadıb sağollaşmaq istəmiş, amma sonuncu əlini uzatmadığı üçün o, əsəbiləşib qaytardığı yeddi manat pulu İmranın əlindən alıb öz cibinə qoymuşdur. Bu vaxt İmranla danışarkən sonuncunun gödəkçəsinin cibindən mobil telefonunu da götürüb cibinə qoyaraq oradan uzaqlaşmışdır. O, avtomobildən düşərkən İmrana “ehtiyacım olmasa səndən həmin pulu götürməzdim” demişdir. Daha sonra götürdüyü “İphone 5S” markalı mobil telefonu narkotik vasitələrin satışı ilə məşğul olan tanışı Vahidə 30 manata sataraq əvəzində narkotik vasitə almışdır. 11 yanvar 2021-ci il tarixdə saat 18 radələrində Şərifzadə küçəsində olarkən polislər ona yaxınlaşıb cinayət törədilməsində şübhəli olduğunu demiş və onu Polis Bölməsinə aparmışlar. Orada baş vermiş hadisə ilə bağlı izahat vermişdir. O, İmranın üstünə bıçaq çəkməmiş, ona qarşı heç bir zor tətbiq etməmişdir. Narkotik vasitəyə tələbatı yarandığından bu cinayəti törətmişdir. Vurulmuş ziyanı tam ödəmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X6 göstərdi ki, o, “Daewo Nexia" markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır və həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 28 dekabr 2021-ci il tarixdə saat 22:10 radələrində metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında dayanıb müştəri gözləyərkən bir nəfər oğlan adını sonradan bildiyi Təqsirləndirilən şəxs yaxınlaşıb onun avtomobilinə əyləşmişdir. Həmin şəxs onda iyirmi manata xırda pulun olub-olmamasını soruşmuş, o da üstündə həmin pulu xırdalamaq üçün başqa pulunun olmadığını bildirmişdir. Samir avtomobildən düşərək uzaqlaşmış, təxminən 4-5 dəqiqə sonra yenidən avtomobilə yaxınlaşmışdır. Samir onu Yasamal rayonunda yerləşən “Kaktus” restoranının yanına neçəyə aparacağını soruşmuş və beş manat pul verəcəyini bildirmişdir. O da razılaşmış və “Kaktus” restoranının yaxınlığına getmişlər. Samir restoranın yanından sonra onu aralıq dar küçələr ilə bir qədər də irəli sürdürmüşdür. Onlar təxminən saat 22:30 radələrində həmin yerə çatdıqdan sonra Samir ona avtomobili saxlamağı və üstündə nə varsa ona verməyi tələb etmişdir. O, üstündə heç nə olmadığını dedikdə, Samir cib bıçağını çıxarıb açaraq tiyəsini onun sinəsinə dayamışdır. O, Samirdən ona heç bir xəsarət yetirməməsini xahiş etmişdir. Samir bir əli ilə bıçağı onun sinəsinə tutub, digər əli ilə də onun üstündə olan əşyaları axtarmağa başlamışdır. Qaranlıq və dar küçədə, ətrafda heç kimin olmadığı bir yerdə əvvəlcə maşından düşüb qaçmağı düşünmüş, amma Samirin həmin anda onu bıçaqla vura biləcəyindən qorxmuşdur. Samir onun gödəkçəsinin sağ cibindən “İphone 5S” markalı mobil telefonunu, sol cibindən yeddi manat pulunu götürüb avtomobildən düşərək qaçmağa başlamışdır. O, bu hadisədən çox qorxmuş, sarsıntı keçirmiş və ilk anda nə edəcəyini bilməmişdir. Həmin hadisə ilə bağlı heç kimə məlumat vermədən qorxu içərisində birbaşa evə getmişdir. Gecəni sarsıntılarla keçirmiş, səhəri gün işə getməmiş və oğlu ondan nə olduğunu soruşduqda o, baş vermiş hadisəni danışmışdır. Oğlu da dərhal 102 xidmətinə məlumat verməli olduğunu bildirmişdir. Oğlunun təkidindən sonra 102 xidmətinə zəng edərək baş vermiş hadisə ilə bağlı məlumat vermiş, naməlum müştərinin sinəsinə bıçaq dirəməklə pulunu və mobil telefonunu apardığını bildirmişdir. İlkin məlumatda 70 manat pulunun aparıldığını bildirsə də, sonradan maşının içərisindən qalan pullarını tapmış, ona görə də istintaq zamanı dəqiqləşdirmə apararaq həqiqətdə 7 manat pulunun aparıldığını bildirmişdir. Belə ki, əslində Samir ondan pulları tələb edən anda özü əlinə cibinə salıb pulları çıxardarkən onların çox hissəsini basqın edən şəxsin əlinə keçməməsi üçün bilərəkdən avtomobilinin salonunun döşəməsinə atmışdır və Samir də bu anı görməmişdir. Amma hadisənin şokundan bu məqamı ilk anlarda yaddan çıxartmışdır. Samir tapılıb tutulandan sonra ona vurulmuş ziyan tam ödənilmişdir. Həm bu səbəbdən, həm də cavan olmasını nəzərə alıb hazırda Samirə qarşı heç bir tələb və şikayəti yoxdur, onu bağışlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid göstərdi ki, 28 dekabr 2021-ci il tarixdə məhəllə adamı kimi tanıdığı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq özünə məxsus olan “İphone 5S” markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. Samir mobil telefonun əvəzində ona üç bükümdə heroin verməyini təklif etmişdir. O da Samirin təklifi ilə razılaşmış və bir bükümü 10 manat olmaqla içərəisində narkotik vasitə olan bükümləri Samirə vermişdir. Daha sonra 11 dekabr 2021-ci il tarixdə polislər tərəfindən saxlanılarkən üstündə aşkar edilmiş mobil telefonu Samirin ona verdiyi barədə məlumat vermiş və həmin telefon polislər tərəfindən götürülmüşdür. Samir ona həmin telefonu cinayət yolu ilə əldə etdiyini deməmişdir. O, öz ehtiyaclarını qarşılamaq üçün Samirə narkotik vasitə satmışdır. Hazırda da narkotik vasitə satmasına görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi haqqında 29 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkilər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 9-11). Məhkəmə-tibbi ekspertizasının 12 yanvar 2022-ci il tarixli 30 saylı rəyindən görünür ki, X2 bədəni üzərində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir (cild 1, iş vərəqə 71-73). Şəxsin tanınması haqqında 12 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tanınması üçün X5 təqdim edilmişdir. İmran Mirzəliyev ona təqdim edilmiş şəxslər sırasından Təqsirləndirilən şəxs tanımış və sonuncunu göstərərək 28 dekabr 2021-ci il tarixdə ünvan 3 ünvanının qarşısında ona qarşı cinayət əməlini törədən şəxsin məhz Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 74-76). Əşyanın tanınmaya təqdim edilməsi haqqında 12 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs X6 bir ədəd ağ rəngli “İphone 5S” markalı mobil telefonu təqdim edilmiş digər eynicinsli əşyalar arasında tanıyaraq ona məxsus olduğunu təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 81-82). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs X6 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmiş, üzərindən yeddi manat pulun götürüldüyünü, Təqsirləndirilən şəxs əlində saxladığı qara rəngli cib bıçağını onun üzərinə çəkdiyi üçün qorxduğundan yeddi manat pulu və mobil telefonu sonuncuya verdiyini bildirmişdir (cild 1, iş vərəqə 83-86). Diskə baxış keçirilməsi haqqında 12 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, diskdə olan VİD-20220116-VVA0003.mp4 sözləri yazılmış fayldan görünür ki, həmin video fayl 56 saniyədir. Həmin görünütlərdə bir nəfər hündürboylu, ağız hissəsinə qara maska, baş hissəsinə qara papaq, əyninə qara rəngli gödəkçə geyinmiş bir şəxsin İmran Mirzəliyevin idarə etdiyi avtomobilin qabaq sərnişin hissəsinə əyləşir. Təxminən 40 saniyə sonra həmin şəxs avtomobildən düşərək maskanı ağız hissəsinə yenidən geyinərək uzaqlaşır. Diskdə olan VİD-20220116- VVA0002.mp4 sözləri yazılmış fayldan görünür ki, həmin videofayl 21 saniyədir. Həmin videofayldan görünür ki, qara maska, qara papaq, qara gödəkçə, qırmızı-qara-ağ zolaqlı köynək geyinmiş şəxs qabaq hissəsi şüşəli mağazaya bənzər yerə yaxınlaşır, bir neçə saniyə gözlədikdən sonra oradan uzaqlaşmağa başlayır. Diskdə olan VİD-20220116-VVA0003.mp4 sözləri yazılmış fayldan görünür ki, həmin video fayl 13 saniyədir. Həmin şəxs yenə də İmran Mirzəliyevə yaxınlaşaraq nə isə soruşub oradan uzaqlaşmağa başlayır. Təqsirləndirilən şəxs videoda görünən qara maska, qara papaq, qara gödəkçə, qırmızı-qara-ağ zolaqlı köynək geyinmiş şəxsin özü olmasını, həmin videogörüntülərin hadisə baş verməmişdən əvvəl İmran Mirzəliyevin yanına yaxınlaşan zaman çəkildiyini bildirərək avtomobilə əyləşdikdən sonra sürücü İmran Mirzəliyevin xırda pulu olmadığını öyrəndikdən sonra avtomobildən düşərək üzərindəki pulunu xırdalamaq üçün getdiyini bildirir (cild 1, iş vərəqə 87). Diskə baxış keçirilməsi haqqında 03 mart 2022-ci il tarixli protokoldan görünür ki, diskdə iki ədəd audiosəs faylı vardır. Diskdə 01 ədəd 2021-12-29-14- 45- 59_**********46_**********60 yazılmış 03 dəqiqə 53 saniyə audiofayl vardır. Həmin audio fayldan görünür ki, 102 xidmətinin operatoru Cəfərova məlumatı qəbul edir. Zəng edən şəxs özünü təqdim edərək taksi sürücüsü olduğunu deyərək axşam saat 10-11 arası Hüseynbala Əliyev küçəsində “Sonti” mağazasının yanından bir oğlanın onun avtomobilinə minərək Yasamalda «Kaktus»dan içəri keçdikdən sonra Qanlıgöl istiqamətində sonuncu evlərin yanında həmin şəxsin onun avtomobilini saxladaraq üzərinə bıçaq çəkərək mobil telefonunu, pulunu alaraq qaçıb getməsi barədə məlumat verir. Operator tərəfindən əvvəlcədən məlumat verilib-verilməməsi soruşulur. O, indi məlumat verdiyini, əvvəllər infakt keçirdiyi üçün özünü itirdiyini, indi özünə gəldiyi üçün zəng edə bildiyini bildirir. Həmin hadisənin axşam saat 10-11 arası baş verdiyini bir daha qeyd edir. Daha sonra operator tərəfindən zəng edən şəxsə anket məlumatlarını bildirməsi xahiş edilir. Zəng edən şəxs X6 olmasını, operator tərəfindən hadisənin harada baş verməsi soruşulduqda X8 «Kaktus»un yanından sağa gedəndə məhəllə evlərinin yaxınlığında baş verdiyini bildirir. Operator tərəfindən İmran Mirzəliyevdən idarə etdiyi avtomobilin markası və dövlət qeydiyyat nişanı soruşulduqda “Daewo Nexia” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı, bulud rəngli avtomobili olmasını, hadisəni bir nəfər şəxsin törətdiyini, həmin şəxsin əlindəki «knopkalı» bıçağı üstünə dirədiyini, onun cibini axtardığını, 70 manat pulla “İphone” markalı mobil telefonunu götürüb apardığını bildirir. Operator tərəfindən İmran Mirzəliyevdən harada yaşaması soruşulduqda sonuncu Binəqədi, Zəngəzur adlanan ərazidə, yəni «Zəngəzur» şadlıq evi ilə üzbəüzdə yerləşən məhəllələr olduğunu bildirir. İmran Mirzəliyev onunla kimin əlaqə saxlayacağını soruşur. Operator ərazi polis orqanlarının onunla əlaqə saxlayacağını bildirərək sağollaşır. Diskdə olan digər audiofayldan görünür ki, operator - polis kiçik serjantı Nəsibova məlumatı qəbul edir. İmran Mirzəliyev bayaq zəng etdiyini, polis əməkdaşlarının hadisə yerini tanımadığını bildirir. Operator tərəfindən zəng edən şəxsin anket məlumatları bir daha dəqiqləşdirildikdən sonra hadisənin harada baş verməsi bir daha dəqiqləşdirilir. İmran Mirzəliyev “Sonti” mağazasının yanından həmin şəxsin onun avtomobilinə minərək Yasamal rayonu, Qanlıgöl adlanan əraziyə getdiklərini bildirir. Operator ərazi polisinə məlumat verildiyini və əməliyyat qrupunun hadisə yerini gəldiyini bildirir (cild 1, iş vərəqə 178-179). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 28 mart 2022-ci il tarixli 1441 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 183-184). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 01 aprel 2022-ci il tarixli 780 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir (cild 1, iş vərəqə 194-197). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Orucov X9 Rayon Məhkəməsinin 03 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Yevlax rayon Məhkəməsinin 19 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü, 177.2.4-cü və 234.1-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Xəzər Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 iyul 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 144-146, 148-154, 169-172). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan iki il müddət keçmədiyinə görə onun barəsində məhkumluq ödənilməmiş hesab edilməlidir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Zərərçəkmiş şəxs X6 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs bağışladığını və ona qarşı heç bir şikayət, tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli, 01 saylı qərarının 1-ci bəndində göstərilir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 7-ci bəndinə əsasən quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin qərarın 23-cü bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həmin Plenum qərarının 25-ci bəndinin ikinci abzasında qeyd edilir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.)həmçinin hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər(məsələn, mexaniki püskürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X5 bıçaqla basqın etmədiyinə dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyləri, hadisə barədə zərərçəkmiş şəxsin 102 xidmətinə məlumat verməsini əks etdirən detallı ilkin materiallar, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 12 yanvar 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 56, 135-139). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub zərərçəkmiş şəxs X5 məxsus “İphone 5S” markalı mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, zərərçəkmiş şəxs X2 29 dekabr 2021-ci il tarixdə “102” xidmətinə daxil olan müraciətinin audioyazısının surətinin əks olunduğu bir ədəd CD disk, Təqsirləndirilən şəxs X2 avtomobilinə əyləşməsinin, həmçinin Təqsirləndirilən şəxs ilə İmran Mirzəliyev arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X3 işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar : - “İphone 5S” markalı mobil telefonun zərərçəkmiş şəxs X5 qaytarılması nəzərə alınsın; - zərərçəkmiş şəxs X2 29 dekabr 2021-ci il tarixdə “102” xidmətinə daxil olan müraciətinin audioyazısının surətinin əks olunduğu bir ədəd CD disk, Təqsirləndirilən şəxs X2 avtomobilinə əyləşməsinin, həmçinin Təqsirləndirilən şəxs ilə İmran Mirzəliyev arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına X3 vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosuna 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-982/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-982/2022
11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver