Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-982/2023 14.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X13 ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi: Qanuni nümayəndə2, Mütəxəssis (müəllim-psixoloq): X1 Müdafiəçi: Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1989-cu ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, "xxxx" MMC-də fəhlə işləmiş, Füzuli rayonu, Xərəfşə kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres yaşayış sahəsi, “Tərəqqi” pansionatında yerləşən nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcrdxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi ilə (01 fevral 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, zor tətbiq edərək aşkar surətdə yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmaqla yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, öz cinsi ehtirasını pozğuncasına ifadə etmək qərarına gəlib bu məqsədlə fərdi-psixoloji xüsusiyyətlərinə və emosional halına görə hadisə zamanı özünə qarşı edilən hərəkətlərə müqavimət göstərmək, həmin hərəkətlərin xarakterini və mahiyyətini anlamaq qabiliyyətinə malik olan, yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən və içərisində heç kimin yaşamadığı yarımçıq tikiliyə aparıb sonuncunun köməksiz vəziyyətindən istifadə edərək orada arxa cibindən çıxardığı bıçağı Zərərçəkmiş şəxs nümayiş etdirərək əgər dediklərini etməsə sonuncunu öldürəcəyi hədəsi ilə qorxutmuş, daha sonra yumruqla Zərərçəkmiş şəxs başına vurub zor tətbiq etməklə sonuncudan öz cinsiyyət orqanını ağzına almasını istəmiş, Zərərçəkmiş şəxs əvvəlcə onun bu istəyini yerinə yetirmək istəməsə də, sonradan özünə qarşı irəli sürülən hədənin real və həyata keçirilə bilən olduğunu düşünərək qorxu və təzyiq altında məcbur olub razılaşmış və bundan sonra o, öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağzına bir neçə dəfə salıb-çıxardaraq iyrənc hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməklə öz cinsi ehtirasını pozğun şəkildə təmin etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o əvvəllər meyvə-tərəvəz satışı ilə məşğul olmuş, son iki ayda "xxxx" şirkətində fəhlə kimi işləmişdir. Hadisə günü içkili olduğu üçün nəyi, necə və harada gördüyünü dəqiq xatırlamır. Həmin gün iş görən zaman iki nəfər azyaşlı uşağın lambiri götürüb aparmaq istədiyini görmüş və işini yarımçıq qoyub onları saxlamışdır. O, uşaqları əvvəllər görməmiş və tanımamışdır. Uşaqlardan biri ondan qorxub qaçmış, digərini isə o saxlamışdır. O, saxladığı uşaqdan nə üçün lambiri aparmaq istədiyini soruşanda, həmin uşaq əvvəlcə lambiri götürmək istədiyini boynuna almasa da, sonradan etiraf etmişdir ki, həmin lambiri aparıb plastik məhsulların qəbulu məntəqəsinə satmaq niyyətləri olmuşdur. O, daha əvvəl itmiş laqondasının da onlar tərəfindən götürülüb-götürülmədiyini uşaqdan soruşanda həmin uşaq laqondadan xəbərinin olmadığını demişdir. Lakin o, uşağa inanmamışdır. Etdiyi bu hərəkətə görə uşağı cəzalandırmaq qərarına gəlmiş, ona görə də belə əxlaqsız hərəkətlər etmişdir. Lakin hadisə zamanı onun üzərində bıçaq olmamışdır. Zərər çəkmiş şəxsə qarşı həmin əxlaqsız hərəkətləri edən zaman zərərçəkmiş şəxsin telefonuna anası zəng etmiş, o da zərərçəkmiş şəxsi buraxmışdır. Törətdiyi əməldən peşmandır, içkili olduğu üçün belə davranmış, hesab edir ki, normal insan belə hərəkətlər etməzdi. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən yer onun iş yeri olmuşdur. Spirtli içkini gündüz vaxtı təxminən saat 11-12 radələrində içmiş, spirtli içki qəbul etdikdən sonra işləməmişdir. Həmin günü iş günü olmamış, sadəcə material gətirilməli olduğundan, onu gözləmişlər. Material gələsi olmadığından, sadəcə olaraq ərazidə gəzmişdir. O, içkinin təsirindən özündə olmadığına görə bu əməli törətmişdir. O, zərər çəkmiş şəxsin başından vurmamış, zərər çəkmiş şəxsin anası onun telefonuna zəng etdiyinə görə o da öz hərəkətlərini dayandırmışdır. Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi onun özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, üzləşdirmə, diskə baxış, ifadənin yerində yoxlanılması protokolları, videogörüntülər, ekspert rəyləri və işdə olan digər sənədlərlə öz təsdiqini tam tapmışdır. Belə ki, məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 23 oktyabr 2022-ci il tarixdə dostu Tacirlə birlikdə Qala qəsəbəsi ərazisində gəzən zaman zibillikdə lambir görmüş, dostu Tacirlə birlikdə həmin lambiri götürüb satmaq və pul əldə etmək qərarına gəlmişlər. Onlar elə bilmişlər ki, həmin lambirin sahibi yoxdur, kimsə həmin lambiri zibilliyə atmışdır. Onlar lambiri götürüb aparmaq istəyən zaman təqsirləndirilən şəxs qarşılarına çıxaraq onları saxlamış və nə üçün lambiri götürdüklərini xəbər almışdır. Təqsirləndirilən şəxs lambirin özünə məxsus olduğunu deyərək onları oğurluq etməkdə günahlandırmış, onlar İmanxana başa salmışlar ki, lambirin yiyəsiz olduğunu düşünüb götürmüşlər, əgər ona məxsus olduğunu bilsəydilər heç vaxt götürməzdilər. İmanxan onlara inanmamış və bildirmişdir ki, bir neçə gün bundan əvvəl laqondası da oğurlanmış, həmin laqondanın da onların tərəfindən oğurlandığını demişdir. Lakin onlar həmin şəxsə bildirmişlər ki, onun oğurlanmış laqondansından xəbərləri yoxdur. Daha sonra həmin şəxs dostu Tacirə bildirmişdir ki, yerində qalsın və onun qolundan tutub qırağa çəkmişdir ki, onunla tək söhbət etsin. İmanxan onu kənara çəkib apararaq uçuq və xarabalıq bir evə gətirmişdir. Uçuq evə gələn zaman həmin şəxs arxa cibindən bıçaq çıxarıb ona göstərmiş və əgər dediyini etməsə onun başını kəsəcəyi ilə hədələmişdir. Daha sonra onun çiyinlərindən tutub sıxaraq onu diz çökməyə məcbur etmişdir. Daha sonra başından yumruqla vurub saçından tutmuşdur. İmanxan onu diz çökdürüb şalvarının qabağını açmış və ona bildirmişdir ki, onun cinsiyyət orqanını ağzına alsın. O, ilk əvvəl razı olmasa da, sonradan İmanxan onu döyəcəyi və öldürəcəyi ilə hədələyərək onu qorxutmuşdur. O da qorxudan məcbur olub onun cinsiyyət orqanını ağzına almışdır. Təxminən 1 dəqiqə ərzində o, öz cinsiyyət orqanını onun ağzına salıb çıxarmışdır. Bütün bu prosesi o, öz mobil telefonu ilə videolentə almışdır. O İmanxana nə qədər yalvarıb belə hərəkət etməməsini bildirsə də, İmanxan onun sözlərinə məhəl qoymayaraq öz hərəkətinə davam etmişdir. Bu əsnada anası telefonuna zəng etmiş, əvvəl İmanxan telefona cavab verməyə imkan verməsə də, sonradan o ayağa durub telefonu açıb anasına gələcəyini demiş və daha sonra zəngi bağlamışdır. Anası təkrar ona zəng edib evə gəlməsini bildirən zaman isə o zəngə cavab vermək bəhanəsi ilə ayağa qalxıb onun əlindən qurtulub qaçmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və şahid qismində dindirilmiş Qanuni nümayəndə2 ifadəsində bildirmişdir ki, o, hadisə günü günorta saat 15 radələrində işdən çıxıb saat 4-ə işləmiş stansiyaya çatanda oğluna zəng etmişdir. Oğlu telefonu götürməmiş və o, yenidən zəng etmiş, 2-ci dəfə zəng vuranda Faruk telefonu açmışdır. O, Farukdan harda olduğunu soruşmuş, yükünün ağır olduğunu demiş və kömək etməsini istəmişdir. Faruk da titrək səslə ona oyun oynadığını, 1 dəqiqəyə çıxacağını demişdir. O da əsəbləşib, “indi gəl” demiş, sonra telefon danışığı kəsilmişdir. O, Faruku 3cü dəfə yığmış və Faruk telefonu açanda ağlayaraq onu bir kişinin apardığını, onu tutub saxladığını demişdir. O, Farukdan hansı tərəfdə olduğunu soruşanda, zavodun arxasında olduğunu demişdir. O da Faruka onu stansiyada gözlədiyini demişdir. Faruk zavodun ön tərəfindən çıxıb gəlmiş, həmin zaman onun saçları biz-biz dayanmış, sifəti saralmış, burun və dodaq nahiyəsi göyərmiş vəziyyətdə olmuşdur. Oğlu ona baş vermiş hadisəni danışmış, bu hadisədən qardaşının da xəbəri olmuş, qardaşı Faruka zəng edərək bir nəfəri saxladığını demiş və həmin adam olub-olmamasını dəqiqləşdirmək üçün Faruku çağırmışdır. Faruk həmin şəxsi səsindən tanımış və ona qarşı əxlaqsız hərəkətlər edən şəxsin məhz o olduğunu bildirmişdir. Sonra onlar həmin yerə getmişlər. O, təqsirləndirilən şəxsdən nə üçün bu əməli törətdiyini soruşmuş, təqsirləndirilən şəxs də həmin vaxt telefonundan videoları silmişdir. O, telefonu onun əlindən almış, həmin videoları təqsirləndirilən şəxsi şikayət etdikdən sonra, polis bölməsində görmüşdür. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, hadisə günü günün ikinci yarısı işdən evə gələrkən ona zəng gəlmiş və ona bacısı oğluna təcavüz edildiyini, həmin şəxsin də bacısının həyətində olduğunu bildirmişlər. O, dərhal bacısının evinə gəlmiş, həyətə girdikdə təqsirləndirilən şəxsi, qardaşını və bacısını orada görmüşdür. Həmin vaxt təqsirləndirilən şəxs söhbət etmiş, lakin birdən oradan qaçmış, o da təqsirləndirilən şəxsin ardı ilə qaçmışdır. Təqsirləndirilən şəxs 200-300 metr qaçdıqdan sonra onu tutmuş və əvvəcədən polis orqanlarına zəng olunub məlumat verildiyi üçün həmin vaxt polis əməkdaşları gəlib təqsirləndirilən şəxsi tutub aparmışlar. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, hadisə Qala qəsəbəsində, bacısının evinin yaxınlığında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin 24 oktyabr 2022-ci il tarixli raportundan, Qanuni nümayəndə2 23 oktyabr 2022-ci il tarixli ərizəsindən, həmin tarixli izahatından görünür ki, Təqsirləndirilən şəxs onun xx.xx.2008-ci təvəllüdlü oğlu Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etmişdir. (cild İ, i/v: 4, 5, 7) “Könüllü təqdimetmə və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyi üçün ona məxsus 01 ədəd “POCO” markalı mobil telefonu könüllü olaraq istintaq orqanına təqdim etmiş və istintaq üçün əhəmiyyət təşkil etdiyi nəzərə alınaraq Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “POCO” markalı mobil telefon götürülmüşdür. (cild İ, i/v 21) “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “POCO” markalı mobil telefonun içərisində mobil proqramların yerləşdiyi “Menyu" bölməsinə, fotoşəkillərin olduğu “Qalareya” bölməsinə, o cümlədən əlaqə saxlamaq üçün mobil nömrələrin şəxslərin adları ilə birlikdə qeydiyyata alındığı "Kontakt" bölməsinə, həmçinin sms mətnlərinin yazıldığı və qəbul edildiyi “Mesajlar” bölməsinə baxış keçirilmiş və baxış zamanı “Qalareya” bölməsində 23 oktyabr 2022-ci il tarixli, 01 dəqiqədən ibarət videogörüntünün olması aşkar edilmişdir. Həmin videogörüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, uçuq yarımtikilidə azyaşlı uşaq diz çökmüş vəziyyətdədir və bir nəfər arıq bədən quruluşlu şəxs əynində olan şalvarın qabağını açıb zor tətbiq edərək öz cinsiyyət orqanını həmin azyaşlı uşağın ağzına salıb-çıxararaq onunla oral yolla cinsi əlaqədə olur. Azyaşlı uşağın yalvarışlarına baxmayaraq həmin şəxs öz iyrənc hərəkətinə davam edərək etdiyi bu hərəkəti videolentə alır. Telefon vasitəsilə videoçəkiliş aparıldığının fərqində olan azyaşlı uşaq üzünün videoda əks olunmasından narahat olaraq bir əli ilə üzünü tutub həmin şəxsin yönləndirməsi əsasında digər əli ilə onun cinsi orqanını tutaraq ağzına salıb-çıxarır. Videogörüntünün sonuna qədər azyaşlı həmin hərəkəti bir neçə dəfə təkrar edir. Videogörüntünün son saniyələrində isə həmin şəxs telefonun kamerasını özünə tərəf tutaraq öz sifətini videolentə alır. Baxış zamanı Təqsirləndirilən şəxs videogörüntüdə azyaşlı uşağa qarşı seksual xarakterli hərəkət edən şəxsin özü olduğunu və içkinin təsirində olduğu üçün bu hərəkəti etdiyini bildirmişdir. (cild İ, i/v 22-23) 23 oktyabr 2022-ci il tarixli, 1/2399 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. (cild İ, i/v 13) “İfadənin yerində yoxlanılması haqqında” 25 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisənin baş verdiyi yeri əyani şəkildə göstərmiş və ifadəsində qeyd etdiyi halları bir daha təsdiq etmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (cild İ, i/v 69-73) İş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və hər iki şəxs istintaqa verdiyi ifadələrini bir-birinin üzünə qarşı təsdiq etmişlər. (cild İ, i/v 74-77) Məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin xx.xx.2022-ci il tarixli 919 nömrəli rəyindən görünür ki: - Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. - Zərərçəkmiş şəxs arxa keçəcəkdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. (cild İ, i/v 154-156) Məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin xx.xx.2023-cü il tarixli 09 nömrəli rəyindən görünür ki;
1. Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. 2.Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi.
3. Azərbaycan Respublikası Konstitusiyasında 18 yaşdan yuxarı yaş həddi cinsi yetkinliyə çatmış hesab edilir.
4. Təqsirləndirilən şəxs həqiqi cinsi kişi cinsidir. (cild İ, i/v 177-180) Məhkəmə-psixoloji ekspertizasının 02 dekabr 2022-ci il tarixli 11/546 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərinə və emosional halına görə hadisə zamanı ona qarşı edilən hərəkətlərə müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs əqli və psixi inkişafına yaş və fərdi-psixloji xüsusiyyətlərinə görə hadisə zamanı ona qarşı edilən hərəkətlərin xarakterini və mahiyyətini anlamaq qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərində təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri üzə çıxmır. Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyililik əlamətləri müəyyən olunmur. (cild İ, i/v 149-153) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 ambulator məhkəmə-psixiatrik ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 114 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməl törədilərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (cild İ, i/v 174-176) Bununla yanaşı məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ittiham olunduğu əməli səmimi şəkildə etiraf etsə də, cinayəti törədərkən Zərərçəkmiş şəxs zor tətbiq etməməsi, hadisə zamanı əlində bıçaq olmaması ilə bağlı ifadəsinə qiymət verməyi zəruri hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs qeyd etdiyi bu xüsusatı inandırıcı hesab etmir və təqsirləndirilən şəxsin özünü müdafiə məqsədi ilə vermiş olduğu ifadə kimi qiymətləndirir. Belə ki, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Babayev X8 Məmmədovun ona qarşı zor tətbiq etdiyini, onun çiyinlərindən tutub sıxaraq onu diz çökməyə məcbur etdiyini, daha sonra başından yumruqla vurub saçından tutduğunu və tutacağı boz rəngli, tiyəsi isə qara rəngli olan, təxminən 15 santimetr uzunluğunda bıçağı cibindən çıxarıb nümayiş etdirərək, əgər dediyini etməsə onun başını kəsəcəyi ilə hədələdiyini bildirmişdir. Zərərçəkmiş şəxs bıçağın əlamətlərini dəqiqliklə təsvir etməsi Təqsirləndirilən şəxs əlində bıçaq olduğunu bir daha sübuta yetirir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (01 fevral 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) 150.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmiş, onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 24 gün islah işləri cəzasına məhkum edilmiş, 19 fevral 2020-ci il tarixdə cəzası icra edildiyindən qeydiyyatdan çıxarılmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 29 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2. 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya haqqında qərarının 4-cü bəndi tətbiq edilməklə cəzası 06 ay azaldılmış, Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının 05 ay 08 gün çəkilməmiş cəzasından vaxtından əvvəl şərti azad olunmuşdur. (cild İ, i/v 125-126) Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə cinayət əməlini 23 oktyabr 2022-ci il tarixdə törətdiyindən, yəni o, əvvəl törətdiyi cinayət əməli üzrə cəzasını çəkib qurtardığı gündən 2 il keçməmiş müddətdə törətdiyindən məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs yenidən qəsdən ağır cinayət törətdiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivi vardır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olması və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən isə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması, ona qarşı heç bir şikayət və tələbinin olmaması təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən haldır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Məmmədov Təqsirləndirilən şəxs Tamaşa Hüseyn qızı ilə nikahda olmaqla, himayəsində xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X6 adlı iki azyaşlı övladı var. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş və məhkəmə iclasında bilavasitə əl yazısı ilə yazılmış ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 onlara dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdıqlarını, ona qarşı və tələblərinin olmadığını bildirmiş və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs həmin əməli ilə zərərçəkmiş şəxsə mənəvi və psixoloji zərər yetirməklə yanaşı, həm də ona qarşı fiziki zorakılıq etmiş və ona xəsarətlər yetirəcəyi ilə hədə-qorxu da gəlmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən həm hüquqi, həm mənəvi, həm də əxlaqi və digər aspektləri də nəzərə almışdır. Məhkəmə hesab edir ki, uşaqların sağlam mühitdə, mənəvi və əxlaqi cəhətdən zəngin şəraitdə böyüdülməsini təmin etmək həm dövlətin, həm də hər bir fərdin əsas vəzifələrindən biri olmaqla, uşaqlara qarşı törədilmiş cinayətlər üzrə (xüsusilə də onların cinsi toxunulmazlığı əleyhinə cinayətlər üzrə) təqsirkar şəxslərə təyin edilən cəzalar çəkindirici xarakter daşımalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə cinayət əməli 23 oktyabr 2022-ci il tarixdə törədildiyindən Azərbaycan Respublikası CM-nin 01 fevral 2023-cü il tarixədək qüvvədə olan redaksiyası tətbiq edilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-nin (01 fevral 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) 150.2.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına aid edilməklə, həmin maddə üzrə 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsiri tam sübuta yetmiş və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulduğu kimi məhz azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 24 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (i/v: 23), Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 24 oktyabr 2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (i/v: 118-122). Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 24 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut qismində tanınmasa da Xəzər RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılmış Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Poco” markalı mobil telefon sahibinə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməli, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsində (01 fevral 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 24 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Xəzər RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılmış Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Poco” markalı mobil telefon sahibinə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir
Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov